Məhkəmə qərarları › İş №1(101)-798/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-798/2022

08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-798/2022 08.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X22 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Abşeron vəkil bürosunun vəkili X5 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1975-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Lənkəran şəhəri, Səmədzadə küçəsi, ev 12 qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və AR ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üstündə və nəqliyyat vasitəsində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma məqsədi ilə 21 iyul 2021-ci il tarixdə saat 16 radələrində sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Həsən” adlı şəxsin hesabına “Milliön” ödəmə terminalı vasitəsi ilə 3500 manat pul köçürdükdən sonra sonuncunun istintaqla müəyyən edilməyən qaydada ünvan 2 ünvanında yerləşən “X13”nın inzibati binasının arxa tərəfində yerləşdirdiyi bir ədəd bükümdə təmiz çəkisi 41,664 qram təşkil edən ağ rəngli kristalik formalı kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini, 01 ədəd bükümdə təmiz çəkisi 8,432 qram təşkil edən ağ rəngli narkotik vasitə hesab edilən külli miqdarda kokaini və qəhvəyi rəngli, dairəvi formalı, üzərində “Methadone 40” göstəricisi olan, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, 25 (iyirmi beş) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 1 (bir) qram təşkil edən narkotik vasitə hesab olunan metadonu həmin tarixdə axşam saatlarında qeyd edilən yerdən götürüb əldə etməklə gələcəkdə ayrı-ayrı şəxslərə satmaq niyyəti ilə daşıyaraq yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, ev 53A saylı binanın həyətində gizlətməklə saxlamış, 22 iyul 2022-ci il tarixdə qeyd edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri həmin yerdən götürüb etibarnamə əsasında idarə etdiyi «Chevrolet» markalı, **-PV-*** qeydiyyat nişanlı avtomobilin sol qapısında gizlətməklə saxlamış, 23 iyul 2021-ci il tarixdə saat 18 radələrində qeyd edilən psixotrop maddənin təmiz çəkisi 7,319 qram təşkil edən hissəsini 1 (bir) ədəd bükümdə ayırıb əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 21:20 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanın yaxınlığında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq satış məqsədi ilə əldə edərək daşımaqla saxladığı 1 (bir) ədəd bükümdə 7,319 qram çəkidə psixotrop maddə olan külli miqdarda metamfetamin əynində olan göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 23:30 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanda etibarnamə əsasında istifadəsində olan «Chevrolet» markalı, **-PV-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sol qapısından qanunsuz olaraq satış məqsədi ilə əldə edərək daşımaqla saxladığı 01 ədəd sellofan torbanın içərisində olmaqla bir ədəd bükümdə təmiz çəkisi 34,345 qram təşkil edən ağ rəngli kristalik formalı kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 8,432 qram təşkil edən ağ rəngli narkotik vasitə hesab edilən külli miqdarda kokain, qəhvəyi rəngli, dairəvi formalı, üzərində “Methadone 40” göstəricisi olan, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, 25 (iyirmi beş) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 1 (bir) qram təşkil edən narkotik vasitə hesab olunan metadon və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, özünü narkotik vasitələrin istifadəsində təqsirli bilir. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Ondan aşkar olunan narkotik vasitə kokaini «İnstagram» sosial şəbəkəsindən tanımadığı şəxsdən 3500 manat pul ödəyərək almışdır. Digər psixotrop maddə metamfetamin və metadon həbləri ona məxsus olmamışdır. Tərəzini isə narkotik vasitəni istifadə edərkən lazım olduğu üçün özündə saxlamışdır. 23 iyul 2021-ci il tarixdə həyat yoldaşı ilə birlikdə avtomaşında getdiyi zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onları saxlayıb hər ikisini həmin idarəyə aparmışlar. Onunla birlikdə həyat yoldaşını da 1 gün Baş Narkotiklərlə Mübarizə İdarəsində saxlamışlar, sonra həyat yoldaşını buraxmışlar. Baş Narkotiklərlə Mübarizə İdarəsində onu məcbur etmişlər ki, onun olmayan metamfetamin və metadon həblərinin onun olması barədə etirafedici ifadələr versin. O da həyat yoldaşının qanunsuz olaraq cinayətə cəlb olanmasından ehityat edib polislərlə razılaşmış və onun olmayan metamfetamin və metadon həblərinin onun olması barədə ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri, Səmədzadə küçəsi, ev 12 qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olmuş və ya Rusiya Federasiyasının Moskva şəhərinə gedərək bazarlarda ticarətlə məşğul olmuşdur. Təxminən 1 ildir ki, narkotik vasitə olan metadon həblərini qəbul edir. Həbs olunmamışdır 1 ay əvvəl Moskva şəhərinə getmiş, orada bir qədər bazarlarda meyvə satışı ilə məşğul olmuş və 20 iyul 2021-ci il tarixdə Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərinə gəldikdən bir gün sonra narkotik vasitə əldə etmək üçün «Google» proqramın axtarış bölməsində «narkotik almaq istəyirəm», axtarış bölməsinə daxil olmuş, axtarış onu «İnstagram» proqramına yönləndirmişdir. O, xatırlamadığı «İnstagram» istifadəçisi ilə internet vasitəsi ilə yazışmağa başlayaraq narkotik vasitə əldə etmək istədliyini bildirmişdir. Həmin şəxs ona xarici ölkəyə məxsus telefon nömrəsini göndərmiş və «Whatsapp» proqramı ilə yazmağını bildirmişdir. O da həmin şəxsin göndərdiyi nömrəyə istifadəsində olan RF-dan aldığı yadında qalmayan nömrə ilə «Whatsapp» proqramından yazmışdır. Həmin şəxs ona özünü Həsən kimi təqdim etmiş, digər anket məlumatlarını deməmişdir. Həsən adlı şəxs ona nakotik vasitə hesab edilən 1 qram kokaini 300 manata, metadonun bir həbini 5 manata və psixotrop maddə hesab edilən 1 qram metamfetamini 40 manata satdığını bildirmişdir. O, Həsənlə razılaşaraq 3500 manat pulun müqabilində nakotik vasitə hesab edilən 9 qram kokain, 25 ədəd metadone həbləri və psixotrop maddə hesab edilən 42 qram metamfetamin əldə etmək istədiyini bildirmişdir. Həsən ona pulu ödədikdən sonra narkotik vasitəni və psixotrop maddələrin yerləşdiyi yeri barədə məlumat verəcəyi bildirmişdir. Həsən ona «Whatsapp» proqramı vasitəsi ilə bank hesabını göndərərək həmin hesaba pulu ödəməli olduğunu demişdir. O, 21.07.2021-ci il tarixdə saaat 16 radələrində Yasamal rayonunda yerləşən «Million» ödəniş terminalı vasitəsi ilə Həsənin dediyi hesaba 3500 manat pulu ödəmiş və ona bu barədə məlumat vermişdir. Həmin gün axşam saatlarında Həsən adlı «Whatsapp» proqramı vasitəsi ona şəkil atmış və izah etmişdir ki, həmin şəkildə ünvan 5 ünvanda yerləşən X9 arxa tərəfində olan məhəllədə olan divarın dibində qoyulmuş içərisində pulunu ödədiyi narkotik vasitələrin və psixotrop maddənin olduğu sellofan torbanın şəkilidir. O həmin yerə piyada gedərək qeyd olunan sellofan torbanı götürmüş və içinə baxdıqda Həsənlə razılaşdığı narkotik vasitə olan kokain və metamfetaminin, həmçinin metadon həblərinin olduğunu görmüşdür. Sonra bu barədə Həsənə yazaraq torbanın götürdüyünü bildirmişdir. Bundan sonra yaşadığı evin həyətinə gələrək həmin torbanı məhəllədə gizlətmişdir. 23 iyul 2021-ci il tarixdə qaynı Şahid3 məxsus «Chevrolet» markalı, **-PV-*** qeydiyyat nişanlı avtomaşını şəxsi işləri üçün idarə etmək məqsədi ilə götürmüş, həmin avtomaşına etibarnamə əsasında idarə edərək yaşadığı məhəlləyə gəlmiş və yuxarıda qeyd etdiyi yerdən torbanı götürüb avtomaşının sol yan qapısında gizlətmişdir, həmçinin həmin torbanın içərisinə özünə məxsus elektron tərəzini də qoymuşdur, tərəzini qoymaqda məqsədi isə narkotik vasitələrin və psixotrop maddələri şəxsi istifadəsi üçün böləndə dəqiq çəkisini bilmək olmuşdur. 23 iyul 2021-ci il tarixdə axşam saat 18 radələrində qeyd olunan avtomaşını yaşadığı binanın həyətində saxlamış və torbanı açaraq içərisindən elektron tərəzini götürmüşdür. Həmin tərəzi vasitəsi ilə təxminən 7 qram psixotrop maddə hesab olunan metamfetamin çəkərək ayrıca bükümə bükmüşdür. Həmin bükümü əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. Daha sonra torbanı və tərəzini avtomaşının sol yan qapısında gizlətmiş və qapını bağlamışdır. Həmin gün axşam saat 21:20 radələrində Bakı şəhəri, Yasamal rayonunda piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər, Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetamini təqdim etmişdir. Sonra şalvarın sol yan cibindən 2 (iki) ədəd “İphone” markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi və 1 (bir) ədəd avtomobil açarı da aşkar olunmuşdur. Metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 8 (səkkiz) qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi və özü tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar və şəxsiyyət vəsiqəsi götürülmüş, avtomobilin açarı ona geri qaytarılmışdır. O, sorğu zamanı aşkar olumuş narkotik maddələri onlayn yolla bank hesabına pul köçürməklə şəxsi istifadəsi üçün Bakı şəhəri, Yasamal rayonunda gizlədilən yerdən əldə etdiyini, həmçinin idarə etdiyi, ağ rəngli, “Chevrolet” markalı, **-PV-*** nömrəli avtomobildə narkotik maddə saxladığını, həmin avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ərizəsi alınmışdır. Sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi, ağ rəngli, “Chevrolet” markalı, ** PV *** nömrəli avtomobilin olduğu yerə, yəni Yasamal rayonu, H.B.ünvan 4 ünvanına getmişlər, həmin avtomobilin sol qapısında gizlətdiyi 1 (bir) ədəd sellofan torbanı polislərə təqdim etmişdir. Həmin torbanın içindən 1 (bir) bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetamin, 1 (bir) bükümdə, ağ rəngli, daş formasında, kokain, 25(iyirmi beş) ədəd metadon həbləri və 1 (bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 34 (otuz dörd) qram olmuşdur. Daha sonra kokain elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 10 (on) qram olmuşdur. Aşkar olunmuş əşyalar qablaşdırılaraq üzərinə müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, tərəzini torbanın içinə qoymuşdur ki, qəbul etdiyi narkotik vasitənin və psixotrop maddənin dəqiq çəkisini bilsin. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həyat yoldaşının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunacağından ehtiyat etdiyi üçün həmin ifadələri oxumadan imzaladığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində xidmət edir. 23 iyul 2021-ci il tarixdə xidmət etdiyi idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri Yasamal rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşqul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və onun ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında digər polis əməkdaşı polis serjantı X3 ibarət əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat tədbirlərinin keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul etdikdən sonra 23 iyul 2021-ci il tarixdə polis nəfəri Ağamməd Vəzirov ilə birlikdə işlədiyi idarədən çıxıb Bakı şəhəri Yasamal rayonu inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə həmin gün saat 21:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, ev 53A ünvanın yaxınlığında piyada hərəkət edən Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etmişlər. Sonra ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə və satışı ilə məşqul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə oradan Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişlər. İdarədə təhqiqatçısı X14 iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək, onu müdafiəçi ilə təmin etmişdir. Müdafiəçinin də iştirakı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin operatoru polis nəfəri polis serjantı X11 video yazan texniki vasitə kimi «Sony» markalı videokameradan istifadə edərək çəkiliş aparmağa başlamışdır. Təhqiqatçı N.Aburşu Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların könüllü surətdə verməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1(bir) ədəd bükümdə ağ rəngli, kristalik şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etmiş, bundan sonra baş təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirmiş, axtarış zamanı onun əynində olan göy rəngli şalvarın sol yan cibindən 2 (iki) ədəd «İphone» markalı mobil telefonlar, şəxsityyət vəsiqəsi və 1 (bir) ədəd avtomobil açarı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan metamfetaminə bənzər maddə büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və metamfetaminə bənzər maddə büküm ilə birlikdə çəkisi 8(səkkiz) qram olmuşdur. Keçirilmiş şəxsi axtarışla Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin büküm içindəki ağ rəngli, kristalik şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə ilə birlikdə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üstünə imzalanaraq baş təhqiqatçı N.Aburşu tərəfindən götürülmüşdür. Həmçinin 2 (iki) ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi də iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, avtomobil açarı isə Təqsirləndirilən şəxs qeri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddəni şəxsi istifadəsi üçün onlayn bank hesabına pul köçürməklə Bakı şəhəri Yasamal rayonunda gizlədilən yerdən əldə etdiyini, idarə etdiyi «Chevrolet» markalı, ağ rəngli ** PV *** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxladığını, həmin avtomobildə saxladığı narkotik vasitələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş, bununla da şəxsi axtarış və götürmə hərəkəti yekunlaşdırılmış və N.Aburşu tərəfindən müvafiq protokol tərtib etmiş və eləcə də aparılmış videoçəkiliş 01 ədəd DVD disk maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet» markalı, ağ rəngli ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirərək bu barədə ərizə yazdırıb imza etmişdir. Təhqiqatçı N.Aburşu tərəfindən Təqsirləndirilən şəxs «Chevrolet» markalı, ağ rəngli ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilinə «baxış və götürmə aparılması haqqında» qərar qəbul edərək onu müdafiəçisi Ə.İskəndərovun iştirakı ilə həmin qərarla tanış edərək hüquq və vəzifələrini izah etmiş, daha sonra təhqiqatçı N.Aburşu onun, operator polis nəfəri Ağamməd Vəzirov, Təqsirləndirilən şəxs və müdafiəçisi Ə.İskəndərovla birlikdə yaşadığı Bakı şəhəri Yasamal rayonu, H.B.Zərdabi küçəsi, ev 53A saylı binanı yaxınlığına getmişlər. Təqsirləndirilən şəxs orada saxlanılmış «Chevrolet» markalı, ağ rəngli ** PV *** dövlət qeydiyyat nişanlı avtomobili təqdim etmiş, baş təhqiqatçı N.Aburşu həmin avtomobilə Təqsirləndirilən şəxs müdafiəçisi Ə.İskəndərovun,onun və Şahid2 iştirakları ilə baxış və götürmə keçiriləcəyini bildirilmiş, heç bir etiraz daxil olmamışdır. Həmin avtomobilə baxış keçirilərkən operator polis serjantı Ağamməd Vəzirov video yazan texniki vasitə kimi «Sony» markalı videokameradan istifadə edilərək çəkiliş aparmağa başlamışdır. Təhqiqatçı N.Aburşu avtomobilə baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs qərarla tanış etdikdən sonra avtomobildə saxlanılması etimal olunan narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyəti ola biləcək digər əşyaları və sənədləri verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs avtomobilin sol qapısında gizlətdiyi 1(bir) ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisinə baxış keçirilərkən 1(bir) bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 1(bir) bükümdə ağ rəngli, daş formasında kokainə bənzər maddə, 25(iyirmi beş) ədəd narkotik vasitə metodon həbinə bənzər həblər və 1(bir) ədəd elekton tərəzi aşkar olunmuşdur. Daha sonra bükümlə birlikdə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə metamfetaminə bənzər maddə 34(otuz dörd) qram olmuşdur. Bükümlə birlikdə kokainə bənzər maddə elektron tərəzidə çəkilmiş və kokainə bənzən həmin maddə bükümlə birlikdə birlikdə çəkisi 10 qram olmuşdur. Təhqiqatçı N.Aburşu aşkar edilmiş qeyd olunan bükümlərdə olan maddələri və həbləri zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, zərfin üstünə qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilində və üzərində aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadəsi üçün onlayn bank hesabına pul köçürməklə Bakı şəhəri Yasamal rayonunda gizlədilən yerdən əldə etdiyini bildirmişdir. Təhqiqatçı N.Aburşu tərəfindən müvafiq protokol tərtib edilmiş və eləcə də aparılmış videoçəkiliş 01 ədəd DVD disk maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir. O da baxışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin onun üzərinə şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı bir fiziki zor tətbiq edilməmişdir. Məhkəmədə şahid X6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində Şahid1 oğlununun ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı X7 əridir. Farid əvvəllər narkotik vasitə istifadə etdiyi üçün məhkum olunmuş və cəzasını çəkib qurtarmışdır. Farid sonralar ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və müxtəlif ünvanlarda kirayəşin yaşamışlar. O, ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olmuş və ya Rusiya Federasiyasının Moskva şəhərinə gedərək bazarlarda ticarətlə məşğul olmuşdur. Farid 27.06.2021-ci il tarixdə Rusiya Federasiyasına getmiş və 20.07.2021-ci il tarixdə Bakı şəhərinə geri qaytımışdır. 23 iyul 2021-ci il tarixdə axşam radələrində Farid ondan lizinq müqaviləsi əsasında idarə etdiyi “Chevrolet” markalı, **-PV-*** nömrəli avtomobili idarə etmək üçün istəyərək bildirmişdir ki, Rusiya Federasiyasına təyyarə bileti almalıdır, həmcinin «Covid-19» üçün test verməlidir. Həmin avtomaşına əvvəlcədən Təqsirləndirilən şəxs da etibarnaməsi olmuşdur. O da etiraz etməmiş avtomaşını idarə etmək üçün Faridə vermişdir. Təxminən 3-4 saat sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları saxlamışlar. Sonra ona məlum olmuşdur ki, Faridin üzərindən və avtomaşından naroktik vasitələr və psixotrop maddlər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində, avtomaşında saxlaması, daşıması və ya satması barədə onun hec bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, 24.11.2010-cu il tarixdə Lənkəran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuşdur. O, 09 sentyabr 2011-ci ildə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu ödənilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Rauf Daşdəmirovun qəbul etdiyi 30 iyul 2021-ci il tarixli 5(004)-662/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 23 iyul sentyabr 2021-ci il tarixli qərarı qanuni sayılmışdır. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 23 iyul 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Yasamal rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 25 iyul 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 23 iyul 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş 23.07.2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 23.07.2021-ci il tarixdə saat 21:10 radələrində Bakı şəhəri Yasamal rayonu H.ünvan 8 ünvanın qarşısında küçədə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, həmin idarənin inzibati binasına gətirilərək həmin gün saat 22:30-da üstünə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1(bir) ədəd bükümdə ağ rəngli, kristalik şəkilli, metamfetaminə bənzər psixotrop maddəni çıxarıb könüllü təqdim etməsi, bundan sonra baş təhqiqatçı N.Aburşu tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməsi, sonuncunun əynində olan göy rəngli şalvarın sol yan cibindən 2 (iki) ədəd «İphone» markalı mobil telefonlar, Təqsirləndirilən şəxs özünə aid şəxsiyyət vəsiqəsi və 1 (bir) ədəd avtomobil açarı aşkar olunması, onun üstündən başqa əşya aşkar olunması, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddə ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 8 (səkkiz) qram olması, həmin büküm içindəki maddə ilə birlikdə zərfə qoyulub qablaşdırılaraq möhürlənməsi, 2 (iki) ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi də iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülməsi, avtomobil açarının isə F. Qulubəyova qaytarılması barədə iki nəfər polis əməkdaşı, F. Qulubəyovun özünün və vəkilinin iştirakı ilə baş təhqiqatçı N.Aburşu tərəfindən müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən texniki vasitə kimi «Sony» markalı video kameradan istifadə edilərək aparılmış videoçəkiliş elektron maqnit məlumat daşıyıcısı olan 1 ədəd “DVD” markalı diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet» markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilinə keçirilmiş 23.07.2021-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, 23.07.2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri Yasamal rayonu H.ünvan 8 ünvanın qarşısında küçədə Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet» markalı, ağ rəngli ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilinə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin sol qapısında gizlətdiyi 1(bir) ədəd sellofan torbanı təqdim etməsi, torbanın içərisinə baxış keçirilərkən 1(bir) bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 1(bir) bükümdə ağ rəngli, daş formasında kokainə bənzər maddə, 25(iyirmi beş) ədəd narkotik vasitə metodon həbinə bənzər həblər və 1(bir) ədəd elekton tərəzi aşkar olunması, avtomobildən başqa əşya aşkar olunmaması, bükümlə birlikdə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkildikdə çəkisi 34(otuz dörd) qram olması, bükümlə birlikdə kokainə bənzər maddə elektron tərəzidə çəkildikdə çəkisi 10 qram olması, qeyd olunan bükümlərdə olan maddələri və həblərin zərfə qoyulub qablaşdırılaraq möhürlənərək iki nəfər polis əməkdaşı, F. Qulubəyovun özünün və vəkilinin iştirakı ilə baş təhqiqatçı N.Aburşu tərəfindən müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən baxış və götürmə aparılarkən texniki vasitə kimi «Sony» markalı video kameradan istifadə edilərək aparılmış videoçəkiliş elektron maqnit məlumat daşıyıcısı olan 1 ədəd “DVD” markalı diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 23 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən «Sony» markalı videokamera ilə qeydə alınmış və 01 ədəd “DVD” markalı diskə köçürülmüş videogörüntünün əks etdirən protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstunə sonuncunun hüquqlarını müdafiə edən vəkil X2, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi mühüm işlər üzə baş əməliyyat müvəkkili,polis polkovniki Şahid1, həmin idarənin operatoru, polis nəfəri, polis serjantı X6 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona baş təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif edilir. X21 əynində olan göy rəngli şalvarının sağ yan cibindən içərisində maddə olan bir ədəd bükümü təqdim edirdi, bundan sonra baş təhqiqatçı N.Aburşu tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddəyə baxış keçirilməsi və bükümün içərisində ağ rəngli, kristalik şəkilli maddə olması, bundan sonra baş təhqiqatçı N.Aburşu tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçməsi, göy rəngli şalvarın sol yan cibindən 2 (iki) ədəd «İphone» markalı mobil telefonlar, Təqsirləndirilən şəxs özünə aid şəxsiyyət vəsiqəsi və 1(bir) ədəd avtomobil açarı aşkar olunması, başqa əşya və maddə aşkar edilməməsi, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin büküm ilə birlikdə elektron tərəzidə çəkilməsi və büküm ilə birlikdə çəkisi 8(səkkiz) qram olması, həmin büküm içindəki ağ rəngli, kristalik şəkilli maddə ilə birlikdə zərfə qoyularaq qablaşdırılması və möhürlənməsi və iştirakçılar tərəfindən zərfin üstünün imzalaması, baş təhqiqatçı N.Aburşu tərəfindən 2 (iki) ədəd mobil telefon və şəxsiyyət vəsiqəsinin götürülməsi, avtomobil açarının Təqsirləndirilən şəxs qeri qaytarılması müşahidə edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddəni şəxsi istifadəsi üçün onlayn bank hesabına pul köçürməklə Bakı şəhəri Yasamal rayonunda gizlədilən yerdən əldə etdiyini, idarə etdiyi «Chevrolet» markalı, ağ rəngli ** PV *** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxladığını, həmin avtomobildə saxladığı narkotik vasitələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirir. Cinayət işinin materiallarında olan 23 iyul 2021-ci il tarixdə saat 23:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet» markalı, ağ rəngli ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə «baxış və götürmə» aparılarkən «Sony» markalı mobil telefon vasitəsi ilə qeydə alınaraq 01 ədəd DVD markalı diskinə köçürülmüş video görüntünün əks etdirən protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet» markalı, ağ rəngli ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun hüquqlarını müdafiə edən vəkil X2, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi mühüm işlər üzə baş əməliyyat müvəkkili, polis polkovniki Şahid1, həmin idarənin operatoru, polis nəfəri, polis serjantı X6 iştirakları ilə ona təhqiqatçı X14 tərəfindən izah hüquqları olunur. Təqsirləndirilən şəxs avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini və razı olduğunu bildirir, ona idarə etdiyi «Chevrolet» markalı, ağ rəngli ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması ehtimal olunan narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyəti ola biləcək digər əşyaları və sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilin sol qapısında gizlətdiyi 1(bir) ədəd sellofan torbanı təqdim edir. Təhqiqatçı N.Aburşu tərəfindən həmin torbanın içərisinə baxış keçirilərkən 1(bir) bükümün içərisində ağ rəngli kristalik şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, 1(bir) bükümdə ağ rəngli, daş formasında kokainə bənzər maddə, 25(iyirmi beş) ədəd narkotik vasitə metodon həbinə bənzər həblər və 1(bir) ədəd elekton tərəzi aşkar olunur. Sonra bükümlə birlikdə metamfetaminə bənzər maddənin elektron tərəzidə çəkilməsi və bükümlə birlikdə metamfetaminə bənzər maddənin 34(otuz dörd) qram olması, daha sonra bükümlə birlikdə kokainə bənzər maddə elektron tərəzidə çəkilməsi və kakoinə bənzən həmin maddə də bükümlə birlikdə birlikdə çəkisi 10 qram olması, daha sonra təhqiqatçı N.Aburşu aşkar edilmiş qeyd olunan bükümlərdə olan maddələri, həbləri və tərəzi zərfə qoyaraq qablaşdıraraq zərfin üstünə qeydlər aparılmaqla möhürləyir və iştirakçılar tərəfindən zərfin üstünün imzalanır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilir, lakin iş üçün əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmur. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilində və üzərində aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadəsi üçün onlayn bank hesabına pul köçürməklə Bakı şəhəri Yasamal rayonunda gizlədilən yerdən əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi axtarış və götürmə və idarə etdiyi avtomobilə keçirilmiş baxış və götürmə hərəkəti prosesinə dair videoçəkilişlərii özündə əks etdirən həmin elektron maqnit məlumat daşıyıcıları olan 2 ədəd “DVD” markalı disk obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən 18.02.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/3059 nömrəli 24.07.2021-ci il tarixli ekspertiza rəyindan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub-götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 7,319 qram olan ağ rəngli kristalik formalı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş bir ədəd sellofan bükümdə təmiz çəkisi 34,345 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 8,432 qram olan ağ rəngli maddə narkotik vasitə olan kokaindir. Təqdim olunmuş ümumi sayı 25 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 1 qram (1ədəd həbdə 0,04 qram) təşkil edir. Kokain 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiqedilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotikvasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiqedilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu liə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş 2 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş metadon həbləri xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə psixotrop maddə olan metamfetaminin izləri vardır, Metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş metamfetamin ilə müqayisə etmək mümkün olmamışdır. Metamfetaminin təmiz çəkisi 41,664 qram, cəmi təqiqata 0,1 qram sərf edilmiş, 41,564 qram qalıq qalmışdır. Metadon həblərinin sayı 25 ədəd, tədqiqata 3 ədəd sərf edilmiş, 22 ədəd həb qalıq qalmışdır. Kokainin təmiz çəkisi 8,432 qram, cəmi təqiqata 0,05 qram sərf edilmiş, 8,384 qram qalıq qalmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 şəxsin Ambulator X1 3066 saylı 25.08.2021-ci il tarixli rəyinən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan opiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X4 Publik Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 25.08.2021-ci il tarixli 1931 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, törətdiyi əməl dövründə hər hansı bir xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilir. Təqsirləndirilən şəxs oğlunun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 7,319 qram olan ağ rəngli kristalik formalı kustar üsulla hazırlanmış psixotrop maddə metamfitamin, bir ədəd sellofan bükümdə təmiz çəkisi 34,345 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, narkotik vasitə hesab olunan 25 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 1 qram (1ədəd həbdə 0,04 qram) təşkil edən narkotik vasitə, bir ədəd bükümdə təmiz çəkisi 8,432 qram olan ağ rəngli maddə narkotik vasitə olan kokain və bir ədəd elektron tərəzi 18.02.2022—ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatdan qalıq qalmış psixotrop madddə olan metamfetaminin qalıq qalmış 41,564 qram hissələri, narkotik vasitə olan kokainin qalıq qalmış 8,384 qram, narkotik vasitə olan metadonun qalıq qalmış 22 ədəd həbləri və 1 ədəd elektron tərəzi saxlanması üçün Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən alınmış məlumatda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə 20.07.2021-ci il tarixdən 23.07.20201-ci il tarixə kimi daxil olan və çıxan telefon danışıqları və SMS məlumatlarına aid anten dairəsinə əsasən müəyyən olmuşdur ki, 20.07.2021-ci il, 22.07.2021-ci il, 23.07.2021-ci tarixlərdə Azərbaycan Respublikası Bakı şəhəri ərazisində olmuşdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 2006-cı il təvəllüdlü X8 adında bir yetkinlik yaşına çatmayan övladı vardır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 7,319 qram olan ağ rəngli kristalik formalı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd sellofan bükümdə təmiz çəkisi 34,345 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, narkotik vasitə hesab olunan 25 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 1 qram (1ədəd həbdə 0,04 qram) təşkil edən narkotik vasitə, bir ədəd bükümdə təmiz çəkisi 8,432 qram olan ağ rəngli maddə narkotik vasitə olan kokain, ekspertiza tədqiqatdan qalıq qalmış psixotrop madddə olan metamfetaminin qalıq qalmış 41,564 qram hissələri, narkotik vasitə olan kokainin qalıq qalmış 8,384 qram, narkotik vasitə olan metadonun qalıq qalmış 22 ədəd həbləri və 1 ədəd elektron tərəzi məhv edilməli, 4 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 23 iyul 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 118 manat 65 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi Umud qızına 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 7,319 qram olan ağ rəngli kristalik formalı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd sellofan bükümdə təmiz çəkisi 34,345 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, narkotik vasitə hesab olunan 25 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 1 qram (1ədəd həbdə 0,04 qram) təşkil edən narkotik vasitə, bir ədəd bükümdə təmiz çəkisi 8,432 qram olan ağ rəngli maddə narkotik vasitə olan kokain, ekspertiza tədqiqatdan qalıq qalmış psixotrop maddə olan metamfetaminin qalıq qalmış 41,564 qram hissələri, narkotik vasitə olan kokainin qalıq qalmış 8,384 qram, narkotik vasitə olan metadonun qalıq qalmış 22 ədəd həbləri və 1 ədəd elektron tərəzi məhv edilsin, 4 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 118 manat 65 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi Umud qızına 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar