Məhkəmə qərarları › İş №1(101)-803/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-803/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-803/2023 07.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 07 aprtel 1986-cı ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, 3 yetkinlik yaşına çatmayan uşağı olan, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsi. Ev 286 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni, 1 bükümdə təmiz çəkisi 3,033 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 2 büküm, hər bükümdə 0,386 qram və 0,378 qram, cəmi təmiz çəkisi 0,764 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarında, yəni 1 bükümdə, təmiz çəkisi 0,82 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq, ünvan 3 ünvanda yerləşən X7rşısına qədər daşımış, 19 sentyabr 2022-ci il tarixdə saat 04 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ PPXB-nin polis nəfərləri tərəfindən həmin ünvanda saxlanılaraq ünvan 6 PŞyə gətirilmiş, PŞ-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki idman şalvarının sol yan cibindən 1 bükümdə təmiz çəkisi 3,033 qram külli miqdarda psixotrop maddə metamfetamin, 2 bükümdə təmiz çəkisi 0,764 qram narkotik vasitə heroin və 1 bükümdə, təmiz çəkisi 0,82 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ittihamda göstərilən vaxtda Balaxanıya gedib götürmüşdür. Ağrıyırmış. Gəlib Sabunçuda istifadə etmək istəmişdir. Polis əməkdaşları yaxınlaşmışdır. Onu bölməyə aparmışlar. Narkotik vasitədən istifadə edirmiş. Kakos, patıdan istifadə edirmiş. Həm narkotik vasitə, həm də psixotrop maddədən istifadə edirmiş. İttihamda göstərilən narkotik vasitə və psixotrop maddə üzərində aşkar olunmuşdur. Bükümlərin sayı düzdür. Bu sayda bükümdə narkotik vasitə və psixotrop maddə almağına səbəb o imiş ki, evə atar, evdə qalar deyə düşünmüşdür. Evdə 100 manat pulu var imiş, həmin pulu götürüb gedib almışdır. Ona zor tətbiq edilməmişdir. Əməlindən peşmandır. Yetkinlik yaşına çatmayan 3 uşağı vardır. Narkotik aldığı adamda 3 büküm var imiş, 100 manat verib almışdır. Marixuana almağına səbəb o imiş ki, aldığı adamda var imiş, o vermişdir. Çox peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Habil oğlu ifadəsində göstərmişdir ki, məhkəmə zalında olan təqsirləndirilən şəxs yadında deyil, xatırlaya bilmir. İstintaqda verdiyi ifadəsi doğrudur. İbtidai istintaq zamanı verdiyi, elan olunmuş ifadəsi ilə bağlı yazılanların düz olduğunu bildirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, həmin şəxsi xatırlaya bilmir. Hadisənin üzərindən 5-6 ay keçmişdir. İstintaqda ifadə vermişdir. Yazıldığı kimidirsə, düz olduğunu demişdir.İbtidai istintaq zamanı verdiyi, elan olunmuş ifadəsi ilə bağlı yazılanların düz olduğunu bildirir. İbtidai istintaqda şahid qismində dindirilmiş Sabunçu RPİ PPXB-nin polis nəfəri Şahid1 Habil oğlu ifadəsində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, ədavətləri və ya düşmənçilikləri yoxdur. xx.xx.2022-ci il tarixdə saat 20:00-dan xx.xx.2022ci il saat 08:00-dək Sabunçu RPİ PPXB-nin polis nəfəri Şahid2 ilə birgə təhkim olunduqları Sabunçu rayonu, Sabunçu qəsəbəsində xidmət aparmışlar. xx.xx.2022-ci il tarixdə saat 04 radələrində inzibati ərazidə, yəni Sabunçu rayonu, ünvan 8 ünvanda yerləşən X7rşısında sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin davranışı diqqətlərini cəlb etmişdir. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edəcək sənədini təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs sənədinin üzərində olmadığını bildirərək onlara əhəmiyyət vermədən onlardan uzaqlaşmaq istəmişdir. O, yenidən Təqsirləndirilən şəxs yaxınlaşaraq şəxsiyyəti barədə məlumat verməsini istəmiş, lakin sonuncu iti yerişlə hərəkətini davam etdirərkən Təqsirləndirilən şəxs dayandırmışlar. Hərəkətləri şübhə oyatdığından Təqsirləndirilən şəxs ünvan 10 ünvanda yerləşən Sabunçu RPİ 12-ci Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs 12-ci PŞ-yə gətirmələri barədə raportla məruzə etmişlər, raportlarının icrası PŞ- nin X6ə həvalə edilmişdir. 12-ci PŞ-nin inzibati binasında, X8in xidməti iş otağında olarkən X8 saxlanılan Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağını bildirmiş, bununla əlaqədar etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs etirazının olmadığını demişdir. X8 saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sol yan cibindən siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur. X6 tərəfindən siqaret qutusunun içərisindən kağıza bükülmüş 3 ədəd büküm aşkar olunmuş, 1-ci bükümdə ot kütləsi, 2-ci bükümdə ağ rənkli, kristal formalı maddə, 3cü bükümdə isə 2 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rənglj maddə müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi siqaret qutusuna qoyulmuş 3 ədəd büküm X8 tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, Təqsirləndirilən şəxs, polis nəfəri Şahid2 və özü zərfi imzalamışlar. Təqsirləndirilən şəxs şəxsi axtarışı barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, o, və digərləri protokolun doğruluğunu İmzaları ilə təsdiqləmişlər. Təyin edilmiş məhkəmə-bioloji və kimyəvi ekspertizalarının rəyindən sonra məlum olmuşdur ki, həmin maddələr marixuana, heroin və metamfetamin olmuşdur. İbtidai istintaqda şahid qismində dindirilmiş Sabunçu RPİ PPXB-nin polis nəfəri Şahid2 həmkarı Şahid1 Habil oğlunun ifadəsinə uyğun ifadə verərək sonuncunun göstərdiklərini təsdiqləmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işi materiallarında olan 19 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X10 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs tünd göy rəngli yan tərəfində ağ milləri olan idman şalvarının sol yan cibindən siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur. Siqaret qutusunun içərisində 03 ədəd ayrıayrı kağızlara bükülmüş bükümlər aşkar olunmuşdur. Kağız bükümlər açılarkən 02 ədəd sellofanın içərisində qəhvəyi, digər kağızın içərisində ağ kristal formasında maddə və sonuncu kağızın içərisində qurudulmuş ota bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin kağız bükümlərdə olan narkotik vasitələri tanımadığı İran vətəndaşından 100 manata aldığını və üzərində saxladığını bildirmişdir.Bundan sonra aşkar edilmiş maddə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənəd aşkar edilməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-bioloji ekspertizasının 19 sentyabr 2022-ci il tarixli 7/1058 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız bükülüdə tütün ilə qarışıqda təmiz çəkisi 0,82 qram olan maddə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-0,82 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-0,8 qram. (ekspertiza tədqiqatın dəyəri 72 (yetmiş iki) manat) Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizasının 19 sentyabr 2022-ci il tarixli 6/5315 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxsin üzərindən aşkar edilmiş kütlə...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,033 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üzulla hazırlanmış psizotrop maddə-metamfetamindir, digər zərfdəki bir ədəd ağ rəngli kağız bükümün içərisində 2 ədəd sellofan bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,386 qram və 0,378 qram, ümumi təmiz çəkisi 0,764 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildir. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi-0,764 qram, tədqiqata sərf edildi-0,100 qr, qalıq 0,664 qr. Metamfetaminin təmiz çəkisi- 3,033 qr, tədqiqata sərf edildi-0,100 qr, qalıq-2,933 qr (ekspertiza tədqiqatın dəyəri 81 (səksən bir) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 20 sentyabr 2022-ci il tarixli CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə polis əməkdaşları, daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra 12-ci PŞ-nin X6 Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı məlumat verir. X6 saxlanılan Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağını bildirir, bununla əlaqədar etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs etirazının olmadığını deyir. X8 saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya yə ya predmet olub-olmamasını soruşur, olduğu təqdirdə təqdim etməsini istəyir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sol yan cibindən siqaret qutusunu çıxardaraq masanın üzərinə qoyur. X6 tərəfindən siqaret qutusunun içərisindən kağıza bükülmüş 3 ədəd büküm aşkar olunur, 1-ci bükümdə ot kütləsi, 2-ci bükümdə ağ rənkli, kristal formalı maddə, 3-cü bükümdə isə 2 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddə müəyyən edilir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır və üzərindən başqa heç bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi siqaret qutusuna qoyulmuş 3 ədəd büküm X8 tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən zərf imzalanır və bununla da çəkiliş sona çatır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 4(008)-798/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5578 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan nikah şəhadətnaməsi və şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Gündüzov Təqsirləndirilən şəxs Aidə Mirzəxan qızı ilə nikahda olmaqa həmin nikahdan xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4 adlı övladları var. Cinayət işi materiallarında olan və Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını 07 mart 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 153 (yüz əlli üç) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 0,664 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2,933 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 153 (yüz əlli üç) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixindən 19 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay, təyin edilmiş cəza müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 07 mart 2023-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 153 (yüz əlli üç) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 0,664 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2,933 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) İradə Xəlilzadə Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar