Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-80/2022 04.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X40 və hakim köməkçisi X22, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxslərin nümyəndələri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 12 saylı Vəkl Bürosunun vəkili Nümayəndə3 və Bakı şəhəri 11 saylı Vəkl Bürosunun vəkili Nümayəndə2, Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin ləğvedicisi ADİF-in nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə1 iştirakları ilə, xx xxxxx 1966-cı ildə Ermənistan Respublikasının Gorus şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" ASC-nin təsisçiçi və Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsi ev 20, mənzil 31-də pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2, 308.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qeyrilərinin köməkçiliyi ilə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq mənimsəmə yolu ilə talamış, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən təkrarən istifadə etmişdir. Belə ki, o, 5 mart 2004-cü il tarixdən 22 iyul 2016-cı il tarixədək Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən verilmiş 22 aprel 2005-ci il tarixli lisenziyaya əsasən fəaliyyət göstərən "xxxx" ASC-nin payçılarının 5 mart 2004-cü il tarixli ümumi yığıncağının 13/03 saylı protokolu ilə rəsmiləşdirilmiş iclasında bankın Müşahidə şurasının sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləyərkən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, bankın idarə edilməsinə və fəaliyyətinə nəzarətin həyata keçirilməsi, o cümlədən, bankın İdarə Heyətindən hesabat alınması, səhmdarların ümumi yığıncağı və İdarə Heyətinə tövsiyələr verilməsi, bank tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə bu pozuntu barəsində səhmdarların ümumi yığıncağının, Audit Komitəsinin və İdarə Heyətinin xəbərdar edilməsi, maliyyə bazarlarına nəzarət orqanına isə bank qanunvericiliyinin və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktları barədə bildirişlərin göndərilməsi, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sisteminin hazırlanması və tətbiq edilməsi, bankın kapital ehtiyatlarının yaradılması haqqında qərar qəbul edilməsi, bankın nizamnamə kapitalının 50 faizindən artıq məbləğdə və bankın nizamnaməsində nəzərdə tutulmuş hallarda bank adından müvafiq əqdlərin bağlanmasına icazə verilməsi, aidiyyəti şəxslərlə dəyəri bankın aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi, bankın fəaliyyətinin kompleks və ya ayrı-ayrı sahələrinin yoxlanılması barədə qərar qəbul edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, istintaqla şəxsiyyətləri araşdırılan həmin bankın vəzifəli şəxslərinin, adlarına kredit vəsaitinin ayrılması üçün şəxslərin müəyyən edilməsi və həmin şəxslərin iştirakı ilə kredit rəsmiləşdirilməsinin həyata keçirilməsinə dair məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdikləri yardımda ifadə olunan köməkçilikləri ilə qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş həmin banka məxsus əmlakı mənimsəmə yolu ilə talamaq məqsədilə 2010, 2013 və 2015-ci illərdə ümumilikdə 2.182.928,31 manat və 835.000 ABŞ dolları məbləğində pul vəsaitinin öz adına təminatsız, olaraq kredit qismində rəsmiləşdirilib həmin məbləğdə pulun özünə təqdim edilməsinə dair tapşırığı əsasında, köməkçi qismində ona yardım edən bankın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən öz adına həmin məbləğdə pul vəsaitinin kredit qismində rəsmiləşdirilməsi razılaşdırılmaqla bankın Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi məhəllə 1130 ünvanında yerləşən baş ofisində meyvəçilyin inkişafı, şəxsi istifadə, həyət evinin tikintisi təyinatları üzrə ümumilikdə 2.182.928,31 manat və 835.000 ABŞ dolları məbləğində pul vəsaitinin kredit qismində ona ayrılması üzrə 200.000 manat məbləğində kreditin verilməsinə dair 16.06.2010-ci il tarixli 005/10 saylı kredit müqaviləsi, 215.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 171.677,5 manat) məbləğində kreditin verilməsinə dair 25.12.2010-ci il tarixli kredit kartı müqaviləsi, 620.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 486.514 manat) məbləğində kreditin verilməsinə dair 07.01.2013-ci il tarixli PK361 saylı kredit kartı müqaviləsi və 1.982.928,31 manat məbləğində kreditin verilməsinə dair 21.12.2015-ci il tarixli 0165/15 saylı kredit müqaviləsi hazırlanmaqla, sonuncunun maddi-məişət şəraiti, gəlir və xərcləri, həmin vəsaiti geri qaytarmaq üçün real imkanlara malik olub-olmaması üzrə hər hansı yoxlama və analiz aparılmadan, həmin tarixdə qeyd edilən sənədlər imzalandıqdan sonra, ümumilikdə 2.182.928,31 manat və 835.000 ABŞ dolları (həmin dövrlərin rəsmi məzənnəsinə uyğun olaraq 658.191,5 manat) məbləğdə pul vəsaitini qeyd edilən ünvanda yerləşən bankın baş ofisinin xəzinəsindən bankın vəzifəli şəxsləri vasitəsi ilə götürüb şəxsi ehtiyaclarına xərcləməklə 16.06.2010-cü il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 30.000 manat əsas, 34.595,55 manat hesablanmış faizlərin və 21.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 100.000 manat məbləğində faizlərin ödənilməsinə baxmayaraq, 2.152.928,31 manat və 671.659,38 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 527.772,15), eləcə də, 800.511,54 manat və 225.350,17 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 383.095,29 manat) faiz borcunu, bundan başqa, eyni niyyətlə, 2012-ci iyun ayının sonlarında 300.000 manat məbləğində pul vəsaitinin tanışının adına təminatsız olaraq kredit qismində rəsmiləşdirilib həmin məbləğdə pulun özünə təqdim edilməsinə dair tapşırığı əsasında, köməkçi qismində ona yardım edən bankın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tanışı Şahid8 Zülfüqar oğlunun adına həmin məbləğdə pul vəsaitinin kredit qismində rəsmiləşdirilməsi razılaşdırılmaqla bankın Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi məhəllə 1130 ünvanında yerləşən baş ofisində həyət evinin tikintisi təyinatı üzrə 300.000 manat məbləğində pul vəsaitinin kredit qismində ona ayrılmasına dair 27.06.2012-ci il tarixli 069/12 saylı kredit müqaviləsi hazırlanmaqla, sonuncunun maddi-məişət şəraiti, gəlir və xərcləri, həmin vəsaiti geri qaytarmaq üçün real imkanlara malik olub-olmaması üzrə hər hansı yoxlama və analiz aparılmadan, həmin tarixdə qeyd edilən sənədlər imzalandıqdan sonra, 300.000 məbləğində pul vəsaitini qeyd edilən ünvanda yerləşən bankın baş ofisinin xəzinəsindən bankın vəzifəli şəxsləri vasitəsi ilə götürüb şəxsi ehtiyaclarına xərcləməklə, 27.06.2012-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 167.917 manat əsas, 96.768,70 manat hesablanmış faizlərin ödənilməsinə baxmayaraq, 132.466,51 manat əsas, 71.010,04 manat faiz və cərimə borcunu, bundan başqa, eyni niyyətlə, 2012, 2014 və 2016-cı illərdə ümumilikdə 4.650.290 manat məbləğində pul vəsaitinin qohumunun adına təminatsız olaraq kredit qismində rəsmiləşdirilib həmin məbləğdə pulun özünə təqdim edilməsinə dair tapşırığı əsasında, köməkçi qismində ona yardım edən bankın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən qohumu Şahid4 adına həmin məbləğdə pul vəsaitinin kredit qismində rəsmiləşdirilməsi razılaşdırılmaqla bankın Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi məhəllə 1130 ünvanında yerləşən baş ofisində və sonuncu dəfə ünvan 1 ünvanında yerləşən “ünvan 2 kommersiya təyinatı üzrə ümumilikdə 4.650.290 manat məbləğində pul vəsaitinin kredit qismində ona ayrılması üzrə 255.500 manat kreditin verilməsinə dair 29.12.2012-ci il tarixli 156/12 saylı kredit müqaviləsi, 2.600.000 manat kreditin verilməsinə dair 21.02.2014-cü il tarixli 151/14 saylı kredit müqaviləsi və 1.794.790 manat kreditin verilməsinə dair 06.06.2016-cı il tarixli 151/14 saylı kredit müqavilələri hazırlanmaqla, sonuncunun maddi-məişət şəraiti, gəlir və xərcləri, həmin vəsaiti geri qaytarmaq üçün real imkanlara malik olub-olmaması üzrə hər hansı yoxlama və analiz aparılmadan, həmin tarixdə qeyd edilən sənədlər imzalandıqdan sonra, ümumilikdə 4.650.290 məbləğində pul vəsaitini qeyd edilən ünvanda yerləşən bankın baş ofisinin xəzinəsindən bankın vəzifəli şəxsləri vasitəsi ilə götürüb şəxsi ehtiyaclarına xərcləməklə, 29.12.2012-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 59.519,44 manat və 21.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 483.022,23 manat hesablanmış faizlərin ödənilməsinə baxmayaraq, 4.650.290 manat əsas, 1.593.790,96 manat faiz və cərimə borcunu, bundan başqa, eyni niyyətlə, 2013-cü ilin may ayının ortalarında 440.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 345.268 manat) məbləğində pul vəsaitinin tanışının adına təminatsız olaraq kredit qismində rəsmiləşdirilib həmin məbləğdə pulun özünə təqdim edilməsinə dair tapşırığı əsasında, köməkçi qismində ona yardım edən bankın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tanışı X14 adına həmin məbləğdə pul vəsaitinin kredit qismində rəsmiləşdirilməsi razılaşdırılmaqla bankın Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi məhəllə 1130 ünvanında yerləşən baş ofisində şəxsi istifadə təyinatı üzrə 440.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 345.268 manat) məbləğində pul vəsaitinin kredit qismində ona ayrılmasına dair 17.05.2013-cü il tarixli 337/13 saylı kredit müqaviləsi hazırlanmaqla, sonuncunun maddi-məişət şəraiti, gəlir və xərcləri, həmin vəsaiti geri qaytarmaq üçün real imkanlara malik olub-olmaması üzrə hər hansı yoxlama və analiz aparılmadan, həmin tarixdə qeyd edilən sənədlər imzalandıqdan sonra, 440.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 345.268 manat) məbləğində pul vəsaitini qeyd edilən ünvanda yerləşən bankın baş ofisinin xəzinəsindən bankın vəzifəli şəxsləri vasitəsi ilə götürüb şəxsi ehtiyaclarına xərcləməklə, 17.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 81.330 ABŞ dolları hesablanmış faizin ödənilməsinə baxmayaraq, 440.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 345.268 manat) məbləğində pul vəsaitindən çıxarılmış 354.849,63 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 278.450,50 manat) əsas, 262.193,96 ABŞ dolları (dövrün rəsmi məzənnəsinə uyğun olaraq 445.729,73 manat) faiz və cərimə borcunu, bundan başqa, eyni niyyətlə, 2013-cü ilin avqust ayının ortalarında 70.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 54.915 manat) məbləğində pul vəsaitinin tanışının adına təminatsız olaraq kredit qismində rəsmiləşdirilib həmin məbləğdə pulun özünə təqdim edilməsinə dair tapşırığı əsasında, köməkçi qismində ona yardım edən bankın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tanışı X12 adına həmin məbləğdə pul vəsaitinin kredit qismində rəsmiləşdirilməsi razılaşdırılmaqla bankın Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi məhəllə 1130 ünvanında yerləşən baş ofisində şəxsi istifadə təyinatı üzrə 70.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 54.915 manat) məbləğində pul vəsaitinin kredit qismində ona ayrılmasına dair 13.08.2013-cü il tarixli 799/13 saylı kredit müqaviləsi hazırlanmaqla, sonuncunun maddi-məişət şəraiti, gəlir və xərcləri, həmin vəsaiti geri qaytarmaq üçün real imkanlara malik olub-olmaması üzrə hər hansı yoxlama və analiz aparılmadan, həmin tarixdə qeyd edilən sənədlər imzalandıqdan sonra, 70.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 54.915 manat) məbləğində pul vəsaitindən çıxarılmış 64.064,27 ABŞ dolları (dövrün rəsmi məzənnəsinə uyğun olaraq 50.252,01 manat) əsas borcu, bundan başqa, eyni niyyətlə, 2013-2015-ci illərdə qohumu Şahid3 adına 10.137.846 manat, 2014-2016-cı illərdə sonuncunun direktoru olduğu "xxxx" MTK-nın adına 14.709.260 manat məbləğində təminatsız kredit rəsmiləşdirilməsinə dair qanunsuz tapşırığına əsasən, Şahid3 və həmin MTK-nın fəaliyyət və maddi vəsaitlərin sərf istiqamətlərinin rentabelliyi, ayrılacaq vəsaiti geri qaytarmaq üçün əmlaka və ya maliyyə vəsaitlərinə malik olub-olmaması üzrə hər hansı yoxlama və analiz aparılmadan, bankın Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi məhəllə 1130 ünvanında yerləşən baş ofisində müvafiq olaraq həyət evinin tikintisi, texnikası alınması, mənzil təmiri, şəxsi istifadə və malmaterial alınması, dövriyyə vəsaitinin artırılması təyinatları üzrə Şahid3 ümumilikdə 10.137.846 manat məbləğində təminatsız kredit verilməsi üçün - 3.080.000 manat kreditin verilməsinə dair 05.12.2013-cü il tarixli 256/13 saylı kredit müqaviləsi, 3.000.000 manat kreditin verilməsinə dair 09.04.2014-cü il tarixli 101/14 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 10.04.2014-cü il tarixli 104/14 saylı kredit müqaviləsi, 100.000 manat kreditin verilməsinə dair 17.04.2014-cü il tarixli 117/14 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 23.04.2014-cü il tarixli 121/14 saylı kredit müqaviləsi, 84.000 manat kreditin verilməsinə dair 22.05.2014-cü il tarixli 146/14 saylı kredit müqaviləsi, 80.000 manat kreditin verilməsinə dair 18.06.2014-cü il tarixli 162/14 saylı kredit müqaviləsi, 70.000 manat kreditin verilməsinə dair 01.07.2014-cü il tarixli 170/14 saylı kredit müqaviləsi, 1.150.000 manat kreditin verilməsinə dair 04.07.2014-cü il tarixli 177/14 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 23.07.2014-cü il tarixli 187/14 saylı kredit müqaviləsi, 120.000 manat kreditin verilməsinə dair 29.08.2014-cü il tarixli 237/14 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 17.09.2014-cü il tarixli 249/14 saylı kredit müqaviləsi, 100.000 manat kreditin verilməsinə dair 18.09.2014-cü il tarixli 251/14 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 01.10.2014-cü il tarixli kredit müqaviləsi, 50 000 manat kreditin verilməsinə dair 02.10.2014-cü il tarixli 263/14 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 10.10.2014-cü il tarixli 267/14 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 17.10.2014-cü il tarixli 138/14 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 20.10.2014-cü il tarixli 276/14 saylı kredit müqaviləsi, 168.423 manat kreditin verilməsinə dair 24.10.2014-cü il tarixli 281/14 saylı kredit müqaviləsi, 100.000 manat kreditin verilməsinə dair 28.10.2014-cü il tarixli 287/14 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 05.11.2014-cü il tarixli 292/14 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 14.11.2014-cü il tarixli 299/14 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 17.11.2014-cü il tarixli 300/14 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 18.11.2014-cü il tarixli 301/14 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 25.11.2014-cü il tarixli 308/14 saylı kredit müqaviləsi, 100.000 manat kreditin verilməsinə dair 01.12.2014-cü il tarixli 314/14 saylı kredit müqaviləsi, 100.000 manat kreditin verilməsinə dair 09.12.2014-cü il tarixli 326/14 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 18.12.2014-cü il tarixli 336/14 saylı kredit müqaviləsi, 60.000 manat kreditin verilməsinə dair 24.12.2014-cü il tarixli 339/14 saylı kredit müqaviləsi, 80.000 manat kreditin verilməsinə dair 25.12.2014-cü il tarixli 334/14 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 29.12.2014-cü il tarixli 348/14 saylı kredit müqaviləsi, 70.000 manat kreditin verilməsinə dair 12.01.2015-ci il tarixli 001/15 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 15.01.2015-ci il tarixli 004/15 saylı kredit müqaviləsi, 88.423 manat kreditin verilməsinə dair 21.01.2015-ci il tarixli 007/15 saylı kredit müqaviləsi, 100.000 manat kreditin verilməsinə dair 23.01.2015-ci il tarixli 008/15 saylı kredit müqaviləsi, 100.000 manat kreditin verilməsinə dair 30.01.2015-ci il tarixli 011/15 saylı kredit müqaviləsi, 60.000 manat kreditin verilməsinə dair 03.02.2015-ci il tarixli 014/15 saylı kredit müqaviləsi, 57.000 manat kreditin verilməsinə dair 23.02.2015-ci il tarixli 016/15 saylı kredit müqaviləsi, 100.000 manat kreditin verilməsinə dair 02.03.2015-ci il tarixli 019/15 saylı kredit müqaviləsi. 70.000 manat kreditin verilməsinə dair 11.03.2015-ci il tarixli 021/15 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 13.03.2015-ci il tarixli 022/15 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 03.04.2015-ci il tarixli 032/15 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 06.04.2015-ci il tarixli 033/15 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 08.04.2015-ci il tarixli 034/15 saylı kredit müqaviləsi, 50.000 manat kreditin verilməsinə dair 19.05.2015-ci il tarixli 052/15 saylı kredit müqaviləsi, eləcə də, həmin MTK-ya 14.709.260 manat məbləğində təminatsız kredit verilməsi üçün 5.000.000 manat kreditin verilməsinə dair 26.12.2014-cü il tarixli 350/14 saylı kredit müqaviləsi, 206.260 manat və 3.000 manat kreditin verilməsinə dair 29.07.2015-ci il tarixli 095/15 saylı kredit müqaviləsi, 1.000.000 manat kreditin verilməsinə dair 29.09.2015-ci il tarixli 128/15 saylı kredit müqaviləsi, 500.000 manat kreditin verilməsinə dair 28.10.2015-ci il tarixli 145/15 saylı kredit müqaviləsi, 500.000 manat kreditin verilməsinə dair 30.10.2015-ci il tarixli 146/15 saylı kredit müqaviləsi, 7.500.000 manat kreditin verilməsinə dair 21.07.2016-ci il tarixli 020/16 saylı kredit müqaviləsi və həmin vəsaitlərin Şahid3 tərəfindən götürülməsinə dair məxaric orderi hazırlanmaqla həmin tarixlərdə qeyd edilən sənədlər sonuncuya imzaladıldıqdan sonra, ümumilikdə 18.000.000 manat məbləğində pul vəsaitini qeyd edilən ünvanda yerləşən bankın baş ofisinin xəzinəsindən bankın vəzifəli şəxsləri və Şahid3 vasitəsi ilə götürüb şəxsi ehtiyaclarına xərcləməklə, Şahid3 adına olan 05.12.2013-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 1.220.750,97 manat, 09.04.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 506.326,66 manat, 10.04.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 14.955,55 manat, 17.04.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 13.719,99 manat, 23.04.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 5.466,67 manat, 22.05.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 8.101,33 manat, 18.06.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 6.791,12 manat, 01.07.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 5.537,78 manat, 04.07.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 89.444,44 manat, 23.07.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 3.466,67 manat, 29.08.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 2.401,00 manat əsas və 6.400,00 manat, 17.09.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 2.266,67 manat, 18.09.2014-cü il tarixdə tarixli müqavilə üzrə kreditin istifadə müddətində 4.488,89 manat, 02.10.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 1.955,55 manat, 10.10.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 1.911,11 manat, 17.10.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 1.600,67 manat, 20.10.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 1.533,33 manat, 24.10.2014-cü il tarixdə tarixli müqavilə üzrə kreditin istifadə müddətində 4.865,55 manat, 28.10.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 2.711,11 manat, 05.11.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 1.200 manat, 14.11.2014cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 1.000 manat, 17.11.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 933,33 manat, 18.11.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 911,11 manat, 5.11.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 755,56 manat, 01.12.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 1.244,44 manat, 09.12.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 888,89 manat, 18.12.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 244,44 manat, 24.12.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 133,33 manat, 25.12.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 142,22 manat hesablanmış faizlərin ödənilməsinə baxmayaraq, ümumilikdə Şahid3 adına ayrılmış 10.135.445 manat məbləğində əsas, 7.186.303,31 manat faiz və cərimə borcunu, "xxxx" MTK-nın adına ayrılmış 26.12.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 170.645 manat əsas və 588.888,88 manat hesablanmış faiz borcundan, 26.12.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 14.740,54 manat, 29.09.2015-ci il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 57.111,11 manat, 28.10.2015-ci il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 63.000,00 manat, 30.10.2015-ci il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 40.805,56 manat, hesablanmış faiz borcundan ödənilməsinə baxmayaraq, ümumilikdə "xxxx" MTK-nın 14.538.615 manat əsas, 4.462.341,42 manat faiz və cərimə borcunu, bundan başqa, eyni niyyətlə, 2014-cü ilin aprel ayının sonlarında qohumu Şahid11 adına 6.000.000 manat, 2016-cı ilin iyul ayının ortalarında sonuncunun direktoru olduğu “MM Bəzgah” X24 adına 12.000.000 manat məbləğində təminatsız kredit rəsmiləşdirilməsinə dair qanunsuz tapşırığına əsasən, Şahid11 və həmin təsərrüfatın fəaliyyət və maddi vəsaitlərin sərf istiqamətlərinin rentabelliyi, ayrılacaq vəsaiti geri qaytarmaq üçün əmlaka və ya maliyyə vəsaitlərinə malik olub-olmaması üzrə hər hansı yoxlama və analiz aparılmadan, bankın Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi məhəllə 1130 ünvanında yerləşən baş ofisində müvafiq olaraq həyət evinin tikintisi və kənd təsərrüfatı məhsullarının istehsalı və inkişafı təyinatı üzrə müvafiq olaraq Şahid11 6.000.000 manat məbləğində təminatsız kredit verilməsinə dair 28.04.2014-cü il tarixli 125/14 saylı kredit müqaviləsi, həmin müəssisəyə 60 ay müddətə 12.000.000 manat məbləğində təminatsız kredit verilməsinə dair 20 iyul 2016-cı il tarixli 021/16 saylı kredit müqaviləsi və həmin vəsaitin Binyadalı Həsənov tərəfindən götürülməsinə dair məxaric orderi hazırlanmaqla həmin tarixlərdə qeyd edilən sənədlər sonuncuya imzaladıldıqdan sonra, köhnə tarixə, yəni 14 iyul 2016-cı il tarixə guya həmin X26 qeyd edilən məbləğdə kredit vəsaitinin ayrılmasına icazə verilməsinə dair 24/09 saylı iclas protokolu tərtib edilməklə, ümumilikdə 18.000.000 manat məbləğində pul vəsaitini qeyd edilən ünvanda yerləşən bankın baş ofisinin xəzinəsindən bankın vəzifəli şəxsləri vasitəsi ilə götürüb şəxsi ehtiyaclarına xərcləməklə, 18.000.000 manat məbləğində əsas, müvafiq olaraq 4.234.667,14 manat və 3.175.380,00 manat, cəmi 7.410.047,14 manat faiz və cərimə borcunu, 2014-cü ilin avqust ayında 5.102.957 manat məbləğində pul vəsaitinin tanışı Şahid15 adına təminatsız olaraq kredit qismində rəsmiləşdirilib həmin məbləğdə pulun özünə təqdim edilməsinə dair tapşırığı əsasında, köməkçi qismində ona yardım edən bankın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən cinayətdən xəbərsiz Şahid15 adına həmin məbləğdə pul vəsaitinin kredit qismində rəsmiləşdirilməsi barədə sonuncunun xəbəri olmadan sənədlər tərtib edilməklə yerinə imzalandıqdan sonra maddi-məişət şəraiti, gəlir və xərcləri, həmin vəsaiti geri qaytarmaq üçün real imkanlara malik olub-olmaması üzrə hər hansı yoxlama və analiz aparılmadan, bankın Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi məhəllə 1130 ünvanında yerləşən baş ofisində Şahid15 adından guya biznesin inkişafı təyinatı üzrə 01.08.2014-cü il tarixli 400/14 saylı kredit müqaviləsinə əsasən 02.09.2014-cü il tarixdə 2.357.907 manat məbləğində, 01.08.2014-cü il tarixli 400/14 saylı kredit müqaviləsinə əsasən 16.09.2014-cü il tarixdə 2.745.050,00 manat məbləğində pul vəsaitinin kredit qismində ayrılmasına nail olaraq 5.102.957 manat məbləğində pul vəsaitini bankın vəzifəli şəxsləri vasitəsi ilə götürüb şəxsi ehtiyaclarına xərcləməklə, 01.06.2020-ci il tarixədək hər iki müqavilə üzrə ümumilikdə 5.102.957 manat əsas, 1.716.899,81 manat məbləğində faiz və cərimə borcunu, bundan başqa, eyni niyyətlə, 2014-cü ilin noyabr ayının sonu – dekabr ayının əvvəllərində 2.100.000 manat məbləğində pul vəsaitinin bankın hər hansı işçisinin adına təminatsız olaraq kredit qismində rəsmiləşdirilib həmin məbləğdə pulun özünə təqdim edilməsinə dair tapşırığı əsasında, köməkçi qismində ona yardım edən bankın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən "xxxx" ASC-nin Gənclik filialında mülki mühafizəçi vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid5 adına həmin məbləğdə pul vəsaitinin kredit qismində rəsmiləşdirilməsi sonuncunun xəbəri olmadan razılaşdırılmaqla bankın Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 21 ünvanında yerləşən həmin filialında Şahid5 adından guya qeyri-yaşayış binasının tikintisi və təmiri təyinatı üzrə 6 ay müddətə 2.100.000 manat məbləğində pul vəsaitinin kredit qismində sonuncuya ayrılmasına dair 22 dekabr 2014-cü il tarixli müraciət və 22 dekabr 2014-cü il tarixli 042 saylı kredit müqaviləsi, həmin vəsaitin Şahid5 tərəfindən götürülməsinə dair məxaric orderi hazırlanmaqla, sonuncunun maddiməişət şəraiti, gəlir və xərcləri, həmin vəsaiti geri qaytarmaq üçün real imkanlara malik olubolmaması üzrə hər hansı yoxlama və analiz aparılmadan, həmin tarixdə qeyd edilən sənədlər Şahid5 imzaladıldıqdan sonra, köhnə tarixə, yəni 1 dekabr 2014-cü il tarixə guya Şahid5 müraciətinə baxılması və ona qeyd edilən məbləğdə kredit vəsaitinin ayrılmasına icazə verilməsinə dair 22/35 saylı iclas protokolu tərtib edilməklə, 2.100.000 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi məhəllə 1130 ünvanında yerləşən bankın baş ofisinin xəzinəsindən bankın vəzifəli şəxsləri vasitəsi ilə götürüb şəxsi ehtiyaclarına xərcləməklə, 22.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 312.083,32 manat hesablanmış faizlərin ödənilməsinə baxmayaraq, 2.100.000 manat əsas, 761.832,87 manat faiz və cərimə borcunu, bundan başqa, eyni niyyətlə, 2015-ci ilin fevral və sentyabr aylarının əvvəllərində ümumilikdə 9.586.458 manat məbləğində pul vəsaitinin qohumlarının adına təminatsız olaraq kredit qismində rəsmiləşdirilib həmin məbləğdə pulun özünə təqdim edilməsinə dair tapşırığı əsasında, köməkçi qismində ona yardım edən bankın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən qohumu Şahid7 adına həmin məbləğdə pul vəsaitinin kredit qismində rəsmiləşdirilməsi razılaşdırılmaqla bankın Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi məhəllə 1130 ünvanında yerləşən baş ofisində müvafiq olaraq mal-materialın alınması və həyət evinin tikintisi təyinatı üzrə ümumilikdə 9.586.458 manat məbləğində pul vəsaitinin kredit qismində ona ayrılması üzrə 6.586.458 manat kreditin veriməsinə dair 20.02.2015-ci il tarixli 152/15 saylı və 3.000.000 manat kreditin veriməsinə dair 23.09.2015-ci il tarixli 126/15 saylı kredit müqavilələri hazırlanmaqla, sonuncunun maddi-məişət şəraiti, gəlir və xərcləri, həmin vəsaiti geri qaytarmaq üçün real imkanlara malik olub-olmaması üzrə hər hansı yoxlama və analiz aparılmadan, həmin tarixdə qeyd edilən sənədlər imzalandıqdan sonra, ümumilikdə 9.586.458 məbləğində pul vəsaitini qeyd edilən ünvanda yerləşən bankın baş ofisinin xəzinəsindən bankın vəzifəli şəxsləri vasitəsi ilə götürüb şəxsi ehtiyaclarına xərcləməklə, 20.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 1.888.275,04 manat əsas, 488.445,88 manat hesablanmış faizlərin və 23.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 2.002.001,87 manat əsas, 69.456,00 manat hesablanmış faizlərin ödənilməsinə baxmayaraq, 5.696.181,09 manat əsas, 2.294.072,17 manat faiz və cərimə borcunu, bundan başqa, eyni niyyətlə, 2015-ci ilin mart, aprel və may aylarında ümumilikdə 1.394.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 2.369.800 manat) məbləğində pul vəsaitinin tanışının adına təminatsız olaraq kredit qismində rəsmiləşdirilib həmin məbləğdə pulun özünə təqdim edilməsinə dair tapşırığı əsasında, köməkçi qismində ona yardım edən bankın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən qohumu Şahid6 adına həmin məbləğdə pul vəsaitinin kredit qismində rəsmiləşdirilməsi razılaşdırılmaqla bankın Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi məhəllə 1130 ünvanında yerləşən baş ofisində müvafiq olaraq həyət evinin tikintisi, yaşayış sahəsinin təmiri, yaşayış sahəsinin tikintisi və təmiri təyinatları üzrə ümumilikdə 1.394.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 1.462.855.80 manat) məbləğində pul vəsaitinin kredit qismində ona ayrılmasına dair 80.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 83.904 manat) məbləğində kreditin verilməsinə dair 18.03.2015ci il tarixli 025/15 saylı kredit müqaviləsi, 60.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 62.916 manat) məbləğində kreditin verilməsinə dair 19.03.2015ci il tarixli 026/15 saylı kredit müqaviləsi, 200.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 210.400 manat) məbləğində kreditin verilməsinə dair 10.04.2015-ci il tarixli 036/15 saylı kredit müqaviləsi, 60.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 63.222 manat) məbləğində kreditin verilməsinə dair 13.04.2015-ci il tarixli 039/15 saylı kredit müqaviləsi, 30.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 31.542 manat) məbləğində kreditin verilməsinə dair 14.04.2015-ci il tarixli 063/15 saylı kredit müqaviləsi, 230.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 241.822 manat) məbləğində kreditin verilməsinə dair 14.04.2015-ci il tarixli 064/15 saylı kredit müqaviləsi, 44.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 46.230,80 manat) məbləğində kreditin verilməsinə dair 16.04.2015-ci il tarixli 041/15 saylı kredit müqaviləsi, 60.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 63.036 manat) məbləğində kreditin verilməsinə dair 23.04.2015-ci il tarixli 047/15 saylı kredit müqaviləsi, 500.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 523.550 manat) məbləğində kreditin verilməsinə dair 18.05.2015-ci il tarixli 059/15 saylı kredit müqaviləsi, 90.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 94.293 manat) məbləğində kreditin verilməsinə dair 19.05.2015-ci il tarixli 060/15 saylı kredit müqaviləsi və 40.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 41.940 manat) məbləğində kreditin verilməsinə dair 20.05.2015-ci il tarixli 061/15 saylı kredit müqavilələri hazırlanmaqla, sonuncunun maddiməişət şəraiti, gəlir və xərcləri, həmin vəsaiti geri qaytarmaq üçün real imkanlara malik olubolmaması üzrə hər hansı yoxlama və analiz aparılmadan, həmin tarixdə qeyd edilən sənədlər imzalandıqdan sonra, ümumilikdə 1.394.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 1.462.855,80 manat) məbləğində pul vəsaitini qeyd edilən ünvanda yerləşən bankın baş ofisinin xəzinəsindən bankın vəzifəli şəxsləri vasitəsi ilə götürüb şəxsi ehtiyaclarına xərcləməklə, 18.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 10.170,83 ABŞ dolları, 19.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 7.300,01 ABŞ dolları, 10.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 23.722,23 ABŞ dolları, 13.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 7.066,67 ABŞ dolları,14.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 3.524,99 ABŞ dolları, 14.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 26.897,22 ABŞ dolları, 14.04.2015ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 5.145,55 ABŞ dolları, 23.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 7.783,34 ABŞ dolları, 18.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 57.16,67 ABŞ dolları, 20.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 4.588,88 ABŞ dolları hesablanmış faizlərin ödənilməsinə baxmayaraq, 1.394 000.ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 1.462.855,80 manat) əsas, 573.710,64 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 975.308,08 manat) faiz və cərimə borcunu, bundan başqa, eyni niyyətlə, 2016-cı ilin iyun ayında 2.000.000 manat məbləğində pul vəsaitinin bankın hər hansı işçisinin adına təminatsız olaraq kredit qismində rəsmiləşdirilib həmin məbləğdə pulun özünə təqdim edilməsinə dair tapşırığı əsasında, köməkçi qismində ona yardım edən bankın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən bankın baş ofisində mülki mühafizəçi vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid2 adına həmin məbləğdə pul vəsaitinin kredit qismində rəsmiləşdirilməsi sonuncunun xəbəri olmadan razılaşdırılmaqla bankın Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi məhəllə 1130 ünvanında yerləşən baş ofisində Şahid2 adından guya "xxxx" MMC tikinti şirkətindən mənzillərin alınması təyinatı üzrə 24 ay müddətə 2.000.000 manat məbləğində pul vəsaitinin kredit qismində ona ayrılmasına dair tarixsiz müraciət və 24 iyun 2016-cı il tarixli 016/16 saylı kredit müqaviləsi, həmin vəsaitin Şahid2 tərəfindən götürülməsinə dair məxaric orderi hazırlanmaqla, sonuncunun maddi-məişət şəraiti, gəlir və xərcləri, həmin vəsaiti geri qaytarmaq üçün real imkanlara malik olub-olmaması üzrə hər hansı yoxlama və analiz aparılmadan, həmin tarixdə qeyd edilən sənədlər Şahid2 imzaladıldıqdan sonra, köhnə tarixə, yəni 20 iyun 2016-cı il tarixə guya Şahid2 müraciətinə baxılması və ona qeyd edilən məbləğdə kredit vəsaitinin ayrılmasına icazə verilməsinə dair 24/06 saylı iclas protokolu tərtib edilməklə, 2.000.000 manat məbləğində pul vəsaitini qeyd edilən ünvanda yerləşən bankın baş ofisinin xəzinəsindən bankın vəzifəli şəxsləri vasitəsi ilə götürüb şəxsi ehtiyaclarına xərcləməklə, 2.000.000 manat əsas, 1.000.999,81 manat faiz və cərimə borcunu, bundan başqa, eyni niyyətlə, 2016-cı iyun ayının ortalarında 3.000.000 manat məbləğində pul vəsaitinin qohumunun adına təminatsız olaraq kredit qismində rəsmiləşdirilib həmin məbləğdə pulun özünə təqdim edilməsinə dair tapşırığı əsasında, köməkçi qismində ona yardım edən bankın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən qohumu X19 adına həmin məbləğdə pul vəsaitinin kredit qismində rəsmiləşdirilməsi razılaşdırılmaqla bankın Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi məhəllə 1130 ünvanında yerləşən baş ofisində malmaterialın alınması təyinatı üzrə 3.000.000 manat məbləğində pul vəsaitinin kredit qismində ona ayrılmasına dair 17.06.2016-cı il tarixli 014/16 saylı kredit müqaviləsi hazırlanmaqla, sonuncunun maddi-məişət şəraiti, gəlir və xərcləri, həmin vəsaiti geri qaytarmaq üçün real imkanlara malik olub-olmaması üzrə hər hansı yoxlama və analiz aparılmadan, həmin tarixdə qeyd edilən sənədlər imzalandıqdan sonra, ümumilikdə 3.000.000 məbləğində pul vəsaitini qeyd edilən ünvanda yerləşən bankın baş ofisinin xəzinəsindən bankın vəzifəli şəxsləri vasitəsi ilə götürüb şəxsi ehtiyaclarına xərcləməklə, 3.000.000 manat əsas, 696.500 manat faiz və cərimə borcunu, bundan başqa, eyni niyyətlə, 2016-cı ilin iyul ayının əvvəllərində X30 direktoru olduğu MM “NUR” X24 adına 2.500.000 manat məbləğində təminatsız kredit rəsmiləşdirilməsinə dair qanunsuz tapşırığına əsasən, həmin təsərrüfatın fəaliyyət və maddi vəsaitlərin sərf istiqamətlərinin rentabelliyi, ayrılacaq vəsaiti geri qaytarmaq üçün əmlaka və ya maliyyə vəsaitlərinə malik olub-olmaması üzrə hər hansı yoxlama və analiz aparılmadan, bankın Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi məhəllə 1130 ünvanında yerləşən baş ofisində kənd təsərrüfatı məhsullarının istehsalı və inkişafı təyinatı üzrə həmin müəssisəyə 2.500.000 manat məbləğində təminatsız kredit verilməsinə dair 5 iyul 2016-cı il tarixli 018/16 saylı kredit müqaviləsi və həmin vəsaitin Şirin Ağayev tərəfindən götürülməsinə dair məxaric orderi hazırlanmaqla həmin tarixdə qeyd edilən sənədlər imzalandıqdan sonra, 2.500.000 manat məbləğində pul vəsaitini qeyd edilən ünvanda yerləşən bankın baş ofisinin xəzinəsindən bankın vəzifəli şəxsləri vasitəsi ilə götürüb şəxsi ehtiyaclarına xərcləməklə, 2.500.000 manat əsas, 1.243.370,43 manat faiz və cərimə borcunu, ümumilikdə, qeyd edilən qaydada 10 fiziki, 3 hüquqi şəxs və özünün adına ayrılmış cəmi 72.328.213,37 manat (yetmiş iki milyon üç yüz iyirmi səkkiz min iki yüz on üç manat otuz yeddi qəpik) məbləğində "xxxx" ASC-yə məxsus olmaqla ona etibar edilmiş pul vəsaitini həmin bankın səlahiyyətli vəzifəli şəxslərinin köməkçiliyi ilə öz qulluq mövqeyindən istifadə edərək həmin banka vahid niyyətlə külli miqdarda ziyan vurub mənimsəməklə talamış, həmin hərəkətləri, habelə 31.041.813,11 manat (otuz bir milyon qırx bir min səkkiz yüz on üç manat on bir qəpik) məbləğində faiz məbləğlərini qəsdən ödəməməklə "xxxx" ASC-nin əmlakının qorunub saxlanılması, verilən kredit məbləğləri üzrə öhdəliklərin təminatlılığının və vəsaitlərinin geri qaytarılmasının təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin bankın Müşahidə şurasının sədri vəzifəsində işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, 2012-ci ilin oktyabr ayının sonlarında tanışı Zərərçəkmiş şəxs2 5.000.000 manat məbləğində pul vəsaitinin kredit qismində onun idarəçiliyində olan şirkətin adına götürmək istəyinə dair özünə etdiyi müraciətdən sonra sonuncuya özünün də qeyd edilən məbləğdə vəsaitə ehtiyacının olduğunu, 5.000.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs2 kredit qismində götürməsindən sonra həmin pulun özünə verildiyi təqdirdə əsas məbləği müəyyən müddətdən sonra qaytarmaqla yanaşı qazanc da verəcəyini Zərərçəkmiş şəxs2la həmin vaxt Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə görüşləri zamanı ona bildirib, aralarında olan tanışlıq və inamdan istifadə edərək yalan vədləri ilə onu aldadıb razılığını aldıqdan sonra, sonuncunun tapşırığına əsasən, faktiki olaraq, Zərərçəkmiş şəxs2 məxsus olmaqla direktoru X20 olan "xxxx" MMC-nin adına Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi məhəllə 1130 ünvanında yerləşən bankın baş ofisində mal-material alınması təyinatı üzrə 5.000.000 manat məbləğində pul vəsaitinin kredit qismində ayrılmasına dair 24.10.2012-ci il tarixli 120/12 saylı kredit müqaviləsi hazırlanmaqla Mübariz Abdullayev tərəfindən imzalandıqdan sonra 5.000.000 manat məbləğində pul vəsaiti sonuncu tərəfindən bankdan həmin tarixdə götürülüb Zərərçəkmiş şəxs2 verildikdən sonra sonuncudan həmin məbləğdə pul vəsaitini bankın baş ofisində şəxsən alıb, öz şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 5.000.000 (beş milyon) manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla tərkarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə "xxxx" MTK tərəfindən ünvan 4 ünvanında inşa edilmiş binada Zərərçəkmiş şəxs3 109 m2 sahəli 43 nömrəli mənzil satın alması üçün həmin bank tərəfindən 28.02.2012-ci il tarixli 158 saylı kredit və 158/1 saylı ipoteka müqavilələri üzrə götürdüyü 98.100 manat məbləğində kredit vəsaitindən ödənilməmiş qalan 30.000 manat məbləğində əsas borcun həmin banka ödənilərək mənzil borcunun olmamasına dair qeyd olunan mənzili sonradan başqa şəxsə satılması məqsədilə alan şəxsin adına maliyyə arayışı verilməsinə dair özünə müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs3 kredit üzrə təxminən 30.000 manat əsas borcunun olmasını, 30.000 manat məbləğində pul ödədiyi təqdirdə həmin kreditlər üzrə borcun olmamasına dair maliyyə arayışı verəcəyi barədə sonuncuya yalandan vəd verməklə onu aldadıb, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 2015-ci il tarixdə bankın Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi məhəllə 1130 ünvanında yerləşən baş ofisindəki xidməti otağında Zərərçəkmiş şəxs3 30.000 manat məbləğində pul vəsaitini şəxsən alıb, inandırmaq üçün istintaqla müəyyən edilməyən şəraitdə köməkçi qismində ona yardım edən bankın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən qanunsuz olaraq hazırlanmaqla əsas borcun bağlanması üçün qeyd edilən məbləğin ödənilməsi barədə qəbzi sonuncuya verib, ondan aldığı həmin məbləği banka ödəməməklə şəxsi ehtiyaclarına sərf edib, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 30.000 (otuz min) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla tərkarən dələduzluq etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə etmişdir. Bundan başqa, o, həmin bankın Müşahidə şurasının sədri vəzifəsində işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, "xxxx" ASC-nin Bakı filialının müdiri vəzifəsində işləmiş Zərərçəkmiş şəxs1, faktiki olaraq özünün idarəçiliyində olan "xxxx" MTK tərəfindən ünvan 4 ünvanında inşa edilmiş binada 170 m2 sahəli 52 nömrəli mənzil satın alınması üçün həmin bank tərəfindən 30.12.2011-ci il tarixli 149 saylı kredit və 149/1 saylı ipoteka müqaviləri üzrə götürdüyü 136.000 manat məbləğində kredit vəsaitindən ödənilməmiş qalan 119.657 manat məbləğində əsas borcun, habelə, 27 aprel 2011-ci il tarixli müqavilə üzrə Zərərçəkmiş şəxs1 təqdim edilmiş plastik kredit kartı üzrə istifadə edilmiş 15.000 manat məbləğində pul vəsaitindən ödənilməmiş qalan 10.366 manat əsas borcun həmin banka ödənilərək mənzilin borcunun olmamasına dair qeyd olunan mənzili sonradan satın alan X13 adına maliyyə arayışı verilməsinə dair 2019-cu ilin fevral ayının 12-də özünə müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs1 2 kredit üzrə cəmi 130.023 manat əsas borcunun olmasını, 145.000 manat məbləğində pul ödədiyi təqdirdə həmin kreditlər üzrə həm əsas, həm də faiz borcunu Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondunda təsis edilmiş Kredit Komitəsinin qərarına əsasən sildirəcəyinə və "xxxx" MTK-nın qeyd edilən məzmunda maliyyə arayışını verəcəyinə dair yalandan vəd verməklə aldadıb, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 12 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi məhəllə 1130 ünvanında yerləşən Ləğvetmə prosesində olan "xxxx" ASC-nin baş ofisindəki xidməti otağında Zərərçəkmiş şəxs1 145.000 manat məbləğində pul vəsaitini şəxsən alıb, inandırmaq üçün istintaqla müəyyən edilməyən şəraitdə qanunsuz olaraq hazırlanmaqla məzmununa Yusif Abdurahmanov tərəfindən "xxxx" MTK-da olan 52 nömrəli mənzilin dəyərinin tam ödənilməsi və həmin mənzilə görə borcunun olmamasına dair bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin Kooperativin adından sədr tərəfindən imzalanmış və möhürlənmiş 12.02.2019-cu il tarixli bilə-bilə saxta maliyyə arayışından istifadə etməklə Zərərçəkmiş şəxs1 verərək, sonuncudan aldığı həmin məbləği Əmanətlərin Sığortalanması Fonduna ödəməməklə şəxsi ehtiyaclarına sərf edib, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 145.000 (bir yüz qırx beş min) manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla tərkarən dələduzluq etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən təkrarən istifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlarda təqsirli bilməyərək göstərmişdir ki, 1997-ci ildən "xxxx" ASC-nin idarə heyətinin sədri, 1999-cu ildən 2016-ci ilin iyun ayının 22-dək həmin ASC-nin müşahidə şurasının sədri vəzifəsində işləmiş, 2016-ci ildə rəhbərlik etdiyi "xxxx" ASC-nin lisenziyası ləğv edilmişdir. Zərərçəkmiş şəxs2 epizodu üzrə elan edilmiş ittihamla əlaqədar özünü təqsirli bilməyərək göstəmişdir ki, "xxxx" bağlanan zaman məhkəmə qərarı əsasında "xxxx"ın ödənişlərinin ardıcıllığı müəyyən olunmuşdur. Birinci növbədə X7 pulu, ikinci növbədə sığortaya düşməyən fiziki şəxslərin əmanətləri, üçüncü növbədə işçilərin axırıncı üç aylıq əmək haqqları, sonra isə dövlət idarələrinə, hüquqi şəxslərə olan borclar ödənilməli idi. Zərərçəkmiş şəxs2 10.000.000 manat kreditin 5.000.000 manatını ödəmiş, lakin onun iki obyekti Mərkəzi Bankda girovda qalmışdır. Həmin pulu onlar Əmanətlərin Sığortalanması Fonduna ödəmişlər. Hazırda həmin fonda təqribən 20.000.000 manat borc vardır. Həmin pullar ödənildikdn sonra İsfəndiyar müəllimin əmlakı girovdan çıxarıla bilər. O, İsfəndiyar müəllimi ziyalı bir adam kimi, Respublikada böyük bir şirkətə və kapitala malik bir şəxs kimi tanıyır. O, İsfəndiyar müəllimi aldatmamışdır. 2012-ci ildə o, krediti almış və İfəndiyara vermişdir. Sonra İsfəndiyar onu çağırmış və ondan nə qədər borcunun qaldığını öyrənmiş və seyfdən 3.000.000 ABŞ dolları pulu borcu bağlamaq üçün ona vermişdir. O, İsfəndiyara obyektini girovdan çıxarmağa söz vermiş, lakin dəfələrlə Mərkəzi Banka getməsinə baxmayaraq qanun icazə vermədiyinə görə çıxarmaq mümkün olmamışdır. Çünki ilk növbədə Əmanətlərin Sığortalanması Fondunun pulu ödənilməli idi. Daha sonra İsfəndiyar onun yanında oğlu Mehdi ilə əlaqə yaradaraq İstanbul şəhərində bina tikmək üçün 3.000.000 manat pul vermək istədiyini bildirmişdir. Həmin 3.000.000 manatı İsfəndiyar oğlu Mehtiyə vermişdir. Təxminən iki il sonra o, "xxxx"da işdən aralanandan sonra Əmanətlərin Sığortalanması Fondu İsfəndiyar müəllimi məhkəməyə vermişdir. O, bankda olan müddətdə pulları özü yığmışdır. Məhkəmə zamanı İsfəndiyar onu yanına çağırmış və ona “mənə beş il demişdin, amma iki il keçib artıq məni məhkəməyə veriblər” demişdir. O, ona narahat olmamasını, vəkili Siracəddin müəllimi çağırmasını bildirmişdir. Həmin söhbətdə vəkil Şahbaz müəllim də iştirak etmişdir. O, ona narahat olmamağı, həmin borcu elə beş ilə də qaytarmalı olacağını bildirmişdir. Sonra ADİF-in sədr müavininin yanında söhbətləri olmuş, heç bir sənədsiz öz aralarında İsfəndiyar müəllimə 3.500.000 manat pul ödəməsi üçün altı ay vaxt versilməsi barədə razılığa gəlmişlər. Sonra o, həbs olunmamışdan iki gün qabaq İsfəndiyarla Novxanıda təsadüfən marketdə görüşmüşlər və mehriban ünsiyyətləri olmuşdur. Onun əlində video yazılar, səs yazıları və telefon danışıqları vardır. İsfəndiyar müəllim ona 4.500.000 manatı pul ödəməmişdir. Həmin pulu o özü ödəmişdir. Bankın bağlanmağına iki gün qalmış o həmin pulu İsfəndiyarın həyat yoldaşının hesabına qoymuş, İsfəndiyar da pulu oradan götürüb ödəmişdir. Bundan əlavə suallara cavab olaraq bildirmişdir ki, kreditlə bağlı 2012-ci ildə üç tərəfli müqavilə bağlanmış, müqavilənin məbləği 10.000.000 manat olmuş, müqavilənin bir tərəfi "xxxx" şirkəti, digər tərəf isə fiziki şəxs Zərərçəkmiş şəxs2 olmuşdur. Hər bir tərəfə 5.000.000 manat pul verilmişdir. "xxxx" və Mərkəzi Bankla üç tərəfli müqavilə olmuşdur. İsfəndiyar üç tərəfli müqavilə bağlanması barədə bilmişdir. X41 bağlanmış, hətta notarius da iştirak etmişdir. Müqaviləni İdarə heyətinin sədr müavini imzalamışdır. Girovu İsfəndiyar müəllim qoymuş, ailə üzvləri girovun qoyulmasına razlıq vermişlər. Hər iki kredit məbləğini, yəni 10 000 000 manatı İsfəndiyar müəllim özü götürmüşdür. Bundan başqa İsfəndiyara 10 faizlə depozit götürdüyünü, ondan isə 8 faizlə götürəcəyini bildirmişdir. İsfəndiyar isə həmin pulu onun bankına depozitə qoymağa razılaşmışdır. İsfəndiyar ondan 9.800.000 manat pul götürmüşdür. 2016-cı ilin iyun aynının 20-də "xxxx" bağlanmış, bank bağlanana qədər Mərkəzi Banka illik 6 faizlə pulu "xxxx" ödəmişdir. İsfəndiyar ilk olaraq 5.000.000 manatı götürmüş, yerdə qalan pullar da xırda-xırda götürülmüşdür. O, heç bir pul götürməmişdir. Mərkəzi bankda bu kreditə gündəlik faiz hesablanmışdır. 10.000.000 manat "xxxx"a köçürülmüş, həmin gündən də o, Mərkəzi Banka faizlər ödəmişdir. O, İsfəndiyara həmin məbləği götürməsə, ona aylıq 2 faizlə pul ödəyəcəyini bildirmiş, lakin İsfəndiyar pulu götürdüyünə görə o, sonuncuya faiz ödəməmişdir. İsfəndiyarın bütün faiz borclarını Mərkəzi Banka o, özü ödəmişdir. İsfəndiyarın hal-hazıra olan borcu təxminən 5.100.000 manatdır. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 epizodu üzrə verilmiş ittihamla əlaqədar gözünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2011-ci ildən 2017-ci ilədək "xxxx" ASC-nin Bakı filialının müdiri vəzifəsində işləmişdir. 2019-cu ilin fevral ayında onun xidməti otağında Zərərçəkmiş şəxs1 145.000 manat məbləğində pulu ona vermişdir. Belə ki, Əmanətlərin Sığortalanması Fonduna 3.000.000 manat pul ödəməli olduğundan Zərərçəkmiş şəxs1 500.000 manat məbləğində borca pul verməsini xahiş etmiş, Zərərçəkmiş şəxs1 500.000 manat pulunun olmadığını deyərək 145.000 manat verə biləcəyini demişdir. Bununla bağlı olaraq 145.000 manat pulu Zərərçəkmiş şəxs1 2019-cu ilin fevral ayında borc olaraq ona vermişdir. O, Elşəni aldatmamış, ona qarşı dələduzluq və ya vəzifə saxtakarlığı etməmişdir. O, Elşəndən pulu alanda artıq işdən çıxmışdır. Ona pul lazım olduğu üçün Elşəndən pulu borca almışdır. O, Elşəndən pulu alanda onun kreditinin ödəmə vaxtı hələ çatmamışdır. O, ADİF-ə 3.000.000 manat pul ödəmiş, ödədiyi pullara dair sənədləri də vardır. Elşən isə ona pulu qaytarmamasını, sonuncunun əvəzinə banka olan borcunu ödəməsini bildirmişdir. O isə ADİF-ə getmiş və ərizə verərək, həyat yoldaşının, oğlunun və Elşənin adına olan borcların verdiyi 3.000.000 manat hesabına ödənilməsini bildirmişdir. Sonradan oğlu və arvadının kreditinin bağlandığını, Elşənin kreditinin isə bağlanmadığını bilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 epizodu üzrə verilmiş ittihamla əlaqədar özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs3 evlə bağlı borcu olmuş və hazırda borc ödənilmişdir. Ceyhun onun dostudur. Ceyhunla kredit müqaviləsi "xxxx"ın baş ofisində kredit şöbəsində rəsmləşdirilibdir. Ceyhunun orada evi olması barədə sənəd olmamışdır. Ceyhuna verilən vəsait onun şəxsi vəsaiti olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, işlədiyi müddətdə qohumlarının adına kredit yazdıraraq həmin kredit məbləğini özü götürməmiş, qohumları kredit götürmüş, həmin məbləğləri özləri qəbul etmişlər. Şahid3 bankın müştərisi olmuşdur. Krediti nağd olaraq götürürsə, həmin məbləğ birbaşa onun özünə və ya onun öz xəzinədarına təqdim edilmiş, bəzən isə ödəniş tapşırığı verilirsə kredit məbləği onun bank hesabına köçürülmüşdür. Bundan başqa onun təqribi olaraq götürdüyü 10.000.000 manat məbləğində kredit birbaşa olaraq Vergilər Nazirliyinin hesabına köçürülmüşdür. Şahid11 onun qohumu olmuş, 6.000.000 manat və 12.000.000 manat məbləğində pulları da, Binyadalı xəzinədən özü götürmüşdür. Qardaşı oğlu Şahid7 “Zaminbank ASC”-də müxtəlif vəzifələrdə işləmiş, 20.02.2015-ci il tarixdə 6.586.458 manat, 23.09.2015-ci il tarixdə 3.000.000 manat məbləğində krediti sonuncu özü götürmüşdür. Şahid4 da, onun qardaşı oğlu olmuş, sonuncu da, “Zaminbank ASC”-də müxtəlif vəzifələrdə işləmiş, 1.794.790 manat kreditin "xxxx"ın Füzuli filialı tərəfındən verilməsindən və həmin məbləğdən xəbəri olmamış, 255.000 manat və 2.600.000 manat məbləğində pulları Nicat özü götürmüş, Nicat həmin pulları Masazırda torpaq və tikinti işləri ilə məşğul olarkən ora xərcləmişdir. Şahid15 bankın daimi müştərisi olmuş, müştərinin xarici valyuta hesabına konvertasiya olunmuş məbləğlər xəzinədə icra olunmamış, həmin məbləğlər mühasibatlıqda icra olunmuş, ona görə də, bu barədə bir söz deyə bilmədiyini qeyd etmişdir. “MM NUR” KFT-nin direktoru X37 bankın daimi müştərisi kimi tanımış, Şirin Ağayev 2.500.000 manat məbləğində kredit məbləğini şəxsən özü götürmüşdür. Qardaşı X2 götürdüyü 3.000.000 manat məbləğində kredit məbləğini özü təhvil almışdır. Şahid6 bankın əməkdaşı olmuş, müştərinin xarici valyuta hesabına konvertasiya olunmuş məbləğlər xəzinədə icra olunmamış, həmin məbləğlər mühasibatlıqda icra olunmuşdur. Şahid2 bankda mühafizəçi vəzifəsində işləmiş, onun işlədiyi dövrdə Şahid2 2.000.000 manat məbləğində kredit götürməsindən məlumatı olmamışdır. Şahid5 ASC-nin Gənclik filialının mühafizəçisi olmuş, kreditin rəsmiləşdirilməsi isə Gənclik filialının mütəxəssisləri tərəfindən həyata keçirilmiş, 2.100.000 manat məbləğində kreditin Elman tərəfindən götürülüb-götürülməməsi barədə məlumatı olmamışdır. X1 olmuş, sonuncu ondan xahiş etmişdir ki, ona plastik kart verərək kredit xətti açsın, o, bu barədə “Zaminbank“ ASC-nin kredit komitəsinin adlarını xatırlamadığı üzvlərindən köməklik göstərilməsini xahiş etmiş, onlar da, Kazıma plastik kart verib kredit xətti açmışlar. X17 proqram təminatçısı kimi tanımış, sonuncu Rusiya Federasiyası vətəndaşı olmuş, ona plastik kart verilməsindən məlumatı olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamlarla bağlıməhkəmə baxışı və ibtidai istintaq zamanı verdiyi ifadələri özünümüdafiə xarakteri daşıyır və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 1998-ci ildən Bakı şəhərində müxtəlif ünvanlarda çox mərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olur, "xxxx" MTK-nin sədri olmaqla yanaşı "xxxx" MMCnin faktiki rəhbəridir. 2012-ci ildə Daxili İşlər Nazirliyinə dəvət olunaraq "xxxx" MMC-nin vəzifəli şəxslərinin dələduzluq əməlləri nəticəsində vətəndaşları aldadaraq bir mənzili bir neçə şəxsə satmaları ilə əlaqədar 1036 zərərçəkmiş şəxsin mənzillə təmin edilməsi üçün Yasamal rayonu ərazisində ona torpaq sahəsinin ayrıldığı, orada tikinti işlərini aparması və ona 8 ay müddətində tikintini başa çatdırmalı olduğu bildirilmşdir. O, həmin müddətə tikintini yekunlaşdıra bilməyəcəyini, özünün tikintisini yekunlaşdırmaqda olduğu binaların olduğunu, həmin binalardakı mənzillərdən zərərçəkən şəxslərə verə biləcəyini demiş və onun üçün ayrılacaq torpaq sahəsində özünün tikinti işlərini aparacağı barədə razılaşmışlar. Eyni zamanda kredit lazım olduğunu bildirdiyindən ona illik 6 faizlə kredit ayrılacağını demişlər. Ona görə də, o, "xxxx" ASC-nin Müşahidə şurasının sədri olan dostu Təqsirləndirilən şəxs müraciət etmiş, Nadir heç bir problem olmadığını bildirmişdir. Ona tikintinin yekunlaşdırılması üçün 10.000.000 manat məbləğində pul lazım olduğundan 24.10.2012-ci il tarixli kredit müqaviləsi əsasında 5.000.000 manat "xxxx" MMC-nin adına, 29.12.2012-ci il tarixdə isə 5.000.000 manat öz adına rəsmiləşdirmişdir. Hər iki kredit müqaviləsini o, özü imzalasa da, yalnız bir müqavilə üzrə 5.000.000 manat kredit məbləği onun tərəfindən götürülmüş, digər kredit müqaviləsi üzrə 5.000.000 manat pulu isə Nadir özü götürmüşdür. Belə ki, kredit sənədləşmələri aparıldıqdan sonra Nadir kredit müqavilələrindən biri üzrə ayrılmış 5.000.000 manatın ona verməsini xahiş etmiş, pulun üzərində illik 2 faiz verəcəyini vəd etmişdir. Kredit müqavilələrindən biri üzrə ayrılmış kredit vəsaitinin ona kifayət edəcəyinə, bundan başqa onun öz kapitalının da olmasına, eləcə də Nadirlə aralarında dostluq münasibətlərinin olmasına görə sonuncuya inanaraq onun şərtini qəbul etmişdir. Beləliklə, kredit müqavilələrindən biri üzrə ayrılmış kredit vəsaitini, yəni 5.000.000 manatı Təqsirləndirilən şəxs götürmüş, digər kredit müqaviləsi üzrə ayrılmış 5.000.000 manat kredit vəsaitini isə özü müxtəlif vaxtlarda hissə-hissə bankdan götürmüşdür. 2016-cı ildə "xxxx" ASC-nin lisenziyası ləğv edildikdən sonra Təqsirləndirilən şəxs yanına gedərək girovlarını tələb etmiş, Nadir "xxxx" MMC-nin balansında olan 25 000 000 manat dəyərində Flanminqo restoranını və Teymur Əliyev küçəsində 2 həyət evini girovdan azad edəcəyini vıd etmişdir. Nadirdən onun adına götürdüyü krediti ödəməsini və həmin kreditə görə əldə olunmuş gəliri isə ona verməsini tələb etmiş, lakin onun adına olan və Nadirin götürdüyü 5.000.000 manat krediti sonuncu ödədiyini bildirsə də, vədinə əməl etməyib pulu ödəməmişdir. Nadir pulları ödəmədiyinə görə o, 24.08.2016-cı ildə 4.500.000 manat, 17.06.2016-cı ildə də 1.036.000 əlavə pul ödəmişdir ki, əmlakları yüklülükdən çıxarılsın. Sonradan Əmanətlərin Sığortalanması Fonduna dəvət olunduqda məlum olmuşdur ki, onun ümumilikdə Təqsirləndirilən şəxs rəhbərlik etdiyi "xxxx"a nağd olaraq ödədiyi 12.926.000 manat pulu Nadir depozitə işləməmiş, yəni özü götürüb mənimsəyərək Mərkəzi Banka ödəməmişdir. Həmçinin ona məlum olmuşdur ki, 29.12.2014-ci ildə 3028/KD və 1294/KD qəbzlərlə "xxxx"a kreditin əvəzi üçün ödədiyi 800.000 manat pulları Nadir 2015-ci ildə Mərkəzi Bankla sədri olduğu "xxxx" arasında bağlanmış 10.000.000 kredit müqaviləsinin faizinə görə bir il əvvəldən ödəmişdir. Bir halda 29.12.2014-cü il tarixdə 800.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs otağında Mərkəzi Bank tərəfindən verilmiş çek kitabına əlavə etməklə faiz borcuna ödənilməsinə dair bankın baş mühasibi ona qəbz vermişdir. Digər hallarda isə pulları ondan baş ofisdə kassada oturan adını xatırlamadığı kassir qəbul edib kiməsə imzalatmaqla təqdim etmişdir. O, pulları ödəyən zaman Nadirə etibar etdiyindən mədaxil orderlərinə baxsa da, ödənişlərin təyinatına baxmamış, sonradan aldadıldığını bilmişdir. Hər dəfə kredit borcu üzrə ödəniş etməmişdən əvvəl ya Nadirin özünə, ya da baş mühasibə zəng vuraraq pul gətirdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, "xxxx" ASC-nin Müşahidə Şurasının sədri Təqsirləndirilən şəxs təxminən 2005-ci ildən sənəti ilə bağlı tanımış, həmyerli olduqlarını bildikdən sonra yoldaşlıq münasibətləri yaranmışdır. Dəfələrlə məclislərdə, tədbirlərdə görüşmüşlər, onun dəvəti ilə çağırdığı tədbirlərdə iştirak edərək musiqi ifa etmişdir. Bir çox hallarda nə isə tədbir olardısa, məsləhətləşmək üçün, eləcə də, oradan keçəndə salamlaşmaq üçün dəfələrlə Nadir müəllimin Babək prospektində yerləşən yeni ofisində, eləcə də, əvvəl “Basin”də yerləşən köhnə ofisində olmuşdur. Nadir müəllimin yeni ofisi tikdiyi binanın 18-ci mərtəbəsində yerləşmişdir. Görüşlərin birində Nadir müəllim faktiki rəhbərlik etdiyi "xxxx" MTK tərəfindən tikilən, ofisinin yerləşdiyi binadan mənzil almasını ona təklif etmişdir. O nağd qaydada verməyə pulu olmadığını dedikdə, Nadir müəllim "xxxx"dan daxili ipoteka götürə biləcəyini bildirmişdir. Nadir müəllimin ofisinin altında 17-ci mərtəbədə 2 otaqlı mənzili bəyənərək almaq qərarına gəlmiş, sonra sənədləşmə aparılmış, orada 98.000 manat kredit götürərək Nadir müəllimin dediyi şəxslərə vermişdir. Bütün bu sənədləşmə, həmin baş ofisdə baş vermişdir. Həmin evi o, kreditə götürmüş və ora hər ay nə qədər ödəniş etməsini xatırlamır. Bir gün onu Əmanətlərin Sığortalanması Fondundan çağırmışlar və ona 36-37 min borcunun olduğunu bildirmişlər. Onun bank işindən anlayışı olmadığı üçün götürdüyü borca görə ilk illərdə daha çox faiz çıxdığını daha sonra bilmişdir. Onun MTK-ya 30-31 min manat borcu qalmışdır. Həmin ərəfədə səhhətində yaran problemlərlə əlaqədar Moskva şəhərində müalicə almışdır. Ödəniş edilmədiyinə görə faiz hesablanmış və məbləğ artaraq 38-39 min olmuşdur. O, hazırda evə olan borcunu bağlamış və bu barədə arayışı almışdır. Təqsirləndirilən şəxsla aralarında olan anlaşılmazlıq aradan qaldırılmışdır. Bununla belə ibtidai istintaq zamanı 17 dekabr 2020-ci il tarixdə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 hazırki ifadəsindən fərqli olaraq ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin idarə heyətinin sədri Təqsirləndirilən şəxs təxminən 2005-ci ildən sənəti ilə bağlı tanımış, həmyerli olduqlarını bildikdən sonra yoldaşlıq münasibətləri yaranmışdır. Görüşlərin birində Nadir müəllim faktiki rəhbərlik etdiyi "xxxx" MTK tərəfindən tikilən, ofisinin yerləşdiyi binadan mənzil almasını ona təklif etmişdir. O nağd qaydada verməyə pulu olmadığını dedikdə Nadir müəllim "xxxx"dan daxili ipoteka götürə biləcəyini bildirmişdir. Nadir müəllimin ofisinin altında 17-ci mərtəbədə boş yer olduğundan 2 otaqlı mənzili bəyənərək almaq qərarına gəlmiş, həmin mənzili bəyəndikdən sonra sənədləşmə aparılmış, yəni bir otaqdan təxminən 98.000 manat götürərək digər otaqda Nadir müəllimin dediyi adamlara vermiş, bütün bu sənədləşmə, pulun götürülüb özlərinə verilməsi həmin baş ofisdə baş vermişdir. Üstündən uzun müddət keçdiyindən pulu götürdüyü və verdiyi adamların adları yadında qalmamışdır. Hətta ona bu proses qəribə gəlmiş, bunu Nadir müəllimə dedikdə bunun belə olduğunu, narahat olmamağı, aylıq pulunu verməklə hər şeyin normal olacağını demişdir. Aralarında olan münasibətlərə, həmyerli olmalarına və tanışlığa görə ona etibar edib sənədlərə qol çəkmiş, dediyi qaydada pulu çıxarıb onların özlərinə vermişdir. Mənzilin qiyməti təxminən 98.000-99.000 manat hesablanmış, müqavilə 2012-ci ildə bağlanmışdır. Ev təmirsiz olduğundan oranı təmir etdirmiş, təxminən 2015-ci ilə qədər mütəmadi ödəniş etmiş, hətta 2015-ci ildə vaxtından əvvəl tam ödəniş etmişdir. 2015-ci ildə mənzili satarkən artıq Nadir müəllimdən nə qədər borcu qaldığını ona bildirməsini xahiş etdikdə sonuncu təxminən 30.000 manat borcu qaldığını bildirmişdir. Evi alqı-satqı etmək üçün mənzili satdığı adamdan pulu alaraq banka olan borcunu bağlamaq üçün Nadir müəllimə hansı qaydada və hara ödəmək lazım olduğunu soruşmuş, Nadir müəllim Babək prospektindəki baş ofisdə kassaya yaxınlaşaraq orada işləyən Raziyə xanıma pulu ödəməyi, daha narahat olmamağı bildirmiş, onun dediyi kimi təxminən 30.000 manat pulu kassaya Raziyə xanıma ödəmiş, ona qəbz verilmiş, evi 2015-ci ilin may ayında satmış, evini alan adam MTK-da müqaviləni öz adına dəyişdirmişdir. Ondan evi alan “Təmkin” adında tanışı, təxminən 4-5 ay sonra evi tanımadığı başqa üçüncü adama satmış, üçüncü adamın evə çıxarış alması üçün "xxxx" MTK həmin adama 5 saylı “Asan xidmət”ə evin borcunun olmaması haqqında məktub göndərmişdir. Pulu ödədiyindən və qəbz verildiyindən heç bir borcunun olmadığını, Təmkin evi alarkən müqavilənin onun adına dəyişdiyini, üçüncü adamın mənzilə dair çıxarış aldığını görüb düşünmüşdür ki, daha problem ola bilməz, bu səbəbdən ödəmə barədə qəbzi saxlamamışdır. "xxxx" ASC bağlandıqdan sonra təxminən 2017-2018-ci illərdə ona X8 zəng edilərək kredit borcunun olduğunu bildirmişlər. Aydınlaşdırmaq üçün ora getmiş, orada "xxxx" MTK-dan aldığı mənzilin kreditinə görə "xxxx" ASC-yə təxminən 30.000 manat borcunun qalması, ödəmə olmadığından faiz yığılaraq təxminən 39.000 manat borcunun yarandığını izah etmişlər. Oradan çıxaraq Nadir müəllimin yanına getmiş, sonuncu bunun mümkün olmadığını, ola bilsin sistemdə səhv getdiyini, narahat olmamağı, heç bir borcunun olmadığını, heç kimin ona zəng etməyəcəyini, özünün həll edəcəyini, borcu sildirəcəyini bildirmişdir. Doğurdan da, heç kim ona zəng etməmiş, Nadir müəllim tutulana qədər yenə münasibətləri normal olmuş, zəng olmadığından sonuncunun məsələni həll etdiyini düşünmüşdür. Hətta bunu Nadir müəllimdən soruşanda düzəltdiyini demişdir. Nadir müəllim tutulduqdan sonra yenə ƏSF-dən zənglər gəlmiş, artıq bilmişdir ki, Nadir müəllim onu aldatmış, ondan aldığı 30.000 manat pulu ödəməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2011-ci ildən 2017-ci ilədək "xxxx" ASC-nin Bakı filialının müdiri vəzifəsində işləmiş, işlədiyi müddətdə 30.12.2011-ci il tarixdə faktiki olaraq "xxxx" ASC-yə məxsus "xxxx" MTK-dan özünə yaşamaq üçün ev almışdır. Həmin evə görə maliyyə vəsaiti çatmadığından 136.000 manat adına kredit kimi rəsmiləşdirilmiş, həmin kreditin müddəti 2026-cı ildə bitməsinə baxmayaraq adına olan 119.657 manat krediti tam bağlamaq üçün evi satmaq qərarına gəlmişdir. Bu məqsədlə 14.02.2019-cu il tarixdə müştəri tapmışdır. Evin dövlət reysterindən çıxarışı olmadığından və çıxarış almaq üçün maliyyə arayışı tələb edildiyindən Təqsirləndirilən şəxs yanına getmiş, Təqsirləndirilən şəxs hər hansı bir problem olmadığını bildirmişdir. Bundan başqa, onun "xxxx" ASC-dən 15.000 manat plastik kart üzrə götürdüyü kreditdən də 10.366 manat borcu qalmışdır. Ona görə də, 14.02.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi 1130, mənzil 52-də yerləşən evini 352.000 manata sataraq həmin puldan 145.000 manatını "xxxx" ASC-nin Ləğvedicisinin nümayəndəsi Ceyhunun yanında "xxxx"ın binasında, Təqsirləndirilən şəxs ofisində sonuncuya vermişdir. Təqsirləndirilən şəxs həmin pulu onun kreditlərinə yönəldəcəyini və adına olan kreditlərin tam bağlanacağını bildirib hər hansı bir məbləğdə borcunun olmaması barədə maliyyə arayışı vermişdir. O da, borcunun ödənildiyini zənn edərək həmin işlə maraqlanmamışdır. Sonradan prokurorluqdan ona zəng gəlmiş və o, Təqsirləndirilən şəxs borcu bağlamadığını bilmişdir. O, həmin vaxt Nadirlə əlaqə saxlamış və sonuncu ona ADİFdə vəsaitinin olduğunu və yaxın günlərdə həmin vəsait hesabına kredit borcunun silinəcəyini bildirmişdir. Lakin bu günə kimi Təqsirləndirilən şəxs ondan borca aldığı 145.000 manat pulu ödəməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçi deyil, lakin sonuncudan aralarında olan borcun ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, 9 yanvar 2019cu il tarixdən Əmanətlərin Sığortalanması Fondu tərəfindən Zamin Banka kreditlərin idarə edilməsi departamentinin rəhbəri vəzifəsinə təyin olunmuş, ixtisasca hüquqşunasdır. O, Zamin Bankda kredit departamentinin sədri olmaqdan əlavə qeyri-rəsmi şəkildə Hüquq və məhkəmə qərarlarının icrası şöbəsinə nəzarət funksiyasını həyata keçirmişdir. Zamin Bankda olan bütün müştərilərlə, həmçinin filial müdirləri ilə mütəmadi olaraq əlaqədə olmuşdur. Həmin ərəfədə Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi filial müdiri və müştərilərdən deyil, birbaşa bankın sahibindən kreditlərin bağlanmasının təmin olunmasını tələb etmişdir. Nadir müəllim də onun dövründə olan filial müdirlərindən borcların bağlanmasını tələb etmişdir. Təqsirləndirilən şəxs filial müdiri Zərərçəkmiş şəxs1 çağırıb problemlərin həll olunması üçün köməklik istəmiş, Zərərçəkmiş şəxs1 da bununla razılaşmış və ona borca pul vermişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 söhbəti onların yanında olmuş, ancaq pulun verilməsi məsələsindən xəbəri olmamışdır. Bununla belə ibtidai istintaq zamanı 31 may 2020-ci il tarixdə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2011-ci ildən 2017-ci ilədək Zaminbank ASC-nin Bakı filialının müdiri vəzifəsində işləmiş Zərərçəkmiş şəxs1 30.12.2011-ci il tarixdə faktiki olaraq Zaminbank ASC-yə məxsus Lalə MTK-dan özünə ev almışdır. Həmin evə görə 136.000 manat Zərərçəkmiş şəxs1 adına kredit kimi rəsmiləşdirilmişdir. Kreditin müddəti 2026-cı ildə bitməsinə baxmayaraq 14.02.2019-cu il tarixdə evi satmaq qərarına gəldiyindən, Elşən adına olan 119.657 manat krediti tam bağlamaq üçün ona müraciət etmişdir. O, da ona Əmanətlərin Sığortalanması Fonduna ev üçün hesablanmış faiszlərin güzəşt olunmasından ötrü ərizə ilə müraciət etməli olduğunu bildirmişdir. Evin dövlət reyesterindən çıxarışı olmadığından və çıxarış almaq üçün maliyyə arayışı tələb edildiyindən Elşən Təqsirləndirilən şəxs zəng edərək sonuncu ilə onun yanında görüşmüşdür. Təqsirləndirilən şəxs Elşənə heç bir problemin olmadığını bildirmişdir. Bundan başqa Elşənin Zaminbank ASC-dən 15.000 manat plastik kart üzrə götürdüyü kreditdən də 10.366 manat borcu qalmışdır. Ona görə də 14.02.2019-cu il tarixdə Bakı Xətai rayonu Ə.Quliyev küçəsi 1130, mənzil 52 d ünvanında yerləşən evi sataraq həmin puldan 145.000 manatını Zaminbankın binasında Təqsirləndirilən şəxs ofisində onun yanında Təqsirləndirilən şəxs vermişdir. Belə ki, Elşənə maliyyə arayışı təcili lazım olduğundan və faizlərin güzəşt edilməsi prosedura isə komitə qərarından asılı olmaqla vaxt aparacağından razılığa əsasən Təqsirləndirilən şəxs həmin pulu Elşənin kreditlərinə yönəldəcəyini və adına olan kreditlərin tam bağlanacağını bildirib, Elşənə, daha doğrusu adını hazırda xatırlamadığı şəxsə evə görə hər hansı bir məbləğdə borcun olmamasına dair maliyyə aryışı verilmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 Əmanətlərin Sığortalanması fonduna ərizə ilə müraciət etmişdir və pulun faizlərinin güzəşt edilməsi barədə komitə qərar qəbul etmişdir. Bundan sonra dəfələrlə o və Elşən Təqsirləndirilən şəxs Elşəndən almış olduğu pulu fonda ödəməsini bildirmişlər. Təqsirləndirilən şəxs isə hər dəfə pulu şəxsi işlərinə xərclədiyini, pulu qısa zamanda ödəyəcəyini bildirsə də, bu günə qədər həmin məbləği ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2008-ci ildən 2016-cı ilədək "xxxx" ASC-nin baş ofisində mühafizəçi işləmiş, vəzifəsi bankın təhlükəsizliyini təmin etməkdən ibarət olmuşdur. O, ZaminBank ASC-də işlədiyi müddətdə şəxsi istifadəsi üçün bir neçə dəfə xırda məbləğdə kreditlər götürmüş və ödəmişdir. 2016-cı ilin yay aylarında bizneslə məşğul olub qazanc əldə etmək fikrinə düşmüş, lakin bunun üçün nağd pulu olmadığından bankdan kredit götürmək qərarına gəlmişdir. Kredit almaq üçün işlədiyi “Zaminbank ASC”-yə müraciət etmiş və oradan ona 2.000.000 manat kredit ayrılmışdır. Həmin kreditlə bağlı sənədlərdəki bütün imzalar ona məxsusdur. Həmin pulu almaqda məqsədi Azərbaycandan meyvə və göyərti məhsullarını Rusiya Federasiyasına göndərməsi və bundan yaxşı gəlir əldə edəcəyi olmuşdur. Bu məqsədlə 24.06.2016-cı il tarixdə Zaminbankdan 2.000.000 manat kredit götürmüş, həmin pulu qeyd etdiyi biznesi qurmaq üçün müxtəlif vaxtlarda malların alınıb Rusiyaya göndərilməsinə xərcləmişdir. Lakin Rusiyada onlar aldadıldığından biznes uğurlu olmamış, qazanc əldə edə bilmədiyindən banka olan borcunu ödəyə bilməmiş, bank onu məhkəməyə vermiş və Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həmin pul ondan tutulmuşdur. Hazırda qərar icra edilməsi üçün icraya göndərilmişdir. Bununla belə ibtidai istintaq zamanı 10 iyun 2020-ci tarixdə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2008-ci ildən 2016-cı ilədək "xxxx" ASC-də mühafizəçi işləmiş, vəzifəsi bankın təhlükəsizliyini təmin etməkdən ibarət olmuşdur. Hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. "xxxx" ASC-dən öz şəxsi istifadəsi üçün bir-iki dəfə 1.000-1.500 manat həcmində kredit götürüb həmin kreditlər üzrə ödənişlərini vaxtında ödəyərək bağlamış, adına başqa krediti olmamışdır. 24.06.2016-ci il tarixli 016/16 saylı kredit müqaviləsi və müqaviləyə əlavə edilmiş sənədlərdə 2.000.000 manat məbləğində pul götürməsi göstərilsə də, belə bir hal baş vermədiyini, bu barədə daha sonralar xəbər tutduğunu, aldadılaraq həmin sənədləri imzaladığını, bankda mühafizədə işləyən zaman bankın kredit departamentinin hazırda xatırlamadığı əməkdaşı onu dəvət edərək sənədləri imzalamağı xahiş etdiyindən həmin sənədləri oxumadan imzaladığını, departamentin müdiri Orxan müəllimin olduğunu, həmin sənədlərin bankda olan krediti ilə bağlı olduğunu güman etdiyini, əvvəllər də, özünə kredit götürən zaman sənəd imzaladığından tərəddüd etmədən həmin sənədi də imzaladığını bildirmişdir. Ona təqdim edilən ərizədə olan yazı xəttinin ona məxsus olmadığını, lakin ərizədə olan imzanın ona məxsus olduğunu, "xxxx" MMC ilə hər hansı bir bağlılığının olmadığını, həmin müqavilədə göstərilən məbləğdə bankdan kredit götürmədiyini və həmin kreditdən xəbəri olmadığını, qardaşı Şahid6 hansı bizneslə məşğul olmasını bilmədiyini, Samirin müstəqil biznesi olmadığını, qardaşı Samirin nənəsinin xalası oğlu Təqsirləndirilən şəxsla bir neçə dəfə Rusiya Federasiyasına gedib-gəldiyini, nə işlə məşğul olduqlarını bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, 1993-cü ildən 2005-ci ilədək Rusiya Federasiyasının Kaluqa şəhərində yaşayaraq idmanla məşğul olmuş, 2005-ci ildə Azərbaycan Resplikasına gələrək Milli Boks Federasiyasına üzv olmuş, 2006-cı ildən isə üzvlükdən çıxaraq Sumqayıt şəhərində biznes fəaliyyəti ilə məşğul olmuşdur. Sumqayıt şəhərində çay evi işlətməklə, fərdi qaydada boks müəllimi işləmişdir. Bir müddət isə Sumqayıt şəhərində yerləşən bazarda ticarətlə məşğul olmuşdur. 2014-cü ildə "xxxx" ASC-dən hazırda xatırlamadığı məbləğdə kredit götürməklə Azərbaycan Respublikasından Rusiya Federasiyasının Moskva və Kaluqa şəhərinə tərəvəz məhsulları göndərmiş, uğursuz biznes fəaliyyəti həyata keçirdiyindən iflas etmişdir. Götürdüyü kreditlər üzrə ödəniş həyata keçirmişdir. Rusiya Federasiyasının Moskva və Kaluqa şəhərinə göndərdiyi tərəvəz məhsulları Rusiya vətəndaşı İqor Puqaçovun adınan göndərilmişdir. 40.000 ABŞ dollarının götürülməsinə dair 20.05.2015-ci il tarixli 061/15 saylı, 80.000 ABŞ dollarının götürülməsinə dair 18.03.2015-ci il tarixli 025/15 saylı, 30.000 ABŞ dollarının götürülməsinə dair 14.04.2015-ci il tarixli 063/15 saylı, 500.000 ABŞ dollarının götürülməsinə dair 18.05.2015-ci il tarixli 059/15 saylı, 60.000 ABŞ dollarının götürülməsinə dair 23.04.2015-ci il tarixli 047/15 saylı, 230.000 ABŞ dollarının götürülməsinə dair 14.04.2015-ci il tarixli 064/15 saylı, 90.000 ABŞ dollarının götürülməsinə dair 19.05.2015-ci il tarixli 060/15 saylı, 60.000 ABŞ dollarının götürülməsinə dair 13.04.2015-ci il tarixli 039/15 saylı, 60.000 ABŞ dollarının götürülməsinə dair 19.03.2015-ci il tarixli 026/15 saylı, 44.000 ABŞ dollarının götürülməsinə dair 16.04.2015-ci il tarixli 041/15 saylı, 200.000 ABŞ dollarının götürülməsinə dair 10.04.2015-ci il tarixli 036/15 saylı kredit müqavilələri və müqaviləyə əlavə edilmiş sənədlərdə olan imzalar ona məxsusdur, müqavilələrdə qeyd olunan məbləğləri götürmüş, həmin məbləğləri götürmək üçün bankı aldadaraq kreditin təyinatı barədə başqa məzmunlu məlumatlar təqdim etmiş, Təqsirləndirilən şəxs qohumu olduğundan sonuncudan xahiş etdiyi üçün kreditlərin təminatsız verilməsinə razılıq verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, 2009-cu ildən 2016-cı ilədək "xxxx" ASC-nin baş ofisində plastik kart şöbəsində iqtisadçı, daha sonra həmin şöbədə rəis vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs onun əmisidir. 2014-cü ildə Sumqayıt filialının müdiri Şahin İlyasov, Füzuli filialının müdiri olmuş İbrahim Alışov və qardaşı Şahid7la birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən torpaq sahəsində olan gölü qurudaraq orada çox mərtəbəli yaşayış binasının tikintisini aparmaq qərarına gəlmişlər. Ona görə də, "xxxx" ASC-dən ilk öncə 255.000 manat məbləğdə kredit götürmək üçün əmisi Nadirə müraciət etmiş, əmisi Təqsirləndirilən şəxs razılığı əsasında ona 3.255.000 manat kredit ayrılmış, həmin kreditdən 8 hektara yaxın torpaq sahəsində olan gölün qurudulmasına başlanılmış, daha sonra kommunikasiya və kanalizasiya xətlərinin çəkilməsi üçün pul lazım olduğundan yenidən müraciəti əsasında ona 2.600.000 manat kredit ayrılmışdır. Sonradan isə işləri alınmadığından götürmüş olduğu kredit üzrə ödənişi həyata keçirə bilməmiş, İbrahim Alışov öz payını onlara satdığından onun adına 1.794.790 manat kredit rəsmiləşdirilməklə İbarhim Alışovun sürücüsü Hidayətin adına olan kredit bağlanmışdır. Razılığa əsasən həmin kredit bağlandıqdan sonra İbrahim Alışov adına olan torpağı onlara verməli olsa da, torpaq sahəsini onların adlarına rəsmləşdirməmişdir. 255.000 manat məbləğində pulun götürülməsinə dair 29.12.2012-ci il tarixli 156/12 saylı, 2.600.000 manat məbləğində pulun götürülməsinə dair 21.02.2014-cü il tarixli 151/14 saylı və "xxxx" ASC-nin Füzuli filialı ilə bağlanmış 1.794.790 manat məbləğində pulun götürülməsinə dair 06.06.2016-cı il tarixli 3183 saylı kredit müqavilələri və müqaviləyə əlavə edilmiş sənədlərdə olan imzalar ona məxsusdur, həmin məbləğləri götürmək üçün təyinatı başqa göstərilmiş, həmin kreditlər təminatsız verilmişdir. Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 8 hektar torpaq sahəsinin alınması, gölün qurudulması, oraya komunikasiya və kanalizasiya xətlərinin çəkilməsi layihəsinin dəyərinin dəqiq nə qədər olmasını bilmir, onun payına 2.855.000 manat məbləğində pul düşmüş və həmin pulu ora xərcləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, 2006-cı ildən 2008-ci ilədək "xxxx" ASC-nin baş ofisində kredit mütəxəssisi, 2008-ci ildən 2014-cü ilədək Sumqayıt şəhərində yerləşən 3 saylı şöbənin müdiri, 2014-cü ildən 2016-cı ilədək baş ofisdə daxili audit şöbəsinin rəisi vəzifələrində işləmişdir. 2014-cü ildə Sumqayıt filialının müdiri Şahin İlyasov və Füzuli filialının müdiri olmuş İbrahim Alışov və qardaşı Şahid4la birlikdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən torpaq sahəsində olan gölü qurudaraq orada çox mərtəbəli yaşayış binasının tikintisini aparmaq qərarına gəlmişlər. Bu səbəbdən "xxxx" ASC-dən 3.000.000 ABŞ dolları məbləğində kredit götürmək üçün əmisi Nadirə müraciət etmiş, Təqsirləndirilən şəxs razılığı əsasında ona 3.000.000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Həmin kreditdən 8 hektara yaxın torpaq sahəsində olan göl qurudulmaqla oraya kommunikasiya və kanalizasiya xətləri çəkilmiş, lakin işləri alınmadığından götürmüş olduğu kredit üzrə ödəniş həyata keçirə bilməmişdir, sonradan İbrahim Alışov öz payını onlara satdığından qardaşı Nicatın adına 1.794.790 manat kredit rəsmləşdirilməklə həmin pulla İbrahim Alışova aid bankda olan kredit bağlanmış, lakin buna baxmayaraq İbrahim Alışov torpaq sahəsini onların adına rəsmiləşdirməmişdir. 6.586.458 manatlıq kredit dollar kreditidir, həmin kredit sonradan manata konvertasiya edilmiş, 6.586.458 manat məbləğində pulun götürülməsinə dair 20.02.2015-ci il tarixli 152/15 saylı, 3.000.000 manat məbləğində pulun götürülməsinə dair 23.09.2015-ci il tarixli 126/15 saylı kredit müqavilələri və müqaviləyə əlavə edilmiş sənədlərdə olan imzalar ona məxsusdur. Müqavilələrdə qeyd olunan məbləğləri götürmüş, həmin məbləğləri götürmək üçün təyinat başqa göstərilmiş, əmisi Nadir götürdüyü pulları hara xərclədiyini bilmişdir. Həmin kreditlər təminatsız verilmişdir. Sumqayıt filialının müdiri Şahin İlyasov, Füzuli filialının müdiri olmuş İbrahim Alışov və qardaşı Şahid4la birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 8 hektar torpaq sahəsinin alınması, gölün qurudulması, oraya kommunikasiya və kanalizasiya xətlərinin çəkilməsi layihəsinin dəyərinin dəqiq nə qədər olmasını bilmir, tək onun payına 9.586.458 manat məbləğində pul düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 bildirmişdir ki, təxminən 10 il "xxxx" ASC-nin Müşahidə şurasının sədri Təqsirləndirilən şəxs şəxsi sürücüsü olmuşdur. Bank bağlandıqdan sonra da, sürücü fəaliyyətini davam etdirmişdir. 2016-cı ilin dekabr ayında bankın lisenziyası ləğv edildikdən sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yəni tanışı X3 ilə aptek açmaq qərarına gəlmişdir Ona görə də, şəxsi istifadəsi üçün 2016-cı ilin əvvəllərində bankdan kredit şəklində götürdüyü 60.000 ABŞ dollarının 52.000 manatını ona vermiş, sonuncu onu aldadıb pulunu ələ keçirmiş, götürdüyü pula görə ödəniş etmiş, lakin məbləğini xatırlamır. 70.000 ABŞ dollarının götürülməsinə dair 13.08.2013-cü il tarixli 799/13 saylı kredit müqaviləsi və müqaviləyə əlavə edilmiş sənədlərdə olan imzalar ona məxsusdur, müqavilədə qeyd olunan məbləği götürmüş, uzun zaman keçdiyi üçün tarixini dəqiq xatırlamır. Krediti 13.08.2013-cü il tarixdə götürsə də, pulu Habilə 2016-cı ildə vermiş, həmin müddət ərzində pulu özündə saxlamış, Təqsirləndirilən şəxs müdiri olduğundan sonuncudan xahiş etdiyi üçün ona kredit təminatsız verilmişdir. Kreditin alınmasında, kreditin sənədləşdirilməsində hər hansı bir qanunsuzluq olmayıbdır. Aldığı kreditdən Təqsirləndirilən şəxs heç bir pul vəsaiti verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Möhübbət oğlu göstərmişdir ki, 2009-cu ildən 2016-cı ilədək "xxxx" ASC-nin Gənclik filialında kredit şöbəsinin müdiri vəzifəsində işləmiş, 2016-cı ildə "xxxx" ASC-nin lisenziyası ləğv edildikdən sonra işdən azad edilmişdir. Şahid5 bankın Gənclik filialında mühafizəçi işləmiş, 2014-cü ilin dekabr ayında filialın müdiri Mahir müəllim onu yanına çağıraraq bankın Müşahidə şurasının sədri Nadir müəllimin göstərişi olduğunu, mühafizəçi işləyən Elmanın adına 2.100.000 manat məbləğində kredit rəsmləşdirilməli olduğunu bildirmişdir. Mahir müəllimin göstərişi əsasında Elmanı xidməti otağına çağıraraq Nadir müəllimin göstərişi olduğunu, adına 2.100.000 manat kredit rəsmləşdiriləcəyini demiş, Elman məbləği gördükdən sonra narahat olub Mahir müəllimin yanına getmişdir. Mahir müəllim ona narahat olmamağı, krediti Nadir müəllimin götürdüyünü və ödənişləri də, Nadir müəllimin özünün edəcəyini bildirmişdir. Bundan sonra Elman onun yanına gələrək kredit müqaviləsini imzalamış və pulu götürmədən gedərək vəzifələrinin icrası ilə məşğul olmuşdur. Şahid5 adına olan kredit Nadir müəllimin göstərişi əsasında rəsmləşdirilmiş, ona görə də, kassada pul Şahid14 tərəfindən Elmana verilməmişdir. Elman kassadan hər hansı bir məbləğdə pul götürməmişdir. Kassa məxaric orderini də, kredit sənədlərini də sadəcə olaraq göstəriş olduğu üçün o işini itirməməkdən ötrü Elmana imzalatmışdır. Kassadan pul çıxmamışdır, pul baş ofisdə qalmışdır. Nadir müəllim bankın yiyəsi olduğu üçün problem olmayacağını düşünmüşdür. Yasin rəhbəri olduğu şöbənin işçisi olmuş, onun tapşırığı əsasında Yasin Elmana həmin iltizamı imzalatsa da, kreditin nə səbəbdən ayrıldığını, kimə çatdığını bilməmişdir. Şahid5 adına ayrılmış kreditin baş ofisdə Müşahidə şurasının və ya kredit komitəsinin qərarı əsasında ayrılıbayrılmadığını, eləcə də, ümumiyyətlə elə qərarın olub-olmadığını bilmir, ayrılmış kreditdən nə Şahid5, nə də ona hər hansı bir məbləğdə pul və sair nemət çatmamış, yalnız rəhbərliyin göstərişi icra edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid5 bildirmişdir ki, 2003-cü ildən "xxxx" ASC-nin Gənclik filialında mühazifəçi vəzifəsində işləmiş, 2016-cı ildə ASC-nin lisenziyası ləğv edildikdən sonra işdən azad edilmişdir. O heç vaxt sahibkarlıq fəaliyyəti, hər hansı bir tikinti işi ilə məşğul olmadığını, bankdan öz şəxsi istifadəsi üçün hər hansı bir məbləğdə kredit götürmədiyini, ona təqdim edilən 22.12.2014-cü il tarixli kredit müqaviləsi və pulun götürülməsinə dair eyni tarixli ərizədə olan imzaların ona məxsus olduğunu bildirmişdir. ASC-nin Müşahidə şurasının sədri olmuş Təqsirləndirilən şəxs tanımış, normal rəhbər-işçi münasibətində olmuş, 2014-cü ilin dekabr ayının sonlarında Şahid10 ona müraciət edərək rəhbərliyin göstərişi olduğunu, onun adına kredit rəsmləşdiriləcəyini bildirmiş, o müqaviləyə baxaraq orada olan məbləğin 2.100.000 manat olduğunu görüb filial müdiri Mahir müəllimin yanına getmiş, məsələ barədə danışdıqda sonuncu məsələdən xəbərdar olduğunu, həmin kreditin Nadir müəllimə aid olduğunu, krediti də, Nadir müəllimin ödəyəcəyini, narahat olmamasını bildirmişdir. O, Mahir müəllimin sözünə arxayın olub müqaviləni və Raufun təqdim etdiyi digər sənədləri imzalamış, kassadan hər hansı bir məbləğdə pul götürməmiş, qeyd edilən məbləğin kim və nə vaxt götürüldüyünü bilməmiş, bir və ya iki dəfə kredit üzrə mədaxil qəbzinə imza etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid14 bildirmişdir ki, 2004-cü ildən 2016-cı ilədək "xxxx" ASC-nin Gənclik filialında xəzinadar vəzifəsində işləmiş, 2016-cı ildə "xxxx" ASC-nin lisenziyası ləğv edildikdən sonra işdən azad edilmişdir. Şahid5 bankın Gənclik filialında mühafizəçi işləmişdir. 2014-cü ilin dekabr ayında filialın müdiri Mahir müəllim onu yanına çağıraraq bankın Müşahidə şurasının sədri Nadir müəllimin göstərişi olduğunu, mühafizəçi Elmanın adına 2.100.000 manat məbləğində kredit rəsmləşdirilməli olduğunu bildirmişdir Eyni zamanda ona demişdir ki, pul faktiki olaraq filiala daxil olmasa da, kassa məxaric orderini imzalasın. O mühasib tərəfindən təqdim edilmiş kassa məxaric orderini imzalayıb rəsmiləşdirmə işlərinin davam etdirilməsi üçün sənədləri mühasibatlığa təqdim etmişdir. Daha sonra baş verənlərdən xəbəri olmamışdır. Həmin pul Gənclik filialına gəlməyərək baş ofısdən Nadir müəllimin göstərişi əsasında götürülmüşdür. Müştəri tərəfindən kredit müraciətindən sonra baş ofisin xəzinadarlığından pul order vasitəsi ilə sifariş olunmuş, pul filiala daxil olduqda isə kassa məxaric orderi vasitəsi ilə pul müştəriyə təqdim edilmişdir. Elmanın halında isə pul baş ofisin xəzinədarlığından sifariş olunduqdan sonra Gənclik ofisinə verilməyərək, pulu Raziyə xanım saxlamışdır. Şahid5 adına olan kredit Nadir müəllimin göstərişi əsasında rəsmiləşdirilmişdir. Mahir müəllimin göstərişi əsasında həmin sənədləri imzalamış, Nadir müəllimin göstərişi ilə həmin pul baş ofisdən məxaric edilmişdir. İşini itirməmək üçün rəhbərliyin göstərişlərini icra etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 bildirmişdir ki, 2001-ci ildən 22.07.2016-cı tarixədək "xxxx" ASC-nin baş ofisində xəzinə departamentinin direktoru vəzifəsində, "xxxx" ləğv edildikdən sonra isə 2017-ci ilin sentyabr ayınadək LPO "xxxx" ASCdə xəzinadar vəzifəsində işləmiş, Təqsirləndirilən şəxsla hər hansı bir qohumluq əlaqəsi olmamış, Mərkəzi Bankda işləyən zaman Təqsirləndirilən şəxs tanımış və sonuncunun dəvəti ilə işləmək üçün "xxxx"a gəlmişdir. İşlədiyi müddətdə vəzifəsi bütün kassa əməliyyatlarını həyata keçirməkdən, günün sonuna kassa qalığını mühasibatlığa təqdim etməkdən, imza nümunələrini və müştərinin şəxsiyyətini müəyyən etdikdən sonra pul verməkdən, pul qəbul etməkdən ibarət olmuşdur. Ondan başqa xəzinədə bir xəzinədar da olmuş, bank bağlananadək “Nigar” adlı qız onunla işləmiş, sonuncunun işi ona kömək etməkdən ibarət olmuş, bütün kassa əməliyyatlarını o özü həyata keçirmişdir. X28 bankın müştərisi olduğu üçün tanıyır. O, sənədləri ilə gəlib dəfələrlə kreditlər götürmüş, onun götürdüyü kreditin məbləği yadında qalmamışdır. Onun kredit alması ilə bağlı hər hansı bir göstəriş olmamışdır. Çek yazılmış, o da kassaya təqdim edib pulu götürmüşdür. Pulun məxaric edilməsi ya məxaric orderi, ya da çek ilə həyata keçirilir. Bu proses şifahi şəkildə həyata keçirilməmişdir. Nadir müəllimin qohumlarının adına kredit olmuş, kreditləri məxaric orderi əsasında o vermişdir. O, daha sonra bildirmişdir ki, Elmanı bankda işlədiyi müddətdə Filialın mühafizəçisi kimi tanımış, mühafizəçi olduğu üçün onun adına sənəd olmamışdır. O kassadan Elmana pul verməmiş, filialın öz kassiri olmuşdur. Zərərçəkmiş şəxs3 isə bankın müştərisi olmuş, hər dəfə gəlib-gedəndə ona qəbz verilmişdir. Bununla belə ibtidai istintaq zamanı 20 iyun 2020-ci və 14 dekabr 2020-ci il tarixdə şahid qismində dindirilmiş Şahid12 məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq ifadələrində göstərmişdir ki, "xxxx"da işlədiyi dövrdə 4-5 halda hər hansı bir müştərinin adına rəsmləşdirilmiş pul məbləğini həmin müştəriyə vermədən Təqsirləndirilən şəxs ona şəxsən tapşırığı əsasında onun göndərdiyi şəxsə vermə halı olmuşdur. Təqsirləndirilən şəxs bankın Müşahidə şurasının sədri olmaqla yanaşı bankın bilavasitə sahibi olmuşdur. Ona görə də, onun göstərişlərini icra etmişdir. Belə ki, bankın Kredit departamentində tərtib edilmiş sənədlər müştəriyə imzaladıldıqdan sonra həmin kredit sənədləri idarə heyətinin sədri tərəfindən imzalanmış, tərtib edilmiş kassa məxaric orderləri vasitəsilə kassadan pul məxaric edilmişdir. Hazırda uzun müddət keçdiyindən konkret halları xatırlamır. Nadir müəllimə şəxsən heç vaxt pul verməmiş, pulları onun göndərdiyi hazırda xatırlamadığı şəxslərə vermiş, həmin şəxslərin isə pulu Nadir müəllimə və ya başqa şəxsə verməsini bilmir. Şahid3 bankın müştərisi olmuşdur. Əksər hallarda pulları xəzinədən Mehti götürsə də, bəzi hallarda pulları Nadir müəllimin şəxsən ona telefonla verdiyi göstərişə əsasən onun göndərdiyi xatırlamadığı şəxslərə vermişdir. Şahid11 Təqsirləndirilən şəxs qohumu olmuş, 6.000.000 manat məbləğində pulu Binyadalı xəzinədən özü götürsə də, 12.000.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs tapşırığı əsasında onun göndərdiyi hazırda xatırlamadığı şəxsə vermiş, həmin pulu Təqsirləndirilən şəxs hansı istiqamətdə xərcləməsindən xəbəri olmamış, yalnız verilən tapşırıqları icra etmiş, digər suallar vermək kimi səlahiyyəti olmamışdır. Təqsirləndirilən şəxs qardaşı oğlu Şahid7 "xxxx"da müxtəlif vəzifələrdə işləmiş, Asəfin qeyd edilən məbləğləri kassadan götürməsini xatırlamadığını, əgər adına kredit rəsmləşdirilmişsə və kassa məxaric orderi varsa həmin pulları Asəfə təqdim etdiyini qeyd etmişdir. Şahid4 da, Təqsirləndirilən şəxs qardaşı oğlu olmuş və "xxxx"da müxtəlif vəzifələrdə işləmiş, 1.794.790 manat bankın Füzuli filialı tərəfındən verildiyindən həmin məbləğdən xəbəri olmamış, 255.000 manat və 2.600.000 manat məbləğində pulları Nicata verdiyini xatırlamadığını, əgər adına kredit rəsmləşdirilmişsə və kassa məxaric orderi varsa həmin pulları Nicata təqdim etdiyini bildirmişdir. Şahid15 bankın daimi müştərisi olmuş, müştərinin xarici valyuta hesabına konvertasiya olunmuş məbləğlər xəzinədə icra olunmamış, həmin məbləğlər mühasibatlıqda icra olunmuşdur. “MM NUR” KFT-nin direktoru X37 tanımır, həmin şəxsə pul verməsini xatırlamır, ola bilsin 2.500.000 manat məbləğində pulu da, Təqsirləndirilən şəxs göstərişi əsasında onun göndərdiyi şəxsə vermiş X5 pul götürməsini ümumiyyətlə xatırlamır. Təqsirləndirilən şəxs qardaşı Məzahir İsmayılova kassadan nə vaxtsa pul verdiyini xatırlamadığını, əgər adına kredit rəsmləşdirilmişsə və kassa məxaric orderi varsa həmin pulları Məzahirə təqdim etdiyini bildirmişdir. Samir bankda mühafizəçi işləmiş, Şahid2 qardaşı olmuş, Samirə nə vaxtsa pul verdiyini xatırlamamış, müştərinin xarici valyuta hesabına konvertasiya olunmuş məbləğlər xəzinədə icra olunmamış, həmin məbləğlər mühasibatlıqda icra olunmuşdur. Həmçinin bankda mühafizəçi vəzifəsində işləmiş Ruslana heç vaxt kassadan 2.000.000 manat verməmiş, belə ki, Nadir müəllimin şəxsən telefonla etdiyi tapşırığa əsasən həmin pul xəzinədə saxlanılmaqla Ruslana deyil, həmin gün Nadir müəllimin göndərdiyi xatırlamadığı şəxsə tərəfindən təhvil verilmişdir. Elman "xxxx" ASC-nin Gənclik filialının mühafizəçisi olmuşdur. Kreditin rəsmləşdirilməsi isə Gənclik filialının mütəxəssiləri tərəfindən həyata keçirilmişdir. 2.100.000 manat məbləğində kredit Elman tərəfindən götürülməməmişdir. Belə ki, ayrılmış kredit Gənclik filialına göndərilməli olsa da, eyni gündə Gənclik filialında həm mədaxil, həm də, məxaric olduğundan həmin pul baş ofisin xəzinə departamentindən ayrılmamışdır. Amma o bu barədə göstərişi yalnız Nadir müəllimdən almış, həmin əməliyyatda olan göstərişləri də Nadir müəllimdən almışdır. X4 İsmayılovun sürücüsu olmuş, həmin kredit plastik kart krediti olduğundan xəzinədə icra olunmadığından bu barədə bir söz deyə bilmədiyini qeyd etmişdir. X17 tanımadığını, həmin kredit plastik kart krediti olduğundan və xəzinədə icra olunmadığından bu barədə heç nə bilmir. Təqsirləndirilən şəxs 16.06.2010cu il tarixdə 200.000 manat krediti şəxsən təqdim etdiyini, həmin kreditin hara xərcləndiyini bilmədiyini, digər kreditlər plastik kart krediti olduğundan və xəzinədə icra olunmadığından bu barədə bir söz deyə bilmədiyini qeyd etmişdir. Şahid12 əlavə ifadəsində göstərmişdir ki, "xxxx" ASC-də kassada işləyərkən Zərərçəkmiş şəxs3 adına kredit olduğundan sonuncunun ödəniş etməsini xatırlayır, mütəmadi olaraq ödəniş vaxtında edilmiş, amma üstündən uzun müddət keçdiyindən Zərərçəkmiş şəxs3 konkret olaraq hansı məbləğdə ödəniş etməsini, eləcə də, 30.000 manat məbləğində pulu tam ödəməsini xatırlamır. Əgər ödəniş edibsə, deməli bu kassaya mədaxil olunub və qəbz verilib, hansı səbəbdən Zərərçəkmiş şəxs3 adına gecikmə olaraq faiz gəlməsinin səbəblərini bilmir, bundan məlumatsızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 bildirmişdir ki, 2005-ci ildə "xxxx" ASC-də iqtisadçı vəzifəsində və digər müxtəlif vəzifələrdə, 01.04.2013-cü ildən isə bank bağlananadək həmin bankın kredit işinin təşkili departamentinin direktoru vəzifəsində işləmişdir. 22.07.2016-ci il tarixdə "xxxx" ASC-nin Maliyyə Nəzarət palatası tərəfindən lisenziyası ləğv edilmiş, bankda ləğvetmə prosesi həyata keçirilmişdir. Kredit işinin təşkili departamentinin direktoru kimi vəzifəsi kreditlərin verilməsinə və verilmiş kreditlərə görə yığımlara nəzarət etmək olmuşdur. Bankda kreditlər 2 formada - Kredit komitəsinin və Müşahidə şurasının qərarları ilə verilmişdir. 100.000 manatdan yuxarı məbləğdə olan kreditlər və banka aidiyyəti şəxslərlə bağlanan müqavilələr bir mənalı olaraq Müşahidə şurasının qərarı əsasında rəsmiləşdirilmişdir. Rəsmiləşdirmə işininin icrası isə kredit departamenti tərəfindən həyata keçirilmişdir. Belə ki, kredit departamentinin vəzifə səlahiyyətləri kreditlərin verilməsi barəsində qərarları icra etməkdən ibarət olmuşdur. Şahid3 bankın müşahidə şurasının sədri olmuş Təqsirləndirilən şəxs qardaşının qudası olmuş, verilən kreditlər Müşahidə şurasının qərarı ilə aidiyyəti şəxs kateqoriyasına aid edilməklə verilmişdir. Ona görə də, həmin kredit təminatsız verilmişdir. Hesabdan çıxarışlara əsasən Şahid3 götürmüş olduğu kredit üzrə 2.037.076 manat faiz, 50.000 manat isə əsas məbləğdə ödəniş etmişdir. "xxxx" MTK üzrə isə götürülmüş kreditdən hesabdan çıxarışa əsasən 707.748,91 manat faiz borcu üzrə, 199.645 manat əsas borc üzrə ödəniş edilmişdir. "xxxx" MTK tərəfindən götürülmüş kreditlər üzrə 2.439.889,91 manat büdcə qarşısında öhdəliklərin icrasına xərclənmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatasına və X11 bank tərəfindən, yəni Təqsirləndirilən şəxs tərəfindən verilmiş hesabata əsasən pul Şahid3 və "xxxx" tərəfindən götürülmüşdür. Aidiyyəti şəxsə verilmiş kreditlər dedikdə bir başa bankın Müşahidə şuranın sədri və üzvləri, idarə heyətinin sədri və üzvləri, filial müdirləri, baş mühasiblər və onların yaxın qohumlarına verilmiş kreditlər nəzərdə tutulmuşdur. Şahid11 Təqsirləndirilən şəxs bacısının əri olmuş, həmin kreditlərin hər ikisi Müşahidə şurasının qərarı əsasında verilmiş, kreditlərin rəsmləşdirilməsi isə Kredit departamentinin mütəxəssisləri tərəfindən həyata keçirilmişdir. “MM Bəzgah” KFT-nin adına rəsmləşdirilmiş 12.000.000 manat kreditin sonuncu tərəfindən götürülməməsini bilmir, müştəriyə vəsait xəzinədən verilmiş, eyni zamanda 12.000.000 manat kredit verilən zaman Sumqayıt filialına ezamiyyətdə olmuş, Binyadalının götürmüş olduğu 6.000.000 manat vəsaiti isə hara xərclədiyini bilmir, bank hesabından çıxarışa əsasən götürülmüş 6.000.000 manat kreditdən 500.000 manat faiz ödənişi edilmişdir. Şahid7 Təqsirləndirilən şəxs qardaşı oğlu olmuş və o "xxxx"da müxtəlif vəzifələrdə işləmişdir. Onun kreditləri də, aidiyyəti şəxs krediti olduğundan Müşahidə şurasının qərarı əsasında verilmiş, rəsmləşdirilməsi isə onun rəhbəri olduğu departamentin işçiləri tərəfindən həyata keçirilmiş və götürülmüş kredit üzrə 3.890.276,91 manat əsas, 557.901,88 manat faiz borcundan ödənmişdir. Təqsirləndirilən şəxs qardaşı oğlu Şahid4 "xxxx"da müxtəlif vəzifələrdə işləmiş, onun kreditləri də, aidiyyəti şəxs krediti olduğundan Müşahidə şurasının qərarı əsasında verilmiş, rəsmləşdirilməsi isə onun rəhbəri olduğu departamentin işçiləri tərəfindən həyata keçirilmişdir. Digər 1.794.790 manat isə bankın “Füzuli” filialı tərəfindən verilmişdir. 255.000 manat məbləğində kredit onun işlədiyi müddətdən əvvəl rəsmləşdirilmişdir. Bank tərəfindən təqdim edilən hesabdan çıxarışlara əsasən 255.000 manatlıq kredit üzrə 59.519 manat faiz, 2.600.000 manatlıq kreditdən 483.022,23 manat faiz ödənişi edilmişdir. Nicata 06.06.2016-cı il tarixdə kredit verilən zaman Sumqayıt filialına ezam olunmuşdur. Şahid15 kreditləri də, aidiyyəti şəxs krediti olduğundan Müşahidə şurasının qərarı əsasında verilmiş, rəsmləşdirilməsi isə rəhbəri olduğu departamentin işçiləri tərəfindən həyata keçirilmişdir. Hesabdan çıxarışlara əsasən həmin məbləğlər müştərinin xarici valyuta hesabına konvertasiya olunmuşdur. Həmin kreditin xarici valyuta hesab dövriyyəsi çıxarışda əks olunmamışdır. Həmin kredit üzrə 722.883,66 manat faiz ödənişi olmuşdur. Təqsirləndirilən şəxs qohumu X30 kreditləri də, aidiyyəti şəxs krediti olduğundan Müşahidə şurasının qərarı əsasında verilmiş, rəsmləşdirilməsi isə rəhbəri olduğu departament işçiləri tərəfındən həyata keçirilmişdir. Hesabdan çıxarışlara əsasən həmin pul kassadan nağd qaydada məxaric edilmiş və kredit üzrə hər hansı bir ödəniş edilməmişdir. Həmin kredit verilən müddətdə Sumqayıt filialına ezam edilmişdir. Məzahir İsmayılov Təqsirləndirilən şəxs qardaşı olmuş, onun kreditləri də, aidiyyəti şəxs krediti olduğundan Müşahidə şurasının qərarı əsasında verilmiş, rəsmləşdirilməsi isə rəhbəri olduğu departamentin işçiləri tərəfındən həyata keçirilmişdir. Hesabdan çıxarışlara əsasən həmin pul kassadan nağd qaydada məxaric edilmiş və kredit üzrə hər hansı bir ödəniş edilməmişdir. Həmin kredit verilən müddətdə Sumqayıt filialına ezam edilmişdir. Təqsirləndirilən şəxs qohumu Şahid6 kreditləri də, aidiyyəti şəxs krediti olduğundan Müşahidə şurasının qərarı əsasında verilmiş, rəsmləşdirilməsi isə rəhbəri olduğu departamentin işçiləri tərəfindən həyata keçirilmişdir. Hesabdan çıxarışlara əsasən həmin məbləğlər müştərinin xarici valyuta hesabına konvertasiya olunmuşdur. Həmin kreditin xarici valyuta hesab dövriyyəsi çıxarışda əks olunmamışdır. Həmin kreditlər üzrə cəmi 166.442 ABŞ dolları məbləğində faiz ödənişi edilmişdir. Şahid2 adına kredit Müşahidə şurasının qərarı əsasında verilmiş kreditlərin rəsmləşdirilməsi isə kredit departamentinin mütəxəssisləri tərəfindən həyata keçirilmişdir. 2.000.000 manat kreditin Ruslan tərəfindən götürülübgötürülməməsini bilmir, müştəriyə vəsait xəzinədən verilmiş, götürülmüş kredit üzrə hər hansı bir ödəniş edilməmiş, qeyd olunan şəxsə kredit verilən zaman Sumqayıt filialına ezam olunmuş və həmin kreditin rəsmləşdirilməsindən xəbərinin olmamışdır. Şahid5 adına olan kredit Müşahidə şurasının qərarı əsasında verilmiş, kreditlərin rəsmləşdirilməsi isə Gənclik filialının mütəxəssisləri tərəfindən həyata keçirilmişdir. 2.100.000 manat kreditin Elman tərəfindən götürülüb-götürülməməsini bilmir, götürülmüş kredit üzrə 312.083,32 manat faiz ödənişi edilmişdir. X6 İsmayılovun sürücüsu olmuş, həmin kredit Müşahidə şurasının qərarı əsasında verilmiş, kreditlərin rəsmləşdirilməsi isə kredit departamentinin mütəxəssisləri tərəfindən həyata keçirilmişdir. Həmin kredit plastik kart krediti olmuş və xarici valyuta ilə xərclənmişdir. Həmin müqavilə üzrə 70.000 ABŞ dolları məbləğində kredit xətti açılsa da, 64.239,67 ABŞ dolları istifadə edilmişdir. Hər hansı bir ödəniş edilməmişdir. X15 adına olan kredit Müşahidə şurasının qərarı əsasında verilmiş, kreditlərin rəsmiləşdirilməsi isə kredit departamentinin mütəxəssisləri tərəfindən həyata keçirilmişdir. Həmin kredit plastik kart krediti olmuş və xarici valyuta ilə xərclənmişdir. Hesabdan çıxarışa əsasən kreditdən 22.678,26 ABŞ dolları əsas, 87.330 ABŞ dolları faiz borcundan ödəniş edilmişdir. Təqsirləndirilən şəxs adına olan kredit Müşahidə şurasının qərarı əsasında verilmiş, kreditlərin rəsmiləşdirilməsi isə kredit departamentinin mütəxəssisləri tərəfindən həyata keçirilmişdir. Həmin kreditlərin yalnız ikisi onun dövrünə düşmüşdür. Kreditlərdən yalnız 16.06.2010-cu il tarixdə 200.000 manat Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə güzəştli dövlət krediti olmuşdur. Digər kreditlər isə plastik kart kreditləri olmuşdur. Həmin kredit üzrə 30.000 manat əsas, 34.596,55 manat faiz borcundan ödəniş edilmişdir. 21.12.2015-ci il tarixli 1.982.928,31 manat krediti üzrə cəmi 100.000 manat ödəniş edilmişdir. 620.000 ABŞ dollarlıq kredit xəttindən isə 619.411,12 ABŞ dolları, 215.000 ABŞ dolları kredit xəttindən isə 52.248,26 ABŞ dolları ödənməmişdir. Müşahidə şurası tərəfindən qəbul edilmiş qərarlara əsasən verilmiş kreditlərin rəsmiləşdirilməsi İdarə heyətinin göstərişi əsasında onun rəhbəri olduğu departamentdə aparılmışdır. Departamentdə həmin müddətdə 20-dən çox işçi olmaqla həmin sənədləri kimin rəmləşdirdiyini xatırlamır, aidiyyəti şəxsə aid kreditlər olduğu üçün həmin kreditləri rəhbəri olduğu departamentin işçilərin yalnız sənədləşdirmiş, həmin şəxslərin adlarını yalnız proqram təminatı vasitəsi ilə müəyyən etmək mümkündür. Aidiyyəti şəxslərə aid verilmiş kreditlər üzrə aparılmış rəsmləşdirmələrdə nə onun, nə də rəhbəri olduğu departamentin əməkdaşlarının imzası yoxdur. Bütün müqavilələr idarə heyətinin sədri tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, "xxxx" MTK-nın sədri olmuş, MTK-nı Təqsirləndirilən şəxs xahişi ilə təsis etmiş, MTK-nın sədri olsa da, "xxxx" ASC-nin Müşahidə şurasının sədri Təqsirləndirilən şəxs da onunla şərik olmuş, bütün kreditlərin götürülməsi və sair Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir. Əvvəllər Bakı Kanalizasiya İstehsalat Birliyinin direktor müavini vəzifəsində işləyərkən göstəriş gəlmişdir ki, bütün ödəmələr və sair hesablar "xxxx" vasitəsilə həyata keçirilsin. Təxminən 1998-ci ildə "xxxx" ASC-nin müdiri Nadirlə görüşmüş və həmin bankla işləməyə başlamışlar. İlk tanışlıqları buradan başlamış, sonradan bu münasibətlər dostluğa çevrilmişdir. Təxminən 2000-ci ildə Birliyin hesabları başqa banka keçirilmiş, Nadirlə sırf dostluq münasibətləri qalmışdır. Binəqədi rayon icra hakimiyyətində işləyərkən (2005-2012) qızı bank sistemində işləmək istədiyindən Nadirdən ona iş tapmasını xahiş etmiş, Nadir qızı Aynuru onun xahişi ilə "xxxx"a işə götürmüş, qızı orada işləyərkən Nadirin qardaşı oğlu Asəflə ailə qurmuşdur. Beləcə, Nadirlə dostluq münasibəti qohumluğa çevrilmişdir. İcra hakimiyyətindən çıxdıqdan sonra işsiz olduğundan Nadir hündürmərtəbəli bina tikməyi, ona şərik olmağını, binanın tikintisi üçün "xxxx"dan 16 %-ə kredit götürüləcəyini, bütün kredit bağlandıqdan və xərclər çıxdıqdan sonra yerdə qalan pulu yarı böləcəklərini demiş, o, işsiz olduğundan razı olmuşdur. 2014-cü ildə ünvan 8 ünvanında 2 dəhlizli (bloklu) 18 mərtəbəli mansarlı və zirzəmili binanın tikintisinə başlamışlar. Həmin binanın tikildiyi yer köhnə çay fabrikinin ərazisi olmuş, həmin yerin alınması, tikintinin aparılması üçün hazırlıq işlərinin görülməsi və sair xərclər üçün tikinti başlanana qədər təxminən 10.000.000 manata qədər pul xərclənmişdir. Həmin pullar lazım olduqca hissə-hissə kredit kimi onun adına götürülmüş, yəni sənədləşmə onun adına aparılmış, qol çəkmiş, amma pulu Nadir özü götürmüşdür. Təxminən 2016-cı ildə bina yaşayış üçün sakinlərə təhvil verilmiş, həmin binanın tikintisinə isə yenə də, təxminən 2014cü ildə eyni qaydada kredit ayrılmış, sənədləşmə onun adına aparılmış, o qol çəkmiş, pulu Nadir özü götürmüşdür. Nadirin krediti bağladığını, tikintidən götürülən materialların pulunun ödənildiyini bildirmişdir. Hətta həmin puldan 20.000-30.000 manat götürərək o da, tikintiyə xərcləmişdir. Onun tərəfindən hər hansı bir məbləğdə kapital qoyuluşu olmamışdır. İxtisasca mühəndis olduğundan binanın tikintisini aparmalı, nəzarət etməli olmuş, danışığa əsasən o, binanın tikinti işlərini aparmaqla binanın tikintisində istifadə olunan mal-materialı əksər hallarda Nadirin göstərişi əsasında dediyi yerlərdən götürmüş, hesabı isə Nadir aparmaqla özü hesablaşmışdır. Bəzən isə tikinti başlayanda xırda-xırda, yəni ilkin mərhələdə götürülən kreditin təxminən 2.000.000 manatını o götürdüyündən, həmin pulu materialların alınmasına, işçilərə əmək haqqının verilməsinə, vergi ödəmələrinə xərcləmişdir. Danışığa əsasən kredit tam bağlandıqdan və xərclər çıxıldıqdan sonra gəlirin 50 faizi onun, 50 faizi Nadirin olmalı idi. Lakin bina tikildikdən sonra Nadir və o, sonuncunun apardığı hesabata baxan zaman Nadir binadan hər hansı bir gəlirin olmadığını, devalvasiyaya görə qazanc əvəzinə ziyan olduğunu bildirmişdir. Buna görə də, ona hər hansı bir məbləğdə pul çatmamışdır. O, binanın tikintisini aparsa da, tikinti və gəlir barədə hesabat aparmamışdır. MTK-nın əsas məqsədi çoxmərtəbəli yaşayış binasının tikintisi olmuşdur. "xxxx" MTK-nın sədri kimi yalnız ünvan 8 ünvanında 2 dəhlizli (bloklu) 18 mərtəbəli binanın tikintisini aparmış və başqa tikinti işləri aparılmamışdır. Kapitalı olmasa da, kooperativi təsis etməklə Nadir ona bankın hesabına kredit yolu ilə kapital ayıracağı, o isə binanın tikintisini aparacağı barədə aralarında razılıq olmuşdur. Həmin razılığa əsasən onun və kooperativin adına kredit rəsmiləşdirilməklə Nadirin deməsinə görə binanın tikintisinə sərf edilmişdir. Mənzillər hazır olduqdan sonra Nadir qəbzlər göndərmişdir ki, dediyi adamların adına mənzil yazsın, pulu kreditə yönləndirəcək. Belə hallar çox olmuşdur. Mənzillərin çoxu Nadir tərəfdən satılmış, o sadəcə sənədi imzalamış, tərəfindən satılan mənzillər isə Nadirin razılığı ilə olmuş, özü satdığı mənzillərin pulunu Nadirin bilməsi ilə tikintiyə sərf etmiş, həmçinin işçilərə əmək haqqı verilmiş, öz əmək haqqı oradan çıxılmışdır. O düşünmüşdür ki, doğurdan da, Nadir mənzillərin satışından götürdüyü pullarla krediti ödəyir. Amma sonradan bu məsələlər meydana çıxdıqdan sonra Nadirin krediti ödəmədiyini bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid8 bildirmişdir ki, 2007-ci ildən 2015-ci ilin oktyabr ayınadək "xxxx" ASC-də müxtəlif vəzifələrdə, o cümlədən dəfə 2012-ci ilədək Baş ofisdə Büdcənin təşkili və idarə olunması departamentində iqtisadçı, 2012-ci ildən isə "xxxx" ASC-nin Biznes filialının müdiri vəzifəsində işləmişdir. 2012-ci ildə qərar vermişdir ki, Gəncə şəhərində olan qeyri-yaşayış sahələrini sataraq Bakı şəhərindən qeyri-yaşayış sahəsi alıb mağaza kimi icarəyə versin. 2012-ci ilin iyun ayında ünvan 9 ünvanında yerləşən mənzilləri almaq üçün pul lazım olduğundan və nağd pulu olmadığından bankdan kredit götürərək həmin əmlakı alması, daha sonra Gəncə şəhərində yerləşən qeyri-yaşayış sahələrini satdıqdan sonra həmin kredit üzrə borcu tam şəkildə bağlaması qərarına gəlmişdir. 27.06.2012-ci il tarixdə "xxxx" ASCdən 300.000 manat kredit götürməklə ünvan 9 ünvanında yerləşən yaşayış sahələrini alaraq qeyri-yaşayış sahəsinə çevirmiş, həmin ərəfədə isə "xxxx" ASC-nin Biznes filialına müdir təyin edilmişdir. Həmin vaxt Biznes filialı Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşmişdir. Bundan sonra Biznes filialının yerinin dəyişdirilməsini təklif edərək, icarənin ona verilməsini xahiş etmiş, həmin yerə görə ona aylıq 3.000 manat icarə haqqı verilmiş, verilən icarə haqqı isə kredit üzrə ödənişlərə yönəlmişdir. X42 barəsində aparılan cinayət işinin istintaqı zamanı əsassız olaraq qeyd olunan ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və ona məxsus bütün əmlaklara həbs qoyularaq məhkəmənin hökmü ilə əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilmişdir. Hal-hazırda iş üzrə cinayət və mülki mühakimə icraatı qaydasında məhkəmə mübahisələri davam etdiyindən əmlak üzərində hüquqları məhdudlaşdırılmışdır. 300.000 manat məbləğində pulun götürülməsinə dair 27.06.2012-ci il tarixli 069/12 saylı kredit müqaviləsi və müqaviləyə əlavə edilmiş sənədlərdə olan imzalar ona məxsusdur, müqavilələrdə qeyd olunan məbləğləri götürmüş, kredit götürən zaman bank rəhbərliyi, eyni zamanda, həmin dövrdə kredit departamentinin rəhbərliyi krediti nə səbəbə götürdüyünü və hara xərcləyəcəyini bilmişdir. Hansı səbəbə kreditin həyət evinin tikintisi təyinatı üzrə rəsmiləşdirildiyini bilmir, bank işçisi olduğundan və həmin dövrdə kredit departamentinin müdiri işləmiş Orxan müəllimin xahişi nəzərə alınaraq kreditin təminatsız verilməsinə razılıq verilmşdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid15 bildirmişdir ki, müxtəlif ölkələrdə biznesi olmuş, onları idarə etmiş, işi ilə bağlı çox vaxt xarici ölkələrdə olmuşdur. O heç vaxt "xxxx" ASC-dən heç bir məbləğdə kredit götürməmişdir. Guya onunla "xxxx" ASC arasında bağlanmış 01.08.2014-cü il tarixli 400/14 saylı kredit müqaviləsinə əsasən 02.09.2014-cü il tarixdə 2.357.906,40 manat, 01.08.2014cü il tarixli 400/14 saylı kredit müqaviləsinə əsasən 16.09.2014-cü il tarixdə 2.745.050 manat, cəmi 5.102.956,40 manat məbləğində kredit verilməsi həqiqətə uyğun deyildir. Bir neçə il əvvəl xaricdə olarkən valideyni zəng edərək məhkəmədən "xxxx"a borcu olması barədə bildiriş gəldiyini demişdir. Təqsirləndirilən şəxsla münasibəti olduğundan bunu ona zəng edərək bildirmiş, Nadir məlumatı olduğunu, ona ərk etdiyindən yerinə kredit sənədləşdirərək pulu özünün götürdüyünü, narahat olmamağı, 1 aya ödəyəcəyini demişdir. O, Nadirə tez bir zamanda krediti bağlamasını, ona problem yaranmamasını demiş, amma Nadir onun adına götürdüyü krediti bağlamadığından məcbur olub mülki qaydada məhkəməyə müraciət etmişdir. Məhkəmədə imza nümunələri götürülmüş və müəyyən olunmuşdur ki, sənədlərə o qol çəkməmişdir. Həmin müqavilələrdən xəbəri olmamış, imza etməmiş və həmin pulu götürməmişdir. Həmin məbləğdə pulu Nadir özü götürmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməllərində təqsirli olması zərəzçəkmiş şəxslərin və sahidlərin ifadələri ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı mötəbər və təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29.06.2020-ci il tarixli 4/352 nömrəli rəyindən görünür ki, “Ekspertizaya təqdim olunmuş, "xxxx" ASC və Şahid11 adlarından olan 12.000.000 manat kredit götürülməsinə dair 20.06.2016-cı il tarixli 021/15 saylı kredit müqaviləsinin kserosurətində “Borcalan” qrafalarında əks olunmuş imzalar, həmin müqaviləyə aid iltizamın kserosurətində “Borcalanın A.A.S imzası” qrafasında əks olunmuş imza, “Hüseynov B” yazıları və imza, kredit sifarişinin kserosurətinin sonunda “Sifarişi verməyə səlahiyyəti olan şəxsin vəzifəsi A.A.S” qrafasında əks olunuş imza; "xxxx" ASC və Şahid11 adlarından olan 6.000.000 manat kredit götürülməsinə dair 28.04.2014-cü il tarixli 125/14 saylı kredit müqaviləsinin kserosurətində “Borcalan” qrafalarında əks olunmuş imzalar - Şahid11 tərəfindən icra olunmuşdur.” Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 17.12.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, “hüquqi şəxslər MM “NUR” KFT, MM “Bəzgəh” KFT, "xxxx" MTK, "xxxx" MMC, fiziki şəxslər Şahid3, Şahid7, X27, Şahid4, Şahid5, Şahid6, Şahid2, Şahid11, Şahid15, Şahid8 Zülfüqar oğlu, X18, X21, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 adlarına cəmi 84.269.739,31 manat və 3.111.119,07 ABŞ dolları məbləğində kreditlər ayrılmış, həmin kreditlər üzrə 8.760.856,40 manat və 626 545,79 ABŞ dolları manat əsas borclar, 8.363.882,45 manat və 387.062,04 ABŞ dolları faiz borclar ödənilmişdir. Araşdırmaya təqdim edilmiş sənədlər üzrə müəyyən edilmiş tarixlərə (01.06.2020-30.06.2020) cəmi 77.828.213,37 manat əsas borc, 31.041.813,11 manat faiz və cərimə borcları qalmışdır.” Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs adına meyvəçiliyin inkişafı, şəxsi istifadə, həyət evinin tikintisi təyinatları üzrə 16.06.2010-ci il tarixli 005/10 saylı kredit müqaviləsi üzrə 200.000 manat, 25.12.2010-ci il tarixli kredit kartı müqaviləsi üzrə 215.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 171.677,5 manat), 07.01.2013-ci il tarixli PK361 saylı kredit kartı müqaviləsi üzrə 620.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 486.514 manat) və 21.12.2015-ci il tarixli 0165/15 saylı kredit müqaviləsi üzrə 1.982.928,31 manat, ümumilikdə 2.182.928.31 manat və 835.000 ABŞ dolları məbləğində pul vəsaiti təminatsız olaraq kredit qismində rəsmiləşdirilmişdir. 16.06.2010-cü il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 30.000 manat əsas, 34.595,55 manat hesablanmış faizlərin və 21.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 100.000 manat məbləğində faizlərin ödənilməsinə baxmayaraq, 2.152.928,31 manat və 671.659,38 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 527.772,15), eləcə də, 800.511,54 manat və 225.350,17 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 383.095,29 manat) faiz borcu ödənməmişdir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Şahid8 Zülfüqar oğlunun adına olan 27.06.2012-ci il tarixli 069/12 saylı kredit müqaviləsi üzrə 300.000 manat məbləğində pul vəsaiti təminatsız olaraq kredit qismində rəsmiləşdirilmişdir. 27.06.2012-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 167.917 manat əsas, 96.768,70 manat hesablanmış faizlərin ödənilməsinə baxmayaraq, 132.466,51 manat əsas, 71.010,04 manat faiz və cərimə borcu qalmışdır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Şahid4 adına mənzil təmiri, mal-materialın alınması və kommersiya təyinatları üzrə 29.12.2012-ci il tarixli 156/12 saylı kredit müqaviləsi üzrə 255.500 manat, 21.02.2014-cü il tarixli 151/14 saylı kredit müqaviləsi üzrə 2.600.000 manat və 06.06.2016-cı il tarixli 151/14 saylı kredit müqaviləsi üzrə 1.794.790 manat, ümumilikdə 4.650.290 manat məbləğində pul vəsaiti təminatsız olaraq kredit qismində rəsmiləşdirilmişdir. 29.12.2012-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 59.519,44 manat və 21.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 483.022,23 manat hesablanmış faizlərin ödənilməsinə baxmayaraq, 4.650.290 manat əsas, 1.593.790,96 manat faiz və cərimə borcu qalmışdır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, X14 adına olan 17.05.2013cü il tarixli 337/13 saylı kredit müqaviləsi üzrə 440.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 345.268 manat) məbləğində pul vəsaiti təminatsız olaraq kredit qismində rəsmiləşdirilmişdir. 17.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 81.330 ABŞ dolları hesablanmış faizin ödənilməsinə baxmayaraq, 440.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 345.268 manat) məbləğində pul vəsaitindən çıxarılmış 354.849,63 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 278.450,50 manat) əsas, 262.193,96 ABŞ dolları (dövrün rəsmi məzənnəsinə uyğun olaraq 445.729,73 manat) faiz və cərimə borcu qalmışdır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, X12 adına olan.08.2013-cü il tarixli 799/13 saylı kredit müqaviləsi üzrə 70.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 54.915 manat) məbləğində pul vəsaiti təminatsız olaraq kredit qismində rəsmiləşdirilmişdir. 70.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 54.915 manat) məbləğində pul vəsaitindən çıxarılmış 64.064,27 ABŞ dolları (dövrün rəsmi məzənnəsinə uyğun olaraq 50.252,01 manat) əsas borc qalmışdır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Şahid3 adına həyət evinin tikintisi, texnika alınması, mənzil təmiri, şəxsi istifadə və mal-material alınması, dövriyyə vəsaitinin artırılması təyinatları üzrə 05.12.2013-cü il tarixli 256/13 saylı kredit müqaviləsi üzrə 3.080.000 manat, 09.04.2014-cü il tarixli 101/14 saylı kredit müqaviləsi üzrə 3.000.000 manat, 10.04.2014-cü il tarixli 104/14 saylı kredit müqaviləsi üzrə 50.000 manat, 17.04.2014cü il tarixli 117/14 saylı kredit müqaviləsi üzrə 100.000 manat, 23.04.2014-cü il tarixli 121/14 saylı kredit müqaviləsi üzrə 50.000 manat, 22.05.2014-cü il tarixli 146/14 saylı kredit müqaviləsi üzrə 84.000 manat, 18.06.2014-cü il tarixli 162/14 saylı kredit müqaviləsi üzrə 80.000 manat, 01.07.2014-cü il tarixli 170/14 saylı kredit müqaviləsi üzrə 70.000 manat, 04.07.2014-cü il tarixli 177/14 saylı kredit müqaviləsi üzrə 1.150.000 manat, 23.07.2014-cü il tarixli 187/14 saylı kredit müqaviləsi üzrə 50.000 manat, 29.08.2014-cü il tarixli 237/14 saylı kredit müqaviləsi üzrə 120.000 manat, 17.09.2014-cü il tarixli 249/14 saylı kredit müqaviləsi üzrə 50.000 manat, 18.09.2014-cü il tarixli 251/14 saylı kredit müqaviləsi üzrə 100.000 manat, 01.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 50.000 manat, 02.10.2014-cü il tarixli 263/14 saylı kredit müqaviləsi üzrə 50 000 manat, 10.10.2014-cü il tarixli 267/14 saylı kredit müqaviləsi üzrə 50.000 manat, 17.10.2014-cü il tarixli 138/14 saylı kredit müqaviləsi üzrə 50.000 manat, 20.10.2014-cü il tarixli 276/14 saylı kredit müqaviləsi üzrə 50.000 manat, 24.10.2014-cü il tarixli 281/14 saylı kredit müqaviləsi üzrə 168.423 manat, 28.10.2014-cü il tarixli 287/14 saylı kredit müqaviləsi üzrə 100.000 manat, 05.11.2014-cü il tarixli 292/14 saylı kredit müqaviləsi üzrə 50.000 manat, 14.11.2014-cü il tarixli 299/14 saylı kredit müqaviləsi üzrə 50.000 manat, 17.11.2014-cü il tarixli 300/14 saylı kredit müqaviləsi üzrə 50.000 manat, 18.11.2014-cü il tarixli 301/14 saylı kredit müqaviləsi üzrə 50.000 manat, 25.11.2014-cü il tarixli 308/14 saylı kredit müqaviləsi üzrə 50.000 manat, 01.12.2014-cü il tarixli 314/14 saylı kredit müqaviləsi üzrə 100.000 manat, 09.12.2014-cü il tarixli 326/14 saylı kredit müqaviləsi üzrə 100.000 manat, 18.12.2014-cü il tarixli 336/14 saylı kredit müqaviləsi üzrə 50.000 manat, 24.12.2014-cü il tarixli 339/14 saylı kredit müqaviləsi üzrə 60.000 manat, 25.12.2014cü il tarixli 334/14 saylı kredit müqaviləsi üzrə 80.000 manat, kreditin verilməsinə dair 29.12.2014-cü il tarixli 348/14 saylı kredit müqaviləsi üzrə 50.000 manat, kreditin verilməsinə dair 12.01.2015-ci il tarixli 001/15 saylı kredit müqaviləsi üzrə 70.000 manat, 15.01.2015-ci il tarixli 004/15 saylı kredit müqaviləsi üzrə 50.000 manat, 21.01.2015-ci il tarixli 007/15 saylı kredit müqaviləsi üzrə 88.423 manat, 23.01.2015-ci il tarixli 008/15 saylı kredit müqaviləsi üzrə 100.000 manat, 30.01.2015-ci il tarixli 011/15 saylı kredit müqaviləsi üzrə 100.000 manat, 03.02.2015-ci il tarixli 014/15 saylı kredit müqaviləsi üzrə 60.000 manat, 23.02.2015ci il tarixli 016/15 saylı kredit müqaviləsi üzrə 57.000 manat, 02.03.2015-ci il tarixli 019/15 saylı kredit müqaviləsi üzrə 100.000 manat, 11.03.2015-ci il tarixli 021/15 saylı kredit müqaviləsi üzrə 70.000 manat, 13.03.2015-ci il tarixli 022/15 saylı kredit müqaviləsi üzrə 50.000 manat, 03.04.2015-ci il tarixli 032/15 saylı kredit müqaviləsi üzrə 50.000 manat, 06.04.2015-ci il tarixli 033/15 saylı kredit müqaviləsi üzrə 50.000 manat, 08.04.2015-ci il tarixli 034/15 saylı kredit müqaviləsi üzrə 50.000 manat, 19.05.2015-ci il tarixli 052/15 saylı kredit müqaviləsi üzrə 50.000 manat, ümumilikdə 10.137.846 manat, sonuncunun direktoru olduğu "xxxx" MTK-nın adına 26.12.2014-cü il tarixli 350/14 saylı kredit müqaviləsi üzrə 5.000.000 manat, 29.07.2015-ci il tarixli 095/15 saylı kredit müqaviləsi üzrə 206.260 manat və 3.000 manat, 29.09.2015-ci il tarixli 128/15 saylı kredit müqaviləsi üzrə 1.000.000 manat, 28.10.2015-ci il tarixli 145/15 saylı kredit müqaviləsi üzrə 500.000 manat, 30.10.2015-ci il tarixli 146/15 saylı kredit müqaviləsi üzrə 500.000 manat, 21.07.2016-ci il tarixli 020/16 saylı kredit müqaviləsi üzrə 7.500.000 manat, ümumilikdə 14.709.260 manat məbləğində pul vəsaiti təminatsız olaraq kredit qismində rəsmiləşdirilmişdir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Şahid3 adına olan 05.12.2013-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 1.220.750,97 manat, 09.04.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 506.326,66 manat, 10.04.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 14.955,55 manat, 17.04.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 13.719,99 manat, 23.04.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 5.466,67 manat, 22.05.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 8.101,33 manat, 18.06.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 6.791,12 manat, 01.07.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 5.537,78 manat, 04.07.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 89.444,44 manat, 23.07.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 3.466,67 manat, 29.08.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 2.401,00 manat əsas və 6.400,00 manat, 17.09.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 2.266,67 manat, 18.09.2014-cü il tarixdə tarixli müqavilə üzrə kreditin istifadə müddətində 4.488,89 manat, 02.10.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 1.955,55 manat, 10.10.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 1.911,11 manat, 17.10.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 1.600,67 manat, 20.10.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 1.533,33 manat, 24.10.2014-cü il tarixdə tarixli müqavilə üzrə kreditin istifadə müddətində 4.865,55 manat, 28.10.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 2.711,11 manat, 05.11.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 1.200 manat, 14.11.2014cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 1.000 manat, 17.11.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 933,33 manat, 18.11.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 911,11 manat, 5.11.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 755,56 manat, 01.12.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 1.244,44 manat, 09.12.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 888,89 manat, 18.12.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 244,44 manat, 24.12.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 133,33 manat, 25.12.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 142,22 manat hesablanmış faizlərin ödənilməsinə baxmayaraq, ümumilikdə Şahid3 adına ayrılmış 10.135.445 manat məbləğində əsas, 7.186.303,31 manat faiz və cərimə borcu, "xxxx" MTKnın adına ayrılmış 26.12.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 170.645 manat əsas və 588.888,88 manat hesablanmış faiz borcundan, 26.12.2014-cü il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 14.740,54 manat, 29.09.2015-ci il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 57.111,11 manat, 28.10.2015-ci il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 63.000,00 manat, 30.10.2015-ci il tarixli müqavilə üzrə kreditin istifadə müddətində 40.805,56 manat, hesablanmış faiz borcundan ödənilməsinə baxmayaraq, ümumilikdə "xxxx" MTK-nın 14.538.615 manat əsas, 4.462.341,42 manat faiz və cərimə borcu qalmışdır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Şahid11 adına müvafiq olaraq həyət evinin tikintisi və kənd təsərrüfatı məhsullarının istehsalı və inkişafı təyinatı üzrə 28.04.2014-cü il tarixli 125/14 saylı kredit müqaviləsi üzrə 6.000.000 manat, sonuncunun direktoru olduğu X24 adına 20 iyul 2016-cı il tarixli 021/16 saylı kredit müqaviləsi üzrə 12.000.000 manat məbləğində pul vəsaiti təminatsız olaraq kredit qismində rəsmiləşdirilmişdir. Həmin kreditlər üzrə 18.000.000 manat məbləğində əsas, müvafiq olaraq 4.234.667,14 manat və 3.175.380,00 manat, cəmi 7.410.047,14 manat faiz və cərimə borcu qalmışdır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Şahid15 adına biznesin inkişafı təyinatı üzrə 01.08.2014-cü il tarixli 400/14 saylı kredit müqaviləsinə əsasən 02.09.2014-cü il tarixdə 2.357.907 manat, 01.08.2014-cü il tarixli 400/14 saylı kredit müqaviləsinə əsasən 16.09.2014-cü il tarixdə 2.745.050,00 manat məbləğində pul vəsaitinin kredit qismində ayrılaraq 5.102.957 manat məbləğində pul vəsaiti təminatsız olaraq kredit qismində rəsmiləşdirilmişdir. Hər iki müqavilə üzrə ümumilikdə 5.102.957 manat əsas, 1.716.899,81 manat məbləğində faiz və cərimə borcu qalmışdır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Şahid5 adına 22.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2.100.000 manat məbləğində pul vəsaiti təminatsız olaraq kredit qismində rəsmiləşdirilmişdir. 22.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 312.083,32 manat hesablanmış faizlərin ödənilməsinə baxmayaraq, 2.100.000 manat əsas, 761.832,87 manat faiz və cərimə borcu qalmışdır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Şahid7 adına mal-materialın alınması və həyət evinin tikintisi təyinatı üzrə 20.02.2015-ci il tarixli 152/15 saylı kredit müqaviləsi üzrə 6.586.458 manat və 23.09.2015-ci il tarixli 126/15 saylı kredit müqaviləsi üzrə 3.000.000 manat, ümumilikdə 9.586.458 məbləğində pul vəsaiti təminatsız olaraq kredit qismində rəsmiləşdirilmişdir. 20.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 1.888.275,04 manat əsas, 488.445,88 manat hesablanmış faizlərin və 23.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 2.002.001,87 manat əsas, 69.456,00 manat hesablanmış faizlərin ödənilməsinə baxmayaraq, 5.696.181,09 manat əsas, 2.294.072,17 manat faiz və cərimə borcu qalmışdır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Şahid6 adına həyət evinin tikintisi, yaşayış sahəsinin təmiri, yaşayış sahəsinin tikintisi və təmiri təyinatları üzrə 18.03.2015-ci il tarixli 025/15 saylı kredit müqaviləsi üzrə 80.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 83.904 manat), 19.03.2015-ci il tarixli 026/15 saylı kredit müqaviləsi üzrə 60.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 62.916 manat), 10.04.2015-ci il tarixli 036/15 saylı kredit müqaviləsi üzrə 200.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 210.400 manat), 13.04.2015-ci il tarixli 039/15 saylı kredit müqaviləsi üzrə 60.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 63.222 manat), 14.04.2015-ci il tarixli 063/15 saylı kredit müqaviləsi üzrə 30.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 31.542 manat), 14.04.2015-ci il tarixli 064/15 saylı kredit müqaviləsi üzrə 230.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 241.822 manat), 16.04.2015-ci il tarixli 041/15 saylı kredit müqaviləsi üzrə 44.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 46.230,80 manat), 23.04.2015-ci il tarixli 047/15 saylı kredit müqaviləsi üzrə 60.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 63.036 manat), 18.05.2015-ci il tarixli 059/15 saylı kredit müqaviləsi üzrə 500.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 523.550 manat), 19.05.2015-ci il tarixli 060/15 saylı kredit müqaviləsi üzrə 90.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 94.293 manat) və 20.05.2015-ci il tarixli 061/15 saylı kredit müqaviləsi üzrə 40.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 41.940 manat), ümumilikdə 1.394.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 1.462.855,80 manat) məbləğində pul vəsaiti təminatsız olaraq kredit qismində rəsmiləşdirilmişdir. 18.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 10.170,83 ABŞ dolları, 19.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 7.300,01 ABŞ dolları, 10.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 23.722,23 ABŞ dolları, 13.04.2015ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 7.066,67 ABŞ dolları,14.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 3.524,99 ABŞ dolları, 14.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 26.897,22 ABŞ dolları, 14.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 5.145,55 ABŞ dolları, 23.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 7.783,34 ABŞ dolları, 18.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 57.16,67 ABŞ dolları, 20.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin istifadə müddətində 4.588,88 ABŞ dolları hesablanmış faizlərin ödənilməsinə baxmayaraq, 1.394 000.ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 1.462.855,80 manat) əsas, 573.710,64 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 975.308,08 manat) faiz və cərimə borcu qalmışdır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Şahid2 adına olan 24 iyun 2016-cı il tarixli 016/16 saylı kredit müqaviləsi üzrə 2.000.000 məbləğində pul vəsaiti təminatsız olaraq kredit qismində rəsmiləşdirilmişdir. Həmin müqavilə üzrə 2.000.000 manat əsas, 1.000.999,81 manat faiz və cərimə borcu qalmışdır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, X19 adına 17.06.2016-cı il tarixli 014/16 saylı kredit müqaviləsi üzrə 3.000.000 manat məbləğində pul vəsaiti təminatsız olaraq kredit qismində rəsmiləşdirilmişdir. Həmin müqavilə üzrə 3.000.000 manat əsas, 696.500 manat faiz və cərimə borcu qalmışdır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, X30 direktoru olduğu MM “NUR” X24 adına kənd təsərrüfatı məhsullarının istehsalı və inkişafı təyinatı üzrə 5 iyul 2016-cı il tarixli 018/16 saylı kredit müqaviləsi üzrə 2.500.000 manat məbləğində pul vəsaiti təminatsız olaraq kredit qismində rəsmiləşdirilmişdir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan daxil olmuş 08.09.2020-ci il tarixli, **********981 nömrəli məktuba əsasən müəyyən edilir ki, ləğv prosesində olan "xxxx" ASC-nin balans məlumatlarına əsasən hüquqi şəxslərin hesabları üzrə öhdəlikləri 2,3 mln. manat, fiziki şəxslərin hesabları üzrə öhdəlikləri 3,5 mln. manat, Azərbaycan Respublikası Mərkəzi Bankı üzrə öhdəlikləri 84,5 mln. manat, bankların tələbləri 6,5 mln. manat, maliyyə şirkətlərindən və institutlarından cəlb edilən vəsaitləri 46,3 mln. manat, digər öhdəliklər 31,7 mln. manat olmaqla, cəmi öhdəlikləri 174,8 mln. manatdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 5 mart 2004-cü il tarixdən 22 iyul 2016-cı il tarixədək Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən verilmiş 22 aprel 2005-ci il tarixli lisenziyaya əsasən fəaliyyət göstərən "xxxx" ASC-nin payçılarının 5 mart 2004-cü il tarixli ümumi yığıncağının 13/03 saylı protokolu ilə rəsmiləşdirilmiş iclasında bankın Müşahidə şurasının sədri vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 21.07.2016-cı il tarixli qərarı ilə "xxxx" ASC-nin lisenziyası ləğv edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.06.2016-cı il tarixli qərarına əsasən məcburi ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-ci il tarixdən "xxxx" ASC-nin Ləğvedicisi təyin edilmişdir. Bundan başqa, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 19.09.2016-cı il tarixli qərarına əsasən "xxxx" ASC-nin iflas proseduruna başlanmışdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, Müşahidə şurasının sədri bankın idarə edilməsinə və fəaliyyətinə nəzarətin həyata keçirilməsi, o cümlədən, bankın İdarə Heyətindən hesabat alınması, səhmdarların ümumi yığıncağı və İdarə Heyətinə tövsiyələr verilməsi, bank tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə bu pozuntu barəsində səhmdarların ümumi yığıncağının, Audit Komitəsinin və İdarə Heyətinin xəbərdar edilməsi, maliyyə bazarlarına nəzarət orqanına isə bank qanunvericiliyinin və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktları barədə bildirişlərin göndərilməsi, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sisteminin hazırlanması və tətbiq edilməsi, bankın kapital ehtiyatlarının yaradılması haqqında qərar qəbul edilməsi, bankın nizamnamə kapitalının 50 faizindən artıq məbləğdə və bankın nizamnaməsində nəzərdə tutulmuş hallarda bank adından müvafiq əqdlərin bağlanmasına icazə verilməsi, aidiyyəti şəxslərlə dəyəri bankın aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi, bankın fəaliyyətinin kompleks və ya ayrı-ayrı sahələrinin yoxlanılması barədə qərar qəbul edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyalara malikdir. Məhkəmə baxışı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü müdafiə üçün dəlillər gətirib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmədiyini və ondan həmin məbləği borca götürdüyünü, Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etmədiyini və sonuncunun aldığı evə görə borcunun yarandığını, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etmədiyini və həmin 5.000.000 manat kredit məbləğini sonuncunun götürdüyünü, qohum və tanışlarının adına kredit götürmədiyini, qohum və tanışlarının adlarına olan kreditlər üzrə pul vəsaitlərini sonuncuların özlərinin götürdüyünü bildirməklə öz müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı toplanmış sübutlarla - dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də iş materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Bundan başqa məhkəmə Zərərçəkmiş şəxs3, şahidlər Şahid1, Şahid2 və Şahid12 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini, digər möhtəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, onların ibtidai istintaq zamanı verdikləri ifadələr obyektiv həqiqəti əks etdirir və ona görə də həmin ifadələri sübüt növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3, şahidlər Şahid1, Şahid2 və Şahid12 məhkəmədə verdikləri ifadələri Təqsirləndirilən şəxs müdafiə etmək xarakteri daşımaqla onun cinayət məsuliyyətindən azad olunması məqsədini güdür. Məhkəmə istintaqı zamanı təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyrilərinin köməkçiliyi ilə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq mənimsəmə yolu ilə talamış, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, biləbilə hüquq verən saxta rəsmi sənəddən təkrarən istifadə etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi qənaətinə gəlir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yünügülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 179.3.2-ci maddələri ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünün əlavə cəza kimi təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə, Cinayət Məcəlləsinin 308.2– ci maddəsi ilə təqsirli bilinərək dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 01 iyul 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi ilə əlaqədar 72.328.213,37 manat məbləğində pul vəsaiti mənimsənilmiş, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə əlaqədar "xxxx" ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan 31.041.813,11 manat (otuz bir milyon qırx bir min səkkiz yüz on üç manat on bir qəpik) məbləğində mühüm zərər vurulmuş, 5.175.000 manat məbləğində pul vəsaiti isə dələduzluq yolu ilə ələ keçirilmişdir. İbtidai istintaq zamanı xüsusi müsadirənin təmin edilməsi üçün Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117B, mənzil 42 və 43, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 0,3809 kv.m torpaq sahəsi, ünvan 11 ünvanda yerləşən 0,0804 ha torpaq sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 12nvanda yerləşən qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 8/10 (10-cu Zavod-8) ünvanda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi, Təqsirləndirilən şəxs arvadı X9 məxsus ünvan 14 ünvanında yerləşən mənzil, həmçinin Təqsirləndirilən şəxs qızı X16 adına ünvan 16i ərazisində yerləşən 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evi, “Jeep Wrangler” markalı, **-EF-*** dövlət qeydiyyat nömrəli, “Mersedes Benz S500” markalı, **-KP-*** dövlət qeydiyyat nömrəli, “Bentley Continental” markalı, **-UL-*** dövlət qeydiyyat nömrəli və “Mersedes Benz G63 AMG” markalı, **-VC-*** dövlət qeydiyyat nömrəli avtomobillərin üzərinə Binəqədi rayon məhkəməsinin 03.07.2020-ci il və 26.08.2020-ci il tarixli qərarları ilə həbs qoyulmuşdur. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə həbs qoyulmuş yuxarıda göstərilən özünə və ailə üzvlərinə məxsus olan əmlakları cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 99-3-cü maddəsində cinayət nəticəsində vurulmuş ziyanın müsadirə edilmiş əmlak vasitəsilə ödənilməsi ilə bağlı müvafiq müddəalar öz əksini tapmışdır. Belə ki, həmin maddəyə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. Ona görə də məhkəmə hesab edir ki, üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117B, mənzil 42 və 43, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 0,3809 kv.m torpaq sahəsi, ünvan 11 ünvanda yerləşən 0,0804 ha torpaq sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 12nvanda yerləşən qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 8/10 (10-cu Zavod-8) ünvanda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi, X9 məxsus ünvan 14 ünvanında yerləşən mənzil, X16 adına ünvan 16i ərazisində yerləşən 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evi, “Jeep Wrangler” markalı, **-EF-*** dövlət qeydiyyat nömrəli, “Mersedes Benz S500” markalı, **- KP-*** dövlət qeydiyyat nömrəli, “Bentley Continental” markalı, **-UL-*** dövlət qeydiyyat nömrəli və “Mersedes Benz G63 AMG” markalı, **-VC-*** dövlət qeydiyyat nömrəli avtomobillər xüsusi müsadirə edilməklə cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə yönəldilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan daxil olmuş kredit müqavilələri, bank hesablarından çıxarışlar və kredit sənədlərinin surətləri sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 140 (yüz qırx) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 ( iki ) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 64-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 ( üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 iyul 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117B, mənzil 42 və 43, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 0,3809 kv.m torpaq sahəsi, ünvan 11 ünvanda yerləşən 0,0804 ha torpaq sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 12nvanda yerləşən qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 8/10 (10-cu Zavod-8) ünvanda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi, X9 məxsus ünvan 14 ünvanında yerləşən mənzil, X16 adına ünvan 16i ərazisində yerləşən 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evi, “Jeep Wrangler” markalı, **-EF-*** dövlət qeydiyyat nömrəli, “Mersedes Benz S500” markalı, **-KP-*** dövlət qeydiyyat nömrəli, “Bentley Continental” markalı, **-UL- *** dövlət qeydiyyat nömrəli və “Mersedes Benz G63 AMG” markalı, **-VC-*** dövlət qeydiyyat nömrəli avtomobillər xüsusi müsadirə edilməklə cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə yönəldilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan daxil olmuş kredit müqavilələri, bank hesablarından çıxarışlar və kredit sənədlərinin surətləri sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işində saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 140 (yüz qırx) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-80/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-80/2022
04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver