Məhkəmə qərarları › İş №1(101)-80/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-80/2025

24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-80/2025 24.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının, X12 və X13, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X10, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər, “BHM və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi3, “Xəzər Konsaltinq” Vəkil bürosunun vəkili Müdafiəçi4 və “Yusifbəyli və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, xx xxxxx 1979-cu ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə xx xxxxxx 1990-cı ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamış və cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş narkotik vasitəni yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası CMnin 263-1.3, 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 126.1-ci maddələri ilə məhkum olunaraq xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan X20 və Azərbaycan Respublikası CM-nin 234.1, 178.2.2, 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə məhkum olunaraq xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan X29 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qrup üzvü Təqsirləndirilən şəxs2nin qanunsuz olaraq narkotik vasitə əldə edib çatdırılması barədə verdiyi sifariş əsasında o, istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda, ümumi çəkisi 2,362 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində “Bizim tarla əncir mürəbbəsi” yazısı olan şüşə qabın içərisinə yerləşdirib saxlamaqla daşımış və həmin narkotik vasitəni qrup üzvləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs2yə, İlkin Bəşirova və Arif Rzayevə vermək məqsədilə həmin şüşə qabı qrup üzvü İlkin Bəşirova göndəriləcək, içərisində ərzaq məhsulları olan bağlamaya yerləşdirib həmin bağlamanı onların cinayətkar niyyətlərindən xəbərsiz olan qrup üzvü Təqsirləndirilən şəxs2nin arvadı Şahid3, sonuncunun anası Şahid2 və digər qrup üzvü İlkin Bəşirovun qohumu Şahid1 vasitəsilə Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi, 8-ci Köndələn küçəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə daşımaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli 7 nömrəli əmri ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X22”nın 6-cı əlavəsində göstərilmiş Siyahı üzrə narkotik vasitələr, psixotrop maddələr və prekursorlar cəzaçəkmə müəssisələrinə daxil olan və oradan çıxan şəxslərə özləri ilə keçirilməsi qadağan olunduğu halda həmin Qaydaların tələblərini pozaraq gizli ötürülməsini təmin etmək məqsədi ilə qadağan olunmuş əşya olan həmin narkotik vasitəni yoxlamadan gizlədərək Müalicə müəssisəsinə ötürməyə cəhd etmiş, lakin 12 avqust 2022-ci il tarixdə saat 15 radələrində müəssisənin nəzarət-buraxılış məntəqəsinə Şahid1 tərəfindən gətirilmiş bağlamaya baxış keçirilən zaman bağlamanın içərisində, üzərində “Bizim tarla əncir mürəbbəsi” yazısı olan şüşə qabın içərisindən külli miqdarda, təmiz çəkisi 2,362 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürüldüyündən o, qadağan olunmuş əşyanın yoxlamadan gizlədərək müəssisəyə ötürməsinə yönəldilmiş hərəkətlərini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan vaxt satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə onunla birlikdə həmin müəssisədə saxlanılan Azərbaycan Respublikası CM-nin 263-1.3, 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 126.1ci maddələri ilə təqsirləndirilən şəxs X20, Azərbaycan Respublikası CM-nin 234.1, 178.2.2, 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs X29 və tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs hahnda birləşib onun qanunsuz olaraq narkotik vasitə əldə edib çatdırılması barədə qrup üzvü Təqsirləndirilən şəxs1 verdiyi sifariş əsasında sonuncu, istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda, ümumi çəkisi 2,362 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək üzərində “Bizim tarla əncir mürəbbəsi” yazısı olan şüşə qabın içərisinə yerləşdirib saxlamaqla daşımış və həmin narkotik vasitəni ona və digər qrup üzvləri İlkin Bəşirov və Arif Rzayevə vermək məqsədilə həmin şüşə qabı qrup üzvü İlkin Bəşirova göndəriləcək, içərisində ərzaq məhsulları olan bağlamaya yerləşdirib həmin bağlamanı onların cinayətkar niyyətlərindən xəbərsiz olan onun arvadı Şahid3, sonuncunun anası Şahid2 vasitəsi ilə qrup üzvü İlkin Bəşirovun qohumu Şahid1 çatdırmaqla sonuncu vasitəsilə Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi, 8-ci Köndələn küçəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə müəssisəsinə daşımış, lakin 12 avqust 2022-ci il tarixdə saat 15 radələrində müəssisənin nəzarət-buraxılış məntəqəsinə Şahid1 tərəfindən gətirilmiş bağlamaya baxış keçirilən zaman bağlamanın içərisində olan üzərində “Bizim tarla əncir mürəbbəsi” yazısı olan şüşə qabın içərisindən həmin külli miqdarda, təmiz çəkisi 2,362 qram, qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o və Təqsirləndirilən şəxs2 Kürdəmir rayonundandırlar. Uzun müddətdir ki, o, Təqsirləndirilən şəxs2lə tanışdır və aralarında yoldaşlıqları yaranmışdır. 2022-ci il iyul ayının sonunda Ruzbeh ona zəng edərək harada olduğunu soruşmuş, o da anasının narahat olduğunu və Kürdəmirdə olduğunu bildirmişdir. Ruzbeh ondan nə vaxt gələcəyini soruşanda o, 3-5 günə qayıdacağını demişdir. Ruzbeh ondan gələndə rayon payı gətirməyi xahiş etmiş və dərman adı deyərək, həmin dərmanı axtarmasını istəmişdir. Ruzbeh palata yoldaşı İlkinə də pay gələcəyini deyərək həmin çantanı götürməsini ondan xahiş etmişdir. O, ilk başdan bundan imtina etmək istəmiş, amma Ruzbeh həbsdə olduğuna görə razılaşmışdır. Ruzbeh ondan zəng vurduğu nömrəyə kartını atmasını istəmiş və dərmanların pulunun ona göndəriləcəyini bildirmiş, o isə pula ehtiyac olmadığını, özünün alacağını demişdir. Ruzbeh çox israr etdiyinə görə kartını atmış, səhərisi gün karta 60 manat pul göndərilmişdir. Ruzbeh ona bir nömrə vermiş, sumkanı oradan götürməyi demişdir. O da Ruzbehin verdiyi nömrəyə zəng etmiş, həmin adam hələ nə vaxt gələcəyini bilmədiyini, ona xəbər edəcəyini demişdir. Bu hadisənin üzərindən 5-6 gün keçmiş ona zəng gəlmiş və ertəsi gün Bakıya gələ bilib-bilməməsi soruşulmuşdur. O da onsuz da Bakıya gəlməli olduğu üçün razılaşmış, sabahısı gün Ruzbehin dediyi məhsulları almış, dərmanları isə tapa bilməmişdir. Yolda Ruzbeh zəng edəndə o, yolda olduğunu demiş, sonra ona tanımadığı nömrədən zəng gəlmiş və zəng edən adam İlkinin tanışı olduğunu, özünə sumka verilməli olduğunu və çatanda xəbər etməyi demişdir. Həmin adamın dediyi yerə gedəndə görmüşdür ki, həqiqətən də, orada sumka olmuşdur. Adam ona sumkanı polis məntəqəsi ilə üzbəüz stolbanın altına qoyduğunu bildirmişdir. O, sumkanı açanda içində mürəbbə, qənd, çay və sair şeylər olduğunu görmüşdür. Ona həmin nömrədən “sumkaları Panorama Parka gətirərsiniz” məzmunlu mesaj gəlmişdir. O, deyilən yerə sumkanı qoyaraq Kürdəmirə getmişdir. Ruzbehin zəng etdiyi nömrəyə “sumkanın içində mürəbbə var, onu yoxlamaq imkanım olmadı, onu yoxlayın, peşmançılıq olmasın” məzmunlu mesaj yazmışdır. Hadisədən 3 ay sonra o saxlanılmış və müvəqqəti saxlama yerinə gətirilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq X5 bildirdi ki, narkotik İlkinin olmuşdur. Ruzbeh ona sumkanın içində narkotik olduğunu deməmişdir. O, sadəcə sumkanı götürüb Ruzbehgilə çatdırmışdır. Ruzbeh onu görəndə “bunu niyə saxlamısınız, onun heç nədən xəbəri yoxdur” deyə bildirmişdir. O, axtarışda olduğunu bilməmişdir. Axtarışda olduğu müddətdə Ruzbehdən xəbəri olmamışdır. O, Ruzbehi 7 aydan sonra görmüşdür. Ona polis bölmsində təzyiq olmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş xx.xx.2022-ci il tarixli ifadəsində Təqsirləndirilən şəxs1 özünü elan ounmuş ittiham üzrə təqsirli bilmiş və göstərmişdir ki, uzun müddətdir ki, Təqsirləndirilən şəxs2 tanıyır. Ruzbeh əslən onun doğulduğu Kürdəmir rayonundandır, sonuncu ilə aralarında münasibətlər yaxşı olmuş, ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs2nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsində olduğu barədə məlumatı olmuşdur. 10 avqust 2022-ci il tarixdə axşam saatlarında Ruzbeh ***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp” mesajlaşma proqramı vasitəsilə ona zəng etmiş və danışmışdır. Ruzbeh onunla danışanda bildirmişdir ki, əncir mürrəbbəsi alıb narkotik vasitə heroini mürəbbə bankasının içərisinə qoysun və “Whatsapp” mesajlaşma proqramı vasitəsilə onunla əlaqə saxlasın. Ruzbeh ona narkotik vasitənin olduğu əncir mürəbbəsini sovqatla birlikdə hansı ünvana çatdırmağı barədə məlumat verəcəkmiş. Az sonra həmin mobil nömrənin “Whatsapp” mesajlaşma proqramı vasitəsilə ona mesaj gələrək onun çatıb-çatmamağını soruşmuşlar. O da həmin nömrəyə Bakı şəhəri, Yasamal ərazisində olduğunu bildirib ona mesaj yazan şəxsdən xahiş etmişdir ki, mümkün olarsa onun olduğu yerə gəlsin. Həmin şəxs ona Panarama parkda onu gözlədiyini bildirmişdir. Həmin şəxsin yazdığı kimi, Panarama parkda E blokuna daxil olub 18-ci mərtəbəyə qalxmış və sol tərəfdə yerləşən qapının yanında içərisində narkotik vasitə olan əncir mürəbbəsi bankasını sovqatla birlikdə qoymuş və aşağı düşüb getmişdir. O, həmin gün yaşadığı Kürdəmir rayonuna qayıtmışdır. Həmçinin o bildirmişdir ki, ***-***-**-** saylı nömrəyə “Whatsapp” mesajlaşma proqramı vasitəsilə mesaj mətnlərini o yazmış və onunla danışan şəxsin Ruzbehin ailəsi olduğunu düşünmüşdür. O, Şahid3 əncir mürəbbəsi bankasının içərisində narkotik vasitə olmasını deməmişdir. Ruzbehin Pərvanəyə həmin bankada narkotika olmasını deyib-deməməsinin isə bilmir. O, Pərvanənin də bankada heroin olduğundan məlumatının olub-olmadığını bilmədiyi üçün sonuncuya açıq şəkildə deyil, üstüörtülü şəkildə ehtiyatlı olmasını bildirmişdir. Əncir mürəbbəsi bankasının içərisində narkotik vasitə olmasını o, nəinki Pərvanəyə, heç kimə deməmişdir. Ruzbehin 60 manat pulu ona köçürməyinin məqsədi o olmuşdur ki, Ruzbeh ona yaşadığı rayondan bəzi ərzaq məhsulları göndərməyini xahiş etmiş, həmin 60 manat pul ona görə onun kartına göndərilmişdir. O, Ruzbehdən pul istəməsə də, sonuncu təkidlə ona pul göndəriləcəyini bildirmişdir. O, Şahid1 tanımır, sözügedən sovqatı Şahid3 dediyi ünvana çatdırdıqdan sonra sovqatın Ruzbehə necə göndərilməsindən, kimin vasitəsilə göndərilməsindən xəbəri olmamışdır (cild 1, iş vərəqi 224-227). İfadəsi elan olunduqdan sonra verilmiş suallara cavadb olaraq Təqsirləndirilən şəxs1 yazılan kimi ifadə vermədiyini, elan olunmuş ifadəni təsdiq etmədiyini bildirdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Müalicə müəssisəsində nevroloji müalicə almışdır. Bir gün Müalicə müəssisəsinin rəisi onu çağırmış, İlkinin yeznəsinin sovqat gətirdiyini demiş, ona sovqat gələcəyini soruşmuş, o da ona sovqat olacağını təsdiqləmişdir. O, əncir mürəbbəsinə heç bir aidiyyəti olmadığını demişdir. İlkin də orada məsələnin onunla bağlı olduğunu demişdir. Sonra onu buraxmışlar. 1 il keçdikdən sonra müstəntiq çağırıb ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açdığını demişdir. O da səbəbini soruşduqda müstəntiq İlkinin sovqatdakı narkotiki onunla istifadə edəcəyini dediyini bildirmişdir. O da belə halda, niyə bir il sonra onu çağırdığını soruşmuş, müstəntiq də onun haqlı olduğunu demiş və səhlənkarlıq olduğunu etiraf etmişdir. Onu İlkin vəfat etdikdən sonra çağırmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, onun orada sovqatı olmuş, sovqatı gətirən Vüqar olmuşdur. İlkin ona sovqatı özünün düzəltdirdiyini, onların xəbərinin olmadığını demişdir. Ceyhunun heç nədən xəbəri olmamışdır. İlkin özü hər şeyi etiraf etmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə barəsində olan cinayət işinin məhkəmə prosesləri davam edir. Həmin iş üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmamışdan öncə narkotik vasitə olan heroindən istifadə etmişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsində olarkən orada müalicə alan məhkum İlkin Bəşirov ilə tanış olmuşdur. Müəssisədə müalicə alan digər məhkum Arifi isə üzdən tanıyır, lakin Ariflə hər hansı münasibəti olmamışdır. İlkinə yeznəsi tərəfindən müxtəlif ərzaq məhsullarından ibarət bağlama gələcəyini bilmiş, buna görə o, İlkinə onun üçün bir bağlama gətizdirə bilib-bilməyəcəyi barədə sual vermiş və İlkin də etiraz etməmişdir. Təxminən 2022-ci ilin iyul ayının sonları o, bununla bağlı olaraq arvadı Şahid3 ilə danışarkən ona Ceyhun adlı dostuyla danışmaq istədiyini demiş və sonuncunun mobil nömrəsi ilə zəngli konfrans yaratmağı xahiş etmişdir. Ceyhun onun anadan olduğu Kürdəmir şəhərindəndir və onların ataları dost olublar, sonradan onlar da bu dostluğu davam etdirmişlər. Həmin vaxt o, Ceyhuna içərisində kənd məhsulları, qarpız və digər ərzaq məhsullarının olduğu bağlama hazırlayıb onun deyəcəyi şəxsə verməyi xahiş etmişdir. Lakin, Ceyhuna bu proseslərin nə vaxt olacağını dəqiq deməmişdir. 10 avqust 2022-ci il tarixdə təkrar arvadı Pərvanədən Ceyhunun mobil nömrəsi ilə zəngli konfrans yaratmağı xahiş etmişdir. Həmçinin, arvadı Pərvanəyə Ceyhuna aid bank kartına 60 manat pul vurmasını xahiş etmişdir ki, onun üçün alınacaq məhsulları Ceyhun ala bilsin. Ceyhuna İlkinin qohumu Vüqarın mobil nömrəsini vermişdir ki, Vüqarla görüşüb sonuncuya çatacaq sovqatı versin. Sonradan ona məlum olmuşdur ki, Ceyhun Vüqarla əlaqə saxlaya bilmədiyindən arvadı Pərvanə ilə “Whatsapp” vasitəsilə danışaraq tələsdiyi üçün Bakı şəhərində gözləyə bilməyəcəyini, dərhal Kürdəmir şəhərinə qayıdacağını bildirmiş və onun üçün gətirdiyi sovqatı onun qohumlarına verməyi xahiş etmişdir. Bundan sonra isə həmin sovqatı arvadı Pərvanənin yaşadığı mənzilin qarşısında qoymuş, həmin bağlamanı arvadı götürmüş və xalası Sevda vasitəsilə Vüqara çatdırmışdır. İlkin ilə Ceyhun arasında mütəmadi danışıqlar olmuş, lakin onların danışıqları barədə İlkin və ya Ceyhun ona hər hansı məlumat verməmişdir. O, İlkin və Ceyhun arasında hansı danışıqların getdiyini bilməmişdir. Pərvanənin işi olduğu, həmçinin o, Pərvanənin əri olduğu üçün sonuncunu qısqanırmış və buna görə Sevda ilə əlaqə saxlayıb bağlamanı İlkinin yeznəsi olan Vüqara verməyini ondan xahiş etmişdir. Vüqar isə ona və İlkinə çatacaq bağlamaları Müalicə müəssisəsinə təhvil verərkən həmin bağlamaların birinin içərisindən narkotik vasitə olan heroin aşkar olunmuşdur. Bundan sonra İlkin müəssisədə olarkən ona qeyd olunan bağlamada narkotik vasitə heroinin olduğundan xəbərinin olduğunu, həmin heroini özünün sifariş etdiyini və heroin barədə heç kimin xəbərinin olmadığı bildirmişdir. Narkotik vasitəni o, sifariş verməmişdir. O, Ceyhuna ərzaq məhsulları alıb İlkinin qohumu Vüqara təhvil verməyi xahiş etmişdir. O, Arif və İlkin arasında narkotik vasitənin gətirilməsi və sonradan istifadə olunması ilə bağlı heç bir razılıq olmamış, o, narkotik vasitə sifariş etmək üçün İlkinə hər hansı bir bank hesabına 85 manat pul köçürməsini tələb etməmişdir. Ceyhunun İlkinlə və ya digər şəxslə nə danışdığını bilmir. O da Ceyhuna hər hansı bir yerdən bağlama götürməyini xahiş etməmişdir. Ceyhun yalnız arvadı tərəfindən ona göndərilmiş pul ilə ona ərzaq məhsulları və siqaret alıb göndərmişdir (cild 1, iş vərəqi 106-108). İfadəsi elan olunduqdan sonra verilmiş suallara cavadb olaraq Təqsirləndirilən şəxs2 yazılan kimi ifadə vermədiyini, elan olunmuş ifadəni təsdiq etmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, hadisə vaxtı Müalicə müəssisəsində əməliyyat bölməsinin böyük inspektoru vəzifəsində çalışmışdır. Daxil olan əməliyyat məlumatı əsasında axtarış-baxış tədbirləri həyata keçirmişdir. X27 narkotik vasitənin gətirilməsi ilə bağlı olmuşdur. Bəşirov İlkin həmin vaxt Müalicə müəssisəsində cəza çəkmişdir. Sovqata baxış keçirilmiş, üzərində “Əncir mürəbbəsi” yazılan “Bizim Tarla” qabının içərisindən şəffaf sellofana bükülü aşkar edilmişdir. Baxış keçirilən zaman o, digər əməkdaş Şahid5, vətəndaşın özü iştirak etmişdir. Həmin vaxt protokol tərtib edilmiş, sovqata baxılmış, qarışdıran zaman içərisində şəffaf sellofanda bükülü aşkarlanmışdır. Sellofanın içində qəhvəyi toz halında maddə olmuşdur. Vətəndaş Şahid1 bunun nə olduğu soruşulanda, sonuncu bundan xəbəri olmadığını demişdir. Həmin vaxt Vüqar “mənim bundan xəbərim yoxdur, İlkin zəng etmişdir ki, əşya var, sovqat var, get onu bir adam var, ondan al, gətir” deyə bildirmişdir. İlkin özü ifadə vermişdir ki, Təqsirləndirilən şəxs2 adlı məhkum yoldaşı ona demiş, o da Vüqardan xahiş etmişdir ki, getsin, həmin sovqatı Ruzbehin tanışından götürsün və gətirib onun adına təhvil versin. Bundan sonra həmin maddə zərfə qoyularaq ekspertizaya göndərilmişdir. Ekspertizadan cavab gəlmişdir ki, səhv etmirsə, 2,362 qram heroin aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Protokolu əməliyyat bölməsinin rəisi Azər Əliyev tərtib etmişdir. Hadisə günü Azər müəllim vətəndaşın da, İlkinin də izahatını almışdır. O, hadisə günü Təqsirləndirilən şəxs2 ifadə verib-vermədiyini xatırlamır. İlkinin əlində problem olmuş, əlilliyinin təyini üçün müalicə müəssisəsinə gəlmişdir. İzahatı İlkinin özü yazmamışdır, qolu qüsurlu olduğu üçün sözləri ilə yazılmış və qol çəkilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 dediklərini tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 10 avqust 2022-ci ildə o, qeyri-rəsmi yaşadığı həyat yoldaşı Bəşirova Səadət və Səadətin 3 övladı ilə birlikdə 2 saylı Cəzaçəkmə müəssisəsinə Səadətin qardaşı, yəni onun qaynı X14 yanına sovqat aparmaq üçün getmişdir. Həmin günün səhəri İlkin onun yoldaşına zəng edərək demişdir ki, “bir çanta var, onu müəssisəyə gətir, burada Ruzbeh adında bir oğlan var, onun yanına gəlib-gedən yoxdur, ona verəcəyəm”. O da həmin gün evə gələndə Səadət ona bu məsələni demişdir. Axşam İlkin yenə zəng edərək ondan o çantanı gətirməyi xahiş etmişdir. 12 avqustda İlkin yenə zəng etmiş və onun kartına benzin pulunu da göndərəcəyini, o çantanı çatdırmağı demişdir. Sonra o, pul göndərən adama zəng vurmuş, telefonu bir kişi açaraq zəng vuracağını demişdir. Bir az sonra bir oğlan kartdan karta pul atmış, çekin şəklini ona göndərmişdir. O da gəlib benzin vurmuş, Bakıya tərəf gəlmişdir. Xanımın ona göndərdiyi məkanla Bakı şəhəri, Xətai rayonu, 38 saylı uşaq poliklinikasının qarşısına gəlmiş, həmin qadına zəng etmiş, sonra uzaqdan bir kök qadının gəldiyini görmüşdür. Qadının sol əlində qarpız, sağ əlində bağlama olmuş, həmin əşyaları ona vermişdir. O, bağlamanın içinə baxmış, içində çay, qənd, noğul, mürəbbə olduğunu görmüşdür. Yoldaşına zəng edib qardaşı İlkinin elə buna görə onu çağırdığına əsəbləşdiyindən yoldaşı ilə telefonda mübahisə etmişdir. O, Müalicə müəssisəsinin qarşısına gəlmiş, Müalicə müəssisəsinin qapısını döymüş, mühafizəçi qapını açmış, vəsiqəsinə baxmışdır. O, qapıda təxminən yarım saat gözləmişdir. Nəzarətçi bağlamanın içərisində nə olduğunu soruşmuş, o da qarpız, qənd, noğul, çay, mürəbbə olduğunu demişdir. Bu vaxt rəis gələrək içəri keçməsini istəmiş, o da içəri girmişdir. Nəzarətçi əlindəkiləri almış, çantadan mürəbbəni götürmüş, açmış, açan kimi də içindən narkotik vasitə çıxmışdır. Bundan sonra o başa düşmüşdür ki, onu niyə bura çağırıblar. Sonra onu içəridə saxlamış, izahatını almış, axşam saat 3-ə qalmış evə buraxmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, hadisə çoxdan olduğu üçün heç nə yadında qalmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid6 bildirdi ki, o, Təqsirləndirilən şəxs2 müalicə müəssisəində görmüş, özü də orada işçi olmuşdur. O, dələduzluq cinayəti törətdiyi üçün məhkum olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ondan əməliyyatçı izahat almışdır. Nizami rayon Polis İdarəsində olmamışdır. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində Şahid6 göstərmişdir ki, 14 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı X3 müəssisəsinə gətirilmişdir. 12 avqust 2022-ci il tarixdə təxminən saat 15 radələrində iştirakçıların, onun və digər hal şahidi məhkum Şahid7 iştirakı ilə müəssisədə saxlanılan X6na vətəndaş Şahid1 gətirdiyi sovqata Müalicə müəssisəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı üzərində "Bizim tarla əncir mürəbbəsi" yazılmış şəffaf şüşə bankanın içərisindən 01 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik, toz şəklində narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüş, baxış iştirakçılarının, onun və digər hal şahıdı məhkum Şahid7 iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmişdir. Götürülümüş maddə barədə baxış iştirakçılarının, onun və digər hal şahidi məhkum Şahid7 iştirakı ilə protokol tərtib edilmişdir (cild 1 iş vərəqi 172-175). İfadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq Şahid6 ifadəsinin düzgün yazıldığını, elan olunmuş ifadəni təsdiq etdiyini bildirdi. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində Şahid2 göstərmişdir ki, bacısı Rəna Xudiyeva ilə birlikdə yaşayır. Ayrı-ayrı fərdi yaşayış evlərində təmizlikçi işləməklə özünü dolandırır. 12 avqust 2022-ci ildə saat 13 radələrində o, yaşadığı evdə olduğu zaman bacısı qızı Şahid3 onlara gələrək özünə məxsus “Hyundai Elantra” markalı, seriyasını xatırlamadığı 338 dövlət qeydiyyat nişanlı avtomobilində sovqat olduğunu bildirmiş və əlavə etmişdir ki, onun nömrəsinə zəng vuracaqlar və ona zəng vuran adamla görüşüb həmin sovqatı cəzaçəkmə müəssisəsinə çatdırmaq üçün o adama verməlidir. Bundan bir neçə dəqiqə sonra onun telefonuna “Whatsapp” proqramı vasitəsilə tanımadığı və hal-hazırda xatırlamadığı mobil nömrədən zəng gəlmişdir. Zəng edən şəxs ona bildirmişdir ki, cəzaçəkmə müəssisəsinə sovqat aparmalı, onunla görüşmək üçün ünvan soruşmuşdur. O da həmin şəxsə ünvan 3irmişdir. Bundan sonra o, Pərvanə ilə birlikdə sonuncuya məxsus “Hyundai Elantra” markalı avtomobilə əyləşib Xətai rayonunda yerləşən 38 saylı şəhər poliklinikasının yanına gəlmişdir. Onlar həmin yerə çatdıqda həmin şəxs yenidən ona zəng edərək 38 saylı poliklinikanın yanında olduğunu bildirmişdir. O da Pərvanənin avtomobilində olan 01 ədəd böyük qarpız, 01 qutu çay, 01 ədəd mürəbbə bankasının olduğu sellofan paketi götürüb həmin şəxsin yanına getmişdir. Həmin şəxsin üzündə qara eynək olmuşdur. O, əlindəki sovqatı həmin şəxsə verib geri qayıdaraq Pərvanəyə məxsus avtomobilə əyləşmiş və onlar Pərvanənin yaşadığı evə gəlmişlər. Həmçinin o bildirmişdir ki, Şahid3 avtomobilində olan həmin sovqatın içərisində narkotik vasitə olmasından onun məlumatı olmamışdır (cild 1, iş vərəqi 140-142). İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində Şahid3 göstərmişdir ki, 2019-cu ildə Təqsirləndirilən şəxs2 ilə ailə həyatı qurmuş və birgə ailə həyatından 1 övladı olmuşdur. Onun birinci nigahdan 3 övladı vardır. Yəni hal-hazırda onun 4 övladı vardır. 2022-ci ilin fevral ayının 22-də Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitənin satışını təşkil etdiyinə görə həbs olunmuş və Bakı şəhər 3 saylı İstintaq Təcridxanasinda saxlanılır. Dəqiq tarix yadında deyil, təxminən 2 həftə bundan əvvəl Ruzbeh müalicə almaq ucun Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinimn Müalicə müəssisəsinə köçürülmüş və orada müalicə olunmuşdur. Ruzbeh həm təcridxanada, həm də Müalicə müəssisəsində olan müddət ərzində o, Ruzbehə sovqat aparmışdır. Ruzbeh Müalicə müəssisəsindən həmişə onunla ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Təxminən 29 iyul 2022-ci il tarixdə Ruzbeh ona zəng etmiş və ona sonradan adını bildiyi Ceyhun adlı şəxsə məxsus ***-***- **-** mobil nömrəsi ilə “Whatsapp” mesajlaşma proqramı vasitəsilə zəngli konfrans etməyini bildirmişdir. O da həmin nömrə ilə zəngli konfrans etmiş və həmin nömrə cavab verəndən sonra o, telefonu kənara qoymuş, Ruzbeh Ceyhun adlı həmin şəxslə danışmağa başlamışdır. Konfrans bitəndən sonra Ruzbeh ona telefonda demişdir ki, kənd məhsulları yemək istəyir, buna görə onun nömrəsinin “Whatsapp”ına bank kartının şəklini atacaqlar, həmin karta 60 manat pul göndərməli, kənd məhsulları alıb onun üçün göndərəcəklər. 30 iyul 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” mesajlaşma proqramı vasitəsilə onun ***-***-**-** saylı mobil nömrəsinə “Kapital bank”a məxsus 4169-7385- 0151-4032 saylı kart nömrəsi göndərilmiş və həmin nömrəli karta pul köçürməyi bildirilmişdir. O da həmin gün saat 20:48 dəqiqədə həmin kart nömrəsinə ona məxsus Unibank kartından 60 manat pul köçürmüşdür. 10 avqust 2022-ci il tarixdə Ruzbeh ona yenidən zəng etmiş və ona Ceyhun adlı şəxsə məxsus ***-***-**-** mobil nömrəsi ilə “Whatsapp” mesajlaşma proqramı vasitəsilə səsli zəngli konfrans etməyini bildirmişdir. O da həmin nömrə ilə zəngli konfrans etmək üçün həmin nömrəyə zəng etsə də həmin nömrənin sahibi Ceyhun adlı şəxs zənginə cavab verməmişdir. Sonra Ruzinin göstərişi ilə o, “Whatsapp” mesajlaşma proqramı vasitəsilə həmin nömrəyə oğlan adı ilə mesaj yazaraq zənginə cavab verməyini bildirmişdir. Bundan sonra o, yenə həmin nömrəyə zəng etsə də, Ceyhun adlı həmin şəxs zənginə cavab verməmişdir. Həmin gün axşam saat 17 radələrində Ruzi ona yenə zəng edib həmin ***-***-**-** mobil nömrəsi ilə zəngli konfrans etməyini bildirmişdir. O, Ceyhun adlı şəxsə məxsus həmin nömrəyə zəng edərək onu zəngli konfransa qoşmuş və onlar bir-biri ilə danışmışlar. O, Ruzbeh və Ceyhunu bir-biri ilə calaşdırdıqdan sonra axşam yeməyi hazırlamaq üçün mətbəxə keçmişdir. Konfrans bitəndən sonra Ruzbeh ona telefonda demişdir ki, “həmin ***-***-**-** nömrənin sahibi sənə mesaj yazacaq və sənə 1 saata sovqat gətirib verəcək, həmin sovqatı götürərsən, sovqatı götürmək üçün onunla “Whatsapp” mesajlaşma proqramı vasitəsilə oğlan adı ilə yazışaraq əlaqə yaradarsan, 1 saata həmin sovqatı sənə çatdırmalıdır”. O da işdə olmuş, aşxam saatları olduğu üçün o, Ceyhun adlı həmin şəxsə “Whatsapp” mesajlaşma proqramı vasitəsilə yazmışdır ki, “çatmısan qaqa? saat yarım keçdi, səni gözləyirik”. O, işdə olduğu üçün həmin sovqatı anası götürəcəkmiş. Ceyhun adlı şəxs ona cavab yazaraq bildirmişdir ki, “qardaş çatmışam, Yasamaldayam, işlərim var bir az, siz bu tərəfə gələ bilərsiz?”. O da cavabında bildirmişdir ki, “Xəzərdə Panarama parkda gözləyirlər səni, mənim vaxtım yoxdur ora gəlməyə”, o da cavabında “bilirəm də, bu yana gəlsəydiz yaxşı olardı, mən də burda dərman hazırlatıram, onu götürüb rayona qayıtmalıyam, görüm neynirəm, o tərəfə necə gəlirəm, deyəcəm sizə” deyə bildirmişdir. O da həmin şəxsin cavabından əsəbiləşmiş və ona yazmışdır ki, “Ruzi dedi ki, 1 saata çatmalıdır, qaynanası gözləyir Panaramada, mən də işdəyəm vaxtım yoxdur”. Ceyhun adlı şəxs ona yazaraq bildirmişdir ki, “mən dərmanı götürüb gələcəm ora, 1 saata və yaxud tez, bəlkə də saat yarıma, ama gələcəm”, o da oğlan adı ilə yazışmağa davam edərək bildirmişdir ki, “burda olmalıydız bir saata, iki saat keçib söhbətdən”, həmin şəxs də ona cavabında “siz niyə belə danışırsız, anamın dərmanını atıb ora gəlim? gələcəm dedimsə gələcəm”, o da həmin şəxsə “yaşlı adam sizi gözləyir iki saatdır” deyə mesajla bildirdikdə həmin şəxs cavabında ona “mən 1 saata ora gələcəm deməmişəm ki, mən Bakıda olacam 1 saata demişəm, bura gələndən də vallah Ruzi deyənin dalındayam, ordan da gəlmişəm dərmanı götürməyə, mənim özümdə yox idi ki onun dedikləri” məzmunlu mesaj yazmışdır. O, həmin şəxsə cavab yazaraq dəqiq vaxt deməsini bildirmiş, bundan təxminən 40 dəqiqə sonra ona “Whatsapp” mesajlaşma proqramı vasitəsilə Dərnəgüldə olduğunu, ora getdiyini yazmış, o, işdə olduğu üçün onun mesajını oxumamışdır. Təxminən 30 dəqiqə sonra Ceyhun adlı həmin şəxs ona yenidən mesaj yazaraq bildirmişdir ki, “mən burda blokun qabağındayam, tez çıxın da zəhmət olmasa”, o, həmin vaxt işdə olmuş, həmin şəxsdən harada olduğunu soruşmuş, cavabında X25 komleksində binanın həyətində, E blokunun qarşısında olduğunu bildirmişdir. O, Ceyhuna “18-zə qalxın sol axrıncı qapı” deyə cavab yazmışdır. Ceyhun adlı şəxs ona “qoydum qapının ağzına” məzmunlu mesaj yazmışdır. Bundan sonra liftlə aşağı düşmək üçün o, Ceyhunu təlimatlandırmışdır. Həmin gün, yəni 10 avqust 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixinə keçən gecə saat 02:46-da həmin Ceyhun adlı şəxs “Whatsapp” mesajlaşma proqramı vasitəsilə ona “Əncir mürəbbəsinin ağzın açıb özünüz diqqet edersiz, çöldəndə baxarsız, diqqet edərsiz, gözünüzə dəyən bir şey olmasın deyə, sonra peşmançılıq olmasın, ya səhər Ruzi sizi yığsa peredaça aparmamışdan qabaq mənlə danışar başa salaram onu” məzmunlu mesaj yazmışdır. O, həmin mesajı oxumamışdır. O, 10 avqust 2022-ci il tarixdə Ceyhun adlı şəxs sovqatı onun yaşadığı ünvana qapının yanına gətirib qoyduqdan sonra həmin sovqatı götürüb özünə məxsus “Hyundai Elantra” markalı avtomobilinin yük hissəsinə qoyub saxlamışdır. Dəqiq tarixi xatırlamır, lakin Ruzi onunla telefonda danışarkən ondan xalası Sevdanın mobil nömrəsini istəmiş, o da sonuncunun ***-***-**-** saylı mobil nömrəsini Ruziyə vermişdir. Ruzi ona bildirmişdir ki, “mən sənin xalan Sevdanın nömrəsini həmin adama verəcəm, sovqatı gəlib sənin xalandan götürəcəklər”. 12 avqust 2022-ci il tarixdə xalası Sevda ona zəng edərək bildirmişdir ki, “mənim nömrəmə tanımadığım adam zəng edib, həmin sovqatı gətir, aparıb verək”. O da gedib xalası Sevdanı götürmüş və birlikdə Xətai rayonunda yerləşən 38 saylı poliklinikanın yanında xalasına zəng edən şəxslə görüşüb sovqatı vermək üçün getmişdir. Onlar həmin ünvana çatdıqdan sonra xalası Sevda ona zəng edən şəxslə telefonla danışmış və onun avtomobilindəki həmin sovqatı götürüb avtomobildən düşmüşdür. Xalası Sevda həmin adamla görüşüb sovqatı verdikdən sonra qayıtmış və onlar həmin yerdən getmişlər (cild 1, iş vərəqi 144-148). Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxslərin heç birini tanımamış və görməmişdir. Ona narkotik ilə bağlı şahid qismində çıxış etməsi üçün sənəd imzalatmışlar. O, çox sənəd imzalamışdır. Hadisə ilə bağlı heç bir şeyi xatırlamır, nə deyilmişdirsə, onu da imzalamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid7 bildirdi ki, o, polis bölməsinə çox çağırılmışdır. Hər dəfə müxtəlif sənədlərə imza çəkmişdir. İmzanı Azər müəllimin otağında çəkmişdir. Təxmini bir dəqiqə otaqda olmuşdur. Onu otağa çox çağırırmışlar. O, Şahid6 tanımışdır. Şahid6 da onun vəziyyətində olmuşdur. Birlikdə sənədlərə imza çəkmişlər. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində Şahid7 göstərmişdir ki, 2022-ci ilin iyul ayında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı X3 müəssisəsinə gətirilmişdir. 12 avqust 2022-ci il tarixdə təxminən saat 15 radələrində iştirakçıların, onun və digər hal şahidi məhkum Şahid6 iştirakı ilə müəssisədə saxlanılan X6na vətəndaş Şahid1 gətirdiyi sovqata Müalicə müəssisəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı üzərində "Bizim tarla əncir mürəbbəsi" yazılmış şəffaf şüşə bankanın içərisindən 01 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik, toz şəklində narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüş, baxış iştirakçılarının, onun və digər hal şahidi məhkum Şahid6 iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmişdir (cild 1, iş vərəqi 175-177). İfadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq Şahid7 ifadəsinin düzgün yazıldığını bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeçiliyində olan Müalicə müəssisəsinin Əməliyyat bölməsinin rəisi vəzifəsində işləyən X26 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs2 onun işlədiyi müəssisəsində müalicə olunmuşdur. Digər təqsirləndirilən şəxsi tanımır. Hadisə, təxminən 2022-ci ilin avqust ayında baş vermişdir. Hansı gündə baş verdiyi yadında deyil. Əməliyyat məlumatı daxil olmuşdur ki, müəssisədə müalicə olunan Bəşirov İlkin telefon danışıqları vasitəsilə çöldən narkotik vasitə gətirmək istəmişdir. Onlar İlkini izləmiş, İlkinə sovqat gələrkən “Bizim tarla” əncir mürəbbəsinin içindən paketin içində narkotik vasitə çıxmışdır. Narkotik vasitə protokollaşdırılıb ekspertizaya göndərilmişdir. Cavab gəlmişdir ki, səhv etmirsə, 2,362 qram heroindir. Bəşirov İlkin elə həmin gün izahatında bu işdə tək olmadığını qeyd etmişdir. İzahatda başqa 2 nəfərin adı da qeyd olunmuşdur. Biri Təqsirləndirilən şəxs2 olmuşdur, digər şəxsi xatırlamır. Məlumatlar toplanmış, Nizami rayon Polis İdarəsinə təhvil verilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, xx/xx-2181 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində, daxil olmuş əməliyyat məlumatına əsasən keçirilmiş axtarış-baxış tədbiri nəticəsində, xx.xx.2022-ci il tarixdə etapla 2 saylı CM-dən X2 şöbəsinə “Əlillik dərəcəsinin təyini” diaqnozu ilə daxil olmuş, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, məhkum olunana qədər ünvan 4ində pasport qeydiyyatında olmaqla Sumqayıt şəhəri, 15-ci məhəllə, 42-ci yataqxana, otaq 104-də yaşamış, Azərbaycan Respublikası CM-nin 263-1.3, 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 126.1ci maddələri ilə təqsirli bilinərək 5 il 9 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmiş X16 vətəndaş Şahid1 tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatda olan üzərinə “Bizim tarla əncir mürəbbəsi” yazısı olan şüşə bankanın içərisindən 1 (bir) ədəd şəffaf sellofan bükülüdə, qəhvəyi rəngli, spesifik iyə malik, toz şəklində, narkotik vasitəyə bənzər maddə aşkarlanaraq götürülmüş, hal şahidlərinin və iştirakçıların iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmişdir. Aşkar olunaraq götürülən narkotik vasitəyə bənzər maddələr hal şahidlərinin və iştirakçıların iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. ƏNMEM-nın 6/4300 nömrəli arayışında, göndərilmiş maddənin təmiz çəkisi 2,362 qram olan kustar üsulla hazırlanmış heroin olduğu müəyyənləşdirilmişdir (cild 1, iş vərəqi 100-101). - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin Əməliyyat bölməsinin rəisi Azər Əliyev tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində, daxil olmuş əməliyyat məlumatı əsasında Müalicə müəssisəsinin nəzarət-buraxılış məntəqəsində hal şahidlərinin iştirakı ilə aparılmış axtarış-baxış tədbirləri zamanı, müəssisədə saxlanılan X6na, vətəndaş Şahid1 gətirdiyi sovqatın içərisində olan üzərinə “Bizim tarla əncir mürəbbəsi” yazısı olan şüşə bankanın içərisindən 1 (bir) ədəd şəffaf sellofan bükülüdə, qəhvəyi rəngli, spesifik iyə malik, toz şəklində, narkotik vasitəyə bənzər maddə aşkarlanaraq götürülmüş, hal şahidlərinin və iştirakçıların iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmişdir. Götürülmüş maddələr barədə hal şahidlərinin iştirakı ilə protokol tərtib olunmuş, protokol hamıya ucadan oxunmüş, hamı tərəfindən imzalanmışdır. Bütün proses zamanı şikayət və təkliflər daxil olmamışdır (cild 1, iş vərəqi 106). - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin Əməliyyat bölməsinin rəisi Azər Əliyev, ƏB-nin əməkdaşları: böyük inspektor ədliyyə baş leytenantı Şahid4, inspektor ədliyyə baş leytenantı Şahid5 tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş axtarış-baxış tədbiri nəticəsində, xx.xx.2022-ci il tarixdə etapla 2 saylı CM-dən X2 şöbəsinə “Əlillik dərəcəsinin təyini” diaqnozu ilə daxil olmuş, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, məhkum olunana qədər ünvan 4ində pasport qeydiyyatında olmaqla Sumqayıt şəhəri, 15-ci məhəllə, 42-ci yataqxana, otaq 104-də yaşamış, Azərbaycan Respublikası CM-nin 263-1.3, 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 126.1-ci maddələri ilə təqsirli bilinərək 5 il 9 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmiş X16 vətəndaş Şahid1 tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatda olan üzərinə “Bizim tarla əncir mürəbbəsi” yazısı olan şüşə bankanın içərisindən 1 (bir) ədəd şəffaf sellofan bükülüdə, qəhvəyi rəngli, spesifik iyə malik, toz şəklində, narkotik vasitəyə bənzər maddə aşkarlanaraq götürülmüş, hal şahidlərinin və iştirakçıların iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmişdir. Götürülmüş maddələr barədə hal şahidlərinin iştirakı ilə protokol tərtib olunmuş, protokol hamıya ucadan oxunmüş, hamı tərəfindən imzalanmışdır. Bütün proses zamanı şikayət və təkliflər daxil olmamışdır (cild 1, iş vərəqi 107). - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin Qeydiyyat bölməsinin rəisi Ceyhun Quliyev tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X6 xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, məhkum olunana qədər ünvan 4i ünvanında qeydiyyatda olmaqla yaşamışdır. X6 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il 9 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli: xx.xx.2020-ci il, cəzasının sonu: xx.xx.2026-cı il kimi müəyyən edilmişdir. X6 xx.xx.2022-ci il tarixdə 2 saylı X3 müəssisəsinə daxil olmuş va hal-hazırda müalicə müəssisəsində müalicə olunur (cild 1, iş vərəqi 109). - X14 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, xx.xx.2022-ci il tarixdə kəllə-beyin travması ilə 2 saylı X3 müəssisəsinə gətirilmiş, xx.xx.2022-ci il tarixdə yeznəsi Şahid1 ona sovqat gətirmiş, müəssisə əməkdaşları hal şahidlərinin iştirakı ilə ona gətirilən sovqata baxış keçirərkən bankadakı əncir mürəbbəsinin içərisindən bir ədəd sellofan bükülüdə narkotik vasitə heroin aşkar etmiş, həmin narkotiki o, sifariş etmişdir. Belə ki, onunla eyni palatada qalan məhkum yoldaşı Təqsirləndirilən şəxs2 ona “çöldə sovqat var, içərisində də narkotik qoydurmuşdur. Sənin yeznən taksi sürücüsüdür, ondan şübhə etməzlər, gətirək birlikdə istifadə edək” demiş və o da razılaşmışdır. Ruzbeh ona kart nömrəsi vermiş və “sənin payına 85 manat düşür, at bu karta. Həm də, yeznən gətirsin” demişdir. O da yeznəsi Vüqardan xahiş etmişdir ki, Ruzbehin ona verdiyi karta pul qoydursun. Yeznəsi də həmin karta pul göndərmişdir. Onunla eyni palatada qalan Rzayev Arif yeznəsinin kartına sürücü haqqı kimi 20 manat göndərtmişdir. Arif də onlarla birlikdə istifadə edəcəkmiş. X31 “narkotik gəlsin burada pulunu verəcəm” demişdir. Ruzbeh isə Arifə “hələlik taksinin pulun göndər, sonra isə qalanını verərsən” demişdir. Ruzbehin dediyinə görə onlar üçü də istifadə edəcəkmiş (cild 1, iş vərəqi 113). - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 6/4300 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X23 N68” dairəvi möhür əksi olan üzərində “...xx.xx.2023-cü il tarixdə təxminən saat 15:00 radələrində vətəndaş Şahid1, X6na gətirdiyi sovqatın içərisində “Bizim tarla” əncir mürəbbəsinin içərisindən 1 (bir) ədəd şəffaf rəngli bükülüdə narkotik vasitəyə bənzər maddə... hal şahidləri: -iki imza; Vətəndaş Şahid1; X6-imza..” sözləri qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,362 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir (cild 1, iş vərəqi 126-130). - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin Qeydiyyat bölməsinin rəisi Ceyhun Quliyev tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 xx xxxxxx 1990-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunana qədər ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli: xx.xx.2020-ci il. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq təcridxanasından Müalicə müəssisəsinə daxil olmuş və xx.xx.2022-ci il tarixdə müalicə kursu bitdiyinə görə geri qaytarılmışdır (cild 1, iş vərəqi 160). - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin Qeydiyyat bölməsinin rəisi Ceyhun Quliyev tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X11 17 may 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunana qədər ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. X11 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 178.2.2, 180.2.1, 180.2.2, 180.2.4, 66.3, 67.1-ci maddələri ilə təqsirli bilinib 7 il 3 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli: xx.xx.2015-ci il Cəzasının sonu: xx.xx.2023-cü il. X11 xx.xx.2022-ci il tarixdə 15 saylı X3 müəssisəsinə daxil olmuş və xx.xx.2022-ci il tarixdə müalicə kursu bitdiyinə görə geri qaytarılmışdır (cild 1, iş vərəqi 161). - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin Qeydiyyat bölməsinin rəisi Ceyhun Quliyev tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X6 xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilməmiş, məhkum olunana qədər ünvan 8i ünvanında qeydiyyatda olmaqla yaşamışdır. X6 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3, 76.6.2, 67.1-ci maddələri ilə təqsirli bilinib 05 il 9 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli: xx.xx.2020-cu il. Cəzasının sonu: xx.xx.2026-cı il. X6 xx.xx.2022-ci il tarixdə 2 saylı X3 müəssisəsinə daxil olmuş və xx.xx.2022-ci il tarixdə müalicə kursu bitdiyinə görə geri qaytarılmışdır (cild 1, iş vərəqi 162). - əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 12 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyı Penitensiar Xidmətin Müalicə müəssisəsinin nəzarət-buraxılış məntəqəsində Şahid1 tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman "Bizim tarla əncir mürəbbəsi" yazılmış şəffaf şüşə bankanın içərisindən aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 2,362 qram narkotik vasitə heroin xx.xx.1979cu ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 9 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 tərəfindən göndərilmışdir. Cinayət işi üzrə əlavə xüsusatların müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir (cild 1, iş vərəqi 181). - ittiham elan etmək üçün şübhəli şəxsin tutulmasından ötrü barəsində axtarış elan edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işi üzrə - xx.xx.1979-cu ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 9 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir (cild 1, iş vərəqi 184). - cinayət işlərinin birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3, 29,317-1.1-ci maddələrilə istintaq edilən ********* nömrəli cinayət işi X20, Təqsirləndirilən şəxs2 və X29 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 29,317-1.1-ci maddələrilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir (cild 1, iş vərəqi 96). - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin Əməliyyat bölməsinin rəisi Azər Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində, daxil olmuş əməliyyat məlumatına əsasən, müəssisənin nəzarət-buraxılış məntəqəsində keçirilmiş axtarış-baxış tədbiri nəticəsində, xx.xx.2022-ci il tarixdə etapla 2 saylı Cəzaçəkmə müəssisəsindən X2 şöbəsinə "Əlilik dərəcəsinin təyini" diaqnozu ilə daxil olmuş, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, məhkum olunana qədər ünvan 4ində pasport qeydiyyatında olmaqla Sumqayıt şəhəri, 15-ci məhəllə, 42-ci yataqxana, otaq 104də yaşamış, AR CM-nin 263-1.3, 69.3, 67.1, 177.2.1, 177.2.3, 29,177.2.1, 29, 177.2.2, 29,177.2.3, 126.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 5 il 9 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmiş X6na (cəzanın əvvəli: xx.xx.2020, cəzanın sonu: xx.xx.2026) vətəndaş Şahid1 tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatda olan, üzərinə "Bizim tarla əncir mürəbbəsi" yazılmış şəffaf şüşə bankasının içərisindən 1 (bir) ədəd şəffaf sellofan bükülüdə qəhvəyi rəngli, spesifik iyə malik, toz şəklində narkotik vasitəyə bənzər maddə aşkarlanaraq götürülmüş, hal şahidlərinin və iştirakçıların iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmişdir. Aşkar olunaraq götürülən narkotik vasitəyə bənzər maddə hal şahidlərinin və iştirakçıların iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinə göndərilmişdir. ƏNMEM-nın 6/4300 nömrəli arayışında, göndərilmiş maddənin təmiz çəkisi 2.362 qram olan kustar üsulla hazırlanmış qram narkotik vasitə "Heroin" olduğu müəyyənləşdirilmişdir. X6 öz yazılı izahatında vətəndaş Şahid1 həmin sovqatı gətirməsini xahiş etdiyini, sovqatda narkotik vasitə olduğundan vətəndaşın xəbəri olmadığını, həmin narkotik vasitəni həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 və X11 ilə birlikdə sifariş verdiklərini bildirmişdir. Faktla əlaqədar toplanmış materiallar və 1 (bir) ədəd içərisində maddi sübut olan möhürlənmiş zərf araşdırmanın davam etdirilməsi məqsədi ilə aidiyyatı üzrə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndəriləcəkdir (cild 1, iş vərəqi 131). - əşyaya baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Sumqayıt şəhəri, 45-ci Məhəllə, ev 14 mənzil 94-də yaşayan Şahid1 məxsus mobil telefona onun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Şahid1 məxsus mobil telefon “Samsung A-50” markalıdır, qara rəngdə ekranı var, eksranın yuxarı hissəsində kamera vardır. Telefonun arxa tərəfində 3 ədəd kamera vardır, sağ tərəfində telefonun işini tənzimləyən 2 ədəd düymə vardır. Telefonun üzərində 070- ***-**-** və ***- ***-**-** GSM nömrələri vardır. Telefonun sağ tərəfində olan yuxarıdan 2-ci düymə basıldıqda ekran işıqlanır. Telefona giriş kodludur. Kod yığıldıqdan sonra telefonun 3 səhifə menyusu görünür. Menyunun 3-cü səhifəsində digər sosial şəbəkəlrlə yanaşı “Whatsapp” sosial şəbəkəsinində nişanı vardır. Həmin “Whatsapp” nişanının üzərinə basdıqda müxtəlif kontakt profilləri açılır. Həmin profillərdən fotoşəkilsiz “Sumka” profilinə daxil olan zaman məlum olmuşdur ki, bu profil +994-55-236-15-14 CSM mobil nömrəni işlədən şəxsə məxsusdur. Baxış zamanı həmin profildə 3 ədəd mesaj aşkar olunmuşdur. 1-ci mesaj məkan mesajıdır və Bakı şəhəri 38 №-li poliklinikanın yanını göstərir. Həmin mesagı Şahid1 tanımadığı “Sumka” profilli şəxs xx.xx.2022-ci il tarixdə saat 12:41-də göndərmişdir. 2-ci mesajı yenədə Şahid1 tanımadığı “Sumka” profilli şəxs xx.xx.2022-ci il tarixdə saat 12:57-də göndərmiş və bu mesaj yazılı mesajdır. Mesajda yazılmışdır: “Neqeder vaxta çatarsız”, 3-cü mesaj səsli mesajdır və Şahid1 tərəfindən “Sumka” adlı profilə tanımadığı şəxsə göndərmişdir. Həmin mesaj dinlənilən zaman “İnşallah, yarım saata ordayam” səsi yazılmışdır. Bu səs Şahid1 məxsusdur. Bundan sonra “Sumka” profilindən çıxılaraq fotşəkilli “Karttt” kontakt profilinə daxil olduqda məlum olur ki, həmin profil +994-50-728-28-41 CSM mobil nömrəni işlədən şəxsə məxsusdur. Baxış zamanı həmin profildə 7 ədəd mesaj aşkar olundu. 1-ci mesajı “Karttt” profili şəxs yazılı qaydada Şahid1 xx.xx.2022-ci il tarixdə saat 11:44-də göndərmiş və orada “Şəkil atın” yazısı vardır. 2-ci mesaj 4098 5844 5096 5965-eli bank kartının fotoşəklidir və Şahid1 tərəfindən “Karttt” profilinə xx.xx.2022-ci il tarixdə saat 11:44-də göndərilmişdir. 3-cü mesaj yazılı mesajdır, mesajda “Leo Bank” yazılmışdır və həmin mesaj Şahid1 tərəfindən “Karttt” profilinə xx.xx.2022-ci il tarixdə saat 11:45-də göndərilmişdir. 4-ci mesaj pul köçürmə qəbzinin fotoşəklidir və “Karttt” profilindən Şahid1 profilinə xx.xx.2022-ci il tarixdə saat 11:46-də göndərilmişdir. 5-ci mesaj yazılı mesajdır, mesajda “Gəldi” yazılmışdır və həmin mesaj Şahid1 tərəfindən “Karttt” profilinə xx.xx.2022-ci il tarixdə saat 11:47-də göndərilmişdir. 6-cı mesaj yazılı mesajdır, mesajda “Təşəkkürlər” yazılmışdır və həmin mesaj Şahid1 tərəfindən “Karttt” profilinə xx.xx.2022-ci il tarixdə saat 11:47-də göndərilmişdir. 7-ci mesaj yazılı mesajdır, mesajda “Deymez” yazılmışdır və həmin mesaj “Karttt” tərəfindən Şahid1 profilinə xx.xx.2022-ci il tarixdə saat 11:47-də göndərilmişdir. Şahid1 məxsus mobil telefonda olan “Whatsapp” sosial şəbəkəsində olan digər profillərdə istintaq üçün əhəmiyyət kəsb edən heç bir mesaj-məlumat aşkar olunmadı (cild 1, iş vərəqi 137-138). - şəhadətnamələrin surətindən görünür ki, X17 və Şahid3 Balağa qızının X24 (xx.xx.2014), X18 (xx.xx.2007), X7 (xx.xx.2006) ibarət 03 (üç) övladı vardır (cild 1, iş vərəqi 149-150). - əşyaya baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və yazışmalardan görünür ki, iş üzrə Şahid3 məxsus mobil telefona onun iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, Şahid3 məxsus mobil telefon "İphone" markalıdır, "XS" moddellidir, qara rəngdə ekranı var, arxa hissəsinin açıq çəhrayı rəngdədir. Telefonun arxa tərəfində 2 ədəd kamera vardır, sağ tərəfində telefonun işini tənzimləyən 2 ədəd düymə vardır. Telefonun üzərində ********** mobil nömrəsi vardır. Mobil telefonun “Whatsapp” proqramına daxil olduqda orada +994-55-455-93-98 mobil nömrəni işlədən şəxslə mesaj vasitəsilə danışıqların olduğu görünür. Həmin mesajlarda +994-55-455-93-98 mobil nömrəli abunəçinin Şahid3 "Kapital Bank"a aid 4169 7385 0151 4032 nömrəli bank kartının 16 rəqəmli şifrəsini göndərdiyi, həmin karta pul vurmasını dediyi, Şahid3 tərəfindən həmin karta pul köçürüldüyü və həmin qəbzin şəklinin göndərildiyi, həmçinin Təqsirləndirilən şəxs2 çatası bağlama barədə danışıqları öz əksini tapmışdır. Şahid3 göndərilmiş son mesaj mətnində "əncir mürəbbəsinin ağzın açıb özünüz diqqet edersiz, çöldəndə baxarsız, diqqet edərsiz, gözünüzə dəyən bir şey olmasın deyə, sonra peşmançılıq olmasın, ya səhər Ruzi sizi yığsa peredaça aparmamışdan qabaq mənlə danışar başa salaram” onu kimi şübhəli mesaj mətni aşkar olunmuşdur. Şahid3 məxsus mobil telefonda olan “Whatsapp” sosial şəbəkəsində olan digər profillərdə istintaq üçün əhəmiyyət kəsb edən heç bir mesaj-məlumat aşkar olunmadı. Baxışın nəticəsinə dair həmin protokol tərtib olundu, ucadan oxundu, heç bir təklif və ya şikayət daxil olmadı. Şahid3 məxsus mobil telefonun “Whatsapp” sosial şəbəkəsində olan iş üçün əhəmiyyət kəsb edən fotoşəkillər çəkilərək protokola əlavə olundu (cild 1, iş vərəqi 151-158). - əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Nizami RPİ-nin İstintaq şöbəsində Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi ilə əlaqədar müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olması, narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlar əldə edilmiş, lakin Təqsirləndirilən şəxs1 narkotik vasitələri əldə etdiyi mənbə və onun narkotik vasitələrin dövriyyəsi ilə bağlı hər hansı digər cinayətdə iştirakı müəyyən edilməmişdir. Tədbirlər zamanı Təqsirləndirilən şəxs1 qeyd olunan cinayəti tək törətməsi müəyyən edilmiş, onun kənar şəxslərlə cinayət əlaqəsinə girməsini təsdiq edən hər hansı məlumat əldə etmək mümkün olmamış, eyni zamanda sonuncunun törətdiyi cinayət əməlində onun Şahid3 Balağa qızı, Şahid1, Şahid2 ilə cinayət əlaqəsinə girib-girməməsi, sonuncuların Təqsirləndirilən şəxs1 tərəfindən cinayətin hazırlanması və ya törədilməsi barədə məlumatlı olub-olmamaları barədə hər hansı dəlil əldə edilməmişdir. Qeyd olunan cinayət işi ilə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu istiqamətdə əlavə hər hansı bir məlumat əldə olunarsa dərhal bildiriləcəkdir (cild 1, iş vərəqi 240). - könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 könüllü şəkildə araşdırmaya təqdim etdiyi X14 ölüm haqqında şəhadətnaməsinə baxış zamanı müəyyən edilmişdir ki, X20 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində digər kəskin böyrək çatışmazlığı səbəbi ilə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixəd 288 nömrəsi ilə qeyd edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən Şahid1 təqdim etdiyi ölüm haqqında şəhadətnamənin surəti götürülmüş və protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 302- 303). - diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 15 may 2023-cü il tarixdə "xxxx" MMC-dən daxil olmuş "CD" diskə baxış keçirilmiş, baxış keçirilən diskin üstü ağ rəngli olmaqla üzərində qırmızı rəngli hərflərlə "bakcell” və qara rəngli hərflərlə 5339 yazısı vardır. Diskin içərisində ümumilikdə 4 ədəd fayl vardır. Birinci faylda 29 iyul 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək digər mobil nömrələrdən Şahid3 istifadəsində olan ********** mobil nömrəsinə gələn mesaj mətnləri və həmin mesaj mətnləri ilə bağlı məlumatlar öz əksini tapmışdır. Həmin fayla baxdıqda iş üçün əhəmiyyət kəsb edən hər hansı mesaj mətni aşkar edilmədi. İkinci faylda 29 iyul 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək Şahid3 istifadəsində olan ********** mobil nömrəsindən digər mobil nömrələrə gedən mesaj mətnləri və həmin mesaj mətnləri ilə bağlı məlumatlar öz əksini tapmışdır. Həmin fayla baxdıqda orada "mənəm Ruzi tecili cavab ver" kimi şübhəli mesaj mətninin olduğu görünür. Üçüncü faylda 29 iyul 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək ********** mobil nömrəsinin istifadəçisi olan Şahid3 hansı anten dairələrində olması öz əksini tapmışdır. Dördüncü faylda 29 iyul 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək digər mobil nömrələrdən Şahid3 istifadəsində olan ********** mobil nömrəsinə gələn zəng və mesajlar, ********** mobil nömrəsindən gedən zəng və mesajların istifadəçilərinin "xxxx" mobil operatorundan istifadə edən hissəsi barədə məlumatlar öz əksini tapmışdır (cild 2, iş vərəqi 10-30). - diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 15 may 2023-cü il tarixdə "xxxx" MMC-dən daxil olmuş "CD" diskə baxış keçirilmiş, baxış keçirilən diskin üstü ağ rəngli olmaqla üzərində qırmızı rəngli hərflərlə "xxxx" və qara rəngli hərflərlə 5338 yazısı vardır. Diskin içərisində ümumilikdə 4 ədəd fayl vardır. Birinci faylda 29 iyul 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil nömrəsindən digər mobil nömrələrə gedən mesaj mətnləri və həmin mesaj mətnləri ilə bağlı məlumatlar öz əksini tapmışdır. Həmin fayla baxdıqda orada "qaqa cola isteyirem" kimi şübhəli mesaj mətninin olduğu görünür. İkinci faylda 29 iyul 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək digər mobil nömrələrdən Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil nömrəsinə gələn mesaj mətnləri və həmin mesaj mətnləri ilə bağlı məlumatlar öz əksini tapmışdır. Həmin fayla baxdıqda orada "qaqa cola isteyirem 1q, men 4gun burda qalacam qaynatam gilde" kimi şübhəli mesaj mətninin olduğu görünür. Üçüncü faylda 29 iyul 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək digər mobil nömrələrdən ********** mobil nömrəsinin istifadəçisi olan Təqsirləndirilən şəxs1 hansı anten dairələrində olması öz əksini tapmışdır. Dördüncü faylda 29 iyul 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil nömrəsinə gələn zəng və mesajlar, ********** mobil nömrəsindən gedən zəng və mesajların istifadəçilərinin "xxxx" mobil operatorundan istifadə edən hissəsi barədə məlumatlar öz əksini tapmışdır (cild 2, iş vərəqi 33-52). - məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2320 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X23 N268” dairəvi möhür əksi olan üzərində “...xx.xx.2023cü il tarixdə təxminən saat 15:00 radələrində vətəndaş Şahid1, X6na gətirdiyi sovqatın içərisində “Bizim tarla” əncir mürəbbəsinin içərisindən 1 (bir) ədəd şəffaf rəngli bükülüdə narkotik vasitəyə bənzər maddə... hal şahidləri: - iki imza; Vətəndaş Şahid1; X6-imza..” sözləri qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,262 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahılara əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 2, iş vərəqi 53-57). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X34 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 2173 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 58-59). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələrilə ittiham elan edilmişdir (cild 2, iş vərəqi 73-74). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Şahid3 arasında keçirilmiş üzləşmə zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Şahid3 onun həyat yoldaşıdır. Onlar nikaha daxil olmamışlar, lakin həbs olunana qədər bir ailə kimi yaşamışlar və bir uşaqları da vardır. Evə gətirdiyi bağlamanın içərisində narkotik vasitə olduğunu bilmədiyi üçün bu barədə həyat yoldaşı Pərvanəyə heç nə deməmişdir. Həmin bağlamada narkotik vasitə olduğu bilsəymiş, onu həyat yoldaşına çatdırmazmış. Taksi sürücüsünü tanımamışdır. Həyat yoldaşını qısqandığı üçün onun bağlama ilə bağlı kiminləsə görüşməsini istəməmişdir. Buna görə də, Pərvanənin xalası ilə danışaraq onun taksi sürücüsü ilə görüşməsini və ona təhvil verməsini xahiş etmişdir. Şahid3 Təqsirləndirilən şəxs2 dediklərini dinləmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun həyat yoldaşıdır. Onlar nikaha daxil olmamışlar, lakin həbs olunana qədər bir ailə kimi yaşamışlar və bir uşaqları da vardır. Təqsirləndirilən şəxs2 ona göndərdiyi bağlamada ərzaq və qeyri-ərzaq məhsullarının olduğunu demiş, həmin bağlamda narkotik vasitə olduğunu deməmişdir (cild 2, iş vərəqi 90-91). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrlə ona elan edilmişdir (cild 2, iş vərəqi 92-93). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X34 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 3340 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərdən və kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 117-118). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid1 tərəfindən aparılmış sovqatın içərisindən aşkar edilmiş 2,362 qram narkotik vasitə heroinin tədqiqatdan sonra qalan təmiz çəkisi 2,212 qram olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs1 və Şahid3 məxsus mobil nömrələr ilə əlaqədar telefon ilə ötürülən məlumatların əksini tapdığı "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, heroin saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 135-153). - cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 satış məqsədilə narkotik vasitə əldə etməsi ilə bağlı iş materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 155-156). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317- 1.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 əncir mürrəbbəsi olan bankanın içərisinə narkotik vasitənin yerləşdirilməsindən məlumatının olmaması, onunla Təqsirləndirilən şəxs2 arasında narkotiklə bağlı hər hansı söhbətinin olmaması, Təqsirləndirilən şəxs2 isə narkotik vasitənin Müalicə müəssisəsinə göndərilməsi ilə bağlı Təqsirləndirilən şəxs1lə və digər şəxslərlə hər hansı söhbətinin olmaması, həmin narkotikə aidiyyətinin olmaması barədə məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cəzadan yayınmaq məqsədi daşıyır və özlərinin ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Bununla bağlı, məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində cinayətin törədilməsi halları ilə bağlı verdiyi ifadələrini, həmin ifadələr cinayət işi üzrə toplanmış digər sübutlarla tam uzlaşdığından daha düzgün hesab edir və həmin ifadələri sübut kimi qiymətləndirir. Belə ki, yuxarıda şərh edilmiş həmin ifadələrdən də görünür ki, Müalicə müəssisəsində müalicə alan Təqsirləndirilən şəxs2 10 avqust 2022-ci il tarixdə ona ***-***- **-** saylı mobil nömrənin “Whatsapp” mesajlaşma proqramı vasitəsilə zəng edərək əncir mürrəbbəsi alıb narkotik vasitə heroini mürəbbə bankasının içərisinə qoymağı və ona ötürülməsi üçün deyəcəyi ünvana çatdırmağı tapşırmış, o da narkotik vasitə olan heroin yerşəşdirdiyi əncir mürəbbə bankasını digər ərzaq sovqatı olə birlikdə deyilən ünvana, yəni Təqsirləndirilən şəxs2 qeyri-rəsmi həyat yoldaşı olan Şahid3 yaşadığı Panarama parkda olan binanın E blokunun 18-ci mərtəbəsində sol tərəfdə yerləşən qapının yanına qoyub getmişdir. O, mesajlaşma proqramı vasitəsilə onunla danışan şəxsin Ruzbehin ailəsi olduğunu düşündüyündən Pərvanənin də bankada heroin olduğundan məlumatının olub-olmadığını bilmədiyi üçün sonuncuya açıq şəkildə deyil, üstüörtülü şəkildə ehtiyatlı olmasını bildirmişdir. Bundan başqa, əşyaya baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs2 birgə yaşadığı Şahid3 məxsus mobil telefona baxış keçirilərkən Təqsirləndirilən şəxs1 tərəfindən Şahid3 göndərilmiş mesaj mətnində "əncir mürəbbəsinin ağzın açıb özünüz diqqet edersiz, çöldəndə baxarsız, diqqet edərsiz, gözünüzə dəyən bir şey olmasın deyə, sonra peşmançılıq olmasın, ya səhər Ruzi sizi yığsa peredaça aparmamışdan qabaq mənlə danışar başa salaram” kimi şübhəli mesaj mətni aşkar olunmuşdur. Bundan başqa, X14 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, içərisində əncir mürəbbəsi olan bankadan aşkar edilmiş narkotik vasitə heroini o, sifariş etmişdir. Belə ki, onunla eyni palatada qalan məhkum yoldaşı Təqsirləndirilən şəxs2 ona “çöldə sovqat var, içərisinə də narkotik qoydurmuşdur. Sənin yeznən taksi sürücüsüdür, ondan şübhə etməzlər, gətirək birlikdə istifadə edək” demiş və o da razılaşmışdır. Ruzbeh ona kart nömrəsi vermiş və “sənin payına 85 manat düşür, at bu karta. Həm də, yeznən gətirsin” demişdir. O da yeznəsi Vüqardan xahiş etmişdir ki, Ruzbehin ona verdiyi karta pul qoydursun. Yeznəsi də həmin karta pul göndərmişdir. Onunla eyni palatada qalan Rzayev Arif yeznəsinin kartına sürücü haqqı kimi 20 manat göndərtmişdir. Arif də onlarla birlikdə istifadə edəcəkmiş. X31 “narkotik gəlsin burada pulunu verəcəm” demişdir. Ruzbeh isə Arifə “hələlik taksinin pulun göndər, sonra isə qalanını verərsən” demişdir. Ruzbehin dediyinə görə onlar üçü də istifadə edəcəkmiş. Bundan başqa, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsindən də görünür ki, içərisində narkotik vasitə olan bankanı müəssisəyə gətirmiş Şahid1 həmin sovqatı İlkin Bəşirovun sifarişi əsasında müəssisəyə gətirdiyini söyləmiş, İlkin özü izahat verərkən həmin sövqatı Təqsirləndirilən şəxs2 adlı məhkum yoldaşının sifarişi əsasında gətizdirdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil nömrədən digər mobil nömrələrə gedən və gələn mesajlarda "qaqa cola isteyirem", "qaqa cola isteyirem 1q, men 4gun burda qalacam qaynatam gilde" kimi narkotik vasitələrin dövriyyəsinə dair şübhəli mesaj mətnlərinin olduğu aşkar olunmuşdur. Yuxarıda qeyd olunanlar, habelə şərh olunan digər sübutlar məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və digərləri ilə cinayət əlaqəsinə girərək narkotik vasitəni satış məqsədilə Təqsirləndirilən şəxs1 sifariş vermiş, sonuncu da öz növbəsində narkotik vasitəni əldə edib mürəbbə olan bankaya yerləşdirməıklə Müalicə müəəssisəsinə çatdırılmasına nail olmuşdur. Məhkəmə həmin nəticəyə gələrkən iş üzrə toplanmış bütün sübutlarla yanaşı İlkin Bəşirovun verdiyi izahatı da sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlaması və cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş narkotik vasitəni yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etməsi, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi kifayət qədər sübuta yetirilir, onlar təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Kürdəmir Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 3-cü hissəsi, 42-1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəzası 02 il müddətinə təxirə salınmış, Suraxanı RPİ-nin İŞ-də barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə araşdırma aparılmış və həmin material üzrə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 40.3-cü maddəsinə əsasən icraata xitam verilmişdir (cild 2, iş vərəqi 122-123). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə həmin cəzasının sonu ilə azad edilmişdir. Barəsində Suraxanı RPİnin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-72/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 22 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 həmin hökmdən verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır (cild 2, iş vərəqi 124-125). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən altı il keçmədiyindən, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Beləliklə, Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən törətdiyi ağır cinayətə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməlində cinayətin təhlükəli residivi mövcuddur. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlükəli residivinin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hal müəyyən edilmədi. “Elektron məhkəmə” İnformasiya sistemindən Təqsirləndirilən şəxs1 ailə vəziyyətinə dair əldə edilmiş məlumatdan görünür ki, onun himayəsində xx.xx.2005-ci il təvəllüdlü Elton Nağdaliyev və xx.xx.2008-ci il təvəllüdlü Asiya Nağdaliyeva adlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilərlər, buna görə də onlara təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ittiham olunduğu CM-nin 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır, CM-nin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-nin CM-nin 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Beləliklə, Təqsirləndirilən şəxs1 ittiham olunduğu CM-nin 234.4.1, 234.4.3 və 29,317- 1.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli, lakin ona cəza yalınız CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilməlidir. Belə ki, CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 CM-in 29,317-1.1ci maddəsi ilə olan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, həmin Məcəllənin 75.1.1-ci maddəsinə müvafiq olaraq bu cinayət törədilən gündən iki il keçdiyindən, eyni zamanda, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilmədiyindən və Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsi belə halda cinayət təqibini istisna etdiyindən Məcəllənin 44.2.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 CM-in 29,317-1.1-ci maddəsi ilə təqsirli bilinsə də, ona bu maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən ona təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 hazırkı hökm üzrə təyin olunacaq cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 17 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 19 noyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 17 noyabr 2022-ci tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 202, 233-237, 283-285; cild 2, iş vərəqi 5-7, 199-203). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 17 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş materiallarına əlavə edilmiş müstəntiqin qətimkan tədbiri seçilməməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan başqa iş üzrə həbs qətimkan tədbiri seçildiyindən onun barəsində bu iş üzrə qətimkan tədbiri seçilməmişdir (cild 2, iş vərəqi 114-115). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-72/2024 nömrəli qanuni qüvvəyə minmiş hökmünə əsasən cəza çəkdiyi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməsinə zərurət yoxdur. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan təmiz çəkisi 2,212 qram olan narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs1 və Şahid3 məxsus mobil nömrələr ilə əlaqədar telefon ilə ötürülən məlumatların əksini tapdığı "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs2 isə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 157 (yüz əlli yeddi) manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə, yəni hər birindən 78,5 (yetmiş səkkiz manat əlli qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı hökm üzrə təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-72/2024 nömrəli qanuni qüvvəyə minmiş hökmünə əsasən cəza çəkdiyi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,212 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübutlar - "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 157 (yüz əlli yeddi) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə, yəni hər birindən 78,5 (yetmiş səkkiz manat əlli qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar