Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-80/2023 17.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X5, X6 və X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3, ədliyyə müşaviri Dövlət ittihamçısı5, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcəli hüquqşünas X7, zərərçəkmiş şəxs (mülki iddiaçı) X4 və nümayəndəsi - Bakı şəhəri, 21 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və müdafiəçilər - Bakı şəhəri, 28 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və “A.İ.M” Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, 31 iyul 2021-ci il tarixdə barəsində axtarış elan edilmiş və 05 sentyabr 2021-ci il tarixdə şübhəli şəxsi qismində tutulmuş, 07 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixli qərara əsasən, barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədən qaçıb gizləndiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və axtarış elan edilmiş, 28 noyabr 2022-ci il tarixdə tutulmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Fuad” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, tanışı Zərərçəkmiş şəxs aldadaraq, guya özünün Dövlət Təhlükəsizliyi Xidmətinin, “İnterpolun” Bakı ofisinin əməkdaşlarının əlaqələrindən istifadə edərək, Rəşad İsmayılovun 2014-2016-cı illərdə «Pepsi-Cola» şirkətindən pay qazanmaq adı ilə London şəhərində yaşayan şəxsiyyəti məlum olmayan Gerard Raju adlı şəxsin bank hesabına Bakı şəhərində “Vestern Union” pul köçürmə xidməti vasitəsi ilə köçürdüyü 300.000 ABŞ dollar pul vəsaitinin ona geri qaytarılmasına köməklik edəcəyini yalandan vəd edərək, 2018-ci ilin fevral ayında yaşadığı ünvan 2 ünvanda 300 manat, ünvan 3ləşən “Gilavar” restoranında 250 manat, yaşadığı ünvan 2 ünvanın qarşısında 800 manat, işlədiyi ünvan 4 ünvanında yerləşən Dəri- Zöhrəvi dispanserində 2000 manat, bir neçə gün sonra yenə Dəri-Zöhrəvi dispanserində 2000 manat, həmin ilin mart ayında işlədiyi Dəri-Zöhrəvi dispanserində 1500 manat, yaşadığı ünvan 2 ünvanın qarşısında 8000 manat, yenə həmin ünvanda 6000 manat, həmin ilin aprel ayında ünvan 2 ünvanda 4500 manat, bir neçə gün sonra yenə həmin ünvanda 4000 manat və daha sonra 5000 manat, həmin ilin aprel-iyun aylarında Dəri-Zöhrəvi dispanserində Təqsirləndirilən şəxs göndərdiyi taksi avtomobili sürücüsü Şahid4 vasitəsi ilə hissə-hissə olmaqla cəmi 8000 manat, həmin ilin may ayında Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Gənclik” metrostansiyasının qarşısında 5000 manat, həmin ilin iyun ayında yaşadığı ünvan 2 ünvanın qarşısında 2800 manat, Şahid4 vasitəsi ilə Dəri-Zöhrəvi dispanserdə 5000 manat, bir neçə gün sonra Dəri-Zöhrəvi dispanserdə yenə 3500 manat və sonuncu dəfə yaşadığı ünvan 2 ünvanın qarşısında 2000 manat, vahid niyyətlə əhatə olunmuş qəsdlə Rəşad İsmayılovdan ümumilikdə 60.650 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirmiş və vədinə əməl etməyərək zərərçəkmiş şəxs Rəşad İsmayılova qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun Rəşad İsmayılovu aldatmaq və pulunu ələ keçirmək niyyəti heç vaxt olmamışdır. Təxminən 2018-ci ildə bir gün dostu ilə birlikdə Rəşadın yanına getmiş və həmin vaxt Rəşad ondan bir nəfər şəxsi tapmaqda köməklik göstərməsini xahiş etmişdir. Həmin şəxsin tapılması müqabilində Rəşad ona hissə-hissə ümumilikdə 18.000 manat pul vermişdir. Sonra ondan şikayət edildiyi üçün Rəşadla görüşüb ondan aldığı pulu tam şəkildə qaytarmışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, Fuadın axtarışı ilə bağlı Rəşaddan pulları 200, 300 və 500 manat olmaqla hissə-hissə almışdır. Rəşad ona müxtəlif hədiyyələr də vermişdir. Fuadın axtarışı ilə bağlı Rəşad ona təxminən 17.000-18.000 manat pul vermiş və həmin 18.000 manatı tam qaytarmışdır. Sonradan Rəşad isə ona Fuadın ondan 100.000 manat pul aldığını bildirmişdir. İfadələri arasında ziddiyyətlər olduğu üçün Təqsirləndirilən şəxs işin ibtidai istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilən Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2019-cu ilin əvvəllərindən tanımış, belə ki, o, zöhrəvi xəstəliyi olduğuna görə tanışı, hal-hazırda soyadını, ata adını xatırlamadığı Emin adlı şəxsə qeyd olunan xəstəliyə tutulmasını və buna görə də bu sahədə biliyi olan həkimə müraciət etmək istədiyini, əgər belə bir tanış həkimi varsa, həmin həkimə müraciət etməsinə köməklik göstərməsini bildirmişdir. Emin də razılaşaraq onu Mərkəzi Univermağın yaxınlığında yerləşən Bakı şəhəri, 1 nömrəli Dəri-Zöhrəvi Dispanserinə gətirmiş, oranın baş həkimi işləyən Rəşad İsmayılovla tanış etmiş, o da, Rəşada zöhrəvi xəstəliyə tutulduğunu və müalicə olunmaq istədiyini bildirmişdir. Rəşad özü onu müayinə etmiş və ona iynə vurub “maz” adlanan məhlulu vermişdir. Bundan sonra o, bir dəfə Rəşadın işlədiyi qeyd olunan dispanserə getmiş və o, onu təkrar müayinə etmiş və nəticədə bir müddətdən sonra sağalmışdır. Bu kimi görüş və tanışlıqdan sonra onunla Rəşadın arasında xoş münasibətlər yaranmış və həmin ərəfədə o, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Atatürk” parkında gəzişərkən orada təsadüfi olaraq Rəşad İsmayılovla rastlaşmış, Rəşad onunla digər bir vaxt görüşüb söhbət etmək istədiyni bildirmiş, o da, etiraz etməmişdir. Buna görə sonradan zəngləşib-görüşmək məqsədi ilə Rəşad istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömərisini ona vermiş və o da, istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsini Rəşada vermişdir. Həmin vaxtlar onun istifadəsində həmçinin ***-***-**-** saylı mobil telefon nömrəsi də olmuşdur. Bu yolla həmin gün axşam saatlarında Rəşadla zəngləşib Atatürk parkında təklikdə görüşərək orada çayxanaya oturub çay içməklə söhbətləşmişlər. Söhbət zamanı Rəşad telefonunun yaddaşında olan təxminən 18-19 yaşlı Fuad adlı oğlanın şəklini ona göstərərək, bu oğlanı tapmaq lazım olduğunu demişdir. Eyni zamanda, Rəşad şəklini ona göstərdiyi Fuad adlı oğlanın ona hansısa “serviz kart”ını verəcəyini vəd edərək 400.000 ABŞ dolları pulunu alıb atmasını, yəni aldadıb həmin məbləğdə pulunu dələduzluq yolu ilə ələ keçirməsini bildirmişdir. Həmçinin Rəşad ona daha bir nəfər türk vətəndaşı olan şəxsin 70.000 manat pulunu eyni olaraq dələduzluq yolu ilə ələ keçirərək mənimsədiyini bildirmişdir. Bununla bağlı aralarında olan həmin söhbət zamanı o, Rəşada həmin türk vətəndaşından gedib Bakı şəhərində fəaliyyət göstərən Türkiyə səfirliyinə şikayət etməsini məsləhət görmüşdür. Rəşad isə cavabında rəsmi şikayətlər etməklə onun arası olmadığını bildirmişdir. O, Rəşaddan həmin Fuad adlı oğlanı necə tapa bilməsini soruşduqda, Rəşad həmin oğlanın soyadını, adını, ata adını desə də, yaşayış ünvanına aid yalnız həmin oğlanın “Əcəmi” metrostansiyasınm yaxınlığında yaşadığını demişdir. Həmin vaxtdan xeyli müddət keçdiyinə görə o, hal-hazırda həmin oğlanın soyadı və ata adını xatırlamır. Bununla yanaşı, həmin söhbət zamanı o, Rəşaddan niyə görə həmin Fuad adlı oğlanın barəsində polisə şikayət etmədiyini soruşduqda, Rəşad ona dövlət orqanlarına inanmadığını və məmurların həmin oğlana verdiyi pulu özləri alaraq ona heç bir miqdarda pul verməyəcəklərini ehtimal etdiyini bildirmişdir. Sonra Rəşad öz telefonunun yaddaşında həmin oğlanın fotoşəkilini “Votsap” proqramı vasitəsi ilə onun mobil telefonuna göndərmiş, o, özü həmin Fuad adlı oğlanı axtararaq maraqlanacağını, sonuncunun kim olduğunu və nə işlə məşqul olduğunu öyrənəcəyini demişdir. Bu söhbət tamamlanandan sonra onlar ayrılmış və bundan 4-5 gün keçəndən sonra Rəşad onun telefonuna zəng etmiş, həmin oğlan haqqında hər hansı bir məlumat toplayıb-toplamadığını soruşmuş, o da, cavabında hələ ki, vaxtı olmadığından bu işlə məşğul ola bilmədiyi üçün heç bir məlumatı olmadığını bildirmişdir. Həmin danışığın davamında Rəşad onu Nərimanov rayonu ərazisində yerləşən yaşadığı evin yaxınlığına dəvət etdiyi üçün axşam saatlarında oraya gəlib Rəşadla görüşmüşdür. Görüş zamanı Rəşad öz təşəbbüsü ilə ona 1.000 manat nağd pulu cib xərcliyi kimi verərək şəklini göstərdiyi oğlanın tezliklə tapılmasında ona köməklik etməsini xahiş etmişdir. Bununla həmin görüş tamamlanmış və sonrakı günlər o, “Əcəmi” metrostansiyasınm yerləşdiyi əraziyə gedib, orada fəaliyyət göstərən ticarət obyektləri və yaşayış binalarının həyətlərində sorğular aparmış, həmin Fuad adlı oğlanın axtarışlarını aparsa da, heç bir nəticə əldə edə bilməmiş, buna görə yenidən Rəşada həmin Fuad adlı oğlanın tapılması üçün rəsmi qaydada polisə müraciət etməsini bildirmişdir. Lakin Rəşad bir daha polisə inanmadığını bildirərək, bu kimi rəsmi şikayət etməkdən imtina etdiyini söyləmişdir. Bundan sonra, 2019-cu ilin əvvəllərində Rəşad növbəti dəfə onunla «Gənclik» metrostansiyasınm yaxınlığında görüşdükdə, Rəşad ona 1000 ABŞ dolları, yəni manat ekvivalenti ilə 1.700 manat miqdarda nağd pulu verərək həmin Fuad adlı oğlanın tapılması üzrə axtarışlarını davam etdirməsini xahiş etmiş, o da, Rəşadın həmin pulları öz təşəbbüsü və könüllü ona verdiyindən etiraz etməyib, razılaşaraq həmin pulu ondan götürmüş və sonrakı gün və həftələr ərzində eyni qaydada “Əcəmi” metrostansiyasının yerləşdiyi əraziyə gedib, sorğular aparmaqla və həmin Fuad adlı oğlanın fotoşəklini göstərməklə, sonuncunun axtarışlarını aparmış, lakin yenə müsbət nəticələr əldə edə bilməmişdir. Bu kimi axtarışları apardığı müddət ərzində Rəşad İsmayılov görüşlərin birində ona qiyməti təxminən 2.000 manat olan “İphone-8” markalı mobil telefonunu, daha sonra qiyməti təxminən 1000 manat olan İtaliya istehsalı, markasını xatırlamadığı ətri, qiyməti təxminən 1700 manat olan kişi kostyumunu və hər birinin qiyməti 200 manat olan 8 ədəd kişi köynəklərini öz təşəbbüsü ilə könüllü olaraq hədiyyə edərək, həmin Fuad adlı oğlanın tapılması ilə bağlı olan axtarışları ciddi davam etdirməsini bildirmişdir. Bununla da, Rəşad İsmayılovun ona verdiyi nağd pul və əşyaların ümumi miqdarı 9000 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, Şahid4 onun yaşadığı məhəllədə yaşamış, taksi sürücüsü olmuş, onun xidmətindən mütəmadi olaraq istifadə etmişdir. Şahid4 onun tapşırığı ilə Rəşad İsmayılovdan təxminən 1.000, 2.000, 600, 500, 300 manat olmaqla, ümumilikdə 9000 manata yaxın pul götürmüşdür. Belə ki, 2018-ci ilin təxminən yay aylarında Rəşadla söhbət edərkən, Rəşad İsmayılov ondan telefon alqı-satqı mağazasında işləyən həmin Fuad adlı şəxsdən onun üçün "xxxx" mobil operatoruna məxsus 211 nömrə ilə başlayan hər hansı bir sim-kart nömrəsi təşkil etməsini xahiş etmişdir. Buna görə də, Fuaddan həmin nömrəni neçəyə almaq mümkün olacağını soruşanda, 4500 manata təşkil edə biləcəyini bildirmişdir. O da, Rəşad İsmayılova onun sözünü çatdırmış, Rəşad da razılaşaraq Şahid4 Rəşadın iş yerinə göndərmiş, orada Rəşad 1000 manat pulu Raufa vermiş və Rauf da onun tapşırığı ilə Fuada zəng etmiş və sonuncu ilə Bakı şəhəri, Tbilisi prospektində yerləşən dairədə, yəni “Köhnə avtovağzal” adlanan ərazinin yaxınlığında görüşüb 1000 manat pulu Fuada vermişdir. O, Şahid4 göndərməklə Rəşad İsmayılovdan ümumilikdə təxminən 9000 manata yaxın miqdarda pulu götürmüşdür. Rəşadın hədiyyə etdiyi həmin “iPhone’’ markalı mobil telefonu o, özü istifadə etmiş və sonradan əlindən yerə düşüb sınaraq yararsız vəziyyətə düşdüyündən məcbur olub onu tullamışdır. Həmçinin Rəşadın ona hədiyyə etdiyi kostyum və köynəkləri o, mütəmadi olaraq geyindiyindən, həmin paltarlar da sonradan köhnəldiyi üçün onları da zibilliyə tullamışdır. Həmin ətri isə eyni olaraq mütəmadi istifadə etmiş və sonradan qurtardığı üçün onun da qabını tullamışdır. Bununla yanaşı, göstərilən ərəfədə o, həmin Fuad adlı şəxsin axtarışlarını apararkən bir müddət tanışı olan Şahid4 adlı taksi sürücüsünün xidmətindən istifadə etmiş və bununla bağlı həmin sürücünün vasitəsi ilə hissə-hissə olmaqla Rəşad İsmayılov öz təşəbbüsü və könüllü olaraq təxminən 9000 manat miqdarda nağd pulu ona göndərmişdir. Qeyd olunan miqdarda pulları taksi sürücüsü Rauf ona müxtəlif vaxtlarda və yerlərdə çatdırdığı üçün hal-hazırda həmin yerləri və ya tarixləri dəqiq göstərə bilməmişdir. Həmin əşyaları Rəşad ona pay verdikdən bir müddət sonra istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsini satmaq istədiyini və bununla bağlı onun üçün müştəri tapmasını xahiş etmişdir. Bununla bağlı o, “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən mobil telefon alqısatqı mağazasında satıcı işləyən Fuad adlı şəxsi müştəri kimi taparaq Rəşadın satdığı həmin nömrəni ona təklif etmiş və həmin şəxs də göstərilən nömrəni 6500 manata ala biləcəyini bildirmişdir. Bundan sonra isə o, bu kimi vasitəçiliyi ilə bağlı ortada qazanc əldə etmək məqsədi ilə Rəşada onun həmin nömrəsini 5.000 manata almaq istəyən bir müştəri tapdığını bildirmişdir. Rəşad razılaşdığı üçün onunla birlikdə göstərilən mağazaya gəlmiş və o, 6500 manat miqdarda pulu həmin Fuad adlı şəxsdən alıb, 5.000 manatını Rəşada verərək, qalan 1.500 manatı xeyri kimi özünə götürmüşdür. Rəşad da razılaşaraq 5.000 manatı götürmüş, özündə olan ***-***-**-** saylı mobil sim-kart nömrəsini həmin Fuad adlı oğlana təhvil vermişdir. Bir müddət keçəndən sonra Rəşadla olan görüşlərin birində o, həmin Fuad adlı oğlanı DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tutduğunu və buna görə də, sonuncunun axtarışlarını dayandırmasını bildirərək, ona verdiyi pulları geri tələb etməyə başlamışdır. Bu səbəbdən, sabahısı gün axşam saatlarında o, Rəşadla “Gənclik” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən çayxanada görüşüb, Rəşadın ona verdiyi pulların və əşyaların hesabatını aparmışlar. Həmin söhbət zamanı o, Rəşada həmin pulları və əşyaları ona özünün könüllü və öz təşəbbüsü ilə verdiyini, o da, bunun əvəzində onun tapşırığı və xahişi əsasında küçələrə düşüb ona lazım olan həmin Fuad adlı oğlanın axtarışlarını həyata keçirdiyini bildirmişdir. Rəşad bu kimi sözləri dinlədikdən sonra ona məxsus olmuş ***-***-**-** mobil telefon nömrəsini 5.000 manata satmağına baxmayaraq, az müddət keçdikdən sonra hal-hazırda həmin nömrəni internetdə 40000 manat satışa çıxarıldığını bildirmişdir. Bununla da, Rəşad guya həmin nömrənin satışı zamanı onu aldatdığını bəyan etmiş, gedib həmin Fuad adlı oğlandan ona məxsus olmuş həmin ***-***-**-** mobil telefon sim-kart nömrəsini geri alaraq onun özünə qaytarmasını tələb etmişdir. Həmçinin Rəşad ona həmin nömrəni kimə satmışsa, gedib ondan aldığı pulu geri qaytarmaqla, göstərilən nömrəni geri almasını bildirmişdir. Bununla bağlı o, Rəşada həmin nömrəni özünün şəxsən təhvil verərək satdığını, buna görə də onun özünün həmin oğlana zəng edərək bu barədə bildirməsini demişdir. Lakin Rəşad onunla razılaşmamış və həmin şəxsə zəng etməyərək, bu məsələni onun özünün həll etməsini bildirmişdir. O isə, cavabında həmin alqı-satqını Rəşadın özünün könüllü və şüurlu şəkildə apardığını, buna görə həmin şəxslə onun tərəfindən göstərilən nömrəyə aid hər hansı bir mövzuda söhbət aparmasının düzgün olmadığını bildirmişdir. Məhz bu kimi mövzuda olan danışıqlardan sonra onunla Rəşadın arasında söz mübahisəsi baş vermiş və narazılıqlar yaranmışdır. Sonradan isə, yəni xx.xx.2020-ci il tarixdə o, Rəşadla görüşəndə, sonuncunun hissəhissə ona verdiyi əşya və pullarla birlikdə ümumilikdə 18000 manat təşkil edən borcunu tamamilə ona qaytarmışdır. Buna görə də Rəşad pulları təhvil almamışdan əvvəl həmin ərizəsini özü öz dəsti xətti ilə yazaraq aparıb özü də Yasamal RPİ-nə təqdim etmişdir. Lakin bununla yanaşı, Rəşad İsmayılov ondan ilkin şikayət ərizəsi yazanda, guya ona vermiş olduğu pulların miqdarını 18.000 manat deyil, 58.000 manat yazdığını və buna görə də həmin şikayətinin bağlanması üçün eyni olaraq təkrar, yəni barışıq ərizəsində də ödənilmiş pulun miqdarını 58.000 manat kimi göstərməli olduğunu bildirmişdir. Onun üçün işə heç bir fərqi olmamış və barışığı əldə etməkdən ötrü onun həmin təklifi ilə razılaşmışdır. Məhz buna görə də Rəşad İsmayılov ondan 18.000 manat miqdarda pulu alaraq aralarında barışıq əldə etsə də, xx.xx.2020-ci il tarixli barışıq ərizəsində ödədiyi pulun miqdarını 58.000 manat kimi göstərmişdir. Rəşad İsmayılov 2018-ci ilin iyul ayında axşam saatlarında özü onu yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 37-də yerləşən binanın qarşısına dəvət edərək, orada cəmi 350 manat miqdarda pulu axtardığı Nurlan adlı şəxsin axtarışlarını davam etdirməkdən ötrü ona verdiyini bildirmişdir. Məhz həmin vaxt aralarında olmuş söhbət zamanı Rəşad İsmayılov özünün hansısa işləri ilə bağlı kimdənsə, yəni şəxsiyyəti barədə heç bir açıqlama vermədiyi şəxsdən 2.000 manat miqdarda pulu borc alaraq, həmin pulun 350 manatını yuxarıda göstərdiyi məqsədlə ona verdiyini bildirmişdir. Lakin bundan sonra və hal-hazırda Rəşad İsmayılov yalan ifadələr verərək, guya həmin 2.000 manatın hamısını ona verdiyini bildirmişdir. Bununla da, o, Rəşad İsmayılovun bu barədə göstərdiklərini yalnız qismən təsdiq edərək, qeyd olunan tarixdə və yerdə məhz sonuncu dəfə ona cəmi 350 manat miqdarda pulu verməsini və bundan sonra Rəşad İsmayılovun ona heç yerdə və heç bir miqdarda nə pul, nə də hər hansı bir əşya vermədiyini bildirmişdir. Belə ki, sonuncu dəfə həmin 350 manatı Rəşad İsmayılov ona verdikdən sonra onun üstünə şər atmağa və guya birgə satdığı ***-***-**-** saylı mobil telefon sim-kart nömrəsinin dəyərinin 40.000 manat təşkil etməsini yalandan bildirərək, həmin pulları ondan tələb etməyə başlamış və məhz bu səbəbə görə onunla münasibətləri pozulmuş və bir daha onunla görüşməmişdir. Bundan sonra o, yalnız bir dəfə, yəni xx.xx.2020-ci il tarixdə tanışı İlham adlı vəkillə birlikdə gedib Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Bayıl” marketin yaxınlığında Rəşad İsmayılovla görüşüb söhbətləşdiyini, ümumi razılığa gəldikləri üçün ona borclu olduğu 18.000 manat miqdarda pulu nağd şəkildə geri qaytardığını və Rəşad İsmayılov onunla barışaraq bu barədə ərizə yazaraq özü aparıb həmin ərizəni Yasamal RPİ-nə təqdim etdiyini bildirmişdir (cild 3, iş vərəqi 57-60). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran təqsirləndirilən şəxs Samir X2 ümumilikdə 18.000 manat pul verdiyini, nömrəni satan şəxslə Rəşadın özünün telefonda danışdığını, Rəşada tam olaraq 18.000 manatın hamısını qaytardığını, lakin zərərçəkmiş şəxsin ondan 57.000 manat qaytarmağı tələb etdiyini, istintaq zamanı Rəşada daha 3.600 manat verdiyini, törətdiyi əmələ görə hazırda səmimi peşman olduğunu ifadəsinə əlavə etdi. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, 2014-cü ildə internetdə onun elektron poçt ünvanına Gerard Raju adlı şəxsdən məktub gəlmiş, ona guya «Pepsi» şirkətinin keçirdiyi müsaqibədə qalib gəldiyi üçün uduş kimi 1 milyon funt sterling məbləğində pul veriləcəyi bildirilmişdir. Bu yolla həmin Gerard Raju adlı şəxs onu inandırmağa nail olmuş, guya həmin pulu almaq üçün ondan gömrük pulu, antiterorizm pulu, məhkəmədə leqallaşma rüsumu kimi və sair adlarla 300.000 ABŞ dolları miqdarda pul vəsaitini almışdır. Həmin pulları 3 il müddətində, yəni 2014-2016-cı illər ərzində bank vasitəsi ilə Gerard Raju adlı şəxsə London şəhərində fəaliyyət göstərən banklardakı hesablara köçürmüşdür. Lakin 2016-cı ilin iyul ayında aldanıldığını və köçürdüyü pulun müqabilində heç bir pulun ödənilmədiyini başa düşmüşdür. 300.000 ABŞ dollarının bir hissəsini onun özü Gerard Raju adlı şəxsin internetdə ona yazdığı hesablara, yəni London şəhərində fəaliyyət göstərən banklarda olan tanımadığı müxtəlif şəxslərin hesablarına, eləcə də “Vestern Union” pul köçürmə xidməti vasitəsi ilə öz adından və bir neçə işçilərinin adından Londan şəhərinə birbaşa Gerard Raju adlı şəxsin adına göndərmişdir. Belə ki, bir nəfərin adından bir gündə yalnız bir dəfə və yalnız 1.000 ABŞ dolları miqdarda pul vəsaitinin göndərilməsinə icazə verildiyindən, o, məcbur olub rəhbəri olduğu dispanserdə çalışan işçiləri Şahid2, Almaz Həsənova, Nigar Qurbanova və Şahid1ndan onunla birlikdə banka gedərək hər biri öz adından onun tərəfindən təqdim olunmuş 500-1.000 ABŞ dolları arası pul vəsaitlərini Gerard Raju adlı şəxsin adına göndərmələrini xahiş etmişdir. Bununla da, o, guya “Pepsi” şirkəti tərəfindən uduş qismində veriləcək 1.000.000 Funt Sterlinq məbləğində pul vəsaitini əldə etmək məqsədi ilə London şəhərində yaşayan Raju Gerard adlı şəxsin bank hesabına 300.000 ABŞ dolları miqdarda pul vəsaitini bank vasitəsi ilə köçürmüşdür. Lakin həmin şəxs heç bir iş görməyib göstərilən pulları mənimsəməklə ona qarşı dələduzluq etmişdir. Buna görə də, o, həmin pul vəsaitinin əldən çıxdığını anladıqdan sonra müəyyən vasitələrlə pulun qaytarılmasını təmin etməyə çalışmışdır. 2018-ci ilin fevral ayında dispanserdə müalicə olunan Orxan adlı bir pasiyentinə həmin əhvalat və problemi haqqında danışdıqda, sonuncu, ona pulların qaytarılmasında köməklik edə biləcək bir nəfər tanış adamı olduğunu və həmin şəxslə onu tanış edə biləcəyini demişdir. Bir neçə gün sonra onun mobil telefonuna nömrəsini xatırlamadığı mobil telefondan Emin kimi özünü təqdim edən şəxs zəng edərək onu “8-ci Kilometr” qəsəbəsində yerləşən kafelərdən birinə dəvət etmişdir. Orada Orxan və Emin onu əvvəllər tanımadığı, adı sonradan ona məlum olmuş Təqsirləndirilən şəxs ilə tanış etmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs özünü ona Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. O, yuxarıda göstərdiyi qaydada guya “Pepsi” şirkətindən 1.000.000 Funt Sterlinq miqdarda uduş pulunu almaqdan ötrü Gerard Raju adlı şəxsə 300.000 ABŞ dolları miqdarda pul vəsaitini bank vasitəsi ilə köçürdüyünü və həmin şəxsin onu aldadaraq pullarını mənimsədiyini danışmışdır. Təqsirləndirilən şəxs onu dinlədikdən sonra iş yoldaşı Fuad adlı şəxsə bu barədə bildirəcəyini və Fuadın öz imkanlarından istifadə etməklə həmin 300.000 ABŞ dollarının geri qaytarılmasında ona köməklik göstərəcəyini bildirmiş, bunun müqabilində o, pulu aldıqdan sonra həmin məbləğin 30%-ni ona verməli olacağını demişdir. Samir həmçinin ona, guya həmin Fuad adlı şəxsin Dövlət Təhlükəsizlik Xidmətində işləyərək məhz bu kimi pulların geri qaytarılması ilə məşğul olduğunu bildirmişdir. O da, digər alternativ variantları olmadığından Samirin təklifi ilə razılaşmış və onlar bir-birinin mobil telefon nömrələrini götürdükdən sonra ayrılmışlar. Bundan sonrakı günlərdə isə Samir özü onunla mütəmadi olaraq zəngləşməyə və daha sonra isə işlədiyi dispanserə gedib-gəlməyə başlamışdır. Növbəti görüşlərinin birində Samir Fuad adlı şəxsin onun məsələsi ilə artıq məşğul olmağa başladığını, lakin Fuadın tərtib etdiyi hansısa sənədlərin “İnterpol” vasitəsi ilə İngiltərəyə göndərməsi üçün müəyyən miqdarda pul ödənişləri etməli olduğunu bildirmişdir. Bu yolla Samir onu aldadaraq 2018-ci ilin fevral ayından bir neçə dəfə rəhbəri olduğu Bakı şəhəri Dəri-Zöhrəvi Dispanserində iş otağına və yaşadığı Nərimanov rayonu, Məmməd Araz küçəsi, 37-də yerləşən yaşadığı binada olan blokun qarşısına gəlib-gedərək ondan müxtəlif miqdarda pulları almağa başlamışdır. Belə ki, ilk dəfə Təqsirləndirilən şəxs 2018-ci ilin fevral ayının əvvəlində onun yaşadığı binanın qarşısında ondan 300 manat, 2-ci dəfə yenə fevral ayının əvvəlində “Gilavar” restoranının qarşısında 250 manat pulu götürüb Fuada çatdıracağına, 3-ci dəfə fevral ayının əvvəlində onun yaşadığı binanın qarşısında 800 manat pul alıb guya onun adına Siyəzən rayonunda fəaliyyət göstərən “Yapı Kredi” bankında hesab açacağını bildirmişdir. 4-cü dəfə Təqsirləndirilən şəxs 2018-ci ilin fevral ayının əvvəlində dispanserə gəlib iş otağında ondan 2.000 manat miqdarda pulu götürüb guya Fuada çatdıracağını bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs özü deyil, guya sürücüsü kimi təqdim etdiyi Rauf adlı şəxsi, yəni tam adı sonradan ona məlum olmuş Şahid4 onun rəhbəri olduğu dispanserə iş otağına göndərib və həmin Rauf adlı şəxs ilk dəfə 2018-ci ilin aprel ayında ondan 2.000 manat miqdarda pulu götürərərək Samirə çatdıracağını bildirmişdir. Sonradan isə həmin Rauf adlı şəxs 2018-ci ilin aprel ayından həmin ilin iyun ayınadək olan müddətdə Samirin tapşırığı ilə təxminən 7-8 dəfə onun iş otağına gəlib-gedərək ondan 8.000 manat miqdarda pulu götürərərək Samirə çatdırmaq üçün aparmışdır. Sonradan o, zəngləşib bu barədə Samirdən soruşduqda, o, həqiqətən Rauf tərəfindən ondan götürülmüş pulların tamlıqla ona çatdırıldığını təsdiq etmişdir. Rauf onunla özü ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. 2018-ci ilin fevral ayının ortalarında onun ***-***-**-** saylı mobil telefonuna özünü Təqsirləndirilən şəxs iş yoldaşı kimi təqdim edən Fuad adlı şəxs ***-***-**-** saylı nömrədən zəng edərək ona məxsus pulların İngiltərədən alınıb geri qaytarılması ilə özünün məşğul olduğunu və ona qaytarılacaq pulun 30%-ni ona ödəməli olacağını bildirmişdir. Fuadın danışığından belə başa düşmüşdür ki, o, həqiqətən də Dövlət Təhlükəsizlik Xidmətində polkovnik rütbəsində xidmət edir. Həmçinin, Fuad onunla danışaraq, ola bilsin ki, ona məxsus 300.000 ABŞ dollarının Moskva şəhərinə göndəriləcəyini və buna görə də ola bilsin ki, onun özünün Moskva şəhərinə getməli olacağını və orada onu Federal Təhlükəsizlik Xidmətində işləyən Oleq adlı şəxsin qarşılayacağını bildirmişdir. Daha sonra telefon danışıqlarında Fuad adlı şəxs artıq onun Moskva şəhərinə getməsinə ehtiyac olmadığını və bu işi özünün həll edəcəyini bildirmişdir. Bununla da, Fuad onunla əlaqə yaratdıqdan sonra 2018-ci ilin mart ayından həmin ilin iyun ayınadək olan müddət ərzində ondan müxtəlif miqdarda pul vəsaitləri tələb edərək həmin pulları ona çatdırılması üçün Samirə verməyi tapşırmışdır. İlk telefon danışıqlarının birində Fuad guya onun Moskva şəhərinə getməsi ilə əlaqədar yol biletləri və mehmanxanada otağın ödənişi kimi ondan 1.500 manat pul istəmiş və 2018-ci ilin mart ayının əvvəlində Samir onun rəhbəri olduğu dispanserə gələrək həmin pulu ondan götürüb aparmışdır. Bu yolla Fuad adlı şəxs və Samir 2018-ci ilin martiyun ayları ərzində ondan müxtəlif miqdarda və müxtəlif bəhanələrlə pullar istəməyə başlamış, nəticədə Samir özü onun yaşadığı binanın qarşısına və iş otağına gələrək ondan həmin pulları götürürmüşdür. Bu yolla da 5-ci dəfə Təqsirləndirilən şəxs 2018-ci ilin mart ayında onun yaşadığı binanın qarşısında ondan 8.000 manat miqdarda pulu götürmüş və Fuada çatdıracağını bildirmişdir, 6-cı dəfə Təqsirləndirilən şəxs 2018-ci ilin mart ayında yaşadığı binanın qarşısında ondan 6.000 manat pul götürüb Fuada çatdıracağını bildirmişdir. 7-ci dəfə Təqsirləndirilən şəxs 2018-ci ilin aprel ayında onun yaşadığı binanın qarşısında Fuada vermək adı ilə ondan 4.500 manat götürmüşdür. 8-ci dəfə Təqsirləndirilən şəxs 2018-ci ilin aprel ayında onun yaşadığı binanın qarşısında ondan 4.000 manat, 9-cu dəfə 2018-ci ilin may ayında rəhbəri olduğu dispanserdə iş otağında 5.000 manat miqdarda pul götürmüş, sonuncu götürdüyü məbləği guya Fuadın vasitəsi ilə Azərbaycanda fəaliyyət göstərən “İnterpol”un rəisinə çatdıracağını bildirmişdir. Bununla da Samir özü və sürücüsü kimi təqdim etdiyi Rauf adlı şəxsin vasitəsi ilə ondan qeyd olunan pul vəsaitini götürdükdən sonra ondan yenə müxtəlif bəhanələrlə pul tələb etdikdə, o, artıq pulu qalmadığını və həmin pulların bir hissəsini başqa şəxslərdən borc aldığı üçün həmin şəxslərin pullarını tezliklə geri qaytarmalı olduğunu bildirmişdir. Bu barədə Samir bildikdən sonra ona guya Fuadın bütün işləri demək olar kı, sona çatdırdığını, buna görə bir qədər gözləməli olduğunu bildirmişdir. Bununla yanaşı, Samir ona məsələnin müsbət həlli üçün Fuadın hansısa vəzifəli şəxsə təcili əlavə olaraq 5.000 manat pul verməli olduğunu və həmin pulları tələb etdiyini bildirmişdir. O isə, pulu olmadığı üçün Samirə yalnız istifadə etdiyi 050 ***-**-** saylı sim-kart nömrəsinin «Qara Bazar»da təxminən 5.000-6.000 manat dəyəri olduğunu və yalnız həmin nömrəni satmaqla pul verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs 2018-ci ilin may ayında ona zəng edərək “Gənclik” metrostansiyasının yanında yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində fəaliyyət göstərən mobil telefonların alqısatqısı mağazasına çağırmış, orada özünə məxsus həmin ***-***-**-** saylı sim-kart nömrəsini təqdim etmiş və Samir göstərilən mağazada həmin nömrəni tanımadığı bir nəfər cavan oğlana təhvil verərək həmin səxsdən 5000 manat pulu götürmüşdür. Samir ona həmin pulları dərhal aparıb Fuada çatdıracağını, Fuadın da tezliklə onun məsələsini həll edəcəyini demişdir. 2018-ci ilin iyun ayında Samir onu «İstanbul Evləri» adlanan ərazidə yerləşən binaların qarşısına apararaq orada Sevda adlı qadınla görüşdürmüş və Sevda Sumqayıt şəhərində yerləşən “Muğan” bankdan onun üçün kredit ala biləcəyini demişdir. Bu səbəbdən, Samir idarə etdiyi avtomobili Sumqayıt şəhərinə sürmüş və orada “Muğan” bankının qarşısında saxlayaraq Sevda ilə birlikdə gedib həmin bankın binasına daxil olmuş, o isə, avtomobildə onları gözləmişdir. Təxminən 5-10 dəqiqə sonra Samir və Sevda adlı qadın geri qaydaraq avtomobilə əyləşmiş, onun adına 25.000 manat kreditin verilməsi üçün guya həmin bankın hansısa işçisinə 2.800 manat pulu “şapka” kimi verməli olmasını demişdir. Sonrakı gün o, bir nəfər tanışından 1.500 manat və qohumundan 1.300 manat borc götürməklə cəmi 2.800 manatı toplamış və 2018-ci ilin iyun ayının əvvəli və ya ortalarında onun yaşadığı binanın qarşısında ondan 2.800 manat miqdarda pulu götürüb, həmin Sevda adlı qadına çatdıracağını bildirmişdir. Lakin bir neçə gündən sonra Təqsirləndirilən şəxs həmin Sevda adlı qadının hansısa problemləri olduğu üçün hələ ki, onun adma krediti həll edə bilməyib və bu proses gecikdiyi o, yəni Samir başqa tanış tapıb və özünün adma “Kapital” bankda 50.000 manat miqdarda krediti götürməklə ona verəcəyini, lakin bunun üçün həmin bankda işləyən hansısa şəxsə əvvəlcədən hörmət kimi “şapka” adlanan qaydada 5.000 manat miqdarda pulu verməli olduğunu bildirmişdir. Buna görə də o, məcbur olmuş, iki nəfər tanışlarından 2.000 və 3.000 manat miqdarda pullara borc alaraq cəmi 5.000 manatı toplamış, nəticədə də 11-ci dəfə Təqsirləndirilən şəxs 2018ci ilin iyul ayının əvvəli və ya ortalarında Rauf adlı şəxsi onun dispanserinə ondan daha 5.000 manat pulu götürmüş və yaxın günlərdə “Kapital” bankda öz adına hesab açdıracağını və daha sonra kreditlə götürəcəyi 50.000 manatı həmin hesaba yerləşdirəcəyini, sonra o, həmin pulların hesabına öz borclarını qaytara biləcəyini demişdir. Təxminən 2 gün sonra Təqsirləndirilən şəxs onun iş yerinə gələrək öz adına olan “Kapital” banka aid plastik kartını ona vermiş və bir neçə günə həmin karta 50.000 manat pulun köçürüləcəyini bildirmişdir. Lakin 4-5 gündən sonra həmin Fuad adlı şəxs ona zəng etmiş, 50.000 manat kreditin verilməsi üçün girov qoyulmalı olduğunu demiş, Samirin bankdan kredit götürə bilmədiyi üçün özü qaynanasının Sumqayıt şəhərində yerləşən hansısa mağazasını banka girov qoymaqla təxminən 20.000-25.000 manat arası kredit götürəcəyini, amma o, bununla bağlı zəruri sənədləşmənin aparılması üçün əvvəlcədən 3.500 manat pulu qaynanasına verməli olduğunu bildirmişdir. Buna görə də, o, məcbur olub bir neçə nəfər tanışlarından ümumilikdə 3.500 manat borc götürmüş, 12-ci dəfə Təqsirləndirilən şəxs 2018ci ilin iyul ayının ortalarında sürücüsü Rauf adlı şəxsi onun rəhbəri olduğu dispanserə göndərərək, Raufun vasitəsi ilə ondan həmin 3.500 manat pulu götürmüş, Fuadın qaynanasının mağazasını Sumqayıt şəhərində hansısa banka girov qoymaqla kreditə pul götürüb ona verəcəyini bildirmişdir. Təxminən 2 gün sonra Təqsirləndirilən şəxs ona Fuadın qaynanasının mağazasının sənədləri tam hazır olmadığı üçün sonuncunun kredit almasının bir qədər gecikdiyini və buna görə də, tez bir zamanda pul əldə etmək üçün bir nəfər Hacı adlı tanışından faiz ödəmək şərti ilə borc pul götürə biləcəyini demişdir. Samir ona guya həmin Hacı adlı tanışının Xızı rayonu, Şurabad qəsəbəsində “balıq bazarı” olduğunu və faizə pul verdiyini bildirmişdir. Bununla da, 2018-ci ilin iyul ayının sonunda Samir bu barədə ona deməklə, əvvəlcədən həmin Hacı adlı şəxsə 2.000 manat miqdarda pul verməli olduğunu bildirmişdir. O isə, artıq aldandığı ilə bağlı narahatçılıq hissləri keçirdiyi üçün Samirə etiraz etməmişdir. Bundan sonra isə onun mobil telefonuna ***-***-**-** sim-kart nömrəli telefondan zəng gəlmiş və özünü Hacı kimi təqdim edən şəxs onunla danışaraq, Samir adlı şəxsin onun yanına gələrək onun üçün 30.000 manat borc istədiyini və o, yəni Hacı onu tanıdığı üçün özü ona zəng edərək bu barədə soruşmasını qərara aldığını bildirmişdir. O da, həmin faktı təsdiq edərək həqiqətən də Samirin həmin pulları borc götürmək məqsədi ilə ondan əvvəlcədən 2.000 manat miqdarda pulu istədiyini bildirmişdir. Hacı adlı şəxs isə ona heç bir problem olmadığını demiş, o, həmin 2.000 manatı Samirə verə biləcəyini, sonuncu isə, 2-3 günə ona 30.000 manat pulu faiz ödəmək şərti ilə borc verməsini demişdir. Bu yolla da, Təqsirləndirilən şəxs onu inandırmağa nail olaraq, sonuncu 13-cü dəfə 2018-ci ilin iyul ayının ortalarında və ya sonunda onun yaşadığı binaın blokunun qarşısında ondan 2.000 manat pulu götürüb, Hacı adlı şəxsə çatdıracağını və 2-3 gün ərzində sonuncudan 30.000 manat miqdarda pulu borca götürüb ona verəcəyini bildirmişdir. Lakin bundan sonra bir neçə gün ərzində Samir onunla telefonla danışıqlar aparmış, hər dəfə müxtəlif bəhanələr gətirməklə yalnız vaxtı uzatmağa çalışmış, sonradan isə bütün əlaqələri kəsmişdir. Bundan sonra özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmiş həmin Fuad adlı şəxs də işlətdiyi mobil telefonu söndürmüşdür. Bir müddət sonra o, Samirlə telefon əlaqəsi yaratmağa nail olmuş, ondan qəti şəkildə pullarını geri tələb etməyə başlamışdır. Bu zaman Samir ona guya Xanlar rayonunda kiminsə böyük torpaq sahəsi olduğunu və həmin şəxs göstərilən torpaq sahəsini ona verdiyi üçün həmin sahəni yaxın vaxtlarda sataraq əldə edəcəyi pulların hesabına ondan götürdüyü bütün pulları qaytaracağını bildirmişdir. Lakin bu da Təqsirləndirilən şəxs növbəti yalanlarından biri olmuş və o, bir neçə ay ərzində yalnız vaxt uzatmaqla sonradan yenə də onunla bütün əlaqələri kəsmişdir. Bununla da, Təqsirləndirilən şəxs ümumilikdə ona məxsus 60.650 manat miqdarda pul vəsaitini ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. Buna görə də o, 31 iyul 2019-cu ildə şikayət ərizəsi yazmaqla Azərbaycan Respublikası Baş Prokuroruna müraciət etmişdir. Sonradan borc götürdüyü şəxslərdən Vüsal Əliyev adlı şəxs 2020-ci il mart ayının ortalarında ona zəng edərək, avtomobili ilə bir nəfər qadını vurduğunu və həmin qadın vəfat etdiyindən mərhumun yas mərasiminə pul xərcləməli olduğunu bildirmiş, özündə pul olmadığına görə ona verdiyi 4.000 manatı geri tələb etməyə başlamışdır. O da, pulu olmadığı üçün məcbur olub Təqsirləndirilən şəxs zəng edərək bu barədə bildirmiş, Samir onunla Bayıl qəsəbəsində bir nəfər vəkil kimi təqdim etdiyi şəxslə görüşmüşdür. Samir həmin vəkillə birlikdə ona cəmi 3600 manat pul düzəltdiklərini, lakin həmin pulu Samirin əvvəlki pulları guya borc kimi ondan götürdüyünü bildirməklə, bu barədə ərizə yazıb verəcəyi təqdirdə verəcəyini bildirmişdir. O da, naəlac qalıb guya Samirin pulları borc kimi alması barədə ərizə yazmış, lakin Samir və onunla gələn şəxsin xəbəri olmadan ərizəni “Şikayət ərizəmi icraatın dayandırılmamasını xahiş edirəm” kimi yazmışdır. Zərərçəkmiş şəxs Rəşad İsmayılov istintaqa verdiyi əvvəlki ifadələrini tam təsdiq edərək, onunla Təqsirləndirilən şəxs arasında heç vaxt heç bir borc münasibətləri olmadığını bildirmiş və ondan dələduzluq yolu ilə götürdüyü 58.000 manat miqdarda puldan yalnız yuxarıda göstərdiyi qaydada şikayət etdikdən sonra 3.600 manatın ona geri qaytarıldığını qeyd etmişdir. O, Samirdən aldığı 3.600 manat pulu bir neçə dəqiqə sonra Vüsalla görüşərək ona vermişdir. Ona qarşı törədilmiş dələduzluq cinayətini Təqsirləndirilən şəxs və şəxsiyyəti ona məlum olmayan “Fuad” adlı şəxs törətmişdir. Dəqiq hesablama apardıqdan sonra Təqsirləndirilən şəxs və Fuad adlı şəxsin onun 300.000 manat İngiltərəyə köçürdüyü pulun geri qaytarılması müqabilində onu aldatmağa nail olduqlarını və ondan ümumilikdə 60.650 manat məbləğində pul aldıqlarını, onun şikayətindən sonra ona 3.600 manat pul qaytarıldığını, qalan 57.650 manat pulun isə hələ də qaytarılmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin avqust ayından başlayaraq 2018-ci ilin təxminən fevral ayınadək özünə məxsus olmuş “Mersedes-190” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə, sonradan isə 2018-ci ilin dekabr ayınadək olan müddət ərzində “Nissan-Sanny” markalı 90-FM- 753 dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan və Bakı şəhər ərazilərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşadığı vaxt 2017-ci ilin sonlarında qonşu məhəllədə yaşayan Təqsirləndirilən şəxs bir müştəri kimi tanımış və aralarında münasibət yaranmışdır. Bundan sonra həftədə 2-3 dəfə olmaqla Samirin müraciəti ilə avtomobillə onu müxtəlif yerlərə aparmışdır. 2019-cu ilin təxminən mart və ya aprel ayında o, növbəti dəfə Samirin sifarişi ilə onu Bakı şəhəri, Teymur Əliyev küçəsinə aparmışdır. Orada yolun kənarında Samir maşını saxladıb özü düşmüş və əvvəllər tanımadığı, adını sonradan bildiyi Rəşad İsmayılovla görüşərək təxminən 5-10 dəqiqə ərzində söhbət etmişlər. Bu görüşdən təxminən 10 gün sonra Rəşad İsmayılov özü mobil telefonla onun istifadə etdiyi 050/055 ***-**-** nömrələri ilə işləyən mobil telefona zəng etmiş, onun nömrəsini Samirdən götürdüyünü bildirərək, onu Mərkəzi Univermağın yaxınlığında yerləşən Dəri-Zöhrəvi dispanserinə çağırmışdır. O, həmin dispanserə getmiş, baş həkimin otağına daxil olaraq Rəşad İsmayılovla görüşmüş, Rəşad ona 1.000 və ya 2.000 manat pul verərək Samirə çatdırmağı xahiş etmişdir. Həmçinin, Rəşad yol haqqı kimi ona 10 manat əlavə pul ödəmişdir. O da, həmin pulları Rəşaddan aldıqdan sonra Samirlə danışıb sonuncuya vermişdir. Həmin dəfə və sonrakı dəfələrdə verilmiş pullarla bağlı o, əvvəlcə Samirdən, sonra isə Rəşad İsmayılovdan soruşduqda, Samir ona “sənlik deyil, qarışma” demişdir. Rəşad İsmayılov isə “onun Samirlə şəxsi işləri olduğu üçün Samirə pul verir” demişdir. Bu qaydada, o, Rəşaddan 1.000, 2.000, 300, 500 və 600 manat olmaqla təxminən 10 dəfə pul götürərək aparıb Samirə vermişdir. Həmçinin, 2019-cu ilin yay aylarında 2-ci və ya 3-cü dəfə o, Rəşaddan 1.000 və ya 2.000 manat pulu Samirin tapşırığı ilə götürdükdən sonra yenə Samirin tapşırığı ilə Fuad müəllim kimi təqdim etdiyi şəxsə zəng edib, həmin şəxslə Bakı şəhəri, Tbilisi prospektində yerləşən dairədə, yəni “Köhnə avtovağzal” adlanan ərazidə görüşərək pulları görüşə gəlmiş bir nəfər tanımadığı, təxminən 25-35 yaşlarında olan bir nəfərə vermişdir. Hər dəfə o, Rəşad İsmayılovdan pulları götürüb Samirə çatdırdıqda, onlar qarşılıqlı olaraq bir-biri ilə zəngləşib pulların təhvil-təslimini təsdiqləmişlər. Bununla da, yuxarıda göstərilən qaydada o, təxminən 10.000 manata yaxın pulları Rəşaddan götürərək aparıb Samirin şəxsən özünə və yalnız bir dəfə Samirin tapşırığı ilə həmin Fuad adlı şəxsə vermişdir. Lakin Samirin ümumilikdə Rəşad İsmayılovdan nə qədər pul aldığını o, bilməmişdir. Yalnız son dəfələrin birində o, Samirin tapşığı ilə gəlib Rəşaddan növbəti dəfə pul götürdükdə, X8 narazılıq etmiş, ondan xeyli miqdarda pul almasına baxmayaraq bu günədək onun hansısa işlərini görmədiyini demişdir. Bundan sonra ara bir qədər sakitləşmiş və yalnız 2019-cu ilin yay aylarında Rəşad İsmayılov ona zəng edərək, Samirin dələduzluq etdiyini, onu aldadaraq xeyli miqdarda pulunu götürüb qaçdığını, buna görə Samirin barəsində şikayət edəcəyini bildirmişdir. Bununla bağlı o, Samirə zəng edib bildirmiş, Rəşad İsmayılovla aralarında olan problemləri həll etməsini demiş, Samir də bunu edəcəyinə söz vermişdir. Lakin sonradan Samir yoxa çıxmış və o, bir neçə dəfə onun mobil telefonuna zəng etsə də, heç bir zənglərinə cavab verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, 1 saylı Dəri-Zöhrəvi dispanserində tibbi qeydiyyatçı vəzifəsində işləmişdir. 2015-ci ildə işlədiyi dispanserin baş həkimi Rəşad İsmayılov bir nəfər London şəhərində yaşayan şəxsin bank hesabına xeyli miqdarda pul vəsaitini bank vasitəsi ilə göndərmək istədiyini, lakin bir nəfərin adından bir gündə yalnız bir dəfə və yalnız 1000 ABŞ dolları miqdarında pul vəsaitinin göndərilməsinə icazə verildiyini, buna görə bütün pulları bir dəfəyə göndərə bilmədiyini bildirmişdir. Bununla bağlı Rəşad İsmayılov onunla birlikdə banka gedərək təqdim edəcəyi pul vəsaitini onun adından həmin şəxsin adına göndərməsini xahiş etmiş, o da, buna etiraz etməmişdir. İş yerinin yaxınlığında “Accses Bank” yerləşdiyindən, o, Rəşad İsmayılovla birlikdə həmin banka getmiş və orada Rəşadın ona təqdim etdiyi 2838 ABŞ dolları məbləğində pul vəsaitini öz adından “Vestern Yunion” pul köçürmə xidməti vasitəsi ilə London şəhərində yaşayan tanımadığı Gerard Raju adlı şəxsin hesabına göndərmişdir. Həmin pul vəsaitinin Rəşad İsmayılov tərəfindən göndərilməsi səbəbini bilməmiş və bu barədə maraqlanmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs adında şəxsi tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri 1 saylı Dəri-Zöhrəvi dispanserində tibb bacısı vəzifəsində işləmişdir. 2015-ci ildə işlədiyi dispanserin baş həkimi X15 şəhərində yaşayan bir nəfərin bank hesabına pul köürmək istədiyini, lakin bir nəfərin adından gündə yalnız bir dəfə yalnız 1000 ABŞ dolları pul vəsaitinin göndərilməsinə icazə verildiyini, buna görə bütün pulları bir dəfəyə göndərə bilmədiyini bildirmişdir. Bununla bağlı Rəşad İsmayılov onunla birlikdə banka gedərək təqdim edəcəyi pul vəsaitini onun adından həmin şəxsin adına göndərməsini xahiş etmiş, o da, buna etiraz etməmişdir. Sonra o, Rəşad İsmayılovla “Accses Bank”a getmiş və orada onun verdiyi 3807 ABŞ dollarını öz adından “Vestern Yunion” pul köçürmə xidməti vasitəsi ilə London şəhərində yaşayan tanımadığı Gerard Raju adlı şəxsin adına göndərmişdir. Həmin pul vəsaitinin Rəşad İsmayılov tərəfindən göndərilməsi səbəbini bilməmiş və bu barədə maraqlanmamışdır. Təqsirləndirilən şəxs isə o, heç vaxt tanımamış və görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunan X10 Bakı şəhəri, 1 saylı Dəri-Zöhrəvi dispanserində tibb bacısı vəzifəsində işlədiklərini bildirərək, həmkarları Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqi 198-203). Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid6 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uşaqlıq dostu olmuş və halhazırda onunla münasibətləri davam edir. Bakı şəhəri, 1 nömrəli Dəri-Zöhrəvi dispanserinin baş həkimi olmuş Zərərçəkmiş şəxs təxminən 2018-ci ildən tanımış, ona müalicəsi ilə bağlı müraciət etmiş, sonradan isə aralarında yoldaşlıq münasibətləri yaranmışdır. 2019-cu ildə dostu Samir ona müraciət edib, zöhrəvi xəstəliyə tutulduğu üçün peşəkar həkim axtardığını bildirmiş, o da, X9 qəbuluna salmış və bu yolla sonuncu Samiri müalicə etmişdir. Təxminən 6 ay sonra Rəşad İsmayılov onun mobil telefonuna zəng edərək, Samirin onu aldatdığını, ona məxsus ***-**-** saylı sim-kart nömrəsini sataraq ona cəmi 5.000 manat pul verdiyini, onun isə Samirin həmin nömrəni 5.000 manata deyil, 40.000 manata sataraq qalan pulları ələ keçirdiyini sonradan müəyyən etdiyini bildirmişdir. Bununla bağlı o, Rəşad İsmayılova "xxxx" şirkətinə gedərək həmin nömrənini geri qaytarmasını məsləhət görmüş, lakin o, artıq gec olduğunu, çünki həmin nömrəni Samirin vasitəsi ilə başqa şəxsin adına rəsmiləşdirdiyini demişdir. Bu danışıqdan təxminən 2 həftə keçmiş Rəşad İsmayılov yenidən ona zəng edərək Samir haqqında sorğu edərək, Samirin “ara uşağıdırmı” və “Samirin bu kimi adamlarla hən hansı bir əlaqələri varmı?” deyə soruşmuşdur. O da, cavabında, Samirin heç bir yerdə işləmədiyini və “ara uşaqları ilə” münasibətdə olmadığını bildirmişdir. Rəşad İsmayılov “ara uşaqları” deməklə türmədə cəza çəkmiş şəxsləri nəzərdə tutmuşdur. Bundan sonra isə onunla Zərərçəkmiş şəxs arasında heç bir danışıqlar olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir məqsədlə Rəşad İsmayılovla tanış olması və söhbətlər aparması barədə heç bir məlumatı olmamışdır (cild 2, iş vərəqi 141-146). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş üzləşdirmə protokoluna əsasən, zərərçəkmiş şəxs X4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “Fuad” adlı şəxslə birlikdə onu aldadaraq, guya özünün Dövlət Təhlükəsizliyi Xidmətinin, “İnterpolun” Bakı ofisinin əməkdaşlarının əlaqələrindən istifadə edərək, Rəşad İsmayılovun 2014-2016-cı illərdə «Pepsi-Cola» şirkətindən pay qazanmaq adı ilə London şəhərində yaşayan şəxsiyyəti məlum olmayan Gerard Raju adlı şəxsin bank hesabına Bakı şəhərində “Vestern Union” pul köçürmə xidməti vasitəsi ilə köçürdüyü 300.000 ABŞ dolları məbləğində pul vəsaitinin ona qaytarılmasına köməklik edəcəyini yalandan vəd edərək, 2018-ci ilin fevral-iyul aylarında hissə-hissə olmaqla külli miqdarda pulunu ələ keçirdiyini onun üzünə qarşı demişdir (cild 2, iş vərəqi 150-166). Cinayət işində olan xx.xx.2021-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs Rəşad İsmayılov Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 37 ünvanında yerləşən yaşayış binasının 4-cü blokunu göstərərək, həmin yerdə 2018-ci ilin iyul ayında sonuncu dəfə 2000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs verdiyini bildirmiş və həmin yeri tam dəqiqliyi ilə göstərmişdir. İstintaq hərəkəti ilə bağlı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir (cild 2, iş vərəqi 170-174). İş materiallarına əlavə edilmiş elektron maqnit məlumat daşıyıcısı olan diskə baxış keçirilməsi haqqında 24 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə iş üzrə zərərçəkmiş şəxs X1 iştirakı ilə elektron maqnit məlumat daşıyıcısı olan CD-R diskində olan səsyazma parçaların HP markalı kompüterə daxil edilməklə baxış keçirilmişdir. Həmin CD-R diskə «WhatsApp Audio 2019-08-27 at 23.12.09 (1)», «WhatsApp Audio 2019- 08-27 at 23.12.09 (2)», «WhatsApp Audio 2019-08-27 at 23.12.09», «WhatsApp Audio 2019-08-27 at 23.12.10 (1)», «WhatsApp Audio 2019-08-27 at 23.12.10 (2)», «WhatsApp Audio 2019-08-27 at (3)», «WhatsApp Audio 2019-08-27 at 23.12.10», «WhatsApp Audio 2019-08-27 at (1)», «WhatsApp Audio 2019-08- 27 at 23.12.11 (2)», «WhatsApp Audio 2019-08-27 at (3)», «WhatsApp Audio 2019-08-27 at 23.12.11» və «WhatsApp Audio 2019-08-27 at 23.12.12» adlanan 12 ədəd səs yazma parçasından ibarət olan fayl yazılmışdır. CD-R diskdə yuxarıda qeyd olunan qeyd olunan «WhatsApp Audio 2019-08-27 at 23.12.09» adlanan faylda iki nəfər kişinin dialoqundan ibarət 3 dəqiqə 59 saniyə ərzində olan səs yazısı mövcuddur. Həmin səsyazmanm məzmunu dinlənildikdə Zərərçəkmiş şəxs bildirdi ki, həmin faylda olan səsyazılarında olan dioloqda iştirak edən K-l səsyazıları Təqsirləndirilən şəxs, K-2 səsyazıları isə özünə məxsusdur. Həmin səsyazısının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ondan aldığı pulları geri qaytarmasını tələb etməsini, Təqsirləndirilən şəxs isə pulları Fuad adlı şəxsə verdiyini, Zərərçəkmiş şəxs Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etdiyini və orada izahat yazdığını, hal-hazırda Şahid4 da orada izahat verdiyini, Təqsirləndirilən şəxs da ora gedərək özünün dediyi kimi ondan aldığı 58000 manat pulu Fuada verməsi barədə izahat yazmasını bildirir, Təqsirləndirilən şəxs isə özünün pulu ödəyəcəyini bildirərək ondan şikayət etməməsini xahiş edir. CD-R diskdə yuxarıda qeyd olunan «WhatsApp Audio 2019-08-27 at 23.12.09» adlanan faylda iki nəfər kişinin dialoqundan ibarət 5 dəqiqə 44 saniyə ərzində olan səsyazısı vardır. Həmin səsyazısının məzmunu dinlənildikdə Zərərçəkmiş şəxs bildirdi ki, həmin faylda olan səsyazılarında olan dialoqda iştirak edən K-l səsyazıları Təqsirləndirilən şəxs, K-2 səsyazıları isə özünə məxsusdur. Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə etdiyi şikayətlə əlaqədar Təqsirləndirilən şəxs və Fuad adlı şəxsin ora gedib izahat yazmalarını tələb edir, Təqsirləndirilən şəxs isə ora getmək istəmədiyini, onun adını izahatından çıxarmasını, notariusa gedib Zərərçəkmiş şəxs 58000 manat pul almasını və ona borclu olmasını, dilindən ərizə verməsini, həmin pulları başqa adama verməməsini, məhz ona verməsini bildirir. Zərərçəkmiş şəxs da qeyd olunan pulların hamısını ona verdiyini təsdiq edir və Fuadın da gedib izahatını yazmasını tələb edir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs Fuadın telefonuna zəng etməsini xahiş edir. CD-R diskdə yuxarıda qeyd olunan «WhatsApp Audio 2019- 08-27 at 23.12.09» adlanan faylda iki nəfər kişinin dialoqundan ibarət 54 saniyə ərzində olan səs yazısı vardır. Həmin səsyazısının məzmunu dinlənildikdə Zərərçəkmiş şəxs bildirdi ki, həmin faylda olan səsyazılarında olan dialoqda iştirak edən K-l səsyazıları Təqsirləndirilən şəxs, K-2 səsyazıları isə özünə məxsusdur. Təqsirləndirilən şəxs ona Fuad adlı şəxsin ona saat 9-da zəng edəcəyini bildirir. CD-R diskdə yuxarıda qeyd olunan «WhatsApp Audio 2019-08-27 at 23.12.10 (1)» adlanan faylda iki nəfər kişinin dialoqundan ibarət 1 dədəqə 42 saniyə ərzində olan səsyazısı vardır. Həmin səsyazının məzmunu dinlənildikdə Zərərçəkmiş şəxs bildirdi ki, həmin faylda olan səsyazılarında olan dialoqda iştirak edən K-l səsyazıları Təqsirləndirilən şəxs, K-2 səsyazıları isə özünə məxsusdur. Təqsirləndirilən şəxs ona Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə etdiyi şikayətlə əlaqədar Təqsirləndirilən şəxs Fuad adlı şəxsi ortaya çıxarıb, ora gedib izahat yazmasını tələb edir. Təqsirləndirilən şəxs notariusa gedib borc müqaviləsi bağlamasını təklif edir. CD-R diskdə yuxarıda qeyd olunan «WhatsApp Audio 2019-08-27 at 23.12.10» adlanan faylda iki nəfər kişinin dialoqundan ibarət 59 saniyə ərzində olan səsyazısı vardır. Həmin səsyazısının məzmunu dinlənildikdə Zərərçəkmiş şəxs bildirdi ki, həmin faylda olan səsyazılarında olan dialoqda iştirak edən K-l səsyazıları özünə, K-2 səsyazıları isə Təqsirləndirilən şəxs məxsusdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs axşam görüşməyi təklif edərək, Fuad adlı şəxsi işarə edərək pulun ödənilməsi üçün vaxt istədiyini bildirir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs inanmadığını söyləyir. CD-R diskdə yuxarıda qeyd olunan qeyd olunan «WhatsApp Audio 2019-08-27 at 23.12.10» adlanan faylda iki nəfər kişinin dialoqundan ibarət 59 saniyə ərzində olan səs yazısı vardır. Həmin səsyazısının məzmunu dinlənildikdə Zərərçəkmiş şəxs bildirdi ki, həmin faylda olan səsyazılarındakı dialoqda iştirak edən K-l səsyazıları özünə, K-2 syazıları isə Təqsirləndirilən şəxs məxsusdur. Təqsirləndirilən şəxs Rəşad İsmayılova axşam görüşməyi təklif edərək Fuadın ona zəng etdiyini, onun hər yerdən sözünün rədd edildiyini, ona zəng edib pulun ödənilməsi üçün vaxt istədiyini, pulun bir hissəsini vermək istədiyini bildirir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs inanmadığını deyir. CD-R diskdə yuxarıda qeyd olunan «WhatsApp Audio 2019-08-27 at 23.12.10» adlanan faylda iki nəfər kişinin dialoqundan ibarət 1 dəqiqə 31 saniyə ərzində olan səs yazısı vardır. Həmin səsyazısının məzmunu dinlənildikdə Zərərçəkmiş şəxs bildirdi ki, həmin faylda olan səsyazılarındakı dialoqda İştirak edən K-l səsyazıları özünə, K-2 səsyazıları isə Təqsirləndirilən şəxs məxsusdur. Zərərçəkmiş şəxs ərizəsi ilə əlaqədar araşdırma aparıldığını, Təqsirləndirilən şəxs onu aldatdığını, yalan danışdığını bildirir. CD-R diskdə yuxarıda qeyd olunan «WhatsApp Audio 2019-08-27 at 23.12.11» adlanan faylda iki nəfər kişinin dialoqundan ibarət 1 dəqiqə 31 saniyə ərzində olan səs yazısı vardır. Həmin səsyazısının məzmunu dinlədildikdə Zərərçəkmiş şəxs bildirdi ki, həmin faylda olan səsyazılarındakı dialoqda iştirak edən K-l səsyazıları Təqsirləndirilən şəxs, K-2 səsyazıları isə özünə məxsusdur. Təqsirləndirilən şəxs aparılan araşdırma ilə əlaqədar çağırıldığını və izahat verməyə getmək istədiyini, onunla görüşmək istədiyini bildirir. Zərərçəkmiş şəxs ona Fuadı ortaya çıxarmağı tələb edir, o isə, satqın olmadığı üçün Fuadı ortaya çıxarmayacağını, lakin Fuaddan pulu alıb qaytaracağını vəd edir. CD-R diskdə yuxarıda qeyd olunan «WhatsApp Audio 2019-08-27 at 23.12.11» adlanan faylda iki nəfər kişinin dialoqundan ibarət 4 dəqiqə 20 saniyə ərzində olan səs yazısı vardır. Həmin səsyazısının məzmunu dinlənildikdə Zərərçəkmiş şəxs bildirdi ki, həmin faylda olan səsyazılarındakı dialoqda iştirak edən K-l səsyazıları özünə, K-2 səsyazıları isə Təqsirləndirilən şəxs məxsusdur. Təqsirləndirilən şəxs aparılan araşdırma ilə əlaqədar çağırıldığını, Zərərçəkmiş şəxs ona Fuadı ortaya çıxarmağı tələb edir, Təqsirləndirilən şəxs isə ona notariusa gedib borclu olmasını barədə müqavilə bağlamağı təklif edir və Fuaddan pulu alıb qaytaracağını vəd edir. Zərərçəkmiş şəxs notariusa getməkdən imtina edərək araşdırma aparılacağını, Sevda və Hacı adlı şəxslərə niyə görə ona pul verdirdiyini bildirir. CD-R diskdə yuxarıda qeyd olunan «WhatsApp Audio 2019-08-27 at 23.12.11» adlanan faylda iki nəfər kişinin dialoqundan ibarət 40 saniyə ərzində olan səs yazısı vardır. Həmin səsyazısının məzmunu dinlənildikdə Zərərçəkmiş şəxs bildirdi ki, həmin faylda olan səsyazılarındakı dialoqda iştirak edən K-l səsyazıları özünə, K-2 səsyazıları isə Təqsirləndirilən şəxs məxsusdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs notariusa gedib borclu olmasını barədə müqavilə bağlamasını təklif edir, ona pulunu qaytaracağını vəd edir, Zərərçəkmiş şəxs isə məsləhətləşib ona bildirəcəyini deyir. CD-R diskdə yuxarıda qeyd olunan «WhatsApp Audio 2019- 08-27 at 23.12.11» adlanan faylda iki nəfər kişinin dialoqundan ibarət 2 ədəqiqə 38 saniyə ərzində olan səs yazısı vardır. Həmin səsyazısının məzmunu dinlədildikdə Zərərçəkmiş şəxs bildirdi ki, həmin faylda olan səsyazılarındakı dialoqda iştirak edən K-l səsyazıları özünə, K-2 səsyazıları isə Təqsirləndirilən şəxs məxsusdur. Təqsirləndirilən şəxs aparılan araşdırma ilə əlaqədar çağırıldığını, Zərərçəkmiş şəxs ona Fuadı niyə onunla danışdırmadığını soruşur. Təqsirləndirilən şəxs da Fuadı onunla danışdıracağına söz verir, lakin kimisə ələ vermək istəmədiyini, notariusa gedib borclu olmasını, bu barədə müqavilə bağlamasını təklif edir Zərərçəkmiş şəxs notariusa getməkdən imtina edərək pulun qaytarılmasına qarantiya olmadığını, evdə məsləhətləşib ona deyəcəyini bidirir. CD-R diskdə yuxarıda qeyd olunan «WhatsApp Audio 2019-08-27 at 23.12.12» adlanan adlanan faylda iki nəfər kişinin dialoqundan ibarət 3 ədəqiqə 13 saniyə ərzində olan səs yazısı vardır. Həmin səsyazısının məzmunu dinlənildikdə Zərərçəkmiş şəxs bildirdi ki, həmin faylda olan səsyazılarındakı dialoqda iştirak edən K-l səsyazıları özünə, K-2 səsyazıları isə Təqsirləndirilən şəxs məxsusdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs notariusa gedib müqavilə bağlanarsa, notariusun həmin pulun qaytarılmasına qarantiya olub-olmayacağını soruşur. Təqsirləndirilən şəxs pulun hamısını özü götürdüyünü, notarisa gedib müqavilə bağlamağı təklif edir. Sonra isə günorta vaxtı görüşməyi qərarlaşırlar. Bununla da, elektron maqnit məlumat daşıyıcısı olan həmin bir ədəd CD-R diskində olan sasyazısı fayllarına keçirilmiş baxış tamamlanmış, elektron maqnit məlumat daşıyıcısı olan bir ədəd CD-R-disk əvvəlki vəziyyətinə uyğun olaraq zərfinə qablaşdırılmışdır. Həmin CD-R diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və sübutetmənin predmeti olduğundan maddi sübüt kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqi 6-8, cild 3, iş vərəqi 1-24). Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə Şahid4 Akim oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə, habelə “Fuad” adlı şəxsin istifadəsində olmuş ***-***-**- ** mobil telefon nömrəsi ilə 2019-cu ildə müxtəlif vaxtlarda çoxsaylı zənglərin və yazılı mesajların olduğu müəyyən edilmişdir. Həmin mesajların mətnindən görünür ki, X12 Samir Alim oğlu və “Fuad” adlı şəxsdən onlara verilmiş pul vəsaitlərinin geri qaytarılmasını tələb edir, onu aldatmalarını, pullarını ələ keçirmələrini və bu kimi digər yazışmalar aparmışdır. Telefon yazışmalarına dair məlumatlar sübut əhəmiyyəti kəsb etdiyindən 18 vərəqədə çıxarışlar edilmiş, həmin çıxarışlar və 1 ədəd CD markalı disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 2, iş vərəqi 6-8, 208-226, cild 3, iş vərəqi 1-24). İş materiallarında olan pul köçürmələrinə dair ərizə - qəbzlərdən görünür ki, 2014-2016-cı illərdə Zərərçəkmiş şəxs və digər şəxslərin adından Bakı şəhərindən London şəhərinə müxtəlif banklardan hissə-hissə olmaqla ümumilikdə 300.000 ABŞ dolları məbləğində pul köçürülməsi müəyyən edilmişdir. Həmin qəbz-ərizələr iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 112-159, cild 3, iş vərəqi 1-24). Cinayət işinin materiallarına əlavə edilmiş 2014-2016-cı illərdə «Pepsi-Cola» şirkətindən 1.000.000 Funt sterelinq uduş payı qazanmaq adı ilə İngiltərənin London şəhərində yaşayan şəxsiyyəti məlum olmayan Gerard Raju adlı şəxs tərəfindən Rəşad İsmayılova göndərilmiş 12 vərəqdən ibarət sənədlər iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqi 100-111, cild 3, iş vərəqi 1-24). Elektron Məhkəmə portalından çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində bir azyaşlı uşağı vardır. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X4 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı iddia tələbi və şikayəti qalmadığını, gələcəkdə də təqsirləndirilən şəxsə qarşı heç bir tələbi olmayacağını bildirmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən görünür ki, idarənin informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 2, iş vərəqi 194-197). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istindaqa verdiyi ifadəsindən fərqli ifadə verərək, özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bildiyini, onun heç vaxt Rəşad İsmayılovu aldatmaq və pulunu ələ keçirmək niyyəti olmadığını, təxminən 2018-ci ildə bir gün dostu ilə birlikdə Rəşadın yanına getdiyini və həmin vaxt Rəşadın ondan bir nəfər şəxsi tapmaqda köməklik göstərməsini xahiş etdiyini, həmin şəxsin tapılması müqabilində Rəşadın ona hissə-hissə ümumilikdə 18.000 manat pul verdiyini, sonra ondan şikayət edildiyi üçün Rəşadla görüşüb aldığı pulu tam şəkildə qaytardığını bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunmuş qəsdlə Rəşad İsmayılovdan ümumilikdə 60.650 manat məbləğində pul vəsaitini alıb ələ keçirməsi və vədinə əməl etməyərək zərərçəkmiş şəxs Rəşad İsmayılova külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, həmçinin üzləşdirmə, ifadənin yerində yoxlanılması protokolları ilə, zərərçəkmiş şəxsin istintaq orqanına təqdim etdiyi səs yazılarının əks olunduğu diskə baxış protokolu, telefon danışıqlarına dair məlumatların yazıldığı diskə baxış protokolu və digər sübutlarla tam təsdiq olunur. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşağın olması, 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, 59.1.13-cü maddəsinə uyğun olaraq, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən peşman olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində 31 iyul 2021-ci il tarixdə barəsində axtarış elan edilmiş və 05 sentyabr 2021-ci il tarixdə o, iş üzrə şübhəli şəxsi qismində tutulmuşdur. 07 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixli qərara əsasən barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında qərar qəbul edilməklə həbsdən azad olunmuş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və axtarışı elan olunmuşdur. 28 noyabr 2022-ci il tarixdə o, tutulmuş və hazırda Azərbaycan Respublikası Ədliyyə nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaqla əməlindən səmimi peşman olmasını nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutlar - pul köçürmələrinə dair qəbz-ərizələr, 12 vərəqədən ibarət sənədlər, 1 ədəd diskdə olan telefon yazışmalarına dair məlumatlar, elektron maqnit məlumat daşıyıcısı olan bir ədəd CD-R-disk, mobil telefon vasitəsi ilə aparılmış yazışmalara dair 1 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X4 Təqsirləndirilən şəxs qarşı ümumilikdə 57315 manat pul vəsaitinin tutulması barədə mülki iddia qaldırmış, lakin məhkəmə iclasının sonunda ona vurulmuş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı iddia tələbi və şikayəti qalmadığını, gələcəkdə də təqsirləndirilən şəxsə qarşı heç bir tələbi olmayacağını bildirərək, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası CPM-nin 186-cı maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs Rəşad İsmayılovun Təqsirləndirilən şəxs qarşı mülki iddiadan imtinası qəbul edilməli, cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməlidir. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (il) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunsun. Sınaq müddəti ərzində hökmün icrasını həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilniş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübutlar - pul köçürmələrinə dair qəbz-ərizələr, 12 vərəqədən ibarət sənədlər, 1 ədəd diskdə olan telefon yazışmalarına dair məlumatlar, elektron maqnit məlumat daşıyıcısı olan bir ədəd CD-R-disk, mobil telefon vasitəsi ilə aparılmış yazışmalara dair 1 ədəd disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs Rəşad İsmayılovun Təqsirləndirilən şəxs qarşı mülki iddiadan imtinası qəbul edilsin və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilsin. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-80/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-80/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver