Məhkəmə qərarları › İş №1(101)-801/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-801/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-801/2025 26.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7 və Əlizadə Orxan Arzuxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həbs edilənədək qeyd olunan ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxta satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 04 ədəd bükümdə ümumi xalis çəkisi 60,177 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 05 ədəd bükümdə ümumi təmiz çəkisi 504,718 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini külli miqdarda əldə edib Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsinə daşıyaraq həmin psixotrop maddə metamfetami hissələrə bölüb hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 1,116 qram. 0,849 qram, 52,283 qram və 5,929 qram olmaqla 04 ədəd sellofan bükümdə qablaşdıraraq, eyni zamanda həmin narkotik vasitə heroini hissələrə bölüb hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 213,115 qram, 97,440 qram, 96,705 qram, 96,643 qram və 0,815 qram olmaqla 05 ədəd sellofan bükümdə qablaşdıraraq 01 ədəd ağ rəngli qutunun içərisinə yığıb, bunlardan təmiz çəkisi 5,929 qram olmaqla qablaşdırdığı kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini 01 ədəd bükümdə əynindəki boz rəngli şah arın sol yan cibində gizlədərək üzərində saxlamış, qalan ayrı-ayrılıqda təmiz çəkiləri 1,1 16 qram, 0,849 qram və 52,283 qram olmaqla 03 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini və ayrı- ayrılıqda təmiz çəkiləri 213,115 qram, 97,440 qram. 96,705 qram, 96,643 qram və 0,815 qram olmaqla 05 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini yaşadığı ünvan 3 ünvamndakı evin qarajında gizlədərək satış məqsədi ilə saxlamış, 31 iy ul 2024cü İl tarixdə, saat 18:50 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş Nakotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət olunmuş və orada saat 20:20 radələrində Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofana bükülmüş 01 ədəd bükümdə 5,929 qram çəkidə, yəni külli miqdarda ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metasmfetamin aşkar olunaraq götürülmüş, 31 iyul 2024-cü il tarixində saat 21:41 radələrində əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşdığı ünvan 3 ünvanına baxış zamanı həmin evin qarajından 01 ədəd ağ rəngli qutunun içərisindən 05 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 213,115 qram, 97,440 qram, 96,705 qram, 96,643 qram, 0,815 qram ümumi təmiz çəkisi 504,718 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri xarici əlamətlərinə və kimyəvi komponet tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 03 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 1,116 qram,0,849 qram, 52,283 qram ümumi təmiz çəkiləri 54,248 qram külli miqdarda ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlaıımışpsixolrop maddə metamfetanin Təqsirləndirilən şəxs ilkin üzərindən aşkar olunmuş 5,929 qram olan psixotrop maddə metamfetaminlə xarici əlaməllorinə və kimyəvi komponet tərkibinə görə eynilik təşil edən psixotrop maddələr və 01 ədəd üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetainin izləri olan işlək vəziyyətə elektron tərəzi aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, həbs edilənədək fərdi qaydada öz avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Narkotik vasitələrin istifadəçisi olmuş, narkotik vasitənin heroin adlanan növündən istifadə etmişdir. X25 Respublikasının sakini kimi təqdim edən “Əli” adlı şəxslə sosial şəbəkə vasitəsilə tanış olmuş və ondan narkotik vasitə əldə etmişdir. Əli ilə sonrakı diaqloqlarda sonuncu ona Binəqədi rayonu ərazisinə gedərək, ona bildirilən ünvandan narkotik vasitə hesab edilən heroini bağlamasını götürməyi tapşırmış, həmin bağlamada olan narkotik vasitələri ona bildirilən ünvanlara qoyması müqabilində ona şəxsi istifadəsi üçün 40-50 qram çəkidə narkotik vasitə verəcəyini vəd etmiş, o da Əli ilə razılaşaraq 4 dəfə narkokuryer kimi Əlinin göstərişini icra etmişdir. Sonuncu dəfə bir bağlama narkotik vasitəni götürüb evinə gətirmiş və özünəməxsus evin həyətində olduğu zaman polislər daxil olaraq onu saxlamışlar. Əvvəllər də, narkotik vasitəni “Əli” adlı şəxsdən əldə etmiş, bunun müqabilində ona hər hansı ödəniş etməmişdir. O, narkotik vasitələri bükümlərə ayırmamış, onları olduğu kimi həyətindəki qaraja qoymuşdur. Tərəzi də həmin narkotik vasitələrin yanında olmuş, tərəzi vasitəsilə çəkilərini ölçmüşdür. Götürdüyü narkotik vasitəni açıb baxmış, keyfiyyətsiz olsa da, çəkisi deyildiyi kimi olmuşdur. Bağlamada olan maddənin hamısı narkotik vasitə olmamış, həmin maddə torpaqla qarışıq olmuş, tərkibində ən çoxu 300-400 qram narkotik vasitə ola bilərdi. Ağrıları olduğu üçün ibtidai istintaq zamanı ona təqdim olunan bütün sənədlərə oxumadan qol çəkmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edir, lakin narkotik vasitə ittiham aktında qeyd edilən çəkidə olmamış, həmçinin o, “Əli” adlı şəxsdən 4-5 dəfə narkotik vasitə alıb, müxtəlif ünvanlara yerləşdirməmiş, ilk dəfədir ki, “Əli” adlı şəxsdən narkotik vasitə almışdır. Təxminən 1 il narkotik vasitə istifadə etməmiş, təzəlikcə istifadə etməyə başlamış və “Əli” adlı şəxslə tanış olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, ailəlidir. İki oğlu vardır. Böyük oğlu Ağadayının 10, kiçik oğlu Şahvələdin isə 7 yaşı vardır. Özü əvvələr Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə 2008-ci ildə məhkum olunmuşdur. 2 il 3 aydan sonra məntəqə tipli cəza çəkmə keçirilmişdir. Özü fərdi qaydada ona məxsus Vaz 21011 markalı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olurmuş. Özü infakt və hepatik xəstəsidir. Ancaq hər hansı bir xəstəxana sənədi yoxdur. İşin mahiyyəti üzrə göstərmişdir ki, 31 iyul 2024-cü il tarixdə, saat 18:50 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu BNMİ-nin inzibati binasına dəvət etmişlər.Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı onun üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan boz rəngli şalvarın sol yan cibindən l(bir) ədəd sellofan bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sağ yan cibindən l(bir) ədəd açar və 1 (bir) ədəd içərisində 070-446- 46-17 sim kart nömrəsi olan “Redmi” markalı mobil telefonu aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmişdir. Metamfetaminin çəkisi 6(altı) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün l(bir) ədəd “Redmi” markalı mobil telefon bu barədə izah verildikdən sonra götürülmüşdür, l(bir) ədəd açar isə ona geri qaytarılmışdır.Üzərinə şəxsi axtarış aparıldıqdan sonra o, müdafiəçisi və polis əməkdaşları ilə yaşadığı həmin ünvanda yerləşən evə getmişlər. Bundan sonra O, müdafiəçisi və polis əməkdaşları ilə birlikdə evə baxış keçirilməsinə başlanmışdır. Evə baxış zamanı o yaşadığı evin qarajında saxladığı l(bir) ədəd ağ rəngli qutunu təqdim etmişdir. Həmin qutunun içərisindən l(bir) ədəd elektron tərəzi, 5(beş) ədəd bağlamada açıq qəhvəyi rəngli, spesifik iyli narkotik vasitə olan heroinləri və 3(üç) ədəd bağlamada ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminləri təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinlərin çəkisi 522(iyirmi altı) qram, metamfetaminlərin çəkisi 58(əlli səkkiz) qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, təhqiqatçı və müdafiəçi tərəfindən imzalanmışdır. Daha sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. İlkin izahat və ifadələrində qeyd etmisiniz ki, Siz narkaotik vasitə və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsdən almısınız. Bu barədə nə deyə bilərsiniz? Sual ona tam aydın olduğundan qeyd etmişdir ki, bəli elə deməyinin səbəsbi onun cinayət məsuliyyətinə cəlb edilməsi qorxusu olmuşdur. Ancaq daha sonra fikirləşmişdir ki, o belə deməklə məsuliyyətdən yayma bilməyəcək. Realıq belə olmuşdur ki, Əli adlı şəxs ilə o danışmışdır. O narkotik vasitə və psixotrop maddələri Lökbatan qəsəbəsi ərazisinə 4-5 dəfə atıbmış. Oda ordan götürmüşdür. Xəsət olduğu üçün özü istifadə edirmiş. Evdən bayıra çıxmamaq üçün çox alırmış. O da həmin narkotik vasitələrin pulunu həmişə Əlinin bank kartına nağd şəklində göndərirmiş. Hadisənin realığı bundan ibarət olduğunu qeyd etmişdir. Əli adlı şəxsin bank kartl Sizdə vardır mı Sual ona tam aydın olduğundan qeyd etmişdir ki, Əli ona Kartının rəsmini ona atdığdan sonra pulu dərhal həmin karta göndərirmiş. Əlidə Kartı dərhal silirmiş. Ona görə onun kartı onda qalmamışdır. İran İslam Respublikasının Vətəndaşı Əli adlı şəxsi tanıyırsınız mı? Sual ona tam aydın olduğundan qeyd etmişdir ki, O əli adlı şəxsi tanımır. Əli Onunla telefon vasitəsi ilə danışmışdır. Danışıdığıları zaman ancaq azərbaycan dilində səbəst danışıb Əli onunla. O həmdə Bakı şəhərini çox yaxşı tanıyırmış. Onu necə dəflərlə adı ilə Bakı şəhərinin müxtəlif ünvanlarına göndərib. O elə fikirləşir ki, o Azərbaycan Respublikasının vətəndaşıdır. Sadəcə fikir yayındırmaq məqsədi ilə Ona X25 Respublikasının vətəndaşı kimi təqdim edib. Siz haçansa İran İslam Respublikasında olmusunuz mu? Sual ona tam aydın olduğundan qeyd etmişdir ki, xeyr o heç vaxt İran İslam Respublikasında olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o da daxil edilmişdir. Əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana, yəni, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi istiqamətində yollanmışlar. Təqsirləndirilən şəxs evinin yaxınlığında onlar tərəfindən saxlanılmış və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sellofan bükümdə psixotrop maddə aşkarlanaraq, qablaşdırılb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanaraq baxış keçirmiş və ona məxsus qarajdan müxtəlif bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs evinin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs idarədə üzərinə şəxsi axtarış keçirilən zaman ona məxsus evin qarajında da narkotik vasitə və psixotrop maddələr saxladığını etiraf etmişdir. Müxtəlif bükümlərdə narkotik vasitə və psixotrop maddələr qarajdan aşkarlanmış, qarajdan başqa evin digər yerlərinə baxış keçirilib-keçirilməməsini xatırlamır. Bükümlərin sayı çox olduğu üçün dəqiq sayını xatırlamır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri İİR vətəndaşından əldə etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və satış məqsədi ilə saxlamasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat qrupu yaradılmış, əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsində dəvət olunmuş vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən sellofan bükümdə psixotrop maddə aşkarlanaraq qablaşdırılıb götürülmüşdür. Təhqiqatçının suallarına cavab olaraq, Təqsirləndirilən şəxs yaşadığı ünvanda da narkotik vasitə və psixotrop maddələr saxladığını bildirmişdir. Bu səbəbdən onlar Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsində yerləşən yaşadığı ünvana yollanmış, həmin ünvanda olan qarajda narkotik vasitə və psixotrop maddələr aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus qarajdan psixotrop maddə metamfetamin və narkotik vasitə heroindən əlavə elektron tərəzi də aşkarlanmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri İİR vətəndaşının tapşırığı əsasında müxtəlif ünvanlara qoymasını planlaşdırdığını bildirmiş, lakin bu fəaliyyəti qarşılığında nə qədər pul alacağını qeyd etməmişdir. Təqsirləndirilən şəxs evinin içərisində deyil, yaşadığı ünvanın qarşısında saxlamışlar. Üzərinə şəxsi axtarış zamanı psixotrop maddə aşkar edildikdən sonra Daşqın özü bildirmişdir ki, yaşadığı ünvanda da narkotik vasitə və psixotrop maddələr vardır. Lakin, onlarda Təqsirləndirilən şəxs 3-4 gün əvvəl iranlıdan əldə etdiyi vasitələri yaşadığı ünvanda saxlaması barədə məlumat olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs özü qarajda saxladığı bükümləri təqdim etmiş, yaşadığı evin başqa yerlərinə baxış keçirməmişlər. Əməliyyat qrupunun rəhbəri o olmamış, şəxs barədə ilkin məlumatın 3-4 gün əvvəl daxil olmasına baxmayaraq, dəqiq əməliyyat məlumatı təxirəsalınmaz əməliyyat tədbirinin keçirildiyi gün daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat verilmişdir. (Cild 1 iş vərəqə 4) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixdə, saat 18:50 dəqiqədən tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 24) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin iki ədəd diskin hər birində ayrı- ayrılıqda bir ədəd video görüntü var. Həmin bir ədəd diskdə olan video görüntüyə baxış keçirilən zaman müəyyən edildi ki, 31 iyul 2024-cü il tarixdə saat 20:20-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilir.Çəkilişdə təhqiqatçı X14, Baş İdarənin əməliyyat müvəkkili Şahid1, Baş İdarənin əməliyyat müvəkkili baş leytenantı X9, şübhəli şəxsin müdafiəçisi X12 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirak edir. X19 hüquq və vəzifələrini şübhəli şəxsə elan etdikdən sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti başlanır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən, l(bir) ədəd sellofanda bükümdə ağ rəngli spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoydu. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparıldı şəxsi axtarış zamanı sonuncunun əynində olan boz rəngli şalvarın sağ yan cibindən, l(bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefon aşkar olunaraq götürüldü. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanımla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilir, psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi 6(altı) qram oldu. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi və polis əməkdaşları tərəf imdən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün l(bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “REDMİ” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürüldü, l(bir) ədəd açar Təqsirləndirilən şəxs geri qaytarıldı. Baxış 09.33 dəqiqə davam etdi. Çəkiliş BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanıŞahid3 tərəfində aparılmışdır. (Cild 1, iş vərəqə 34- 35, 122-123) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 iyul 2024-cü il tarixli “Evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan və həmin protokola əlavə edilmiş 01 ədəd diskə baxış protokolundan görünür ki, bir ədəd diskdə olan video görüntüyə baxış keçirilən zaman müəyyən edildi ki, 31 iyul 2024-cü il tarixdə saat 03:30-da təhqiqatçı X14, Baş İdarənin əməliyyat müvəkkili Şahid1, Baş İdarənin əməliyyat müvəkkili kapitanı Şahid3, şübhəli şəxsin müdafiəçisi X12 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirak edir. X20 hüquq və vəzifələrim şübhəli şəxsə elan etdikdən sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti başlanır. Təqsirləndirilən şəxs evində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir və bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşayış sahəsində olan qarajın içərisində narkotik vasitə və psixotop maddə metamfetamin saxladığını qeyd edir. Bundan sonra isə həmin qaraja baxış keçirilir. Baxış zamanı həmin qarajdan 01 ədə ağ qutunun içərisindən 01 ədəd elektron tərəzi 02 ədəd şəffaf rəngli sellefana bükülmüş psixotrop maddə metamfetamin 01 ədəd qara rəngli sellefona bükülmüş psixotrop maddə metamfeamin və 05 ədəd isə bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək müvafiq tərzdə təhqiqatçı tərəfindən götürlərək qablaşdırılır. Həmin qablaşdırma DİN-nin 7 saylı zərflər üçün olan möhrü ilə qablaşdırılır. Bundan sonra evin digər hissələrinə və qaraja baxış keçirilir. Baxış zamaını hər hansı bir qanunla qadağan edilmiş əşya və ya pridmet aşkar edilmədi. Baxış 13:49 dəqiqə davam etmişdir. Çəkiliş BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfində aparılmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan “Əli” adlı şəxsin vasitəsi ilə 4 gün öncə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən öz istifadəsi üçün əldə etdiyini, əvvələr də bir neçə dəfə narkotik tərkibli maddələri ona deyilən yerlərdən götürdüyünü ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir. (Cild 1, iş vərəqə 40-41) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/3917 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zər ilər üçün N°7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan kağız paxeıdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,929 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün Ns7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kütlələr şübhəli şəxs (imza) D.Hüseynox” yazısı və imzalar olan qutudaki, - 5(beş) ədəd bükümdə ayn-aynlqda təmiz çəkiləri 213,115qram, 97,440qram, 96,705qram, 96,643qram, 0,815qram, ümumi təmiz çəkisi 504,718qram qəhvəyi rəngli tozşəkilli maddələr küstlələri xarici əlamətlərinə və kimyəv komponent tərkibinə görə eyni olub,kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - 3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri l,116qram, 0,849qram, 52,283qram ümumi təmiz çəkisi 54,248qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - 1 (bir) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin və heroin in təmiz çəkisini və bükümlərdəki metamfetaminlərlə və heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyidir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisai 60,177 qram təşkil edir və həmin metamfetaminlər xarici əlamətlərinə və kimyəv komponent tərkibinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahıya əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxildir. (Cild 1, iş vərəqə 49-53) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 avqust 2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan üzərində ***-***-**-** və ***-***-**-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefonunda şifrəsi olmayan vəziyyətdə açılmışdır. Ön ekranı təmiz vəziyyətdə arxa tərəfi isə göy rəngdə olamsı müəyyən edilmişdir. Həmin telefonun arxa hissəsində 04 ədəd kamaera vardır. Alt hissəsində isə “Resdmi" yazılar müşahidə edilmiş,həmin telefonun fotolar olan bölümümnə baxış zamanı aşkar edilmişdir ki, həmin bölmədə tərəzi üzərində “10” yazısı olan sellefrəngli sellefon elektron tərəzi üzərində isə 1070 yazısıolan foto, “20 K” yazısı olan sellefrəngli sellefon elektron tərəzi üzərində isə 2076 yazısı olan foto, “15” yazısı olan sellefrəngli sellefon elektron tərəzi üzərində isə 1626 yazısı olan foto, “40” yazısı olan sellefrəngli sellefon elektron tərəzi üzərində isə 4183 yazısı olan foto, “50” yazısı olan sellefrəngli sellefon elektron tərəzi üzərində isə 5200 yazısı olan foto, “10 A” yazısı olan sellefrəngli sellefon elektron tərəzi üzərində isə 1113 yazısıyazısı olan foto, “5 K” yazısı olan sellefrəngli sellefon elektron tərəzi üzərində isə öOO yazısıyazısı olan foto, “8 A” yazısı olan sellefrəngli sellefon elektron tərəzi üzərində isə 903 yazısı olan foto, “8 P VƏ 5 K” yazısı olan sellefrəngli sellefon elektron tərəzi üzərində isə 1543 yazısıyazısı olan foto, “3P VƏ 5 K” yazısı olan sellefrəngli sellefon elektron tərəzi üzərində isə 946 yazısıyazısı olan foto, “15 K” yazısı olan sellefrəngli sellefon elektron tərəzi üzərində isə 1600 yazısıyazısı olan foto, “5 K” yazısı olan sellefrəngli sellefon elektron tərəzi üzərində isə 560 yazısıyazısı olan foto, “5 P” yazısı olan sellefrəngli sellefon elektron tərəzi üzərində isə 561 yazısı olan foto, “8 A” yazısı olan sellefrəngli sellefon elektron tərəzi üzərində isə 871 yazısıyazısı olan foto, “10 p” yazısı olan sellefrəngli sellefon elektron tərəzi üzərində isə 1100 yazısı olan foto, “15 P” yazısı olan sellefrəngli sellefon elektron tərəzi üzərində isə 1600 yazısıyazısı olan foto, “15 P VƏ 15 k” yazısı olan sellefrəngli sellefon elektron tərəzi üzərində isə 3250 yazısıolan foto, “40/10” yazısı olan sellefrəngli sellefon elektron tərəzi üzərində isə 5391 yazısı olan foto, “30 K VƏ 10 P” yazısı olan sellefrəngli sellefon elektron tərəzi üzərində isə 3375 yazısı, tərəzi üzərində sellefon büküm içərisində narkotik vasitə marixuanaya bənzər kütlə fotosu, şəffaf sellefon büküm içarisində psixotrop maddə metamfetaminə bnzər kütlə fotosu elekton tərəzi üzərində 500 yazısı olan foto və müxtəlif boş ərazilərin şəkilləri müəyyən edilmişdir. Bundan əlavə TİK-TOK sosial şəbəkəsinə, İnsleqram sosial şəbəkəsi və Vhatsapp mobil tətbiqinə baxış keçirilsədə istintaq üçün əhəməiyyət kəsb edən bir məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 63-75) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 78-79) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-312/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 106-107) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 Şəxsi Ambulator X2 xx.xx.2024-cü il tarixli, 5810 nömrəli rəyindən görünür ki, Hüseynov X1, Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 153-154) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2512 nömrəli rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında ekspertlər belə nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində iki azyaşlı övladı – xx.xx.2015-ci il tarixli X6 və xx.xx.2017-ci il tarixli X5 vardır. Barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. (Cild 1, iş vərəqə 160-162) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 504,468 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və çəkisi 59,968 qram olan psixotrop maddə metamfetamin Xəzər RPİ-də saxlanılmış, şəxsi axtarış və evə baxış zamanı çəkilmiş videogörüntüləri əks etdirən 02 ədəd disk, telefona baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş foto görüntülər sübut kimi tanınmış, Təqsirləndirilən şəxs ifadələri, video çəkilişlıər, şahid ifadəkləri, məhkəmə-kimyəvi, narkoloji və məhkəmə ambulator psixiatrik ekspertizasının rəyləri, diskə baxış keçirilməsi protokollarlı, telefona baxış keçirilmısi protokolları maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından İİR vətəndaşı “Əli” adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı ondan aşkar olunan narkotik vasitənin və psixotrop maddəninin miqdarının ittihamda qeyd edildiyi miqdarda olmaması, həmin miqdardan daha az, yəni ümumilikdə cəmi 300-400 qram təşkil etməsi ilə bağlı qeyd etdiyi xüsusata tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin çəkisinin daha az olduğunu bildirsə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/3917 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zər ilər üçün N°7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan kağız paxeıdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,929 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün Ns7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kütlələr şübhəli şəxs (imza) D.Hüseynox” yazısı və imzalar olan qutudaki, - 5(beş) ədəd bükümdə ayn-aynlqda təmiz çəkiləri 213,115 qram, 97,440 qram, 96,705 qram, 96,643 qram, 0,815 qram, ümumi təmiz çəkisi 504,718qram qəhvəyi rəngli tozşəkilli maddələr küstlələri xarici əlamətlərinə və kimyəv komponent tərkibinə görə eyni olub,kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - 3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri,116 qram, 0,849 qram, 52,283 qram ümumi təmiz çəkisi 54,248 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - 1 (bir) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin və heroin in təmiz çəkisini və bükümlərdəki metamfetaminlərlə və heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyidir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisai 60,177 qram təşkil edir və həmin metamfetaminlər xarici əlamətlərinə və kimyəv komponent tərkibinə görə eynidirlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 504,468 qram, psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 59,968 qram təşkil etmişdir. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə gəldiyi qənaətlə bağlı eyni zamanda aşağıda göstərilənləri də qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə görə, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitəni və ya psixotrop maddəni satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr- BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər aiddir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahılarının 1-ci Siyahısının 83-cü bəndinə əsasən narkotik vasitə olan heroin 2 qramdan artıq çəkidə olduqda, 2-ci Siyahısının 118-ci bəndinə əsasən psixotrop maddə olan metamfetamin 2 qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin çəkisinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından çox olmasına, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin həcminə, onun narkotik vasitələin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatına əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə bir daha vurğulayır ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı övladlarının – xx.xx.2015-ci il tarixli X6 və xx.xx.2017-ci il tarixli X3 olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin çəkisini, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından çox olmasını, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 31 iyul 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 114 manat (yüz on dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 504,468 qram narkotik vasitə heroin və 59,968 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Şəxsi axtarış və evə baxış zamanı çəkilmiş videogörüntüləri əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 Şəxsi Ambulator X2 xx.xx.2024-cü il tarixli, 5810 nömrəli rəyindən görünür ki, Hüseynov X1, Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu - 31 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 504,468 qram narkotik vasitə heroin və 59,968 qram psixotrop maddə metamfetamin məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 114 manat (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar