Məhkəmə qərarları › İş №1(101)-801/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-801/2021

26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-801/2021 26.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri: Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsi, döngə 1, ev 3-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsi, ev 48-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 237.2.1 və 237.2.3--cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirərək toplamaqla kultivasiya etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin narkotik tərkibli çətənə bitkilərindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmamış marixuana hazırlamaqla əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmə, həmçinin həmin narkotik tərkibli çətənə bitkilərindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmamış marixuana hazırlamaqla əldə etmə, saxlama və satma barədə tanışları Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Hüseyn” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və “Hüseyn” adlı şəxs 2020-ci ilin fevral ayında Abşeron rayon, Novxanı qəsəbəsi, M.Şəhriyar küçəsində yerləşən X1 mülkiyyətində olan bağ sahəsini icarəyə götürərək orada Təqsirləndirilən şəxs2 ilə birlikdə 16,17 və 18 iyun 2020-ci il tarixlərdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda, yəni 1813 ədəddən artıq əkib onlara aqrotexniki qulluq göstərməklə yetişdirərək toplamaqla kultivasiya etmiş, həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və “Hüseyn” adlı şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əkib yetişdirməklə kultivasiya etdikləri 1813 ədəddən artıq çətənə kollarının bir hissələrini toplayıb qurudaraq qanunsuz olaraq 105 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hazırlamaqla əldə etmiş, həmin qurudulmuş marixuananı bağ sahəsində yerləşən iş otağında paltar dolabında gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 15 avqust 2020-ci il tarixdə saat 12:25-də Abşeron rayon, Novxanı qəsəbəsi, M.Şəhriyar küçəsində yerləşən həmin bağ evinin qarşısında saxlanılaraq özlərinin razılığı və iştirakları ilə bağ sahəsində yerləşən istixananın İçərisinə baxış keçirilən zaman orada kökləri torpaqdan çıxarılmaqla ayrı-ayrı yerlərə yığılmış və torpaqda olmaqla ümumilikdə 1813 ədəd yaş vəziyyətdə ümumi çəkisi 970000,0 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, eləcə də bağ sahəsində yerləşən iş otağına baxış keçirilən zaman paltar dolabında satış məqsədilə qanunsuz olaraq hazırlamaqla əldə edib saxladıqları bir ədəd polietilen torbada 105 qram təmiz çəkidə aşkar edilmiş çətənə kolları ilə tərkib hissələrinə görə eyni olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirərək toplamaqla kultivasiya etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin narkotik tərkibli çətənə bitkilərindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmamış marixuana hazırlamaqla əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmə, həmçinin həmin narkotik tərkibli çətənə bitkilərindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmamış marixuana hazırlamaqla əldə etmə, saxlama və satma barədə tanışları Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Hüseyn” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və “Hüseyn” adlı şəxs 2020-ci ilin fevral ayında Abşeron rayon, Novxanı qəsəbəsi, M.Şəhriyar küçəsində yerləşən X2 mülkiyyətində olan bağ sahəsini icarəyə götürərək orada Təqsirləndirilən şəxs2 ilə birlikdə 16, 17 və 18 iyun 2020-ci il tarixlərdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külü miqdarda, yəni 1813 ədəddən artıq əkib onlara aqrotexniki qulluq göstərməklə yetişdirərək toplamaqla kultivasiya etmiş, həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və “Hüseyn” adlı şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əkib yetişdirməklə kultivasiya etdikləri 1813 ədəddən artıq çətənə kollarının bir hissələrini toplayıb qurudaraq qanunsuz olaraq 105 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hazırlamaqla əldə etmiş, həmin qurudulmuş marixuananı bağ sahəsində yerləşən iş otağında paltar dolabında gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 15 avqust 2020-ci il tarixdə saat 12:25-də Abşeron rayon, Novxanı qəsəbəsi, M.Şəhriyar küçəsində yerləşən həmin bağ evinin qarşısında saxlanılaraq özlərinin razılığı və iştirakları ilə bağ sahəsində yerləşən istixananın içərisinə baxış keçirilən zaman orada kökləri torpaqdan çıxarılmaqla ayrı-ayrı yerlərə yığılmış və torpaqda olmaqla ümumilikdə 1813 ədəd yaş vəziyyətdə ümumi çəkisi 970000,0 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, eləcə də bağ sahəsində yerləşən İş otağına baxış keçirilən zaman paltar dolabında satış məqsədilə qanunsuz olaraq hazırlamaqla əldə edib saxladıqları bir ədəd polietilen torbada 105 qram təmiz çəkidə aşkar edilmiş çətənə kollan ilə tərkib hissələrinə görə eyni olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvələr taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa da ailəni dolandırmaq üçün gündəlik işlərdə də işləmişdir. Narkotik vasitə və psixotrop maddələrdən istifadə etmir, heç vaxt da etməmişdir. Təxminən 2017-ci ilin yay aylarında maddi vəziyyəti pis olduğundan narkotik tərkibli çətənə bitkiləri əkib onları yetişdirərək onlardan narkotik vasitə marixuana əldə edib satmaq qərarına gəlmişdir. Həmin vaxtlar soraqlaşaraq digər anket məlumatlarını bilmədiyi, narkotik vasitə istifadə etdiyinə görə məhkumluq həyatı yaşamış İlham adlı şəxsdən səhv etmirsə 500-600 manata altı minə yaxın narkotik tərkibli çətənə bitkisinin toxumlarını almışdır. Həmin toxumları yaşadığı evin həyətində yerləşən qarajda gizlətməklə saxlamışdır. Həmin vaxtdan bir neçə dəfə toxumları əkmək istəsə də tutulacağından ehtiyyat edərək fikrini dəyişmişdi. Həm də ondan sonra maddi vəziyəti də normal olmağa başlamışdır. Təqsirləndirilən şəxs2 və Hüseyn adlı şəxslər onunla birlikdə Maştağa qəsəbəsində yaşayırlar. Onlarla normal münasibətləri olmuşdur. Hüseynin digər anket məlumatlarını bilməmiş, Hüseyn qəsəbə ərazisində fəaliyyət göstərən istixanalardan mallar götürərək mağaza və dükanlara paylamaqla məşğul olmuşdur. 2020-ci ilin yanvar fevral ayında o Hüseynlə söhbət edən zaman Hüseyn Novxanı qəsəbəsində Şəhriyar küçəsində Yaşar adlı şəxsin bağ sahəsində olan istixanasını icarəyə verdiyini bildirmişdir. Onlar belə qərara gəlmişlər ki, həmin istixananı icarəyə götürüb orada pomidor yetişdirərək satsınlar. Bu məqsədlə onlar birlikdə gedib həmin yerə baxanda görmüşlər ki, həmin istixana istifadəyə yararsız vəziyyətdədir. Belə ki, onun üzərinin sellofanı cırıq və taxtaları da sökülmüşdür. Onlar Yaşar adlı şəxs razılaşaraq bir ili 4000 manata həmin yeri icarəyə götürmüşlər. İcarə haqqını sentyabr ayında verməyə razılaşmışlar. Belə razılığa gəlmişlər ki, icarəyə götürdükdən sonra istixananı təmir edəcəklər. Həmin zaman Hüseynin pulu olmadığından razılaşmışlar ki, icarə pulu və təmirə çəkilən xərcləri o ödəyəcək və satışdan əldə olunan gəlirdən öz pulunu götürəcəkdir. Aprel ayının əvvəllərində o tanışı Çingizə də bu barədə məlumat verərək onlara köməklik etməsini, eləcə də istixanada qaravulluq etməsini xahiş etmiş və Çingiz də onunla razılaşmışdır. Təxminən 2020-ci ilin aprel ayında onlar istixananını təmir etdirməyə başlamışlar. İstixananın dirək taxtalarını, üzərinin sellofanını və sairləri dəyişmişlər. Əkilmiş şitilləri suvarmaq üçün “damlama” su sistemi çəkdirmişlər. Bunları etdikdən sonra hesablayanda görmüş ki, təmir işlərinə təxminən 12000 manat yaxın xərci çıxmışdır, O bu barədə Hüseyn və Çingizlə söhbət edən zaman onlara pomidor əkərək bu qədər xərcin altından çıxa bilməyəcəklərini bildirmişdir. Onlar belə qərara gəlmişlər ki, həmin yerdə pomidorla yanaşı narkotik tərkibli çətənə bitkiləri də əksinlər. Orda çətənə əkmək təkcə onun fikri deyil, Hüseyn və Çingiz də çətənə əkmək istəmişlər. Çünki onlarında borcları çox olmuş və bu vəziyyətdən çıxmaq istəmişlər. Həmin zaman onlara çətənə toxumlarının onda olduğunu bildirmişdir. Belə qərara gəlmişlər ki, əvvəlcə istixananın ətrafına pomidor şitilləri əksinlər, daha sonra istixananın orta hissəsinə çətənə toxumlarını səpsinlər ki, pomidor şitilləri və onlarla birlikdə çıxacaq alaq otları içərdə narkotik tərkibli çətənə bitkiləri əkilməsi bilinməsin. 2020-ci ilin may ayının sonlarında istixanımn dörd bir yanına təxminən dörd metr enində pomidor şitilləri əkmişlər. Bundan 20-25 gün ərzində pomidor şitilləri və alaq otları çıxmağa başlamışdır. Bundan sonra özündə olan 6000-ə yaxın toxumu cücərtmiş və təxminən 2000-ə yaxın toxum cücərmişdir. Qalan toxumlar isə xarab olmuşdur. Bundan sonra 2020-ci ilin iyun ayının 16, 17 və 18-də üç gün ərzində o Hüseyn və Çingizlə birlikdə istixananın ortasına cücərmiş təxminən 2000-ə yaxın toxumu 40 santimetr ara ilə əkmişlər. Orada əsasən Çingiz qalaraq mühafizəni təşkil etmişdir. Həmin üç gündə bir dəfə o da orda qalmışdır. Şitillər çıxdıqdan sonra onlara qulluq etmişlər, yəni diblərini yumşaltmış, peyin vermiş, topağı həşaratlardan təmizləmək üçün “nemetot” adlı dərman səpmişlər. Damlama suvarma sistemi vasitəsilə onlar hər gün suvarılmışdır. Çətənə kollarını alaq otlarından təmizləmişlər. Bitkilər yetişdiyindən onları yığıb qurutmaq qərarına gəlmişlər. Buna görə də təxminən avqust ayının 13-14 tarixlərdə Hüseyn və Çingizlə birlikdə istixanada əkilmiş çətənə kollarını çıxardaraq qurudulması üçün istixananın içərisində yığmışlar. Onları istixananın içərisində qurutmaq istəmişlər. 15 avqust 2020-ci il tarixdə saat 12 radələrində çətənə kollarını sərməkdən ötrü istixanaya gəlmişdir. İstixanada Çingizlə olan zaman saat təxminən 12:25-də həmin bağın qapısı döyülmüşdür. Onlar icarəyə verən Yaşar kişiyə istixanada əkini sentyabr ayında edəcəklərini bildirdiklərindən o istixanaya gəlibgetməmişdir. Həmin zaman o Çingizlə birlikdə qapıya yaxınlaşaraq qapını açmışlar. Həmin zaman bir neçə mülki geyimli şəxs onları bayıra davət etmiş və özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onlardan anket məlumatlarını soruşduqda o və Çingiz özləri barəsində ətraflı məlumat vermişlər. Daha sonra onlara külli miqdarda çətənə bitkisi əkib becərməkdə şübhəli olduqları bildirmişlər. Onlar da səmimi şəkildə polis əməkdaşlarına icarəyə götürdükləri Abşeron rayonu, Novxanı qəsəbəsi, M.Şəhriyar küçəsində bağda yerləşən istixanda narkotik tərkibli çətənə bitkiləri əkib becərdiklərini bildirmişlər. Baxış keçirilməsi üçün polis əməkdaşlarını həmin həyətə dəvət etmişlər, həyətə daxil olduqdan sonra polis əməkdaşları ilə birlikdə istixanaya daxil olmuşlar, bir-iki gün qabaq qurutmaq üçün torpaqdan çıxartdığları çətənə kolları aşkar edilmişdir. Orda polis əməkdaşlarının suallarına ətraflı cavab vermişlər. Bundan sonra polis əməkdaşları tərəfindən onların iştirakı ilə çətənə kolları sayılaraq qablaşdırılmış və kolların sayı 1813 ədəd olması müəyyən edilmişdir. Həmin kollar 21 ədəd sellofana bükülmüş və möhürlənmişdir. Həmin zaman polis əməkdaşları ilə birlikdə gəlmiş mütəxəssis də bitkilərə və torpaq sahəsinə baxmış və həqiqətən də qeyd edilən çətənə bitkilərinin narkotik tərkibli çətənə bitkiləri olduqlarını və onlara qulluq edilərək yetişdirildiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları istixananın yanında yerləşən Çingizin qaldığı otağa baxış keçirmişlər. Baxış zamanı Çingiz oradan iş otağı kimi istifadə etdiklərini otaqdan olan paltar dolabının içərisində bir ədəd qara rəngli sellofan torbanı təqdim edərək İçərisində qurudulmuş marixuna olduğunu bildirmişdir. Çingiz həmin marixuananı özü istifadə etmək üçün yığıb qurutduğunu bildirmişdir. O Çingizin narkotik vasitə istifadə etməsini və qeyd olunan yerdə marixuana saxladığını bilməmişdir. Baxış zamanı otaqdan ona məxsus iki ədəd iPhone və bir ədəd Nokia markalı mobil telefonlar və şəxsiyyət vəsiqəsi, eləcə də Çingizə məxsus bir ədəd Samsung markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Çingizin təqim etdiyi bir ədəd sellofanda olan marixuana da polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Daha sonra onları Baş İdarəyə gətirmişlər. Baş İdarədə onlara dövlət hesabına vəkillə təmin edildikdən sonra baş verənlər barədə protokol tərtib edilmiş və onlara ucadan oxunmuş doğru tərtib edildiyi üçün imza ilə təsdiq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olmuşdur. Bundan başqa da ailəsi dolandırmaq üçün gündəlik işlərdə də işləmişdir. Arada bir narkotik vasitə marixuana istifadə etmişdir. Təqsirləndirilən şəxs1 və Hüseyn adlı şəxslər onunla birlikdə Maştağa qəsəbəsində yaşamışlar. Onlarla normal münasibətləri olmuşdur. Hüseynin digər anket məlumatlarını bilməmişdir. O Hüseyni qəsəbə ərazisində görsə də onunla elə də yaxın münasibəti olmamışdır. Hüseyn qəsəbə ərazisində fəaliyyət göstərən istixanalardan mallar götürərək mağaza və dükanlara paylamaqla məşğul olmuşdur. Təxminən 2020-ci ilin aprel ayında Samir onunla söhbət edən zaman Novxanı qəsəbəsində Şəhriyar küçəsində Yaşar adlı şəxsin bağ sahəsində olan istixana icarəyə götürərək orada Hüseynlə birlikdə pomidor yetişdirmək istədiyini bildirərək onun da onlara kömək etməsini xahiş etmişdir. O da işsiz olduğundan onunla razılaşmışdır. O bütün xərcləri özü çəkəcəyini bildirmişdir. Onun işi sadəcə əkməyə və qulluq etməyə kömək etmək, həmçinin qaravulluq etmə olmuşdur. Təxminən 2020-ci ilin aprel ayında onlar istixananını təmir etdirməyə başlamışlar. İstixananın dirək taxtalarını, üzərinin sellofanını və sair dəyişmişlər. Əkilmiş şitilləri suvarmaq üçün “damlama” su sistemi çəkdirmişlər. Həmin zaman Samir onlara təmir işlərinə təxminən 12000 manata yaxın xərcinin çıxdığını bildirmişdir. Onlar pomidor əkərək bu qədər xərcin altından çıxa bilməyəcəklərini görmüşlər. Onlar belə qərara gəlmişlər ki, həmin yerdə pomidorla yanaşı narkotik tərkibli çətənə bitkiləri də əksinlər. Çünki hər üçünün borcları çox olmuşdur və bu vəziyyətdən çıxmaq istəmişlər. Həmin zaman Samir onlara çətənə toxumlarının onda olduğunu bildirmişdir. Belə qərara gəlmişlər ki, əvvəlcə istixananın ətrafına pomidor şitilləri əkək, daha sonra istixanının orta hissəsinə çətənə toxumlarını səpək ki, pomidor şitilləri və onlarla birlikdə çıxacaq və beləcə içərdə narkotik tərkibli çətənə bitkiləri əkilməsi bilinməyəcək. 2020-ci İlin may ayının sonlarında istixanının dörd bir yanına təxminən dörd metr enində pomidor şitilləri əkmişlər. Bundan bir 20-25 gün ərzində pomidor şitilləri və alaq otları çıxmağa başlamışdır. Bundan sonra onlar Samirdə olan 6000-ə yaxın toxumu cücərtmiş və təxminən 2000-ə yaxın toxum cücərmişdir. Qalan toxumlar isə xarab olmuşdur. Bundan sonra 2020-ci ilin iyun ayının 16, 17, 18-də üç gün ərzində o Hüseyn və Samirlə birlikdə istixananın ortasına cücərmiş təxminən 2000-ə yaxın toxumu 40 santimetr ara ilə əkmişlər. Bundan sonra o hər gün orada qalara qaravulluq etmişdir. Şitillər çıxdıqdan sonra onlara qulluq etmiş, yəni diblərini yumuşaltmış, peyin vermiş, topağı həşaratlardan təmizləmək üçün “nemetot" adlı dərman səpmişlər. Damlama suvarma sistemi vasitəsilə onlar hər gün suvarılmışdır. Çətənə kollarını alaq otlarından təmizləmişlər. Bitkilər yetişdiyindən onları yığıb qurutmaq qərarına gəlmişlər. Buna görə də təxminən avqust ayının 13-14 tarixlərdə Hüseyn və Samirlə birlikdə istixanada əkilmiş çətənə kollarını çıxardaraq qurudulması üçün istixananın içərisində yığmışlar. Onları istixananın içərisində qurutmaq istəmişlər. 15 avqust 2020-ci il tarixdə Samir saat 12 radələrində istixanaya gəlmişdir. İstixanada olan zaman saat təxminən 12:25-də həmin bağın qapısı döyülmüşdür. Onlar icarəyə verən Yaşar kişiyə istixanada əkini sentyabr ayında edəcəklərini bildirdiklərindən o istixanaya gəlib-getməmişdir. Həmin zaman onlar birlikdə qapıya yaxınlaşaraq qapını açmışlar. Həmin zaman bir neçə mülki geyimli şəxs onları bayıra davət etmiş və özlərini tədim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onlardan anket məlumatlarını soruşduqda o və Samir özləri barəsində ətraflı məlumat vermişlər. Daha sonra onlara külli miqdarda çətənə bitkisi əkib becərməkdə şübhəli olduğlarını bildirmişlər. Onlar da səmimi şəkildə polis əməkdaşlarına icarəyə götürdükləri Abşeron rayonu, Novxanı qəsəbəsi, M.Şəhriyar küçəsində bağda yerləşən istixanda narkotik tərkibli çətənə bitkiləri əkib becərdiklərini bildirmişlər. Baxış keçirilməsi üçün polis əməkdaşlarını həmin həyətə dəvət etmişlər. Həyətə daxil olduqdan sonra polis əməkdaşları ilə birlikdə istixanaya daxil olmuş, bir-iki gün qabaq qurutmaq üçün torpaqdan çıxartdığları çətənə kolları aşkar edilmişdir. Orda polis əməkdaşlarının şüalarına ətraflı cavab vermişlər. Bundan sonra polis əməkdaşları tərəfindən onların iştirakı ilə çətənə kolları sayılaraq qablaşdırılmış və kolların sayı 1813 ədəd olması müəyyən edilmişdir. Həmin kollar 21 ədəd sellofana bükülmüş və möhürlənmişdir. Həmin zaman polis əməkdaşları ilə birlikdə gəlmiş mütəxəssis də bitkilərə və torpaq sahəsinə baxmış və həqiqətən də qeyd edilən çətənə bitkilərinin narkotik tərkibli çətənə bitkiləri olduqlarını və onlara qulluq edilərək yetişdirildiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları istixananın yanında yerləşən onun qaldığı və iş otağı kimi istifadə etdiyi otağa baxış keçirmişlər. Baxış zamanı o otaqda olan paltar dolabının içərisində bir ədəd qara rəngli sellofan torbanı təqdim edərək içərisində qurudulmuş marixuna olduğunu bildirmişdir. O həmin marixuananı özü istifadə etmək üçün yığıb qurutmuşdur. Nə Samir nə də Hüseyn orada qeyd olunan yerdə marixuana saxladığını bilməmişdir. Baxış zamanı otaqdan Samirə məxsus iki ədəd iPhone və bir ədəd Nokia markalı mobil telefonlar və şəxsiyyət vəsiqəsi, eləcə də ona məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Təqim etdiyi bir ədəd sellofanda olan marixuana da polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Daha sonra onu Baş İdarəyə gətirmişlər. Baş İdarədə onlara dövlət hesabına vəkillə təmin etdikdən sonra baş verənlər barədə protokol tərtib edilmiş və onlara ucadan oxunmuş doğru tərtib edildiyi üçün imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, işlədiyi Baş İdarəyə 15 avqust 2020-ci il tarixdə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Novxanı qəsəbəsi, M.Şəhriyar küçəsində yerləşən nömrəsiz bağ evində yaşayan Təqsirləndirilən şəxs2 istifadələrində olan Abşeron rayonu, Novxanı qəsəbəsi, M.Şəhriyar küçəsində yerləşən nömrəsiz bağ sahəsində satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən edilib, ifşa olunması istiqamətində “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar Baş İdarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və 15 avqust 2020-ci il tarixdə saat 12:25-də tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olan Abşeron rayonu, Novxanı qəsəbəsi, M.Şəhriyar küçəsində yerləşən nömrəsiz bağ sahəsinin qarşısına gəlmişlər. Bağ sahəsinin giriş qapısı döyüldükdə qapını açan iki nəfər kişi cinsli şəxsə özlərini təqdim edib həmin şəxslərdən anket məlumatlarını bildirmələrini xahiş etmişdir. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 və Çingiz Tahb-Zadəyə istifadələrində olan bağ sahəsində tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib becərməklə kultivasiya etməkdə şübhəli olduqları bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qəbul edilmiş qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 səmimi şəkildə istifadələrində olan Abşeron rayonu, Novxanı qəsəbəsi, M.Şəhriyar küçəsində yerləşən bağ sahəsində yerləşən istixanada narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiklərini və həmin sahəni göstərə biləcəklərini bildirərək istifadələrində olan həmin bağ sahəsinə baxış keçirilməsinə heç bir etirazlarının olmadığını bildirərək bu barədə ərizə də yazmışlar. Bundan sonra videoçəkiliş aparılmaqla bağ sahəsinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı qeyd olunan bağ sahəsində uzunluğu təxminə 100 metr, eni 50 metr və hündürlüyü 5 metr ölçüsündə olan ağ şəffaf sellofanlarla üzəri örtülmüş istixana formasında quraşdırılmış sahənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İştirakçıları bağ sahəsində yerləşən, üzəri ağ rəngli şəffaf sellofanla ötrülü olan istixana yerinə dəvət etmişlər. Baxış zamanı istixanada ətrafında pamidor bitkiləri əkilmiş və alaq otları bitmiş ümumi sahənin orta hissəsində torpaqdan çıxarılmış vəziyyətdə ayrı-ayrı dəstələr şəkilində yığılmış çoxlu sayda bitki kollarının olması aşkar edilmişdir. Baxışda iştirak edən aqronom-mütəxəssis torpaqdan çıxarılmış vəziyyətdə olan bitkilərə baxış zamanı həmin bitkilərin əksər hissəsi təxminən 1 gün əvvəl, az sayda olan hissəsinin isə 3-4 gün əvvəl torpaqdan çıxarıldığını, torpaqdan çıxarılmış vəziyyətdə olan narkotik tərkibli çətənə bitkilərinə yüksək səviyyədə aqrotexniki qaydada qulluq göstərildiyini, bitkilərin damcı suvarma sistemi ilə suvarıldığını, torpaq sahəsi üzvi və mineral kübrələrdən istifadə edilməklə zənginləşdirildiyini, həmin bitkilərin əkildiyi sahənin alaq otlarından təmizləndiyini bildirmişlər. Baxış zamanı 14 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar kolunun istixananın ayrı-ayrı hissəsində torpaqdan çıxarılmamış vəziyyətdə olması müəyyən edilmişdir. Aşkar olunmuş 14 ədəd kol bitkilər tərəfimizdən kökü ilə birlikdə torpaqdan çıxarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olan Abşeron rayonu, Novxanı qəsəbəsi, M.Şəhriyar küçəsində yerləşən bağ sahəsindən aşkar olunmuş bitkilərin narkotik tərkibli çətənə bitkisi kolları olduğunu, həmin bağ sahəsini təxminən 3 ay əvvəl anket məlumatlarını dəqiq bilmədikləri tanışları “Hüseyn” adlı şəxslə birlikdə pamidor əkmək üçün icarəyə götürdüklərini, daha sonra həmin bağ sahəsində olan istixananı tam şəkildə təmir edərək 2020-ci ilin iyun ayının 16, 17 və 18-də özlərində olan təxminən 6000-7000 çətənə bitkisi toxumlarını əkdiklərini, daha sonra həmin bitkilərə su, üzvi kübrələr, zərərvericilərdən qorumaq üçün müxtəlif dərmanlar verərək, alaq otlarından təmizləyərək qulluq etdiklərini, tanışları “Hüseyn” adlı şəxsində həmin bağ sahəsində çətənə bitkisi toxumlarının əkilməsi prosesində iştirak etdiyini və həmin şəxsin sonradan onlarla birlikdə çətənə bitkisi kollarına qulluq göstərdiyini qeyd etmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 əkdikləri çətənə bitkisi toxumlarının onda olduğunu, həmin toxumları 2017-ci ildə anket məlumatlarını dəqiq bilmədiyi “İlham” adlı şəxsdən aldığını və həmin dövrdən özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 və Çingiz Talıb- Zadə çətənə bitkilərini əkməkdə məqsədlərinin satıb qazanc əldə etmək olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əkdikləri çətənə bitkisi kollarını qurudmaq məqsədilə bir gün əvvəl torpaqdan çıxardıqlarını bildirmişlər. Bundan sonra istixanada torpaqdan çıxarılmış və çıxarılmamış vəziyyətdə olan narkotik tərkibli çətənə bitkisinə oxşar kollar birbir sayılmış və tam sayılıb qurtardıqdan sonra aşkar olunmuş bitkilərin ümumi sayının 1813 ədəd olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş narkotik tərkibli çətənə bitkilərinə oxşar kollar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 21 ədəd sellofan bağlamalarda qablaşdırılmış, kisələrin üzəri DİN-in “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən İmzalanmışdır. Daha sonra ekspertiza təqdiqatına təqdim edilməsi üçün narkotik tərkibli çətənə bitkilərinə oxşar kolların aşkar olunduğu istixana sahəsindən torpaq nümunələri götürülmüş, götürülmüş torpaq nümunələri bir ədəd sellofan torbada qablaşdırılmış və üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İstixanaya baxış keçirilməsi başa çatdıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təklif edilmiş ki, istifadələrində olan bağ sahəsində narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağan edilmiş predmetlər saxlayırlarsa həmin maddələri və əşyaları təqdim etsinlər. Bundan sonra Çingiz Talıb- Zadə əkib becərdikləri çətənə kollarının yetişmiş hissələrindən bir qədərini özü istifadə etmək məqsədilə yığıb qurudaraq bağ sahəsində yerləşən iş otağında gizlədib saxladığını və onu təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə bağ sahəsində yerləşən iş otağına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 iş otağında giriş qapısından sağ tərəfdə yerləşən paltar dolabının içində gizlədib saxladığı bir ədəd qara rəngli sellofan torbanı götürüb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin sellofan torba açıldıqda torbanın içində ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni istixanada əkdikləri narkotik tərkibli çətənə bitkilərindən yığıb qurudaraq əldə etdiyini və özü istifadə etmək məqsədilə bağ sahəsində yerləşən iş otağında gizlədib saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunduğu qara rəngli sellofan torbanın içində qablaşdırılmış, üzəri DİN-in “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən İmzalanmışdır. Bundan başqa bağ sahəsində yerləşən iş otağından aşkar olunmuş Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd “İpone 5S” markalı, bir ədəd “İphone 11 Pro” markalı və bir ədəd “Nokia” markalı mobil telefonlar, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung A10” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra baxış davam etdirilərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olan Abşeron rayonu, Novxanı qəsəbəsi, M.Şəhriyar küçəsində yerləşən bağ sahəsindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş və onların üzərindən qanunsuz əşya və predmetlər aşkar edilməmişdir. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və digər iştirakçılar tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təklifləri ilə etiraz etməyib Baş İdarəyə getməyə razı olduqlarını bildirilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Çingiz Talıb- Zadə müdafiəçi ilə təmin edildikdən sonra Abşeron rayonu, Novxanı qəsəbəsi, M.Şəhriyar küçəsində yerləşən bağ sahəsinə baxış keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid5, Yaqubov X5 Roman Bəhman və Şahid7 Niyaz oğlu Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bird aha təsdiq etdilər. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, toy və digər məclislərdə meyxana deməklə məşğul olur. Təxminən 7-8 il olar ki, Abşeron rayonu, Novxanı qəsəbəsində M.Şəhriyar küçəsində bacısı X3 12 sot torpaq sahəsi almışdır. Həmin torbaq sahəsini Novxanı Bələdiyyəsindən almışlar. Həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış almamışlar. Aldıqdan sonra orada təxminən 100 metr uzunluğunda və 50 metr enində istixana və onun yanında da ofis kimi istifadə etmək məqsədilə otaq düzəltmişlər. Həmin istixanada müxtəlif vaxtlarda özləri sonradan icarəyə verdikləri şəxslər pomidor və digər tərəvəzlər becərmişlər. Bacısı evdar qadın olduğundan həmin istixanını icarəyə verilməsini eləcə də icarə pulunun alınması və sair işləri o görmüşdür.Təxminən 2018-ci il tarixdən həmin istixananı Hüseyn adlı şəxsə bir ilini təxminən 3500-4000 manata icarəyə verməyə razılaşmışlar. Hüseyn orada pomidor və digər tərəvəzlər əkəcəklərini bildirmişlər. Bundan sonra 2018-ci ildə və 2019-cu ilin əvvələrində Hüseyn orada pomidar və xiyar əkmişlər. Həmin zaman Hüseynin işıq və suya ümumilikdə 12000 manata qədər borcu yaranmışdır. Müəyyən mübahisələrdən sonra Hüseyn həmin puldan 4500 manat ödəmiş və qalan pulu da 2020-ci ildə pomidor xiyar əkib ödəyəcəyinə söz vermişdir. Onunla razılaşmışdır. 2020- ci ilin yanvar ayında Hüseyn onun yanına Təqsirləndirilən şəxs1 adlı şəxslə gəlmiş və həmin şəxsi ona şəriki kimi təqdim edib onun Moskva şəhərinə mal vurduğunu bildirmişdir. O yenə də onlarla razılaşmış və bağ sahəsinin ilini 3500 manata icarəyə vermişdir. Hüseyn istixanada əvvəlcə xiyar əkəcəklərini sonrasına isə pomidor əkərək bütün borclarını bağlayacaqlarını bildirmişdir. 2020-ci ilin mart ayına qədər o mütəmadi olaraq bağa nəzarət etmişdir. Lakin sonradan pandemiyə səbəbindən o bağa gedib gələ bilməmişdir. Lakin tez-tez telefonla Hüseynlə əlaqə saxlamışdır. Hüseyn də ona kəndin içərisinə karantin postları qoyulduğunu və buna görə də bağa gəlib gedə bilmədiyini və heç bir şey əkmədiklərini karantinin qurtarmasını gözlədiklərini bildirmişdir. O özü də Bakı şəhərində yaşadığından bağa gedib baş çəkə bilməmişdir. Lakin hər dəfəsində Hüseynlə danışanda ona özlərinin də pandemiya səbəbindən heç bir əkin əkmədiklərini bildirmişdir. O da pandemiyanın geniş vüsat aldığını gördüyündən ona inanmışdır. 15 avqust 2020-ci il tarixdə evdə olan zaman hazırda xatırlamadığı tanışlarından biri onunla əlaqə saxlayaraq polislərin bağda əməliyyat keçirdiklərini bildirmişlər. Sonradan onun məlumatı olmuş ki, Hüseyn və Samir adlı şəxslər pandemiya adı ilə onu aldadaraq bağda narkotik tərkibli çətənə bitkiləri əkib becərmişlər. Polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Samir və onunla birlikdə Çingiz adlı şəxs tutulsa da Hüseyn adlı şəxs qaçıb gizlənmişdir. O, Hüseyn və qeyrilərinin həmin bağda narkotik tərkibli çətənə bitkiləri əkib becərəcəklərini bilməmişdir. Belə bir iş görəcəklərini bilsə, bu barədə polisə özü məlumat verərmiş. Hüseyn adlı şəxsin digər anket məlumatlarını bilmir, onunla sadəcə telefonla əlaqə saxlamışdır. Hüseynin istifadə etdiyi mobil nömrə ***-***-**-**-dır. Onun barəsində başqa heç bir məlumatı olmamışdır.(cild 2, i.v.9-11) Cinayət işinin 1-ci cildinin 69-73-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 16 avqust 2020-ci il tarixli 7/523 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs1 Hacıbala oğlu və X4 istifadəsində olan ...” yazıları və imzalar olan 01 ədəd qara polietilen bağlamadakı təmiz çəkisi-105 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 Hacıbala oğlu və X4 istifadəsində olan ...” yazıları və imzalar olan 21 ədəd polietilen torbadakı sayı 1813(min səkkiz yüz on üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi- 970000,0 qram (970kq) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranom (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 Hacıbala oğlu və X4 istifadəsində olan ...” yazıları və imzalar olan sellofan bağlamadakı torpaq nümunəsinin tərkibində əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Təqdim olunmuş marixuana, çətənə (kannabis) bitkiləri və torpaqdan aşkar edilmiş çətənə bitkisinin hissəcikləri tərkiblərinə görə eynidirlər. Cinayət işinin 1-ci cildinin 185-187-ci vərəqlərində olan qərardan görünür ki, baxış zamanı aşkar edilmiş 105 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatdan sonrakı qalıq 104,9 qramı, 970000,0 qram çəkidə çətənə bitki nümunələrinin ekspertiza tədqiqatdan sonrakı qalıq 969997,85 qramı və tərkibində çətənə bitkisinin hissəcikləri olan bir ədəd bağlamdan torpaq nümunəsi öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi haqqında 02 oktyabr 2020-ci il tarixli qərar nəzərə alınmışdır. Cinayət işinin 2-ci cildinin 28-29-cu vərəqlərində olan ambulator məcburi narkoloji ekspertizasının 30.11.2020-ci il tarixli 3336 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 30-31-ci vərəqlərində olan ambulator məcburi narkoloji ekspertizasının 30.11.2020-ci il tarixli 3338 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cildinin 46-51-ci vərəqlərində olan baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 avqust 2020ci il tarixdə saat 12:25-də Abşeron rayon, Novxanı qəsəbəsi, M.Şəhriyar küçəsində yerləşən həmin bağ evinin qarşısında saxlanılaraq özlərinin iştirakları ilə bağ sahəsində yerləşən istixanaya baxış keçirilən zaman orada ümumilikdə 1813 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkiləri, eləcə də bağ sahəsində yerləşən iş otağından bir ədəd polietilen torbada 105 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin 2-ci cildinin 32-44-cü vərəqlərində olan qərardan görünür ki, baxış keçirilməsi zamanı çəkilmiş video görüntülər olan 02 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilməli və iş materiallarında tikilməsi nəzərə alınmalıdır. İş üzrə maddi subut olan DVD disklərə məhkəmə iclasında baxış keçirilmişdir.DVD disklərdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 1-ci cildinin 209-cu vərəqində olan 02.11.2020-ci il tarixli, 007-11513-1220 nömrəli istintaq tapşırığına cavab məktubundan görünür ki, Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və “Hüseyn” adlı şəxslərin icarəyə götürdükləri Abşeron rayonu, Novxanı qəsəbəsi, M.Şəhriyar küçəsində yerləşən bağ sahəsində qabaqacadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik tərkibli çətənə bitkiləri əkib yetişdirmişlər, həmçinin qabaqacadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə həmin çətənə bitkilərindən toplamaqla qurudaraq narkotik vasitə qurudulmuş marixuana əldə etmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq “Hüseyn” adlı şəxsin, eləcə də onların narkotik vasitə satdığı şəxslərin şəxsiyyətlərini müəyyən edib istintaqa təmin etmək mümkün olmamışdır. Hazırda qeyd olunan istiqamətlərdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü müdafiə etmək məqsədi ilə göstərdiyi xüsusatları məsuliyyətdən yayınma halı kimi qiymətləndirir. İttiham olunduğu cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi özlərinin qismən etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək onlara həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 24, 152-154-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 15 avqust 2020-ci il tarixdən şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 39, 155-157-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 15 avqust 2020-ci il tarixdən şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan tələbamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır Əməlindən səmimi peşman olması və himayəsində azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Əməlindən səmimi peşman olması və himayəsində azyaşlı uşaqların olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı 15 avqust 2020-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Ambulator məcburi narkoloji ekspertizasının 30.11.2020-ci il tarixli 3336 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidirlər. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 35 AZN (otuz beş manat), Təqsirləndirilən şəxs2 34.82 AZN (otuz dörd manat səksən iki qəpik) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 105 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatdan sonrakı qalıq 104,9 qramı, 970000,0 qram çəkidə çətənə bitki nümunələrinin ekspertiza tədqiqatdan sonrakı qalıq 969997,85 qramı və tərkibində çətənə bitkisinin hissəcikləri olan bir ədəd bağlamdan torpaq nümunəsi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, digər maddi sübut olan videogörüntülər olan iki ədəd disk iş materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 234.4.1-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə 5 (beş) il 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 6 (altı) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 15 avqust 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 234.4.1-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə 5 (beş) il 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 6 (altı) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 15 avqust 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 35 AZN (otuz beş manat), Təqsirləndirilən şəxs2 34.82 AZN (otuz dörd manat səksən iki qəpik) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 105 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatdan sonrakı qalıq 104,9 qramı, 970000,0 qram çəkidə çətənə bitki nümunələrinin ekspertiza tədqiqatdan sonrakı qalıq 969997,85 qramı və tərkibində çətənə bitkisinin hissəcikləri olan bir ədəd bağlamdan torpaq nümunəsi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, digər maddi sübut olan videogörüntülər olan iki ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar