Məhkəmə qərarları › İş №1(101)-804/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-804/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-804/2024 01.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, H.Əliyev prospekti, YAT -2, ev 8, mənzil 8-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Mehdi» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Mehdi» adlı şəxs və qeyriləri tərəfindən «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən külli miqdarda 6.005 çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Yasamal rayonu ərazisinə, istintaqla dəqiq müəyyən edilməmiş yerdə yaşıl rəngli sellofan torbada yerləşdirilib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona məlumat verildikdən sonra 15 fevral 2023-cü il tarixdə həmin əraziyə gedib şəxsiyyəti istintaqa məlum olmayan «Mehdi» adlı şəxsin tapşırığına əsasən istintaqa məlum olmayan şəxs tərəfindən həmin yerə qoyulmuş yaşıl rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixunanı götürüb qanunsuz olaraq üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 15 fevral 2023-cü il tarixdə saat 23:15-də ünvan 1 ünvanının yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə 16 fevral 2023-cü il tarixdə, saat 01:04-dən etibarən üzərində şəxsi axtarış aparılan zaman əlində saxladığı yaşıl rəngli sellofan torbadakı bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 6.005 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulanadək fərdi qaydada kondisioner ustası kimi fəaliyyət göstərmişdir. 2011-ci ildən narkotik vasitə marixuanadan istifadə edir, başqa narkotik vasitə istifadə etməmişdir. Atası, anası və qardaşı ilə birlikdə yaşamış, qardaşı da marixuana istifadə etmişdir. Təxminən 2-3 gündən bir marixuana istifadə etmişdir.10 fevral 2023-cü il tarixdə telefon nömrəsinə tanımadığı bir nömrədən zəng gəlmişdir. Zəng edən şəxs ona narkotik vasitə marixuana istifadəçisi olması barədə məlumatının olduğunu bildirərək, şəxsi istifadəsi üçün marixuana təklif etmişdir. Zəng edən şəxs İran vətəndaşı olmuş, İran nömrəsi ilə zəng etmişdir. Ondan ilk dəfə narkotik vasitə almış, adını bilməmişdir. Narkotik vasitəni daha ucuza təklif etdiyi üçün həmin şəxsdən marixuana almağa razı olmuşdur. Sonuncunun təklifini qəbul etmiş və ondan marixuana xahiş etmişdir. Bir müddət sonra ona zəng edərək 15 fevral tarixdə Yasamal rayonu ərazisində bir yerə marixuana qoyacağını bildirmişdir. Qeyd olunan tarixdə sonuncunun dediyi yerə getmişdir. Marixuananın pulunu hələ ödəməmiş, götürdükdən sonra 50-60 manat pul ödəməli olmuşdur. Yolda olarkən ona whatsapp mobil tətbiqində ünvan və şəkil göndərilmişdir. Şəkildə marixuananın yerləşdirildiyi torbanı görməmiş, ona ümumi olaraq məkanın şəkli atılmışdır, orada zibilxana da olmuşdur. Həmin ünvana çatmağa az qalmış tanımadığı 7-8 nəfər yaxınlaşıb onu saxlamışdır. Narkotik vasitəni götürməyə fürsəti olmadan saxlanılmışdır. Daha sonra isə BMCMİ-nə gətirilmişdir. BMCMİ-də torbanın özünə məxsus olmasını etiraf etməsi üçün ona fiziki təzyiq göstərilmiş, başına, sinəsinə yumruqla vurulmuşdur. Hətta ona kəlbətin nümayiş etdirilərək hədə-qorxu da gəlmişlər. Daha sonra onu 72 yaşlı atası ilə təhdid edib həmin torbanın özünə məxsus olduğunu etiraf etməzsə, atasını da cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişlər. BİT-ə qəbul edilərkən müayinə edilmiş, lakin gözlə görünən xəsarəti olmamışdır. O, az miqdarda - 15 qram şəxsi istifadəsi üçün marixuana sifariş etmişdir. Cinayət işində göstərilən torba ona məxsus deyil, həmin narkotik vasitələri sifariş etməmişdir. Ona marixuana təklif edən İran vətəndaşının adı Mehdi olmuşdur. Kontaktında olan "Cavid həkim" də İran vətəndaşıdır. Mehdinin göstərişi ilə heç kimə narkotik vasitə verməmiş və onun dediyi yerlərə narkotik vasitə qoymamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşıdır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri İran İslam Respublikasında yaşayan naməlum şəxsin tapşırığına əsasən qanunsuz əldə edib Bakı və Sumqayıt şəhərlərində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında tərəfindən 15 fevral 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Baş İdarə rəisinin əmri ilə ondan və həmkarları Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlanılmışdır. Həmin gün Təqsirləndirilən şəxs Yasamal rayonu, Əhməd Cəmil küçəsində saat 23:15-də əlində sellofan torba ilə piyada hərəkət edərkən saxlanılmış və Baş İdarəyə aparmışlar. Orada araşdırmanın aparılması Baş İdarənin Təhqiqat bölməsinin təhqiqatçısı Kənan Kərimliyə həvalə edilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs sağ əlində saxladığı üzərində «Bazarstore» yazısı olan yaşıl rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib sellofan torbanı masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd «Samsung» markalı mobil telefon aparatını təqdim etmişdir. Bundan başqa onun üzərindən qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açıldıqda oradan bir ədəd üzəri skoçla sarınmış qara rəngli sellofan bağlama aşkar olunmuş, təhqiqatçı tərəfindən bağlamaya baxış keçirilərkən bağlamadan yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə quudulmuş marixuanaya oxşar quru bitki kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı tutulmazdan bir qədər əvvəl Yasamal rayon ərazisindən «Mehdi» adlı İran İslam Respublikasının vətəndaşının vatsapda verdiyi tapşırığa əsasən götürdüyünü, həmin narkotik vasitəni aparıb başqa yerə qoymalı olduğunu, qoyduğu yerin şəklini çəkib İranlıya göndərməli olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BMCMİnin əməkdaşları Şahid3 və Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. İşin 28-30 və 50-ci vərəqlərindəki «şəxsi axtarış və götürmə aparılması haqqında» 16 fevral 2023-cü il tarixli protokolla və protokola əlavə edilmiş şəxsi axtarış hərəkətlərinin qeydə alındığı bir ədəd DVD-R diskdəki videogörüntüyə keçirilmiş baxışla müəyyən edilmişdir ki, həmin gün saat 01:04-dən etibarən BMCMİ-nin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəkilişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı yaşıl rəngli, üzərində bazarstore yazısı olan sellofan torbadakı üzəri skoçla sarınmış bir ədəd qara rəngli sellofan bağlamada qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuanaya oxşar yaşıl rəngli quru bitki kütləsi aşkar olunaraq götürülmüşdür. İşin 42-45-ci vərəqlərindəki Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 16 fevral 2023-cü il tarixli 7/229 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə» yazılar və imzalar olan yaşlı rəngli sellofan bağlamada bir ədəd polietilen bağlamada təmiz çəkisi 6.005 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 6.004,8 qram təşkil etmişdir. İşin 134-135-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X4 X1 22 iyul 2023-cü il tarixli 4658 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabionidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 56-60-cı vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan «Samsung Galaxy A02S» markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən edilmişdir ki, mobil telefon aparatının abunəçilər bölümündə İran İslam Respublikasının mobil operatoruna məxsus +98 903 *** **** «Mehdi» kimi, +98 903 *** **** nömrə «Cavid hekim» kimi qeyd edilmişdir. «Mehdi» kimi qeydə alınmış istifadəçi xx.xx.2023-cü il tarixdə saat 22:06-da Təqsirləndirilən şəxs cavabsız zəng etmişdir. «WhatsApp» ani mesajlaşma mübadilə sistemində xx.xx.2023-cü il saat 22:32-də «Mehdi» adlı istifadəçi V.X6 küçəsindəki X3 yaxınlığındakı ərazinin kordinatlarını, işarələnmiş iri sellofan torbanın qoyulduğu yerin fotoşəkillərini göndərmiş, saat 10:33-də Təqsirləndirilən şəxs «Mehdi» kimi qeyd edilən istifadəçiyə «vso aydındır qardaş» məzmunlu səsli mesaj göndərmiş, saat 23:14-də Cənubi Azərbaycan ləhcəsi ilə danışan «Mehdi» adlı istifadəçi Təqsirləndirilən şəxs «qadanalım noldu brat» məzmunlu, saat 23:17-də «Vüqar nə xəbər başına donüm» məzumlu səsli mesaj, saat 23:19-da «bir cavab de də mənə» məzmunlu, səsli mesajlar göndərmişdir. İşin 88-90-cı vərəqlərindəki maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, iş üzrə götürülmüş məhkəmə-bioloji ekspertizasından sonra qablaşdırılmış qalıq çəkisi 6004,8 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Azərbaycan Respublikasının DİN-nin BMCMİ-nə təhvil verilmişdir. İşin 136-144-cü vərəqlərindəki Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, bir ədəd «Samsung Galaxy A02S» markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 120-121-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Həsənov X2 Rayon Məhkəməsinin 5 may 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin 16-cı vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə saat 23:15-də BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. İşin 83-87-ci vərəqlərindəki Nərimanov Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq edilmiş etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır və cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən hazırki cəza ilə Sabunçu rayon məhkəməsinin 5 may 2023-cü il tarixli hökmü ilə onun üzərində saxlanılmış 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 15 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Azərbaycan Respublikası DİN BMCMİ-də saxlanılan iş üzrə götürülmüş məhkəmə-bioloji ekspertizasından sonra qablaşdırılmış qalıq çəkisi 6004,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd «Samsung Galaxy A02S» markalı mobil telefon aparatı onun qohumlarına qaytarılmalı, onun üzərində şəxsi axtarış aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk isə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.5-ci maddəsinə əsasən hazırki cəzaya Sabunçu rayon məhkəməsinin 5 may 2023-cü il tarixli hökmü ilə onun üzərində saxlanılmış 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının DİN-in BMCMİ-də saxlanılan iş üzrə götürülmüş məhkəmə-bioloji ekspertizasından sonra qablaşdırılmış qalıq çəkisi 6004,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd «Samsung Galaxy A02S» markalı mobil telefon aparatı onun qohumlarına qaytarılsın. Onun üzərində şəxsi axtarış aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar