Məhkəmə qərarları › İş №1(101)-802/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-802/2020

15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-802/2020 15.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X7 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2 Müdafiəçiər: Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada taksi sürücüsü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası CM-in 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, daşıma, göndərmə və təkrar Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2019-cu dekabr ayında İran İslam Respublikasının Astara şəhərində şəxsiyyəti istintaqla müəyyən edilmiş və şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə, xx xxxxxx 2019-cu il tarixdə Dövlət Gömrük Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq İran İslam Respublikasının Astara şəhərində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilmiş üzvündən karton qutunun içərisindəki sökülmüş vəziyyətdə olan təkərli masanın mdf materialından olan 2 ədəd alt və üst panellərinin və 2 ədəd oval formalı aksessuarlarının arxalarına sonradan bərkidilmiş faner lövhələrin altında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilmiş 4 ədəd dördkünc formalı və 2 ədəd yastı oval formalı olmaqla 6 bükümdə ayrı-ayrılıqda çəkiləri 490, 500, 490, 500, 230 və 245 qram olmaqla ümumilikdə külli miqdarda, cəmi 2455 qram tiryək narkotik vasitəsini tamah niyyəti və satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə etmiş, cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilmiş üzvünün tapşırığına əsasən sonuncunun verdiyi 270 manat və qeyd edilən narkotik vasitə göndəriləcək ünvan üzrə çatdıqdan sonra verəcəyi 300 ABŞ dolları müqabilində Azərbaycan Respublikasına gətirib cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə poçt vasitəsi ilə göndərmək üçün həmin tarixdə, saat 11 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyaraq idarə etdiyi “VAZ-2106” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamışdır. Bundan sonra o, cinayətkar əməllərini davam etdirərək narkotik vasitəni əldə etdiyi cinayət qrupun üzvünün tapşırığına əsasən qeyd edilən bağlamanı vahid niyyətlə qəsdən qanunsuz olaraq idarə etdiyi “VAZ-2106” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayıb daşıyaraq Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 5 ünvanında yerləşən “Azəri Ekspress” (“TNT” və “Fedex”) MMM poçt daşımaları şirkəti vasitəsi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 11:28-də **********90 nömrəli qaimə əsasında gömrük rəsmiləşdirilməsinə elektron formada təqdim etdiyi **********098479 nömrəli “Fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamə”də malın adını kofe masası, dəyərini 282 ABŞ dolları kimi bəyan etməklə Azərbaycan Respublikasından X5 - “4224, Sepulveda BLVD Herman OAKS, CA, 91403, USA” ünvanına və Arisha Zevani adlı şəxsin adına göndərməklə təkrarən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, xx xxxxxx 2019-cu il tarixdə X10 Aeroportunun Bakı Karqo Terminalına daxil olmuş qeyd edilən bağlamaya həmin tarixdə Dövlət Gömrük Komitəsi Kinoloji Xidmətinin “Lili” ləqəbli xidməti iti tətbiq edilmiş, xidməti it bağlamaya reaksiya vermiş, bununla əlaqədar həmin bağlama yoxlama keçirilməsi üçün Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına gətirilmiş, orada aparılan gömrük yoxlaması zamanı bağlamanın - karton qutunun içərisindəki sökülmüş vəziyyətdə olan təkərli masanın mdf materialından olan 2 ədəd alt və üst panellərinin və 2 ədəd oval formalı aksessuarlarının arxalarına sonradan bərkidilmiş faner lövhələrin altında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilmiş ümumilikdə külli miqdarda – 2455 qram tiryək narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli biliməyərək, ifadəsində göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı olan Şəhram adlı şəxsi dostu və həmkəndlisi Şahid11 vasitəsilə tanımışdı. O Şəhramı namaz qılan, mömin bir şəxs kimi tanımışdı, onun vasitəsi ilə bir neçə dəfə irandan müxtəlif ünvanlara müxtəlif əşyaları poçtla göndərirdi.2019-cu ilin noyabr ayının sonları-dekabr ayının əvvəllərində Şəhram ona “Whatsapp” proqramı vasitəsi ilə videozəng edərək, təkərli masa göstərdi və həmin masanın sökülmüş vəziyyətdə İran İslam Respublikasının Astara gömrük postunun qarşısında ondan təhvil alıb Bakı şəhərində onu deyəcəyi poçt məntəqəsi vasitəsi ilə bir nəfər şəxsə və ünvana göndərməyini xahiş etmişdi. Bunun qarşılığında Şərham ona göndərmə xərci və zəhmət haqqı olaraq 800 ABŞ dolları verəcəyini, qeyd edilən yük ünvana çatdıqdan sonra ona əlavə olaraq 300 ABŞ dolları verəcəyini bildirmişdir. O da maddi cəhətdən çətinlik çəkdiyi üçün Şəhramın təklifi ilə razılaşmışdı. Bundan sonra Şəhram adlı şəxslə “Whatsapp” proqramı vasitəsi ilə mütəmadi əlaqə saxladı və danışıqları zaman Şəhramla xx xxxxxx 2019-cu il tarixdə, saat 09 radələrində İran İslam Respublikasının Astara gömrük postunun qarşısında görüşmək barədə razılığa gəldilər. xx xxxxxx 2019-cu il tarixdə o Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan keçərək, X15 Respublikasının Astara şəhərinə getdi və orada, yəni İran İslam Respublikasının Astara gömrük postunun qarşısında Şəhram adlı şəxslə görüşdü. Görüş zamanı əvvəlcədən ona göstərdiyi təkərli masanı sökülmüş vəziyyətdə, karton qutunun içərisində ona verdi. Daha sonra Şəhram ona qeyd edilən yükün göndərmə xərci və onun zəhmət haqqı olaraq 800 ABŞ dolları pul verdi. Yükü poçt vasitəsi ilə göndərdikdən sonra yerdə qalan məbləği özünə götürməyini və yük ünvana çatıdırıldıqdan sonra ona əlavə olaraq 300 ABŞ dolları da verəcəyini bildirdi. O da Şəhram adlı şəxsə öz təşəkkürünü bildirdi. Daha sonra qutunu açaraq qeyd edilən təkərli masanın sökülmüş vəziyyətdə orada olduğunu gördü və həmin karton qutunu iplə bağladı. Şəhram poçt məntəqəsinin yerləşdiyi ünvanı və masanın göndəriləcəyi ünvanı və şəxsin anket məlumatlarını “Whatsapp” proqramı vasitəsi ilə ona göndərəcəyini demişdi. O da Şəhram adlı şəxsə ondan xəbər gözləyəcəyinii demişdi. Bundan sonra Şəhramla sağollaşıb ayrıldılar və elə həmin gün, yəni xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində Astara gömrük postundan keçərək, Azərbaycan Respublikasına geri qayıtdı. Daha sonra Şəhram adlı şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 13 radələrində poçt məntəqəsinin, yəni Bakı şəhəri, Xətai rayonunda yerləşən “TNT” poçt məntəqəsinin lokalizasiyasını, yəni yerləşdiyi ünvanı ona göndərdi. Bundan sonra xx xxxxxx 2019-cu il tarixində Şəhramın “Whatsapp” proqramı vasitəsi ilə ona göndərdiyi “TNT” poçt məntəqəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən inzibati binasına getdi. Orada bəyannamə tərtib etdi, bəyannamədə malın adını “kofe stolu”, dəyərini isə Şəhram adlı şəxsin dediyi kimi 282 ABŞ dolları kimi qeyd etdi. Bundan sonra bağlamanı Şəhram adlı şəxsin ona göndərdiyi ünvana göndərdi. Şəhram həmin masanı ABŞ-da yaşayan dostuna göndərdiyini demişdi. Göndərmə xərci olaraq “TNT” poçt məntəqəsinə 1090 manat pul ödədi, Şəhram adlı şəxsin ona verdiyi 800 ABŞ dollarından, yəni 1360 manatdan 270 manat onun özünə qaldı. Bağlamanın göndərilməsi ilə bağlı sənədlərini fotoşəkillərini çəkərək “Whatsapp” proqramı vasitəsi ilə Şəhram adlı şəxsə göndərdi və həmin gün Astara şəhərinə geri qayıtdı. Ona qalan 270 manat pulla ev üçün bazarlıq etdi. Bundan sonra Şəhram adlı şəxs ona bir neçə dəfə poçt idarəsinə zəng etməyini və bağlamanın çatıb-çatmamasını soruşmağını bildirdi. O da bir neçə dəfə poçta zəng edərək, məlumat almışdı. Sonuncu dəfə poçtla xx xxxxxx 2019-cu il tarixində əlaqə saxladı və poçtdan bildirdilər ki, qarşıdan gələn bayramla əlaqədar bağlamanı göndərə bilmirlər, həmin bağlamanı yanvar ayının 10-dan sonra göndərəcəklər. O da bu barədə Şəhrama məlumat verdi. xx xxxxxx 2019-cu il tarixdə, saat 18 radələrində Astara şəhərində yaşadığı evə gedərkən, gömrük əməkdaşları onu saxlayaraq onlarla birlikdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə gəlməyini təklif etdilər. O da razılaşaraq, ora gedib orada olduğu zaman ona məlum oldu ki, qeyd etdiyi masanın içərisində tiryək narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Onun həmin masanın içərisində narkotik maddə olmasından xəbəri olmamışdır. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o 2018-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük X8 Baş Gömrük İdarəsinin Əməliyyat və X2 şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Əməliyyat və X2 şöbəsinə beynəlxalq poçt göndərişlərində ölkə ərazisindən qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin göndəriləcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında “Azəro Ekspress” poçt daşımaları şirkəti vasitəsi ilə **********90 nömrəli qaimə əsasında ünvanı ünvan 1 kimi qeyd edilmiş Təqsirləndirilən şəxs tərəfindən Arrisha Zevani adlı şəxsin ünvanına Azərbaycan Respublikasından X5 göndərilən, invoys sənədində malın adı “coffe table”, dəyəri 282 ABŞ dolları göstərilən poçt bağlaması Heydər Əliyev adına X11 Bakı Karqo Terminalında gömrük yoxlamasının keçirilməsi məqsədi ilə tərəflərindən saxlanılmişdır. Yoxlama başlamamışdan əvvəl Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və X2 şöbəsinin instruktor-kinoloqu Şahid2 “Lili” ləqəbli xidməti it tətbiq etdi və xidmət it poçt bağlamasına reaksiya verdi. Bundan sonra həmin bağlama yoxlama keçirilməsi üçün tərəflərindən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına aparıldı. Bundan sonra “Azəri Ekspress” poçt daşıma məntəqəsində broker vəzifəsində işləyən Şahid6, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Skanlaşdırma və X3 Tətbiqi şöbəsinin inspektoru Şahid3, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və X2 şöbəsinin instruktor-kinoloqu Şahid2 və hal şahidlərinin iştirakı ilə aparılan yoxlama zamanı karton qutunun içərisindən bükülmüş vəziyyətdə olan təkərli masanın hissələri aşkar edildi. Həmin masanın “MDF” materialından olan 2 ədəd alt və üst panellərinin və 2 ədəd oval şəklində olan aksessuarlarının arxalarına sonradan bərkidilmiş faner lövhələrin altında, oyulmaqla yerləşdirilmiş və bu üsulla gömrük nəzarətindən gizlədilmiş 4 ədəd yastı dördkünc formalı və 2 ədəd yastı oval formalı tünd qəhvəyi rəngli kəskin iyə malik narkotik vasitə - tiryəkə oxşar maddə aşkar olundu. Narkotik vasitə yalnız masa açılanda görünürdü, adi vəziyyətdə onu görmək mümkün deyildi. Yoxlama başa çatdıqdan sonra 4 ədəd yastı dördkünc formalı və 2 ədəd yastı oval formalı tünd qəhvəyi rəngli kəskin iyə malik narkotik vasitəyə oxşar maddə polietilen zərfə qablaşdırılaraq möhürləndi, yükə aid sənədlərlə birlikdə tərəflərindən protokol əsasında götürüldü. Bütün iştirakçılar tərtib edilmiş protokolla tanış olub düzgün tərtib edilməsini öz imzaları ilə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o 2018-ci ilin noyabr ayından Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun inspektoru vəzifəsində işləyir. Hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx xxxxxx 2019-cu il tarixdə Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun idxal piyada keçid xəttində Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin skanlaşdırma şöbəsinin inspektoru vəzifəsini icra etməklə Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun skanlaşdırma şöbəsinin isnpektoru vəzifəsinə təhkim edilmiş Şahid5 ilə birlikdə növbədə idilər. Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində özü ilə gətirdiyi 1 ədəd iri ölçülü karton qutu və içərisində məişət əşyalarının 1 ədəd şəffaf sellofan torba yükləri ilə birlikdə İran İslam Respublikası istiqamətindən Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun idxal piyada keçid xəttinə daxil oldu, qeyd edilən əl yüklərini Astara gömrük postunun idxal piyada keçid xəttində quraşdırılmış yüklərin müayinəsi üçün nəzərdə tutulmuş rentgen aparatına qoydu, daha sonra özü gömrük yoxlamasından keçdi. Gömrük yoxlamasından keçdikdən sonra 1 ədəd iri ölçülü karton qutu təkrar Astara gömrük postunun idxal piyada keçid xəttində quraşdırılmış yüklərin müayinəsi üçün nəzərdə tutulmuş rentgen aparatında müayinə edildi, bundan sonra Təqsirləndirilən şəxs özü ilə gətirdiyi 1 ədəd iri ölçülü karton qutu və içərisində məişət əşyalarının 1 ədəd şəffaf sellofan torba yüklərini götürərək, Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun inzibati binasını tərk etdi. Həmin vaxt Təqsirləndirilən şəxs İran İslam Respublikasından gətirdiyi 1 ədəd iri ölçülü karton qutuda və içərisində məişət əşyalarının olduğu 1 ədəd şəffaf sellofan torbada qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmetin olması haqqında hər hansı məlumatı yox idi. Eləcə də gömrük yoxlaması zamanı şifahi sorğusual zamanı Təqsirləndirilən şəxs üzərində və əl yüklərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmetin olmadığını bildirmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8ifadəsində göstərmişdir ki,o 2014-cü ilin yanvar ayından xx xxxxxx 2019-cu il tarixədək ofisi Bakı şəhəri, Nərimanov rayonu, Əhmədli Rəcəbli küçəsi, 1/7 ünvanında yerləşən “Dərhal” (DHL) LTD beynalxalq poçt daşıma məntəqəsində kuryer işləmişdir. “Dərhal” (“DHL”) LTD beynalxalq poçt daşıma məntəqəsində kuryer işləyərkən xidməti vəzifəsi sifariş əsasında yükləri qəbul edib ünvan üzrə çatdırmaq və ya ünvan üzrə göndərmək olmuşdur. Hazırda Bakı şəhəri, Dərnəgül qəsəbəsində yerləşən dəmir sexində fəhlə işləyir. xx xxxxxx 2018-ci il tarixdə daimi müştərisi olan İran vətəndaşı Şəhram adlı şəxs onun “Whatsapp” profili ilə əlaqə saxlayaraq Azərbaycan Respublikasına gəlmək üçün hər dəfə viza almağın çətinlik törətdiyini, buna görə də dəzgah ehtiyat hissələrini hər hansı tanışı və ya taksi sürücüsü vasitəsi ilə İran İslam Respublikasından ona göndərəcəyini bildirmişdir. O, da bunun problem olmadığını Şəhram adlı şəxsə demiş və daha sonra Şəhram adlı şəxs göndərəcəyi dəzgah ehtiyat hissələrini İran İslam Respublikasının Astara şəhərində təhvil alacaq hər hansı şəxs tapmağı ondan xahiş etmiş və həmin şəxsə dəzgah ehtiyat hissələrini İran İslam Respublikasının Astara şəhərində təhvil alaraq Bakı şəhərinə ona göndərməsi üçün zəhmət haqqı olaraq 30-50 manat pul verəcəyini demişdir. O, da bu barədə maraqlanıb xəbər edəcəyini Şəhram adlı şəxsə demişdir. Daha sonra Şəhram adlı şəxslə sağollaşmışdır. Bundan sonra o iş yoldaşı əslən Astara rayonundan olan Şahid12 İran İslam Respublikasında tanışının olduğunu, həmin tanışı tərəfindən veriləcək yükü götürərək ona çatdırması üçün İran İslam Respublikası ilə Azərbaycan Respublikasının arasında olan sərhəd xəttinə yaxın ərazidə yaşayan adam lazım olduğunu demiş və bununla bağlı ona köməklik göstərməsini Şahid12 xahiş etmişdir. Şahid12 həmin yüklərin nə olacağı ondan soruşmuş, o, da Şahid12 həmin yüklərin dəqiq olaraq nə olacağını bilmədiyini, lakin nə yükü olsa, invoys sənədinin olacağını demişdir. Şahid12 da qardaşı Şahid11 ilə danışıb xəbər edəcəyini ona demişdir. Bir qədər sonra həmin gün Şahid12 əlaqə saxlaması üçün qardaşı Şahid12 mobil nömrəsini ona vermişdir və o Şahid11 zəng edərək, İran İslam Respublikasının Astara şəhərində Şəhram adlı tanışının olduğunu, Şəhram adlı şəxsdən İran islam Respublikasının Astara şəhərində gömrük postunun qarşısında dəzgah ehtiyat hissələrinin götürüb Bakı şəhərinə göndərəcəyi təqdirdə Şəhram adlı şəxsin zəhmət haqqı olaraq ona 50 manat məbləğində pul verəcəyini, razı olacağı təqdirdə davamlı olaraq Şəhram adlı şəxsin onun vasitəsi ilə dəzgah ehtiyat hissələri göndərəcəyini və buna görə də yaxşı pul qazanacağını və yüklərin müşayiət sənədlərinin də olacağını, buna görə də həmin yükləri gömrük postundan keçirərkən hər hansı problemin olmayacağını demişdir. Şahid11 da dövlət orqanında işlədiyi üçün qeyd edilən yükləri Şəhram adlı şəxsdən götürə bilməyəcəyini ona demişdir. O, da heç olmasa qeyd edilən yükləri götürüb çatdırması üçün hər hansı şəxsin tapılmasında köməklik göstərilməsini Şahid11 xahiş etdikdə, Şahid11 da əgər belə bir adam tapsa, xəbər edəcəyini bildirmişdir. Həmin vaxtdan 1-2 gün keçmiş Şahid11 onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Elvin adlı tanışının Şəhram adlı şəxsdən dəzgah ehtiyat hissələrini götürüb ona göndərə biləcəyini və Elvin adlı şəxsin istifadəsində mobil telefon nömrəsini ona vermişdir. 2018-ci ilin dekabr ayının sonlarından 2019-cu ilin iyun ayının əvvəllərinə kimi Şəhram adlı şəxs hər ay ərzində hər dəfə 1 və ya 2 dəfə olmaqla hər dəfə içərisində 2 ədəd silindrik formalı ehtiyyat hissəsi və 1 ədəd sarı rəngli plastmas qutuda dəzgaha vurulması üçün nəzərdə tutulan yağ olan 1 və ya 2 ədəd bağlama göndərmişdir. O, da həmin bağlamaları Şəhram adlı şəxsin xahişi ilə ofisi Bakı şəhəri, Nərimanov rayonu, Əhmədli Rəcəbli küçəsi, 1/7 ünvanında yerləşən “Dərhal” (DHL) LTD beynalxalq poçt daşıma məntəqəsi vasitəsi ilə X5, Kanadaya və Rumıniyaya sonuncunun ünvanını və adlarını xatırlamadığı və tanımadığı tanışlarına göndərmişdir. Şəhram adlı şəxs də hər dəfə Elvin adlı şəxs və ya tanımadığı taksi sürücüləri vasitəsi ilə ona bağlamanı göndərmə xərci olaraq təxminən 300-350 ABŞ dolları və zəhmət haqqı olaraq təxminən 20-30 ABŞ dolları pul göndərmişdir. 2019-cu ilin aprel ayının ortalarında Elvin ona xəbər etmədən Şəhram adlı şəxsdən bağlama götürüb Bakı şəhərinə, yəni ona göndərməsi ilə bağlı Elvinlə aralarında sözlü mübahisə olmuşdur və bundan sonr Şəhramla Elvin öz arlarında ona xəbər vermədən öz aralatrında razılaşaraq işlədilər. 2019-cu ilin may ayının sonlarında Şəhram adlı şəxs Elvinin onu aldatdığını, yükü ondan təhvil alıb ona çatdırması üçün daha artıq pul istədiyini və buna görə də Elvin adlı şəxslə daha ona yük göndərməyəcəyini və Elvin adlı şəxslə əlaqəsini kəsəcəyini demişdir. O, da özünün də Elvin adlı şəxslə əlaqəsini kəsəcəyini Şəhram adlı şəxsə demiş və həmin vaxtdan Elvin adlı şəxslə əlaqəsini kəsmişdir. Bundan sonra, 2019-cu ilin may ayının sonlarından sonra Şəhram adlı şəxs Elvin adlı şəxs vasitəsi ilə ona dəzgah ehtiyat hissələri göndərməmişdir. Bundan sonra yalnız 1 dəfə Elvin 2019-cu ilin iyun ayının sonları–iyul ayının əvvəllərində Şəhramın xahişi ilə dəzgah ehtiyat hissələrinin invoys sənədlərini və invoys sənədinin məxsus olduğu şirkətin möhürünü ona göndərmişdir. Həmin vaxtdan sonra Şəhram Elvinin vasitəsi ilə ona hər hansı bağlama, sənəd, o cümlədən hər hansı digər predmet və ya əşya göndərməmişdir. Özü də Elvinlə əlaqə saxlamamış və həmin vaxtdan sonra Şəhramın da Elvinlə əlaqəni kəsdiyini zənn etmişdir. 2019-cu ilin noyabr ayında Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsində şahid qismində ifadə verərkən Şəhram adlı şəxsin poçt vasitəsi ilə yola salması üçün ona göndərdiyi bağlamaların içərisində narkotik vasitələrin olduğunu bilmişdir. Həmin vaxtadək qeyd edilən bağlamaların içərisində narkotik vasitələrin olması barədə hər hansı məlumatı olmamışdır. 2020-ci ilin yanvar ayının ortalarında keçmiş iş yoldaşı Şahid12 Elvin adlı şəxs Şəhram adlı şəxsin göndərdiyi və içərisində narkotik vasitə olan bağlamanı poçt vasitəsi ilə göndərərkən gömrük xidməti əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o 2013-cü ilin may ayından xx xxxxxx 2019-cu il tarixədək Bakı şəhəri, Xətai rayonu, Fəzayil Bayramov küçəsi, 5 ünvanında yerləşən və beynəlxalq poçt daşıma şirkəti olan “Azəri ekspress” MMM-nin (“TNT” və “Fedex”) müştəri xidmətləri şöbəsinin rəhbəri vəzifəsində işləmiş və xx xxxxxx 2019-cu il tarixdən “Azəri ekspress” MMM-nin (“TNT” və “Fedex”) əməliyyat şöbəsinin mütəxəssisi işləyir, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Müştəri xidmətləri şöbəsinin rəhbəri kimi xidməti vəzifəsi müştərilərdən yükləri qəbul etmək, həmin yüklərin qablaşdırılmasını həyata keçirtmək, müştəri xidmətləri şöbəsinin əməkdaşlarının fəaliyyətinə ümumi nəzarəti həyata keçirtmək və qablaşdırılması həyata keçirilmiş bağlamaları ünvan üzrə göndərilməsi üçün brokerə təhvil verməkdən ibarət idi. xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində əvvəllər tanımadığı, Astara şəhər sakini Təqsirləndirilən şəxs “Azəri ekspress” MMM-nin (“TNT” və “Fedex”) Bakı şəhəri, Xətai rayonu, Fəzayil Bayramov küçəsi, 5 ünvanında yerləşən ofisinə gələrək, X5, orada yaşayan adını demədiyi qardaşına qarşıdan gələn Yeni il bayramı münasibəti ilə hədiyyə qismində ayrı-ayrı hissələrdən ibarət təkərli kofe masası göndərmək istədiyini dedi, həmin masanı və qeyd edilən masaya dair müşayiət sənədlərini mənə təqdim etdi. Bundan sonra həmin masaya vizual baxış keçirtsə də, hər hansı şübhəli hala rast gəlmədi. Bundan sonra həmin masa qablaşdırılaraq tərəzidə çəkildi, Təqsirləndirilən şəxs də həmin bağlamanın çəkisinə uyğun olaraq xatırlamadığı məbləğdə ödəniş etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi məlumatlarda bağlama göndərdiyi şəxsin Azərbaycan Respublikası vətəndaşı deyil, Arrisha Zevani adlı şəxs olduğunu görüb ondan buna aydınlıq gətirməsini xahiş etdikdə, Təqsirləndirilən şəxs də cavabında qardaşının işləri çox olduğundan həmin bağlamanı qardaşının tanışı Arrisha Zevani adlı şəxsə göndərdiyini dedi. Onun səmiyyətinə inanıb bununla bağlı əlavə sual vermədi. Bundan sonra qeyd edilən masanın göndərilməsi ilə bağlı Təqsirləndirilən şəxs təqdim etdiyi yük və yükü müşayiət edən sənədlər əsasında xx xxxxx 2019-cu il tarixdə onun tərəfindən sadələşdirilmiş bəyannamə tərtib edildi, həmin bəyannamə çap edilərək, Təqsirləndirilən şəxs təqdim edildi və Təqsirləndirilən şəxs da qeyd edilən bəyannamədəki məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq etdi. Bundan sonra invoys sənədində malın adı “coffee table”, dəyəri 282 ABŞ dolları göstərilən poçt bağlaması “Azəri ekspress” MMM (“TNT” və “Fedex”) vasitəsi ilə 8134 9363 3190 nömrəli qaimə əsasında ünvanı ünvan 7 kimi qeyd edilmiş Təqsirləndirilən şəxs tərəfindən Arrisha Zevani adlı şəxsin (ünvanı “4224 Sepulveda BLVD Sherman Oaks USA CA 91403” və elektron poçt ünvanı “mailto:arrishazevani132@gmail.comElektron ünvan ” kimi göstərilmiş) ünvanına Azərbaycan Respublikasından X5 göndərilməsi üçün xx xxxxxx 2019-cu il tarixdə “Azəri ekspress” MMM-də (“TNT” və “Fedex”) broker işləyən Şahid6 tərəfindən Heydər Əliyev adına X9 Bakı Karqo Terminalına təhvil verildi. xx xxxxxx 2019-cu il tarixdə, gecə saatlarında iş yoldaşı Şahid6 ona həmin bağlamanın içərisində, yəni qeyd edilən masanın hissələrinin içərisində xüsusi qaydada gizlədilmiş narkotik vasitəyə oxşar maddənin gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi barədə məlumat verdi. Qeyd edilən bağlamanın içərisində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir predmetin, o cümlədən, hər hansı növ narkotik vasitənin olması barədə qabaqcadan hər hansı məlumatı olmamış, bu barədə həmin fakt gömrük əməkdaşları tərəfindən aşkar edildikdən sonra xəbərdar olmuş. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən başqa digər vaxtlarda bağlama göndərməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, ifadəsində göstərmişdir ki, “xxxxxxxx” Aviaşirkəti MMC-nin “X12” filialının Aviayük xidməti üzrə departamentində yükdaşıyan vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə, saat 18 radələrində iş yerində olarkən adını xatırlamadığı gömrük əməkdaşı “Azəri ekspress” beynəlxalq poçt daşımaları şirkəti vasitəsi ilə Azərbaycan Respublikasından X5 göndərilən, üzərində göndərənin ünvanı ünvan 1, adı Təqsirləndirilən şəxs, alıcının ünvanı 4224 Sepulveda BLVD Sherman Oaks USA CA 91403, elektron ünvanı mailto:arrishazevani132@gmail.comElektron ünvan , adı isə Arrisha Zevani kimi göstərilmiş poçt bağlamasına gömrük nəzarəti qaydasında keçiriləcək yoxlamada hal şahidi kimi iştirak etməyi ondan və iş yoldaşı Şahid10 adlı şəxsdən xahiş etmişdir. O və iş yoldaşı Şahid10 adlı şəxs də buna etiraz etməmişlər. Yoxlama başlamamışdan əvvəl gömrük əməkdaşı xidməti it tətbiq etmiş və xidməti it poçt bağlamasına reaksiya vermişdir. Bundan sonra poçt bağlaması yoxlama keçirilməsi üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına gətirilmişdir. Yoxlama zamanı karton qutunun içərisindən sökülmüş vəziyyətdə olan təkərli masanın hissələri aşkar edilmiş, həmin masanın “MDF” materialından olan 2 ədəd alt və üst panellərin və 2 ədəd oval şəklində olan aksessuarlarının arxalarına sonradan bərkidilmiş faner lövhələrin altında oyulmaqla yerləşdirilmiş 4 ədəd dördkünc yastı formalı və 2 ədəd yastı oval formalı tünd qəhvəyi rəngli kəskin iyə malik maddə aşkar olunmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilmiş, ayrı-ayrılıqda 491 qram, 502 qram, 505 qram, 500 qram, 248 qram və 231 qram, ümumi çəkisinin isə 2477 qram olduğu müəyyən edilmişdir. Yoxlama başa çatdıqdan sonra aşkar olunan maddələr gömrük əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmiş və yükə aid sənədlərlə birlikdə protokol əsasında götürülmüşdür. Həmin protokolla tanış olub düzgün tərtib edilməsini öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şahid9 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2008-ci il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Astara rayon yanğından mühafizə xidmətində sürücü işləyir. Boş vaxtlarında avtomobil təmiri ilə məşğul olur. 2018-ci ilin dekabrın sonlarında “DHL” beynəlxalq poçt-daşıma məntəqəsinin Bakı şəhəri, Nərimanov rayonunda yerləşən filialında kuryer işləyən qardaşı Şahid12 ona zəng edərək, iş yoldaşı Orxan adlı şəxsə İran İslam Respublikasından veriləcək yükü götürərək çatdırmaq üçün adam lazım olduğunu, bununla bağlı onun mobil nömrəsini Orxan adlı şəxsə verdiyini və Orxan adlı şəxsin qeyd edilən məsələ ilə bağlı onunla əlaqə saxlayacağını demişdir. Həmin gündən bir qədər sonra Orxan adlı şəxs ona zəng edərək İran İslam Respublikasının Astara şəhərində Şəhram adlı tanışının olduğunu, Şəhram adlı şəxsdən İran islam Respublikasının Astara şəhərində gömrük postunun qarşısında dəzgah ehtiyat hissələrinin götürüb Bakıya göndərəcəyi təqdirdə Şəhram adlı şəxsin zəhmət haqqı olaraq ona 50 manat məbləğində pul verəcəyini, razı olacağı təqdirdə davamlı olaraq Şəhram adlı şəxsin onun vasitəsilə Orxan adlı şəxsə dəzgah ehtiyat hissələri göndərəcəyini və buna görə də yaxşı pul qazanacağını demişdir. O öz işləri olduğu üçün Orxan adlı şəxsə qeyd edilən yükləri Şəhram adlı şəxsdən götürə bilməyəcəyini dedikdə, Orxan heç olmasa qeyd edilən yükləri götürüb çatdırması üçün hər hansı şəxsin tapılmasında köməklik göstərilməsini ondan xahiş etmişdir. O, da belə bir adam tapacağı təqdirdə Orxan adlı şəxsə xəbər edəcəyini demişdir. Orxanla danışdıqları gün və ya həmin gündən 1-2 gün sonra boş vaxtlarında avtomobillərin təmiri ilə məşğul olduğu Astara şəhərində yerləşən sexdə qonşusu və uşaqlıq dostu, taksi sürücüsü işləyən Təqsirləndirilən şəxs Tarif oğlu ilə görüşmüş, bu zaman Təqsirləndirilən şəxs qardaşı Ramilin Orxan adlı iş yoldaşının olduğunu, həmin Orxan adlı şəxsin tanışı olan Şəhram adlı İran İslam Respublikası vətəndaşından İran İslam Respublikasının Astara şəhərinə gedib içərisində dəzgah ehtiyat hissəsi olan bağlamanı götürərək həmin bağlamanı Astara gömrük postundan keçirməklə Bakı şəhərinə Orxan adlı şəxsə göndərmək lazım olduğunu və bunun müqabilində Şəhram adlı şəxsin 50 manat məbləğində pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs vaxtaşırı İran İslam Respublikasına gedib-gəldiyi barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxs da bunun problem olmadığını demiş, bundan sonra həmin gün Orxanla əlaqə saxlayaraq Elvin adlı tanışının Şəhram adlı şəxsdən dəzgah ehtiyat hissələrini götürüb göndərə biləcəyini demişdir. Orxan da ona öz təşəkkürünü bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsini Orxan adlı şəxsə bildirmişdir. Bir neçə müddət sonra Elvin Şəhramın zəhmət haqqı olaraq verdiyi 50 manat məbləğində pulun 25 manatını hörmət olaraq ona təklif etsədə, o, zəhmət çəkmədiyi üçün həmin pulu götürməkdən imtina etmişdir. İlk əvvəllər Orxan adlı şəxs Təqsirləndirilən şəxsla onun vasitəsilə əlaqə saxlasa da, təxminən 2-3 ay keçdikdən sonra Orxan adlı şəxs özü Elvin adlı şəxslə birbaşa əlaqə saxlamağa başlamışdır. 2019-cu ilin aprel ayının ortalarında Orxan onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs xəbər etmədən Şəhram adlı şəxslə görüşdüyünü və Şəhram adlı şəxsdən dəzgah ehtiyat hissəsi yüklərini götürdüyünü demiş və bununla bağlı Təqsirləndirilən şəxsla danışmasını ondan xahiş etmişdir. O, da Orxan adlı şəxsə həmin məsələnin ona aidiyyətinin olmadığını və bu məsələni öz aralarında həll etmələrini demişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra sonuncunun ailə üzvlərindən Şəhram adlı şəxsin Təqsirləndirilən şəxsla göndərdiyi bağlamanın içərisində narkotik vasitənin aşkar edildiyini və bununla əlaqədar Təqsirləndirilən şəxs saxlanıldığını eşitmişdir. Təqsirləndirilən şəxs Şəhram adlı şəxslə münasibətini davam etdirməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs dediyinə görə 2019-cu ilin iyul-avqust ayından Şəhram və Orxan adlı şəxslə münasibətlərə son qoymuşdur. Ona görə bu barədə qabaqcadan hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 Şahid11 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində narkotik vasitənin ona məxsus olmaması və ondan xəbərsiz olmasını bildirməsi barədəki ifadəsini inandırıcı saymır və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Təqsirləndirilən şəxs ibtidai istintaqda ilkin ifadələrində göstərmişdir ki, İran İslam respublikasının vətəndaşı olan Şəhram adlı şəxsin ona Amerikaya poçtla göndərmək üçün verdiyi karton qutunun içərisindəki təkərli masanın mdf materialından olan 2 ədəd alt və üst panellərinin və 2 ədəd oval formalı aksessuarlarının arxalarına sonradan bərkidilmiş faner lövhələrin altında gizlədilmiş tiryək narkotik vasitəsinin olmasından xəbərdar idi, o saxlanılarkən ona heç bir təzyiq və kobudluq edilməmişdir. Cinayət işi materiallarında olan xx xxxxxx 2019-cu il tarixli yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında protokoldan, həmin protokola əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, **********8479 nömrəli “Fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamə”dən, mal müşayiət sənədlərindən və xx xxxxxx 2019-cu il tarixli xidməti itin tətbiqi haqqında aktdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs tərəfindən “Azərekspresspoçt” poçt daşımaları şirkəti vasitəsi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 11:28-də **********90 nömrəli qaimə əsasında gömrük rəsmiləşdirilməsinə elektron formada təqdim olunan **********098479 nömrəli “Fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamə”də malın adı kofe masası, dəyəri 282 ABŞ dolları kimi göstərilməklə Azərbaycan Respublikasından X5 - “4224, Sepulveda BLVD Herman OAKS, CA, 91403, USA” ünvanına və Arisha Zevani adlı şəxsin adına göndərilən və xx xxxxxx 2019-cu il tarixdə X10 Aeroportunun Bakı Karqo Terminalına daxil olmuş poçt bağlamasına həmin tarixdə Dövlət Gömrük Komitəsinin Kinoloji Xidmətinin “Lili” ləqəbli xidməti iti tətbiq edilmiş, xidməti it bağlamaya reaksiya vermiş, bununla əlaqədar həmin bağlama yoxlama keçirilməsi üçün Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına gətirilmiş, orada aparılan gömrük yoxlaması zamanı bağlamanın - karton qutunun içərisindəki sökülmüş vəziyyətdə olan təkərli masanın mdf materialından olan 2 ədəd alt və üst panellərinin və 2 ədəd oval formalı aksessuarlarının arxalarına sonradan bərkidilmiş faner lövhələrin altında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilmiş 4 ədəd dördkünc formalı və 2 ədəd yastı oval formalı olmaqla ümumilikdə 6 bükümdə ayrı-ayrılıqda çəkiləri 491, 502, 505, 500, 248 və 231 qram olmaqla ümumilikdə 2477 qram tend qəhvəyi rəngli, kəskin iyə malik narkotik vasitə tiryəkə oxşar maddə və mal müşayiət sənədləri aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 31923 №li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “№002053 Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Təqsirləndirilən şəxs barəsində” və sairə qeydlər olan polietilen paketdəki 06 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 490 qram, 500 qram, 490 qram, 500 qram, 230 qram, 245 qram, ümumi təmiz çəkisi 2455 qram olan yastı və oval formalı maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxil olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Aparılmış tədqiqatdan sonra tiryək narkotik vasitəsinin ümumi təmiz qalıq çəkisi 2454,7 qram olmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx xxxxx 2020-ci il tarixli, 878 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrdən istifadə etmə halları aşkar olunmamışdır. Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından istifadə etmə halları olmuşdur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiomi Redmi S2” markalı mobil telefona baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, “Whatsapp” sosial proqramında +**********00 saylı nömrəsində qeydiyyat keçmiş profilin istifadəçisi Təqsirləndirilən şəxs ilə yazışma zamanı Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 04:04-də heç kimin yanında danışmamağı bildirmiş, həmçinin yazışmada “TNT” sözü və “Azəri ekspress” MMM-in ünvanını (Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 5) təyin edən naviqasiya proqramını göndərmişdir. İş üzrə Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiomi Redmi S2” markalı mobil telefona baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “Elvin” kimi qeydiyyatdan keçmiş profildən İran mobil operatoruna məxsus +**********00 (istintaqla Şəhram kimi müəyyən edilmiş) saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş “Whatsapp” profili arasında aşağıdakı məzmunlu danışığın olduğu müəyyən edilmişdir: - xx xxxxxx 2019-cu il tarixdə, saat 02:40-da, 15:55-də və 17:04-də İran mobil operatoruna məxsus +**********00 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş (istintaqla Şəhram kimi müəyyən edilmiş) “Whatsapp” profilindən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “Elvin” kimi qeyd edilmiş “Whatsapp” profilinə göndərilmiş mesajın mətni aşağıdakı kimidir: - Elvin, sabah bunları yollayacam. - Arrisha zevani 4224 N sepulveda BLVD Sherman oaks, CA 91403. Phone: 001 (818)-312-7227. Email: mailto:arrishazevani132@gmail.comElektron ünvan - TNT - xx xxxxxx 2019-cu il tarixdə, saat 00:22-də, 00:26-da 00:27-də, 00:29-da, 00:56da, 00:57-də və 02:04-də İran mobil operatoruna məxsus +**********00 (istintaqla Şəhram kimi müəyyən edilmiş) saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş “Whatsapp” profilindən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “Elvin” kimi qeyd edilmiş “Whatsapp” profilinə göndərilmiş mesajın mətni aşağıdakı kimidir: - Tamam abi, problem yoxdu. Sən ora get, bax amma pulu az olar məncə. - Tamam abi, sənə təşəkkür edirəm. - Əgər gedib istəsən, mənə zəng eliyərsən. Ofisdən çıx çölə, sonra mənə zəng elə. - xx xxxxxx 2019-cu il tarixdə, saat 15:54-də, 15:56-da və 16:04-də İran mobil operatoruna məxsus +**********00 (istintaqla Şəhram kimi müəyyən edilmiş) saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş “Whatsapp” profilindən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “Elvin” kimi qeyd edilmiş “Whatsapp” profilinə göndərilmiş mesajın mətni aşağıdakı kimidir: - Gərək bağlamanı bağlayanda orda olardın, görərdin. - Səndən neçə dollar aldılar ordan? - Bəs sənə demədim heç kəsin yanında danışma, o kimdi səsi gəlir sənin yanında? - xx xxxxxx 2019-cu il tarixdə, saat 18:29-da İran mobil operatoruna məxsus +**********00 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş (istintaqla Şəhram kimi müəyyən edilmiş) “Whatsapp” profilindən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “Elvin” kimi qeyd edilmiş “Whatsapp” profilinə göndərilmiş mesajın mətni aşağıdakı kimidir: - Yaxşı da yaxşı, mən sənə müntəzirəm də. - xx xxxxxx 2019-cu il tarixdə, saat 19:09-da İran mobil operatoruna məxsus +**********00 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş (istintaqla Şəhram kimi müəyyən edilmiş) “Whatsapp” profilindən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “Elvin” kimi qeyd edilmiş “Whatsapp” profilinə göndərilmiş mesajın mətni aşağıdakı kimidir: - Abi, necə oldu, bunu yolladı yoxsa yollamadı? İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “Elvin” kimi qeydiyyatdan keçmiş profildən İran mobil operatoruna məxsus +**********00 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş (istintaqla Şəhram kimi müəyyən edilmiş) “Whatsapp” profili arasında mütəmadi danışıqlar aparılmışdır. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs sərhədkeçmə hesabatından və sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2019-cu il tarixədək Astara sərhəd nəzarət məntəqəsi vasitəsi ilə mütəmadi olaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, həmin sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasına geri qayıtmış, xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, həmin gün qeyd edilən sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasına geri qayıtmış, sonuncu dəfə xx xxxxx 2019-cu il tarixdə, saat 09:19-da Astara sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, həmin tarixdə, saat 11:03-də İran İslam Respublikasından Azərbaycan Respublikasına geri qayıtmışdır. Cinayət işi materiallarında olan Dövlət Gömrük Komitəsinin Hədəf Mərkəzindən daxil olmuş, iş üzrə Təqsirləndirilən şəxs hərəkət trayektoriyasını əks etdirən videogörüntünün əks olunduğu 01 ədəd “Hamsmann” markalı, 34/154/006914 nömrəli “DVD-R” diskə baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 09:10 radələrində yüksüz halda Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan gömrük nəzarətindən keçməklə İran İslam Respublikasına getmiş, həmin tarixdə, saat 11 radələrində özü ilə gətirdiyi 1 ədəd iri ölçülü karton qutu və içərisində məişət əşyalarının olduğu 1 ədəd şəffaf sellofan torba yükləri ilə birlikdə İran İslam Respublikası istiqamətindən Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun idxal piyada keçid xəttinə daxil olmuş, qeyd edilən əl yüklərini Astara gömrük postunun idxal piyada keçid xəttində quraşdırılmış yüklərin müayinəsi üçün nəzərdə tutulmuş rentgen aparatına qoymuş, daha sonra özü gömrük yoxlamasından keçmiş, gömrük yoxlamasından keçdikdən sonra 1 ədəd iri ölçülü karton qutu təkrar Astara gömrük postunun idxal piyada keçid xəttində quraşdırılmış yüklərin müayinəsi üçün nəzərdə tutulmuş rentgen aparatında müayinə edilmiş, bundan sonra Təqsirləndirilən şəxs özü ilə gətirdiyi 1 ədəd iri ölçülü karton qutu və içərisində məişət əşyalarının 1 ədəd şəffaf sellofan torba yüklərini götürərək Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun inzibati binasını tərk etmişdir. Cinayət işi materiallarında olan “Azəri ekspress” MMM-dən daxil olmuş DVD diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs bağlama ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 10:28-də “Azəri ekspress” MMM-in Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 5 ünvanında yerləşən ofisinə daxil olmuş, saat 10:39-da bağlamanı ofisdə qoyaraq, oradan çıxmış, daha sonra 11:10-da yenidən ofisə daxil olaraq bağlamanı rəsmiləşdirmiş və saat 11:32-də ofisi tərk etmişdir. Cinayət işi materiallarında olan “Azəri ekspress” MMM-in xx xxxxxx 2019-cu il tarixli, 47 №li məktubundan görünür ki, Təqsirləndirilən şəxs yükləri xx xxxxxx 2019-cu il tarixdə “Azəri ekspress” MMM şirkətinin əməkdaşı Xarici daşımaların müştəri xidmətləri şöbəsində rəhbər vəzifəsində çalışan Şahid7 Xizvullayevna tərəfindən qəbul edilmiş, həmin yükləri Bakı Karqo Terminalına “Azəri ekspress” MMM şirkətinin əməkdaşı - Xarici daşımaların gömrük işləri üzrə mütəxəssis vəzifəsində çalışan Şahid6 tərəfindən çatdırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, mobil telefon əlaqələrinə (CD diskə) baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid8 adına qeydiyyata alınmış ***-***-**-** saylı mobil telefon nömrəsi arasında və X6 adına qeydiyyata alınmış ***-***-**-** saylı mobil telefon nömrəsi arasında mütəmadi danışıqlar aparılmış, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan İran mobil operatoruna məxsus +**********62 saylı mobil telefon nömrəsi arasında xx xxxx 2019-cu il tarixdə, saat 08:48:55-də 13 saniyə, xx xxxxxx 2019-cu il tarixdə, saat 16:57:27-də 45 saniyə müddətində və Şəhram adlı şəxsin istifadəsində olan İran mobil operatoruna məxsus +**********00 saylı mobil telefon nömrəsi arasında xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək mütəmadi danışıqlar aparılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, fotoşəkillər əsasında tanınma haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göndərdiyi bağlamanı və qeyd edilən bağlamadan aşkar edilərək götürülmüş külli miqdarda tiryək narkotik vasitəni İran İslam Respublikasının Astara şəhərində təhvil aldığı şəxsin xx xxxxxx 1988-ci il tarixdə İran İslam Respublikasının Urmiya vilayətində doğulmuş, İran İslam Respublikası vətəndaşı X4 müəyyən edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Baş Prokurorunun 1-ci muavini, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri R.Usubovun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs dindirilərkən ona qarşı fiziki və psixi zorakılıq tətbiq edilməsi, ibtidai istintintaqın qərəzli və qeyri obyektiv aparılması və cinayət işini digər istintaq qurumuna həvalə edilməsi barədə Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan əvvəli xx xxxxxx 2019-cu il tarixli “tutma haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşağının olması işdə cəzanı yüngülləşdirən halllar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc yerində saxlanan narkotik vasitə hesab edilən ümumi təmiz çəkisi 2454,7 qram olan tiryək və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan tiryəkin gizlədildiyi sökülmüş vəziyyətdə olan təkərli masa hökm qanuni qüvvəsini alandan sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi Redmi S2” modelli mobil teledon üzərində olan 02 ədəd sim kartı ilə birlikdə hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 108,46 ( yüz səkkiz manat qırx altı qəpik) alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tətbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 108,46 ( yüz səkkiz manat qırx altı qəpik) alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc yerində saxlanan narkotik vasitə hesab edilən ümumi təmiz çəkisi 2454,7 qram olan tiryək və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan tiryəkin gizlədildiyi sökülmüş vəziyyətdə olan təkərli masa hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi Redmi S2” modelli mobil teledon üzərində olan 02 ədəd sim kartı ilə birlikdə hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar