Məhkəmə qərarları › İş №1(101)-798/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-798/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-798/2024 20.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2023-cü il tarixli hökmü ilə 4 il 9 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayonu, Şahid4 küçəsi ev 7, mənzil 84-da qeydiyyatda olmaqla yaşamış, hazırda cəza çəkməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 9,86 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımış və 18 aprel 2023-cü il tarixdə həmin psixotrop maddə metamfetaminin bir hissəsini 1,098 qramını 30 manat müqabilində Şahid6 satmış, onun narkotik vasitələrlə psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 18 aprel 2023-cü il tarixdə saat 07:00-da Xətai RPİ-nin NMB-nin və 36-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində o, yaşadığı Bakı şəhəri, Xətai rayonu, Şahid4 küçəsi, ev 7, mənzil 84 ünvanında saxlanılıb ünvan 2Ş-nin inzibati binasına gətirilərək videoçəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda, bir bükümdə kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən, təmiz çəkisi 8,762 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, yaşadığı Bakı şəhəri, Xətai rayonu Şahid4 küçəsi ev 7, mənzil 84 ünvanında narkotik vasitələrlə psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil edərək bu məqsədlə 18 aprel 2023-cü il tarixdə Şahid6, Şahid5, Şahid7 və Şahid4 şərait yaratmaqla yer ayırmış və onun yaşadığı ünvanda narkotik vasitələrlə psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 18 aprel 2023-cü il tarixdə saat 07:00-da Xətai RPİ-nin NMB-nin və 36-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmin ünvanda digər şəxslərlə birlikdə saxlanılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3 və 238.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər bir dəfə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmuşdur. Belə ki, həmin iş üzrə 12 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bir neçə gündən sonra 18 aprel 2022-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Atası xəstə olduğu üçün evdə ona qulluq etməklə məşğul olmuşdur. Bir il sonra 18 aprel 2023cü il tarixdə yenidən saxlanılmışdır. Belə ki, həmin gün evə qayıdarkən narkotik vasitə istifadəçisi olan Fərid adlı tanışı blokda ona yaxınlaşıb, 2 qram narkotik vasitə heroin qarşılığında Samsung A52 markalı telefon satıldığını bildirmişdir. O isə bu təklifdən imtina etmiş, pilləkənlərdə sonuncunun uzaqlaşmasını gözləyib evə daxil olmamışdır. Bu vaxt iki polis əməkaşı onu saxlayıb evə salıb döyməyə başlamışlar. Sonra üzərinə axtarış və evə baxış keçirilmiş, lakin narkotik vasitə aşkar edilməmişdir. Polislər evdən pul, üzük, kalonka və təsbeh götürmüşlər. Sonra həmin əməliyyatçılar başqa şəxslərə zəng edib evə onun tanımadığı şəxsləri gətirmişlər. Gələnlərdən ikisi qadın olmaqla cəmi 9 nəfər olmuşlar. Sonra onları Xətai RPİ-nin 36-cı PŞ-yə aparmışlar. Bölmədə polislər ona: «məhkəmə səni ev dustaqlığına buraxanda bilmirdin ki başına yenidən bunlar gələcək?»-deyə bildirmişlər. Bölmədə olarkən polislərin evə gətirdikləri şəxslərdən birində narkotik vasitə olduğunu öyrənmişdir. Sonra xidməti otaqlardan birində onun qarşısına heroin və metamfetamin qoyaraq bükümlərdən böyük olanını götürməyini tələb etmişlər. Bölmədə qanından narkotik vasitə aşkar edilməyən şəxslər sərbəst buraxılmış, o və qalanları isə bölmədə gecələmişdir. Səhəri gün saat 6-da yenidən onları evə aparmışlar. Videoçəkiliş zamanı digər şəxslər təhqiqatçının diktəsi ilə hərəkət edib, narkotik vasitə qəbul etmək üçün onun evinə gəldiklərini bildirmişlər. Evdəki şəxslərdən biri Hövsan qəsəbəsindən gəldiyini bildirir. Digər bir şəxsin isə üzərində 8 qram narkotik vasitə olmuşdur. Bir şəxsin narkotik vasitə istifadə etməsi üçün Hövsandan Xətai rayonuna gəlməsi və ya üzərində narkotik vasitə olan adamın narkotik vasitə istifadə etməsi üçün onun evinə gəlməsi heç bir məntiqə sığmır. Hər kəsin öz evində narkotik vasitə istifadə etməsi imkanı var. Onların hamısı təzyiqə məruz qalmış və öyrədilmiş şəxslər olmuşlar. Polislər ona öz vəkilini çağırmağa imkan verməmiş, dövlət hesabına təyin edilmiş vəkil isə onu müdafiə etməmişdir. Xətai rayon prokurorunun qəbulunda vəkili ilə əlaqə saxlamağa icazə vermədiklərini və döyüldüyünü bildirmişdir. Daha sonra məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İstintaq təcridxanasında müayinə edilərkən döyüldüyünü bildirmişdir. 6 iyun 2023-cü il tarixdə əvvəlki cinayət işinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunmuşdur. O, həm evdə, həm də bölmədə polis əməkdaşları tərəfindən döyülmüş, qulağından zərbə almışdır. Hazırda həmin qulağı yaxşı eşitmir. Buna baxmayaraq gözlə görünən xəsarəti olmamışdır. Narkotik vasitə istifadəçisi olsa da, onların satışı ilə məşğul olmamış və evində tiryəkxana təşkil etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şöbəyə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat araşdırıldıqdan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması və yaşadığı ünvanda tiryəkxana təşkil etməsi məlum olmuşdur. Dərhal rəhbərliyə raportla məruzə etdikdən sonra, əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri 18 aprel 2023-cü il tarixdə, saat 7-də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Qadir Məmmədov küçəsi 7 saylı binanın 84-cü mənzilinə getmiş və sonunucunun icazəsi ilə evə baxış keçirmişlər. Baxış zamanı mənzildə Təqsirləndirilən şəxs, Şahid5, Şahid6, Şahid7 və Şahid4 olduğu müəyyən edilmişdir. Həmin şəxslər şifahi sorğu zamanı Kamalın dəvəti və təşkili ilə evə narkotik vasitə və psixotrop maddə alıb istifadə etmək üçün gəldiklərini bildirmişlər. Həmin şəxslər saxlanılıb 36-cı PŞ-nə dəvət edilmişlər. Bölmədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanıldığı izah olunmuş və müdafiəçi dəvət edilmişdir. Sonuncunun iştirakı və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni çıxarıb təqdim etmiş və xatırlamadığı tarixdə İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdəki metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə çəkisi 8,93 qram olmuşdur. Sonra həmin maddə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri ekspertizaya göndərilməsi üçün möhürlənmiş və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sonda şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilmiş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, uzun müddətdir ki, psixotrop maddə metamfetamindən istifadə edir. Sonuncu dəfə 17 aprel 2023-cü il tarixdə Hövsan qəsəbəsində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin almışdır. Həmin psixotrop maddəni ertəsi gün qəbul etmək qərarına gəlmişdir. 18 aprel 2023-cü il tarixdə psixotrop maddə qəbul etməsi üçün Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Şahid4 küçəsi, ev 7, 84 saylı mənzilə getmişdir. Sonuncu evdə tək yaşadığından onun və başqalarının psixotrop maddə və ya narkotik vasitə qəbul etməsi üçün şərait yaratmışdır. O, evə daxil olarkən Rəşad, Əhməd və Röyal da evdə olmuşlar. Bir qədər sonra evə polis əməkdaşları daxil olmuşdur. Sorğu zamanı o, psixotrop maddə qəbul etməsini bildirmişdir. Bundan sonra polislər onu və digərlərini 36-cı PŞ-nə aparmışlar. Şöbədə üzərində olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Heç vaxt Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır, yaxşı münasibətləri var. 2023-cü ilin aprel ayında Yasamal rayonunda şəxsi istifadəsi üçün 30 manata təxminən bir qram narkotik vasitə heroin almışdır. 18 aprel 2023-cü il tarixdə tanışı Kamalla görüşmək üçün Bakı şəhəri, Xətai rayonu, Şahid4 küçəsi, ev 7, 84 saylı mənzilə getmişdir. Evdə Kamaldan başqa Rəşad adlı tanışı və tanımadığı şəxslər də olmuşdur. Həmin vaxt üzərində 0,1 qram narkotik vasitə heroin var idi. Bir qədər sonra evə polis əməkdaşları daxil olmuş və onları saxlayıb polis şöbəsinə aparmışlar. Heç vaxt Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, narkotik vasitə heroin istifadəçisidir, falqada yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə qəbul edir. 17 aprel 2023-cü il tarixdə Binəqədi rayonunda əvvəllər də narkotik vasitə aldığı İran İslam Respublikasının vətəndaşı Hüseyn kimi tanıdığı şəxsdən 200 manata 10 qrama yaxın narkotik vasitə heroin əldə etmişdir. 18 aprel 2023-cü il tarixdə gecə saatlarında narkotik vasitəni rahat qəbul etməsi üçün tanışı Kamalın yaşadığı Bakı şəhəri, Xətai rayonu, Şahid4 küçəsi, ev 7, 84 saylı mənzilə getmişdir. Evdə Kamaldan əlavə əvvəllər gördüyü başqa şəxslər də olmuşdur. Bir qədər sonra polis əməkdaşları evə gəlmiş, onu və digərlərini saxlayaraq polis şöbəsinə aparmışlar. Kamalın yaşadığı evə narkotik vasitə qəbul etməsi üçün getmiş və sonuncudan narkotik vasitə almamışdır. İbtidai istintaq zamanı dindirilərək ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid6 ifadəsindən görünür ki, psixotrop maddə metamfetamin istifadəçisidir. Tural onun dostudur. 18 aprel 2023-cü il tarixdə Turalın Rəşad adlı tanışı onları psixotrop maddə metamfetamin almağa aparmışdır. Yolda söhbət zamanı psixotrop maddəni Kamal adlı şəxsdən almaq üçün getdiklərini bilmişdir. Həmin şəxsin ünvanını Rəşad tanımışdır. Ünvana çatdıqdan sonra Rəşada 30 manat pul vermiş və sonunucu evə qalxmışdır. X16 «Whatsapp» vasitəsilə mesaj yazaraq növbə ilə evə qalxmalarını bildirmişdir. Bundan sonra Tural evə qalxmış, bir qədər sonra isə o da evə qalxmış və Kamaldan təxminən bir qrama yaxın psixotrop maddə metamfetamin götürmüşdür. Evdə Kamaldan və ondan başqa 3 nəfər də olmuşdur. O, Kamalan aldığı psixotrop maddə metamfetamini elə həmin evdə qəbul etmək fikrində olsa da, bir qədər sonra polis əməkdaşları evə daxil olmuş, onları saxlayıb, Xətai RPİ-nin 36-cı PŞ-yə aparmışlar. Orada Kamaldan aldığı metamfetamin üzərindən aşkar edilərək götürülmüşdür. İşin 1-ci cildinin 10-11-ci vərəqlərindəki «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Şahid4 küçəsi, ev 7, mənzil 84 ünvanına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, o, yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil edərək bu məqsədlə 18 aprel 2023-cü il tarixdə Şahid6, Şahid5, Şahid7 və Şahid4 şərait yaratmaqla yer ayırmış və həmin gün saat 07:00-da həmin ünvanda digər şəxslərlə birlikdə saxlanılmışdır. İşin 1-ci cildinin 33-34-cü vərəqlərindəki «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 18 aprel 2023-cü il tarixdə saat 07:00-da Xətai RPİ-nin NMB-nin və 36-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Şahid4 küçəsi, ev 7, mənzil 84 ünvanında saxlanılıb ünvan 2Ş-nin inzibati binasına gətirilərək həmin gün saat 08:25-də videoçəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda, bir bükümdə kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən, təmiz çəkisi 8,762 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İşin 1-ci cildinin 54-cü vərəqindəki DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Şahid4 küçəsi, ev 7, mənzil 84 ünvanına keçirilmiş baxış zamanı onun yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil edərək 18 aprel 2023-cü il tarixdə Şahid6, Şahid5, Şahid7 və Şahid4 şərait yaratmaqla yer ayırması müəyyən edilmişdir. İşin 1-ci cildinin 55-ci vərəqindəki DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xətai RPİ-nin 36-cı PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda, bir bükümdə kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən, təmiz çəkisi 8,762 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İşin 1-ci cildinin 41-44-cü vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin ekspertinin 6/2283 nömrəli 19 aprel 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 151» dairəvi möhür əksləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 8,762 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. İşin 1-ci cildinin 227-228-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin tibb ekspertinin 10 may 2023-cü il tarixli 2768 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 178-193-cü vərəqlərindəki protokoldan görünür ki, Azercell Telecom MMC-dən daxil olmuş 19 iyun 2023-cü il tarixli, 13302 nömrəli məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə aid məlumatların olduğu bir ədəd diskə keçirilmiş baxış zamanı: -xx.xx.2023-cü il tarixdə, saat 03:40:52-də **********51 mobil telefon nömrəsindən ona «Kamis dostumun veziyeti kritivdir bayramgunudur gunese teref gelsen 10 manati var komek et»; -xx.xx.2023-cü il tarixdə, SAAT 19:57:03-də **********22 mobil telefon nömrəsindən ona «GOZEL GARDASİM BİR 10 UGUM VAR GANİM COX QARADİ PROBLEMLERİM VAR İSTİYİRDİM BİR YANİVA DEYİM GARDASİM İMKAN VARMİ?»; -xx.xx.2023-cü il tarixdə, saat 19:13:22-də **********02 mobil telefon nömrəsindən ona «X17 X24 X13 2 X18 Sorag Yoxdu, salamaclgdmi Qaqaw? X6 X9 X28»; -xx.xx.2023-cü il tarixdə, saat 20:10:21-də **********02 saylı mobil telefon nömrəsindən ona «X14 X27 X10 X19 X25 X23 X1 X20 Ele Mene»; -xx.xx.2023-cü il tarixdə, saat 18:31:19-da **********02 mobil elefon nömrəsindən ona «X21 X11 X7 X26 X8 X22 X12 X15 Hezden»; -xx.xx.2023-cü il tarixdə, saat 18:15:14-də **********12 mobil telefon nömrəsindən ona «Ay kishi kartiva sehfliynen 20 manat atiblar onu qaytar!»; həmin gün saat 18:15:34də həmin mobil telefon nömrəsindən ona «50 manatida duzeldib sabah gunortaya kimi at karta» məzmunlu Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını ehtimal etməyə əsas verən mesajların daxil olması müəyyən edilmişdir. İşin 1-ci cildinin 236-243-cü vərəqlərindəki Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 8,762 (tədqiqatdan sonra qalıq 8,712) qram psixotrop maddə metamfetamin, onun yaşadığı ünvana keçirilmiş baxış və üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu iki ədəd və "xxxx" MMC-dən daxil olmuş bir ədəd disklər iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, disklər cinayət işinə əlavə edilmiş, psixotrop maddə metamfetamin isə saxlanılması üçün Bakı şəhər Xətai RPİ-yə təhvil verilmişdir. İşin 1-ci cildinin 121-122; 164-173-cü vərəqlərindəki Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin 1-ci cildinin 23-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 81-86-cı vərəqlərindəki Xətai Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 98-105-ci vərəqlərindəki Bakı Apellyasiya Məhkəməsinin 22 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 115-116-cı vərəqlərindəki 25 may 2024-cü il tarixli axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərək həbs edilmişdir. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş 18 mart 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə təcridxanaya yerləşdirilmiş, müayinə zamanı onda xəsarət aşkar edilməmişdir. İşdəki İxtisaslaşdırılmış müalicə Müəssisəsindən daxil olmuş 16 fevral 2024-cü il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdə ağır vəziyyətdə müəssisəyə daxil olmuşdur. Müayinə zamanı onda «İİV infeksiyası, İV klinik mərhələ. 2-cili anemiya. Ağız boşluğunun kandidozu. Generalizə olunmuş limfoadenopatiya. Hər iki ağciyərin aşağı payının pnevmoniyası» kliniki diaqnozu təsdiq edilmişdir. İşdəki Xətai rayon məhkəməsinin 18 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Şahid4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşdəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli hökmündən görünür ki, Şahid5 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşdəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli hökmündən görünür ki, Şahid7 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşdəki Yasamal rayon məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli hökmündən görünür ki, Şahid6 Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək ona qəti olaraq 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən Şahid6 üzərindən aşkar edilmiş 1,098 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs almışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 238.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar, Bakı İstintaq Təcridxanasından daxil olmuş məktub, Bakı Ağır Cinayətlər Məhkəməsi, Xətai və Yasamal rayon məhkəmələrinin hökmləri və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır və cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-in 234.4.3 və 238.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası CM-in 234.4.3 və 238.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən 12 aprel 2022-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 7 gün müddət və 18 aprel 2023cü il tarixdən barəsində axtarış elan edildiyi 25 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 1 ay 7 gün müddət ona təyin edilən cəzaya hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 6 iyun 2023-cü il tarixdən hesablanmalı, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Xətai RPİ-yə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş 8,762 (tədqiqatdan sonra qalıq 8,712) qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun yaşadığı ünvana keçirilmiş baxış və üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu iki ədəd və "xxxx" MMC-dən daxil olmuş bir ədəd disklər isə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X3 müdafiə etmişdir. Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə müdafiəçi X2 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 306 (üç yüz altı) manat onun işlədiyi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 238.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 12 aprel 2022-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 7 gün müddət və 18 aprel 2023-cü il tarixdən 25 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 1 ay 7 gün müddət ona təyin edilən cəzaya hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 10 (on) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 6 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2023-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Xətai RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,712 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi və üzərinə keçirilən şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü iki ədəd DVD- R disk və "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş bir ədəd CD disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə müdafiəçi X2 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 306 (üç yüz altı) manat onun işlədiyi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar