Məhkəmə qərarları › İş №1(101)-80/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-80/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-80/2024 17.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X18 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 2-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımış və qanunsuz olaraq satmışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, ümumi təmiz çəkisi 138,697 qram olan kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 2108,39 qram olan kustar üsulla hazırlanmış Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamini, şəxsi istelhak miqdarından artıq miqdarda təmiz çəkisi - 0,627 qram olan xaş-xaş bitkisindən kustar üsulla alınmış Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə tiryəki, təmiz çəkisi 0,047 qram olan Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursor kalium permanqanatı, şəxsi istehsal miqdarında ümumi təmiz çəkisi 2,798 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və ümumi təmiz çəkisi 0,770 qram olan narkotik vasitələrə aid edilməyən əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib ünvan 1 ünvanına daşıyaraq yaşadığı evin yataq otağında və həmin evin həyətindəki qarajda gizlətməklə saxlamış, xx.xx.2022-ci il tarixdə təxminən səhər saatlarında əldə edərək özündə saxladığı narkotik vasitə heroinin 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 0,137 qram təşkil edən hissəsini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Şahid7 qanunsuz olaraq 25 manat müqabilində satmış, həmçinin xx.xx.2022-ci il tarixdə səhər saatlarında əldə edərək özündə saxladığı psixotrop maddə metamfetaminin 5 (beş) ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,665 qram, 0,529 qram, 1,527 qram, 3,667 qram, 2,023 qram, ümumi təmiz çəkisi 8,411 qram təşkil edən hissəsini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində X5 əvəzsiz olaraq vermiş, həmçinin xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında əldə edərək özündə saxladığı psixotrop maddə metamfetaminin 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 7,641 qram, 3,689 qram, 3,825 qram, ümumi təmiz çəkisi 15,155 qram təşkil edən hissəsini və əldə edərək özündə saxladığı narkotik vasitə heroinin 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,599 qram təşkil edən hissəsini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Şahid1 qanunsuz olaraq 100 manat müqabilində satmış, bu barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 14:30 radələrində Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid7 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində su kanalının yanında saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə dəvət olunmuş və həmin gün saat 15:30 radələrində Xəzər RPİ-nin 3-cü Polis şöbəsində videoçəkilişlə Şahid7 üzərində keçirilən şəxsi axtarış zamanı onun əynindəki göy rəngli cins şalvarının sağ cibindən 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 0,137 qram, yəni şəxsi istehlak miqdarında qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş, tədbirin davamı olaraq Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:10 radələrində X8, Şahid1 və Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat adlanan ərazidə saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə dəvət olunmuş və həmin gün saat 18:20 radələrində Xəzər RPİ-nin 3-cü Polis şöbəsində videoçəkilişlə Namik Rzayevin üzərində keçirilən şəxsi axtarış zamanı onun əynindəki qara rəngli dəri gödəkçənin sağ cibindən 5 (beş) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,665 qram, 0,529 qram, 1,527 qram, 3,667 qram, 2,023 qram, ümumi təmiz çəkisi 8,411 qram, yəni külli miqdarda ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əynindəki qara rəngli gödəkçənin altında çiyninə keçirdiyi çantanın içərisindən 1 (bir) ədǝd silah polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş, həmçinin həmin gün saat 20:30 radələrində Xəzər RPİ-nin 3-cü Polis şöbəsində videoçəkilişlə Şahid1 üzərində keçirilən şəxsi axtarış zamanı onun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 7,641 qram, 3,689 qram, 3,825 qram, ümumi təmiz çəkisi 15,155 qram, yəni külli miqdarda ağ rəngli kristallardan ibarət madələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,599 qram, yəni külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş, eləcə də həmin gün saat 21:40 radələrində Xəzər RPİ-nin 3-cü Polis şöbəsində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı onun əynindəki qara rəngli şalvarının sağ cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,229 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş, bunun ardınca həmin gün saat 22:30 radələrində Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evində aparılan baxış zamanı yataq otağındakı çarpayının üzərində turist çantasının içərisində gizlətdiyi 8 (səkkiz) ədəd böyük ölçülü və 14 (on dörd) ǝdəd kiçik ölçülü polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 12,189 qram, 14,776 qram, 36,861 qram, 13,571 qram, 4,609 qram, 5,871 qram, 18,009 qram, 19,677 qram, 0,394 qram, 0,410 qram, 0,876 qram, 0,856 qram, 0,889 qram, 0,346 qram, 0,835 qram, 0,426 qram, 0,340 qram, 0,854 qram, 0,401 qram, 0,350 qram, 0,964 qram, 0,860 qram və 1 (bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,368 qram, ümumi təmiz çəkisi 134,732 qram Təqsirləndirilən şəxs, Şahid7 və Şahid1 üzərindən aşkar edilərək götürülmüş heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) bükümdə təmiz çəkisi 0,627 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 5 (beş) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,383 qram, 0,367 qram, 0,493 qram, 0,397 qram, 0,445 qram və 2 (iki) ədəd göy rəngli kağız bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,053 qram və 0,086 qram, ümumi təmiz çəkisi 2,224 qram Şahid1 və X4 üzərindən aşkar edilərək götürülmüş metamfetaminlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 (bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,047 qram tünd bənövşəyi rəngli metal parlaqlığına malik narın kristalşəkilli maddə kalium permanqanat və həmin evin həyətindəki qarajda taxta rəfin üzərində 2 (iki) ədəd kardon qutuların içərisində gizlətdiyi 2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1155,7 qram və 926,9 qram, ümumi təmiz çəkisi 2082,6 qram xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman onun olduğu avtomobildə 3 (üç) nəfər şəxs, yəni o, rəhmətlik qardaşı Namik və tanışı Ceyhun olmuşdur. Onlar üçü də həmin vaxt avtomobildə olmuşlar. Onlar yaşadıqları məhəlləyə çatdıqda, qarşılarını 3 (üç) mülki avtomobil kəsmişdir. Həmin mülki avtomobillərdə mülki şəxslər olmuşlar. Mülki şəxslər onun avtomobilini saxlamağa çalışan zaman hətta tapança ilə havaya atəş də açmışlar. Buna görə də o, avtomobili saxlamayaraq sürməyə davam etmişdir. Bir az sonra onun avtomobilini həmin şəxslər öz avtomobilləri ilə vurub yolun kənarındakı çuxura salmışlar. Hazırda həmin avtomobil əzilmiş vəziyyətdə yaşadığı evin həyətindədir. Avtomobilini çuxura saldıqdan sonra həmin mülki şəxslər onların hər üçünü avtomobildən zorla çıxarmışlar. Mülki şəxslər onu avtomobildən çıxaran zaman tapança ilə onun başına vuraraq başını partlatmışlar. Mülki şəxslər polis əməkdaşları olmuşlar. Polis əməkdaşları avtomobillərini onun dalıyca sürəndə də havaya atəş açmışlar. Başının partlaması faktını iş üzrə əvvəlki məhkəmə iclasında ifadə verən polis əməkdaşları təsdiq etmişlər. Polis əməkdaşları onların arxasınca sürəndə o, avtomobili saxlamamışdır. Çünki polis əməkdaşları mülki geyimdə olmuşlar deyə, o, həmin vaxt həmin şəxslərin kim olduqlarını bilməmişdir. Ən əsası isə o, polislərin belə hərəkət edə biləcəyinə inanmamışdır. O, hər gün Polis bölməsinə girib-çıxan adam olmuşdur. Əgər polis əməkdaşlarına o, lazım olmuşdursa, polis əməkdaşları onu özləri çağıra bilərdilər. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, habelə narkotik vasitələr əkib-becərməmişdir. O, Binə kəndində anadan olmuş və orada da yaşamışdır. Polis əməkdaşları onun avtomobilini saxlayandan sonra onu və avtomobildəki digər 2 (iki) nəfəri avtomobildən çölə çıxarmışlar, elə həmin vaxt polis əməkdaşları onun başını tapanca ilə partlatmışlar. Avtomobildəki digər 2 (iki) nəfəri polis əməkdaşları Xəzər RPİ-nin 3-cü Polis bölməsinə aparmışlar. Onu isə polis əməkdaşları birbaşa yaşadığı evə aparmışlar. Polis əməkdaşları onu yaşadığı evə gətirdikdə, artıq saat 16:00-16:30 radələri olmuşdur. Polis əməkdaşları təxminən saat 23:30 radələrinədək onun evində olmuşlar. Polis əməkdaşları onun evində olan zaman həyat yoldaşına və qızına qarşı təzyiq göstərmişlər. Onun evində müşahidə kamerası olmuş, sadəcə olaraq həmin müşahidə kamerasının yaddaş kartını polis əməkdaşları evdən gedərkən özləri ilə aparmışlar. Təxminən saat 23:30 radələrində polis əməkdaşları onu evindən götürüb Xəzər RPİ-nin 3-cü Polis bölməsinə aparmışlar. 3-cü Polis bölməsinə çatdıqda, o, orada qardaşı Namikin demək olar ki, meyitini görmüşdür. Polis əməkdaşları onun qardaşı Namiki ölümcül şəkildə döymüşlər. Qardaşı Namik demək olar ki, həmin vaxt Polis bölməsində can vermişdir. Sonra polis əməkdaşları onun qardaşı Namiki Xəzər RPİnin 3-cü Polis bölməsindən Xəzər Rayon Polis İdarəsinə aparmışlar. Bundan sonra isə onların barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün onları məkhəməyə aparmışlar. Məhkəmədə qardaşı Namik özündən getmiş, buna görə də təcili tibbi yardım briqadası məhkəməyə çağırılmışdır. Yekunda onun qardaşı Namik 03 saylı İstintaq Təcridxanasında vəfat etmişdir. Qardaşı Namikin ölüm səbəbi - nəfəs çatışmazlığı olmuşdur. Lakin Namikdə heç vaxt nəfəs çatışmazlığı olmamışdır. Polis əməkdaşları Namiki saxlayandan sonra sonuncunu döymüşlər ki, Namik ondan narkotik vasitə aldığını desin, yəni polislər Namikdən onun üzünə durmasını tələb etmişlər. Ceyhunu isə polis əməkdaşları ona görə saxlamışlar ki, guya o, xx.xx.2022-ci il tarixdə Ceyhuna 100 manat müqabilində narkotik vasitə “şüşə” (metamfetamin, patı) satmışdır. Həqiqətdə isə həmin gün narkotik vasitə ilə bağlı heç bir şey olmamışdır. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onu, Namiki və Ceyhunu saxladıqda, guya onun Ceyhuna satmış olduğu narkotik vasitə metamfetamin Ceyhunun cibindən çıxmışdır. Guya onun Ceyhuna satmış olduğu narkotik vasitə metemamfetaminin miqdarı 17 qram olmuş, yəni bu ittiham aktında belə yazılmışdır. Məhkəmə Ceyhunu bu məsələyə görə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Onu əvvəlcə 03 saylı İstintaq Təcridxanasına aparmışlar. Sonra 03 saylı İstintaq Təcridxanasından onu yenidən Xəzər RPİ-nə aparmışlar. O, 03 saylı İstintaq Təcridxanasında təxminən 30 dəqiqə qalmışdır. O, artıq Xəzər RPİ-də olanda orada onun üstünə şəxsi axtarışla bağlı videoçəkiliş aparılmışdır. Onun üstünə şəxsi axtarışla bağlı videoçəkiliş aparılanda qardaşı Namikin meyiti də onunla birgə eyni otaqda olmuşdur. Həmin videoçəkilişdə yəqin ki, qardaşı da olmuşdur. O, üstünə şəxsi axtarışla bağlı aparılan videoçəkilişə baxmamışdır. Üzərinə şəxsi axtarışla bağlı aparılan videoçəkilişdə o, qardaşı Namik və tanışı Ceyhun da orada olmuşdur. Üzərinə şəxsi axtarışla bağlı aparılan videoçəkilişdən əvvəl şəxsən rəis müavini ona demişdir ki, “Əgər narkotik vasitəni boynuna almasan, həmin narkotik vasitələri İran vətəndaşından aldığını deməsən, sənin həyat yoldaşını da buraya gətirib, onu da sənə podelnik edəcəyik”. Onun yerində olan istənilən kişi belə olduğu təqdirdə narkotik vasitələri boynuna götürərdi. O da, buna görə üzərinə şəxsi axtarışla bağlı aparılan videoçəkiliş zamanı demişdir ki, “Narkotik vasitə mənə məxsusdur, onu İran vətəndaşından almışam”. Şəxsi axtarış zamanı guya onun üzərindən çıxan narkotik vasitənin miqdarını o, bilmir. Məsələn, sənəddə yazılmışdır ki, 01 qramlıq, 02 qramlıq, 05 qramlıq bağlamalar olmuşdur. Onda sual çıxır, əgər bunlar belə çəkilmişdirsə, onda onun tərəzisi harada olmuşdur? Cinayət işində tərəzi ilə bağlı heç bir şey qeyd edilməmişdir. O, cinayət işi üzrə sənəddən oxumuşdur ki, bu narkotik vasitələr neçə-neçə bağlamalara bükülmüşdür. Əgər belədirsə, onun tərəzisi haradadır? O, istintaq təcridxanasına qəbul olduqda, orada onu həkimlər tibbi müayinədən keçirmişlər, bu səbəbdən də sənədlərə də nəsə yazmışlar. O, istintaq təcridxanasında olanda ora prokurorluğun nümayəndəsi gəlmiş və o həmin şəxsə öz şikayətini bildirmişdir. Onun polis əməkdaşları tərəfindən döyülməsi barədə araşdırma aparılmamış, ancaq qohumlarının müraciəti əsasında qardaşı Namikin istintaq təcridxanasında ölməsi faktı barədə araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamasını, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmasını, işgəncəyə məruz qalması səbəbindən ibtidai istintaq zamanı etirafedici ifadə verməyə məcbur qalmasını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi və satıcısı olmuşdur. O, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evində də, axtarış həyata keçirmiş və axtarışın nəticəsində Təqsirləndirilən şəxs evindən külli miqdarda narkotik vasitələr aşkarlanmışdır. Onlar Təqsirləndirilən şəxs öz evinin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman avtomobilin içində olmuşdur. Həmin avtomobilin içində 3 (üç) nəfər şəxs olmuşdur. Həmin şəxslər Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs qardaşı Namik və başqa bir şəxs olmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı heç bir formada mənəvi və fiziki işgəncə göstərməmişlər. O, Təqsirləndirilən şəxs yaxşı tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs Xəzər rayonunda narkotacir kimi tanınmışdır. Təqsirləndirilən şəxs həbs edildikdən sonra bir çox Xəzər rayon sakini Vidadinin həbs edilməsi münasibətilə qurban kəsmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onlar Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Bakavtomat yolu adlanan ərazidə, yəni “Azərsun” istirahət mərkəzinin yaxınlığında saxlayaraq Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinə aparmışlar. Orada Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ cibindən psixotrop maddə ilə dolu olan 1 (bir) ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs sorğu-sual zamanı üzərindən çıxmış psixotrop maddənin “şüşə”, yəni metamfetamin olduğunu və həmin psixotrop maddəni “Əli” adlı şəxsdən 11 (on bir) manat müqabilində aldığını bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs yaşadığı evdə də, külli miqdarda psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs evində axtarış keçirmişlər və həmin vaxt evdən də külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2022-ci ilin fevral ayında polis əməkdaşları bir nəfər şəxsi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində saxlamışlar və həmin şəxsin üzərindən psixotrop maddə aşkar edilmişdir. Həmin şəxsin adı səhv etmirsə, Elgün olmuşdur. Polis əməkdaşları həmin şəxsi sorğu-sual etdikdə, həmin şəxs üzərindən çıxmış psixotrop maddəni Vidadi adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra o, digər polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Bakavtomat yolu” adlanan ərazidə Təqsirləndirilən şəxs saxlayaraq Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinə aparmışlar. Onlar Təqsirləndirilən şəxs başqa sonuncunun yanında olan digər 2 (iki) şəxsi də saxlayaraq Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinə aparmışlar. Onlar Təqsirləndirilən şəxs və digər 2 (iki) şəxsi saxlayan zaman sonuncular ağ rəngli “VAZ-21011” markalı avtomobildə əyləşmişlər. O, həmin vaxt avtomobilin sükanı arxasında kimin olduğunu xatırlamır. Təqsirləndirilən şəxslə birgə saxlanılan 2 (iki) nəfərdən biri Təqsirləndirilən şəxs qardaşı Namik olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində və evində axtarış aparılmışdır. Axtarışın nəticəsində Təqsirləndirilən şəxs üzərindən və evindən psixotrop maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş psixotrop maddə 1 (bir) bükümdə olsa da, çəkisi külli miqdar təşkil etmişdir. Təqsirləndirilən şəxs evindəki axtarışa rəhbərliyi müstəntiq həyata keçirmişdir. Təqsirləndirilən şəxs evində axtarış aparılan zaman o, həmin evin çölündə dayanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin polis əməkdaşları tərəfindən Elgün adlı şəxs saxlanılmışdır. Elgün adlı şəxsin üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılmış və həmin şəxsi axtarışın nəticəsi olaraq həmin şəxsin üzərindən psixotrop maddə aşkar edilmişdir. Elgün polis əməkdaşlarına vermiş olduğu ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddəni Vidadi adlı şəxsdən aldığını bildirmişdir. Sonra Elgün adlı şəxsin Vidadi adlı şəxsə nisbətdə vermiş ifadəsi barədə dərhal Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin rəhbər heyətinə məruzə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs saxlanılmasına dair əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupuna o da, daxil olmuşdur. Həmin gün, yəni xx.xx.2022ci il tarixdə günün ikinci yarısında onlar Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Azərsun” istirahət mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxs və sonuncunun yanında olan 2 (iki) nəfər şəxsi saxlamışlar. İki nəfərdən biri Təqsirləndirilən şəxs X13, digəri isə Ceyhun adlı şəxs olmuşdur. Sonra onlar hər 3 (üç) şəxsi (Vidadi, Namik və Ceyhun) 3-cü Polis şöbəsinə aparmışlar və orada hər üçünün üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsi olaraq Ceyhun adlı şəxs və Təqsirləndirilən şəxs ayrı-ayrılıqda psixotrop maddə, Namik Rzayevin üzərindən isə psixotrop maddə və odlu silah aşkar edilmişdir. Ceyhun adlı şəxsin bildirdiyinə görə üzərindən aşkar edilmiş psixotrop maddəni 100 (yüz) manat müqabilində Təqsirləndirilən şəxs almışdır. Sonra müstəntiqin iştirakı ilə Təqsirləndirilən şəxs evində axtarış həyata keçirilmişdir. Həmin axtarışda o, Şahid2, Şahid5, Şahid6 və müstəntiq olmaqla, 5 (beş) nəfər iştirak etmişdir. Həmin axtarışın nəticəsi olaraq Təqsirləndirilən şəxs evindən 1 (bir) ədəd qutu aşkar edilmiş və həmin qutunun içində psixotrop maddə metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarına vermiş olduğu ifadəsində üzərindən və evindən aşkar edilmiş psixotrop maddəni İran İslam Respublikası vətəndaşı olan “Əli” adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə digər şahidlər Şahid3, Şahid6, Şahid4 və Şahid5 ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs evində sonuncunun rəhmətlik qardaşı Namik ilə birlikdə usta kimi təmir işləri görmüşdür. Polis əməkdaşları tərəfindən saxlandıqları gün onlar təmir-tikinti materialları alıb geri qayıtmışlar. Bu vaxt qabaqlarında “Qazel” markalı avtomobil hərəkət etmişdir. Onlar (o, Vidadi və Namik) isə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olmuşlar. Polis əməkdaşları onların olduğu avtomobilin qarşısını kəsmək istədikləri zaman Vidadinin qardaşı Namik Vidadiyə sürərək avtomobili saxlamamasını bildirmişdir. Sonra Vidadi polis əməkdaşlarını tanıdığını bildirmişdir. Vidadi avtomobil ilə bir qədər də hərəkət etdikdən sonra polis əməkdaşları onları saxlayıb Xəzər RPİ-nə aparmışlar. Xəzər RPİ-də keçirilən şəxsi axtarış zamanı onun üzərindən 1 (bir) qram narkotik vasitə aşkar edilmişdir. Daha sonra polis əməkdaşları onu üzərindən narkotik vasitə çıxdığına görə onu 1-2 dəfə Polis İdarəsinin binasında hansısa otaqlara yuxarı-aşağı qaldırıb-düşürmüşlər. 3-cü dəfə onu yuxarı qaldırıb-düşürdükdə, o, görmüşdür ki, artıq Vidadinin qardaşı Namik qan qusur, çünki polis əməkdaşları Namiki döymüşlər. Bundan sonra polis əməkdaşları daha çox ona təzyiq göstərmişlər. Ondan sənədləri imzalamağını tələb etmişlər. O isə, öz növbəsində oxumağı bacarmadığına görə sadəcə təqdim edilən sənədləri oxumadan imzalamışdır. Polis əməkdaşları onu loma skoçlayaraq qrilə bənzər formada asmışlar. Polis əməkdaşları ondan narkotik vasitəni Təqsirləndirilən şəxs alması barədə ifadə verməsini tələb etmişlər. O isə, Vidadi ondan yaşda böyük olduğu üçün və qonşu olduğu üçün sonuncudan narkotik vasitə almadığını bildirmişdir. O, heç vaxt Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Həmin vaxt onun narkotik vasitəni Təqsirləndirilən şəxs almasını bildirməsinin əsas səbəbi Vidadinin qardaşı Namikin polislər tərəfindən döyülməsi olmuşdur. Polislər ona demişlər ki, əgər narkotik vasitəni Vidadidən aldığını bildirməsə, Vidadinin qardaşı Namikin vəziyyəti daha da ağırlaşacaq və nəticədə Namik ölə bilər. Həmçinin Xəzər RPİ-də polis əməkdaşları onun burnunu və dişini sındırmışlar. Sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən cinayət işi üzrə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onun üzərində Xəzər RPİ-də şəxsi axtarış keçirilən zaman üzərindən 1 (bir) qram narkotik vasitə aşkar edilsə də, cinayət işinin materiallarında polislər tərəfindən narkotik vasitənin çəkisi 17,5 qram kimi göstərilmiş və ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkarlanıbaşkarlanmaması barədə onun məlumatı olmamışdır. Lakin o, Vidadinin qardaşı Namikin yaşadığı evdən və evin həyətindən narkotik vasitə aşkar edildiyini bilir. Namik narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş və o, hər zaman narkotik vasitələri Namikdən almışdır. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilməklə araşdırılmış ifadəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, ailəsilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Kvas küçəsi, ev 10, mənzil 1-də yaşamışdır. Latın əlifbası ilə yazmağı bacarmır, lakin sərbəst oxumağı bacarır, izahatının azərbaycan dilində, latın qrafikası ilə kompüter vasitəsilə yazılmasına etirazı, eyni zamanda ifadəsi alınarkən mütəxəssisin iştirakına ehtiyacı yoxdur. Suallara cavab olaraq bildirmişdir ki, təqribən 1 il olar ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. Həmin narkotik vasitələri isə Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Vidadi adlı şəxsdən alır. Sonuncu dəfə o, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Xəzər rayonu, Binə qəsəbəsində Vidadi adlı şəxsdən 100 yüz manat nağd pul ödəyərək şəxsi istifadəsi üçün 3 (üç) ədəd gümüşü falqaya və 1 (bir) ədəd şəffaf selofana bükülü halda heroin və “şüşə” almış, sonra bir qismini istifadə etmiş, qalan hissəsini sonra istifadə etmək üçün əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yaşayış massivində yerləşən “Azərsun” istirahət mərkəzinin yaxınlığında o, tanışları Vidadi və sonuncunun qardaşı Namiklə birlikdə olarkən 2 (iki) nəfər polis işçisi onlara yaxınlaşıb özlərini təqdim etmişlər və birlikdə 3-cü PŞ-nə getmələrini bildirmişlər. Polis işçilərinə artıq hər şeyin aydın olduğunu bildiyi üçün o, etiraz etmədən polislərlə birlikdə Polis şöbəsinə getmişdir. Polislər yol boyu gözləri ilə ona nəzarət etdikləri üçün o, cibində olan narkotk vasitələri ata bilməmişdir. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis işçiləri videoçəkiliş aparılmaqla onun üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da, buna etiraz etməmiş, sonra ona hüquq və vəzifələri izah olunmuş, bundan sonra isə polis işçiləri xidməti otaqların birində videoçəkilişlə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı ona üzərində hər hansı qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da, üzərində saxladığı, içərisində heroin və “şüşə” kimi tanıdığı maddə olan 3 (üç) ədəd gümüşü falqaya və 1 (bir) ədəd siqaretin şəffaf sellofanına bükülmüş bükümləri təqdim etmişdir. Bükümlər açıldıqda, içərisindən heroin və metamfetamin kimi tanınan psixotrop maddə aşkar edilmişdir. Sorğu zamanı o, bildirmişdir ki, aşkar edilmiş vasitələrdən biri heroin, digəri isə metamfetamindir. Təxminən 1 ilə yaxındır ki, o, narkotik maddə olan heroindən istifadə edir, aşkar edilmiş narkotik maddəni xx.xx.2022-cu il tarixdə günorta saatlarında Xəzər rayonu, Binə qəsəbəsində Vidadi adlı şəxsdən 100 manat pul ödəyərək şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, fəhlədir və əlində dəmir ilə yolun kənarı ilə gedən zaman orada olan polis əməkdaşı onu saxlayaraq özünü təqdim etmişdir. Polis əməkdaşı ona narkotik vasitə aşkar etdiklərini və bununla bağlı hadisə yerinə baxış keçirəcəklərini bildirib ondan həmin prosesdə iştirak etməsini xahiş etmişdir. O da, polis əməkdaşı ilə razılaşaraq həmin polis əməkdaşı ilə baxışda iştirak etmişdir. Hadisə yerində o, 1 (bir) bağlamada narkotik vasitə və tərəzinin aşkar edildiyinin şahidi olmuşdur. Təqsirləndirilən şəxs də, öz növbəsində aşkar edilən narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Şahid X6 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilməklə araşdırılmış ifadəsindən görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Hüseyn küçəsində nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. Onun Təqsirləndirilən şəxs ilə heç bir yaxın münasibəti olmamış, eləcə də aralarında hər hansı düşmənçilik, ədavət və ya söz-söhbət baş verməmişdir. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində o, Binə qəsəbəsində olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və bildirmişlər ki, Təqsirləndirilən şəxs yaşadığı evdə öz razılığı ilə axtarış keçiriləcək və onu də axtarışda hal şahidi kimi iştirak etməyə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. Ondan başqa orada hal şahidi kimi dəvət olunan Ramil adlı digər qəsəbə sakini də olmuşdur. Təqsirləndirilən şəxs evinə baxış keçirilməmişdən ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Axtarış zamanı polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə olması ehtimal olunan narkotik vasitələri və psixotrop maddələri, qeyri-qanuni digər əşyaları təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı çarpayının üzərində olan qırmızı rəngli, zəncirbəndli turist çantasını və kardon qutunu göstərib içərisində narkotik vasitə və psixotrop maddələr saxladığını bildirmişdir. Həmin turist çantasının içərisindən üzərində “Qanqrena” yazısı olan dəmir qutunun və kardon qutudakı üzərində “Boqatıri” yazılmış dəmir qutunun içərisindən 01 ədəd salfet kağızı və 02 ədəd göy rəngli siqaret kağızı bükümlərində quru bitki toxumları, 08 ədəd böyük sellofan, 15 ədəd kiçik sellofan bükümlərdə qəhvəyi rəngli tozşəkilli narkotik vasitəyə bənzər maddələr, 05 ədəd sellofan bükümlərdə və 02 ədəd göy rəngli siqaret kağızı bükümlərdə ağ kristal formalı psixotrop maddəyə bənzər maddə, 02 ədəd göy siqaret kağızı bükümündə qəhvəyi rəngli tozşəkilli, narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüş və zərfə qoyularaq üzəri möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində yerləşən qarajın sağ tərəfindəki taxta rəfin yuxarı hissəsinə yerləşdirilmiş 02 ədəd kardon qutunun içərisindən hər birindən 01 ədəd olmaqla, cəmi 02 ədəd böyük sellofan və yapışqan lent bükümlərində ağ rəngli kristal formalı maddələri təqdim edərək, həmin maddələrin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş əşyalar qablaşdırılmış və üzəri möhürlənərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Axtarış və götürmə aparılması haqqında protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmamışdır. Protokol doğru yazıldığı üçün onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq və ya fiziki zor tətbiq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X11 oxşar məzmunlu ifadə verməklə digər şahid X6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun babası ilə eyni məhəllədə yaşamış və Vidadi onun babası ilə qonşu olmuşdur. Onun Təqsirləndirilən şəxs ilə hər zaman salam-sağolu olmuşdur. Onun heç vaxt Təqsirləndirilən şəxs ilə yüksək səviyyədə yaxınlığı olmamışdır. Narkotik vasitələrlə bağlı onun Təqsirləndirilən şəxslə heç bir münasibəti olmamışdır. Verilən suallara cavab olaraq Şahid7 bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs əleyhinə ifadə verdiyi vaxt özündə olmamış, yəni həmin vaxt narkotik vasitənin təsiri altında olmuş, ilkin ifadəsini oxumamış, polis əməkdaşları tərəfindən saxlanıldığı günü xatırlamır, saxlanıldığı gün Təqsirləndirilən şəxs və Namik Rzayevlə onu üzləşdirməmişlər, Təqsirləndirilən şəxs yaşadığı evə polis əməkdaşları ilə birlikdə gedib-getmədiyi yadında deyil, Namik Rzayevdən narkotik vasitə alsa da, Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə almamışdır. Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilməklə araşdırılmış ifadəsindən görünür ki, o, təxminən 3 il olar ki, narkotik vasitənin heroin və kakos növündən təbii yol ilə istifadə edir. Həmin narkotik vasitəni isə o, Bakı şəhərində ayrı-ayrı yerlərdən müxtəlif şəxslərdən alır. Sonuncu dəfə narkotik vasitəni o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsində yaşayan, tanıdığı Vidadi adlı şəxsdən 25 manat pulu verərək öz şəxsi istifadəsi üçün 1 (bir) ədəd şəffaf sellofona bükülmüş bükülü halda “kakos” almışdır. O, aldığı narkotik vasitənin bir qismini istifadə etdikdən sonra qalan hissəsini əynindəki göy rəngli cins şalvarının sağ cibinə qoyaraq üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 14:30 radələrində o, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində yerləşən su kanalının yanında olduğu zaman 2 (iki) nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və bildirmişlər ki, polis əməkdaşlarıdırlar. Bundan sonra onu yaxınlıqda olan PŞ-nə gətirərək təhvil vermişlər. PŞ-də onun şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla onun üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da, buna etiraz etməmiş, sonra ona hüquq və vəzifələri izah olunmuş, bundan sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı ona üzərində hər hansı qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da, üzərində saxladığı, içərisində “kakos” kimi tanıdığı maddə olan 1 (bir) ədəd şəffaf sellofona bükülmüş narkotik vasitə olan bükümü təqdim etmişdir. Sonradan bükülü açılmış və həmin şəffaf sellofana bükülmüş halda olan “kakos” aşkar edilmişdir. Sorğu zamanı o, bildirmişdir ki, aşkar edilmiş maddə “kakos” kimi tanıdığı narkotik maddədir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 12) görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Şahid7 qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, daşınması və satışı ilə məşğul olması barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 19) görünür ki, həmin gün Şahid7 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində su kanalının yanında saxlanılaraq Polis Şöbəsinə aparılmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 20) görünür ki, Şahid7 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 29-30) görünür ki, həmin gün Şahid7 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 39-40) görünür ki, həmin gün Şahid7 üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan göy rəngli cins şalvarının sağ cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilərək götürülmüşdür. O, həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu və həmin vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Vidadi adlı şəxsdən öz şəxsi istifadəsi üçün 25 manata aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 44) görünür ki, Şahid7 narkotik vasitə satan şəxsin ifşa edilməsi üçün 21 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat ərazisində Vidadi adlı şəxsin xarici görünüşü ilə oxşar şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin vaxt həmin şəxsin yanında başqa 2 (iki) nəfər şəxs də olmuşdur. Sonra hər 3 (üç) şəxs Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət edilmiş və orada həmin şəxslərin Təqsirləndirilən şəxs, X8 və Şahid1 olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 45) görünür ki, X4 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 53-54) görünür ki, həmin gün X8 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 62-63) görünür ki, həmin gün X4 üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynindəki qara rəngli dəri gödəkçənin sağ cibindən 5 (beş) ədəd büküm, əynindəki qara rəngli gödəkçənin altında çiyninə keçirdiyi qara rəngli içərisində markasını bilmədiyi silah olan çanta aşkar edilərək götürülmüşdür. Namik Rzayev üzərindən aşkar edilmiş narkotik vasitəni qardaşı Təqsirləndirilən şəxs ona verdiyini, silahı isə tikinti ərazisindən tapdığını bildirmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 66) görünür ki, Şahid1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 75-76) görünür ki, həmin gün Şahid1 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 85-86) görünür ki, həmin gün Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 3 (üç) ədəd gümüşü falqa, 1 (bir) ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilərək götürülmüşdür. O, üzərindən aşkar edilərək götürülmüş bükümlərdə narkotik vasitə heroin və “şüşə” olduğunu, həmin vasitələri xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Vidadi adlı şəxsdən şəxsi istifadəsi üçün 100 manata aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 89) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 97-98) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 107-108) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan qara rəngli şalvarının sağ cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilərək götürülmüşdür. O, həmin bükümün içərisində adını “kakos” kimi bildiyi narkotik vasitə olduğunu və həmin maddəni xx.xx.2022ci il tarixdə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Əli adlı şəxsdən sonuncunun dediyi ünvandan gedib götürdüyünü demişdir. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı ünvan 2 ünvanında adını “şüşə” kimi bildiyi, lakin adı metamfetamin olan maddə saxlayır. xx.xx.2022-ci il tarixli evə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 111-118) görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evə baxış keçirilmiş və həmin vaxt evin yataq otağındakı çarpayının üzərində olan qırmızı rəngli zəncirbəndli turist çantası və kardon qutunun içərisində narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1089 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 127-134) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs: Şahid7” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,137 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Saxlanılan şəxs: N.Rzayev” yazısı və imzalar olan zərfdəki 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,665 qram, 0,529 qram, 1,527 qram, 3,667 qram, 2,023 qram, ümumi təmiz çəkisi 8,411 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Saxlanılan şəxs: Şahid1” yazısı və imzalar olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 7,641 qram, 3,689 qram, 3,825 qram, ümumi təmiz çəkisi 15,155 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,599 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “saxlanılan şəxs: Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 1,229 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılarkən götürülmüş” yazısı və imzalar olan zərfdəki 8 (səkkiz) ədəd böyük ölçülü və 14 (on dörd) ədəd kiçik ölçülü polietilen bükümdə ayrıayrılıqda təmiz çəkisi 12,189 qram, 14,776 qram, 36,861 qram, 13,571 qram, 4,609 qram, 5,871 qram, 18,009 qram, 19,677 qram, 0,394 qram, 0,410 qram, 0,876 qram, 0,856 qram, 0,889 qram, 0,346 qram, 0,835 qram, 0,426 qram, 0,340 qram, 0,854 qram, 0,401 qram, 0,350 qram, 0,964 qram, 0,860 qram və 1 (bir) ədəd “göy” rəngli kağız bükümdə təmiz çəkisi 0,368 qram, ümumi təmiz çəkisi 134,732 qram qəhvəyi rəngli tozşəkilli madəllər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,627qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. 5 (beş) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,383 qram, 0,367 qram, 0,493 qram, 0,397 qram, 0,445 qram və 2 (iki) ədəd “göy” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,053 qram və 0,086 qram, ümumi təmiz çəkisi 2,224 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 1 (bir) ədəd “göy” rəngli kağız büükümdə təmiz çəkisi 0,047 qram tünd bənövşəyi rəngli metal parlaqlığına malik narın kristal şəkilli maddə kalium permanqanatdır. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs yaşadığı ünvanında aparılmış axtarış zamanı evin həyətindəki qarajdan aşkar edilərək götürülmüş” yazısı və imzalar olan bağlamadakı 2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1155,7 qram və 926,9 qram, ümumi təmiz çəkisi 2082,6 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vətəndaş Təqsirləndirilən şəxs evindən və qarajdan aşkar edilərək götürülmüş heroinlər, Şahid7 və Şahid1 götürülmüş heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Vətəndaş Təqsirləndirilən şəxs evindən və qarajdan aşkar edilərək götürülmüş metamfetamin, Şahid1 və X2 götürülmüş metamfetaminlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr ’’in İ siyahısına daxildirlər. Kalium permanqanat 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar”-ın İV siyahısına daxildir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/168 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 135-139) görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanmdakı evdə axtarış apararkən götürülmüş narkotik vasitələrə bənzər maddələr” yazılar və imzalar olan 1 №-li zərfdə 3 (üç) ədəd kağız bükümlərdə ayrı-ayrıhqda təmiz çəkiləri - 0,615 qram; 0,255 qram; 1,928 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi - 2,798 qramdır. Həmin zərfdə 2 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,590 qram; 0,180 qram, ümumi çəkisi - 0,770 qram olan bitki toxumları, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyil. Təqdim olunmuş 3 (üç) ədəd kağız bükümdə olan marixuanalar tərkiblərinə görə eynidir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 185-186) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 205-206) görünür ki, həmin gün Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 218-219) görünür ki, həmin gün X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-88/2022 saylı qərarından (cild 1, iş vərəqə 255-258) görünür ki, həmin gün X4 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-89/2022 saylı qərarından (cild 1, iş vərəqə 251-254) görünür ki, həmin gün Şahid1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-90/2022 saylı qərarından (cild 1, iş vərəqə 246-250) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması haqqında məhkəmə qərarından (cild 2, iş vərəqə 1-3) görünür ki, xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. xx.xx.2022-ci il tarixli məlumatdan (cild 2, iş vərəqə 7) görünür ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 11:25 radələrində Xəzər RPİ-nin MSY-nin əməkdaşları tərəfindən gətirilib təhvil verilən xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, təxminən saat 14:20 radələrində Tibb-sanitar hissəsində müayinə olunan zaman sol tərəf belində, sol bazuda göyümtül rəngli qançır, sağ qulaqarxası nahiyədə qərtməkli yara aşkar olunmuşdur. Bununla əlaqədar akt tərtib olunaraq Təqsirləndirilən şəxs izahatı alınmış, həbsdə saxlanılan Təqsirləndirilən şəxs yazılı izahatında həmin xəsarətləri həbs olunmamışdan əvvəl aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/251 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 17-20) görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah zavodu üsuli ilə istehsal olunmuş 09 (doqquz) m kalibrli, “Walther P38” markalı, “9774” №-li tapançadır, yivli odlu silahdır, atəşə yararlıdır, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sandıqça zavod üsulu ilə istehsal edilmiş, “Walther P38” markalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, 08 (səkkiz) ədəd 9x19 mm kalibrli patron tutumlu, funksional əhəmiyyət daşımayan komplekt hissəsidir-sandıqçadır, təyinatı üzrə istifadə üçün yararlıdır. xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən (cild 2, iş vərəqə16) görünür ki, X9 xx.xx.2022-ci il tarixdə ağciyər-ürək çatışmazlığından vəfat etmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin 1647 nömrəli narkoloji eksperitza rəyindən (cild 2, iş vərəqə 88-89) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 96-118) görünür ki, təqsirləndirilən şəxs Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın məzmununa əlavə və düzəlişlər edilməklə yenidən həmin maddə ilə ittiham elan olunması, X4 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, X4 qanunsuz olaraq əldə etdiyi odlu silahın mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işindən ayrıca icraata cinayət işinin ayrılması və araşdırılması üçün Xəzər RPİ-nin 3-cü PŞ-nə göndərilməsi, Şahid7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilməsi üçün əsaslar olmadığından onun şübhəli şəxs vəziyyətinə xitam verilməsi, saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad edilməsinin nəzərə alınması və barəsində başlanmış cinayət təqibinə xitam verilməsi, Şahid7 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığı üçün onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrılması və həmin cinayət işinin icraata qəbul edilməklə istintaqın davam etdirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-275/2022 saylı qərarından (cild 2, iş vərəqə 131-136) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 2 (iki) ay müddətinə, yəni 21 avqust 2022-ci il tarixədək uzadılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 147-149) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 171-193) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə14-15) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməklə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə və seçdiyi müdafiəçiləri vasitəsilə suallar və vəsatətlər vermiş, eləcə də ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 17:10 radələrində X8, Şahid1 və Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat adlanan ərazidə saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə aparılmışlar, orada həmin gün saat 18:20 radələrində videoçəkiliş vasitəsi ilə Namik Rzayevin üzərində keçirilən şəxsi axtarış zamanı onun əynindəki qara rəngli dəri gödəkçənin sağ cibindən 5 (beş) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,665 qram, 0,529 qram, 1,527 qram, 3,667 qram, 2,023 qram, ümumi təmiz çəkisi 8,411 qram, yəni külli miqdarda psixotrop maddə metamfetamin və əynindəki qara rəngli gödəkçənin altında çiyninə keçirdiyi çantanın içərisindən 1 (bir) ədǝd silah aşkar edilərək götürülmüşdür. Həmin gün saat 20:30 radələrində 3-cü Polis şöbəsində videoçəkiliş vasitəsi ilə Şahid1 üzərində keçirilən şəxsi axtarış zamanı onun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 7,641 qram, 3,689 qram, 3,825 qram, ümumi təmiz çəkisi 15,155 qram, yəni külli miqdarda psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,599 qram, yəni külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixdə, saat 21:40 radələrində 3-cü Polis şöbəsində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı onun əynindəki qara rəngli şalvarının sağ cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,229 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 22:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evində aparılan baxış zamanı yataq otağındakı çarpayının üzərində turist çantasının içərisində gizlətdiyi 8 (səkkiz) ədəd böyük ölçülü və 14 (on dörd) ǝdəd kiçik ölçülü polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 12,189 qram, 14,776 qram, 36,861 qram, 13,571 qram, 4,609 qram, 5,871 qram, 18,009 qram, 19,677 qram, 0,394 qram, 0,410 qram, 0,876 qram, 0,856 qram, 0,889 qram, 0,346 qram, 0,835 qram, 0,426 qram, 0,340 qram, 0,854 qram, 0,401 qram, 0,350 qram, 0,964 qram, 0,860 qram və 1 (bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,368 qram, ümumi təmiz çəkisi 134,732 qram narkotik vasitə heroin, 1 (bir) bükümdə təmiz çəkisi 0,627 qram narkotik vasitə tiryək, 5 (beş) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,383 qram, 0,367 qram, 0,493 qram, 0,397 qram, 0,445 qram və 2 (iki) ədəd göy rəngli kağız bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,053 qram və 0,086 qram, ümumi təmiz çəkisi 2,224 qram psixotrop maddə metamfetamin, 1 (bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,047 qram kristalşəkilli maddə kalium permanqanat və həmin evin həyətindəki qarajda taxta rəfin üzərində 2 (iki) ədəd kardon qutuların içərisində gizlətdiyi 2 (iki) ədəd bağlamada ayrıayrılıqda təmiz çəkisi 1155,7 qram və 926,9 qram, ümumi təmiz çəkisi 2082,6 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Müdafiə tərəfi məhkəmədə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirməklə Təqsirləndirilən şəxs və digər şəxslərin barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanunsuz olmasını iddia etmişdir. Müdafiə tərəfinin dəlilləri aşağıdakılardan ibarətdir: • Təqsirləndirilən şəxs, Namik Rzayev və Şahid1 xx.xx.2022-ci il tarixdə səhər saatlarında saxlanılmışlar, başqa sözlə, ibtidai istintaq orqanı göstərilən şəxslərin saxlanıldığı gün ilə bağlı düzgün nəticəyə gəlsə də, vaxtla (saat) bağlı düzgün nəticəyə gəlməmiş, • Təqsirləndirilən şəxs, Namik Rzayev və Şahid1 polis əməkdaşları tərəfindən saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülmüşlər və bununla da işgəncəyə məruz qalmışlar, məhz bunun nəticəsində Şahid1 və Namik Rzayev saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs əleyhinə ifadə verməyə məcbur qalmışlar, • Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamış, üzərində şəxsi axtarış keçirilən zaman ondan aşkarlanmış narkotik vasitə polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuş, habelə yaşadığı ünvana baxış keçirilən zaman orada narkotik vasitələr və psixotrop maddələr olmamış, evə və qaraja baxış keçirilən zaman aşkarlanmış narkotik vasitələr və psixotrop maddələr evə və qaraja baxış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən yerləşdirilmiş vasitələr və maddələrdir, • X13 saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülmüş, nəticədə Namik Rzayev qan qusmağa başlamış və saxlanıldıqdan bir neçə gün sonra ölmüş, bu hallar Təqsirləndirilən şəxs qorxu yaratmış və buna görə də Təqsirləndirilən şəxs məcbur qalaraq etirafedici ifadə vermiş, • Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrə heç bir aidiyyəti olmamış, o, narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməmiş, habelə həmin vasitələr və maddələrin satışı ilə məşğul olmamışdır. Müdafiə tərəfinin iddia etdiyi hallar bilavasitə irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hallar ətraflı şəkildə məhkəmədə yoxlanılmaqla araşdırılmışdır. İlk növbədə qeyd edilməlidir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə səhər saatlarında polis əməkdaşları tərəfindən saxlanılmasını iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə məhkəmədə dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs bu hissədə iddia etdiyi halları təkzib edərək xx.xx.2022-ci il tarixdə axşama yaxın vaxtda Təqsirləndirilən şəxs və Namik Rzayevlə birlikdə saxlanıldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman və saxlanıldıqdan sonra onun döyülməsi halları məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, bu hissədə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması üçün istintaq təcridxanasına təhvil verilən zaman və orada tibbi müayinədən keçirilən zaman xəsarət izi qeydə alınsa da, həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü deməmiş, əksinə bir neçə gün əvvəl həmin xəsarəti aldığını bildirmişdir. Eyni zamanda Şahid1 də, məhkəmədə dindirilərkən saxlanılan zaman və bundan sonra polis əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də, bununla bağlı heç bir dövlət orqanına müraciət etməmiş, əksinə ibtidai araşdırma zamanı dəfələrlə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək etirafedici ifadə vermişdir. Namik Rzayevə gəldikdə isə həqiqətən də polis əməkdaşları tərəfindən saxlanılmasından bir neçə gün sonra onun ölməsi öz təsdiqini tapsa da, cinayət işinə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, onun ölüm səbəbi döyülmə və işgəncə ilə bağlı olmamışdır. Eləcə də Namik Rzayevin ölümü ilə bağlı aparılmış araşdırmanın nəticəsi qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməmişdir. Başqa sözlə, Namik Təqsirləndirilən şəxs Rzayevlə birlikdə eyni vaxtda saxlanılsa da, Təqsirləndirilən şəxs iddia etdiyi kimi onun döyülməsi, X13in isə polis əməkdaşları tərəfindən döyülərək öldürülməsi həqiqətdən uzaqdır. Məhkəmə yuxarıda göstərilən nəticəni nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirməklə cinayət məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli məhkəmə qərarından görünür ki, xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və nəticədə həmin qərar qanuni hesab edilmişdir. Belə olduğu halda iş üçün əhəmiyyət kəsb edən halların təhlili zəruridir. Məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması üçün ciddi hüquqi əsaslar mövcud olmuşdur. Belə ki, məhkəmədə təsdiq olunmuşdur ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə, saat 14:30 radələrində 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlcə Şahid7 saxlanılaraq Polis şöbəsinə aparılmış, orada onun üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,137 qram, yəni şəxsi istehlak miqdarında narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zaman Şahid7 üzərindən aşkar edilmiş narkotik vasitə heroini Binə qəsəbəsində yaşayan Vidadi adlı şəxsdən pul müqabilində aldığını bildirmişdir. Bu isə o deməkdir ki, Vidadi adlı şəxsin Şahid7 narkotik vasitə heroin satması barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. Məhz bundan sonra 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən yenidən əməliyyataxtarış tədbirləri keçirilmiş və həmin gün saat 17:10 radələrində X8, Şahid1 və Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat adlanan ərazidə saxlanılaraq 3-cü Polis şöbəsinə aparılmışlar, orada isə hər üç şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 18:20 radələrində videoçəkilişlə Namik Rzayevin üzərində keçirilən şəxsi axtarış zamanı onun əynindəki qara rəngli dəri gödəkçənin sağ cibindən 5 (beş) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 8,411 qram psixotrop maddə metamfetamin və 1 (bir) ədǝd silah aşkar edilərək götürülmüşdür. Namik Rzayev üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini ona qardaşı Təqsirləndirilən şəxs əvəzsiz şəkildə verdiyini bildirmişdir. Həmin gün saat 20:30 radələrində videoçəkilişlə Şahid1 üzərində keçirilən şəxsi axtarış zamanı onun üzərindən 3 (üç) ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 15,155 qram psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,599 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şahid1 üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə heroini pul müqabilində Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Bundan başqa, həmin gün saat 21:40 radələrində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı onun üzərindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,229 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bunun ardınca həmin gün saat 22:30 radələrində əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evində aparılan baxış zamanı yataq otağındakı çarpayının üzərində turist çantasının içərisində gizlətdiyi 8 (səkkiz) ədəd böyük ölçülü və 14 (on dörd) ǝdəd kiçik ölçülü polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 12,189 qram, 14,776 qram, 36,861 qram, 13,571 qram, 4,609 qram, 5,871 qram, 18,009 qram, 19,677 qram, 0,394 qram, 0,410 qram, 0,876 qram, 0,856 qram, 0,889 qram, 0,346 qram, 0,835 qram, 0,426 qram, 0,340 qram, 0,854 qram, 0,401 qram, 0,350 qram, 0,964 qram, 0,860 qram və 1 (bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,368 qram, ümumi təmiz çəkisi 134,732 qram narkotik vasitə heroin, 1 (bir) bükümdə təmiz çəkisi 0,627 qram narkotik vasitə tiryək, 5 (beş) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,383 qram, 0,367 qram, 0,493 qram, 0,397 qram, 0,445 qram və 2 (iki) ədəd göy rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,053 qram və 0,086 qram, ümumi təmiz çəkisi 2,224 qram psixotrop maddə metamfetamin, 1 (bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,047 qram kristalşəkilli maddə kalium permanqanat və həmin evin həyətindəki qarajda taxta rəfin üzərində 2 (iki) ədəd kardon qutuların içərisində gizlətdiyi 2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1155,7 qram və 926,9 qram, ümumi təmiz çəkisi 2082,6 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şahid7, Şahid1 və Namik Rzayevin üzərinə şəxsi axtarış keçirilən zaman onların üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddələri Təqsirləndirilən şəxs aldıqlarını bildirmələri iş üzrə ən əhəmiyyət kəsb edən hallardır və bu hallar təqsirliklə bağlı məsələlərə aydınlıq gətirməklə yanaşı, həmçinin Təqsirləndirilən şəxs iddia etdiyi halların həqiqəti əks etdirməməsinə dəlalət edir. Məsələ ondan ibarətdir ki, məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1089 nömrəli ekspertiza rəyi ilə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs evindən və qarajdan aşkar edilərək götürülmüş heroinlər Şahid7 və Şahid1 götürülmüş heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər, həmçinin Təqsirləndirilən şəxs evindən və qarajdan aşkar edilərək götürülmüş metamfetamin Şahid1 və X2 götürülmüş metamfetaminlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Başqa sözlə, Şahid7, Şahid1 və Namik Rzayevin üzərindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrin Təqsirləndirilən şəxs yaşadığı evdən və qarajdan aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrlə eyni tərkibli olması ona dəlalət edir ki, Şahid7, Şahid1 və Namik Rzayev üzərlərindən aşkar edilmiş vasitə və maddələri məhz Təqsirləndirilən şəxs əldə etmişlər (Elgün və Ceyhun pul müqabilində, Namik isə əvəzsiz şəkildə). Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı düzgün nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də Şahid7 və Şahid1a narkotik vasitə və psixotrop maddə satmışdır. İş üzrə başqa nəticəyə gəlmək, yəni hər 4 (dörd) şəxsin (Elgün, Namik, Ceyhun və Vidadi) əsassız şəkildə polis əməkdaşları tərəfindən saxlanılaraq şərlənməsi və göstərilən şəxslərə aid olmayan narkotik vasitələr və psixotrop maddələrin onlara məxsus olması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi inandırıcı olmamaqla yanaşı, həmçinin ağlabatan deyil. Eyni zamanda Şahid7 və Şahid1 məhkəmədə ayrı-ayrılıqda verdikləri ifadələrə gəldikdə məhkəmə hesab edir ki, onlar Təqsirləndirilən şəxslə eyni ərazidə yaşadıqlarından, uzun müddət bir-birilərini tanıdıqlarından, eləcə də “cinayət aləmində” narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin ifşa edilməsinə yönəlmiş məlumatların verilməsi “xoş” qarşılanmadığından ayrı-ayrılıqda məhkəmədə Təqsirləndirilən şəxs xeyrinə ifadə verməklə sonuncunun cinayət məsuliyyətindən yayınmasına nail olmaq istəmişlər. Əks nəticəyə gəlmək üçün məhkəmədə başqa hal müəyyən edilməmişdir. Məhkəmə belə nəticəyə gələrkən ona istinad etmişdir ki, Şahid7 və Şahid1 polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra kifayət qədər ətraflı və dəqiq məlumatlar verərək üzərlərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri məhz Təqsirləndirilən şəxs pul müqabilində aldıqlarını bildirmişlər. Sonradan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması, onun yaşadığı evə və qaraja baxış keçirilərkən oradan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin Şahid7 və Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrlə tərkiblərinə görə eyni olması onu göstərir ki, Şahid7 və Şahid1 ilkin ifadələri həqiqəti əks etdirməklə yanaşı, həmçinin dəqiq məlumatlardır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Şahid7 və Şahid1 məhkəmədə ifadə verərkən səmimi olmamışlar, əksinə iş üzrə həqiqəti gizlətməklə və məhkəməyə təhrif edilmiş məlumatları bildirməklə Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmasına nail olmaq istəmişlər. Bir məsələyə də məhkəmə toxunmağı zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:10 radələrində saxlanılsa da, onun üzərində şəxsi axtarış həmin gün saat 21:40 radələrində keçirilmiş, yaşadığı evə və qaraja baxış isə həmin gün saat 22:30 radələrində keçirilmişdir. Yəni o, saxlanıldıqdan bir neçə saat sonra üzərinə şəxsi axtarış, yaşadığı evə və qaraja isə baxış keçirilmişdir. İlk baxışdan bu məsələ pozuntu kimi görünsə də, məhkəmə hesab edir ki, hazırkı iş üzrə prosessual hərəkətlərin bir qədər gec həyata keçirilməsinin ciddi səbəbləri olmuşdur. Belə ki, Namik Rzayev, Şahid1 və Təqsirləndirilən şəxs üçü birlikdə eyni əməliyyat orqanı tərəfindən saxlanıldığından və hər üç şəxsin üzərinə şəxsi axtarış eyni Polis şöbəsində keçirildiyindən, Namik Rzayev və Şahid1 üzərinə şəxsi axtarışın keçirilməsi və bunun rəsmiləşdirilməsi kifayət qədər zaman tələb etdiyindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evə və qaraja baxış keçirilməsi yubanmışdır. Başqa sözlə, Təqsirləndirilən şəxslə bağlı prosessual hərəkətlərin onun saxlanılmasından sonra gec keçirilməsinin obyektiv səbəbləri olmuş, bu səbəblər isə eyni vaxtda bir neçə şəxsin eyni əməliyyat orqanı tərəfindən saxlanılması, həmin prosessual hərəkətlərin həyata keçirilməsi məqsədi ilə hal şahidlərin iştirakının təmin edilməsi, prosessual hərəkətlərin bir-bir həyata keçirilməsi və keçirilmiş prosessual hərəkətlərin rəsmiləşdirilməsi üçün vaxtın tələb olunmasında ifadə olunmuşdur. Ona görə də saxlanıldıqdan bir neçə saat sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evə və qaraja isə baxış keçirilməsi onunla bağlı aparılmış prosessual hərəkətlərin nəticəsinə dair tərtib edilmiş prosessual sənədlərin, eləcə də ona nisbətdə keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanunsuz və əsassız sayılmasına əsas ola bilməz. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşlı və evli olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinin sanksiyasına əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 21 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, narkoloji ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ona narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Xəzər Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 138,697 qram təşkil edən narkotik vasitə heroin, 2108,39 qram təşkil edən psixotrop maddə metamfetamin, 0,627 qram təşkil edən narkotik vasitə tiryək, 0,047 qram təşkil edən kalium permanqanat, 2,798 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 0,770 qram təşkil edən narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları məhv edilməli, Şahid7, X8, Şahid1 və Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışı əks etdirən 4 (dörd) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 250 (iki yüz əlli ) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 (iki yüz əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 21 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Xəzər Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 138,697 qram təşkil edən narkotik vasitə heroin, 2108,39 qram təşkil edən psixotrop maddə metamfetamin, 0,627 qram təşkil edən narkotik vasitə tiryək, 0,047 qram təşkil edən kalium permanqanat, 2,798 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 0,770 qram təşkil edən narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları məhv edilsin, Şahid7, X8, Şahid1 və Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışı əks etdirən 4 (dörd) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar