Məhkəmə qərarları › İş №1(101)-803/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-803/2024

04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-803/2024 04.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2 və X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, 2 aprel 1981-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 (Fin:xxxxxxx) və 1 mart 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 (Fin: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 4 oktyabr 2024-cü il tarixdə, saat 14:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qeyrilərinin məlum olmayan tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə Kürdəmir rayonu ərazisində gizlətməklə saxladıqları külli miqdarda 1053,335 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib üzərilərində daşımaqla ünvan 4 ünvanında gizlətməklə saxlamış, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitədən Təqsirləndirilən şəxs2 1(bir) ədəd kibrit qutusunda 6,460 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 isə 2(iki) ədəd kibrit qutusunda ümumilikdə 6,875 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı ayırıb satış məqsədilə üzərilərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra mətndə-BMCMİ) əməkdaşları tərəfindən 27 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün, saat 16:30-da ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib 27 yanvar 2023-cü il tarixdə, saat 18:22-dən etibarən üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən 2(iki) ədəd kibrit qutusunda ayrı- ayrılıqda çəkiləri 3,615 qram və 3,260 qram, ümumi təmiz çəkisi 6,875 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs2 27 yanvar 2023-cü il tarixdə, saat 20:15-də Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 1 ünvanın qarşısında BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilib həmin tarixdə, saat 21:53-dən etibarən üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki gödəkçənin sağ yan cibindən 1(bir) ədəd kibrit qutusunda 6,460 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs2 iştirakı ilə Abşeron rayonu, Atyalı qəsəbəsi, M.Gəncəvi küçəsi 75 ünvanında 28 yanvar 2023-cü il tarixdə, saat 10:06-dan etibarən keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan razılaşmaqla satış məqsədi ilə gizlətməklə saxladıqları bir ədəd bağlamada 1040 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

2. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qeyrilərinin məlum olmayan tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə Kürdəmir rayonu ərazisində gizlətməklə saxladıqları külli miqdarda 1053,335 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib üzərilərində daşımaqla Abşeron rayonu, Atyalı qəsəbəsi, M.Gəncəvi küçəsi 75 ünvanında gizlətməklə saxlamış, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitədən Təqsirləndirilən şəxs2 1(bir) ədəd kibrit qutusunda 6,460 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 isə 2(iki) ədəd kibrit qutusunda ümumilikdə 6,875 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı ayırıb satış məqsədilə üzərilərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında BMCMİnin əməkdaşları tərəfindən 27 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün, saat 16:30-da ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib 27 yanvar 2023-cü il tarixdə, saat 18:22-dən etibarən üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən 2(iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 3,615 qram və 3,260 qram olmaqla, ümumi təmiz çəkisi 6,875 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs2 27 yanvar 2023-cü il tarixdə, saat 20:15-də Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 1 ünvanının qarşısında BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilib həmin tarixdə, saat 21:53-dən etibarən üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki gödəkçənin sağ yan cibindən 1(bir) ədəd kibrit qutusunda 6,460 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs2 iştirakı ilə Abşeron rayonu, Atyalı qəsəbəsi, M.Gəncəvi küçəsi 75 ünvanında 28 yanvar 2023-cü il tarixdə, saat 10:06-dan etibarən keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan razılaşmaqla satış məqsədi ilə gizlətməklə saxladıqları bir ədəd bağlamada 1040 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

İşin halları və dəlilləri:

3. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmazdan əvvəl “20 Yanvar bazarı” adlanan ərazidə işləmişdir. O, 27 yanvar 2023-cü il tarixdə, saat 9 radələrində saxlanılmış, saxlanılarkən üzərində “At yalı” adlanan ərazidə yerləşən zibil qabından şəxsi istifadəsi məqsədilə götürdüyü bir kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Belə ki, həmin tarixdə dostu onun mobil telefonuna zəng edərək “20 Yanvar” metrostansiyasının yaxınlığına çağırmış, o həmin əraziyə getdikdə BMCMİ-nin əməkdaşları onu saxlayaraq həmin İdarəyə aparmış, orada ona fiziki və psixi təzyiq göstərilməklə ona verilən miqdarda narkotik vasitəni boynuna alması tələb edilmiş, polis əməkdaşları dediklərini edəcəyi təqdirdə isə ona kömək etməklə buraxacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1lə birlikdə əldə etdikləri narkotik vasitəni şəxsi istifadələri üçün Təqsirləndirilən şəxs1 onun tanımadığı şəxsdən sifariş etmiş, Murad həmin şəxsə narkotik vasitə qarşılığında 500 manat pul verəcəyini vəd etmiş, narkotik vasitəni həmin şəxsin təlimatına uyğun olaraq Muradla birlikdə “At yalı” adlanan ərazidə zibil qabından götürmüşlər. Götürdükləri həmin narkotik vasitə sellofan paketdə təxminən 200-300 qram çəkidə olmuş, həmin narkotik vasitənin yarısını özü və Murad şəxsi istifadələri üçün götürmüş, digər yarısını isə taxtalı yerdə gizlətmiş, qeyd edilən narkotik vasitəni Muradla birlikdə bir ay ərzində istifadə etməyi nəzərdə tutmuşlar. Narkotik vasitə üçün Murad pul verməmiş, verdikləri pul onun (Təqsirləndirilən şəxs2) pulu olmuşdur.

4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 ifadəsinə əlavə edərək göstərdi ki, Muradın vasitəsilə əldə etdikləri narkotik vasitədən hər ikisi istifadə etmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində yalnız bir kibrit qutusu həcmində marixuana olmuş, BMCMİ-də polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi təzyiqlər olduğundan narkotik vasitəni Muradın əldə etdiyini bildirmiş, həmçinin daha əvvəldən narkotik vasitənin gizlətdiyi digər hissəsini götürmək üçün getdiyi yerdə narkotik vasitəni tapa bilməmiş, bununla belə həmin ərazini polis əməkdaşlarına göstərdiyi zaman orada təxminən bir kiloqram çəkidə narkotik vasitə marixuana aşkar edilmiş, həmin narkotik vasitəni polis əməkdaşları həmin yerə qoymuşlar. Belə ki, onun gizlətdiyi narkotik vasitə “pinqvin” sellofan torbada olduğu halda, aşkar edilmiş narkotik vasitə fərqli bağlamada olmuş, lakin İdarədə saçını kəlbətinlə çıxarmaqla fiziki və psixi təzyiqlərə məruz qaldığından həmin narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Şahid4 ona zəng edib harada olduğunu soruşduqda o, sonuncuya “Gənclik” ərazisində olduğunu söyləmiş, polis əməkdaşları Şahid4 təzyiq edərək onu (Təqsirləndirilən şəxs2) tutmağa 2 avtomobillə gəlmiş, həmin vaxt o, Fuada zəng edib harada olduğunu soruşarkən polis əməkdaşları tərəfindən tutulmuşdur. İfadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu, habelədə valideynlərinin yaşlı və xəstə olmaqla onun himayəsində olduğunu, ailədə ondan başqa gəlir gətirən şəxs olmadığını bildirərək məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi.

5. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadələrdə özünü elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, 27 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində ünvan 6 ünvanın qarşısında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib BMCMİ-nin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu BMCMİ-yə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə həmin idarəyə gəlmiş, orada videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Belə ki, əvvəlcə o, əynində olan qış gödəkçəsinin sol yan cibindən 1(bir) ədəd “Nokia” markalı mobil telefonu, həmin qış gödəkçəsinin sağ yan cibindən isə 30 manat pul əskinasını və 1(bir) ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş, üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilmiş, bir ədəd mobil telefonun qara rəngli “Nokia” markalı mobil telefon olması müəyyən edilmişdir. “Nokia” markalı mobil telefonun özünə məxsus olmasını, üzərində ***- ***-**-** saylı mobil nömrəsinin olmasını bildirmişdir. Daha sonra 30 manat pulun da özünə aid olmasını, həmin məbləği hər hansı qanunsuz yolla əldə etmədiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi bir ədəd kibrit qutusunun içində narkotik vasitə olaraq tanıdığı “nəşə” olduğunu bildirmişdir. Təqdim etdiyi bir ədəd kibrit qutusu iştirakçıların şahidliyi ilə açıldıqda kibrit qutusunun içərisində “nəşə” olaraq tanıdığı maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda olan kütləni tutulmamışdan təxminən 3-4 gün əvvəl tanışı olan Murad adlı şəxsdən əldə etdiyini, Muradın da həmin maddələri İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Baba” adlı şəxsdən əldə etməsini, Muradın əldə etdiyi həmin narkotik maddələri Abşeron rayonu, Atyalı qəsəbəsində yol kənarına qoymasını, onun da bundan sonra həmin yerdən qeyd olunan maddələri götürməsini, Muradın qeyd olunan narkotik maddənin onda qalmasını xahiş etdiyini, bunun qarşılığında Muradın ondan 6.000 manat borc pul istədiyini, buna görə Murada 6.000 manat borc pul verməsini, daha sonra Muraddan əldə etdiyi narkotik maddələr olan sellofan bağlamanı bir ədəd boz paketdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ərazilərin birində taxta predmetin altında gizlətməsini, Muradın buna görə ona 500 manat da pul göndərməli olmasını dediyini, daha sonra gizlətdiyi içərisində “nəşə” olan narkotik maddələr olan sellofan bağlamadan bir ədəd kibrit qutusuna eyni maddələri qoyaraq üzərində daşımağa başlamasını, özünün narkotik vasitələrdən istifadə etmədiyini, lakin kiminsə ehtiyacı olarsa həmin şəxsə bu maddəni pay qismində əvəzsiz vermək üçün üzərində daşımasını, bir neçə gün sonra həmin narkotik maddəni gizlətdiyi yerə getdiyi zaman həmin maddə olan sellofan bağlamanı orada tapmadığını, hazırda həmin yerdə narkotik vasitələr olmadığını, lazım gələrsə polis əməkdaşlarına həmin yeri göstərə biləcəyini bildirmişdir. 28 yanvar 2023-cü il tarixdə müdafiəçi və polis əməkdaşları ilə birlikdə bir neçə gün əvvəl Muraddan əldə etdiyi və Qobu qəsəbəsi olaraq tanıdığı yerdə gizlətdiyi narkotik maddələrin həmin yerdə olubolmamasına baxmaq üçün getmişlər. Qeyd olunan boş əraziyə çatdıqda həmin yerin ünvan 7 ünvanının qarşısı olması müəyyən edilmişdir. Daha sonra qeyd olunan boş əraziyə baxış keçirilməyə başlanmışdır. Boş ərazidə yerləşən taxta və kərpic əşyaların yerləşdiyi sahəni göstərmişdir. Bundan sonra o həmin sahəyə yaxınlaşaraq orada olan taxta əşyanı qaldırmış və altında olan boz rəngli sintetik kisəni çıxarmaqla yerə qoyaraq təqdim etmişdir. Boz rəngli sintetik kisəni tutulmamışdan bir neçə gün əvvəl həmin yerdə görməsə də, işıqlı vaxtda ora baxdıqda kisənin orada, yəni taxtanın altında olmasını görmüşdür. Bu zaman həmin kisənin içərisinə baxış keçiriləndə həmin kisədən bir ədəd sellofan bağlama aşkar edilmişdir. Sellofan bağlamaya polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı bağlamanın içərisindən “nəşə” olaraq tanıdığı narkotik vasitələr aşkar edilmişdir. Şifahi sorğu zamanı o həmin kisəni tutulmamışdan bir neçə gün əvvəl axşam vaxtı olduğundan orada görmədiyini, həmin kisədə olan bir ədəd sellofan bağlamanın içərisində narkotik vasitə olaraq bildiyi “nəşə” olmasını, həmin maddəni də qeyd etdiyi kimi Murad adlı tanışından Atyalı qəsəbəsində yol kənarından əldə etdiyini, 27 yanvar 2023-cü il tarixdə üstünə keçirilən şəxsi axtarış zamanı ondan aşkar edilmiş bir ədəd kibrit qutusunun içərisində olan “nəşə” kimi tanıdığı narkotik vasitəni də qeyd olunan bağlamanın içərisindən götürdüyünü bildirmişdir. Polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) i.v. 75-77; 118-120; 143- 145;).

6. Eyni zamanda Təqsirləndirilən şəxs2 sonradan məhkəmə icraatı zamanı da hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili X5 iştirakı ilə məhkəməyədək icraat zamanı 2 avqust 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadəsində ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini təsdiq etmədiyini, özünü həmin ittihamla qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli hesab etdiyini, ifadə verməkdən imtina edərək məhkəmədə ifadə verəcəyini bildirmişdir (Cild 2, i.v. 82-83;).

7. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 27 yanvar 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2lə “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşmək barədə razılaşmış, bununla əlaqədar Təqsirləndirilən şəxs2 mobil telefonuna zəng etdikdə sonuncu ona işdən az sonra çıxacağını və səbirli olmasını bildirmiş, bundan sonra o, başqa bir dostu ilə Lökbatan qəsəbəsinə getmiş, oradan qayıdarkən təxminən saat 16 radələrində dövlət yol polisi əməkdaşları onun idarə etdiyi avtomobili saxlamış, avtomobildə əlavə avadanlıq quraşdırıldığı bildirilərək yol patrul xidmətinin “Ekologiya” postuna dəvət olunmuş, polis əməkdaşları ilə birlikdə həmin posta getmiş, orada polis əməkdaşları ona üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, o, üzərindəki əşyaları, eləcə də, narkotik vasitədən istifadə etmək üçün nəzərdə tutulmuş kağızı təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ilə arasında münaqişə yaranmış, polis əməkdaşları “Ekologiya” postunun konfrans zalında ona qarşı fiziki zor tətbiq edərək ondan Zamiqi tanıyıb-tanımadığını soruşmuş, o da Zamiqlə birlikdə “20 Yanvar bazarı” adlanan ərazidə birlikdə işlədiklərini demişdir. Bundan sonra polis əməkdaşları ona Zamiq və onda əvvəlcə 13 kiloqram, daha sonra isə 10 kiloqram narkotik vasitə marixuana olduğunu bildirərək, həmin narkotik vasitəni təqdim etməyi tələb etmiş, o isə üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra BMCMİ-nin iki nəfər əməkdaşı ora gələrək onu özləri ilə birlikdə həmin idarəyə aparmış, orada ona və Zamiqə polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiq olunmuşdur. O, saxlanılmamışdan təxminən 25-30 gün əvvəl həmin tarixdən təxminən 2-3 ay əvvəl tanış olduğu İran vətəndaşı olan Baba adlı şəxsdən nakotik vasitə olan marixuana istəmiş, həmin şəxsin təlimatına uyğun olaraq Zamiqlə birlikdə “At yalı” adlanan ərazidə zibil vedrəsindən çəkisi təxminən 200-300 qram olan narkotik vasitəni götürmüş, həmin narkotik vasitəni təxminən bir ay ərzində istifadə etmək üçün əldə etmiş, pulunu isə narkotik vasitəni əldə etdikləri şəxsin təklifinə əsasən narkotik vasitəni istifadə etdikdən sonra ödəməyi planlaşdırmışlar. Polis əməkdaşları ondan Zamiqdə 13 kiloqram narkotik vasitə olması barədə ifadə verməsini tələb etdikdə o, etiraz etmiş, bu səbəbdən Zamiqin kəlbətinlə saçını çıxarmaqla, dərisini isə kəlbətində sıxıb “toka” (elektrikə) verməklə, habelə qarın nahiyəsinə təpik vurmaqla ona fiziki təzyiq göstərməklə işgəncəyə məruz qoymuşlar. İstintaq təcridxanasında ilkin tibbi qeydiyyatdan keçərkən tibb kitabçasında bu barədə müvafiq qeydlər aparılmışdır.

8. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə edərək göstərdi ki, Şahid1 ona özünü “Murad” kimi təqdim edərək onunla adaş olduğunu, ona köməklik göstərəcəyini, bu səbəbdən narahat olmamağını demiş, habelə ona bir kibrit qutusunda narkotik vasitə verməklə həmin narkotik vasitəyə görə ona 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyini bildirmişdir. Zamiq ona avtomobil almaq üçün 6000 manat borc pul vermiş, həmin pul narkotik vasitə əldə edilməsi məqsədilə verilməmiş, ibtidai istintaq zamanı ifadəsində göstərilən etirafedici, eləcə də 12400 qram narkotik vasitənin onlara məxsus olması barədə ifadələri polis əməkdaşları tərəfindən yazılmaqla həqiqəti əks etdirmir. İbtidai istintaq zamanı verdiyi ifadələrindəki onun adının qarşısındakı imzalar ona məxsusdur. Onun istifadəsində ***-***-**-** GSM nömrəli mobil telefon nömrəsi olmuş, Şahid4 20 Yanvar ərazisində ayaqqabı satışı ilə məşğul olmuş, sonuncunun narkotik vasitələrlə hər hansı əlaqəsi olmamışdır. Şahid3 isə onun saxlanılmasında ümumiyyətlə iştirak etməmişdir. İfadəsinin sonunda hər hansı cinayət əməli törətmədiyini, himayəsində yaşlı və xəstə valideynlərinin olmasını, ailədə ondan başqa gəlir gətirən şəxsin olmamasını bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etdi.

9. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. M.T.Tağıyev həmin ifadələrdə özünü tam təqsirli bilərək məhkəməyədək icraat zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ilə əsasən eyni məzmunlu ifadələr verərək göstərmişdir ki, 27 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində tanışı Şahid4 ilə birlikdə ünvan 5 ünvanın yaxınlığında idarə etdiyi “Renault Megane” markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman 3 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb özlərini təqdim edib BMCMİ-nin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərində narkotik maddə “nəşə” olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu və tanışı Şahid4 idarə etdiyi avtomobillə BMCMİ-yə dəvət etmişlər. O, etiraz etməyib idarə etdiyi avtomobillə birlikdə polis əməkdaşları ilə həmin idarəyə gəlmiş, orada hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. İlk öncə o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2(iki) ədəd kibrit qutusunu, özünə məxsus olan şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini, 20 manat pul əskinasını, 1 ədəd avtomobil açarını, eləcə də həmin cins şalvarın sol yan cibindən 2(iki) ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. 2(iki) ədəd mobil telefon qara və boz rəngli “Samsung” markalı mobil telefonlar olması müəyyən edilmişdir. Qara rəngli “Samsung” markalı mobil telefonun özünə məxsus olmasını, üzərində ***-***-**-** saylı mobil nömrəsinin olmasını, boz rəngli “Samsung” markalı mobil telefonun isə ailə üzvlərinə məxsus olmasını, üzərində isə ***-***-**-** saylı mobil nömrənin olmasını bildirmişdir. Üzərindən aşkar edilən 1 ədəd avtomobil açarının hazırda idarə etdiyi “Renault Megane” markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobilə aid olmasını, 20 manat pulun da özünə aid olmasını, həmin məbləği hər hansı qanunsuz yolla əldə etmədiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi 2(iki) ədəd kibrit qutusunun içində narkotik maddə olaraq tanıdığı “nəşə” olduğunu bildirmişdir. Təqdim etdiyi 2(iki) ədəd kibrit qutusu iştirakçıların şahidliyi ilə açıldıqda kibrit qutularının içərisində narkotik maddə “nəşə” olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş 2(iki) ədəd kibrit qutusunda olan kütləni tutulmamışdan təxminən 10 gün əvvəl İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Baba” adlı şəxsdən əldə etməsini, həmin şəxsi sosial şəbəkədən tanımasını, özünün də narkotik maddə olaraq tanıdığı “nəşə” adlı maddədən istifadə etməsini, “Baba” adlı şəxsin də ona “nəşə” adlı maddədən verməsini, təxminən 10 gün əvvəl həmin “Baba” adlı şəxsin ona “nəşə” adlı narkotik maddə göndərməsini, bu maddəni Kürdəmir rayonu yaxınlığında yol kənarından götürməsini, “nəşə” adlı bu narkotik maddənin sellofan bağlamada olmasını, həmin kütlənin çəkisinin 13 kiloqram 400 qram olmasını, “Baba” adlı həmin şəxsin həmin kütləni başqa bir ünvana yerləşdirməsini ondan xahiş etdiyini, qarşılığında isə Babanın ona həmin kütlədən şəxsi istifadəsi üçün götürə bilməsinə icazə verdiyini, bundan sonra Bakı şəhəri istiqamətində hərəkət etməsini, yolda “Baba” adlı şəxsin ondakı 13 kiloqram 400 qram çəkidə olan “nəşə” adlı narkotik maddənin 3 kiloqram 400 qramını yol kənarına qoymasını dediyini, onun da buna əməl etdiyini, daha sonra qalıq 10 kiloqram “nəşə” adlı maddəni idarə etdiyi “Renault Megan” markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobildə saxlamasını, gələcək günlərdə həmin 10 kiloqram narkotik maddəni də başqa ünvana yerləşdirməli olmasını, lakin daha sonra həmin “Baba” adlı şəxslə əlaqəsinin kəsilməsini, narkotik maddənin isə hələ də onda qalmasını, bundan sonra tanışı Zamiq adlı tanışı ilə bu barədə danışmasını, Zamiqin isə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Baba” adlı şəxsə məxsus olan narkotik maddələrin Bakı şəhərində daşınmasında və yerləşdirilməsində ona kömək edə biləcəyini dediyini, bundan sonra Zamiqlə Atyalı qəsəbəsində görüşdüyünü, orada avtomobilində olan 10 kiloqram çəkidəki narkotik maddə “nəşə”ni Zamiqə verməsini, verdiyi “nəşə” adlı maddədən müəyyən kütləni ayıraraq 2(iki) ədəd kibrit qutusu halında üzərində saxladığını, lakin Zamiqin bu maddələri daha sonra harada gizlətməsini bilmədiyini, Zamiqin özünün narkotik maddələrdən istifadə etmədiyini, lakin Zamiqin bu maddələri sataraq əldə etdiyi gəlirdən ona da pul verəcəyini dediyini, bundan sonra “Baba” adlı şəxslə əlaqəsinin bərpa olunmasını, Babanın hələ ki narkotik maddələri özlərində saxlamalarını istədiyini, satılmasına hələ ki, ehtiyacın olmamasını dediyini, lakin qısa müddət sonra Babanın ondan borc qismində pul istəməsini, buna görə də onun “Baba” adlı şəxsə 10.000 manat pulu onlayn qaydada göndərməsini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 2(iki) ədəd kibrit qutusunda olan “nəşə” adı ilə tanıdığı maddələr 1(bir) ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra çəkilişdə iştirak edən Şahid4 üzərinə baxış keçirilmişdir. Fuada paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Eyni zamanda aşkar edilmiş 2(iki) ədəd “Samsung” markalı mobil telefon, ona məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi götürülmüşdür. Bu təklifdən sonra Şahid4 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynindəki qara rəngli qış gödəkçəsinin sol iç yan cibində olan 1(bir) ədəd “Xiaomi” markalı mobil telefonu, əynindəki şalvarının sağ yan cibindən isə 30 manat pulunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid4 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Şahid4 onun tanışı olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından məlumatının olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş 30 manat pul, 1(bir) ədəd “Xiaomi” markalı mobil telefon Şahid4 özünə geri qaytarılmışdır. Bundan sonra “Renault Megane” markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Bu zaman polis əməkdaşları qeyd olunan avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları təqdim etməsini demişlər. O isə idarə etdiyi “Renault Megane” markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və predmetlər gizlədib saxlamadığını bildirmişdir. Bundan sonra icazəsi və iştirakı ilə idarə etdiyi “Renault Megane” markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya aşkar edilməmişdir. Üzərinə keçirilən axtarış və avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman, şəxsi axtarış, baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmişdir. Aşkar edilmiş malları özü almasa da, həmin malları “Baba” adlı şəxsin tapşırığı ilə götürdüyünü, həmin şəxsin tapşırığı ilə müvafiq yerə qoymalı olduğunu bildirmişdir. (Cild 1, i.v. 71-73; 108-111; 130-133;).

10. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi 1 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadəsi elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 həmin ifadəsində ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini təsdiq etmədiyini, özünü həmin ittihamda qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli hesab etdiyini, ifadə verməkdən imtina edərək məhkəmə icraatı zamanı ifadə verəcəyini bildirmişdir (Cild 2, i.v. 64-65;).

11. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

12. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

13. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin rəis müavini, polis polkovnikleytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, hadisə vaxtı BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 27 yanvar 2023-cü il tarixdə BMCMİ-yə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 27 yanvar 2023-cü il tarixli qərar qəbul edilmiş və BMCMİ-nin əməkdaşları - əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Qəbul edilmiş qərarın icra edilməsi üçün əməliyyat qrupu ünvan 5 ünvana yola düşmüş, həmin gün, saat 16:30 radələrində qeyd edilən ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 bənzər şəxs yanındakı başqa şəxslə birlikdə **-EP-*** nömrə nişanlı “Renault Megane” markalı avtomobilin yanında saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxslərə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs1 və Şahid4 olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması Murada bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Şahid4 ilə birlikdə BMCMİ-nin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədi ilə 22 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X16 dəvət olunaraq Təqsirləndirilən şəxs1 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və ona müdafiəçisi ilə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs1 və müdafiəçisi konfıdensial ünsiyyət saxladıqdan sonra birinci şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirdi. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmiş, sonuncu hüquqlarının ona aydın olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə 27 yanvar 2023-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs1 buna etiraz etmədiyini bildirdikdən sonra şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən 2(iki) ədəd kibrit qutusunu, şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini, 20 manat pulu, 1(bir) ədəd avtomobil açarını, eləcə də həmin şalvarın sol yan cibindən 2(iki) ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Təqdim edilən əşya və predmetlərə ardıcıllıqla baxış keçirilmiş, iki ədəd mobil telefonun “Samsung” markalı mobil telefonlar olması müəyyən edilmişdir. Aşkar edilən bir ədəd avtomobil açarının “Renault Megane” markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobilə aid olmasını, 20 manat pulun özünə aid olmasını, həmin məbləği hər hansı qanunsuz yolla əldə etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim edilən iki ədəd kibrit qutusunun içində narkotik maddə olaraq tanıdığı “nəşə” olduğunu bildirmiş, həmin iki ədəd kibrit qutusu iştirakçıların şahidliyi ilə açıldıqda kibrit qutularının içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş iki ədəd kibrit qutusunda olan kütləni tutulmamışdan təxminən 10 gün əvvəl İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Baba” adlı şəxsdən əldə etməsini, özünün də marixuana istifadə etdiyini, təxminən 10 gün əvvəl həmin “Baba” adlı şəxsin Murada “nəşə” adlı narkotik maddə göndərməsini, bu maddəni Kürdəmir rayonu yaxınlığında yol kənarından götürməsini, “nəşə” adlı bu narkotik maddənin sellofan bağlamada olmasını, “Baba” adlı həmin şəxsin bu kütləni başqa bir ünvana yerləşdirməsini Muraddan xahiş etdiyini, qarşılığında isə “Babanın” Murada şəxsi istifadəsi üçün “nəşə” götürməyə icazə verdiyini, “Baba” adlı şəxsin Murada narkotikin bir hissəsini yol kənarına qoymasını dediyini, daha sonra qalıq qalan narkotiki idarə etdiyi “Renault Megan” markalı **- EP-*** qeydiyyat nişanlı avtomobildə saxlamasını, gələcək günlərdə bu narkotik maddəni də başqa ünvana yerləşdirməli olmasını, lakin daha sonra həmin “Baba” adlı şəxslə əlaqəsinin kəsilməsini, bundan sonra tanışı Zamiq adlı şəxsə bu barədə danışmasını, Zamiqin isə narkotik maddələrin Bakı şəhərində daşınmasında və yerləşdirilməsində Murada kömək edə biləcəyini dediyini, bundan sonra Zamiqlə Atyalı qəsəbəsində görüşdüyünü, burada avtomobilində olan narkotik maddəni Zamiqə verməsini, verdiyi “nəşə” adlı maddədən müəyyən kütləni ayıraraq 2 kibrit qutusu halında üzərində saxladığını, lakin Zamiqin bu maddələri daha sonra harada gizlətməsini bilmədiyini, Zamiqin bu maddələri sataraq Murada da pul verəcəyini dediyini, bundan sonra “Baba” adlı şəxslə əlaqəsinin bərpa olunmasını, “Babanın” Muraddan borc qismində pul istəməsini, buna görə də “Baba” adlı şəxsə 10.000 manat pulu onlayn qaydada göndərməsini bildirmişdir. Bundan sonra aşkar olunmuş iki ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər maddələr bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri imzalanmışdır. Eyni zamanda aşkar edilmiş iki ədəd '‘Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi götürülmüşdür. 20 manat pul və bir ədəd avtomobil açarı isə Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. Daha sonra çəkilişdə iştirak edən Şahid4 üzərinə baxış keçirilmiş, baxış zamanı Şahid4 üzərindən qanunsuz əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Şahid4 Təqsirləndirilən şəxs1 tanışı olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olmasından məlumatının olmadığını bildirmişdir. Bundan sonra “Renault Megane” markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı sübut əhəmiyyətinə malik hər hansı əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilmiş və BMCMİ-nin rəhbərliyinə bu barədə raportla məruzə olunmuşdur. 27 yanvar 2023-cü il tarixdə, saat 20:15-də Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 1 ünvanının qarşısında əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs2 bənzər şəxs saxlanılmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün BMCMİ-nin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi məqsədi ilə 25 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X13 dəvət olunaraq Təqsirləndirilən şəxs2 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs2 hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxs2 ilə müdafiəçisinə konfıdensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs2 və müdafiəçisi konfıdensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin sonuncuya hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs2 buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə 27 yanvar 2023-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilmiş, istintaq hərəkətinin aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, sonuncu buna etiraz etmədiyini bildirdikdən sonra şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qış gödəkçəsinin sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu, həmin qış gödəkçəsinin sağ yan cibindən isə 30 manat pul əskinasını və bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra digər əşya və predmetlər aşkar olunmamışdır. Təqdim edilən əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. Təqdim edilən bir ədəd kibrit qutusu iştirakçıların şahidliyi ilə açıldıqda kibrit qutusunun içərisində qurudulmuş marixuanaya bənzər maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 aşkar edilmiş bir ədəd kibrit qutusunda olan kütləni təxminən 3-4 gün əvvəl tanışı Murad adlı şəxsdən əldə etdiyini, sonuncunun da həmin maddələri İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Baba” adlı şəxsdən əldə etməsini, Muradın əldə etdiyi həmin narkotik maddələri Abşeron rayonu, Atyalı qəsəbəsində yol kənarına qoymasını, Muradın da bundan sonra həmin yerdən qeyd olunan maddələri götürməsini, Muradın qeyd olunan narkotik maddənin onda qalmasını xahiş etdiyini, bunun qarşılığında Muradın ondan 6.000 manat borc pul istədiyini, buna görə sonuncuya 6.000 manat borc pul verməsini, daha sonra Muraddan əldə etdiyi həmin narkotik maddələr olan sellofan bağlamanı bir ədəd boz paketdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ərazilərin birində taxta predmetin altında gizlətməsini, Muradın buna görə ona 500 manat da pul göndərməli olmasını dediyini, daha sonra gizlətdiyi sellofan bağlamadan bir ədəd kibrit qutusuna eyni maddələri qoyaraq üzərində saxlamasını, özünün narkotik vasitə istifadə etmədiyini, lakin kiminsə ehtiyacı olarsa həmin şəxsə bu maddəni pay qismində əvəzsiz vermək üçün üzərində saxladığını, bir neçə gün sonra həmin narkotik maddəni gizlətdiyi yerdə tapmadığını, bu barədə Muraddan soruşan zaman sonuncu da xəbəri olmadığını bildirmişdir. Daha sonra bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər maddə bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək imzalanmışdır. Eyni zamanda aşkar edilmiş bir ədəd “Nokia” markalı mobil telefon götürülmüşdür. 30 manat pul əskinası isə Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. 28 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 bildirdiyi əraziyə baxmaq üçün getmişlər. Qeyd olunan boş əraziyə çatdıqda həmin yerin ünvan 7 ünvanının qarşısı olması müəyyən edilmişdir. Daha sonra qeyd olunan boş əraziyə baxış keçirilmiş, Təqsirləndirilən şəxs2 həmin sahəyə yaxınlaşaraq orada olan taxta əşyanı qaldırmış və altında olan boz rəngli sintetik kisəni çıxarmaqla yerə qoyaraq təqdim edərək boz rəngli sintetik kisəni bir neçə gün əvvəl həmin yerdə görməsə də, işıqlı vaxtda baxdıqda kisənin orada, yəni taxtanın altında olmasını gördüyünü demişdir. Həmin kisənin içərisinə baxış keçirildikdə oradan bir ədəd sellofan bağlama aşkar edilmişdir. Bağlamanın içərisindən qurudulmuş marixuanaya oxşar maddələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin kisəni bir neçə gün əvvəl axşam vaxtı olduğundan orada tapa bilmədiyini, həmin kisədə olan bir ədəd sellofan bağlamanın içərisində narkotik maddə olaraq bildiyi “nəşə” olmasını, həmin maddəni də qeyd etdiyi kimi “Murad” adlı tanışından Atyalı qəsəbəsində yol kənarından əldə etdiyini, 27 yanvar 2023-cü il tarixdə üstünə keçirilən şəxsi axtarış zamanı ondan aşkar edilmiş bir ədəd kibrit qutusunun içərisində olan “nəşə” kimi tanıdığı narkotik maddəni də qeyd olunan bağlamanın içərisindən götürdüyünü bildirmişdir. Bundan sonra bir ədəd sintetik kisədə olan bir ədəd sellofan bağlamada olan həmin kütlə həmin sintetik kisə ilə birlikdə qablaşdırılaraq möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir.

14. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Zamiq əlavə narkotik vasitə əldə etmək üçün Murada borc olaraq 6000 manat pul verdiyini bildirmişdir. Təqsirləndirilən şəxslər üzərilərində aşkar edilmiş narkotik vasitələrə, o cümlədən həmin narkotik vasitələrin çəkilərinə dair hər hansı etirazlarını bildirməmiş, aşkar edilmiş narkotik vasitələri həm satmaq, həm də şəxsi istifadə məqsədilə Baba adlı şəxsdən əldə etdiklərini bildirmişlər. Daxil olmuş əməliyyat məlumatı təqsirləndirilən şəxslərdə daha çox miqdarda narkotik vasitə olması barədə olmuş, lakin əməliyyat tədbirləri zamanı həmin miqdarda narkotik vasitə aşkar oluna bilməmişdir. Belə ki, əməliyyat məlumatına əsasən təqsirləndirilən şəxslər iranlıdan narkotik vasitəni aldıqdan sonra bir hissəsini aparıb başqa ünvana qoymuş, bir hissəsini isə gizlətmişlər. Onların iranlının göstərişi narkotik vasitəni qoyduqları yerə baxış keçirməmişlər. Belə ki, adətən təyin edilmiş ünvana qanunsuz predmet qoyulduqdan çox qısa müddət sonra başqa şəxs həmin yerdən narkotik vasitəni götürür. Təqsirləndirilən şəxslərə qarşı hər hansı fiziki, psixi və sair təzyiq göstərilməmiş, o, sonuncuların üzərinə narkotik vasitə qoymamışdır.

15. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, verilən sullara cavab olaraq əlavə olaraq göstərdi ki, əməliyyat qrupunda üç nəfər olmuş, əməliyyat tədbirləri zamanı əvvəlcə Təqsirləndirilən şəxs1 saxlanılmış, sonuncu saxlanılarkən Təqsirləndirilən şəxs2lə əlaqəsinin olmasını bildirmiş, daha sonra isə Təqsirləndirilən şəxs2 də saxlanılmışdır. O, Təqsirləndirilən şəxs1 telefon yazışmalarına baxış keçirməmiş, sonuncu saxlanıldıqdan sonra birbaşa BMCMİ-yə aparılmış, sonuncunu “Ekologiya” postuna aparmamışlar.

16. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, şahidlər Şahid1 və Şahid3la oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, təqsirləndirilən şəxslərə qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq olmamış, sonuncuların xəsarət alması barədə məlumatı olmamışdır.

17. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2lə birgə “20 Yanvar bazarı”nda 6 il qonşu mağazada işləmiş, Murad isə onların müştərisi olmuş, sonuncunu Zamiq vasitəsilə tanımış, Zamiqlə dostluq münasibətində olmuşdur. O, Zamiqlə birlikdə eyni mağazanı idarə etməyi planlaşdırmış, lakin həmin məsələ uzandığından bir ay işsiz qalmış, bu səbəbdən taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Belə ki, o, Binə bazarında olarkən Muradla əlaqə saxlayaraq sonuncu ilə görüşmüş, bu zaman avtomobili taksi sürücüsü kimi özü idarə etmiş, Muradla birgə avtomobildə olarkən yol patrul xidməti əməkdaşları onları saxlayıb Ekologiya postuna aparmış, orada üzərilərinə, habelə avtomobilə baxış keçirilən zaman onun üzərindən, eləcə də avtomobildən hər hansı predmet aşkar olunmamış, Muradın üzərinə isə ayrı otaqda baxış keçirildiyindən sonuncunun üzərindən hər hansı predmetin aşkar olunması barədə məlumatı olmamışdır. Onlar avtomobildə saxlanılarkən avtomobili Murad idarə etmişdir. Bundan sonra BMCMİ-nin əməkdaşları gəlib onları ayrıayrı avtomobillərdə “Ekologiya” postundan İdarəyə aparmış, bu zaman ona qarşı hər hansı təzyiq olmamış, sonradan buraxılmışdır. Hadisə vaxtı istifadəsində olmuş mobil telefon nömrəsi ***-***-**-** olmuş, lakin hazırda həmin telefon nömrəsi işlək vəziyyətdə deyildir. O, Təqsirləndirilən şəxs2 necə tutulmasını bilməmişdir. Çəkilişdən əvvəl və ya çəkiliş zamanı Murada, eləcə də ona qarşı hər hansı təzyiq və ya qanunsuz hərəkət olmamışdır.

18. Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi şahid qismində ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmişdir. Şahid4 həmin ifadədə göstərmişdir ki, 27 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 5 ünvanın yaxınlığında idarə etdiyi “Renault Megane” markalı **-EP-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman onlara üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edərək BMCMİnin əməkdaşları olduqlarını bildirib Muraddan anket məlumatlarını soruşmuş, Murad da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Murad bu zaman üzərində narkotik maddə “nəşə” olmasını demiş, lakin onun (Fuadın) bundan xəbəri olmamışdır. Bundan sonra polis əməkdaşları onları Muradın idarə etdiyi avtomobillə birlikdə BMCMİ-yə dəvət etmiş, onlar da etiraz etməyib avtomobillə birlikdə polis əməkdaşları ilə birgə həmin polis idarəsinə gəlmişlər. Daha sonra polis idarəsində Murad hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, Murada hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Muradın və onun üzərinə axtarış keçirilmiş, əvvəlcə Murad əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd kibrit qutusunu, özünə məxsus olan şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini, 20 manat pul əskinasını, bir ədəd qara rəngli avtomobil açarını, eləcə də həmin cins şalvarının sol yan cibindən iki ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanılmış, iki ədəd mobil telefonlarının qara və boz rəngli “Samsung” markalı mobil telefonlar olması müəyyən edilmiş, qara rəngli “Samsung” markalı mobil telefonun özünə məxsus olduğunu, onun üzərində ***-***-**-** saylı mobil nömrəsinin olmasını, boz rəngli “Samsung” markalı mobil telefonun isə ailə üzvlərinə məxsus olduğunu, onun üzərində isə ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Üzərindən aşkar edilən bir ədəd avtomobil açarının hazırda idarə etdiyi “Renault Megane” markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobilə aid olmasını, 20 manat pulunun da özünə aid olmasını, həmin məbləği hər hansı bir qanunsuz yolla əldə etmədiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi iki ədəd kibrit qutusunun içində narkotik maddə olaraq tanıdığı “nəşə” olduğunu bildirmişdir. Təqdim etdiyi iki ədəd kibrit qutusu iştirakçıların şahidliyi ilə açıldıqda kibrit qutularının içərisində yaşıl rəngli, ot formalı, maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Murad üzərindən aşkar edilmiş iki ədəd kibrit qutusunda olan kütləni təxminən 10 gün əvvəl İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Baba” adlı şəxsdən əldə etməsini, həmin şəxsi sosial şəbəkədən tanıdığını, özünün də narkotik maddə olaraq tanıdığı “nəşə” adlı maddədən istifadə etməsini, “Baba” adlı şəxsin də ona “nəşə” adlı maddədən verməsini, təxminən 10 gün əvvəl həmin “Baba” adlı şəxsin ona “nəşə” adlı narkotik maddə göndərməsini, bu maddəni Kürdəmir rayonu yaxınlığında yol kənarından götürməsini, “nəşə” adlı həmin narkotik maddənin sellofan bağlamada olmasını, həmin kütlənin çəkisinin 13 kiloqram 400 qram olmasını, “Baba” adlı həmin şəxsin həmin kütləni başqa bir ünvana yerləşdirməsini ondan xahiş etdiyini, qarşılığında isə “Baba”nın ona həmin kütlədən şəxsi istifadəsi üçün götürə bilməsinə icazə verdiyini, bundan sonra Bakı şəhəri istiqamətində hərəkət etməsini, yol ərzində “Baba” adlı şəxsin ondakı 13 kiloqram 400 qram çəkidə olan “nəşə” adlı narkotik maddənin 3 kiloqram 400 qramını yol kənarına qoymasını dediyini, onun da buna əməl etdiyini, daha sonra qalıq 10 kiloqram “nəşə” adlı maddəni idarə etdiyi “Renault Megan” markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobildə saxlamasını, gələcək günlərdə bu 10 kiloqram narkotik maddəni də başqa ünvana yerləşdirməli olmasını, lakin daha sonra həmin “Baba” adlı şəxslə əlaqəsinin kəsilməsini, narkotik maddənin isə hələ də avtomobilində qalmasını, bundan sonra tanışı “Zamiq” adlı şəxsə bu barədə danışmasını, Zamiqin isə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Baba” adlı şəxsə məxsus olan narkotik maddələri Bakı şəhərində daşınmasında və yerləşdirilməsində ona kömək edə biləcəyini dediyini, bundan sonra Zamiqlə Atyalı qəsəbəsində görüşdüyünü, orada avtomobilində olan 10 kiloqram çəkidəki narkotik maddə “nəşə”ni Zamiqə verməsini, verdiyi “nəşə” adlı maddədən müəyyən kütləni ayıraraq iki kibrit qutusu halında üzərində saxladığını, lakin Zamiqin həmin maddələri daha sonra harada gizlətməsini bilmədiyini, Zamiqin özünün narkotik maddələrdən istifadə etmədiyini, lakin onun həmin maddələri sataraq əldə etdiyi gəlirdən ona da pul verəcəyini dediyini, bundan sonra “Baba” adlı şəxslə əlaqəsinin bərpa olunmasını, “Baba”nın hələ ki narkotik maddələri özündə saxlamağını istədiyini, satılmasına hələ ki, ehtiyacın olmamasını dediyini, lakin qısa müddət sonra “Baba”nın ondan borc qismində pul istəməsini, buna görə də onun “Baba” adlı şəxsə 10.000 manat pulu onlayn qaydada göndərməyini, lakin həmin pulun narkotik maddələrin satışından əldə olunan gəlir olmadığını bildirdi. Bundan sonra Muradın üzərindən aşkar olunmuş 2 ədəd kibrit qutusunda olan “nəşə” adlandırdığı maddələr polis əməkdaşı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun üzərinə baxış keçirilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynindəki qara rəngli qış gödəkçəsinin sol iç yan cibində olan bir ədəd “Xiaomi” markalı mobil telefonu, əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən isə 30 manat pulunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Muradın tanışı olsa da, narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Muradın üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından məlumatının olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş 30 manat pul, bir ədəd “Xiaomi” markalı mobil telefon özünə geri qaytarılmışdır. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgünlüyü imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən tutularkən, eləcə də idarədə olarkən ona, habelə Murada qarşı hər hansı təsir və ya təzyiq olmamışdır.

19. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir.

Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

20. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması və daşımaları faktına görə BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X6 tərəfindən həmin tarixdə, saat 16:00-da fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1-2;).

21. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 27 yanvar 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən Murad və Zamiq adlı şəxslərin qabaqcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında onların şəxsiyyətləri dəqiqləşdirilərək müvafiq olaraq Zamiq və Murad adlı şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olması müəyyən edilmiş, onların ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BMCMİnin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və polis leytenantı Şahid2 Teman oğlundan ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs1 oğlu 27 yanvar 2023-cü il tarixdə, saat 16:30-da ünvan 8 ünvanın yaxınlığında “Renault Megane” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş, qeyd edilən avtomobildə sərnişin olan Təqsirləndirilən şəxs1 tanışı Şahid4 BMCMİ-yə dəvət olunmuş, həmin avtomobil isə duracağa yerləşdirilmişdir. Təqsirləndirilən şəxs2 isə 27 yanvar 2023-cü il tarixdə, saat 20:15-də Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 1 ünvanının qarşısında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmişdir (Cild 1, i.v. 6-11, 30-31).

22. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 5(006)- 67/2023 saylı qərarından görünür ki, BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin Baş İdarənin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 27 yanvar 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuna uyğun hesab edilmişdir (Cild 1, i.v. 198;).

23. “Şübhəli şəxsin tutulması haqqında” 27 yanvar 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X10 iştirakı ilə BMCMİ İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X14 tərəfindən həmin tarixdə, saat 17:41-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Qərar və protokola əsasən Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 27 yanvar 2023-cü il tarixdə, saat 16:30-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 20-21;).

24. “Şübhəli şəxsin tutulması haqqında” 27 yanvar 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 25 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə BMCMİ İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X14 tərəfindən həmin tarixdə, saat 21:12-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Qərar və protokola əsasən Təqsirləndirilən şəxs2 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 27 yanvar 2023-cü il tarixdə, saat 20:15-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 40-41;).

25. “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X10 iştirakı ilə Təqsirləndirilən şəxs1 elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 18:22-dən saat 18:50-dək BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X14 tərəfindən BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və polis leytenantı Şahid2, habelə Şahid4 iştirakı ilə süni və təbii işıqlandırma şəraitində “Sony” markalı videokameradan istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 2(iki) ədəd kibrit qutusunu, özünə məxsus olan şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsini, 20 manat pul əskinasını, 1(bir) ədəd qara rəngli avtomobil açarını, eləcə də həmin cins şalvarının sol yan cibindən 2(iki) ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. Təqdim edilən 2(iki) ədəd mobil telefonların qara və boz rəngli “Samsung” markalı mobil telefonlar olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 qara rəngli “Samsung” markalı mobil telefonun özünə məxsus olmasını, onun üzərində ***-***-**-** saylı mobil nömrəsinin olmasını, boz rəngli “Samsung" markalı mobil telefonun isə ailə üzvlərinə məxsus olmasını, onun üzərində isə ***-***-**-** saylı mobil nömrənin olmasını bildirdi. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən 1(bir) ədəd avtomobil açarının hazırda idarə etdiyi “Renault Megane” markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobilə aid olmasını, 20 manat pulunun da ona aid olmasını, həmin məbləği hər hansı qanunsuz yolla əldə etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 2(iki) ədəd kibrit qutusunun içində narkotik maddə olaraq tanıdığı “nəşə” olduğunu bildirdi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 2(iki) ədəd kibrit qutusu iştirakçıların şahidliyi ilə açıldıqda kibrit qutularının içərisində yaşıl rəngli, ot formalı, narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr olması müşahidə edildi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2(iki) ədəd kibrit qutusunda olan kütləni təxminən 10 gün əvvəl İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Baba” adlı şəxsdən əldə etməsini, həmin şəxsi sosial şəbəkədən tanımasını, özünün də narkotik maddə olaraq tanıdığı “nəşə” adlı maddədən istifadə etməsini, “Baba” adlı şəxsin də ona “nəşə” adlı maddədən verməsini, təxminən 10 gün əvvəl həmin "Baba” adlı şəxsin ona “nəşə” adlı narkotik maddə göndərməsini, onun bu maddəni Kürdəmir rayonu yaxınlığında yol kənarından götürməsini, “nəşə” adlı həmin narkotik maddənin sellofan bağlamada olmasını, həmin kütlənin çəkisinin 13 kiloqram 400 qram olmasını, “Baba” adlı həmin şəxsin kütləni başqa bir ünvana yerləşdirməsini ondan xahiş etdiyini, qarşılığında isə “Baba"nın ona həmin kütlədən şəxsi istifadəsi üçün götürə bilməsinə icazə verdiyini, bundan sonra Bakı şəhəri istiqamətində hərəkət etməsini, yol ərzində “Baba” adlı şəxsin ondakı 13 kiloqram 400 qram çəkidə olan “nəşə” adlı narkotik maddənin 3 kiloqram 400 qramını yol kənarına qoymasını dediyini, onun da buna əməl etdiyini, daha sonra qalıq 10 kiloqram “nəşə” adlı maddəni idarə etdiyi “Renault Megan” markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobildə saxlamasını, gələcək günlərdə bu 10 kiloqram narkotik maddəni də başqa ünvana yerləşdirməli olmasını, lakin daha sonra həmin “Baba” adlı şəxslə əlaqəsinin kəsilməsini, narkotik maddənin isə hələ də onun avtomobilində qalmasını, bundan sonra tanışı “Zamiq” adlı şəxsə bu barədə danışmasını, Zamiqin isə İran islam Respublikası vətəndaşı kimi tanıdıqları “Baba” adlı şəxsə məxsus olan narkotik maddələri Bakı şəhərinə daşınmasında və yerləşdirilməsində ona kömək edə biləcəyini dediyini, bundan sonra Zamiqlə Atyalı qəsəbəsində görüşdüklərini, burada avtomobilində olan 10 kiloqram çəkidəki narkotik maddə “nəşə”ni verməsini, verdiyi “nəşə” adlı maddədən müəyyən kütləni ayıraraq 2(iki) ədəd kibrit qutusu halında üzərində saxladığını, lakin Zamiqin bu maddələri daha sonra harada gizlətməsini bilmədiyini, Zamiqin özünün narkotik maddələrdən istifadə etmədiyini, lakin onun bu maddələri sataraq əldə etdiyi gəlirdən ona da pul verəcəyini, bundan sonra “Baba" adlı şəxslə əlaqəsinin bərpa olunmasını, “Baba”nın hələ ki narkotik maddələri özlərində saxlamasını istədiyini, satılmasına hələ ki, ehtiyacın olmamasını dediyini, lakin qısa müddət sonra “Baba”nın ondan borc qismində pul istəməsini, buna görə də, onun “Baba” adlı şəxsə 10.000 manat pulu onlayn qaydada göndərməsini, lakin həmin pulun narkotik maddələrin satışından əldə olunan gəlir olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş iki ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2(iki) ədəd “Samsung” markalı mobil telefonlar, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonuncuya məxsus 20 manat pul əskinası və 1(bir) ədəd avtomobil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən sonuncuya geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən Şahid4 üzərinə baxış keçirilmiş, sonuncuya paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid4 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibində olan 1(bir) ədəd “Xiaomi” markalı mobil telefonu, əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən isə 30 manat pulunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid4 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Şahid4 onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs1 onun tanışı olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından onun məlumatının olmadığını bildirdi. Baxış zamanı aşkar edilmiş 30 manat pul, 1(bir) ədəd “Xiaomi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etmədiyindən Şahid4 özünə qaytarılmışdır. Şəxsi axtarış, baxış və götürmə axşam vaxtı aparılmışdır. Protokolda “Sony” markalı videokameradan istifadə edilməklə videoyazı aparılması qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 22:30-dən saat 22:57-dək protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, sonuncular tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1 i.v. 28; 51-55;).

26. “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs1 elan edilmiş müvafiq qərar əsasında 27 yanvar 2023-cü il tarixdə, saat 19:03-dən 19:12-dək müdafiəçi X10, BMCMİ-nin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1, BMCMİ-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və polis leytenantı Şahid2 iştirakı ilə BMCMİ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X14 tərəfindən Təqsirləndirilən şəxs1 idarəsində olmuş **-EP-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtomobilə baxış keçirilmişdir. Protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs1 avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri vermələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Renault Megane” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və predmetləri gizlədib saxlamadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 özünün icazəsi və iştirakı ilə onun idarə etdiyi “Renault Megane” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı şübhəli əşya və ya predmet aşkar edilməmişdir (Cild 1 i.v. 56-59).

27. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 27 yanvar 2023-cü il tarixdə qəbul edilməklə müdafiəçi X7 iştirakı ilə Təqsirləndirilən şəxs2 elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 21:53-dən 22:55-dək BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X14 tərəfindən BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və polis leytenantı Şahid2 iştirakı ilə “Sony” markalı videokameradan istifadə edilməklə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qış gödəkçəsinin sol yan cibindən 1(bir) ədəd qara rəngli “Nokia” markalı mobil telefonu, həmin qış gödəkçəsinin sağ yan cibindən isə 30 manat pul əskinasını və 1(bir) ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. Təqdim edilən 1(bir) ədəd mobil telefonun qara rəngli “Nokia” markalı mobil telefon olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 qara rəngli “Nokia” markalı mobil telefonun özünə məxsus olmasını, onun üzərində ***-***-**-** saylı mobil nömrəsinin olmasını, 30 manat pulunun da ona aid olmasını, həmin məbləği hər hansı qanunsuz yolla əldə etmədiyini və təqdim etdiyi 1(bir) ədəd kibrit qutusunun içində narkotik maddə olaraq tanıdığı “nəşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1(bir) ədəd kibrit qutusu iştirakçıların şahidliyi ilə açıldıqda kibrit qutusunun içərisində yaşıl rəngli, ot formalı, narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1(bir) ədəd kibrit qutusunda olan kütləni təxminən 3-4 gün əvvəl tanışı olan “Murad” adlı şəxsdən əldə etdiyini, Muradın da həmin maddələri İran İslam Respublikasının vətəndaşı olaraq tanıdığı “Baba” adlı şəxsdən əldə etməsini, Muradın əldə etdiyi həmin narkotik maddələri Abşeron rayonu, Atyalı qəsəbəsində yol kənarına qoymasını, onun da bundan sonra həmin yerdən qeyd olunan maddələri götürməsini, Muradın qeyd olunan narkotik maddənin onda qalmasını xahiş etdiyini, bunun qarşılığında Muradın ondan 6.000 manat borc pul istədiyini, buna görə Murada 6.000 manat borc pul verməsini, həmin pulu narkotik maddəni satmaq üçün vermədiyini, sadəcə olaraq borc kimi verməsini, daha sonra Muraddan eldə etdiyi həmin narkotik maddələr olan sellofan bağlamanı bir ədəd boz paketdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ərazilərin birində taxta predmetin altında gizlətməsini, Muradın buna görə ona 500 manat da pul göndərməli olmasını dediyini, daha sonra gizlətdiyi içərisində “nəşə" kimi tanıdığı narkotik maddələr olan sellofan bağlamadan 1(bir) ədəd kibrit qutusuna eyni maddələri qoyaraq üzərində daşımağa başlamasını, özünün narkotik maddələrdən istifadə etmədiyini, lakin kiminsə ehtiyacı olarsa həmin şəxsə həmin maddəni pay qismində əvəzsiz vermək üçün üzərində bu maddəni daşımasını, bir neçə gün sonra həmin narkotik maddəni gizlətdiyi yerə yaxınlaşdığını, lakin həmin maddə olan sellofan bağlamanı orada tapmadığını, bu barədə Muraddan soruşan zaman sonuncunun ola bilsin ki, başqa şəxsin həmin maddələri gəlib oradan götürməsini dediyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üstündən aşkar olunmuş 1(bir) ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhtiqatçı tərəfindən 1(bir) ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1(bir) ədəd “Nokia” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Zamiqə məxsus 30 manat pul əskinası iş üzrə əhəmiyyət kəsb etmədiyindən sonuncuya geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti axşam vaxtı, süni işıqlandırma şəraitində aparılmışdır. Protokolda “Sony” markalı videokameradan istifadə edilməklə videoyazı aparılması qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 23:51-dən saat 00:14-dək protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 60-63;).

28. “Baxış və götürmə aparılması” haqqında 28 yanvar 2023-cü il protokoldan görünür ki, həmin tarixdə, saat 10:06-dan saat 10:24-dək Təqsirləndirilən şəxs2 narkotik maddələri saxladığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ünvanda narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan qeyd edilən ünvana baxış keçirilməsi zərurəti yaranmış, baxış zamanı həmin ünvanın Qobu qəsəbəsi deyil, ünvan 10ısında yerləşən ərazi olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 boş ərazidə yerləşən taxta və kərpic əşyaların yerləşdiyi sahəni göstərdikdən sonra o həmin sahəyə yaxınlaşaraq orada olan taxta əşyanı qaldırmış, altında olan boz rəngli sintetik kisəni çıxarmaqla yerə qoyaraq təqdim etmişdir. Həmin kisənin içərisinə baxış keçirilərkən oradan 1(bir) ədəd sellofan bağlama aşkar edilmiş, həmin sellofan bağlamaya təhqiqatçı tərəfindən baxış keçirilmiş, baxış zaman bağlamanın içərisindən yaşıl rəngli, ot formalı, xüsusi spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr olması aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin kisəni bir neçə gün əvvəl axşam vaxtı olduğundan orada tapa bilmədiyini, həmin kisədə olan 1(bir) ədəd sellofan bağlamanın içərisində narkotik maddə olaraq bildiyi “nəşə” olmasını, həmin maddəni də qeyd etdiyi kimi “Murad” adlı tanışından Atyalı qəsəbəsində yol kənarından əldə etdiyini, 27 yanvar 2023-cü il tarixdə üstünə keçirilən şəxsi axtarış zamanı ondan aşkar edilmiş 1(bir) ədəd kibrit qutusunun içərisində olan “nəşə” kimi tanıdığı narkotik maddəni də qeyd olunan bağlamanın içərisindən götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 məxsus 1(bir) ədəd sintetik kisədə olan 1(bir) ədəd sellofan bağlamada içərisində yaşıl rəngli, xususi spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə həmin sintetik kisə ilə birlikdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış və götürmə gündüz vaxtı, təbii işıqlandırma şəraitində aparılmışdır. Protokolda “Sony” markalı videokameradan istifadə edilməklə videoyazı aparılması qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 11:30-dan saat 11:47-dək protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, sonuncular tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 64-68;).

29. “Məhkəmə-bioloji” ekspertizasının 28 yanvar 2023-cü il tarixli 7/125 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 aşkar olunmuş maddə...” yazısı və imzalar olan zərfdə 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,460 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 aşkar olunmuş maddələr...” yazı və imzalar olan zərfdə 2(iki) ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,615 qram və 3,260 qram olmaqla, ümumi çəkisi 6,875 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 göstərdiyi ünvandan aşkar olunan maddələr...” yazılan boz rəngli sintetik torbada 1(bir) ədəd sellofan bağlamada təmiz çəkisi 1040 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 üstündən, Təqsirləndirilən şəxs2 üstündən və Təqsirləndirilən şəxs2 göstədiyi ünvandan aşkar olunan marixuanalar tərkiblərinə görə eynidir. 1№-li obyektin təmiz çəkisi - 6,46 qram, tədqiqata sərf edilən miqdar – 0,05 qram, qalıq – 6,41 qram. 2-3№-li obyektin ümumi çəkisi 6,875 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 6,775 qramdır. 4№-li obyektin ümumi çəkisi 1040,0 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1039,95 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyərinin 88 (səksən səkkiz) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 95-99;).

30. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 29 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi X10 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 121-122;).

31. “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” 29 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 X7 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 134-135;).

32. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2023-cü il tarixli, 4(005)- 134/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 25 may 2023-cü il tarixli, 4(005)-778/2023 saylı və 25 avqust 2023-cü il tarixli, 4(005)-1269/2023 saylı qərarları ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 27 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Həmin qərarların təsviri-əsaslandırıcı hissələrindən görünür ki, Təqsirləndirilən şəxs2 və müdafiəçisi, o cümlədən 25 may 2023-cü il tarixli və 25 avqust 2023-cü il tarixli məhkəmə iclaslarında sonradan məhkəmə icraatı zamanı da onun hüquqlarını müqavilə əsasında müdafiə etmiş müdafiəçisinin iştirak etməsinə baxmayaraq, birincinin hər hansı fiziki və ya psixi təsir, habelə pis rəftara məruz qalması ilə bağlı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə hər hansı məlumat verməmişlər (Cild 1, i.v.170-175; 242-246 Cild 2, 111- 115;).

33. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2023-cü il tarixli, 4(005)- 135/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 25 may 2023-cü il tarixli, 4(005)-779/2023 saylı, 25 iyul 2023-cü il tarixli, 4(005)-1113/2023 saylı və 25 avqust 2023-cü il tarixli, 4(005)-1268/2023 saylı qərarları ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 27 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. 29 yanvar 2023-cü il tarixli, 4(005)-135/2023 və 25 may 2023-cü il tarixli, 4(005)-779/2023 saylı qərarların təsviri-əsaslandırıcı hissələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və müdafiəçisi birincinin hər hansı fiziki və ya psixi təsir, habelə pis rəftara məruz qalması ilə bağlı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə hər hansı məlumat verməmişlər. 25 avqust 2023-cü il tarixli, 4(005)- 1268/2023 saylı qərarın təsviri əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ona qarşı təzyiq olunduğunu qeyd etmişdir (Cild 1, i.v.176- 181; 237-241; Cild 2, 7-11; 105-110;).

34. “Maddi sübut hesab edilməsi haqqında” 30 yanvar 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 6,41 qram, 6,775 qram və 1039,95 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 1, i.v. 184-185;186;).

35. BMCMİ-nin rəis müavini, polis polkovniki Fariz Vəliyevin 13 fevral 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları və onlardan aşkar edilən narkotik vasitəni də satış məqsədi ilə əldə edib daşımaqla saxlamaları aşkar edilmiş, lakin onların qanunsuz olaraq əldə etdikləri narkotik vasitəni, nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etmələri, narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (Cild 1, i.v. 193;).

36. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X21 baş direktorunun 11 mart 2023-cü il tarixli məktublarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arxiv məlumatlarına görə qeyd edilən xəstəxanada müalicədə olmamışlar (Cild 1, i.v.217-218;).

37. Azərbaycan Respublikası Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmaqla onun ailə tərkibi anası 18 iyun 1950-ci il təvəllüdlü X15, arvadı 24 yanvar 1999-cu il təvəllüdlü X8 və övladı 19 dekabr 2019-cu il təvəllüdlü X4 ibarətdir (Cild 1, i.v. 219-222;).

38. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 10 aprel 2023-cü il tarixli cavablarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış şəxslərdir (Cild 1, i.v. 223-224;).

39. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 29 iyul 2023-cü il tarixli, 4825 və 4827 nömrəli ekspert rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müayinə zamanı kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür (Cild 2, i.v. 26-29).

40. “"xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında” 1 avqust 2023-cü il tarixli protokollardan görünür ki, "xxxx" MMC-dən məhkəmə qərarı ilə əldə edilərək ibtidai araşdırma orqanına daxil olmuş, özündə telefon danışıqları və digər məlumatları əks etdirən iki ədəd CD diskə baxış keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (Cild 2, i.v.31-36;).

41. “Sübutların qiymətləndirilməsi haqqında” 1 avqust 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə 27 yanvar 2023-cü il tarixli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış, Abşeron rayonu, Atyalı qəsəbəsi, M.Gəncəvi küçəsi 75 ünvanında baxış keçirilməsinin videogörüntülərinin əks edildiyi 3 (üç) ədəd CD diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 6,41 qram, 6,775 qram və 1039,95 qram narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınmaqla saxlanılması üçün BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitənin mənbəsi ilə bağlı ********* nömrəli cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs2 götürülmüş 1 (bir) ədəd “Nokia” markalı mobil telefonun, Təqsirləndirilən şəxs1 götürülmüş 2 (iki) ədəd “Samsung” markalı mobil telefonların təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılması qərara alınmışdır (Cild 2, i.v. 37-53;).

42. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 1 avqust 2023-cü il tarixli və 2 avqust 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (Cild 2, i.v. 54-56; 72-74;).

43. “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 5 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilmiş külli miqdarda narkotik vasitələrin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmaqla istintaqı davam etdirilir (Cild 2, i.v. 90-91;).

44. “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işi materialları ilə tanış etmə haqqında” 5 sentyabr 2023-cü il tarixli protokollardan görünür ki, hər iki təqsirləndirilən şəxs müdafiəçilərinin iştirakı ilə iş materialları ilə tanış olduqdan sonra əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmiş, ibtidai istintaq orqanı tərəfindən həmin hal vəsatət kimi qiymətləndirilməklə təmin edilməməsi barədə qərar qəbul edilmişdir (Cild 2,120-128;)

45. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq T.S.Arazlı tərəfindən 7 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, 9 sentyabr 2023-cü il tarixdə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.131- 145;).

46. Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, hazırkı cinayət işi məhkəmə baxışına təyin edilməklə təqsirləndirilən şəxslər Z.Q.Qafarov və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilmişlər (Cild 3;).

47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 810/2023 və 811/2023 saylı tibb kitabçalarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 30 yanvar 2023-cü il tarixdə həmin istintaq təcridxanasına daxil olmuş və təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adlarına tibbi kitabça açılmışdır. Həmin kitabçaların 12-ci bəndində Təqsirləndirilən şəxs1 zədə aldığını, Z.Q.Qafarov isə zədə almadığını bildirmişdir. Həmin kitabçaların 13-cü bəndində Təqsirləndirilən şəxs1 dəri səthinin müayinəsi zamanı qarnın sol səthində 3-5 sm ölçüdə yaşımtıl qançır aşkar olunması, Z.Q.Qafarovun dəri səthinin müayinəsi zamanı isə hər hansı yeni zədənin aşkar olunmaması qeyd edilmişdir (Cild 3;).

48. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X11 tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 BMCMİnin əməkdaşları qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın-təsviri əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə-tibbi ekspertizasının 10 yanvar 2024-cü il tarixli 11-M saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində hər hansı xəsarət aşkar edilməmiş, Təqsirləndirilən şəxs1 tibbi kartasında qeyd olunan xəsarətin qarnın sol səthinin qançırı küt əşyanın təsirindən törənmiş, müxtəlif şəraitlərdə, o cümlədən şəxsin özü boyu hündürlüyündən qaçarkən yıxılması nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir (Cild 3;).

49. Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs1 və Şahid4 istifadələrində olmuş mobil telefon nömrələrinin anten məlumatları müvafiq mobil operatorlardan götürülərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi sonuncu dəfə 26 yanvar 2023-cü il tarixdə, saat 11:40-da Abşeron rayonu, Atyalı qəsəbəsi, Süleyman Rəhimov küçəsi anten dairəsində olmuş, həmin vaxtdan sonra isə mobil telefon nömrəsi ilə danışıq və smsmesaj olmadığından anten dairəsi mobil operator tərəfindən göstərilməmişdir (Cild 3;)

Əməlin tövsifi və digər hüquqi məsələlər:

50. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

52. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

53. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

54. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.

55. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

56. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin a) yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir.

57. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində əldə edərək üzərilərində, o cümlədən gizlətdikləri ünvanda saxladıqları ümumilikdə 1053,285 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının şəxsi istehlak miqdarından təxminən 210,657 dəfə, külli miqdarından isə təxminən 2,1 dəfədən artıq olması və iş materiallarında olan digər sübutlar onların məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

58. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanunun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

59. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

60. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

61. Məhkəmə, Təqsirləndirilən şəxs2 ittihamda göstərilən miqdarda narkotik vasitələrin ona məxsus olmaması, saxlanılarkən üzərində aşkar olunmuş bir kibrit qutusunda olan narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün əldə etməsi, Təqsirləndirilən şəxs1lə birgə “Atyalı” adlanan ərazidə 1 kiloqram deyil, yalnız 200-300 qram çəkidə narkotik vasitə marixuana əldə edərək həmin narkotik vasitə marixuanın bir qismini üzərilərində saxlamaqla digər qismini isə bir ay müddətində hissə-hissə şəxsi istifadələri məqsədilə orada gizlədərək saxlamaları, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən psixi və fiziki zorakılığa məruz qalmaqla işgəncələr görməsi səbəbindən etirafedici ifadələr verməsi, habelə Şahid1 tərəfindən 1 kiloqram narkotik vasitəni boynuna götürəcəyi təqdirdə azad olunanacağına dair aldadılması ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlər işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun və dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

62. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmaması, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalmaqla təhqir olunması, həmin vaxt verdiyi ifadələrini təzyiq altında verməsi, ittihamda göstərildiyi yerdə və şəraitdə deyil, başqa yerdə və şəraitdə saxlanılması, Təqsirləndirilən şəxs2lə birgə əldə etdikləri narkotik vasitələri şəxsi istifadə məqsədilə əldə etməklə 1 (bir) ay müddətinə istifadə etməyi planlaşdırmaları, həmin narkotik vasitənin ödənişini narkotik vasitəni istifadə edib bitirdikdən sonra ödəyəcəkləri, polis əməkdaşı Şahid1 özünü ona “Murad” kimi təqdim etməsi, habelə sonuncu tərəfindən ona verilən narkotik vasitəni boynuna götürəcəyi təqdirdə buraxılmasına dair aldadılması ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlər işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun və dostu Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

63. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

64. Halbuki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılarkən və bundan sonra hər hansı xəsarətlərinin olması və ya onlara qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı da hüquqlarını müdafiə etmiş müdafiəçisinin iştirakı ilə məhkəməyədək icraat zamanı dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişdir. Təqsirləndirilən şəxs1 isə yalnız məhkəməyədək icraatın yekununda barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxılarkən ona təzyiq olunduğunu bildirmişdir. Hökmün 25-28, 32-33, 47 və 48-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalmaları öz təsdiqini tapmamışdır.

65. Eyni zamanda, məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsinə tənqidi yanaşaraq sonuncunun Təqsirləndirilən şəxs1lə yaxın dostluq münasibətində olmaqla Təqsirləndirilən şəxs1 tutulma yeri və şəraiti bağlı verdiyi ifadəsini, habelə guya sonuncu ilə birlikdə polis əməkdaşlarının onları BMCMİ-yə aparmamışdan əvvəl “Ekologiya postuna” aparmaları və sair hallara dair ifadəsini işin faktiki halları ilə tam inkar edildiyindən rədd edir. Məhkəmə kollegiyası Fuad Qaracaeyvin həmin ifadəsi ilə əslində həqiqətdə olmayan halları qeyd etməklə dostu Təqsirləndirilən şəxs1 ağır cinayət əməlinə görə məsuliyyətdən azad olunmasına cəhdi kimi qiymətləndirir.

66. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

67. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

68. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

69. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.

70. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

71. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərində CM-in 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

72. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

73. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

74. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

75. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 32 yaşında olmaqla cavan olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamalarını, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

76. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

77. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

78. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

79. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməllər ağır cinayətlər kimi təsnif edilmişdir.

80. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

81. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

82. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 27 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2023-cü il tarixli qərarları ilə barələrində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları 27 yanvar 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 25 may 2023 və 25 avqust 2023-cü il tarixli qərarları ilə təqsirləndirilən şəxslərin həbsdə saxlanılma müddəti 27 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.170-181; 237-246; Cild 2, 105-110; Cild 3;).

83. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 27 yanvar 2023-cü il tarixdən hesablanmalıdır.

84. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

85. Məhkəmə hökmün 39-cu bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onlar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

86. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla BMCMİ-də saxlanılan tədqiqatlardan sonra qalıq çəkiləri 6,41 qram, 3,615 qram, 3,260 qram və 1039,95 qram olmaqla, cəmi 1053,135 qram olan narkotik vasitə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış və götürmə, habelə baxış və götürmə istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin, eləcə də müvafiq mobil operatorlardan əldə edilmiş cəmi 6 (altı) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

87. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

88. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

89. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

90. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

91. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

92. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 27 yanvar 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 27 yanvar 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkiləri 6,41 qram, 3,615 qram, 3,260 qram və 1039,95 qram olmaqla, cəmi 1053,135 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin və 6 (altı) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılmasını nəzərə alınsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci müştərək qaydada onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın, habelə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar