Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-799/2022 07.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X12 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1990-cı il tarixdə Xocavənd rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatda olmaqla ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddələri əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi külli miqdarda 451,485 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi külli miqdarda 821,236 qram olan psixotrop maddə metafetamin, tərkibində təsir maddəsinin ümumi miqdarı külli miqdarda 12 qram təşkil edən 30 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 300 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) “F/M40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi olan narkotik vasitə metadon və ümumi çəkisi 98,229 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış və yaşadığı ünvan 1 ünvanında gizlətmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, 28 oktyabr 2021-ci il tarixdə saat 23:30 radələrində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan gödəkcəsinin sağ yan cibindən kağız paketdə 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri külli miqdarda 95,432 qram, külli miqdarda 37,561 qram, külli miqdarda 55,664 qram, ümumi təmiz çəkisi külli miqdarda 188,657 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri külli miqdarda 37,852 qram, külli miqdarda 18,384 qram, ümumi təmiz çəkisi külli miqdarda 56,236 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metafetamin aşkar edilərək götürülmüş və əməliyyat tədbirinin davamı olaraq yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən evə girişdə sol tərəfdə yerləşən divanın arxa sol küncündən üzərində “Ruggers Milano” yazılmış sellofan torbanın içərisində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri külli miqdarda 460 qram, külli miqdarda 305 qram, ümumi təmiz çəkisi külli miqdarda 765 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metafetamin, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri külli miqdarda 41,203 qram, külli miqdarda 26,410 qram, külli miqdarda 195,215 qram, ümumi təmiz çəkisi külli miqdarda 262,828 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, tərkibində təsir maddəsinin ümumi miqdarı külli miqdarda 12 qram təşkil edən 30 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 300 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) “F/M40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi olan narkotik vasitə metadon, 1 ədəd sellofan torbada təmiz çəkisi 15,954 qram, həmin sellofan torbada 1 ədəd sellofan bükümdə təmiz çəkisi 9,620 qram, 2 ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 22,655 qram, 50,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 9 il əvvəl Şahid4 ilə tanış olmuş və münasibətləri yarandıqdan sonra qeyri-rəsmi olaraq ər-arvad münasibətində Şahid4 məxsus ünvan 3 ünvanında yaşamağa başlamışlar. Narkotik vasitə istifadəçisi olmuş, narkotik vasitənin heroin növündən istifadə etmişdir. Oksana ilə yaşadığı evdə heç vaxt narkotik vasitə qəbul etmədiyindən, Oksana onun narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. Narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Əsasən, taksi fəaliyyəti ilə məşğul olmaqla dolanmışdır. 28 oktyabr 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 117 ünvanın qarşısında avtomobilində sərnişin gözləyən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirdikdən sonra qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlamaqda, daşımaqda, qəbul etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğunu deyib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Baş İdarədə üzərində şəxsi axtarış həyata keçirildikdə gödəkcəsinin cibindən yarım qram heroin aşkar olunmuşdur. Bundan əlavə şalvarının sol yan cibindən 1 ədəd içərsində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqəsi, 75 manat pul, 1 ədəd açar aşkar edilərək götürülmüşdür. Baş İdarədə polis əməkdaşları videoçəkilişdən əvvəl üzərinə əlavə narkotik vasitə qoymaq istədikdə buna etiraz etmişdir. Lakin polis əməkdaşları ona hədə-qorxu gələrək narkotik vasitələrin özünə məxsus olmasını qəbul etmədiyi təqdirdə Oksananı da işə cəlb edəcəklərini bildirmişlər. O da məcbur olub polis əməkdaşları ilə razılaşmışdır. Daha sonra yaşadığı ünvan 5 ünvanında yerləşən evə baxış keçirilmişdir. Keçirilən baxış zamanı evdən qanunsuz heçnə aşkar olunmamasına baxmayaraq, polis əməkdaşları evdən narkotik vasitə aşkar etdiklərini bildirmişlər. Ona təzyiq göstərdikləri və Oksana ilə bağlı hədə-qorxu gəldikləri üçün etiraz edə bilməmişdir. Evi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 89da olsa da, əsasən, ünvan 3 ünvanında Oksana ilə birgə yaşamışdır. Narkotik vasitənin yalnız heroin növündən istifadə etmişdir. Əyyub adlı şəxsi tanımır. Oksana narkotik vasitə istifadəçisi olmamışdır. Tutulan zaman üzərində 0,5 qram narkotik vasitə heroin olmuşdur. İbtidai araşdırma zamanı ona təzyiq göstərilməsi ilə bağlı ərizə yazmamışdır. Cinayət işinin materiallarında olan və yaşadığı evdən tapıldığı qeyd edilən vərəqə yazılmış əl yazısından xəbəri yoxdur, həmin yazını o yazmamışdır. Tutulan zaman tək olmuşdur. Polis əməkdaşları tərəfindən ona psixi təsir göstərilmişdir. Narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt satışı ilə məşğul olmamışdır. ünvan 3-də keçirilən baxış zamanı qanunla qadağan olunmuş heçnə aşkar olunmamışdır. Evə narkotik vasitə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqda, daşımaqda, qəbul etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Şəxsi axtarış və evə baxış polis əməkdaşı tərəfindən videoçəkliş aparılmaqla həyata keçirilmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, təxminən 9 il əvvəl Şahid4 ilə tanış olmuş, münasibətləri yaranmış və qeyri rəsmi olaraq ər-arvad münasibətində Şahid4 məxsus ünvan 3 ünvanında yaşamağa başlamışlar. Tutulduğu gündən təxminən 2-3 ay əvvəl “Odnoklasnik” səhifəsində təsadüfən bir kişi cinsli şəxslə tanış olmuş, aralarında olan yazışmalardan sonra həmin şəxsin narkotik vasitələrin onlayın qaydada satışı ilə məşğul olduğu məlum olduqda narkotik vasitə istifadəçisi olduğunu həmin şəxsə bildirmiş, həmin şəxs də ona narkotik vasitə çatdıra biləcəyinə söz vermişdir. Sonra həmin şəxs özünü İran İslam Respublikası vətəndaşı “Əyyub” adlı şəxs kimi təqdim etmiş, “İMO” proqramı vasitəsi ilə danışıb yazışmağa davam etsələr də, “Əyyub” adlı şəxs heç vaxt üzünü göstərməmişdir. “Əyyub” adlı şəxs onunla “İMO” proqramı vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitəni atdığı yerin fotoşəklini və pulunu ödəməsi üçün hesab nömrəsi göndərmiş, hesab nömrəsinə ödəmə terminallarından pul ödədikdən onra “Əyyub” adlı şəxsin şəklini atdığı yerdən narkotik vasitə və psixotrop maddələri gedib götürmüş, bu qayda ilə “Əyyub” adlı şəxsin narkotik vasitə və psixotrop maddələrini sataraq qazanc əldə etmiş, həm də narkotikə olan tələbatını təmin etmişdir. Sonuncu dəfə 26.10.2021-ci il tarixdə “Əyyub” adlı şəxs Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində narkotik vasitə və psixotrop maddənin gizlədildiyi yerin şəklini göndərmiş, həmin yerdən ayrı-ayrı bükümlərdə olan narkotik vasitə və psixotrop maddələri götürərək yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi 11 nömrəli evə gətirib Oksanadan xəbərsiz olaraq narkotik vasitə və psixotrop maddələrin bir hissəsini evdə gizlətmiş, bir hissəsini isə satmaq üçün üzərində saxlamışdır. 28 oktyabr 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 117 ünvanın qarşısında piyada hərəkət edən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlamaqda, daşımaqda, qəbul etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra ona müdafiəçinin iştirakı ilə videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan olunmuş, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif ounmuşdur. O, əynində olan gödəkcəsinin sağ yan cibindən 3 ədəd sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Onun üzərində şəxsi axtarış davam etdirilmiş və əynindəki şalvarının sol yan cibindən 1 ədəd içərsində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefonu, şəxsiyyət və sürücülük vəsiqəsi, 75 manat pul, 1 ədəd açar aşkar edilərək götürülmüşdür. Sellofan bükümlərə baxış keçirilərkən üzərində “60K” və “40K” yazılmış sellofan torba bükümü açıldıqda isərisində açıq-qəhvəyi rəngli spesfik iyə malik, narkotik vasitə olan heroinə oxşar kütlə, digər bükümdə isə ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metafetaminə oxşar kütlə, üzərində “40K” və “20P” yazılmış sellofan torba bükümü açıldıqda içərisində açıq-qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitə olan heoinə oxşar kütlə, digər bükümdə isə ağ rəngli kristalşəkilli, psixotrop maddə olan metafetaminə oxşar kütlə, üzərində “100K” yazılmış sellofan torba bükümü açıldıqda içərisində açıq-qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitə olan heroinə oxşar kütlə olduğu aşkar edilmişdir. Üzərindən aşkar edilib götürülən kütlələr 1 ədəd boş kağız zərfə qablaşdırılaraq zərf möhürlənmiş, “Samsung” markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqəsi götürülmüş, 1 ədəd açar və 75 manat pul isə özünə qaytarılmışdır. Üzərindən aşkar edilib götürülən kütlələrin onun özünə məxsus olduğunu, həmin kütlələri 2 gün əvvəl İran İslam Respublikası vətəndaşı “Əyyub” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, “Əyyub” adlı şəxsin göstərişi ilə həmin kütlələri deyiləcək ünvanlara qoyacağını, bu işin mqabilində “Əyyub” adlı şəxsin ona pul göndərəcəyini və özü istifadə etməsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Təqdim etdiyi kütlələrin qablaşdırılaraq götürülməsi barədə protokol tərtib olunmuş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərfin üzərini imzalamışdır. Yaşadığı ünvan 5 ünvanında yerləşən evdə də narkotik vasitə və psixotrop maddə olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni polisə təqdim edə biləcəyini demiş, öz razılığı, müdafiəçisinin və özünün iştirakı ilə yaşadığı ünvan 6 ünvanında yerləşən evə baxış keçirilimişdir. Yaşadığı evə daxil olaraq girişdə sol tərəfdə yerləşən divanın arxa sol küncündən üzərinə “Ruggers Milano” yazısı yazılmış sellofan torbanın içərisində 2 ədəd bükümdə ağ rəngli kristalşəkilli, psixotrop maddə metafetami, 3 ədəd bükümdə açıq-qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitə heroini, 300 ədəd narkotik vasitə olan “Metodon” həbləri 4 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı, 1 ədəd üzərində yazılar olan vərəqi, 2 ədəd elektoron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etiyi kütlələr, 1 ədəd vərəq və 2 ədəd elektron tərəzi götürülmüşdür. Təqdim etdiyi heroinin, metafetaminin, həblərin, marixunanın və 2 ədəd elektron tərəzinin özünə məxsus olduğunu bildirmiş, heroini, metafetamini, həbləri və marixuananı 2 gün əvvəl İran İslam Respublikası vətəndaşı “Əyyub” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, “Əyyub” adlı şəxsin göstərişi ilə həmin kütlələri deyiləcək ünvanlara qoyacağını, bu işin müqabilində “Əyyub” adlı şəxsin ona pul göndərəcəyini və özü istifadə etməsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Yaşadığı evdən aşkar edilərək götürülən heroin, metafetamin, marixunana və 2 ədəd elektron tərəzinin qablaşdırılaraq götürülməsi barədə protokol tərtib olunmuş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərfin üzərini imzalamışdır. Üüzərində şəxsi axtarış keçirilməsində, eləcə də evə baxış keçirilməsində müdafiəçisi iştirak etmiş, şəxsi axtarış keçirilməsi və evə baxış keçirilməsi polis tərəfindən videoçəkiliş aparılmaqla keçirilmişdir (cild 1, iş vərəqə 63-65 və 75-77). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixortop maddələr əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı barədə dərhal idarə rəhbərliyinə raportla məruzə edərək Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməs üçün qərar qəbul etmiş, idarə rəisinin əmri ilə onun rəhbərliyi ilə idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlanılmışdır. 28 oktyabr 2021-ci il tarixdə saat 23:30 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 117 ünvanın yaxınlığında olduğunu müəyyən edib orada ona yaxınlaşaraq özlərini Təqsirləndirilən şəxs təqdim edib polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlamaqda, daşımaqda, qəbul etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan olunaraq üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan gödəkcəsinin sağ yan cibindən 3 ədəd sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Onun üzərində şəxsi axtarış davam etdirilmiş və onun əynindəki şalvarının sol yan cibindən 1 ədəd içərsində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqəsi, 75 manat pul, bir ədəd açar aşkar edilərək götürülmüşdür. Sellofan bükümlərə baxış keçirilərkən üzərində “60K” və “40K” yazılmış sellofan torba bükümü açıldıqda isərisində açıq-qəhvəyi rəngli spesfik iyə malik, narkotik vasitə olan heroinə oxşar kütlə, digər bükümdə isə ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metafetaminə oxşar kütlə, üzərində “40K” və “20P” yazılmış sellofan torba bükümü açıldıqda içərisində açıq-qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitə olan heoinə oxşar kütlə, digər bükümdə isə ağ rəngli kristalşəkilli, psixotrop maddə olan metafetaminə oxşar kütlə, üzərində “100K” yazılmış sellofan torba bükümü açıldıqda içərisində açıq-qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitə olan heroinə oxşar kütlə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən kütlələr 1 ədəd boş kağız zərfə qablaşdırılaraq zərf möhürlənmiş, “Samsung” markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqəsi götürülümüş, 1 ədəd açar və 75 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən kütlələrin onun özünə məxsus olduğunu, həmin kütlələri 2 gün əvvəl İran İslam Respublikası vətəndaşı “Əyyub” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, “Əyyub” adlı şəxsin göstərişi ilə həmin kütlələri deyiləcək ünvanlara qoyacağını, bu işin mqabilində “Əyyub” adlı şəxsin ona pul göndərəcəyini və özü istifadə etməsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin qablaşdırılaraq götürülməsi barədə protokol tərtib olunmuş, protokolun məzmunu ilə tanış olunduqdan sonra protokol və möhürlənmiş zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən evində də narkotik vasitə və psixotrop maddə olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni polisə təqdim edə biləcəyini demiş, onun öz razılığı və iştirakı ilə onun yaşadığı ünvan 7 ünvanında yerləşən evində baxış keçirilimişdir. Təqsirləndirilən şəxs yaşadığı evə daxil olaraq girişdə sol tərəfdə yerləşən divanın arxa sol küncündən üzərinə “Ruggers Milano” yazısı yazılmış sellofan torbanın içərisində 2 ədəd bükümdə ağ rəngli kristalşəkilli, psixotrop maddə metafetaminə oxşar kütləni, 3 ədəd bükümdə açıq-qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni, 300 ədəd narkotik vasitə olan “Metodon” həblərinə bənzər həbləri, 4 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1 ədəd üzərində yazılar olan vərəqi, 2 ədəd elektron tərəzini təqdim etmiş, təqdim olunun kütlələr, 1 ədəd vərəq və 2 ədəd elektron tərəzi götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən kütlələrin onun özünə məxsus olduğunu, həmin kütlələri 2 gün əvvəl İran İslam Respublikası vətəndaşı “Əyyub” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, “Əyyub” adlı şəxsin göstərişi ilə həmin kütlələri deyiləcək ünvanlara qoyacağını, bu işin müqabilində “Əyyub” adlı şəxsin ona pul göndərəcəyini və özü istifadə etməsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülən kütlələrin və elektron tərəzilərin qablaşdırılaraq götürülməsi barədə protokol tərtib olunmuş, protokolun məzmunu ilə tanış olunduqdan sonra protokol və möhürlənmiş zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsində, eləcə də evə baxış keçirilməsində müdafiəçisi iştirak etmiş, şəxsi axtarış keçirilməsi və evə baxış keçirilməsi polis nəfəri Şahid3 tərəfindən “Sony” markalı videokameradan istifadə olunmaqla videoçəkliş aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilib götürülmüş narkotik vasitə heroinə bənzər kütlələr və psixotrop maddə metafetaminə oxşar kütlələr elektron tərəzi vasitəsi ilə çəkilmiş, üzərindən aşkar edilib götürülən heroinə oxşar kütlənin çəkisi ümumilikdə 204 qram, psixotrop maddə metafetaminə oxşar kütlənin çəkisinin isə ümumilikdə 62 qram, onun yaşadığı evdən aşkar edilib götürülmüş narkotik vasitə olan heroinə oxşar kütəlnin ümumilikdə çəkisi 289 qram, psixotop maddə olan metafetaminə oxşar kütlənin ümumilikdə çəkisi 771 qram, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin ümumilikdə çəkisi 120 qram olmuşdur. Ekspert rəyində isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisinin 188,657 qram, psixotrop maddə metafetaminin ümumi təmiz çəkisinin 56,236 qram, evindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisinin 262,828 qram, psixotrop maddə metafetaminin ümumi təmiz çəkisinin 765 qram, narkotik vasitə qurudulmuş marixuananın ümümi təmiz çəkisinin 98, 229 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs gödəkcəsinin cibindən üzərində müxtəlif yazılar olan 3 ədəd büküm aşkar edilmişdir. ünvan 7 ünvanında yerləşən evin qapısını Təqsirləndirilən şəxs özündə olan açarla açmışdır. Evə baxış zamanı bükümləri təqsirləndirilən şəxs özü təqdim etmişdir. Əməliyyata o rəhbərlik etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Heç bir polis əməkdaşı Təqsirləndirilən şəxs hədə-qorxu gəlməmişdir. Şəxsi axtarış və evə baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən evin özünün olmadığını, Oksana adlı qadınla həmin evdə yaşadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, azyaşlı oğlu Emin və qızı Ləmanla birlikdə ünvan 3-də yaşamışdır. Təqsirləndirilən şəxs ilə 9 il əvvəl tanış olmuşdur. Şahbazla münasibətləri yarandıqdan sonra birlikdə qeyri-rəsmi ərarvad kimi yaşamağa başlamışlar. 29 oktyabr 2021-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə evə gəlmişdir. Sonra polis əməkdaşları evdə axtarış etməyə başlamış, lakin qanunla qadağan olunmuş heç nə tapmamışlar. Polis əməkdaşları saçından tutub qoluna qandal vurmuşlar. Şahbazı da onu işə cəlb etməkdə hədələmişlər. Bundan sonra polis əməkdaşları Şahbazla birlikdə çıxıb getmiş, 1-2 saat sonra isə əllərində bükümlərlə və 2 ədəd elektron tərəzi ilə geri qayıtmışlar. Bükümləri və elektron tərəzini evdə olan divanın arxa sol küncünə yerləşdirib videoçəkiliş etmişlər. Sonra da Təqsirləndirilən şəxs divanın arxa sol küncündən bir neçə ədəd kiçik bağlamaları, dərman vasitələrini və 2 ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onu uşaqları ilə hədələmişlər. Qorxduğu üçün polis əməkdaşlarının əməlləri barədə heç bir rəsmi quruma şikayət etməmişdir. Şahbaz ona və uşaqlarına yazığı gəlib bükümlərin və elektron tərəzinin özünə məxsus olduğunu bildirmişdir. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, azyaşlı oğlu Emin və qızı Ləmanla birlikdə ünvan 3-də yaşayır. Təqsirləndirilən şəxs ilə 9 il əvvəl tanış olmuş, münasibətləri yaranmış, birlikdə qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlamışlar. 29 oktyabr 2021-ci il tarixdə axşam Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə evə gəlmiş, polis əməkdaşları Şahbazın qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlayıb gəzdirdiyi üçün saxlanıldığını bilirmişlər. Sonra Təqsirləndirilən şəxs evə daxil olmuş, evin girəcəyində sol tərəfdə qoyulmuş divanın arxa sol küncündən bir neçə ədəd kiçik bağlamaları, dərman vasitələrini və 2 ədəd elektoron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixtorop maddələr əldə edib saxlamasından, daşımasından, satmasından və qəbul etməsindən narkotik vasitə və psixotrop maddələri evə nə vaxt gətirib gizlətməsindən xəbəri olmamışdır (cild 1, iş vərəqə 132-133). Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 29 oktyabr 2021-ci il tarixli 6/4793 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 95,432 qram, 37,561 qram, 55,664 qram, ümumi təmiz çəkisi 188,657 qram olan açıqqəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 37,852 qram, 18,384 qram, ümumi təmiz çəkisi 56,236 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metafetamindir. Üzərində “...X2 yaşadığı evdən...” sözləri yazılmış bağlamada 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 460 qram, 305 qram, ümumi təmiz çəkisi765 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metafetamindir, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 41,203 qram, 26,410 qram, 195,215 qram, ümumi təmiz çəkisi 262,828 qram olan qəhvəyi rəngli maddələr kustar üsülla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 30 ədəd üzərində “Methadone” göstəricələri olan dərman konvolyutalarında ümumi sayı 300 ədəd (hər konvolyutada 10 ədəd həb olmaqla) açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 12 qram təşkil edir, 2 ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikorhissəcikləri cüzi miqdarda olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəciklər ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandılmamışdır. Kağız paketdəki və bağlamadakı metafetaminlər xarici əlamətərinə və kimyəvi komponent tərkibələrinə görə eyni olub, ümumi təmiz çəkisi 821,236 qram təşkil edir. Kağız paketdəki və bağlamadakı heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 451,485 qram təşkil edir. Metafetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələr»in siyahısına (Siyahı İİ) daxildir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 56,236 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 56,136 qram, metafetaminin ümumi təmiz çəkisi 765 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 764,9 qram, heroinin ümumi təmiz çəkisi 188,657 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 188,557 qram, metadon həblərinin sayı 300 ədəd həb, tədqiqata sərf edildi 5 həb, qalıq 295 həb, heronin ümumi təmiz çəkisi 262,828 qram, tədqiqata sərf edildi 0,150 qram, qalıq 262,678 qram, cild 1, iş vərəqə 41-49). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və görtürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibindən 3 ədəd sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuş, üzərinə şəxsi axtarış davam etdirilmiş və onun əynindəki şalvarının sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, özünə məxsus olan şəxsiyyət və sürücülük vəsiqəsi, 75 manat pul, 1 ədəd açar aşkar edilərək götürülmüş, sellofan bükümlərə baxış keçirilərkən üzərində “60K” və “40K” yazılmış sellofan torba bükümü açıldıqda isərisində açıq-qəhvəyi rəngli spesfik iyə malik, narkotik vasitə olan heroinə oxşar kütlə, digər bükümdə isə ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metafetaminə oxşar kütlə, üzərində “40K” və “20P” yazılmış sellofan torba bükümü açıldıqda içərisində açıqqəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitə olan heoinə oxşar kütlə, digər bükümdə isə ağ rəngli kristalşəkilli, psixotrop maddə olan metmfetaminə oxşar kütlə, üzərində “100K” yazılmış sellofan torba bükümü açıldıqda içərisində açıq-qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitə olan heroinə oxşar kütlə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən kütlələr 1 ədəd boş kağız zərfə qablaşdırılaraq zərf möhürlənmiş, “Samsung” markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqəsi götürülümüş, 1 ədəd açar və 75 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən kütlələrin onun özünə məxsus olduğunu, həmin kütlələri 2 gün əvvəl İran İslam Respublikası vətəndaşı “Əyyub” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, “Əyyub” adlı şəxsin göstərişi ilə həmin kütlələri deyiləcək ünvanlara qoyacağını, bu işin müqabilində “Əyyub” adlı şəxsin ona pul göndərəcəyini və özü istifadə etməsi üçün narkotik vasitə verəcəyini bildirmişdir (cild 1, iş vərəqə 28-30). Cinayət işinin materiallarında olan “evə baxış keçirilməsi və götürmə haqqında” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında yerləşən evində də narkotik vasitə və psixotrop maddə olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni polisə təqdim edə biləcəyini demiş, onun öz razılığı və iştirakı ilə onun yaşadığı ünvan 9 ünvanında yerləşən evində baxış keçirilmiş, o, evə daxil olduqda girişdə sol tərəfdə yerləşən divanın arxa sol küncündən üzərinə «Ruggers Milano» yazısı yazılmış sellofan torbanın içərisində 2 ədəd bükümdə ağ rəngli kristalşəkilli, psixotrop maddə metafetaminə oxşar kütləni, 3 ədəd bükümdə açıq-qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitə heroinə bənzər kütləri 300 ədəd narkotik vasitə olan “Metadon” həblərinə bənzər həbləri, 4 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1 ədəd üzərində yazılar olan vərəqi, 2 ədəd elektoron tərəzi aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs evindən aşkar edilib götürülən kütlələrin onun özünə məxsus olduğunu, həmin kütlələri 2 gün əvvəl İran İslam Respublikası vətəndaşı “Əyyub” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, “Əyyub” adlı şəxsin göstərişi ilə həmin kütlələri deyiləcək ünvanlara qoyacağını, bu işin müqabilində “Əyyub” adlı şəxsin ona pul göndərəcəyini və özü istifadə etməsi üçün narkotik vasitə verəcəyini bildirmişdir (cild 1, iş vərəqə 33-34). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 29 oktyabr 2021-ci il tarixli, 7/1115 nömrəli ekspert rəyində göstərilir ki, nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı...” yazısı və imzalar olan ağ rəngli polietilen bağlamadakı 1 ədəd sellofan bükümdə təmiz çəkisi 15,954 qram, həmin sellofan torbada 1 ədəd sellofan bükümdə təmiz çəkisi 9,620 qram, 2 ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 22,655 qram, 50,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadar, ümumi çəkisi 98,229 qramdır. Tərkiblərinə görə eynidirlər. 2 ədəd elektoron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur (Qeyd: marixuananın ümumi təmiz çəkisi 98,229 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 98,029 qram, cild 1, iş vərəqə 52- 55). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 18 yanvar 2022-ci il tarixli 238 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı X3 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olumuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 154-155). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs X2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 56,136 qram olan metafetamin, bağlamada olan ekspertiza tədqiqatatından sonra qalıq çəkisi 764,9 qram olan metafetamin, bağlamada olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 262,678 qram olan heroin, kağız paketdə olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 188,557 qram heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 98,029 qram olan qurudulmuş marixuana, bağlamadakı ekspertiza tədqiqatından sonra qalıq 295 ədəd həb və 2 ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, maddi sübut kimi tanınmış 2 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 157-169). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin 19 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) ay 18 (on səkkiz) gün müddətə islah işləri cəzasına məhkum edilmiş, 5 avqust 2015-ci il tarixdə cəzasını çəkmiş kimi qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə 99-101). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 1 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzasını yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs atası X4 1-ci Qarabağ Müharibəsinin iştirakçısıdır (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs atasının 1-ci Qarabağ Müharibəsinin iştirakçısı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 11). İş materiallarında olan Suraxanı rayon məhkəməsinin 30 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 oktyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 84-89). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 28 oktyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 160,64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 56,136 qram olan metafetamin, bağlamada olan ekspertiza tədqiqatatından sonra qalıq çəkisi 764,9 qram olan metafetamin, bağlamada olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 262,678 qram olan heroin, kağız paketdə olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 188,557 qram olan heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 98,029 qram olan qurudulmuş marixuana, bağlamadakı ekspertiza tədqiqatından sonra qalıq çəkisi 295 ədəd olan həb; -2 ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi məhv edilməli; -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 28 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 160,64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 56,136 qram olan metafetamin, bağlamada olan ekspertiza tədqiqatatından sonra qalıq çəkisi 764,9 qram olan metafetamin, bağlamada olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 262,678 qram olan heroin, kağız paketdə olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 188,557 qram olan heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 98,029 qram olan qurudulmuş marixuana, bağlamadakı ekspertiza tədqiqatından sonra qalıq çəkisi 295 ədəd olan həb; -2 ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi məhv edilsin; -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. S
Məhkəmə qərarları › İş №1(101)-799/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-799/2022
07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver