Məhkəmə qərarları › İş №1(101)-801/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-801/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-801/2024 17.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə, xx xxxx 1982-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-4.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və faktiki Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində qeydiyyatsız ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuananın Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək qarşılığında hər dəfə 200-300 manat pul əldə edəcəkləri barədə qeyrisi ilə razılaşdıqdan sonra, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun üzvü olan qeyrisindən istintaqa məlum olmayan tarixdə və yerdə satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə təmiz çəkisi külli miqdar - 3018,451 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdikdən sonra 27 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 qeyrisinin tapşırığına əsasən 01 ədəd bükümdə təmiz çəkisi 13,451 qram təşkil edən qurudulmuş marixuananı satmaq məqsədilə əldə edib üzərində saxlayaraq daşımış, daxil olmuş əməliyyat məlumatına əsasən 27 mart 2023-cü il tarixdə, saat 15 radələrində ünvan 4 ünvanın yaxınlığında Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin inzibati binasına aparılmış, həmin tarixdə xidməti otaqda müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 13,451 qram olan qurudulmuş marixuana aşkar olunmuşdur. 30 mart 2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs2 qeyrisinin tapşırığına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən məişət tullantıları qutularının yanındakı kolluqda gizlətmiş olduqları yerdən təmiz çəkisi 3005 qram olan qurudulmuş marixuananı satmaq məqsədilə götürməklə üzərində saxlayaraq daşımış, daxil olmuş əməliyyat məlumatına əsasən 30 mart 2023-cü il tarixdə, saat 07 radələrində ünvan 6 ünvanın yaxınlığında Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq həmin idarəyə aparılmış, orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən sağ əlindəki göy rəngli polietilen bağlamadan 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi külli miqdar - 3005 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuananın Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək qarşılığında hər dəfə 200-300 manat pul əldə edəcəkləri barədə qeyrisi ilə razılaşdıqdan sonra, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun üzvü olan qeyrisindən istintaqa məlum olmayan tarixdə və yerdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumilikdə təmiz çəkisi 3018,451 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdikdən sonra 27 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 qeyrisinin tapşırığına əsasən 1 ədəd bükümdə, təmiz çəkisi 13,451 qram olan qurudulmuş marixuananı satmaq məqsədilə əldə edib üzərində saxlayaraq daşımış, daxil olmuş əməliyyat məlumatına əsasən 27 mart 2023-cü il tarixdə, saat 15 radələrində ünvan 4 ünvanın yaxınlığında Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin inzibati binasına aparılmış, həmin tarixdə xidməti otaqda müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 13,451 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş, 30 mart 2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs2 qeyrisinin tapşırığına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən məişət tullantıları qutularının yanındakı kolluqda gizlətmiş olduqları yerdən təmiz çəkisi 3005 qram olan qurudulmuş marixuananı satmaq məqsədilə götürməklə üzərində saxlayaraq daşımış, daxil olmuş əməliyyat məlumatına əsasən 30 mart 2023-cü il tarixdə, saat 07 radəiərində ünvan 7 ünvanın yaxınlığında Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin inzibati binasına aparılmış, həmin tarixdə xidməti otaqda müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən sağ əlindəki göy rəngli polietilen bağlamadan 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi külli miqdar - 3005 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, mart ayının 27-si saat 07:50-də evdən çıxmış, 22 nömrəli binanın arxası ilə yola doğru irəliləyərkən bir nəfər şəxsin onu izlədiyini görmüşdür. Ələtdə hamı bir-birini tanıdığına görə həmin şəxsə baxanda Ələt sakini olmadığını görmüşdür. Həmin şəxs birdən-birə gəlib onun qolundan tutmuşdur. Həmin vaxt üzərində şalvar, jaket və sarı gödəkçə olmuşdur. Həmin şəxs onu divara çırpıb adını soruşmuş, adının Tural olduğunu deyəndə onu yerə çırpmışdır. Həmin vaxt iki nəfər şəxs və ağ maşında bir nəfər gəlmişdir. Orada kimsə qışqırmışdır ki, “üzünə vurmayın, camaat görər”. Onu tutub maşına mindirmişlər, sonra yaxınlıqdakı qaraja aparıb yenə adını soruşmuşlar və ona məlum videonu göstərmişlər. Daha sonra onu idarəyə aparıb 2, ya da 3-cü mərtəbəyə qaldırmışlar. Otağa girəndə kimsə onu yerə yıxmış və orada da fiziki təzyiq göstərmişlər. Təxminən 15-20 dəqiqə orada oturduqdan sonra tanımadığı polis əməkdaşları gəlmiş, əllərindəki narkotik vasitə ilə dolu qara paketi göstərib “bunlar sənindir” demişlər. O, narkotik vasitə istifadə etmədiyini bildirmiş, onlar isə “sən neynədiyini bilirsən?” demişlər. O da videonu nəzərdə tutub səhv etdiyini və o zaman içkili halda olduğunu demişdir. Ondan Babək adlı şəxslə əlaqəsini soruşmuşlar. O da 2018-2019-cu illərdə İranda olduğunu və oradan xalça, şampun kimi məhsullar gətirib satdığını demişdir. İranda olanda Babək taksi sürücüsü kimi işləmiş, o da həmin vaxt tanış olmuşdur. Babəkə Bakıda maşın lazım olmuş və o da maşını olduğunu bildirmişdir. Babək də Bakıda qohumu olduğunu, rayona getmək üçün həftədə 2-3 dəfə maşın lazım olacağını, əvəzində ona 150 manat da verəcəyini demişdir. O, əvvəlcə pul istəməmiş, Babək israr etdikdən sonra qəbul etmişdir. Bir müddət sonra Babək ona yazıb bir xanım qohumunu Yasamalda “Ağ çiçəyim”in yanından götürüb Masallı rayonuna aparacağını demişdir. O nə məsələ olduğunu soruşanda Babək anasıgilə gedəcəyini bildirmiş, o da qəbul etmişdir. Həmin yerə gedəndə bir xanım və 2 yaşında balaca qız uşağının gözlədiyini görmüşdür. Onları Masallı rayonuna apardıqdan sonra ona “get, zəng edəndə gələrsən” demişlər. O, gözləyə biləcəyini demiş, amma onlar qəbul etməmişlər. Yarım saat sonra zəng edib çağıranda əllərində paltar və yemək dolu paketlər oluğunu görmüşdür. Sonra onları Yasamal rayonuna geri gətirmişdir. Ona ödənişi “Ağ çiçəyim”in yanında etmişdir. Onları 3 dəfə Masallı rayonuna aparmış, birinci dəfə 100, ikinci dəfə 150, üçüncü dəfə isə ona 200 manat pul vermişdir. Daha sonra “TikTok” sosial şəbəkəsində həmin xanımın tutulduğunu görmüşdür. O xanım 3-4 nəfərlə məşhur birinin evinə girmişlər və oğurluqla bağlı tutulmuşlar. Bundan sonra həmin xanımın nömrəsini silmişdir. 20-25 gün sonra Babək ona zəng edib “mənim işlərimi görməlisən” demişdir. O da yalandan maşınının olmadığını demişdir. Bir müddət sonra Babək ona yenidən zəng edib “sən mənim işlərimi görməlisən, yoxsa evinə, maşınına narkotik vasitə qoyduraram, mənim banditizmdə dostlarım var, səni tutduraram” deyə bildirmişdir. Bir dəfə Arifgildə oturub yeyib-içəndə iranlı Babək yenə ona zəng edib eyni şeyləri demişdir. Babək Arifi bir dəfə onunla görüntülü danışanda görmüş və kim olduğunu soruşmuşdur. O da Arifi tanınmış və hörmətli bir adam kimi tanıtmışdır. Babək ona videodakı sözləri Arifin, sonra onun deməyini bildirmişdir. Babək birinci Arifin, daha sonra onun Mehman adlı şəxsin adını çəkməklərini demişdir. Onlar “Babək adlı şəxs Mehmanın dostu bizə 2-3 kiloqram artıq narkotik verəcək bizdə onları paylayacayıq” demişlər. O, həmin vaxt içkili olmuş, nə dediyini bilməmişdir. O, narkotiki nə satmağa, nə də paylamağa razılaşmamışdır. Sadəcə videoda şəhidlərlə bağlı artıq-əksik danışdığı üçün narkotiki paylayacağını demişdir. Səhəri gün duranda videonun telefonunda olduğunu görmüş, zəng edib söyüşlə danışmağa başlamışdır. Babək isə heç nə deməmiş, telefonunu söndürmüşdür. Babək sonradan ona “Nərimanovda tanıdığım polis əməkdaşları var, səni onlara tutduracam” demişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 1 ildir ki, narkotik vasitə - qurudulmuş marixuana istifadə edir. 2022-ci ilin iyul ayında “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxslə tanış olmuşdur. Babək adlı şəxs Azərbaycan Respublikası ərazisində yaşayan şəxslərin köməkliyi ilə ölkə ərazisində narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə ona məlumat vermişdir. O, bu işdən yaxşı gəlir əldə olunacağını bildiyindən və maddi durumunda yaranmış çətinliklərə görə Babək ilə işləmək istəmişdir. Bu səbəbdən, 2022-ci ilin avqust ayında “İnstagram” sosial şəbəkəsi vasitəsilə Babək adlı şəxsə zəng edərək, sonuncu ilə əlaqə saxlamışdır. Onlar Azərbaycan dilində danışmışlar. O, Babəkə birlikdə iş görmək istəməyini bildirmişdir. Babək ondan narkotik vasitə aludəçisi olub-olmadığını soruşmuşdur. O, Babəkə narkotik vasitə aludəçisi olmadığını bildirmişdir. Çünki, bildiyinə görə bu işlə məşğul olan zaman narkotik vasitə aludəçisi olmağını bildirməməlisən, əks halda satmaq üçün narkotik vasitə verməyəcəklər. Onların görəcəkləri iş prinsipinə əsasən onun işi Babəkin demiş olduğu miqdarda qurudulmuş marixuananı istənilən bir yerə aparıb qoyaraq həmin yer barəsində Babəkə məlumat verməkdən ibarət olmuşdur. O, həmişə narkotik vasitəni Bakı şəhərində öz istədiyi yerə qoymuşdur. Həmçinin, Babək də narkotik vasitəni göndərən zaman yenə eyni qaydada narkotik vasitənin hara qoyulmasını ona demiş, o da gedib oradan götürmüşdür. Babəkin ona birinci dəfə göndərmiş olduğu narkotik vasitəni Babəkin adamı olaraq tanıdığı Anjelika adlı şəxslə birlikdə Masallı rayonunda ünvanını dəqiq xatırlamadığı yerdən götürmüşdür. Bundan sonra aralarında etibar yarandığı üçün Babək ona inanaraq sonuncu dəfə 2023-cü il yanvar ayında bir ədəd göy rəngli polietilen bağlamada təxminən 3 kiloqram qurudulmuş marixuana göndərmişdir. Həmin bağlamanı Qaradağ rayonu, Ələt qəsəbəsində yol kənarında yerləşən yol nişanın yanındakı kolluqda gizlədilmiş yerdən götürmüşdür. Götürdükdən sonra isə qurudulmuş marixuananı aparıb Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən zibil qutularının yanındakı kolluqda gizlətmişdir ki, bir müddət orada qalsın. Çünki, son zamanlarda ölkə ərazisində narkotikə qarşı mübarizənin daha da gücləndiyi üçün tədricən narkotik vasitə satmaq istəməmişdir. Bu barədə Babəkə bildirdikdə Babək ona bir qədər gözləməyini bildirmişdir. Onun bu işlə məşğul olmağından Anjelika adlı şəxsdən başqa heç kimin xəbəri olmamışdır. O, qurudulmuş marixuanaları Babəklə birlikdə satmışdır. Çünki, qaydalarına əsasən o, narkotik vasitələri öz istədiyi başqa şəxslərə sata bilməzdi. Onlar bu qaydada işlədiklərindən narkotik vasitələri götürən şəxsin kim olduğunu bilməmişdir. Narkotik vasitəni alan şəxslər də Babəklə danışıb razılaşaraq pulu sonuncunun kartına göndərmişlər. Ona pulu isə Babəkin özü göndərmişdir. Aralarında olan razılaşmaya əsasən hər dəfə göndərmiş olduğu qurudulmuş marixuananı satdıqdan sonra 200-300 manat pul göndərəcək. Razılaşmalarına müvafiq olaraq Babək ona pulları Anjelikanın vasitəsilə vermişdir. 30 mart 2023-cü il tarixdə isə o, Babək adlı şəxsin tapşırığına əsasən Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən zibil qutularının yanındakı kolluqda gizlətdiyi yerdən təxminən saat 07 radələrində içərisində narkotik vasitə - qurudulmuş marixuana olan göy rəngli polietilen bağlamanı götürüb yaşadığı ünvan 9 ünvana aparan zaman həmin ünvanın qarşısında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib onu Nərimanov rayon Polis İdarəsinə aparmışlar. İdarədə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O, başqa çıxış yolu olmadığından sağ əlində saxladığı içərisində qurudulmuş marixuana olan göy rəngli polietilen bağlamanı könüllü olaraq təqdim etmişdir. Bundan başqa, o, əynindəki gödəkçəsinin sağ yan cibindən “Samsung” markalı, “Galaxy A20” model mobil telefonunu, gödəkçəsinin sol iç cibindən isə içərisində şəxsiyyət vəsiqəsi, "xxxx" ASC-ə məxsus bank kartı və 6 manat pul olan pul kisəsini təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən üzərində əlavə axtarış keçirilmiş, hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, o və iştirakçılar tərəfindən imzalamışdır. Bildiyinə görə Anjelika hal-hazırda qanunsuz olaraq narkotik vasitə dövriyyəsinə görə azadlıqdan məhrum edilmişdir (cild 1, iş vərəqə 78-82) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, martın 27-də saat 12:00-13:00 radələrində övladının sənədlərini götürmək üçün “Qara Qarayev”də yerləşən doğum evinə getmişdir. Mart ayının 19-u övladı doğulmuş, 24 mart isə onu doğum evindən çıxarmışlar, 27-si isə istirahət günü olduğu üçün sənədləri götürməyə getmişdir. Evlərinin yaxınlığında yerləşən aptekin yanında maşınını saxlamış, həmin vaxt bir nəfər ona yaxınlaşıb “Arif sənsən?” deyə soruşmuşdur. O, Arif olduğunu bildirdikdən sonra onu qolundan tutub maşına mindirmişlər. Onu Xətai rayonu, Seyid Mirhəsənağa küçəsində saxlamışlar. Əvvəlcə üstünə, daha sonra maşınında axtarış keçirmişlər, amma heç nə tapmamışlar. Sonra onu Polis Bölməsinə aparmışlar və ona “sən vətən xainisən” demişlər. O da “mən necə vətən xainiyəm ki, Sərhəd Qoşunlarında xidmət etmişəm və könüllü olaraq 3 il Tovuzda gizir rütbəsində çalışmışam, ailə vəziyyətimlə əlaqədar olaraq ordu sıralarından təxris olunmuşam” deyə cavab vermişdir. Həmin vaxt stolun üstündə qara paketlərdə narkotik vasitə olmuşdur. Ona “sənə belə bir yaxşılıq edə bilərik ki, bunu götür get, biz də bu videonu yaymayacayıq” demişlər. O da etiraz edərək götürməyəcəyini bildirmişdir. Bundan sonra ona təzyiq göstərmişlər, o da dözə bilməyib şüşə ilə qolunu kəsmişdir. Sonra təcili tibbi yardım gəlmiş və onu xəstəxanaya aparıb tikiş vurmalı olduqlarını bildirmişlər. Həmin vaxt oranın işçilərini çölə çağırmışlar və onlara nə isə demişlər. Təcili yardımın işçiləri “onda imtina ərizəsi yazmalısan” deyə bildirmiş, o da yazmayacağını demişdir. Polislər özləri nə yazmışlarsa, təcili yardım çıxıb getmişdir. Sonra tez bir zamanda təhqiqatçı, vəkil və hal şahidi gətizdirmişlər. O da qandalda üst-başı qan içində oturmuşdur. Orada 3 dəfə üstündə axtarış həyata keçirmişlər, amma heç nə tapmamışlar. Sonra narkotik vasitəni çıxarıb stolun üstünə qoyub narkotikin onun olduğunu demişlər. Vəkildən bu məsələni soruşmuş, vəkil də “deyirlər bunlar sənindi” deyə cavab vermişdir. Ondan sonra sənədləşdirmə həyata keçirib onu müvəqqəti saxlama yerinə aparmışlar. Orada da zədələri barədə qeydiyyat aparılmasını xahiş etmiş, amma qeydiyyat aparıbaparmadıqlarını bilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs2ı da ona qoşub guya Turalla narkotik vasitərin satışını həyata keçirdiyini bildirmişlər. O, narkotik vasitə istifadə etmişdir. Özü ev təmiri ilə məşğul olurmuşdur. Təqsirləndirilən şəxs2lə qonşu olmuş, sonuncu Ələt qəsəbəsində, o isə Əhmədlidə qalmışdır. Turalla bir yerdə işləmişlər və ona gündə 20 manat pul vermişdir. Yol pulunun çox olması ilə əlaqədar Tural onların evində qalmağı xahiş etmişdir. O da qəbul etmiş, Tural bir müddət onlarda qalmışdır. Yanvar ayında işləri qurtarmış, Tural da öz evinə getmişdir. O, həmin videoda şəhidlərlə bağlı nalayiq ifadələrdən istifadə etmişdir. Həmin videonu Babək adlı şəxs çəkmişdir. Babək avqust aylarında Turalı hədələmiş və ondan video çəkməsini istəmişdir. Onlar həmin videonu çəkmişlər, amma videoda olanlar tam yadında deyil. Ondan sonra Babək adlı şəxslə heç bir əlaqəsi olmamışdır. Həmin video yayılmamış, Babək adlı şəxs videonu polislərə vermişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, əvvəllər bir dəfə məhkum olunmuşdur. Tutulduğu günə kimi narkotik vasitə istifadə etmiş, amma narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Onu mart ayının 27-si Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsində saxlamışlar. Üstündə axtarışı elə maşında həyata keçirmişlər. O, çəkilişin aparılmasını tələb etsə də çəkiliş aparılmamışdır. Üstündən telefon və sənədlər çıxmış, maşından isə pul qabı və evin açarını gətirmişlər. İstintaqda ifadə verməmiş və heç nəyi imzalamamışdır. O, ancaq narkotik vasitə istifadəçisi olmuş, ittiham aktında qeyd edilən 13 qram isə onun olmamışdır. Nərimanov rayonunda X1 rəisi olan Qasımı əvvəlcədən tanımışdır. Qasımın atasının yas mərasimində də iştirak etmişdir. Abbas adlı şəxsə həmin yas mərasimində iştirak etməsi ilə bağlı zəng gəlmiş, o da həmin vaxt Abbasın yanında olmuşdur. Abbas onunla getməyi təklif etmişdir. O, Qasım adlı şəxsi həmin vaxt tanımasa da, atasının yas mərasiminə getmişdir. Həmin yas mərasimində vəzifəli şəxslər də iştirak etmiş və Abbas onlarla danışarkən onu da Qasım adlı şəxslə tanış etmişdir. Onunla bağlı həyata keçirilən əməliyyatda əməliyyatçı qismində Qasım da iştirak etmişdir. 3 nəfər əməliyyatçı olmuşdur, digər əməliyyatçıların adını bilmir. 2016-cı ildə Rusiyadan qayıdandan sonra Təqsirləndirilən şəxs2 qardaşını, daha sonra onun özünü və anasını tanımışdır. Tural atası xəstə olduğu üçün ondan işlə bağlı kömək istəmiş, o da kömək etmişdir və münasibətləri bundan sonra yaranmışdır.Tutulanda Əhmədli tərəfdə, ya da «Həzi Aslanov»dakı binalarda işləmişdir. Doğum evinə öz “Toyota” markalı maşını ilə getmişdir. O, marixuana və metamfetamin istifadə etmişdir. Gündə 2-3 dəfə narkotik vasitə istifadə etmiş, onların hər birinə, bir istifadəlik üçün 10 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 onun yanında narkotik vasitə qəbul etməmişdir. Əlavə olaraq, hər gün taksi sürücüsü kimi də işləmişdir. Babək adlı iranlı şəxs barəsində Təqsirləndirilən şəxs2 danışmış, Babəki şəxsən tanımamışdır. Tural onu Babək adlı şəxsə hörmətli bir adam kimi tanıtmışdır. Babək Turala atdığı səsdə “həmin sözləri Arif desin” demişdir. Turalın narkotik satdığını görməmiş, ondan narkotik vasitə almamışdır. Tural Babəkin qadın tanışına taksi sürücüsü kimi xidmət etmişdir. Həmin qadın isə maşın vasitəsilə narkotik vasitələri daşımışdır. Tural bunu biləndən sonra imtina etmiş, buna görə də Babək adlı şəxs onu tutdurmaqla hədələmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir, narkotik vasitə olan marixuanadan istifadə edir. 27 mart 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olarkən polis əməkdaşları ona yaxınlaşmış və narkotik vasitələrin dövriyyəsində ondan şübhələndiklərini bildirib Nərimanov rayon Polis İdarəsinə aparmışlar. Həmin vaxt onun üzərində bir neçə gün əvvəlcədən öz istifadəsi üçün əldə etdiyi “nəşə” adlanan marixuana olmuşdur. Orada üzərinə baxış keçiriləcəyi bildirilib vəkil dəvət etmişlər. Həmin vaxt o, fikir yayındırmaq və məsuliyyətdən yaxa qurtarmaq üçün divarda olan şüşə çərçivəni sındıraraq qoluna xəsarət yetirmişdir. Amma, bunun bir nəticəsi olmamışdır. Həmin vaxt heç bir sənədi imzalamayaraq suallardan da yayınmışdır. O, həmin narkotik vasitəni öz istifadəsi üçün İran vətəndaşı Babək adlı şəxsdən xatırlamadığı tarixdə almışdır. Həmin narkotik vasitəni yalnız öz istifadəsi üçün əldə etmiş, heç kimə satmamış və verməmişdir (cild 1, iş vərəqə 215-216). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili Şahid1 göstərdi ki, mart ayının 26-sı, ya da 27-də idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ilə birlikdə onlara deyilən ünvana getmişlər və keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 müəyyən edib sonuncuya yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs1 özlərini təqdim edib sonuncunu Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 əvvəlcə gəlmək istəməsə də, sonra razılaşmışdır. Təqsirləndirilən şəxs1 idarədə raportla təhqiqatçıya təhvil vermişlər. Koridorda olduqları zaman səs-küy eşitmişlər, təhqiqatçı onları dərhal otağına çağırmışdır. İçəri girəndə Təqsirləndirilən şəxs1 xidməti otaqda olan şüşə çərçivəni qıraraq özünə xəsarət yetirdiyini görmüşlər. Təqsirləndirilən şəxs1 boğazını kəsmək üçün şüşəni özünə tərəfə tutanda əlindən almışlar. Hal şahidləri dəvət olunmuşdur. Üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 etiraz etmiş, baxış keçirməyə imkan verməmiş, yalnız özünü orabura vurmuşdur. Sonradan razılaşmış və üzərinə baxış keçirilərkən 01 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 çəkiliş istəmədiyini, televiziyaya veriləcəyini deyib çəkilişdən imtina etmişdir.. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə daşıması ilə bağlı daxil olmuşdur. Qaradağ rayonunun Ələt qəsəbəsində deyil, kənd Əhmədli tərəfdə yerini müəyyən etmişlər. Şəxsi axtarış və götürmə nəticəsində üzərindən bir büküm bağlanmış formada marixuana aşkar olunmuşdur. Şəxsi axtarış və götürmə zamanı o, Təqsirləndirilən şəxs2 və Şahid2 iştirak etmişlər. Narkotiki İran vətəndaşından aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 özünə xəsarət yetirəndən sonra, qolunu bağlayıb dərman vermişlər və həkim çağırmışlar. Təqsirləndirilən şəxs2 tanıyır, onu tutulan gün görmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmaları arasında 3 gün vaxt olmuşdur. Təqsirləndirilən şəxs2 tutulma yeri dəqiq yadında deyil. Təqsirləndirilən şəxs2 tutulanda əlində göy sellofan olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları Şahid3 və Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş X4 göstərdi ki, Nərimanov rayon Polis İdarəsinin yaxınlığında olarkən bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq saxlanılan şəxsin üzərinə baxış keçiriləcəyini və baxışda iştirak edib-edə bilməyəcəyini soruşmuşdur. O da etiraz etmədən baxışda iştirak edə biləcəyini bildirmişdir. İdarədə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməyə başlanılmış, sonuncunun üstündən sənəd, pul, bir də sellofan paket çıxarılmışdır. Şahid X4 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, əvvəllər polis əməkdaşları ilə heç bir münasibəti olmamışdır. Sellofanın içində nə olduğunu görməmişdir. İbtidai istintaq zamanı ona qarşı heç bir təsir, təzyiq olmamış, ona o cür ifadə verməyi öyrətməmişlər. Özü narkotik vasitələrdən istifadə etmir. Məhkəmədə şahid qismində dindirilmiş X5 şahid X2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı deyərək təsdiq etmişlər. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 əlavə olaraq göstərmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs2 ilə aralarında hər hansı iş birliyi olmamışdır. Turalın özünün Babəklə iş birliyi olmuşdur. 2022-ci sonlarında onların Babəkə göndərmək üçün birlikdə çəkdikləri video ilə bağlı göstərmişdir ki, həmin vaxtlarda Babəkin Turala olan etibarı azalmışdır. Bu səbəbdən də, belə bir video göndərməyini istəmişdir. Turalın da kifayət qədər borcu olduğundan o, Turalın xahişi ilə bu videonu çəkməyə razılaşmışdır. Videoda qeyd etdiyi sözləri isə Babək belə deməklərini istədiyindən o formada demişlər. Əslində isə onun Babək və Turalla heç bir iş birliyi olmamışdır. Turalın özü Babəklə qanunsuz olaraq narkotik vasitə - qurudulmuş marixuananın dövriyyəsi ilə məşğul olmuşdur. Həmin videonun onunla çəkilməsinə səbəb isə Babəkin Turalın tanışlarından yalnız onu tanıması və ona etibar etməsi olmuşdur. Onun bu işlə heç bir əlaqəsi olmamış, Turalla Babək birlikdə işləyərək Azərbaycan Respublikası ərazisində külli miqdarda narkotik vasitə dövriyyəsi ilə məşğul olmuşlar. Babək hətta Turala işlədikləri dövr ərzində satmaq üçün 40 kiloqramdan artıq qurudulmuş marixuana göndərmişdir (cild 2, iş vərəqə 119-124). Şəxsi axtarış və götürmə aparılması haqqında 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı içərisində 01 ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin torbanın içərisində marixuana olduğunu, qurudulmuş marixuananı 3-4 ay əvvəl Babək adlı İran vətəndaşının ona saxlaması üçün verdiyini və deyəcəyi yerə qoyduqdan sonra əvəzində ona 200-300 manat pul verəcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 30- 31,61). Şəxsi axtarış və götürmə aparılması haqqında 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qanunla qadağan edilmiş maddələr və ya əşyalar varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 üzərində heç bir qeyri-qanuni əşyaların olmadığını bildirib təqdim etməkdən imtina etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 digər suallara cavab verməkdən imtina etmişdir (cild 1, iş vərəqə 176-177). Məhkəmə-bioloji ekspertizasının 30 mart 2023-cü il tarixli 7/460 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2..." yazıları və imzalar olan 01 ədəd göy rəngli polietiien bağlamada təmiz çəkisi 3005 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 3004,8 qram təşkil etmişdir (cild 1, iş vərəqə 44-47). Məhkəmə-bioloji ekspertizasının 28 mart 2023-cü il tarixli 7/438 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd şəffaf sellofan torbada təmiz çəkisi 13,451 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 13,431 qram təşkil etmişdir (cild 1, iş vərəqə 189-192). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 may 2023-cü il tarixli 1376 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 89-91). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 29 aprel 2023-cü il tarixli 1163 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faKtiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 95-96). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 iyun 2023-cü il tarixli 3432 nömrəli rətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərdən istifadə etmə hallan olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 92-93). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 may 2023-cü il tarixli 2862 nömrəli rətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 97-98). Diskə baxış keçirilməsi haqqında 24 may 2023-cü il tarixli protokoldan görünür ki, çəkiliş başlayarkən videogörüntüdə sağda olan şəxs özlərini təqdim edərək özünün Arif, yanındakı şəxsin isə Tural olduğunu bildirir. Bundan sonra videoçəkilişdə həmin şəxslər, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşağıdakı məzmunda müraciətlər edirlər: Təqsirləndirilən şəxs1: “İçərdə - şestoyda Mehman var, Babəkə çalağ eyib, Babəklə işləməyə. Babək gün ərzində 3 kilo 4 kilo nəşə atacaq, biz onun nəşəsini işləyəcəyik, nəşəsinin pulun qaytaracağıq. Əgər biz onun nəşəsinin, malının pulun yesək, 1 qəpik o üzə bu üzə olsun, şəhidlər, Azərbaycan şəhidlərinin gorunu, mən şəxsən şəhidlərin görünü si…m (ağır söyüş). Əgər mən aldatsam, Babəkin 1 qəpiyini o üzə bu üzə olsa. Gün ərzində də Babəklə işləməyə biz hazırıq. Əgər 1 qəpik o üzə bu üzə olsun şəhidlərin gorun, varın yoxun mən Arif, bu Tural si..k (ağır söyüş)”. Təqsirləndirilən şəxs2: “Mən Tural, bizi Meman calaq eliyib, Mehman sənlə danışıb. Gündəlik Babəkdən 3 kilo 4 kilo nəşə götürəcəyik. Biz Babəkin malın yesək, 1 qəpik o yan bu yan eləsək şəhidlərin gorun si...m (ağır söyüş), var yoxun si…m (ağır söyüş)”. Kişi kimi sənə söz veririk, kişi kimi də sənlə işləyəcəyik. Gündəlik 3 kilo 4 kilo bizə mal verəcəksən, nəşə verəcəksən. Təqsirləndirilən şəxs1: “Amma ki, bizə təmiz mal gəlsin, yaxşı nəşə gəlsin ki, biz burda onu dağıdaq işləyə bilək”. Təqsirləndirilən şəxs2: “Vala vermə, dibi vala olmasın”. Təqsirləndirilən şəxs1: “Vala olmasın, bizim klentlerimiz var”. (cild 2, iş vərəqə 62- 63). İbtidai istintaq orqanının 07 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitəni əldə etdiyi Babək adlı şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 234.4.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 195-198). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2023-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 38). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 26 aprel 2023-cü il tarixli 6108 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqə 48). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş və Qaradağ Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək islah işləri 08 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir (cild 2, iş vərəqə 78-79, 80-88). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü madəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-4.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarının 4-cü bəndinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və 02 ay 28 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 250-252, cild 2, iş vərəqə 1-18, 34-35). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs1 cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X7 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitənin satışı ilə məşğul olmamalarına, onlardan heç nə aşkar olunmamasına dair məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət işinin materiallarında olan videomüraciətlərində isə narkotik vasitələrin satışında iştiraklarını bilavasitə etiraf etməklə bərabər, həm də müqəddəs ünvanlara ağır söyüşlər işlətməklə satış üçün «nəşə» göndərəcək «qarşı» tərəfə narkotik satışında «dürüst» olacaqlarının təminatını vermələri təkzibolunmaz və mübahisəsiz dəlildir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri, həmçinin Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi qismən etiraf ifadəsini də sübut kimi qəbul edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən qanunazidd davranışa məruz qalması ilə bağlı ifadələri isə hər hansı dəlillə təsdiqini tapmır. Təqsirləndirilən şəxs2 şəxsi axtarışının videoçəkilişindən də görünür ki, bilavasitə şəxsi axtarışı zamanı sərbəst davranışlı, normal görüntülü geyimli, hər hansı xəsarət izi müşahidə olunmayan, bu və ya digər təzyiqə məruz qala bilməsinə işarə edə biləcək hər hansı davranış, hərəkət, görüntü biruzə verməyən Təqsirləndirilən şəxs2, habelə Təqsirləndirilən şəxs1 onlara təzyiq, təsir göstərilməsi ilə bağlı məhkəmədə bildirdikləri heç bir dəlillə təsdiqini tapmır. Bütün bu xüsusatları nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinin polis tərəfindən qanunazidd davranışa məruz qalmaları ilə bağlı hissələrini özünümüdafiə mövqeyi kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, onları səciyyələndirən halları, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 hazırda məhkumluğunun olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 27 mart 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs2 30 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində, həmin məhkəmənin 31 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirləri seçilmiş, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 27 mart 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli isə 30 mart 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 20-22, 88-91, 166-167, 222-226). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 mart 2023-cü il, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə 30 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3018,231 qram təşkil edən qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 videomüraciət xarakterli çıxışlarını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən ayrı-ayrılıqda 75 (yetmiş beş) manat olmaqla cəmi 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 45,190). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 30 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 27 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3018,231 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 videomüraciət xarakterli çıxışlarını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən ayrı-ayrılıqda 75 (yetmiş beş) manat olmaqla cəmi 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar