Məhkəmə qərarları › İş №1(101)-800/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-800/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-800/2024 23.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X2 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Rəcəbova Nəzrin Səməndər qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 01 (bir) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan «Əli» adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Kaktus” restoranının yaxınlığında 11 ədəd bükümdə, onlardan 6 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,547 qram, 92,179 qram, 1,109 qram, 29,290 qram, 0,433 qram, 274,5 qram, 4 ədəd qırmızı rəngli polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,496 qram, 0,463 qram, 0,270 qram, 43,255 qram və 1 ədəd göy rəngli polietilen bükümdə təmiz çəkisi 0,437 qram, ümumi təmiz çəkisi 455,979 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini 24 fevral 2023-cü il tarixdə gecə saatlarında həmin yerdən götürüb əldə edərək sonradan qrupun üzvü «Əli» adlı şəxsin deyəcəyi şəxslərə sataraq əldə olunacaq gəlirin bir hissəsini özünə götürmək şərti ilə üzərində saxlamaqla daşımış, Yasamal Rayon Polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində 24 fevral 2023-cü il tarixdə saat 04:00 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada üzərinə şəxsi axtarış aparılan zaman sağ əlindəki qırmızı rəngli kağız qutunun içindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə, qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda 11 ədəd bükümdə, onlardan 6 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,547 qram, 92,179 qram, 1,109 qram, 29,290 qram, 0,433 qram, 274,5 qram, 4 ədəd qırmızı rəngli polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,496 qram, 0,463 qram, 0,270 qram, 43,255 qram və 1 ədəd göy rəngli polietilen bükümdə təmiz çəkisi 0,437 qram, ümumi təmiz çəkisi 455,979 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o özü narkotik vasitə istifadəçisidir. 24 fevral 2023-cü il tarixdə gecə saat 04 radələrində Şərifzadə 130 ünvanında maşında olarkən, həmin vaxt Şahid3 və X5 da onun yanında olmuşlar. Həmin şəxslərdən biri Şahid3 barəsində olan cinayət işi üzrə tərtib edilmiş ittiham aktında şahidlərin siyahısında göstərilmişdir. Həmin vaxt tanımadığı avtomobil gələrək onların yanında saxlamışdır. Daha sonra o Elmirlə birlikdə maşından enmişlər. Mülki geyimli şəxslər onlara yaxınlaşaraq onları Yasamal RPİ-nə aparmışlar. Orada üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Polislər o biri uşaqlardan pul alaraq onları buraxmışlar, bu barədə hətta səs yazıları olmuşdur. Polislər ona yalnız üzərində olan narkotik vasitə ilə işinin rəsmiləşəcəyini bildirmişlər. Polis əməkdaşları onu ona məxsus olmayan narkotiki boynuna almayacağı təqdirdə daha artıq narkotik vasitəni onun evindən çıxaracaqları ilə bağlı hədələmişlər. Valideynləri yaşlı və xəstə olduqları üçün o videoçəkiliş zamanı həmin narkotik vasitənin guya ona məxsus olmasını etiraf etmişdir. Lakin qeyd etdiyi kimi, ittiham aktında göstərilən miqdarda olan narkotik vasitə ona məxsus olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o 2023-cü il tarixdə fevralın ayının 23-dən 24-ə keçən gecə polis əməkdaşları tərəfindən saxlanılmış və saxlanılan vaxt tək olmamışdır. Belə ki, bu zaman yanında “Orxan” və “Elmir” adlı şəxslər də olmuşdur. Həmin vaxt üzərində 01 (bir) ədəd bükümdə şəxsi istifadəsi üçün narkotik vasitə aşkar edilmişdir. Polislər tərəfindən təhdid edildiyi üçün ona məxsus olmayan narkotik vasitəni boynuna götürmək məcburiyyətində qalmışdır. Polis əməkdaşları ona onların dediklərini etməyəcəyi təqdirdə evindən narkotik vasitə çıxaracaqlarını və onu atasının adına rəsmiləşdirəcəklərini bildirmişlər. Ona qarşı hər hansı polis əməkdaşı tərəfindən fiziki zor tətbiq edilməmiş, yalnız psixi təsir və təzyiq olmuşdur. Polis əməkdaşlarının ona qarşı olan qərəzinin səbəbini bilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2 ay olar ki, «İnstaqram» sosial şəbəkəsində özünü «Əli» adı ilə təqdim edən İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxslə bir müddət yazışdıqdan sonra Əli onun narkotik vasitə aludəçisi olduğunu öyrəndikdən sonra ona istədiyi zaman narkotik vasitə olan heroin təşkil edə biləcəyini bildirmişdir. O, isə Əli ilə razılaşmışdır. 23 fevral 2023-cü il tarixdə gecə saatlarında “Kaktus” restoranının yanında Əli adlı İran İslam Respublikasının vətəndaşından 1500 manat müqabilində hissə-hissə ödəmək şərtilə 11 bükümdə narkotik vasitə heroin almışdır. Belə ki, aralarında olan razılığa əsasən «Əli» adlı İran İslam Respublikası vətəndaşı ona sosial şəbəkədə kart nömrəsi atacaqmış və o, hissə-hissə olaraq ona narkotik vasitənin dəyəri olan 1500 manat ödəyəcəkmiş. «Əli» adlı İran İslam Respublikası vətəndaşının nə səbəbə ona etibar etməsini bilmir və narkotik vasitəni götürən anadək sonuncunun həqiqətən də ona pulunu ödəmədən narkotik vasitə verəcəyinə inanmırmış. 24 fevral 2023-cü il tarixdə təxminən 04:00 radələrində ünvan 4 ünvanın qarşısı ilə hərəkətdə olan zaman əvvəllər tanımadığı iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək Yasamal RPİ-nin əməkdaşları olmalarını bildirmiş və ondan özünü təqdim etməyini istəmişlər. O, polis əməkdaşlarına özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək birlikdə Yasamal RPİ-nə gəlməyi istəmişlər. O, polis əməkdaşlarının təklifləri ilə razılaşaraq sonuncularla birlikdə Yasamal RPİ-nə gəlmiş və Polis İdarəsində təhqiqatçı tərəfindən hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət olunaraq təqdim edildiyindən sonra şübhəli şəxs qismində tutulmuş və ona üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. O, videoçəkilişlə şəxsi axtarış aparılmasına etiraz etmədikdən sonra polis əməkdaşları vəkilinin iştirakı ilə ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməyi təklif etmişlər. O, artıq yalan danışmağın yerinin olmamasını başa düşüb sağ əlindəki qırmızı rəngli kağız qutunu və əynindəki boz rəngli idman şalvarın sağ yan cibində olan ***-***-**-** nömrəsi ilə işləyən Redmi Note 8 markalı telefonu könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları həmin qırmızı rəngli qutuda olan 11 bükümdə 6 ədədi şəffaf sellofanda, 4 ədədi qırmızı rəngli sellofan bükümdə 01 ədədi isə göy rəngli şəffaf sellofanda olan heroinə və sonra isə üzərinə baxış keçirmişlər. Üzərindən başqa hər-hansı qeyri qanuni əşya və maddə aşkar edilməmişdir. O, polis əməkdaşlarına həmin bükümlərdəkinin narkotik vasitə olan heroin olmasını və şəxsi istifadəsi üçün dəyəri olan 1500 manatı sonradan ödəmək şərti ilə «Əli» adlı İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş 11 büküm narkotik vasitə və Redmi Note 8 markalı mobil telefonu qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və o, həmin protokola imza etmişdir. O, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. (Cild 2, iş vərəqi 91-93) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində çalışır, polis serjantı rütbəsini daşıyır. Onlar Təqsirləndirilən şəxs X8 130 ünvanında yaxınlaşmışlar. Həmin vaxt o, özünü şübhəli aparmış, eyni zamanda narkotik vasitənin təsiri altında olmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs əlində göyqırmızı rəngli xurma qutu olmuşdur. Onlar həmin qutunun içərisində narkotik maddə olduğundan şübhələnərək ona özlərini təqdim edərək Yasamal RPİ-nə dəvət etmişlər. Orada təhqiqatçı Ariz Qədiməliyev tərəfindən üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilmişdir. Həmin maddə ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən tək olmuş, bu zaman onun yanında heç kəs olmamışdır. Təqsirləndirilən şəxs iranlı ilə işlədiyini, hər ay 1000 (bir min) manat məbləğində pul aldığını və kirayə qaldığı evin pulunu onun ödədiyini bildirərək həmin iranlı şəxsə kuryerlik etdiyini, yəni, dediyi ünvanlara narkotik maddə qoyduğunu söyləmişdir. Təqsirləndirilən şəxs iranlı ilə yazışmaları olmuş, həmin iranlı şəxsin kimliyi tərəflərindən müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri X11 İdarəsinin Dövlət Yol polisi şöbəsinin inspektoru, polis baş leytenantı Şahid1 ifadəsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid2 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2018-ci ildən sonra aralarında inciklik münasibətləri olmuşdur. Hadisə baş verən vaxt o rayonda olmuş və buna görə də baş vermiş hadisə ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, Kamalla aralarında olan inciklik olduqdan sonra onunla yola getməmişlər. Kamalla düşmənçilik münasibətləri olmamış, sadəcə şəxsi problemlərdən dolayı bir-biriləri ilə danışmamışlar. O, 2023-cü il fevral ayının 23-dən 24-nə keçən gecə Beyləqan rayonunda olmuşdur. Kamalın tutulması ilə bağlı onun hər hansı bir məlumatı olmamışdır. Onları Kamalla birlikdə saxlayaraq, ondan nəsə tələb edilməsi heç bir həqiqəti əks etdirmir. O, kiməsə rüşvət qismində pul və ya başqa nəsə verməmişdir. 2018-ci ilə qədər Kamalla yaxşı münasibətləri olmuşdur. Belə ki, o, Kamalla həm telefon vasitəsilə əlaqə saxlamış və eyni zamanda onlar görüşürmüşlər. Təqsirləndirilən şəxs tutulan zaman o, Kamalın yanında olmamışdır. O, Kamalın onunla birgə saxlanılması ilə bağlı ifadə verməsinin səbəbini bilmir. Hesab edir ki, Kamalın bu cür ifadə verməsinə səbəb onların aralarındakı inciklikdən qaynaqlanır. Polislər ona zəng edərək Kamalın valideynlərinin idarəyə gəlib səs-küy saldıqlarını və onun adını verdiklərini bildirmişlər. Polis əməkdaşları ondan Təqsirləndirilən şəxs tutulduğunu və onu tanıyıb-tanımadığını soruşmuşlar. O isə cavabında Təqsirləndirilən şəxsı əvvəllər tanıdığını, lakin aralarında inciklik olduğu üçün hər hansı bir münasibətlərinin olmadığını bildirmişdir. Bundan sonra onu polis idarəsinə dəvət etmişlər, o da idarəyə gedərək ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. (Cild 1, iş vərəqə 5-6) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 04:00-da Təqsirləndirilən şəxs ünvan 5 ünvanının qarşısında saxlanılaraq Yasamal rayon Polis İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 9) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 21-22) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ əlindəki qırmızı rəngli kağız qutunun içində ümumi 11 bükümdə 6 ədədi şəffaf sellofanda, 4 ədədi qırmızı rəngli sellofan bükümdə, 01 ədədi isə göy rəngli şəffaf sellofan olan həmin bükümlərin içərisindəki qəhvəyi rəngli toz şəkilli maddəni və əynində olan boz rəngli idman şalvarın sağ yan cibində göy rəngli Redmi Note 8 mobil telefonu təqdim edərək, sorğu zamanı, həmin maddələrin hər birinin içərisində kakos adlanan narkotik vasitə olduğunu, həmin narkotik vasitəni dünən, səhər saatlarında Yasmal rayonu ərazisində “Kaktus” restoranının yanından Əli adlı İran İslam Respublikasının vətəndaşından 1500 manat müqabilində hissə-hissə ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş naməlum maddə və telefon qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqə 24- 26) Məhkəmə-kimyəvi ekspertizasının 24 fevral 2023-cü il tarixli 6/1125 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №42» möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 11 ədəd bükümdə, onlardan 6 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,547 qram, 92,179 qram, 1,109 qram, 29,290 qram, 0,433 qram, 274,5 qram, 4 ədəd qırmızı rəngli polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,496 qram, 0,463 qram, 0,270 qram, 43,255 qram və 1 ədəd göy rəngli polietilen bükümdə təmiz çəkisi 0,437 qram, ümumi təmiz çəkisi 455,979 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqə 37-41) Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 49-50) “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 52-53) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)-169/2023 saylı (hakim R.B.Cavadzadə) qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 76-80) «Mobil telefon aparatına baxış keçirilməsi haqqında» 26 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş mobil telefon aparatına keçirilən baxış zamanı müəyyən edilmişdir ki, mobil telefon aparatı söndürülmüş vəziyyətdə olmaqla monitoru qara, korpusun arxa hissəsi isə tünd göy rənglidir. Telefon aparatının arxa hissəsində qara rəngli qoruyucu qovluq vardır. Həmin qovluq çıxarıldıqda mobil telefon aparatının arxa hissəsi zədələnmiş vəziyyətdə olmaqla «Redmi» markalanma yazısı, «48MP Aİ CAMERA» yazıları vardır. Telefon aparatı işə salındıqda mühafizə kodunun quraşdırılması müşahidə olunur. Mühafizə kodu «0808» yığıldıqda telefonun ekranının açılaraq işlək vəziyyətə gəlməsi müşahidə olunur. Telefonun «Watsapp» proqramına daxil olduqda «XALA OQLU ELİ» adı ilə telefonun yaddaşına yazılmış +98***-***-**-** mobil nömrəsinin sahibinin səsli mesajlarla Təqsirləndirilən şəxs harada olmasını bildirir. Tərəflər qarşılıqlı şəkillərdə biri-birinə tərəzidə olan bükümlərinin çəkiləri, ünvanların oxla işarələnmiş şəkilləri atması müşahidə olunur. Həmin yazışmaların və fotoşəkillər skrinşotla yaddaşa atıldıqdan sonra printer vasitəsilə 85 vərəqədə çap edilərək, videogörüntü isə CD diskə köçürülməklə protokola əlavə edilmişdir. (Cild 01, iş vər. 88-174) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2019 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 01, iş vər. 211-212) Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1049 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 01, iş vər. 213-215) «Mobil telefon aparatına baxış keçirilməsi haqqında» 30 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş mobil telefon aparatına baxış keçirilərkən aşkar edilmiş XALA OQLU ELİ» adı ilə telefonun yaddaşına yazılmış +98***-***-**-** mobil nömrəsinin sahibi ilə aparılmış yazışmalar və fotoşəkillərə dair çıxarışlar və o cümlədən 1 ədəd videogörüntünü özündə əks etdirən CD diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs həmin yazışmalar və görüntülərin ona məxsus telefon vasitəsilə «Əli» adlı İran İslam Respublikası vətəndaşı ilə narkotik vasitələrin yerinin müəyyən edilməsi üçün aparılmışdır. (Cild 01, iş vər. 221) xx.xx.2023-cü il tarixli “axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvana baxış keçirilmiş, baxış zamanı heç bir qanunla qadağan edilmiş əşya olmadığı müəyyən edilmişdir. (Cild 1, iş vər. 230, 234-236) “Sübutların qiymətləndirilməsi haqqında” 30 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 238-245) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 31 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 252-253) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)-456/2023 saylı (hakim H.A.Səfərov) qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 2, iş vərəqə 27-28) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)-622/2023 saylı (hakim R.B.Cavadzadə) qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay həddində, xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 2, iş vərəqə 66-69) “Sübutların qiymətləndirilməsi haqqında” 22 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələrindən həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (Cild 2, iş vərəqə 70-79) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 81-82) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər hərbi məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad olunmuş, Cəlilabad rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmişdir.(Cild 1, iş vərəqə 192-193) İş materiallarında olan portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X4 adında 01 (bir) azyaşlı uşağı vardır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadələrində narkotik vasitə istifadəçisi olduğunu, polis əməkdaşları tərəfindən saxlanılan zaman Şahid3 və X5 da onun yanında olduqlarını, polis əməkdaşlarının Elmir və Orxandan pul alaraq onları buraxdıqlarını, polislər tərəfindən ona məxsus olmayan narkotiki boynuna almayacağı təqdirdə daha artıq narkotik vasitəni onun evindən çıxaracaqları ilə bağlı hədələdiklərini, valideynləri yaşlı və xəstə olduqları üçün videoçəkiliş zamanı həmin narkotik vasitənin guya ona məxsus olmasını etiraf etdiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ilk ifadəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman Şahid3 və X1 da onun yanında olduqlarını, polis əməkdaşlarının Elmir və Orxandan pul alaraq onları buraxdıqlarını, polislər tərəfindən ona məxsus olmayan narkotiki boynuna almayacağı təqdirdə daha artıq narkotik vasitəni onun evindən çıxaracaqları ilə bağlı hədələdiklərini, valideynləri yaşlı və xəstə olduqları üçün videoçəkiliş zamanı həmin narkotik vasitənin guya ona məxsus olmasını etiraf etdiyini bildirmiş, polis əməkdaşları tərəfindən ona yalnız psixi təsir olduğunu, ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilmədiyini qeyd etmişdir. Şahidlər Şahid1 və Şahid2 isə ifadələrində Təqsirləndirilən şəxs özləri tərəfindən saxlanılarkən tək olduğunu, bu zaman onun yanında heç kəsin olmadığını, Təqsirləndirilən şəxs iranlı ilə işlədiyini, hər ay 1000 (bir min) manat məbləğində pul aldığını və kirayə qaldığı evin pulunu onun ödədiyini bildirərək ona kuryerlik etdiyini, dediyi ünvanlara narkotik maddə qoyduğunu onlara söylədiyini və Təqsirləndirilən şəxs həmin iranlı ilə telefonunda yazışmaları olduğunu bildirmişlər. Eyni zamanda məhkəmə iclasında dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs tutulan zaman o, Kamalın yanında olmamış, ümumiyyətlə onun Kamalın tutulması ilə bağlı onun hər hansı bir məlumatı olmamışdır. Kamalın öz ifadəsində onları Kamalla birlikdə saxlayaraq, ondan nəsə tələb edilməsi həqiqəti əks etdirmədiyini bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı saxlanılan zaman Şahid3 və X1 da onun yanında olmaları ilə bağlı verdiyi ifadə digər şahidin ifadəsi ilə təkzib olunmuşdur. Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğluna qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə aşkar olunmuş narkotik vasitələrlə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan heroinin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan dəfələrlə çoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmaması, saxlanılarkən yanında Elmir və Orxan adlı şəxslərin olmasını, habelə polis əməkdaşları tərəfindən narkotik vasitənin onun boynuna qoyulması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, mobil telefona baxış protokolu və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, həm məhkəmə nəzarəti qaydasında barəsində həbs qətimkan tədbiri seçilməsi, həm istintaq dövründə eyniməzmunlu ifadə verməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 11 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdarda - 455,979 qram qram narkotik vasitə heroin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, habelə narkotik vasitəni qabaqcadan razılaşdığı İran İslam Respublikasının vətəndaşından almasını göstərməsi, əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməsi kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Habelə, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş «Watsapp» ani mesajlaşma proqramında «XALA OQLU ELİ» adı ilə telefonun yaddaşına yazılmış +98***-***-**-** mobil nömrəsi ilə aparılmış yazışmaların 85 vərəqədən ibarət fotoşəkillər və videogörüntü özündə əks etdirən 1 ədəd CD diskdən də görünür ki, Təqsirləndirilən şəxs bu şəxslə arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı müxtəlif məzmunda çoxsaylı yazışmalar aparmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələri qabaqcadan əlbir olduğu İran İslam Respublikası vətəndaşından almasına dair ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə, üzərindən aşkar olunmuş mobil telefona və istifadəsində olmuş mobil nömrə vasitəsilə apardığı sms yazışmalarına baxış keçirilərkən narkotik vasitələrin alış-verişini əks etdirən yazışmaların olmasına, əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsinə, onun narkotik vasitələrinin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatına əsasən, cinayət işində olmaqla, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər hərbi məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad olunmuş, Cəlilabad rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası ƏN-nin Masallı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 2-254/24-62-16 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmiş, məhkum cərimə cəzasını icra etməmiş və məhkumun yerini müəyyən etmək mümkün olmadığı üçün onun barəsində Masallı Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə 640990 nömrəli axtarış işi açılmışdır. Məhkəmə hökmlərin məcmusu üzrə bəzi məsələləri qeyd etməyi zəruri hesab edir. Belə ki, Cavadzadə X3 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş cərimə cəzasını ödəmədən yenidən cinayət törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti cəza təyin olunmalı və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın 3000 manat cərimə cəzası hazırkı hökmlə təyin ediləcək cəza ilə tam birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 24 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 455,489 qram qalmış narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk və mobil telefon aparatına keçirilmiş baxış zamanı «Watsapp» ani mesajlaşma proqramında «XALA OQLU ELİ» adı ilə telefonun yaddaşına yazılmış +98***-***-**-** mobil nömrəsi ilə aparılmış yazışmaların 85 vərəqədən ibarət fotoşəkillər və videogörüntü özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd «Redmi» markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 ( üç yüz) manat məbləğində pul köçürülsün. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsininn 67-ci maddəsinə əsasən Cəlilabad rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tam birləşdirilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzaları təyin olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 455,489 qram qalmış narkotik vasitə heroin məhv edilsin, 1 ədəd «Redmi» markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk və mobil telefon aparatına keçirilmiş baxış zamanı «Watsapp» ani mesajlaşma proqramında «XALA OQLU ELİ» adı ilə telefonun yaddaşına yazılmış +98***- ***-**-** mobil nömrəsi ilə aparılmış yazışmaların 85 vərəqədən ibarət fotoşəkillər və videogörüntü özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar