Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-799/2025 06.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X5, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanlılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə özünü hüquq-mühafizə və məhkəmə strukturlarında geniş tanışlıq əlaqələrinə malik olan şəxs kimi təqdim edib etibarını qazandığı tanışı Zərərçəkmiş şəxs qardaşı Fuad Həsənovla aralarında olan mülk mübahisəsini özünün məhkəmə strukturlarında olan geniş tanışlıq əlaqələri vasitəsi ilə müəyyən məbləğdə pulun müqabilində asanlıqla Zərərçəkmiş şəxs xeyrinə müsbət həll olunmasına nail olacağını yalan vəd verib aldatmaqla ayrı-ayrı vaxtlarda - 2021-ci ilin oktyabr ayının əvvəllərində iş ilə məşğul olmağa başlamaq adı ilə 5.000 manat məbləğində, 2022-ci ilin fevral ayının əvvəllərində məhkəməyə təqdim etmək üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində (bundan sonra: RPİ) araşdırma başladaraq sübut toplamaq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində mübahisəli mülklərin üzərinə həbs qoydurmaq və birinci instansiya məhkəməsində müsbət qərar qəbul etdirmək adı ilə 97.000 manat məbləğində, 08 mart 2022-ci il tarixdə apellyasiya instansiyası məhkəməsində də işi davam etdirmək adı ilə 5.000 manat məbləğində, 2022ci ilin oktyabr ayının ortalarında qarşı tərəfin müraciəti əsasında Bakı şəhəri Nəsimi rayon prokurorluğunda başlanmış araşdırmanı xeyrinə həll etmək və apellyasiya instansiyası məhkəməsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq adı ilə 103.000 manat məbləğində pulunu özünün həmin vaxt yaşadığı ünvan 2 ünvanında almaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 210.000 manat məbləğində pulunu aldadaraq ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 173.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qanunla ona verilmiş hüquqdan istifadə etməklə ifadə verməkdən imtina etdiyindən onun məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci il təxminən avqust ayının ortalarında ona Elnarə adlı xanım zəng edərək nömrəsini tanışı Vüsalə xanımdan aldığını, mülkü problemlərinin olduğunu demiş, bununla bağlı məsləhət və köməklik istəmişdir. O, razılaşmış və təxminən iki-üç gün sonra Nizami rayonunda yerləşən «Romans Palace» restoranında görüşmüşlər. Həmin görüşə Elnarə xanım həyat yoldaşı Zərərçəkmiş şəxsla birlikdə gəlmiş və tanış olmuşlar. Onlar öz problemləri haqqda danışaraq, həmin işlə bağlı onlarla vəkil yanında olduqlarını, vəkillərin işin perspektivi olmadığını bildirərək işdən imtina etdiklərini bildirmişlər. Onlar problemlərinin məzmunu barədə danışaraq Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, 9-cu cıdır döngəsi ünvanında (el arasında «Millionerlər Məhəlləsi» adlanan ərazidə) anası Həsənova Tamellaya məxsus həyət evinin və Bakı şəhəri, Nəsimi rayonu «Şamaxinka» adlanan ərazidə yerləşən, atası Arif Həsənova məxsus 3 otaqlı mənzilin valideynləri rəhmətə gedəndən sonra qardaşı Fuad Həsənova bağışlanması ilə əlaqədar Zərərçəkmiş şəxs miras hüquqlarının pozulduğunu bildirmişlər. O, bu işin çox çətin iş olduğunu, maddi baxımdan çox pul aparacağını, işə başlandıqdan sonra «stop» olmayacağını, məntiqi sonluğuna, yəni tam qalibiyyətə qədər bir yerdə olmalı olduqlarını bildirərək, yaranacaq hər hansı bir vəziyyətdə, səbəbindən asılı olmayaraq, qarşı tərəflə aralarında barışıq əldə olunsa və sair səbəblərdən ona «stop» desələr, bu işə görə aldığı pulları geri qaytarmayacağı barədə onlarla şərt kəsmişdir. Onlar onun bütün bu şərtlərini qəbul etdikdən sonra o, işin icrasına başlamışdır. İlk olaraq Tamirlan ona 6.500 (altı min beş yüz) manat məbləğində pul vermiş, o həmin puldan bu işə vəkil kimi cəlb etdiyi Ceyhun Bayramova 3.000 (üç min) manat məbləğində pul vermiş, pulun qalan hissəsini isə iş üzrə lazımi sənədlərin toplanmasına xərcləmişdir (arxiv, notariat və sair). Lazımi sənədlər hazır olandan sonra topladığı sənədlərin bir nüsxəsini Zərərçəkmiş şəxs vermiş və aldığı pulun hesabatını aparmış, Tamirlan isə çox razı qalmışdır. Aldığı pulun ikinci məbləği 10.000 (on min) manat olmuşdur. O, məhkəməyə iddia ərizəsi vermiş və mübahisələndirilən hər iki mülkə dair məhkəmədən həbs qərarı almışdır. Həmin qərarları da Tamirlana təqdim etmişdir. Üçüncü məbləğ 15.000 (on beş min) manat olmuşdur. Belə ki, mübahisəli mülklərə dair həbs qərarı veriləndən sonra qarşı tərəf də, yəni Fuad Həsənov həmin qərarlardan apellyasiya şikayəti vermiş, lakin o, həbs qərarlarını qüvvədə saxlatmışdır. Apellyasiya məhkəməsinin qərarlarını da Tamirlana təqdim etmiş və işin gedişatı Tamirlanı çox qane etmişdir. Dördüncü məbləğ 5.000 (beş min) manat olmuş, həmin pulla o, Nəsimi RPİ-də araşdırma başlatmış və onlara lazım olan nəticəni əldə etmişdir. Lakin Tamirlan narazılığını bildirmiş, ondan qardaşı Fuadın həbs olunmasını tələb etməyə başlamış və bu səbəbdən hətta aralarında yüngül söz mübahisəsi baş vermişdir. O, Tamirlana izah etmişdir ki, araşdırma kiminsə həbs olunması ilə deyil, onlara lazım olan məlumatların əldə olunması ilə nəticələnməli idi, yəni müəyyən edilmişdir ki, bağışlanma olmayıb, sadəcə olaraq, əmlaklar böyük övlad olduğu üçün Fuad Həsənova verilib, onlara bu məzmunlu izahatlar işin həll olunması üçün kifayət edir, adam tutdurmaq və sair qanunsuz işlər onluq deyil. Nəsimi Rayon Məhkəməsində proses başlandıqda məlum olmuşdur ki, anası Tamillanın adına olan Nərimanov rayonundakı mülkünə dair Tamirlanın iddia vermək hüququnun müddəti bitmişdir, qardaşı Fuad isə izi itirmək üçün həmin mülkü keçirib arvadı Ədilənin adına. Bu amillər onların işini bir az da çətinə salmışdır. İşi başlayandan təxminən 8-9 ay sonra o, Tamirlandan 30.000 (otuz min) və 20.000 (iyirmi min) manat məbləğində pullar almış və yekunda mübahisələndirilən mülklərin Fuad Həsənova bağışlanmalarının ləğv olunması haqqında məhkəmə qərarını alaraq Tamirlana təqdim etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, işin birinci mərhələsində o, Zərərçəkmiş şəxs ümumilikdə 94000 (doxsan dörd min) manat məbləğində pul almış və üzərinə götürdüyü öhdəliyinə görə işi yüz faiz tamamlamışdır. Qeyd olunan hadisələr 2021-ci ilin təxminən avqust ayının ortalarında başlamış və 2022-ci ilin may ayının sonunda bitmişdir. İki ay sonra məlum olmuşdur ki, Həsənov Fuad birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti və qardaşı Tamirlana qarşı iddia ərizəsi vermişdir. Tamirlan onunla əlaqə saxlayaraq yenə də kömək istəmiş, o isə yenə də vəkil Bayramov Ceyhunu işə cəlb etmişdir. Həmin vaxt Tamirlan artıq pul tapmaqda çətinlik çəkdiyini bildirmiş, pul tapmaqda ondan köməklik istəmiş, o da köməklik edərək "xxxx"-dan Tamirlana lazımi vəsaitin götürməsinə yardımçı olmuşdur. Tamirlan da ona bütöv şəkildə 103.000 (bir yüz üç min) manat məbləğində əlavə pul vermiş, o da həmin pulu apellyasiya məhkəməsində qərarı qüvvədə saxlatmağa və Nəsimi rayon prokurorluğunda məsələləri araşdırmağa sərf etmişdir. Nəsimi rayon prokrorluğunda iş çox çətinləşmiş, hər iki tərəf birbirinə qarşı iddialar vermiş, üzləşmədə bir-birini təhqir etmiş, böyük bir nəslin prokurorluğa gəlib-getməsi və sair səbəblərdən boş-boşuna pul xərcləndiyinə görə və mübahisənin düşmənçiliyə keçməsinə görə prokurorluqda prosesləri dayandırmış, lakin bu məsələ Tamirlanın xoşuna gəlməmişdir. Bundan sonra apellyasiya məhkəməsi başlanmış, mülkü ekspertiza təyin olunmuş, ekspertiza uzanmışdır. Artıq tamerlangillə aralarında soyuqluq yaranmış və işin ləngiməsini bəhanə gətirən Tamirlan verdiyi 103.000 (bir yüz üç min) manat məbləğində pulu ondan geri tələb etməyə başlamışdır. O, etiraz etmiş, aralarında olan razılaşmanı xatırlatmış və pulu qaytarmayacağını demişdir. Bununla bağlı bir neçə görüşləri olmuş, sonda Tamirlan ondan qardaşı Fuadı şərləyərək tutdurmağını tələb etmiş və istədiyini yerinə yetirəcəyi halda, özünə çatacaq miras payını ona verəcəyini vəd etmişdir. O da razılıq vermiş, bu məsələdə onları bir az dolandırmış, bu gün-sabah demiş, lakin sonda yox cavabını vermiş və sübut olaraq istintaqa səs yazması təqdim edilmişdir. Hazırda Tamirlangilin onunla pozuluşmalarının əsas səbəbi məhz bu hadisə olmuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, yekunda Tamerlangilin ondan tələbləri ona verilən 103.000 (bir yüz üç min) manat olmuşdur. Bununla bağlı onun şahidi də olmuş və həmin şahid Vüsalə də ibtidai istintaqa ifadə də vermişdir. Ona verilən 103.000 (bir yüz üç min) məbləğində pulun 3.000 (üç min) manat məbləğində hissəsini o, vəkil Bayromov Ceyhuna vermiş, 20.000 (iyirmi min) manat məbləğində hissəsini Nəsimi rayon prokurorluğuna xərcləmiş, qalan hissəsini isə Bakı Apellyasiya Məhkəməsində qərarın qüvvədə saxlanılmasına xərcləmişdir. Tamirlan ondan şikayət ərizəsi yazan kimi onun telefon nömrələrini blok etmiş, onunla bütün əlaqələrini kəsmiş, ünvanına getdikdə qapını açmamış və ondan «102» Xidmətinə şikayət etmişdir. Sabunçu RPİ-ə şikayət ərizəsindən başqa heç bir sənəd, sübut təqdim etməmiş və üzləşmə prosesinə gəlməmişdir. Aralarında baş tutmuş son görüş zamanı Tamirlan və qohumu Zair və ya Zahid adlı şəxslər onu xəbardar etmədən səsyazma aparmışdır. Həmin səsyazma ilə hazırda Tamirlanın qohumu onu təhdid etmiş, şərəf və ləyaqətinə toxunmuş, onu ailəsi və övladları ilə təhdid etmiş, heç nə alınmadıqda isə onu «blok»a atmışdır. Tamirlan və qohumu arasında olan sübutları o, istintaqa təqdim etmişdir. Həmin səsyazmanı o, maddi sübut kimi qəbul etməyə hazırdır, bir şərtlə ki, tam şəkildə 3-4 saat olan səs yazma olsun. Bu barədə istintaqa məlumat vermişdir, istintaqı aparan müstəntiqin tələblərinə məhəl qoymayaraq, Tamirlan səsyazmanı montaj edib gətirib. Səs yazmada istintaqı maraqlandıran bütün sübutlar var. Zərərçəkmiş şəxs üzləşmədən boyun qaçırması işin əsl pozulma səbəblərinin üzə çıxmasıdır (iş vərəqə: 197-200). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onlar ailədə üç övlad olmuş, böyük qardaşı Fuad və bacısı Gülər olmuş, onların hər üçü ailəli olmuş, ayrı-ayrı ünvanlarda yaşamışlar. O, evin son övladı olduğu üçün mərhum valideyləri ilə bir evdə, ünvan 5 ünvanında yerləşən həyət evində yaşamışdır. Lakin 2017-ci ilin ortalarında o, ailəsi ilə birlikdə həmin ünvandan çıxıb ayrıca kirayədə yaşamağa başlamışdır. 2019-cu ildə anası rəhmətə gedəndən sonra yas məclislərindən birində söhbət əsnasında ona məlum olmuşdur ki, onun bir müddət atası evindən uzaqlaşmasından istifadə edən böyük qardaşı Fuad fürsətdən istifadə edərək hələ anasının sağlığında anasının adına olan yuxarıda qeyd etdiyi ünvanda yerləşən ata evlərini bağışlama yolu ilə öz adına keçirmişdir. Hansı ki, buna qədər onlar ailəlikcə həmin evin satılaraq atası ilə ona ayrıca mənzillər alınmasını və qalan pulue isə bacısı və qardaşının arasında bölünməsini qərarlaşdırmışlar. Həm də həmin ərəfədə onun kiçik oğlu Teymur ağır qan xəstəliyinə tutulmuş, onun müalicəsi yalnız xaricdə mümkün olmuşdur. Bu məsələyə görə ona külli miqdarda pul lazım olmuşdur. Atası və digər ailə üzvləri də qeyd olunan evi satışa qoyulduğunu bildirmiş, ev satılan kimi övladının müalicəsi ilə bağlı ona yardım göstərəcəklərinə onu arxayın etmişlər. Amma anasının yas məcləsində evin satılmaq əvəzinə qardaşı Fuad tərəfindən öz adına rəsmiləşdirilməsi onu təəcübləndirmiş və bunu hiss edən mərhum atası Arif hamının yanında evin kimin adına rəsmiləşdirilməsinə baxmayaraq, evin satılacağı və hər bir övladının arasında bərabər paylara bölünəcəyini bir daha təsdiq etmişdir. O, həmin vaxt atasının sözlərinə hörmətlə yanaşaraq heç bir narazılıq bildirməmişdir. Anası rəhmətə getdikdən sonra qardaşı Fuad atasına qulluq etmək adı ilə ailəsi ilə birlikdə öz evlərindən çıxıb atasının yaşadığı, yuxarıda qeyd etdiyi fərdi həyət evinə köçmüşdür. Lakin sonradan Fuad atasına layiqincə qulluq etmədiyindən atası köçüb çox vaxt bacısıgildə yaşamışdır. 2021-ci ilin avqust ayında atası da qəfilətən rəhmətə getmiş, atasının yas məclislərindən birində kiçik əmisi Nizami gileylənərək qardaşının baxımsızlıqdan rəhmətə getdiyini bildirmişdir. Qardaşı Fuad və onun ailəsi atasını ac və susuz saxlamış, onu incitmiş, evdən qovurmuş, küçədə saxlamış, atası da buna görə məcbur olub qızıgildə yaşamışdır. Əmisinin bu sözləri ona təsir etmiş, ona görə də qardaşından evi satıb atasının vəsiyətinə əməl etməyi kəskin şəkildə ondan tələb etməyə başlamışdır. Məhz həmin vaxt qardaşı Fuadın əsl niyyəti üzə çıxmış, qardaşı ona evi satmaq niyyətinin olmadığını, evin çıxarış sənədinin artıq onun öz adına olduğunu, evin tək mülkiyyətçisi özünün olduğunu, özünün istədiyi vaxtda evi satacağını bildirmiş, hələlik belə bir fikrinin olmadığını demişdir. Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, o, qardaşı tərəfindən aldadıldığını görüb, ata nəsiyyətinə əks çıxdığını müəyyən edib, özünün varislik hüququnu qanuni şəkildə bərpa etmək qərarına gəlmişdir. Bu məqsədlə dost-tanışlarına müraciət etməyə, çıxış yolu axtarmağa başlamış və məhz həmin ərəfədə də hazırda barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxslə onun Ameliya adlı qızının sinif yolaşının anası Şahid3 vasitəsi ilə tanımış olmuşdur. Təsadüfi söhbət əsnasında Vüsalə onun arvadı Elnarəyə onun də onlar kimi mübahisəli əmlak məsələsi olduğunu, həmin mübahisəli məsələnin onun xeyrinə həll olunmasında Şəmsi adlı tanışının ona dəstək olduğunu bildirmiş, şəmsinin onlara da köməklik göstərə biləcəyini demiş, istəyəcəkləri təqdirdə Şəmsi adlı tanışı ilə onları görüşdürə biləcəyini təklif etmişdir. Hələ Şəmsidən qabaq o, bir-iki vəkillə həmin məsələni müzakirə etmiş, vəkillər bunun həll olunan məsələ olmadığını demiş, lakin o, vəkillərin bu fikri ilə razılaşmamışdır. Onlar razılaşmış, Vüsalədən Şəmsinin telefonunu almış və ilk dəfə 03 sentyabr 2021-ci il tarixdə onun özü Şəmsiyə zəng vuraraq sonuncu ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Romance Palace» şadlıq evinin çayxanasında görüşmüşdür. Görüş zamanı Şəmsiyə öz problemlərini danışmış, Şəmsi ona özünün məhkəmə sistemində olan geniş əlaqələri vasitəsi ilə qardaşı ilə aralarında olan mülk mübahisəsini müəyyən pulun müqabilində asanlıqla onun xeyrimə müsbət həll olunmasına nail olacağına söz vermiş, amma pulun konkret məbləğini həmin vaxt ona bildirməmişdir. İlk görüşlərindən təxminən bir ay keçməmiş Şəmsi ona zəng vuraraq onun işi ilə məşğul olmaq üçün 5000 manat məbləğində pul istəmişdir. O, razılaşmış və 2021-ci ilin oktyabr ayının təxminən əvvəllərində Şəmsi ilə həmin vaxt yaşadığı, ünvan 6 ünvanında görüşüb onun istədiyi 5000 manat məbləğində pulu ona vermişdir. Az sonra Şəmsi ona zəng edib işlə özünün məşğul olduğunu demiş, lakin məhkəmə proseslərində iştirak etmək üçün ona vəkil tutmalı olduğunu demiş və Ceyhun Bayramov adlı vəkilin vəsiqəsinin şəklini, vəkilin adına etibarnamə verə bilməsi üçün çəkib atmışdır. O, vəkillə müqavilə bağladıqdan sonra vəkil onun adından Nəsimi Rayon Məhkəməsinə müvafiq iddia ərizəsi vermişdir. Məhkəmədə proses başlandıqdan sonra Şəmsi ona məhkəməyə sübut təqdim etmək lazım olduğunu bildirmiş, əmisi Nizamini danışdıraraq qardaşı Fuadın son vaxtlar atasına yaşatdıqları barədə dediklərinin səsyazmasını əldə edib təqdim etməsini ona tapşırmışdır. O, şəmsinin tapşırdığı kimi də etmiş, əmisinin səsini yazaraq diskə köçürüb Şəmsiyə vermişdir. Bundan sonra Şəmsi həmin səsyazma əsasında qardaşı Fuaddan polisə də şikayət ərizəsi yazmasını təklif etmiş, polisdə araşdırma aparılmasını, araşdırmanın nəticəsindən məhkəmə prosesində istifadə olunmasını istəmişdir. O, razılaşmış və bu mövzuda Şəmsi tərəfindən ona təqdim olunan, onun adından tərtib olunmuş şikayət ərizəsini imzalamış, Şəmsi də həmin ərizəni aparıb nədənsə əraizi aidiyyəti üzrə Nərimanov rayon Polis İdarəsinə deyil, Nəsimi rayon Polis İdarəsinə təqdim etmişdir. Hansı ki, sonradan qardaşı Fuadın vəkili Vasif Həsənov həmin ərazi aidiyyəti məsələsinin pozulmasını qabardarkən Şəmsi ona guya vəkil Vasifin Nərimanov RPİ-də tanışlarının olduğunu bildirmiş, guya ona görə də işi öz xeyirlərinə həll etmək üçün materialı Nərimanov RPİ-yə yönəltməyə çalışdığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, həmin ərəfədə Şəmsi ondan işinin müsbət həll olunması üçün 100.000 manat məbləğində pul istəmiş, həmin puldan 3.000 manat məbləğində hissəsini vəkilə verəcəyini, qalan pulu isə özünün məhkəmə və polisdə gedən proseslərdə işin xeyrinə həll olunması üçün tanışlarına verəcəyini bildirmişdir. O, razılaşmış və «Yellow Bank»ın Mərkəz filialından kredit götürüb üzərini də öz şəxsi vəsaiti ilə düzəldərək 2022-ci ilin fevral ayının təxminən əvvəllərində yenə də yaşadığı ünvanda Şəmsiyə 97000 manat məbləğində pul vermişdir. Vəkilin 3.000 manat məbləğində zəhmət haqqını işin yekununda müsbət nəticə əldə etdikdən sonra əlavə olaraq özünün verəcəyini nəzərdə tutmuşdur. Bundan sonra Nəsimi RPİ-də Süleyman adlı əməkdaş tərəfindən araşdırmaya başlanılmış, araşdırma zamanı izahat verən qardaşı Fuad, qardaşının arvadı Ədilə, bacısı Gülər, əmisi Nizami bir daha hələ sağ olarkən atasının özünün sözü gedən evin satılaraq hər üç övladı arasında bölünməli olmasını vəsiət etməsi təsdiq olunmuşdur. Həmin izahatlardan da sonradan həqiqətən də məhkəmə prosesində istifadə olunmuş, birinci instansiya məhkəməsində onun xeyrinə, yəni bağışlanmanın əsassız hesab olunması və qardaşı Fuadın öz adına çıxardığı çıxarış sənədinə həbs qoyulması barədə qərar çıxarılmışdır. Qardışı Fuadgil həmin qərardan apellyasiya şikayəti vermişlər. Apellyasiya instansiyası məhkəməsində də işi davam etdirmək üçün Şəmsi ondan 08 mart 2022-ci il tarixdə 5.000 manat məbləğində əlavə pul almışdır. Ondan sonra bir il yarım ərzində apelyasiya məhkəməsindən səs çıxmamış, cəmi bir dəfə proses olmuşdur ki, o da həmin prosesə gedə bilməmişdir. Şəmsinin tutduğu vəkil Ceyhun Bayramov isə ona işin getdiyini bildirsə də, bir il yarım ərzində məhkəmə olmamışdır. Arada Şəmsi ona Nəsimi RPİ-nin bu işi bağladığını bildirmiş, prokurorluqda iş açmağı ona təklif etmiş, o da Şəmsiyə «polis heç nə\ etmədi, prokurorluq nə edəcək ki?» deməklə razılaşmamsışdır. Zərərçəkmiş şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, Həmin ərəfədə qaynı Fuad və vəkili Tamirlana qarşı paralel olaraq Nəsimi rayon prokurorluğuna şikayət ərizəsi vermiş, guya Tamirlan Fuad barədə yalan xəbərçilik etmiş, ornu şərləyərək atalarının ölümündə günahlandırması barədə Polisə yalan məzmunlu ərizə yazmışdır. Prokurorluqda başlayan araşdırma zamanı o, Şəmsiyə öz iradını bildirmiş, Şəmsiyə onun sözü ilə ərizə yazdığını, bu işlə bağlı ona külli miqdarda pullar verdiyini demiş, amma özünün də problem yaşadığını bildirmişdir. Şəmsi isə ona prokurorluqdakı problemi həll etmək üçün əlavə olaraq 20000 manat məbləğində də pul verməli olduğunu bildirmişdir. O, Şəmsiyə onda bu qədər pulun olmadığını dedikdə, Şəmsi Vüsalədən borc almağı təklif etmişdir. Lakin Vüsalə imtina etmişdir. O, kredit üçün «Yelo Bank»a müraciət etmiş, onlar araşdırmağa başlamışlar. Üstündən 15-20 gün keçdikdən sonra Şəmsi ona zəng edərək pulla maraqlanmış, o, Şəmsiyə bankda işinin araşdırıldığını demişdir. Şəmsi onu tələsdirərək işin əldən getdiyini demişdir. Bundan sonra Şəmsi həftədə iki dəfə ona zəng edərək görüşməyi təklif etmiş, o da paralel olaraq «Yelo Bank»da kredit şöbəsinin rəisinə zəng edərək pulu soruşmuşdur. Az bir müddət sonra bankın direktorlar şurası onunla görüşmək istədiyini bildirmiş, o, görüşə getmiş və xəstə uşağının müalicəsinə pul lazım olduğunu bildirmişdir. Sənədlərə baxılmış, uşağın həqiqətən də xəstə olması təsdiq olunsa da, ondan müxtəlif sənədlər tələb olunmuşdur ki, o, həmin sənədləri sonadək toplayıb təqdim edə bilmədiyindən həmin bank ona kredit verməkdən imtina etmişdir. Həmin vaxt Şəmsi də onu pula görə tələsdirmiş, o, dost-tanışa da müraciət etmiş, lakin tapa bilmədikdə Şəmsi ona xalası oğlunun rəhbərlik etdiyi bankdan kredit götürməyi təklif etmişdir. O, razılaşdıqda Şəmsi xalası oğlu Əhədin rəhbəri olduğu "xxxx"-dan birdəfəlik 100.000 manat məbləğində pul götürməyi təklif etmiş, gələcək məhkəmə instansiyalarındakı proseslərində də qalib çıxması üçün pullar lazım olacağını demişdir. O, razılaşdıqdan sonra Şəmsi onu özü ilə birlikdə «Express Bankın» Əhmədli filialına aparmış, orada onu özünün tanışı, filial müdiri Qüdrət adlı şəxslə görüşdürmüş, sonuncu Bankın rəhbəri Əhəd müəllimin həqiqətən də onları tapşırmasını təsdiq etmiş və qısa müddət ərzində onun adına 170.000 manat məbləğində kredit verdirmişdir. Həmin kredit götürülərkən o, mənzilini girov qoymuşdur. Mənzilə görə problem yaranmışdır. Həmin problem o olmuşdur ki, o, girov qoyacağı mənzili əvvəllər kredit hesabına almış, bank çıxarışı sistemə yerləşdirmədiyinə görə ev adına tam rəsmiləşdirilməmişdir. Odur ki, növbəğti gün həmin banka gedilmiş, oradan arayış alıb sistemə saldırmış və sonra notariusda 1 saat ərzində hər şey müsbət həll olunmuşdur. «Express Bankın» Əhmədli filialından götürülən həmin pulun bir hissəsi ilə o, əvvəlki kreditlərini bağlamış və qalan 103.000 manat məbləğində hissəsini 2022-ci ilin oktyabr ayının ortalarında yenə də aparıb yaşadığı evdə Şəmsiyə vermişdir. Lakin bundan xeyli müddət keçməsinə baxmayaraq Şəmsinin onun üçün heç bir iş görmədiyini, məhkəmədə prosesslərin uzandığını, onun xeyri üçün heç bir real iş görülmədiyini görüb, verdiyi pulları Şəmsidən geri tələb etməyə başlamışdır. Şəmsi isə əvvəl aldığı pulları artıq müəyyən yerlərə xərclədiyi üçün qaytara bilməyəcəyini, yalnız sonuncu aldığı pulu qaytaracağına vəd verərək ondan bir ay vaxt istəmişdir. Lakin vədinə baxmayaraq onu aldatmış və pulunu qaytarmaqdan ümumiyyətlə imtina etmişdir. Ona görə də o, Şəmsidən rəsmi qaydada şikayət etmək qərarına gəlmiş, şikayət ərizəsinə Şəmsinin CD-də olan səsyazmasını əlavə etmişdir. Hazırda Şəmsinin ona ümumilikdə 210000 manat məbləğində pul verəcəyi vardır. Zərərçəkmiş şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, apellyasiya məhkəməsini uduzmuş, apellyasiya məhkəməsi işi dayandırıb Konstitusiya Məhkəməsinə sorğu vermişdir. Prosessual müddət məsələsinə görə bir evin müddəti normal olmuş, digər evin müddəti isə, o, bir az gecikdiyindən müddət 1 ay keçmişdir. Apellyasya məhkəməsi qərarında ona pay düşmədiyi göstərilmişh və həmin iş hazırda Ali Məhkəməsinin icraatında baxılmaqdadır. Şəmsinin barəsində verdiyi şikayət ərizələrinə əlavə etdiyi CDdə əks olunan səsyazmada açıq-aydın əks olunur ki, Şəmsi ondan həmin məbləğdə pul alıb qaytarmadığını özü etiraf etmişdir. Təqsirləndirilən şəxs ondan əlbəl nağd şəkildə ümumilikdə 210.000 manat məbləğində pul almış, amma verdiyi həmin pula görə o, hər ay stabil olaraq banka bu günədək 60.000 manat məbləğində əlavə kredit faizləri ödəmişdir, həmin faizləri də hesabladıqda Şəmsi tərəfindən ona vurulmuş maddi zərərin dəyəri bugunə 270.000 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs onun xeyrinə məhkəmə qərarları qəbul etdirmək adı ilə guya kimlərəsə vermək üçün ondan 200.000 manat məbləğində pul almış, amma həmin puldan əlavə guya onun bu işləri ilə məşğul olmaq üçün özünə zəhmət haqqı kimi də əlavə 5.000 manat məbləğində pulu birinci instansiyası məhkəməsi üçün, 5.000 manat məbləğində pulu isə apellyasiya instansiyası məhkəməsi üçün almışdır, yəni ümumilikdə 10.000 manat məbləğində pulu da əlavə almışdır. Amma o, əvvəllər həmin 10.000 manat məbləğində pulu Şəmsiyə güzəştə getmiş, lakin sonradan Təqsirləndirilən şəxs onun işi ilə bağlı heç bir əziyyət çəkmədiyini, əksinə aldığı bütün pullarını öz əlinə keçirdiyini və onu aldatdığını müəyyən etdikdən sonra verdiyi pulları Şəmsidən tam məbləğdə almaq qərarına gəlmişdir, ona görə də ərizə, izahat və ifadələrində pulun məbləğini tam şəkildə 210.000 manat məbləğində göstərmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə prosesində Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir (iş vərəqə: cild İ, səh. 235-241). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsinə uyğun ifadə verib göstərdi ki, baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla o, 2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Tamirlangil ailədə üç övlad olmuşlar, böyük qardaşı Fuad və bacısı Gülər ailəli olmuş, ayrı-ayrı evləri olmuş, Tamirlan evin son övladı olduğu üçün mərhum valideyləri ilə bir evdə, ünvan 7 ünvanında yerləşən həyət evində yaşayırmışdır. 2017-ci ilin ortalarında Tamirlanla o, birlikdə həmin ünvandan çıxıb ayrıca kirayədə yaşamağa başlamışlar. 2019-cu ildən anası rəhmətə gedəndən sonra mərhumun yas məclislərindən birində söhbət əsnasında məlum olmuşdur ki, Tamirlanın ata evindən bir müddət uzaqlaşmağından istifadə edən böyük qardaşı Fuad fürsətdən istifadə edərək hələ anasının sağlığında mərhumun adına olan, yuxarıda qeyd etdiyi ünvanda yerləşən ata evlərini bağışlama yolu ilə öz adına keçirmişdir. Hansı ki, buna qədər Tamirlan öz valideynləri və bacı-qardaşı ilə həmin evin satılaraq atası ilə Tamirlana ayrıca mənzillər alınacağını, qalan pul isə Tamirlanın bacısı və qardaşının arasında bölünəcəyini qərarlaşdırmışlar. Həmin ərəfədə Tamirlanla onun kiçik oğlu Teymur ağır qan xəstəliyinə tutulmuş, onun müalicəsi yalnız xaricdə mümkün olmuş, buna görə də onlara külli miqdarda pul lazım olmuşdur. Atası və digər ailə üzvləri Tamirlanı qeyd olunan evin satışa çıxarılmasına, ev satılan kimi övladının müalicəsi ilə bağlı onlara yardım göstərəcəklərinə arxayın etmişlər. Tamirlanın anasının yas məcləsində məsələ müzakirə olunmuş, orada mərhum qayınatası Arif isə hamının yanında əvvəl dediyi sözün qüvvədə olmasını, evin kimin adına rəsmiləşdirilməsinə fərq etmədən evin satılaraq hər övladının arasında bərabər pay hissəsinə bölünəcəyini bir daha təsdiq etmişdir. Odur ki, onlar qayınatasının sözlərinə hörmətlə yanaşaraq heç bir narazılıq bildirməmişlər. Şahid1 ifadəsinin davamında göstərdi ki, Qayınanası rəhmətə getdikdən sonra qaynı Fuad qayınatasına qulluq etmək adı ilə ailəsi ilə birlikdə öz evlərindən çıxıb qayınatasının yaşadığı, yuxarıda qeyd etdiyi fərdi həyət evinə köçmüş, lakin sonradan heç qayınatasına da layiqincə qulluq etmədikləri üçün qayınatası köçüb çox vaxt öz qızgildə yaşamışdır. 2021-ci ilin avqust ayında qayınatası Arif də rəhmətə getmişdir. Qayınatasının hüzr məclislərindən birində sonuncunun qardaşı, yəni Tamirlanın kiçik əmisi Nizami gileylənərək qardaşının baxımsızlıqdan rəhmətə getdiyini, Fuad və ailəsinin onu ac-susuz saxladıqlarını, onu incitdiklərini, evdən qovduqlarını, küçədə saxladıqlarını bildirmiş, ona görə də qardaşının məcbur olub qızıgildə qaldığını demişdir. Ona görə də Tamirlan qardaşı Fuaddan evi satıb atalarının vəsiyətinə əməl etməsini kəskin şəkildə tələb etməyə başlamışdır. Bundan sonra qaynı Fuadın əsl niyyəti üzə çıxmış, Fuad evi satmaq niyyətinin olmadığını, evin artıq çıxarış sənədinin onun öz adına olduğunu, evin tək mülkiyyətçisi özünün olduğunu, özü istərsə, evi onda satacağını demiş, lakin hələlik belə bir fikrinin olmadığını bildirmişdir. Bundan sonra Tamirlan öz varislik hüququnu qanuni şəkildə bərpa etmək qərarına gəlmiş və bu məqsədlə dost-tanışlarına müraciət etmiş, çıxış yolu axtarmağa başlamışdır. Həmin ərəfədə qızı Ameliyanın sinif yolaşının anası Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Belə ki, təsadüfi söhbət əsnasında Vüsalə ona onun da onlar kimi mübahisəli əmlak məsələsi olduğunu, həmin mübahisəli məsələnin onun xeyrinə həll olunmasında Şəmsi adlı tanışının ona dəstək olduğunu bildirmiş, istədikləri təqdirdə həmin Şəmsi ilə onları görüşdürə biləcəyini demişdir. Onlar razılaşıb Vüsalədən Şəmsinin telefonunun almış və əri Tamirlan özü Şəmsiyə zəng vuraraq ilk dəfə onunla xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən «Romance Palace» şadlıq evinin çayxanasında görüşmüşlər. Görüş zamanı onlar Şəmsiyə öz problemlərini danışmış, Şəmsi onlara özünün məhkəmə sistemində olan geniş əlaqələri vasitəsi ilə qaynı ilə aralarında olan mülk mübahisəsini müəyyən pulun müqabilində asanlıqla onların xeyrinə müsbət həll olunmasına nail olacağına söz vermiş, amma pulun konkret məbləğini barədə həmin vaxt onlara bir söz deməmişdir. Şəmsinin deməsinə görə o, guya müəyyən vəzifəli şəxslərlə məsləhətləşməlidir. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, ilk görüşlərindən təxminən bir ay sonra Şəmsi onlara zəng vuraraq onların işi ilə məşğul olmaq üçün 5.000 manat məbləğində pul istədiyini bildirmişdir. Onlar razılaşmış və 2021-ci ilin oktyabr ayının təxminən əvvəllərində Şəmsi ilə həmin vaxt yaşadığı, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 8 ünvanında görüşmüş və istədiyi 5.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişlər. Daha sonra Şəmsi onlara işləri ilə özünün məşğul olduğunu, lakin məhkəmə proseslərində iştirak etmək üçün onlara vəkil tutmalı olduğunu bildirmiş, onlara Ceyhun Bayramov adlı bir vəkilin vəsiqəsinin şəklini, həmin vəkilin adına etibarnamə vermələri üçün çəkib atmışdır. Tamirlan həmin vəkillə müqavilə bağladıqdan sonra vəkil Tamirlanın adından Nəsimi Rayon Məhkəməsinə müvafiq iddia ərizəsi vermişdir. Məhkəmədə proses başladıqdan sonra Şəmsi onlara məhkəməyə sübut təqdim etmək üçün Tamirlanın əmisi Nizamini danışdıraraq qaynı Fuadın son vaxtlar mərhum atasına yaşatdıqları barədə dediklərinin səsyazmasını əldə edib Şəmsiyə təqdim etməyi onlara tapşırmışdır. Tamirlan onun dediyi kimi etmiş, əmisinin səsini yazaraq diskə köçürüb Şəmsiyə vermişdir. Bundan sonra Şəmsi həmin səsyazma əsasında Tamirlanın qardaşı Fuaddan polisə də şikayət ərizəsi yazmağı təklif etmiş, polisdə də araşdırma aparılsını və araşdırmanın nəticəsindən məhkəmə prosesində istifadə olunmasının mümkün olmasını bildirmişdir. Tamirlan razılaşmış və bu mövzuda Şəmsi tərəfindən ona təqdim olunan, Tamirlanın adından tərtib olunmuş şikayət ərizəsini imzalamış, Şəmsi də həmin ərizəni aparıb nədənsə əraizi aidiyyəti üzrə Nərimanov RPİ-yə deyil, Nəsimi RPİ-yə təqdim etmişdir. Sonradan isə qaynı Fuadın vəkili Vasif Həsənov həmin bu qeyd etdiyi ərazi aidiyyəti məsələsinin pozulmasının qabardanda Şəmsi guya vəkil Vasifin Nərimanov RPİ-də tanışlarının olduğunu, onun işi öz xeyirlərinə həll etmək üçün materialı Nərimanov RPİ-yə yönəltməyə çalışdığını bildirmişdir. Həmin ərəfədə Şəmsi onlardan işin müsbət həll olunması üçün 100.000 manat məbləğində pul istəmiş, və bildirmişdir ki, həmin puldan 3.000 manat məbləğində hissəsini vəkilə verəcək, qalan pulu isə özü məhkəmə və polisdə gedən proseslərdə işin onların xeyrlərinə həll olunması üçün öz tanaşlarına verəcəkdir. Onlar razılaşmış və «Yellow Bankın» Mərkəz flialından kredit götürüb üzərini də öz şəxsi vəsaitləri ilə düzəldərək 2022ci ilin təxminən fevral ayının əvvəllərində yenə də yaşadıqları ünvanda 97.000 manat məbləğində pulu Şəmsiyə vermiş, vəkilin 3.000 manat məbləğində zəhmət haqqını isə işin yekununda müsbət nəticə əldə etdikdən sonra əlavə olaraq özlərinin verəcəklərini nəzərdə tutmuşlar. Bundan sonra Nəsimi RPİ-də Süleyman adlı əməkdaş tərəfindən araşdırma başlanmış, araşdırma zamanı izahat verən qaynı Fuad, onun arvadı Ədilə, baldızı Gülər, Tamirlanın əmisi Nizami qayınatasının hələ sağ olarkən sözü gedən evin satılaraq hər üç övladı arasında bölünməli olduğunu vəsiət etməsini bir daha təsdiq etmişlər. Həmin izahatlardan da sonradan həqiqətən də məhkəmə prosesində istifadə olunaraq birinci instansiya məhkəməsində onların xeyrinə, yəni bağışlanmanın əsassız hesab olunması və qaynı Fuadın öz adına çıxardığı çıxarış sənədinə həbs qoyulması barədə qərar çıxarılmışdır. Bundan başqa, Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, qaynı Fuadgil birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsində də işi davam etdirmək üçün Şəmsi onlardan 08 mart 2022-ci il tarixdə yenə də yaşadığı ünvanda əlavə 5.000 manat məbləğində də pul almışdır. Həmin ərəfədə qaynı Fuad və vəkili Tamirlana qarşı paralel olaraq Nəsimi rayon prokurorluğuna şikayət ərizəsi vermiş, guya Tamirlan Fuad barədə yalan xəbərçilik etmiş, ornu şərləyərək atalarının ölümündə günahlandırması barədə Polisə yalan məzmunlu ərizə yazmışdır. Prokurorluqda başlayan araşdırma zamanı o, Şəmsiyə öz iradını bildirmiş, Şəmsiyə onun sözü ilə ərizə yazdığını, bu işlə bağlı ona külli miqdarda pullar verdiyini demiş, amma özünün də problem yaşadığını bildirmişdir. Şəmsi isə ona prokurorluqdakı problemi həll etmək üçün əlavə olaraq 20000 manat məbləğində də pul verməli olduğunu bildirmişdir. O, Şəmsiyə onda bu qədər pulun olmadığını dedikdə, Şəmsi Vüsalədən borc almağı təklif etmişdir. Lakin Vüsalə imtina etmişdir. Həmin vaxt Şəmsi də onu pula görə tələsdirmiş, o, dost-tanışa da müraciət etmiş, lakin tapa bilmədikdə Şəmsi ona xalası oğlunun rəhbərlik etdiyi bankdan kredit götürməyi təklif etmişdir. O, razılaşdıqda Şəmsi xalası oğlu Əhədin rəhbəri olduğu "xxxx"-dan birdəfəlik 100.000 manat məbləğində pul götürməyi təklif etmiş, gələcək məhkəmə instansiyalarındakı proseslərində də qalib çıxması üçün pullar lazım olacağını demişdir. O, razılaşdıqdan sonra Şəmsi onu özü ilə birlikdə «Express Bankın» Əhmədli filialına aparmış, orada onu özünün tanışı, filial müdiri Qüdrət adlı şəxslə görüşdürmüş, sonuncu Bankın rəhbəri Əhəd müəllimin həqiqətən də onları tapşırmasını təsdiq etmiş və qısa müddət ərzində onun adına 60 aylıq müddətə 170.000 manat məbləğində kredit verdirmişdir. «Express Bankın» Əhmədli filialından götürülən həmin pulun bir hissəsi ilə o, əvvəlki kreditlərini bağlamış və qalan 103.000 manat məbləğində hissəsini 2022-ci ilin oktyabr ayının ortalarında yenə də aparıb yaşadığı evdə Şəmsiyə vermişdir. Lakin bundan xeyli müddət keçməsinə baxmayaraq Şəmsinin onun üçün heç bir iş görmədiyini, məhkəmədə prosesslərin uzandığını, onun xeyri üçün heç bir real iş görülmədiyini görüb, verdiyi pulları Şəmsidən geri tələb etməyə başlamışdır. Nəticədə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmişdir. Şəmsi isə əvvəl aldığı pulları artıq müəyyən yerlərə xərclədiyi üçün qaytara bilməyəcəyini, yalnız sonuncu aldığı pulu qaytaracağına vəd verərək ondan bir ay vaxt istəmişdir. Lakin vədinə baxmayaraq onu aldatmış və pulunu qaytarmaqdan ümumiyyətlə imtina etmişdir. Ona görə də o, Şəmsidən rəsmi qaydada şikayət etmək qərarına gəlmiş, şikayət ərizəsinə Şəmsinin CD-də olan səsyazmasını əlavə etmişdir. Hazırda Şəmsinin ona ümumilikdə 210000 manat məbləğində pul verəcəyi vardır. Şahid1 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs onlardan əlbəl nağd şəkildə ümumilikdə 210.000 manat məbləğində pul almış, onlar isə ifadə verdiyi günədək banka 75.000 manat məbləğində əlavə kredit faizləri ödəmişlər. Həmin faizləri də hesabladıqda Şəmsi tərəfindən onlara vurulmuş maddi zərərin dəyəri bugunə 285.000 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs dələduzluğu nəticəsində maddi ziyan ümumilikdə onların ailəsinə dəymiş, amma ailənin başçısı kimi cinayət prosesinin zərərçəkmiş şəxs qismində əri Zərərçəkmiş şəxs tanınmışdır. Onları Şəmsiyə inanaraq onunla iş görməyi Şahid3 onlara tövsiyə etmiş, Şəmsinin arvadı Rühiyyə isə hər dəfə evlərinə gedib iş və ya pul tələb edərkən onları arxayın edib narahat olmamağı tapşırmış, əri Şəmsinin onlara verdiyi bütün vədlərini yerinə yetirəcəyini onlara demişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2020-ci ildə ümumi tanışlarının şənlik məclislərindən birində təsadüfən tanış olmuş və ailəvi münasibətləri yaranmışdır. Onun özü MİDA-da mühəndis işləmiş, Şəmsini isə bacarıqlı iş adamı kimi tanımışdır. Onun əri əri rəhmətə getdikdən sonra Şəmsi bir dost kimi ona həm məişət-təsərrüfat işlərində, həm də mərhum ərinin birinci ailəsi ilə aralarında yaranmış mülk mübahisəsi ilə əlaqədar məhkəmə işlərində ona köməklik etmişdir. Zərərçəkmiş şəxs oğunu isə arvadı Elnarəyə görə tanımışdır. Belə ki, onların uşaqları eyni məktəbdə təhsil almış və o, Elnarə ilə təxminən 6-7 il əvvəl məktəbdə tanış olmuş və aralarında səmimi münasibət yaranmışdır. 2021-ci ilin ortalarında Elnarə ilə söhbətlərdən birində Elnarəgilin də öz qohumları ilə aralarında mülk mübahisəsi olması məlum olmuş, bu barədə danışdıqda Elnarəyə özünə aid məhkəmə prosesindən danışmış və bu işdə Şəmsi adlı tanışının köməyi dəyməsini ona demişdir. Həmin vaxt Elnarə Şəmsi ilə görüşüb məsləhət almaları üçün Şəmsinin telefonunu onlara verməyi xahiş etmişdir. O da Şəmsi ilə danışmış, Şəmsinin özünün icazəsini aldıqdan sonra onun telefon nömrəsini Elnarəyə vermişdir. Elnarə də Şəmsinin telefonunu əri Tamirlana vermiş və onlar görüşmüşlər. İlk vaxtlarda Elnarəgil Şəmsidən razılıq bildirirmiş, hətta bir neçə dəfə birlikdə ümumi məclsilərdə də iştirak etmişlər. Lakin son vaxtlar Elnarəgil narazılıq etməyə başlamış, hətta bir dəfə onu da özləri ilə aparıb Şəmsi ilə görüşmüşlər. Həmin görüş zamanı onların arasında çox gərgin bir mübahisə baş vermişdir. Mübahislərindən məlum olmuşdur ki, Şəmsi işə görə Tamirlangildən 100.000 manat məbləğində pul alıb, onları külli miqdarda kredit borcuna saldırıb, lakin işlərini dediyi vaxtda həll etməyib, məsələni uzatmışdır. Həmin mübahisələrdə deyilənə görə buna görə də Elnarəgil pullarını Şəmsidən geri tələb edirmiş, lakin Şəmsi də aldığı pulların hamısını lazımi yerlərə bölüşdürdüyünü deyərək pulu qaytarmaqdan imtina etmişdir. Mübahisələrin yekununda Tamirlangil pulu qaytarması üçün Şəmsiyə vaxt qoymuş, əks təqdirdə barəsində şikayət edəcəklərini bildirmişlər. Şahid3 ifadəsinin davamında göstərdi ki, sonrakı söhbətlərdən isə məlum olmasına görə Şəmsi Tamirlangildən ümumilikdə 210.000 manat məbləğində pul almış, həmin pulla birinci instansiya məhkəməsinin qərarını Tamirlangilin xeyrinə qəbul etdirsə də apellyasiya instansiyası məhkəməsinin qərarını vaxtında ala bilməmişdir. Şəmsi Tamirlangilin pullarını qaytarmadığı üçün sonuncular Şəmsidən rəsmi qaydada şikayət etməyə başlamışlar. Şəmsi ilə Tamirlangilin arasında baş tutmuş pul alış-verişində onun işqtiakı olmamış, onlar tanış olduqdan sonra artıq özləri onun iştirakı olmadan görüşüb ailəlikcə dostluq edirmişlər. Aralarında bu qədər böyük məbləğdə pul alış-verişinin olmasını yalnız son vaxtlar, münasibətləri korlandıqdan sonra bilmişdir. Onun bu işdə heç bir qazancı və maddi marağı olmamışdır. Şahid3 ifadəsinin yekununda göstərdi ki, onun özünün mülki mübahisəsində özünün Elxan adlı vəkili olmuş, hüquqi məsələləri vəkil həll etmişdir. Onun mülki mübahisəsi mərhum həyat yoldaşının əvvəlki həyat yoldaşından olan uşaqları ilə əlaqədar vərəsəlik məsələsi olmuşdur. Şəmsi isə vəkilin tələb etdiyi sənədləri aparıb gətirmiş, məhkəmə proseslərində iştirak etməmişdir. Şəmsi ona hansı məhkəməyə, hansı daşınmaz əmlak idarələrinə müraciət etməli olduğunu izah etmiş, ona sənədləri toplamaqda kömək etmişdir. Buna görə o, şəmsiyə pul verməmişdir. O, Elnarəgilə vəkili Elxan müəllimin də telefon nömrəsini vermişdir. Elnarəgilin məhz Şəmsini seçmələrinin səbəbini ona bildirməmişlər. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, o, təxminən 10 il ərzində "xxxx" ASC-nin Əhmədli Filialının müdiridir, rəhbərlik etdiyi flial ünvan 9 ünvanında yerləşmişdir. Barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs və zərər çəkmiş Zərərçəkmiş şəxs əvvələr tanımamış, onların heç biri ilə münasibəti olmamışdır. Onlar adi qaydada kredit almaq üçün rəsmi şəkildə rəhbəri olduğu Filiala müraciət etmiş, o da müvafiq sənədləşdirmə apararaq tam qanuni şəkildə Zərərçəkmiş şəxs adına olan iki mənzili girov götürməklə 17 may 2022-ci il tarixdə Tamirlanın adına 59 ay müddətinə illik 18,5% ilə 178.500 manat məbləğində kredit vermişdir. Zərərçəkmiş şəxs arvadı ilə birlikdə şəxsən özü qəbul etmiş, Təqsirləndirilən şəxs də onlarla birlikdə olmuşdur. Tamirlanla arvadı uşaqlarının ağır xəstəlikdən müalicə etdirmək üçün həmin krediti götürmək istədiklərini bildirmiş, alacaqları kredit məbləğini Təqsirləndirilən şəxs və yaxud qeyrisinə verəcəyi barədə ona bir söz deməmişlər. Tamirlangilin banka girov qoyduqları mənzillərdən hansısa biri başqa bankda girovda olmuş, həmin mənzlin girovdan çıxarılması üçün Tamirlangil bin neçə gün vaxt sərf etmişlər. Həmin şəxslər rəhbəri olduğu Filiala hər hansı bir tanışlıq əlaqəsi vasitəsilə deyil, adi müştəri kimi müraciət etmişlər. Şahid4 ifadəsinin davamında göstərdi ki, X7 tanımış, sonuncu bankın müşahidə şurasının üzvü olmuşdur. Zərərçəkmiş şəxs kredit verilməsi ilə əlaqədar X9 tərəfindən ona heç bir tapşırıq verilməmiş və ya xahiş olunmamışdır. Təqsirləndirilən şəxs ilə X6 qohum olmaları barədə isə onun heç bir məlumatı olmamışdır. Cinayət işinin məhkəməyədək icraatı mərhələsində iş üzrə şahid qismində dlindirilmiş Təqsirləndirilən şəxs arvadı Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilmişdir. Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Şəmsi ilə 2001-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, evlilikdən iki övladları olmuşdur. Şəmsi barədə şikayət edən Zərərçəkmiş şəxs və sonuncunun arvadı Şahid1 o, təxminən 2021-ci ilin sentyabr ayından tanımış, onlar ümumi tanışları olan Şahid3 vasitəsi ilə əri Şəmsi ilə tanış olaraq ona özlərinin məhkəmə mübahisələri ilə bağlı köməklik göstərməsini xahiş etmişlər. Belə ki, əri ailəsini dolandırmaq məqsədi ilə həmişə öz zəhməti ilə dolanan adam olmuş, öz imkanları daxilində hər kəsə köməklik etməyə çalışmış, yuxarıda adını qeyd etdiyi Vüsalə adlı qadına da bir neçə il əvvəl məhkəmə mübahisəsində öz savadı və bacarığı, tanışları vasitəsi ilə köməklik etmişdir. Bu barədə Vüsalədən eşidən tanışları Tamirlangil də qardaşıgillə aralarında yaranmış mülk mübahisəsi ilə əlaqədar məhkəmə işlərində köməklik göstərilməsi məqsədi ilə Şəmsiyə müraciət etmişlər. Şəmsi də, həmişə olduğu kimi öz xeyirxaqlığından onlara yardım edəcəyini söz vermiş və onların məhkəmə işləri ilə məşğul olmağa başlamışdır. Həmin ərəfədə Tamirlan və arvadı tez-tez onların həmin dövürdə kirayə yaşadıqları ünvan 10 ünvanına gəlib-gedirmiş, işləri müzakirə edirmiş, o da çox vaxt onlarla bir masada əyləşib işləri ilə bağlı olmayan söhbətlərində iştirak edirmiş, amma işlə bağlı söhbətlərinə qarışmamışdır. Belə ki, əri Şəmsi bu cür halları və öz işləri ilə bağlı təfərrüatları onunla bölüşməyi xoşlamamışdır. Amma Şəmsinin onlara əməli köməklik göstərməsi, birinci məhkəmə instansiyasında onların xeyrinə qətnamə qəbul olunmasını təxmini anlamışdır. Lakin onun yanında onlar heç vaxt pul alış-verişi etməmişlər. Sonradan isə Tamirlangil Şəmsinin onların xeyrinə məhkəmə qətnaməsi qəbul etdirdiyini görüb Şəmsinin geniş imkanlara malik bir şəxs olduğunu zənn edərək ondan qanunsuz tələblər etməyə başlamışlar. Belə ki, X1rdaşı Fuadı və ya onun arvadı Ədiləni həbs etdirməsini istəmişlər. Şəmsi isə bunun qeyri-mümkün olduğunu bildirərək imtina etdikdə isə Tamirlangil Şəmsinin özünü həbs etdirəcəkləri ilə hədələməyə başlamış və məhkəmə işi üçün özləri xoşluqla verdikləri pulları Şəmsidən geri tələb etməyə başlamışlar. Şəmsi isə artıq pulları onların öz işlərinə xərclədiyi üçün pullarını qaytara bilməmiş, onlar da şikayət etməyə başlamışlar və yekunda Şəmsini dələduzluqda ittiham edərək həbs etdirmişlər. Halbuki, Şəmsi onlara qarşı heç bir dələduzluq etməmiş, əksinə onlara vəd verdiyi bütün məhkəmə proseslərini onların xeyrinə udmuşdur. Əri Şəmsinin "xxxx" ASC-də işləyən Əhəd adlı xalası oğlu olmuş, Şəmsi Tamirlangil üçün öz xahişləri ilə krediti məhz xalası oğlu Əhəd Əliyevin vasitəsi ilə qısa müddətə götürməyə müvəffəq olmuşdur. Şəmsinin Zərərçəkmiş şəxs ümumilikdə hansı məbləğdə pul almasının şahidi olmasa da, sonradan aradakı münasibətlər pozulduqda Tamirlangilin Şəmsidən 200.000 manat məbləğində pulu geri tələb etmələrini öyrənmişdir. Şəmsi ona Tamirlangilin pulun məbləğini şişirtdiklərini, ona bu qədər pul vermədiklərini, nə veriblərsə hamısını razılıqları ilə öz işlərinə xərclədiyini bildirmiş, amma aldığı pulun məbləğini ona bildirməmişdir. Şəmsinin qeyd olunan işləri kimlərlə görməsi barədə onun heç bir məlumatı olmamış, Şəmsi ona işləri barədə, hətta bu problemlər üzə çıxdıqda belə heç vaxt danışmamışdır (iş vərəqə: cild İ, səh. 228-231). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan şahidlər Şahid1 ilə Şahid2 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə prosesində zərərçəkmiş şəxs Şahid1 məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları Şahid2 üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 232-234). Cinayət işinin məhkəməyədək icraatı mərhələsində iş üzrə şahid qismində dlindirilmiş təqsirləndirilən şəxs X2 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilmişdir. Şahid Ceyhun Bayramov tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 4 ildir Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. Təqsirləndirilən şəxs əvvələr tanımamışdır. Şəmsi 2021-ci ilin sonlarında onun işlədiyi 36 saylı Vəkil Bürosuna müştəri kimi gələrək bir nəfər tanışının mülki məsələsi ilə bağlı müraciət etmişdir. O da rəsmi qaydada Şəmsinin dostu kimi təqdim etdiyi Zərərçəkmiş şəxs ilə müqavilə bağlayaraq sonuncuya qardaşı Fuad Həsənov ilə aralarında olan mülk mübahisəsində hüquqi yardım göstərməyə başlamış, buna görə onlar birinci instansiya məhkəməsində hüquqi xidmətlə bağlı ilk olaraq 3000 manat məbləğində Büronun kassasına mədaxil etmişlər. Mübahisə predmetinin yerləşdiyi ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə aid olduğundan o, müvafiq iddia ərizələri yazmış, məhkəməyə sübutlar toplayıb təqdim edilməsi üçün Nəsimi rayon Polis İdarəsinə ərizə yazmış, təhqiqat və məhkəmə araşdırmalarında vəkil kimi iştirak etmiş, yekunda birinci instansiya məhkəməsində bütün iddiaları Zərərçəkmiş şəxs xeyrinə həll olunmuşdur. Daha sonra qarşı tərəfdən olan Fuad Həsənov birinci instansiya məhkəməsinin qərarlarından narazı qaldığı üçün apellyasiya şikayəti vermiş, Zərərçəkmiş şəxsgil Bakı Apellyasiya Məhkəməsində də onu təmsil etməyi üçün onunla müqavilə bağlayaraq əlavə 3000 manat məbləğində də kassaya rəsmi ödəniş etmişlər. O, apellyasiya instansiyası məhkəməsində də proseslərdə iştirak etməyə başlamış, mübahisəli mülklərin dəyərini müəyyən etmək üçün iş üzrə ekspertizalar təyin edilmiş, bu səbədən apellyasiya məhkəməsində proses uzanmışdır. Prosesin uzanmasından narazı qalan Zərərçəkmiş şəxs dostu Təqsirləndirilən şəxs şikayət etməyə başlamış və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onlardan bu işlər üçün külli miqdarda pullar alıb. Lakin bu barədə ona yalnız sonradan, Sabunçu rayon Polis İdarəsində araşdırma başlandıqdan sonra məlum olmuşdur. Sabunçu rayon Polis İdarəsində araşdırma başlayanadək aralarında külli miqdarda pul alış-verişinin baş tutmasından onun heç bir məlumatı olmamışdır. Bu barədə ona nə Təqsirləndirilən şəxs, nə də ki, Zərərçəkmiş şəxs heç nə bildirməmiş, nə də ki, həmin alış-verişlərində onun iştirakı olmuşdur. O, yalnız vəkil kimi rəsmi qaydada Zərərçəkmiş şəxs hüquqlarının müdafiə olunması ilə məşğul olmuş, qeyri-prosessual münasibətlərdə iştirak etməmişdir. Artıq araşdırma başlandıqdan sonra Zərərçəkmiş şəxs deməsinə görə, Təqsirləndirilən şəxs onlardan 210.000 manat məbləğində pul almışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işləri ilə bağlı polis, prokurorluq və məhkəmə orqanlarında kimlərəsə rüşvət verməsi barədə onun heç bir məlumatı olmamışdır. Belə ki, Şəmsi bu barədə ona bir söz deməmişdir. Şəmsi Tamirlanın işləri ilə bağlı rəsmi tərəf, iştirakçı, şahid olmadığı üçün qeyd olunan orqanlardakı proseslərin heç birində iştirak etməmiş, yəni o, Şəmsini həmin orqanlarda görməmişdir(iş vərəqə: cild İ, səh. 286-289). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməyədək icraat mərhələsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, CD-də “TAMİRLAN, ELNARƏ, MƏN VƏ ŞƏMSİNİN SƏSİ xx.xx.2023.mp3” adlı, “Audiofayl MPEG Layer-3 (.mp3)” tipli, “120 MB (126 482 733 bayt)” həcmli, xx.xx.2023-cü il tarixdə qeydə alınmış 02 saat 55 dəqiqə 40 saniyyəlik 01 ədəd səsyazma mövcuddur, həmin səsyazma dinlənildikdə Zərərçəkmiş şəxs, onun arvadı-Şahid1 və sonuncunun Zair adlı qardaşı ilə Təqsirləndirilən şəxs arasında baş tumuş söhbət zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Fuad adlı qardaşı ilə aralarında olan mülk mübahisəsini polis, prokurorluq və məhkəmə instansiyalarında Zərərçəkmiş şəxs xeyrinə həll etmək üçün sonuncudan 97000 (doxsan yeddi min) və 103000 (bir yüz üç min) manat məbləğində pul almasını bir neçə dəfə təkrarlamaqla etiraf etmiş, Şahid1 isə pullarını geri qaytarmasını tələb etdikdə Təqsirləndirilən şəxs pullarını qaytarmayacağını bildirir və belə əsaslandırır ki, əvvəlcədən aralarında baş tutmuş razılaşma zamanı onlar şərtləşmişdirlər ki, o, bu işə başladısa geriyə addım atılmayacaq, iş mütləq qaydada onların xeyrinə həll olunacaq, alınan pullar geri qaytarılmayacaq. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş səsyazıları olan və məhkəmədə tədqiq edilmiş 01 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 71-73). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən 22498 saylı xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş danışıq kartlarına xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə daxil olan və çıxan zənglərin və mesajların siyahısı, mesajların mətnləri, anten dairələri barədə məlumatlar əks olunmuş 01 ədəd CD-ə baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefona Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefondan xx.xx.2024-cü il tarixdə, saat 10:21:41-də «4098 5844 7125 3805 LEO bank Şəmsi Tamirlandı sənə verdiyim 200.000 manatdan 6000 manat vəkil Ceyhun Bayramovun pulunu çıx qaldı 194.000 manatı isə at yuxarıda qeyd etdiyim LEO Bank hesabına» mətnli, saat 13:57:17də «Man avara deyilam -ish güç adamiyam İstiyirsan sana inanim ve gozleyim shenbe geder, sana kart nomresi atmiwam oraya pulun 100000 manatini kocurt bu gun arzinde!» mətnli, saat 19:48:25-də «Shamsi pulu atirsan? Cavab yaz gozlayiram!» mətnli SMS-lər göndərilmişdir. "xxxx" MMC-dən əldə olunmuş, məhkəmə baxışı zamanı tədqiq olunan yuxarıda qeyd olunan 01 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 272-274). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs özü tərəfinən şübhəli şəxs qismində dindirilərkən ifadəsinə əlavə edilmiş, deməsinə görə Zərərçəkmiş şəxs ***-***-**-** nömrəli telefonun istifadəçisi olan Zahir adlı qohumu ilə aralarında “WhatsApp” ani mesajlaşma tədbiqi vasitəsi ilə aparılmış SMS yazışmalarının 43 ədəd “A4” formatlı vərəqdə çap edilmiş ksero-surətlərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin SMS yazışmalarında Zahir adlı şəxsin bacısı Elnarə və yeznəsi Tamirlandan aldığı ümumilikdə 200.000 manat məbləğində pulu, göndərdiyi bank kartı hesablarına köçürməklə geri qaytarmasını Təqsirləndirilən şəxs tələb etməsi, əks təqdirdə pulu almasına dair xx.xx.2023-cü il tarixdə “Tbilisi” restoranında birlikdə görüşərkən aralarında baş tutumuş söhbətin və həmin söhbət zamanı Şəmsinin onlardan 200.000 manat məbləğində pulu almasını etiraf etməsini əks etdirən səsyazmanı sübut kimi təqdim etməklə barəsində rəsmi qaydada şikayət edəcəkləri və onu cinayət məsuliyyətinə cəlb etdirəcəkləri ilə hədələməsi, həmçinin, Təqsirləndirilən şəxs həmin pulun müqabilində Tamirlan üçün iş gördüyünü, məhkəmədə xeyrinə qərar qəbul etdirdiyini, sadəcə olaraq Tamirlanın qardaşı Fuadın həbs olunmasına dair verdiyi sifarişi yerinə yetirmədiyi üçün münasibətlərinin pozuluşduğunu bildirməsi açıq-aydın əks olunur. Zərərçəkmiş şəxs ***-***-**-** nömrəli telefonun istifadəçisi olan Zahir adlı qohumu ilə aralarında “WhatsApp” ani mesajlaşma tədbiqi vasitəsi ilə aparılmış SMS yazışmalarının 43 ədəd “A4” formatlı vərəqdə çap edilmiş ksero-surətləri iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 184-185). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun özgənin külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə, yəni dələduzluq yolu ilə talamada ehtiva olunan, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla təsdiqini tapdığından onun cinayət əməli bu hissədə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və onun cinayət əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarından irəli gələn və yuxarıda qeyd olunan tövsiyyələr, müəyyən olunduğu kimi, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində ehtiva olunan əlamətlər Təqsirləndirilən şəxs cinayət əməli ilə üst-üstə düşür. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri (burada: Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi) müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadələrində zərərçəkmiş şəxsdən 210.000 manat deyil, ümumilikdə cəmi 197.000 manat pul alması, aldığı pulun müqabilində Zərərçəkmiş şəxs verdiyi vədini yerinə yetirib birinci instansiyasında məhkəmə mübahisəsini onun xeyrinə həll etməsi barədə göstərdikdərini onun cinayət məsuliyyətindən və cəzadan azad ola bilməsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışlarından görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs ilk dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 147 maddəsinin 3-cü hissəsi ilə (“dələduzluq” köhnə redaksiyada) 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1998-ci il tarixdə əməyə mütləq cəlb olunmaqla cəzadan 02 il 10 ay 22 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə Xətai RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinin tələbləri rəhbər tutulmaqla cəlbetmə müddəti keçdiyinə görə cinayət məsuliyyətindən azad edilmişdir. (iş vərəqə: cild İ, səh. 265-266). Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs məhkumluğu ödənmişdir və o, hazırda məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun məhkumluğu olmayan şəxs kimi ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələnin müzakirəsi zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 09 avqust 2024-cü il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulub 11 avqust 2024-cü il tarixədək həbsdə saxlanılmış, 11 avqust 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş və müvafiq məhkəmə qərarına əsasən xx.xx.2024-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdən məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 09 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub 11 avqust 2024-cü il tarixədək həbsdə 02 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı və cəza çəkməsinin əvvəli fasiləsiz olaraq həbsdə saxlanıldığı 14 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, onun müəyyən müddətə azadlıqdan məhrum etməyə məhkum olunacağı edilməsi nəzərə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərə görə 210000 (iki yüz on min) manat pul tələbinə dair mülki iddia qaldırımış və 501 (beş yüz bir manat) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə mülki iddiaya dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin sübuta yetməsi və yetirilmiş maddi zərərin ödənilməməsi nəzərə alınmalı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərə görə 210000 (iki yüz on min) manat pul tələbinə dair mülki iddiası tam təmin edilməli, 210000 (iki yüz on min) manat pul və ödənilmiş dövlət rüsumuna görə 501 (beş yüz bir manat) manat – cəmi 210501 (iki yüz on min beş yüz bir) manat pul Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.3-cü maddəsinin tələblərinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1-ci maddəyə əsasən iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2-ci maddəyə əsasən iddianın rədd edilməsi; 354.1.3-cü msaddəyə əsasən iddianın baxılmamış saxlanması. İş üzrə maddi sübutlar - səs yazılarının qeydə alındığı 01 ədəd CD formatlı, telefon danışıqları haqqında məlumatların yerləşdirildiyi 01 ədəd CD formatlı – cəmi iki ədəd CD formatlı disklər və “WhatsApp” ani mesajlaşma tədbiqi vasitəsi ilə aparılmış SMS yazışmalarının köçürüldüyü 43 ədəd “A4” formatlı vərəqdə çap edilmiş ksero-surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 314.2, 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub 11 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 7 (yeddi) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 14 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi zərərə görə 210000 (iki yüz on min) manat pul tələbinə dair mülki iddiası tam təmin edilsin. 210000 (iki yüz on min) manat pul və ödənilmiş dövlət rüsumuna görə 501 (beş yüz bir manat) manat – cəmi 210501 (iki yüz on min beş yüz bir) manat pul Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübutlar - səs yazılarının qeydə alındığı 01 ədəd CD formatlı, telefon danışıqları haqqında məlumatların yerləşdirildiyi 01 ədəd CD formatlı – cəmi iki ədəd CD formatlı disklər və “WhatsApp” ani mesajlaşma tədbiqi vasitəsi ilə aparılmış SMS yazışmalarının köçürüldüyü 43 ədəd “A4” formatlı vərəqdə çap edilmiş ksero-surətləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-799/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-799/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver