Məhkəmə qərarları › İş №1(101)-80/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-80/2020

28.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-80/2020 28.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: x13 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 1 saylı vəkil bürosunun vəkili x5, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, - Təqsirləndirilən şəxs1 (xx xxxxxx 1979-cu Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, təqaüdçü, işləməyən, Füzuli rayon Alxanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hazırda ƏN PX 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan) - Təqsirləndirilən şəxs2 (19 avqust 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 82 mənzil 36-da qeydiyyatda olan, hazırda ƏN PX-nin 03 saylı istintaq təcridxanasında həbsdə saxlanılan) - Təqsirləndirilən şəxs3 (10 avqust 1990-cı ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, İmişli şəhəri, S.Fərzəliyev küçəsi ev 20 ünvanındı qeydiyyatda olan, hazırda ƏN PX-in 03 saylı istintaq təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi barədə tanışları Şahid13, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Milad adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin satışından əldə edilən pulun şəxsiyyəti istintaqla araşdırılan Milad adlı şəxsə çatdırılanadək qrup üzvü Təqsirləndirilən şəxs2 İran İslam Respublikası ərazisində girov qalması barədə əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq qrup üzvü Təqsirləndirilən şəxs2 24 sentyabr 2018-ci il tarixdə Biləsuvar sərhəd keçid məntəqəsindən keçərək İran İslam Respublikası ərazisində qrupun digər üzvü Milad adlı şəxslə görüşüb əldə olunacaq narkotik vasitənin dəyərinin ilkin ödənişi kimi sonuncuya 500 manat məbləğində pul vəsaiti verməklə orada girov qaldıqdan sonra, 25 sentyabr 2018-ci il tarixdə tiryəkdən kustar üsulla hazırlanmış 251,218 qram, külli miqdarda narkotik vasitə olan heroini o, həmin gün saat 22 radələrində qrup üzvlərindən Biləsuvar rayonu ərazisində, sərhəd keçid məntəqəsinin yaxınlığında qəbul edərək, həmin çəkidə narkotik vasitəni əldə edib daşımaqla Bakı şəhərinə gətirib, satışının həyata keçirilməsi üçün hissələrə bölərək bir hissəsini özü götürməklə qalan hissəsini cinayətkar qrupun digər üzvləri Təqsirləndirilən şəxs3 və Şahid13 arasında bölmüş, İran İslam Respublikasının ərazisində girov qalan Təqsirləndirilən şəxs2 itkin düşməsi barədə sonuncunun anası Şahid5 Bakı şəhəri, Nizami RPİ- nin 24-cü polis şöbəsinə müraciətindən sonra həmin şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 28 sentyabr 2018-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri Nizami rayonu, C.ünvan 6 ünvanında saxlanılaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24cü Polis Şöbəsinə aparılmış və orada onun üzərinə hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı sonuncunun əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli selofan bükülünün içərisində qeyd edilən narkotik vasitə - heroinin külli miqdarda, 38,181 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, həmin gün saat 10:40-da keçirilən əməliyyataxtarış tədbirlərinin davamı olaraq o, ünvan 3 ünvanında saxlanılaraq Bakı şəhəri, Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə gətirilməklə, orada üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd selofan bükülünün içərisində qeyd edilən narkotik vasitə - heroinin külli miqdarda 42,248 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, elə həmin gün saat 14 radələrində Şahid13 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, İ.Aslanov küçəsi, 7 saylı evin, 31 saylı mənzilinə baxış keçirilən zaman evin yataq otağındakı dolabın yanında divara söykənilmiş xalçanın arasından bir ədəd qırmızı rəngli selofanın içərisində iki ədəd bükümdə qeyd edilən narkotik vasitə - heroinin qalan 170,789 qram çəkidə külli miqdarda olan hissəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi barədə tanışları Şahid13, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Milad adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin satışından əldə edilən pulun şəxsiyyəti istintaqla araşdırılan Milad adlı şəxsə çatdırılanadək onun İran İslam Respublikası ərazisində girov qalması barədə əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq o, 24 sentyabr 2018ci il tarixdə Biləsuvar sərhəd keçid məntəqəsindən keçərək İran İslam Respublikası ərazisində qrupun digər üzvü Milad adlı şəxslə görüşüb əldə olunacaq narkotik vasitənin dəyərinin ilkin ödənişi kimi sonuncuya 500 manat məbləğində pul vəsaiti verməklə orada girov qaldıqdan sonra, 25 sentyabr 2018-ci il tarixdə tiryəkdən kustar üsulla hazırlanmış 251,218 qram, külli miqdarda narkotik vasitə olan heroini qrup üzvü Təqsirləndirilən şəxs1 həmin gün saat 22 radələrində Biləsuvar rayonu ərazisində, sərhəd keçid məntəqəsinin yaxınlığında qrupun digər üzvlərindən qəbul edərək, həmin çəkidə narkotik vasitəni əldə edib daşımaqla Bakı şəhərinə gətirib, satışının həyata keçirilməsi üçün hissələrə bölərək bir hissəsini özü götürməklə,qalan hissəsini cinayətkar qrupun digər üzvləri Təqsirləndirilən şəxs3 və Şahid13 arasında bölmüş, İran İslam Respublikasının ərazisində girov qalan zaman anası Şahid5 onun itkin düşməsi barədə Bakı şəhəri, Nizami RPİ- nin 24-cü polis şöbəsinə müraciətindən sonra həmin şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 28 sentyabr 2018-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri Nizami rayonu, C.ünvan 6 ünvanında saxlanılaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparılmış və orada onun üzərinə hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı sonuncunun əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli selofan bükülünün içərisində qeyd edilən narkotik vasitə - heroinin külli miqdarda, 38,181 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, həmin gün saat 10:40-da keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq qrup üzvü Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında saxlanılaraq Bakı şəhəri, Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə gətirilməklə, orada üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd selofan bükülünün içərisində qeyd edilən narkotik vasitə - heroinin külli miqdarda 42,248 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, elə həmin gün saat 14 radələrində qrup üzvü Şahid13 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, İ.Aslanov küçəsi, 7 saylı evin, 31 saylı mənzilinə baxış keçirilən zaman evin yataq otağındakı dolabın yanında divara söykənilmiş xalçanın arasından bir ədəd qırmızı rəngli selofanın içərisində iki ədəd bükümdə qeyd edilən narkotik vasitə - heroinin qalan 170,789 qram çəkidə külli miqdarda olan hissəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi barədə tanışları Şahid13, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Milad adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin satışından əldə edilən pulun şəxsiyyəti istintaqla araşdırılan Milad adlı şəxsə çatdırılanadək qrup üzvü Təqsirləndirilən şəxs2 İran İslam Respublikası ərazisində girov qalması barədə əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq qrup üzvü Təqsirləndirilən şəxs2 24 sentyabr 2018-ci il tarixdə Biləsuvar sərhəd keçid məntəqəsindən keçərək İran İslam Respublikası ərazisində qrupun digər üzvü Milad adlı şəxslə görüşüb əldə olunacaq narkotik vasitənin dəyərinin ilkin ödənişi kimi sonuncuya 500 manat məbləğində pul vəsaiti verməklə orada girov qaldıqdan sonra, 25 sentyabr 2018-ci il tarixdə 251,218 qram, külli miqdarda narkotik vasitə olan heroini qrup üzvü Təqsirləndirilən şəxs1 həmin gün saat 22 radələrində qrup üzvlərindən Biləsuvar rayonu ərazisində, sərhəd keçid məntəqəsinin yaxınlığında qəbul edərək, həmin çəkidə narkotik vasitəni əldə edib daşımaqla Bakı şəhərinə gətirib, satışının həyata keçirilməsi üçün hissələrə bölərək bir hissəsini özü götürməklə qalan hissəsini cinayətkar qrupun digər üzvləri, yəni onun və Şahid13 arasında bölmüş, İran İslam Respublikasının ərazisində girov qalan Təqsirləndirilən şəxs2 itkin düşməsi barədə sonuncunun anası Şahid5 Bakı şəhəri, Nizami RPİ- nin 24-cü polis şöbəsinə müraciəti ilə əlaqədar həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 28 sentyabr 2018-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri Nizami rayonu, C.ünvan 6 ünvanında saxlanılaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparılmış və orada onun üzərinə hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli selofan bükülünün içərisində qeyd edilən narkotik vasitə - heroinin külli miqdarda, 38,181 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, həmin gün saat 10:40-da keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq qrup üzvü Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında saxlanılaraq Bakı şəhəri, Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə gətirilməklə, orada üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd selofan bükülünün içərisində qeyd edilən narkotik vasitə - heroinin külli miqdarda 42,248 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, elə həmin gün saat 14 radələrində qrup üzvü Şahid13 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, İ.Aslanov küçəsi, 7 saylı evin, 31 saylı mənzilinə baxış keçirilən zaman evin yataq otağındakı dolabın yanında divara söykənilmiş xalçanın arasından bir ədəd qırmızı rəngli selofanın içərisində qeyd edilən narkotik vasitə - heroinin qalan 170,789 qram çəkidə külli miqdarda olan hissəsi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək göstərmişdir ki, qaynı İxdiyarın səhhətində problemləri olduğu üçün onun müalicə olunmasından ötrü birlikdə İran İslam Respublikasına həkimə getmək qərarına gəlmişlər. Tarixini xatırlamadığı vaxt İxdiyarla birlikdə Bakı şəhərindən taksi avtomobili ilə Biləsvuara, oradan da sərhəd keçid məntəqəsindən İran İslam Respublikasına keçib, tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşib Təbriz şəhərinə getmişlər. Yolda gedərkən taksi sürücüsünin adının Milad olmasını öyrənmişlər. Milad onlara bildirmişdir ki, İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitə göndərir. Sonra Milad ondan və İxdiyardan narkotik vasitə istifadə edib-etmədiklərini soruşmuşdur. Onlar Milada narkotik vasitə istifadə etmədiklərini bildirmişlər. Milad demişdir ki, Azərbaycan Respublikasında narkotik vasitə bir qədər bahadı, İran İslam Respublikasında isə ucuzdur. Milad yaxın tanışlarının narkotik ticarəti ilə məşğul olmasını demiş, lazım olarsa təşkilə edə biləcəyini bildirmişdir. O bu işə girməyəcəyini Milada bildirmiş, İxdiyar isə Miladla razılaşıb Miladın istifadəsində olan mobil telefon nömrəsini öz mobil telefonunda qeyd etmiş, özünün nömrəsini də Milada vermişdir. Bundan sonra x28 Respublikasının Təbriz şəhərində həkim müayinəsindən keçdikdən sonra Bakı şəhərinə qayıtmışlar. 2-3 gün keçdikdən sonra Bakı şəhəri, Nizami rayonu ərazisində olan 8-ci km bazarında İxdiyarla görüşmüş, həmin vaxt İxdiyarın mobil telefonuna zəng gəlmişdir. Zəng edən şəxs Milad olmuş, İxdiyar Miladla telefonda danışmışdır. Milad İxtiyara bildirmişdir ki, bir nəfər şəxsdə narkotik vasitə var, əgər istəyirsə Bakı şəhərinə göndərə bilər. İxtiyar 500 manat pulu olduğunu Milada demişdir. Milad da İxtiyara bildirmişdir ki, narkotik vasitəni satan şəxslə danışıb xəbər verəcəkdir. Təxminən 2 gün keçdikdən sonra İxdiyarla 8-ci km bazarında yenidən görüşmüşlər. Həmin vaxt Milad İxdiyara yenə zəng etmişdir. x16 demişdir ki, 500 manat pul və tanıdığı bir nəfər şəxsi girov kimi İran İslam Respublikasına göndərsin, sonra həmin şəxs narkotik vasitəni İxtiyara çatdıracaqdır. Milad göndərilən şəxsin İran İslam Respublikasında narkotik vasitəni satan şəxsin yanında girovda qalacağını, göndərdiyi narkotikin pulu çatdıqda isə həmin adamı buraxacaqlarını bildirmişdir. Danışığa görə Milad İxtiyara 300 qram narkotik vasitə həşiş qətranı göndərəcəkmiş. Sonra o, tanışı Təqsirləndirilən şəxs2 və İxdiyarla birlikdə görüşmüşlər. İxtiyar demişdir ki, Anarı İrana girov kimi göndərmək istəyir. O, İxtiyara demişdir ki, Anara İranda narkotik vasitəyə görə girov qalması barədə söz deyə bilməz. İxtiyar özü Anara demişdir ki, İranda satmaq adı ilə nisyə qab-qacaq götürdükləri üçün 500 manat pulu götürüb İrana gedib orada girov qalmaq lazımdı. Həmin vaxt o, Anara üstü örtülü şəkildə demişdir ki, «İxtiyarla razılaşma, o, mənim qohumum olsa da sənə ondan xeyir gəlməz». Anar da demişdir ki, onun pula ehtiyacı var və İran İslam Respublikasına gedib girov kimi qalmağa razıdır. İxtiyarla Miladın razılaşmasına əsasən Anar 500 manat pulu götürüb İran İslam Respublikasına gedib orada Miladla görüşəcəkmiş və orada girovda qalacaqmış. x31 orada qarşılayaraq və narkotik vasitəni İxtiyara göndərəcəkmiş. Həmin vaxt Anarın narkotik vasitəyə görə İrana gedib girov qalması barədə heç nə deməmişlər və Anar da bu barədə bilməmişdir. 24 sentyabr 2018-ci il tarixdə saat 12 radələrində İxdiyar ona 500 manat pul vermişdir. O da Bakı Metropolitenin “20 yanvar” stansiyası yaxınlığında 500 manat pulu və özünə məxsus üzərində ***-***-**-** saylı nömrə olan mobil telefonu Anarı verib taksi avtomobili ilə İran İslam Respublikasına yola salmışdır. Təxminən iki saat keçdikdən sonra Anar İxdiyara zəng edərək Biləsuvara çatdığını və hazırda Miladla bir yerdə olmasını demişdir. Sonra İxdiyarın mobil telefonuna Miladdan zəng gəlmiş, İxtiyar da Milada göndərilən şəxsin onun göndərdiyi şəxs olduğunu demişdir. 25 sentyabr 2018-ci il tarixdə İxdiyarla bir yerdə olduqları zaman İxdiyarın mobil telefonuna yenə zəng gəlmiş, zəng edən şəxs özünü təqdim etməyərək, İran İslam Respublikasından göndərilən malın onda olmasını demişdir. Sonra isə həmin şəxs malı verməsi üçün İxtiyarı Biləsuvar rayonuna dəvət etmişdir. 25 sentyabr 2018-ci il tarixdə İxtiyar ondan xahiş etdiyi üçün İxtiyarla birlikdə taksi avtomobili ilə Biləsuvar rayonuna getmişlər. Saat təxminən 22 radələrində həmin şəxslə əlaqə saxlayıb Biləsuvar rayon sərhəd keçid məntəqəsinin yaxınlığında Biləsuvar rayonunun mərkəzindən səhrəd keçid məntəqəsinə gedən yolda görüşmüşlər. Həmin şəxs bir ədəd selefon torbanı İxtiyara vermişdir. İxtiyar selefon torbanı götürüb içərisinə baxmayaraq taksi avtomobili ilə yenidən Bakı şəhərinə qayıtmışlar. Təqsirləndirilən şəxs1 daha sonra ifadəsində göstərmişdir ki, narkotik vasitəni İrandan İxtiyar satmaq üçün gətizdirmiş, həmin narkotik vasitənin satışı ilə o, məşğul olmamışdır. Bünyadın narkotik vasitədən ümumiyyətlə xəbəri olmamış, Anara verdiyi telefonda Bünyadın nömrəsi olduğu üçün Anar Bünyada zəng etmişdir. O, saxlanıldığı zaman üzərində narkotik vasitə olmamışdır. Polislər onu məcbur etmişlər ki, güya Bünyada narkotik vasitə verməyi barədə ifadələr versin. O da razılaşmayaraq Bünyadın narkotik vasitədən xəbəri olmaldığını bildirmişdir. Polis əməkdaşları onu məcbur edərək, təzyiq altında Bünyada qarşı yalan ifadələr verməyə məcbur etmişlər. Məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma orqanına verdiyi ifadə arasında ziddiyyət yarandığı üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində o bildirmişdir ki, onun adı Qabil olsada, yaxın tanışları, dostları ona Habil deyə müraciət edirlər. Təqsirləndirilən şəxs2 2017-ci il tarixdən tanıyır və Anarla onun dostluq münasibətləri olmuşdur. Şahid13 Əlıf oğlunu isə uşaqlıq illərindən tanımışdır. O həmin şəxslərlə boş vaxtlarında oturub söhbət edirmiş. İxdiyarın bacısı Könüllə 2013-cü il tarixdə ailə qurmuşlar, lakin sonradan ayrılmışlar. O, İxdiyarla söhbət edən zaman birlikdə İran İslam Respublikasına həkimə getmək qərarına gəlmişlər. Belə ki, İxdiyarın səhhətində problemləri olduğu üçün onun müalicə olnumasından ötrü İran İslam Respublikasına getmək istəmişdir. Tarixi xatırlamadığı vaxt İxdiyarla birlikdə Bakı şəhərindən taksi avtomobili ilə Biləsvuar rayonuna getmişlər. Biləsuvar rayon sərhəd keçid məntəqəsindən İran İslam Respublikasına keçmişlər. Orada tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşib onları Təbriz şəhərinə aparmasını xahiş etmişlər. Yolla gedərkən taksi sürücüsünin adının Milad olmasını öyrənmişlər. Milad onlara bildirmişdir ki, İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitə göndərir. Sonra ondan və İxdiyardan narkotik vasitə istifadə edib-etmədiklərini soruşmuşdur. Onlar isə həmin şəxsə narkotik vasitə istifadə etmədiklərini bildirmişlər. Bundan sonra Milad demişdir ki, Azərbaycan Respublikasında narkotik vasitə bir qədər bahalıdı, İran İslam Respublikasında isə ucuzdur. O, Miladdan maraq üçün narkotik vasitə təşkil edə bilib-bilməməsini soruşmuşdur, Milad isə maraqlanıb xəbər edəcəyini demişdir. Milad yolla gələrkən onlardan harda işlədiklərini soruşmuşdur, onlar isə həmin şəxsə işsiz olduqlarını demişlər. Sonra Milad yaxın tanışlarının narkotik ticarəti ilə məşğul olmasını demişdir. İxdiyar Miladın istifadəsində olan mobil telefon nömrəsini mobil telefonunda qeyd etmişdir. Bundan sonra x32 Respublikasının Təbriz şəhərində həkim müayinəsindən keçdikdən sonra Bakı şəhərinə qayıtmışlar. Təxminən 2-3 gün keçdikdən sonra Bakı şəhəri, Nizami rayonu ərazisində olan 8-ci km bazarında İxdiyarla görüşmüşlər. Həmin vaxt İxdiyarın mobil telefonuna zəng gəlmişdir. Zəng edən şəxs Milad olmuşdur. İxdiyar mobil telefonla Miladla danışmışdır. Milad bildirmişdir ki, bir nəfər şəxs var, həmin şəxsdə, narkotik vasitə var, istəyirlərsə Bakı şəhərinə göndərə bilər. O, Milada narkotik vasitəni almaq üçün pulları olmadığını bildirmiş, narkotik vasitəni göndərdikdən sonra pulunu ödəyəcəyinə söz vermişdir. Lakin Milad onunla razılaşmamışdır, Milad narkotik vasitəni tapdığı şəxsin 300 qramından az verməyəcəyini və göndərəcəyi narkotik vasitənin pulunun bir qismini göndərməyi bildirmişdir. O isə həmin şəxsə demişdir ki, onun 500 manatdan artıq pulu yoxdur. Bundan sonra Milad bildirmişdir ki, narkotik vasitəni satan şəxslə danışıb xəbər verəcəkdir. Təxminən 2 gün keçdikdən sonra o, İxdiyarla 8-ci km bazarında yenidən görüşmüşlər. Həmin vaxt Milad İxdiyara zəng etmişdir. Telefonda onlara demişdir ki, 500 manat pul və tanıdığı bir nəfər şəxsi İran İslam Respublikasına göndərsinlər, ondan sonra həmin şəxs narkotiki onlara çatdıracaqdır. Milad göndərdikləri şəxsin İran İslam Respublikasında narkotik vasitəni satan şəxsin yanında girovda olacağını, göndərdiyi narkotikin pulu çatdıqda adamı buraxacaqlarını bildirmişdir. Milad onlara bir qramı 20 manatdan olmaqla 300 qram narkotik vasitə həşiş qətranı göndərəcəkmiş. Belə ki, bunu onlara Miladın özü demişdir, onlar da Miladla razılaşmışlar. Bundan sonra o, tanışı Anar və İxdiyar görüşmüşlər. O bu barədə tanışı Anara məlumat vermişdir, Anar da onlarla razılaşaraq pulu İrana aparıb və girovda qala biləcəyini bildirmişdir. Belə ki, razılaşmalarına əsasən Anar 500 manat pulu götürüb İran İslam Respublikasına gedib orada Miladla görüşəcəkmiş və orada girovda qalacaqmış. Milad da Anarı orada qarşılayaraq narkotik vasitəni göndərəcəkmiş. Həmin günü o, 8-ci kilometr bazarında çayxanada olarkən orada adını Binnət kimi tanıdığı Bünyad ilə görüşmüşdür. Onlara veriləcək narkotik vasitənin satışında köməklik edən şəxs lazım olmuşdur. O da Bünyadla çayxanada aralarında olan söhbət zamanı ona narkotik vasitənin alacaqlarını Bünyada demişdir və narkotik gətirildikdən sonra onun satılması üçün ona köməklik etməyi xahiş etmişdir. Bünyad isə onun narkotiki haradan alacağını soruşduqda, o, Bünyada demişdir ki, İran İslam Respublikasında Milad adlı bir şəxsə tanış olub, bir nəfər girov qalmaq şərti ilə ona nisyə mal verəcəkdir. Bünyad onun təklifi ilə razılaşmışdır və narkotikin satışında ona köməklik edəcəyini bildirmişdir. 23 sentyabr 2018-ci il tarixdə gecə saatlarında Bünyad ona zəng edib narkotik vasitəni alıb-almadığını soruşmuşdur. O isə səhərisi günü tanışı Anarı İrana girov qalmaq üçün yola salacağını ona demişdir. 24 sentyabr 2018-ci il tarixdə saat 12 radələrində İxdiyar ona 500 manat pul vermişdir və o, Anarla metronun Neftçilər stansiyası yaxınlığında görüşmüşlər və Anarla birlikdə Bakı Metropolitenin “20 yanvar” stansiyası yaxınlığında 500 manat pulu Anara verib onu taksi avtomobili ilə İran İslam Respublikasına yola salmışdır. O, özünə məxsus üzərində ***-***-**-** saylı nömrə olan mobil telefonunu Anara vermişdir. Həmin vaxtlarda Bünyad ona bir neçə dəfə zəng edib İrana Anarın gedib-getməməsi və ümumiyyətlə işlərin nə yerdə olması ilə maraqlanmışdır. O da Bünyada hər şeyin qaydasında olduğunu və tanışı Anarı həmin gün İrana yola salacağını və telefonunun Anarda olacağını Bünyada demişdir. Təxminən iki saat keçdikdən sonra Anar İxdiyara zəng edərək Biləsuvara çatdığını və hazırda Miladla bir yerdə olmasını demişdir. Sonra İxdiyarın mobil telefonuna zəng gəlmişdir, həmin şəxs narkotik vasitəni onlar göndərən şəxs olmuşdur. O və İxdiyar həmin şəxslə mobil telefonla danışmışlar. Həmin şəxs ona “dayı” deyə müraciət etmələrini bildirmişdir. Səhəri gün, yəni 25 sentyabr 2018-ci il tarixdə İxdiyarla bir yerdə olmuşlar. Həmin vaxt İxdiyarın mobil telefonuna zəng gəlmişdir. Zəng edən şəxs özünü təqdim etməyərək, yəni kim olmasını bildirmədən İran İslam Respublikasından göndərilən malın onda olmasını demişdir. Lakin o həmin şəxsin “dayı” deyə müraciət etdiyi şəxs olduğunu bilmişdir. Sonra isə həmin şəxs malı onlara verməsi üçün Biləsuvar rayonuna dəvət etmişdir. 25 sentyabr 2018-ci il tarixdə taksi avtomobili ilə Biləsuvar rayonuna getmişdir. Saat təxminən 22 radələrində həmin şəxslə əlaqə saxlayıb Biləsuvar rayon sərhəd keçid məntəqəsinin yaxınlığında daha dəqiq desə Biləsuvar rayonunun mərkəzindən sərhəd keçid məntəqəsinə gedən yolda görüşmüşlər. Həmin şəxs ona bir ədəd selefon torba vermişdir və malın selefonun içərisində olmasını demişdir. Həmin vaxt onun yanında başqa şəxs olmamış və o tanımadığı taksi avtomobili ilə getmişdir və həmin taksi avtomobilin dövlət qeydiyyat nişanı yadında qalmamışdır. O da selefon torbanı götürüb içərisinə baxmayaraq taksi avtomobili ilə yenidən Bakı şəhərinə qayıtmışdır. O, Anarı girovdan çıxarmaq üçün tez bir zamanda malı sataraq pulu göndərməli imiş. O, İxdiyarın yaşadığı evə gəlmiş və gecə vaxtı olduğu üçün onunla yaşadığı evin həyətində görüşmüşdür. O, həmin malı İxdiyarla birlikdə İxtiyarın yaşadığı evin həyətində selefon torbanı açaraq içərisinə baxmışlar və torbanın içərisində həşiş qətəranı kimi tanıdığı maddə olmasından əmin olmuşlar. O, narkotikin çox qismini İxdiyara vermiş ki, özündə saxlasın. Az miqdarda isə özü ilə götürmüşdür ki, bəzi şəxslərə göstərərək satmaq üçün müştəri tapsın. Lakin onlar günorta vaxtlarına kimi narkotiki sata bilmədiyindən Anarı girovdan çıxarda bilməmişlər. İxdiyar telefonu şöndürmüşdür ki, ona zəng gəlməsin. 26 sentyabr 2018-ci il tarixdə o, Bünyadı axtarmağa başlamışdır ki, əvvəlcədən onunla danışdıqları kimi narkotikin satışmasında ona köməklik etsin. Həmin gün saat təxminən 16 radələrində Bakı şəhəri, Nizami rayonu 8-ci km bazarında çayxanaya gedib orada Bünyadı görmüşdür. Əvvəllər Bünyadla söhbət edərkən x30 yola salacağını demişdir. Söhbət zamanı Bünyad demişdir ki, Anar ona məxsus nömrəli mobil telefon ilə Bünyada zəng edərək, İran İslam Respublikasında girovda olmasını, onunla əlaqə saxlayıb pulu göndərməsini deməsini bildirmişdir. Həmin vaxt çayxanada adam çox olduğu üçün o, Bünyaddan mobil telefonunu alıb çölə çıxmışdır və Anarda olan özünə məxsus mobil telefona zəng edib Anarla əlaqə saxlamışdır. Anara telefonda demişdir ki, malı sata bilmir, özündə hazır pulu yoxdur, pulu tapa bilməsə həmin adamın malını geri qaytaracaqdır. Həmçinin demişdir ki, malı göndərən şəxsə bildirsin ki, malı gəlib götürsün. Sonra çayxanaya daxil olmuşdur, Bünyad ondan nə olmasını soruşmuşdur, o da Bünyada baş verənlər barədə məlumat vermişdir. Bünyad ona bildirmişdir ki, Anar girovluqdan azad etmək üçün onlarda olan mala müştəri tapmaqda köməklik edə bilər. Bünyad ona bildirmişdir ki, həmin narkotik vasitədən Bünyada az miqdarda nümunə kimi versin və o, adamlara göstərərək ona xəbər verəcəkmiş. Bundan sonra üzərində olan narkotik vasitənin bir qismini Bünyada vermişdir ki, həmin narkotik vasitəni satmaq üçün ona köməklik göstərsin. Bundan sonra Bünyad həmin narkotik vasitəni götürərək çıxıb getmişdir və təxminən yarım saat sonra qayıdaraq narkotik vasitənin yaş olduğu üçün heç kim almadığını bildirmişdir. Həmin gün Bünyadla yenidən çayxanada görüşmüşlər və Bünyad ona bildirmişdir ki, Anarın valideynlərinin baş vermiş hadisədən məlumatları olmuşdur və şikayət etmək istəyirlər. 28 sentyabr 2018-ci il tarixdə Nizami rayonu 8-ci km bazar ərazisində olduğum zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onu Nizami RPİnin 24-cü PŞ-nə dəvət etmişlər. Həmin vaxt onun üzərində göndərilən narkotik vasitənin bir qismi olmuşdur. Polis şöbəsinə iki nəfər tanımadığı şəxs dəvət olunaraq onun üzərinə baxış keçirilməyə başlanılmışdır, baxış keçirilən zaman polis əməkdaşları üzrəndə qanunla qadağan olmuş hər hansı bir əşyanın olub-olmaması barədə sual vermişlər. O da əynində olan şalvarının sağ yan cibindən selefona bükülmüş vəziyyətdə olan narkotik vasitə, həşiş qətranı kimi tanıdığı maddəni polis əməkdaşlarına təqdim etmişdir. Sonra bu barədə protokol tərtib olunmuşdur, protokol ucadan oxunmuş, o və iştirakçılar tərəfindən imza olunmuşdur. Milad əslən Azərbaycan Respublikası vətəndaşıdır, lakin İran İslam Respublikasında yaşayır. İş üzrə ilkin ifadələrində Bünyada köməklik etmək üçün onun adını narkotik vasitənin alınıb satılmasında çəkməmişdir. Lakin sonradan Bünyadın həbs olunduğunu bildikdə həqiqətləri danışmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, narkotik vasitənin istifadəsi, satışı və saxlanılmasının qadağan olunduğunu bilmiş, həmin narkotik vasitəni satmaq niyyəti ilə almış, həmin narkotik vasitəni satdıqdan sonra əldə etdiyi pulun bir qismini İran İslam Respublikasına göndərəcəkdi, yerdə qalan pulu isə İxtiyar, Anar və Bünyadla böləcəkmiş, həmin şəxslərlə əvvəlcədən belə razılaşmışdır. İlk dəfə narkotik vasitə əldə etmişdir, ifadəsində göstərdiyi narkotik vasitəni onlara verən “Dayı” kimi özünü adlandıran şəxsi tanımır. Onun və Milad adlı şəxsin kimliyi barədə məlumatı yoxdur, onlara narkotik vasitəni vermiş şəxsin həmin narkotik vasitəni hansı yolla əldə etməsi və Azərbaycan Respublikasına gətirməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 Biləsuvar rayonuna yola saldığı və özünün İxdiyar ilə birlikdə Biləsuvar rayonuna gedib-gəldiyi taksi avtomobillərinin sürücülərini tanımır və narkotik barədə taksi sürücülərinə heç bir söz deməmişlər. Təqsirləndirilən şəxs3 göstərdikləri yalandır, o, Bünyada müştərilərə göstərilməsi üçün nümunə olaraq narkotik vasitə vermişdir. O, İxtiyarla birlikdə Təqsirləndirilən şəxs2 500 manat pulla birlikdə İran İslam Respublikasından narkotik vasitə göndəriləcəyi müqabilində getməsi və orada narkotik vasitə müqabilində girovda qalacağı barədə məlumat vermişlər və Anar da onlarla razılaşmışdır. Məhkəmədə elan olunan ifadəni təsdiq etmədiyini bildirən Təqsirləndirilən şəxs1 həmin ifadələri təzyiq altında verdiyini bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək bildirmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu 8 km bazarının yaxınlığında Təqsirləndirilən şəxs1la tanış olmuş və sonuncunun sayəsində İxtiyarı da tanımışdır. Bundan başqa Bünyadı da Qabilə görə tanımış və bir neçə dəfə görüşüb çay içmişlər. Tarixini dəqiq xatırlamadığı bir gün o, İxdiyar və Qabil Bakı metropoliteninin “Neftçilər” stansiyası yaxınlığında görüşmüşlər. Söhbət zamanı sonuncular ona bildirmişlər ki, bir nəfər şəxs onlara İran İslam Respublikasından qab-qacaq göndərəcək, lakin bunun müqabilində bir nəfər şəxs 500 manat pulla birlikdə İran İslam Respublikasına getməlidir və orada iki üç gün girov kimi qalmalıdır. Həmin vaxt İxtiayar və Qabil ona 500 manat pulla birlikdə İran İslam Respublikasına getməsini təklif etmişlər. O sonuncuların təklifi ilə razılaşmışdır. 24 sentyabr 2018ci il tarixdə o, Qabillə Bakı Metropolitenin Yasamal rayonu ərazisində olan “20 yanvar” stansiyası yaxınlığında görüşmüşdür. Orada Qabil ona 500 manat pul və özünə məxsus qara rəngli markasını bilmədiyi telefonu, üzərində olan nömrə ilə birlikdə vermişdir. O, pulu və telefonu götürüb taksi avtomobili ilə Biləsuvar rayonuna getmiş və sərhəd keçid məntəqəsindən İran İslam Respublikası ərazisinə keçmişdir. Bir qədər keçdikdən sonra Qabilin ona verdiyi mobil telefona zəng gəlmiş, danışan şəxs özünü Milad kimi təqdim edərək harada olmağını soruşmuşdur. Milada sərhəd keçid məntəqəsindən İran İslam Respublikasının Biləsuvar rayonuna keçdiyini bildirmişdir. Milad bir qədər irəlidə “Xəzər” adlanan mehmanxana olmasını və onun qarşısında gözləməyini demişdir. O həmin yerə gedərək Miladı gözləmiş, 10 dəqiqə keçdikdən sonra qara rəngli “Pejo” markalı İran İslam Respublikası dövlət qeydiyyat nişanlı avtomobildə Milad ora gəlmişdir. O, Miladın idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmiş, avtomobilin qabaq sağ oturacağında tanımadığı yaşlı kişi əyləşmişdir. Milad avtomobillə yolla gedərkən ona demişdir ki, qabaqda oturan yaşlı kişi onların dayısı olmaqla böyükləridir. Bir qədər getdikdən sonra Milad tanımadığı yerdə mağazaların qarşısında avtomobili saxlamış, onu avtomobildən düşürmüşlər. Onu evin içəri otaqlarına aparıb orda su və yemək vermişlər, iki gün keçdikdən sonra isə “Dayı” deyə müraciət etdikləri şəxs ona demişdir ki, İxdiyar və Qabil onlara verilmiş narkotik vasitənin pulunü gətirməsələr, ona işgəncə verərək öldürəcəkdir. Təxminən 8 gün keçəndən sonra “dayı” ləqəbli şəxs onun yanına gəlib ona demişdir ki, valideyinlərinə zəng etsin, lakin onlara harada olduğunu deməsin, əyər yerini desə onu öldürəcəkdir. Bundan sonra o, Qabilə məxsus mobil telefonla atası Sahverənin ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş və telefonu “dayıya” vermişdir. «Dayı» ləqəbli şəxs atasına telefonda Qabili və yaxud 5000 manat pul tapıb gətirməyəcəyi halda onu öldürəcəyini bildirmişdir. Atası isə həmin məbləğdə pulu tapa bilməyəcəyini, tapsa da bir qədər gec müddətdə tapacağını demişdir. Bundan sonra həmin şəxs mobil telefonu ona verərək hansı bir şəxsə zəng vurub pul tapmağı demişdir. O, telefonu götürüb nömrə axtarmağa başlamış, Qabilə məxsus mobil telefonda Bünyadın adının yazılmasını görmüşdür. O da həmin telefonda nömrələri olan şəxslərdən sadəcə Bünyadı tanıdığı üçün həmin nömrə ilə əlaqə saxlayıb ağlaya-ağlaya Bünyada yalvarmışdır ki, Qabil və İxdiyara görə İranda girov qalmışdır. Atasına Qabili tapmaqda köməklik etsin. Bünyad bu barədə ona kömək edəcəyini demişdir. Sonra İranlı «dayı» ləqəbli şəxs telefonu alıb atasına zəng edib demişdir ki, “Şahverən kişi, sənin qara qaşına-gözünə 3000 manat keçirəm, 2000 manat pul gətir oğlunu buraxım”. Sonra atası ilə səhəri günə onu buraxmağı üçün 2000 manata razılaşmışlar. Səhəri gün “dayı” ləqəbli şəxs onun yanına gəlib yenə atasına zəng etmişdir. Atası telefonda Biləsuvar rayon sərhəd keçid məntəqsində olduğunu və özü ilə 2000 manat gətirdiyini demişdir. “Dayı” ləqəbli şəxs atasına demişdir ki, Biləsuvar rayonu ərazisində Kapital bankın yanında gözləsin və yarım saat sonra ona zəng edib xəbər verəcək. Dayı ləqəbli şəxs onun yanında bir nəfər şəxsə zəng edib demişdir ki, Anarın atası «Kapital bank»ın yanındadır və gedib ondan pulu almaq lazımdır. Həmin şəxs də razılaşıb gedib götürəcəyini demişdir. Bir qədər keçdikdən sonra həmin şəxs onun yanında “Dayı” ləqəbli şəxsə zəng edib demişdir ki, “narahat olma Anarın atasından 2000 manat pulıı götürdüm Anarı burax”. Bundan sonra “Dayı” ləqəbli şəxs atasına zəng edib “Şahverən sən sözünün üstündə durdun, oğlunu göndərirəm” demişdir. Həmin vaxt “dayı” ləqəbli şəxsin yanında tanımadığı qardaşı da olmuşdur. «Dayı» ləqəbli şəxs qardaşı oğluna demişdir ki, «mən gedirəm pul dalınca, gec gələcəm, sən apar Anarı atasına təhvil ver». Bundan sonra o, həmin şəxs onu Biləsuvar rayon sərhəd keçid məntəqəsinə gətirib ona iki manat pul verib getməyini demişdir. O da avtomobildən düşərək sərhəd keçid məntəqəsindən Biləsuvar rayonun Azərbaycan Respublikası ərazisinə keçmişdir. Oradan tanımadığı taksi avtomobilinə əyləşərək onu «Kapital bank»a aparmasını xahiş etmişdir. Həmin şəxs də onu qeyd etdiyi yerə aparmış, o da orada atası ilə görüşüb Bakı şəhərinə gəlmişlər. O daha sonra ifadəsində göstərmişdir ki, İxtiayar və Qabil onu 20 Yanvardan İrana yola salanda Bünyad orada olmamış, onun İrana getməyindən ümumiyyətlə Bünyadın xəbərdar olmamaşdır. Qabilin ona verdiyi telefonunda Bünyadın adı olduğu üçün ona zəng vurmuşdur. Məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma orqanına verdiyi ifadələr arasında ziddiyyət yarandığı üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadələri elan edilmişdir. Həmin ifadəsində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Şahid13 tanıyır, sonuncularla İrana getmədən təxminən bir ay əvvəl Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarında tanış olmuşdur. Tarixini dəqiq xatırlamadığı gün o, İxdiyar və Qabil Bakı metropoliteninin “Neftçilər” stansiyası yaxınlığında görüşmüşlər. Söhbət zamanı sonuncular ona bildirmişlər ki, bir nəfər şəxs onlara İran İslam Respublikasından narkotik vasitə göndərəcək, lakin bunun müqabilində bir nəfər şəxs 500 manat pulla birlikdə İran İslam Respublikasına getməlidir. Həmin vaxt sonuncular ona 500 manat pulla birlikdə İran İslam Respublikasına getməsini təklif etmişlər. O, sonuncularla 500 manat pulu götürüb x9 getməyə razılaşmışdır. Razılıq belə olmuşdur ki, İranda bir nəfər şəxs onu qarşılayacaq, həmin şəxslə görüşdükdən sonra oradan narkotik göndəriləcək, sonuncular satıb narkotikin maya pulunu göndərdikdən sonra isə yerdə qalan pulu öz aralarında böləcəklər. 24 sentyabr 2018-ci il tarixdə Qabil, o və İxdiyar Bakı Metropolitenin Yasamal rayonu ərazisində olan “20 yanvar” stansiyası yaxınlığında görüşmüşlər. Orada Qabil ona 500 manat pul və özünə məxsus qara rəngli markasını bilmədiyi telefonu, üzərində olan nömrə ilə birlikdə vermişdir. O, pulu və telefonu götürüb oradan markasını və dövlət qeydiyyat nişanını bilmədiyi taksi avtomobilinə əyləşmişdir. Biləsuvar rayonuna çatdıqda sərhəd keçid məntəqəsindən İran İslam Respublikası ərazisinə keçmişdir. Bir qədər keçdikdən sonra Qabilin ona verdiyi mobil telefona zəng gəlmiş. Telefonu açdıqda onunla danışan şəxs özünü Milad kimi təqdim edərək harada olmasınıı soruşmuş, o, Milada sərhəd keçid məntəqəsindən İran İslam Respublikasının Biləsuvar rayonuna keçməsini bildirmişdir. Milad bir qədər irəlidə “Xəzər” adlanan mehmanxana olmasını və onun qarşısında gözləməsini xahiş etmişdir. O da həmin yerə gedərək onu gözləməyə başlamışdır. Təxminən 10 dəqiqə keçdikdən sonra qara rəngli “Pejo” markalı İran İslam Respublikası dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. Həmin avtomobilin içərisindən sükan arxasından bir nəfər şəxs düşmüş, həmin şəxs özünü Milad kimi təqdim etmişdir. O, həmin şəxsin idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmişdir. Belə ki, avtomobilin qabaq sağ oturacağında tanımadığı yaşlı kişi əyləşmişdir. O həmin kişini avtomobilə əyləşdikdə görmüşdür. Milad avtomobillə yolla gedərkən ona demişdir ki, qabaqda oturan yaşlı kişi onların dayısı olmaqla böyükləridir. Bir qədər getdikdən sonra Milad tanımadığı yerdə mağazaların qarşısında avtomobili saxlamışdır. Sonra onu avtomobildən düşürmüşlər. Avtomobildə olan yaşlı kişi onu orada olan şəxslərin gözü qarşısında döyərək yerə yıxmışdır. Milad əlini və ayağını avtomobildən möhkəm kəndirlə bağlamışdır. Sonra yaşlı kişi ilə birlikdə götürüb avtomobilin arxa yük yerinə qoymuşlar. O, avtomobilin arxa yük yerində təxminən 2 saat qaldıqdan sonra avtomobilin arxa yük yerini açmışlar və onu avtomobildən düşürmüşlər. O, ətrafa baxdıqda onu evə gətirdiklərini görmüşdür. Onu evin içəri otaqlarına aparıb orda su və yemək vermişlər. Sonra isə qaranlıq otağa salıb əlini, ayağını və ağzını bağlamışlar. Sonra isə onu döyməyə başlamışlar. O, gözü bağlı olduğu üçün heç nə görə bilməmişdir. Lakin onu taxta ilə də döymələrini hiss etmişdir. Onu bir neçə dəqiqə döydükdən sonra otağın qapısını bağlayıb çıxıb getmişlər. Milad və “dayı” deyə müraciət edilən şəxs onu yemək və su verib iki gün taxa ilə döymüşlər. O, həmin səxslərə yalvarmışdır ki, onu buraxsınlar, lakin ona qulaq asan olmamışdır. İki gün keçdikdən sonra isə “Dayı” deyə müraciət etdiyi şəxs onun əllərini, ayaqlarını və gözlərini açmışdır. Sonra isə ona demişdir ki, İxdiyar və Qabil pulu gətirməsələr, ona işgəncə verərək öldürəcəkdir. Təxminən 8 gün onu həmin qaranlıq otaqda döyərək saxladıqdan sonra “dayı” ləqəbli şəxs onun yanına gəlib ona demişdir ki, valideyinlərinə zəng etsin, lakin onlara harada olduğunu deməsin, desə onu öldürəcəklər. Bundan sonra o, Qabilə məxsus mobil telefonla atası Sahverənin ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş və telefonu “dayıya” vermişdir. «Dayı» atasına telefonda İxdiyar, Qabili və yaxud 5000 manat pul tapıb gətirməyəcəyi halda onu öldürəcəyini bildirmişdir. Atası isə demişdir ki, həmin məbləğdə pulu tapa bilməyəcək, tapsa da bir qədər gec müddətdə tapacaq. Bundan sonra həmin şəxs mobil telefonu ona vermişdir ki, hər hansı bir şəxsə zəng vurub pul tapsın. O, telefonu götürüb axtarmağa başlamışdır. Həmin vaxt mobil telefona Bünyad adlı şəxsin nömrəsinin yazılmasını görmüşdür. O, həmin nömrə ilə əlaqə saxlayıb ağlaya-ağlaya Bünyada yalvarmışdır ki, atasına da demişdir, atası yaşlı kişidir, pul lazımdır, Qabil və İxdiyar adlı şəxslərə görə ilişmişdir. Bünyad da narahat olmamasını, indi atası ilə danışıb hər şeyi yoluna qoyacağını demişdir. Bundan sonra həmin şəxs telefonu ondan alıb atasına zəng edib demişdir ki, “Şahverən kişi, sənin qara qaşınagözünə 3000 manat keçirəm, 2000 manat pul gətir oğlunu buraxım”. Sonra atası ilə səhəri günə onu buraxmağı üçün 2000 manata razılaşmışlar. Həmin şəxs yenə onun əlini-ayağını və gözlərini bağlayıb mobil telefonu əlindən alıb çıxıb getmişdir. Səhəri gün “dayı” ləqəbli şəxs onun yanına gəlib atasına zəng etmişdir. Atası telefonda ona Biləsuvar rayon sərhəd keçid məntəqsəində olduğunu və özü ilə 2000 manat gətirdiyini demişdir. “Dayı” ləqəbli şəxs atasına demişdir ki, Biləsuvar rayonu ərazisində Kapital bankın yanında gözləsin və yarım saat ona zəng edib xəbər verəcəkdir. Dayı ləqəbli şəxs onun yanında bir nəfər şəxsə zəng edib demişdir ki, Anarın atası Kapital bankın yanındadır və gedib ondan pulu almaq lazımdır, həmin şəxs də razılaşıb gedib götürəcəyini demişdir. Bir qədər keçdikdən sonra həmin şəxs onun yanında “Dayı” ləqəbli şəxsə zəng edib demişdir ki, “narahat olma Anarın atasından 2000 manat pulıı götürdü Anarı burax”. Bundan sonra “Dayı” ləqəbli şəxs atasına zəng edib “Şahverən sən sözünün üstündə durdun, oğlunu göndərirəm” demişdir. Həmin vaxt “dayı” ləqəbli şəxsin yanında tanımadığı qardaşı da olmuşdur. Dayı ləqəbli şəxs adını bilmədiyi qardaşı oğluna demişdir ki, «mən gedirəm pul dalınca, gec gələcəm, sən apar Anarı atasına təhvil ver». Bundan sonra o, həmin şəxslə ağ rəngli “Pejo” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilə əyləşmişdir. Avtomobili Dayının qarşı oğlu idarə edirmiş, ondan başqa avtomobildə heç kim olmamışdır. Biləsuvar rayon sərhəd keçid məntəqəsinə çatmağa az qalmış həmin şəxs avtomobili saxlamışdır. Həmin şəxs avtomobildən düşməyərək ona iki manat pul verib çıxıb getməsini demişdir. O, da avtomobildən düşərək sərhəd keçid məntəqəsindən Biləsuvar rayonun Azərbaycan Respublikası ərazisinə keçmişdir. Oradan tanımadığı taksi avtomobilinə əyləşərək onu «Kapital» banka aparmasını xahiş etmişdir. Həmin şəxs də onu qeyd etdiyi yerə aparmış, o, orada atası ilə görüşmüş, atası gəldiyi taksi avtomobilinin pulunu vermişdir. Sonra onlar oradan taksi ilə Bakı şəhərinə qayıtmışlar. İran İslam Respublikasında ona etdikləri barədə ailə üzvlərinə məlumat vermişdir. “Dayı” ləqəbli şəxs Qabilin ona verdiyi mobil telefonu götürmüş və xarici pasportunun şəkil olan hissəsini çəkmişdir. Həmçinin ona və atasına, onu buraxdıqdan sonra İxdiyarı və Habili tapmalarını və qalan 3500 manat pulu da göndərmələrini şərt qoymuşdur. Məhkəmədə elan olunan ifadələri təsdiq etmədiyini bildirən Təqsirləndirilən şəxs1 həmin ifadələri təzyiq altında verdiyini bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməyərək göstərmişdir ki, 8-ci km bazarında meyvə satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 həbs olunmazdan bir müddət əvvəl tanımışdır. Təqsirləndirilən şəxs2 isə Qabilə görə tanımışdır. Onlarla Bakı şəhər Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarında çayxanada bir neçə dəfə çay içmişdir. 24 avqust 2018-ci il tarixdə 8-ci km bazarında çayxanada Qabili görmüşdür. Qabil söhbət zamanı Anarın Sumqayıt şəhərinə bacısıgilə getdiyini demişdir. 27 sentyabr 2018-ci il tarixdə Nizami rayonu ərazisində olan 8-ci km bazarında olan zaman, saat 11 radələrində Qabilə məxsus ***-***-**-** mobil telefon nömrəsindən onun ***-***-**-** nömrəli telefonuna zəng gəlmişdir. Zəng edən şəxs Anar olmuş, Anar ağlaya-ağlaya demişdir ki, onu İranda girov saxlayıblar. Sonra mobil telefonu tanımadığı şəxs götürüb bildirmişdir ki, Qabil ona pul borcludur, ona görə də Anarı girov saxlayıb və həmin günü saat 21 radələrində pul çatdırılmadığı halda Anar üçün pis olacaq, yəni onu öldürəcəkdir. O isə həmin şəxsə onu və Anarı tanımadığını bildirmişdir. Sonra həmin şəxs mobil telefonu Anara vermiş, Anar telefonda ağlayaağlaya bildirmişdir ki, onu İran İslam Respublikasında Qabilin borcuna görə girovda saxlayırlar, axşam saat 21 radələrinə qədər 5500 manat pul çatdırılmadığı halda Anar üçün ciddi problemlər olacaqdır. x37 Respublikası vətəndaşı 2-3 dəfə ona zəng edərək bildirmişdir ki, axşam saat 21 radələrinə qədər pul çatdırılmadığı halda Anar üçün pis olacaq. Saat 23 radələrində Anar yenidən ona zəng edərək demişdir ki, onu girov saxlayan şəxslər 1500 manat aşağı düşüblər, 4500 manat pul müqabilində onu buraxmağa razılaşıblar. Anar demişdir ki, evləri ilə, valideyinləri ilə danışmışdır, hazırda evlərində 2000 manat pul var, həmin pulu onun valideynlərindən götürüb Qabilə çatdırsın, qalan pulu da Qabil özü düzəldib İranlılara çatdıracaqdır. Təxminən 10 dəqiqə keçdikdən sonra ona zəng gəlmiş, zəng edən şəxs Anarın atası olduğunu bildirib onlara gəlməyini xahiş ettmişdir. O da etiraz etməyərək sonuncu ilə razılaşmış və Anarın yaşadığı mənzilə getmişdir. Təxminən 20-25 dəqiqə keçdikdən sonra o, Bakı şəhəri, Nizami rayonu ərazisində olan 8-ci km bazarının yaxınlığında yerləşən “Oba” adlanan mağazanın yaxınlığına çatmış, həmin vaxt tanımadığı bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib onu saxlamışlar. Sonra onu Nizami RPİ-nin 24-cü polis şöbəsinə aparmışlar. Onu həmin gün axşam 24-cü polis bölməsində saxlamışlar, səhərisi günü 28 sentyabr 2018-ci il tarixdə üzərində heç bir qanunsuz əşya olmadığı halda güya onun üzərindən narkotik vasitə aşkar olunması barədə protokol tərtib etmişlər. O da həmin protokolun yalan tərtib edildiyi üçün imza etməmişdir. Şahid13 Əlfi oğlunu 24-cü PŞ-də görüb tanımışdır. İxtiyarı əvvəllər görməmiş və tanımamışdır. O heç vaxt narkotik vasitə istifadə etməmiş, daşımamış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İxtiyarın və ya Qabilin də narkotik satışı ilə məşğul olmasından xəbəri olmamışdır. Saxlanıldığı vaxt da üzərindən narkotik vasitə aşkar edilməmişdir. Anar ona bildirmişdir ki, atası 2000 manat pul hazır edib onu Qabilə vermək lazımdır. Qabilə bu barədə dedikdə sonuncu qorxduğunu və Anarın atası ilə təklikdə görüşə bilməyəcəyini demişdir. O, Qabil və Anarın atasını görüşdürmək üçün getdikdə polis əməkdaşları onu tutub şöbəyə aparmışdır. x18 getməsi barədə məlumatı olmamış, Qabil ona Anarın Sumqayıt şəhərinə bacısıgilə getməsini bildirmişdir. Anarda onun nömrəsi olmamışdır. Anar zəng vurandan sonra Qabili çayxanadan tapıb bu barədə onunla danışmışdır. Qabilin onu aldatdığını, Anarın Sumqayıtda olmadığını, Anarın narkotikə görə girovda qaldığını bildirmişdir. Saxlanıldıqdan sonra polis şöbəsinə aparılmış, orada üzərindən narkotik vasitə aşkar olunmamışdır. 24-cü polis şöbəsində ona təzyiqlər olunmuşdur. Şöbədə üzərindən şəxsiyyət vəsiqəsi, metro kartı və telefon aparatı aşkar olunmuş, başqa qanunsuz heç nə aşkar olunmamışdır. Hal şahidlərini 28 sentyabr 2018-ci il tarixində günortadan sonra 24-cü Polis Şöbəsində gördüyünü, şöbədə ona vəkil təqdim edilmədiyini, ona müdafiəçinin şübhəli şəxs qismində tutulduqdan sonra 28 sentyabrda gecə Nizami Rayon Polis İdarəsində təqdim olunuğunu bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1la aralarında 2 dəfə üzləşdirmə keçirildiyini, hal şahidi Şahid1la üzləşdirilərkən müdafiəçinin ondan nömrəsini soruşduğunu, sonuncunun nömrəsini dediyini və bunun üzləşdirmə protokolunda əks olunduğunu qeyd etmişdir. Şöbədən Nizami rayon Polis idarəsinə aparılıarkən qoluna qandal vurularaq aparıldığını, onun barəsində şəxsi axtarış və götüməyə razılıq verməmişdir. Qabilin əvvəlcə ona bildirmişdir ki, Anarın telefonunu təmirə aparmışdır. Anar ona zəng edərkən Qabilin vasitəsi ilə İrana göndərildiyini demişdir. Heç vaxt «WhatsApp» işlətməmiş və mesaj göndərməmişdir. Üzərindən narkotik vasitə aşkar olunması barədə izahat verməmiş, şəxsi axtarış və götürmə protokolunda bununla qeyd olunanların doğru olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid10 ifadəsində göstərmişdir ki, Nizami RPİnin 24-cü PŞ-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 sentyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 itkin düşməsi barədə sonuncunun anası Şahid5 ərizəsinin araşdırması ilə əlaqədar olaraq külli miqdarda narkotik vasitənin əldə edilib saxlanılması barədə əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bünyad adlı şəxsin Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 28 sentyabr 2018-ci il tarixdə səhər saatlarında bölmənin digər əməkdaşları, polis kapitanı x20 və polis kapitanı Şahid8 ilə birlikdə Bakı şəhəri, C.Naxçıvanski küçəsində Bünyada yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək, onu Nizami RPİ-nin 24-cü PŞ-nə aparmışlar və Bünyadın saxlanılması barədə onun tərəfindən raport yazılmışdır. Bünyadı Nizami RPİ-nin 24-cü PŞ-nə təhvil vermiş, lakin Bünyadın üzərinə baxış keçirilməsində iştirak etməmişdir. Bundan sonra Qabil adlı şəxsin Bakı şəhəri, Nizami rayonu Naxçıvanski küçəsində olması barədə əməliyyat məlumatı daxil olduğundan, 28 sentyabr 2018-ci il tarixdə Bünyadı saxladıqdan sonra polis kapitanı x20 və polis kapitanı Şahid8 ilə birlikdə Bakı şəhəri, C.Naxçıvanski küçəsində Qabil adlı şəxsi saxlamışlar, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək, Nizami RPİ-nin 24-cü PŞ-nə aparmışlar. Bölmədə dəvət olunmuş iki nəfər hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, üzərində saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə təqdim etsin. Təqsirləndirilən şəxs1 könüllü olaraq əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan paketin içərisində olan tünd qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə “heroinə” oxşar maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin maddənin nə olması, kimdən almasını və kimə məxsus olması barədə sual verilmişdir. Qabil bildirmişdir ki, İxdiyarla birlikdə narkotik vasitəni əldə etmişlər, narkotik vasitənin bir hissəsini satılmasında müştəri tapmaq üçün Bünyada vermişdir. Digər hissəsi isə İxdiyarın evidədir. Aşkar olunan maddə hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və protokol tərtib olunaraq imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 2018-ci ilin sentyabr ayının sonlarında Şahid5 ərizə ilə işlədiyi Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət edərək oğlu Təqsirləndirilən şəxs2 girov saxlanılması ilə bağlı müraciət etmişdir. Müraciətə əsasən Bünyad adlı şəxs saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. Həmin gün o, növbədə olmuşdur. Polis şöbəsində iki nəfər hal şahidi və müdafiəçinin iştirakı ilə Bünyadın üzərinə baxış keçirilmişdir. Baxış zamanı Bünyada üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bünyad bildirmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və predimet yoxdur. Sonra onun üzərinə baxış keçirilmiş, Bünyadın əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd qırmızı sellofana bükülü maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 həmin maddənin heroin olduğunu, Qabil adlı şəxsdən aldığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs3 tərtib edilmiş protokola imza etməkdən imtina etmişdir. Şahid3 bildirmişdir ki, Bünyadın qoluna qandal vurularaq Nizami Rayon Polis İdarəsinə aparılmışdır. 24-cü polis Şöbəsində Təqsirləndirilən şəxs3 qoluna qandal vurulmasa da o, polislərin nəzarətində olmuş və oradan getməsi qeyri mümkün olmuşdur. Bünyadı Nizami RPİ-nin 24-cü bölmənin əməkdaşları saxlayıb bölməyə gətirmişdilər. Bünyad saxlanılan gün 2018-ci ilin sentyabr ayının sonları olmuşdur, hazırda hansı gün, saat neçədə olması yadında deyildir. İbtidai istintaq zamanı ifadə verərkən tarixləri demişdir və həmin tarixlər ifadəsində vardır. Hal şahidlərini bölmənin digər əməkdaşları dəvət etmişlər, kim tərəfindən dəvət olunmalarını dəqiq xatırlamır və həmin hal şahidlərini tanımır. Bünyadın üzərinə Nizami RPİ-nin 24-cü bölmədə baxış keçirilib, baxış protokolunu Nəriman adlı təhqiqatçı tərtib etmişdir. Bünyad protokolu imzalamaqdan imtina etmişdir. Bu işlə bağlı Nizami RPİ-də bir dəfə ifadə vermiş, bir dəfə də Bünyadla üzləşməsi keçirilmişdir, üzləşmədən sonra Bünyad protokolu imzalamaqdan imtina etmişdir, protokola qeydlər yazması yadında deyil. Həmin günün hansı tarix olması yadında qalmamamışdır. Bünyadla üzləşməsi Nizami RPİ-də keçirilmişdir. Bünyadın üzərinə baxış keçiriləndə müdafiəçini tətqiqatçı baxış keçirilən otağa çağırmışdır. Müdafiəçinin kim olmasını xatırlamır. Anarın valideyinləri Bünyad saxlanılan gün şikayət etmişdilər, indi həmin hissəni dəqiq xatırlamır. Bünyad Nizami RPİ-ə sənədləşdirmə aparıldıqdan sonra aparılmışdır. Həmin vaxtı Bünyadın qoluna qandal vurub İdarəyə aparmışlar. Bölməyə gətiriləndə Bünyadın qolunda qandal vurulmamışdır. Bünyadın Nizami RPİ-ə günün hansı saatında təhvil vermələrini xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhər Pirallahı rayon polis şöbəsində əməliyyat müvəkkili işləyir. Əvvəllər Bakı şəhər Nizami RPİnin 24-cü PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 2018-ci ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs2 itkin düşməsi barədə onun anası Şahid5 ərizəsinin araşdırması ilə əlaqədar İxdiyar adlı şəxs saxlanılmışdır. İxtiyarın yaşadığı evdə narkotik vasitə saxlaması barədə məlumatın yoxlanılması ilə əlaqədar 28 sentyabr 2018-ci il tarixdə saat 14 radələrində onun yaşadığı evə baxış keçiriləndə tədbirdə iştirak etmişdir. Şahid13 evinə baxış keçirilməsi barədə onun özündən könüllü ərizə alınmış, hal şahidlərinin və Şahid13la birlikdə sonuncunun yaşadığı ünvan 5 ünvanında yerləşən 31 saylı mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzilin yataq otağında olan dolabın yanında söykənilmiş xalçanın arasından Şahid13 qırmızı rəngli sellofan torbaya bükülmüş maddəni çıxarıb özü təqdim etmişdir. Həmin sellofan açıldıqda içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan maddə olduğu müəyyən edilmişdir. İxdiyar həmin maddənin heroin olmasını və özünə məxsus olmasını bildirmişdir. Təhqiqatçı tərəfindən bununla əlaqədar müvafiq protokol tərtib olunmuş və protokol onlar tərəfindən imzalanmışdır Verilən suallara cavab olaraq Şahid9 bildirmişdir ki, Şahid5 müraciətinin hansı tarixdə 24-cü polis bölməsinə daxil olmasını bilmir, sonuncu oğlu Anarın girov götürülməsi ilə əlaqədar müraciət etmişdir. O, ancaq 28.09.2018-ci il tarixdə İxtiyarın evinə baxış keçirilən tədbirdə iştirak etmiş, İxtiyarın harda saxlanılması barədə məlumatı olmamışdır. İxtiyarın evinə baxış keçirilərkən onun razılıq ərizəsini tədbirdə işirak edən təhqiqatçı almışdır. İxtiyarın evinə baxış keçirilməsi üçün məhkəmə qarırının olması barədə məlumatı olmamışdır. İxtyar özü demişdir ki, narkotik vasitə onun özünə məxsusdur. İxtiyarın evindən aşkar olunan narkotik vasitəni təhqiqatçı qablaşdırmışdır. İxtiyarın evindən aşkar olunan narkotik vasitəni təhqiqatçı ekspertizaya göndərib, necə göndərilməsi barədə isə onun məlumatım yoxdur. Digər təqsirləndirilən şəxsləri tanımır, o, yalnız İxtiyarın evinə baxış keçirilməsində iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Nizami RPİ-nin 24-cü PŞ-də sahə inspektoru vəzifəsində işləyir. 28 sentyabr 2018-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs3 üzərindən boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qırmızı sellofana bükülü aşkar edərək masanın üzərinə qoyulmuşdur. Həmin qırmızı rəngli sellofan bükülü açıldıqda içində tünd qəhvəyi rəngli spesfik iyə malik olan maddə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs3 həmin maddənin kimə məxsus olması və haradan alması barədə sual verilmiş, Bünyad həmin maddənin heroin olmasını və özünə məxsus olmasını, 26.09.2018-ci il tarixdə satış məqsədilə tanışı Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Qırmızı selefona bükülmüş spesfik iyə malik olan maddə kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən hal şahidləri, həmin tədbirdə iştirak edən şəxslər və o, imza etmişlər. Lakin Təqsirləndirilən şəxs3 tərtib edilmiş protokola imza etməkdən imtina etmişdir. Verilən suallara cavab olaraq Şahid8 bildirmişdir ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi tutulmasında və saxlanılmasında iştirak etməmişdir. O, ilk dəfə Təqsirləndirilən şəxs3 24-cü bölmədə üzərinə baxış keçirilən zaman görmüşdür. Hal şadidlərini o və digər əməkdaşlar dəvət etmişlər. Hal şahidlərinin əvvəllər başqa işlərdə hal şahidi qismində iştirak edib etməmələri barədə məlumatı yoxdur. Bünyadın Nizami rayon Polis İdarəsinə xidməti avtomobildə aparılanda qoluna qandal vurulması yadında deyil. Narkotik vasitənin ekspertizaya kim tərəfindən aparılması yadında deyil. Baxış zamanı Təqsirləndirilən şəxs3 üzərində başqa əşya olmayıb. Narkotik vasitəni Bünyaddan aşkar edildikdən sonra çəkisi müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilən zaman onunla birlikdə polis əməkdaşı Şahid3 da iştirak etmişdir. Bünyadın saxlanılmasında polis əməkdaşları Şahid10 və Şahid9 iştirak etmişlər. Şahid8 ibtidai istintaq zananı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid8 həmin ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin 24-cü PŞ-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsindədir. 28.09.2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 itkin düşməsi barədə sonuncunun anası Şahid5 ərizəsinin araşdırması ilə əlaqədar olaraq külli miqdarda narkotik vasitənin əldə edilib saxlanılması barədə əməliyat məlumatının yoxlanılması ilə əlaqədar olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bünyad adlı şəxsin Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində olması barədə əməliyyat məlumatı daxil olduğundan, 28 sentyabr 2018-ci ildə saat 09 radələrində bölmənin digər əməkdaşları, polis kapitanı x20 və polis kapitanı Şahid8 ilə birlikdə Bakı şəhəri, C.Naxçıvanski küçəsinə gəlmiş və orada xarici əlamətləri Bünyad adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsin C.ünvan 6 ünvanının qarşısında olmasını görüb sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə özlərini təqdim edərək, həmin şəxsin kimliyini soruşmuş, həmin şəxs Təqsirləndirilən şəxs3 olmasını bildirdikdə, sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək, birlikdə Nizami RPİ-nin 24-cü PŞ-nə getməsi təklif olunmuşdur. Bundan sonra həmin şəxs tərəflərindən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmiş və bu barədə onun tərəfindən raport yazılmışdır. Bundan sonra Qabil adlı şəxsin Bakı şəhəri, Nizami rayonu Naxçıvanski küçəsində olması barədə əməliyyat məlumatı daxil olduğundan, 28 sentyabr 2018-ci ildə saat 10:40 radələrində bölmənin digər əməkdaşları, polis kapitanı x20 və polis kapitanı Şahid8 ilə birlikdə Bakı şəhəri, C.Naxçıvanski küçəsinə gəlmişlər və orada xarici əlamətləri Qabil adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsin C.Naxçıvanski küçəsi 38 saylı binanın qarşısında olmasını görüb sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə özlərini təqdim edərək, həmin şəxsin kimliyini soruşmuş, həmin şəxs Təqsirləndirilən şəxs1 olmasını bildirdikdə, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək, birlikdə Nizami RPİ-nin 24-cü PŞnə getməsi təklif olunmuşdur. PŞ-də dəvət olunmuş iki nəfər hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, üzərində saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə təqdim etsin. Həmin vaxt vətəndaş Təqsirləndirilən şəxs1 heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd salafan kulyokun içərisində olan tünd qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə “heroinə” oxşar maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin maddənin nə olması, kimdən almasını və kimə məxsus olması barədə sual verilmişdir. Sonuncu bildirmişdir ki, onun üzərindən aşkar edilmiş maddə heroin kimi tanıdığı narkotik vasitədir və ona məxsusdur, tanışı olan İxdiyarla birlikdə narkotik vasitəni əldə etmiş, narkotik vasitənin bir hissəsini satılmasında müştəri tapmaq üçün tanışı Bünyada vermiş, digər hissəsinin isə İxdiyarın evində olmasını bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd sellofan parçaya bükülü, içində olan tünd qəhvəyi rəngli, spesifik iyə malik olan maddə əhəmiyyət kəsb etdiyindən götürülərək iştirakçı və hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, PŞ-nin 164 saylı möhürü ilə möhürlənmiş, qablaşdırılmış maddə ilə zərf, iştirakçılar, saxlanılan şəxs Təqsirləndirilən şəxs1 və hal şahidləri tərəfindən imzalanaraq tərkibinin məhkəmə-kimyəvi ekspertizası vasitəsilə müəyyən edilməsi məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinə göndərilcəyi bildirilmişdir. Bununla əlaqədar müvafiq protokol tərtib olunmuş və protokol tərəflərindən imzalanmışdır. Şahid8 ibtidai istintaq zananı verdiyi ifadəsini təsdiq etdiyini, hazırda həmin vaxtan uzun müddət keçdiyindən ifadəsini tam xatırlaya bilmədiyini, ola bilsin ki, Bünyad və Qabilin saxlanılmalarında iştirak etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 sentyabr 2018-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis şöbəsinin yaxınlığından keçdiyi zaman Nizami rayon Polis idarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları hal şahidi kimi baxışda iştirak etməsini təklif etmişlər. Baxışda ondan başqa bir nəfər də hal şahidi kimi iştirak etmiş, həmin şəxsi tanımamşdır. Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilmiş həmin vaxt sonuncunun əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd qırmızı sellofana bükülmüş maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş maddənin heroin olduğunu 26 avqust 2018-ci il tarixdə satış məqsədilə tanışı Təqsirləndirilən şəxs1 almasını bildirmişdir. Bununla əlaqədar protokol tərtib olunmuş, lakin Təqsirləndirilən şəxs3 protokololu imzalamaqdan imtina etmişdir. Verilən suallara cavab olaraq Şahid1 Rəhbər adlı şəxslə 1-2 dəfə hal şahidi qismində digər işlərdə hal şahidi kimi iştirak etdiyini bildirmişdir. Əvvəllər ***-***-**-** nömrəsini işlətdiyini, ibtidai araşdırma zamanı üzləşdirmədə bununla bağlı Müdafiəçi1 ona sual verildiyini və verilən sualın cavabını üzləşdirmə protokolunda əks olunduğunu qeyd etmişdir. Üzləşdirmə protokolunda olan imzalar ona təqdim edilmiş, o, Təqsirləndirilən şəxs3 imzasını göstərərək imzanın ona məxsus olduğunu qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 28 sentyabr 2018-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis şöbəsinin qarşısından keçərkən polis əməkdaşlarının dəvət ilə Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilməsində iştirak etmişdir. Ondan başqa baxışda başqa bir nəfər şəxs də hal şahidi qismində iştirak etmiş, lakin o, həmin şəxsi əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs3 şalvarının sağ yan cibindən bir ədəd qırmızı sellofana bükülmüş maddə aşkar edilərək götürülmüşdür. Polislər soruşanda Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş maddənin heroin olduğunu Təqsirləndirilən şəxs1 almasını bildirmişdir. Bununla əlaqədar protokol tərtib olunmuş və imzalanmışdır. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Şahid1la birlikdə digər işlərdə hal şahidi kimi iştirak etmədiyini, narkotik vasitə istifadə etmədiyini, əvvəllər narkotik vasitəni görmədiyini, orda ona narkotik vasitə olduğunu dedikləri üçün çıxan maddənin narkotik vasitə olduğunu bildiyini, Bünyadla üzləşdirilməsinin bir dəfə olmasını, üzləşdirmənin x10 Saxlama yerində olmasınını bildirmişdir. O, latın qrafikalı əlifba ilə yazıb oxuya bilmədiyini, ifadəsini müstəntiqin yazıb ona oxuduğunu, Bünyadın üzərinə baxış keçirilərkən müdafiəçinin olub-olmadığını xatırlamadığını, narkotik vasitəni götırən polisi xatırlamadığını, ***-***-**-** nömrəli mobil telefonu işlətdiyini, istintaq zamanı keçirilən üzləşdirmədə nömrəsini qeyd etməməsinin əsası kimi o vaxt həmin nömrəni almamasını, 6 ay bundan qabaq qeyd olunan nömrəni əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 28.09.2018-ci il tarixdə qonşuluğunda yaşayan İxtiyar adlı şəxsin yaşadığı evə baxış keçirilməsində hal şahidi qismində iştirak etmişdir. İxtiyar Məhərrəmovun yaşadığı ünvan 7 mənzil 31 ünvanına baxış zamanı mənzildən heroin aşkar edilmişdir. Bununla əlaqədar müvafiq protokol tərtib olunmuş və protokol tərəflərindən imzalanmışdır. Verilən suallara cavab olaraq Şahid12 bildirmişdir ki, İxdiyarın yaşadığı mənzil Səadət adlı xanımın mülkiyyətində olmuşdur. İxdiyar onunla qonşu olmuşdur, hal hazırda xəstədir və müalicə olunur. Hadisə yerində ondan başqa bir nəfər də hal şahidi olmuşdur. Məhkəmə qərarı və ya evin mülkiyyətçisi tərəfindən evə baxış keçirilməsinə razılıq olması barədə məlumatı yoxdur. Narkotik vasitəni aşkar edəndən sonra qablaşdırmışlar və möhürləmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 28.09.2018-ci il tarixdə saat 22 radələrində adını xatırlamadığı çay evində dostu Tural adlı şəxslə birlikdə istirahət etmişdir. Çay evindən çıxarkən Nizami rayon Polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşı ona yaxınlaşıb bir nəfər şəxsin üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməsini bildirmişlər. O da razılıq vermiş və 24-cü polis bölməsində tanımadığı bir nəfər şəxsin üzərinə baxış keçirilməsində iştirak etmişdir. Həmin şəxsin üzərinə baxış keçirilərkən ondan başqa bir nəfər hal şahidi və vəkil də iştirak etmişdir. O, üzərinə baxış keçirilən şəxsin üzünü xatırlamadığını, səhv etmirsə adının Bünyad olmasını bildirmişdir. Həmin şəxs üzərində olan narkotik vasitəni çıxardıb polisə təqdim etmiş, bununla əlaqədar müvafiq protokol tərtib olunmuş və protokol tərəflərindən imzalanmışdır. Şahid6 ibtidai istintaq zananı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi, iş materiallarında olan ifadəsi elan olunmuşdur. Şahid6 həmin ifadəsində göstərmişdir ki, 28.09.2018-ci il tarixdə saat təxminən 11 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis şöbəsinin yaxınlığından keçdiyi zaman tanımadığı bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini Nizami rayon Polis idarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları kimi təqdim edərək şöbədə olan bir nəfər şəxsin üzərində dövriyyəsi qadağan olunmuş əşya və ya predmetin olduğuna şübhə edilməsini və həmin şəxsin üzərinə keçiriləcək baxışda hal şahidi kimi iştirak etməsini təklif etdikdə o, polis əməkdaşlarına etiraz etməyərək razılaşmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə şöbənin inzibati binasına daxil olmuş, xidməti otaqların birində tanımadığı bir nəfər şəxs də hal şahidi kimi iştirak etmək üçün gəlmişdir. Baxış keçirilməzdən əvvəl onlara hüquq və vəzifələri izah edilmiş, bundan sonra əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edildikdən sonra üzərində qadağan olunmuş əşya və ya maddənin olduğu təqdirdə təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs1 etiraz etmədən könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan paketin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan maddəni təqdim edərək həmin maddənin «heroin» kimi tanıdığı narkotik vasitə olmasını, onu satmaq üçün üzərində daşıdığını, həmin narkotik vasitəni 25 sentyabr 2018-ci il tarixdə Biləsuvar rayonunda adını və əlaqə nömrəsini bilmədiyi şəxsdən satmaq üçün almasını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, şöbənin 164 saylı möhürü ilə möhürlənmiş, zərf, iştirakçılar, saxlanılan şəxs Təqsirləndirilən şəxs1, onun və digər hal şahidi tərəfindən imzalanaraq tərkibinin məhkəmə-kimyəvi ekspertizası vasitəsilə müəyyən edilməsi məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinə göndəriləcəyi bildirilmişdir. Bununla əlaqədar müvafiq protokol tərtib olunmuş və protokol imzalanmışdır. Bundan sonra o, polis şöbəsindən çıxıb getmiş və sonra daha nə olmasından xəbəri olmamışdır. Şahid6 ibtidai istintaq zananı verdiyi ifadəsini təsdiq etdiyini, onu məhkəməyə dəvət edən zaman Qabil, Anar, Bünyad adlı şəxslərin cinayət işi üzrə dəvət olunduğunu bildirdikləri üçün bu səbəbdən məhkəmədə verdiyi ifadədə onun yadında Bünyad adı qaldığını, əslində isə Qabil adlı şəxsin üzərinə baxış keçirilməsində iştirak etdiyni, həmin vaxtdan uzun müddət keçdiyindən üzərinə baxış keçirələn şəxsin üzü və adının yadında qalmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş cinayət işinin ibtidai istintaqını aparmış müstəntiq Şahid14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işində olan imzalar onların özlərinə məxusdur. Bünyad və hal şahidlərinin üzləşdirmə protokollarını dəyişdirməmişdir. Təqsirləndirilən şəxs3 saxlanıldıqdan sonra Nizami rayon Polis İdarəsinə şübhəli şəxs qismində gətirilmişdir. Bünyad onlara təqdim edildiyi vaxtdan onu şübhəli şəxs qismində tanımışlar. Təqsirləndirilən şəxs3 faktiki nə vaxt saxlanıldığını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunan predmetin narkotik vasitə heroin olmasını cinayət işinin materialarında olan rəyə əsasən bilmişdir. Təqsirləndirilən şəxs3 Nizami rayon Polis İdarəsinə gətirəndə onun statusu şübhəli şəxs olmuşdur, onun şübhəli şəxs kimi tutulmasının başlanğıcının Nizami rayon Polis İdarəsinə gətirildiyi andan hesablanmışdır, şübhəli şəxsin tutulma protokolunda onun üzərindən narkotik vasitənin aşkar olunmasına səbəb kimi bununla bağlı rəy olmuşdur. 29 sentyabrda 2018-ci il tarixində rəy alındığı halda 28 sentyabr 2018-ci il tarixdə şəxsin üzərindən heroinin aşkar edilməsini maddənin heroinə oxşaması müəyyən edildiyini, təqsirləndirilən şəxs Bünyad və Qabilin neçə dəfə üzləşdirilməsini xatırlamadığını, əvvəl üzləşdirmə olmadığı halda 12 aprel 2018-ci il tarixdə Bünyad və Qabilin yenidən üzləşdirməsi barədə vəsatətin yenidən üzləşdirməyə ehtiyac olmaması səbəbindən rədd etməsinin səbəbini xatırlamadığını, hal şahidi Vaqifin üzləşdirməsi zamanı Müdafiəçi1 ondan mobil nömrə soruşub soruşmadığını xatırlamadığını, Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi saxlanılarkən onun qohumlarına məlumat verib vermədiyini xatırlamadığını, onun hal şahidləri ilə birlikdə yoxsa təklikdə dindirilməsini xatırlamadığını bildirmişdir. 28 sentyabr 2018-ci il tarixdə Bünyada Anarın sms göndərməsini 27 sentyabrda yazılmasını texniki səhv olduğunu, x14 vətəndaşı Milad adlı şəxs və qeyrilərinin barəsində ********* nömrəli ayrılmış cinayət işinin hazırki cinayət işindən ayrıldığını və araşdırmasının onun tərəfindən aparıldığını bildirmişdir. Həmin cinayət işi üzrə x4, x2 və x15 hazırki vaxta qədər şahid qismində dindirmədiyini bildirmişdir. O həmin iş üzrə cinayət işi ayırdığını, istənilən vaxt həmin şəxsləri dindirə biləcəyini bildirmişdir. Ona məhkəmə tərəfindən müstəntiqin Azərbaycan Respublikası CPM-nin 85.2.1-ci və 85.3-cü maddəsində göstərilən vəzifələri xatırladılmış, o isə bunun ümumiyyətlə məhkəməyə aidiyyəti olmadığını qeyd etmişdir. Məhkəmə dəvət edilmiş şahidlərin məhkəmənin qarşısından polis idarəsinə apararaq məhkəmənin fəaliyyətinə mane olmasının səbəbini isə həmin şəxslərin barəsində məcburi gətirmə qərarı çıxarması ilə izah etmişdir. Halbuki bir həftə əvvəl müstəntiq ümumiyyətlə həmin şəxsləri dindirməyə dəvət etmədiyini bildirmişdir. İstintaqa bir dəfə də dəvət edilməyən şəxslər barədə məcburi gətirmə qərarını hansı zərurətdən çıxarmasını izah edə bilməmişdir. Müstəntiq Şahid14 eyni zamanda x11 adına olan amma iranlı “dayı” ləqəbli şəxsin istifaləsində olmuş ***- ***-**-** nömrənin Azərbaycan Respublikasında əlaqə saxladığı on nəfərdən artıq olan şəxsləri “dayının” şəxsiyyətini müəyyən etmək üçün dindirməməsinin də səbəbini izah etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş x21 ifadəsində göstərmişdir ki, o, əvvəllər oğurluq cinayəti törətdiyi üçün məhkum olunmuş və 11 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkib qurtarmışdır. Hazırda isə Göyçay rayonunda yaşayır. 2017-ci ilin may ayında həbsdən çıxandan bir neçə ay sonra Bakı şəhərinə qohumlarıgilə gəlmişdir. Tanımadığı taksi avtomobili ilə Bakı şəhərində gedərkən mobil telefonunu və üstündə olan ***-***-**-** nömrəni taksidə unutmuşdur. Həmin nömrəyə sonralar bir-iki dəfə zəng etmiş, telefon sönülü olduğu üçün zəng çatmamışdır. O da həmin nömrəni bağlatdırmamış və sonralar kimin tapıb işlətməsini bilməmişdir. O, Biləsuvar rayonundan heç bir şəxsi tanımır və telefon danışığı da olmayıb. İran İslam Respublikasına gözünü müalicə etmək üçün bir il yarım bundan öncə getmişdir. Cahangir və Maqsud adlı şəxsləri tanımır və onlarla telefon danışığı olmayıb. Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən heç vaxt istintaqa çağırılımayıb və dinidirilməyibdir. Bu günə qədər də kimsə ona məxsus olan nömrənin digər şəxslər tərəfindən işlədilməsi ilə bağı heç nə soruşmayıbdır. Məhkəmədə şahid qismində dindirilmiş x12 ifadəsində göstərmişdir ki, ***-***-**-** telefon nömrəsi ona məxsusdur və 2 ay olar ki, nömrəni işlətmək üçün oğlu Maqsuda vermişdir. İxtiyar adlı şəxsi tanımır, onunla İxtiyar arasında telefon zəngləri olmayıb. O və oğlu Maqsud məhkəməyə dəvət edildikdə məhkəmənin binasının önünə gəlmişlər, məhkəmənin vaxtını gözlədikləri zaman Bakı şəhər Nizami rayon Pİ-nin əməkdaşları onları Nizami rayon İŞ-nin müstəntiqi Şahid14 yanına aparmışlar ki, ifadə versinlər. Sonra isə məhkəmədən zəng olunduğu üçün müstəntiq hazırda özü onları məhkəməyə gətirmiş və burda ifadə verdikdən sonra onları Nizami rayon Pİ-nin İŞ-ə aparıb ifadə verəcəklərini demişdir. Bu vaxta qədər Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən heç vaxt çağırılımayıb və dinidirilməyibdir. Məhkəmədə şahid qismində dindirilmiş x6 ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir və Biləsuvar rayon Xırmandalı kəndində yaşayır. ***-***-**-** telefon nömrəsi onun atası Cahangir Əzimovun adına qeydiyyatdadır. Son bir neçə ay ərzində isə atası həmin nömrəni işlətməsi üçün ona vermişdir. İxtiyar adlı şəxsi tanımır, İxtiyar adlı şəxslə telefonla əlaqə saxlamamışdır. Onu telefon zənglərinə görə müstəntiq dindirməmişdir. İndiyə qədər də onu işlətdiyi telefonla bağlı dindirməmişlər. O və atası Cahangir məhkəməyə dəvət edildikdə məhkəmənin binasının önünə gəlmişlər, məhkəmənin vaxtını gözlədikləri zaman Bakı şəhər Nizami rayon Pİ-nin əməkdaşları onları Nizami rayon İŞ-nin müstəntiqi Şahid14 yanına aparmışlar ki, ifadə versinlər. Sonra isə məhkəmədən zəng olunduğu üçün müstəntiq hazırda özü onları məhkəməyə gətirmiş və burda ifadə verdikdən sonra onları Nizami rayon Pİ-nin İŞ-ə aparıb ifadə verəcəklərini demişdir. O, istifadə etdiyi telefon nömrəsi ilə İxtiyarın istifadəsində olan telefonla danışıqların olmasının səbəblərini izah edə bilməmişdir. Təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs2 atası Şahid4 məhkəmədən ifadə verməkdən imtina etdiyi üçün onun ibtidai istintaq zamanı verdiyi, iş materiallarnda olan ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun oğludur və onlar birlikdə yaşayırlar. Şahid13 və Təqsirləndirilən şəxs3 tanımır. Təqsirləndirilən şəxs1 isə Habil deyə tanıyır. Belə ki, həmin şəxs oğlu Anarın tanışıdır, həmin şəxsi Anarı yaşadığı evdən çağırarkən görüb tanımışdır. İxdiyar isə Qabilin tanışıdır. 22.09.2018-ci il tarixdə həyat yoldaşı Gülşən ona zəng edərək yaşadığı mənzilə gəlməyini bildirmişdir. O, yaşadığı evə çatdıqda həyat yoldaşı ona demişdir ki, oğlu Anar evdən çıxıb bildirmişdir ki, tanışları Qabil və İxdiyarla birlikdə Gürcüstan Respublikasına gedəcəklər və 24.09.2018-ci il tarixdə qayıdıb gələcəklər. Həyat yoldaşı bildirmişdir ki, ona zəng etməmişdən əvvəl ***-***-**-** nömrəli mobil telefondan istifadəsində olan 050- ***-**-** nömrəli mobil telefonuna zəng gəlmiş, zəng edən şəxs özünü təqdim etməyərək Anarın anası olmağını soruşmuşdur. O, da həmin şəxs “bəli danışan Anarın anasıdır” demişdir. Sonra həmin şəxs Anarın vəziyyətinin pis olmasını bildirib mobil telefonu Anara vermişdir. Anar da ağalaya-ağlaya mobil telefonda demişdir ki, “mama məni gətirib atıblar bura 5000 manat pul tələb edirlər, həmin pulu gətirdikdən sonra məni buraxacaqlar”. Həmçinin Anar borc pul tapıb gətirib verməklərini demişdir. Sonra həmin şəxs telefonu Anardan alıb ona demişdir ki, “oğlunu girov götürmüşəm, pulu gətirməsən oğlunu öldürəcəm”. Həmin günü gecə radələrinə qədər həmin şəxs ona qeyd etdiyi nömrəli mobil telefondan zəng edərək pulu çatdırmadığı halda oğlu Anarı öldürəcəyini bildirmişdir. Həmçinin mobil telefonu Anara vermişdir, Anar da telefonda ağlaya-ağlaya pulu çatdırmaqlarını bildirmişdir. Qeyd etmişdir ki, həmin şəxs ona və həyat yoldaşına hədə qorxu gələrək demişdir ki, polisə məlumat verdiyiniz halda Anarı öldürəcəkdir. Həmin şəxs israrla 5000 manat pul tələb etmişdir. O və həyat yoldaşı məcbur olub bu barədə polisə məlumat vermək qərarına gəlmişlər. Ona görə də həmin gün birlikdə Nizami RPİ-nin 24-cü polis şöbəsinə getmişlər. Polis şöbəsində həyat yoldaşı ərizə ilə müraciət etmişdir. Bundan sonra yaşadığı mənzilə gəlmişlər. Yaşadığı mənzildə olarkən həmin şəxs yenidən zəng etmişdir. Həmin şəxs mobil telefonda ona demişdir ki, “sənə nömrə verəcəm, həmin nömrə ilə zəng edib danışıb pulu həmin şəxsə çatdırın”. O həmin şəxsə pulunun olmadığını demişdir, lakin həmin şəxs ona “maraqlı olmadığını, ya Qabil və İxdiyar adlı şəxsləri, ya da ki, pulu çatdırmağını israrla tələb etmişdir. Həmin şəxsin ona verdiyi nömrə ***-***-**-** imiş. Bundan sonra o həmin nömrə ilə əlaqə saxlayıb danışmışdır. Həmin şəxs özünü Bünyad kimi təqdim etmişdir və görüşməyi təklif etmişdir. O da həmin şəxslə razılaşaraq Bakı şəhəri, Nizami rayonu ərazisində 8ci km bazarının yaxınlığında olan “OBA” marketin qarşısında görüşməyə qərar vermişlər. O, bu barədə polisə şöbəsinə zəng edərək məlumat vermişdir. Sonra o həmin yerə getmiş, ora çatdıqda Bünyad ilə görüşmüşlər. Həmin vaxt Bünyad demişdir ki, Anar və İran İslam Respublikası vətəndaşı Bünyada zəng edib, pulu ona ver o çatdıracaqdır. Həmçinin bildirmişdir ki, Anarı tanımır, onunla bir dəfə çayxanada görüb tanımışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini Bünyada təqdim edərək polis şöbəsinə dəvət etmişlərlər. O isə həmin şəxslərlə birlikdə getməyərək yaşadığım mənzilə gəlmişdir. Səhəri gün oğlu Anarı girov saxlayan şəxs zəng edərək ona demişdir ki, pul taparaq oğlu Anarı buraxdırmaq lazımdır. O da həmin şəxsə demişdir ki, pıılu göndərmişdir. Həmin şəxs ona verdiyi nömrəyə zəng etdiyini, lakin ona zəng çatmadığını bildirmişdir. Təxminən bir neçə gün müddətində o həmin şəxslə mobil telefonla danışmışdır, həmin şəxs ona yalnız pulu çatdırmağı demişdir. O da həmin şəxsi aldadıb 3500 manat pul verdiyini demişdir. Bir qədər danışdıqdan sonra həmin şəxslə oğlu Anarı buraxması üçün 2000 manata razılaşmışlar. 01.10.2018-ci il tarixdə həmin şəxs zəng edərək səhəri gün saat 12 radələrində pul hazır olmağı barədə vaxt qoymuşdur. Sonra isə qoyduğu vaxtda pulu hazır olmasa oğlu Anarı öldürəcəyi ilə onu hədələmişdir. 02.10.2018-ci il tarixdə o, yaxın qohumlarından borc pul alaraq 2000 manat düzəltmişdir. Həmin şəxsin ona qoyduğu vaxtda, yəni 02.10.2018-ci il tarixdə saat 11:45 radələrində zəng etmişdir. Mobil telefonda demişdir ki, pul hazırdır və hara gəlsin. O da bir qədər gözləməyini və zəng edib xəbər verəcəyini bildirib telefonu söndürmüşdür. Bir qədər sonra həmin şəxs ona zəng edib Biləsuvar rayonuna gəlməyimi və ora çatıdqda zəng edib xəbər verməyini tələb etmişdir. Bundan sonra o, taksi avtomobili ilə Bakı şəhərindən Biləsuvar rayonu sərhəd keçid məntəqəsinə getmişdir. Ora çatdıqda həmin şəxs zəng edib məlumat vermişdir. Həmin şəxs ona zəng edib demişdir ki, “Kapital bankın yanına get”. Bundan sonra o həmin şəxsin dediyi yerə getmişdir. O qeyd etmişdir ki, Biləsuvar rayonuna gəlməyi barədə heç kimə deməmişdir. Bu barədə yalnız həyat yoldaşı bilmişdir. Təxminən 2 saata yaxın “Kapital” bankın yanında gözlədikdən sonra həmin şəxs ona zəng edərək demişdir ki, “haradasan, nəyin yanında dayanmısan, telefonu söndürmə mən hara desəm ora gəl”. O həmin şəxsin deməsi əsasında “Kapital” bankın arxa tərəfində olan ərzaq mağazasının içərisinə girmişdir. Sonra onun deməsi əsasında mobil telefonumu orada olan iki nəfər şəxsin birinə vermişdir. Həmin şəxs telefonu verdiyi şəxslə danışmış və o, 2000 manat pulu həmin şəxsə vermişdir. Həmin şəxs pulu aldıqdan sonra telefonda oğlunu girov saxlayan şəxsə bildirmişdir ki, “narahat olma pulu almışam, adamı göndər gəlsin.” Bundan sonra həmin şəxs mobil telefonunu onun özünə qaytarmışdır və o oradan çölə çıxıb gözləməyə başlamışdır. Təxminən iki saat keçdikdən sonra oğlu Anar taksi avtomobili ilə gəlmişdir və o, Anaraı gətirən taksiyə iki manat pul vermişdir. Bundan sonra oğlu Anarla birlikdə Bakı şəhərinə qayıtmışlar. Oğlu Anar ona demişdir ki, İran İslam Respublikasında olduğu müddətdə ac-susuz saxlayaraq, əlini-ayaqlarnı və gözlərini bağlyıb qaranlıq otaqda döymüşlər. O, oğlu Anarı girov saxlayan şəxsi görməmişdir və həmin şəxsi tanımır, həmin şəxslə yalnız telefonda danışmışdır. Həmin şəxs haqqında heç bir məlumata malik deyildir. Həmin şəxsin deməsi əsasında Biləsuvar rayonunda 2000 manat verdiyi şəxsi və yanında olan şəxsi tanımır. Həmin şəxslərlə “Kapital” bankın arxa hissəsində olan ərzaq mağazasında görüşmüşdür. Pulu verdiyi şəxs orta boylu, orta bədən quruluşlu, təxminən 30 yaşlarında, yanında olan şəxs isə orta boylu, orta bədən qruluşlu, təxminən 30-35 yaşlarında olmuşdur. ***-***-**-** saylı nömrə Təqsirləndirilən şəxs3 məxsusdur. Belə ki, o həmin nömrə ilə Bünyadla əlaqə saxlamışdır. 050-447-14- 24 saylı nömrəni ona oğlu Anarı girov saxlayan şəxs vermişdir. Belə ki, həmin nömrə ilə danışıb pulu ona verməyini bildirmişdir. Oğlu Təqsirləndirilən şəxs2 İran İslam Respublikasına getməsini əvvəlcə bilməmişdir, oğlu Anar həyat yoldaşı Gülşənə demişdir ki, Qabil və İxdiyar adlı şəxslərlə Gürcüstana gedir və 24.09.2018-ci il tarixdə qayıdıb gələcəkdir. Lakin sonradan öyrənmişdir ki, Qabil və İxdiyar adlı şəxslər oğluna 500 manat pul verib İran İslam Respublikasına aparmasını demişlər, oğlu da həmin şəxslərin deməsi əsasında ora getmişdir. Təqsirləndirilən şəxs2 anası Şahid5 məhkəmədən ifadə verməkdən imtina etdiyi üçün onun ibtidai istintaq zamanı verdiyi, iş materiallarnda olan ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 22.09.2018-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs2 evə gəlib ona tanışları Qabil və İxdiyar adlı şəxslərlə birlikdə Gürcüstan Respublikasına gedəcəyini və 24.09.2018-ci il tarixdə qayıdacağın demiş, bu barədə həyat yoldaşı Şahverənə məlumat verməmişdir. 27 sentyabr 2018-ci il tarixdə ***-***-**-** nömrəli mobil telefondan istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng daxil olmuş, zəng edən şəxs özünü təqdim etməyərək Anarın anası olmasını soruşmuş, o, da həmin şəxsə «bəli danışan Anarın anasıdır» sözlərini demişdir. Sonra həmin şəxs Anarın vəziyyətinin pis olmasını bildirib, mobil telefonu Anara vermişdir. Anar ağlaya-ağlaya mobil telefonda «mama, məni gətirib atıblar bura, 5000 manat pul tələb edirlər, yalnız həmin pulu gətirdikdən sonra məni buraxacaqlar» sözlərini demiş və ondan pul tapıb gətirib vermələrini xahiş etmişdir. Sonra həmin şəxs telefonu Anardan alıb ona «oğlunu girov götürmüşəm, pulu gətirməsən oğlunu öldürəcəm» sözlərini demiş, bundan sonra o, həyat yoldaşına zəng edib harada olmasını soruşaraq evə gəlməsini bildirmişdir. Həyat yoldaşı Şahverən evə gəldikdən sonra sonuncuya bu barədə məlumat vermişdir. Həmin gün gecə saatlarınadək həmin şəxs ona məxsus mobil telefona zəng etmiş və həyat yoldaşı Şahverənlə danışmışdır. Həmin şəxs pulu çatdırmayacaqları halda, oğlu Anarı öldürəcəyini bildirmiş. 5000 manat pul tələb etmiş, telefonu Anara vermiş, Anar telefonda ağlaya-ağlaya pulu çatdırmalarını xahiş etmişdir. O və həyat yoldaşı məcbur olub bu barədə polisə məlumat vermək qərarına gəlmiş, həmin gün birlikdə Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis şöbəsinə getmiş, şöbədə ərizə yazmış, bundan sonra yaşadıqları mənzilə qayıtmışlar. Yaşadığı mənzildə olarkən həmin şəxs yenidən zəng etmiş, həyat yoldaşı Şahverənə «sənə nömrə verəcəm, həmin nömrə ilə zəng edib danış və pulu həmin şəxsə çatdır» sözlərini demiş, Şahverən pulunun olmadığını bildirmiş, lakin həmin şəxs buna əhəmiyyət verməyib, ya Qabil və İxdiyar adlı şəxsləri, ya da ki, pulu çatdırmalarını israrla tələb etmiş, bundan sonra həyat yoldaşı Şahverən həmin şəxsin verdiyi nömrə, yəni ***-***-**-** ilə əlaqə saxlamış, cavab verən şəxs Bünyad kimi özünü təqdim etmiş və görüşməyi təklif etmişdir. Sonra onlar razılaşaraq Bakı şəhəri, Nizami rayonu ərazisində 8-ci km bazarının yaxınlığında olan «OBA» marketin qarşısında görüşməyə qərar vermişlər. Həyat yoldaşı bu barədə Polis şöbəsinə zəng edərək məlumat vermiş, sonra isə yaşadığı evdən çıxaraq Bünyadla görüşməyə getmiş, təxminən bir neçə saatdan sonra isə qayıdıb gəlmiş, ondan nə baş verdiyini soruşduqda, ona oğlu Anarı girov saxlayan şəxsin və Anarın Bünyada zəng edib pulu Bünyada vermələrini və sonuncunun onlara çatdıracağını demiş, həmçinin Bünyadın Anarı tanımadığını, sonuncunu bir dəfə çayxanada görüb tanımasını bildirmişdir. Səhəri gün oğlu Anarı girov saxlayan şəxs yenidən zəng edərək həyat yoldaşına pul taparaq oğlu Anarı buraxdırmaq lazım olduğunu demişdir. Təxminən bir neçə gün müddətində onlar həmin şəxslə mobil telefonla danışmış, həmin şəxs onlara yalnız pulu çatdırmasını demiş, həyat yoldaşı Şahverən də onu aldadıb 3500 manat pul verdiyini demiş, bir qədər danışdıqdan sonra Şahverən onunla oğlu Anarı buraxması üçün 2000 manata razılaşmışlar. 01.10.2018-ci il tarixdə həmin şəxs yenidən zəng edərək səhəri gün saat 12 radələrində pulun hazır olması barədə vaxt qoymuş, həmin vaxtda pulu hazır olmasa oğlu Anarı öldürəcəyi ilə hədələmişdir. 02.10.2018-ci il tarixdə Şahverən yaxın qohumlarından borc pul alaraq 2000 manat düzəltmiş, həmin şəxsin qoyduğu vaxtda, yəni 02.10.2018-ci il tarixdə saat 11:45 radələrində ona zəng etmiş, pulun hazır olmasını demiş, haraya gəlməsini soruşduqda sonuncu bir qədər gözləməsini və zəng edib xəbər verəcəyini bildirib telefonu söndürmüşdür. Bir qədər sonra həmin şəxs yenidən zəng edib Biləsuvar rayonuna gəlməsini və ora çatdıqda zəng edib xəbər verməsini demiş, bundan sonra Şahverən yaşadığı mənzildən çıxıb getmişdir. Səhəri gün həyat yoldaşı Anarla birlikdə yaşadığı mənzilə gəlmiş, Anar ona İran İslam Respublikasında olduğu müddətdə onu ac-susuz saxlayaraq, əliniayaqlarnı və gözlərini bağlayıb qaranlıq otaqda döydüklərini demişdir. Məhkəmədə Şahid7 ibtidai istintaq zamanı verdiyi, iş materiallarnda olan ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 28.09.2018-ci il tarixdə saat təxminən 11 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis şöbəsinin yaxınlığından keçdiyi zaman tanımadığı bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini Nizami rayon Polis idarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları kimi təqdim edərək şöbədə olan bir nəfər şəxsin üzərində dövriyyəsi qadağan olunmuş əşya və ya predmetin olduğuna şübhə edilməsini və həmin şəxsin üzərinə keçiriləcək baxışda hal şahidi kimi iştirak etməsini təklif etdikdə o, polis əməkdaşlarına etiraz etməyərək razılaşmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə şöbənin inzibati binasına daxil olmuş, xidməti otaqların birində tanımadığı bir nəfər şəxs də hal şahidi kimi iştirak etmək üçün gəlmişdir. Baxış keçirilməzdən əvvəl onlara hüquq və vəzifələri izah edilmiş, bundan sonra əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edildikdən sonra üzərində qadağan olunmuş əşya və ya maddənin olduğu təqdirdə təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs1 etiraz etmədən könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan paketin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan maddəni təqdim edərək həmin maddənin «heroin» kimi tanıdığı narkotik vasitə olmasını, onu satmaq üçün üzərində daşıdığını, həmin narkotik vasitəni 25 sentyabr 2018-ci il tarixdə Biləsuvar rayonunda adını və əlaqə nömrəsini bilmədiyi şəxsdən satmaq üçün almasını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, şöbənin 164 saylı möhürü ilə möhürlənmiş, zərf, iştirakçılar, saxlanılan şəxs Təqsirləndirilən şəxs1, onun və digər hal şahidi tərəfindən imzalanaraq tərkibinin məhkəmə-kimyəvi ekspertizası vasitəsilə müəyyən edilməsi məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinə göndəriləcəyi bildirilmişdir. Bununla əlaqədar müvafiq protokol tərtib olunmuş və protokol imzalanmışdır. Bundan sonra o, polis şöbəsindən çıxıb getmiş və sonra daha nə olmasından xəbəri olmamışdır. Məhkəmədə Şahid11 ibtidai istintaq zamanı verdiyi, iş materiallarnda olan ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 28.09.2018-ci il tarixdə saat təxminən 14 radələrində ünvan 5 saylı binanın yaxınlığında bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini Nizami rayon Polis idarəsinin 24-cü Polis şöbəsinin əməkdaşı kimi təqdim edərək onu ünvan 7 mənzil 31 ünvanına dəvət edib həmin mənzildə dövriyyəsi qadağan olunmuş əşya və ya predmetin olmasına şübhə edildiyini, həmin mənzilə keçiriləcək baxışda onun hal şahidi kimi iştirak etməsini təklif etdikdə o, razılaşmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə həmin mənzilə daxil olmuş, əvvəllər tanımadığı bir nəfər şəxs də baxışda hal şahidi kimi iştirak etmişdir. Baxış keçirilməzdən əvvəl onlara hüquq və vəzifələri izah edilmiş, sonra əvvəllər tanımadığı, adını sonradan bildiyi Şahid13 iştirakı ilə mənzilə baxış keçirilməyə başlanılmış, baxış zamanı Şahid13 mənzilin yataq otağında olan dolabın yanında söykənilmiş xalçanın arasından qırmızı rəngli sellofan torbaya bükülmüş maddəni çıxarıb polis əməkdaşlarına təqdim etməklə həmin maddənin heroin kimi tanıdığı narkotik vasitə olmasını və ona məxsus olmasını bildirmişdir. Bununla əlaqədar müvafiq protokol tərtib olunmuş və protokol tərəflərindən imzalanmışdır. Məhkəmədə Şahid13 ibtidai istintaq zamanı verdiyi, iş materiallarnda olan ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, Qabil onun bacısı Könüllə ailə qurmuş, lakin sonradan ayrılmışlar. Təqsirləndirilən şəxs2 isə Qabilin yanında görüb tanımışdır. O həmin şəxslərlə boş vaxtlarında oturub söhbət edirmişdir. Onun səhhətində problemlər olduğu üçün İran İslam Respublikasına həkimə getmək istəyirmiş. Bu barədə Qabilə də məlumat vermişdir. Qabillə söhbət edən zaman birlikdə İran İslam Respublikası həkimə getmək qərarına gəlmişlər. Tarixi xatırlamadığı vaxt Qabillə birlikdə Bakı şəhərindən taksi avtomobili Biləsvuar rayonuna getmişlər. Biləsuvar rayon sərhəd keçid məntəqəsindən İran İslam Respublikasına keçmişlər. Orada tanımadığ şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşib onları Təbriz şəhərinə aparmasını xahiş etmişlər. Yolla gedərkən taksi sürücüsünin adının Milad olmasını öyrənmişlər. Milad onlara bildirmişdir ki, İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitə göndərir. Milad onlardan narkotik vasitə istifadə edibetməməklərini soruşmuşdur. Onlar isə həmin şəxsə narkotik vasitə istifadə etmədiklərini bildirmişlər. Bundan sonra Milad demişdir ki, Azərbaycan Respublikasında narkotik vasitə bir qədər bahalıdı, İran İslam Respublikasında isə nisbətən ucuzdur. Qabil Miladdan maraq üçün narkotik vasitə təşkil edə bilib-bilməməsini soruşmuşdur. Milad isə maraqlanıb xəbər edəcəyini demişdir. Milad yolda onlardan harda işlədiklərini soruşmuşdur, onlar isə həmin şəxsə işsiz olduqlarını demişlər. Sonra Milad yaxın tanışlarının narkotik ticarəti ilə məşğul olmasını demişdir. O, Miladın istifadəsində olan mobil telefon nömrəsini mobil telefonunda qeyd etmişdir. Öz mobil telefon nömrəsini də həmin şəxsə vermişdir. Bundan sonra o, İran İslam Respublikasının Təbriz şəhərində həkim müayinəsindən keçdikdən sonra Bakı şəhərinə qayıtmışlar. Təxminən 2-3 gün keçdikdən sonra Bakı şəhəri, Nizami rayonu ərazisində olan 8-ci km bazarında Qabillə görüşmüşlər. Həmin vaxt onun mobil telefonuna zəng gəlmişdir. Zəng edən şəxs Milad olmuşdur. O, mobil telefonu Qabilə vermişdir. Qabil mobil telefonla Miladla danışmışdır. Milad bildirmişdir ki, bir nəfər şəxs var, həmin şəxsdə narkotik vasitə var, istəyirsə Bakı şəhərinə göndərə bilər. Qabil Milada narkotik vasitəni almaq üçün pulunun olmadığını bildirmiş, narkotik vasitəni göndərdikdən sonra pulunu ödəycəyinə söz vermişdir. Lakin Milad onunla razılaşmamışdır. Milad narkotik vasitəni tapdığı şəxsin 300 qramdan az verməyəcəyini və göndərəcəyi narkotik vasitənin pulunun bir qisimini göndərməyi bildirmişdir. Qabil isə Milada demişdir ki, 500 manatdan artıq pulu yoxdur. Bundan sonra Milad bildirmişdir ki, narkotik vasitəni satan şəxslə danışıb xəbər verəcək. Təxminən 2 gün keçdikdən sonra o, Qabillə yenidən 8-ci km bazarında görüşmüşlər. Həmin vaxt Milad ona zəng etmişdir. O, mobil telefonu Qabilə vermişdir. Milad Qabilə demişdir ki, 500 manat pul və tanıdığı bir nəfər şəxsi İran İslam Respublikasına göndərsin, ondan sonra həmin şəxs narkotiki onlara çatdıracaqdır. Milad onlara narkotikin bir qramını 20 manatdan olmaqla 300 qram narkotik vasitə olan heroin göndərəcəkmiş. Belə ki, bunu Qabilə Miladın özü demişdir, Qabil də Miladla razılşamışdır. Bundan sonra Qabil ondan 500 manat borc pul istəmişdir. Belə ki, həmin pulu bir nəfər şəxsdən İran İslam Respublikasına göndərcəkmiş. Həmin şəxs də narkotiki götürüb gətirəcəkmiş. O da özünə məxsus qızıl-zinyət əşyalarını lombarda girov qoyaraq 600 manat pul götürmüşdür. Həmin pulun da 500 manatını Qabilə vermişdir. Belə ki, Qabillə razılaşmalarına əsasən o, narkotiki satdıqdan sonra ona 1000 manat verəcəkmiş. Səhəri günü o, Qabillə 8-ci km bazarında görüşmüşlər. Qabil bildirmişdir ki, tanışı Anar adlı şəxsdən 500 manat pulu İran İslam Respublikasına göndərmişdir və Anar narkotik vasitə heroini götürüb gətirəcəkdir. Səhəri günü Qabil yaşadığı mənzilə gələrək mobil telefon lazım olmasını bildirib ondan mobil telefonunu istəmişdir. O da özünə məxsus üzərində ***-***-**-** saylı nömrə olan telefonunu Qabilə vermişdir. Qabil Miladla da həmin telefon nömrəsi ilə danışmışdır. Qabilin həmin şəxslə razılaşmasına əsasən Anar həmin şəxslərin yanında qonaq kimi qalacaq, onlar narkotik vasitəni Qabilə göndərəcək, narkotiki satdıqdan sonra isə pulu götürüb Qabil ora gedəcəkdir. Milad Qabilə demişdir ki, narkotik vasitəni Biləsuvar rayonuna göndərir, gedib götürsün. Sonra Qabil tək çıxıb narkotiki götürmək üçün Biləsuvar rayonuna getmişdir. O isə Qabillə getməmişdir. Həmin günü axşam radələrində Qabil onun yaşadığı mənzilə gəlmişdir və mobil telefonunu özünə qaytarmışdır. Qabil ona demişdir ki, narkotik vasitəni götürübdür. Qabil narkotik vasitəni iki gün özündə saxladıqdan sonra onun yaşadığı mənzilə gəlmişdir. Həmin vaxt özü ilə birlikdə qırmızı rəngli selefon torbanın içərisində nə isə gətirmişdir. O, Qabildən nə olmasını soruşduqda bildirmişdir ki, narkotik vasitə heroindir. Qabil narkotiki sata bilmədiyini bildirmiş sellofan torbanı ona verib saxlamağını bildirmişdir. O, sellofan torbanı götürüb yaşadığı mənzildə divardan asılmış vəziyyətdə olan xalçanın altında gizlətmişdir. Bu barədə ailə üzvlərinə məlumat verməmişdir. 28 sentyabr 2018-ci il tarixdə yaşadığı ünvan 8 mənzil 31 saylı ünvanda olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs yaşadığı evə gələrək özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Yaşadığı mənzilə iki nəfər tanımadığı şəxs dəvət olunaraq baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilən zaman polis əməkdaşları yaşayış evində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması barədə sual vermişlər. O da yaşadığı mənzilə xalçanın altında gizlədiyi qırmızı rəngli sellofana bükülmüş vəziyyətdə olan narkotik vasitə həşiş qətaranı kimi tanıdığı maddəni polis əmədaşlarına təqdim etmişdir. Sonra bu barədə protokol tərtib olunmuşdur, protokol ucadan oxunmuşdur, o və iştirakçılar tərəfindən imzalanmışdır. Yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitənin tanışı Qabil ona saxlamağı üçün vermişdir. Bundan başqa o heç bir yerdə narkotik vasitə saxlamamışdır. O, narkotik vasitələrin istifadəsinin, satışının, saxlanılmasının və əldə edilməsinin qadağan olunmasını bilmişdir. Nə polis şöbəsinə gətirilən zaman, nə də ki, yaşadığı mənzilə baxış keçirilən zaman ona qarşı heç bir təzyiq olmamışdır. Həmin narkotik vasitəni ona Qabil saxlamaq üçün vermişdir. O, Miladı taksi sürücüsü və əslən azərbaycanlı olmasını bilmiş və onun haqqında başqa heç bir məlumata malik deyildir. Narkotik vasitəni satması üçün Qabilə göndərən “dayı” deyə müraciət etdiyi şəxsi tanımır və görməmişdir. Milad uca boylu, orta bədən quruluşlu, təxminən 35 yaşlarında olmuşdur. Məhkəmədə Şahid13 ibtidai istintaq zamanı verdiyi, iş materiallarnda olan izahatı(cild 1, i/v 20-21) da elan olunmuşdur. O həmin izahatında yuxarıda göstərilənlərdən başqa göstərmişdir ki, İranda olan müvafiq şəxslərlə adam girov qoyub narkotik alıb satmaq barədə razılığa gəldikdən sonra 24 sentyabrda Anar Qabil tərəfindən İrana yola salınmışdır. Bir gün sonra tanımadığı şəxsdən onun telefonuna zəng gəlmiş, həmin şəxs özünü təqdim etmədən İrandan göndərilmiş əmanətin onda olmasını bildirmişdir. O və Qabil 25 sentyabr 2018-ci il tarixdə Biləsuvar rayonuna getmişlər. Orada telefon nömrəsi 070 *** ** ** olan adının Məsud olduğunu bildirən şəxslə görüşərək ondan qırmızı sellofanda iki büküm narkotik vasitə olan heroin götürmüşlər. Narkotik vasitənin böyük qismi onda qalmış, bir qismi Qabilə verilmiş, digər hissəsi isə Təqsirləndirilən şəxs3 satılmaq üçün verilmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri üzrə təqsirli olmaları şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 28.09.2018-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 09:00-da Nizami rayonu, ünvan 6 ünvanının qarşısında saxlanılaraq Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmiş üzərinə hal şahidlərinin işirakı ilə baxış keçirilərkən onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qırmızı sellofan bükülü aşkar edilmiş, həmin sellofan bükülü açıldıqda içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan maddə aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, həmin bükülüdə olan maddə narkotik vasitə olan heroindir və ona məxsusdur, qeyd edilən narkotik vasitəni o, 26 sentyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 satış məqsədi ilə götürmüşdür. Onun üzərindən götürülmüş maddə hal şahidlərinin iştirakı ilə qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan 28.09.2018-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 10:40 radələrində Nizami rayonu, Naxçıvanski küçəsi 38 nömrəli binanın yaxınlığında saxlanılaraq Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmiş, üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan paketin içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə-heroinə oxşar maddə aşkar edilmiş, sorğu zamanı Qabil Məmmdov bildirmişdir ki, həmin narkotik vasitəni 25 sentyabr 2018-ci il tarixdə Biləsuvar rayonundan tanımadığı, şəxsiyyəti və əlaqə vasitəsini bilmədiyi şəxsdən satmaq üçün şifahi razılıq əsasında almışdır. Götürülmüş narkotik vasitə hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan baxış keçirilməsi barədə 28 sentyabr 2018-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 14:10 radələrində Sabunçu rayonu, İ.Aslanov küçəsi 7, mənzil 31 ünvanda yerləşən evə baxış keçirilən zaman həmin evdə yaşayan Şahid13 evin yataq otağındakı dolabın yanında, divara söykənilmiş bir ədəd qırmızı rəngli sellofanın içərisindən iki ədəd şəffaf sellofana sarılmış, tünd qəhvəyi rəngli, spesifik iyə malik, daş halında maddəni təqdim edərək həmin maddənin narkotik vasitə olduğunu, qeyd edilən narkotik vasitəni keçmiş yeznəsi olan Təqsirləndirilən şəxs1 ilə birlikdə satış məqsədilə tanımadığı şəxsdən almasını bildirmiş, baxış zamanı əhəmiyyət kəsb etdiyindən qırmızı sellofanda, iki ədəd şəffaf sellofana bükülmüş maddə götürülmüşdür. Cinayət işinin materiallarında olan 28 sentyabr 2018-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarında olan 03 oktyabr 2018-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 01 oktyabr 2018ci il tarixli, 4(007)-220/2018, 4(007)-221/2018 saylı qərarlardan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 28 sentyabr 2018-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 05 oktyabr 2018ci il tarixli, 4(007)-228/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 03 oktyabr 2018-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki Şahid13 barəsində anlaqsız vəziyyətdə cinayət törətməsinə dair məhkəmə psixiatrik ekspertizasının rəyi ilə əlaqədar barəsində komissiyon məhkəmə psixiatrik ekspertizasının təyin edilməklə stasionar qaydada ekspertiza müayinəsindən keçirildiyindən 18 aprel 2019-cu il tarixli qərarla ********* nömrəli cinayət işinin materiallarından Şahid13 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsi, həmçinin istintaqa Milad adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarında olan «xxxxxxxx» MMC-dən götürülmüş məlumatlardan məlum olur ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 24.09.2018-ci il tarixdə saat 00:39-da 10 saniyə, saat 10:42-də 32 saniyə, saat 10:53-də 58 saniyə, saat 11:13də 37 saniyə, saat 12:25-də 42 saniyə, saat 13:39-da 15 saniyə, saat 13:40-da 50 saniyə, saat 13:44-də 22 saniyə, 26.06.2018-ci il tarixdə saat 16:27-də 32 saniyə, saat 16:39-da 46 saniyə, saat 17:21-də 58 saniyə, saat 17:36-da 43 saniyə, saat 17:38-də 1790 saniyə, 27.09.2018-ci il tarixdə saat 12:17-də 0 saniyə, saat 12:18-də 54 saniyə, saat 14:46-da 200 saniyə, saat 16:43-də 160 saniyə, saat 17:09-da 571 saniyə, saat 17:19-da 9 saniyə, saat 18:34-də 47 saniyə, saat 22:25-də 174 saniyə, saat 23:17-də 90 saniyə, 28.09.2018-ci il tarixdə saat 13:23-də, saat 13:50də 0 saniyə telefon danışıqları aparılmışdır. Cinayət işinin materiallarında olan «xxxxxxx» MMC-dən götürülmüş 1 ədəd CD diskin yaddaşında olan «705121463 sms in.pdf», «705121463 sms out.pdf», «708761532 sms in.pdf», «708761532 sms out.pdf», «Call details **********39_705121463.pdf», «Call details**********39_708761532.pdf», «Call_number» adlı 7 fayla baxış keçirilməsi haqqında 02.02.2019-cu il tarixli protokoldan görünür ki, «Call details**********39_708761532.pdf» adlı fayla baxış keçirilən zaman faylda olan siyahıda Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 24.09.2018-ci il tarixdə saat 00.39-da 10 saniyə, saat 10.42-də 32 saniyə, saat 10.53-də 58 saniyə, saat 11.13-də 37 saniyə, saat 12.25-də 42 saniyə, saat 13.39-da 15 saniyə, saat 13.40-da 50 saniyə, saat 13.44-də 22 saniyə, 26.06.2018-ci il tarixdə saat 16.27-də 32 saniyə, saat 16.39-da 46 saniyə, saat 17.21-də 58 saniyə, saat 17.36-da 43 saniyə, saat 17.38də 1790 saniyə, 27.09.2018-ci il tarixdə saat 12.17-də 0 saniyə, saat 12.18-də 54 saniyə, saat 14.46-da 200 saniyə, saat 16.43-də 160 saniyə, saat 17.09-da 571 saniyə, saat 17.19-da 9 saniyə, saat 18.34-də 47 saniyə, saat 22.25-də 174 saniyə, saat 23.17-də 90 saniyə, 28.09.2018ci il tarixdə saat 13.23-də, saat 13.50-də 0 saniyə telefon danışıqları aparılması müəyyən edilmişdir. Həmçinin, həmin faylda «Call details**********39_705121463.pdf» adlı faylda Şahid13 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 23.09.2018-ci il tarixdə saat 17.30-da 3 saniyə, saat 21.12-də 629 saniyə, saat 23.17-də 545 sayniyə, 24.09.2018-ci il tarixdə saat 15.08-də 15 saniyə, saat 16.26-da 1 saniyə, saat 16.26-da 55 saniyə, saat 18.09-da 17 saniyə, saat 18.43-də 52 saniyə, 26.09.2018-ci il tarixdə saat 16.09-da 0 saniyə, saat 18.38-də 287 saniyə, saat 20.07də 60 saniyə, 27.09.2018-ci il tarixdə saat 11.12-də 0 saniyə, saat 11.13-də 0 saniyə, saat 12.05də 0 saniyə, saat 13.53-də 0 saniyə, saat 15.10-da 4 saniyə, saat 17.24-də 9 saniyə, saat 17.25də 9 saniyə, saat 17.25-də 7 saniyə telefon danışıqlarının aparılması müəyyən edilmişdir. Bundan başqa «705121463 sms in.pdf» adlı fayla baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir yazışma müəyyən edilməmiş, Şahid13 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 26.09.2018-ci il tarixdə «Man pis vazit davam xahiş edirəm zəng vur», 27.09.2018-ci il tarixdə «salam ixdiyar menem men anar amaneti hele vermemizi dayı burda meni başımı xarab eliyir mene deyir ki gelmese seni polise verecek», «bu gün mütleq gelin meni polise verecek», «ixdiyar dayı burda deli olub Allaha and olsun deyir ki seni İran polisinə Refik verecek ixtiyara deyir ki bu gün gelsin pulu getirsin bu gece gel», «hardasan Refik verdin gelirsen tez gel men pis veziyyetdeyem burda meni polise verecekler anasını silik düz deyirəm senin fikrin nedir», «he» mətnli yazışma aparılması müəyyən edilmişdir. Bununla yanaşı, 27.09.2018-ci il tarixdə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi arasında «Menem anar Habil senin yanındadı çavab ver», salam Binnet hardasan gelirsen telefona çavab ver menem men anar darıxıram noldu», «menem anar telefonu götür Bunet cavab ver hardasan gelirsen men burda pis veziyetdeyem üreyim sıxılır burda cavab ver telefona» mətnli yazışma aparılması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 sərhəd keçmə məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs2 24 sentyabr 2018-ci il tarixdə saat 18:23:53-də Biləsuvar sərhəd keçid məntəqəsindən İran İslam Respublikasına keçmiş, 02 oktyabr 2018-ci il tarixdə saat 18:18:01-də Biləsuvar sərhəd keçid məntəqəsindən keçərək Azərbaycan Respublikasına qayıtmışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 sərhəd keçmə məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 15 sentyabr 2018-ci il tarixdə saat 17:09:51-də Biləsuvar sərhəd keçid məntəqəsindən İran İslam Respublikasına keçmiş, 22 sentyabr 2018-ci il tarixdə saat 16:36:07-də Biləsuvar sərhəd keçid məntəqəsindən keçərək Azərbaycan Respublikasına qayıtmışdır. Cinayət işinin materiallarında olan Şahid13 sərhəd keçmə məlumatlarından görünür ki, Şahid13 17 sentyabr 2018-ci il tarixdə saat 16:16:13-də Biləsuvar sərhəd keçid məntəqəsindən İran İslam Respublikasına keçmiş, 19 sentyabr 2018-ci il tarixdə saat 15:15:04-də Biləsuvar sərhəd keçid məntəqəsindən keçərək Azərbaycan Respublikasına qayıtmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25274 saylı 29 sentyabr 2018-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət.Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə…» əl yazıları və AR DİN «Zərflər üçün №164» möhür əksi olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 42,248 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25273 saylı 29 sentyabr 2018-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət.Təqsirləndirilən şəxs3 aşkar edilmiş …» sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 38,18 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25275 saylı 29 sentyabr 2018-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs: (imza) İxtiyar Məhərrəmov …» sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 170,789 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6716 saylı 15 mart 2019-cu il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində «Vət.Təqsirləndirilən şəxs1 Meyib oğlunun üzərindən aşkar edilmiş…» və «Vət.Təqsirləndirilən şəxs3 aşkar edilmiş…» və «Şübhəli şəxs: (imza) Şahid13…» sözlər və imzalar olan 3 (üç) ədəd zərfdəki heroinlər xarici görünüşünə və kimyəvi tərkibinə görə eynidirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 2142 saylı 11 dekabr 2018-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcbüri müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 2118 saylı 07 dekabr 2018-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 2119 saylı 07 dekabr 2018-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkolji Mərkəzinin tibbi yoxlama rəylərindən məlum olur ki, Təqsirləndirilən şəxs2, x7, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmirlər və onların narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirləri tam sübuta yetirilmiş hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 məhkəmədə istintaqdan fərqli ifadə verərək özünü hazırki iş üzrə təqsirli bilməməsi, Təqsirləndirilən şəxs3 ümumiyyətlə narkotik vasitə barədə məlumatsız olması, ibtidai istintaq zamanı Bünyada qarşı təzyiq altında ifadə verməsi, Təqsirləndirilən şəxs2 İrana gedərkən narkotik vasitə üçün girovda qalmasından xəbərsiz olduğu kimi ifadələrini həqiqətə uyğun olmayan və cinayətin digər iştirakçılarını cinayət məsuliyyətindən yayındırmaq üçün uydurulmuş ifadələr kimi qiymətləndirir. Bundan başqa məhkəmə, Təqsirləndirilən şəxs2 məhkəmədə istintaqdan fərqli ifadə verərək İran İslam Respublikasına guya alınacaq qabqacağın dəyərinin əvəzində girov kimi getməsi, sonradan Təqsirləndirilən şəxs1 və Şahid13 narkotik vasitə almalarını bilməsi, Bünyadın bu cinayətdən xəbərsiz olması, Bünyadın nömrəsi Qabilin telefonunda olduğu üçün Bünyada zəng vurması barədə ifadələrini həqiqi ifadələr kimi qəbul etmir və həmin ifadələri özünmüdafiə və Bünayadı cinayət məsuliyyətindən yayındırmaq üçün uydurulmuş ifadələr kimi qiymətləndirir. Bundan başqa məhkəmə, Təqsirləndirilən şəxs3 məhkəmədə özünü təqsirli bilməməsi, bu cinayətdə heç bir iştirakının olmaması kimi ifadələrini də özünü müdafiə etmək üçün uydurulmuş ifadələr kimi qiymətləndrir. Məhkəmə təqsirləndirilən şəxslər Qabil Məmmdov və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri daha inandırıcı hesab edir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqları üçün cəzalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 28 sentyabr 2018-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 03 oktyabr 2018-cü il tarixdən hesablanmalıdır. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxlərin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsində göstərilmişdir ki, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.2-ci maddəsində göstərilmişdir ki, dəyəri olmayan digər əşyalar məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin də saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş təmiz çəkisi tədqiqatlardan sonrakı qalıq hissəsi - 42,198 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs3 aşkar edilib götürülmüş təmiz çəkisi tədqiqatlardan sonrakı qalıq hissəsi -38,131 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməlidir. İxtiyar Məhərrəmov barəsində cinayət işi ayrıldığı üçün ondan götürülmüş maddi sübut olan tədqiqatlardan sonrakı qalıq hissəsi 170,689 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin Bakı şəhəri Nizami rayon Polis İdarəsinin də saxlanc yerinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan «xxxxxxxx» MMC-dən və «xxxxxxx» MMC-dən daxil olmuş 2 ədəd CD-lər, eləcə də x1 mənzilinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülər olan bir ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza xərcləri 375 (üç yüz yetmiş beş) manat təşkil edir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birindən 125 (yüz iyirmi baş) manat 14 (on dörd) qəpik tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq dövründə təqqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 6 saylı vəkil bürosunun vəkilləri x8 300 (üç) yüz manat, x3 isə 720 (yeddi yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli – 28 sentyabr 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli – 28 sentyabr 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) il 06 (altı) ay müddətə ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli – 03 oktyabr 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin də saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş təmiz çəkisi tədqiqatlardan sonrakı qalıq hissəsi - 42,198 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs3 aşkar edilib götürülmüş təmiz çəkisi tədqiqatlardan sonrakı qalıq hissəsi -38,131 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. İxtiyar Məhərrəmov barəsində cinayət işi ayrıldığı üçün ondan götürülmüş maddi sübut olan tədqiqatlardan sonrakı qalıq hissəsi 170,689 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin Bakı şəhəri Nizami rayon Polis İdarəsinin də saxlanc yerinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan «xxxxxxxx» MMC-dən və «xxxxxxx» MMC-dən daxil olmuş 2 ədəd CD-lər,eləcə də x1 mənzilinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülər olan bir ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 375 (üç yüz yetmiş beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birindən 125 (yüz iyirmi baş) manat 14 (on dörd) qəpik tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq dövründə təqqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 6 saylı vəkil bürosunun vəkilləri x8 300 (üç) yüz manat, x3 isə 720 (yeddi yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Sədrlik edən Zeynal Ağayev Hakimlər Azad Məcidov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar