Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-800/2021 29.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1974-cü il iyunun 20-də Almaniya Demokratik Respublikasının Drezden şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, eləcə də etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncuya bu sahədə çalışan yüksək vəzifəli tanışlarının vasitəsi ilə «Təməl» sərbəst kiçik müəssisəsinin balansında olan ünvan 2 ünvanda yerləşən 1,68 hektar torpaq sahəsinin özəlləşdirilməsinə kömək edəcəyinə yalan vəd verib adı çəkilən şəxsdən 2017-ci ilin iyul ayında Bakı şəhərinin «Nərimanov» metrostansiyasının yaxınlığında vahid niyyətlə əhatə olunan qəsdlə aldığı əvvəlcə 30.000 manat, sonra isə 30.000 manat, ümumilikdə 60.000 manat məbləğində pulu, yəni özgənin əmlakını ələ keçirmiş, bununla da zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə istintaqla müəyyən edilmişdir ki, Ruslan Ehtibar oğlu tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncuya bu sahədə çalışan yüksək vəzifəli tanışlarının vasitəsi ilə Bakı şəhərinin Nərimanov rayonundakı «Gənclik» metrostansiyasının yaxınlığında yerləşən torpaq sahəsini özəlləşdirməsində kömək edəcəyinə və sonradan satıb yüksək gəlir əldə edəcəklərinə dair yalan vəd verdikdə adı çəkilən şəxsdən 2018-ci il iyunun 01-də Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən ünvan 4dığı 250.000 manat məbləğində pulu ələ keçirmiş, bununla da zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 6,860 qram təmiz çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 23/15 ünvanındakı «Qarabağlar» restoranının yaxınlığına daşımış, həmin şəxsin külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumat əsasında sonuncu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il avqustun 17-də saat 20 radələrində göstərilən yerdə saxlandıqda idarəyə gətirilmiş və oradakı xidməti otaqların birində saat 23:40-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan cins şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı üç ədəd bükümdə ayrı-ayrılıqda 1,974 qram, 2,056 qram və 2,830 qram, ümumilikdə külli miqdar təşkil edən 6,860 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü təqsirli bilməməklə ifadəsində göstərdi ki, saxlandığı zaman üzərində heç bir narkotik vasitə və o, heç vaxt narkotiklərin satışı ilə məşğul olmamışdır. O, ümumiyyətli heç bir cinayət, o cümlədən dələduzluq törətməmiş, istintaqdakı ifadələrini məcburiyyət qarşısında vermişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2017-ci ilin may ayında tanışı Zərərçəkmiş şəxs1la görüşən zaman sonuncu ona Əlövsət adlı tanışının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 1,67 ha torpaq sahəsi sahəsinin sənədləşdirilməsinə kömək etmək lazım olduğunu demiş, o, Ədliyyə Nazirliyinin əməkdaşı kimi tanıdığı X7 ilə görüşüb bu barədə danışmış və sonuncunun ona həmin işi həll etmək üçün 400.000 manat pul lazım olması barədə sözlərini Sədiyə çatdırmış, 2017-ci il iyun ayının əvvəllərində Sədi ona zəng edərək Əlövsətin işə başlamaq üçün ödəniş etmək istədiyini bildirmiş, birinci dəfə 2017-ci il iyun ayının ortalarında yaşadığı ünvanın yaxınlığında Sədidən 100.000 manat alandan iki-üç saat sonra Azərlə görüşərək həmin pulun 90.000 manatını sonuncuya vermiş, qalan 10.000 manat pulu isə Azərin razılığı ilə öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra o, 2017-ci ilin iyun-avqust ayları ərzində Sədidən hissə-hissə olmaqla əlavə 267.000 manat pul alsa da Azər heç bir iş görmədiyindən sonuncuya həmin puldan heç bir məbləğ verməmiş, Azərin bu məsələni həll edə bilməyəcəyini anlayaraq bu işi başqa adamların vasitəçiliyi ilə həll etmək qərarına gəlmiş, bu barədə heç kimə bildirməmiş, Sədidən aldığı 267.000 manat pulun 217.000 manatını öz borclarına vermişdir. Azər ona işi həll edə bilmədiyi üçün aldığı 90.000 manat pulu geri qaytaracağını desə də vədinə əməl etmədiyindən həmin pulu almaq üçün ortaq tanışları vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs ona əlaqələrinin geniş olduğunu, qaytarılmayan pul məbləğini danışığa girib ala biləcəyini söylədikdən sonra 2017-ci ilin sentyabr ayında sonuncu onun iştirakı ilə Azərlə görüşüb pulun 10 gün müddətinə Ruslana verilməsi barədə razılığa gəlmişlər. O, Əlövsətin torpaq sahəsinin sənədləşdirilməsi işi ilə bağlı Sədinin vasitəsi ilə aldığı 267.000 manat pulun 217.000 manatını öz borclarına sərf etdiyini Ruslana danışanda sonuncu qalan pulu ona verməsini, Azərdən alacağı 90.000 manat pulu da həmin pula əlavə edib Şahid2 adlı dostunun köməkliyi ilə həmin işi həll edəcəyini bildirmiş, 2017-ci ilin sonlarında Ruslan əlavə pul lazım olduğunu dedikdə o, Bakı şəhərinin Nərimanov rayonundakı «Gənclik» metrostansiyasının yaxınlığında yerləşən 48 sot torpaq sahəsini Şahin adlı tanışının almaq istədiyini, lakin sonuncunun həmin yer adına özəlləşməsə, qabaqcadan pul verməyəcəyini, əgər bu iş alınsa, Şahinin torpağın hər bir sotuna 130.000 manat pul ödəməyə hazır olduğunu bildirmiş, bir gün sonra Ruslan ona həm qeyd olunan torpaq sahəsinin, həm də Əlövsətin torpaq sahəsinin özəlləşdirilməsi üçün ümimilikdə 400.000 manat pul verilməli olduğunu, dövlət rüsumunun məbləğinin isə 100.000 manat təşkil etdiyini söyləmişdir. Bundan sonra o, Ruslanla birlikdə Şahinlə görüşüb razılaşmışdır. Ruslan həmin ərəfələrdə onu Seymur adlı şəxslə tanış edərək sonuncudan 250.000 manat pul tapmaqda köməklik etməsini xahiş etdikdə Seymur bir neçə gün sonra onlara Şahid3 adlı tanışından girov qoymaqla həmin pulu borca götürə biləcəyini demişdir. O, baş verənləri Sədiyə danışandan sonra 2018-ci ilin may ayında o, Sədi, Ruslan və Seymur görüşmüşlər, söhbət zamanı Ruslan Sədinin Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən mənzilini girov qoyub Çingiz adlı tanışından 250.000 manat pulu borca götürə biləcəklərini, iş düzəlməyəcəyi halda özünün 250.000 manat pulu Çingizə qaytarıb evi girovdan azad edəcəyini təklif edəndə Sədi onunla razılaşmışdır. 2018-ci il iyunun 01-də Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 11 saylı notariat kontorunda Sədi ilə Şahid3 arasında iki ay müddətinə 250.000 manat məbləğində borc müqaviləsi və həmin borcun təminatı kimi Sədiyə məxsus mənzilin girov qoyulmasına dair ipoteka müqaviləsi bağlanmış, bundan sonra Çingiz notariat kontorunun içərisində onun və Sədinin yanında 250.000 manat pulu əlbəəl olaraq Seymura vermişdir. Ruslanla Seymur ona İntiqam ilə görüşüb pulu sonuncuya verəcəklərini bildirdikdən sonra o getmişdir, səhərisi gün onlar pulu İntiqama çatdırdıqlarını demişlər. O, 2018-ci il iyul ayının axırlarında İntiqamla Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən çay evlərinin birində Seymurun və Ruslanın iştirakı ilə görüşəndə suallarına heç bir məntiqli cavab almadığından aldadıldığını anlayaraq Əmlak Komitəsində tanıdığı şəxslərlə əlaqə saxlamış və həmin orqana bu barədə sənədləşmə daxil olmadığını öyrənmişdir. İş üzrə zərər çəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2018-ci ilin may ayında tanışı Telman Paşa oğlu ona Rüstəmov tanışları Təqsirləndirilən şəxs və Şahid1 ilə birgə iş qurmağı təklif edərək Bakı şəhərinin Nərimanov rayonundakı «Gənclik» metrostansiyasının yaxınlığında böyük bir torpaq sahəsini özəlləşdirmək üçün külli miqdarda pul vəsaitinin lazım olduğunu, onun evini girov qoyub borca pul götürməsini bildirmişdir. Həmin ərəfədə o, Telman, Ruslan və Seymur ilə birlikdə Bakı şəhərində görüşüb həmin işi müzakirə edərkən Ruslan ona Şahid3 adlı tanışından evi girov qoymaqla borca pul götürə biləcəklərini demişdir. Digərləri Ruslanın dediklərini təsdiq edərək onu bu işə razılıq verməyə sövq etmişlər. 2018-ci il iyunun 01-də Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 11 saylı notariat kontorunda onunla Çingiz arasında iki ay müddətinə 250.000 manat məbləğində borc müqaviləsi və həmin borcun təminatı kimi ona məxsus mənzilin girov qoyulmasına dair ipoteka müqaviləsi bağlanmış, bundan sonra Çingiz notariat kontorunun içərisində onun və Sədinin yanında 250.000 manat pulu əlbəəl olaraq Seymura vermişdir. Ruslan və Telman onun evini girovdan azad edəcəklərinə dair söz versələr də həmin vədə əməl etməmişlər və dəfələrlə onlarla görüşüb bu məsələnin yoluna qoyulması onlara deyilsə də heç bir nəticəsi olmamışdır. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, 2018-ci ilin aprel ayında tanışı Təqsirləndirilən şəxs ilə görüşdükdə Zərərçəkmiş şəxs2la tanış olmuş, bu vaxt Ruslan ona Telmanın borcları və alacaqları olmasını, işlərinin düz gətirmədiyini, sonuncuya dövlət mülkiyyətində olan Bakı şəhərinin Nərimanov rayonundakı «Gənclik» metrostansiyasının yaxınlığında yerləşən 48 sotluq torpaq sahəsini özəlləşdirmək üçün 250.000 manat pul lazım olduğunu, həmin iş alınsa, torpaq sahəsini satıb yaxşı pul qazanacaqlarını demişdir. Bir müddət sonra o, Ruslanın təkidi ilə tanışı Şahid3 həmin məbləğdə pulu borca istəsə də sonuncu pulu girovsuz verə bilməyəcəyini dedikdə bu barədə Ruslana məlumat vermiş, sonuncu isə ona Zərərçəkmiş şəxs1 adlı tanışına məxsus mənzili sonuncunun razılığı ilə girov qoya biləcəyini bildirmişdir. 2018-ci il may ayının axırlarında o, Telmanla birlikdə Çingiz ilə görüşüb Sədinin mənzilini girov qoymaqla iki ay müddətinə borc müqaviləsi əsasında 250.000 manat pulun verilməsinə razılaşdığını demişdir. 2018-ci il mayın 31-də o, Ruslanla görüşəndə sonuncunun yanında Şahid2 adlı şəxs də olmuş, Ruslan İntiqamın həmin işi həll edən şəxs olduğunu demiş, sonuncu isə bu işi həll edən, adını çəkmədiyi yüksək vəzifəli şəxsin yanında xəcalətli qaldıqlarını, qalan pulu təcili tapıb həmin adama çatdırmaq lazım olduğunu demişdir. 2018-ci il iyunun 01-də Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 11 saylı notariat kontorunda onunla Çingiz arasında iki ay müddətinə 250.000 manat məbləğində borc müqaviləsi və həmin borcun təminatı kimi ona məxsus mənzilin girov qoyulmasına dair ipoteka müqaviləsi bağlanmış, Çingiz orada 250.000 manat pulu Sədiyə vermiş, sonuncu maşına əyləşəndə pulu ona vermişdir. Çingiz onlardan ayrıldıqdan sonra Telmanın yaşadığı ünvana gəlib orada Ruslana ehtiyacı olduğu üçün həmin puldan Sədiyə 5.000 manat pul verdiklərini demiş, qalan 245.000 manat pulu isə aparıb yaşadığı evə qoymuşdur. Həmin gün evə qoyduğu 245.000 manat puldan 100.000 manat götürüb saat 21 radələrində Ruslanla birlikdə «Gənclik» metrostansiyasının yaxınlığında İntiqamın idarə etdiyi **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda görüşüb həmin pulu sellofan torbada İntiqama vermiş, bu vaxt Ruslan ona İntiqamla gedəsi yeri olduğunu dediyindən o, maşından düşüb getmişdir. 2018-ci il iyunun 02-də Ruslan ona zəng edərək İntiqamın əlavə 20.000 manat pul istədiyini demiş, o, həmin gün saat 18 radələrində «Gənclik» metrostansiyasının yaxınlığında Ruslanın yanında İntiqama 20.000 manat vermiş, sonuncu ona artıq işin həlli üçün prosesin başlandığını demişdir. Bundan sonra o, 2018-ci il iyunun 06-na kimi qalan 125.000 manat pulu təklikdə Ruslana vermiş, İntiqam vədini vaxtında yerinə yetirmədiyi üçün 2018-ci il iyul ayının sonlarında Ruslan və Telman ilə birlikdə İntiqamla görüşəndə sonuncu onlara 2018-ci il avqustun 01-nə kimi işin düzələcəyini demişdir. 2018-ci il avqustun 01-də İntiqama zəng etməsinə və «WhatsApp» proqramında mesaj yazmasına baxmayaraq sonuncu ona heç bir cavab verməmiş, 2018-ci il avqustun 15-də Ruslandan İntiqamın yerini soruşduqda sonuncu ona İntiqamın Rusiya Federasiyasının Moskva şəhərində olduğunu demiş və oraya gedib sonuncudan pulu almağı təklif etmişdir. 2018-ci il avqustun 16-da o, Ruslanla birlikdə Moskva şəhərinə getsə də İntiqamı tapa bilməmiş, həmin ərəfələrdə sonuncu Ruslana «WhatsApp» proqramı ilə zəng edib Moskva şəhərində olmadığını və növbəti həftənin birinci günü pulu Bakıda ona verəcəyini bildirmişdir. Bundan sonra o, Bakıya qayıtmış, Ruslan isə Moskvada qalmış, Bakıya qayıdandan sonra İntiqam və Ruslan ilə heç bir əlaqə yarada bilməmiş, 2018-ci ilin oktyabr ayında Ruslanla görüşüb niyə belə etdiyini soruşanda sonuncu işləri bu vəziyyətə salanın İntiqam olduğunu, sonuncudan özünün pulu alıb verəcəyini demiş, daha sonra Ruslan ona 30.000 manat pul qaytarıb qalan pulu da yaxın vaxtlarda verəcəyini desə də vədinə əməl etməmişdir. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 2018-ci ilin may ayında tanışı və həmyerlisi X6 ona müraciət edərək Şahid1 adlı dostunun Bakı şəhərinin Nərimanov rayonundakı «Gənclik» metrostansiyasının yaxınlığında yerləşən torpaq sahəsini özəlləşdirmək üçün sonuncuya köməklik göstərməyini xahiş etmiş, həmin ərəfələrdə Ruslan onu Seymurla tanış etdikdə o, sonuncuya bu sahədə işləyən tanışları ilə danışıb məlumat verəcəyini demiş, 2018-ci il iyun ayının əvvəllərində saat 21 radələrində «Gənclik» metrostansiyasının yaxınlığında idarə etdiyi **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Seymur və Ruslan ilə görüşəndə sonuncu ona torpağı özəlləşdirmək üçün lazımi məbləği verə biləcəklərini demiş, o isə iş hələ alınmadığından pul lazım olmadığını bildirməsinə baxmayaraq Seymur əlindəki sellofan torbanı salonun iki oturacağı arasındakı yerə qoyub torbadakı 120.000 manat məbləğində pulu torpağın özəlləşdirilməsinə görə verdiyini söyləmişdir. Bu zaman Ruslan həmin torbanı götürüb sağ yan tərəfinə qoymaqla Seymura onunla işi olduğunu dediyindən sonuncu maşından düşüb getmişdir və onlar ikilikdə maşında oturub söhbət etmişlər, o, pulu Seymura qaytarmasını desə də Ruslan sağollaşaraq maşından düşəndə içində pul olan torbanı özü ilə götürüb pulu özündə saxlayacağını, nə vaxt lazım olsa, ona verəcəyini demişdir. Bundan sonra Seymurla Ruslan ona dəfələrlə zəng edərək işin nə yerdə olduğunu soruşanda o, işin düzəlmədiyini, hətta telefon danışıqlarının birində Seymura pulu o vaxtdan Ruslanın götürdüyünü, iş alınmadığı üçün Seymura qaytarmasını dediyini bildirmiş, lakin sonuncu Ruslanın pulu ona qaytarmadığını və işin düzələcəyini vəd etdiyini söyləmişdir. O, Ruslan, Seymur və Zərərçəkmiş şəxs2 adlı şəxs ilə 2018-ci ilin iyul ayında «Atatürk» parkında görüşəndə Ruslan Telmanı lotu kimi təqdim edib torpağın özəlləşməsində sonuncunun da maraqlı olduğunu demiş, o isə yenə də onlara işin alınmadığını, əgər alınarsa, xəbər edəcəyəni deyərək ayrılmış, daha sonra Ruslanla təklikdə görüşüb sonuncuya işi düzəldə bilmədiyini, pulu Seymura qaytarmasını təkidlə bildirmiş, Ruslan isə ona həmin pulu torpağı özəlləşdirmək üçün tapdığı başqa bir adama verdiyini demişdir. 2018-ci ilin avqust ayında o, şəxsi işləri ilə əlaqədar Ukraynada olarkən Ruslan «WhatsApp» proqramı ilə ona zəng vurub Seymurla birlikdə Rusiya Federasiyasının Moskva şəhərində olduqlarını, torpağa görə pul verdiyi adamın işi görməyərək vəsaiti də götürüb aradan çıxdığını dedikdə o, sonuncuya və Seymura onun bu işə aidiyyəti olmadığını söyləmişdir. 2019-cu ilin yanvar ayında Seymur ona zəng vuraraq Ruslanın torpaq işinə görə götürdüyü pulu qaytarmamaqla pulun onda olduğunu söylədiyini bildirəndə o, Seymura Ruslanın ona heç bir məbləğdə pul vermədiyini demişdir. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, Bakı şəhərində inşaat sahəsində biznes fəaliyyəti ilə məşğul olmuş, 2015-ci ildən tanıdığı Şahid1 onun rəhbərlik etdiyi «AVS» şirkətində satış meneceri işləmişdir. 2018-ci il may ayının sonlarında Seymurla görüşərkən sonuncu Bakı şəhərinin Nərimanov rayonundakı «Gənclik» metrostansiyasının yaxınlığında yerləşən torpaq sahəsini özəlləşdirmək üçün lazım olan puldan 250.000 manat pulun çatışmadığını, torpaq sahəsini Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlı şəxslər vasitəsilə özəlləşdirəndən sonra orada binalar tikilib satışa çıxarılacağını, 250.000 manat pul versə, onun da bu işdə pay sahibi olacağını demiş, həmin ərəfədə Seymur Bakı şəhərinin Yasamal rayonundandakı «Hüseyn Cavid» parkında onu Sədi və Telmanla görüşdürmüş, sonuncular Seymurun sözlərini təsdiq etdikdə onlara inanıb girov müqabilində 250.000 manat pul verə biləcəyini demiş, həmin vaxt Sədi öz evini girov qoymağa razılaşmış, 2018-ci il iyunun 01-də Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 11 saylı notariat kontorunda onunla Sədi arasında iki ay müddətinə 250.000 manat məbləğində borc və həmin borcun təminatı kimi sonuncuya məxsus mənzilin girov qoyulmasına dair ipoteka müqavilələri bağlandıqda o, notariat kontorunun içərisində 250.000 manat nisbətində 147.000 ABŞ dolları pulu notariusun iştirakı ilə Sədiyə verdikdən sonra onlardan ayrılmışdır. Daha sonra o, mütəmadi olaraq telefon vasitəsi ilə əlaqə yaradıb maraqlananda Sədi, Telman və Seymur hər dəfə ona işin yekunlaşmaq üzrə olduğunu demişlər. 2018-ci il avqustun 01-də borc müqaviləsinin vaxtı bitdiyindən o, işin nəticəsini ona göstərmələrini tələb etmiş, 2018-ci ilin noyabr ayına kimi gözləsə də onların heç bir iş görmədiklərinə əmin olub pulun geri qaytarılmaması ilə bağlı Bakı şəhərinin Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Sədidən 250.000 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasına baxmayaraq sonuncu Seymur vasitəsi ilə ona cəmi 30.000 manat pul vermiş, qalan 220.000 manat pulu ödəməmişdir. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, polis mayoru olmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal X4 İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işlədiyi müddətdə, yən 2020-ci il avqustun 17-də Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, özündə saxlayaraq daşıması və satış ilə məşğul olması barədə daxil olan məlumatın yoxlanması üçün idarənin əməkdaşları olan baş əməliyyat müvəkkili polis mayoru Şahid5 və baş əməliyyat müvəkkili polis kapitanı Şahid6 ibarət qrup yaradılmış, 2020-ci il avqustun 17-də saat 20 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 23/15 ünvanında yerləşən «Qarabağlar» restoranının yaxınlığında saxlanılmaqla Baş İdarənin inzibati binasına dəvət edilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, üstündə qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa, könüllü olaraq təqdim etməsi təklifi ilə sonuncu razılaşıb əynindəki göy rəngli cins şalvarın sol yan cibindən üç ədəd bükümü təqdim edərək bükümlər ona məxsus olsa da içindəki maddələr barədə məlumatsız olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri təxminən iki gün əvvəl «8-ci Kilometr» adlanan yerdəki parkın yaxınlığından tapdığını və onda maraq kəsb etdiyi üçün üzərində gəzdirdiyini göstərmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kapitanı olmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal X4 İdarəsinin əməliyyat müvəkkili işləmiş Şahid6 Şahid4 ilə analoji ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrində ittiham olunduğu əməlləri tam etiraf edərək özü narkotik vasitə istifadəçisi olmasa da narkotik vasitələri tanıdığını, bir müddət əvvəl Bakı şəhəri, Nizami rayonu, 8-ci Kilometr qəsəbəsindəki parkın yaxınlığında yerdən tapdığı üç ədəd bükümdə narkotik vasitə heroin onda maraq oyatdığı üçün cibinə qoyub üzərində saxladığını, satıb pul qazana biləcəyini fikirləşdiyini, 2020-ci il avqustun 17-də saat 20 radələrində Bakı şəhərinin Xətai rayonundakı «Qarabağlar» restoranının yaxınlığında olarkən bir neçə nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə idarəyə dəvət etdiklərini, orada vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə zamanı ona üzərində qanunsuz əşya varsa, könüllü təqdim etməsi təklif olunanda əynindəki göy rəngli cins şalvarın sol yan cibindən çıxartdığı üç ədəd bükümü təqdim etdiyini, öz müdafiəsi üçün həmin bükümlərin içərisindəki maddələrdən məlumatsız olduğunu, həmin bükümləri Bakı şəhəri, Nizami rayonu, 8-ci Kilometr qəsəbəsində yerləşən parkın yaxınlığından tapıb üzərində gəzdirdiyini, 2017-ci ilin əvvəllərindən tanıdığı Zərərçəkmiş şəxs2 xahişi ilə sonuncunun borclu olduğu bir sıra şəxslərlə danışaraq borcun qaytarılmasına vaxt verməsini xahiş etdiyini, həmin ilin avqust ayında Telman Əliəfsər adlı şəxsə məxsus torpaq sahəsinin sənədləşdirməsi adı ilə sonuncunun verdiyi 400.000 manatı Zərərçəkmiş şəxs1 adlı şəxsdən götürüb həmin puldan 367.000 manatını öz şəxsi işlərinə xərclədiyindən pul sahibi ilə aralarında problemlər yarandığını, 2017-ci ilin avqust-sentyabr aylarında Telmanın Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsini özəlləşdirərək çıxarış almaq məqsədilə Azər adlı şəxsin Telmandan 90.000 manat alıb ələ keçirdiyini, nə sənədləşmə işini həll etdiyini, nə də pulu qaytardığını bildirməklə Azərlə danışaraq pulun qaytarılmasına köməklik etməsini ondan xahiş etdikdə razılaşıb Telmanla birlikdə Azərlə görüşdüyünü, bu vaxt sonuncunun Telmandan 90.000 manat pul aldığını etiraf etməklə Telmanın borcu olduğundan sonuncuya cəmi 20.000 manat verəcəyi olduğunu deyib yaxın vaxtlarda həmin məbləği qaytaracağına söz verdiyini, lakin Telmanın razılaşmayaraq 90.000 manat verməli olduğunu bildirdiyini, 2018-ci ilin fevral ayında Telmanın xahişi ilə Məmməd adlı şəxslə görüşüb pulun qaytarılması üçün Telmana vaxt verməsini xahiş etdiyini, 2018-ci ilin mart ayında Bakı şəhərinin Nərimanov rayonundakı «Gənclik» metrostansiyasının yaxınlığındakı «Badamlı» binasının arxasında sonuncu ona məlum olmayan şəxsə məxsus 0,48 ha torpaq sahəsini sənədləşdirib sonradan tanışına sataraq külli miqdarda qazanc əldə etmək mümkün olduğunu danışanda həmin torpaq sahəsinə baxıb bu barədə tanışı Şahid2 danışdıqda sonuncunun maraqlanacağını dediyini, daha sonra Telman onun tanışı Seymurdan torpaq sahəsinin sənədləşməsi üçün borc pul tapmaqda köməklik etməsini xahiş etdikdə sonuncunun razılaşıb 2018-ci ilin may ayında ona və X8 Qasımov adlı tanışının girov müqabilində pul verə biləcəyini bildirdiyini, Telman Sədi ilə danışıb sonuncunun mənzilini girov qoya biləcəyini dedikdə Çingizin Sədinin mənzilinə baxıb girov qoyulması müqabilində 250.000 manat pul verə biləcəyini söylədiyini, 2018-ci ilin may ayında Seymur torpaq sahəsini sənədləşdirə biləcək şəxslə tanış olmaq istədiyini dedikdə İntiqamın torpaq sahəsini sənədləşdirəcəyini onun yalandan dediyini, 2018-ci il mayın 31də o, Seymurla birlikdə İntiqam ilə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov prospektində yerləşən «Club 44» çay evində görüşəndə İntiqamın Seymura bu işlə maraqlanıb xəbər verəcəyini dediyini, 2018-ci il iyunun 01-də Sədinin mənzilini girov qoyub həmin dövrün məzənnəsi ilə 250.000 manat təşkil edən 147.000 ABŞ dollarını Seymura verdiyini, həmin günü saat 21 radələrində «Gənclik» metrostansiyasının yaxınlığında İntiqamın idarə etdiyi avtomobilin salonunda onun Seymurla birlikdə İntiqamla görüşüb sonuncuya torpaq sahəsinin özəlləşdirilməsi üçün lazım olan məbləği verə biləcəklərini dediyini, lakin İntiqamın işin hələ alınmamasına görə pul lazım olmadığını desə də Seymurun əlindəki göy rəngli sellofan torbanı avtomobilin salonunun iki oturacağın arasındakı əl qoyulan yerin üzərinə qoymaqla torbadakı 59.000 ABŞ dollarını torpağın özəlləşdirilməsinə görə verdiyini söylədiyini, İntiqam işin hələ alınmadığını təkrarladıqda onun Seymura «sən maşından düş get, mənim İntiqamla işim var» dediyini, sonuncu maşından düşəndən sonra onun sellofan torbanı götürüb iş alınana kimi pulun onda qalacağını bildirdiyini, 2018-ci il iyunun 01-də saat 18 radələrində «Gənclik» metrostansiyasının yaxınlığında onun istəyi ilə Seymurun torpaq sahəsinin sənədləşməsi üçün ona əlavə 11.770 ABŞ dolları verdiyini, heç bir iş görmədən həmin pulları öz ehtiyaclarına xərclədiyini, sonradan Seymurun təkidi ilə 30.000 manat pulu sonuncuya qaytardığını, 2018-ci il iyul ayının sonlarında «Gənclik» metrostansiyasının yaxınlığında Seymurdan 76.230 ABŞ dolları alıb öz ehtiyaclarına xərclədiyini, lakin gələcəkdə həmin pulları qaytaracağına söz verdiyini göstərmiş, 2021-ci il yanvarın 25-də təqsirləndirilən şəxs qismində dindirərkən ifadə verməkdən imtina etmişdir (1-ci cild, iş vərəqi 48-50, 61-63, 74- 76, 5-ci cild, iş vərəqi 54-57 və 143-145). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş hadisə ərəfəsində polis mayoru olmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal X4 İdarəsinin baş əməliyyat müvəkkili olan iş üzrə Şahid5 Şahid4 ilə analoji ifadə vermişdir (1-ci cild, iş vərəqi 130-133). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2020-ci il 17 avqust tarixli raportlarından, qərarından və Ə112-007-20 №-li əmrindən, habelə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2020-ci il 19 avqust tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 20 avqust tarixli qərarlarının surətlərindən görünür ki, Ruslan adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, özündə saxlayıb daşıması və satışı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 23/15 ünvanında yerləşən «Qarabağlar» restoranının yaxınlığında saxlanmaqla idarəyə gətirilmiş, 2020-ci il 17 avqust tarixli qərar məhkəmələr tərəfindən qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 4-6, 10-11, 99 və 128). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 17 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 23:15-də Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun tutulması haqqında Təqsirləndirilən şəxs yaxın qohumu Hüseyn Xudaverdiyevə məlumat verilmişdir (1-ci cild, iş vərəqi 31-32). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il avqustun 17-də tərtib etdiyi tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə keçirildiyi Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sol yan cibindən üç ədəd bükümü təqdim edərək bükümləri təxminən iki gün əvvəl «8-ci Kilometr» adlanan yerdəki parkın yaxınlığından tapdığını, içərisində nə olduğunu bilmədiyini, marağını cəlb etdiyi üçün üstündə gəzdirdiyini bildirmiş, tərtib olunan protokol bütün iştirakçılar tərəfindən imzalanmış, şikayət, təklif və qeydlər daxil olmamış, bir ədəd DVD diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 38-41). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 18 avqust tarixli 6/1595 №-li rəyindən görünür ki, «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» yazısı olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda 1,974 qram, 2,056 qram və 2,830 qram, ümumilikdə 6,860 qram təmiz çəkidə tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 6,710 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 51-54). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 19 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 66-67). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 19 avqust tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il avqustun 17-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 88-90). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 19 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 6,710 qram qalığı maddi sübut hesab edilməklə saxlanılması üçün idarənin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 96-97). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2020-ci il 01 sentyabr tarixli 5473 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs orada müalicə almamışdır (1-ci cild, iş vərəqi 126). İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Bakı Şəhər MKTD-nin 12 saylı Xüsusi Təyinatlı MKTB-nin 12 saylı MKİS-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamadığından barəsində xasiyyətnamə təqdim edilməsi mümkün olmamışdır (1-ci cild, iş vərəqi 142). İş materiallarındakı «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 18 sentyabr tarixli BKC/LGL-18582/20 №-li məktubundan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, məktubla daxil olan bir ədəd CD diskinə baxış vaxtı iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 147-149). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 18 sentyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir (1-ci cild, iş vərəqi 154-156). İş materiallarında olan məhkəmə hökmlərinin və qərarlarının surətlərindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 2019-cu il aprelin 10-da və 2020-ci il sentyabrın 24-də tərtib etdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair Azərbaycan Respublikasının Məhkəməsinin 2003-cü il 16 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci və 228.1.-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2012-ci il noyabrın 06-da Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, Ağır Cinayətlərə dair Azərbaycan Respublikasının Məhkəməsinin 2004-cü il 12 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.3.-cü və 177.2.4.-cü maddələri ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2004-cü il 18 iyun tarixli qərarına əsasən cəzası 03 il 06 aya endirilmiş, Azərbaycan Respublikasının CM-nin 66.5.-ci maddəsinə müvafiq olaraq Ağır Cinayətlərə dair Azərbaycan Respublikasının Məhkəməsinin 2003-cü il 16 iyul tarixli hökmü ilə təyin olunmuş cəza ilə birləşdirilib sonuncuya qəti olaraq 10 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2009-cu il 29 sentyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 317-2.1.-ci maddəsi ilə təqsirli bilinib 04 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2012-ci il noyabrın 06-da Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilmişdir (1-ci cild, iş vərəqi 114-121 və135-140; 3-cü cild, iş vərəqi 61-63; 4-cü cild, iş vərəqi 9-16, 18-23 və 51-53; 5-ci cild, iş vərəqi 1-3). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 2019-cu il 17 aprel tarixli protokoldan görünür ki, iş üzrə şahidlər Şahid1 və Şahid2 üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncu onun dedikləri ilə qismən razılaşaraq 2018-ci il iyunun 01də Şahid1 100.000 manat məbləğində pul almadığını, sonuncunun verdiyi 20.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs xahişi ilə sonuncuya verdiyini, 2018-ci ilin avqust ayında Ukraynada olduğu vaxt Ruslan ona «WhatsApp» proqramı ilə zəng edib Seymurla birlikdə Moskva şəhərində olduqlarını, sonuncuya Bakı şəhərinə qayıtmasını, pulu orada çatdıracaqlarını bildirməsini xahiş etdikdə bu sözləri telefon vasitəsilə Seymura dediyini bildirmişdir (3-cü cild, iş vərəqi 78-82). İş materiallarında olan 2018-ci il 03 yanvar tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 367.000 manat aldığını, həmin vəsaiti 2018-ci ilin mart ayına kimi qaytarmağa söz verdiyini göstərmişdir (3-cü cild, iş vərəqi 108). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 2019-cu il 29 may və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 06 iyul tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır (3-cü cild, iş vərəqi 151 və 230-231). İş materiallarında olan «xxxx» məhdud məsuliyyətli cəmiyyətinin 2019-cu il 30 may tarixli 14828 №-li və 2019-cu il 04 iyun tarixli 15359 №-li, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2019-cu il 07 iyun tarixli AZF/LGL-11479/19 №-li, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2019-cu il 19 iyun tarixli BKC/LGL-13926/19 №-li məktublarından görünür ki, ***-***-**-** saylı nömrənin müqavilə sahibi 2017-ci il iyulun 20-də nömrə daşınma xidmətindən istifadə etməklə «xxxx» MMC-yə keçmiş, Təqsirləndirilən şəxs adına ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-** nömrələr qeydə alınmış, ***-***-**-** saylı nömrə həmin tarixdə Bakcell şəbəkəsində istifadə olunmamışdır (3-cü cild, iş vərəqi 161-162, 187-188, 196-197 və 199- 200). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin tərtib etdiyi 2019-cu il 04 iyul tarixli protokolun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (3-cü cild, iş vərəqi 203). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 06 iyul tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2019-cu il iyulun 04-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (3-cü cild, iş vərəqi 250-252). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2019-cu il 25 dekabr tarixli **********49 №-li məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, Sülh döngə 2 «a» ünvanındakı 40 ha torpaq sahəsinin özəlləşdirilməsinə dair hər hansı şəxslə alqı-satqı müqaviləsi bağlanmamışdır (4-cü cild, iş vərəqi 71). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 05 yanvar tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (4-cü cild, iş vərəqi 81- 83). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 16 aprel tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 öz xətti ilə 367.000 manat pulun özündə olması barədə yazdığı qəbz və Zərərçəkmiş şəxs1 tərəfindən X3 verilən RX seriyalı 19720807 №-li çıxarış maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs və qeyrilərinin barəsində Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci və 320.1.-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (4-cü cild,iş vərəqi 107-155). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 08 avqust tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 şahid Zərərçəkmiş şəxs2la üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncu onun dediklərini təkzib etmişdir (4-cü cild, iş vərəqi 231-235). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 25 noyabr tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülən təmiz çəkisi 6,860 qram narkotik vasitə heroini əldə etdiyi şəxs, zaman, yer və şəraitin, həmçinin digər cinayət əməllərində iştirakının müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq hər hansı nəticə əldə etmək mümkün olmamışdır (5-ci cild, iş vərəqi 45). İş materiallarında olan Azərbaycan Respublikası Baş X5 Orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin 2020-ci il 13 noyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 2020-ci il avqustun 21-də tibbi-sanitar hissədə müayinədən keçərkən təpə gicgah və sağ dirsək nahiyələrində aşkarlanan xəsarətlər ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2020-ci il 21 avqust tarixli 17/38-6515 №-li məktubu üzrə toplanmış materiala əsasən cinayət işinin başlanması rədd edilmişdir (5-ci cild, iş vərəqi 85-87). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2020-ci il 30 noyabr tarixli 3337 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək narkomaniya xəstəliyində əziyyət çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur (5-ci cild, iş vərəqi 95-96). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 16 yanvar tarixli protokoldan görünür ki, iş üzrə şahid Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncu onun dediklərini təkzib etmişdir (5-ci cild, iş vərəqi 98-102). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 22 yanvar tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2021-ci il 25 yanvar tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci və 234.4.3.-cü maddələri ilə yenidən ittiham elan olunmaqla barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qismində qətimkan tədbiri seçilməsi nəzərə alınmış, şəxsi axtarış və götürməni əks etdirən bir ədəd CD diskinin maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə olunması, Təqsirləndirilən şəxs götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 6,710 qram qalığı maddi sübut hesab edilməklə saxlanılması üçün idarənin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, sonuncunun əməllərində Azərbaycan Respublikasının CM-nin 178.2.1.-ci, 32.4, 312-ci maddələrinin, Şahid1 və Şahid2 əməllərində Azərbaycan Respublikasının CM-nin 178.2.1.-ci və 178.3.2.ci maddələrinin tərkibi olmadığından cinayət təqibinin başlanması rədd olunmuşdur (5-ci cild, iş vərəqi 110-131 və 133-134). Məhkəməyə təqdim olunan 2021-ci il 30 may tarixli iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 250.000 manat pulun Təqsirləndirilən şəxs onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, habelə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 6,860 qram çəkidə narkotik vasitə heroin əldə edib saxlamaqla daşıması sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən onun əməllərinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə tövsif olunması yanlışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 6,860 qram çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etdiyindən satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirib bunu ümumi fikirlə əsaslandırmaqla sonuncunun törətmiş olduğu cinayət əməlini düzgün olmayaraq Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə tövsif etmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması ittihamını elan edərkən ittihamı təsdiq edən sübut kimi şahidlərin ifadələrinə, ekspertiza və tibbi yoxlamanın rəylərinə, maddi sübutun mövcudluğuna və işin digər hallarına istinad etmişdir. Lakin iş üzrə ibtidai istintaq zamanı və məhkəmə baxışında dindirilən şahidlər ittihamda satışla bağlı göstərilənləri təsdiq etməməklə saxlanan şəxsin, yəni Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sol yan cibindən aşkarlanan, öz şəxsi istifadəsi üçün saxladığı üç ədəd bükümdə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddənin aşkarlanmasını bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi istiqamətində ibtidai istintaq orqanı tərəfindən əməliyyataxtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi, istintaq orqanının Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi şahid ifadələri də ittihamın satışla bağlı hissəsini təsdiq etmir, əksinə onu tam təkzib edir. Bundan savayı ittiham tərəfinin Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi ekspertiza rəyi narkotik vasitənin növünü, çəkisini, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkibçəkmədiyini və buna görə müalicəyə ehtiyacının olub-olmadığını müəyyən etmişdir. Qeyd edilən sübut növü ittihamı, yəni təqsirləndirilən şəxsin satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini heç bir halda təsdiq edə bilməz və etməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi 6,860 qram çəkidə narkotik vasitə heroinin mövcudluğuna istinad edir. Hazırki iş üzrə maddi sübut hesab edilən və ekspertiza tədqiqatından sonra 6,710 qram çəkidə narkotik vasitə heroin özü-özlüyündə külli miqdar olmasına baxmayaraq təqsirləndirilən şəxsin satış məqsədi ilə cinayəti törətməsini təsdiq etmir. Məhkəmə, yuxarıda göstərilən sübutları tədqiq edərək hesab edir ki, ibtidai istintaq orqanının istinad etdiyi sadalanan sübutlar Təqsirləndirilən şəxs aşkar edilib götürülən külli miqdarda, yəni 6,860 qram çəkidə narkotik vasitə heroinin onun tərəfindən satış məqsədi ilə deyil, gələcəkdə özünün şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edilib saxlanılmasını təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.9.-1.0.11.ci maddələrinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir; narkotik vasıtələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndində göstərilir ki, Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hər hansı bir hərəkət etməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitə heroinin satış məqsədi ilə çəkilib xırda bağlamalara bükülməsini, onların hazırlanması üçün avadanlığın olmasını təsdiq edən heç bir sübut yoxdur. Belə bir sübut məhkəmə istintaqında da müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərdən keçirərək məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin yalnız külli miqdar təşkil edən 6,860 qram olması amilindən yanaşılmaqla onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının CPM-nin 28.5.-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 145.3.-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 4-cü bəndində «məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur»; 8-ci bəndində «məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır. Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır kimi, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın»; 10-cu bəndində «məhkəmə hökmdə təqsirkarın cinayət etməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir» göstərilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 4cü bəndinə görə, törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin yalnız külli miqdar təşkil edən 6,860 qram olması amilindən yanaşılmaqla Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci və 234.4.3.-cü maddələrinin dispozisiyalarında ehtiva olunmayan tamah niyyəti kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə araşdırılmış sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci və 234.1.-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs 178.3.2.-ci və 234.1.-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələri, maddi sübutun mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin 2003-cü il 16 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CMnin 29, 120.1.-ci və 228.1.-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Ağır Cinayətlərə dair Azərbaycan Respublikasının Məhkəməsinin 2004-cü il 12 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.3.-cü və 177.2.4.-cü maddələri ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2004-cü il 18 iyun tarixli qərarına əsasən cəzası 03 il 06 aya endirilmiş, Azərbaycan Respublikasının CM-nin 66.5.-ci maddəsinə müvafiq olaraq Ağır Cinayətlərə dair Azərbaycan Respublikasının Məhkəməsinin 2003-cü il 16 iyul tarixli hökmü ilə təyin olunmuş cəza ilə birləşdirilib sonuncuya qəti olaraq 10 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2009-cu il 29 sentyabr tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 317-2.1.-ci maddəsi ilə təqsirli bilinib 04 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2012-ci il noyabrın 06-da Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır, yəni Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2010cu il 6 sentyabr tarixli Qərarına əsasən, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Azərbaycan Respublikasının CM-nin 83.3.4.-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 83.4.-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 18.2.2.-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs 2019-cu il iyulun 04-dən 2020-ci il yanvarın 05-dək həbsdə saxlanıldığı 06 (altı) ay 01 (bir) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni vaxtda hesab edir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddiası tam təmin edilməklə Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs1 xeyrinə 250.000 manat tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 60.000 manat məbləğində dəymiş maddi ziyan ilə əlaqədar məsələni müzakirə edərək hesab edir ki, Zərərçəkmiş şəxs2 cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən sonuncuya Azərbaycan Respublikasının CPM-nin 180.2.-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb ekspertiza tədqiqatından sonrakı 6,710 qram narkotik vasitə heroinin qalığı məhv edilməli, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili vəkili Müdafiəçi tərəfindən 60 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il avqustun 17-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay, Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 2019-cu il iyulun 04-dən 2020-ci il yanvarın 05-dək həbsdə saxlanıldığı 06 (altı) ay 01 (bir) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 08 (səkkiz) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il avqustun 17-dən hesablansın. 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından vəkili Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülsün. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddiası tam təmin edilməklə Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs1 xeyrinə 250.000 manat tutulsun. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 60.000 manat təşkil edən maddi ziyan ilə bağlı mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb ekspertiza tədqiqatından sonrakı 6,710 qram narkotik vasitə heroinin qalığı məhv edilsin, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-800/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-800/2021
29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver