Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-804/2025 28.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X6 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Qazax rayonunun Kosalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Qazax rayonu, Kosalar kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanda yaşamış, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 177.2.3-2ci, 177.2.4-cü və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə, başqa saxlanc yerinə, dövlət və ictimai əhəmiyyətli elektrik xətlərinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 iyun 2023-cü tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası 8-ci döngədə yerləşən fərdi yaşayış evinin pəncərəsini kənar şəxslərin onu görmədiyi şəraitdə əli ilə fiziki güc tətbiq edib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağındakı dolabdan sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 650 manat dəyərində qızıl üzüyü gizli olaraq talayaraq hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,814 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis İdarəinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 avqust 2023-cü il tarixdə saat 23:30-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Bakı şəhəri Suraxanı rayon Polis İdarəinin 32-ci Polis Bölməsinə aparılmış və orada videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 4,814 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 sentyabr 2023-cü tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin giriş qapısının açıq olmasından istifadə edərək kənar şəxslərin onu görmədiyi şəraitdə giriş qapısından oraya qanunsuz daxil olub yataq otağından, sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 50 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 700 manat dəyərində “Realme C35” markalı mobil telefonu və 200 manat dəyərində 01 ədəd kişi qol saatını gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs2 ümumilikdə 950 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2023-cü ilin sentyabr ayının sonlarında saat 24 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 7 ünvanında yerləşən yaşayış evinin giriş qapısının qıfılını istintaqla müəyyən edilməyən alətlə sındırdıqdan sonra oraya qanunsuz daxil olub evin otaqlarından sonuncuya məxsus, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər birinin dəyəri 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində 02 ədəd radiatoru, 01 ədəd 100 manat dəyərində radiatoru və evin yerləşdiyi həyətin divarından 01 ədəd 350 manat dəyərində su qızdırıcısını gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 39da yerləşən fərdi yaşayış evinin giriş qapısının açıq olmasından istifadə edərək kənar şəxslərin onu görmədiyi şəraitdə oraya qanunsuz daxil olub evin yataq otağındakı çarpayının üzərindəki yataq dəstinin arasından sonuncuya məxsus 350 manat məbləğində pulu gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs4 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2024-cü ilin fevral ayının sonlarından 02 mart 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan müxtəlif vaxtlarda, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 tərəfindən ünvan 8 ünvanında yerləşən “Tamstore” marketin arxa hissəsində mühafizə olunmayan əraziyə yığılmış, sonuncuya məxsus hər birinin dəyəri 85 manat olmaqla 10x10 sm nisbətində dördkünc formalı 5mm divar qalınlığı olan, dəmir metaldan hazırlanmış, hər biri 6 metr uzunluğunda tikinti materialı olan ümumilikdə 1020 manat dəyərində 12 ədəd dəmir profili və 80 manat dəyərində 01 ədəd su quyusuna aid dəmir metaldan hazırlanmış qapağı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 1100 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 mart 2024-cü il tarixdə saat 05 radələrində ünvan 9 ünvanında yerləşən "xxxx" ASC-nin ünvan 10timai əhəmiyyətli elektrik xəttlərinin quraşdırıldığı transformator məntəqəsinin qapısının kilidini özündə olan istintaqla müəyyən edilməyən alətlə açdıqdan sonra oraya qanunsuz daxil olub məntəqənin içərisindən "xxxx" ASC-yə məxsus 10 kilovatlıq paylayıcı lövhələrdəki yuvalardan, zərərçəkmiş hüquqi şəxsin qiymətləndirməsinə görə hər birinin dəyəri 1201 manat 72 qəpik olmaqla, ümumilikdə 9613 manat 76 qəpik dəyərində 08 ədəd “Gepa” elektron tipli mühafizə avadanlığını gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 aprel 2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs7 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X15, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinin zirzəmisin nəfəsliyinin üzərindəki dəmir barmaqlığı özündə olan istintaqla müəyyən edilməyən alətlə sındırdıqdan sonra kənar şəxslərin görmədiyi şəraitdə saxlanc yeri hesab edilən zirzəmiyə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs7 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1 ədəd 280 manat dəyərində 230 mm-lik “HP” markalı laqondanı, 1 ədəd 240 manat dəyərində 230 mm-lik “Bosch” markalı laqondanı, 1 ədəd 120 manat dəyərində 115 mm-lik “Bosch” markalı laqondanı, hər biri 30 manat olan, 90 manat dəyərində 3 ədəd direli, hər birinin qiyməti 245 manat olan cəmi 735 manat dəyərində 3 ədəd “Bosch” markalı perforatoru, 1 ədəd 40 manat dəyərində içərisində 20 ədəd direl avadanlıqları olan dəsti, 1 ədəd 240 manat dəyərində “TEN” markalı qaynaq aparatını, həmin qaynaq aparatını işlətmək üçün 200 manat dəyərində 20 metr uzunluğunda, 10 mm diametrində qaynaq naqillərini, 1 ədəd 150 manat dəyərində qaynaq üçün ütü dəstini, 1 ədəd 40 manat dəyərində yiv açan dəstini, hər birinin qiyməti 50 manat olan, ümumilikdə 150 manat dəyərində 3 ədəd hər birində 30 metr 2x2.5-lik naqil uzadıcını, 1 ədəd 50 manat dəyərində akkumlyatorun elektrik ötürücüsünü, 1 ədəd 300 manat dəyərində 7 litr su tutumlu, cilalanmış od samovarını gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs7 ümumilikdə 2635 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 may 2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən “Qaraçuxur servis” avtomobil təmiri sexinin fəaliyyət göstərmədiyi vaxtda sexin həyətinə qanunsuz daxil olub orada saxlanılmış Zərərçəkmiş şəxs8 məxsus “Peugeot 301” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsində olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1000 manat dəyərində elektrik naqillərini gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs8 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 iyun 2024-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq Prospekti 91 nömrəli binanın zirzəmisində yerləşən, Zərərçəkmiş şəxs9 icarə əsasında işlətdiyi çay evinin bayır divarına bərkidilmiş Zərərçəkmiş şəxs9 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 200 manat dəyərində “Samsung” markalı kondisionerin kompessorunu özündə olan istintaqla müəyyən edilməyən alətlə söküb gizli olaraq talayaraq hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs9 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 iyul 2024-cü il tarixdə səhər saat 05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq Prospekti 91 nömrəli binanın zirzəmisində yerləşən, Zərərçəkmiş şəxs9 icarə əsasında işlətdiyi çay evinin zirzəmisinin pəncərəsini özündə olan istintaqla müəyyən edilməyən alətlə açdıqdan sonra saxlanc yeri hesab edilən zirzəmiyə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs9 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 120 manat dəyərində “Hitachi” markalı lobziki, 01 ədəd 160 manat dəyərində “Maketa” markalı frez aparatını, 01 ədəd 150 manat dəyərində “Maketa” markalı lazer tərəzi aparatını, 01 ədəd “BK1500” markalı 100 manat dəyərində kondisioneri, 01 ədəd 150 manat dəyərində “Mitsubishi” markalı kondisionerin kompessorunu, hər birinin qiyməti 45 manat olmaqla ümumilikdə 270 manat dəyərində 06 ədəd qapı dəstəyi və daxili qıfıl dəstlərini gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs9 ümumilikdə 950 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ona elan olunmuş ittihamı qəbul edir. Oğurluq etdiyi evlərin ünvanları Suraxanı rayonunda yerləşir. Evlərdən hansı tarixlərdə oğurluq etməyini xatırlamır. Narkotik vasitənin əldə edilməsi ilə əlaqədar ona elan edilmiş ittihamı qəbul edir, həmin miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Oğurluq nəticəsində əldə etdiyi əmlakları satmışdır. Vurulan zərərləri ödəmək üçün maddi vəsaitə malik deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı daha ətraflı ifadə verərək göstərmişdir ki, əvvəllər törətdiyi oğurluq və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlamaya görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. 12 iyun 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, 8-ci döngə ünvanında gəzən zaman həmin ünvanda yerləşən bir həyət evinin hasarından boylanaraq həyətdə lazımsız metalların mövcud olubolmamasını yoxlamaq məqsədilə həmin həyətə hasardan tullanaraq düşmüş, həyəti gəzərək yaşayış evinin pəncərəsinə yaxınlaşmış, içəridən səs gəlmədiyi və kimsənin olmadığına əmin olduqdan sonra yaşayış sahəsinə daxil olub qiymətli əşya və pul oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə pəncərəyə əli ilə güc tətbiq edib açaraq içəri daxil olmuş, yaşayış sahəsini gəzib dolanaraq axtarış aparmış, yataq otağındakı dolabda 01 ədəd qızıl üzüyün olduğunu görərək götürüb cibinə qoymaqla oradan uzaqlaşmış və həmin qızıl üzüyü Sabunçu bazarında tanımadığı şəxsə 100 manata satmış, əldə etdiyi pulu şəxsi məsrəfinə xərcləmişdir. İstintaq zamanı adını bildiyi ev sahibi, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış və onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğundan psixotrop maddə olan “patı” kimi tanıdığı psixotrop maddəni müxtəlif şəxslərdən alıb əldə etməklə istifadə edir. 06 avqust 2023-cü il tarixdə saat 16 radələrində Əhmədli qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin barəsində heç bir məlumatı olmayan kişi cinsli şəxsdən özünün istifadəsi üçün 20 manata bir büküm “patı” deyilən psixotrop maddəni alıb sonra istifadə edəcəyi üçün əynindəki qara rəngli şalvarının sağ yan cibində gizlətmiş və yaşadığı Suraxanı rayonu,Qaraçuxur qəsəbəsinə getmişdir. Elə həmin gün axşam saat 23:30 radələrində ünvan 15 ünvanının qarşısında olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsinin vacib olduğunu deyib 32-ci Polis Bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarının təklifi ilə razılaşaraq onlarla birlikdə -ci Polis Bölməsinə getmiş və orada şəxsiyyəti müəyyən olunduqdan sonra hüquq və vəzifələri ona izah olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmazdan əvvəl hüquqlarının müdafiəsi üçün maddi imkanı olmadığından dövlət vəsaiti hesabına vəkil dəvət olunmuşdur. Dəvət olunmuş vəkil ona təqdim olunmuş və vəkilə etirazının olmaması səbəbindən hüquqlarının müdafiə olunması həmin vəkilə həvalə olunmuşdur. Videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və götürmə aparılacağı bildirilmiş və ona axtarış və götürmə aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və sənədləri könüllü təqdim etməsi təklif olunmuşdur.Bu təklifdən sonra o, əynindəki qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd bükümü çıxarıb könüllü təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açıb baxış keçirmiş və içərisində ağ rəngli kristallardan ibarət maddənin olduğunu gördükdən sonra həmin maddənin nədən ibarət olduğu,nə vaxt,kimdən və hansı məqsədlə əldə etdiyini soruşmuşlar. Bükümün içərisindəki maddənin “patı” kimi tanıdığı psixotrop maddə olduğunu və Əhmədli qəsəbəsində yerdən tapdığını və sonra istifadə etmək üçün cibinə qoyaraq gizlədib saxladığını bildirmişdir. Bundan sonra, polis əməkdaşları üzərinə şəxsi axtarış aparmış və başqa hər hansı əşya və sənəd aşkar etməmişlər. Könüllü təqdim etdiyi büküm qablaşdırılaraq götürülmüş, bununla bağlı protokol tərtib olunmuş və digər iştirakçılar kimi özü və müdafiəçisi protokolla tanış olaraq imza etmişdir. Polis əməkdaşları yaşadığı ünvanda narkotik vasitə və ya psixotrop maddələrin saxlanması etimalının olduğunu bildirərək həmin ünvana baxış keçiriləcəyi təklif edilmiş və o, buna heç bir etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşları yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 17 ünvanda axtarış aparmış, lakin hər hansı qanunsuz əldə edilərək saxlanılan başqa əşya və maddə aşkar etməmişlər. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, istintaq zamanı üzərindən aşkar olunmuş psixotrop maddə ilə bağlı fərqli ifadələr vermiş, üzərindən aşkar olunan psixotrop maddəni tapdığını, sonrakı ifadələrində isə həmin maddənin polis əməkdaşlar tərəfindən ona verildiyini deyərək özünü müdafiə etməyə çalışmış, lakin, əvvəl və sonradan daha bir neçə cinayətlər törətdiyini, yalan ifadənin heç bir faydasının olmadığını dərk edərək həqiqəti söyləmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, üzərindən aşkar olunmuş bükümdəki kütlə metamfetamindir, tanımadığı şəxsdən özünün istifadəsi üçün satış məqsədi olmadan alıb əldə etmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiq göstərilməmiş, ona psixotrop maddə verilməmişdir. Bundan başqa, o, 12 sentyabr 2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsini gəzən zaman həmin ünvanda yerləşən 1A nömrəli həyət evinin hasarından boylanaraq həyətə baxmış və sonra hasar üzərinə çıxıb həyətə tullanaraq içəri düşmüşdür.Həyətdə ətrafa göz gəzdirdikdə evin giriş qapısının açıq olduğunu görmüşdür. Həmin ünvanda kimsənin olmadığı və ya səsinin gəlmədiyinə əmin olduqdan sonra yaşayış sahəsinə daxil olub oradan pul və ya maddi dəyəri olan hər hansı bir əşyanı oğurlamaq qərarına gəlmiş və bu məqsədlə mənzilə daxil olmuşdur.Mənzilə baxarkən yataq otağındakı masanın üzərində olan bir ədəd “Realme C35” markalı mobil telefonu və bir ədəd kişi qol saatının olduğunu aşkar etmiş və dərhal onları götürərək cibinə qoymaqla mənzili tərk etmişdir. Ələ keçirdiyi mobil telefonu və kişi qol saatını Sabunçu bazarında tanımadığı şəxslərə cəmi 170 manata satmış, əldə etdiyi pul vəsaitini şəxsi məsrəflərinə xərcləmişdir. İstintaq zamanı mobil telefon və saatın sahibi olduğunu bildiyi zərərçəkmiş şəxs X4 əvvəllər tanımamış və onunla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Bundan başqa, 2023-cü ilin sentyabr ayının sonunda gecə saat 00:00 radələrində ünvan 17 ünvanını dəqiq bildiyi 28B2 ünvanda yerləşən həyət evinin yaxınlığından keçərkən həmin evdə işıqların yanmadığı və kimsənin olmadığını görüb kənardan bir az müşahidə edərək yaşayışın olmadığına əmin olduqdan sonra evin hasarından tullanaraq həyətə düşmüşdür. Həyətdə bir ədəd su qızdırıcısı gördükdə onu oğurlayaraq bir kənara qoymuş və həyətdəki üç yanbayan otaqdan ibarət evin ikinci otağını qapısının üzərində olan qıfılı özü ilə gəzdirdiyi kiçik dəmir parçası ilə sındıraraq içəri daxil olmuşdur. İçəri daxil olan zaman həmin otağda iki ədəd radiator olduğunu görüb onları da sökərək su qızdırıcısının yanına gətirib qoymuş,sonra həyətdəki digər otaqdan əlavə bir ədəd radiatoru söküb həyətdə 3 ədəd radiator və 1 ədəd qızdırıcı olmaqla bir yerə yığmışdır.Həmin əşyaları aparmaq üçün öz həyətindən əl arabası gətirərək arabaya yığıb yaxın məhəllədə yerləşən metal qəbulu məntəqəsinə satmaq üçün aparmışdır. Lakin, həmin məntəqədə gecə saatlarında heç kimin olmadığından apardığı 3 ədəd radiatoru və 1 ədəd qızdırıcını araba ilə birlikdə hasardan içəri atmış və növbəti gün səhər saatlarında məntəqəyə gedərək 3 ədəd radiatoru və 1 ədəd qızıdırıcını ümumilikdə 40 manata tanımadığı işçiyə satmış, əldə etdiyi pulu şəxsi məsrəflərinə xərcləmişdir.İstintaq zamanı həmin evin və əşyaların sahibinin, Zərərçəkmiş şəxs3 olduğunu bilmiş,onunla əvvəllər heç bir münasibəti olmamış və Zərərçəkmiş şəxs3 tanımamış, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Bundan başqa, 10 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsində metal yığmaq məqsədilə gəzən zaman həmin ünvanda yerləşən bir həyət evinin hasarından boylanaraq həyətdə lazımsız metalların mövcud olub-olmamasını yoxlamış və həmin həyətdə metalların olduğunu görüb hasardan tullanaraq həyətə düşmüşdür.Yaşayış evinin qapısına yaxınlaşıb qapısının açıq olduğunu və içəridən səs gəlmədiyini görüb içəridə kimsənin olmadığına əmin olduqdan sonra pul və ya maddi dəyəri olan hər hansı bir əşyanı götürmək məqsədilə içəri daxil olmuşdur. Evin otaqlarını axtardıqda yataq otağındakı çarpayının üzərində olan yastığı qaldırıb altını yoxlamış və həmin yastığın altında 350 manat pulun olduğunu görmüşdür.Həmin pulu cibinə qoyaraq oradan uzaqlaşmış və həmin pulu isə borclarına,mağazalara qaytarmış və xərcləmişdir. İstintaq zamanı adı məlum olan Zərərçəkmiş şəxs4 əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Bundan başqa, 2024-cü ilin fevral ayının təxminən 20-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi 7 ünvanda yerləşən “Tamstore” adlanan marketin arxasında səkinin üzərində mühafizə olunmayan bir yerdə yığılmış dəmir profillərin olduğunu görüb pul əldə etmək üçün həmin materialları oğurlamaq qərarına gəlmişdir. Buna görə 20 fevral 2024-cü il tarixdən 24 fevral 2024-cü il tarixədək olan müddət ərzində hər gecə saat 01-02 radələrində həmin yerə gəlib heç kəsin onu görmədiyinə əmin olduqdan sonra gündə 1 ədəd olmaqla 6 metr uzunluğunda və 10 santimetr enində 7 ədəd dəmir profilləri oğurlamışdır.Oğurladığı profilləri aparıb Qaraçuxur qəsəbəsində Mahir adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinin yaxınlığına aparıb qoymuş, səhər açıldıqda isə həmin məntəqəyə gedib profillərin 1 ədədini 27 manata Mahir adlı şəxsə satmışdır.28 fevral 2024-cü it tarixdə gecə saatlarında o, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən “Tamstore” adlanan marketin arxasında səkinin üzərində yığılmış dəmir profilləri oğurlamaq üçün yenə də həmin yerə getmiş və orada 1 ədəd 50-60 santimetr diametrində olan dəmir materialdan hazırlanmış su quyusu qapağını görüb götürmüş və həmin qapağı Mahir adlı şəxsin işlədiyi məntəqəyə aparıb satmağı təklif etsə də Mahir həmin qapağı almaqdan imtina etdiyi üçün Qaraçuxur qəsəbəsində yaşadığı evin həyətinə aparıb qoymuş və növbəti gün həmin qapağı Sabunçu rayonu ərazisində olan Rus bazarı adlanan yerdə tanımadığı şəxsə 10 manata satmışdır. Bundan sonra 2024-cü ilin fevral ayının sonlarında tanışı Şahid4 Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən “Tamstore” adlanan marketin arxasında səkinin üzərinə yığılmış dəmir profillərin olduğunu demiş və birlikdə profillərin oğurlanmasını təklif etmişdir. Cavidan onunla razılaşmış və o, 2024-cü ilin fevral ayının sonlarında dəqiq gününü xatırlamadığı vaxtda saat 04 radələrində Cavidanla birlikdə həmin yerə gedib oradan 1 ədəd dəmir profil oğurlamış və həmin profili Qaraçuxur qəsəbəsində Mahir adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinin yaxınlığına aparıb qoymuşdur. Cavidan getdikdən sonra ondan xəbərsiz daha 3 ədəd profili də təkbaşına oğurlayıb aparıb əvvəlki 1 ədədin yanına qoymuş,səhər açıldıqda həmin 4 ədəd profili Mahirə hər biri 27 manata olmaqla ümumilikdə 108 manata satmış, bu barədə Cavidana bildirməmiş, yalnız onunla birlikdə oğurladıqları 1 ədəd profilin 27 manatını aralarında bölüşdürmüşlər.Cavidanın ondan əvvəl və sonra təkbaşına oğurladıqları profillərdən məlumatı olmamışdır.Bundan sonra 02 mart 2024-cü il tarixdə saat 13 radələrində tanışı Raufla razılaşıb Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən “Tamstore” adlanan marketin arxasında səkinin üzərində yığılmış dəmir profilləri oğurlamaq qərarına gəlmiş və həmin yerə gedərək Raufla birlikdə 1 ədəd profili oğurlayıb Qaraçuxur qəsəbəsində Mahir adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə aparıb 27 manata satıb aralarında bölmüşlər.Rauf da həmçinin ondan əvvəl onun həmin yerdən təkbaşına və ya Cavidanla profil oğurladığından, eləcədə Cavidanın onun Raufla birlikdə profil oğurladığından məlumatsız olmuşdur.Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki,əvvəlki ifadələrində Cavidanla 4 ədəd, Raufla 1 ədəd profil oğurladığını bildirsə də sonradan Cavidanla 4 ədəd deyil 1 ədəd, Raufla 1 ədəd profil oğurladığını xatırlamışdır. Oğurlanmış 12 ədəd profilin 10 ədədini və 1 ədəd su quyusu qapağını o, təkbaşına və 2 ədəd profili isə Cavidan və Raufla ayrı-ayrılıqda bir-birindən məlumatsız oğurlamışdır.Mahir adlı şəxs əvvəl soruşmasa da sonradan həmin profillərin kimə məxsus olduğunu soruşmuş və o, profillərin sökülmüş tikintidən yığdığını və ucuz qiymətə satdığını demişdir.Həmin profillərin hər birini təkbaşına sürüyüb yol kənarına “Qazel” və ya üstündə yükdaşıma yeri quraşdırılmış “Qaz-24” markalı avtomobillə, bəzilərini isə əllə aparmışdır. İstintaq zamanı adı məlum olan əmlak sahibi Zərərçəkmiş şəxs5 əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 05 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 114 ünvanında olarkən orada "xxxx" ASC-nin ünvan 18ılmış məntəqənin olduğunu görmüşdür. Həmin transformatorların içərisində mis naqillər olduğunu bildiyi üçün məntəqəyə daxil olub transformatorların içərisində olan mis naqilləri kəsib oğurlamaq qərarına gəlmişdir. Kimsənin olmadığına və onun təhlükəsiz şəraitdə oğurluq etmək üçün şərait yaranmasını gözləmiş və sonra əlindəki vintaçanla məntəqənin qapısını açıb içəri daxil olmuşdur. İçərini özünün üzərində olan kiçik fanarla işıqlandırıb orada sayğaclar olan qutulara yaxınlaşıb sayğacları kəsib çıxarmış və 8 ədəd sayğacı götürüb oradan uzaqlaşmışdır. Bir qədər kənarlaşdıqdan sonra həmin sayğacların içərisini açmış, lakin sayğacların içərisində mis metal olmadığını görərək həmin sayğacları Sabunçu rayonu, Bakıxanov qəsəbəsində xatırlamadığı yerdə zibil qutusuna atmışdır. 140 saylı Transformator məntəqəsinin dövlət əhəmiyyətli mülkiyyət olduğu ona məlumdur, mis metal tərkibli naqil və əşya əldə etmək məqsədilə həmin məntəqəyə qanunsuz daxil olmuşdur. Bundan başqa, 14 aprel 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X15, döngə 1 ünvanında metal yığmaq məqsədilə gəzən zaman həmin ünvanda yerləşən iki mərtəbəli bir həyət evinin olduğunu və həmin həyət evinin bir tərəfinin hasara alınmadığını,binada təmir tikinti işlərinin aparıldığını görüb həmin həyətə daxil olmuşdur. Evin içərisinə daxil olmaq üçün qapısını yoxlamış və qapı bağlı olduğuna görə yan divarlarına baxmış və sol tərəf divarda zirzəminin kiçik ölçülü nəfəsliyinin olduğunu, nəfəslik üzərində dəmir barmaqlıq olduğunu görmüşdür.Zirzəmiyə daxil olmaq üçün nəfəsliyin dəmir barmaqlığının armaturunu özündə olan dəmir parçası ilə qırıb əli ilə əyərək qırıb nəfəslikdən zirzəmiyə daxil olmuşdur. Zirzəmidəki alət və əşyalar arasından 1 ədəd “HP” markalı laqonda, 2 ədəd “Bosch” markalı laqonda, 3 ədəd direl, 3 ədəd “Bosch" markalı direl-dağıdıcıları, 1 ədəd içərisində 20 ədəd direl avadanlıqları olan dəsti, 1 ədəd qaynaq aparatını, həmin qaynaq aparatını işlətmək üçün 20 metr uzunluğunda qaynaq naqillərini, 1 ədəd qaynaq üçün ütü dəstini, 1 ədəd yiv açan dəsti, 3 ədəd hər birində 30 metr 2x2.5-lik naqil uzadıcını, 1 ədəd “primıçka” adlanan tokötürücü naqili, 1 ədəd 7 litr su tutumlu od samovarını oğurlayıb həmin əşyaları yaxınlıqdakı məktəbin həyətində qaranlıq bir yerdə gizlətmiş və səhər saatlarında gedib həmin əşyaları oradan tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə götürmüşdür. Samovar daxil olmaqla əşyaların əksər hissəsini Sabunçu bazarında 400 manata satmış, qalan 3 ədəd laqonda və 3 ədəd direli, 1 ədəd “TEN” markalı qaynaq aparatını, 1 ədəd uzadıcı rulonu, 1 ədəd “primıçka” adlanan tokötürücü naqili isə özününkü adı ilə Qaraçuxur qəsəbəsində tanımadığı şəxsin işlədiyi metal qəbul məntəqəsinə 57 manata satmışdır. Əldə etdiyi pulları mağazalarda olan və şəxsi borclarına,digər məsrəflərinə xərcləmişdir.Əmlak sahibi Zərərçəkmiş şəxs7 əvvəllər tanımamış və onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat təxminən 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində gəzişərkən və həmin vaxtı maddi vəziyyəti pis olduğundan oğurluq etmək qərarına gəlmişdir. Bu zaman, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində olan “Qaraçuxur servis”in içərisində bir ədəd “Peugeot-301” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilin mühərrikxanasından olan naqilləri üzərində olan bıçaq vasitəsi ilə kəsərək qoparmış və sonra oradan uzaqlaşıb çıxıb getmişdir. Kəsdiyi naqillərin nazik olduğunu aşkar etmiş və az pul qazanacağını fikirləşdiyi üçün həmin naqilləri özündə olan bıçaq ilə birlikdə Ə.Mehbalıyev küçəsində yerləşən zibil qutusuna ataraq oradan uzaqlaşıb getmişdir.Əmlak sahibi Zərərçəkmiş şəxs8 əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə təxminən saat 05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 91 nömrəli dördmərtəbəli binanın zirzəmisinin qarşısında markasını xatırlamadığı 01 ədəd “Samsung” markalı kondisionerin kompressor motorunun divara bərkidildiyini görmüş və həmin kondisionerin kompressor motorunu oğurlamaq qərarına gəlmişdir. Ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra özü ilə gətirdiyi açarla həmin kondisionerin kompressor motorunun bolt və qaykalarını açıb yerə düşürmüş, sonra yolun kənarına çıxarıb yol ilə keçən Şhevrolet markalı qeydiyyat nişanına fikir vermədiyi və tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə yükləyib avtomobili Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən metal qəbuletmə məntəqəsinin qarşısına sürdürmüşdür. Həmin vaxt təxminən saat 06:30 radələri olduğundan metal qəbuletmə məntəqəsi bağlı olduğundan taksi avtomobilinin sürücüsü ilə kondisonerin kompressor motorunu 40 manata ona satmağa razılaşıb yol pulunu çıxdıqdan sonra ondan 30 manat almış və sonra taksi sürücüsü avtomobili sürüb getmişdir. Bundan sonra o, qərara almışdır ki, bir neçə gün sonra yenidən oğurluq etdiyi yerə gedib zirzəmiyə daxil olub oradan oğurluq etsin. Həmin gündən bir müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə təxminən saat 05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 91 nömrəli dördmərtəbəli binanın arxasına getmişdir, özündə olan vintaçanla zirzəminin pəncərəsini açıb içəri daxil olmuş və zirzəmidə təmir alətlərinin, qapının dəstəklərinin və qıfılının, bir ədəd köhnə rus kondisionerinin, bir ədəd kondisionerin kompressor motorunun olduğunu görmüş və həmin əşyaları oğurlamaq qərarına gəlmiş, 01 ədəd “Hitachi” markalı lobziki, 01 ədəd “Maketa” markalı frez aparatını, 01 ədəd “Maketa” markalı lazer tərəzi aparatını və 06 ədəd qapı dəstəkləri və qıfılını kisənin içərisinə yığıb oğurlayaraq pəncərədən çölə qoymuş,sonra pəncərədən çölə çıxıb həmin əşyaları sonra götürmək üçün aparıb yaxınlıqda yerləşən parkın ərazisində ağacların yanında gizlətmişdir. Daha sonra yenidən həmin ünvana qayıdıb zirzəminin blok tərəfdə olan qapısının cəftəsini açıb bir ədəd kondisionerin kompressor motorunu, 01 ədəd köhnə rus kondisioneri oğurlayıb küçəyə çıxarmış və yol ilə keçən ağ rəngli “Vaz 2107” markalı qeydiyyat nişanına fikir vermədiyi taksi avtomobilini saxlatdırıb binanın qarşısına sürdürmüşdür.Bundan sonra oğurladığı əşyaları “Vaz 21072 markalı avtomobilə qoyub Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən metal qəbuletmə məntəqəsinin qarşısına sürdürmüşdür. Metal qəbuletmə məntəqəsi bağlı olduğu üçün metal qəbuletmə məntəqəsinə metal gətirmiş tanımadığı şəxsdən 5 manat alıb sürücüyə vermiş və oğurladığı əşyaları avtomobildən düşürmüş və taksi sürcüsü avtomobili sürüb getmişdir. Bir az sonra metal qəbuletmə məntəqəsi açılmış, orada işləyən tanımadığı şəxsə bir ədəd kondisionerin kompressor motorunu 40 manata, 01 ədəd köhnə rus kondisionerini 30 manata özünün əşyaları adı ilə satmış və həmin məbləği şəxsi məsrəflərinə xərcləmiş və həmin gün günorta saatlarında içərisində 01 ədəd “Hitachi” markalı lobzik, 01 ədəd “Maketa” markalı frez aparatı, 01 ədəd “Maketa” markalı lazer tərəzi aparatı və 06 ədəd qapı dəstəkləri və qıfıl olan kisəni gizlətdiyi parkdan götürməyə getsə də həmin əşyaları orada aşkar etməmişdir. xx.xx.2024-cü il tarixdə isə polis əməkdaşları ona yaxınlaşıb oğurluqda şübhəli olduğunu bildirərək onu 21-ci Polis Bölməsinə dəvət etmiş və o, etdiyi oğurluq cinayətini etiraf etmişdir. Oğurluq edərkən onu heç kim görməmiş,taksi sürücüsünə və metal qəbulu məntəqəsində işləyən şəxslərə oğurladığı əşyaların özünə məxsus olduğunu demiş, ifadəsində qeyd etdiyi hər bir cinayəti tək törətmiş, onunla əlbir olan, ünvan göstərən,oğurluq əşyaların daşınmasına, satılmasına, əldə edilməsinə kömək edən şəxs və ya şəxslər olmamış, metal qəbulu məntəqəsinin işçisi, taksi sürücüsü ilə qabaqcadan əlbir olmamış və tanımamış, oğurladığı əmlakın sahiblərini tanımamış və onların heç biri ilə düşmənçiliyi ədavəti olmamış, sonuncu cinayəti törətdiyi çay evinin sahibi və ya icarədarı Zərərçəkmiş şəxs9 tanımamışdır (cild 5, iş vərəqə 11-17). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxsi Polis İdarəsində görmüşdür. Bayram günü ilə əlaqədar olaraq rayona getmişlər. Evə qayıtdıqdan sonra evin zirzəmisindən laqonda, samovar, elektrik uzadıcıları və sair əşyaların oğurlandığını görmüşdür. İki ədəd Bosch və HP firmasına məxsus cilovlayıcı alət, üç ədəd “Bosch” firmasına məxsus direl və qaynaq aparatı ona geri qaytarılmış, qaynaq aparatının naqili ona qaytarılmamışdır. Anasının cehizlik samovarı da oğurlanmışdır. Ona təxminən 2000-3000 manat zərər dəymişdir. Vurulan zərərin bir qismi geri qaytarılmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti var. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımır. 2013-cü il model “Peugeot” markalı avtomobilini təmir ustasına vermiş, 20- 25 gün sonra ona avtomobilin bütün mis tərkibli sisteminin söküldüyü deyilmişdir. Ona ümumilikdə 1200 manat zərər dəymişdir. Vurulan zərərdən ona heç nə qaytarılmamışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti var. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadə verərək bildirmişdir ki, Qaraçuxurda işlədiyi obyektdən ona məxsus olan 14 ədəd dəmir profil oğurlanmışdır. Dəmir profilləri işlədiyi obyektdən maaş əvəzinə ona verilmişdir. Ona 2500 manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadə verərək bildirmişdir ki, “Pürrəngi” çay evi adlı obyektindən oğurluq edilmişdir.Obyekti təmirdə olduğundan orada ustalara məxsus olan əşyalar olmuş, həmin əşyalar-direl, laqonda, lazer aparatı həmçinin obyektə məxsus olan iki ədəd kondisioner oğurlanmışdır. Ona 1500 manat dəyərində ziyan dəymiş, həmin zərər ödənilməmişdir.Dəymiş zərər məbləğinə dair heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu,Qaraçuxur qəsəbəsində kirayədə bir nəfər dostu ilə yaşayır. Yaşadığı bir otaqlı mənzildən mobil telefonu və qol saatı oğurlanmışdır.Telefonunun qiyməti 700 manat dəyərində olmuşdur. Vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, Suraxanı rayonu,Hövsan qəsəbəsi, Qum adası ərazisində yaşadığı evdən 01 ədəd 650 manat dəyərində qızıl üzük oğurlanmışdır. Təqsirləndirilən şəxsi tanımır. Vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, ünvan 19 ünvanında yerləşən özünə məxsus birmərtəbədən ibarət fərdi yaşayış evi vardır. 2023-cü ilin sentyabr ayının ortalarından ailə üzvləri ilə birlikdə Quba rayonuna bir ay müddətinə istirahətə getmişdir. Gedərkən yaşadığı fərdi evin yaxınlığında yaşayan qardaşına evə nəzarət edib baxmasını həvalə etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində ailə üzvləri ilə birlikdə Quba rayonundan yaşadığı ünvana qayıdarkən evin darvazasının qıfılının sındırılmış vəziyyətdə olduğunu, evinə kənar şəxsin daxil olduğundan şübhə edərək həyətyanı sahəyə və otaqlara daxil olub baxdıqda otaqlardan birindən hər biri 100 manat olmaqla 2 ədəd və digər evdən 100 manat dəyərində 1 ədəd olmaqla cəmi 3 ədəd qızdırıcı radiator və dəyəri 350 manat olan 1 ədəd su qızdırıcısının quraşdırıldığı yerindən sökülməklə oğurlandığı və ona ümumilikdə 650 manat məbləğində maddi ziyan vurulduğu məlum olmuşdur. Oğurluq hadisəsini aşkar edən kimi dərhal DİN-nin 102 xidmətinə müraciət etmiş və sonra Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə gələrək baxış keçirib müvafiq qeydlər aparmışlar. Hadisə barədə şikayət ərizəsi yazmış, dəymiş ziyanı ərizəsində qeyd etmişdir. Sonradan istintaq zamanı polis əməkdaşlarından oğurluğu törətmiş şəxsin əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs adlı şəxs olduğu və əldə etdiyi əmlakı metal qəbulu məntəqəsinə satdığı məlum olmuşdur. Həmin şəxsi əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır (cild 2, iş vərəqə 115-120). Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs4 ifadəsindən görünür ki, ünvan 21 ünvanda qızı X7 ilə birlikdə yaşayır.Özü heç yerdə işləmir və təqaüdçü olduğundan ev işləri ilə məşğul olur. Qızının maddi dəstəyi və özünün təqaüdü ilə maddi təminatını qarşılayır. 08 oktyabr 2023-cü il tarixdə evin kommunal xərcləri və digər xərcləri istifadə etmək üçün qızı Çimnaz onun iştirakında “Azərbaycan Beynəlxalq” bank kartından 350 manat pul məxaric edərək ona vermiş və vaxtı olan kimi kommunal xərcləri ödəyəcəyi, digər ev xərclərinə istifadə edəcəyini bildirmişdir. Həmin pulu yaşadığı evin yataq otağındakı yorğan döşəyin altında gizlətmişdir ki,qızı istəyəndə ona versin.10 oktyabr 2023-cü il tarixdə səhər saatlarında qızı ilə birlikdə evdən çıxıb həmin gün səhər saat 15 radələrində evə qayıtmışlar. Evdə olduğu vaxt qızı kommunal ödənişləri etmək üçün həmin pulun ona verilməsini istəmiş və o, yataq otağına daxil olub yastıqların altına qoymuş olduğu 350 manat pulu götürmək istədikdə pulların yerində olmadığını aşkar etmiş və bu barədə qızına demişdir. Qonşuluqda yaşayan ögey qaynı oğlu Elçin və onun arvadı Səbinə ilə aralarında ailə münaqişəsi mövcud olduğundan oğurluğun onlar tərəfindən törədilə biləcəyindən şübhə edib bu məsələni ilkin olaraq özləri ilə aydınlaşdırmaq və dəqiqləşdirmək qərarına gəlmiş, lakin, xx.xx.2023-cü il tarixə kimi hər hansı məlumat əldə edə bilmədiyindən hüquq mühafizə orqanlarına məlumat verməli olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin 102 xidmətinə vermiş olduğu məlumat və Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə ünvanlamış olduğu ərizəsində də ögey qaynı oğlu və arvadından şübhə etdiyini bildirsə də polis əməkdaşlarının gərgin əməyi və səyləri nəticəsində onun evinə qanunsuz daxil olub pulunu oğurlamış şəxsin əvvəllər məhkum olnmuş Təqsirləndirilən şəxs adlı şəxs olduğu məlum olmuşdur. Zərərçəkmiş şəxs4, həmçinin ifadəsində göstərmişdir ki, polis əməkdaşları ilə həmin şəxs onun ünvanına gəlmiş və Təqsirləndirilən şəxs adlı şəxs yataq otağındakı çarpayı üzərindəki yorğan döşəyi və yastıqları göstərib 10 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində həyətə guya metal tullantıları götürmək adı ilə daxil olduğunu, qapının açıq olduğunu görüb mənzilə daxil olduğunu, yataq otağında axtarış aparan zaman yastıqların altından 350 manat pulu tapıb götürdüyünü etiraf etmişdir. Təqsirləndirilən şəxs adlı şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamış, şübhə etdiyi qohumlarının bu işdə heç bir iştirakları və məlumatları olmamışdır (cild 4, iş vərəqə 163- 165). Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid8 ifadəsindən görünür ki, 1-ci Qarabağ Müharibəsində müəyyən yaralar almış olduğuna görə ağır işlərdə çalışa bilmədiyindən yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində metal qəbulu məntəqəsi yaradaraq xırda alverlə məşqul olur. Ərazidə yaşayan sakinlər şəhər və kəndlərdə olan tullantı plastik, həmdə dəmir materiallari toplayıb gətirərək ona satırlar. 2024-cü ilin fevral ayının 20-dən sonradan Təqsirləndirilən şəxs kimi tanıdığı şəxs mart ayının 02-dək onun işətdiyi metal qəbulu məntəqəsinə tək-tək uzunluğu 6 metr, qalınlığı 5 mm, eni 10x10sm olan işlənmiş, tikintidən sökülmüş ikinci əl dəmir profillər gətirib satmağı təklif etmişdir.Tural adlı şəxsin adını, soyadını soruşmuş, sənəd tələb etmiş və ad soyadının Təqsirləndirilən şəxs olduğunu və üzərində sənədin olmadığını, Qaraçuxur qəsəbəsində yaşadığını, təklif etdiyi profillərin söküntü aparılan tikintilərdən ucuz qiymətə aldığını və ona təklif etdiyini bildirmişdir. Təklif olunan profillərin doğrudanda söküntü material olduğundan heç nədən şübhə etmədən 1 ədədi üçün 27 manat pul ödəmişdir. 2024-cü ilin mart ayının 2-dək təxminən 10 ədəd profili Tural təkbaşına gətirmiş, bir ədədini sonradan Polis Bölməsində adını eşitdiyi Rauf və daha bir ədədini Cavidan adlı şəxslə ayrı-ayrı tarixlərdə gətirmiş, ancaq profili ona Tural özü satmış, həmin şəxslər onunla heç bir təmasda olmamış, onunla bu mövzuda heç bir danışıq aparmamışlar. Ona təqdim olunan profillərin əksəriyyətinin üzərində torpaq bulaşıqları olmuş və onlara baxdıqda doğrudan da yerdən çıxarıldığı, yaxud tikinidən söküldüyü görünmüşdür. Polis Bölməsinə dəvət olunarkən ona məlum olmuşdur ki, həmin profillər yaxınlıqdakı “Tamstore” marketdə nəzarətçi işləyən İlkin adlı şəxsə məxsus olmuş və o, həmin materialları iş yerinin həyətinə toplamış və sonradan aparmağa qərar versə də Tural və qeyriləri tərəfindən oğurlanmışdır. Bundan başqa, Şahid8 bildirmişdir ki, Tural həmin müddətdə ona bir ədəd dəmirdən su quyusu qapağı da təklif etmiş, lakin o, həmin qapağı qəbul etməmişdir. Tural adlı şəxsin ona satdığı profillərin cinayət yolu ilə əldə edildiyini bilməmiş və ona bu barədə məlumat verilməmiş, qabaqcadan Tural adlı şəxslə, eləcədə qeyriləri ilə sövdələşmə,razılığı olmamışdır.Turaldan almış olduğu profilləri özündə olan qeydiyyat kitabında qeyd etmiş, lakin həmin vaxt kitab iş yerində naməlum şəraitdə itdiyindən onu təqdim edə bilməmişdir (cild 4 iş, vərəqə 192-194). Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid1 ifadəsindən görünür ki, ünvan 23 ünvanında qeydiyyatda olmaqla ünvan 24ında ailə üzvləri ilə birlikdə yaşayır. “Vaz 21074” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə təxminən saat 05:30 radələrində idarə etdiyi “Vaz 21074” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib evdən çıxaraq “Gənclik” metrostansiyası istiqamətində sürmüşdür. Rəşid Behbudov küçəsi ilə hərəkətdə olarkən X5 yanından keçərkən təxminən saat 06 radələrində bir nəfər, sonradan adı məlum olan Tural adlı cavan oğlan əl ilə işarə verdiyi üçün avtomobili saxlamış və avtomobillə tullantı metalı “28 May" metrostansiyasının yaxınlığında yerləşən metal qəbul etmə məntəqəsinə aparmaq lazım olduğunu sifariş vermişdir. Həmin şəxslə razılaşdıqdan sonra avtomobilə əyləşərək bir qədər sürdürmüş və düşüb getdikdən sonra parçaya bükülmüş vəziyyətdə kondisioner motorunu gətirib avtomobilin yük yerinə qoymuşdur. Daha sonra yenidən gedib əlində sellofan torba ilə qayıdaraq avtomobilə əyləşmiş və avtomobili onun sifariş verdiyi metal qəbuletmə məntəqəsinin qarşısına sürmüşdür.Təxminən saat 07 radələrində həmin metal qəbuletmə məntəqəsi bağlı olduğundan və ona verməyə pulu olmadığından məntəqənin qarşısında dayanmış bir nəfər şəxsdən 5 manat pul alıb ona verərək yola salmış və o, avtomobili sürüb getmişdir.Tural adlı şəxsi əvvəllər tanımamış, onun avtomobilinə yükləmiş olduğu kondisioner motorunun oğurluq olduğunu bilməmiş və həmin şəxs ona bu barədə heçnə deməmişdir (cld 1, vərəqə 56-57). Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid3 ifadəsindən görünür ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində işlətdiyi metal qəbulu məntəqəsində olarkən sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs onun iş yerinə gələrək özünə aid olduğunu dediyi 1 ədəd 230 mm-lik “HP” markalı laqonda, 1 ədəd 230 mm-lik “Bosch” markalı laqonda, 1 ədəd 115 mm-lik “Bosch” markalı laqonda, 3 ədəd direl, 1 ədəd “TEN” markalı qaynaq aparatı,30 metr rulonda 1 ədəd naqil uzadıcısı, 1 ədəd akkumlyatorun tokötürücüsünü satmağı təklif etmiş və həmin alətlərə görə 57 manat pul verərək götürmüşdür. Sonradan Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları metal qəbulu məntəqəsinə gələrək Təqsirləndirilən şəxs ona əşya və alət satıb-satmaması ilə maraqlandıqda bu barədə onlara məlumat vermiş və həmin əşyaları könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun satmış olduğu alətlərin cinayət yolu ilə əldə edildiyindən məlumatsız olmuşdur (cild 1, iş vərəqə 215-216). Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid5 ifadəsindən görünür ki, 02 mart 2024-cü il tarixdə, saat 12 radələrində tanıdığı Təqsirləndirilən şəxs ona Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən «Tamstore» marketin arxasında səkinin üzərinə yığılmış dəmir profillərdən oğurlayıb satmağı təklif etmiş və onun pula ehtiyacı olduğu üçün Turalla razılaşaraq həmin gün saat 13 radələrində qeyd olunan ünvana getmiş,oradakı dəmir profillərdən 1 ədədini götürərək Qaraçuxur qəsəbəsində yaxınlıqda yerləşən metal qəbulu məntəqəsinə aparmış və orada Tural həmin profili özününkü adı ilə Mahir adlı şəxsə sataraq 27 manat əldə etməklə öz aralarında bölmüşlər (cild 2, iş vərəqə 52-53). Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid4 ifadəsindən görünür ki, 2024cü ilin fevral ayının sonlarında tanışı Təqsirləndirilən şəxs ona Suraxanı rayonu, Qaraşuxur qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən “Tamstore” marketin arxasında səkinin üzərinə yığılmış dəmir profillərdən oğurlayıb satmağı təklif etmiş və onun pula ehtiyacı olduğu üçün Turalla razılaşaraq onun dediyi ünvana getmiş, oradakı dəmir profillərdən 1 ədədini götürərək Qaraçuxur qəsəbəsində yaxınlıqda yerləşən metal qəbulu məntəqəsinə aparmış və orada Tural həmin profili özününkü adı ilə Mahir adlı şəxsə sataraq 27 manat əldə etməklə öz aralarında bölmüşlər (cild 2, iş vərəqə 72-73). Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid6 ifadəsindən görünür ki, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkli vəzifəsində xidmət edir, polis kapitanıdır. 06 avqust 2023-cü il tarixdə Tural adlı şəxsin mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və həmin vaxt ünvan 25 ünvanın yaxınlığında üstündə narkotik vasitə olması barədə məlumat alıb dərhal həmin məlumatı rəhbərliyə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra 32-ci Polis Bölməsinin sahə inspektoru Şahid7 ilə birlikdə ünvan 3 ünvanının yaxınlığına getmişlər. Həmin gün saat 23:30-da ünvan 26 ünvanının yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olmasını bildirib, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla Polis Bölməsinə getmişdir.Bundan sonra Polis Bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində özü istifadə etmək üçün bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin olduğunu bildirərərk əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, etimal olunan başqa narkotik vasitə, əşya və sənədlər aşkar olunmamışdır. Bundan sonra onun təqdim etdiyi şəffaf sellofana bükülmüş bükümə baxış keçirilmiş, baxış zamanı həmin bükümdə kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə Xətai rayonu, Əhmədli qəsəbəsində yerdən tapıb özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolda yazılanların doğru olduğunu imzalarla təsdiq etmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş və Tura! Xəlilov heç bir etirazının olmadığını bildirmiş və onun yaşadığı ünvan 3 ünvanında yerləşən evinə gedərək müdafiəçisinin iştirakı ilə həmin evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir.Şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təsir göstərilməmiş, onun kimdən və hansı məqsədlə narkotik vasitəni alması barədə müəyyən əməliyyat tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir (cild 3, iş vərəqə 91-93). İbtida istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 Şahid6 ifadəsi ilə oxşarməzmunlu ifadə verərək onun göstədiklərini təsdiq etmişdir (cild 3, iş vərəqə 94-96). Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid2 ifadəsindən görünür ki, 02 mart 2024-cü il tarixdə saat 12 radələrində "xxxx" ASC-nin ünvan 27 ünvanda yerləşən "xxxx" ASC-nin ünvan 28 transfarmator məntəqəsinə yoxlanışa gələrkən 10kv-lıq paylayıcı lövhəsində olan 8 ədəd “Gera” markalı yuvaların oğurlandığını aşkar etmiş və bu barədə "xxxx" ASC-yə, eləcə də Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə məlumat vermiş, Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirmiş, "xxxx" ASC-nin əməkdaşları tərəfindən akt tərtib edilmişdir (cild 1, iş vərəqə 131-133). Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onlara Təqsirləndirilən şəxs əməlləri nəticəsində 9613 manat 76 qəpik ziyan dəymişdir. Tərəfindən məhkəməyə mülki iddia ərizəsi təqdim edilmişdir. Mülki iddia ərizəsində o, həmin ziyanın təqsirləndirilən şəxs tərəfindən hüquqlarını müdafiə etdiyi müəssisəyə ödənilməsini xahiş edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 13 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, 8-ci döngə ünvanındakı fərdi yaşayış evidir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 4, iş vərəqə 37-43). 10 iyun 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, 8-ci döngə ünvanındakı fərdi yaşayış evindən 01 ədəd qızıl üzüyü oğurladığını əyani göstərmişdir (cild 4, iş vərəqə 80-83). 07 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı həmin bükümdəki kütlənin “kakos” kimi tanıdığı maddə olduğunu, 06 avqust 2023-cü il tarixdə Əhmədli qəsəbəsində tapdığını, üzərində saxlayaraq sonradan istifadə edəcəyi üçün gəzdirdiyini bildirmişdir (cild 3, iş vərəqə 4-5, 97-98). 07 avqust 2023-cü il tarixli məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №196” dairəvi möhür əksi, “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs-imza, İştirak etdilər: iki imza, Təhqiqatçı: Eldar Rəhimov-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 4,814 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 4,714 qram təşkil etmişdir (cild 3, iş vərəqə 15-19). 12 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 29 ünvanında yerləşən fərdi yaşayış evidir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 3, iş vərəqə 239-244). 10 iyun 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə saat 03 radələrində ünvan 29 ünvanında yerləşən fərdi yaşayış evindən 01 ədəd “Redmi” markalı mobil telefonu və 01 ədəd kişi qol saatını oğurladığını əyani göstərmişdir (cild 4, iş vərəqə 30). 14 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 30 ünvanında yerləşən fərdi yaşayış evidir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 121-125). 14 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 31 ünvanında yerləşən fərdi yaşayış evidir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 137-141). 16 oktyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 32 ünvanında yerləsən yaşayış evindən 2023-cü ilin sentyabr ayının sonlarında həmin ünvana qanunsuz daxil olaraq oradan 03 ədəd radiator və 01 ədəd qızdırıcını, ünvan 31 ünvanında yerləşən fərdi yaşayış evindən 10 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində həmin ünvana qanusuz daxil olma yolu ilə yataq otağındakı yastıqların altından 350 manat nağd pulu oğurladığını əyani göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 193-203). 02 mart 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 8 ünvanında yerləşən “Tamstore” marketin arxa hissəsində mühafizə olunmayan ərazidir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 232-238). 02 mart 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 33 ünvanda yerləşən "xxxx" ASC-nin ünvan 34 məntəqəsidir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 107-117). 04 mart 2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 33 ünvanda yerləşən "xxxx" ASC-nin ünvan 34 məntəqəsindən hansı qaydada oğurluq etdiyini hadisə yerində əyani göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 122-123). 15 aprel 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X15, döngə 1 ünvandakı iki mərtəbəli nömrəsiz fərdi evin zirzəmisidir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 183-189). 15 aprel 2024-cü il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X15, döngə 1 ünvandan Zərərçəkmiş şəxs7 məxsus gizli talanmış əmlaklar- 1 ədəd 230 mm-lik “HP” markalı laqonda,1 ədəd 230 mm-lik “Bosch” markalı laqonda, 1 ədəd 115 mm-lik “Bosch” markalı laqonda, 3 ədəd direl, 1 ədəd “TEN” markalı qaynaq aparatı, 30 metr rulonda 1 ədəd naqil uzadıcısı,1 ədəd akkumlyator cərəyan ötürücüsünü Şahid3 götürmüşdür. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 193-197). Cinayət işinin materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X15, döngə 1 ünvandan oğurlanmış əmlaklar- 1 ədəd 230 mm-lik “HP” markalı laqonda,1 ədəd 230 mm-lik “Bosch” markalı laqonda, 1 ədəd 115 mmlik “Bosch” markalı laqonda, 3 ədəd direl, 1 ədəd “TEN” markalı qaynaq aparatı, 30 metr rulonda 1 ədəd naqil uzadıcısı,1 ədəd akkumlyator cərəyan ötürücüsü Zərərçəkmiş şəxs7 qaytarılmışdır (cild 1, iş vərəqə 214). 06 iyun 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən avtomobil sexidir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 3, iş vərəqə 179-182). 08 iyul 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 91 ünvanında dördmərtəbəli binanın zirzəmisində yerləşən obyektdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 9-10). 29 iyul 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 91 ünvanında dördmərtəbəli binanın zirzəmisində yerləşən obyektdən hansı qaydada oğurluq etdiyini hadisə yerində əyani göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 61-65). 22 yanvar 2024-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur.Təqsirləndirilən şəxs halhazırda da, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur (cild 3, iş vərəqə 116-117). 10 fevral 2024-cü il tarixli məhkəmə-daktiloskopik ekspertizasının rəyindən görünür ki, - xx.xx.2023-cü il tarixdə ünvan 37 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 03 ədəd kağız parçasının üzərinə yapışdırılmış 03 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan 05 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyətin eyniləşdirilməsi üçün yararlıdır. xx.xx.2023-cü il tarixdə ünvan 31 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd kağız parçasının üzərinə yapışdırılmış 06 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan 09 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır; - Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloskopik xəritəsi müqayisəli tədqiqat üçün yararlıdır; - xx.xx.2023-cü il tarixdə ünvan 37 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs3 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş yararlı olan əl izlərindən 04 ədədi xx.xx.1985-ci il tarixdə Qazax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta (02 dəfə) və adsız (02 dəfə) barmaqlarının əksləri ilə ilə eynilik müəyyən edilmişdir; - xx.xx.2023-cü il tarixdə ünvan 31 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs4 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1985-ci il tarixdə Qazax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin adsız barmağının əksi ilə ilə eynilik müəyyən edilmişdir; - Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 09 ədəd əl-barmaq və 01 ədəd ovuc izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir (cild 3, iş vərəqə 118-131). 16 aprel 2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların istifadədə olması nəzərə alınmaqla orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin fevral- mart aylarında olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1100,00 manat müəyyən edilir.O cümlədən; -nümunə qismində fotoşəkli təqdim edilmiş 10 santimetrin 10 santimetrə nisbətində,dördkünc formalı,divar qalınlığı 5 mm olan dəmir metaldan hazırlanmış hər biri 6 metr uzunluğunda,tikinti materialı olan 12 ədəd dəmir profil-1020,00(12x85 man)manat. -su quyusuna aid dəmir metaldan hazırlanmış 1 ədəd qapaq-80 manat (cild 3, iş vərəqə 144-147). 12 iyun 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 37 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 03 ədəd kağız parçasının üzərinə yapışdırılmış 03 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan 05 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri, xx.xx.2023-cü il tarixdə ünvan 31 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd kağız parçasının üzərinə yapışdırılmış 06 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan 09 ədəd əl-barmaq izləri iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 4, iş vərəqə 100-101). 05 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi- 4,814 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və götürmə zamanı qeydə alınmış 01 ədəd disk maddi sübut kimi tanınmış və tədqiqatdan sonra 4,764 qram qalıq metamfetamin Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlanma abarına təhvil verilmişdir. Zərərçəkmiş şəxs7 məxsus 1 ədəd 230 mm-lik “HP” markalı laqonda, 1 ədəd 230 mm-lik “Bosch” markalı laqonda, 1 ədəd 115 mm-lik “Bosch” markalı laqonda, 3 ədəd direl, 1 ədəd “TEN” markalı qaynaq aparatı, 30 metr 1ədəd naqil uzadıcısı, 1 ədəd akkumlyatorun tokötürücüsü maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs7 qaytarılmışdır. Zərərçəkmiş şəxs3 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 03 ədəd kağız parçasının üzərinə yapışdırılmış 03 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan 05 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri, Zərərçəkmiş şəxs4 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd kağız parçasının üzərinə yapışdırılmış 06 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan 09 ədəd əl-barmaq izləri maddi sübut kimi tanınaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir (cild 4, iş vərəqə 217-251). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Oğurluq, yəni özgə əmlakını gizli talamaya görə cinayət məsuliyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulsa da, qeyd olunan əməlin təkrar törədilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi həmin Məcəllənin 177.2.3-cü, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədilməsi 177.2.3-2-ci maddəsi, xeyli miqdarda törədilməsi isə 177.2.4-cü maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Pelnumunun 3 mart 2005-ci il tarixli qərarının 10-cu bənində əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin Qərarın 17-ci bənində əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Əgər şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Adı çəkilən Qərarın 21-ci bəndinə əsasən oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqa müvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının 67-ci bəndinə əsasən-təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə metamfetamin külli miqdar təşkil edir. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsin etiraf edici ifadələrini məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla məcmu şəklində qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 177.2.3-2-ci, 177.2.4-cü və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 177.2.3-2-ci, 177.2.4-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətdir. Qeyd olunan əməllər təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 177.2.3-2-ci, 177.2.4-cü və 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın bir qisminin ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal hesab edir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərarı ilə cəzası 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 85-87, cild 2, iş vərəqə 101-103). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdən sonra ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş cəzasını xx.xx.2022-ci il tarixdə çəkib qutardığından məhkumluğunun ödənilmədiyi və götürülmədiyi dövrdə qəsdən ağır (Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan) və az ağır (Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 177.2.3-2-ci, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş) cinayət əməllərini törətməsi onun barəsində cinayətlərin residivi halını formalaşdırmış olur. Qeyd olunanlara əsəsən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi əlamətini Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə təyin edilən cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın bir qisminin ödənilməsi kimi barəsində yüngüllləşdirici halın olmasını, təqsirləndirilən şəxsin barəsində cinayətlərin residivi kimi cəzanı ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 177.2.3-2-ci, 177.2.4-cü və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 177.2.3-2-ci, 177.2.4-cü maddələri və 234.1-1-ci maddəsi ilə təyin edilmiş cəzalar isə həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplanması yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş (cild 2, iş vərəqə 245), istintaq orqanının 08 avqust 2023-cü il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş (cild 3, iş vərəqə 58-60), ünvan 38 ünvanından və ünvan 39dan yerləşən fərdi yaşayış evlərindən oğurluq edilməsi faktları üzrə Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 2, iş vərəqə 180-181), istintaq orqanının 17 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş (cild 2, iş vərəqə 217-218), ünvan 8 ünvanında yerləşən “Tamstore” marketin arxa hissəsində mühafizə olunmayan ərazidən oğurluq edilməsi faktı üzrə Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 2, iş vərəqə 22), istintaq orqanının 06 mart 2024-cü il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş (cild 2, iş vərəqə 87-89), "xxxx" ASC-nin Suraxanı RETSİ-nin balansından oğurluq edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanının 20 aprel 2024-cü il tarixli qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş (cild 1, iş vərəqə 169-171), ibtidai istintaq orqanının 01 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilmiş (cild 4, iş vərəqə 104-107), Zərərçəkmiş şəxs9 maddi ziyan vurulması epizodu üzrə Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 45), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 27 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 82-83). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 07 avqust 2023-cü il tarixdən 08 avqust 2023-cü il tarixədək, 16 oktyabr 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək, 04 mart 2024-cü il tarixdən 06 mart 2024-cü il tarixədək tutulduğu müddət ona təyin ediləcək cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 iyul 2024-cü il tarixdən hesablanmalıdır. 22 yanvar 2024-cü il tarixli ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 3, iş vərəqə 113-114). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,714 qram təşkil edən metamfetamin, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, Zərərçəkmiş şəxs3 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 03 ədəd kağız parçasının üzərinə yapışdırılmış 03 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan 05 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri, Zərərçəkmiş şəxs4 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd kağız parçasının üzərinə yapışdırılmış 06 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan 09 ədəd əl-barmaq izləri məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs7 məxsus 1 ədəd 230 mm-lik “HP” markalı laqonda, 1 ədəd 230 mm-lik “Bosch” markalı laqonda, 1 ədəd 115 mm-lik “Bosch” markalı laqonda, 3 ədəd direl, 1 ədəd “TEN” markalı qaynaq aparatı, 30 metr 1ədəd naqil uzadıcısı, 1 ədəd akkumlyatorun tokötürücüsünün Zərərçəkmiş şəxs7 qaytarıldığı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.17 və 346.1.21 ) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsidir. İş materiallarından görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən qanunun tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi mülki iddia ərizəsində maddi ziyana görə 9613, 76 (doqquz min altı yüz on üç manat yetmiş altı) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ittiham aktında qeyd edilən məbləğdə ziyan vurulması ilə əlaqədar oğurluq cinayəti törətdiyi barədə qənaətə gəldiyindən hesab edir ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs tutularaq 9613, 76 manat pul vəsaiti "xxxx" ASC-yə ödənilməlidir. . Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.3cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə 142 (bir yüz qırx iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 3, iş vərəqə 16, iş vərəqə 145 ). İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş ümumi ziyanın məbləği 18098,00 manat təşkil edir. 1,160 manat dəyərində maddi ziyan Zərərçəkmiş şəxs7 qaytarıldığından, hal-hazırda iş üzrə zərərçəkmiş şəxslərə ödənilməmiş ziyan məbləği 16938,76 manatdan ibarətdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarları ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 28 aprel 2025-ci il tarixədək göstərilmiş xidmət müqabilində 6 manat, 28 aprel 2025-ci il tarixdən sonra 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla dövlət büdcəsinin vəsaiti hesabına məhkəmə mərhələsində göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 296 (120+176) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 177.2.3-2-ci, 177.2.4-cü və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 177.2.3-2-ci, 177.2.4-cü maddələri ilə 4(dörd) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 177.2.3-2-ci, 177.2.4-cü və 234.1-1-ci maddələri ilə təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 7(yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 avqust 2023-cü il tarixdən 08 avqust 2023-cü il tarixədək, 16 oktyabr 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək, 04 mart 2024-cü il tarixdən 06 mart 2024-cü il tarixədək tutulduğu 4 gün müddət ona təyin edilmiş 7(yeddi) il azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 6 (altı) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia təmin olunsun. 9613,76 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq "xxxx" ASC-yə ödənilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,714 qram təşkil edən metamfetamin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, Zərərçəkmiş şəxs3 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 03 ədəd kağız parçasının üzərinə yapışdırılmış 03 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan 05 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri, Zərərçəkmiş şəxs4 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd kağız parçasının üzərinə yapışdırılmış 06 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan 09 ədəd əl-barmaq izləri məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın; - Zərərçəkmiş şəxs7 məxsus 1 ədəd 230 mm-lik “HP” markalı laqonda, 1 ədəd 230 mm-lik “Bosch” markalı laqonda, 1 ədəd 115 mm-lik “Bosch” markalı laqonda, 3 ədəd direl, 1 ədəd “TEN” markalı qaynaq aparatı, 30 metr 1ədəd naqil uzadıcısı, 1 ədəd akkumlyatorun tokötürücüsünün Zərərçəkmiş şəxs7 qaytarıldığı nəzərə alınsın. 142 (bir yüz qırx iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi ödənilməsi üçün onun işlədiyi 19 saylı Vəkil Bürosunun hesabına 296 (iki yüz oxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-804/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-804/2025
28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver