Məhkəmə qərarları › İş №1(101)-803/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-803/2020

05.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-803/2020 05.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü il il tarixdə Lənkəran rayonu, Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi cinayətə görə X8 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 1(101)-360/2010 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 09 il 03 ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, satma, habelə qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə barədə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı Mehman adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Mehman adlı şəxs və ya qeyriləri naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda 1524,32 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 618,071 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 1560,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr" in İ siyahısına daxil olan külli miqdarda 522,747 qram çəkidə psixotrop maddə metamfetamini və «Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndi» nə daxil olan təsiredici maddəsinin ümumi çəkisi külli miqdarda 36 qram təşkil edən 900 ədəd metadon tabletlərini Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək Bakı-Salyan yolunun məlum olmayan kilometrliyində yol nişanının altında gizlətmiş, cinayətkar plana uyğun olaraq Mehman adlı şəxsin "WhatsApp" ani mesajlaşma proqramı vasitəsi ilə verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayında həmin külli miqdarda 1524,32 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 618,071 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 1560,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 522,747 qram çəkidə psixotrop maddə metamfetamini və təsiredici maddəsinin ümumi çəkisi külli miqdarda 36 qram təşkil edən 900 ədəd metadon tabletlərini həmin yerdən satış məqsədilə qanunsuz əldə edib yaşadığı ünvan 2 ünvanda yerləşən 43 nömrəli mənzilə qanunsuz daşımış, həmin narkotik vasitə heroindən 8,620 qramını bölüb bir bükümə, narkotik vasitə tiryəkin 29,871 qramını bir bükümə, psixotrop maddə metamfetaminin 32,347 qramını bir bükümə qablaşdırmış, narkotik vasitə metadon tabletlərinin 10 ədəd blisterdə 100 ədədini üzərində, qalan 1515,7 qram çəkidə narkotik vasitə heroini iki bükümdə, 492,4 qram çəkidə psixotrop maddə metamfetamini bir bükümdə, 588,2 qram çəkidə narkotik vasitə tiryəki bir bükümdə, 1560,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı bir bükümdə qablaşdıraraq 80 ədəd blisterdə 800 ədəd narkotik vasitə metadon tabletləri ilə birlikdə yaşadığı evdə qonaq otağının arxa hissəsində yerləşən eyvanda gizlətməklə qanunsuz saxlamışdır. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23:45-də ünvan 2, mənzil 43 ünvanının qarşısında saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş və idarənin inzibati binasının xidməti otağında xx xxxx 2020-ci il tarixdə saat 02:20-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə satış məqsədilə əldə edib saxladığı külli miqdarda 29,871 qram təmiz çəkidə narkotik vasitə tiryək, təsiredici maddəsinin ümumi çəkisi külli miqdarda 4 qram olan 10 ədəd blisterdə 100 ədəd narkotik vasitə metadon tabletləri, bir ədəd şəffaf selofan bükümdə külli miqdarda 32,347 qram çəkidə psixotrop maddə metamfetamin və əynində olan gödəkçəsinin sol iç cibindən bir ədəd şəffaf selofan bükümdə külli miqdarda 8,620 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 07:30-dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı ünvan 2 ünvanda yerləşən 43 nömrəli mənzilə baxış keçirilərkən həmin evin qonaq otağının arxa hissəsində yerləşən eyvanda satış məqsədilə əldə edib gizlətməklə saxladığı bir ədəd polietilen torbanın içərisindən bir ədəd polietilen torbada külli miqdarda 1560,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd polietilen torbada külli miqdarda 492,4 qram təmiz çəkidə psixotrop maddə metamfetamin, bir ədəd polietilen torbada külli miqdarda 588,2 qram çəkidə narkotik vasitə tiryək, iki ədəd polietilen bağlamada ayrı-ayrılıqda 475,2 qram və 1040,5 qram olmaqla külli miqdarda 1515,7 qram ümumi təmiz çəkidə narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi çəkisi külli miqdarda 32 qram olan 80 ədəd blisterdə 800 ədəd narkotik vasitə metadon tabletləri və səthində metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən tutulan vaxt onun üstündə cəmi 5 kibrit qutusu marixuana olmuşdur. Həmin marixuananı ona Vüsalə adlı qadın vermişdir. Belə ki, o, Vüsalənin ərini tanıyır, həmin şəxs Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Vüsalə ona zəng edib həyat yoldaşının yanına getməli olduğunu və bunun üçün pul lazım olduğunu bildirmiş, ona verdiyi marixuananın pulunu istəmişdir. Vüsalə həmin marixuananı ona satmaq üçün vermiş, o isə, sata bilmədiyini, həmin narkotikin üstündən iki kibrit qutusunu özünün istifadə etdiyini bildirmişdir. Vüsalə ona görüşməyi təklif etmiş, o, başqa yerdə olduğunu, evə gələndə zəng edib görüşə biləcəyini bildirmişdir. O, axşam evə gələndə Vüsalə yenə ona zəng edib görüşməyi təklif etmiş, o isə, evdə olduğunu, yemək yeyib çıxacağını demişdir. O, Vüsalənin verdiyi 5 kibrit qutusu marixuananı götürüb evdən çıxmış, blokdan çıxanda polis əməkdaşları yaxınlaşıb onu tutmuşlar. Onun üzərinə baxış keçirilmiş və 5 kibrit qutusu marixuana götürülmüşdür. Sonra onun yaşadığı evə gəlib axtarış aparılmış, lakin heç nə tapılmamışdır. Bu vaxt balacaboy, qarabəniz, dişləri olmayan bir şəxs əlində bir çanta gətirmiş və onun evindən çıxdığını bildirmişdir. O, həmin çantanın ona aid olmadığını desə də, polis işçiləri əgər onun deyilsə, həyat yoldaşına aid olduğunu, yoldaşının da onunla birlikdə tutulacağını bildirmişlər. O da, polis əməkdaşlarının onu həyat yoldaşı ilə şantaj etdiklərini görüb, ona nə deyilirsə, hamısını qəbul etmiş və bütün sənədləri imzalamışdır. Sonra oradan idarəyə gətirilmiş, səhərisi günü ona evdə çəkiliş aparılacağı bildirilmişdir. O, polis əməkdaşlarına həyat yoldaşının uşaqları ilə rayona getdiyini demişdir. Ona yenidən yoldaşına zəng etdirib yoldan geri qayıtmasını tələb etmişlər. O da, polis əməkdaşlarının dediyi şəkildə etmiş, yəni həyat yoldaşı Rübabəyə zəng vurub evin açarını gətirib qapının yanındakı ayaqaltının altına qoymağı tapşırmışdır. O, polislərə həyat yoldaşının açarı həyətdəki mağazaya verməsini təklif etsə də, polis əməkdaşları isə etiraz edərək qapının yanındakı ayaqaltının altına qoymasını istəmiş, o da, həmin şəkildə həyat yoldaşına demişdir. Sonra o, yenidən evə gətirilərək videoçəkiliş aparılmış, çəkiliş zamanı da o, necə deyilmişdisə, həmin şəkildə hər şeyi etiraf etmişdir. Lakin evdən aşkar olunan narkotik vasitələrdən, dərmanlardan onun xəbəri yoxdur, onu həyat yoldaşı ilə şantaj etdikləri üçün hər şeyi boynuna almışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, onun üstündə cəmi 5 kibrit qutusunda marixuana olmuş, həmin narkotik vasitəni Vüsaləyə vermək üçün aparmışdır. Həmin marixuana Vüsalənin olmuş, hadisədən təxminən bir həftə əvvəl Vüsalədən 7 kibrit qutusu marixuana almış, onun da 2 qutusunu özü istifadə etmişdir. Mənzilə baxış keçirilən zaman evdə həyat yoldaşı Rübabə və iki qızı olmuşdur. Baxış zamanı evdən heç nə aşkar olunmamış, sonra bir nəfər aşağıdan bir çanta gətirilmiş və ona aid olduğu deyilmişdir. Polis əməkdaşlarının dedikləri ilə razı olmayanda, onu həyat yoldaşı ilə şantaj etmişlər. O, məhkəməyə sanksyaya gedən zaman dindirilməmiş və orada ondan heç kim narkotiklər barədə heç nə soruşmamışdır. Həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan şikayət etmiş, lakin pandemiya ilə əlaqədar müddəti ötürdüyü üçün şikayəti apellyasiya məhkəməsinə göndərilməmişdir. Onun üzərinə baxış keçirilən zaman üstündə evin açarı olmamışdır. Baxış keçirilən mənzildə ailəsi ilə birlikdə yaşamışdır. O, əvvəllər İranda bir neçə dəfə olmuş, birinci dəfə İrana dayısı ilə birlikdə, ikinci dəfə isə tək getmişdir. İranlı Mehman onun dayısının dostu olmuş, Mehmanı dayısına görə tanımışdır. Mehmana əvvəllər məhkum olmağı barədə heç bir şey deməmişdir. Mehmanla narkotik barədə söhbəti olmamışdır. Telefonda Mehmanın adından sonra «Şəmkir» sözü yazılmamışdır. Mehman ona mart ayının 18-19-da zəng etməmiş, ola bisin ki, bəlkə də zəng gəlib, əgər zəng edibsə də, Mehman ondan dayısını soruşmuşdur. Mehmanla dayısının rəhmətə getməsi barədə söhbət etmişdir. İbtidai istintaq zamanı hər şeyi ona deyilən şəkildə yazmış, lakin bu barədə heç bir yerə şikayət etməmişdir. Vüsalənin telefon nömrəsi onda olmuşdur, həmin nömrəni tapıb məhkəməyə təqdim etməyə çalışacaqdır. İafdələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdirki, 2010-cu ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfində 09 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə cəza müddəti başa çatdığına görə azadlığa buraxılmışdır. Bundan sonra özünə heç yerdə iş tapa bilməmişdir. Səhhəti ilə əlaqədar olaraq 2019-cu ilin yay aylarında İran İslam Respublikasına müalicəyə getmişdir. Orada olduğu müddətdə “Mehman” adlı İİR vətəndaşı ilə tanış olmuşdur. Söhbət əsnasında Mehman onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə cəza çəkdiyini, hazırda da maddi vəziyyəti yaxşı olmadığını bilmiş və ona İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitə və psixotrop maddə göndərsə, həmin malları burada satmağı təklif etmişdir. Lakin o, türmədən təzə çıxdığını və narkotik vasitələri satmağa adam tanımadığını bildirmişdir. “Mehman” da onun göndərdiyi narkotik vasitələri sadəcə o, dediyi yerlərə qoymağı təklif etmişdir. Mehman ona bildirmişdir ki, narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan göndərəcək və o, həmin malı onun dediyi yerdən götürüb ayrı-ayrı bükümlərə bölərək Mehmanın dediyi yerlərə qoyacaq və həmin yerin şəklini çəkib Mehmana göndərəcəkdir. Yəni o, heç kimə əlbəəl narkotik vasitə verməyəcək və bu halda onun tutulma ehtimalı az olduğundan onunla razılaşmışdır. Mehman ona hər dəfəsində 300-400 manat məbləğində pul verəcəyini bildirmişdir. Həmin zaman o, Mehmana istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsini vermiş, Mehman da +98 912 *** ** ** saylı mobil nömrəsini ona vermişdir. Bundan sonra o Azərbaycanda onunla Whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Təxminən 2020-ci ilin yanvar ayında o, “Mehmanla” əlaqə saxladıqda, Mehman külli miqdarda narkotik vasitə heroin, tiryək, marixuana, metadon və psixotrop maddə metamfetamin göndərdiyini və həmin malları Salyan yolunda yol nişanının altına qoyduğunu bildirmişdir. Bundan sonra o, Mehmanın dediyi yerə gedib bir ədəd selofan torbada olan həmin malı oradan götürmüş və yaşadığı Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi, ev 1/7 ünvanda yerləşən 43 nömrəli mənzilə gətirmişdir. Həmin zaman evdə tək yaşamışdır. Həyat yoldaşı və uşaqları rayona göndərmişdir. O, selofan torbanı açdıqda, içərisində narkotik vasitə heroin, tiryək, marixuna, psixotrop maddə metamfetamin və metadon dərmanları olduğunu görmüşdür. Bundan sonra həmin torbanı qonaq otağının arxasında yerləşən eyvanda gizlətmişdir. Həmin vaxtdan etibarən “Mehman” ona narkotik vasitələri satmağa adam tapmasını bildirsə də, ona tapa bilməyəcəyini bir daha bildirmişdir. Mehman da ona özü adam tapan zaman narkotik vasitəni hara qoymaq lazım olduğunu deyəcəyini demişdir. Buna görə də o, Mehmandan xəbər gözləmişdir. Özü də arada bir narkotik vasitə marixuandan götürüb istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə həmin narkotik vasitə heroindən bir büküm götürərək əynindəki gödəkçəsinin sol iç cibinə, narkotik vasitə tiryəkdən bir büküm, psixotrop maddədən bir büküm və metadon dərmanlarından isə 10 ədəd bilsterdə 100 ədəd götürərək gödəkçəsinin sağ yan cibinə qoymuşdur ki, tanışlarına göstərsin və istəyən olsa, onlara satsın. O, evdən çıxdıqdan sonra saat 23:45-də bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq Baş X1 əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O da, polis əməkdaşlarına səmimi olaraq üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Onlarla birlikdə Baş idarəyə gəlmiş və ona hüquqlarını izah edib dövlət hesabına müdafiəçi təqdim etmişlər. Bundan sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı o, gödəkçəsinin sağ yan cibində olan bir ədəd bükümdə narkotik vasitə tiryəki, 10 ədəd bilsterdə 100 ədəd metadon dərman həblərini, bir ədəd bükümdə psixotrop maddə metamfetamini, gödəkçənin sol iç cibindən bir ədəd bükümdə narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş və həmin maddələrin narkotik vasitə olduğunu və onları hansı məqsədlə kimdən alması barədə ətraflı məlumat vermişdir. Həmçinin üzərində olan 50 manat pulu və bir ədəd “Nokia” markalı mobil telefonu da təqdim etmişdir. 50 manat pul özünə qaytarılsa da, mobil telefonu iş üzrə əhəmiyyət kəsb etdiyi bildirilərək götürülmüşdür. Sorğu zamanı yaşadığı evdə də narkotik vasitə olduğunu və həmin evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, doğru tərtib edildiyi üçün imzası ilə təsdiq edilmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazmışdır. Səhər saat 07:30 radələrində yaşadığı mənzilin qarşısına gəlmişlər və o, qapını açaraq polis əməkdaşlarını evə dəvət etmişdir. Polis əməkdaşlarını eyvana apararaq eyvanda olan selofan torbanı göstərmiş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin selofan torba açıldıqda içərisində külli miqdarda narkotik vasitə marixuana, heroin, tiryək, metadon və psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Mənzilə baxış keçirilmiş və heç bir qanunsuz əşya və predimet aşkar edilməmişdir. Bundan sonra Baş İdarəyə qayıtmışlar və mənzilə baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Doğru yazıldığı üçün imzası ilə təsdiq etmişdir (cild 1, iş vərəqi 73-76). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəsini təsdiq etmədiyini, qeyd olunan ifadənin ondan təzyiq altında alındığını, ona görə hazırkı məhkəmə iclasında verdiyi ifadəsini təsdiq etdiyini, polis əməkdaşlarının həmin sumkada olan narkotik vasitələri yerə düzüb tez bazar çəkiliş etdiklərini, sonra isə həmin narkotikləri yığıb özləri ilə apardıqlarını, səhərisi çəkilişə baxıb xoşlarına gəlmədiyi üçün yenidən gəlib evdə çəkiliş apardıqlarını, evin bir açarı olduğunu və onda heç vaxt mənzilin açarının olmadığını bildirdi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilən zaman ona verilmiş ittihamla özünü təqsirli bildiyini, narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini, əvvəllər analoji cinayət törətməyə görə məhkum olunduğunu və 2018-ci ildə cəzasının sonu ilə azad edildiyini bildirmişdir (cild 1, iş vərəqi 92). Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 xüsusilə mühüm işlər üzrə baş əməliyat müvəkkili Şahid3 şahid qismində verdiyi ifadəsində bildirdi ki, xx xxxx 2020-ci il tarixdə Baş idarəyə Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində külli miqdarda narkotik vasitə heroin, tiryək, metadon, marixuana və psixotrop maddə metamfetamini əldə edib üzərində gəzdirməsi, satışı məşğul olması və yaşadığı evdə həmin maddələri saxlaması barədə məlumat daxil olmuşdur. Raportla idarə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Binəqədi rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri həmin tarixdə Təqsirləndirilən şəxs yaşaması ehtimal olunan ünvan 3 ünvanının qarşısına getmişlər və əməliyyat mövqeyi seçilmişdir. xx xxxx 2020-ci il tarixdə saat 23:45-də həmin ünvanın qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxs müəyyən edilərək saxlanılmışdır. Sorğu zamanı saxlanılan şəxs özünü 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona mütəmadi olaraq Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması izah edilmiş, o da, hazırda üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirdiyindən onu Baş İdarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs müdafiə hüququnu təmin etmək məqsədilə dövlət hesabına müdafiəçi dəvət edilərək ona təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən konvalyutda həb formasında maddəni, 1 ədəd şəffaf selofan bükümdə qara rəngli maddəni, bir ədəd şəffaf selofanda kristala bənzər ağ rəngli maddəni çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli «Nokia» markalı mobil telefonu, bir ədəd açarı, beş ədəd 10 manatlıq pul əskinaslarını çıxardaraq stolun üstünə qoymuşdur. Daha sonra Hüseyn əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd şəffaf selofan bükümdə tünd qəhvəyi rəngli maddəni çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən çıxardıb təqdim etdiyi tünd qara rəngli şəffaf selofana bükülmüş maddənin narkotik vasitə olan tiryək, həblərin isə narkotik vasitə olan metadon olduğunu bildirmişdir. Həmin cibindən aşkar olunmuş digər maddənin isə «şüşə» kimi adlandırdığı psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Gödəkçənin sol iç cibindən çıxardaraq təqdim etdiyi maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri təxminən bir ay bundan öncə Salyan rayonundan keçən yolun kənarında quraşdırılmış yol nişanın altından götürdüyünü və həmin maddələrin oraya İran İslam Respublikasının vətəndaşı «Mehman» adlı şəxs tərəfindən qoyulduğunu, İran İslam Respublikasının vətəndaşı «Mehman» adlı şəxsin öncədən bildirəcəyi yerlərə qoymalı olduğunu və bunun müqabilində təxminən 300 manat pul alacağını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı mənzildə də narkotik vasitələr saxladığını və həmin ünvanda tək qaldığını qeyd etmiş, yaşadığı ünvanda da baxış və götürmə keçirilməsinə etirazı olmadığını söyləmişdir. Onun üzərindən aşkar olunmuş maddələr kağız zərfə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs məxsus “Nokia” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, pul isə onun özünə qaytarılmışdır. Baxışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 ifadəsinə görə, Təqsirləndirilən şəxs yaşadığı mənzildə də narkotik vasitələr saxladığını bildirdiyi üçün xx xxxx 2020-ci il tarixdə saat 07:30-da onun kirayə yaşadığı Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi 1/7 ünvanda yerləşən 43 saylı mənzilə baxış keçirilmişdir. Bunun üçün ona mənzildə saxladığı narkotik vasitələrin və psixotrop maddələrin yerini könüllü olaraq göstərməsi təklif edilmiş, o, mənzilin qonaq otağından keçərək eyvana çıxmış, sağ tərəfdə yerdə olan üzərində “Paris” sözü yazılmış göy rəngli polietilen torbanı göstərərək həmin torbanın içərisində narkotik vasitələr və psixotrop maddələr olduğunu bildirmişdir. Həmin torba açıldıqda içərisində 1 ədəd göy rəngli üzərində “Samuray” yazısı olan selofan torbanın içərisində kütlənin olduğu aşkar edilmiş, Hüseyn həmin kütlənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Qonaq otağına keçdikdən sonra üzərində “Paris” sözləri yazılmış polietilen torbanın içərisindən bir ədəd şəffaf rəngli selofan torbanın içərisində ağ rəngli kristal formalı psixotrop maddə metamfetamin oxşar maddə, bir ədəd ağ rəngli selofan torbanın içərisində tünd qara rəngli narkotik vasitə tiryəkə oxşar maddə, iki ədəd şəffaf rəngli bükümdə tünd qəhvəyi rəngli narkotik vaitə heroinə oxşar maddə, bir ədəd elektron tərəzi və konvalyutda üzərində “FM- 40” yazısı olan narkotik vasitə metadona oxşar maddələr aşkar olunmuşdur. Aşkar edilmiş həblərin konvalyutları saylarının 80 ədəd olması müəyyən edilmişdir. Bir ədəd göy rəngli üzərində “Samuray” yazısı olan selofan torba qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən üzərində imzalar çəkilmişdir. Sonra üzərində “Paris” sözü yazılmış torbanan içərisindən şəffaf rəngli selofanda ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə, bir ədəd ağ rəngli selofan torbanın içərisində qara rəngli kəskin iyə malik narkotik vasitə tiryəkə oxşar maddə, iki ədəd şəffaf rəngli selofana bükülmüş tünd qəhvəyi rəngli kəskin iyə malik narkotik vasitə heroinə oxşar maddə, üzərində “FM-40” yazısı olan 80 ədəd konvolyut metadon və 1 ədəd elektron tərəzi selofan torbaya qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən üzərində imzalar çəkilmişdir. Bundan sonra mənzilin digər otaqlarına baxış keçirilmiş və başqa sübut əhəmiyyətli hər hənsı bir maddə aşkar edilməmişdir. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində şəxsi axtarış, həmçinin yaşadığı ünvana baxış keçirilməsində iştirak etdiklərini bildirərək Şahid3 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilən Şahid4 ifadəsinə görə, o, Təqsirləndirilən şəxsla 18-19 ildir ki, ər-arvad münasibətində yaşayırlar, himayəsində iki uşaqları vardır. Hüseyn sonuncu dəfə həbs olunana qədər Binəqədi rayonu, 6-cı mikrorayon, İlqar Cümşüdov küçəsi 1/7 ünvanında yaşamışlar. Həyat yoldaşı Hüseyn 2020-ci il mart ayının 18-i gecə saat 23 radələrində tutulmuşdur. Belə ki, evdə olduğu zaman Hüseynə zəng gəlmiş, sonuncu, evdən çıxıb həyətə düşmüş, üstündən heç beş dəqiqə çəkməmiş qapı döyülmüşdür. Həmin vaxt evdə uşaqlar da olmuşdur. O, qapını açanda həyat yoldaşının polis işçiləri ilə birlikdə gəldiyini görmüşdür. Onların kirayə yaşadıqları mənzil iki otaqdan ibarət olmuş, polis işçiləri onu uşaqlarla birlikdə bir otağa salmış, digər otaqda isə polis işçiləri ilə Hüseyn qalmışdır. Təxminən 10 dəqiqə sonra mənzilə başqa kimsə gəlmiş, polis işçiləri qapını açıb həmin şəxsi içəri buraxmışlar. Lakin o, uşaqlarla birlikdə digər otaqda olduğundan həmin şəxsin mənzilə nə gətirdiyini görməmişdir. Gələn şəxs balacaboy, qarayanız bir adam olmuşdur. Həyat yoldaşı polislərə “mənim deyil» sözlərini deyəndən sonra, polis işçilərindən sarıyanız bir oğlan ona yaxınlaşmış və “əgər sənin deyilsə, onda yoldaşını aparacağıq» deyə bildirmişdir. Bundan sonra Hüseyn polis işçilərini öz yanına çağırmış, onlara nə deyib-demədiyini o, bilməmiş, bundan sonra polis işçiləri çıxıb getmişlər. Həmin vaxt polis əməkdaşları təxminən iki saat onların evində olmuşlar. Evdə olarkən polislər çəkiliş edəcəklərini bildirmiş, o isə, uşaqların məktəbə getdiklərini, çəkiliş etməyin düzgün olmadığını demiş, bundan sonra polis işçiləri uşaqlara görə çəkiliş etməyəcəklərini söyləyərək getmişlər. Gecə saat 2-yə işləmiş polis işçiləri ona vatsapla zəng edərək, həyat yoldaşının saatını, bir də maşının açarını aparmağı təklif etmiş, o da, həyat yoldaşının dostu Mirzəyə zəng edərək polis işçilərinin Hüseyni apardıqlarını bildirmişdir. Bundan sonra o, Mirzə ilə birlikdə gedib yoldaşının saatını və maşının açarını götürmüşlər. Ayın 19-da səhərə yaxın təxminən saat 3 radələrində tanımadığı polis işçisi Hüseynin telefonu ilə ona zəng edərək, mənzilin açarını gətirib onlara təhvil verməyi tapşırmış və onların yenidən mənzilə gedib çəkiliş aparacaqlarını söyləmişdir. O, özünün rayona getdiyini bildirmiş, polis işçisi ondan hansı istiqamətə getdiyini soruşduqda, o, Gədəbəydən olduğunu, buna görə də Gədəbəy istiqamətində getdiyini demişdir. Ona geri qayıtmasa, posta deyəcəklərini və onu postda saxlayacaqlarını bildirmişlər və geri qayıtmağa təkid etmişlər. Lakin onun həmin vaxt rayona getmək fikri olmamış, açarı gətirmək istəmədiyinə görə polislərə bu cür demişdir. Bundan sonra Hüseyni onunla danışdırmışlar. Həyat yoldaşı ona deyəndən sonra o, açarı gətirib polis işçilərinə vermişdir. Daha doğrusu, ona açarı gətirib qapının ağzına qoymağı təklif etdiklərindən, o, açarı qapının ağzına qoyub çıxıb getmişdir. Daha sonra polis işçiləri gəlib açarı oradan götürmüş və ondan sonra nə baş verdiyindən onun məlumatı olmamışdır. Əlavə Şahid4 digər proses iştirakçılarının suallarına cavab olaraq bildirdi ki, polis işçiləri ona zəng edəndə o, taksi ilə yol getmiş, təxminən “Sədərək» bazarını keçmişdir. Polislər təxminən saat 3 və ya 4-ə 10 dəqiqə işləmiş Hüseynin telefonu ilə ona zəng etmişlər. O, günorta yol getmiş, birinci onu həyat yoldaşı ilə danışdırmışlar. Hüseyn ondan harada olduğunu soruşmuş, o da, yolda olduğunu və rayona getdiyini bildirmişdir. Sonra polis işçiləri ona qayıdıb açarı gətirməyi təklif etmiş, o, qayıtmayanda onunla qışqıraqışqıra danışmışlar. O, martın 19-u saat 2-də evdən çıxmış və vağzala getmişdir. Oradan maşına minib gedəndə onu yarı yoldan qaytarmışlar. O, saat 2-yə qədər evdə olmuş, həmin vaxta qədər heç kim onların mənzilinə gəlməmiş və çəkiliş aparmamışlar. Evə gələndən təxminən 10 dəqiqə sonra balacaboy bir nəfər əlində nəsə gətirmiş, lakin onun əlində nə olduğunu o, görməmişdir. Polis işçiləri birinci dəfə onların evinə gələndə əllərində hər hansı bir torba və ya əşya gətirdiklərini görməmiş, üstündən təxminən 10 dəqiqə keçəndən sonra bir nəfər balacaboy şəxs gəlmiş və onun əlində qara rəngli sumka olmuşdur. Sonradan Hüseyni aparanda polis işçiləri balacaboy adamın gətirdiyi sumkanı da özləri ilə aparmışlar. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli protokola əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23:45-də yaşadığı ünvan 2, mənzil 43 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə külli miqdarda 29,871 qram narkotik vasitə tiryək, təsiredici maddəsinin ümumi çəkisi külli miqdarda 4 qram olan 10 ədəd blisterdə 100 ədəd narkotik vasitə metadon tabletləri, bir ədəd şəffaf selofan bükümdə külli miqdarda 32,347 qram çəkidə psixotrop maddə metamfetamin və əynində olan gödəkçəsinin sol iç cibindən bir ədəd şəffaf selofan bükümdə külli miqdarda 8,620 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və həmin videogörüntülər olan bir ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 29-32, 168-179). Baxış keçirilməsi və götürmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 07:30-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən 43 nömrəli mənzilə baxış keçirilərkən həmin evin qonaq otağının arxa hissəsində yerləşən eyvanda bir ədəd polietilen torbanın içərisindən bir ədəd polietilen torbada külli miqdarda 1560,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd polietilen torbada külli miqdarda 492,4 qram təmiz çəkidə psixotrop maddə metamfetamin, bir ədəd polietilen torbada külli miqdarda 588.2 qram çəkidə narkotik vasitə tiryək, iki ədəd polietilen bağlamda ayrı-ayrılıqda 475,2 qram və 1040,5 qram olmaqla külli miqdarda 1515,7 qram ümumi təmiz çəkidə narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi çəkisi külli miqdarda 32 qram olan 80 ədəd blisterdə 800 ədəd narkotik vasitə metadon tabletləri və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Baxış keçirilməsi və götürmə zamanı videoçəkiliş aparılmış və həmin videogörüntülərin əks olunduğu bir ədəd DVD disk iş üzrə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 34-36, 168-179). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 6/249 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş...” yazılar olan paketdə 02 ədəd polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 475,2 qram; 1040,5 qram; ümumi təmiz çəkisi 1515,7 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, bir ədəd polietilen bağlamada təmiz çəkisi-492,4 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, bir ədəd polietilen bağlamda təmiz çəkisi 588,2 qram tünd qəhvəyi rəngli qətranabənzə maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir, üzərində “Methadone 40” yazısı olan 80 ədəd blisterdə, hər birində 10 ədəd olmaqla ümumi 800 ədəd, üzərlərində “F/M40” yazısı həkk olunmuş tabletlər narkotik vasitə metadondur, 800 ədəd tabletin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 32 qram təşkil edir. 01 ədəd 12.5X5.5sm ölçüdə elektron tərəzinin səthində metamfetamin izləri müəyyən edildi; - üzərində“...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazılar olan paketdə 01 ədəd bükümdə təmiz çəkisi 8,620 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, bir ədəd bükümdə təmiz çəkisi 32,437 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 29.871 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir, üzərində “Methadone 40” yazısı olan 10 ədəd blisterdə, hər birində 10 ədəd olmaqla ümumi 100 ədəd boz rəngli, üzərlərində “F/M40” yazısı həkk olunmuş tabletlər narkotik vasitə metadondur, 100 ədəd tabletin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 4 qram təşkil edir. 01 ədəd 12.5X5.5sm ölçüdə elektron tərəzinin səthində metamfetamin izləri müəyyən edildi; Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş heroin, metamfetamin, tiryək və metadon tabletinin tərkibi ilə həmin şəxsin üzərindən aşkar olunmuş eyni adlı maddələr kimyəvi tərkiblərinə görə eynilik təşkil edir. Heroin və tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına(Siyahı İ)” daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxildir. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələrin siyahısına (Siyahı İİ)” daxildir. Qeyd: Tiryəkin ümumi təmiz çəkisi-618.071qr., tədqiqata sərf edildi-0.2 qr., qalıq- 617.871qr.; Heroinin təmiz çəkisi-1524.32qr., tədqiqata sərf edildi-0.1 qr., qalıq-1524,22qr.; Metamfetaminin üm.təmiz çəkisi-522.747qr., tədqiqata sərf edildi-0.1qr., qalıq- 522.647qr.; Metadon-900 tabl, tədqiqata sərf edildi-6 tabl, qalıq 894 tabl. (cild 1, iş vərəqi 46- 49). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 7/82 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs kirayədə yaşadığı ....... mənzil 43-dən aşkar olunmuş narkotik vasitə olan marixuanaya oxşar maddə” yazıları və imzalar olan qara rəngli polietilen torbada göy rəngli polietilen torbadakı təmiz çəkisi-1560,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: marixananın təmiz çəkisi-1560,0 qram, tədqiqata istifadə olundu cəmi-0,05 qram, qalıq 1559,95 qram (cild 1, iş vərəqi 50-52). İbtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi-1524,32 qram heroinin ekspertiza tədqiqatından sonrakı qalıq 1524,22 qramı, ümumi təmiz çəkisi-618,071 qram tiryəkin ekspertiza tədqiqatından sonrakı qalıq 617,871 qramı, ümumi təmiz çəkisi-522,747 qramı metamfetaminin ekspertiza tədqiqatından sonrakı qalıq 522.647 qramı, 900 ədəd metadonun ekspertiza tədqiqatından sonrakı qalıq 894 ədədi, təmiz çəkisi-1560,0 qram marixuananın ekspertiza tədqiqatından sonrakı qalıq 1559,95 qramı və bir ədəd elektron tərəzi öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 97-100). Cinayət işinə əlavə olunmuş ambulator narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1644 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 168-169). Baş X1 əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə qəbul edilmiş əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın qanuniliyinin yoxlanılması barədə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarı iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 116-118). Təqsirləndirilən şəxs istifadəsində olan bir ədəd «Nokia» markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, «Nokia» mobil telefon aparatının qara rəngli, işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Mobil telefonun əsas menyusunda “WhatsApp” proqramının olması müəyyən edilmişdir. Həmin proqrama daxil olduqda “Meh Wemkir” adı ilə qeydiyyatda alınmış İran İslam Respublikası mobil operatoruna məxsus +98 912 *** ** ** mobil nömrənin olması müəyyən edilsə də, həmin şəxslə Təqsirləndirilən şəxs arasında olan bütün danışıqlar silindiyindən heç bir məlumat aşkar edilməmişdir. Həmin proqramın “Aramalar” adlı bölməsində Təqsirləndirilən şəxs “Meh Wemkir” adı ilə qeydə aldığı İran İslam Respublikası mobil operatoruna məxsus +98 912 *** ** ** mobil nömrə ilə arasında xx xxxx 2020-ci il tarixdə saat 23:23-də 4:04 saniyə, saat 23:37-də 1:12 saniyə, xx xxxx 2020-ci il tarixdə saat 00:28-də 1:02 saniyə və saat 12:08-də 3:04 saniyə danışıqlar olmuşdur. xx xxxx 2020-ci il tarixdə yeddi dəfə həmin nömrədən Təqsirləndirilən şəxs zəng gəlməsi müəyyən edilmişdir. Həmin hissənin fotoşəkili çəkilərək 06 vərəqdə protokola əlavə edilmişdir. Baxış zamanı mobil telefonda cinayət işi üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus bir ədəd «Nokia» markalı mobil telefon aparatı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və iş materillarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 152-158). Cinqayət işində olan sərhədkeçmə barədə hesabatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə İran İslam Respublikasına getmiş, xx.xx.2019-cu il tarixdə geri qayıtmış və xx.xx.2019-cu il tarixdə İran İslam Respublikasına getmiş, xx.xx.2019-cu il tarixdə geri qayıtmışdır (cild 1, iş vərəqi 159-160). Cinayət işinə əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, «xxxxxxx» MMC-dən xx xxxx 2020-ci il tarixli, AZF/LGL-5280/20 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış keçirilmişdir. Diskdə aşkar edilmiş fayllara baxış keçirən zaman cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərilən sms mətnləri olan “SMS Tarixçəsi” adlı fayla baxış zamanı sonuncuya xx.xx.2020-ci il tarixdə **********61 saylı nömrədən “Qaqa danışa bilmirəm 20 manat verəcəy yarı göndər qonağım var gələ bilmirəm danışa bilmirəm qaqa 100 faiz arxayın ol mən atviçatam brat elə bil mən gəlləm qapı qonşumdu sənə demişəm axı” məzmunlu sms gəldiyi müəyyən edildi. Baxış zamanı **********61 saylı mobil nömrənin “X4” adlı şəxs məxsus olduğu müəyyən edildi. Həmin məlumatları özündə əks etdirən 1 vərəqin surəti çıxarılaraq protokola əlavə edilmiş, bundan başqa digər fayllarda iş üzrə əhəmiyyətli heç bir məlumat aşkar edilməmişdir. Bir ədəd CD disk saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 164-167). Cinqayət işində olan xx.xx.2020-ci il tarixli 008-2836-1220 nömrəli istintaq tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Mehman” adlı şəxsdən sonuncunun sifarişi ilə Azərbaycan Respublikasının ərazisində satmaq üçün əldə etməsi, həmin narkotik vasitəni “Mehman” adlı şəxsin özünün və ya adamlarının vasitəsilə ölkə ərazisinə qaçaqmalçılq yolu ilə keçirərək Təqsirləndirilən şəxs təhvil vermələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs satmaq məqsədi ilə əldə etdiyi narkotik vasitədən kiməsə satıb-satmamasını, ifadəsində göstərdiyi “Mehman” adlı şəxsin, eləcə də həmin narkotik vasitəni ona təhvil vermiş şəxsin şəxsiyyətlərini, həmçinin cinayətin törədilməsində iştirakı olan digər şəxsləri, Təqsirləndirilən şəxs ailə üzvlərinin yaşadıqları evdə narkotik vasitə saxlamasından xəbərlərinin olub-olmamasını müəyyən etmək məqsədilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində əlavə məlumat əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 167). İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs X8 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2010-cü il tarixli 1(101)-360/2010 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 9 il 3 ay müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx xxxxxx 2018-ci ildə cəzanın sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 101-102, 124-139). Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ittihamda göstərilən narkotik və psixotrop maddələrin ona məxsus olmadığını, saxlanılarkən onun üstündə cəmi 5 kibrit qutusunda marixuana olduğunu, həmin narkotik vasitənin Vüsalə adlı qadının ona verdiyini və sonradan geri istədiyi üçün narkotiki ona qaytarmaq üçün getdiyini, küçəyə çıxarkən polis əməkdaşları tərəfindən saxlanıldığını və həmin narkotiklərin ondan aşkar olunduğunu, onda heç vaxt yaşadığı mənzilin açarının olmadığını, üzərindən və yaşadığı mənzildən götürülməsi iddia edilən digər narkotik vasitələrin heç birinin ona məxsus olmadığını, həmin narkotikləri polis əməkdaşlarının onun evinə qoyduqlarını və sonradan çəkiliş aparmaqla götürdüklərini, mənzilə iki dəfə baxış keçirildiyini, birinci dəfə heç nə aşkar edilmədiyini, sonradan bir nəfər balacaboy şəxsin aşağıdan bir çanta gətirdiyini və polis əməkdaşlarının həmin çantanın ona aid olduğunu dediklərini, bununla razı olmayanda, onu həyat yoldaşı ilə şantaj etdiklərini, bu səbəbdən istintaq zamanı bütün narkotik və psixotrop maddələrin özünə məxsus olması barədə etirafedici ifadələr verdiyini deyərək öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmədə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxışlar keçirilərkən aparılmış videoçəkilişlərin əks olunduğu disklərə baxış keçirilərkən cinayət işinə əlavə olunmuş protokollarda şərh olunan halların doğru yazıldığı, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə baxış keçirilərkən yalnız 5 kibrit qutusunda narkotik vasitə marixuananın aşkar edilməsi, onda yaşadığı mənzilin açarının olmaması barədə verdiyi ifadəsinin öz təsdiqini tapmadığı, polis idarəsində baxış keçirilərkən həmin açarı ciblərindəki narkotik vasitələrlə birlikdə Təqsirləndirilən şəxs özünün könüllü təqdim etdiyi, həmçinin yaşadığı mənzilə baxış keçirilməzdən əvvəl də mənzilin qapısını Təqsirləndirilən şəxs özünün açdığı, narkotik vasitələrin və psixotrop maddələrin qablaşdırıldığı selofan torbanın mənzilin eyvanından Təqsirləndirilən şəxs özünün götürərək polis əməkdaşlarına təqdim etdiyi müəyyən olundu. Bütün bunlar isə, təqsirləndirilən şəxsin və onun həyat yoldaşı Rübabə Hüseynovanın məhkəmədə verdiyi ifadələrinin tam təkzib olunması deməkdir. Məhkəmə kollegiyası cinayət işi üzrə məhkəmədə tədqiq olunmuş yuxarıda sadalanan çoxsaylı sübutları müqayisəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilən onun həyat yoldaşı Şahid4 verdiyi ifadələr digər sübutlarla, eləcə də Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi ifadələri ilə təkzib olunduğundan, təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmin qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi onun barəsində cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli residiv sayılır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə görə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ağır cinayət hesab edilən həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən ağır cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, həmin tarixdə adı çəkilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası cinayət işində olan ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1644 nömrəli rəyinə əsasən belə nəticəyə gəlir ki, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, onun barəsində məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, 132.1.6-cı maddəsinin tələbinə görə, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama yerində saxlanılmaqla Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi- 1524,32 qram heroinin ekspertiza tədqiqatından sonrakı qalıq 1524,22 qramı, ümumi təmiz çəkisi-618,071 qram tiryəkin ekspertiza tədqiqatından sonrakı qalıq 617,871 qramı, ümumi təmiz çəkisi-522,747 qramı metamfetaminin ekspertiza tədqiqatından sonrakı qalıq 522,647 qramı, 900 ədəd metadonun ekspertiza tədqiqatından sonrakı qalıq 894 ədədi, təmiz çəkisi-1560,0 qram marixuananın ekspertiza tədqiqatından sonrakı qalıq 1559,95 qramı və bir ədəd elektron tərəzi hökm icraya yönəldikdən sonra məhv edilməli, cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd «Nokia» markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılmalı, videoçəkilişlərin əks olunduğu maddi sübut hesab edilən 2 ədəd disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları ümumilikdə 176,36 (yüz yetmiş altı manat) 36 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 176,36 (yüz yetmiş altı manat) 36 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməsin, o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutlar barədə məsələ aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama yerində saxlanılmaqla Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi-1524,32 qram heroinin ekspertiza tədqiqatından sonrakı qalıq 1524,22 qramı, ümumi təmiz çəkisi-618,071 qram tiryəkin ekspertiza tədqiqatından sonrakı qalıq 617,871 qramı, ümumi təmiz çəkisi-522,747 qramı metamfetaminin ekspertiza tədqiqatından sonrakı qalıq 522,647 qramı, 900 ədəd metadonun ekspertiza tədqiqatından sonrakı qalıq 894 ədədi, təmiz çəkisi-1560,0 qram marixuananın ekspertiza tədqiqatından sonrakı qalıq 1559,95 qramı və bir ədəd elektron tərəzi hökm icraya yönəldikdən sonra məhv edilsin; - Cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd «Nokia» markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın; - Videoçəkilişlərin əks olunduğu maddi sübut hesab edilən 2 ədəd disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 176,36 (yüz yetmiş altı manat) 36 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar