Məhkəmə qərarları › İş №1(101)-798/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-798/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-798/2023 14.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçi: Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1948-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ndə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan oğlu Şahid baş etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan şossesi, Ələt qəsəbəsində yerləşən hərbi hissə və Salyan rayonu istiqamətində, yol kənarında olan “Azər” marketə çatmağa 15 metr qalmış məsafədə 40 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbə əməl etmədiyindən qarşıda həmin yolu sol kənarından sağ kənara doğru keçən piyada Zərərçəkmiş şəxs yolun sağ kənarına 1 metr qalmış məsafədə idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs daxili qanitirmə ilə müşayiət olunan qaraciyərin cırılmış yarası, sağ böyrəyə qansızma, alın, sol bazu, hər iki said, qarın nahiyələrinin, hər iki əlin arxa səthinin, sol diz oynağı nahiyəsininsıyrıqları, sol almacıq, burun, döş qəfəsi, sağ bud, sol baldır və sol diz oynağı nahiyələrinin qançırları xəsarətlərindən ibarət dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, sağ böyrəyə qansızma fonunda qaraciyərin cırılması nəticəsində baş vermiş kəskin qanitirmə və hemorragik şokdan ibarət xəsarətlər yetirməklə həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı evdə ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Ələt qəsəbəsində yaşayır, təqaüdçüdür, əvvəllər yük maşınının sürücüsü işləmiş, sürücülük vəsiqəsi də olmuşdur. Lakin təqaüdə çıxandan sonra sürücülük vəsiqəsinin müddəti bitmiş, o isə vəsiqənin müddətini Yol polisində uzatmamışdır.xx.xx.2022-ci il tarixdə saat 20 radələrində oğlu Rəşidə məxsus «Vaz-21074» markalı maşınla mağazaya ərzaq almaq üçün çıxmış, oğlu şəkər xəstəsi olduğu və gözü yaxşı görmədiyi üçün maşını özü idarə etmiş, Rəşid isə onun yanında qabaq sərnişin oturacağında əyləşmişdir. Maşını Ələt-Salyan istiqamətində idarə etdiyi zaman qarşısına qarşı yolla hərəkət edən yük maşını çıxmış və maşının faralarının işığı onun yolu görmə qabiliyyətini bir müddətə almış, maşını saatda 40 km sürətlə etdiyi zaman maşının qabaq sağ tərəfi ilə adam vurduğunu hiss etmişdir. Bunu vurma səsindən, vurduğu adamın yerə, yolun kənarına yıxılmasından bilmişdir. Dərhal maşını saxlayıb Rəşidlə birlikdə maşından enib görmüşdür ki, vurduğu adam Ələt qəsəbə sakini Zərərçəkmiş şəxsdur. O, Salmanı vurduğu zaman ətrafda heç kəs olmamış, lakin Salmanı vurduqdan sonra yola kənar şəxslər gəlmiş, tanımadığı adamlar Salmanı başqa bir maşina otuzdurub təcili-tibbi yardım stansiyasına aparmışlar, o da oğlu Rəşidlə birlikdə həmin stansiyaya getmiş, orada həkimlər Salmana iynə vurduqdan sonra o özünə gələrək ona bir şey olmadığını, sadəcə yıxıldığını bildirmiş, həmin vaxt hiss olunurdu ki, Salman içkilidir. Həkimlər Salmana xəstəxanaya aparmaqlarını desələr də sonuncu razı olmamış, evinə getmək istədiyini deyərək xəstəxanaya deyil, evinə getmişdir.onlar da Salmanın arxasınca evinə getmiş, ona təklif etmişlər ki, xəstəxanaya aparsınlar, lakin Salman bu təklifə razı olmamışdır. Buna görə Rəşidlə evlərinə getmiş, qısa bir müddətdən sonra isə Salmanın oğlu Murad zəng edib atasının keçindiyini bildirmişdir. Salmanın bütün dəfn xərcəlrinə köməklik etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Ələt qəsəbəsi sakini kimi tanıyır, onunla heç bir ədavəti və düşmənçilikləri yoxdur. X10 isə onun doğma atası olmuş, atası həmişə spirtli içkilər qəbul etmiş, hətta içməkdən ayaqları qaralırdı. Həkimə aparmaq istəsə də atası buna razı olmamışdır. Elə hadisə baş verən günü də atası içkili olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində o evdə olan zaman bir nəfər şəxs onun mobil telefonuna zəng vuraraq atasının təcili tibbi yardım stansiyasında olduğunu, atasını əvvəlcə maşın vurduğunu, sonra isə yıxıldığını bildirmişdir. Dərhal TTYstansiyasına gedərək görmüşdür ki, atasına ilk tibbi yardım göstərilmiş, özünü yaxşı hiss edirdi. Orada bilmişdir ki, atasını maşınla yaşadıqları Ələt qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi maşınla vurmuşdur. Atası yolu keçən zaman maşınla vurulmuşdur. Atası hər hansı bir xəstəxanaya getməyə imtina etmiş, özünü yaxşı hiss etdiyini, evə getmək istədiyini bildirmişdir. Bu səbəbdən atasını evə aparmışdır. Evlərinə gətirən zaman atası ona əvvəlcə yıxıldığını, sonra isə maşın vurduğunu demişdir. Atasından harasının ağrıdığını soruşan zaman atası ona sağ böyrü və sağ qıçının diz nahiyyəsinin ağrıdığını bildirmişdir. O, atasını həkimə aparmaq istəmiş, lakin atası buna razı olmayaraq yaxşı olduğunu bildirmişdir. Evə gələn təcili tibbi yardımın həkimi atasına iynə vurmuş, bu zaman Təqsirləndirilən şəxs və oğlu Rəşid da atasının yanında olmuşlar. Onlar da atasının vəziyyətinin yaxşı olduğunu görərək getmiş, Məmmədağanın oğlu Rəşid bir azdan atasına yenə baş çəkməyə gələcəklərini bildirmişdir. Lakin atası elə həmin gün qəfildən dünyasını dəyişmişdir. Təqsirləndirilən şəxs və oğlu Rəşid atasının yas mərasimində iştirak etmiş, bütün dəfn xərclərini ödəmişlər, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur, onunla barışmış və məhkəməyə barışıq ərizəsini təqdim edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun doğma atası, X10u isə yaşadıqları qəsəbə sakini kimi tanıyır, onun içki aludəçisi olduğunu bilirdi. «Vaz-21074» markalı maşın ona məxsusdur, hadisədən 2 ay qabaq almışdır, işlənmiş maşındır. Maşının əyləci işlək vəziyyətdə olsa da, sürücü tərəfdən farası işləməmiş, sağ tərəfdəki fara isə işlək vəziyyətdə idi. Hadisə baş verən gün atası ilə birlikdə idarə etdiyi maşınla mağazaya ərzaq almaq üçün getmiş, atası 40 ilin sürücüsüdür, lakin onun sürücülük vəsiqəsinin müddətinin bitdiyini bilməmişdir. O, özü şəkər xəstəsidir, gözü yaxşı görmür, buna baxmayaraq maşını mağazaya gedən zaman özü idarə etmişdir. Mağazadan qayıdan zaman səhhətində problem yarandığı və gözləri qaraldığı üçün atasından xahiş etmişdir ki, maşını atası sürsün. O isə maşında qabaq oturacaqda atasının yanında oturaraq telefonla danışmışdır. Bu zaman atasının maşını o üz-bu üzə qaçırdığını görmüş, elə həmin vaxt maşının nə isə vurma səsini eşitmiş, atası maşını saxlamış, hər ikisi maşından enərək görmüşlər ki, maşın Ələt qəsəbə sakini Zərərçəkmiş şəxs vurmuş, sonuncu yerə yıxılmışdır. Salmanı vurduqdan sonra hadisə yerinə kənar şəxslər gəlmiş, tanımadığı adamlar Salmanı başqa bir maşına otuzdurub təcili-tibbi yardım stansiyasına aparmışlar. O da atası ilə birlikdə həmin TTYS-na getmiş, orada həkimlər Salmana iynə vurduqdan sonra o özünə gələrək ona bir şey olmadığını, sadəcə yıxıldığını bildirmişdir. Həmin vaxt Salmanın içkili olması hiss olunurdu. Həkimlər Salmana xəstəxanaya aparmaqlarını desələr də sonuncu razı olmamış, evinə getmək istədiyini deyərək xəstəxanaya deyil, evinə getmişdir. O da atası ilə birlikdə Salmanın arxasınca evinə getmiş, ona xəstəxanaya aparmağı təklif etsələr də Salman buna razı olmamışdır. Həmin vaxt o, Salmanın oğlu Murada 100 manat pul vermişdir ki, birdən dərman lazım olsa ala bilsin. Bundan sonra o atası ilə evlərinə getmiş, qısa bir müddətdən sonra isə Salmanın oğlu Murad zəng edib atasının keçindiyini bildirmişdir. Salmanın yasında yaxından iştirak etmiş, bütün dəfn xərclərinə köməklik etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ RPİ-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs Yeni Ələt qəsəbəsində avtomobilin vurması nəticəsində xəsarət almış, xx.xx.2022-ci il tarixdə, saat 20:40-da 20 saylı TTYS-na daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, piyadanın vurulduğu yer Bakı şəhəri, Qaradağ rayonu, Yeni Ələt qəsəbəsi, Salyan şossesi, Yeni Ələt qəsəbəsindən Salyan şossesi istiqatəmindən mərkəzə doğru 1 metr məsafədir. “VAZ 2107” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadının tin hissəsi zədələnmişdir. Məhkəmədə elan edilib araşdırılmış «nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında» xx.xx.22022-ci il tarixli protokoldan müəyyən olunur ki, Qaradağ RPİ-nin 11-ci PB-nin qarşısında dayanmış «VAZ 2107» markalı, ** BD *** dövlət qeydiyyat nişanlı qavtomobilə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı avtomobilin sağ qanadının tin hissəsi (batıq) zədəli olmuşdur. Təqsirləndirilən şəxs batığın (zədənin) piyada Zərərçəkmiş şəxs vurduğu hissə olduğunu, zədənin bunun nəticəsində əmələ gəldiyini bildirmişdir. Avtomobilin şinləri normal vəziyyətdə olmuşdur. Avtomobilin salon hissəsində, sürücü yerində qan izəri aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış 2/31488 saylı, xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən olunur ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu və narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar olunmamış, ayıq vəziyyətdə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli «təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında» qərardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 20 oktyabr 2022ci il tarixli, 88 saylı rəyindən müəyyən olunur ki, mərhum Zərərçəkmiş şəxs meyitində daxili qanitirmə ilə müşayiət olunan qaraciyərin cırılmış yarası, sağ böyrəyə qansızma, alın, sol bazu, hər iki said, qarın nahiyələrinin, hər iki əlin arxa səthinin, sol diz oynağı nahiyəsinin sıyrıqları, sol almacıq, burun, döş qəfəsi, sağ bud, sol baldır və sol diz oynağı nahiyələrinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən Zərərçəkmiş şəxs ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdirlər, ölümü ilə birbaşa əlaqəliləri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər.

2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ böyrəyə qansızma fonunda qaraciyərin cırılması nəticəsində baş vermiş kəskin qanitirmə və hemorragik şok olmuşdur.

3. Mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər

4. İlkin meyit əlamətlərinin inkişafına əsasən Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-ci il tarixdə saat 03:00-da başlamışdır) təxminən 2-4 saat əvvəl baş vermişdir.

5. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda və mədədə (möhtəviyyatla birgə) məhkəmə-kimya tədqiqatı nəticəsində qanda etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı-0,6%-dir. Narkotik maddələr aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 10 noyabr 2022-ci il tarixli, 6/5840 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Şahid məxsus olduğu qeyd edilən geyim əşyalarının və “VAZ-2107” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağından götürüldüyü qeyd edilən 01 ədəd döşəkçənin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, “VAZ-2107” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağından götürüldüyü qeyd edilən 01 ədəd döşəkçənin səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Şahid məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş, “VAZ-2107” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağından götürüldüyü qeyd edilən 01 ədəd döşəkçənin səthi üzərindən aşkar edilmiş tünd göy rəngli hamarkimyəvi lifləri rənginə görə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 23 noyabr 2022-ci il tarixli, 8/3035 saylı rəyindən müəyyən olunur ki, «VAZ- 21070» markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş 016-126561-1222 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2021-ci il tarixədək etibarlı olan) AC 559728 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Məhkəmədə elan edilib araşdırılmış ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs qaraciyərin və öd kisəsinin travması nəticəsində ölmüşdür. Məhkəmədə elan edilib araşdırılmış 2 nömrəli Kliniki Psixatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli, 1/89 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanaya müracət etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «Respublika Psixatriya Xəstəxanası» X12 xx.xx.2023-cü il tarixli, 279 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ RPİ-nin ********* saylı, 08 .10.022-ci il tarixli məktubundan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi ilə əlaqdar dayanacağa yerləşdirilmiş “VAZ-21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili zərurət aradan qaldırıldığından götürülməsinə və daşınmasına icazə verilmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X7 xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə tövsif etmiş və Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə AC 559728 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilsədə, həmin vəsiqə yalnız xx.xx.2021-ci il tarixədək etibarlı olmuşdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əməldən peşman olmasını, ilk məhkumluğunu, yaşlı - 75 yaşı olmasını, hadisə baş verəndən sonra hadisə yerindən uzaqlaşmayaraq zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün TTYS-na aparılmasını təmin etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasaını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 50.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş müddət hədlərində müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə göstərilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən cinayətin baş verməsindən sonra təqsirləndirilən şəxsin davranışı kimi onun zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmasını, onun müalicə və sonradan dəfn xərclərini tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə tam barışıq əldə etməsini, yaşını, nəzərə alaraq onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün X9 müəssisəsi müəyyən edilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası, yəni MTCM-nə yerləşdirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci olan 154, 85 (yüz əlli dörd manat səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını X9 müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs X9 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdə Təqsirləndirilən şəxs X9 müəssisəsinə yerləşdirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci olan 154, 85 (yüz əlli dörd manat səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar