Məhkəmə qərarları › İş №1(101)-800/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-800/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-800/2025 02.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X8 və X ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Sirius” Vəkil Bürosunun vəkili – Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 1 dekabr 1981-ci ildə Bakı şəhərində anadan olmuş, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 2 aprel 2025-ci il tarixdə, saat 11:30-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə əvvəldən tanıdığı, ona olan yaxşı münasibətinə görə gələcəkdə barəsində hüquq mühafizə orqanlarına şikayət etməyəcəyini güman etdiyi və onun cinayətkar niyyətindən tamamilə xəbərsiz olan Şahid3 ilə 2-3 oktyabr 2024-cü il tarixlərdə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayaraq guya təxminən 30.000-40.000 ABŞ dolları məbləğində pulunun olmasını bildirib banklarda limit tətbiq edildiyindən həmin pul vəsaitini fiziki şəxslər vasitəsilə Azərbaycan manatına çevirmək istədiyi barədə yalan məlumat verib aldadaraq ona köməklik etməsini xahiş etmiş, onun cinayətkar niyyətindən tamamilə xəbərsiz olan Şahid3 övladı Şahid2 və tanışı Şahid1 tərəfindən valyuta dəyişmə işində kömək ediləcəyinə əmin olduqdan sonra öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki məlum olmayan mağazadan dövriyyəsi məhdudlaşdırılmamış və açıq şəkildə satışı həyata keçirilən X14 X23 tərəfindən tədavülə buraxılan eyni nominal əsl pul əsginasından aşkar formada, orqanoleptik (vizual), yəni xüsusi cihaz istifadə edilmədən fərqlənən, ofset çap üsulu ilə hazırlanmış hər birinin üzərində latın qrafikalı Azərbaycan əlifbası ilə “Etibarsızdır” yazısı, həmçinin “LB 99000999 İ” seriya və nömrəsi qeyd olunmuş, 1-ci bağlamada 97 ədəd, 2-ci bağlamada 100 ədəd, 3-cü bağlamada 107 ədəd, 4-cü bağlamada 91 ədəd, 5-ci bağlamada 103 ədəd və 6-cı bağlamada 98 ədəd olmaqla ümumilikdə 6 ədəd bağlamada 596 ədəd 100 ABŞ dolları nominallı pul əsginaslarına oxşar kağız parçalarını alıb gələcəkdə xarici valyutada pul vəsaitini qəbul edəcək şəxs tərəfindən görünməməsi və adi kağız parçası olduğunun bilinməməsi üçün həmin kağızların üzərindəki “Etibarsızdır” yazısının qeyd edildiyi hissələri rezin halqalarla qapadıb kip halda sıxaraq kənardan baxıldıqda əsl 100-lük ABŞ dolları olmaqla 60.000 ABŞ dolları məbləğində pul vəsaiti görüntüsü yaranmasına nail olduqdan sonra 3 oktyabr 2024-cü il tarixdə, saat 13 radələrində ünvan 3 ünvanının yaxınlığında onun cinayətkar niyyətindən tamamilə xəbərsiz olan Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs guya əvəzində həqiqi ABŞ dolları əsginaslarından ibarət pul vəsaitləri təqdim edəcəyinə dair yalan vəd verib aldatmaqla həmin dövrün məzənnəsinə uyğun olaraq (1 ABŞ dolları = 1.70 manat) 102.000 (bir yüz iki min) manat pulu Zərərçəkmiş şəxs alıb sonuncuya əvəzində 596 ədəd 100 ABŞ dolları nominallı pul əsginaslarına oxşar kağız parçalarını verərək dərhal tələsik formada həmin yerdən qaçıb uzaqlaşmaqla aldatma yolu ilə 102.000 (bir yüz iki min) manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və tərəflərin dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tutulduğu vaxta qədər daimi iş yeri və ya gəlir mənbəyi olmasa da, uzun müddət beynəlxalq maliyyə bazarlarında, investisiya sahəsində çalışmış, həmçinin beynəlxalq birjalarda treninqlərin təşkili ilə məşğul olmuşdur. Lakin bu sahədə son zamanlarda fəaliyyəti uğurlu alınmadığından borcları yaranmış və ümumiyyətlə gündəlik xərclərini belə qarşılaya bilməmişdir. Paralel olaraq icarəyə götürdüyü avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olsa da, həmin avtomobilin təmir, yanacaq və icarə xərcləri, o cümlədən baxımını həyata keçirdikləri ev heyvanlarının müalicə və baxım xərclərini ödəməkdə çətinlik çəkmişdir. O, Xaçmaz rayonu Nabran qəsəbəsində yaşayan Nigar adlı qadınla qeyri-rəsmi münasibət saxlamış və birlikdə ev heyvanlarının müalicə və baxımları ilə məşğul olmuşlar. Bununla bağlı arabir Xaçmaz rayonu Nabran qəsəbəsinə gedib Nigarın evində gecələmişdir. Maddi sıxıntıları ilə bağlı olaraq yenidən investisiya fəaliyyətini bərpa etməyi və gəlir əldə etməyi planlaşdırmışdır. Bunun üçün isə ona böyük məbləğdə pul lazım olmuşdur. Buna görə də hər hansı rahat üsulla pul əldə etmək, həmin pulu investisiya kimi istifadə edərək qazanc əldə etmək barədə düşünmüşdür. 2 oktyabr 2024-cü il tarixdə bu barədə düşündüyü vaxt əsl pul əsginaslarına oxşayan və açıq şəkildə satılan üzərlərində “Etibarsızdır” yazısı qeyd olunmuş ABŞ dolları valyutasında olan kağız əsginaslardan alaraq valyuta dəyişmək adı ilə hər hansı şəxsə vermək, əvəzində isə manat almaq qərarına gəlmişdir. Bu məqsədlə ilkin olaraq kimin vasitəsilə valyuta dəyişə biləcəyini düşünmüşdür. Əvvəllər kifayət qədər yaxşı maddi durumu olduğundan mütəmadi olaraq əvvəlki evliliyindən olan uşağı və həyat yoldaşı ilə birlikdə “İçərişəhərdə” yerləşən “Sehirli təndir” restoranına getmiş, orada əvvəlki müddətdə administrator işləyən Elxan adlı yaşlı kişi ilə yaxın münasibəti yaranmışdır. Hətta Elxana “dayı” deyə müraciət edərək hər dəfə restorana getmədən əvvəl Elxana zəng edib sifarişləri öncədən vermişdir. Beləcə, Elxanla aralarında səmimi münasibət yaranmışdır. Lakin sonrakı müddətdə həmin restoran təmirə bağlandığı üçün Elxanı bir daha görməmiş, əlaqə saxlamamışdır. Valyuta dəyişməklə bağlı qeyd etdiyi fikir barədə düşündükdə də ağlına ilk olaraq Elxan gəlmişdir. O, Elxanın daimi olaraq xarici ölkə vətəndaşı olan müştərilərinin hesabı xarici valyuta ilə ödədiyindən sonradan onun həmin pulları manata çevirdiyini düşünmüşdür. Bundan başqa, Elxanla yaxın münasibəti olduğu üçün Elxanın vasitəsilə tapacağı şəxs sonradan onun barəsində şikayət etmək istəsə belə, Elxanın bunun qarşısını alacağını güman etmişdir. Bu məqsədlə 2 oktyabr 2024-cü il tarixdə gecə saatlarında istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə İlə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə mobil telefonunun kontaktında olan Elxanın mobil nömrəsinə zəng etmiş, lakin Elxan telefona cavab verməmişdir. Bundan sonra həmin tətbiq vasitəsilə Elxana səsli mesaj göndərərək 30.000 - 40.000 ABŞ dolları pulunun olduğunu, bankda limit qoyulduğu və sənəd tələb edildiyi üçün bankda həmin pulu dəyişə bilmədiyini deyərək valyuta dəyişə biləcək tanışının olub-olmadığını soruşmuşdur. Lakin Elxan həmin mesaja da baxmamışdır. Növbəti gün, 3 oktyabr 2024-cü il tarixdə səhər saat 9 radələrində yenidən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Elxanın həmin nömrəsinə zəng etmişdir. Elxan telefona cavab verdikdən sonra tanışlıq verib hal-əhvalını soruşmuşdur. Elxan da onu tanıdığı üçün zənginə şad olmuş və 1-2 dəqiqə özləri barədə danışmışlar. Daha sonra Elxana 30.000 - 40.000 ABŞ dollar pulunu manata dəyişmək istədiyini deyərək ona kömək etməsini xahiş etmişdir. Elxan özünün borclarının olduğunu və ona dollar əvəzinə manat verə bilməyəcəyini demişdir. Elxanın ona kömək etməsini təmin etmək üçün onun pullarını dəyişə biləcək şəxs tapmasını, əvəzində Elxana da pul verərək hörmət edəcəyini demişdir. Elxan pula ehtiyac olmadığını, lakin bu barədə maraqlanacağını demişdir. Təxminən 10 dəqiqə sonra Elxan yenidən ona zəng edərək oğlu Elnurun dolları dəyişə biləcək tanışının olduğunu və oğluna onun nömrəsini verdiyini, Elnurun ona zəng edəcəyini demişdir. O da Elxana təşəkkür edərək Elnurun zəngini gözləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra tanımadığı mobil nömrədən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş, lakin həmin zəngi görmədiyindən ona cavab verə bilməmişdir. Daha sonra həmin nömrədən ona səsli mesaj göndərən şəxs Elxanın oğlu Elnur olduğunu demişdir. Mesajı gördüyü anda həmin nömrəyə zəng edərək Elnurla danışmağa başlamışdır. Elnur dollar dəyişə biləcək tanışının olduğunu dedikdə Elnura 50.000 ABŞ dolları pulunun olduğunu və manata dəyişmək istədiyini demişdir. Elnura da eyni qaydada tələsdiyi üçün ona təcili manat lazım olduğunu, buna görə də ona kömək edəcəyi təqdirdə Elnura hörmət edəcəyini demişdir. Elnur tanışı ilə danışdıqdan sonra ona həmin pulu manata dəyişə biləcəyini demişdir. Elnurun razılaşdığını gördükdə daha çox manat əldə etmək məqsədilə əslində 60.000 ABŞ dolları pulunun olduğunu və bütün pulu manata dəyişmək İstədiyini demişdir. Elnur yenə də bir qədər keçdikdən sonra həmin pulun hamısını manata dəyişdirə biləcəyini demişdir. Artıq dolları dəyişə biləcək şəxs tapdığı üçün saat 10-11 radələrində Sədərək Ticarət Mərkəzinə getmişdir. Orada adını xatırlamadığı marketdə satılan hər birinin üzərində eyni seriya nömrəsi olan və “Etibarsızdır” yazısı qeyd olunmuş ABŞ dollarına oxşar kağız əsginaslardan ümumilikdə 60.000 ABŞ dolları ekvivalentinə uyğun olaraq 600 ədəd 100-lük əsginaslar almışdır. Həmin əsl olmayan əsginaslar hər birində 100 ədəd, yəni 10.000 ABŞ dolları görüntüsündə olmaqla 6 ədəd bağlamada olmuş və hər bir bağlama orta hissədən ağ kağız lentlə sarılmışdır. Hər bir bağlamaya 3 manat olmaqla ümumilikdə 18 manat pul ödəmişdir. Bundan sonra əsginaslarının üzərində yazılmış “Etibarsızdır” yazısının görünməməsi üçün əsginasların həmin hissəsini rezin halqalarla qapadıb sıxaraq kip hala gətirmişdir. Aldığı kağız əsginas bağlamalarını əvvəlcə şəffaf rəngli sellofan torbanın içinə, həmin torbanı isə qara rəngli hədiyyə paketinin içinə qoymuşdur. Daha sonra Elnurla əlaqə saxlayaraq tələsdirmək üçün yalandan uşağını xəstəxanaya aparmalı olduğunu, buna görə də pulu təcili dəyişməli olduğunu demişdir. Elnur isə tanışının həmin anda 30.000 ABŞ dollarına uyğun manatının olduğunu, qısa müddətə qalan hissəsini də tamamlayacağını demişdir. Bir neçə dəqiqədən sonra Elnur ona başqa şəxsin göndərdiyi səsli mesajı göndərmiş, həmin mesajda danışan şəxs pulun hazır olduğunu, 60.000 ABŞ dollarını manata dəyişə biləcəyini demişdir. Elnurun tanışı 60.000 ABŞ dollarını 1,70 kursuna uyğun olaraq dəyişdikdən və ona ümumilikdə 102.000 manat pul verdikdən sonra o həmin puldan Elnura da hörmət kimi verməyi nəzərində tutmuşdur. Bundan sonra Elnurdan harada görüşəcəklərini soruşmuş, Elnur onunla görüşdükdən sonra tanışının ondan dolları götürəcəyini, bir neçə dəqiqə ərzində isə manatı gətirəcəyini demişdir. Lakin o bununla razılaşmamış və pul dəyişilməsində özünün iştirak etmək istədiyini demişdir. Elnur tanışı olan Aftandil adlı şəxsin dolları başqa bir şəxs vasitəsilə manata dəyişəcəyini, birlikdə onu gözlədiklərini demişdir. Lakin bir neçə dəqiqədən sonra Elnur uşağını məktəbdən götürmək üçün gedəcəyini, Aftandilin pulu dəyişəcək şəxsin yanına gedərək onlara məkan bildirimi, yəni nişangah göndərəcəyini demişdir. Bundan sonra Elnur Aftandilin nömrəsini ona göndərmiş, o, Aftandilə zəng etdiyi vaxt sonuncu “Zabitlər bağı”nın yaxınlığında görüşəcəklərini deyib bir neçə dəqiqədən sonra ona məkan bildirimi, yəni nişangah göndərmişdir. Saat 13 radələrində o həmin ünvana çatıb Aftandilə zəng etmiş, orada Aftandil ilə görüşdükdən sonra sonuncunun idarə etdiyi “Hyundai” markalı avtomobildə əyləşib gözləməyə başlamışlar. Həmin anda Aftandil onun gətirdiyi pul barədə soruşduqda o, paketin içini açaraq sellofan torbanı çıxarmışdır. Aftandil də torbanın içində 6 ədəd bağlama olduğunu görmüş, lakin əsginasların kənarlarına yazılmış “Etibarsızdır” yazısını görməmişdir. Təxminən 20 dəqiqə sonra Aftandilə zəng gəldiyi vaxt sonuncu pulu dəyişən şəxsin gəldiyini demişdir. Aftandil ilkin olaraq ondan dolları alıb aparmaq, əvəzində ona manat gətirmək istəsə də, o, əvvəlcə manatı gətirməsini demişdir. Daha sonra Aftandil avtomobildən düşüb yolun üzərində dayanan “Mercedes” markalı avtomobilə əyləşmişdir. Həmin avtomobil binanın qarajına düşmüş, o həmin anda avtomobildən düşüb telefonla danışmağa başlamışdır. Bir neçə dəqiqədən sonra həmin avtomobil yenidən qarajdan bayıra çıxmışdır. Aftandil avtomobildən düşüb ona tərəf gəlməyə başlamış və həmin anda Aftandilin əlində qırmızı rəngli sellofan torba olmuşdur. Aftandilin gəldiyini gördükdə yenidən avtomobilə əyləşmiş, Aftandil də sükan arxasına əyləşib gətirdiyi sellofan torbanı ona uzadaraq 100.000 və ya 102.000 manat olduğunu demişdir. Belə ki, çox həyəcanlı olduğundan bu barədə dəqiq xatırlamır. Daha sonra o, Aftandilə əlində olan qara rəngli paketi vermiş və Aftandil avtomobildən düşüb digər maşına yaxınlaşmışdır. Həmin anda o da avtomobildən düşmüşdür. Aftandil digər avtomobilə yaxınlaşıb pəncərədən sürücüyə onun verdiyi içində həqiqi olmayan əsginaslar olan qara rəngli paketi vermiş və ona tərəf qayıtmışdır. Aftandil onun yanına çatdığı vaxt o, artıq təlaşlı olmuş və Aftandilin yanından uzaqlaşmaq istəmişdir. Belə ki, onun əsginasları verdiyi şəxs həmin əsginasları bağladığı rezin halqalanı çıxardıqda əsginasların üzərindəki “Etibarsızdır” yazısını görəcəyini və onun əməlinin ortaya çıxacağını başa düşmüşdür. Bu səbəbdən Aftandil onun yanına çatdıqda Elnurla özünün danışacağını deyib sağollaşaraq əvvəlcə iti addımlarla, daha sonra isə qaçaraq oradan uzaqlaşmağa başlamışdır. Həmin yerdən uzaqlaşdıqdan sonra ilkin olaraq mobil telefonu vasitəsilə taksi sifariş etmiş və telefonunu söndürmüşdür. Çünki Aftandilin və digər şəxsin onun verdiyi əsginasların həqiqi olmadığını gördükləri anda ona zəng edəcəklərini bilmişdir. Bundan sonra əvvəlki müddətdən icarəyə götürdüyü “Hyundai Elantra” markalı avtomobil ilə şəxsi işlərini həll etmiş və saat 17 radələrində “Koroğlu” metrostansiyasının yaxınlığına getmişdir. Sonrakı müddətdə əldə etdiyi puldan özünün şəxsi ehtiyacları ilə bağlı xərcləməyə başlamışdır. Həmin pul 100-lük və 50-lik əsginaslardan ibarət olmaqla rezinlərlə kiplənmiş halda olmuşdur. Belə ki, orada tanımadığı taksi sürücüsündən onun ardınca getməsini, daha sonra idarə etdiyi avtomobili təhvil verərək taksiyə əyləşəcəyini demişdir. Bundan sonra “Koroğlu” metrostansiyasının yaxınlığında “Bravo” hipermarketinin arxa tərəfində yerləşən Baytarlıq Elmi-Tədqiqat İnstitutuna getmişdir. Orada qeyri-rəsmi münasibətdə olduğu Nigara məxsus olan və 2 həftə ərzində müalicəsi davam edən ev itinin müalicə xərcləri ilə bağlı 210 manat pul ödəyərək iti oradan götürmüşdür. Daha sonra “Koroğlu” metrostansiyasının yaxınlığına qayıtmış və orada mobil telefonu ilə əlaqə saxladıqdan sonra icarə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı avtomobili icarə şirkətinin Kənan adlı əməkdaşına təhvil verərək əldə etdiyi puldan 200 manat pul ödəmişdir. Daha sonra qeyd etdiyi taksiyə əyləşib “28 May” küçəsinə sürməsini xahiş etmişdir. Yolda getdiyi vaxt “Get rent a car” şirkəti ilə əlaqə saxlayaraq “Hyundai Elantra” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili icarə üçün sifariş etmiş və avtomobili Buzovna qəsəbəsinə, daha sonra isə yaşadığı Şüvəlan qəsəbəsinə gətirmələrini xahiş etmişdir. Həmin gün ərzində ilkin olaraq “28 May” küçəsində yerləşən bir aptekə, həmçinin “Qış parkı”nın yaxınlığında yerləşən “Elite” aptekə gedərək ailə üzvləri üçün dərmanlar, o cümlədən ev heyvanları üçün qidalar və dərmanlar alaraq ilk aptekə 400-450 manat, ikinci aptekə 400-500 manat pul ödəmişdir. Daha sonra “28 May” küçəsində yerləşən telefon mağazasından istifadə olunmamış “İphone 13” markalı mobil telefon və həmin telefona aid aksessuarlar alaraq 1700 manat pul ödəmişdir. Həmin mobil telefonu sonrakı müddətdə Xaçmaz rayonuna getdiyi vaxt Nigara vermişdir. Bundan sonra əyləşdiyi taksi ilə yaşadığı Şüvəlan qəsəbəsinə getmiş və taksi sürücüsünə zəhmət haqqı kimi 50 manat pul vermişdir. Ardınca “Mirmövsüm Ağa” ziyarətgahının avtomobil duracağına gedib orada “Get rent a car” şirkətinin əməkdaşından “Hyundai Elantra” markalı, **-NC-*** dövlət qeydiyyat nişanh avtomobili təhvil alıb 15 günlük icarə haqqı üçün 1.100 manat ödəniş etmişdir. Daha sonra özünə məxsus yükləri həmin avtomobilə qoymuş, əldə etdiyi pulu isə avtomobilin arxa yük yerində ehtiyat təkərin saxlanıldığı hissədə döşəmənin altında gizlətmişdir. Ona lazım olduğu halda sellofan torbanın içindən pul bağlamalarının hər hansı birindən pul çəkib çıxarmış, konkret hansı məbləğdə pul götürdüyünü bilməmişdir. Bundan sonra Xəzər rayonu Mərdəkan qəsəbəsinə gedərək orada adını bilmədiyi məişət texnikalarının satıldığı mağazadan 80 manat dəyərində elektrik cihazlarının qoşulmasında istifadə olunan kabellər almışdır. Daha sonra Şüvəlan qəsəbəsində yerləşən “İrshad Telecom” mağazasından 150 manat dəyərində olan 1 ədəd sərt disk almışdır. Ardınca Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən geyim mağazasından özü üçün köynək, şalvar və bu kimi geyimlər alaraq 600 manat ödəmişdir. Daha sonra Vüsal adlı tanışına olan 200 manat borcunu qaytarmış, həmçinin əvvəlki müddətdə icarə əsasında idarə etdiyi “Nissan” markalı avtomobil ilə bağlı icarədar Mahir adlı şəxsə olan 1.500 manat borcunu terminal vasitəsilə ödəmişdir. Eyni zamanda, yaşadığı ünvana lazım olan ərzaq məhsullarını alaraq təxminən 550 manat pul xərcləmişdir. Əlavə olaraq həmin gün Xaçmaz rayonuna getməyi planlaşdırdığı üçün idarə edəcəyi avtomobilin təmir və yanacağına 100 manat pul ödəmişdir. Bundan sonra saat 23 radələrində Xaçmaz rayonuna getmək üçün yola çıxmış və Xaçmaz rayonuna gedərkən orada Nigarın yaşadığı ev üçün 800 manat dəyərində ərzaq məhsulları almışdır. Həmçinin Xaçmaz rayonunda da apteklərə və marketə gedərək təxminən 1.000 manat dəyərində əlavə heyvan qidaları və preparatlar almışdır. Bundan başqa, əvvəlki müddətdə avtomobil idarə edərkən qayda pozaraq cərimə olunduğu üçün 200 manat cərimə ödəmişdir. Bütün bu xərcləri qeyriqanuni yolla əldə etdiyi puldan ödəmişdir. Xaçmaz rayonunda Nigarın evinə çatdıqdan sonra aldığı “İphone 13” markalı mobil telefonu Nigara vermişdir. Lakin törətdiyi əməl barədə heç kimə danışmamışdır. 4 oktyabr 2024-cü il tarixdə, saat 21 radələrində Xaçmaz rayonu Nabran qəsəbəsində idarə etdiyi “Hyundai Elantra” markalı, 77-NC- 844 dövlət qeydiyyat nişanlı avtomobildə olduğu vaxt mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onunla şifahi şəkildə söhbət apardıqları vaxt o, törətdiyi cinayəti etiraf etmiş və cinayət yolu ilə əldə etdiyi pulun qalan hissəsinin avtomobilin yük yerində olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onlarla birlikdə Bakı Şəhər Baş Polis İdarəsinə getməli olduğunu izah etmişlər. O, razılıq verdiyi üçün əməkdaşlardan biri onun əyləşdiyi avtomobili idarə etmiş və Bakı Şəhər Baş Polis İdarəsinə gəlmişlər. Avtomobil duracağa yerləşdirildikdən sonra qapıları bağlanmış və açar ona təqdim olunmuşdur. Bundan sonra o, ərizə yazaraq törətdiyi əməl barədə könüllü məlumat vermişdir. Ardınca müstəntiq və digər polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi "Hyundai Elantra” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı o, avtomobilin arxa yük yerində pulu gizlətdiyi yeri göstərmiş, müstəntiq tərəfindən avtomobilin arxa yük yerində ehtiyat təkərin saxlanıldığı hissədə gizlətdiyi pul çıxarılaraq sayılmağa başlanmış və ümumilikdə 87.650 manat qaldığı məlum olmuşdur. Daha sonra isə o, müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət əməlini tək törətmiş, ona heç kim kömək etməmişdir. Şahid3, Şahid2 və Şahid1 həqiqətən ABŞ dolları dəyişmək istədiyini demişdir. Onlara həqiqi olmayan əsginaslar verəcəyini əvvəlcədən deməmiş, onların bu barədə məlumatları olmamışdır. Elnura ona valyuta dəyişmək üçün adam tapacağı təqdirdə zəhmət haqqı kimi hörmət edəcəyini vəd etmiş, həmin şəxslər onun əsl niyyətini bilməmişlər.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, zərərçəkmiş şəxsdən götürdüyü 102.000 manat məbləğində puldan 92000 manat məbləğində pulu ona geri qaytarmış, zərərçəkmiş şəxsə qaytarmalı olduğu məbləğdən ümumilikdə 9400 manat qalmışdır. O, zərərçəkmiş şəxsdən aldığı pulu sonradan ona geri qaytarmaq niyyətində olmuş, sonuncunun pulunu nəyə görə bankda dəyişmədiyi barədə maraqlanmamış, o cümlədən pulu zərərçəkmiş şəxsdən götürdükdən sonra ondan aldığı pulu şəxsən saymamışdır. Sonda Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla törətdiyi əməldən çox peşman olduğunu, himayəsində 1 (bir) azyaşlı, 1 (bir) yetkinlik yaşına çatmayan uşaqlarının, habelə 75 yaşlı xəstə atasının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın əksər hissəsinin ibtidai istintaq zamanı könüllü olaraq zərərçəkmiş şəxsə qaytardığını, ödənilməmiş cəmi 9400 manat məbləğində borcunun qalmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmadığını bildirərək məhkəmədən ona yüngül cəza təyin etməsini xahiş etdi.

4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

6. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, 2020-ci ilə qədər “Əmrah Bank”da işləmiş, 2020-ci ildə həmin bank ləğv edildikdən sonra isə daimi iş yeri olmamış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuşdur. Şahid1 işlədiyi “28 May” metrostansiyasının yaxınlığında yerləşən “Galaxy” turizm şirkətinin rəhbəri olan Müzəffərin vasitəsilə təxminən 2 il əvvəl tanımış, Aftandil də həmin turizm şirkətində işləmişdir. Müzəffəri isə təxminən 10 ildən artıqdır tanıyır və aralarında dostluq münasibətləri olmuşdur. Sonralar Müzəffərə valyuta lazım olduğu vaxtlarda Aftandil vasitəsilə ona pul göndərmiş, o da valyutanı məzənnəyə uyğun dəyişərək Aftandilə vermişdir. Lakin valyuta dəyişərkən hər hansı qazanc əldə etməmiş, yaxud başqa şəxslərə valyuta dəyişməkdə köməklik etməmişdir. Müzəffər dostu olduğundan qarşılıqlı olaraq bir-birilərinə kömək etmişlər. Tanıdığı 2 il ərzində ümumilikdə bir neçə dəfə Aftandil valyuta dəyişmə ilə bağlı ona müraciət etmişdir, Aftandil hər dəfə 1,000, 2.000, ən çoxu isə 5.000 ABŞ dolları pul vəsaitini manata çevirməyini istəmişdir. Aftandil ilə münasibətləri yalnız valyutanın dəyişilməsi ilə bağlı olmuş, hər hansı yaxın yaxud dostluq münasibətləri olmamışdır. Lakin Müzəffər də Aftandilə Alik kimi müraciət etdiyindən o da Aftandilə Alik kimi müraciət etmişdir. Hətta mobil telefonunun kontaktında da Aftandilin adını “Alik Muzeffer” kimi qeyd etmiş, Aftandil hər dəfə ona zəng edərək hansı məbləğdə manat istədiyini demiş və onun yaşadığı evin yaxınlığına gəlmişdir. O da yaşadığı evdən Aftandilin istəyinə uyğun pul götürüb Aftandil ilə evinin yanında görüşmüş və istədiyi pulu verərək əvəzində Aftandildən ABŞ dollarını almışdır. Aftandil həmişə onun yanma tək gəlmiş və yanında başqa şəxs olmamışdır. Aftandilə etibar etdiyi üçün bir çox hallarda Aftandilin yanında verdiyi pulu saymamış, eləcə də Aftandil onun verdiyi pulu saymamışdır. Evə çıxdıqdan sonra isə Aftandilin verdiyi pulu saydığı vaxt həmişə razılaşdıqları məbləğə uyğun olduğunu görmüşdür. Buna görə də, heç vaxt Aftandillə aralarında pulla bağlı heç bir narazılıq yaranmamışdır. 3 oktyabr 2024-cü il tarixdə saat 11 radələrində Aftandil “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə ona mesaj yazaraq 50.000 ABŞ dolları məbləğində pulu olduğunu və manat almaq istədiyini demişdir. Həmin anda hesablama apararaq 50.000 ABŞ dollarının 1 ABŞ dollarını 1,702 manata olmaqla ümumilikdə 85.100 (səksən beş min yüz) manata dəyişməli olduğunu, lakin həmin anda o məbləğdə pulunun olmadığını demişdir. Aftandilə manat əldə etdikdən sonra əlaqə saxlayacağını demişdir. Qısa müddət sonra Aftandil ona zəng edərək 60.000 ABŞ dolları pul dəyişmək istədiyini dedikdə o, pulun kimə məxsus olduğunu soruşmuş, Aftandil isə həmin pulun dostunun 15 ildir tanıdığı şəxsə məxsus olduğunu demişdir. Hətta Aftandil həmin şəxsin səsli mesajını da ona göndərmiş və dostunun tələsdiyini demişdir. Saat 13 radələrində Aftandilə zəng edərək istədiyi pulun hazır olduğunu demişdir. Təxminən saat 13:30 radələrində Aftandil ona zəng edərək ünvan 3 ünvanında yaşadığı binanın aşağı hissəsində mühafizəçi postunun qarşısında onu gözlədiyini demişdir. Yaşadığı binanın yaxınlığına çatdıqdan sonra idarə etdiyi tünd boz rəngli “Mercedes E220” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilini yol kənarında dayandırmışdır. Həmin anda Aftandilin orada dayanıb onu gözlədiyini görmüşdür. Aftandil həmişəki kimi idarə etdiyi tünd boz rəngli “Hyundai” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilini onun avtomobilindən təxminən 5 metr kənarda saxlamışdır. Ora çatdıqdan sonra Aftandil tək halda öz avtomobilindən düşüb onun avtomobilinin yanına gələrək qabaq sağ sərnişin oturacağında əyləşmişdir. Həmin anda idarə etdiyi avtomobil yolu bağladığı üçün avtomobili yaşadığı binanın qarajına salmışdır. Qarajda avtomobilin içində Aftandil ondan pulu verməyini xahiş etmiş və avtomobildə onu gözləyən şəxsin tələsdiyini demişdir. Aftandildən dollar barədə soruşduqda Aftandil dolların avtomobilində əyləşən digər şəxsdə olduğunu və manatı verdikdən sonra dolları alıb gətirəcəyini demişdir. Aftandili tanıdığı və etibar etdiyi üçün ümumilikdə 102.120 (bir yüz iki min yüz iyirmi) manat pulu qırmızı rəngli sellofan torbanın içində Aftandilə vermişdir. Həmin anda Aftandil pulun üzərindən 120 manatı götürərək öz qazancı olduğunu demişdir. Avtomobil ilə yenidən geri qayıdaraq qarajdan çıxdıqdan sonra Aftandil avtomobildən düşüb öz maşınına tərəf getmişdir. Həmin anda digər şəxs avtomobildən kənarda telefonla danışırmış, Aftandilin gəldiyini gördükdə o da Aftandilin avtomobilində əyləşmişdir. Ardınca Aftandil avtomobildən düşüb əlində olan qara rəngli hədiyyə paketi ilə ona yaxınlaşmış və avtomobilin pəncərəsindən həmin paketi ona vermişdir. Aftandil geri qayıdıb pulu verdiyi şəxslə 1-2 saniyə danışdıqdan sonra digər şəxs iti addımlarla oradan uzaqlaşmağa başlamışdır. Aftandilə etibar etdiyi üçün həmin anda paketin içinə baxmamış, təxminən 3-4 dəqiqə keçdikdən və avtomobilini binanın qarajına saldıqdan sonra paketin ağzında düyünlənmiş ipi açaraq içində olan şəffaf rəngli sellofan torbanı çıxarmışdır. Həmin torbanın içində kip halda rezinlə sıxılmış 6 ədəd pul bağlaması olmuşdur. Lakin baxdığı anda həmin pulların saxta olduğunu görmüş və dərhal Aftandilə zəng etmişdir. Aftandilə pulların saxta olduğunu, dərhal digər şəxsə zəng etməsini demişdir. Təxminən 5 dəqiqə ərzində Aftandil zəng etmədiyi üçün yenidən Aftandilə zəng etmişdir. Aftandil digər şəxsin telefona cavab vermədiyini deyib “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə ona həmin şəxsin ***-***-**-** saylı mobil nömrəsini göndərmişdir. Özü də həmin nömrəyə zəng etsə də, lakin ümumiyyətlə zəng çatmamışdır. Yenidən Aftandilə zəng edərək geri qayıtmasını, birlikdə qərar vermələrini demişdir. Lakin Aftandilin gecikdiyini gördükdə Aftandilə işlədiyi şirkətə getməsini, özünün də həmin yerə, yəni Müzəffərin yanına getdiyini demişdir. Bundan sonra Müzəffərə məxsus ofisə getmiş, Aftandil artıq orada onu gözləmişdir. Aftandil danışdığı üçün Müzəffər də məsələdən xəbərdar olmuşdur. Aftandildən pulu verdiyi şəxsi tanıyıb-tanımadığını soruşduqda Aftandil və Müzəffər həmin şəxsin onların müştərisi olan Elnur adlı şəxsin tanışı olduğunu demiş və Elnurun ***-***-**- ** saylı nömrəsini ona demişlər. Onların yanında Elnura zəng edib həmin şəxsin kim olduğunu soruşmuş, Elnur həmin şəxsin adının Rövşən olduğunu və atasının tanışı olduğunu demişdir. Elnura həmin şəxsi tapmasını və ona pulu qaytarmasını, əks halda şikayət edəcəyini demişdir. Sonrakı müddətdə Elnur və Aftandillə bir neçə dəfə əlaqə saxlasa da, onlar Rövşəni tapa bilmədiklərini demişlər. Buna görə də o, Aftandilin ona verdiyi saxta pulları da götürərək Bakı Şəhər Baş Polis İdarəsinə gedərək şikayət etmişdir. Sonradan Təqsirləndirilən şəxs onu aldadıb valyuta dəyişmə adı ilə onun 102.120 (bir yüz iki min yüz iyirmi) manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bilmişdir. Araşdırma zamanı da müstəntiq tərəfindən əsginaslar sayıldıqda Aftandilin ona ümumilikdə 596 ədəd saxta 100 ABŞ dolları pul əsginası verdiyi və həmin əsginasların hər birinin ön və arxa tərəflərində “ETİBARSİZDİR” yazısının qeyd edildiyi məlum olmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın 87000 manat məbləğində pul vəsaiti formasında, qalan məbləğin bir hissəsinin isə onun pul vəsaiti hesabına alınmış əşyalar, eləcə də bir ədəd “İphone” markalı mobil telefon verilməsi nəticəsində qaytarıldığı, lakin hazırda cəmi 9400 manat məbləğində ona vurulmuş ziyandan ödənilməmiş qaldığını bildirərək həmin pul vəsaitini təqsirləndirilən şəxsdən tələb etdiyini və ona qanuna müvafiq olaraq cəza təyin edilməsini xahiş etdi.

7. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, 2015-ci ildən etibarən ünvan 4 ünvanında yerləşən “Galaxy Travel” turizm şirkətində sürücü-kuryer işləyir. Həmin şirkətin rəhbəri Müzəffər Abbasovdur. Zərərçəkmiş şəxs da məhz Müzəffərin sayəsində tanımışdır. Belə ki, Şövqi valyuta dəyişmə işi ilə məşğul olduğu üçün işlədiyi şirkətə müştəri dollar ilə ödəniş etdikdə Müzəffər həmin pulu ona verərək Şövqinin yanına getməyini və dəyişdirməyini demişdir. Son 2 il ərzində bir neçə dəfə Bakı şəhəri Nəsimi rayonunda “Zabitlər bağı”nın yanında yerləşən Şövqinin yaşadığı binanın yaxınlığında Şövqi ilə görüşmüş və özündə olan dolları Şövqiyə verərək əvəzində manat almışdır. Şövqi dolları və manatı gündəlik məzənnəyə uyğun olaraq dəyişmişdir. 3 oktyabr 2024-cü il tarixdə saat 9 radələrində tanışı və işlədiyi şirkətin subagenti olan “Cruise Travel” şirkətinin rəhbəri Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək atasının tanışının 50.000 ABŞ dollar pulunun olduğunu və həmin pulu manata dəyişmək istədiyini demişdir. Elnur valyuta dəyişmə işi ilə məşğul olan tanışının olub-olmadığını soruşduqda Elnura “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə ona yazmasını demişdir. Bundan sonra Elnur həmin tətbiqdə ona mesaj yazaraq 50.000 ABŞ dolları pulu manata çevirmək istədiyini demişdir. O həmin anda “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Şövqiyə zəng edərək tanışının 50.000 ABŞ dolları pulu manata çevirmək istədiyini demişdir. Şövqi isə həmin anda o məbləğdə manatının olmadığını, yalnız 2-3 saat ərzində manat düzəldə biləcəyini demişdir. O da Elnura pulu dəyişmək üçün tanışının olduğunu və məsələni həll edəcəyini bildirdikdə Elnur nəticədə ona da pul ilə hörmət edəcəyini demişdir. Sonradan Elnur ona mesaj yazaraq tanışının 60.000 ABŞ dolları pul dəyişmək istədiyini dedikdə o, Şövqiyə bu barədə bildirmiş, Şövqi isə 30.000 ABŞ dollarının qarşılığında manat tapa bildiyini, qalan pulu 1-2 saata tapacağını demişdir. O, Elnura özünün də həmin şəxslə birlikdə gəlməsini dedikdə Elnur tanışının tələsdiyini, özünün isə bir qədər yubanacağını demişdir. Elnur həmin şəxsin onunla əlaqə saxlamasını və həmin şəxsin ora tək gələcəyini, özünün də yolda olduğunu demişdir. O, razılaşdığı üçün Elnur həmin şəxsə onun nömrəsini vermiş və bir neçə dəqiqədən sonra ***-***-**-** saylı mobil nömrədən ona zəng gəlmişdir. Danışan şəxs Elnurun dediyi şəxs olduğunu deyib ondan hara gəlməyini soruşmuşdur. Həmin şəxsə çatdıqdan sonra “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə konum, yəni nişangah göndərəcəyini demişdir. Bundan sonra saat 13 radələrində idarə etdiyi şirkətə məxsus boz rəngli, “Hyundai Accent” markalı, **- RY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmişə Şövqi ilə görüşdüyü yerə, Şövqinin yaşadığı evin yaxınlığına getmişdir. Ora çatdıqdan sonra Şövqiyə zəng edərək çatdığını demiş, sonuncu da yolda olduğunu və bir neçə dəqiqəyə çatacağını demişdir. Daha sonra o, “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Elnura və ona zəng edən digər şəxsə məkan göndərmişdir. İlk olaraq Elnurun dediyi digər şəxs onun yanına çatmış və zəng edib piyada halda onun olduğu yerə gəlmişdir. Həmin şəxsin əlində qara rəngli hədiyyə paketi olmuşdur. Həmin şəxsdən pul barədə soruşduqda o, sanki qorxaraq və ətrafından ehtiyat edərək paketin ağzını aralayıb içində şəffaf rəngli sellofan torbanın içində olan 6 ədəd rezinlə kiplənmiş dollar bağlamalarını ona göstərmişdir. Elnuru tanıdığı üçün həmin şəxsdən şübhələnməmiş, lakin həmin şəxs ondan ehtiyat etdiyi üçün pulu əvvəlcədən ona verməmişdir. Həmin şəxsə avtomobilə əyləşməsini və gözləmələrini demişdir. Saat 13:30 radələrində Şövqi idarə etdiyi tünd boz rəngli “Mercedes” markalı avtomobillə həmin yerə gəlmişdir. Şövqinin gəldiyini gördüyü vaxt yanında əyləşən şəxs mobil telefonda kiminləsə uşağının xəstəxanaya aparılması barədə danışmışdır. Həmin anda digər şəxsin əlində olan paketi götürmək istəmiş, lakin həmin şəxs əli ilə onun əlini kənara çəkmişdir. Digər şəxsin ondan ehtiyat etdiyini və ona inanmadığını düşünmüş, buna görə də tək halda öz avtomobilindən düşüb Şövqinin maşınına yaxınlaşmışdır. Həmin avtomobilin qabaq sağ oturacağında əyləşdikdən sonra Şövqi maşını qaraja sürmüşdür. Qarajda Şövqi ona qırmızı rəngli sellofan torbanın içində ümumilikdə 102.120 manat pul vermişdir. O, Elnurla məzənnəni 1,70 manata razılaşdığı üçün pulun üzərindən 120 manatı qazanc kimi özünə götürmüşdür. Daha sonra Şövqi yenidən maşını qarajdan çıxarmışdır. Şövqinin avtomobilindən düşüb öz idarə etdiyi maşma tərəf getdiyi vaxt artıq digər şəxs maşının yanında dayanmış və telefonla danışmışdır. O öz avtomobilinə əyləşdikdən sonra digər şəxs yenidən avtomobildə onun sağ tərəfində əyləşmişdir. Avtomobildə digər şəxsə Şövqinin verdiyi 102.000 manat pulu verərək razılaşdıqları kimi 102.000 manat olduğunu demişdir. Digər şəxs ondan pulu aldıqdan sonra təşəkkür edərək əlində olan qara rəngli hədiyyə paketini ona vermişdir. O da yenidən avtomobildən düşüb Şövqinin maşınına yaxınlaşmışdır. Şövqinin maşının pəncərəsindən həmin paketi verib öz maşınına tərəf qayıtdığı vaxt artıq digər şəxsin avtomobilin arxa tərəfində olduğunu görmüşdür. Həmin şəxsə yaxınlaşdığı anda digər şəxs Elnurla özünün söhbət edəcəyini deyib iti addımlarla oradan uzaqlaşmağa başlamışdır. Avtomobilə əyləşdikdən sonra narahat olduğu üçün Şövqiyə səsli mesaj göndərərək pulu saymasını və ona da məlumat verməsini demişdir. Bir neçə dəqiqədən sonra Şövqi ona zəng edərək verdiyi dollarların saxta olduğunu dedikdə ani olaraq narahatlıq keçirmiş və dərhal pulu verən şəxsə zəng etmişdir. Telefonunun bağlı olduğunu gördükdə Elnura zəng edib məsələni danışaraq köməklik etməsini xahiş etmişdir. Elnur da narahat olub özünün də zəng edəcəyini demişdir. Daha sonra Şövqi ona zəng edərək evinin yanına çağırmış, lakin tıxac olduğu üçün o yubanmışdır. Bundan sonra Şövqi ona zəng edərək işlədiyi şirkətə getməyini, özünün də ora getdiyini demişdir. Ofisə getdikdən bir neçə dəqiqə sonra Şövqi həmin ofisə gəlmiş, Şövqiyə pulu verən şəxsi tanımadığını, həmin şəxsin Elnurun tanışı olduğunu demişdir. Şövqi də həmin anda Elnura zəng edərək ofisə çağırmışdır. Bu müddət ərzində də o və Şövqi dəfələrlə həmin şəxsə zəng etsələr də, lakin telefon bağlı olduğundan əlaqə saxlaya bilməmişlər. O, dolları gətirən şəxsin saxta pul gətirdiyini, onun Şövqiyə verdiyi pulun saxta olduğunu əvvəlcədən bilməmiş, bu barədə həmin şəxs ona heç nə deməmişdir. O, sadəcə 120 manat qazanc əldə edəcəyini düşünərək Elnurun tanışı olan şəxsə kömək etmək istəmişdir.O, əvvəllər Şövqi ilə 1-2 dəfə dolları manata dəyişdirmiş, lakin qazanc əldə etmək məqsədi güdməmişdir. Ona hazırkı iş üzrə dəyişilən puldan 120 manat çatmalı olmuşdur. Sonradan Şövqi bu barədə polis orqanına şikayət etmiş və istintaq zamanı Şövqiyə dələduzluq edib saxta dollar verən şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişlər.

8. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 3 oktyabr 2024-cü il tarixdə, saat 9 radələrində atası Şahid3 ona zəng edərək tanışı olan Rövşən adlı şəxsin 30-40.000 ABŞ dolları pulu manata çevirmək istədiyini və ona ediləcək kömək müqabilində zəhmət haqqı kimi pul ilə hörmət etmək fikrinin olduğunu demişdir. Atası belə bir işlə məşğul olan tanışının olub-olmadığını soruşduqda konkret söz deməmiş, ancaq maraqlandıqdan sonra zəng edəcəyini demişdir. Daha sonra ağlına “Galaxy Travel” şirkətində kuryer işləyən Aftandil gəlmişdir. Həmin şirkətlə əlaqəli işlədiyindən bəzi hallarda həmin şirkətə dollarla ödəniş edən şəxslərin verdiyi pulları Aftandilin manata çevirməsinin şahidi olmuşdur. Bundan əlavə, Aftandili 7 ildən artıq müddətdir tanıdığı üçün etibar etmişdir. Daha sonra Aftandilə zəng edib 30-40.000 ABŞ dollar pul olduğunu və manata dəyişmək lazım olduğunu demiş, Aftandil həll edə biləcəyini dediyi üçün o, atasına zəng edib razılıq vermişdir. Atası bundan sonra ona Rövşən adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsini ona göndərmiş, o da həmin nömrəyə zəng edib Elxanın oğlu olduğunu demişdir. Həmin şəxs ondan 50.000 ABŞ dolları pulu manata çevirməyini xahiş etmiş, əvəzində ona zəhmət haqqı kimi hörmət edəcəyini demişdir. O da kömək etmək istədiyi üçün həmin şəxslə razılaşmışdır. Bundan sonra “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Aftandilə mesaj yazaraq 50.000 ABŞ dolları olduğunu demişdir. Aftandil isə pulu gətirməyini və dəyişə biləcəyini demişdir. Daha sonra Rövşən yenidən ona zəng edərək ümumi məbləğin 60.000 ABŞ dolları olduğunu, həmin pulu 1,70 məzənnə ilə ümumilikdə 102.000 manata dəyişmək istədiyini demişdir. O, yenidən Aftandilə bu barədə yazmış, Aftandil yenə məsələni həll edə biləcəyini demişdir. Aftandil ona işlədiyi ofisin yanına getməyini, özünün də ora gələcəyini demişdir. Ofisin yanına çatdıqdan sonra Aftandil ofisdən çıxıb onun yanına gəlmişdir. Aftandil onun idarə etdiyi “Hyundai İX 35” markalı, **- CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdikdən sonra Rövşəni gözləməyə başlamışlar. Rövşən ona zəng edərək pul dəyişmə prosesində özünün də iştirak etmək istədiyini, lakin uşağını arvadı ilə birlikdə həkimə aparmalı olduğu üçün tələsdiyini demişdir. Aftandil isə dostu Şövqi adlı şəxsin hələlik pulu tam hazır etmədiyini, buna görə də gözləməli olduqlarını demişdir. Aftandildən Şövqi ilə harda görüşəcəklərini soruşduqda X17 rayonunda “Zabitlər bağı’nın yaxınlığında yaşadığını demişdir. Belə olduğu təqdirdə Aftandilə maşından düşüb həmin ünvana özünün getməsini, bu müddətdə uşağını məktəbdən götürüb evə aparacağını, daha sonra özünün də ora gedəcəyini demişdir. Bundan sonra Aftandilin mobil nömrəsini Rövşənə göndərmişdir. Bir neçə dəqiqədən sonra Aftandil dediyi ünvana çatıb ona “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə məkan göndərmişdir. Həmin anda o, artıq uşaqlarının təhsil aldığı 132 nömrəli məktəbə çatıb uşaqlan məktəbdən götürmüş və yaşadığı evə aparmışdır. Bundan sonra Aftandilin göndərdiyi ünvana getmiş, artıq saat 15 radələri olmuşdur. Orada heç kimin olmadığını görmüş və ilk olaraq Rövşənə zəng etmişdir. Lakin telefonu bağlı olduğu üçün əlaqə saxlaya bilməmişdir. Bundan sonra Aftandilə zəng edərək harada olduqlarını soruşmuş, Aftandil isə artıq məsələnin həll olunduğunu demişdir. Aftandildən Rövşənə nə qədər pul verildiyini soruşmuş, Aftandil isə Rövşənə ümumilikdə 102.000 manat pul verdiklərini demişdir. Eyni zamanda Aftandil Rövşənin özünün onunla danışıb hörmət edəcəyini deməsini bildirmişdir. Lakin o, yenə də zəng etsə də, Rövşənin telefonu bağlı olmuşdur. 2- 3 dəqiqə sonra Aftandil təkrar ona zəng etmiş və ağlayaraq Rövşənin verdiyi bütün dollarların saxta olduğunu aşkar etdiklərini demişdir. O, narahatlıq keçirməyə başlamış və ardıcıl olaraq Rövşənə zəng etmiş, lakin telefon bağlı olmuşdur. Eyni zamanda, “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə Rövşənə mesaj yazmış, lakin mesajlar da çatmamışdır. Bundan sonra Şövqi özü ona zəng edərək Rövşən barədə soruşduqda o, Rövşəni tanımadığını, atasının tanışı olduğunu demişdir. O, Rövşənin onların vasitəsilə Şövqiyə saxta dollar verərək əvəzində manat alacağını əvvəlcədən bilməmişdir. Bu barədə Rövşən ona heç nə deməmişdir. O, sadəcə atasının tanışı olan Rövşənə kömək etmək istəmişdir. O, həmin şəxsi ümumiyyətlə görməmiş və əvvəllər əlaqəsi olmamışdır.

9. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, təqaüdçü olsa da, İçərişəhərdə yerləşən “Sehirli təndir” restoranında administrator kimi işləyir. Təqsirləndirilən şəxs adlı şəxsi təxminən 2017-ci ildən etibarən tanımışdır. Belə ki, həmin vaxtdan etibarən 2018-ci ilə qədər Rövşən arvadı və 2 azyaşlı uşağı ilə birlikdə ay ərzində 1 dəfə, yaxud 2 ayda 1 dəfə onun işlədiyi restorana müştəri kimi gəlmişdir. Rövşən həmişə özünü imkanlı şəxs kimi təqdim etmişdir. Daimi olaraq gəldiyi üçün Rövşən onun mobil nömrəsini götürmüş və gəlmədən öncə ona zəng edərək sifariş vermişdir. Rövşəni mədəni və normal insan kimi tanımış, hər hansı pis davranışının şahidi olmamışdır. Hətta Rövşən ona “dayı” deyə müraciət etmiş və özünün Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşadığını demişdir. 2018-ci ildə həmin restoran təmirə bağlandığı üçün o, işə çıxmamış, sonrakı müddətdə də Rövşənlə ümumiyyətlə əlaqəsi olmamışdır. Rövşən heç vaxt ona zəng etməmiş, yaxud Rövşəni hardasa görməmişdir. 2021-ci ildən etibarən isə eyni restoranda işinə davam etmişdir. 3 oktyabr 2024-cü il tarixdə, saat 9 radələrində işdə olduğu vaxt istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmişdir. Telefona cavab verdikdən sonra danışan şəxs ona salam verib tanışlıq etmiş və Rövşən olduğunu demişdir. Səsini də xatırladığı üçün həmin şəxsin əvvəlki müddətdə restorana daimi müştəri kimi gələn Rövşən olduğunu anlamışdır. Rövşən onunla hal-əhval etdikdən sonra 30-40.000 ABŞ dolları pulunun olduğunu və manata çevirmək istədiyini demişdir. O, Rövşənə həmin məbləğdə pulunun olmadığını, özünün borclarının olduğunu demişdir. Rövşən isə ondan valyuta dəyişmə ilə bağlı tanış adam tapıb köməklik etməyini, əvəzində ona da zəhmət haqqı kimi hörmət edəcəyini demişdir. O özünün belə bir tanışının olmadığını, lakin maraqlanacağını demişdir. Sonradan mobil telefonuna baxdıqda Rövşənin bir gün əvvəl gecə saatlarında o yatdığı vaxt ona zəng edib və səsli mesajlar göndərdiyini görmüşdür. Daha sonra o, oğlu Şahid2 ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Elnura tanışının dollar dəyişmək istədiyini, valyuta dəyişmə işi ilə məşğul olan tanışının olub-olmadığını soruşmuşdur. Elnur da onun kimi maraqlanıb xəbər yerəcəyini demişdir. Bir neçə dəqiqədən sonra oğlu Elnur ona zəng edərək pulu dəyişə biləcək tanışının olduğunu demiş, o, Elnura Rövşənin mobil nömrəsini göndərmiş və özlərinin danışmasını demiş, bu barədə Rövşənə də məlumat vermişdir. Sonrakı 1-2 saat ərzində oğlu Elnura zəng edərək maraqlandığı vaxt Elnur dostunun kifayət qədər manatının olmadığını, dostunu gözlədiklərini, Rövşənin kömək müqabilində hörmət edəcəyini bildirmişdir. Daha sonra saat 14 radələrində oğlu Elnur ona zəng edərək Rövşənin dostuna pul dəyişmək adı ilə saxta dollarlar verdiyini, buna görə də problem yarandığını demişdir. Bundan sonra o, dəfələrlə Rövşənin nömrəsinə zəng etsə də, lakin Rövşən telefona cavab verməmişdir. Onun yaxud oğlu Elnurun Rövşənin valyuta dəyişən şəxsə saxta pul verəcəyi barədə əvvəlcədən məlumatları olmamışdır.

10. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və Şahid5 göstərmişdir ki, o, etibarnamə və icarə əsasında mavi rəngli “Opel Astra” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Əsasən “Koroğlu” metrostansiyası ilə Pirşağı qəsəbəsi arasında olan marşrut üzrə hərəkətdə olur. 3 oktyabr 2024-cü il tarixdə, saat 17 radələrində “Koroğlu” metrostansiyasının yanına çatıb müştəri gözləməyə başlamışdır. Həmin anda orada dayanan digər taksi sürücüsü ona əvvəlcə “28 May” metrostansiyasına, oradan isə Buzovna qəsəbəsinə getmək istəyən müştəri olduğunu və 30 manat pul verəcəyini demişdir. Həmin sürücü özünün Pirşağıya gedəcəyi üçün sərf etmədiyini deyib müştərini onun götürməyini təklif etmiş, o da razılaşmışdır. Həmin anda müştəri də onların yanında olmuşdur. Həmin şəxs ona yaxınlaşıb salam verdikdən sonra özünün avtomobillə olduğunu, həmin avtomobili başqa şəxsə verdikdən sonra onun avtomobilinə əyləşəcəyini və bundan sonra “Qış parkı”nın yanında yerləşən “Elite Aptek”ə gedəcəklərini demişdir. Buna görə də həmin şəxs öz avtomobili ilə ardınca getməyini xahiş etmişdir. Daha sonra həmin şəxs boz rəngli “Hyundai Elantra” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilə əyləşib idarə etməyə başlamışdır. “Koroğlu” metrostansiyasının arxa tərəfindən keçən yolla gedərək “Bravo” supermarketin arxa tərəfində yerləşən binanın qarşısında dayanmışlar. Orada həmin şəxs idarə etdiyi avtomobildən düşüb binanın 2-ci mərtəbəsinə qalxmışdır. 3-4 dəqiqə sonra həmin şəxs əlində içində ev iti olan qəfəslə bayıra çıxmışdır. Həmin qəfəsi idarə etdiyi avtomobilin arxa yük yerinə qoyduqdan sonra yenidən hərəkətə başlamış və geriyə, “Koroğlu” metrostansiyasının yanına qayıtmışlar. Orada təxminən 10 dəqiqə gözlədikdən sonra oraya tanımadığı bir nəfər şəxs gəlmiş, müştəri kimi gözlədiyi şəxs isə avtomobildən düşüb avtomobildə olan heyvan qəfəsini və 1-2 ədəd sellofan torbanı, həmçinin belə asılan kiçik ölçülü əl çantasını götürüb onun maşınının yanına gəlmişdir. Heyvanı qəfəslə birlikdə maşının arxa yük yerinə, digər yüklərini isə arxa oturacağa qoymuş və özü də arxa oturacaqda əyləşmişdir. Ora gələn şəxs isə “Hyundai Elantra” markalı avtomobilə əyləşib uzaqlaşmışdır. O isə avtomobili idarə edərək yollarına davam etmişlər. Avtomobilinə əyləşən şəxs ilə yol boyu ümumiyyətlə hər hansı söhbəti olmamışdır. Həmin şəxs bu müddətdə 1-2 dəfə telefonda kiminləsə danışmış, həmçinin səsli mesaj göndərmişdir. Avtomobildə radio işlədiyi üçün həmin şəxsin konkret olaraq nə danışdığını eşitməmişdir. Lakin həmin şəxsin kiməsə “can qardaş, üzrlü say, gecikdim” kimi sözlər deyib səsli mesaj göndərməsini eşitmişdir. Təxminən 20 dəqiqə sonra “Qış parkı’’nın yanında yerləşən “Elite Aptek”ə çatmış və aptekdən təxminən 20-30 metr irəlidə avtomobili saxlamış, arxa oturacaqda əyləşən şəxs avtomobildən düşmüş və xatırladığı qədəri ilə qırmızı rəngli sellofan torbasını da özü ilə götürmüşdür. Təxminən 2-3 dəqiqə sonra həmin şəxs aptekdən çıxıb yenidən avtomobilə əyləşmiş və ondan avtomobili Buzovna qəsəbəsinə sürməyini xahiş etmişdir. Saat 18 radələrində “Hava Limanı” yolunda olduqları vaxt həmin şəxs ona öz telefonunda balansın olmadığını deyib ondan telefonunu danışmaq üçün verməyini xahiş etmişdir. O da razılaşıb öz telefonunu həmin şəxsə vermişdir. Həmin şəxs kiməsə zəng edib təxminən 15-20 saniyə danışmış və telefonu ona qaytarmışdır. Bundan sonra həmin şəxs ona Buzovna qəsəbəsinə deyil, Şüvəlan qəsəbəsində yerləşən “Qres” deyilən əraziyə gedəcəklərini, ona əlavə pul verəcəyini demişdir. O da həmin şəxslə razılaşıb yola davam etmişdir. Saat 18:20-18:30 radələrində o, “Qres” deyilən əraziyə çatmış və orada həmin şəxsin izah etdiyi məhəllədə avtomobili saxlamışdır. Həmin şəxs avtomobilindən düşüb öz yüklərini götürmüş və ona 50 manat zəhmət haqqı vermişdir. Eyni zamanda, həmin şəxs ona verdiyi puldan qalıq qaytarmamağını demiş və çıxıb getmişdir. O da geri qayıdaraq yenidən “Koroğlu” metrostansiyasının yanına getmişdir. 4 oktyabr 2024-cü il tarixdə, saat 7 radələrində mobil telefonuna baxdığı vaxt gecə saat 00:40-da ***-***-**-** saylı tanımadığı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəldiyini görmüşdür. Həmin nömrəyə zəng etsə də, lakin telefona cavab verilməmiş, 1 dəqiqə sonra həmin nömrədən yenidən ona zəng gəlmişdir. Telefonu açdığı vaxt danışan şəxsə gecə ona zəng etdiyini demiş, həmin şəxs isə onun Rövşən olub-olmadığını soruşmuşdur. O, Rövşən olmadığını dedikdə danışan şəxs üzrxahlıq edib səhv düşdüyünü demişdir. Daha sonra “Getcontact” proqramı vasitəsilə baxdığı vaxt həmin nömrənin “Rent a car”, yəni avtomobil icarəsi ilə bağlı kiməsə məxsus olduğunu görmüşdür. Eyni zamanda, telefonunda sonuncu zənglərə baxdığı vaxt 3 oktyabr 2024-cü il tarixdə, saat 18:00-da onun nömrəsindən həmin nömrəyə zəng edildiyini görmüşdür. Düşündüyü zaman avtomobilinə müştəri kimi əyləşən şəxsin ondan telefonu danışmaq üçün istədiyi vaxt məhz həmin nömrəyə zəng etdiyini xatırlamışdır. Sonrakı müddətdə həmin nömrə ilə əlaqə saxlamamış, yaxud həmin müştərini görməmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 54-56; Cild 2, i.v.45-48;).

11. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və Şahid4 ifadəsində göstərmişdir ki, o, “Get rent a Car” şirkətində servis xidmətçisi işləyir. Belə ki, həmin şirkətin fəaliyyəti ayrı-ayrı fiziki və hüquqi şəxslərə avtomobillərin icarə əsasında verilməsindən ibarətdir. Həmin şirkətin həm internet saytı, həm də sosial şəbəkə hesabları var. Həmin sayt və səhifələrdə əlaqə nömrələri kimi +994 55 *** ** ** və +994 50 *** ** ** saylı mobil nömrələr qeyd edilmişdir. Şirkətin ofisi isə Bakı şəhəri H.Əliyev prospekti 87/89 ünvanında yerləşir. Müştərilər şəxsən ofisə müraciət edərək müvafiq sənədləri təqdim etməklə icarə müqaviləsini imzalayır. Bundan sonra isə ona istəyinə uyğun avtomobil təqdim edilir. Qiymətlər isə avtomobilin markasından asılı olaraq günlük olaraq müəyyən edilir. Bundan başqa, bəzi hallarda müştərilər əlaqə nömrələri ilə əlaqə saxlayaraq avtomobili olduqları yerə çatdırılmasım istəyirlər. Bu halda o həmin müştərinin mobil telefon vasitəsilə göndərdiyi şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin fotoşəkillərinə əsasən ofisdə icarə müqaviləsini tərtib edir. Daha sonra həmin şəxsin istədiyi avtomobili olduğu ünvana çatdıraraq icarə müqaviləsini imzaladıqdan sonra avtomobilin açarlarını təqdim edir. Eyni zamanda, icarə müqaviləsi 2 nüsxədə tərtib edilir və 1 nüsxəsi müştəriyə təqdim edilir. 03 oktyabr 2024-cü il tarixdə +994 50 *** ** ** saylı mobil nömrədən müştəri şirkətə məxsus +994 50 *** ** ** saylı mobil nömrəyə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə zəng edərək avtomobil icarəyə götürmək istədiyini bildirmişdir. Bundan sonra o, şirkətə məxsus +994 55 *** ** ** saylı mobil nömrə ilə yenə də “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə həmin nömrəyə zəng etmiş, lakin zəng çatmamışdır. Ardınca həmin nömrədən zəng gəlmiş, danışan şəxs icarə verilən avtomobillər barədə soruşmuşdur. Həmin şəxsə icarə verilə biləcək avtomobillər və qiymətləri barədə məlumat vermişdir. Həmin şəxs onun dediyi avtomobillər arasından 2020-ci il istehsalı olan “Hyundai Elantra” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmək istədiyini demişdir. Həmin şəxs Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində olduğunu demiş və ondan avtomobili həmin ünvana çatdırmağını xahiş etmişdir. Lakin həmin şəxs ona tələsməməyini, özünün də işlərinin olduğunu demişdir. Həmçinin həmin şəxs avtomobili 1 ay müddətinə icarəyə götürdüyünü, lakin ilkin olaraq 15 günün ödənişini edə biləcəyini demişdir. Bundan sonra onun istəyi əsasında həmin şəxs özünün şəxsiyyət və sürücülük vəsiqələrinin şəkillərini ona göndərmişdir. Vəsiqə əsasında müştərinin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Buna görə də ofisdə Təqsirləndirilən şəxs adına 1 ay müddətində qüvvədə olan icarə müqaviləsi hazırlanmışdır. Həmin müqavilə şirkətin hüquqi sahibi İnci Yusifova tərəfindən imzalandıqdan və möhürləndikdən sonra saat 16 radələrində o, ofisdən çıxmış və həmin avtomobili idarə edərək Şüvəlan qəsəbəsində “Qres” deyilən əraziyə aparmışdır. Yol boyu Rövşənə səsli mesaj göndərərək artıq yolda olduğunu demişdir. Saat 18 radələrində Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrədən ona zəng edərək yolda olduğunu və bir neçə dəqiqəyə çatacağını demişdir. Təxminən saat 18:30 radələrində Rövşən onun olduğu yerə, konkret olaraq “Mirmövsüm Ağa” ziyarətgahının avtomobil duracağına gəlmişdir. Rövşənə avtomobili idarə etməsi ilə bağlı müqavilədə əks olunan şərtləri izah etmişdir. Rövşən günlük 60 manat olmaqla 15 gün üçün 900 manat, depozit olaraq 100 manat, çatdırılma xərci olaraq 40 manat, həmçinin 15 gündən sonra növbəti artıracağı gün üçün 60 manat olmaqla ona ümumilikdə 1.100 manat pul vermişdir. O, Rövşənə müqaviləni təqdim edərək imzalamasını xahiş etmiş, Rövşən hər iki nüsxəni imzaladıqdan sonra bir nüsxəni Rövşənə təqdim etmişdir. Bundan sonra Rövşən əlində saxladığı içində it olan heyvan qəfəsini, həmçinin qırmızı və digər rənglərdə olan sellofan torbaları avtomobilin arxa yük yerinə qoymuşdur. Bundan sonra o, ayrılıb ofisə getmiş və aldığı 1.100 manatı kassaya təqdim etmişdir. 4 oktyabr 2024-cü il tarixdə, gecə saatlarında istifadəsində olan şirkətə məxsus mobil telefonda quraşdırılmış “SMS radar” tətbiqinə “Hyundai Elantra” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürət həddini bir neçə dəfə aşması ilə bağlı cərimə edilməsi barədə bildirişlər gəlmişdir. O həmin protokolların fotoşəkillərini “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Təqsirləndirilən şəxs +994 50 *** ** ** saylı mobil nömrəsinə göndərsə də, şəkillər Rövşənə çatmamışdır. Bundan sonra Rövşənin gün ərzində ona zəng etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, lakin telefona cavab verilməmişdir, 4 oktyabr 2024-cü il tarixdə həmin nömrədən ona zəng edilmiş, danışan şəxs gecə saatlarında onun zəng etdiyini dedikdə həmin şəxsdən Rövşən olub-olmadığını soruşmuşdur. Həmin şəxs Rövşən olmadığını dedikdə o, üzrxahlıq edib telefonu söndürmüşdür. Saat 11:32-də yenidən +994 50 *** ** ** saylı mobil nömrəyə zəng etmiş, lakin Rövşən cavab verməmişdir. Rövşənin yayındığını düşünərək avtomobildə quraşdırılmış “GPS” sistemindən istifadə etməklə avtomobili söndürmüşdür. Bu halda avtomobilin mühərrikini işə salmaq mümkün olmur. Saat 12:46-da Rövşən +90 536 *** ** ** saylı mobil nömrədən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə şirkətin +994 50 *** ** ** saylı mobil nömrəsinə zəng edərək ondan avtomobili aktivləşdirməyini xahiş etmişdir. Rövşənə cərimələr barədə məlumat verdikdə Rövşən həmin mobil nömrəyə protokolları və bank kartının nömrəsini göndərməyini istəmişdir. O da protokolların fotoşəkillərini və istifadəsində olan bank kartının üzərindəki 16 rəqəmli kodu +90 536 *** ** ** saylı mobil nömrəyə göndərmişdir. Lakin Rövşən sonrakı müddətdə həmin cərimələri ödəməmiş, bundan sonra onun, yaxud şirkətin həmin şəxslə heç bir əlaqəsi olmamışdır. Rövşən ona 1.100 manat pulu ödəyərkən həmin pulu hansı formada əldə etməsi barədə heç nə deməmiş, ona 11 ədəd 100-lük manat əsginaslar vermişdir. Rövşəni ilk dəfə görmüş, əvvəllər heç bir münasibəti olmamışdır. Həmçinin Rövşən əvvəlki müddətdə onun işlədiyi şirkətdən avtomobil icarəyə götürməmişdir (Cild 1, i.v. 178-182;).

12. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X9 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, İ.Ə.Yusifova həmin ifadəsində məhkəməyədək icraat zamanı şahid qismində dindirilməklə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verməklə əlavə olaraq göstərmişdir ki, o, hazırda “Get Rent a Car” şirkətinin direktoru vəzifəsində işləyir, həmin şirkət 2023-cü ildə təsis edilmişdir. Şirkətin fəaliyyəti ayrı-ayrı fiziki və hüquqi şəxslərə avtomobillərin icarə əsasında verilməsindən ibarətdir. Həmin şirkətin həm internet saytı, həm də sosiial şəbəkə hesabları var. Həmin sayt və səhifələrdə əlaqə nömrələri kimi +994 55 *** ** ** və +994 50 *** ** ** saylı mobil nömrələr qeyd edilmişdir. Şirkətin ofisi isə Bakı şəhəri, H.Əliyev prospekti 87/89 ünvanında yerləşir. Onlar tərəfindən heç vaxt müştəriyə ödənilən pulun hansı formada əldə edilməsi barədə sual verilmir, buna görə də Təqsirləndirilən şəxs şirkətə ödədiyi pulu hansı yolla əldə etməsindən məlumatlı olmamışlar. Lakin 7 oktyabr 2024-cü il tarixdə şirkətin əməkdaşı olan Şahid4 istintaqa dəvət edilməklə ifadə verdiyi üçün o, sonradan Təqsirləndirilən şəxs həmin pulu cinayət yolu ilə əldə etdiyini öyrənmişdir. Buna görə də, hazırda Təqsirləndirilən şəxs şirkətə ödədiyi 1.100 manat pulu istintaqa təqdim etməklə zərərçəkmiş şəxsə qaytarılmasını xahiş edir. Həmçinin, şirkətə məxsus avtomobilin istifadəsiz qalaraq yararsız hala düşməməsi, eyni zamanda bu müddətdə şirkətə maddi ziyan dəyməməsi üçün “Hyundai Elantra” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona təhvil verilməsini xahiş edir (Cild 1, i.v. 198-201; 204; 208;).

13. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid8 verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və Şahid8 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin təsisçisi və direktoru vəzifəsində işləyir. Həmin şirkət 2022-ci ildə təsis edilmişdir və şirkətin əsas fəaliyyəti ayrı-ayrı fiziki və hüquqi şəxslərə avtomobillərin icarə əsasında verilməsindən ibarətdir. Bundan başqa, dayısı X5 təsisçisi və direktoru olduğu “X28” MMC avtomobil icarəsi şirkətinin də nümayəndəsidir və həmin şirkətə məxsus avtomobillərin icarəyə verilməsi işinə köməklik edir. Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayından etibarən tanımışdır. Belə ki, həmin vaxt Rövşən “İnstagram” sosial şəbəkəsində onun istifadə etdiyi "xxxx" MMC şirkətinə məxsus səhifəyə yazaraq avtomobil icarəsi ilə maraqlanmışdır. Bundan sonra o, Rövşənə öz mobil nömrəsini vermiş və Rövşən ona zəng etmişdir. Rövşənə icarəyə verilən avtomobillər və gündəlik qiymətlər barədə məlumat verdikdə Rövşən “Nissan Sunny” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmək istədiyini demişdir. Həmin avtomobilin günlük icarə haqqı 40 manat olmuşdur. Rövşən razılıq verdikdən sonra şirkətin ünvan 8 ünvanında yerləşən ofisinə gəlmişdir. Orada o, Rövşənə dayısı Elxanın adından icarə müqaviləsi tərtib etmiş və Rövşən həmin müqaviləni imzalamışdır. Rövşən müqavilə hazırlanarkən həmin avtomobili uzunmüddətli icarəyə götürəcəyini demişdir. Rövşən müqaviləni imzaladıqdan sonra o, müqaviləni dayısı Elxan Hümbətova təqdim etmişdir. Elxan müqaviləni imzalayıb şirkətin möhürü ilə möhürlədikdən sonra müqavilənin bir nüsxəsini Rövşənə təqdim etmiş, digər nüsxəsi isə ofisdə qalmışdır. Sənədləşmə işi qurtardıqdan sonra o, “Nissan Sunny” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili Rövşənə təhvil vermişdir. Rövşən günlük ödənişləri onun istifadəsində olan kart hesabına göndərmiş, o da həmin pulları kartdan məxaric edərək şirkətin kassasına köçürmüşdür. İlk vaxtlar Rövşən icarə haqqını vaxtında ödəsə də, lakin sonrakı müddətdə ödəmələri gecikdirməyə başlamışdır. O, dəfələrlə Rövşənə bu barədə mesaj yazdıqdan, yaxud zəng etdikdən sonra Rövşən ona ödəniş etmişdir. Hətta bəzi hallarda Rövşən bir ay ərzində ödəniş etməmişdir. Sonradan o, təkid etdiyi üçün Rövşən borcunu ödəmişdir, Hər ay bitdikdən sonra Rövşənin adına yeni yol vərəqəsi tərtib edilmişdir. Sonuncu dəfə Rövşən uzun müddət ödənişi etmədiyi və 1.600 manatdan artıq borcu yarandığı üçün o, Rövşənə dəfələrlə zəng etsə də, lakin Rövşən telefona cavab verməmişdir. Hətta 2024-cü ilin sentyabr ayında Rövşən atasının xəstəliyi ilə bağlı təcili Türkiyəyə getdiyini, avtomobilin açarlarının da özündə qaldığını demişdir. Rövşən hər dəfə belə bəhanələrlə icarə haqqını ödəməkdən yayınmışdır. Buna görə də o, sonradan məcbur qalaraq "GPS” vasitəsilə avtomobilin olduğu yeri müəyyən edib Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsinə gedərək ehtiyat açar vasitəsilə avtomobili açıb götürmüşdür. Sonrakı müddətdə də Rövşənlə əlaqə saxlaya bilməmişdir. Yalnız 3 oktyabr 2024-cü ildə Rövşən ona zəng edərək pul göndərmək istədiyini demiş, saat 22 radələrində istifadəsində olan özünə məxsus 5239 15** **** 0354 nömrəli "Kapital Bank” kartına 1.500 manat pul köçürmüşdür. Növbəti gün o, yenə də həmin pulu kartından çıxarıb şirkətin kassasına ödəmişdir. Sonrakı müddətdə isə Rövşənlə heç bir əlaqəsi olmamışdır (Cild 1, i.v. 236- 239;).

14. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və Şahid6 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC şirkətinin təsisçisi və direktoru vəzifəsində işləyir. Həmin şirkət 2022-ci ildə təsis edilmiş və şirkətin fəaliyyəti ayrı-ayrı fiziki və hüquqi şəxslərə avtomobillərin icarə əsasında verilməsindən ibarətdir. Həmin şirkətin həm internet saytı, həm də sosial şəbəkə hesabları var. Həmin sayt və səhifələrdə əlaqə nömrələri kimi +994 55 *** ** ** saylı mobil nömrə qeyd edilmişdir. Şirkətin ofisi isə ünvan 9 ünvanında yerləşir. Müştərilər şəxsən ofisə müraciət edərək müvafiq sənədləri təqdim etməklə icarə müqaviləsini imzalayır. Bundan sonra isə ona istəyinə uyğun avtomobil təqdim edilir. Qiymətlər isə avtomobilin markasından asılı olaraq günlük olaraq müəyyən edilir. Bundan başqa, bəzi hallarda müştərilər əlaqə nömrələri ilə əlaqə saxlayaraq avtomobili olduqları yerə çatdırılmasını istəyirlər. Bu halda həmin müştərinin mobil telefon vasitəsilə göndərdiyi şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin fotoşəkillərinə əsasən ofisdə icarə müqaviləsi tərtib edilir. Daha sonra ya özü, ya da şirkətin əməkdaşı müştərinin istədiyi avtomobili olduğu ünvana çatdıraraq icarə müqaviləsini imzalatdıqdan sonra avtomobilin açarlarını müştəriyə təqdim edirlər. Eyni zamanda, icarə müqaviləsi 2 nüsxədə tərtib edilir və 1 nüsxəsi müştəriyə təqdim edilir. Təqsirləndirilən şəxs yalnız 1 dəfə görmüş, Rövşənlə həmişə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. 9 sentyabr 2024-cü il tarixdə ilk dəfə Təqsirləndirilən şəxs istifadəsində olan +994 50 *** ** ** saylı mobil nömrə ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə onun istifadəsində olan +994 55 *** ** ** saylı mobil nömrəyə mesaj yazaraq icarəyə avtomobil götürmək istədiyini demişdir. Bundan sonra o, Rövşəndən öz şəxsiyyət və sürücülük vəsiqələrinin fotoşəkillərini ona göndərməsini istəmişdir. Rövşən həmin şəkilləri göndərdikdən sonra o, ofisdə icarə müqaviləsi hazırlamışdır. Bundan sonra yol vərəqəsini də hazırlayıb imzaladıqdan və möhürlədikdən sonra şirkətin əməkdaşı olan qohumu X24 istəyi əsasında “Hyundai Elantra” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı onun mülkiyyətində olan avtomobili Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsinə apararaq Rövşənə təhvil vermişdir. Rövşən həmin gün ilk 5 günün ödənişi olaraq Kənana 300 manat ödəniş etmiş, sonrakı müddətdə isə ödənişləri gecikdirməyə başlamışdır. Hətta Rövşən avtomobilə gələn cərimələri də ödəməmişdir. Rövşənlə əlaqə saxlamaq istədikdə isə telefonu bağlı olmuş, bir neçə gün sonra Rövşən telefonu açaraq yaranmış borcundan bir hissəsini ödəmişdir. Hətta xatırlamadığı tarixdə Rövşən yenə də telefona cavab vermədiyi və ödəniş etmədiyi üçün o, “GPS” sistemi vasitəsilə avtomobilin olduğu yerə gedərək avtomobilin yol kənarında hərəkətsiz qaldığını görmüş, buna görə də avtomobili götürüb özü ilə aparmışdır. 1-2 gün sonra Rövşən özü ofisə gəlmiş, Rövşəni ilk dəfə həmin vaxt görmüşdür. Rövşən üzrxahlıq edərək başının qarışıq olduğunu, buna görə də telefona cavab vermədiyini demişdir. Rövşən söhbət əsnasında namaz qıldığını, buna görə ona qarşı səhv etmək niyyətinin olmadığını demişdir. Həmin vaxt Rövşən ona 300 manat ödəniş edərək yenidən avtomobili icarəyə götürmək istədiyini demişdir. O da Rövşənin namaz qıldığını və danışığının səmimi olduğunu görüb inanmış və yenidən yol vərəqəsi tərtib edərək “Hyundai Elantra” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili Rövşənə icarəyə vermişdir. Sonrakı müddətdə Rövşənlə yenə də əlaqə saxlamaqda çətinlik çəkmişdir. Sonuncu dəfə 03 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində Rövşən ona zəng edərək “Koroğlu” metrostansiyasının yaxınlığında olduğunu, ofisə gələ bilmədiyini demiş və əməkdaş göndərərək avtomobili götürməyini xahiş etmişdir. Rövşən Avropaya getmək üçün bilet aldığını, buna görə təcili hava limanına getməli olduğunu demişdir. O, yenə də ofisdə olan Kənana “Koroğlu” metrostansiyasımn yaxınlığına gedib Rövşəndən avtomobili təhvil almasım demişdir. Kənan da həmin ünvana gedib Rövşəndən avtomobili təhvil almış və Rövşən həmin anda Kənana 200 manat pul verərək qalan borcunu və cərimələri daha sonra ödəyəcəyini demişdir. Kənan da ofisə gəldikdən sonra Röşvənin verdiyi 200 manat pulu kassaya daxil etmişdir. Sonrakı müddətdə Rövşənlə əlaqə saxlamamış, yaxud görməmişdir. Şirkətin əməkdaşı olan Kənan Səmədov isə sonrakı müddətdə Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Təqsirləndirilən şəxs şirkətə ödədiyi 200 manat pulu hansı yolla əldə etməsindən xəbəri olmamışdın Lakin istintaqa dəvət edildikdən sonra Təqsirləndirilən şəxs həmin pulu cinayət yolu ilə əldə etdiyini öyrənmiş, buna görə də, qısa müddətdə Təqsirləndirilən şəxs şirkətə ödədiyi 200 manat pulu istintaqa təqdim edəcəyini bildirmişdir (Cild 2, i.v. 92-95;).

15. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və Şahid9 həmin ifadəsində göstərmişdir ki, əvvəlki adı Nigar olmuş, lakin sonrakı müddətdə adını bəyənmədiyi üçün Ninel olaraq dəyişdirmişdir. Buna baxmayaraq yaxın ətrafı və tanışları onu Nigar kimi tanıyırlar. Təqsirləndirilən şəxs ilə 2024-cü ilin mart ayında tanış olmuşdur. Belə ki, həmin vaxt Bakı şəhərində olarkən o, “Uber” onlayn taksi sifariş tətbiqi vasitəsilə taksi sifariş etmiş, gələn taksi sürücüsü isə Rövşən olmuşdur. O, heyvansevər olduğu üçün uzun müddətdir ev heyvanları saxlayır, eyni zamanda ev və küçə heyvanlarının müalicəsi və baxımı ilə məşğul olur. Rövşən taksi ilə gəldiyi vaxt da onun yanında ev heyvanı olmuşdur. Taksidə getdiyi müddətdə Rövşənlə bu barədə danışmışlar. Həmin gündən bir neçə gün sonra Rövşən ona “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə mesaj yazaraq ev heyvanları ilə bağlı bəzi suallar vermişdir. Beləcə Rövşənlə tanış olmuş və arabir mobil telefon vasitəsilə əlaqə saxlamışlar. Hazırda yaşadığı Xaçmaz rayonu Nabran qəsəbəsində yerləşən ev qohumlarına məxsusdur və orada anası ilə birlikdə yaşayır. Rövşənlə münasibətləri yarandıqdan sonra Rövşən bəzi hallarda Bakı şəhərində veterinar klinikalarda müalicədə olan heyvanlarını götürərək Nabran qəsəbəsinə gətirmişdir. Nadir hallarda isə gecə saatları olduğu vaxtlarda Rövşən həmin evdə gecələmiş və növbəti gün getmişdir. Həmçinin Rövşən Bakı şəhərindən gələrkən heyvanlar üçün lazım olan dərmanları almış və pulunu özü ödəmişdir. Rövşən özü də heyvansevər olduğunu dediyi üçün ona kömək etmək istədiyini demişdir. Sonuncu dəfə 3 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində Rövşənlə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. X20 Nazirliyinin Baytarlıq İnstitutunda müalicəsi tamamlanan onun itini götürdüyünü, həmçinin Rövşən özü üçün yeni mobil telefon və heyvanların şəklini yükləmək üçün sərt disk aldığını demişdir. Rövşən həmin gün Xaçmaz rayonuna gələcəyini desə də, lakin konkret saatını deməmişdir. Sonrakı müddətdə Rövşənlə əlaqə saxlamamışdır. 4 oktyabr 2024-cü il tarixdə gecə saatlarında o, Nabran qəsəbəsində yerləşən evdə yatdığı vaxt qapı döyülmüş, qapını açdığı vaxt Rövşənin idarə etdiyi qara rəngli avtomobil ilə gəldiyini görmüşdür. Rövşən həyətə daxil olduqdan sonra özü üçün aldığı istifadə olunmamış “İphone 13” markalı mobil telefonu, həmin telefona aid adapter başlığını və qoruyucu qoburu, həmçinin 1 ədəd sərt diski ona göstərmiş və həmin əşyaları sellofan torbanın içində həyətə qoymuşdur. Rövşən gəldiyi vaxt özü ilə onun itini, həmin itin müalicəsi üçün lazım olan dərmanları və ev üçün aldığı qida və ərzaqları da gətirmişdir. Lakin öz istifadə etdiyi mobil telefonu Bakı şəhərində qoyduğunu demişdir. Daha sonra Rövşən evdə mürgüləmiş, səhər saatlarında isə Rövşən gəldiyi avtomobili işə salmaq istədiyi vaxt mühərrik işə düşməmişdir. Həmin anda Rövşən icarə şirkətinə zəng etmək üçün ondan mobil telefonunu götürmüşdür. İstifadəsində olan +90 536 *** ** ** saylı mobil nömrə ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə icarə şirkətinə zəng edib danışdıqdan sonra avtomobil işə düşmüşdür. Daha sonra birlikdə Xudat qəsəbəsində yerləşən aptekə getmişlər. Orada evdə saxladığı ev heyvanları, yəni it və pişiklər üçün lazım olan dərmanları, bundan başqa, marketə gedərək ev üçün ərzaq və qidalar almış, daha sonra evə qayıtmışlar. Saat 21 radələrində Rövşən getməyə hazırlaşdığı vaxt yaşadıqları ünvana gələn polis əməkdaşları Rövşəni idarə etdiyi avtomobil ilə birlikdə aparmışlar. Növbəti gün Rövşənin törətdiyi cinayət əməli ilə bağlı saxlanıldığını və “İphone 13” markalı mobil telefonu, həmin telefona aid adapter başlığını və qoruyucu qoburu, həmçinin 1 ədəd sərt diski cinayət yolu ilə əldə etdiyi pul ilə aldığını öyrənmişdir. Bir neçə gün sonra Rövşən ona zəng edərək artıq polis əməkdaşları tərəfindən tutulduğunu demiş və idarə etdiyi avtomobildə qalan paltarların harada olmasını öyrənməyini xahiş etmişdir. O da telefonunda olan və Rövşənin əvvəl zəng etdiyi mobil nömrəyə zəng edərək paltarlar barədə soruşmuşdur. Danışan şəxs isə avtomobilin Bakı Şəhər Baş Polis İdarəsində saxlanıldığını demişdir. İstintaqa dəvət edildiyi və şahid qismində ifadə verdiyi vaxt Rövşənin evə gələrkən aldığı “İphone 13” markalı mobil telefonu, həmin telefona aid adapter başlığını və qoruyucu qoburu, həmçinin 1 ədəd sərt diski könüllü olaraq təqdim etmiş və zərərçəkmiş şəxsə qaytarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, həmçinin xərclədiyi pullar, o cümlədən aldığı dərman və digər əşyaları hansı formada əldə etməsi barədə ona heç nə deməmişdir. Rövşən özü maliyyə bazarlarında birja fəaliyyəti ilə məşğul olmuş, bununla yanaşı daimi olaraq Bakı şəhərində taksi idarə etmişdir. O, Rövşənin xərclədiyi pulları da məhz həmin fəaliyyətləri nəticəsində qazandığını düşünmüşdür. Təqsirləndirilən şəxs 3 oktyabr 2024-cü il tarixdən sonrakı müddətdə ona hər hansı məbləğdə nağd pul, yaxud əşya verməmişdir (Cild 2, i.v. 19-22;).

16. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və Şahid7 ifadəsində göstərmişdir ki, o, daimi olaraq heç bir yerdə işləmir, lakin əvvəlki müddətdə ayrı-ayrı restoranlarda ofisiant kimi işləmişdir. Təqsirləndirilən şəxs onun həyat yoldaşının qohumu olduğu üçün Rövşəni 2014-cü ildə ailə həyatı qurduqdan sonrakı müddətdə tanımışdır. Əvvəlki illərdə Rövşənlə yaxın münasibəti olmuş, aralarında hər hansı ədavət və ya qərəzli münasibət olmamışdır. Lakin son 3-4 il ərzində Rövşən onun bəyənmədiyi hərəkətlər etdiyi üçün Rövşənlə əlaqəsini kəsmişdir. Belə ki, Rövşən öz ailəsindən boşanmış, ailəsi ilə maraqlanmamış, hətta bəzi vaxtlarda Rövşəni tapmaq olmamışdır. Təxminən 8-9 ay əvvəl o, Mərdəkan qəsəbəsində yerləşən “Vətən” restoranında ofisiant işlədiyi vaxt Rövşən onun tanımadığı bir qadınla həmin restorana gəlmişdir. Həmin qadınla yemək yedikdən sonra ümumi hesab 230 manat etsə də, Rövşən ona 30 manat pul vermiş və qalan pulu daha sonra verəcəyini demişdir. Buna baxmayaraq Rövşən həmin pulu ona qaytarmadığı üçün sonrakı müddətdə həmin pulu özü restorana ödəmişdir. Bundan sonra yaşadıqları qəsəbədə rastlaşdıqları vaxtlarda Rövşən onu görməzdən gəlmiş, hətta Rövşən taksi idarə etməsinə baxmayaraq onu gördüyü vaxtlarda avtomobili dayandırıb onu götürməmişdir. Bütün bunlara görə o, Rövşənlə ümumiyyətlə əlaqə saxlamamışdır. 3 oktyabr 2024-cü il tarixdə təxminən saat 21 radələrində havanın qaranlıq vaxtında evdə olduğu vaxt qapı döyülmüş, qapıya çıxdığı vaxt Rövşənin gəldiyini görmüşdür. Rövşən ona salam verdikdən sonra üzrxahlıq edib uzun müddətdir ona borclu qaldığını demişdir. Bundan sonra Rövşən cibindən çıxardığı puldan sayaraq onun əlinin içinə pul qoymuşdur. Həmin pula baxdığı vaxt Rövşənin 300 manat pul verdiyini görmüşdür. Dərhal həmin puldan 100 manatını Rövşənə qaytarmış və ona borcunun 200 manat olduğunu demişdir. Rövşən də 100 manat pulu geri alıb yenidən üzrxahlıq edərək çıxıb getmişdir. Sonrakı müddətdə Rövşənlə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs ona 200 manat borcunu qaytardığı vaxt həmin pulu hansı formada əldə etməsi ilə bağlı heç nə deməmişdir. Rövşən taksi sürücüsü işlədiyi üçün Rövşənin pulu həmin işindən qazandığını düşünmüşdür (Cild 2, i.v. 53-55;).

17. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X10 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və L.C.Quliyeva ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Rövşənlə uşaqlıqdan birlikdə böyüdüyü üçün onunla bacı-qardaş kimi olmuş, Rövşən ona “bacı” deyə müraciət etmişdir. Rövşən ailəsinin tək övladıdır, anası vəfat etmiş, atası Tağı isə yaşayır. Rövşənin atası ilə münasibətləri soyuq olmaqla demək olar ki, münasibət saxlamamışdır. Rövşənin qohumları içində demək olar ki, tək onunla yaxın münasibəti olmuşdur. Rövşən ümumiyyətlə son 5-6 ay ərzində icarə əsasında idarə etdiyi avtomobildə gecələmiş, hər hansı evdə qalmamışdır. O, tez-tez onun yaşadığı evə gəlib yemək yemiş, yaxud arabir çirkli paltarlarını yumağı üçün ona vermiş, o da həmin paltarları yuyub geri qaytarmışdır. Rövşən daimi olaraq taksi fəaliyyəti ilə məşğul olmaqla qazanc əldə etmişdir. 2 il əvvəl Rövşən öz arvadından boşanmış, sonrakı müddətdə arvadı, yaxud iki azyaşlı uşağı ilə əlaqə saxlamamışdır. Bundan başqa, o, son 2-3 ay ərzində Rövşənin Nigar adlı qadınla qeyri-rəsmi münasibət saxladığını bilmiş, hətta arabir həmin qadını Rövşənin yanında da görmüşdür. Sonuncu dəfə 3 oktyabr 2024-cü il tarixdə təxminən saat 20-21 radələrində Rövşən onun yaşadığı evdə olan stasionar telefona zəng edərək qapını açmağını, evə gəlib paltarını götürərək çıxacağını demişdir. O, qapını açarkən Rövşənin tək gəldiyini, həyətə daxil olduqdan sonra tələsdiyini görmüş, sonuncu paltarlarını götürmək üçün gəldiyini bildirmişdir. O, Rövşənə qalıb yemək yeməsini təklif etsə də, o, yenə də tələsdiyini demişdir. Rövşən evə daxil olduqdan sonra onun evində olan paltarlarından bəzilərini götürüb sellofan torbalara yığaraq tələsik halda onunla sağollaşıb evdən çıxmışdır. Sonrakı müddətdə Rövşənlə ümumiyyətlə heç bir əlaqəsi olmamış, yaxud onu görməmişdir. İstintaqa çağırıldığı vaxt isə polis idarəsinə gəlməkdən qorxduğu üçün ilk vaxtlarda gəlmək istəməmişdir. O, Rövşənin mobil telefonunu yaşadığı evdə görməmiş, həmin mobil telefonun harada olmasını bilmir. Rövşən 3 oktyabr 2024-cü il tarixdə evə gələrkən əliboş olmuş, o, ev üçün heç nə almamış, yaxud həmin gün və ya sonrakı günlərdə ona nağd pul verilməmişdir. Bundan başqa o, evə arabir ərzaq məhsulları alsa da, o, həmişə Rövşənə aldığı ərzaqların pulunu ödəmişdir (Cild 2, i.v. 151- 154;).

18. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, çoxsaylı şahidlərin, eləcədə ifadələri elan edilməklə tədqiq edilmiş çoxsaylı şahidlərin ifadələri, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

19. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 4 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin (bundan sonra mətndə-BŞBPİ İTİACİŞ) müstəntiqi polis kapitanı X11 tərəfindən Zərərçəkmiş şəxs 3 oktyabr 2024-cü il tarixdə, saat 13 radələrində naməlum şəxsin valyuta dəyişmək adı ilə ondan ümumilikdə 102.120 (bir yüz iki min yüz iyirmi) manat alıb əvəzində əsl olmayan 60.000 (altmış min) ABŞ dolları pul əsginasları verərək ona qarşı dələduzluq etməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v 1;).

20. “Əşyanın könüllü təqdim edilməsi, baxış keçirilməsi və götürülməsi haqqında” 3 oktyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən könüllü olaraq təqdim edilmiş qara rəngli kağız paket açıldıqda içində şəffaf rəngli sellofan torba olduğu müəyyən edilmişdir. Həmin torbanın içində olan ilkin baxışdan 100-lük ABŞ dollarlarına oxşar əsginaslar çıxarıldığı zaman məlum olmuşdur ki, 6 ədəd əsginas dəstəsi rezinlə bir-birinə kip halda sıxılmışdır. Təqdim edilmiş əsginaslara ümumi baxış keçirildikdə onu əsl ABŞ dolları əsginasından ayıran hər hansı fərqləndirici, əlamətin olması müəyyən edilməmişdir. Daha sonra sayılması üçün dəstələri kip şəkildə saxlayan rezinlər və hər bir dəstəni sıx şəkildə saxlayan ağ rəngli kağız lent çıxarılmışdır. İlk dəstədə olan əsginasların hər birinin ön tərəfində fotoşəkli olan kişi simasının alın hissəsində latın qrafikalı Azərbaycan əlifbası və qırmızı rəngli şriftlə, arxa tərəfində isə orta hissədə qara rəngli şriftlə “ETİBARSİZDİR” yazısının, eyni zamanda dəstədə olan bütün əsginaslarda “LB99000999İ” seriya və nömrəsinin əks edildiyi müəyyən edilmişdir. Sayıldığı zaman ilk dəstədə ümumilikdə 97 ədəd eyni xüsusiyyətlərə malik əsginas olduğu məlum olmuşdur. İkinci dəstə açıldığı zaman müəyyən edilmişdir ki, həmin dəstədə olan əsginasların ön tərəfində sol hissədə, arxa tərəfində isə sağ hissədə “100” rəqəminin altında latın qrafikalı Azərbaycan əlifbası və qara rəngli şriftlə “ETİBARSİZDİR” yazısı əks olunmuşdur və bütün dəstədə olan əsginaslarda birinci dəstədə olduğu kimi “LB99000999İ” seriya və nömrəsi qeyd edilmişdir. Sayıldığı zaman ikinci dəstədə ümumilikdə 100 ədəd eyni xüsusiyyətlərə malik əsginas olduğu məlum olmuşdur. Üçüncü dəstə açıldığı zaman müəyyən edilmişdir ki, həmin dəstədə olan əsginaslar ikinci dəstədə olan əsginaslarla eynilik təşkil edir və həmin dəstədə ümumilikdə 107 ədəd eyni xüsusiyyətlərə malik əsginas vardır. Dördüncü dəstə açıldığı zaman müəyyən edilmişdir ki, həmin dəstədə olan əsginaslar ikinci dəstədə olan əsginaslarla eynilik təşkil edir və həmin dəstədə ümumilikdə 91 ədəd eyni xüsusiyyətlərə malik əsginas vardır. Beşinci dəstə açıldığı zaman müəyyən edilmişdir ki, həmin dəstədə olan əsginaslar ikinci dəstədə olan əsginaslarla eynilik təşkil edir və həmin dəstədə ümumilikdə 103 ədəd eyni xüsusiyyətlərə malik əsginas vardır. Altıncı dəstə açıldığı zaman müəyyən edilmişdir ki, həmin dəstədə olan əsginaslar ikinci dəstədə olan əsginaslarla eynilik təşkil edir və həmin dəstədə ümumilikdə 98 ədəd eyni xüsusiyyətlərə malik əsginas vardır. Sonda aşkar edilmiş 6 ədəd dəstədə olan ümumilikdə 596 ədəd 100lük ABŞ dollarına oxşar əsginas boş kağız zərfə qoyularaq qablaşdırılmaqla möhrülənmişdir. Həmin zərfin üzəri Zərərçəkmiş şəxs tərəfindən imzalandıqdan sonra ekspertiza tədqiqatına təqdim edilməsi məqsədilə götürülmüşdür. İstintaq hərəkətinin yekunu ilə bağlı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, düzəliş və qeydlər daxil olmamış, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Protokolda istintaq hərəkətinin aparılması zamanı “İphone 13 Pro” markalı mobil telefonun kamerası vasitəsilə videoçəkiliş aparılması, habelə həmin videogörüntünün DVD diskə köçürülərək protokola əlavə edilməsi, eləcə də videogörüntünün ayrı-ayrı hissələrindən ekran fotoşəkilləri çəkilməklə çap edilərək protokola əlavə edilməsi qeyd olunmuşdur (Cild 1, i.v 8-16;).

21. “Mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında” 3 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olan “İphone 14 Pro” markalı mobil telefona keçirilmiş baxış zamanı “WA BUSİNESS” ani mesajlaşma mübadilə sistemi tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs istifadəsində olan +994 50 *** ** ** saylı mobil nömrə ilə mobil telefonun kontaktında “Alik Muzeffer” kimi qeyd edilmiş iş üzrə şahid qismində dindirilmiş Şahid1 istifadəsində olan +994 70 *** ** ** saylı mobil nömrə arasında 3 oktyabr 2024-cü il tarixdə aparılmış aşağıdakı məzmunda mesajlar aşkar edilmişdir: “Alik Muzeffer”: Sabah xeyir (mətn mesajı, tarix: 3 oktyabr 2024-cü il, saat 09:03) Zərərçəkmiş şəxs: Salam (mətn mesajı, tarix: 3 oktyabr 2024-cü il, saat 09:04) “Alik Muzeffer”: Göyərti lazım? (mətn mesajı, tarix: 3 oktyabr 2024-cü il, saat 09:05) Zərərçəkmiş şəxs: Ne qeder? (mətn mesajı, tarix: 3 oktyabr 2024-cü il, saat 09:05) “Alik Muzeffer”: 50000 (mətn mesajı, tarix: 3 oktyabr 2024-cü il, saat 09:05) Zərərçəkmiş şəxs: 1,702 (mətn mesajı, tarix: 3 oktyabr 2024-cü il, saat 09:23) “Alik Muzeffer”: Ok (mətn mesajı, tarix: 3 oktyabr 2024-cü il, saat 09:24) “Alik Muzeffer”: 1 saata gələcək (mətn mesajı, tarix: 3 oktyabr 2024-cü il, saat 09:24) “Zərərçəkmiş şəxs”: Deyersen (mətn mesajı, tarix: 3 oktyabr 2024-cü il, saat 09:24) “Alik Muzeffer”: Yaxşı (mətn mesajı, tarix: 3 oktyabr 2024-cü il, saat 09:25) “Alik Muzeffer”: Səsli zəng - 21 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 11:11) “Alik Muzeffer”: Cavabsız zəng (tarix: 3 oktyabr 2024-cü il, saat 11:22) “Alik Muzeffer”: Cavabsız zəng (tarix: 3 oktyabr 2024-cü il, saat 11:24) “Zərərçəkmiş şəxs”: Səsli zəng - 32 saniyə (tarix: 3 oktyabr 2024-cü il, saat 11:31) “Alik Muzeffer”: Hə, brat danışdım, zəng elədi dedi 1 saata zada heç olmasa olar? Dedim hə olar 1 saata, çünki deyir bu da harasa pul köçürməlidi təcili lazımdı da ona görə qalıb belə. Dedim 1 saata narahat olma, həll olacaq. (Yönləndirilmiş səsli mesaj - 17 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 11:41) “Zərərçəkmiş şəxs”: Cavabsız zəng (tarix: 3 oktyabr 2024-cü il, saat 11:56) “Zərərçəkmiş şəxs”: Alik, otuzun pulu hazırdı, gəlib götürə bilərsən, o birisilər də 1 saat çəkər (səsli mesaj - 4 saniyə, tarix: 3 oktyabr 2024-cü il, saat 11:57) “Alik Muzeffer”: Səsli zəng - 24 saniyə (tarix: 3 oktyabr 2024-cü il, saat 11:57) “Alik Muzeffer”: Abi heç olmasa 50 nin m düzəlsə xəbər ver qurban olum (mətn mesajı, tarix: 3 oktyabr 2024-cü il, saat 12:05) “Zərərçəkmiş şəxs”: Səsli zəng - 17 saniyə (tarix: 3 oktyabr 2024-cü il, saat 12:06) “Alik Muzeffer”: Rəis alınır? (mətn mesajı, tarix: 3 oktyabr 2024-cü il, saat 12:42) “Zərərçəkmiş şəxs”: Alınır, alınır, dədə. Mən çıxıb İndi gedib Badamdardan götürüb gəlirəm. Sən də yavaş-yavaş çıx gəl. (səsli mesaj - 4 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:44) “Alik Muzeffer”: Yaxşı (mətn mesajı, tarix: 3 oktyabr 2024-cü il, saat 12:44) “Alik Muzeffer”: Evin yanında goruşək? (mətn mesajı, tarix: 3 oktyabr 2024- cü il, saat 12:45) “Zərərçəkmiş şəxs”: Hə, dədə, yavaş-yavaş gəl, mən də çıxıram. Altmışın hamısını gətir də. (səsli mesaj - 4 saniyə, tarix: 3 oktyabr 2024-cü il, saat 12:47) “Zərərçəkmiş şəxs”: Səsli zəng - 32 saniyə (tarix: 3 oktyabr 2024-cü il, saat 13:13) “Alik Muzeffer”: Səsli zəng - 33 saniyə (tarix: 3 oktyabr 2024-cü il, saat 13:29) “Zərərçəkmiş şəxs”: Səsli zəng - 31 saniyə (tarix: 3 oktyabr 2024-cü il, saat 13:34) ‘'Alik Muzeffer”: Şövqi, mənə sayı deyərsən də ki, hər şey qaydasındadı, yoxsa yox? (səsli mesaj - 5 saniyə tarix: 3 oktyabr 2024-cü il, saat 13:41) “Zərərçəkmiş şəxs”: Səsli zəng - 11 saniyə (tarix: 3 oktyabr 2024-cü il, saat 13:47) “Zərərçəkmiş şəxs”: Cavabsız zəng (tarix: 3 oktyabr 2024-cü il, saat 13:48) “Alik Muzeffer”: ***-***-**-** (mətn mesajı, tarix: 3 oktyabr 2024-cü il, saat 13:54) Baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir. İstintaq hərəkəti mobil telefonun ekranının hərəkətli videoçəkiliş qeydi aparılmaqla həmin videogörüntü DVD diskə köçürülərək protokola əlavə edilmişdir (Cild 1, i.v. 23-25;).

22. “Könüllü təqdim etmə haqqında” 3 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 həmin tarixdə 120 manat pulu könüllü olaraq təqdim edərək bildirmişdir ki, 3 oktyabr 2024-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs 102.120 manat pul alaraq əvəzində Təqsirləndirilən şəxs ona təqdim etdiyi 60.000 ABŞ dollarını Zərərçəkmiş şəxs vermiş, lakin sonradan Təqsirləndirilən şəxs ona təqdim etdiyi 60.000 ABŞ dollarının həqiqi pul əsginasları olmadığını aşkar etmişlər. Buna görə də Zərərçəkmiş şəxs aldığı puldan qazanc kimi əldə etdiyi 120 manatı könüllü olaraq təqdim etmiş və Zərərçəkmiş şəxs qaytarılmasını xahiş etmişdir (Cild 1, i.v. 31;).

23. “Mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında” 3 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 istifadəsində olan “X35 12” markalı mobil telefona keçirilmiş baxış zamanı Şahid3 istifadəsində olan +994 50 *** ** ** saylı mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 50 *** ** ** saylı mobil nömrəyə 03 oktyabr 2024-cü il tarixdə, saat 09:07-də 03 dəfə, saat 13:55də isə 01 dəfə olmaqla ümumilikdə 04 dəfə zənglər edildiyi məlum olmuş, həmçinin “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Şahid3 istifadəsində olan +994 50 *** ** ** saylı mobil nömrə ilə +994 50 *** ** ** saylı mobil nömrə arasında aparılmış aşağıdakı məzmunda mesajlar aşkar edilmişdir: “+994 50 347 33 84”: Cavabsız zəng (tarix: 2 oktyabr 2024-cü il, saat 23:20) “+994 50 347 33 84”: Salam (mətn mesajı, tarix: 2 oktyabr 2024-cü il, saat 23:20) “+994 50 347 33 84”: Elxan dayı, axşamınız xeyir, necəsiniz, nə var, nə yox, keyfiniz, əhvalınız? Rövşən idi, narahat eləyən. Salamatçılığdı, necəsiz? (səsli mesaj - 8 saniyə, tarix: 2 oktyabr 2024-cü İl, saat 23:20) “+994 50 347 33 84”: Elxan dayı, bir daha üzr istiyirəm, bu vaxt narahat elədim sizi, əslində bağışlayasız. Şeyi soruşmaq istəyirdim sizdən, dolları manata, kim var elə yaxın adamlardan? Banknan alınmır, çünki bankda limitdi. Sonra sənəd zad istiyillər də banknan heç. Burda elə bil ki, 30-40.000 dolların elə bil ki, manatını. Elə bir kimi var? Onu mən səhər-səhər sabahları həll eliyərdim. Kimi məsləhət görürsüz, kimə yaxınlaşmaq olar çöldə-bayırda bu məsələni həll eləməyə? (səsli mesaj - 39 saniyə, tarix: 3 oktyabr 2024-cü il, saat 00:22) “+994 50 347 33 84”: Səsli zəng - 4 dəqiqə 28 saniyə (tarix: 3 oktyabr 2024- cü il, saat 08:54) Şahid3: Səsli zəng - 1 dəqiqə 45 saniyə (tarix: 3 oktyabr 2024-cü il, saat 09:07) Şahid3: Cavabsız zəng (tarix: 3 oktyabr 2024-cü il, saat 13:54) Şahid3: Cavabsız zəng (tarix: 3 oktyabr 2024-cü il, saat 13:56) Şahid3: Cavabsız zəng (tarix: 3 oktyabr 2024-cü İl, saat 13:57) Şahid3: Cavabsız zəng (tarix: 3 oktyabr 2024-cü il, saat 14:06) Şahid3: Cavabsız zəng (tarix: 3 oktyabr 2024-cü il, saat 14:11) Şahid3: Cavabsız zəng (tarix: 3 oktyabr 2024-cü il, saat 14:20) Şahid3: Cavabsız zəng (tarix: 3 oktyabr 2024-cü il, saat 14:24) Şahid3: Cavabsız zəng (tarix: 3 oktyabr 2024-cü il, saat 14:32) Şahid3: Cavabsız zəng (tarix: 3 oktyabr 2024-cü il, saat 14:42) Şahid3: Cavabsız zəng (tarix: 3 oktyabr 2024-cü il, saat 15:01) Şahid3: Cavabsız zəng (tarix: 3 oktyabr 2024-cü il, saat 16:18) Şahid3: Cavabsız zəng (tarix: 3 oktyabr 2024-cü il, saat 16:20) Baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir. İstintaq hərəkəti mobil telefonun ekranının hərəkətli videoçəkiliş qeydi aparılmaqla həmin videogörüntü DVD diskə köçürülərək protokola əlavə edilmişdir (Cild 1, i.v. 49-51;).

24. “Mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında” 4 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid5 istifadəsində olan “X35 13 Pro” markalı mobil telefona keçirilmiş baxış zamanı Şahid5 istifadəsində olan +994 55 963 34 31 saylı mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 50 55 650 18 11 saylı mobil nömrəyə aşağıdakı tarixlərdə və müddətdə telefon danışığının aparılması aşkar edilmişdir: Şahid5: Səsli zəng – 23 saniyə (tarix: 3 oktyabr 2024-cü il, saat 18:00) +994 50 55 650 18 11: Cavabsız zəng (tarix: 3 oktyabr 2024-cü il, saat 18:10) +994 50 55 650 18 11: Cavabsız zəng (tarix: 4 oktyabr 2024-cü il, saat 00:40) Şahid5: Cavabsız zəng (tarix: 4 oktyabr 2024-cü il, saat 06:55) +994 50 55 650 18 11: Səsli zəng – 21 saniyə (tarix: 4 oktyabr 2024-cü il, saat 06:56) Baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir. İstintaq hərəkəti mobil telefonun ekranının fotoşəkli çəkilib çap edilərək protokola əlavə edilmişdir (Cild 1, i.v. 60-61;).

25. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 4 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmaqla ona hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v. 63;).

26. “Elektron məlumat daşıyıcısının yaddaşına baxış keçirilməsi haqqında” 4 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, BŞBPİ-nin Cinayət Axtarışı İdarəsi tərəfindən əməliyyat tapşırığına cavab olaraq istintaqa təqdim edilmiş hadisə yerində mövcud olan müşahidə kameralarının qeydə aldığı videogörüntüləri əks etdirən 1 ədəd “DVD” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, “DVD” diskdə 5 ədəd “mp4” formatında videofayl mövcuddur. “13-1 l.mp4” adlı 1-ci fayl açıldıqda müəyyən edilmişdir ki, həmin videogörüntü 10 saniyə müddətindədir. Videogörüntüdə görünən tarix 3 oktyabr 2024-cü il, saat isə 13:11-dir. Videogörüntü yaşayış binalarının arasından keçən 2 yolun kəsişməsində yerləşən müşahidə kamerası vasitəsilə qeydə alınmışdır. İlk saniyələrdən etibarən boz rəngli markası və dövlət qeydiyyat nişanı görünməyən avtomobil rakursa daxil olaraq yolun digər tərəfində divarın kənarında dayanır və videogörüntü bitir. “13-29.mp4” adlı 2-ci fayl açıldıqda müəyyən edilmişdir ki, həmin videogörüntü 14 saniyə müddətindədir. Videogörüntüdə görünən tarix 3 oktyabr 2024-cü il, saat isə 13:29-dur. Videogörüntü 1-ci faylda olan görüntünün davamıdır. İlk saniyələrdən etibarən əynində qara rəngli şalvar, ağ rəngli köynək, qara rəngli kostyum və idman ayaqqabısı, əlində qara rəngli hədiyyə paketi olan keçəl bir nəfər şəxs piyada halda az öncə yol kənarında dayanmış boz rəngli markası və dövlət qeydiyyat nişanı görünməyən avtomobilə arxa tərəfdən yaxınlaşır. Həmin anda avtomobilin sürücüsü avtomobildən düşərək gələn şəxslə əl ilə görüşür və videogörüntü bitir. “13-34.mp4” adlı 3-cü fayl açıldıqda müəyyən edilmişdir ki, həmin videogörüntü 01 dəqiqə 37 saniyə müddətindədir. Videogörüntüdə görünən tarix 3 oktyabr 2024-cü il, saat isə 13:34-dür. Məlum oldu ki, videogörüntü hadisə yerini digər rakursdan müşahidə edən kamera vasitəsilə qeydə alınmışdır. İlk saniyədə iş üzrə Zərərçəkmiş şəxs idarə etdiyi tünd boz rəngli “Mercedes E220” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolayrıcına doğru yaxınlaşdığı görünür. Avtomobil mühafizəçi postunun yaxınlığında dayandıqdan sonra Şahid1 həmin avtomobilin qabaq sağ sərnişin oturacağında əyləşir və avtomobil hərəkət edir. Davamında digər müşahidə kameralarının qeydə aldığı videogörüntülərə əsasən avtomobilin getdiyi yer izlənilir. Məlum olur ki, avtomobil sağa doğru dönərək binanın aşağı hissəsində yerləşən qaraja daxil olur. Saat 13:39-da avtomobil geri qayıdaraq qarajdan çıxır və yolların kəsişməsində dayanır. Həmin anda Şahid1 qabaq sağ sərnişin oturacağından düşərək əlində olan qırmızı rəngli sellofan torba ilə yolun digər tərəfində dayanmış avtomobilə yaxınlaşır. Bu vaxt az əvvəl yolun digər tərəfində dayanmış avtomobilə yaxınlaşan keçəl şəxs avtomobilin arxa tərəfində mobil telefonla danışır. Şahid1 həmin avtomobilin sükanı arxasında əyləşdikdən sonra digər şəxs də avtomobilə yaxınlaşır və qabaq sağ sərnişin oturacağında əyləşir və videogörüntü bitir. “13-41.mp4” adlı 4-cü fayl açıldıqda müəyyən edilmişdir ki, həmin videogörüntü 01 dəqiqə 26 saniyə müddətindədir. Videogörüntüdə görünən tarix 03 oktyabr 2024-cü il, saat isə 13:41-dir. Videogörüntü əvvəlki görüntü ilə eynidir və davamını da əks etdirir. Şəxsiyyəti məlum olmayan keçəl şəxs Şahid1 sükanı arxasında əyləşdiyi avtomobilə əyləşdikdən 7 saniyə sonra Şahid1 avtomobildən düşüb əlində olan qara rəngli hədiyyə paketi ilə qaçaraq Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə yaxınlaşır və sürücü tərəfdən pəncərədən həmin hədiyyə paketini sürücüyə verir və yenidən geri qayıdır. Eyni zamanda, digər avtomobildə olan keçəl şəxs də avtomobildən düşüb mobil telefonla danışmağa davam edir. Şahid1 həmin şəxsə yaxınlaşıb 3 saniyə ərzində söhbət etdikdən sonra yenidən avtomobilin sükanı arxasında əyləşir, digər şəxs isə əvvəlcə iti addımlarla, daha sonra isə geriyə baxıb qaçaraq hadisə yerindən uzaqlaşır. Həmin anda Şahid1 az əvvəl əlində olan qırmızı rəngli sellofan torbanın həmin şəxsin əlində olduğu görünür. Görüntünün davamında Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil geriyə doğru hərəkət edir və videogörüntü bitir. “13-42.mp4” adlı 5-ci fayl açıldıqda müəyyən edilmişdir ki, həmin videogörüntü 1 dəqiqə 26 saniyə müddətindədir. Videogörüntüdə görünən tarix 3 oktyabr 2024-cü il, saat isə 13:41-dir. Videogörüntü əvvəlki görüntünün davamını da əks etdirir. Belə ki, həmin görüntüdə Şahid1 sükanı arxasına əyləşdiyi avtomobil irəli hərəkət edərək hadisə yerindən uzaqlaşır və videogörüntü bitir. Qeyd olunan videogörüntüləri əks etdirən DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 74-76;).

27. “Mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında” 4 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 istifadəsində olan “İphone X” markalı mobil telefona keçirilmiş baxış zamanı “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Şahid2 istifadəsində olan +994 51 *** ** ** saylı mobil nömrə ilə mobil telefonun kontaktında “Alik Galaxy” kimi qeyd edilmiş iş üzrə şahid qismində dindirilmiş Şahid1 istifadəsində olan +994 70 *** ** ** saylı mobil nömrə arasında 3 oktyabr 2024-cü il tarixdə aparılmış aşağıdakı məzmunda mesajlar aşkar edilmişdir: Şahid2: Brat, 50 000 $ ok ?) (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:02) Şahid1: Vatsap (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:02) Şahid1: Bura zəng elə belə şeylərdə (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:02) Şahid2: Hə yuxuluyam ona gore ((mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:03) Şahid2: 50 min di brat (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:03) Şahid1: Ok (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:03) Şahid2: Deyim gelsin? (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:03) Şahid2: Brat emioglu, neceden hell elemek olacaq? (mətn mesajı, tarix: 03 oktyabr 2024cü il, saat 09:03) Şahid2: Onuda sorusdu) (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:23) Şahid1: 1.7 (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:23) Şahid2: Ela (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:23) Şahid2: Hormetivi ediciyem (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:23) Şahid1: Gətir (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:23) Şahid2: 1 saata getirirem (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:23) Şahid1: Gözləyirəm (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:24) Şahid2: Oldu (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:24) Şahid1: Soruş təzədi (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:27) Şahid1: Hamısı (mətn mesaj u tarix: 03 oktyabr 2024-cü İl, saat 09:27) Şahid2: Heri brat, tertemizdi (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:27) Şahid2: Msi nese bele ad dedi (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:28) Şahid2: Yenidi (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:28) Şahid1: Yeni olsun getir (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:28) Şahid1: Uzatma ancaq tez həll edək (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:28) Şahid2: He brat gelirem (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:28) Şahid2: Brat, deyirki hazir getire biler? 85, deyir mende verim saysin, baxsin goturum gedim (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:52) Şahid1: A brat gətirsin narahat olmasin (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:53) Şahid1: Mən götürüb vericəm 15- dəyqəyə (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:53) Şahid1: Mən burda sən burda (mətn mesajı, tarix: 03 oktyabr 2024- cü il, saat 09:53) Şahid1: Ayıb olar (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:54) Şahid2: Oldu qerdes (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:55) Şahid1: Camaat gozdyir gəl (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:56) Şahid1: Axşam oturaq Qarabağ a baxaq (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:56) Şahid2: Gelirem yoldayam (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:56) Şahid2: Heri brat (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:56) Şahid2: Brat men burdayam (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 10:17) Şahid2: Ozude 45 deq, Gelir (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 10:17) Şahid2: Konum atdim (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 10:17) Şahid2: Deyir ola biler 60 getirsin yada 50 (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 10:17) Şahid1: Olsun (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 10:18) Şahid2: 60-di brat (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 11:07) Şahid2: Brat o seniynen gede bil er? (mətn mesajı, tarix: 03 oktyabr 2024- cü il, saat 11:07) Şahid1: Da (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 11:08) Şahid2: Ok (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 11:08) Şahid2: Catir (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 11:08) Şahid1: Ok (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 11:08) Şahid1: Hə, Elnur, brat nə oldu, danışdın, səs atdın, nə xəbər? Mənə də denən (səsli mesaj - 5 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 11:39) Şahid2: Hə brat, danışdım, zəng eləmişdi, dedi 1 saata zada heç olmasa olar? Dedim hə olar 1 saata. Çünki deyir bu da harasa pul köçürməlidi, təcili lazımdı da ona görə qalıb belə. Dedim 1 saata narahat olma, həll olacaq (səsli mesaj - 17 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 11:40) Şahid2: Sənə də brat nəsə xəbər gəlsə, qardaşınsan, mənə denən, yaxşı? (səsli mesaj - 4 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 11:40) Şahid1: Ok (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 11:41) Şahid1: Elnur, adam mənə zəng eləmişdi, otuzun deyir pulu hazirdi, hə, dedim onda hələm vaxt var da, bəlkə düzəldi hamısı, dedi yaxşı. Onu hamısın düzəldim, deyirəm, (səsli mesaj -14 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 11:57) Şahid2: Hə, Alik, demək istəyirsən 30.000 dolları düzəldib, düzdü? Qoy bir az da artırsın da, heç olmasa 50.000 dollar eləsin, minimum. Bir dənə xahiş elə də onnan, Alik, canını yeyim (səsli mesaj - 9 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:00) Şahid1: Yaxşı brat (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 12:01) Şahid2: He brat dedim gozleyir (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 12:05) Şahid1: Ok (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 12:05) Şahid2: Brat eger duzelde bilmese, 50, eger alindirsa 60 (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 12:07) Şahid1: Alınır, alınır, dədə. Mən çıxıb indi gedib badamdardan götürüm gəlirəm. Sən də yavaş-yavaş çıx gəl. (Yönləndirilmiş səsli mesaj - 4 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:44) Şahid2: Alik, biz onda hara gələk? Bi dənə onu soruş da canını yeyim sənin (səsli mesaj - 3 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:44) Şahid2: Brat hara gelek? (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 12:45) Şahid1: Brat, bu Kubinka var e, şeydən, elə bil ki, sirkdən gedirsən, geriyə dönüb girirsən e, ordan getməy olur ora, istiyirsən gedim sənə konum atım (səsli mesaj -14 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:46) Şahid2: Hə brat, bi dənə konum at da, sənin canını yeyim, sən at mənə konumu, mən də bu qaqaşa atım (səsli mesaj - 4 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:47) Şahid1: Yaxşı, qoy gedim çatım ora (səsli mesaj - 3 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:47) Şahid1: Hə, dədə, yavaş-yavaş gəl, mən də çıxıram. Altmışın hamısını gətir də (Yönləndirilmiş səsli mesaj - 4 saniyə, tarix: 03 oktyabr 2024-cü il5 saat 12:47) Şahid1: Brat, yavaş-yavaş gəlin şeyə də, bu sirkin yanına (səsli mesaj - 6 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:48) Şahid1: Mən indi ora çatıram, şey eliyirəm, konum da atıram (səsli mesaj - 2 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:48) Şahid2: Hə, fsyo, brat, fsyo. Gəlirəm mən də. Uşağı Gəncliyə qoyuram evə, gəlirəm (səsli mesaj - 5 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:49) Şahid1: Hə, brat, sən Rövşənə də de qardaşa, gəlsin ora, mən ora çatım, konum atacam sənə, (səsli mesaj - 7 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:56) Şahid2: Oldu brat (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 12:59) Şahid1: Məkan bildirimi - Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi (tarix: 03 oktyabr 2024-cü il, saat 13:11) Şahid1: Brat, konum atdım sənə. Düzdü, bir az qarışıq yerdi burda, həyətdi də elə bil ki, adamın evinə tərəf gəlmişəm. Həmişə bura gəlirəm, taparsan yəqin, (səsli mesaj -10 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:11) Şahid2: Hə, onda mən bu konumu o qaqaşa da atıram, o da gəlsin, mən də gəlirəm ora, yaxşı brat. (səsli mesaj - 9 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:12) Şahid1: Hə, at, gəlsin tez. Çünki mənim də işlərim var (səsli mesaj - 4 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:13) Şahid1: Gəlirsiz brat? (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 13:19) Şahid2: Hə, brat, mən yoldayam, mən Şərq bazarının yanından fırlanıram gəlirəm yuxarı. O qaqaş da oralardadı, darıxma, çatırıq (səsli mesaj - 7 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:21) Şahid2: Alik, şey, nədi onun adı, sənin nömrəni verdim Rövşənə, sənin nömrən Rövşəndədi. O tez çatır da, o deyir, yəni mən vaxt itirmiyim, tələsirəm. 60.000 dollar verəcəy sənə, brat, elə bil ki, sən ona 102.000 verirsən, yaxşı, brat belə. Mən yəqin ki gəlirəm, bəlkə gecikdim, ona görə (səsli mesaj - 29 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:24) Şahid1: Ok (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 13:25) Şahid1: Səsli zəng - 34 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 13:47) Şahid1: Səsli zəng - 45 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 13:58) Şahid2: Alik, sən onun maşının nömrəsini, zadını götürmədin, maşının şəklini çəkmədin, ya nömrə yadında qalmadı? (səsli mesaj - 7 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 14:19) Şahid2: Bi dənə Elxanı qoyum evə, gəlirəm indi sənin yanına (səsli mesaj - 4 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 14:19) Şahid1: Ad familiya de (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 14:27) Şahid1: Onun (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 14:27) Şahid2: Təqsirləndirilən şəxs (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 14:34) Eyni zamanda, “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Şahid2 istifadəsində olan +994 51 *** ** ** saylı mobil nömrə ilə mobil telefonun kontaktında “Rovsen Suvelan” kimi qeyd edilmiş iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 50 *** ** ** saylı mobil nömrə arasında 03 oktyabr 2024-cü il tarixdə aparılmış aşağıdakı məzmunda mesajlar aşkar edilmişdir: Şahid2: Cavabsız zəng (tarix: 03 oktyabr 2024-cü il, saat 09:14) Şahid2: Salam, Rövşən, necəsiz, qardaş? Nömrənizi Elxan dayı verdi, atam verdi. Dedi ki, siznən əlaqə saxlayım. Zəng elədim, prosda, burdan götürmədiz, dedim səs atım (səsli mesaj -13 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 09:15) “Rovsen Suvelan”: Səsli zəng - 5 dəqiqə (tarix: 03 oktyabr 2024-cü il, saat 09:17) “Rovsen Suvelan”: Cavabsız zəng (tarix: 03 oktyabr 2024-cü il, saat 10:03) “Rovsen Suvelan”: Cavabsız zəng (tarix: 03 oktyabr 2024-cü il, saat 10:04) Şahid2: Məkan bildirimi - Bakı şəhəri, Nizami küçəsi (tarix: 03 oktyabr 2024-cü il, saat 10:11) Şahid2: Səsli zəng - 56 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 10:11) “Rovsen Suvelan”: Səsli zəng - 2 dəqiqə (tarix: 03 oktyabr 2024-cü il, saat 11:04) “Rovsen Suvelan”: Cavabsız zəng (tarix: 03 oktyabr 2024-cü il, saat 11:10) “Rovsen Suvelan”: Cavabsız zəng (tarix: 03 oktyabr 2024-cü il, saat 11:12) Şahid2: Səsli zəng - 2 dəqiqə (tarix: 03 oktyabr 2024-cü il, saat 11:15) “Rovsen Suvelan”: Cavabsız zəng (tarix: 03 oktyabr 2024-cü il, saat 11:24) Şahid2: Rövşən, bu dəqiqə bax şey elədi, indi danışdığ onnan, adboy verdi, dedi əlimdə işim var də, bi dənə qutarsın, indi yığır bizi, deyəcəm mən sənə, qardaşım, bir 5-10 dəqiqəyə. Sən hansı tərəfdəsən? (səsli mesaj - 13 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 11:25) “Rovsen Suvelan”: Elə bil ki, indi uşağı düşürdürük, hazırlığa qoyuruq birin, biri yanımızda olacaq, onu həkimə aparacağıq. Gənclik tərəfdəyəm də, demək, Gəncliyə tərəf keçirəm. Mənə bi dənə zəhmət olmasa, əgər Bakıxanova gedəcəyiksə, yoxsa, necəsə mənə bi dənə deginən, mən marşrutumu bilim' də (səsli mesaj - 19 saniyə, tarix: 03 oktyabr 2024cü il, saat 11:26) Şahid2: Hə, Rövşən, sən elə bil nəzərində saxla Zabitlər parkını, ba o tərəfdi. Elə bil ki, Bakıxanovdan dönürsən e bu şey tərəf Səməd Vurğun rezidens, sonra sirkə tərəf, orda Zabitlər bağı var. Bax o tərəfdi, orda olur həmişə. Bi dənə o tərəfi nəzərində saxla. Bi dənə indi zəngini gözdüyürük. Bayağ prosda danışdı ki. gəlirsiz hə. Mən dedim gəlirik. Ona görə o deyəsən yenə manatı verib, yenə gözdüyür indi manat gələcək onun əlinə, bi 5 dəqiqə səbr eliyək, indi zəng vuracaq bizə (səsli mesaj - 29 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 11:28) “Rovsen Suvelan”: Biürem (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 11:30) “Rovsen Suvelan”: Səsli zəng - 1 dəqiqə (tarix: 03 oktyabr 2024-cü il, saat 11:30) “Rovsen Suvelan”: Elnur, qardaşımsan, heç elə bəlkə siz də çıxasız o tərəfə gedəsİz, vaxt getməsin də, nə onu yubadasan, nə də ki sən yubanmiyasan. İşinnən gücünnən eləmişəm səni, üzrlü sayginən, qardaşımsan, valla, bağışda. Yəni deyirəm ki, o sənə deyəndə, çıxıb gedəndə, vaxt getməsin, bəlkə elə sən də yavaş-yavaş o tərəfə gedəsən (səsli mesaj - 18 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 11:32) Şahid2: Rövşən, ba indi bu dəqiqə danışdı oğlan yanımda, mən də eşidirdim səsini. Dedi ki, şeyə gedir, meyvəliyə gedir pul götürsün də, deyir bi bir saat çəkəcəy. Çünki bayağ bu ona deyəndə ki, Alik deyəndə ki gəliriy götürməyə bu gözdüyüb bizi elə bil bir saat da sora götürüb pulu verib. Deyir pulu saxlaya bilmirəm əlimdə də, istiyillər ona görə. İndi gedir yenə götürsün, bir partiya da götürsün meyvəlidən, gəlir şeyə, gəlir ora, Zabitlər bağının yanına, indi belə deyir ki, bir saat zad çəkəcəy. İstirsən sən şəhərdə işin varsa gör olan. Mən də burdayam da, gedim uşağı məktəbdən götürəcəm indi, sora zəngləşək. Bu məni yığan kimi mən səni yığıram, yaxşı? Prosda yaxşı kursnan xırdahyır da bir yeddiynən ona görə adam deyir ki elə onnan götürəy (səsli mesaj - 45 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 11:35) “Rovsen Suvelan”: Səsli zəng - 2 dəqiqə (tarix: 03 oktyabr 2024-cü il, saat 11:36) Şahid2: Rövşən, qardaş, 30.000 dolları düzəldib, deyir hazırdı, indi o birisin düzəldir. Demişəm heç olmasa 50.000 dollar minimum eləsin də. İndi onu da düzəltsin xəbər eliyəcəm. Amma 30.000-i hazırdı (səsli mesaj - 12 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:05) “Rovsen Suvelan”: Səsli zəng - 50 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 12:06) “Rovsen Suvelan”: Mənim qardaşım, bağışda narahat eliyirəm səni, işdən-gücdən ayırmıyım. Dedin də ona da yəqin də, 50 düzəldirsə eybi yox. Mən sonra 10-u qalan hissəsini zapas istiyirdim, onu da eybi yox sora həll eliyərik. Bax da yəni gör naqruska olmasın da ona da, işinə-gücünə də, oldu, qardaş? (səsli mesaj - 23 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:20) Şahid2: Hə, Rövşən, demişəm, qardaşım, demişəm, narahat olma. Dedim ona ki, 50 elə heç olmasa, heç olmasa 50-ə dart ki, biz sənnən götürəy, işimizi görəy, narahat olma, elə demişəm ona (səsli mesaj - 13 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:21) “Rovsen Suvelan”: Cavabsız zəng (tarix: 03 oktyabr 2024-cü il, saat 12:40) Şahid2: Alınır, alınır, dədə. Mən çıxıb indi gedib badamdardan götürüm gəlirəm. Sən də yavaş-yavaş çıx gəl (Yönləndirilmiş səsli mesaj - 4 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:45) Şahid2: Rövşən, mən də çıxıram, Gənclikdəyəm də. Uşağı qoyum bi dənə evə. Gəlirəm ora, elə orda görüşəy (səsli mesaj - 8 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:46) “Rovsen Suvelan”: Səsli zəng - 59 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 12:47) Şahid2: Hə, Rövşən, 60, deyir 60. 60-ı deyir gətir, problemsiz, yəni ki, həll eliyirəm. (səsli mesaj - 6 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:48) “Rovsen Suvelan”: Ok (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 12:49) “Rovsen Suvelan”: Hə, fsyo da, onda 60-ın hamısını düzəldə bilir də, oldu, 102 eliyir də, 102 manat (səsli mesaj - 6 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:49) Şahid2: Hə, Rövşən, düzdü, qardaşım, 102 manat eliyir, həri, həri (səsli mesaj - 3 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:49) Şahid2: Məkan bildirimi - Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi (tarix: 03 oktyabr 2024-cü il, saat 13:13) Şahid2: Rüfət, göndərdim konumunu, Alik də gəlir, mənim iş yoldaşım tanıyır da onu, o da gedir ora, mən də gəlirəm ora, bu konuma, sən də gəl ora, qardaşım, ikimiz də konuma gəlirik. Görüşərik onda orda (səsli mesaj - 13 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:14) “Rovsen Suvelan”: Bildim, qardaş, Elnur. Sən hansı tərəfdəsən? (səsli mesaj - 4 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:16) Şahid2: Bilsən, hardayam, saray var e, elə bil, evin qabağına çıxdım, mərkəzin yanıdı da. Burdan sağa dönürəm ki, çıxım Yusif Vəzirov, çıxım o küçəyə, ordan çıxım (səsli mesaj - 14 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:16) Şahid2: Vopşe Çapayevə girəcəm e, bura probkadı, qalxım Çapayevə, ordan qalxım. İstirsən bir yerdə gedək, görüşək. Sən ha tərəfdə dayanmısan? (səsli mesaj - 8 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:17) “Rovsen Suvelan”: Ay qardaş, heç olmasa day Alik gəlirdi də, sən nöş əziyyət çəkirsən. İşdən-gücdən düşmüsən bütün probkalara sən də, can qardaş, can. Day o gəlirsə, yoldaş da ... onda Zabitlərin qabağına gəlməli olmadı deyirdin? (səsli mesaj - 19 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:17) “Rovsen Suvelan”: Mən düşdüm bi dənə marketdən uşaqlarçün su alım, evdəkilər maşındadı (səsli mesaj - 8 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:18) Şahid2: Hə, problem yoxdu, qardaşım, narahat olma, mən gedirəm, görüşərik onda elə orda. Yo dedim tək getmiyəsən də, baxma, mən də gedirəm. Qoy gedəy götürəy fsyo rahat çıxay sora gedəy (səsli mesaj - 12 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:18) “Rovsen Suvelan”: Hə, Aliki də göndərmisən, özün də. Mən ona görə narahat oldum kİ, ikiniz də heç olmasa gəlməzdiz də, əziyyət olur ikinizə də. (səsli mesaj - 9 saniyə, tarix: 03 oktyabr 2024-cü İl, saat 13:19) Şahid2: Yo, narahat olma, qardaşım. Alikə söz vermişəm axşam futbola baxacıyıq, Qarabağın oyununa. Demişəm ona ki, axşam yeyib-içərik, mənniysən də sən gəlginən. Onun tanışıdı ona görə, narahat olma, qardaşım (səsli mesaj - 14 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:21) “Rovsen Suvelan”: Onda, bəlkə də, o sənnən tez çatar. Sənnən tez çatarsa, şey deyil e, problem deyil, lap ona verərəm, ayırıb şey eliyərəm. Ona görə deyirəm ki, vaxt getməməydən ötrü, bəlkə o çatıb. Yoldaş da çatıb görəsən ünvafuna, yəqin ki çatıb ki konumu atıb da (səsli mesaj -19 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:22) Şahid2: Hə, Rövşən, ordadı, Alik ordadı, problem yoxdu, yo, yo, qoy mən gəlim elə orda yerində bidəfəlik şey eliyərik, həll eliyərik, darıxma (səsli mesaj - 9 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:22) “Rovsen Suvelan”: Səsli zəng - 42 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 13:23) Şahid2: 4-994 70 *** ** ** (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü İl, saat 13:24) Şahid2: Rövşən, həll elədin işini, qardaş, tapa bildin? Mən day gördüm ki, şey uzandı, probka zad, hələ inanırsan, indi gəldim çıxdım bura. Hə Alik dedi ki, mən də çıxıb getmişəm. Ən geci mən gəldim deyəsən. Siz getdiz hə? (səsli mesaj - 15 saniyə, tarix: 03 oktyabr 2024-cü İl, saat 13:45) Şahid2: Cavabsız zəng (tarix: 03 oktyabr 2024-cü il, saat 13:48) Şahid2: Rovsen mene tecili zeng ele (mətn mesajı, tarix: 03 oktyabr 2024- cü il, saat 13:49) Şahid2: Cavabsız zəng (tarix: 03 oktyabr 2024-cü il, saat 13:56) Şahid2: Cavabsız zəng (tarix: 03 oktyabr 2024-cü il, saat 14:04) Şahid2: Yarim saata getir qaytar pullari, yoxsa Mutesekkile veririk seni (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 14:07) Baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir. Baxış zamanı “İphone 13 Pro” markalı mobil telefonun kamerası vasitəsilə videoçəkiliş aparılmış, həmin videogörüntü DVD diskə köçürülərək protokola əlavə edilmişdir (Cild 1, i.v. 86-93;).

28. “Mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında” 4 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 istifadəsində olan “Xiaomi Poco X5 Pro” markalı mobil telefona keçirilmiş baxış zamanı Şahid1 istifadəsində olan +994 55 *** ** ** saylı mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 50 *** ** ** saylı mobil nömrəyə 3 oktyabr 2024-cü il tarixdə, saat 14:33-də 02 dəfə cavabsız zəng edildiyi məlum olmuş, həmçinin “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Şahid1 istifadəsində olan +994 55 *** ** ** saylı mobil nömrə ilə mobil telefonun kontaktında “Şovqi kimi qeyd edilmiş Zərərçəkmiş şəxs istifadəsində olan +994 50 *** ** ** saylı mobil nömrə arasında 3 oktyabr 2024-cü il tarixdə aparılmış aşağıdakı məzmunda mesajlar aşkar edilmişdir: Şahid1: Sabah xeyir (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:03) Zərərçəkmiş şəxs: Salam (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:04) Şahid1: Göyərti lazım? (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:05) Zərərçəkmiş şəxs: Ne qeder? (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:05) Şahid1: 50000 (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:05) Zərərçəkmiş şəxs: 1,702 (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:23) Şahid1: Ok (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:24) Şahid1: 1 saata gələcək (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:24) Zərərçəkmiş şəxs: Deyersen (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:24) Şahid1: Yaxşı (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:25) Şahid1: Səsli zəng - 21 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 11:11) Şahid1: Cavabsız zəng (tarix: 03 oktyabr 2024-cü il, saat 11:22) Şahid1: Cavabsız zəng (tarix: 03 oktyabr 2024-cü il, saat 11:24) Zərərçəkmiş şəxs: Səsli zəng - 32 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 11:31) Şahid1: Hə, brat danışdım, zəng elədi dedi 1 saata zada heç olmasa olar? Dedim hə olar 1 saata, çünki deyir bu da harasa pul köçürməlidi təcili lazımdı da ona görə qalıb belə. Dedim 1 saata narahat olma, həll olacaq. (Yönləndirilmİş səsli mesaj - 17 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 11:41) Zərərçəkmiş şəxs: Cavabsız zəng (tarix: 03 oktyabr 2024-cü il, saat 11:56) Zərərçəkmiş şəxs: Alik, otuzun pulu hazırdı, gəlib götürə bilərsən, o birisilər də 1 saat çəkər (səsli mesaj - 4 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 11:57) Şahid1: Səsli zəng - 24 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 11:57) Şahid1: Abi heç olmasa 50 nin m düzəlsə xəbər ver qurban olum (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 12:05) Zərərçəkmiş şəxs: Səsli zəng - 17 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 12:06) Şahid1: Rəis alınır? (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 12:42) Zərərçəkmiş şəxs: Alınır, alınır, dədə. Mən çıxıb indi gedib Badamdardan götürüb gəlirəm. Sən də yavaş-yavaş çıx gəl. (səsli mesaj - 4 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:44) Şahid1: Yaxşı (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 12:44) Şahid1: Evin yanında goruşək? (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 12:45) Zərərçəkmiş şəxs: Hə, dədə, yavaş-yavaş gəl, mən də çıxıram. Altmışın hamısını gətir də. (səsli mesaj - 4 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:47) Zərərçəkmiş şəxs: Səsli zəng - 32 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 13:13) Şahid1: Səsli zəng - 33 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 13:29) Zərərçəkmiş şəxs: Səsli zəng-31 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 13:34) Şahid1: Şövqi, mənə sayı deyərsən də ki, hər şey qaydasındadı, yoxsa yox? (səsli mesaj - 5 saniyə tarix: 03 oktyabr 2024-cü il, saat 13:41) Zərərçəkmiş şəxs: Səsli zəng - 11 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 13:47) Zərərçəkmiş şəxs: Cavabsız zəng (tarix: 03 oktyabr 2024-cü il, saat 13:48) Şahid1: ***-***-**-** (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 13:54) Eyni zamanda, “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Şahid1 istifadəsində olan +994 55 *** ** ** saylı mobil nömrə ilə mobil telefonun kontaktında “Elnur Cruise” kimi' qeyd edilmiş iş üzrə şahid qismində dindirilmiş Şahid2 İstifadəsində olan +994 51 *** ** ** sayh saylı mobil nömrə arasında 03 oktyabr 2024-cü il tarixdə aparılmış aşağıdakı məzmunda mesajlar aşkar edilmişdir: Şahid1: Vatsap (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:02) Şahid1: Bura zəng elə belə şeylərdə (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:02) Şahid2: Brat, 50 000 $ ok ?) (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:02) Şahid2: Hə yuxuluyam ona gore ((mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:03) Şahid2: 50 min di brat (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:03) Şahid1: Ok (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:03) Şahid2: Deyim gels in? (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:03) Şahid2: Brat emioglu. neceden hell elemek olacaq? (mətn mesajı, tarix: 03 oktyabr 2024cü il, saat 09:03) Şahid2: Onuda sorusdu) (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:23) Şahid1: 1.7 (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:23) Şahid2: Ela (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:23) Şahid2: Hormetivi ediciyem (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:23) Şahid1: Gətir (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:23) Şahid2: 1 saata getirirem (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:23) Şahid1: Gözləyirəm (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:24) Şahid2: Oldu (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:24) Şahid1: Soruş təzədi (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:27) Şahid1: Hamısı (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:27) Şahid2: Heri brat, tertemizdi (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:27) Şahid2: Msi nese bele ad dedi (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:28) Şahid2: Yenidi (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:28) Şahid1: Yeni olsun getir (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:28) Şahid1: Uzatma ancaq tez həll edək (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:28) Şahid2: He brat gelirem (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:28) Şahid2: Brat, deyirki hazir getire biler? 85, deyir mende verim saysin, baxsin goturum gedim (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:52) Şahid1: A brat gətirsin narahat olmasin (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:53) Şahid1: Mən götürüb vericəm 15- dəyqəyə (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:53) Şahid1: Mən burda sən burda (mətn mesajı, tarix: 03 oktyabr 2024- cü il, saat 09:53) Şahid1: Ayıb olar (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:54) Şahid2: Oldu qerdes (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:55) Şahid1: Camaat gozdyir gəl (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:56) Şahid1: Axşam oturaq Qarabağ a baxaq (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:56) Şahid2: Gelirem yoldayam (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:56) Şahid2: Heri brat (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 09:56) Şahid2: Brat men burdayam (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 10:17) Şahid2: Ozude 45 deq. Gelir (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 10:17) Şahid2: Konum atdim (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 10:17) Şahid2: Deyir ola biler 60 getirsin yada 50 (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 10:17) Şahid1: Olsun (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 10:18) Şahid2: 60-di brat (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 11:07) Şahid2: Brat o seniynen gede biler? (mətn mesajı, tarix: 03 oktyabr 2024- cü il, saat 11:07) Şahid1: Da (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 11:08) Şahid2: Ok (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 11:08) Şahid2: Catir (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 11:08) Şahid1: Ok (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 11:08) Şahid1: Hə, Elnur, brat nə oldu, danışdın, səs atdın, nə xəbər? Mənə də denən (səsli mesaj - 5 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 11:39) Şahid2: Hə brat, danışdım, zəng eləmişdi, dedi 1 saata zada heç olmasa olar? Dedim hə olar 1 saata. Çünki eyir bu da harasa pul köçürməlidi, təcili lazımdı da ona görə qalıb belə. Dedim 1 saata narahat olma, həll olacaq (səsli mesaj - 17 saniyə, tarix: 03 oktyabr 2024cü il, saat 11:40) Şahid2: Sənə də brat nəsə xəbər gəlsə, qardaşınsan, mənə denən, yaxşı? (səsli mesaj - 4 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 11:40) Şahid1: Ok (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 11:41) Şahid1: Elnur, adam mənə zəng eləmişdi, otuzun deyir pulu hazirdi, hə, dedim onda hələm vaxt var da, bəlkə düzəldi hamısı, dedi yaxşı. Onu hamısın düzəldim, deyirəm, (səsli mesaj -14 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 11:57) Şahid2: Hə, Alik, demək istəyirsən 30.000 dolları düzəldib, düzdü? Qoy bir az da artırsın da, heç olmasa 50.000 dollar eləsin, minimum. Bir dənə xahiş elə də onnan, Alik, canını yeyim (səsli mesaj - 9 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:00) Şahid1: Yaxşı brat (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 12:01) Şahid2: He brat dedim gozleyir (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 12:05) Şahid1: Ok (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 12:05) Şahid2: Brat eger duzelde bilmese, 50, eger alindirsa 60 (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 12:07) Şahid1: Alınır, alınır, dədə. Mən çıxıb indi gedib badamdardan götürüm gəlirəm. Sən də yavaş-yavaş çıx gəl. (Yönləndirilmiş səsli mesaj - 4 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:44) Şahid2: Alik, biz onda hara gələk? Bi dənə onu soruş da canım yeyim sənin (səsli mesaj - 3 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:44) Şahid2: Brat hara gelek? (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 12:45) Şahid1: Brat, bu Kubinka var e, şeydən, elə bil ki, sirkdən gedirsən, geriyə dönüb girirsən e, ordan getməy olur ora, istiyirsən gedim sənə kopşp atım (səsli mesaj -14 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:46) Şahid2: Hə brat, bi dənə konum at da, sənin canını yeyim, sən at mənə konumu, mən də bu qaqaşa atım (səsli mesaj - 4 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:47) Şahid1: Yaxşı, qoy gedim çatım ora (səsli mesaj - 3 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:47) Şahid1: Hə, dədə, yavaş-yavaş gəl, mən də çıxıram. Altmışın hamısını gətir də (Yönləndirilmiş səsli mesaj - 4 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:47) Şahid1: Brat, yavaş-yavaş gəlin şeyə də, bu sirkin yanma (səsli mesaj - 6 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:48) Şahid1: Mən indi ora çatıram, şey eliyirəm, konum da atıram (səsli mesaj - 2 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:48) Şahid2: Hə, fsyo, brat, fsyo. Gəlirəm mən də. Uşağı Gəncliyə qoyuram evə, gəlirəm (səsli mesaj - 5 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:49) Şahid1: Hə, brat, sən Rövşənə də de qardaşa, gəlsin ora, mən ora çatım, konum atacam sənə, (səsli mesaj - 7 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 12:56) Şahid2: Oldu brat (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 12:59) Şahid1: Məkan bildirimi - Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi (tarix: 03 oktyabr 2024-cü il, saat 13:11) Şahid1: Brat, konum atdım sənə. Düzdü, bir az qarışıq yerdi burda, həyətdi də elə bil ki, adamın evinə tərəf gəlmişəm. Həmişə bura gəlirəm, taparsan yəqin, (səsli mesaj -10 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:11) Şahid2: Hə, onda mən bu konumu o qaqaşa da atıram, o da gəlsin, mən də gəlirəm ora, yaxşı brat, (səsli mesaj - 9 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:12) Şahid1: Hə, at, gəlsin tez. Çünki mənim də işlərim var (səsli mesaj - 4 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:13) Şahid1: Gəlirsiz brat? (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 13:19) Şahid2: Hə, brat, mən yoldayam, mən Şərq bazarının yanından fırlanıram gəlirəm yuxarı. O qaqaş da oralardadı, darıxma, çatırıq (səsli mesaj - 7 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:21) Şahid2: Alik, şey, nədi onun adı, sənin nömrəni verdim Rövşənə, sənin nömrən Rövşəndədi. O tez çatır da, o deyir, yəni mən vaxt itirmiyim, tələsirəm. 60.000 dollar verəcəy sənə, brat, elə bil ki, sən ona 102.000 verirsən, yaxşı, brat belə. Mən yəqin ki gəlirəm, bəlkə gecikdim, ona görə (səsli mesaj - 29 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 13:24) Şahid1: Ok (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 13:25) Şahid1: Səsli zəng - 34 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 13:47) Şahid1: Səsli zəng - 45 saniyə (tarix: 03 oktyabr 2024-cü İl, saat 13:58) Şahid2: Alik, sən onun maşının nömrəsini, zadını götürmədin, maşının şəklini çəkmədin, ya nömrə yadında qalmadı? (səsli mesaj - 7 saniyəs, tarix: 03 oktyabr 2024-cü il, saat 14:19) Şahid2: Bi dənə Elxanı qoyum evə, gəlirəm indi sənin yanına (səsli mesaj - 4 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 14:19) Şahid1: Ad familiya de (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 14:27) Şahid1: Onun (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 14:27) Şahid2: Təqsirləndirilən şəxs (mətn mesajı, tarix: 03 oktyabr 2024-cü il, saat 14:34)ə Baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb dən digər hallar müəyyən edilməmişdir. Baxış zamanı mobil telefonun kamerası vasitəsilə videoçəkiliş aparılmış, həmin videogörüntü DVD diskə köçürülərək protokola əlavə edilmişdir (Cild 1, i.v. 95-100;).

29. BŞBPİ tərəfindən daxil olmuş 5 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 dekabr 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi H.Məmmədov küçəsi ev 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs 4 oktyabr 2024-cü il tarixdə saat 21:05-də Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində idarə etdiyi qara rəngli, “Hyundai Elantra” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobildə olduğu zamanda saxlanılmış və həmin avtomobil ilə birlikdə saat 23:55-də Baş İdarəyə gətirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 3 oktyabr 2024-cü il tarixdə Şahid1 vasitəsilə tanımadığı şəxsə 60.000 ABŞ dolları saxta pul əsginasları verərək əvəzində 100.000 manat pul almasını etiraf etmiş, həmçinin əldə etdiyi pulun qalan hissəsinin Baş İdarənin duracağına yerləşdirilmiş “Hyundai Elantra” markalı, **-CN- *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində olduğunu bildirmişdir (Cild 1, i.v. 102;).

30. “Baxış keçirilməsi və götürmə aparılması barədə” 5 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar və sonuncunun razılıq ərizəsi əsasında 5 oktyabr 2024-cü il tarixdə, saat 00:20-dan 00:51-dək BŞBPİ-nin Cinayət Axtarışı idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı X26, həmin idarənin baş əməliyyat müvəkkilləri polis mayorları X6, X15 və X12 iştirakı ilə Təqsirləndirilən şəxs istifadəsində olan **-NC-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilə baxış keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən idarə etdiyi və Baş İdarəyə gətirildikdən sonra duracağa yerləşdirilmiş “Hyundai Elantra” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin yük yerində döşəməyə sərilmiş sərt örtüyün altında ehtiyat təkərin saxlanılması üçün nəzərdə tutulmuş hissədən qırmızı rəngli sellofan torbanın içində 87.650 (səksən yeddi min altı yüz əlli) manat pul aşkar edilərək götürülmüşdür. Protokolda baxış və götürmə zamanı BŞBPİ-nin İTİACİŞ-nin müstəntiqi polis leytenantı X16 tərəfindən “İphone 13 Pro” markalı mobil telefonun kamerası vasitəsilə videoçəkiliş aparılması, habelə həmin videogörüntünün DVD diskə köçürülərək protokola əlavə edilməsi qeyd olunmuşdur (Cild 1, i.v. 106-111;).

31. “Şübhəli şəxsin tutulması haqqında” 5 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 01:45-də BŞBPİ-nin İTİACİŞ-nin müstəntiqi polis kapitanı X11 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 4 oktyabr 2024cü il tarixdə, saat 21:05 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v.122;).

32. “Üzləşdirmə haqqında” 5 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi halları şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq edərək sonuncuya 102.000 manat pulu verdiyini bildirmiş, Təqsirləndirilən şəxs isə Şahid1 pulu alarkən təlaşlı olduğunu, bu səbəbdən həmin anda sonuncunun məbləğlə bağlı dediklərini səhv eşitmiş ola biləcəyini qeyd etmişdir (Cild 1, i.v. 137-142;).

33. “Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittiham elan edilməsi haqqında” 6 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (Cild 1, i.v. 153-154;).

34. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 oktyabr 2024-cü il tarixli, 4(011)-642/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 4 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş ittihamla özünü təqsirli bilərək əməlindən peşman olduğunu, pulun bir qisminin yerini əməkdaşlara bildirdiyini, cəmi 12000 manat borcu qaldığını, azadlıqda qaldığı təqdirdə 15 gün müddətində həmin borcu ödəyəcəyini bildirərək bu xüsusatların nəzərə alaraq vəsatət və təqdimatın təmin olunmamasını məhkəmədən xahiş etmişdir (Cild 1, i.v. 173-176;).

35. “Könüllü təqdim etmə haqqında” 8 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş X19 həmin tarixdə 1.100 manat pulu könüllü olaraq təqdim edərək bildirmişdir ki, həmin pul 3 oktyabr 2024-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs tərəfindən onun rəhbəri olduğu “Get rent a car” şirkətinə avtomobil icarəsi ilə bağlı ödənilmişdir. Lakin istintaqa dəvət olunarkən Təqsirləndirilən şəxs həmin pulu cinayət yolu ilə əldə etdiyini öyrəndiyi üçün zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi məqsədilə həmin pulu təqdim etmişdir (Cild 1, i.v. 205;).

36. “Baxış keçirilməsi və götürmə aparılması barədə” 8 oktyabr 2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş qəbzlərdən və fotocədvəllərdən görünür ki, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi və saxlanıldıqdan sonra BŞBPİ-nin avtomobil duracağına yerləşdirilmiş “Hyundai Elantra” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus əşyalara baxış keçirilərkən dəri materialdan olan qara rəngli əl çantasından 3 oktyabr 2024-cü il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq X3 xanıma məxsus itə göstərilmiş müalicə xidməti qarşılığında 210 manat məbləğində ödəniş edilməsinə dair 1 ədəd möhürlü və imzalı sənəd, 3 oktyabr 2024-cü il tarixdə saat 21:11-də “Unibank Paypoint” terminalı vasitəsilə 5243 75** **** 4397 nömrəli kart hesabına 850 manat pul köçürülməsinə dair 1 ədəd qəbz, 3 oktyabr 2024-cü il tarixdə saat 22:10-da Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsində yerləşən “mpay” terminalı vasitəsilə H***** M***** F***** oğluna məxsus 5239 15** **** 0354 nömrəli kart hesabına 1.500 manat pul köçürülməsinə dair 1 ədəd qəbz, həmçinin Təqsirləndirilən şəxs məxsus 4169 7388 0403 4126 nömrəli və 4169 7388 6030 3092 nömrəli "xxxx"a aid və 5243 7544 4405 4397 nömrəli “Unibank”a aid plastik bank kartları aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (Cild 1, i.v. 213-218;).

37. “Mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında” 10 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid8 istifadəsində olan “İphone 15 Pro” markalı mobil telefona keçirilmiş baxış zamanı “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Şahid8 istifadəsində olan +994 55 *** ** ** saylı mobil nömrə ilə mobil telefonun kontaktında “Rovsen 558 Vp” kimi qeyd edilmiş iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 50 *** ** ** saylı mobil nömrə arasında 22 iyun 2024-cü ildən etibarən 2 oktyabr 2024-cü il tarixədək qarşılıqlı olaraq səsli və mətn mesajlarının göndərilməsi, mesajların əksər hissəsində Təqsirləndirilən şəxs icarəyə götürdüyü avtomobilin icarə haqqını ödəməkdən yayınması ilə bağlı danışıqlar aparıldığı müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs 2023-cü il ərzində ölkə sərhədini tərk etməməsinə baxmayaraq borcunu ödəməkdən yayınmaq məqsədilə aşağıdakı məzmunda mesajlar göndərdiyi aşkar edilmişdir: Təqsirləndirilən şəxs: Salam qardaş...Biz tecili muayineye gore ucmali olduq Hemde Oz ishlerime gore Turkiyede...cox tecili cixmaq lazim idk.elaqe saxlayacam senle Qardash (mətn mesajı, tarix: 18 sentyabr 2024-cü il, saat 14:47) Şahid8: Masini ele kucede atirlar onda. 9 gündü maşını tullamısan küçeye. (mətn mesajı, tarix: 18 sentyabr 2024-cü il, saat 14:54) Təqsirləndirilən şəxs: Hefte sonu qayidiram ALLAH qoysa (mətn mesajı, tarix: 18 sentyabr 2024-cü il, saat 15:07) Təqsirləndirilən şəxs: Hər vaxtın xeyir olsun, salam-əleyküm, axşamın xeyir olsun, qardaş, axşamın xeyir. İnan baş qarışıqlığdan cavablandıra bilməmişəm. Günorta elə qısaca yazdım sənə, dedim ki, yenə arada səs göndərərəm sənə. Yəni tullamağ deyil e bir tərəfə, əziz qardaş, kənarda saxladım. İndi deyirəm də həftə sonuna inşallah Alahın köməkliyiynən qayıdacıyığ, ödənişnən bağlı da ödəniş də eliyərəm sənə, problem deyil, qardaşımsan. Necə deyəllər hər zaman olduğu kimi ona da narahatçılığ yoxdu. Sadəcə saxlamışam bir kənarda, Özünüz bilirsiniz də Mərdəkanda bir kənarda. Yəni ona görə day təcili çıxmalı olduq deyə müayinələmən bağlı, həm də ki özümün işimlə bağlı olaraq da yəni odu əsas məsələ. Mən 1-2 görüşlərimi də eləməliyəm ki, işləri sahmana sala bilim əzizim. Onun üçün, qardaş, yəni başqa bir şey deyil. Sən də ona görə istəmərəm ki, narahat olasan. Əziz qardaş, qətiyyən hörmətsizlik kimi də başa düşmiyəsən, xahiş eliyirəm. Ona sadəcə əlim çatmıyıb normal. Çatdıra bilməmişəm, qaçhaqovda ola-ola mən səni cavablandıra bilməmişəm. Ona görə mən sənnən üzr istiyirəm ki, başqa cür hörmətsizlik kimi başa düşmiyəsən, əziz qardaş, yəni məsələ odu (səsli mesaj - 1 dəqiqə 15 saniyə, tarix: 18 sentyabr 2024-cü il, saat 18:25) Təqsirləndirilən şəxs: Salam, əziz qardaş, hər vaxtın xeyirli olsun, günün uğurlu olsun. Elə çıxırdıq ki, klinikaya gedək dedim bir səs göndərim, birdən sonra internetim olmaz. Allahın izni ilə bu gün sənə ödəniş göndərəcəm, nəzərində olsun. Narahat olma, hər şey Allahın izni ilə qaydasında olacaq, narahatçılığ yoxdu, mən də sənə göndərəcəyəm bu gün Allah qoysa, inşallah (səsli mesaj - 26 saniyə, tarix: 19 sentyabr 2024-cü il, saat 09:39) Təqsirləndirilən şəxs: Salam eziz qardaş. Hele de klinikadayıq...buyrun bunu tez indi gönderdim..Sabah da daha artıq çahşacam (mətn mesajı, tarix: 19 sentyabr 2024-cü il, saat 19:40) Təqsirləndirilən şəxs: Salam, qardaş, hər vaxtın xeyir olsun, necəsiz? Siz bi dənə aramızdakı haqq-hesab barədə mənə məlumat göndərərsən, qardaş, mən sənə kartına artıqlamasıynan haqq-hesabı göndərim. İndi bir az danışa bilmirəm, qısaca göndərdim səs sənə (səsli mesaj -20 saniyə, tarix: 19 sentyabr 2024-cü il, saat 14:21) Təqsirləndirilən şəxs: Tam zəmət olmasa hesab hy arsan, bi dənə xahiş eliyirəm, mənə göndərərsən. Açar məndə sumkada gedibdi. Bizdən qayıdan olacağ, verəcəm ona, gətirib çatdıracağlar. Mən sənə nə gərəkirsə haqqı-borcu halallaşmaq üçün göndərirəm (səsli mesaj - 17 saniyə, tarix: 19 sentyabr 2024-cü il, saat 14:22) Şahid8: Masini tehvil vermedikce gunu yazilir (mətn mesajı, tarix: 02 oktyabr 2024-cü il, saat 10:13) Təqsirləndirilən şəxs: Siz dayandirin...Men de gelecem ALLAHtN izni ile., (mətn mesajı, tarix: 02 oktyabr 2024-cü il saat 10:16) Təqsirləndirilən şəxs: Muayinelere və operasiyalara gore yubaniriq,.1500 dediz o gun.Onu da size odeyerem (mətn mesajı, tarix: 02 oktyabr 2024-cü il, saat 10:16) Şahid8: Masının acarım getirib kimse tehvil versin (mətn mesajı, tarix: 02 oktyabr 2024-cü il, saat 10:18) Təqsirləndirilən şəxs: Size deyirem uzurlu Sagliq meseledir deye yoxam.Ve ona gore dedim dayandirasiz 1500...Tekerini de hell ederik.biz de de Bakiya gelib cixaq sag salamat burdan (mətn mesajı, tarix: 02 oktyabr 2024-cü il, saat 10:19) Şahid8: 1 deq yigib danişa bilmirsen? (mətn mesajı, tarix: 02 oktyabr 2024-cü il, saat 10:19) Şahid8: Sen kecen bazar Bakıda olmalıydın. (mətn mesajı, tarix: 02 oktyabr 2024-cü il, saat 10:20) Təqsirləndirilən şəxs: Acar da çantada mendedir..Emioglu qayıdacaq daha tez ona vererem catdirar size (mətn mesajı, tarix: 02 oktyabr 2024-cü il, saat 10:21) Şahid8: Cavabsız zəng (tarix: 02 oktyabr 2024-cü il, saat 12:06) Şahid8: Cavabsız zəng (tarix: 02 oktyabr 2024-cü il, saat 17:46) Şahid8: Cavabsız zəng (tarix: 02 oktyabr 2024-cü il, saat 18:20) Şahid8: Cavabsız zəng (tarix: 02 oktyabr 2024-cü il, saat 18:34) Şahid8: Cavab ver (mətn mesajı, tarix: 02 oktyabr 2024-cü il, saat 18:36) Şahid8: Cavabsız zəng (tarix: 03 oktyabr 2024-cü il, saat 22:34) Şahid8: Cavabsız zəng (tarix: 03 oktyabr 2024-cü İl, saat 22:43) Şahid8: Salam (mətn mesajı, tarix: 04 oktyabr 2024-cü il, saat 12:14) Həmçinin mobil telefonun ana menyusunda yerləşən “Birbank” tətbiqində sonuncu əməliyyatlara baxış keçirilərkən Şahid8 istifadəsində olan 5239 15** **** 0354 nömrəli "xxxx" ASC-yə məxsus olan kart hesabına 03 oktyabr 2024-cü il tarixdə saat 22:11-də “Mpay” ödəmə terminalı vasitəsilə 1.500 manat pul mədaxil edildiyi məlum olmuş, Şahid8 həmin pulun iş üzrə Təqsirləndirilən şəxs tərəfindən, onun nümayəndəsi olduğu "xxxx" MMC-yə avtomobil icarəsi ilə bağlı ödənildiyini bildirmişdir. Baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir. Baxış zamanı mobil telefonun ekranının hərəkətli videoçəkiliş qeydi aparılmış, həmin videogörüntü DVD diskə köçürülərək protokola əlavə edilmişdir (Cild 1, i.v. 244-247;).

38. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli məhkumluq haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Həmçinin “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair başqa bir cinayət işi 18 mart 2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur (Cild 1,i.v. 248; Cild 2;).

39. “Könüllü təqdim etmə haqqında” 11 oktyabr 2024-cü il tarixli protokol və müvafiq ərizədən görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid8 həmin tarixdə 1.500 manat pulu könüllü olaraq istintaqa təqdim edərək bildirmişdir ki, həmin pul 3 oktyabr 2024-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs tərəfindən onun nümayəndəsi olduğu "xxxx" MMC-yə avtomobil icarəsi ilə bağlı ödənilmişdir. Lakin istintaqa dəvət olunarkən Təqsirləndirilən şəxs həmin pulu cinayət yolu ilə əldə etdiyini öyrəndiyi üçün zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi məqsədilə həmin pulu təqdim etmişdir (Cild 1, i.v. 251-252;).

40. “Könüllü təqdim etmə haqqında” 12 oktyabr 2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş fotocədvəllərdən və müvafiq ərizədən sgörünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid9 həmin tarixdə 1 ədəd 128 GB yaddaş tutumlu “İphone 13” markalı mobil telefonu, həmin telefona aid olan 1 ədəd adapter başlığını, 1 ədəd qoruyucu qoburu və 1 ədəd “Seagate” markalı 1 TV yaddaş tutumlu sərt diski könüllü olaraq istintaqa təqdim edərək bildirmişdir ki, həmin əşyalar iş üzrə Təqsirləndirilən şəxs tərəfindən alınmış və 3 oktyabr 2024-cü il tarixdə Xaçmaz rayonu Nabran qəsəbəsində onun yaşadığı evə qoyulmuşdur. Lakin İstintaqa dəvət olunarkən Təqsirləndirilən şəxs həmin əşyaları cinayət yolu ilə əldə etdiyi pul hesabına aldığını öyrəndiyi üçün zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi məqsədilə həmin əşyaları təqdim etmişdir (Cild 2, i.v. 25-31;).

41. “Maddi ziyanın ödənilməsi haqqında” 12 oktyabr 2024-cü il tarixli protokoldan və müvafiq qəbzdən görünür ki, 5 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş 87.650 (səksən yeddi min altı yüz əlli min) manat, iş üzrə şahid qismində dindirilmiş Şahid1 könüllü olaraq istintaqa təqdim etdiyi 120 (bir yüz iyirmi) manat, iş üzrə şahid qismində dindirilmiş X1 olaraq istintaqa təqdim etdiyi 1100 (bir min yüz) manat, iş üzrə şahid qismində dindirilmiş Şahid8 könüllü olaraq istintaqa təqdim etdiyi 1500 (bir min beş yüz) manat olmaqla ümumilikdə 90.370 (doxsan min üç yüz yetmiş) manat nağd pulu, həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid9 könüllü olaraq istintaqa təqdim etdiyi 1700 (bir min yeddi yüz) manat dəyərində olan 1 ədəd 128 GB yaddaş tutumlu “İphone 13” markalı mobil telefonu, həmin telefona aid olan 1 ədəd adapter başlığını, 1 ədəd qoruyucu qoburu və 1 ədəd “Seagate” markalı 1 TV yaddaş tutumlu sərt diski dəymiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə Zərərçəkmiş şəxs təhvil verilmişdir. Həmin protokolda Zərərçəkmiş şəxs tərəfindən “90370 manat pulu, bir ədəd “Ayfon” markalı telefonu, həmin telefona aid aksesuarları və bir ədəd sərt diski təhvil aldım” sözləri qeyd olunmuşdur (Cild 2, i.v. 37-38;).

42. Zərərçəkmiş şəxs 12 oktyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, 90370 (doxsan min üç yüz yetmiş) manat nağd pul, 1700 (bir min yeddi yüz) manat dəyərində “Ayfon 13” markalı mobil telefon, həmin telefona aid adapter başlığı, qoruyucu qoburu və 50 manat dəyərində “Seagate” markalı sərt disk müstəntiq Nahid Abbaslı tərəfindən ona təhvil verilmiş, bununla da ona dəymiş maddi ziyanın 92220 (doxsan iki min iki yüz iyirmi) manat hissəsi ödənilmiş, ziyanın qalan hissəsinin isə ona ödənilməsinə köməklik edilməsini xahiş etmişdir (Cild 2, i.v. 41;).

43. BŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin 14 oktyabr 2024-cü il tarixli, 3-13-44-2/2- 2407/2024 nömrəli əməliyyat-tapşırığına cavab məktubundan görünür ki, üzərlərində “Etibarsızdır” yazısı qeyd edilmiş əsginasların ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılmadığı və həmin əsginaslarm açıq şəkildə satışı həyata keçirildiyi üçün Təqsirləndirilən şəxs 3 oktyabr 2024-cü il tarixdə həmin əsginaslar konkret olaraq hansı ünvandan alması və satıcının şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (Cild 2, i.v. 44;).

44. “Könüllü təqdim etmə haqqında” 17 oktyabr 2024-cü il tarixli protokoldan və müvafiq ərizədən görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid7 həmin tarixdə 200 manat məbləğində pulu könüllü olaraq istintaqa təqdim edərək bildirmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs 3 oktyabr 2024-cü il tarixdə ona borclu olduğu 200 manat pulu qaytarmışdır. Lakin istintaqa dəvət olunarkən Təqsirləndirilən şəxs həmin pulu cinayət yolu ilə əldə etdiyini öyrəndiyi üçün zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi məqsədilə həmin pulu təqdim etmişdir (Cild 2, i.v. 56; 59;).

45. Xəzər Rayon İcra Hakimiyyəti başçısıının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 oktyabr 2024-cü il tarixli xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs H.Məmmədov küçəsi ev 5 V ünvanında qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamır. Hİmayəsində 2007 və 2013-cü il təvəllüdlü iki uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (Cild 2, i.v. 67-70;).

46. “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 21 oktyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini ifadəsi yerində yoxlanılan zaman bir daha təsdiq edərək həmin tarixdə Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etdiyi yeri əyani olaraq göstərmişdir (Cild 2, i.v. 71-73;).

47. “Mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında” 22 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid6 istifadəsində olan “İphone 15 Pro” markalı mobil telefona keçirilmiş baxış zamanı “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Şahid6 istifadəsində olan +994 55 *** ** ** saylı mobil nömrə ilə iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 50 *** ** ** saylı mobil nömrə arasında 3 avqust 2024-cü ildən etibarən 03 oktyabr 2024-cü il tarixədək qarşılıqlı olaraq səsli və mətn mesajlarının göndərilməsi, mesajların əksər hissəsində Təqsirləndirilən şəxs icarəyə götürdüyü avtomobilin icarə haqqını ödəməkdən yayınması ilə bağlı danışıqlar aparıldığı müəyyən edilmişdir. 3 oktyabr 2024-cü il tarixdə isə tərəflər arasında aparılmış aşağıdakı məzmunda mesajlar aşkar edilmişdir: Təqsirləndirilən şəxs: Səsli zəng - 3 dəqiqə (tarix: 03 oktyabr 2024-cü il, saat 15:59) Təqsirləndirilən şəxs: Səsli zəng - 1 dəqiqə (tarix: 03 oktyabr 2024-cü il, saat 16:21) Təqsirləndirilən şəxs: Səsli zəng - 10 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 16:33) Təqsirləndirilən şəxs: Səsli zəng - 15 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 16:41) Şahid6: Kənan-iş (kontakt məlumatı) (tarix: 03 oktyabr 2024-cü il, saat 16:43) Şahid6: Qardaş, bi dənə bu nömrəni yığ da, sənə düşə bilmir e, yarım saatdı deyir yığıram, düşə bilmirəm e, qadan alım sənə (səsli mesaj - 5 sanyə, tarix: 03 oktyabr 2024cü il, saat 16:43) Təqsirləndirilən şəxs: Səsli zəng - 37 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 16:45) Şahid6: Səsli zəng - 47 saniyə (tarix: 03 oktyabr 2024-cü il, saat 16:47) Təqsirləndirilən şəxs: Zaur, qardaşım, Allah razı olsun, minnətdaram. Görüşdüm Kənannan, təhvil verdim ona, hər şey qaydasında, 200-ü də verdim ona. Özü bilir, dedim Zaur məllimə çatacağ (səsli mesaj - 11 saniyə, tarix: 03 oktyabr 2024-cü il, saat 16:57) Şahid6: Oldu, qardaş, oldu, çox sağ ol, minnətdaram, qadan alım. Aramızda bir 70 manat qaldı da, onu da İnşAllah, şey olsa verərsən də, başına dönüm (səsli mesaj - 10 sanyə, tarix: 03 oktyabr 2024-cü il, saat 16:58). Baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir. Baxış zamanı mobil telefonun ekranının hərəkətli videoçəkiliş qeydi aparılmış, həmin videogörüntü DVD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 2, i.v. 100-102;).

48. “Respublika Narkoloji Mərkəzi” X34 tərəfindən daxil olmuş 12 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə qeydiyyat yoxdur (Cild 2, i.v. 111;).

49. “Könüllü təqdim etmə haqqında” 24 oktyabr 2024-cü il tarixli protokoldan və müvafiq ərizədən görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid6 həmin tarixdə 200 manat pulu könüllü olaraq istintaqa təqdim edərək bildirmişdir ki, həmin pul 3 oktyabr 2024-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs tərəfindən onun rəhbəri olduğu "xxxx" MMC-yə avtomobil icarəsi ilə bağlı ödənilmişdir. Lakin istintaqa dəvət olunarkən Təqsirləndirilən şəxs həmin pulu cinayət yolu ilə əldə etdiyini öyrəndiyi üçün zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi məqsədilə həmin pulu təqdim etmişdir (Cild 2, i.v. 114-115;).

50. “Ambulator məhkəmə-psixiatrik ekspertizasının” 14 oktyabr 2024-cü il tarixli, 2985 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 2, i.v.118-120;).

51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Sənədlərin məhkəmə texniki ekspertizasının” 24 oktyabr 2024-cü il tarixli, 5/1146 saylı rəyindən görünür ki, təqdim olunmuş LB 99000999 İ nömrəli 100 ABŞ dollar nominallı pul əskinaslara oxşar obyektlər ofset çap üsulu ilə hazırlanmışdır. Təqdim olunmuş 596 ədəd LB 99000999 İ nömrəli 100 nominal ABŞ dolları pul əskinasına oxşar tədqiqat obyektləri X14 X23 tərəfindən tədavülə buraxılan eyni nominal pul əskinasından orqanoleptik (vizual), yəni xüsusi cihaz istifadə etmədən fərqlənir. Təqdim olunmuş obyektlərin fraqmentləri və rekvizitləri dəyişdirilməmişdir. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır (Cild 2, i.v. 123-126;).

52. “Maddi ziyanın ödənilməsi haqqında” 2 noyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş qəbzdən görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid7 və Şahid6 Telman oğlunun hər birinin könüllü olaraq istintaqa təqdim etdikləri 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat nağd pul dəymiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə Zərərçəkmiş şəxs təhvil verilmişdir (Cild 2, i.v. 143;).

53. Zərərçəkmiş şəxs 2 noyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, 400 (dörd yüz) manat nağd pul müstəntiq Nahid Abbaslı tərəfindən ona təhvil verilmiş, bununla da cinayət nəticəsində ona dəymiş maddi ziyanın 92.620 (doxsan iki min altı yüz iyirmi) manat hissəsi ona ödənilmişdir (Cild 2, i.v. 147;).

54. Müstəntiq tərəfindən tərtib edilmiş 3 noyabr 2024-cü il tarixli arayışdan və arayışa əlavə edilmiş fotocədvəldən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının “www.cbar.az” internet saytına əsasən həmin cinayət işi üzrə ibtidai istintaqı aparılan cinayət əməlinin baş verdiyi, yəni 3 oktyabr 2024-cü il tarixdə Azərbaycan manatının ABŞ dolları valyutasına münasibətdə məzənnəsinin kursu “1.7” manat olmuş, həmin kurs əsas götürülməklə 60000 ABŞ dolları pul vəsaitinin məbləği 102.000 (yüz iki min) manat müəyyən edilmişdir (Cild 2, i.v. 148;).

55. “Elektron məlumat daşıyıcısının yaddaşına baxış keçirilməsi haqqında” 6 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin 4 noyabr 2024-cü il tarixli, 23445 nömrəli məktubu ilə istintaqa daxil olmuş “CD” diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən olunmamışdır (Cild 2, i.v.158-162;).

56. “Bank hesablarının vəziyyəti barədə kommersiya sirri təşkil edən məlumatlara və elektron məlumat daşıyıcısının yaddaşına baxış keçirilməsi haqqında” 7 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-nin 7 noyabr 2024-cü il tarixli, 2024/111//29940 nömrəli məktubu ilə istintaqa daxil olmuş plastik kart istifadəçisinin anket məlumatlarına və məktuba əlavə edilmiş 2 ədəd “CD” diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən olunmamışdır (Cild 1, i.v.164-168;).

57. “Bank hesablarının vəziyyəti barədə kommersiya sirri təşkil edən məlumatlara və elektron məlumat daşıyıcısının yaddaşına baxış keçirilməsi haqqında” 14 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, “X18” ASC-nin 14 noyabr 2024-cü il tarixli, HTİD-OUT- 08342-2024 nömrəli məktubu ilə istintaqa daxil olmuş 1 ədəd “CD” diskə vaxış keçirilmiş, baxış zamanı “4397” adlı “Excell” formatında olan 1-ci faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş 5243 **** **** 4397 nömrəli kart üzrə 16 iyul 2024-cü il tarixdən 3 oktyabr 2024-cü il tarixədək olan müddətdə aparılmış əməliyyatlar qeyd olunmuşdur. Həmin məlumatlara baxış keçirilərkən 3 oktyabr 2024-cü il tarixdə saat 11:57:58-də 5243 **** **** 4397 nömrəli karta terminal vasitəsilə 29 ABŞ dolları, yəni 49,3 manat, həmçinin eyni tarixdə saat 21:10:49-da həmin karta terminal vasitəsilə 850 manat mədaxil edilmişdir. Baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edə digər hallar müəyyən edilməmişdir (Cild 2, i.v. 170-172;).

58. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 14 noyabr 2024cü il tarixli qərardan görünür ki, təqsirləndirikən şəxs Təqsirləndirilən şəxs 6 oktyabr 2024cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihama dəyişiklik edilərək həmin maddə ilə ona yenidən ittiham elan edilməsi qərara alınmış, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş X14 X23 tərəfindən tədavülə buraxılan eyni nominal əsl pul əsginaslarından aşkar formada, orqanoleptik (vizual), yəni xüsusi cihaz istifadə edilmədən fərqlənən, ofset çap üsulu ilə hazırlanmış hər birinin üzərində latın qrafikalı Azərbaycan əlifbası ilə “Etibarsızdır” yazısı, həmçinin “LB 99000999 İ” seriya və nömrəsi qeyd olunmuş, 1-ci bağlamada 97 ədəd, 2-ci bağlamada 100 ədəd, 3-cü bağlamada 107 ədəd, 4-cü bağlamada 91 ədəd, 5-ci bağlamada 103 ədəd və 6-cı bağlamada 98 ədəd olmaqla ümumilikdə 6 ədəd bağlamada 596 ədəd 100 ABŞ dolları nominallı pul əsginaslarına oxşar kağız parçalar xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Eyni zamanda, həmin qərarla Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi tərəfindən əməliyyat tapşırığına cavab olaraq istintaqa təqdim edilmiş hadisə yerində mövcud olan müşahidə kameralarının qeydə aldığı videogörüntüləri əks etdirən 1 ədəd “DVD” disk məzmununa görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilmiş, həmçinin təqsirləndirilən şəxsə məxsus əl çantasından aşkar edilərək götürülmüş 4169 7388 0403 4126 və 4169 7388 6030 3092 nömrəli "xxxx", həmçinin 5243 7544 4405 4397 nömrəli “Unibank” plastik bank kartları saxlanılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə təhvil verilmişdir (Cild 2, i.v. 173-220;).

59. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, müstəntiq Nahid Abbaslı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilərək hüquq və vəzifələri izah edilmişdir (Cild 2, i.v. 221-223;).

60. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq N.S.Abbaslı tərəfindən 25 noyabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 29 noyabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.248-294;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

61. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

63. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

64. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

65. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

66. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

67. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

68. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

69. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

70. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

71. Məhkəmə Təqsirləndirilən şəxsnın törətdiyi CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışlıq münasibətlərindən istifadə etməklə əlaqə yaratdığı (tanıdığı) zərərçəkmiş şəxsi aldatmış və ələ keçirdiyi pulların bir qismini öz şəxsi ehtiyaclarına xərcləmişdir. Belə ki, Təqsirləndirilən şəxs maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə əsl pul əsginaslarına oxşayan və açıq şəkildə satılan üzərlərində “Etibarsızdır” yazısı qeyd olunmuş ABŞ dolları valyutasında olan kağız əsginaslardan alaraq valyuta dəyişmək adı ilə hər hansı şəxsə vermək, əvəzində isə manat almaq qərarına gəlib səmimi münasibət saxladığı, törədəcəyi əmələ görə hüquq-mühafizə orqanlarına şikayət etməyəcəyini güman etdiyi, habelə xarici müştərilərinin olmasını bildiyi Şahid3 müraciət edərək ona 30.000-40.000 ABŞ dolları məbləğində pulunun olmasına dair həqiqətəuyğun olmayan məlumat verib həmin pulu Azərbaycan manatına çevirmək istədiyini bildirmiş, Şahid3 özünün kömək edə bilməyəcəyini gördükdə cinayətkar niyyətini həyata keçirmək üçün yardımının müqabilində ona “hörmət” edəcəyinə dair vədlər də vermiş, Şahid3 onu oğlu Şahid2lə əlaqələndirdikdən sonra cinayətkar niyyətinin təcili surətdə həyata keçirilməsinin təmin edilməsi (realizə etmək üçün) üçün sonuncuya həmin pulun uşağının xəstəliyi ilə əlaqədar lazım olduğunu bildirib onu aldadaraq tələsdirmiş, habelə özünə “müştəri” tapdıqdan sonra qeyd olunan məbləği artıraraq guya 60.000 ABŞ dolları məbləğində pulunun olmasını bildirərək məhz həmin məbləğdə pulun Azərbaycan manatına dəyişdirilməsini təkid edib həqiqətən də pulun ona veriləcəyinə əmin olduqdan sonra Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki məlum olmayan mağazadan dövriyyəsi məhdudlaşdırılmamış və açıq şəkildə satışı həyata keçirilən X14 X23 tərəfindən tədavülə buraxılan eyni nominal əsl pul əsginasından aşkar formada, orqanoleptik (vizual), yəni xüsusi cihaz istifadə edilmədən fərqlənən, ofset çap üsulu ilə hazırlanmış hər birinin üzərində latın qrafikalı Azərbaycan əlifbası ilə “Etibarsızdır” yazısı, həmçinin “LB 99000999 İ” seriya və nömrəsi qeyd olunmuş, 1-ci bağlamada 97 ədəd, 2-ci bağlamada 100 ədəd, 3cü bağlamada 107 ədəd, 4-cü bağlamada 91 ədəd, 5-ci bağlamada 103 ədəd və 6-cı bağlamada 98 ədəd olmaqla ümumilikdə 6 ədəd bağlamada 596 ədəd 100 ABŞ dolları nominallı pul əsginaslarına oxşar kağız parçalarını alıb gələcəkdə xarici valyutada pul vəsaitini qəbul edəcək şəxs tərəfindən görünməməsi və adi kağız parçası olduğunun bilinməməsi üçün həmin kağızların üzərindəki “Etibarsızdır” yazısının qeyd edildiyi hissələri rezin halqalarla qapadıb kip halda sıxaraq kənardan baxıldıqda əsl 100-lük ABŞ dolları olmaqla 60.000 ABŞ dolları məbləğində pul vəsaiti görüntüsü yaradıb həmin əsginasıları cinayətkar niyyətindən tamamilə xəbərsiz olan Zərərçəkmiş şəxs əvvəlcədən razılaşdırılmış yerdə təhvil verdikdən dərhal sonra iti addımlarla oradan uzaqlaşaraq onunla əlaqə yaradılmasını qeyri-mümkün etmək üçün mobil telefonunu söndürüb qaçmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs öz tamahkar niyyətinə nail olmaq üçün Şahid3, Şahid2 və Şahid1 bilə-bilə yalan, həqiqətəuyğun olmayan məlumatlar verərək sonuncuların köməyindən istifadə edib onları aldatmış, həqiqi olmayan ABŞ dolları əsginaslarını isə kip rezin halqalarla qapadıb həqiqi ABŞ dolları görüntüsü yaradılmasına nail olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs öz məkrli niyyətini həyata keçirdikdən sonra cinayət yolu ilə əldə etdiyi pulu əsasən borclarını bağlamaq üçün istifadə etməklə şəxsi ehtiyaclarına xərcləmişdir.

72. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi nəticəsinə gələrkən ilk növbədə ona istinad etmişdir ki, o, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində özünü ona ittiham elan edilmiş əməl üzrə təqsirli bilməklə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində faktiki olaraq törətmiş olduğu cinayət əməllərinin törədilmə üsulunu və mexanizmini açıqlamışdır.

73. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs guya ona məxsus 60.000 ABŞ dolları məbləğində pulun təcili surətdə Azərbaycan manatına dəyişilməli olmasını, lakin banklara limit tətbiq edilməsi (sənəd tələbi) ilə əlaqədar hər hansı bank vasitəsilə valyuta dəyişikliyinin mümkün olmadığını tanışı Şahid3 bildirərək ona həqiqətəuyğun olmayan məlumat verib sonuncu vasitəsilə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs aldadaraq ona 102.000 (bir yüz iki min) manat külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir.

74. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün istər məhkəmədə, istərsə də məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxs və çoxsyalı şahid ifadələri, həmçinin ifadələri elan edilməklə tədqiq edilmiş çoxsaylı Şahidləri, habelə üzləşmə protokolları, ifadənin yerində yoxlanılması protokolları, eləcə də digər sənədlərlə kifayət qədər sübuta yetirilir.

75. Belə ki, “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

76. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

77. Məhkəmədə tədqiq edilən mötəbər və mümkün sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir.

78. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 178.3.2-ci maddələri ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.

79. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 178.3.2-ci maddələsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

80. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.

81. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

82. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.

83. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, CM-in 59.1.14-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi nəticəsində vurulmuş ümumi ziyandan 92620 (doxsan iki min altı yüz iyirmi) manat hissəsinin aradan qaldırılması, habelə CM-in 59.2-ci maddəsinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan uşağının, habelə yaşlı atasının olmasını, əvvəllər məhkum olunmamaqla törətdiyi əməldən peşman olmasını bildirməsini, ibtidai araşdırma zamanı istintaq orqanı ilə əməkdaşlıq edərək ətraflı ifadələr verməsi, məhkəmə və ibtidai araşdırma zamanı davranışlarını, yaşayış yeri üzrə mübət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

84. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.

85. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

86. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.

87. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

88. CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

89. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 4 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 6 oktyabr 2024-cü il tarixdə barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə əvvəli 4 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

90. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək cəzaya hesablanmaqla təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 4 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır.

91. Zərərçəkmiş şəxs vurulan maddi ziyan tam ödənilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması ona izah edilməlidir.

92. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

93. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan X14 X23 tərəfindən tədavülə buraxılan eyni nominal əsl pul əsginasından aşkar formada, orqanoleptik (vizual), yəni xüsusi cihaz istifadə edilmədən fərqlənən, ofset çap üsulu ilə hazırlanmış hər birinin üzərində latın qrafikalı Azərbaycan əlifbası ilə “Etibarsızdır” yazısı, həmçinin “LB 99000999 İ” seriya və nömrəsi qeyd olunmuş, 1-ci bağlamada 97 ədəd, 2-ci bağlamada 100 ədəd, 3cü bağlamada 107 ədəd, 4-cü bağlamada 91 ədəd, 5-ci bağlamada 103 ədəd və 6-cı bağlamada 98 ədəd olmaqla ümumilikdə 6 ədəd bağlamada 596 ədəd 100 ABŞ dolları nominallı pul əsginaslarına oxşar kağız parçaları məhv edilməli, Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan təqsirləndirilən şəxsə məxsus əl çantasından aşar edilərək götürülmüş 4169 7388 0403 4126 və 4169 7388 6030 3092 nömrəli "xxxx", həmçinin 5243 7544 4405 4397 nömrəli “Unibank” plastik bank kartları Təqsirləndirilən şəxs, etiraz etmədikdə isə onun ailə üzvlərinə və ya digər qohumlarına qaytarılmalı,16 (on altı) ədəd disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

94. CPM-yə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

95. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

96. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur

97. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

98. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

99. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 4 oktyabr 2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olmaqla Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan X14 X23 tərəfindən tədavülə buraxılan eyni nominal əsl pul əsginasından aşkar formada, orqanoleptik (vizual), yəni xüsusi cihaz istifadə edilmədən fərqlənən, ofset çap üsulu ilə hazırlanmış hər birinin üzərində latın qrafikalı Azərbaycan əlifbası ilə “Etibarsızdır” yazısı, həmçinin “LB 99000999 İ” seriya və nömrəsi qeyd olunmuş, 1-ci bağlamada 97 ədəd, 2-ci bağlamada 100 ədəd, 3-cü bağlamada 107 ədəd, 4-cü bağlamada 91 ədəd, 5-ci bağlamada 103 ədəd və 6-cı bağlamada 98 ədəd olmaqla ümumilikdə 6 ədəd bağlamada 596 ədəd 100 ABŞ dolları nominallı pul əsginaslarına oxşar kağız parçaları məhv edilsin, Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan 4169 7388 0403 4126 və 4169 7388 6030 3092 nömrəli "xxxx", həmçinin 5243 7544 4405 4397 nömrəli “Unibank” plastik bank kartları Təqsirləndirilən şəxs, etiraz etmədikdə isə onun ailə üzvlərinə və ya digər qohumlarına qaytarılsın, 16 (on altı) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlakın, üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs izah edilsin ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında iddia qaldıra bilər. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar