Məhkəmə qərarları › İş №1(101)-800/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-800/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-800/2023 04.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X21, X1 Aytən Məmməd qızı və X3, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X14 və Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 24 avqust 1995-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmək üçün tanışı Təqsirləndirilən şəxs2, istintaqla şəxsiyyəti müəyyən edilməmiş “Araş” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, Təqsirləndirilən şəxs2lə mənfəət olaraq maddi gəlir əldə etmək müqabilində “Araş” adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin satışını həyata keçirəcəkləri barədə razılığa gəlib bunun icrası üçün 15 sentyabr 2022-ci il tarixdə sonuncunun təşkili ilə istintaqa məlum olmayan şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində Bakı Metropoliteninin “Nəsimi” metrostansiyasının yaxınlığında qoyulmaqla ona “Araş” adlı şəxs tərəfindən bildirilmiş yerdən külli miqdarda ümumi təmiz çəkisi 26,513 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 2,195 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürməklə əldə edərək özündə olan elektron tərəzidən istifadə etməklə ayrı-ayrı bükümlərə bölüb satışa hazırladığı 12 (on iki) ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,741 qram, 0,390 qram, 0,410 qram, 0,401 qram, 0,751 qram, 0,760 qram, 0,367 qram, 0,409 qram, 0,380 qram, 0,391 qram, 0,475 qram, 0,430 qram külli miqdarda ümumi təmiz çəkisi 5,905 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 05 (beş) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,400 qram, 0,435 qram, 0,460 qram, 0,445 qram, 0,455 qram külli miqdarda ümumi təmiz çəkisi 2,195 qram ağ rəngli kristalşəkilli maddə kütləsi olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini “Sobranie” siqaret qutusunda yerləşdirib üzərində saxlayaraq daşımış, 01 (bir) ədəd sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 14,505 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd gümüşü rəngli üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzisini idarə etdiyi “Chevrolet Cruze” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilində sürücünün qolunun qoyması üçün nəzərdə tutulmuş yerdə saxlayaraq daşımış, 01 (bir) ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 6,103 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini satmaq üçün tanışı Təqsirləndirilən şəxs2 vermişdir. Bundan sonra 17 sentyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, 10-cu korpusda yerləşən "xxxx" kafesinin yaxınlığında o, sonuncu ilə birlikdə olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasına gətirilib, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli uzun qol, üst idman geyiminin sol yan cibindən həmin “Sobranie” siqaret qutusunun içərisindən 12 (on iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,741 qram, 0,390 qram, 0,410 qram, 0,401 qram, 0,751 qram, 0,760 qram, 0,367 qram, 0,409 qram, 0,380 qram, 0,391 qram, 0,475 qram, 0,430 qram külli miqdarda, ümumi təmiz çəkisi 5,905 qram qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 05 (beş) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,400 qram, 0,435 qram, 0,460 qram, 0,445 qram, 0,455 qram olan külli miqdarda, ümumi təmiz çəkisi 2,195 qram kristalşəkilli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə onun idarə etdiyi “Chevrolet Cruze” markalı **-GY- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə aparılan zaman sürücünün qolunun qoyması üçün nəzərdə tutulmuş yerdə saxladığı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 14,505 qram olan qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə yuxarıda göstərilən bükümlərdəki narkotik vasitə heroinlə eyni olan kustar üsulla hazırlanmış, narkotik vasitə heroin və 01 (bir) ədəd gümüşü rəngli üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüş, bundan başqa, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən “Simka” ləqəbi ilə adlandırdığı Təqsirləndirilən şəxs1 tərəfindən ona satmaq üçün verilmiş həmin 01 (bir) ədəd sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 6,103 qram qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə yuxarıda göstərilən bükümlərdəki narkotik vasitələrlə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İttiham aktına görə, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmək üçün “Simka” ləqəbi ilə adlandırdığı Təqsirləndirilən şəxs1 vasitəsi ilə istintaqla şəxsiyyəti müəyyən edilməmiş “Araş” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, Təqsirləndirilən şəxs1 ilə mənfəət olaraq maddi gəlir əldə etmək müqabilində “Araş” adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin satışını həyata keçirəcəkləri barədə razılığa gəlib bunun icrası üçün Təqsirləndirilən şəxs1 “Araş” adlı şəxs tərəfindən ona verilmiş məlumata əsasən 15 sentyabr 2022-ci il tarixdə sonuncunun təşkili ilə istintaqa məlum olmayan şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində Bakı Metropoliteninin “Nəsimi” metrostansiyasının yaxınlığında qoyulmuş yerdən külli miqdarda ümumi təmiz çəkisi 26,513 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 2,195 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb əldə edərək elektron tərəzidən istifadə etməklə ayrı-ayrı bükümlərə bölüb satış üçün hazırladıqları 01 (bir) ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 6,103 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini satmaq üçün ona vermiş, 12 (on iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,741 qram, 0,390 qram, 0,410 qram, 0,401 qram, 0,751 qram, 0,760 qram, 0,367 qram, 0,409 qram, 0,380 qram, 0,391 qram, 0,475 qram, 0,430 qram külli miqdarda ümumi təmiz çəkisi 5,905 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 05 (beş) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,400 qram, 0,435 qram, 0,460 qram, 0,445 qram, 0,455 qram külli miqdarda ümumi təmiz çəkisi 2,195 qram ağ rəngli kristalşəkilli maddə kütləsi olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini “Sobranie” siqaret qutusunda yerləşdirib üzərində saxlayaraq daşımış, 01 (bir) ədəd sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 14,505 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd gümüşü rəngli, üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzisini idarə etdiyi “Chevrolet Cruze” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilində sürücünün qolunun qoyması üçün nəzərdə tutulmuş yerdə saxlayaraq daşımış, bundan sonra, 17 sentyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, 10-cu korpusda yerləşən "xxxx" kafesinin yaxınlığında o, Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasına gətirilib, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən Təqsirləndirilən şəxs1 tərəfindən ona satmaq üçün verilmiş həmin 01 (bir) ədəd sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 6,103 qram qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə yuxarıda göstərilən bükümlərdəki vasitələrlə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla yanaşı, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli uzun qol, üst idman geyiminin sol yan cibindən həmin “Sobranie” siqaret qutusunun içərisindən 12 (on iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,741 qram, 0,390 qram, 0,410 qram, 0,401 qram, 0,751 qram, 0,760 qram, 0,367 qram, 0,409 qram, 0,380 qram, 0,391 qram, 0,475 qram, 0,430 qram külli miqdarda, ümumi təmiz çəkisi 5,905 qram qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir- biriləri ilə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 05 (beş) ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,400 qram, 0,435 qram, 0,460 qram, 0,445 qram, 0,455 qram olan külli miqdarda, ümumi təmiz çəkisi 2,195 qram kristalşəkilli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Chevrolet Cruze” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə aparılan zaman sürücünün qolunun qoyması üçün nəzərdə tutulmuş yerdə saxladığı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 14,505 qram olan qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə yuxarıda göstərilən bükümlərdəki narkotik vasitə heroinlə eyni olan kustar üsulla hazırlanmış, narkotik vasitə heroin və 01 ədəd gümüşü rəngli üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 17 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "xxxx" kafesinin yanından 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən oğlunun yanına getmək məqsədilə Təqsirləndirilən şəxs2lə birlikdə idarə etdiyi avtomobil ilə keçən zaman qayda pozuntusu törətməməsinə baxmayaraq, yol patrul xidmətinin əməkdaşları avtomobilini saxladığına görə avtomobilin sənədlərini yol patrul xidmətinin əməkdaşına təqdim etmışdir. Avtomobildən düşüb digər polis əməkdaşına yaxınlaşan zaman arxadan kimsə onun baş nahiyəsinə butulka ilə vurduğu üçün özünü itirmiş, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olan Ruslan adlı şəxs onun qolundan tutub sürüyə-sürüyə avtomobilə apardıqdan sonra onu döyməyə başlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs2 isə əllərini qandalla bağlayıb başından vurmuşlar. Polis əməkdaşları təxminən saat 10:30 radələrində boz rəngli markasını bilmədiyi avtomobil ilə onları Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə aparıb orada kamera olmayan otaqda döymüş, nalayiq hərəkətlər etmiş, üzərindəki geyimləri çıxarıb narkotik vasitə axtarmış, həmin vaxt onu təpiklə bərk formada vurmuşlar. Üzərindən, yəni sinə nahiyəsindən 3 qram narkotik vasitə olan heroin aşkarlanmasına baxmayaraq polis əməkdaşları ümumilikdə təxminən 17-18 qram olan heroin və metamfetamini də əlavə edib “Sobranie” qutusunu cibinə qoyan zaman ona məxsus olmadığını bildirdikdə razılaşmasını tələb etmişlər. Fiziki və psixi təyziqlərdən məcbur qalıb ümumilikdə təxminən 17-18 qram olan narkotik vasitənin ona məxsus olduğunu qəbul etmişdir. Daha sonra avtomobilinə baxış keçirilmiş, polis əməkdaşları onun pul qoyduğu yerə elektron tərəzi və narkotik vasitə yerləşdirdikdən sonra videoçəkiliş aparılmışdır. Həqiqətdə isə avtomobilində hər hansı miqdarda narkotik vasitə, psixotrop maddə və ya elektron tərəzi olmamış, tutularkən üzərində yalnız 3 qram narkotik vasitə olan kakos, yəni heroin olmuşdur. İttiham aktında göstərilən “Sobranie” qutusu ona məxsus deyil. Barəsində olan cinayət işinə düzgün baxılmasını xahiş edir. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, 3 qram narkotik vasitə olan heroini Araş adlı şəxsdən saxlanılmazdan 2 gün əvvəl almış, başqa saxlanc yeri olmadığına, qadın olduğuna görə narkotik vasitəni orada, yəni sinə nahiyəsində saxlamışdır. Metamfetamin isə onda olmamışdır. Avtomobili narkotik vasitənin təsiri altında istifadə etmiş, 3 ay olar ki, narkotik vasitə istifadə etməyə başlamışdır. Mobil telefonu ilə polis əməkdaşları narkotik vasitə satan tanışları ilə yazışmış, həmçinin “Nə gic-gic danışırsan?” mətnli sms polis əməkdaşları tərəfindən yazılmışdır. “Araş” adlı şəxslə tutulmazdan 1 ay əvvəl tanış olmuş, ondan 1 dəfə narkotik vasitə almış, əvvəllər isə “Papanin” adlı yerdən narkotik vasitəni əldə etmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 üzərində heç nə aşkarlanmamış, onun 3 qram narkotik vasitəni üzərində daşımasından Təqsirləndirilən şəxs2 xəbəri olmamış, o, heç vaxt Təqsirləndirilən şəxs2 narkotik vasitə verməmiş, aralarında bununla bağlı söhbət olmamış, sonuncu “Araş” adlı şəxsi tanımamışdır. O və Təqsirləndirilən şəxs2 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən hər hansı təzyiq göstərilməmiş, onlara fiziki və psixi zorakılıq edən şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olmuşdur. Təqsirləndirilən şəxs2 döyüldüyünə görə sağ tərəfi qanamışdır. Zorakılıq edilməsi ilə bağlı şikayət etdiyinə görə prokurorluq tərəfindən araşdırma aparılmış, nəticəsindən məlumatı olmamışdır. Bədənində olan ağrılarla bağlı Bakı İstintaq Təcridxanasında müalicə almışdır. İbtidai istintaq zamanı təzyiq altında ifadə verdiyinə görə məhkəmə iclasında verdiyi ifadəsinin əsas götürülməsini xahiş edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müəssisəsində cəza çəkən oğlunun yanına getməsi üçün ondan 200 manat pul istədiyinə görə həmin məbləğdə pulu ona vermiş, oğlunun yanında olduğu müddətdə itə baxması məqsədilə birgə getməsini xahiş etdiyi üçün razılaşıb gedən zaman "xxxx" restoranının yaxınlığında yol patrul xidməti əməkdaşları onları saxlamışdır. Polis əməkdaşı Təqsirləndirilən şəxs1 narkotik vasitənin yerini soruşmuş, daha sonra avtomobilin cərimə meydançasına aparılacağını bildirib avtomobildən düşməyini demişlər. 3 nəfər polis əməkdaşı olmuş, Ruslan adlı polis əməkdaşı avtomobilin içərisində qandalla vurub onun gözünü, başını partlatmışdır. Həmin yerdə onun üzərinə baxış keçirilərkən heç bir narkotik vasitə aşkarlanmamışdır. Daha sonra avtomobilə də baxış keçirilsə də, qanunla qadağan edilən hər hansı əşya, predmet aşkar edilməmiş, protokollaşdırılmamışdır. Saxlanıldıqdan 2-3 saat sonra Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə aparıb polis əməkdaşları orada da fiziki zor təbiq edərək narkotik vasitəni kimdən aldığını soruşmuşlar. Təqsirləndirilən şəxs1 ilə birlikdə eyni otaqda saxlanılmış, otaqda hər ikisinə qarşı fiziki zor tətbiq etmişlər. Onun cibinə narkotik vasitə olan heroini Ruslan adlı polis əməkdaşı qoymuş, videoçəkilişdə dedikləri formada ifadə verməsi üçün polis əməkdaşları onu döyərək fiziki zor və psixi təzyiq göstərmişlər. O da məcbur qalıb razılaşaraq ona təqdim edilmiş 1 bükümdə heroinin videoçəkiliş zamanı özünə məxsus olduğunu bildirmişdir. Sağ gözü görmür. Daha sonra Təqsirləndirilən şəxs1 avtomobilinə onun iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş, baxışdan əvvəl həmin avtomobilə də 1 bükümdə heroin və 1 ədəd elektron tərəzi qoymuşlar. Barəsində olan cinayət işinin düzgün araşdırılmasını xahiş edir. O, tutulmazdan əvvəl, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək narkotik vasitə asılılığından müalicə almış, o və Təqsirləndirilən şəxs1 bir-birlərinin narkotik vasitələrdən istifadə etdiklərindən xəbərdar olmamışlar. O, Təqsirləndirilən şəxs1 narkotik vasitənin təsiri altında avtomobili idarə etdiyini bilməmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində aşkarlanmış pul şəxsi avtomobilini satdığına görə əldə etdiyi pul vəsaiti olmuşdur. Həmin gün o, narkotik vasitə istifadə etməmiş, narkotik vasitəni adətən 1-2 aydan bir istifadə edir. Təqsirləndirilən şəxs1 narkotik vasitə almamış, narkotik vasitəni tanımadığı şəxslərdən “Papanin” adlanan ərazidə almışdır. Təqsirləndirilən şəxs1 ilə eyni yerdə və vaxtda narkotik vasitədən istifadə etməmişdir. Araş adlı şəxsi tanımamış, İran İslam Respublikası vətəndaşı ilə hər hansı münasibəti olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 öz ifadəsində “mənim üzərimdə kiçik həcmdə narkotik vasitə var idi” deməsi yadında qalmış, lakin üzərində narkotik vasitənin olmasından xəbəri olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Bəhram oğlu ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 17 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında o, Baş İdarənin əməkdaşları Şahid2 və Şahid3 ibarət yaradılmış əməliyyat qrupunun tərkibində təxminən saat 15-16 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində "xxxx" kafesinin yaxınlığında “Chevrolet Cruze” markalı avtomobilin kənarında durub söhbət etdikləri vaxt həmin şəxsləri saxlayıb orada baxış keçirmək üçün şərait olmadığına görə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət etmiş, avtomobilin açarı Təqsirləndirilən şəxs1 qalmış, həmin polis bölməsində təhqiqatçı tərəfindən müdafiəçilərin iştirakı ilə təqsirləndirilən şəxslərin üzərlərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əlində olan siqaret qutusunun içərisindən bir neçə bükümdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən isə bir bükümdə narkotik vasitə olan heroin aşkarlanmış, daha sonra Təqsirləndirilən şəxs1 məxsus olan avtomobilə baxış keçirilən zaman həmin avtomobilin içərisində qoltuqaltı olan yerdən bir büküm narkotik vasitə olan heroin və elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Araş” adlı şəxsdən “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlayıb saxlanılmazdan 2-3 gün əvvəl birgə Nəsimi rayonu ərazisindən əldə etdiklərini bildirmişdir. Aşkar olunan bükümlər və elektron tərəzi qablaşdırılıb ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanmış içərisində narkotik vasitə olan bükümlərin sayını dəqiq xatırlamır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı o və ya digər polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilməmiş, Təqsirləndirilən şəxs2 ilk dəfə görəndə gözü fərqli, yəni həmin nahiyədə şişkinlik olmuşdur. Təqsirləndirilən şəxsləri saxlayarkən yol patrul xidməti əməkdaşları onlara köməklik etməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələrində Şahid1 Bəhram oğlunun ifadəsinə oxşar məzmunda ifadə vermişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, müvafiq istintaq hərəkəti ilə əlaqədar tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. Digər Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə tanımamışdır. 17 sentyabr 2022-ci il tarixdə təxminən saat 17 radələrində Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin yanından keçərkən polis əməkdaşları ona yaxınlaşaraq bir qadının üzərinə baxış keçirməkdə yardım etməsini xahiş etdikdə razılaşaraq polis əməkdaşları ilə birgə bölməyə gəldikdən dərhal sonra inzibati otaqların birində sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişdən istifadə etməklə baxış keçirilərkən sonuncu mobil telefonunu, şəxsiyyət vəsiqəsini, avtomobil açarını cibindən özü çıxararaq stolun üzərinə qoymuş, siqaret qutusundakı içərisində bükümlər olan narkotik vasitəni könüllü təqdim etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 üstünü axtarmışdır. Otaqda olanda Təqsirləndirilən şəxs1 ilə təklikdə söhbət etməmiş, Təqsirləndirilən şəxs2 otaqda və ya videoçəkiliş zamanı da görməmiş, avtomobilə baxış keçirilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 görən zaman üzündə heç bir iz və ya qızartı görməmiş, heç bir zədə olmamışdır. 1 dəfə aparılan videoçəkiliş zamanı Təqsirləndirilən şəxs1 üzərində olan predmetləri təqdim etdikdən sonra həmin narkotik vasitəni kimdən və hansı məqsədlə aldığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının psixiatr-narkoloq həkimi vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, təcridxanaya daxil olarkən müayinə etdiyi vaxt tanımış, aralarında ədavət, düşmənçilik olmamışdır. Digər Təqsirləndirilən şəxs1 isə ümumiyyətlə tanımamışdır. Bakı İstintaq Təcridxanasına daxil olan hər kəs müxtəlif əsaslara görə, yəni hər hansı xəstəlikdən əziyyət çəkib-çəkməməsi, narkotik vasitənin aludəçisi olubolmaması və digər səbəblərdən həkim müayinəsindən keçirilib nəticəsində əgər varsa, müvafiq diaqnoz qoyulur. xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş Təqsirləndirilən şəxs2 o, növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə baxış keçirmişdir. Uzun müddət keçdiyinə görə Təqsirləndirilən şəxs2 gözündə və ya hər hansı bir yerində xəsarət olub-olmamasını xatırlamır, bəlkə də ehtimal olunan xəsarət müayinəyədək sovrulmuşdur. Təqsirləndirilən şəxs2 hər hansı xəsarət müəyyən etsə idi, barəsində açılmış tibbi kitabçada bunu qeyd edərdi. Yaranmış travmanı gizlətmək üçün heç bir səbəbi olmamışdır. Təqsirləndirilən şəxs2 gözündə katarakta şübhəsi olduğuna görə müvafiq qeyd də yazmışdır. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən ona zorakılıq edilməsini deyib-deməməsini xatırlamır, lakin təcrübəsinə görə narkotik vasitənin təsiri altında olan şəxslərin bəzi hallarda gözaltı nahiyəsində şişkinlik, qaralma müşahidə olunur. Məhkəmə iclasında proses iştirakçıları ilə birgə xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən baxış keçirildikdən sonra verilmiş suala cavab olaraq şahid Tamerlan Abdullayev bildirmişdir ki, videogörüntüdə Təqsirləndirilən şəxs2 gözündə görünən yara qərtməklidir, 3-4 günə sağala bilər, gözündəki “Katarakta” xəstəliyi isə müxtəlif müddətlərdə, yəni bir ilə, bir aya və ya bir neçə günə yarana bilər. “Katarakta” xəstəliyi həmin gün edilmiş zorakılıq nəticəsində sürətlə yarana bilməz, lakin videodakı görüntüdə isə Təqsirləndirilən şəxs2 gözündə “Katarakta” xəstəliyi əlamətləri vardır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının narkoloq-həkimi vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, təcridxanaya daxil olarkən müayinə etdiyi vaxt tanımış, aralarında ədavət, düşmənçilik olmamışdır. Digər Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə tanımamışdır. Bakı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs1 ilkin tibbi baxışı həyata keçirdiyi zaman gözlə görünən hər hansı xəsarət aşkarlamamışdır. Təqsirləndirilən şəxs1 bel və baş ağrılardan şikayət etmiş, daxil olarkən narkotik vasitənin qəbulundan sonrakı ağrılı vəziyyətdə olmuş, bu ağrılara uyğun simptomatik müalicə təyin edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X12” X23 Binəqədi rayon şöbəsinin eksperti vəzifəsində işləyir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, ekspertizadan keçirilmələri ilə əlaqədar tanımış, aralarında ədavət, düşmənçilik olmamışdır. Müstəntiq tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “Məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında” qərarlara əsasən 20 sentyabr 2022-ci il tarixdə hər iki təqsirləndirilən şəxsi müayinə etmiş, Təqsirləndirilən şəxs2 sol gicgah nahiyəsi və sağ gözün üst qapağında qançır və sıyrıq xəsarətləri müəyyən edərək həmin rəydə bu barədə qeyd aparmışdır. Təqsirləndirilən şəxs2 müayinə zamanı sağ gözünün görməməsi ilə əlaqədar ona şikayət etməmiş, gözündə şişkinlik halı müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs2 müayinə edərkən nəzər yetirdiyi bütün xəsarətləri rəydə qeyd etmişdir. Qançır xəsarəti şəxsin görmə qabiliyyətinin itməsinə səbəb ola bilməz. Məhkəmə baxışı zamanı ona təqdim edilmiş videoçəkilişdə Təqsirləndirilən şəxs2 sol göz nahiyəsində olan yara izi rəydə qeyd olunan xəsarətə oxşamır, ola bilsin ki, müayinəyədək sağalmışdır. Təqsirləndirilən şəxs2 sağ göz bəbəyindəki dəyişiklik “Katarakta” xəstəliyinin əlaməti ola bilər, həmin əlamətə görə göz bəbəyinin qabağını örtməsi görmənin itməsinə səbəb olur, lakin linza istifadə edərək görməsi düzəldilə bilir. “Katarakta” xəstəliyinin 2-3 gün ərzində yaranması mümkün deyil. “Katarakta” xəstəliyinın əlamətinin forlamaşmasının xüsusi bir səbəbi yoxdur, qan təzyiqi olan şəxslərdə və ya gənclərdə həyat tərzindən asılı olaraq formalaşa bilər. Təqsirləndirilən şəxs2 müşahidə etdiyi xəsarətlər müayinədən 5-7 gün əvvələ aid olmuş, yəni 13 və ya 15 sentyabr 2022-ci il tarixdə yaranmışdır. O, həmçinin Təqsirləndirilən şəxs1 da müayinə etmiş və ekspert rəyində müvafiq qeyd aparmışdır. Məhkəmə iclasında proses iştirakçıları ilə birgə xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən baxış keçirildikdən sonra verilmiş suala cavab olaraq şahid Alim Hüseynov bildirmişdir ki, Təqsirləndirilən şəxs2 sağ göz bəbəyindəki dəyişiklik “Katarakta” xəstəliyinin əlaməti ola bilər, həmin əlamətə görə göz bəbəyinin qapağını örtməsi görmənin itməsinə səbəb olur, lakin linza istifadə edərək görməsi düzəldilə bilir, həmin “Katarakta” xəstəliyinin əmələ gəlməsi 2-3 gün ərzində ola bilməsi mümkün deyil, əlamətinin yaranması üçün müəyyən müddət lazımdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 7) xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və “Əməliyyat qrupunun yaradılması haqqında” əmrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 8-12) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmalarında şübhəli bilindikləri üçün, onlar 17 sentyabr 2022-ci il tarixdə, saat 15:30 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 10-cu korpusda yerləşən "xxxx" kafesinin yanında **-GY-*** dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin yaxınlığında saxlanılaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilmiş, avtomobil isə bölmənin həyətində saxlanılmışdır. (Cild 1, iş vərəqə 13) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsində şübhə yarandığından, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 23-24) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 43-44) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan, habelə xx.xx.2022-ci il tarixli “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli uzun qol, üst idman geyiminin sağ yan cibindən 1 ədəd şəxsiyyət vəsiqəsini, içərisində ***-***-**-** GSM nömrəsi olan 1 ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən 25 manat pulu və 1 ədəd siqaret qutusunu təqdim edərək masanın üzərinə qoymuş, 25 manat pul və avtomobilin açarı özünə qaytarılsa da, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi və mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs1 təqdim etdiyi siqaret qutusuna baxış keçirilərkən içərisində 5 ədəd sellofan bükümdə metamfetaminə bənzər kütlə, 12 ədəd sellofan bükümdə isə narkotik vasitə heroinə bənzər kütlə müəyyən edilmiş, həmin sellofan bükümlərdə olan kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədi ilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 5 bükümdəki kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 2,5 qram, digər 12 ədəd sellofan bükümdəki narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin 6,7 qram olması müəyyən edilmiş, aşkar olunmuş sellofan bükümlər öncə siqaret qutusuna, sonra isə 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş kütlənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 2 gün öncə “Nəsimi” metrostansiyasının yaxınlığından satış məqsədi ilə götürdüyünü, həmin yerə narkotik vasitənin qoyulmasını ona İran İslam Respublikası vətəndaşı olan “Araş” adlı şəxsin söylədiyini, həmin şəxsin mobil nömrəsinin mobil telefonunda olduğunu, 2 aya yaxın müddətdə narkotik vasitələrin satışı ilə məşğul olmaqla, 8 aya yaxın müddətdə narkotik vasitələri istifadə etdiyini, icarəyə götürərək idarə etmək hüququna malik olduğu **-GY-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet” markalı avtomobilində də narkotik vasitə saxladığını, onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs2 də narkotik vasitə verdiyini, saxlanılan zaman və polis bölməsində olarkən ona qarşı zor tətbiq edilmədiyini bildirmişdir. (Cild 1, iş vərəqə 52; 54-56; 105-106) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan, habelə xx.xx.2022-ci il tarixli “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən içərisində ***-***-**-** və ***-***-**-** mobil nömrələri olan ümumilikdə 2 ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən 400 manat pulunu və 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuş, üzərində iş üzrə əhəmiyyət kəsb edən başqa əşya və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs2 məxsus 400 manat pul özünə qaytarılsa da, sonuncuya izah edilməklə mobil telefon və həmin büküm götürülmüşdür. Təqsirləndirilən şəxs2 cibindən çıxararaq təqdim etdiyi 1 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, həmin sellofan bükümdə olan kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş, qablaşdırma ilə birlikdə təxmini çəkisi 6,8 qram olmuş, aşkar edilmiş sellofan büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş kütlənin narkotik vasitə heroin olduğunu, həmin maddəni onunla birlikdə saxlanılmış “Simka” adı ilə tanıdığı Təqsirləndirilən şəxs1 öz istifadəsi üçün əldə etdiyini, buna görə pul vermədiyini, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatının olduğunu, özünün 1 aya yaxın narkotik vasitədən istifadə etdiyini, Təqsirləndirilən şəxs1 narkotik vasitənin satışı ilə məşğul olduğunu gördüyünü, saxlanılan zaman və polis bölməsində olarkən ona qarşı zor tətbiq edilmədiyini bildirmişdir. (Cild 1, iş vərəqə 57; 58-60, 127-128) “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, həmin tarixdə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin həyətində saxlanılmış Təqsirləndirilən şəxs1 razılığı ilə onun idarə etdiyi **-GY- *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 konüllü olaraq avtomobilin qabaq sol qapısını açaraq sürücünün qolunu qoyması üçün nəzərdə tutulmuş yerdən 01 ədəd elektron tərəzini və 01 ədəd gümüşü rəngli bükümü təqdim etmiş, həmin bükümə baxış keçirilən zaman içərisində 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlənin olması aşkarlanmış, bükümün çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisinin 18 qram olduğu müəyyən olunduqdan sonra aşkarlanmış həmin kütlə və elektron tərəzi 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 avtomobildən aşkar olunmuş maddənin heroin olduğunu, həmin maddəni 2 gün əvvəl İran İslam Respublikasının vətəndaşı “Araş” adlı şəxsdən satış məqsədi ilə əldə etdiyi narkotik vasitədən özünün də istifadə etdiyini, başqa yerdə narkotik vasitə saxlamadığını, Təqsirləndirilən şəxs2 də bundan məlumatlı olduğunu bildirmişdir. Sorğu zamanı avtomobilə keçirilmiş baxışda iştirak etmiş Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək Təqsirləndirilən şəxs1 narkotik vasitlərin satışı ilə məşğul olmasından xəbərdar olduğunu demişdir. (Cild 1, iş vərəqə 63; 65-66) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5296 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №7” möhür əksləri olan üç ədəd zərfdə- üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” sözləri, imzalar qeyd edilmiş zərfdə bir ədəd “Sobranie” siqaret qutusunun içərisində 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,400 qram, 0,435 qram, 0,460 qram, 0,445 qram, 0,455 qram ümumi təmiz çəkisi 2,195 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 12 (on iki) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,741 qram, 0,390 qram, 0,410 qram, 0,401 qram, 0,751 qram, 0,760 qram, 0,367 qram, 0,409 qram, 0,380 qram, 0,391 qram, 0,475 qram, 0,430 qram ümumi təmiz çəkisi 5,905 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilmiş...” sözləri, imzalar qeyd edilmiş zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 14,505 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminin izləri vardır, metamfetamin iz şəklində olduğu üçün təmiz çəkisinin müəyyən edilməsi və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...” sözləri, imzalar qeyd edilmiş zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 6,103 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...”, “Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilmiş...” və “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...” yazıları olan hər üç zərfdəki heroinlər kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi (zərf 1) 5,905 qram olmuş, 0,36 qram tədqiqata sərf edildikdən sonra 5,545 qram qalıq qalmış, heroinin ümumi təmiz çəkisi (zərf 2) 14,505 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 14,455 qram qalıq qalmış, heroinin ümumi təmiz çəkisi (zərf 3) 6,103 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 6,053 qram qalıq qalmış, metamfetaminin ümumi təmiz çəkisi (zərf 1) 2,195 qram olmuş, 0,15 qram tədqiqata sərf edildikdən sonra 2,045 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 76-79) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 94-96) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 117-118) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1077/2022 nömrəli qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində əvvəli onun tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdır. (Cild 1, iş vərəqə 145-150) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1076/2022 nömrəli qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində əvvəli onun tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 4(001)- 1386/2022 nömrəli qərarı ilə 1 (bir) ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 157-161; Cild 2, iş vərəqə 9-13) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-2259/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 17 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair müraciət geri qaytarılmışdır. (Cild 1, iş vərəqə 187-189) “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, içərisində “***-***-**-**” mobil nömrəsi olan 01 ədəd “Samsung Galaxy A21 S” markalı mobil telefon aparatı mavi rəngdədirlər, standart ölçülü olmaqla geniş ekranları vardır, işlənmişdir, üzərində cızıqları müşahidə olunur. “Whatsapp” tətbiqində olanlara baxış zamanı “Araw” adı ilə “+**********26” mobil nömrəsinin, bundan başqa adının gizli saxlanılması üçün fars əlifbasının hərfinin işarəsi ilə “+**********18” və “+**********21” mobil nömrələrin olması müəyyən edilmişdir. “İnternet” şəbəkəsində olan məlumatlara əsasən “+98” kodu İran İslam Respublikasının beynəlxalq telefon kodudur, həmçinin, mobil telefonda fotoqalereya hissəsində xarici görünüşünə görə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər, alıcı üçün çəkisinin müəyyən edilməsi məqsədi ilə tərəzidə qoyulmuş vəziyyətdə 02 ədəd sellofan bükümün fotosu vardır. Bundan başqa, satılan narkotik vasitə və psixotrop maddələrin alıcı tərəfindən götürülməsini asanlaşdırmaq məqsədi ilə harada gizlədərək yerləşdirdiyini işarə ilə təsvir edən 03 ədəd fotolar aşkar olunmuş, belə malların satışı ilə bağlı “+994-70-704-96-04” (adsız abonent), “***-***-**-**” (“X34” adı ilə olan abonent) nömrələri ilə SMS yazışmalarının mövcudluğu müəyyən edilmiş, belə ki, baxış zamanı müəyyən olunmuşdur ki, “+994-70-704-96-04” (adsız abonent- mətndə AA) ilə Təqsirləndirilən şəxs1 (mətndə -S) arasında SMS mətnləri aşağıdakı kimidir: A A -“X36 verde” S - “Yazda danışa bilmirem. Yaz nə istəyirsən” AA- “Hardasan” S -“Hanskndan (yəni hansından), başım qarışıqdı, qonaqlarım var” AA - “Hardasan, harda görüşə bilərik” S- “1 sata hara gəlib” AA- Ne disen düz yaz görüm” S- “Gelim. Pul düzəltmisen” AA- “Mezelenisen, pulsuz şey olur indi getdim şamaxinkadan 2 qram götürdüm 60 m verdim, qeşeng istəyənlər var, sen tapılmırsan, indide 1 dənə lazımdır, X37 söz de, hacan gəlirsen, gözləyirəm səni” “X37 Söz dide Hacan gelirsen Gözləyim səni.” Bundan başqa, “***-***-**-**” (“X34” adı ilə olan abonent- mətndə ACF) ilə Təqsirləndirilən şəxs1 (mətndə -S) arasında SMS mətnlər aşağıdakı kimidir: ACF- “Salam sima 05 lazım idi daş” S - “X35 etmisen Pulun var” ACF- “Basa dusmedim Kimiydiki” S - “Menem de sima Das var” ACF - “Das nedi” S - “Ade, mal de” ACF - “Ne gijdiyirsen” S- “Sen yazmısan ki 05 lazım idi Onu deyirem dee.” Baxış zamanı mobil telefonun ekranından çəkilmiş fotolar protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqə 199-207) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. (Cild 1, iş vərəqə 243) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. (Cild 1, iş vərəqə 245) “Evə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, iş üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 277, 282-287) Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli 330-6837-1222 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədilə narkotik vasitə və psixotrop maddəni kimdən əldə etmələri, “Araş” adlı İran İslam Respublikasının vətəndaşını, habelə onların digər cinayət əməlləri barədə məlumatları, narkotik vasitə və psixotrop maddənin alıcılarını, hadisənin digər şahidləri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində təqsirləndirici material yoxdur. (Cild 2, iş vərəqə 2) Yevlax rayon İcra Hakimiyyəti Başçısının X31 dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 1200 nömrəli arayışdan görünür ki, Əliyev X10 rayonun Aran qəsəbəsində yaşamaqla, ailə üzvləri atası, iki qardaşı və bir bacısından ibarətdir. (Cild 2, iş vərəqə 14) Yevlax rayon İcra Hakimiyyəti Başçısının X31 dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 66 nömrəli xasiyyətnamədə müsbət xarakterizə olunmuşdur. (Cild 2, iş vərəqə 15) “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, X15 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq edilməsi ilə bağlı araşdırma nəticəsində fakt öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (Cild 2, iş vərəqə 17-19) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X32 Ambulator X2 xx.xx.2022-ci il tarixli, 6468 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqə 28-29) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X32 Ambulator X2 xx.xx.2022-ci il tarixli, 6806 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqə 30-31) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 xx.xx.2022-cü il tarixli, 2956 nömrəli nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik əlamətləri qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür.(Cild 2, iş vərəqə 33-34) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 xx.xx.2022-cü il tarixli, 3003 nömrəli nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, iş vərəqə 36-38) “Evə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, iş üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. (Cild 2, iş vərəqə 81-82; 86-92) “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndiriən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş külli miqdarda cəmi 14 ədəd bükümdə ümumi təmiz çəkisi 26,513 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda 05 ədəd bükümdə ümumi təmiz çəkisi 2,195 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və gümüşü rəngli üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd elektron tərəzi, habelə Təqsirləndirilən şəxs1 məxsus olan, içərisində “***-***-**-**” saylı mobil nömrəsi olan 01 ədəd “Samsung Galaxy A21 S” markalı mobil telefon cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmışdır. 03 ədəd «DVD» diski cinayət işinin materiallarına əlavə edilmiş, daxilində “***-***-**-**” saylı mobil nömrəsi olan 01 ədəd “Samsung Galaxy A21 S” markalı mobil telefon cinayətkar qrupun digər üzvlərinin, habelə narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin əldə olunma mənbəyinin aşkara çıxarılması üçün ayrılacaq cinayət işinin materiallarına əlavə olunmuş, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 14 ədəd bükümdə 26,053 qram, psixotrop maddə metamfetaminin 05 ədəd bükümdə 2,045 qram qalığı və gümüşü rəngli elektron tərəzi istintaq tamamlandıqdan sonra saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti saxlama kamerasına təhvil verilmişdir. (Cild 2, iş vərəqə 143-145) “Sübutların qiymətləndirilməsi və cinayət əməllərinin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Həmin cinayət işindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini satış üçün göndərmiş istintaqa məlum olmayan “Araş” adlı İran İslam Respublikasının vətəndaşı və qeyrilərinin müəyyən edilməsi istiqamətində istintaqəməliyyat tədbirlərinin davam etdirilərək nəticəsindən aslı olaraq qanuna müvafiq qərar qəbul edilməsi məqsədilə Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmış, təqsirləndirilən şəxslərin ilkin etirafedici ifadələri, maddi sübutlar, şəxsi axtarış və götürmə protokolları, baxış və götürmə protokolu, şahid ifadələri, üzləşdirmə protokolları, videoçəkilişin diskləri, ekspert rəyləri və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. (Cild 2, iş vərəqə 146-170) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 173-175) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 190-192) “Cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara külli miqdarda narkotik vasitə heroini və küli miqdarda psixotrop maddə metamfetamini satış üçün göndərmiş istintaqa məlum olmayan “Araş” adlı İran İslam Respublikasının vətəndaşı və qeyrilərinin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (Cild 2, iş vərəqə 207-209) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-3326/2023 nömrəli məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilərkən ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Bədəninə baxış keçirilən zaman xəsarət aşkar olunmamış, qarının ön divarında, qasıq üstü nahiyədə keçirilmiş cərrahiyyə əməliyyatından sonrakı çapıq toxuma müşahidə edilmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilərkən ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Bədəninə baxış keçirilən zaman xəsarət aşkar olunmamış, sol saidin ön səthində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə Təqsirləndirilən şəxs2 bir dəfə polisin müvəqqəti saxlama yerində istintaqa etiraz olaraq sol saidin ön səthini və qarının ön divarını səthi kəsməklə özü-özünə xəsarət yetirmişdir. Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə xx.xx.2022-ci il tarixdə “OD (sağ gözün) yetişmiş fəsadlaşmış katarakta” diaqnozu ilə Penitensiar Xidmətin Müalicə müəssisəsinə göndərilmişdir. O, Müalicə müəssisəsində müayinə olunmuş, “OD (sağ gözün) yetişmiş fəsadlaşmış katarakta” diaqnozu təsdiqlənmiş və ona cərrahiyyə əməliyyatı təklif olunmuşdur. Lakin o, cərrahiyyə əməliyyatından imtina etmiş və xx.xx.2022-ci il tarixdə Bakı istintaq təcridxanasına qaytarılmışdır. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 növbəti dəfə xx.xx.2023-cü il tarixdə eyni diaqnozla Penitensiar Xidmətin Müalicə müəssisəsinə göndərilmişdir. Hazırda Müalicə müəssisəsində müalicəsi davam etdirilir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 ilk dəfə Bakı İstintaq Təcridxanasına daxil olarkən Tibb sanitar hissəsinin həkimi tibb xidməti mayoru Güney Həsənova, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 isə tibb sanitar hissəsinin həkimi tibb xidməti baş leytenantı Tamerlan Abdullayev tərəfindən ilkin tibbi müayinədən keçirilmişlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 20-04/632 nömrəli məktubundan görünür ki, 1995ci il təvəllüdlü həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından "xxxx" diaqnozu ilə Müalicə Müəssisəsinə köçürülmüşdür. O, kliniki, laborator instrumental müayinələrdən keçirildikdən sonra həkim tərəfindən konsultasiya edilmişdir. Nəticədə "xxxx" dianozu müəyyən edilmiş, xəstə üzərində “Kataraktanın ləğvi. İOL implantasiya” cərrahi əməliyyatı icra edilmişdir. Əməliyyat və sonrakı dövr fəsadsız keçmişdir. Təqsirləndirilən şəxs2 kafi vəziyyətdə xx.xx.2023-cü il tarixdə saxlanıldığı müəssisəyə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş vəsiqələrin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 qardaşı X16 “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Təqsirləndirilən şəxs2 adına olan 8377/2022 nömrəli tibb kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Zədə aldığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “Sol saidin ön səthində köhnə çapıq toxuma müşahidə olunmuşdur” yazısı, “Obyektiv müayinə” adlı 14cü qrafasında “Şikayəti görmə zəifliyidir” yazısı qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Təqsirləndirilən şəxs1 8378/2022 nömrəli tibb kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12ci qrafasında “Zədə almadığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “Qarının ön divarında, qasıq üstü nahiyədə keçirilmiş cərrahiyyə əməliyyatından sonrakı çapıq toxuma müşahidə edilmişdir” yazısı, “Obyektiv müayinə” adlı 14-cü qrafasında “Şikayəti yoxdur” yazısı qeyd edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, AZF/LGL-2099/23 nömrəli məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 adına olan “+994-70-863-56-66” saylı mobil nömrəyə “+994-55-295-82-62” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 15:13:55-də “Sima tema lazimdi e mene pul divij elemiwem” məzmununda, “+994-50-299-47-47” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 23:12-də “Sima gözləməyə görə zəng etmirəm deyirəmki məndə 25 manat var indi”, “imkan varsa mənı 1 dənə qram ver prosta yarı yarı eləsən əla olardı”, “birdə biraz o birindən verərdin bir çəkimlik mən sınə 5 borcluyam”, “10da üstünə gələrdin 15 verərdim sənə” məzmunlarında, “+994-55-531-56-81” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 10:41:23-də “Sima canim cixdi day acda bu telefonu” məzmununda, “+994-55-531-56-81” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 23:03:57-də “Mene biraz torpag vere bilersen men gedim eve catan kimi pulu vurum karta? Puldan narahat olma da ALLAHA AND OLSUN.evde 12 manatim var.alinsada sagol alinmasa da” məzmununda, “+994-77-636-13-73” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 20:12:58-də “Sima. dunen. gorwduy.nese.incitmedim.axi.se.allah.ac.olurem.sima” məzmununda, “+994-77-636-13-73” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 20:12:58-də “Sima. dunen. gorwduy. nese. incitmedim. axi. se.allah.ac.olurem.sima” məzmununda, “+994-77-636-13-73” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 21:07:10-da “Acda.sima olem.sen.acmirsan” məzmununda, “+994-77-636-13-73” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 21:18:14-də “Ay.sima. niye. acmirsan. xaiw.eledim.dedim.olem. acmirsan. anam. cani. vezyetim. pisdi. ac. sen. orxanin.cani” məzmununda, “+994-77-636-13-73” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 21:21:40-də “Gele. bilmirsense. men. gelim. taksinen. men.sima.acmirsiz.olara.bele.elyiler” məzmununda, “+994-77-636-13-73” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 16:51:31-də “Elnur.piza” məzmununda, “+994-77-636-13-73” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 17:55:46-da “Sima.niye” məzmununda, “+994-77-636-13-73” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 14:41:43-də “Mene. nolar.biraz.falqa.getrinde.bawviza.donerem” məzmununda, “+994-55-676-66-56” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 01:01:20-də “Sima Yarimnan menim payimi qoyda addelni bir yere qoyma menimkin kaqizda qoy” məzmununda, “+994-77-636-13-73” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 14:46:12-də “Sima. olurem. niye.acmirsan.cox.pisdi.vezyetim.” məzmununda, “+994-77-636-13-73” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 01:25:20-də “Ay.sima. nese. sene. qarwi. sef. elemiwem. neynemiwem. de.bilim,yiqram. adboy. yada.acmirsan.bidene.ac.birkelme. soz.soruwacam” məzmununda, “+994-77-636-13-73” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 01:31:20-də “Elemdar. dedi. birazdan. olacaq. sima. gotren. kimi. senden.xaiw.olurem.meni.yadan. cixarma.” məzmununda, “+994-70-919-35-98” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 03:42:20-da “Sima indi mene bir falqaliqda bes eliyerde patinin sixintisi kecsin yata bilim” məzmununda, “+994-99-852-52-57” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 21:36:21-də “Pul var tema lazimdi” məzmununda, “+994-77-636-13-73” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 14:11:04-də “Bu.vezyetimde.elemiynde.havayi.isdemiremki. acda. olurem. lomkadan.yaxwi.wey.deyl.me ne.qarw.vapwe” məzmununda, “+994-70-676-66-56” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 21:02:08-də “Menim payimi addelnı qoyda ayri keçen defeki kimi” məzmununda, “+994-77-636-13-73” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 19:12:35-də “Dunen. biyabircilq. oldu. gec. gelmwdiz. deye. tez. catirsan. men. awaqi. duwecem.pilekenen.d unen.adama.ozde.ariq.adama.5dene.iyne.vurub.deyir.hali.yoxdu.gezmeye.o” məzmununda, “+994-77-636-13-73” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 19:12:38-də “lmazda. iyneni. gupluyanda. tez.gel. men.duwuw.pulari.verim” məzmununda, “+994-77-356-79-79” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 23:40:54-də “Simi Cixdim 10deq Uzagi Ordayam” məzmununda, “+994-55-676-66-56” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 13:10:58-də “20 hemişeki kimi menim biraz payimi addelni qoy” məzmununda, “+994-55-540-51-03” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 16:43:44-də “Salam Sima necesiz Mubarizdi bayax Elamdar teniyir size deyib tema lazimdi tecili imkan var” məzmununda, “+994-55-482-84-74” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 22:07:55-də “Lomkаdаn Olurеm Cаvаb Verde 30 Mаn Vаrdа” məzmununda, “+994-55-482-84-74” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 22:15:57-də “Gel Bаlаmin Cаni 30 Olmаsа Vеrmеde Аrаz Mаrkеtin Qаbаgindаyаm” məzmununda, “+994-55-482-84-74” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 22:19:29-da “Necе Sааtdi Sеni Gozduyurem Lomkаdа” məzmununda, “+994-55-914-30- 48” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 12:51:32-də “Tez acda bidene 50manati saxlatmisam yanimda acmirsan teli” məzmununda, “+994-77-636-13-73” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 17:17:18-də “Acda. bu. nehereketdi. tufresen.o.mala. nicat. deyirdiz. umudu. elyib.gelmediz.pulun.verdimde.ayib.olsun.men.c..q.olaram.o.elemdarin.g...n.daqitmasam.g ..e.bax.” məzmununda, “+994-77-636-13-73” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 17:17:21-də “kecen.il. obu.tutub. elinden.alirdi. qacirdi. qucaqma. indi. adam. olub, senede.ayib. olsun” məzmununda “+994-77-636-13-73” saylı mobil nömrədən xx.xx.2022ci il tarixdə, saat 18:49:53-də “Ac.gelim.o.puluda.verim.bidenede.yari.alim” məzmununda, “+994-55-666-66-05” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 04:19:52-də “Sima xanim menem Feriddi kola vermisiz?bidene xais ac tel” məzmununda, “+994-50- 641-42-87” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 22:00:09-da “Pul oturub sima sen allah tez gelde men lomkadan olurem bu biride mazqimi ki gec gelecek tez gel sen allahim” məzmununda, “+994-55-676-66-56” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 09:19:57-da “Sima Rövşən 20 manati verdi? Mene bir cavab yazda vacib lazimdi” məzmununda, “+994-55-676-66-56” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 15:56:59-da “Simuzer menim rosqada pulum varda alacaq de bilim sizin pulunuzu v” məzmununda, “+994-55-676-66-56” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 15:57:00-da “erdi ya yox vacib lazimdi Ölərsən bir soz desen” məzmununda, “+994-55- 676-66-56” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 00:23:51-də “Deyirem aqzimda ramini gonderme elamdar gelsin eyub deyir elemdar gel pulu verdim rine mali aldim qorxudan simanin pulun verdi oglana sene yiq” məzmununda, “+994-55-676-66-56” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 00:23:52-də “dim ki pulivu verira qaqasa” məzmununda, “+994-55-676-66-56” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 00:25:12-də “Sen dedin mene catacaq pul tezeden aldim oglannan pulu verdim ramine get ver simaya” məzmununda, “+994-55-676-66-56” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 00:27:07-də “Tezden mennen alib verdi pulu oglana hele saat 2de yarim qr sozde verdiki pati verecem sene qorxaq oglu qorxaq” məzmununda və oxşar məzmunda digər yazışmalar müəyyən edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, BKC/LGL-3975/23 nömrəli məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 adına olan “+994-55-377-07-52” saylı mobil nömrəyə “+994-70-556-55-56” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 21:04:48-də “Sima 20azn var.sen hardasan?? görüşerdik sennen” məzmununda, “+994-55-295-82-62” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 13:52:19-da “Sima 20azn var.sen hardasan?? görüşerdik sennen.“Sima biyabr oldum 2 nefer texnikom yanina cagirmiwam ikisinde 20 20 pul var ikidene yari lazimdi hara gelim” məzmununda, “+994-77-356-79-79” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 14:50:11-də “Sima 20azn var.sen hardasan?? görüşerdik sennen. 2dene dene yarim litr yani..Hemiweki kimi..2man catmir..28manatdi..Axwama knt zad ataram lap..Xecaletden cixacam vallah..Cixa bilmirem gelerdim yoxsa..” məzmununda, “+994-55-526-55-52” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 03:45:48-də “Mən ağrıdan pldüm sənə güvəndum hückimə yikmadlm pldüm” məzmununda, “+994-55-666-66-05” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 05:20:19-də “Sima 1 kola hazirla da” məzmununda, “+994-99-852-52-57” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 17:11:00-da “Yeke qizsan bu ne hereketdi.bile bile menim veziyetimi necedi Meni getizdirib 2saatdi acmirsan.” məzmununda, “+994-55-377- 07-52” saylı mobil nömrəyə “+994-55-953-45-00” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 00:37:25-də “Olmadida Sima yarim saat dedim yigdim yarim saata, vallah agriyiram axi indi hiss eledim pisem axi niye bele edirsen yola sal cehenem olum gedim de bawi” məzmununda, “+994-55-377-07-52” saylı mobil nömrəyə “+994-55-940-03-00” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 19:26:54-də “Sima yigiram bidene teli acda sen quran tema lazimdi” məzmununda, “+994-55-377-07-52” saylı mobil nömrəyə “+994- 70-515-91-51” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 02:29:02-də “Sima sen yoxladin bilmirem mende birinci defedi bele wey gormuremde nede sene hacansa bele wey edmemiwem men ezyet cekirem seherden axwama kimi qul qazan” məzmununda, “+994-55-377-07-52” saylı mobil nömrəyə “+994-70-515-91-51” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 02:29:06-da “am agrda qalmayim gozde axrida bele olsun bawiva donum teman dagtmamiwam necedi elede qalib agrdayam bir wey de elede edey” məzmununda, “+994-55-377-07-52” saylı mobil nömrəyə “+994-70-515-91-51” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 14:16:51-də “Sima elave tema lazimdi mawinda var birazdan men qalacam cetinde sen allah” məzmununda, “+994-55-377-07-52” saylı mobil nömrəyə “+994-50-532-33-26” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 19:14:57-də “20 onаn 20 bunаn amаlа kаlаr” məzmununda, “+994-55-377-07-52” saylı mobil nömrəyə “+994-70-977-04-33” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 21:34:45-də “Sima 10manatda vursam butov emele geler sen veresen mene?” məzmununda və digər oxşar yazışmalar mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyi X23 xx.xx.2022-ci il tarixli, 2003 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol gicgah nahiyəsinin sıyrığı və sağ üst göz qapağının bayır bucağı nahiyəsinin qançırı bərk küt əşyalnın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitdə əmələ gələ bilərdi və hər biri ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri müəyyən edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyi X23 xx.xx.2022-ci il tarixli, 2004 nömrəli ekspert rəyindən görünür ki, onun bədəni üzərində aşkar edilmiş xəsarət sağ mil-bilək oynağının ön-bayır səthinin qançırı bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarət Təqsirləndirilən şəxs1 qoluna keçirilmiş qandalın sıxıcı təsirindən törənə bilər. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyə verdikləri ifadələrində saxlanılarkən onlara polis əməkdaşları tərəfindən onlara fiziki və psixi zor tətbiq edildiyini, bədənləri üzərində müxtəlif xəsarətlər yarandığını, yəni Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının onun gicgah nahiyəsinə qandal ilə vurduqlarını, zorakılıq nəticəsində gözündə xəsarət yarandığını, qorxduqlarına görə ibtidai istintaq zamanı etirafedici məzmunda ifadə verdiklərini demiş, məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid1 Bəhram oğlu isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı fiziki və ya pisixi zorakılıq etmədiklərini, qeyri-əxlaqi hərəkətlərə yol vermədiklərini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq edilməsi bağlı araşdırma nəticəsində fakt öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan təqsirləndirilən şəxslər tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət olunması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən, ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində olan ekspertin rəyi əsasında müəyyən edilə bilər. Sözügedən araşdırma zamanı hər iki təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Təqsirləndirilən şəxs1 barəsində tərtib olunmuş ekspert rəyindən görünür ki, onun bədəni üzərində aşkar edilmiş xəsarət sağ mil-bilək oynağının ön-bayır səthinin qançırı bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarət Təqsirləndirilən şəxs1 qoluna keçirilmiş qandalın sıxıcı təsirindən törənə bilər. Həmin qərarda “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 7 və 13-cü maddələrinə, “Əməliyyat-Axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə istinad edilmişdir. Belə ki, polis əməkdaşları səlahiyyətlərini yerinə yetirərkən dövlət hakimiyyətinin nümayindəsi kimi çıxış edir və Azərbaycan Respublikası ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Hazırlanan cinayət və ya hüquqpozmaların qarşısının alınması üçün təxirə salınmaz tədbirlər görmək, cinayət və digər hüquqpozmalar törətmiş şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görmək polis əməkdaşının vəzifəsidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusiyyətləri yoxlamaq üçün Bakı İstintaq Təcridxanasına müraciət edib oraya daxil olarkən bədəni üzərində hər hansı xəsarətin olub-olmamasını dəqiqləşdirmiş, Təqsirləndirilən şəxs1 barəsində tərtib edilmiş şəxsi iş məhkəmə istintaqında tədqiq olunmuşdur. Şəxsi işdən və Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-3326/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı İstintaq Təcridxanasına ilk dəfə gətirildikdən sonra tibbi müayinədən keçirilərkən həbs olunduğu zaman zədə almadığını bildirmiş, müayinə zamanı bədəni üzərində hər hansı yeni xəsarət aşkarlanmamış, onun qarnının ön divarında, qasıq üstü nahiyədə keçirilmiş cərrahiyyə əməliyyatından sonrakı çapıq toxuma müşahidə edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 qarnının ön divarında, qasıq üstü nahiyədə olan çapıq toxuma ilə bağlı isə uzun müddət əvvəl həmin nahiyədən cərrahi əməliyyat olunduğunu bildirmişdir. Habelə, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 Bakı İstintaq Təcridxanasına daxil olarkən müayinə zamanı Təqsirləndirilən şəxs1 bədəni üzərinə hər hansı xəsarət aşkarlamadığını bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, ona qeyri-qanuni zor tətbiq edilməmiş, əsaslı şübhə mövcud deyil. Fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs1 dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 barəsində tərtib olunmuş məhkəmə-tibbi ekspertizasının ekspert rəyinə əsasən onun bədəni üzərində aşkar edilmiş xəsarətlər, yəni sol gicgah nahiyəsinin sıyrığı və sağ üst göz qapağının bayır bucağı nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə, törənmə müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitdə əmələ gələ bilərdi və hər biri ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri müəyyən edilmir. Sözügedən ekspert rəyinin təsviri hissəsi nəzərdən keçirildikdə ekspertizanın 20 sentyabr 2022-ci il tarixdə aparıldığı müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 bədəni üzərində, yəni sol gicgah və sağ üst göz qapağının bayır bucaq nahiyəsində xəsarət olduğunu inkar etmir. Lakin ekspert rəyinə istinad edərək həmin xəsarətləri Təqsirləndirilən şəxs2 tutulduqdan əvvəl, yəni 13-15 sentyabr 2022-ci il tarixdə (20 sentyabr -5 gün=15 sentyabr və ya 20 sentyabr -7 gün =13 sentyabr) aldığı qənaətinə gəlir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş ekspert X19 ifadəsində Təqsirləndirilən şəxs2 bədəni üzərində rəydə qeyd etdiklərindən başqa xəsarət müəyyən etmədiyini, gözündə olan “Katarakta” xəstəliyinin sürətlə inkişaf edə bilmədiyini bildirmişdir. Həmçinin şahid X4 da oxşar məzmunlu ifadə verərək gözdə yaranmış “Katarakta” xəstəliyinin müəyyən müddət ərzində yaranıb inkişaf etdiyini demişdir. Məhkəmə qeyd edilənləri nəzərdən keçirib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 17 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulması həm ittiham, həm də müdafiə tərəfinin verdikləri ifadələrə və işin hallarına görə iş üzrə mübahisəsiz hal olduğundan, eləcə də Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə xx.xx.2022-ci il tarixdə daxil olarkən tərtib edilmiş aktda aparılmış “Sol alın nahiyəsində təzə yara və sağ gözündə şiş aşkar olundu. Deməsinə görə tutulmazdan əvvəl olmuşdur” qeydinin mövcudluğundan, onun gözündə mövcud olan “Katarakta” xəstəliyinin polis əməkdaşları tərəfindən edilmiş zorakılıq nəticəsində yaranmasının tibbi cəhətdən mümkün olması müəyyən edilmədiyindən, həmin xəstəliyin formalaşıb inkişaf etməsi üçün müəyyən müddət tələb etdiyindən, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, əsaslı şübhə mövcud deyil. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs2 dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət verir ki, onların həmin ifadələri cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində 3 qram çəkidə narkotik vasitə-heroin olduğunu, zorakılıq nəticəsində videoçəkilişdə nümayiş etdirməsi üçün əlavə kütlənin təqdim edildiyini desə də, digər Təqsirləndirilən şəxs2 saxlanıldığı zaman üzərində hər hansı narkotik vasitənin olmadığını, edilmiş zorakılığa görə təqdim olunmuş əlavə kütləni videoçəkiliş zamanı nümayiş etdirdiyini, videoçəkilişin 3 dəfə aparıldığını söyləsə də, şahidlər Şahid2, Şahid3 və Şahid1 Bəhram oğlu xx.xx.2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tutularkən və tutulduqdan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı zorakılığın edilmədiyini, təqsirləndirilən şəxslərin müvafiq olaraq könüllü şəkildə bükümlərdə olan narkotik vasitə-heroin və psixotrop maddə-metamfetamini, eləcə də elektron tərəzini təqdim etdiklərini, videoçəkilişin 1 dəfə aparıldığını bildirmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında”, “Baxış və götürmə haqqında” protokollardan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişlərə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə müvafiq istintaq hərəkətləri zamanı könüllü olaraq həmin bükümləri, elektron tərəzini təqdim etmişlər. Aşkarlananlar zərflərdə qablaşdırılıb Azərbaycan Respublikası DİN “Zərflər üçün 7 nömrəli” möhürlərlə möhürlənmişdir. Videogörüntülərdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazıların tədqiqindən də görünür ki, videogörüntülərdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Aşkarlananlarla bağlı məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5296 nömrəli ekspert rəyinin təsviri hissəsinə əsasən təqdim olunmuş zərflərin tamlığının pozulması müəyyən edilməmişdir. Həmin ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 aid zərflərdə 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,400 qram, 0,435 qram, 0,460 qram, 0,445 qram, 0,455 qram ümumi təmiz çəkisi 2,195 qram olan psixotrop maddə-metamfetamin, 12 (on iki) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,741 qram, 0,390 qram, 0,410 qram, 0,401 qram, 0,751 qram, 0,760 qram, 0,367 qram, 0,409 qram, 0,380 qram, 0,391 qram, 0,475 qram, 0,430 qram ümumi təmiz çəkisi 5,905 qram olan narkotik vasitə-heroin, 01 ədəd bükümdə təmiz çəkisi 14,505 qram olan narkotik vasitə-heroin və üzərində psixotrop maddə-metamfetaminin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 aid zərfdə isə 01 ədəd bükümdə təmiz çəkisi 6,103 qram olan narkotik vasitə-heroin aşkarlanmışdır. Hər üç zərfdəki heroinlər kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidir. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadələr verməklə, çaşqınlıq yaratmaq, cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadələr verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışında təqsirləndirilən şəxslərin bilavasitə dinlənilmələri məhkəməyə onların verdikləri məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdikləri xx.xx.2022-ci il tarixli ifadələrini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxslərin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onların xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatını özündə əks etdirən xx.xx.2022-ci il tarixli raport həmin tarixli, 008- 9167-1222 nömrə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin dəftərxanasından qeydiyyatdan keçirilmiş, həmin məlumat əsasında “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis şöbəsinə gətirilmələri ilə bağlı tərtib edilmiş raport Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında xx.xx.2022-ci il tarixdə 282 nömrə ilə qeydiyyatdan keçirilmişdir. Həmin əməliyyat qərarı qanuniliyinin yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilmiş, qərarın qanuniliyi yoxlanılmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixli ifadələrini, şahidlər Şahid2, Şahid3, Şahid1 Bəhram oğlu və Şahid4 həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrini, şahidlər X4, X19 və X7 məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop madəni əldə edib saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci və 67-ci bədlərinə əsasən- narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saxlanıldıqdan sonra üzərlərinə və avtomobilə baxış keçirilən zaman ümumi təmiz çəkisi 26,513 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 2,195 qram olan psixotrop maddə metamfetamin, eləcə də 1 dəd elektron tərəzi aşkarlanmışdır. Məhkəmə aşkar olunmuş maddələrlə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində olan metamfetaminin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 14,6 dəfə, heroinin ümumi təmiz çəkisi isə 176,75 dəfə çoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, həmin Plenum qərarından görünür ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. İş materiallarından, təqsirləndirilən şəxsin həmin məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub İran vətəndaşı “Araş” adlı şəxslə cinayətkar əlaqəyə girərək narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmışdır. Habelə, X17 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadıqlarını bildirsələr də, məhkəmə baxışı zamanı tədqiq olunmuş mesaj mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs1 adına olan “+994-70-863-56-66” və “+994- 55-377-07-52” saylı mobil nömrələrə müxtəlif şəxslərdən fərqli vaxtlarda “Sima tema lazimdi e mene pul divij elemiwem”, “Sima gözləməyə görə zəng etmirəm deyirəmki məndə 25 manat var indi”, “imkan varsa mənı 1 dənə qram ver prosta yarı yarı eləsən əla olardı”, “birdə biraz o birindən verərdin bir çəkimlik mən sınə 5 borcluyam”, “10da üstünə gələrdin 15 verərdim sənə”, “Sima canim cixdi day acda bu telefonu”, “Mene biraz torpag vere bilersen men gedim eve catan kimi pulu vurum karta? Puldan narahat olma da ALLAHA AND OLSUN.evde 12 manatim var.alinsada sagol alinmasa da”, “Sima. dunen. gorwduy.nese.incitmedim.axi.se.allah.ac.olurem.sima”, “Sima. dunen. gorwduy. nese. incitmedim. axi. se.allah.ac.olurem.sima”, “Acda.sima olem.sen.acmirsan”, “Ay.sima. niye. acmirsan. xaiw. eledim. dedim. olem. acmirsan. anam. cani. vezyetim. pisdi. ac. sen. orxanin. cani”, “Gele. bilmirsense. men. gelim. taksinen. men. sima. acmirsiz. olara. bele. elyiler”, “Elnur. piza”, “Sima.niye”, “Mene. nolar.biraz.falqa.getrinde.bawviza.donerem”, “Sima Yarimnan menim payimi qoyda addelni bir yere qoyma menimkin kaqizda qoy”, “Sima. olurem. niye.acmirsan.cox.pisdi.vezyetim.”, “Ay.sima. nese. sene. qarwi. sef. elemiwem. neynemiwem. de.bilim,yiqram. adboy. yada.acmirsan.bidene.ac.birkelme. soz.soruwacam” məzmununda, “Elemdar. dedi. birazdan. olacaq. sima. gotren. kimi. senden.xaiw.olurem.meni.yadan. cixarma.” “Sima indi mene bir falqaliqda bes eliyerde patinin sixintisi kecsin yata bilim”, “Pul var tema lazimdi” “Bu. vezyetimde. elemiynde. havayi. isdemiremki. acda. olurem. lomkadan. yaxwi. wey. deyl. me ne. qarw. vapwe”, “Menim payimi addelnı qoyda ayri keçen defeki kimi”, “Dunen. biyabircilq. oldu. gec. gelmwdiz. deye. tez. catirsan. men. awaqi. duwecem. pilekenen. d unen. adama. ozde. ariq. adama. 5dene. iyne. vurub.deyir.hali.yoxdu.gezmeye.o”, “lmazda. iyneni. gupluyanda. tez. gel. men. duwuw. pulari. verim”, “Simi Cixdim 10deq Uzagi Ordayam”, “20 hemişeki kimi menim biraz payimi addelni qoy”, “Salam Sima necesiz Mubarizdi bayax Elamdar teniyir size deyib tema lazimdi tecili imkan var”, “Lomkаdаn Olurеm Cаvаb Verde 30 Mаn Vаrdа”, “Gel Bаlаmin Cаni 30 Olmаsа Vеrmеde Аrаz Mаrkеtin Qаbаgindаyаm”, “Necе Sааtdi Sеni Gozduyurem Lomkаdа”, “Tez acda bidene 50manati saxlatmisam yanimda acmirsan teli” məzmununda, “Acda. bu. nehereketdi. tufresen. o.mala. nicat. deyirdiz. umudu. elyib. gelmediz. pulun. verdimde. ayib.olsun.men.c..q.olaram.o.elemdarin.g...n.daqitmasam.g..e.bax.”, “kecen.il. obu.tutub. elinden.alirdi. qacirdi. qucaqma. indi. adam. olub, senede.ayib. olsun”, “Ac. gelim. o.puluda.verim.bidenede.yari.alim”, “Sima xanim menem Feriddi kola vermisiz?bidene xais ac tel”, “Pul oturub sima sen allah tez gelde men lomkadan olurem bu biride mazqimi ki gec gelecek tez gel sen allahim”, “Sima Rövşən 20 manati verdi? Mene bir cavab yazda vacib lazimdi”, “Simuzer menim rosqada pulum varda alacaq de bilim sizin pulunuzu v”, “erdi ya yox vacib lazimdi Ölərsən bir soz desen”, “Deyirem aqzimda ramini gonderme elamdar gelsin eyub deyir elemdar gel pulu verdim rine mali aldim qorxudan simanin pulun verdi oglana sene yiq” “dim ki pulivu verira qaqasa”, “Sen dedin mene catacaq pul tezeden aldim oglannan pulu verdim ramine get ver simaya”, “Tezden mennen alib verdi pulu oglana hele saat 2de yarim qr sozde verdiki pati verecem sene qorxaq oglu qorxaq”, “Sima 20azn var.sen hardasan?? görüşerdik sennen”, “Sima 20azn var.sen hardasan?? görüşerdik sennen.“Sima biyabr oldum 2 nefer texnikom yanina cagirmiwam ikisinde 20 20 pul var ikidene yari lazimdi hara gelim”, “Sima 20azn var.sen hardasan?? görüşerdik sennen. 2dene dene yarim litr yani..Hemiweki kimi..2man catmir..28manatdi..Axwama knt zad ataram lap..Xecaletden cixacam vallah..Cixa bilmirem gelerdim yoxsa..”, “Mən ağrıdan pldüm sənə güvəndum hückimə yikmadlm pldüm”, “Sima 1 kola hazirla da”, “Yeke qizsan bu ne hereketdi.bile bile menim veziyetimi necedi Meni getizdirib 2saatdi acmirsan.”, “Olmadida Sima yarim saat dedim yigdim yarim saata, vallah agriyiram axi indi hiss eledim pisem axi niye bele edirsen yola sal cehenem olum gedim de bawi”, “Sima yigiram bidene teli acda sen quran tema lazimdi”, “Sima sen yoxladin bilmirem mende birinci defedi bele wey gormuremde nede sene hacansa bele wey edmemiwem men ezyet cekirem seherden axwama kimi qul qazan”, “am agrda qalmayim gozde axrida bele olsun bawiva donum teman dagtmamiwam necedi elede qalib agrdayam bir wey de elede edey”, “Sima elave tema lazimdi mawinda var birazdan men qalacam cetinde sen allah”, “20 onаn 20 bunаn amаlа kаlаr”, “Sima 10manatda vursam butov emele geler sen veresen mene?” məzmununda və digər oxşar yazışmalar mövcuddur. Göründüyü kimi, müxtəlif şəxslər fərqli vaxtlarda “kola”, “pizza”, “torpaq”, “tema”, “daş” adı altında narkotik vasitə və ya psixotrop maddə əldə etmək üçün Təqsirləndirilən şəxs1 mobil nömrələrinə yazmış, Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 ilə əlbir olub narkotik vasitə və psixotrop maddələri satmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə, avtomobilə baxış keçirmə və götürmə istintaq hərəkətləri zamanı təqdim etdikləri narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin çəkilərinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitə və psixotrop maddələrinin növ müxtəlifliliyinə, elektron tərəzinin mövcudluğuna, hər iki şəxsin üzərindən çıxan narkotik vasitənin tərkibinin eyniliyinə, narkotik vasitə və psixotrop maddələrin satışına dair çoxsaylı yazışmaların mövcud olmasına, onların narkotik vasitələrinin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatına əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onlartərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmaması, ilk dəfə cinayət törətməsini, ailə vəziyyətini cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmaması, ilk dəfə cinayət törətməsini, müsbət xarakterizə olunmasını, qardaşının “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, ailə vəziyyətini yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onlardan aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin növünü, çəkisini, elektron tərəzinin mövcudluğunu, cəzalarını yüngülləşdirən halların olmasını, cəzalarını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı onlara təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1077/2022 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs1 barəsində əvvəli onun tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən bugünədək davamlı olaraq həbsdə saxlanılır. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1076/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində əvvəli onun tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 4(001)-1386/2022 nömrəli qərarı ilə 1 (bir) ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətlər cəzaçəkmə müddətlərinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onların tutulduğu vaxtdan, yəni 17 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 55 (əlli beş) manat məbləğində pul müştərək qaydada məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə heroininin 14 ədəd bükümdə 26,053 qram, psixotrop maddə metamfetaminin 05 ədəd bükümdə 2,045 qram qalığı və gümüşü rəngli elektron tərəzi məhv edilməli, 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs1 məxsus olan, içərisində “***-***-**-**” saylı mobil nömrə olan 01 ədəd “Samsung Galaxy A21 S” markalı mobil telefon cinayətkar qrupun digər üzvlərinin, habelə narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin əldə olunma mənbəyinin aşkara çıxarılması üçün ayrılacaq cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X23 xx.xx.2022-ci il tarixli, 6468 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X23 xx.xx.2022-ci il tarixli, 6806 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 17 sentyabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 17 sentyabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 oğlunun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ekspertiza tədqiqatından sonra narkotik vasitə heroininin 14 ədəd bükümdə 26,053 qram, psixotrop maddə metamfetaminin 05 ədəd bükümdə 2,045 qram qalığı və gümüşü rəngli elektron tərəzi məhv edilsin. 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs1 məxsus olan, içərisində “055-377- 07- 52” saylı mobil nömrə olan 01 ədəd “Samsung Galaxy A21 S” markalı mobil telefon cinayətkar qrupun digər üzvlərinin, habelə narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin əldə olunma mənbəyinin aşkara çıxarılması üçün ayrılacaq cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar