Məhkəmə qərarları › İş №1(101)-803/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-803/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-803/2021 05.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi – X4, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 1(007)-81/2012 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx xxxx 2013-cü il tarixli, 1(103)-33/13 saylı Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli hökmü dəyişdirilərək 02 il 07 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx xxxxxxx 2015-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək quldurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə digəri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, xx xxxx 2020-ci il tarixdə saat 09:30 radələrində aralarında olan cinayətkar razılığa əsasən hadisə yerində əl-barmaq izləri qoymamaq üçün əllərinə əvvəlcədən əldə etdikləri qara rəngli əlcək geyinib, tanınmamaq üçün ağızlarına tibbi maska taxaraq, Mənzil İstismar Sahəsinin ustaları olmaları görüntüsünü yaratmaq üçün o, başında tikintidə istifadə olunan sarı rəngli dəbilqə və əlində içərisində dəftər, ölçü metri və yapışqanlı şəffaf lent olan sellofan torba götürərək Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanındakı 44 saylı mənzilə gələrək özlərini Mənzil İstismar Sahəsinin ustaları kimi təqdim edib tüstü bacalarına baxış keçirmək adı ilə ev sahibi Zərərçəkmiş şəxs1ı aldadıb qanunsuz olaraq həmin mənzilə girərək, o əlindəki mobil telefon vasitəsilə otaqdakı tüstü bacalarının şəklini çəkdikdən sonra qrupun digər üzvü Zərərçəkmiş şəxs1ı itələyib otaqda olan çarpayının üzərinə yıxaraq sonuncuya sağ bazunun arxa səthi və sağ kürək nahiyəsinin qançırları ilə müşayiət olunan, ümumilikdə dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək ağzını və əllərini özləri ilə gətirdikləri yapışqan lentlə bağlayıb mənzildə olan pulların yerini deməyi tələb etmiş, Zərərçəkmiş şəxs1 dəhlizdə olan asılqandan asılmış şalvarının cibindəki 800 manat məbləğində nağd pul vəsaitini ona verib başqa pullarının olmadığını bildirdikdə, o, mənzilin mətbəxində Zərərçəkmiş şəxs2 başından bir dəfə yumruq zərbəsi ilə vurub sonuncuya sol bazunun bayır səthinin hematoması və sol saidin arxa səthinin qançırları ilə müşayiət olunan, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirib, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək yerə yıxmaqla əl-ayağını və ağzını yapışqanlı lentlə bağlayıb, otağa keçərək orada olan paltar dolabında axtarış aparıb dolabdan mənzil sahibinə məxsus 4200 manat nağd pul vəsaitini ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs1 5000 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabunçu rayonunda taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıdığı Şahid1 ilə tanışdır. xx xxxx 2020-ci il tarixdə Sabunçu rayonu, 155 nömrəli orta məktəbin yaxınlığında, yaşadığı evin qarşısında onunla görüşmüşdür. Anar tanışı olan Andreyin qoca nənəsinin ev satdığından yaşadığı mənzildə pul olduğunu ona danışmışdır. Anarla həmin evə girib pulu ələ keçirmək barədə razılaşmışlar. xx xxxx 2020-ci ildə saat 15 radələrində o, Anara zəng vuraraq görüşməyi təklif etmiş və onlar Bakıxanov qəsəbəsində yerləşən 2 saylı doğum evinin qarşısında görüşüb, həmin yerdən avtobusa minib “STAR” idman kompleksinin yanına gəlmişlər. Oradan da o, Anar ilə birlikdə Andreyin nənəsinin yaşadığı evin qarşısına gəlmişlər. Anar evi ona göstərmişdir. Yolda gedəndə o, evə girməyin planını danışmış və bildirmişdir ki, onlar özlərini MİS-nin ustaları kimi təqdim edərək evə girəcəklər. Həmin gün saat 15:30 radələrində həmin evin sağdan ikinci girişinə daxil olub 5-ci mərtəbəyə qalxmışlar. Həmin vaxt onun başında tikinti işçilərinin istifadə etdiyi sarı rəngli dəbilqə, əlində qara rəngli əlcək, ağzında isə tibbi maska olmuşdur. Anarın da əlində qara rəngli əlcək, ağzında isə tibbi maska olmuşdur. Onlar mənzilin qapısının zəngini basmış, mənzildən kim olduqlarını soruşduqda o, mənzil istismar sahəsində usta işlədiklərini bildirmiş, həmin vaxt sonradan bildiyi Andreyin babası qapını açmışdır. O, özünü Məhəmməd, Anarı isə Orxan kimi təqdim edərək usta olduqlarını, mənzilin hava çəkən yollarını yoxlamalı olduqlarını bildirmişdir. Onlar mətbəxdə və vanna otağında divarın içərisindən keçən hava çəkən yolun qarşısında kağız yandıraraq hava yollarına tutmuşlar. O, Andreyin nənəsi ilə mətbəxdə havalandırma barədə söhbət etmişdir. Anar isə dəhlizdə Andreyin babası ilə dayanıb onu gözləmişdir. Sonra onlar birlikdə mənzili tərk etmişlər. xx xxxx 2020-cİ il tarixdə Anar idarə etdiyi “Ravon” markalı avtomaşınla onun yaşadığı ünvana gəlmiş və onu götürüb Nizami rayonu ərazisində yerləşən “STAR” İdman kompleksinin yaxınlığında olan bir məhlədə maşını saxlayıb, maşından düşüb piyada Andreyin nənəsi yaşayan evə tərəf getmişlər. Həmin vaxt yenə onun başında tikinti işçilərinin istifadə etdiyi sarı rəngli dəbilqə, əlində qara rəngli əlcək, ağzında tibbi maska və əlində isə içərisində bir ədəd dəftər, bir ədəd sarı rəngli metrə və yapışqan şəffaf lent olan sellofan torba olmuşdur. Anarın da əlində qara rəngli əlcək, ağzında tibbi maska, cibində isə bir ədəd yapışqan şəffaf lent olmuşdur. Yapışqanlı lentlər və ölçü metri onda hazır olmuş, dəftəri isə onlar yolda mağazaların birindən alıb, usta imici yaratmaq üçün içərisindəki bir neçə vərəqin üzərində tikinti barədə qeydlər edərək sellofana qoymuşlar. Səhər saat 09 radələrində onlar artıq Nizami rayonu, ünvan 2 ünvanının qarşısında olmuşlar. Saat 09:30 radələrində yenidən 5-ci mərtəbəyə qalxıb 44 nömrəli mənzilin qapısının zəngini vurmuşlar. Andreyin Aleksandr adlı babası yenə də qapının arxasından kim olduğunu soruşduqda, o, yenə MİS-nin ustaları olduqlarını bildirmişdir. Aleksandr qapını açıb onların hər ikisini mənzilə buraxmışdır. O, bu dəfə hava yollarının şəklini çəkmək lazım olduğunu bildirmişdir. O, özünü Məhəmməd kimi təqdim edərək əlində olan, köhnə bir telefon vasitəsilə şəkillər çəkməyə başlamışdır. O, ev sahibləri ilə birlikdə otağa keçmişdir. Söhbət zamanı o, Anara Orxan, Anar isə ona Məhəmməd deyə müraciət etmişdir. Bir qədər keçmiş Anar onların olduğu otağa gəlib qadın və kişini ayırmaq məqsədi ilə su istəmişdir. Sonradan adının Svetlana olmasını bildiyi qadın mətbəxə getmişdir. O da, qadının arxasınca mətbəxə keçmişdir. Anar isə Aleksandr ilə otaqda tək qalmışdır. Bu zaman o, Svetlananm qarşısına keçmiş və Svetlananı itələyib yerə yıxmışdır. Yerə yıxdıqdan sonra Anardan yapışqanlı lent istəmiş, Anar lenti gətirmişdir. Sonra o, Svetlananm əlini tutmuş, Anar isə onun əlini, ayağını və ağzını yapışqanlı lent ilə bağlamışdır. O, Anar olan otağa keçəndə Aleksandrın ayaq üstə olduğunu görmüşdür. O, paltar dolabını axtarmağa başlamışdır. Həmin vaxt Anar da dolabları axtarmışdır. O, pul aşkar etməmiş, Anarın da dolablardan pul tapdığını görməmişdir. Bundan sonra onlar ev sahiblərini mənzildə qoyub oranı tərk etmişlər. O, çıxarkən əlində olan sellofan torbanı içərisində olan dəftər və ölçü lenti ilə birlikdə mənzildə yerə atmışdır. Binadan çıxdıqdan sonra onlar ayrılaraq hərəsi ayrı-ayrı istiqamətlərdə getmişlər. Təxminən 2-3 saatdan sonra Anar yenidən onların yaşadığı ünvana gəlmiş, həyətə çatdıqda o, artıq Anarı həyətdə gözləmişdir. Anar ona mənzildən 700 manat pul əldə etdiyini bildirmişdir. O isə, mənzildən heç bir məbləğdə pul tapmadığını söyləmişdir. Anar üzərində olan puldan 350 manatını ayırıb ona vermişdir. Sonra onları polis əməkdaşları tutmuşlar. O, zərərçəkmişin dediyi kimi 5000 manat pul götürməmiş, ola bilsin Anar götürmüş, lakin Anar ona 700 manatdan əlavə pul götürdüyünü bildirməmişdir. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun həyat yoldaşıdır. xx xxxx 2020-ci ildə saat 15:30 radələrində arvadı ilə birlikdə yaşadıqları mənzildə olduqları zaman mənzilin qapısının zənginin çalındığını eşitmişdir. Qapıya yaxınlaşıb kim olduğunu soruşmuş, qapının arxasında dayanmış iki nəfər, təxminən 25-30 yaşlarında olan, iki nəfər oğlan mənzil istismar sahəsində usta işlədiklərini, adlarının Orxan və Məhəmməd olduqlarını qeyd edərək mənzilin hava çəkən yollarını yoxlamalı olduqlarını bildirmişlər. Məhəmmədin başında tikinti sahələrində istifadə olunan plastmas kaska olmuşdur. Onların hər ikisi üzünü tibbi maska ilə örtmüşlər. O, mənzilin qapısını açıb həmin iki şəxsi mənzilə buraxmışdır. Həmin iki şəxs mətbəxdə və vanna otağında divarın içərisindən keçən hava çəkən yolun qarşısında kağız yandıraraq hava yollarına tutmuşlar. Sonradan həmin şəxslər mənzili tərk edib getmişlər. xx xxxx 2020-ci il tarixdə səhər saat 09:30 radələrində yenidən qapının zəngi çalınmış, o, baxdıqda yenə də həmin iki şəxsin mənzilin qarşısında dayandıqlarını görmüşdür. Onlar bu dəfə hava yollarının şəklini çəkmək lazım olduğunu bildirmişlər. O, həmin şəxsləri mənzilə buraxmışdır. Onlardan biri telefon vasitəsilə şəkillər çəkməyə başlamış, o, isə həyat yoldaşı ilə otağa keçmişdir. Bir qədər keçmiş Orxan onların olduqları otağa gələrək su istəmişdir. Həyat yoldaşı mətbəxə getdikdə Orxan qəflətən ona hücum edərək yerə yıxmış və əlində olan sellofan torbanın içərisindən çıxardığı şəffaf yapışqan lent ilə onun əllərini və ağzını bağlamışdır. Orxan ondan pulların yerini soruşmuş, o, Orxanın nə istədiyini anlamamış, sonra o, Orxanla dəhlizə keçərək asılqandan asılmış pencəyinin cibində saxladığı pulu Orxana vermişdir. Sonra otağa qayıtmışlar. Bu zaman Məhəmməd də mətbəxdən gəlib otağa daxil olmuş və otaqda olan dolabları açıb içərisində olan əşyaları yerə tökərək axtarmağa başlamışlar. Geyim və digər əşyalar olan dolabların içərisindəki, təxminən 4200 manatı, habelə onun pul kisəsində olan təxminən 800 manatı, ümumilikdə ailə başçısı kimi onun və eləcə də ailəsinin büdcəsi olan 5000 manat nağd pulu tapıb götürmüşlər. Onlar otağı tərk edən zaman yüksək səslə bu barədə heç kimə məlumat verməmələrini tapşırmışlar. Əks halda qızları üçün pis olacağını demişlər. Həmin şəxslər gedəndən sonra o, əllərini açmağa nail olmuş və həyat yoldaşının olduğu mətbəxə keçmişdir. Mətbəxə daxil oduqda həyat yoldaşı Svetlananın qollarının, ayaqlarının və ağzının yapışqan şəffaf lent ilə bağlı olduğunu aşkar etmişdir. Svetlananın əl-qolunu və ağzını açmışdır. Bundan sonra bərk qorxduqlarından baş vermiş hadisə ilə əlaqədar heç kimə məlumat verməmişlər. xx xxxx 2020-ci il tarixdə nəvəsi Andrey onların mənzilinə gəldikdə onlar Andreyə baş vermiş hadisə barədə danışmışlar. Andreyin təkidi ilə həyat yoldaşı «102» mərkəzi zəng xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermiş, sonradan Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, onlardan birinin adı Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxslə barışıq əldə etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş 5000 manat maddi ziyan ödənilməmişdir. Lakin, həmin pulu tələb etmir və qaytarılmasını istəmir. Təqsirləndirilən şəxs qanunamüvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, əri Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşayır. xx xxxx 2020-ci ildə saat 15:30 radələrində həyat yoldaşı ilə birlikdə yaşadıqları mənzildə olduqları zaman mənzilin qapısının zənginin çalındığını eşitmişdir. Aleksandr yaxınlaşıb kim olduğunu soruşmuş, qapının arxasında dayanmış iki nəfər, təxminən 25-30 yaşlarında olan, iki nəfər oğlan mənzil istismar sahəsində usta işlədiklərini, adlarının Orxan və Məhəmməd olduğunu qeyd edərək mənzilin hava çəkən yollarını yoxlamalı olduqlarını bildirmişlər. Məhəmmədin başında tikinti sahələrində istifadə olunan plastmas kaska olmuşdur. Onların hər ikisi üzünü tibbi maska ilə örtmüşlər. Aleksandr mənzilin qapısını açıb həmin iki şəxsi mənzilə buraxmış, həmin şəxslər mətbəxdə və vanna otağında divarın içərisindən keçən hava çəkən yolun qarşısında kağız yandıraraq hava yollarına tutmuşlar. Sonradan həmin şəxslər mənzili tərk edib getmişlər. xx xxxx 2020-ci il tarixdə səhər saat 09:30 radələrində yenidən qapının zəngi çalınmış, həyat yoldaşı baxdıqda yenə də həmin iki şəxsin mənzilin qarşısında dayandıqlarını görmüşdür. Onlar bu dəfə hava yollarının şəklini çəkmək lazım olduğunu bildirmişlər. Aleksandr onları mənzilə buraxmışdır. Özünü Məhəmməd kimi təqdim edən şəxs telefon vasitəsilə şəkillər çəkməyə başlamışdır. O, həyat yoldaşı ilə otağa keçmişdir. Bir qədər keçmiş Orxan onların olduqları otağa gələrək su istəmişdir. O, mətbəxə getmiş, mətbəxdə olarkən otaqdan nə isə səs eşitmişdir. Həyat yoldaşının yıxıldığını güman etdiyindən otağa keçmək istədikdə Məhəmməd qəflətən ona hücum edərək əli ilə başından zərbə vurmuş və sinəsinin üstündə oturaraq onu boğmağa başlamışdır. Məhəmməd qışqıraraq «Orxan skoçu mənə ver» demişdir. O, huşunu itirmiş, Məhəmməd şəffaf yapışqan lent ilə onun əllərini, ayaqlarını və ağzını bağlamışdır. Bundan sonra Məhəmməd onu yerə yıxaraq otağa keçmişdir. Orxan və Məhəmməd otağı tərk edən zaman yüksək səslə bu barədə heç kimə məlumat verməmələrini tapşırmışlar. Əks halda qızları üçün pis olacağını demişlər. Onlar gedəndən sonra həyat yoldaşı mətbəxə daxil olmuş və qollarını, ayaqlarını və ağzını açmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslər dolabın içərisində saxladıqları, habelə Aleksandrın pul kisəsində və digər dolabda olan ümumilikdə 5000 manat nağd pulu tapıb götürmüşlər. Bundan sonra bərk qorxduqlarından baş vermiş hadisə ilə əlaqədar heç kimə məlumat verməmişlər. xx xxxx 2020-ci il tarixdə nəvəsi Andrey onların mənzilinə gəldikdə onlar Andreyə baş vermiş hadisə barədə danışmışlar. Andreyin təkidi ilə o, «102» mərkəzi zəng xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Sonradan Nizami RPİ-nin 24-cü PŞnə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq, hadisə zamanı əlindən, qolundan və kürək hissəsindən xəsarət almışdır. Sonradan ona məlum olmuşdur ki, onlardan birinin adı Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxslə barışıq əldə etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş 5000 manat maddi ziyan ödənilməmişdir. Lakin, həmin pulu tələb etmir və qaytarılmasını istəmir. Təqsirləndirilən şəxs qanunamüvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun tanışı Andrey adlı şəxslə söhbət etmiş və söhbət əsnasında Andrey dostlarına bu yaxınlarda nənəsinin ev satdığını, evin pulunu onun və bacı-qardaşlarının arasında böldüyünü deməsini eşitmişdir. Söz gəlişi Andreydən nənəsigilin harada yaşadığını soruşmuş, Andrey nənəsinin 8-ci km bazarının yaxınlığında yaşadığını bildirmişdir. Təxminən 1 ay sonra Andreyi və tanımadığı bir dostunu nənəsigilin evinə aparmalı olmuş, Andrey nənəsigilin evində eyvanı təmir etdiklərini bildirmişdir. O, Andreyi düşürtdükdən sonra hansı eyvanın təmir olunduğunu müəyyən etmək üçün binanın arxa tərəfinə keçmiş və 5-ci mərtəbədə eyvanın təmir olunduğunu gördükdən sonra Andreyin nənəsinin evinin hansı olduğunu öyrənmişdir. Bu vaxtdan da onda həmin evə girib pulu götürmək fikri yaranmışdır. xx xxxx 2020-ci il tarixdə tanışı olan Təqsirləndirilən şəxs ilə Turalın yaşadığı Sabunçu rayonu, 155 nömrəli orta məktəbin yaxınlığında, ünvanını dəqiq bilmədiyi evin qarşısında görüşmüşlər. Turala tanışı olan Andreyin qoca nənəsinin ev satdığından yaşadığı mənzildə pul olduğunu danışmışdır. Turalla həmin evə girib pulu ələ keçirmək barədə əvvəlcədən razılaşmışlar. Bir müddət danışandan sonra Tural «qoy bir plan fikirləşək, sonra gedib evə girərik» deyə bildirmişdir. xx xxxx 2020-ci ildə saat 15 radələrində Tural ona zəng edərək görüşməyi təklif etmişdir. Onlar Bakıxanov qəsəbəsində yerləşən 2 saylı doğum evinin qarşısında görüşmüşlər. Həmin yerdən avtobusa minib “STAR” idman kompleksinin yanına gəlmişlər. Oradan da o, Tural ilə birlikdə Andreyin nənəsinin yaşadığı evin qarşısına gəlmişdir. O, evi Turala göstərmişdir. Yolda gedəndə Tural evə girməyin planını danışmış və bildirmişdir ki, onlar özlərini MİS-nin ustaları kimi təqdim edərək evə girəcəklər. O və Təqsirləndirilən şəxs saat 15:30 radələrində həmin evin sağdan ikinci girişinə daxil olub 5-ci mərtəbəyə qalxmışlar. Həmin vaxt Turalın başında tikinti işçilərinin istifadə etdiyi sarı rəngli dəbilqə, əlində qara rəngli əlcək, ağzında isə tibbi maska olmuşdur. Onun da əlində qara rəngli əlcək, ağzında isə tibbi maska olmuşdur. Onlar mənzilin qapısının zəngini basmış, mənzildən kim olduqlarını soruşduqda Tural mənzil istismar sahəsində usta işlədiklərini bildirmişdir. Həmin vaxt sonradan bildiyi Andreyin babası qapını açmışdır. Tural özünü Məhəmməd, onu isə Orxan kimi təqdim edərək usta olduqlarını, mənzilin hava çəkən yollarını yoxlamalı olduqlarını bildirmişdir. Onlar mətbəxdə və vanna otağında divarın içərisindən keçən hava çəkən yolun qarşısında kağız yandıraraq hava yollarına tutmuşlar. Tural mətbəxdən qayıdıb dəhlizə çıxmış və onlar birlikdə mənzili tərk etmişlər. xx xxxx 2020-ci il tarixdə o, etibarnamə əsasında idarə etdiyi “Ravon” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Turalın yaşadığı ünvana gəlmiş və Turalı götürüb Nizami rayonu ərazisində yerləşən “STAR" idman kompleksinin yaxınlığında olan bir məhəlllədə maşını saxlayıb, maşından düşüb piyada Andreyin nənəsi yaşayan evə tərəf getmişlər. Həmin vaxt yenə Turalın başında tikinti işçilərinin istifadə etdiyi sarı rəngli dəbilqə, əlində qara rəngli əlcək, ağzında tibbi maska və əlində isə içərisində bir ədəd dəftər, bir ədəd sarı rəngli metr və yapışqan şəffaf lent olan sellofan torba olmuşdur. Onun da əlində qara rəngli əlcək, ağzında tibbi maska, cibində isə bir ədəd yapışqan şəffaf lent olmuşdur. Yapışqanlı lentlər və ölçü metri Turalda hazır olmuş, dəftəri isə yolda mağazaların birindən alıb, usta imici yaratmaq üçün içərisindəki bir neçə vərəqənin üzərində tikinti barədə qeydlər edərək sellofana qoymuşlar. Səhər saat 09 radələrində onlar artıq Nizami rayonu, ünvan 2 ünvanının qarşısında olmuşlar. Saat 09:30 radələrində yenidən 5-ci mərtəbəyə qalxıb 44 nömrəli mənzilin qapısının zəngini çalmışlar. Andreyin Aleksandr adlı babası yenə də qapının arxasından kim olduğunu soruşduqda, Tural yenə MİS-nin ustaları olduqlarını bildirmişdir. Aleksandr qapını açıb onların hər ikisini mənzilə buraxmışdır. Tural bu dəfə hava yollarının şəklini çəkmək lazım olduğunu bildirmişdir. Özünü Məhəmməd kimi təqdim edən Təqsirləndirilən şəxs əlində olan, köhnə bir telefon vasitəsilə şəkillər çəkməyə başlamışdır. Tural ev sahibləri ilə birlikdə otağa keçmiş, söhbət zamanı o, Turala Məhəmməd, Tural isə ona Orxan deyə müraciət etmişdir. Bir qədər keçmiş o, onların olduqları otağa gəlib qadın və kişini ayırmaq məqsədi ilə su istəmişdir. Sonradan adının Svetlana olmasını bildiyi qadın mətbəxə getmiş, Tural da qadının arxasınca mətbəxə keçmişdir. O, isə Aleksandr ilə otaqda tək qalmışdır. O, Aleksandrı itələyib çarpayının üzərinə yıxmış, Aleksandr çarpayının kənarından tutmuş, bu zaman o, cibində olan yapışqan lenti çıxarıb Aleksandrın ağzını və qollarını bağlamışdır. Bundan sonra Aleksandrdan pulların yerini soruşmuşdur. Aleksandr onunla dəhlizə keçərək asılqandan asılmış pencəyin cibindən pulları çıxarıb ona vermişdir. O, pulları saymadan əynində olan şalvarın cibinə qoymuşdur. Sonra Aleksandr ilə birlikdə otağa qayıtmışdır. O, Aleksandrı çarpayının üzərində oturdub otaqdakı güzgülü dolabı axtarmağa başlamışdır. Oradan heç bir şey tapmayıb otaqda olan paltar dolabının aşağı rəflərinə baxmışdır. Oradan da bir şey aşkar etməmişdir. Həmin zaman Tural da otağa daxil olmuş, Tural da, paltar dolabının digər rəflərini axtarmağa başlamışdır. O, pul aşkar etməmişdir. Turalın da dolablardan pul tapdığını görməmişdir. Tural ona artıq getmək lazım olduğunu, ev sahiblərinin pulun yerini deməyəcəklərini söyləmişdir. Bundan sonra onlar ev sahiblərini mənzildə qoyub oranı tərk etmişlər. Tural çıxarkən əlində olan sellofan torbanı içərisində olan dəftər və ölçü lenti ilə birlikdə mənzildə yerə atmışdır. Binadan çıxdıqdan sonra onlar ayrılaraq hərəsi ayrı-ayrı istiqamətlərdə getmişlər. O, evə gəlib paltarlarını dəyişdikdən sonra yenidən Turalın yaşadığı ünvana yollanmışdır. Yolda olarkən mənzildən əldə etdiyi pulları saymış və ümumilikdə 800 manat olduğunu müəyyən etmişdir. Turalın yaşadığı həyətə çatdıqda Tural artıq onu həyətdə gözləmişdir. O, Turala mənzildən 800 manat pul əldə etdiyini bildirmiş, Tural isə mənzildən heç bir məbləğdə pul tapmadığını söyləmişdir. O, üzərində olan puldan 350 manatını ayırıb Turala vermişdir. Sonra ayrılıb hərə öz evinə getmişdir. xx xxxx 2020-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında olarkən Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları ona yaxınlaşmış və polis şöbəsinə aparmışlar. O, mənzildən dediyi kimi evdə olan Zərərçəkmiş şəxs1dan 800 manat pul almış, zərərçəkmişin dediyi kimi 5000 manat pul götürməmiş, ola bilsin Təqsirləndirilən şəxs götürmüş, lakin Tural ona pul götürdüyünü bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 nənəsi, Zərərçəkmiş şəxs1 isə babasıdır. Bir yerdə yaşamasalar da mütəmadi olaraq onların evinə gedir. 2019-cu ilin axırlarında vərəsəliklə nənəsinin şəxsi mülkiyyətinə keçmiş Nərimanov rayonu ərazisində yerləşən iki otaqlı mənzili 165 min manata satmışlar. Nənəsi pulu ailə üzvlərinin arasında bölüşdürmüşdür. Ona, qardaşına və iki bacısına hər birinə 37.500 manat pul vermişdir. Özünə isə 15 min manat pul saxlamışdır. Sonra həmin pulun bir qismini yaşadıqları mənzilin eyvanının təmirinə xərcləmişlər. Onun məlumatına görə nənəsinin təxminən 5 min manat pulu qalmışdır. xx xxxx 2020-ci il tarixdə nənə və babasının yaşadıqları mənzilə gəldikdə onların təlaşlı olduğunu və nənəsinin qolunda göyərmə izlərini görüb nə baş verdiyini soruşmuşdur. Nənəsi və babası ona xx xxxx 2020-ci il tarixdə səhər saat 09:30 radələrində özlərini MİSnin ustaları kimi təqdim edən iki nəfərin tüstü bacalarını yoxlamaq adı ilə mənzilə gəldiklərini, sonradan əllərini və ağızlarını yapışqan lentlə bağlayıb zor tətbiq edib, hədəqorxu gələrək mənzildə olan təxminən 5000 manat nağd pulu götürdüklərini demişlər. Həmin şəxslər nənəsinə polisə müraciət edərsə qızına zərər vuracaqları ilə hədələdiyindən bu barədə heç kimə məlumat vermədiklərini bildirmişlər. Bundan sonra o, qardaşı İlyaya məlumat vermişdir. Həmin gün səhər saatlarına kimi bu barədə söhbət etmişlər və hadisə ilə bağlı polisə müraciət etmək qərarına gəlmişlər. İlya hadisə barədə DİN-nin «102» mərkəzi zəng xidmətinə məlumat vermişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-3-cü vərəqələrində olan Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X3 xx xxxxxxx 2020-ci il tarixli cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə başqa cinayət işi icraata ayrılmışdır. Cinayət işinin 13-cü vərəqəsində olan Nizami RPİ-nin 24-cü PŞ-nin məsul növbətçi əvəzi, polis mayoru Şamil Məmmədovun xx xxxx 2020-ci il tarixli raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 08:54-də DİN-nin 102 xidmətinə Nizami rayonu, ünvan 2, mənzil 44 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 zəng edərək, xx.xx.2020-ci il tarixdə 2 nəfər naməlum şəxsin özlərini MKİS işçisi kimi təqdim edərək, onların evini dağınıq hala salmalarını, onu və əri Zərərçəkmiş şəxs1ı döyərək 5000 manat pul götürdüklərini bildirmişdir. Cinayət işinin 14-cü vərəqəsində olan Nizami RPİ-nin 24-cü PŞ-nin məsul növbətçisi, polis kapitanı Tariyel Əliyevin xx xxxx 2020-ci il tarixli raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 11:30-da 6 saylı TTY həkimi Muradov məlumat verərək, Naxçıvanski 77, mənzil 44-də yaşayan 1948-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 20.07.20-ci ildə evdə döş qəfəsi, yuxarı ətraf və üzün yumşaq toxumalarının əziyi xəsarətləri aldığını bildirmişdir. Cinayət işinin 7-12-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolun kserosurətindən və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisənin baş verdiyi yerə -ünvan 3 ünvanına baxış keçirilmişdir. Baxış zamanı mənzil sahibi Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixdə naməlum şəxslərin evə daxil olaraq, onun və həyat yoldaşının əlqolunu skoçla bağlayıb, onun bədəninin müxtəlif yerlərinə əl zərbəsi ilə xəsarət yetirdiklərini bildirmişdir. Həmçinin, həmin şəxslər gedəndən sonra paltar dolabında olan 5000 manat pulun həmin şəxslər tərəfindən aparıldığını bildirmişdir. Ekspert kriminalist tərəfindən hadisə yerində olan əl-barmaq izləri götürülmüş, mənzildə həmin şəxslərin özləri ilə gətirdiyi bildirilən 2 skoç, tibbi maska və metr aşkar edilərək götürülmüş, iş üçün əhəmiyyəti kəsb edən başqa maddi sübut aşkar edilməmişdir. Baxış zamanı ətrafda müşahidə kamerası aşkar edilməmişdir. Baxış zamanı “Xiaomi Mi 8” markalı mobil telefonla fotoçəkiliş aparılmışdır. Cinayət işinin 50-52-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokolun və protokola əlavə edilmiş fotocədvəlin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs2 ona tanınmaq üçün təqdim edilmiş şəxsləri nəzərdən keçirib, həmin şəxslər arasından 3-cü sıradakı şəxsi tanıyaraq, ona qarşı quldurluq cinayətini törətmiş şəxs Şahid1 olduğunu bildirib, həmin şəxsi sifət quruluşundan, boyundan, saçının rəngindən və üz cizgilərinin formasından tanıdığını demişdir. Şəxsin tanınması istintaq hərəkəti keçirilən zaman “Xiaomi Mi 8” markalı mobil telefonla fotoçəkiliş aparılmışdır. Cinayət işinin 65-68-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokolun və protokol əlavə edilmiş fotocədvəlin kserosurətindən görünür ki, Şahid1 tanışı Təqsirləndirilən şəxs ilə əvvəlcədən razılaşdıqları plana uyğun olaraq xx xxxx 2020-ci ildə saat 09-30-da əllərində qara rəngli əlcək, ağızlarında tibbi maska və Təqsirləndirilən şəxs başında tikintidə istifadə olunan sarı rəngli dəbilqə və əlində içərisində dəftər, ölçü metri və yapışqanlı şəffaf lent olan sellofan torba ilə özlərini MİS-nin ustaları kimi təqdim edib Zərərçəkmiş şəxs2 və onun həyat yoldaşı Zərərçəkmiş şəxs1 yaşadığı evə girib, tüstü bacalarının şəklini çəkdikdən sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edərək, evdə olan pulu götürüb mənzili tərk etdiklərini bildirərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 80-81-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 20/1171a nömrəli arayışdan görünür ki, aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd ağ tibbi maska və 01 (bir) ədəd göy tibbi maska üzərindəki bioloji mənşəli materiallar, kişi cinsindən olan iki müxtəlif naməlum şəxsə məxsusdur və bu nümunədən əldə olunmuş DNT profilləri, DİN-nin X1 DNT məlumat blankında olan DNT profilləri ilə eynilik təşkil etmir. DNT tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd əlcək üzərində olan bioloji mənşəli materiallar deqradasiya əlamətlərini özündə əks etdirir və DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmamışdır. Cinayət işinin 82-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 011-7611-1220 nömrəli məktubun kserosurətindən görünür ki, xx.xx.2020-ci il tarixdə, Nizami rayonu, C.Naxçıvanski 77, m-44 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı mənzildə baş vermiş quldurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat blankında olan şəxslərin əl izləri ilə müqayisə edilmiş və müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. Cinayət işinin 86-87-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X6 publik hüquqi şəxsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 529 №-li canlı şəxsin ekspertizasının rəyinin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs2 sol bazunun bayır səthinin hematoması və sol saidin arxa səthinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni, xx.xx.2020-ci il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Cinayət işinin 89-90-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X6 publik hüquqi şəxsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 530 №-li canlı şəxsin ekspertizasının rəyinin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ bazunun arxa səthi və sağ kürək nahiyəsinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni, xx.xx.2020-ci il tarixdə yarana bilər, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. Cinayət işinin 147-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 ona tanınmaq üçün təqdim edilmiş şəxsləri nəzərdən keçirib, həmin şəxslər arasından 3-cü sıradakı şəxsi tanıyaraq, ona qarşı quldurluq cinayətini törətmiş şəxs Təqsirləndirilən şəxs olduğunu bildirib, həmin şəxsi sifət quruluşundan, qalın qaşlarından, boyundan və üz cizgilərinin formasından tanıdığını demişdir. Şəxsin tanınması istintaq hərəkəti keçirilən zaman “Xiaomi Mi 8” markalı mobil telefonla fotoçəkiliş aparılmışdır. Cinayət işinin 167-170-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani şəkildə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 191-195-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini “...xx xxxx 2020-ci ildə iki nəfər özlərini MİS-in işçiləri kimi təqdim edən şəxslərin mənzildə olarkən şəffaf yapışqan lentlə onun əllərini, ayaqlarını və ağzını bağladıqlarını, bu barədə heç kimə məlumat verməməklərini bildirdiyini demişdir. Həmin şəxslər getdikdən sonra, mənə məlum oldu ki, həmin şəxslər dolabın içərisində saxladığımız, habelə Aleksandrın pul kisəsində və digər dolabda olan 5000 manat nağd pulu tapıb götürdüklərini öyrəndim. ...” hissəsində Təqsirləndirilən şəxs üzünə qarşı deyib bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə özünü tam təqsirli bilsə də, lakin göstərmişdir ki, zərərçəkmiş şəxslərin evindən 5000 manat deyil, cəmi 800 manat aparmışlar. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin verdiyi ifadələrini məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun həmin hissədə verdiyi ifadəsi özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Plenum qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyqunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, oğurluq edilərkən təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Qərarın 7-ci bəndində qeyd edilmişdir ki,təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış hesab edilir. Qərarın 23-ci bəndində qeyd edilmişdir ki, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 91-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin 209-216-cı vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 1(007)-81/2012 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx xxxx 2012-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, cinayət işinin 217-223-cü vərəqələrində olan xx xxxx 2013-cü il tarixli, 1(103)- 33/13 saylı Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli hökmü dəyişdirilərək 02 il 07 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx xxxx 2014-cü ildə Qaradağ rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2.4-cü maddəsinə əsasən cəzasının çəkilməmiş 01 il ay 26 gün hissəsini çəkmək üçün 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, xx xxxxxxx 2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-ci maddəsinə müvafiq olaraq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 205-207-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdıırlmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsinin xx xxxxxx 2020-ci il tarixli, 2443 saylı kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli gerilik (kəmağıllıq) əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli törədərkən hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xətəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə nəticədən göründüyü kimi Təqsirləndirilən şəxs özünü müdafiə etmək, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, məsuliyyətsizlik, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Əqli və psixi inkişaf xüsusiyyətləri normaya uyğun olduğundan o, qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs İdrak proseslərinin (duyğu, qavrama, yaddaş, təfəkkür və s.) xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla iş üçün əhəmiyyətli hesab olunan halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, onun psixi İnkişafında gerilik əlamətləri aşkar edilməmişdir. Cinayət işinin 98-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli, xx/xx-8711 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmaylb və qeydiyyatda yoxdur. Cinayət işinin 99-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli, 6354 nömrəli məktubdan görünür ki, arxiv məlumatına görə Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmaylb. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq əldə etmədiklərini, təqsirləndirilən şəxsin onlara dəymiş maddi ziyanı geri qaytarmadığını, lakin, həmin pulu istəmədiklərini və ona qanunamüvafiq cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən qoca vəziyyətdə olan şəxslərə qarşı törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 145-ci vərəqəsində olan axtarışda olan şəxsin tutulmasına dair protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 183-185-ci vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(007)-224/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Nizami Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan içərisində cızmaqaralar çəkilmiş dəftər, ölçü metri, iki ədəd tibbi maska, bir ədəd tikintidə istifadə olunan əlcək, iki ədəd yapışqanlı şəffaf lent olan sellofan torba və kombinə edilmiş kastet-bıçaq məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək onlara dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Nizami Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan içərisində cızmaqaralar çəkilmiş dəftər, ölçü metri, iki ədəd tibbi maska, bir ədəd tikintidə istifadə olunan əlcək, iki ədəd yapışqanlı şəffaf lent olan sellofan torba və kombinə edilmiş kastet-bıçaq məhv edilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar