Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-799/2021 20.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1 və İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə hazırlıq iclasında xx xxxx 1991-ci il tarixdə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, 27 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 oktyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum zamanda qanunsuz olaraq satış məqsədi ilə bir ədəd bükümdə təmiz çəkisi 2,917 qram olan ağ rəngli kristallardan ibarət olub, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə hesab edilən metamfetamini və bir ədəd bükümdə təmiz çəkisi 45,898 qram olan, qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroini Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində naməlum şəxsdən əldə edib üzərində saxlamaqla daşımış və 27 oktyabr 2020-ci il tarixdə, saat 16:30 dəqiqədə ünvan 3 ünvanın qarşısında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: BNMİ) əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri çərçivəsində saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçirilən zaman satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdəki təmiz çəkisi 2,917 qram olan ağ rəngli kristallardan ibarət maddə olub kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə hesab edilən metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 45,898 qram olan, qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin, eləcə də əynindəki idman şalvarının sol yan cibində saxladığı bir ədəd “200g/0.01q” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür ki, qeyd olunan hu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi alıb əldə etməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib qanunla ona verilən hüquqlardan istifadə edərək ifadə verməkdən imtina etdiyindən və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdiyindən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində verdiyi ifadələrində də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək əməlini etiraf edib ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava küçəsi ev 74də yaşamış, evlidir və bir nəfər 4 yaşlı qızı vardır. Əvvəllər Nəsimi rayonu, «28 May» metrostansiyasının ərazisində məktəb ləvazimatlarının satışı dükanında satıcı işləmiş və respublikada olan pandemiya ilə əlaqədar olaraq hazırda işləmir. 2 ilə yaxındır ki, narkotik vasitə olan heroini yandırıb tüstüsünü udmaqla ondan istifadə etmişdir. 2014-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyi üçün Bakı Hərbi Məhkəməsi tərəfindən 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 2020-ci ilin oktyabr ayında kimsə ona 098-lə başlayan İran GSM nömrəsi vermiş və narkotik vasitə almaq istədikdə həmin nömrə ilə danışaraq iranlı şəxsdən heroin ala biləcəyini demişdir. O da 02 oktyabr 2020-ci il tarixdə hazırda xatırlamadığı həmin 098-lə başlayan iran nömrəsinə whatsapp-la zəng etmiş və adını təqdim etməyən iranlı birisi ilə danışaraq heroin və metamfetamin sifariş vermək istədiyini demişdir. Həmin iranlı şəxslə bir qədər danışdıqdan sonra hesab nömrəsinə 305 manat pul ödəyəcəyi halda ona heroin və metamfetamin satacağı ilə razılaşmışlar. Bu görə də 04 oktyabr 2020-ci il tarixdə yaşadığı evin yaxınlığında olan “Milli ön” ödəmə terminalı vasitəsi ilə iranlıdan aldığı və hazırda xatırlamadığı kartın hesab nömrəsinə 305 manat pul ödəmiş və sonradan iranlı şəxsə zəng edərək kartı hesabına ödəniş etdiyini bildirmişdir. Həmin iranlı şəxs narkotik vasitə olah heroini və metamfetamini Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən Ə.Vahid heykəlinin yaxınlığında bir yerə qoyacağını və narkotik vasitəni oradan götürə biləcəyini demişdir. 22 oktyabr 2020-ci il tarixdə iranlı ona zəng edərək sifariş verdiyi narkotiki həmin yerdən götürə biləcəyini demişdir. O da həmin günü tək olaraq həmin ünvana getmiş və heykəlin yaxınlığından iki bükümü götürüb evə gəlmişdir. İçərisində heroin olan bükümü və içərisində metamfetamin olan bükümü açaraq bir qədər qəbul etmiş, lakin ona satılan narkotik vasitələrin keyfiyyətinin çox aşağı olduğunu və demək olar ki, heç narkotik vasitə olmadığını aşkar etmişdir. Bundan sonra həmin iranlı ilə whatsapp-la danışmış və ona satdığı narkotik vasitənin keyfiyyətinin aşağı olduğunu demiş, onu qaytarmaq və başqası ilə dəyişmək istədiyini bildirmişdir. 25 oktyabr 2020-ci il tarixdə iranlı ona zəng edərək aldığı həmin narkotik vasitələri növbəti gün ilk dəfə götürdüyü Ə.Vahidin heykəlinin yaxınlığına qoymağı tapşırmışdır. Razılaşsa da, işlərini gec qurtardığından, eləcə də respublikada elan edilmiş fövqəladə vəziyyətlə bağlı 26 oktyabr 2020-ci il tarixdə vaxt tapıb narkotiki qoymaq üçün Masazır qəsəbəsinə gedə bilməmişdir. Həmin iranlı ilə whatsapp-la əlaqə saxlamış və həmin narkotiki 27 oktyabr 2020-ci il tarixdə həmin yerə qoyacağı ilə bağlı razılaşmışdır. Odur ki, 27 oktyabr 2020-ci il tarixdə evdən çıxmış və piyada avtobus duracağına tərəf gedərkən saat 16.30 radələrində ünvan 4 ünvanın qarşısında ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşmış, vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş və ondan kim olduğunu soruşmuşlar. O, özünü təqdim etdikdə polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz əldə edilməsində və istifadəsində şübhəli olduğunu barədə onlarda məlumat olduğunu bildirmiş və bununla bağlı Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər. O, etiraz etmədən həmin polis əməkdaşları ilə birgə Yasamal RPİ-nin 28-ci PB-nə getmişdir. Xidməti otaqların birində ona hüquqlarının qorunması üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunacağı bildirilmiş və ona təqdim edilmiş vəkillər siyahından istənilən vəkilin onun hüquqlarını müdafiə etməsini istəmişdir. Bir qədər sonra ona təqdim edilmış vəkilin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış aparılacağı bildirilərək üzərində qanunsuz nə varsa təqdim etməsi təklif olunmuşdur. O da əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qəhvəyi rəngli iri bükümdə olan narkotik vasitə olan heroini və bir ədəd bükümdə ağ rəngli kristal formada olan metamfetamini çıxararaq könüllü olaraq təqdim edib masanın üzərinə qoymuşdur. Bundan başqa üzərində heç bir qanunsuz əşya olmadığını bildirdikdə, polis əməkdaşı tərəfindən onun üzərində şəxsi axtarış aparılmışdır. Əynindəki həmin qara rəngli idman şalvarının sol yan cibinə baxış keçirilərkən ona məxsus 1 ədəd “Red Mi” markalı mobil telefon, 1 ədəd elektron tərəzi və 1 ədəd 10 manatlıq pul əskinası aşkar edilmişdir. Şəxsi axtarış aparılarkən qeyd edilən proses polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə çəkilirmiş. İçərisində heroin və metafetamin olan təqdim etdiyi iki büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş və ondan bükümlərin içərisindəki maddənin nə olduğu soruşulmuşdur. O, iri bükümün içərisindəkinin heroin, digər bükümün içərisindəkinin isə metamfetamin olduğunu, həmin narkotik vasitələri Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində yerləşən Ə.Vahid heykəlinin yaxınlığında guya Moşu ləqəbli tanışının istəyi üzrə digər tanışı Fuad adlı şəxsdən 305 manata (Mosu üçün) aldığını bildirmişdir. Tərəzi barədə soruşulduqda o, yenə də yalan danışıb guya tərəzinin də Mosuya aid olmasını, narkotiki alarkən çəkisini ölçmək üçün özü ilə götürməsini demişdir. Bundan sonra həmin bükümlər və 1 ədəd elektron tərəzi iştirakçıların və vəkilin yanında bağlanılaraq zərfin içərisinə qoyularaq möhürlənmiş, mobil telefon zərurətlə əlaqədar polis əməkdaşlarında qalmış, pul əskinası isə onun özünə qaytarılmışdır. Həmin zərfə o, vəkili və orada iştirak edən polis əməkdaşları imza etmişlər. Bundan sonra içərisində iki ədəd büküm və tərəzi olan zərfin ekspertizaya göndəriləcəyi elan edilmişdir. Onun vəkili baxış zamanı saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki və ya psixi təsirə məruz qalıb-qalmamasını ondan soruşduqda o, heç bir təzyiqə və təsirə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında daha sonra göstərmişdir ki, üzərindən aşkar edilən hər iki bükümdəki narkotik vasitələr, eləcə də elektron tərəzi, mobil telefon və pul əskinası ona məxsus olmuşdur. Amma baxış zamanı, eləcə də videoçəkilişdə Mosu və Fuad barədə dedikləri deyildir. O, iranlılar barədə heç bir söz deməməyi özünə söz vermiş, iranlı şəxslərin onun həbsdən azad olunmasına köməklik edə biləcəklərini fikirləşmişdir. Ona görə də o, bütün proses boyu narkotik vasitə aldığı iranlılar barədə heç bir söz deməmişdir. Amma sonradan heç bir köməkliyin olunmadığını və düşüncələrinin yalnış olmasını fikirləşib, istintaq orqanına bu barədə doğru danışmağı qərarlaşdırmışdır. O, iki bükümdə olan heroin və metamfetamini iranlı kimi bildiyi şəxslə whatsapp-la danışaraq almışdır, Mosu və Fuad adları şərtidır və o, belə bir şəxsləri tanımamışdır. Şəxsi axtarış zamanı həmin adları özündən uydurmuş və bu adların yalan və şərti adlar olması barədə təhqiqat zamanı nə polis əməkdaşlarına, nə də ki, vəkilə heç bir söz deməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələri aldıqdan sonra ondan çox az miqdarda qəbul etmiş, qəbul etdiyi miqdarı tərəzi ilə çəkməmiş, qaytaran zaman nəzə çarpmasın deyə az qəbul etmişdir. Narkotik vasitəni almaq üçün iranlının kart hesabına pul köçürməsini təsdiq edən qəbzin evdə olduğunu ehtimal etmişdir. Narkotik vasitə və psixotrop maddə aldığı iranlı şəxsin nömrəsi 098-lə başlamış və rəqəmlər çox olduğuna görə hazırda onu xatırlaya bilməmişdir. İranlı şəxsin nömrəsi telefonunda olmuş, iranlı həmişə onunla 098-lə olan nömrə ilə danışıq aparmış və iranlının azərbaycan operatoruna aid nömrəsi onda olmamışdır. Narkotik vasitə aldığı həmin şəxs azərbaycanlı ləhcəsi ilə deyil, iran ləhcəsi ilə danışmışdır. Narkotik vasitəni və psixotrop maddəni özü üçün almış, hər dəfə gəlib-getməməsi üçün özü çox sifariş etmişdir. Narkotikin alınmasına ödədiyi pul isə əvvəllər işləyərkən yığdığı pul olmuşdur. Üzərində aşkar edilmiş mobil telefon ona məxsus olmamış və həmin mobil telefonu ***-***-**-** saylı GSM nömrəsi ilə istifadə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız özü qəbul etmiş, üzərində aşkar edilmiş elektron tərəzini saxlanılmamışdan 4-5 ay əvvəl Sədərək Ticarət Mərkəzindən səyyar satıcıdan 15 manata almış, iranlının ona satdığı narkotikin miqdarını ölçmək və çəkidə aldanmaması üçün tərəzini özü ilə aparmışdır. Heç bir ruhi-əsəb və başqa heç bir xəstəliklərindən əziyyət çəkməmiş, bununla əlaqədar olaraq heç bir yerdə qeydiyyatda olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir fiziki və psixoloji zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni ona satmış iran vətəndaşının adı Nəbi olmuş, sonuncunun deməsinə görə Əlsalam adlı bir qardaşı da olmuş və hər iki iranlı İranda narkotik vasitənin satışı ilə məşğul olmuşlar. Həmin iranlılarla heç bir vaxt azərbaycanda üzbəüz görüşməmiş, eləcə də özü heç bir vaxt İrana getməmiş, amma “WhatsApp”da görüntülü danışıq aparıb narkotik sifariş etmişdir. Həmin iranlı şəxslər heç bir zaman kart hesablarına pul ödənilmədiyi halda heç kimə narkotik vasitə satmamış və nisyə narkotik verməmişlər. Dəfələrlə iranlılardan nisyə narkotik vasitə istəmiş, amma pul ödəmədiyinə görə iranlılar bundan imtina etmiş, ümumiyyətlə həmin iranlılar Azərbaycan Respublikasına gəlməmiş, amma Azərbaycandakı kuryerləri ilə narkotiki istənilən yerə çatdırmışlar. Heç bir vaxt iranlıların kuryerlərini də azərbaycanda görməmişdir. Narkotik vasitə və psixotrop maddəni Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində olan Ə.Vahid heykəlinin yanından götürərkən orada heç kimi görməmiş, çünki kuryerlərin narkotik vasitəni qoyduqdan dərhal sonra həmin ərazidən uzaqlaşdıqlarını bilmişdir. ***-***-**-** saylı GSM nömrəni özü istifadə etmiş, ***-***-**-** saylı GSM nömrəsini isə qardaşı Elmar istifadə etmiş, mobil telefonunda adı “Fuad Masazır” kimi yazılmış şəxsi avtomobil təmiri ilə məşğul olan usta kimi tanımış və sonuncu ilə 24 oktyabr 2020-ci il tarixdə nə danışmağını xatırlamamışdır. 24 oktyabr 2020-ci il tarixdə Abşeron rayonunun Masazır qəsəbəsinə getsə də, orada Fuadla görüşməmiş, Fuadla cəmi 1-2 dəfə Şamaxinka adlanan ərazidə görüşmüş, istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi üzrə narkotik vasitənin satışı ilə bağlı mobil operatorlardan çıxarılmış sms və mobil telefonunun “WhatsApp” proqram təminatındakı danışıqlarına baxış keçirmiş və həqiqətən də narkotik vasitənin satışı ilə məşğul olduğunu etiraf etmişdir. 27.10.2020-ci il tarixdə üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün almış, qardaşı Elmarın narkotik vasitənin alışsatışı ilə məşğul olmasını bilməmiş və bunu görməmiş, heç bir vaxt qardaşı Elmarla birlikdə narkotik vasitə satmamış və ya almamış, mobil telefonunda adı “Mamulik” kimi yazılan şəxs onun anası Yasəmən olmuşdur. “Xalidə xala” kimi yazdığı şəxs qonşuları Subhanın anası olmuş, “Emioğlu” kimi yazılmış şəxs qardaşı Elmar, “Hİkmət” kimi yazılmış şəxs isə məhlə uşağı olmuş və adları çəkilən şəxslərlə narkotik vasitəyə görə heç bir bağlılığı olmamışdır. ********** saylı GSM nömrəsinin istifadəçisi “La Vadim” adlı şəxsin 27.10.2020-ci il tarixdə ona “WhatsApp”-la göndərdiyi “Yari pt yari kolu”, “Qaqa bu ne temalar idi verdin mene, 70 manat pul verdim, kola duxta patida ele, hemcinin qaqaw pulu yerden yigmirig vallah borc xerc eliyib gelmiwem yaniva olmadiki ayib deyil”, “Bu pulu gedib yerden yigib getrib vermiremree sene men sen mene qarwi bu ne hereketdi eliysen”, “Yaxwi mali ozun cekisen, aciston iyleneneni mene verisen, mende camahatin yanda biyabir oluram, hami qalxir usdume pati limon duzudu” yazı ona tanış olmuş və əvvəllər həmin yazını oxusa da cavab yazmamış, belə ki, əvvəllər adını Vadim kimi bildiyi şəxsə narkotik vasitə satmış və həmin narkotik vasitə keyfiyyətsiz çıxmış, bu baxımdan Vadimin ona öz etirazını “WhatsApp” yazısı ilə bildirmiş və sonuncu ödədiyi pulu, ya da əvəzində narkotik vasitə verməsini istəmişdir. Vadimin hazırda harada yaşamasını bilməmiş, istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsindən 25 oktyabr 2020 tarixdə saat 21:43də +**********29 saylı GSM nömrəsinin istifadəçisi “Maga” adlı şəxsə “Maga guya sən mənim zənglərimi görmürsən hə. Elə eləmə ki aramızda xətir hörmətin (söyüş söyür), mənimlə tez əlaqə. Sənə yaxşılıq yoxdu sənöl. Deyirdilər mənə inanmırdım. Qaqaş sabah axşama kimi 100 manat düzəlt səndən götürəcəm. Siryoznu verməliyəm pul sabah”, eləcə də həmin gün saat 23.58-də.”maga mənən əlaqə saxla, sən anavın canı, mal atıblar yasamala, gedək götrk” sözləri yazılmış sms-i o, yazmış, səhv etmirsə onun adı Məhəmməd olsa da hamının Maga kimi çağırmışdır. Maga məhlə uşağı olmasa da Alatavada yaşamış, Maga əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş, sonradan dövlət sektorunda işləmiş, Maga işə saat 09:00-da getdiyi üçün bəzən idarə etdiyi “Ravon” markalı avtomobili sonuncudan alıb istifadə etmiş və bəzi işlərini gördükdən sonra özünə qaytarmışdır. Maga da narkotik aludəçisi olmuş və avtomobili götürdüyü zaman bəzən sonuncuya özündən bir büküm narkotik vasitə vermişdir. Bundan başqa Maga ondan narkotik vasitə aldığı üçün ona 100 manat borcu olmuş və həmin pula görə qaçıb gizlənmiş, borclu olduğu pulu ala bilmədiyi üçün Maga ilə görüşmək və həmin pulu almaq məqsədi ilə sonuncuya yalandan “Yasamala mal atıblar, gedək onu götürək” deyə sms yazmış, heç bir vaxt Maga ilə birlikdə narkotik vasitə almağa getməmişdir. Magaya həmin sms-i yazdığı vaxt özü iranlıdan 22 oktyabr 2020-ci il tarixdə narkotik vasitə almış, narkotik vasitəsi olduğu üçün yenidən narkotik vasitə almağa ehtiyacı olmamış, ümumiyyətlə narkotik vasitə alarkən həmişə tək olmuş, belə hala görə heç kimi özü ilə şahid kimi aparmamışdır. İranlının narkotik vasitəni ölkəyə necə və hansı yollarla gətirməsini bilməmiş, iranlının həmişə +98-lə başlayan GSM nömrəsi ilə WhatsApp-la danışmış, iranlının İranda və ya Azərbaycanda olmasını da bilməmişdir. İranlı kart hesabına pul yüklədikdən sonra zəng edərək narkotiki qoydurduğu yeri ona bildirmiş, o, Azərbaycanda heç bir vaxt iranlının narkotikini də satmamış, iranlı heç vaxt ona pulsuz narkotik vasitə verməmiş, narkotik vasitəni ölkəyə necə və hansı yollarla gətirməsini bilməmişdir. İranlı həmişə +98-lə başlayan GSM nömrəsi ilə onunla WhatsApp-la danışmış, iranlının İranda və ya Azərbaycanda olmasını da bilməmişdir. ***-***-**-** saylı GSM nömrəsi anası Şahid3 məxsus olmuş və sonuncu istifadə etmiş, bəzən konturu olmayanda anasının mobil telefonundan istifadə edərək danışıq aparıb sms yazmış, narkotik vasitə ilə bağlı iranlı kimi bildiyi Nəbi və ya Əlsalam adlı şəxslə “WhatsApp”la danışıq apararkən bir çox hallarda həmin danışıqları telefonundan silmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, işlədiyi Baş İdarəyə ünvan 5 ünvanında yaşayan 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs külli miqdarda narkotik və psixotrop maddələri qanunsuz olaraq üzərində saxlaması və 27 oktyabr 2020-ci il tarixdə saat 16.30 radələrində ünvan 6 ünvanın qarşısına gələcəyi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı 27 oktyabr 2020-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması haqqında müvafiq əmr hazırlanmışdır. Həmin məlumatı yoxlamaq məqsədi ilə 27 oktyabr 2020-ci il tarixdə saat 16:15 radələrində o, iş yoldaşı - DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əməliyyat tədbirini keçirmək məqsədi ilə Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 5 saylı ünvanın qarşısına getmişlər. Təxminən 10-15 dəqiqə orada gözlədikdən və ətrafa nəzər yetirdikdən sonra zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsin tək və piyada şəkildə onlara tərəf gəlməsini müşahidə etmişlər. Təqsirləndirilən şəxs kimi bildiyi şəxsə yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra şəxsiyyətini dəqiqləşdirmək üçün həmin şəxsə kim olması sualını vermişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Əməliyyat məlumatı üzrə axtarılan şəxsi müəyyən etdiklərinə görə Təqsirləndirilən şəxs külli miqdarda narkotik və psixotrop maddələri qanunsuz olaraq üzərində saxlamasına dair əvvəlcədən məlumatlı olduqlarını bildirmiş və üzərində şəxsiyyət vəsiqəsi olmadığını öyrəndikdən sonra sonuncuya Yasamal RPİ-nin 28-ci PB-nə getməyi təklif etmişlər. Etiraz etmədikdə birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə gəlmişlər. 27 oktyabr 2020-ci il tarixdə PB-də xidməti otaqların birində DİN-in BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı Nizami Omarovun, dəvət edilmiş vəkilin, onun və iş yoldaşı Şahid2 iştirakı ilə aparılmış videoçəkilişlə şəxsiyyəti müəyyən edilən 1991-ci ildə ünvan 7 ünvanında qeydiyyatda olan və hazırda ünvan 8n Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi başlamışdır. Baxış zamanı X7 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin zaman əynində olan qara rəngli idman şalvarının qabaq və yuxarı sağ yan cibində saxladığı sellofana bağlanmış halda, biri iri, digəri kiçik ölçüdə olmaqla iki ədəd bükümü çıxararaq təqdim etmiş, həmin bükülülərin özünə məxsus olmasını, iri bükümün içərisindəkinin heroin olmasını və kiçik ölçülü bükümün içərisindəkinin isə metamfetamin olmasını bildirmişdir. X7 tərəfindən bükümlər açılmış və baxış zamanı iri ölçülü bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddə, kiçik ölçülü bükümün içərisində isə ağ rəngli kristallardan ibarət spesifik qoxuya malik maddə aşkar edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə sonuncunun əynindəki həmin idman şalvarının qabaq və yuxarı sol yan cibindən 1 ədəd elektron tərəzi, 1 ədəd mobil telefon və 1 ədəd 10 manatlıq pul əskinası aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin kimə məxsus olması soruşulduqda sonuncu həmin bükümlərin özünə məxsus olmasını, 25 oktyabr 2020-ci il tarixdə axşam Abşeron rayonunun Masazır qəsəbəsində, Ə.Vahid heykəlinin yanında tanışı Fuad adlı şəxsdən 305 manat pul verməklə aldığını, əslində həmin narkotik vasitələri digər tanışı Mosu ləqəbli şəxsin xahişi ilə sonuncu üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlavə olaraq iki ildən artıqdır ki narkotik vasitə olan heroindən istifadə etdiyini, Mosu ləqəbli şəxsi çoxdan tanıdığını, rayonda olarkən əvvəllər verdiyi pulun müqabilində Mosunun onun üçün bir-iki dəfə narkotik vasitə olan heroin aldığını, 24 oktyabr 2020-ci il tarixdə Mosunun mobil telefonla danışdıqdan sonra onun yanına gəldiyini və 350 manat pul verərək narkotik vasitə almasını ondan (Təqsirləndirilən şəxs) xahiş etdiyini, narkotik vasitə almaq üçün mobil telefonla Fuadla əlaqə saxladığını və sonuncunun istəyi üzrə Mosu ləqəbli şəxslə birlikdə 25 oktyabr 2020-ci il tarixdə Masazır qəsəbəsinə getdiklərini, yolda Mosunun 350 manat puldan 45 manatına siqaret, meyvə şirəsi və su aldığını, Fuadla görüşə gedərkən Mosunun cibindən 1 ədəd eletron tərəzini çıxarıb ona verdiyini və Fuaddan narkotik vasitə alarkən həmin tərəzi ilə çəkisini ölçməyi tapşırdığını, iki büküm narkotik vasitələri Fuaddan alıb qayıtdıqdan sonra Mosuya verdiyini, sonradan Mosunun alınan narkotik vasitələrin tərkibinin aşağı olmasını bildirərək həmin bükümləri Fuada qaytarması üçün ona (Təqsirləndirilən şəxs) verdiyini, Fuadla mobil telefonla danışaraq bükümləri qaytarması ilə bağlı razılaşsa da sonuncunun sonradan mobil telefonunu söndürdüyünü qeyd etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzi vasitəsi ilə bükümlər çəkilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd büküm və 1 ədəd elektron tərəzi zərfə qoyularaq möhürlənmiş, həmin zərfə bütün iştirakçılarla bərabər o da imza etmişdir. Mobil telefon aparatı iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüş və 10 manatlıq pul əskinası isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Vəkil tərəfindən edilən sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin ilk dəfə hazırda üzərinə baxış keçirilərkən aşkar edildiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən və polisə gətirilərkən qarşı heç bir fiziki təzyiq və psixi təsir göstərilmədiyini, üzərində bundan başqa heç bir qiymətli əşya və pul olmadığını, törtədiyi əməldən peşman olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı içərisində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd etmişdir. X3 alınmış rəydən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,917 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 45,898 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin olması məlum olmuşdur. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı ümumi məlumatları olsa da, onu faktla, yəni narkotik vasitələri satarkən saxlaya bilməmişlər. 27 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində külli miqdarda narkotik olması barədə məlumat daxil olduqda sonuncunu narkotik vasitə və psixotrop maddələrlə saxlamış, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni iranlıdan alması barədə onlara heç bir məlumat verməmişdir. Eləcə də işlədiyi idarəyə Təqsirləndirilən şəxs iranlılarla əlaqəsinin olmasına dair əlavə heç bir məlumat daxil olmamış, onune sonradan ifadəsini dəyişməsinin səbəbini o, bilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən polis əməkdaşı - DİN, BNMİ-nin digər əməliyyat müvəkkili Şahid2 iş üzrə məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əleyhinə ifadə vermək istəməyən anası Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu şahid ifadəsi elan edilməklə tədqiq edildi. Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 96, mənzil 74-də ailə üzvləri ilə birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs onun oğludur. O, oğlu Elçinin heç bir vaxt narkotik vasitədən istifadə etməsini, satışı ilə məşğul olmasını bilməmiş, bunu eşitməmişdir. Heç bir vaxt oğlu Elçinin iranlı şəxslə telefonla danışmasını eşitməmiş və sms-lə yazışmasını görməmişdir. O, yaşadığı evi axtarmış və oğlu Elçinin narkotik vasitəyə görə iranlı şəxsə ödədiyi pulun ödəniş qəbzini evdə tapmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şəxsi axtarış və götürülmə aparılması haqqında 27 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2020-ci il tarixdə, saat 16.30 radələrində DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına gətirilmiş və xidməti otaqda qeyd edilən İdarənin Xüsusilə Mühim İşlər Üzrə baş əməliyyat müvəkkili, polis polkovniki, X5, həmin İdarə-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və ona üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə subut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə, açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) ədəd şəffaf sellofan bükümdə, ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxararaq təqdim etmiş və həmin maddələri masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd “Red Mi” markalı mobil telefon, 1 ədəd elektron tərəzi və 1 ədəd 10 (on) manatlıq pul əskinası aşkar edilərək götürülmüşdür. Həmin sellofan bükümlər və 1 (bir) ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, eləcə də DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Red Mi” markalı mobil telefon götürülmüş, 1 ədəd 10 manatlıq pul əskinası Təqsirləndirilən şəxs qaytarılmışdır. Tədqiq olunan həmin protoqkoldan görünür ki, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və metamfetamini tanışı “Mosu” ləqəbli şəxsin xahişi ilə digər tanışı Fuad adlı şəxsdən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Ə.Vahid heykəlinin yaxınlığından 305 manat pul verməklə (əlbəəl) əldə etdiyini, həmin pulu və üzərindən aşkar olunmuş elektron tərəzini isə tanışı “Mosu” ləqəbli şəxsin ona narkotik vasitələri alarkən və çəkərkən istifadə etməsi üçün verdiyini, polis əməkdaşları tərəfindən ona fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Yasamal RPİ-nin 28-ci PB-nin xidməti iş otaqlarından birində, gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş, həmin zaman «Sony» markalı video kameradan istifadə etməklə BNMİ-nin əməkdaşı Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. Sonradan protokol tərtib edilmiş və iştirakçılar tərəfindən heç bir şikayət, təklif və qeydlər daxil olmayaraq düzgünlüyü imzalarla təsdiq edilmiş, çəkilmiş videogörüntü olan 1(bir) ədəd DVD disk protoloka əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh. 29-31). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə kompüter-texniki ekspertizanın 21 dekabr 2020-ci il tarixli, 5/897 №-li rəyindən görünür ki, təqdim edilmiş “Xiaomi” markalı “Redmi Note7” modelli mobil smartfonun yaddaşında müəyyən edilmiş mövcud və silinmiş müxtəlif məlumatlar - zənglər, SMS mesajlar, baxılmış veb saytlar siyahısı, “WhatsApp” ilə aparılmış yazışmalar, cihaz qoşulmaları, simsiz şəbəkələr (WİFİ qoşulmaları), şifrlər, media məlumatlar (audio, foto, video) və həmin məlumatlara dair tərtib edilmiş hesabat rəyə əlavə olunmuş “DVD” tipli optik diskə köçürüldü (iş vərəqə: cild İİ, səh. 10-14). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs 27 oktyabr 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması, baxış və götürmə, həmçinin saxlanılan şəxslərin üzərində şəxsi axtarış aparılması prosesini özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, videogörüntülər baxış keçirilməsi və götürmə haqqında 27 oktyabr 2020-ci il tarixli protokolla uyğunluq təşkil edir. Tədqiq olunan videogörüntülərlə, həmçinin müəyyən olunur ki, saxlanılan şəxs Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına gətirilərək üzərlərində şəxsi axtarış aparılmış, şəxsi axtarış nəticəsində iş üçün əhəmiyyət kəsb edəcəyi ehtimal olunduğundan, Elçiv Əliyevdən “Xiaomi” markalı “Redmi Note7” modelli mobil telefon aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh. 32; 115-116). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizanın 28 oktyabr 2020-ci il tarixli, 6/2311 №-li rəyindən görünür ki, tədqiqata təqdım edilmiş üzərində: "şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş." yazısı olan paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 45,898 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 2,917qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş bir ədəd "200g/0.01q" markalı elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminin izləri vardır. Tərəzinin üzərində metamfetamin iz şəklində olduğu üçün, onun çəkisini və Təqsirləndirilən şəxs götürülmüş metamfetaminlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Həmçinin rəyin tədqiqat prosesinin təsviri hissəsində narkotik vasitə olan heroinin 0,15 qramının tədqiqata sərf edilməsi, qalıq çəki də 45,748 qram, psixotrop maddə olan metamfetaminin 0.1 qramının tədqiqata sərf edilməsi, qalıq çəki də 2,817 qram kimi göstərilmişdir (iş vərəqə: cild İ, səh. 38-44). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 11 yanvar 2021-ci il tarixli, 51 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 08-09). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməpsixiatrik ekspertizasının 17 noyabr 2020-ci il tarixli, 2271 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İİ, səh. 04-05). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, mobil telefona baxış keçirilməsi haqqında 01 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan Xiaomi Redmi markalı mobil telefonun danışıq və SMS bölməsinə, eləcə də "WhatsApp" proqramına baxış keçirilmişdir. "WhatsApp" proqramına baxış keçirilən zaman orada “La Vadim”, “Xalidə xala”, “Emi oğlu”, “Ulvi Mkr”, “Maga” yazılmış adlar və +**********62, +**********71 və +**********39 qeyd edilmiş nömrələr görünür. +**********71 nömrəsinə baxış keçirilən zaman orada 23.10.2020 tarixdə iran əlifbası ilə sual işarəsinin olması müşahidə edilir. +**********39 nömrəsinə baxış keçirilən zaman orada 12.09.2020-ci il tarixdən 16.10.2020 tarixədək olan müddətdə qeyd edilən nömrə tərəfindən göndərildikdən sonra silinmiş mesaj və fayllar, eləcə də Təqsirləndirilən şəxs 08.10.2020-ci il tarixdə, saat 12:29-da göndərdiyi 2 ədəd səs faylı vardır. 1-ci səs yazısında əhəmiyyət kəsb edən hal yoxdur, 46 saniyəlik 2-ci səs yazısına baxış keçirilərkən Təqsirləndirilən şəxs göndərdiyi səs yazısında danışır ki “sağ ol qaqa, Allah canını sağ eləsin, hamı yaxşıdır. Mən o gündə Nəbiyə dedim, kimdənsə nəisə götürməyi ara vermişəm, burda baş qarışıq idi, 2-3 günə başlamaq istəyirəm, bir az pul zad şey eləyib inşallah təzədən şey eləyəcəm. bir az ara vermək lazım idi, yoxsa tutula bilərdim”. sonra həmin nömrə ardınca mesaj göndərmiş və onu silmişdir. +**********62 nömrəsinə baxış keçirilən zaman orada 12.09.2020-ci il tarixdən 16.10.2020-ci il tarixədək olan müddətdə səs danışıqları, 25.10.2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs paylaşdığı foto bəyənilib. 21.09.2020-ci il tarixdə qarşılıqılı olaraq göndərilmiş səs yazısına baxış zamanı aşağıdakılar müəyyən edilir: Təqsirləndirilən şəxs:- Nəbi biz qardaşıq. Bizim aramızda narazıçılıq olmayıb. 5-10 dənə oğlan yığır, nəisə istəyir. Pul para da yoxdur ki yollayım. Özün necəsən. Əlisalam necədir. İşlər necədir. +**********62 nömrə: - elə oğlanlar var əlində pul var, amma vəsail yoxdur (yəni narkotik). Nərgizin üzündən öpərsən. Təqsirləndirilən şəxs: – Nəvaxt bu yanlara vəsail göndərəcəksən, pul-para düzəldim, başlayım işə. Telefonum dayanmır, o, bu istəyir. Uşaqlar var əlində 200 manat pulu var, kola istəyir. +**********62 nömrə: - Bağlamışam yoldadır, gəlir ora. Pul düz qoş elə verim sənə. Zümrüd bacı o gün malı götürüb deyir ki, malın xarabdı. Məndə deyirəm ki, ünvan deyim götürsünlər, mən sənə başqa mal atım. O gündən Zümrüd küsüb, telefonlarıma cavab vermir. 10.10.2020-ci il tarixdə qarşılıqılı olaraq göndərilmiş səs yazısına baxış zamanı aşağıdakılar müəyyən edilir: Təqsirləndirilən şəxs: – pul var idi uşaqlarda, haqq-hesab istəyir. Dedim səninlə danışım. +**********62 nömrə: - problem yoxdu, mənə zəng atarsan. Təqsirləndirilən şəxs: –Qazaxdan uşaqlar gəliblər 2-dən bir narkotik istəyirlər. mənə 25 torpaq, 15 daş lazımdır. Bunlar razı deyillər, pulu vuraq sonra malı götürsünlər. Elə bir adamın varsa yolla ona, mən onunla görüşüm pulu verim ona. O, da malı versin mənə. +**********62 nömrə: - o qorxurdu pulu vurmağa. Adam var Yevlaxdan pulu vurur, gəlir malın götürür. Özü də tozun qiyməti qalxıb 20-dir. Gör lazım olsa mən qulluğundayam, patı 25-dir. Mən onun pulunu yeməyəcəyəm. Pulun vursun saat 3-də, 5də malın götürsün. Təqsirləndirilən şəxs: – Nəbi sənin başına dönərərm. Sənə inanıram. Uşaqlar sadəcə inanmır +**********62 nömrə: - pulun vursun bu dəqiqə malın göndərim. Pulun vurmasa mən yalandan sənə deyə bilmərəm. Etibarı yoxdusa boş ver. Mal götürən çoxdu. 11.10.2020-ci il tarixdə qarşılıqılı olaraq göndərilmiş səs yazısına baxış zamanı aşağıdakılar müəyyən edilir: Təqsirləndirilən şəxs: – çox sağ ol yaxşıyam, Nərgizdə yaxşıdır. 1-2 pul düzəldərəm, yollayaram. Vəziyyət çox pisdir. +**********62 nömrə: - mən sənin qulluğundayam. Sən də işləmədin mənimlə, fikrim var idi ki sənə mal göndərim, birgə işləyək, amma işləmədin mənimlə. Bir qadın var 1 kilo malın göndərirəm 2 günə satır. Çox yaxşı işləyir. Təqsirləndirilən şəxs: – Nəbi, Əlisalam elə bilir ki, mən kimləsə işləyirəm, yox. Uşaqlar var , inanmırlar. Adamın varsa malı göndər, mən də pulu pulu verim ona. Nərgizin canı yarım kilo olsa 3 günə dağılar. Üzüm yoxdu sənə deyim ki, ordan mal göndər, satım burda. Nə də ki pulum yoxdu. Bir az çətinliklər oldu, indi 20 torpaq, 10 dənə daş istəyən var, amma deyir malı ver pulunu götür, gələ-mənə +**********62 nömrə: - Taleh o, zaman gələ-mənə dövrü getdi ee. mən yarın kilo göndər qalsın, orda. Özündə azğını aç gözlə. Hər iki gündən bir 1 kilo mal satıram. Kim etibar eləmir onu boş ver. Canın sağ olsu, yenə də biz qardaşıq. Eləcə də +**********62 nömrənin statusunda bir nəfərin, iranlı olduğu ehtimal olunan şəxsin fotosu çıxarıldı. Bundan başqa "WhatsApp" proqramının zənglər bölməsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, statusunda ərəb hərfləri ilə yazı olan foto qoyulmuş +**********09 saylı, eləcə də +**********62GSM nömrəsinin abonentləri 10.10.2020-ci il tarixdən 12.10.2020-ci il tarixədək olan müddətdə, həmçinin “Maga”, “Vusal”, “Bəxtiyar V” adlı şəxslərdə 08.10.2020-ci il tarixdən 11.10.2020-ci il tarixdə Təqsirləndirilən şəxslə həm videogörüntülü, həm də videozənglə danışıq aparmışdır. Bundan başqa +**********44 saylı GSM nömrəsinin istifadəçisi “La Vadim” adlı şəxsin yazışmasına baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin şəxs 27.10.2020ci il tarixdə saat 00.51-də göndərdiyi yazılarda “Yari pt yari kolu”, həmin gün saat 05.52-də “Qaqa bu ne temalar idi verdin mene, 70 manat pul verdim, kola duxta patida ele, hemcinin qaqaw pulu yerden yigmirig vallah borc xerc eliyib gelmiwem yaniva olmadiki ayib deyil”, həmin gün saat 11.17-də “Bu pulu gedib yerden yigib getrib vermiremree sene men sen mene qarwi bu ne hereketdi eliysen”, həmin gün saat 11.25-də “Yaxwi mali ozun cekisen, aciston iyleneneni mene verisen, mende camahatin yanda biyabir oluram, hami qalxir usdume pati limon duzudu” sözlərini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona heç bir cavab yazısı yazılmamışdır. Bundan başqa +**********86 saylı GSM nömrəsinin istifadəçisi “Ulvi Mkr”, +**********64 saylı GSM nömrəsinin istifadəçisi “Emi oğlu”, +**********20 saylı GSM nömrəsinin istifadəçisi “Xalidə xala”, eləcə də +**********29 saylı GSM nömrəsinin istifadəçisi “Maga” adlı şəxslərin yazışmalarına baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Telefonun SMS bölməsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 26.10.2020 tarixdə saat 05:29-da +**********99 saylı GSM nömrəsinə “Bu nə hərəkətdi eliyirsən e qaqaş, əlimi niyə kəsirsəne, dayanmadan yığır. Qaqaş saat 9 a kimi öz kartına vur pulu, aparım verim deyim öz cibimdən verirəm, bəlkə bundan sonra nisyə verər”. Bundan başqa Təqsirləndirilən şəxs 25.10.2020 tarixdə saat 21:43-də +**********29 saylı GSM nömrəsinin istifadəçisi “Maga” adlı şəxsə sms göndərərək “Maga guya sən mənim zənglərimi görmürsən hə. Elə eləmə ki aramızad xətir hörmətin (söyüş söyür), mənimlə tez əlaqə. Sənə yaxşılıq yoxdu sənöl. Deyirdilər mənə inanmırdım. Qaqaş sabah axşama kimi 100 manat düzəlt səndən götürəcəm. Siryoznu verməliyəm pul saba”, həmin gün saat 23:58-də .”maga mənən əlaqə saxla, sən anavın canı, mal atıblar yasamala, gedək götrk” sözləri yazmışdır. Bundan başqa 24.10.2020 tarixdə saat 10:12-də +**********30 saylı GSM nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs sms göndərərək “qaqa burdayam məhlədəyəm, qardaşımsan vəziyyət pisdi, başqa maşınla gəlmişəm, gözləyir” sözlərini yazmışdır. Təqsirləndirilən şəxs də həmin GSM nömrəsinə Kapital banka aid kartın nömrəsini sms-lə göndərmişdir. Telefonun zənglər siyahısına baxış keçirilən zaman orada Təqsirləndirilən şəxs 24.10.2020-ci il tarixdən 27.10.2020-ci il tarixədək olan müddətdə “Mamulik” kimi adı qeyd edilmiş ***-***-**-** saylı, “Xalidə xala” kimi adı qeyd edilmiş ***-***-**-** saylı, adı qeyd edilməmiş ***-***-**-** saylı, “Emioğlu” kimi adı qeyd edilmiş ***-***-**-** saylı, “Hikmət” kimi adı qeyd edilmiş ***-***-**-** saylı, “Fuad Masazır” kimi adı qeyd edilmiş ***-***-**-** saylı, adı qeyd edilməmiş ***-***-**-** saylı GSM nömrələrlə danışıq aparması müəyyən edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs 24.10.2020-ci il tarixdə “Fuad Masazır” kimi adını qeyd etmiş şəxsin istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə saat 19:04-də 68 saniyə, saat 21:08-də 23 saniyə, saat 21:12-də 36 saniyə, saat 21:15-də zəng edərək 25 saniyə müddətində danışıq aparmışdır (iş vərəqə: cild İİ, səh. 161-187). Məhkəmə baxışı zamanı tədqiq olunan «xxxx MMC»-dən daxil olmuş 20 noyabr 2020-ci il tarixli, BKC/LGL-22670/20 saylı məktub və 1 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadələrində olan ***-***-**-** saylı GSM nömrəsi üzrə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: • 06-05-2020 17:50:37 **********18 **********94 gagaw 20m pati nagada alinar 0.2.5 vera bilar tezbazar lazimdi • 13-05-2020 01:06:38 **********37 **********94 Gagaw man vurmamiwam sani gozdiyiram brat gal onda gaytarim potini gedim bawka yerdan gotirim qaqa axriyiram sanol. • 13-05-2020 11:19:59 **********93 **********94 Qaqaw miridi pulda var bidana xabar verda tez galim ya yox • 14-05-2020 01:21:17 **********11 **********94 Vagzali kecdim.emiw bilmesin biyaq orxanla gelib tema goturmeymi..cox 2deq ordayam • 16-05-2020 13:36:42 **********88 **********94 Elcin bir tike duzeltfe olurem senol agridan agruynan getmiyim • 19-05-2020 22:16:00 **********11 **********94 Qaqaw ozun baxda yarim duz olsun.70manat pul vermiwem.nergize padarka getirirem verersen • 21-05-2020 12:10:46 **********11 **********94 Yetim army marketdeyem ellada wey wuy alib kassaya vururlar.pul mendedi.setkalsri goturum oda iwe gedir.yigiram 5deq ataw • 21-05-2020 19:58:14 **********18 **********94 Gagaw mani pis vazyata goydun uwaxlarin yaninda mana deisan 09. 2 3 di amma 08 olar olmaz neysa mannan duz ol manda duz olum brat man sana yixacam • 22-05-2020 20:25:28 **********18 **********94 Birda gagaw uwaxda tarazisi var aticey baxicey sonra narazicilix etmasin sana gurban na man pis vazyata duwum nada san brat tamiz olsun duz bidanadi gagu • 26-05-2020 12:31:39 **********11 **********94 Hecne qaqaw mende wamaxinkadan alatavaya girdim.qaydim dala!bawma oyun gelib poxs duwdu 2deqeyaxwi qutardim!9qep var kredite cixdida kon skirin elyib atdim sene • 31-05-2020 23:31:20 **********18 **********94 Gagaw san cani tamiz olsun sonra manim bashim axramasin okeymi. • 01-06-2020 18:35:31 **********18 **********94 Gagaw tema kola lazimdi 15 m na duzalar brat va navaxta duzalar cox gozdamirlar. • 03-06-2020 21:16:30 **********54 **********94 Qaqaw miridi men sene zeg eliyib dimiremki beyag goturduyum nida bor olub uwag pul duzeldib gelib birde isdiyir. Narmali olacagsa diyim gel. Mene xeber de oz nomreme yigarsan. • 08-06-2020 22:49:16 **********65 **********94 Menem Miri men haziram qaqaw • 10-06-2020 15:02:45 **********18 **********94 Gagaw bidana manada balaca daw verarsan zarani blagadarit eliyiram • 15-06-2020 21:29:12 **********48 **********94 Kolan var elcin? Bir cavab yaz mene. var isdiyib onnan da • 16-06-2020 02:03:49 **********48 **********94 Sohnete kursdular deir qardawin mal.buraxir alatavaya nebilim.ne • 16-06-2020 02:20:32 **********57 **********94 bicbala 3 kimi heresinen 1 gram.20 manat pul.catmasa kecen sene gehbedi.3 kimi gozlurem • 23-06-2020 17:06:57 **********21 **********94 Qaqa men 10 manliq kofe istirdim, • 30-06-2020 23:38:02 **********88 **********94 “+**********26” • 02-07-2020 22:38:01 **********88 **********94 Kakosa goredi bu hoqqalarun menim oz aglim oz derrakem var onu bilki menim uzume tanimisan sagol dimeyden ciriga qoyursan meni tutulmuyub diyirsen • 02-07-2020 22:40:49 **********88 **********94 Gelirem defteride getirirem pulu duzelt cox gozdedim seni yaxwilig eledim ona gore sehv mendedi ozum kimi bilirem hamjni • 28-09-2020 09:09:08 **********01 **********94 Brat eve gelirsense bidene 10 liq pati saxla gelib gotrecem indi marwurutdayam brat wamaxinkaya catiram • 28-09-2020 11:24:51 **********65 **********94 Ay qaqa seni sen ol yigmiwam zeng gelmirdi 50 manata göre qardaw didyim oglani alladam qaqa kolda lazimdi • 28-09-2020 12:55:41 **********11 **********94 İwdeyem daniwa bilmirdim.35m varimdi.seb etaga narmalni olsunda.olurem agridan cixim iwden gelim asta asta oyana diyana bilmirem • 28-09-2020 20:00:00 **********55 **********94 Qaqa gor 40 .anata verirse 1 qram gotur qaqa ozume isdiyirem qaqa • 29-09-2020 18:50:04 **********44 **********94 Qaqa kolani goturmey isdirem ac telu • 30-09-2020 18:25:15 **********01 **********94 Ay elcin teli ac qaqaw kola lazimdi • 03-10-2020 17:39:12 **********28 **********94 pati kakos deen gizdan gotrsun .men gotrum cixim gedim.anamin cani mende seni esiderem elcjn. • 03-10-2020 18:55:49 **********11 **********94 Elcin yeke oglansan dinen 30 alinmir 40 ver tapim verim.durub gic gic sohbetler eleme.atmaq istirem tutmaq istirem axirda dinenki pati yoxdu.5eeq vaxtin olan • 03-10-2020 22:36:02 **********11 **********94 Adam.kiwi olar bugunki cekdiyim ezyeti sene kecmicem elcin senol.o nedi gedib demisen 30m aldi elimden dedim pati yoxdu ne bilim ne..hecbiwey goruwerik. • 06-10-2020 01:05:27 **********01 **********94 Elcin sen mene telefonda dedinki fuad saat nece olursa olsun mali sene bugun catdiracam ama catdirmadin sehere kimi yatmiyacam tezden telimi verecem qiza neynir elesin ama wexsen senle gorwecem uje • 10-10-2020 03:41:33 **********88 **********94 Xowduyursan sene mohtac olsun hami.cox deyiwmisen senol.puluynnan isdedim senen kinese verduyive mene ver didim seher pulunu verim.oturub cekdiylerinen ola biler yaxwi insan olmuyumm ama lomkada qalacag qederde pis insan olmadim heckime qarwi • 11-10-2020 12:59:27 **********28 **********94 elcin and olsun.olrem.pati lomkSi meni siniq siniq eliyib.olrem elcjn hele kakosda bir tereden olrem.ne olar ac.ne olar pis vezyetdeyem patj tap • 14-10-2020 17:52:43 **********22 **********94 Ay elcin ayibdida teli sondurmusen camaat pulunu istiyir hardasan yerivi de gelim pulu ver dedim axi prablemli adamdi • 14-10-2020 20:18:26 **********22 **********94 Qaqa ne oldu pul qaqa ayibdida yola verme meni gonder pulu pulu gotur kartin kodunu atacam yukle telide sondurmusen hormetsizdik edirsen senol • 16-10-2020 13:33:19 **********30 **********94 Elcım.gece 8 den lomkadayam evhz gabagındayam • 19-10-2020 08:07:03 **********99 **********94 Men sene qarwi bele olmamiwam hecvaxt gelirem elmlere meni yola sal Elcin • 20-10-2020 20:30:41 **********88 **********94 Qaqam daniwdigmiz kimide opsi 50 manatdan sen demisen dedin bolerik sonra dedkn 11 ele mene pul lazkm deyil hamisin vererem sene 50den 550.anat eleyir 470gelene vereceysen qalaninda mene karta vuracaqsan yoxsa?deqiq deki mebde bir is var onu asordim • 25-10-2020 17:36:48 **********07 **********94 Elcin sen gelmeyeceksense mene de beribawdan.men gedim.yuvaniram men.birdeki qaqa sen beyaq mene 10manatliq verdin.Cunki,sen beyaq men sene 15 manliq ele Təqsirləndirilən şəxs istifadələrində olan ***-***-**-** saylı GSM nömrəsi üzrə özünün göndərdiyi sms-lər; • 13-05-2020 15:48:54 **********94 **********11 Kon var yığ meni • 14-05-2020 13:45:10 **********94 **********30 Həə adaw kon yoxdu • 18-05-2020 00:09:59 **********94 **********11 Ataw sən neyniye bidunn mənnən cvb gozduyur • 21-05-2020 01:32:01 **********94 **********88 Qurana and olsun insan ne qdr eseb kecirer ne qdr stress yaşıyar bele şey olar. Ay Zumuş pisdiyimize diyirem deyirem ki iranliya de aşagi versin bizde nese eliyek teriş diyir istifade eliyursen • 21-05-2020 18:36:35 **********94 **********79 Qurana and olsun men senin bu pati temanı son qoyum sende bax.bele yox sen agını cıxartmısan özümde bele şeyleride balada qurban olum • 24-05-2020 14:30:50 **********94 **********18 Qaqa kon yoxdu eeequrtardi • 28-05-2020 23:19:05 **********94 **********91 Qardaşım sənə işim düşüb qonağım var mənə anawa tapda qadan alaram nolarr • 31-05-2020 00:30:49 **********94 **********18 Qaqa 05 Pati həə maksimum 25 dəq qapinizdayrm götürüb gellem yaninr • 03-06-2020 21:28:58 **********94 **********88 Zuzu bidene 05 Pati düzəldə kamil çatır nolar blokda ağzında goruwde • 05-06-2020 13:28:12 **********94 **********80 Ayqaa elmar evdedi bunun yanda malı zadı kimnen götürürük bimesn • 11-06-2020 00:44:37 **********94 **********88 Zuzu 4 Dene kola 1 patı qurban olum tez geldee miri in strumentleri • 12-06-2020 02:49:55 **********94 **********88 Zuzu qurban olum bunu apar mən uşaq gəlir pt verirəm həmdə abı düşməsi • 12-06-2020 07:10:38 **********94 **********88 Sagolda sendə pt 35 mene verirsən kolada23 amma ona 30/20 mən sənə demirem Zuzu mənə qiymeti aşagı elə ama bax qıraqdan gör kimə eləmək lazimdi kimə yox oo uşaga qardaşına olsa düşmür nese eləmək • 12-06-2020 07:17:45 **********94 **********88 Prosta ona başa sal ki mənin 2- 3dənə adamım var onuda gəlib sən qəhbəlik eliyib mal verirsən sə mən bunu day nə eliyim ki • 30-06-2020 22:42:06 **********94 **********17 Elxan her dəq srokdu bəlkə Bawa düşdün nə dimə isdiyirem dagit məclisi nergizin canna caqqa caq əmələ gəlmir ay qaqawww • 04-07-2020 01:10:28 **********94 **********65 Kola bes necə eliyim? Diyim lazım deyil • 12-07-2020 07:07:42 **********94 **********80 Kamil sen öl mən başımnann batıran o gün gecə 80 aldın dünen verece kdin mən elə oldu dünen az göndərdim bu gün onlara pul verməliyəm qaqa mənə pul duzəlt atam • 15-07-2020 03:49:05 **********94 **********88 Qapını acıq qoy gəlib qapıda qalmıyım qrujonnu.. Eşitdün • 19-07-2020 04:07:15 **********94 **********88 10 dəq səni yığcam diyecem 300 man verirəm borcdan 15 dənə ver torpaq • 23-07-2020 11:59:19 **********94 **********07 Ata 2 Dene bütöv PP catır am 5 dəq • 26-07-2020 03:33:34 **********94 **********48 Gör 100 man 4 qram verər mənə • 26-07-2020 03:56:34 **********94 **********48 Ömür boyu sən şaddıgına şıllaq atmısan daa Qurana and olsun mənə catmır gecənən, kakosu • 03-08-2020 14:07:58 **********94 **********89 3 dene kola 05 de papito kolalari ayri ayri ele bir bir • 15-08-2020 13:33:06 **********94 **********89 Qadan alaram mene 2 qram kola ptosta 1 qram 2 denede 05 elə. Hərəsinin ustunnən biraz gotur addelni mənimcun ayirda • 17-08-2020 05:36:52 **********94 **********79 Qaqa qurban olum olurəm agridan mənə 2-3 dene GOFEN 2-3 NİMESİL ALDA • 24-08-2020 01:11:28 **********94 **********17 Ayqaaa senin canna 10 dene kola atdilarr butun dilxor oldum deyirlərr sabah 300 t 200 d • 24-08-2020 01:18:21 **********94 **********17 Sənə 5 k təmiz 2 p Birdə 15 dene k ogun ki vare onnan • 03-09-2020 04:02:22 **********94 **********28 Yetim patinin ustunə dusublər olanda danir diyir yoxdu. bibi oglu bugun dagidib seheri pulnan tapa bilmiyib sənol. • 10-09-2020 21:35:27 **********94 **********55 Yetim sənol deyir 55 eliyir 30 p 25 k • 17-09-2020 20:03:15 **********94 **********28 qonsular zad bize keciblermiss gedib shikayet elemek isdiyirler men kesirem qabagini hec olmasa sen poxu poxa qatma. 9 da cixir usaq isden ona goturende senede verecem 10 da zadda harasa qoyacam gelib goturersen • 28-09-2020 13:23:19 **********94 **********11 Yig məni qaqas birde qurban olum 2 man kon vur 33 verersen • 29-09-2020 18:32:08 **********94 **********88 Zuzu hələ hecnə yoxdu 07k var bəs sən neynədun apardigin mallari axirinci defe 75m vermelidin 45 verdin basib yemisn? veziət pisdi pul tapa bilmrm ancaq girir icmə kamildə and icir. 3qr kola tutmudum • 04-10-2020 15:32:51 **********94 **********11 Agriyiram 35m pulum. Qaqas yoxdu nergizin canna dunnən tel goturmur hecnə yoxdu vallah yoxd • 04-10-2020 20:51:38 **********94 **********95 Qaqas mənnən tez elaqə saxla kolani 20 yooox 25 elə 5 mənə yaxsimii • 06-10-2020 23:41:14 **********94 **********54 Qurana and olsun falqada biraz kola varimdi atalarimizin goru sabaha saxlanisham day agriyiran deyirsən • 21-10-2020 16:43:31 **********94 **********88 Zumuş hərbişeyni sikim 7 Dene idi onnan mene 3.2 mal qaldi 3.2dende. 1.7 mal qalıb onunda 1 sene verecem 07 de menim bilseydim eləməzdi. 07 mala görə bu boyda riskin altına girmək. hamı qıraqda durdu malını aldı qacan mən söz söhbətə dusəndə mən olacam • 24-10-2020 15:23:11 **********94 **********66 Qaqa 15 k isdiyən var prosta gəlim 1-2dənə proba baxim. belə sənnən isimdə var biraz dərtləshərik iki qaqa olarmi? • 24-10-2020 22:17:34 **********94 **********39 Atas bas8va donərəm 4 qrami 2 dənə 2 qram elə qurban olaram gəlləm 10d • 25-10-2020 23:59:00 **********94 **********29 Maga mənən əlaqə saxla sən anavn cani mal atiblar yasamala gedək gotrk (iş vərəqə: cild İ, səh. 141-147). Məhkəmə baxışı zamanı tədqiq olunan, AR DİN-nin Baş İnformasiya- Kommunikasiya İdarəsindən daxil olmuş 25 yanvar 2021-ci il tarixli məktub və 1 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs 03.10.2020 21:28:31-də, 04.10.2020 09:24:20-də, 05.10.2020 20:29:27-də, 06.10.2020 02:45:38-də ***-***-**-** saylı GSM nömrəsindən istifadə edərkən onun antenası ünvan 10 ünvanında və Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan köçkün şəhərciyində olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 24.10.2020 21:04:40-dan həmin günü saat 21:23:26-dək olan müddətdə ***-***-**-** saylı GSM nömrəsindən istifadə edərkən onun antenası ünvan 10 ünvanında olmuşdur (iş vərəqə: cild İİ, səh. 16-18). Məhkəmə baxışı zamanı tədqiq olunan, axtarış aparılması haqqında 03 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu 2-ci Alatava küçəsi 96 saylı evin 74 saylı mənzilində axtarış aparılmışdır. Axtarışa əsasən iş üçün əhəmiyyət kəsb edən narkotik vasitə, hər hansı bir predmet və narkotik vasitənin alınıb-satılmasını təsdiq edəcək qəbz aşkar edilməmişdir. Bununla bağlı olaraq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 120- 124). Bundan əlavə həmin iş üzrə Təqsirləndirilən şəxs götürülmüş kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 45,748 qram narkotik vasitə olan heroin, 2,817 qram psixotrop maddə olan metamfetamin, bir ədəd "200g/0.01q" markalı elektron tərəzi, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı Yasamal RPİ-nin 28-ci PBdə xidməti otaqların birində qeydə alınmış vidogörüntü olan 01 ədəd CD disk, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə dair zəruri məlumatlarla (sms və danışıqlarla) əlaqədar “xxxx” MMC tərəfindən təqdim edilmiş 20.11.2020-ci il tarixli BKC/LGL-22670/20 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin anten dairəsi üzrə Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən təqdim edilmiş 25.01.2021-ci il tarixli 25/1- 531m saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk, həmçinin Təqsirləndirilən şəxs götürülmüş və ona məxsus Xiaomi Redmi markalı mobil telefona baxış keçirilərkən zəruri məlumatlar (danışıqlar siyahısı, sms, WhatsApp yazışmaları, eləcə də həmin proqram təminatında aparılan zəng və səs danışıqları) köçürülmüş 01 ədəd CD disk və qeyd edilən mobil telefon maddi sübut kimi tanınmış və 45,748 qram narkotik vasitə olan heroin, 2,817 qram psixotrop maddə olan metamfetamin, bir ədəd "200g/0.01q" markalı elektron tərəzi, 01 ədəd Xiaomi Redmi markalı mobil telefon saxlanılması üçün Yasamal RPİ-nin “maddi sübutların saxlanılması otağına” təhvil verilmiş, 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmışdır(iş vərəqə: cild İ, səh. 29-32; 141-142; 161-186; cild İİ, səh. 16-17; 62-86). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə etdiyi heroin narkotik vasitəsinin təmiz çəkisi 45,898 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 2,917 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi heroin narkotik vasitəsinin təmiz çəkisinin 45,898 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 2,917 qram olmaqla külli miqdar təşkil etməsi, aşkar edilib götürülmüş vasitələrin müxtəlif növlərdə olması, üzərində narkotik vasitənin və psixotrop maddənin ölçülməsi üçün tərəzi olması, işdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələrin mövcudluğu və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını və daşımasını bir daha təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs özünü törətmiş olduğu cinayətə görə tam təqsirli bilmiş, əməlindən səmimi peşman olduğunu bildirmiş və təqsirsizliyi ilə bağlı heç bir dəlil gətirməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Belə ki, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və müvafiq məhkəmə hökm və qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 01.04.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 01.10.2014-cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinin tələbləri baxımından onun məhkumluğu 10 oktyabr 2015-ci il tarixdə ödənilmişdir (iş vərəqə: cild İ, səh. 117-118; 201-208). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə Təqsirləndirilən şəxs baxılan iş üzrə hadisənin baş verdiyi 27 oktyabr 2020-ci il tarixdə məhkumluğu olmamışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Bundan başqa məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 24.10.2016-cı il təvəllüdlü bir nəfər azyaşlı uşağı var (iş vərəqə: cild İ, səh. 70). Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü və səmimi etirafını, tutduğu əməldən səmimi peşmanlığını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşaqlarının olması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal hesab olunur. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 11 yanvar 2021-ci il tarixli, 51 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Lakin Təqsirləndirilən şəxs tibbi rəyə əsasən ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhnum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 27 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 27 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 oktyabr 2020-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi qiymətləndirilmiş Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 45,748 qram narkotik vasitə olan heroin narkotik vasitəsi, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,817 qram metamfetamin psixotrop maddəsi və 1 (bir) ədəd “200g/0.01q” markalı elektron tərəzi məhv edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı Yasamal RPİ-nin 28-ci PB-də xidməti otaqların birində qeydə alınmış vidogörüntü olan 01 ədəd CD disk, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə dair zəruri məlumatlarla (sms və danışıqlarla) əlaqədar “xxxx” MMC tərəfindən təqdim edilmiş 20.11.2020-ci il tarixli, BKC/LGL-22670/20 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin anten dairəsi üzrə Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən təqdim edilmiş 25.01.2021-ci il tarixli, 25/1-531m saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk, həmçinin Təqsirləndirilən şəxs götürülmüş və ona məxsus «Xiaomi Redmi» markalı mobil telefona baxış keçirilərkən zəruri məlumatlar (danışıqlar siyahısı, sms, WhatsApp yazışmaları, eləcə də həmin proqram təminatında aparılan zəng və səs danışıqları) köçürülmüş 01 ədəd CD disk – cəmi 04 ədəd CD disk sübut növü kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Nəhayət Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Xiaomi” markalı “Redmi Note7” modelli mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 175,17 (bir yüz yetmiş beş manat 17 qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 27 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 45,748 qram narkotik vasitə heroin və 2,817 qram psixotrop maddə metafetamin, bir ədəd “200g/0.01q” markalı elektron tərəzi məhv edilsin; - Azərbaycan Respublikası DİN-in Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Xiaomi” markalı “Redmi Note7” modelli mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin; - 04 (dörd) ədəd CD disk isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 175,17 (bir yüz yetmiş beş manat 17 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-799/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-799/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver