Məhkəmə qərarları › İş №1(101)-805/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-805/2020

05.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-805/2020 05.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X17, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Novruzov Söhbət Nurəddin oğlunun, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, həbs olunanadək işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 45, mənzil 9-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə,Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə, saat 23:00 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 45 ünvanına gedərkən yaşadığı məhəllənin yaxınlığında, yəni Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 28 ünvanında yerləşən “Laçın” kafesinin qarşısında əvvəllər tanımadığı Şahid1 ilə X3 qucaqlaşaraq öpüşdüklərini görüb, onlara yaxınlaşaraq insanların olduğu ictimai yerdə öpüşmələrinə sözlə iradını bildirmiş və onların arasında sözlü mübahisə başlanmışdır. Təqsirləndirilən şəxs Şahid1lə sözlü mübahisə etdikdən sonra qucaqlaşaraq öpüşən şəxslərin içkili vəziyyətdə olduqlarını gördüyündən mübahisəsini dayandırıb oradan uzaqlaşan zaman sonuncularla birlikdə spirtli içki qəbul etmiş və həmin vaxt yüngül dərəcəli sərxoşluq vəziyyətində olan Zərərçəkmiş şəxs əlində silah qismində istifadə etdiyi məişət təyinatlı mətbəx bıçağı ilə yüksək səslə qışqıraraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq ediləcəyi hədəsi ilə qərəzli xuliqanlıq hərəkətləri edərək tanışları Şahid1 və Sərfinaz Cərkəzzadə ilə mübahisə edildiyi üçün ünvansız nalayiq ifadələr işlədərək həmin vaxt orada dayanmış Şahid4 və Şahid3 arxasınca düşüb təqib etdiyini görmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bu hərəkətlərinə görə sonuncunu öldürmək qərarına gəlmişdir. O, əl çantasının içərisində olan 1 (bir) ədəd xüsusi təyinatlı ov bıçağını götürüb Zərərçəkmiş şəxs arxasınca qaçaraq xx xxxxxxx 2019-cu il tarixdə saat 23:13-də Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 28 ünvanında yerləşən siqaret köşkünün qarşısında, avtomobil yolunun kənarında Zərərçəkmiş şəxs hücum edərək qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək məqsədilə bıçaqla vuraraq Zərərçəkmiş şəxs ölümünə səbəb olan ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edərək kəskin daxili qanitirməyə səbəb olmuş 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirərək qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayətini törətməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirildi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və cinayət hadisəsinin zəruri müdafiə həddinin aşılması nəticəsində törədildiyini bildirərək ifadəsində göstərdi ki,o, xx xxxxxxx 2019-cu il tarixdə idarə etdiyi **-KL-*** nömrəli, “BMV 523” markalı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerinə yol polis əməkdaşları gəlmişlər. İnzibati xəta haqqında protokolun tərtib edilməsi üçün polis əməkdaşları onu və toqquşduğu avtomobilin sahibini yaxınlıqda yerləşən Xətai rayon Yol Polis şöbəsinə dəvət etmişlər. Həmçinin, onun idarə etdiyi avtomobil də saxlanılması üçün Xətai rayon Yol Polis şöbəsinin həyətinə aparılmışdır. xx xxxxxxx 2019-cu il tarixdə, saat 14:00 radələrində o, avtomobilinin saxlanıldığı yerə getmiş və avtomobilində olan ləvazimatlarını, yəni ətirləri, ayaqqabı təmizləyəni, avtomobilin güzgüsündən asılmış təsbehi, suvenir kimi aldığı 1 (bir) ədəd bıçağı çantasına qoyaraq oradan getmişdir. O, əşyalarını götürdükdən sonra “Ayna Sultanova” heykəlinin yaxınlığında yerləşən “Step İT” məktəbinə getmişdir. Həmin gün saat 22:00 radələrində o, dərsdən çıxaraq taksi ilə yaşadığı evə getmişdir. Həmin ərəfələr onun dərsi çox olduğundan o, demək olar ki, çölə çıxmamışdır. O, taksi ilə yaşadığı evin yaxınlığına, yəni Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 28 ünvanında yerləşən yaşayış binasının yaxınlığında olan aptek və mağazaların qarşısına çatdıqda, taksidən düşmüş və biraz hava almaq istəmişdir. Bu məqsədlə o, siqareti alışdıraraq çəkməyə başlamışdır. O, siqaret çəkdiyi vaxt birdən yaxınlıqda olan döngədə yerləşən təhlükəsizlik kamerasının altında tanımadığı bir kişi ilə bir qadının qucaqlaşıb öpüşdüyünü görmüşdür. Həmin yerdən çoxlu sayda adam keçdiyindən o, qucaqlaşaraq öpüşən şəxslərə yaxınlaşmış və sonunculara orada öpüşmələri ilə bağlı iradını bildirmişdir. O, həmin şəxslərə sakit şəkildə yaxınlaşmış və demişdir ki, “Buradan ana-bacı keçir. Burada öpüşmək düzgün deyil”. Bu vaxt onun irad bildirdiyi kişi onunla razılaşmış və demişdir ki, “Oldu qardaş. Düz deyirsən”. Bununla da məsələ bağlanmışdır. Lakin birdən həmin kişi ilə öpüşən qadın qışqırmağa başlamış və ona demişdir ki, “Get işinlə məşğul ol. Sən kimsən ki, bizim işimizə qarışırsan?” Həmin qadın bunu dedikdən sonra onu təhqir etməyə başlamışdır. Həmin an o, qadın və kişinin sərxoş olduqlarını başa düşmüşdür. O, həmin şəxslərin sərxoş vəziyyətdə olduqlarını başa düşdükdən sonra oradan uzaqlaşmaq istəmişdir. Qadın qışqır-bağır saldığından onların olduqları yerə çoxlu adamlar toplaşmağa başlamışdır. Lakin birdən yaşlı, üzü saqqalı olan bir kişinin əlində uzun bıçaqla onun olduğu yerə qaçaraq və qışqıraraq nəsə deyərək gəldiyini görmüşdür. Həmin şəxs Hamlet olmuşdur. Hamlet sanki bir anın içində peydə olmuş və əlində bıçaqla orada olan şəxslərə hücum etməyə başlamışdır. O, həmin vaxt nə baş verdiyini başa düşməmişdir. Sonradan bilmişdir ki, Hamlet tanışı olan qadın və kişi ilə onun arasında olan söz-söhbəti eşitmiş və tanışlarına irad bildirən şəxslərlə “haqq-hesab” etmək istəmişdir. Hamlet əlində bıçaqla orada olan və onun uşaqlıqdan tanıdığı Bahadır və Muradın arxasınca qaçmağa başlamışdır. Hamlet Bahadır və Muradın arxasınca əlində bıçaqla qaçaraq havada bıçaqla möhkəm zərbələr endirməyə çalışmışdır. Lakin Bahadır və Murad cəld tərpəndiklərindən, Hamlet Bahadır və Murada əlindəki bıçaqla zərbə vura bilməmişdir. O, bunu görüb çantasına yaxınlaşmış və çantasından bıçaq götürərək Hamletin olduğu yerə qaçmışdır. Onun bıçaqla Hamletin olduğu yerə getməkdə məqsədi Hamletin hərəkətlərinin qarşısını almaq olmuşdur. X31 və Murada çata bilsəydi, mütləq həmin şəxsləri öldürəcəkmiş. O da Hamletin arxasınca qaçmışdır ki, Hamletin qanunsuz hərəkətlərinin qarşısını alsın. Bu vaxt o, birdən Hamletlə üzbəüz gəlmişdir. Həmin an Hamletin əlində bıçaq olmuşdur. O, Hamletin onu vuracağını fikirləşib özü ona cəld əlindəki bıçaqla zərbə endirmişdir. Hamlet aldığı zərbədən biraz sakitləşmişdir. O, Hamletin sakitləşdiyini görüb Hamletdən uzaqlaşmışdır. O, oradan uzaqlaşdıqda Hamletə bıçaqla xəsarət yetirdiyini bilməmişdir. Çünki Hamlet yerə yıxılmamış və normal şəkildə yeriyərək yolu keçmişdir. O, bundan sonra evinin yaxınlığındakı uşaq bağçasının yanına getmiş və bıçağı orada damın üstünə atmışdır. Hadisə vaxtı orada olan şəxslər sonra onun arxasınca gəlmişlər. O, orada bilmişdir ki, onun Hamletə vurduğu zərbə Hamletin ürəyindən dəymişdir. Sonradan o, Hamletin 4-5 dəfə içkili vəziyyətdə adam bıçaqladığını bilmişdir. O, Hamlet ilə üz-üzə gəldikdə, Hamletin sifəti dönmüşdür. Ona görə də o, cəld tərpənərək Hamleti vurmuşdur. Bütün bunlardan sonra o, polisdə işləyən tanışına zəng etmiş və polisə təslim olmaq istədiyini bildirmişdir. Həmin şəxs gəlib onu polisə aparmışdır. Polis orqanında o, bıçağı atdığı yeri polislərə göstərmişdir. Hamlet onun vurduğu bıçaq zərbəsindən ölsə də, onun Hamleti öldürmək kimi fikri olmamışdır. O, Hamletin hərəkətlərinin qarşısını almaq istəmişdir. Ona görə də o, Hamletə bir zərbə vurmşdur. Hamlet sakitləşikdən sonra o, oradan uzaqlaşmışdır. Əgər onun Hamleti öldürmək kimi fikri olsaydı, o, Hamletə daha çox zərbə yetirərək öldürərdi. Amma o, Hamletə sonradan zərbə endirməmiş və çıxıb getmişdir. Hamlet həmin vaxt yerə yıxılmamış və əyilməmişdir. Əgər o, bıçağın Hamletə dəydiyini həmin an bilsəydi, Hamletə kömək edərdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyinə görə və sonuncunun öldüyünə görə peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi X15 ilə barışdığını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmadığını, cinayət hadisəsini Şahid1 və X3 əxlaqsız hərəkətlərinin və Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinin təsiri altında törətdiyini bildirərək həmin halların nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 123-cü maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi, yəni onun Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması hissəsində məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin göstərilən hissədə məhkəmə istintaqında verdiyi ifadəsinə tənqidi yanaşır və həmin hissədə onun ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğlu məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq, cinayət əməlinə haqq qazandırmaq, eləcə də öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqında verdiyi ifadələrini, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, cinayət işi üzrə istintaq hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tam və obyektiv tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayətini törətməsində təqsiri məhkəmə istintaqında tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Novruzov Söhbət Nurəddin oğlu ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun doğma qardaşı olmuşdur. Zərərçəkmiş şəxs 1989-cu ildə Gədəbəy rayonunda X14 ilə rəsmi nikaha girərək ailə qurmuş və qardaşının birgə nikahdan beş uşağı olmuşdur. Hamlet ailə qurduqdan bir müddət sonra Bakı şəhərinin Sabunçu rayonunda oğurluq etdiyinə görə tutulmuşdur. Hamlet tutulduqdan sonra Güllü ondan rəsmi qaydada boşanmışdır. Güllü boşandıqdan sonra öz uşaqlarına da baxmaqdan imtina etmişdir. Həmin vaxtdan etibarən Hamletin uşaqlarını onun atası Nurəddin öz himayəsinə götürərərək saxlamışdır. Hamlet üç dəfə məhkumluq həyatı yaşamışdır. Hamlet bir dəfə oğurluğa, bir dəfə narkotik maddələrin qanunsuz dövriyyəsinə, sonuncu dəfə də adam bıçaqladığına görə məhkum olmuşdur. Qardaşı Hamlet spirtli içki qəbul edən şəxs olduğundan tez-tez spirtli içki içmiş və sərxoş olduğu halda dava-dalaş salmışdır. Hamlet ümumilikdə 15 ilə yaxın müddət ərzində məhkumluq həyatı yaşamışdır. Hamlet sonuncu dəfə azadlığa çıxdıqdan sonra ev təmiri ilə məşğul olmuş və usta kimi fəaliyyət göstərmişdir. Hamlet fərdi qaydada evlərin təmir işləri ilə məşğul olmuşdur. Hamlet 2019-cu ilin əvvəllərində azadlığa buraxıldıqdan sonra dörd ay Gədəbəy rayonunda atasının evində yaşamışdır. Lakin Hamlet valideynləri ilə yola getməmiş və Bakı şəhərinə gələrək onun evində yaşamışdır. Hamlet 2019-cu ilin avqust ayının sonunda onun evindən çıxıb getmiş və Sabunçu rayonunda yaşayan Elmira adlı qadınla birlikdə yaşamağa başlamışdır. Hamletin tanışı olan Elmira adlı qadın Bakı şəhəri, Xətai rayonu ərazisində 62 nömrəli avtobusun sonuncu dayanacağı kimi tanınan yerdə tualet işlətmişdir. Hamlet də gün ərzində Elmiranın yanında olurmuş. Onun baş vermiş cinayət hadisəsi barədə dəqiq məlumatı yoxdur. Hadisədən sonra o, Hamletin öz dostu Qəribağa və sonuncunun Sərfinaz adlı sevgilisi ilə birlikdə Elmiranın işlətdiyi tualetin yaxınlığında spirtli içki içdiyini, sonra Qəribağa ilə Sərfınazın qucaqlaşdıqlarını, sonuncuların qucaqlaşdıqlarını görən Təqsirləndirilən şəxs Qəribağa və Sərfinaza irad bildirdiyini, bunu görən Hamletin əlinə bıçaq götürərək ətrafda olan şəxslərin və həmçinin, Muradın üzərinə hücum çəkməsini öyrənmişdir. Hamletin Qəribağa ilə çox yaxın münasibəti olduğundan Təqsirləndirilən şəxs Qəribağa ilə Sərfinaza irad bildirməsi Hamleti qəzəbləndirmişdir. Bundan sonra Hamlet bıçaqla Təqsirləndirilən şəxs tərəf getdikdə, Murad öz bıçağı ilə onun qardaşı Hamletə bir zərbə vurmuşdur. Həmin zərbənin təsirindən Hamlet ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi Novruzov Söhbət Nurəddin oğlu təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şahid3 onun dostu və məhəllə uşağıdır. xx xxxxxxx 2019-cu il tarixdə saat 23:00 radələrində o, 62 nömrəli avtobusun sonuncu dayanacağının yaxınlığında, yəni Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 28 ünvanda yerləşən binanın yaxınlığında olan avtomobil yolunun kənarında “Milliön” aparatına pul yükləmişdir. Həmin vaxt onun dostu Şahid3 ona zəng etmiş və onlar çay içmək üçün çayxanaya getmək qərarına gəlmişlər. Həmin vaxt onun başı telefona qarışmışdır. Birdən o, tanımadığı bir qadının qışqırdığını görmüşdür. Həmin qadın kiminləsə mübahisə edərək yüksək səslə qışqırmışdır. O, qadının nə dediyini bilməsə də, həmin qadının sərxoş olması danışığından hiss olunmuşdur. Şahid3 avtomobil yolunun qarşı tərəfinə, yəni həmin qadının qışqırdığı tərəfə keçmişdir. O da Şahid3 arxasınca dayandığı yerdən yolun qarşı tərəfinə keçmişdir. Həmin vaxt o, qışqıran qadının dayandığı yerdən təxminən 10-15 metr aralıda Təqsirləndirilən şəxs ilə həmin qadının mübahisə etdiyini görmüşdür. O, həmin vaxt məsələnin nə olduğunu bilməmişdir. Sonradan o, həmin qadının bir kişi ilə küçədə qucaqlaşaraq öpüşdüyünü və Təqsirləndirilən şəxs həmin şəxslərə yaxınlaşaraq öz iradını bildirməsini bilmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxsla həmin sərxoş qadın arasında sözlü mübahisə yaranmışdır. Qadının qışqırığına və səs-küyə ora xeyli adam yığışmışdır. Sonradan mərhum Hamlet əlində uzun və böyük bir bıçaqla qışqıra-qışqıra onun və dostu Şahid3 üzərinə gəlməyə başlamışdır. Hamlet elə sürətlə onların üstünə gəlmişdir ki, o və Şahid3 bir anlıq şoka düşmüşlər. Sonradan o bilmişdir ki, Hamlet Təqsirləndirilən şəxs sərxoş qadınla mübahisə etdiyini eşitmiş və Təqsirləndirilən şəxs vurmaq üçün qaça-qaça gəlmişdir. Çünki Hamletin əlində uzun və böyük bıçaqla onların üstünə gəlməyinin başqa səbəbi olmamışdır. Hamlet onun və Şahid3 üstünə gələrkən onların sərxoş qadınla mübahisə etdiyini düşünmüşdür. Lakin əslində Hamlet Təqsirləndirilən şəxs axtarmış və sonuncunu vurmaq istəmişdir. Hamlet sərxoş olduğundan həmin vaxt ilk öncə onun və Şahid3 üzərinə doğru gəlmişdir. İlk öncə o, ardınca isə Şahid3 oradan qaçaraq yolun əks tərəfində olan dükanların arxasına keçmişlər. O, dükanların qarşısına doğru fırlandıqda arxasınca Şahid3 gəldiyini görmüşdür. Muradın arxasınca isə Hamlet gəlmişdir. Şahid3 ona demişdir ki, dükanların arxasında Hamlet bıçaqla Muradı vurmaq istəmişdir. Lakin Şahid3 qaçaraq özünü Hamletdən qoruya bilmişdir. Onlar Hamletdən qaçdıqlarından, Hamlet onları tuta bilməmişdir. Hamlet onu və Şahid3 tuta bilmədikdə, Təqsirləndirilən şəxs axtarmağa başlamış və əlində bıçaqla yolun kənarında olan siqaret satılan dükanın qarşısına doğru getmişdir. Sonra o, Hamleti görə bilməmişdir. Sonradan Şahid3 ona Hamletin əlində bıçaqla Təqsirləndirilən şəxs istiqamətində qaçaraq gəldiyi vaxt Təqsirləndirilən şəxs əlindəki bıçaqla vurmaq istədiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs Hamletdən cəld tərpənərək özünü qorumaq məqsədi ilə Hamletə bıçaqla bir zərbə vurmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki,Şahid4 onun həm qonşusu, həm də dostudur. xx xxxxxxx 2019-cu il tarixdə saat 23:00 radələrində o, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 62 nömrəli avtobusun sonuncu dayanacağının yaxınlığında avtomobil yolunun kənarında dayanmışdır. Həmin vaxt o, Bahadıra zəng etmişdir. Bahadır yaxınlıqda olduğunu ona demiş və onlar birlikdə çayxanaya gedib çay içmək istəmişlər. O, Bahadırla telefonda danışanda yaxınlıqda olan müşahidə kamerasının altında bir kişi ilə bir qadının qucaqlaşdıqlarını və öpüşdüklərini görmüşdür. O, həmin şəxslərin sərxoş olmalarını hiss etmişdir. Ona görə də o, qucaqlaşaraq öpüşən şəxslərə fikir verməmiş və Bahadırın onun yanına gəlməsini gözləmişdir. Bir qədər sonra həmin qadın kiminsə üstünə qışqırmağa və yüksək səslə mübahisə etməyə başlamışdır. Lakin o, həmin qadının niyə qışqırdığını və nə dediyini tam olaraq bilməmişdir. Həmin qadının danışığından o, sonuncunun sərxoş və aqressiv olmasını hiss etmişdir. O, nəyin baş verdiyini öyrənmək üçün qışqıran qadının yanına getmişdir. Bu vaxt onun dostu Bahadır da onun arxasınca yolun qarşı tərəfinə keçmiş və onun yanına gəlməyə başlamışdır. Həmin qışqıran qadından təxminən 10-15 metr aralıda o, Təqsirləndirilən şəxs görmüşdür. O, ora yaxınlaşdıqda Təqsirləndirilən şəxs həmin qadınla mübahisə etdiyini başa düşmüşdür. Təqsirləndirilən şəxs onun yaşadığı məhəllədə yaşadığından o, Təqsirləndirilən şəxs məhəllə uşağı kimi tanımışdır. O, həmin şəxslərə yaxınlaşdıqda, Təqsirləndirilən şəxs müşahidə kamerasının altında qucaqlaşan sərxoş qadınla kişiyə irad bildirdiyini və sərxoş qadının Muradın iradına aqressivlik edərək qışqırmasını başa düşmüşdür. Qadının qışqırığına və yaranmış səs-küyə həmin əraziyə xeyli sayda adam yığışmışdır. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs qadınla mübahisəsi sakitləşmişdir. Ara sakitləşdikdən sonra mərhum zərərçəkmiş şəxs Hamlet əlində uzun bir bıçaqla qışqıra-qışqıra onun və dostu Bahadırın üzərinə gəlməyə başlamışdır. O və Bahadır Hamletdən qorxaraq qaçmağa başlamışlar. O, Hamletin niyə onun və Bahadırın üstünə gəldiyini başa düşə bilməmişdir. Hamletin davranışından və hərəkətlərindən məlum olmuşdur, o və Bahadır Hamletin əlinə keçsələr Hamlet onları bıçaqla öldürəcək. Ona görə də o, dostu Bahadırla birlikdə Hamletdən qaçmışdır. Birinci Bahadır qaçmış, sonuncunun arxasınca isə o, qaçmışdır. Onlar yolun əks tərəfində olan dükanların arxasına keçmişlər. Hamlet də qaça-qaça əlindəki bıçaqla onların üzərinə gəlmişdir. Bahadır dükanların qarşısına keçdiyindən Hamlet Bahadırı tuta bilməmişdir. O isə Hamletdən qaça bilməmişdir. Ona görə də Hamlet onun üzərinə gələrək bıçaqla onu vurmaq istəmişdir. Hamlet bir-iki dəfə ona bıçaqla zərbə vurmaq istəsə də, o, Hamletin zərbələrindən yayına bilmişdir. Hamlet sərxoş olduğundan və o, Hamletdən biraz kənarlaşa bildiyindən Hamlet ona zərbə vura bilməmişdir. Hamlet onu vura bilmədiyini görüb dükanların qarşısına getmişdir. O da Hamletin arxasınca getmişdir. O, Hamletin arxasınca getdikdə, kameranın altında öpüşən şəxslərdən kimsə Hamletə qışqıraraq demişdir ki, “O deyil. Sən düz adamı vurmursan. Bizimlə sözləşən o, deyil”. Bundan X32 Tağıyevi axtarmağa davam etmiş və əlində bıçaqla yolun kənarında olan siqaret satılan dükanın qarşısına doğru qışqıra-qışqıra getmişdir. Hamlet siqaret satılan dükanların qarşısına əlində bıçaqla çatdıqda, Təqsirləndirilən şəxslə üz-üzə gəlmişdir. Təqsirləndirilən şəxs Hamletlə üz-üzə gəldikdə, Hamletin əlində bıçaq olmuş və həmin vaxt Hamlet bıçağı əlində oynadırmış. Bir anın içində Təqsirləndirilən şəxs Hamletə yaxınlaşmış və sonuncuya bir bıçaq zərbəsi vurmuşdur. Murad sonra bir dəfə də təpiklə Hamleti vurmuşdur. O, həmin vaxt Muradla Hamleti bir-birindən aralamışdır. Təqsirləndirilən şəxs Hamleti bıçaqladıqdan sonra Hamlet əli ilə yaralandığı yeri tutmuş və Murada demişdir ki, “Sən tez tərpəndin. Mən səni vuracaqdım ki, sən məni vurdun”. Sonra orada olan şəxslərdən kimsə polisə və təcili yardıma məlumat vermişdir. Bundan sonra o, Bahadırla birlikdə yaşadığı evə getmişdir. Həmin vaxt o, orada Hamletə nə olduğunu dəqiq bilməmişdir. Növbəti gün o, Hamletin öldüyünü, Təqsirləndirilən şəxs isə polis tərəfindən tutulduğunu öyrənmişdir. Şahid3 ifadəsində, həmçinin göstərmişdir ki, Hamlet həmin gün əlində olan bıçaqla hamının üzərinə qaçmışdır. Əgər o və Bahadır Hamletin əlinə keçsəydilər, Hamlet onları öldürəcəkdi. Hamlet Muradla üz-üzə gəldikdə Murada demişdir ki, “Əgər sən məni vurmasaydın, mən səni vuracaqdım”. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxslə bir məhəllədə yaşadığı üçün Təqsirləndirilən şəxs uşaq yaşlarından tanımışdır. xx xxxxxxx 2019-cu il tarixdə, saat 23:00 radələrində o, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 62 nömrəli avtobusun sonuncu dayanacağında olmuşdur. Həmin vaxt onun məhəllə uşaqları da orada olmuşlar. Onlar biraz söhbət etdikdən sonra o, evə getmişdir. O, evə getdikdə Təqsirləndirilən şəxs yolun kənarında dayandığını görmüş və Muraddan hal-əhval soruşmuşdur. Həmin vaxt Murad yolun əks tərəfində, yəni “Laçın” kafesinin qarşısında tanımadığı bir kişi ilə bir qadının sərxoş vəziyyətdə qucaqlaşıb öpüşdüklərini görmüş və ona heç bir söz demədən həmin şəxslərə yaxınlaşmışdır. Murad öpüşən şəxslərə yaxınlaşıb mədəni şəkildə oradan camaatın keçdiyini və həmin şəxslərin etdiyi hərəkətlərin düzgün olmadığını bildirmişdir. Həmin vaxt qadınla qucaqlaşan və öpüşən kişi Muradın üstünə qışqırmış və etirazını bildirərək demişdir ki, “Sən kimsən? Mən bilmirəm guya nə edirəm! Mən yatıb çıxmış adamam. Get işinlə məşğul ol”. Bu vaxt həmin qadın da Muradın üstünə qışqıraraq demişdir ki, “Sən kimsən ki, bizə söz deyirsən? Get işinlə məşğul ol”. Bu vaxt qadınla öpüşən kişi əynində olan gödəkçəni çıxarmış və Muradla əlbəyaxa olmaq istəmişdir. Lakin Murad həmin qadınla kişinin sərxoş olduğunu başa düşərək həmin şəxslərdən kənara çəkilmişdir. Həmin vaxt onun və Muradın yanında dostu Elxan da olmuşdur. Sonra Muradla öpüşən kişi arasında dava baş verməsin deyə, o, həmin qadınla kişini sakitləşdirməyə başlamışdır. Lakin qadın sakitləşmək istəməmiş və Muradın üstünə qışqırmağa davam etmişdir. Ona görə də orada səs-küy qopmuşdur. Səs-küyü eşidən Bahadır və Şahid3 də yolun əks tərəfindən onların olduğu tərəfə keçmişlər. Elə bu vaxt Hamlet sanki yerin altından çıxıb demişdir ki, “Kimdir mənim dostlarıma burada söz deyən?”. Hamlet əlində bıçaqla onlara tərəf qaçmağa başlamışdır. Hamlet sərxoş vəziyyətdə olduğundan nə etdiyini bilməmişdir. Hamlet əlində bıçaqla Şahid3 və Bahadırın üzərinə qaçmışdır. Həmin vaxt Şahid3 və Bahadır Hamletdən qorxub qaçmışlar. Hamlet də əlində olan bıçaqla Şahid3 və Bahadırın arxasınca qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs də Hamletin Şahid3 və Bahadırın arxasıyca qaçdığını görüb, yerdə olan çantasını götürmüş və yolun əks istiqamətinə keçmişdir. Həmin vaxt öpüşən şəxslər onun yanında olmuşlar. Lakin o, sonra nə baş verdiyini görməmişdir. Bir neçə dəqiqədən sonra o, yolun əks istiqamətinə keçmiş və həmin vaxt Hamletin sinəsindən qan gəldiyini görmüşdür. Hamlet, həmçinin Təqsirləndirilən şəxs demişdir ki, “Halaldı. Birinci sən vurdun. Yoxsa mən səni vuracaqdım”. O, həmin vaxt heç nə başa düşməmişdir. Lakin sonradan o, orada olan şəxslərdən eşitmişdir ki, Təqsirləndirilən şəxs Hamletin Şahid3 və Bahadırın arxasınca qaçdığını gördükdə, Hamletin həmin şəxsləri öldürə biləcəyini fikirləşmiş, ona görə də Hamletin arxasınca gedərək Şahid3 ilə Şahid4 Hamletin əlindən almaq istəmişdir. X27 Məmmədli Hamletin əlindən qaçdığından Hamlet sonuncuları vura bilməmiş və Təqsirləndirilən şəxs axtarmağa başlamışdır. Birdən Təqsirləndirilən şəxs Hamletlə üz-üzə gəlmişdir. Təqsirləndirilən şəxs Hamletin onu vuracağını düşünüb birinci olaraq Hamleti vurmuşdur. Bir neçə dəqiqədən sonra təcili yardım və polis əməkdaşları ora gəlmişər. Sonra o, Hamletin aldığı bıçaq zərbəsindən öldüyünü, Təqsirləndirilən şəxs isə polislər tərəfindən tutulduğunu eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki,Təqsirləndirilən şəxs onunla qonşu məhəllədə yaşadığı üçün o, Muradı tanımışdır. O və Murad demək olar ki, məhəllə uşaqları olmuşlar. xx xxxxxxx 2019-cu il tarixdə saat 23:00 radələrində o, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 28 ünvanında yerləşən binanın yaxınlığında avtomobil yolunun kənarında olduğu zaman Təqsirləndirilən şəxs və Azər adlı tanışlarının həmin yerdə dayandıqlarını görmüş və sonuncuların yanına yaxınlaşmışdır. O, Təqsirləndirilən şəxs və Azərlə biraz söhbət etmişdir. Onların söhbəti təminən 5-10 dəqiqə çəkmişdir. Bu vaxt onlar orada olan müşahidə kamerasının altında tanımadıqları bir kişi ilə bir qadının qucaqlaşdıqlarını və öpüşdüklərini görmüşlər. Təqsirləndirilən şəxs öpüşən şəxslərə yaxınlaşaraq ətrafda insanların olduğunu, camaatın ana-bacısının oradan keçdiyini, həmin yerdə öpüşməyin düzgün olmadığını öpüşən şəxslərə demişdir. Murad iradını bildirdikdən sonra qadınla öpüşən şəxs öz gödəkçəsini əynindən çıxararaq Muradla əlbəyaxa olmaq istəmişdir. Murad da belində olan çantasını çıxararaq yerə atmışdır. O da Azərlə birlikdə Murada yaxınlaşıb Muradı həmin şəxslərdən bir qədər kənara, yəni yaxınlıqda yerləşən siqaret köşkü istiqamətində aparmışlar. Bu vaxt öpüşən qadın uca səslə qışqırmağa, Muradı söyməyə və qışqırmağa başlamışdır. Birdən mərhum Hamlet əlində uzun bir mətbəx bıçağı ilə qışqıraraq onların yanında olan Şahid3 və Bahadırın üzərinə qaçmağa başlamışdır. Bahadırla Şahid3 Hamletin əlində bıçağı görüb qorxmuşlar və Hamletdən qaçmağa başlamışlar. Hamlet Şahid3 və Bahadırın arxasınca qaçmış, lakin sonuncuları tuta bilməmişdir. Hamlet əslində öpüşən şəxslərə iradını bildirən Təqsirləndirilən şəxs axtarmışdır. Lakin Hamlet sərxoş olduğundan həmin vaxt ilk öncə Şahid3 və Bahadırın üzərinə doğru qaçmışdır. Təqsirləndirilən şəxs də öz çantasını yerdən götürərək Hamletin qaçdığı tərəfə qaçmışdır. Bahadır dükanların qarşısına doğru fırlandıqda, Hamlet Şahid3 üzərinə getmiş və bıçağı əlində saxlayaraq Şahid3 bıçaqla zərbə endirmək istəmişdir. Lakin Şahid3 cəld hərəkət edərək Hamletin bıçaq zərbəsindən yayınmış və dükanların qarşısına keçmişdir. Sonra küçədə öpüşən şəxslərdən kimsə Hamletə qışqıraraq demişdir ki, “Onlar deyil. Bizə söz deyən və irad bildirən şəxs başqasıdır”. Bundan sonra sanki Hamlet Şahid3 və Bahadırdan əl çəkmiş və əlində bıçaqla Təqsirləndirilən şəxs axtarmağa başlamışdır. Hamlet Təqsirləndirilən şəxs axtarmağa davam edərək əlində bıçaqla yolun kənarında olan siqaret satılan dükanın qarşısına doğru qışqıra-qışqıra getmişdir. Bu vaxt Təqsirləndirilən şəxs dükanların arasından çıxmış və orada olan siqaret köşkünün qarşısında, avtomobil yolunun kənarında Hamletə bir dəfə bıçaq zərbəsi vurmuşdur. Həmin vaxt Hamletin də əlində bıçaq olmuşdur. Təqsirləndirilən şəxs Hamletə bıçaqla zərbə vurduqda sonra bir dəfə də təpiklə Hamletin ayağına zərbə vurmuşdur. Həmin vaxt Murad Şahid3 Tağıyevlə Hamleti aralamağa çalışmışdır. Murad Hamletə bıçaq zərbəsi vurduqdan X32 Tağıyevə demişdir ki, “Halaldı. Birinci sən vurdun. Yoxsa mən səni vuracaqdım”. Sonra orada olan şəxslərdən kimsə polisə və təcili yardıma zəng etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 28 ünvanında yerləşən siqaret, su və digər xırdavat əşyalar satılan mağazada satıcı işləmişdir. Təqsirləndirilən şəxs onun işlədiyi mağaza ilə yaxınlıqda yaşadığı və tez-tez gəlib siqaret aldığı üçün Təqsirləndirilən şəxs tanımışdır. Zərərçəkmiş şəxs da onun işlədiyi mağazaya gələrək siqaret, su aldığı üçün o, Hamleti müştəri kimi tanımışdır. Hamletin birgə yaşadığı qadın o, işlədiyi mağazaya yaxın yerdə tualet işlətmişdir. Ona görə də Hamlet tez-tez ora gəlmişdir. Onun nə Muradla, nə də ki, Hamletlə yaxın münasibəti olmamışdır. Mağaza həmin küçədə olan “Laçın” kafesi ilə üzbəüz, avtomobil yolunun kənarında yerləşmişdir. Mağazanın yerləşdiyi yer 62 nömrəli avtobusun sonuncu dayanacağı kimi tanınmışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat 23:00 radələrində o, mağazanın qarşısında dayanmışdır. Həmin vaxt onun yanında tanışı Şahid6 da olmuşdur. Onlar dayandıqları zaman orada olan Daxili İşlər Nazirliyinin “TŞ” kamerasının altında, yəni “Laçın” kafesinin qarşısında tanımadığı bir kişi ilə bir qadının quçaqlaşaraq öpüşdüklərini görmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt öpüşən şəxslərə tərəf yaxınlaşaraq ətrafda insanların çox olduğunu, orada öpüşməyin düzgün olmadığını, öpüşən şəxslərin ədəbsizlik etdiklərini sakit tərzdə başa salmışdır. Həmin vaxt öpüşən kişi öz gödəkçəsini əynindən çıxararaq sanki Muradın üzərinə hücum çəkmək istəmişdir. Lakin Murad və həmin kişi bir-biri ilə dalaşmamışlar. Birdən Hamlet əlində bıçaqla peydə olmuşdur. O, Hamletin haradan gəldiyinə fikir verməmişdir. Hamlet yüksək səslə qışqıraraq “mənim dostlarıma burada söz deyirsiz” sözlərini demişdir. Həmin vaxt orada olan qadın da üzünü Murada tutaraq qışqırmış və Muradı ağır sözlərlə təhqir etmişdir. Hamlet həmin sözü dedikdən sonra əlində olan uzun bir bıçaqla həmin vaxt orada olan Şahid3 və Bahadır adlı şəxslərin üzərinə hücum çəkmişdir. Hamlet qışqıraraq və söyüş söyərək Şahid3 və Bahadırın arxasınca bıçaqla qaçmış və orada olan mağazaların arasına daxil olmuşdur. Həmin vaxt öpüşən qız qışqır-bağır salmağa davam etmişdir. Sonra o, Hamletin sinəsini tutub Eldar və onun olduğu tərəfə gəldiyini görmüşdür. Hamlet onların olduğu tərəfə gələrkən kafenin qarşısında yerə yıxılmışdır. Həmin vaxt o, Hamletin bıçaqlandığını başa düşmüşdür. Sonra orada olan şəxslər Təqsirləndirilən şəxs Hamleti bıçaqla vurduğunu ona demişlər. Bir qədər sonra hadisə yerində toplanan şəxslər polisə və təcili yardım xidmətinə məlumat vermişlər. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o,X13 ilə 2019-cu ilin avqust ayında Bakıxanov qəsəbəsində avtobusda tanış olmuşdur. Onlar tez-tez görüşüb vaxt keçirmişlər və onların arasında dostluq münasibətləri yaranmışdır. O, Zərərçəkmiş şəxs ilə 2004-cü ildən etibarən birlikdə fəhləlik etdiyi üçün sonuncunu tanımışdır. Hamlet əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Hamlet spirtli içkidən çox istifadə edən, söyüş söyüb dava-dalaş salmağa meyilli insan olmuşdur. Hamlet Elmira adlı qadınla yaşamışdır. O, Hamletlə xx xxxxxxx 2019-cu il tarixdə Bakıxanov qəsəbəsində görüşmüşdür. Həmin vaxt onun yanında Sərfınaz olmuş və o, Sərfinazı Hamletlə tanış etmişdir. Sonra onlar birlikdə oturub araq içmişlər. xx xxxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində o, Sərfinazla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüşmüş və onlar həmin qəsəbədə fəaliyyət göstərən kafelərin birində birlikdə dönər yemişlər və adama təxminən 100 qram araq içmişlər. Bu vaxt Zərərçəkmiş şəxs ***-***-**-** nömrəli mobil nömrədən ona məxsus ***-***-**-** nömrəli mobil nömrəyə zəng edərək ondan harada olduğunu soruşmuşdur. O da Hamletə Sərfinazla yeyib-içdiyini bildirmişdir. Hamlet telefonda ondan Sərfinazla birlikdə Elmiranın işlədiyi tualetin yanına gəlməsini və orada spirtli içki içməyə davam etməyi təklif etmişdir. Həmin gün saat 22:00 radələrində o, Sərfinazla birlikdə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 28 ünvanında yerləşən tualetin yanında Hamletlə görüşmüşdür. Elmira həmin vaxt orada olmamışdır. Hamlet tualetin yanında tək olmuşdur. Hamlet yaxınlıqda olan dükanların birindən bir şüşə araq, kolbasa və çörək almışdır. Sonra onlar tualetin qabağında oturub kolbasa ilə üç nəfərə həmin arağı içmişlər. Onun Hamletlə söyüşlə zarafatı olduğundan orada onlar birbirinə zarafatca söyüş söymüşlər. Həmin vaxt Hamletin əlində bıçaq olmuşdur. Hamlet həmin bıçağı əlində saxlayaraq kobud sözlər işlətmişdir. Hamlet lovğalanaraq əvvəllər bıçaqla bir neçə dəfə adam vurduğunu demişdir. Hamlet, həmçinin söyüş söyərək nalayiq ifadələr işlətmişdir. Sərfinaz Hamletin əlində bıçaq oynatmasından qorxmuş və ona çıxıb getməyi təklif etmişdir. Həmin vaxt Hamlet olduqca sərxoş vəziyyətdə olmuşdur. Onların üçü də içkili olmuşdur. Saat 23:00 radələrində o və Sərfinaz oturduqları yerdən evə getmək üçün ayağa durmuşlar. Hamlet ona Sərfinazı evə ötürməyə gəlmək istədiyini dedikdə o, Hamletə etiraz etməmişdir. O, Sərfinazla qabaqda getmiş və döngədə olan “TŞ” kamerasının altına çatmışlar. Hamlet həmin vaxt tualetin qapısını bağladığı üçün bir qədər arxada gəlmişdir. Sərfinaz onun Hamletlə söyüşlə zarafat etdiyi üçün onu danlamış və bir daha Hamletlə oturmağa gəlmək istəmədiyini demişdir. O, Sərfinaza Hamletin sərxoş olduğunu və bu səbəbdən Hamletin belə danışdığını demişdir. Həmin vaxt hava soyuq olduğu üçün o, Sərfinazı qucaqlamışdır. Bu vaxt onun əvvəllər tanımadığı Təqsirləndirilən şəxs mağazaların qarşısından yolu keçib onlara doğru yaxınlaşmış və demişdir ki, “Bura bizim məhəllədir. Burada qucaqlaşmaq olmaz. Buradan camaat evinə gedir”. O, Təqsirləndirilən şəxs etiraz edərək pis iş görmədiklərini demişdir. Həmin vaxt o, bir qədər əsəbiləşmiş və üst geyimini çıxarıb Muradla dalaşmaq istəmişdir. Murad da həmin vaxt üst geyimini çıxarmışdır. Bu zaman Murad arxaya doğru çəkilmiş və Muradın yanında olan bir oğlan da onu sakitləşdirmişdir. Sərfinaz da onu sakitləşdirmiş və ona görə də onunla Murad arasında həmin vaxt əlbəyaxa dava olmamışdır. X28 demişdir ki, “başın ağrımamış çıx get”. Həmin vaxt o, Sərfinazla birlikdə avtobus gözləmişdir. Bununla da onunla Murad arasında olan mübahisə başa çatmışdır. Bu zaman orada olan səs-küyə xeyli adam toplaşmışdır. Sərfinaz da onun kimi içkili olduğu üçün uca səslə danışmışdır. Həmin vaxt Hamlet tualet tərəfdən əlində oynatdığı bıçaqla orada olan şəxslərin üzərinə hücum çəkib söyüş söyə-söyə əlində bıçaq tutaraq yolun əks tərəfinə keçmiş və Hamlet orada olan bir neçə şəxsi qarşısına qataraq həmin şəxslərin arxasınca qaçmışdır. Bu zaman o, Muradın hara getdiyinə fikir verə bilməmişdir. Sonra o, Hamletin əlində bıçaqla yolu keçərək orada olan siqaret mağazaları tərəfə qaçdığını görmüşdür. Həmin vaxt o, nəyin baş verdiyini anlamamış, amma başa düşmüşdür ki, Muradın onlara söz deməsinə görə Hamlet bıçağı ilə orada olan şəxslərin üzərinə hücum etmişdir. Lakin o, Hamletin konkret olaraq kimlərin arxasınca qaçdığını bilməmişdir. O, siqaret satılan mağazaların qarşısında Hamletlə Təqsirləndirilən şəxs arasında dava-dalaşın baş verdiyini görmüşdür. Həmin vaxt həm Muradın, həm də Hamletin əlində bıçaq olmuşdur. Bir neçə saniyədən sonra Hamlet onların yanına gəlmiş və köynəyini qaldıraraq “məni vurdu” sözünü demişdir. Həmin vaxt Hamletdən qan gəlmiş və sonuncu yerə yıxılmışdır. Həmin vaxt o, bərk əsəbiləşmiş və qışqırmağa başlamışdır. Lakin Murad çıxıb getmişdir. Sərfinaz telefonu ilə zəng edərək “102” və “103” xidmətlərinə məlumat vermişdir. Təcili yardımın həkimləri gəlib Hamletin öldüyünü demişlər. O, Hamletin qara rəngli gödəkçəsini Hamletin başının altına qoymuşdur. Təqsirləndirilən şəxs ona və Sərfinaza irad bildirdikdə o, Muradla üzbəüz dayanıb söhbət etmişdir. Həmin vaxt o, öz arxasına baxmamışdır. Ola bilsin ki, Hamlet gəlib onlara çatmış və Muradın onlara irad bildirməsini görmüşdür. Onunla Murad arasında mübahisə düşdükdə o və Sərfinaz uca səslə danışmışlar. Ola bilsin ki, Hamlet bunu eşitmişdir. Şahid X4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Şahid1 ilə 2019-cu ilin avqust ayında tanış olmuş və onların arasında dostluq münasibəti yaranmışdır. O, Qəribağa ilə bir neçə dəfə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan kafelərin birində görüşmüş və onlar birlikdə oturub yemək yemişlər. xx xxxxxxx 2019-cu il tarixdə o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan kafelərin birində Qəribağa ilə oturduğu zaman ora Qəribağanın tanışı Zərərçəkmiş şəxs gəlmişdir. Onlar orada üçü birlikdə araq içmişlər. Hamlet həmin gün nalayiq və kobud ifadələr işlətmişdir. Hamlet içki içdikdən sonra ümumiyyətlə özünü normal apara bilməmişdir. O, Hamleti kobud adam kimi tanıdığı üçün sonuncu ilə daha sonra ünsiyyət qurmaq istəməmişdir. xx xxxxxxx 2019-cu il tarixdə, saat 19:00 radələrində o, Qəribağa ilə Bakıxanov qəsəbəsində görüşmüş və onlar orada dönər yemişlər, eləcə də həmin kafedə adama 100 qram araq içmişlər. Sonra Zərərçəkmiş şəxs Qəribağaya zəng edərək sonuncudan harada olması ilə maraqlanmışdır. Hamlet Qəribağanı araq içməyə dəvət etmişdir. O, Qəribağa ilə birlikdə Hamletin yanına getmiş və onlar ora çatdıqda saat 22:00 radələri olmuşdur. Hamlet bir litrlik bir şüşə araq, kolbasa və çörək almışdır. Onlar üçün həmin tualetin qarşısında üç nəfərə həmin arağı birlikdə içmişlər. Qəribağanın Hamletlə söyüşlə zarafatı olduğundan Qəribağa ilə Hamlet orada bir-birini zarafatca söymüşlər. Saat 23:00 radələrində O, Qəribağa ilə evə getmək üçün ayağa qalxmışdır. Həmin vaxt onların hər üçü sərxoş vəziyyətdə olmuşdur. Hamletin əlində tutacağı qəhvəyi rəngdə olan uzun mətbəx bıçağı olmuşdur. Hamlet həmin bıçağı əlində oynatmış və kobud ifadələr işlətmişdir. O, Hamletin sərxoş olduğunu, əlində bıçaq oynatdığını görüb Hamletdən çəkinmiş və Qəribağaya durub getməyi təklif etmişdir. Hamlet evə getmək istəmədiyini və bir qədər onlarla gəzmək istədiyini demişdir. O, Qəribağa ilə Nəsrəddin Tusi küçəsində olan siqaret köşkləri ilə üzbəüz “TŞ” kamerasının altında dayanmışdır. Hamlet həmin vaxt tualetin qapısını bağladığı üçün bir qədər ləngimişdir. Döngədə olan “TŞ” kamerasının altında o, Qəribağaya Hamletlə niyə bu formada söyüşlə danışıb zarafat etməsini irad bildirmişdir. Həmin vaxt hava soyuq olduğu üçün Qəribağa onu qucaqlamışdır. Bu zaman Təqsirləndirilən şəxs onlara doğru yaxınlaşmış və Qəribağaya demişdir ki, “Bura bizim məhəllədir. Buradan camaat keçir. Çox adam buradan evinə gedir. Burada bu formada qucaqlaşmaq olmaz”. Qəribağa isə həmin oğlana heç nə etmədiklərini və sakit dayandıqlarını demişdir. Qəribağa ilə Muradın arasında sözlü mübahisə olmuşdur. Qəribağa sərxoş olduğundan Murada kobud cavab verərək sonuncudan çıxıb getməsini bildirmişdir. Hətta Qəribağa üst geyimi olan gödəkçəsini də çıxarmaq istəmişdir. Murad da bu vaxt çiyninə asdığı çantanı çıxararaq yerə atmış, sonra isə üst geyimini çıxarmışdır. Lakin Murad və Qəribağa əlbəyaxa olmamışlar. Sonra o, Murada demişdir ki, “başın ağrımamış çıx get”. Həmin vaxt o, sərxoş olduğundan əsəbiləşmişdir. Bu zaman Hamlet tualet tərəfdən gələrək bayaqdan əlində olan bıçaqla orada olan və onun tanımadığı cavan oğlanların üzərinə qaçaraq söyüş söymüşdür. Həmin vaxt o, qışqırmış və qorxusundan bir an içində nəyin baş verdiyini anlamamışdır. Lakin sonra o, yolun əks tərəfində, yəni siqaret satılan mağazaların qarşısında Muradla Hamletin üzbəüz olduqlarını, Muradla Hamletin arasında davanın düşdüyünü görmüşdür. Həmin vaxt həm Muradın, həm də Hamletin əlində bıçaq olmuşdur. O, Muradın Hamleti bıçaqla vurduğu məqamı tam olaraq görməsə də, Muradın Hamletə təpiklə zərbə vurduğunu görmüşdür. Bir neçə saniyədən sonra Hamlet yolu keçərək “Laçın” kafesinin qarşısına gəlmiş və köynəyini göstərərək “məni vurdular” demişdir. Sonra Hamlet yerə yıxılmışdır. O, Hamleti bu vəziyyətdə görüb həmin vaxt istifadəsində olan nömrədən “103” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Təcili yardım əməkdaşları gəlib Hamletin öldüyünü bildirmişlər. O, Təqsirləndirilən şəxs əvvəldən tanımamış və sonuncunu heç yerdə görməmişdir. Hamlet içkili vəziyyətdə söyüş söydüyü zaman o, Hamletin danışığını aydın başa düşmımişdir. Lakin onun başa düşdüyünə görə Hamlet Təqsirləndirilən şəxs tapıb vurmaq istəmişdir. Hamlet sərxoş vəziyyətdə olduğuna görə əlinə bıçağı alaraq qarşısına çıxdığı üzərinə qaçmışdır. Hamlet orada olan iki nəfər cavan oğlanların üzərinə qaçmışdır. Hamlet siqaret köşklərinin sağ tərəfində həmin oğlanlardan birini, yəni Şahid3 vurmaq istəmişdir. Lakin Şahid3 həmin vaxt özünü müdafiə edərək Hamletdən qoruna bilmişdir. Hadisədən öncə o, Qəribağa ilə üzbəüz dayanıb qucaqlaşsa da, Qəribağa ilə öpüşdüyünü xatırlamır. Hadisə yerində onu və ya Qəribağanı vuran olmamışdır. Hadisə vaxtı o, heç bir xəsarət almamışdır. Şahid6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, hadisə baş verməmişdən əvvəl o, 62 nömrəli avtobus dayanacağı kimi tanınan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 28 ünvanda yerləşən binanın yaxınlığında olan avtomobil yolunun kənarında olmuşdur. O, bəzi hallarda orada olurmuş və orada tanışları ilə görüşüb söhbət edirmiş. Hadisə baş verən gün o, orada olan siqaret köşklərinin qarşısında dayanıb siqaret çəkdiyi üçün hadisənin necə cərəyan etməsini tam görmüşdür. O, siqaret çəkdiyi zaman orada olan “TŞ” kamerasının altında, yəni "Laçın” kafesinin qarşısında tanımadığı bir kişi ilə bir qadının quçaqlaşdıqlanı və öpüşdüklərini görmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt qucaqlaşıb öpüşən şəxslərə yaxınlaşaraq ətrafda insanların çox olduğunu, orada öpüşməyin düzgün olmadığını, həmin hərəkətin biədəb olduğunu deyərək həmin şəxslərin gedib başqa yerdə dayanmalarını tövsiyyə kimi demişdir. Həmin vaxt öpüşən kişi öz gödəkçəsini əynindən çıxararaq Muradla sanki əlbəyaxa olmaq istədiyini nümayiş etdirmişdir. Lakin həmin kişi Muradla əlbəyaxa olmamışdır. Həmin kişi və Murad yalnız sözlə mübahisə etmişlər. Orada olan cavan oğlanlar Murada yaxınlaşıb sonuncunu həmin şəxslərdən bir qədər kənarda olan siqaret köşkü istiqamətində, yəni onun dayandığı tərəfə aparmışlar. Bu vaxt kişi ilə öpüşən qadın uca səslə qışqırmağa, Murada irad bildirməyə, hətta Murad barəsində “bu əxilər qudurublar” kimi sözlər işlətməyə başlamışdır. Təqsirləndirilən şəxs saqqal saxlaması və dinə inancı olması ona məlum olmuşdur. Bu zaman onun tanımadığı Şahid3 və Bahadır adlı şəxslər qadının qışqırdığı tərəfə getmişlər. Qadının səs-küyünə xeyli adam toplaşmışdır. Bu zaman o, sonradan adının Hamlet olduğunu və yaxınlıqda olan tualetdə işləyən şəxsin əlində uzun bir mətbəx bıçağı ilə qışqıra-qışqıra gəlməyə başladığını görmüşdür. Hamlet əvvəlcə Şahid3 və Bahadırı gördüyü üçün bıçaqla sonuncuların üzərinə qaçmağa başlamışdır. Həmin vaxt o, Mürad Tağıyevi və baş verənləri görmüşdür. Çünki Təqsirləndirilən şəxs onun qarşısında bir qədər sağ tərəfdə dayanmışdır. O, həmin vaxt başa düşmüşdür ki, Hamlet küçədə öpüşən şəxslərə Təqsirləndirilən şəxs irad bildirməsini görüb əlindəki bıçaqla sonuncunu axtarmışdır. İlk öncə Bahadır, sonra isə Şahid3 yolun əks tərəfinə qaçmışlar. Bu vaxt Təqsirləndirilən şəxs öz çantası istiqamətində qaçmış, çantasından bıçaq götürərək əlində saxlamış, bıçağın qundağını və çatntasını yerə ataraq Hamletin arxasınca qaçmışdır. Şahid3 və Bahadır dükanların arxasına keçmişlər və Hamlet də qaça-qaça əlindəki bıçaqla Şahid3 və Bahadırın arxasınca getmişdir. Sonra isə Təqsirləndirilən şəxs Hamletin arxasınca dükanların arasına qaçmışdır. Hamlet dükanların arxasında Şahid3 üzərinə doğru getmiş və bıçağı sonuncunun istiqamətində atmışdır. Hamlet Şahid3 bıçaq atarkən sonuncunu vurmaq istəmişdir. Lakin Şahid3 cəld tərpəmiş və Hamletin bıçaq zərbəsindən yayınaraq dükanların arasına doğru qaçmışdır. X32 Tağıyevi axtarmağa davam etmiş və əlində bıçaqla yolun kənarında olan siqaret satılan dükanın qarşısına doğru qışqıra-qışqıra getmişdir. Hamlet siqaret dükanların qarşısına çatdıqda, Təqsirləndirilən şəxs az öncə daxil olduğu dükanların arasından çıxmış və siqaret köşkünün qarşısında, onun bilavasitə qarşısında Hamletə bir dəfə bıçaq zərbəsi vurmuşdur. Həmin vaxt Hamletin də əlində bıçaq olmuşdur. Təqsirləndirilən şəxs Hamletə bıçaq vurduğu zaman Hamletin əlində olan bıçaq Hamletin əlindən düşmüşdür. Murad daha tez tərpənərək ilk zərbəni vurmuşdur. Təqsirləndirilən şəxs sonra bir dəfə də təpiklə Hamletin ayaq nahiyəsinə vurmuşdur. Həmin vaxt Murad Şahid3 Tağıyevlə Hamleti bir-birindən aralamışdır. Cnayət hadisəsi təxminən saat 23:10 radələrində siqaret satılan köşklərin qarşısında baş vermişdir. Təqsirləndirilən şəxs Hamletə bıçaqla zərbə vurduqdan X32 Tağıyevə demişdir ki, “Malades. Sənə halaldı. Məndən əvvəl birinci sən məni vurdun’'. O, Hamletin köynəyindən qan gəldiyini də görmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt çıxıb getmişdir. Hamlet isə orada qalmışdır. Həmin vaxt orada olan şəxslər polisə və təcili yardıma zəng etmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs hara getdiyini bilməmişdir. Bundan sonra polis və təcili yardım avtomobilləri gəlmişlər. Sonradan o, Hamletin öldüyünü, Muradın isə tutulduğunu öyrənmişdir. Şahid7 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs onun işlədiyi siqaret və spirtli içkilər satılan mağaza ilə yaxınlıqda yaşadığı və tez-tez gəlib siqaret aldığı üçün Muradı tanımışdır. Zərərçəkmiş şəxs da, həmçinin onun işlədiyi mağazaya gələrək siqaret aldığı üçün o, Hamleti müştəri kimi tanımışdır. Onun Təqsirləndirilən şəxslə və Zərərçəkmiş şəxsla yaxın ünsiyyəti olmamışdır. O, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 28 ünvanda yerləşən siqaret və spirtli içkilər satılan mağazada işləmişdir. Mağaza həmin küçədə olan “Laçın” kafesi ilə üzbəüz, avtomobil yolunun kənarında yerləşir. xx xxxxxxx 2019-cu il tarixdə saat 22:00 radələrində o, işlədiyi mağazanı bağlayıb getmişdir. O, növbəti gün səhər işə gəldikdə, onun işlədiyi mağazanın qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərək öldürdüyünü öyrənmişdir. Həmçinin, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs küçənin ortasında dayanıb öpüşən qadınla kişiyə iradını bildirmiş, Hamlet də əlində bıçaqla ətrafda olan şəxslərin üzərinə hücum çəkmişdir. Hamlet Təqsirləndirilən şəxs üzərinə bıçaqla gəldikdə, Murad öz bıçağı ilə Hamletə xəsarət yetirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəq 3-14) görünür ki, cinayət hadisəsi xx xxxxxxx 2019cu il tarixdə saat 23:13-də Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 28 ünvanında yerləşən siqaret köşkünün qarşısında baş vermişdir. Bundan başqa, hadisə yerində kişi meyiti və həmin meyitin yanında 1 (bir) ədəd bıçaqaşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəq 15-20) görünür ki, hadisə yerində aşkar edilmiş meyit 50-55 yaşlarında kişi cinsinə aid olmuş və meyitin üzərində xəsarətlər olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli il tarixli paltarlara baxış keçirilməsi və götürmə haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəq 24-30) görünür ki, mərhum Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd poliver (jaket), 1 (bir) ədəd ağ rəngli uzunqol köynək, 1 (bir) ədəd ağ rəngli mayka, 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd boz rəngli alt geyimi olan şalvar, 1 (bir) ədəd ağ rəngli tuman, 1 (bir) cüt qara rəngli corab və 1 (bir) cüt ağ rəngli ayaqqabı və meyitin yanından aşkar edilmiş 1 (bir) ədəd qara rəngli gödəkçə iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli il sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə protokoldan (cild 1, iş vərəq 43) görünür ki, hadisə baş verən gün Şahid1 yüngül dərəcəli alkoqol sərxoşluğu olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli il sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə protokoldan (cild 1, iş vərəq 44) görünür ki, hadisə baş verən gün X5 yüngül dərəcəli alkoqol sərxoşluğu olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli il sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə protokoldan (cild 1, iş vərəq 45) görünür ki, hadisə baş verən gün Təqsirləndirilən şəxs ayıq olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəq 46-47) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəq 53-54) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli il tarixli paltarlara baxış keçirilməsi və götürmə haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəq 73-75) görünür ki, hadisə törədilən vaxt Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd ağ rəngli uzunqol idman köynəyi, 1 (bir) ədəd göy rəngli gödəkçə, 1 (bir) ədəd göy rəngli cins şalvar və 1 (bir) cüt qara rəngli idman ayaqqabısı iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən (cild 1, iş vərəq 76-80) görünür ki, həmin gün Tağıyev X21 hadisəsinin baş verdiyi, Şahid1 ilə X3 qucaqlaşaraq öpüşdükləri, mərhum Zərərçəkmiş şəxs haradan harayadək ətrafda olan şəxsləri əlində bıçaqla təqib etdiyi, onun Zərərçəkmiş şəxs bıçaqla zərbə vurduğu və cinayətin aləti qismində çıxış edən bıçağı hara tulladığı yerləri, habelə törətdiyi cinayətin müxanizm və üsulunu əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli bıçağa baxış keçirilməsi və götürmə haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkildən (cild 1, iş vərəq 82-85) görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı cinayət törədərkən istifadə etdiyi bıçağa və onun qundağına həmin gün baxış keçirilmiş və cinayətin aləti qismində çıxış edən bıçaq maddi sübut kimi götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 78 nömrəli meyitin ekspertizası rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəq 216-221) görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər olmuşdur: kəskin daxili qanitirmə ilə müşayiət olunan döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən ağ ciyəri zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, başın alın nahiyəsinin sol yan səthinin qançırı. Xəsarətlər həyatidirlər, mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsarətlərdən deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin təsirindən törənmişdir və bıçağın təsirindən törənə bilərdi. Dərəcəsinə görə döş boşluğuna nüfuz edən ağ ciyəri zədələyən deşilmiş-kəsilmiş yara canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla, mərhumun ölümü ilə birbaşa səbəbli əlaqədardır. Alın nahiyəsinin qançırı isə bərk küt əşyanın təsirindən törənmişdir və canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilmir. Mərhumun ölümü ilə hər hansı bir səbəbli əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs ölümünə səbəb ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin deşilmiş-kəsilmiş yarası ilə əlaqədar kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs döş qəfəsində olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirtli aşkar edilmişdir. Etil spirtinin qatdığı - 1.0 %-dir. Bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəq 101- 102) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəq 126-128) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 1101 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəq 222-223) görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 1099 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəq 224-225) görünür ki,Şahid1 bədəni üzərində xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 1100 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəq 226-227) görünür ki, X3 bədəni üzərində xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli xasiyyətnamədən (cild 1, iş vərəq 195) görünür ki, Təqsirləndirilən şəxs təhsil aldığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli xasiyyətnamədən (cild 1, iş vərəq 198) görünür ki,Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 1134 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəq 228-229) görünür ki, Şahid3 bədəni üzərində xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 1135 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəq 230-231) görünür ki, Şahid4 bədəni üzərində xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 2, iş vərəq 17) görünür ki, Zərərçəkmiş şəxs barəsində yaşadığı yerə üzrə dəfələrlə cinayət xarakterli məlumatlar daxil olmuş və o, cinayət törətməyə meyilli şəxs kimi, yəni mənfi xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X7 tələbnaməsindən (cild 2, iş vərəqə 65) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X7 tələbnaməsindən (cild 2, iş vərəqə 66-67) görünür ki, Zərərçəkmiş şəxs əvvəllər 5 (beş) dəfə cinayət məsuliyyətinə cəlb olunmuş və məhkum olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli zərərçəkmiş şəxsin hüquqi varisinin notarial qaydada təsdiq edilmiş ərizəsindən (cild 1, iş vərəq 182) görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Novruzov Söhbət Nurəddin oğlu Təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəq 185-189) görünür ki,Təqsirləndirilən şəxs qanuni sahibliyində olan “BMW” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin ön hissəsinin əzilmiş vəziyyətdə olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 868/2019-MTBŞ nömrəli maddi sübutların ekspertizası rəyindən (cild 2, iş vərəq 41-46) görünür ki,Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - Abeta(H)/İİ/. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu A/İİ/-dir. Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd gödəkçə, 1 (bir) ədəd cins şalvar, 1 (bir) ədəd sviter, 1 (bir) ədəd alt mayka, 1 (bir) ədəd alt şalvar, 1 (bir) ədəd alt köynək, 1 (bir) ədəd tuman, 1 (bir) cüt ayaqqabı, Təqsirləndirilən şəxs istifadə etdiyi 1 (bir) ədəd bıçaq, mobil telefon naqili və hadisə yerində 2 (iki) ədəd çubuqlu pambıq tampona hopdurulmuş ləkələrdə insan qanı aşkar olunmuşdur. Tədqiq olunan qan ləkələrində qrup antigenləri və aqqlyutininlər ABO sistemi üzrə təyin olunduqda “A” və “H” antigenləri ləkələrin əksəriyyətində, həmçinin beta aqqlutinini alınmışdır. Bu qan ləkələri Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən X10 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. Əgər sonuncuda hadisə zamanı qanaxma ilə nəticələnən xəsarət olubsa və onun qanında müşayiətçi /H/ antigeni varsa. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd bıçaq üzərində qan, Təqsirləndirilən şəxs məxsus idman gödəkçəsi, cins şalvar, idman köynəyi, 1 (bir) cüt idman ayaqqabısı və bıçaq futlyarı üzərində isə qana şübhəli ləkə aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji ekspertizası haqqında 2567 nömrəli rəyindən (cild 2, iş vərəq 54-56) görünür ki,Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs, həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçilik, aktivlik, tez qərar vermək, emosionallıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Emosional-iradi sferasında, hərəkət və davranışını tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Hadisə zamanı etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs intellektual imkanlarından və emosional halından asılı olaraq öz hərəkətlərinin iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamış, cinayət əməlini törədərkən fizioloji affekt (güclü ruhi həyəcan) halında olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1341 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəq 173-174) görünür ki, tədqiqata təqdim edilən Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi əməliyyatları (cəmdəyin doğranması, dərinin soyulması) yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ov bıçağıdır və həmin bıçaq soyuq silah hesab edilmir. Ov bıçağının üzərində onun təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-102/2020 saylı qərarından (cild 2, iş vərəq 154-155) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimakn tədbiri 02 (iki) ay müddətinə, yəni xx xxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 190-192) görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əlində olan bıçaq tanınma üçün Təqsirləndirilən şəxs təqdim edilmiş və o, tanınmaya təqdim edilmiş bıçaqlar arasından Zərərçəkmiş şəxs əlində olan bıçağı tanımışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-257/2020 saylı qərarından (cild 2, iş vərəq 216-220) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimakn tədbiri daha 02 (iki) ay müddətinə, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi barədə qərardan (cild 2, iş vərəq 236-238) görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətsə də, o, təqsirləndiirlən şəxs qismində cəlb edilənədək öldüyündən onun barəsində cinayət işinə xitam verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 3, iş vərəqə 1-30) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə yeni məzmunlu ittihamın irəli sürülməsi, Şahid1 və X3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmadığından onların barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət hadisəsinin xx xxxxxxx 2019-cu il tarixdə saat 23:13-də baş verməsinin müəyyən edilməsi, hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd poliverin (jaket), 1 (bir) ədəd ağ rəngli uzunqol köynəyin, 1 (bir) ədəd ağ rəngli maykanın, 1 (bir) ədəd göy rəngli cins şalvarın, 1 (bir) ədəd boz rəngli alt geyimi olan şalvarın, 1 (bir) ədəd ağ rəngli tumanın, 1 (bir) cüt qara rəngli corabın və 1 (bir) cüt ağ rəngli ayaqqabının, meyitin yanında aşkar edilmiş 1 (bir) ədəd qara rəngli gödəkçənin, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd ağ rəngli uzunqol idman köynəyinin, 1 (bir) ədəd göy rəngli gödəkçənin, 1 (bir) ədəd göy rəngli cins şalvarın və 1 (bir) cüt qara rəngli idman ayaqqabısının, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd ov bıçağının və həmin bıçağın qara rəngli qundağının, Zərərçəkmiş şəxs meyitinin yanında aşkar edilmiş mobil telefon naqilinin, Zərərçəkmiş şəxs qurudulmuş qan nümunəsinin, hadisə yerindən götürülmüş qan nümunələrinin maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Xətai rayon prokurorluğuna təhvil verilməsi, “xxxx” MMCdən daxil olmuş 1 (bir) ədəd diskin, Şahid5 işlədiyi mağazanın müşahidə kamerasının çəkdiyi videogörüntünü əks etdirən 1 (bir) ədəd diskin, Şahid7 işlədiyi mağazanın müşahidə kamerasının çəkdiyi videogörüntünü əks etdirən 1 (bir) ədəd diskin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus videomüşahidə kamerası tərəfindən çəkilmiş görüntüləri özündə əks etdirən 4 (dörd) ədəd diskin, ekspertiza rəyinə əlavə edilmiş 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və materiallara əlavə edilərək cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yeni məzmunlu ittihamın elan olunması haqqında qərardan (cild 3, iş vərəq 31-32) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə yeni məzmunlu ittiham irəli sürülmüş və o, həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-407/2020 saylı qərarından (cild 3, iş vərəq 84-87) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimakn tədbiri daha 20 (iyirmi) gün müddətinə, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2007-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1-78/2007 nömrəli hökmündən (cild 2, iş vərəqə 188) görünür ki,Zərərçəkmiş şəxs sərxoş halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona həmin maddə üzrə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2007-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin 1-78/2007 nömrəli hökmündən (cild 2, iş vərəqə 232-233) görünür ki,Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona həmin maddə üzrə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2010-cu il tarixli X29 İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 1-353/2007 nömrəli hökmündən (cild 2, iş vərəqə 232-233) görünür ki, Zərərçəkmiş şəxs sərxoş halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona həmin maddə üzrə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2016-cı il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən (cild 1, iş vərəq 191) görünür ki,“BMW” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil X11 mülkiyyətindədir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2019-cu il tarixli etibarnamənin surətindən (cild 1, iş vərəq 190) görünür ki,“BMW” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil X11 mülkiyyətindədir və o, qeyd edilən avtomobilə dair hüquqlarını 1 (bir) il müddətinə Təqsirləndirilən şəxs vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən (cild 2, iş vərəqə 100-105) görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş, baş vermiş hadisə nəticəsində Təqsirləndirilən şəxs qanuni sahibliyində və istifadəsində olan “BMW” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi əzilmiş və Təqsirləndirilən şəxs baş vermiş inzibati xətada təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X26 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, habelə məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, yəni Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, hadisə baş verən gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs yeyib-içmək məqsədi ilə öz tanışı Şahid1 və sonuncunun tanışı Sərfinaz Cərkəzzadəni yanına, yəni 62 nömrəli avtobusun sonuncu dayanacağı kimi tanınan yerdə fəaliyyət göstərən tualetin yanına dəvət etmiş və onlar üçü birlikdə yemək yemişlər, habelə spirtli içki içmişlər. Məhkəmə istintaqında hadisə baş verməmişdən əvvəl mərhum Zərərçəkmiş şəxs Şahid1 və Sərfinaz Cərkəzzadə ilə birlikdə spirtli içki içməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən də Zərərçəkmiş şəxs, Şahid1 və Sərfinaz Cərkəzzadənin spirtli içkilərə meyilli olmaları, birlikdə dəfələrlə yeyib-içmələri və cinayət hadisəsi baş verməmişdən əvvəl onların sərxoş halda olmaları cinayət işinin mübahisəsiz hallarıdır. Onlar üçü birlikdə yeyib-içərkən və bundan sonra Zərərçəkmiş şəxs sərxoş olduğundan Şahid1 dəfələrlə söymüş və Şahid1 də öz növbəsində söyüşlə Zərərçəkmiş şəxs qarşılıq vermişdir. Onlar bir-birini qarşılıqlı şəkildə söysələr də, onların arasında real mübahisə və dava-dalaş yaranmamışdır. Bundan sonra Şahid1 Sərfinaz Cərkəzzadə ilə birlikdə evə getmək istəmişlər. Zərərçəkmiş şəxs onlarla birlikdə getmək istəmişdir. Bu səbəbdən də onlar piyada getməyə başlamışlar. Sonra Zərərçəkmiş şəxs tualeti bağlamaq üçün getmiş və Qəribağa ilə Sərfinazdan kənarlaşmışdır. Qəribağa ilə Sərfinaz bir qədər piyada yol qət etdikdən sonra Qəribağa X6caqlamış və onlar öpüşməyə başlamışlar. Həmin vaxt, yəni xx xxxxxxx 2019-cu il tarixdə, təxminən saat 23:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 45 ünvanına gedərkən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 28 ünvanında yerləşən “Laçın” kafesinin qarşısında Şahid1 ilə X3 qucaqlaşaraq öpüşdüklərini görmüşdür. Axşam vaxtı olduğundan və həmin vaxt həmin ərazidən çoxlu sayda insan keçdiyindən Qəribağa X12 ilə qucaqlaşaraq öpüşməsi Təqsirləndirilən şəxs pis təsir etmişdir. Təqsirləndirilən şəxs Qəribağa X12 ilə qucaqlaşaraq öpüşdüyünü gördükdə, sonunculara yaxınlaşaraq öz iradını bildirmiş və onlardan yaşadığı evin yaxınlığında qucaqlaşaraq öpüşməmələrini tələb etmişdir. Şahid1 X13 ilə qucaqlaşaraq öpüşməsi və Təqsirləndirilən şəxs onlara bununla bağlı öz iradını bildirməsi cinayət işinin mübahisəsiz hallarıdır. Bu hallar məhkəmə istintaqında həm təqsirləndirilən şəxsin verdiyi ifadəsi, həm dindirilmiş şahid ifadələri, həm də elan olunmuş şahid ifadələri ilə tam şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs Şahid1 və X9 irad bildirdikdən sonra Təqsirləndirilən şəxslə Şahid1 arasında sözlü mübahisə başlanmışdır. Belə ki, Təqsirləndirilən şəxs iradı Şahid1 xoşuna gəlməmiş və ona görə də Şahid1 Təqsirləndirilən şəxs söyməyə və təhqir etməyə başlamışdır. Şahid1 başqa Sərfinaz Cərkəzzadə də Təqsirləndirilən şəxs söyərək təhqir etmişdir. Təqsirləndirilən şəxslə Şahid1 arasında sözlü mübahisə baş versə də, onların arasında baş vermiş sözlü mübahisə real dava-dalaşa çevrilməmiş, onlar bir-birinə zor tətbiq etməmişlər və bir-birinə qarşı digər formada aktiv hərəkətlər etməmişlər. Onların arasında sözlü mübahisə bitdikdən və Təqsirləndirilən şəxs Qəribağa X2 sərxoş olduqlarını başa düşdükdən sonra oradan uzaqlaşmaq istəmişdir. Təqsirləndirilən şəxs Şahid1 və Sərfinaz Cərkəzzadəyə sonuncuların qucaqlaşaraq öpüşdüklərinə görə irad bildirərkən mərhum Zərərçəkmiş şəxs onların yanında olması məhkəmə istintaqında müəyyən edilmədi. Təqsirləndirilən şəxs oradan uzaqlaşmaq istəyərkən Şahid1 və Sərfinaz Cərkəzzadə ilə birlikdə yeyib-içən və həmin an sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs əlində bıçaqla və yüksək səslə qışqıraraq, başqa sözlə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq ediləcəyi hədəsi ilə qərəzli xuliqanlıq hərəkətləri edərək onların olduğu istiqamətə doğru gəlməyə başlamışdır. Həmin vaxt onların yaxınlığında digər şəxslərlə yanaşı, həmçinin cinayət işi üzrə şahid qismində çıxış edən Şahid4 və Şahid3 olmuşlar. Zərərçəkmiş şəxs sərxoş halda qərəzli xuliqanlıq hərəkətləri edərək Təqsirləndirilən şəxs, Şahid1 və Sərfinaz Cərkəzzadənin olduqları istiqamətə doğru gələrkən birdən yaxınlıqda dayanmış Şahid4 və Şahid3 görmüş və heç bir əsas və səbəb olmadan sonuncuların arxasınca düşərək əlində bıçaqla təqib etməyə başlamışdır. Zərərçəkmiş şəxs Şahid4 və Şahid3 əlində bıçaqla təqib etmiş, onların arxasınca qaçaraq əlindəki bıçaqla həmin şəxslərə zərbə endirməyə dəfələrlə cəhd etmiş, lakin o, sərxoş olduğundan və Şahid4la Şahid3 cavan olduqlarına görə cəld hərəkət etmələri səbəbindən Zərərçəkmiş şəxs Şahid4la Şahid3 bıçaqla xəsarət yetirməyə müvvəffəq olmamışdır. Başqa sözlə, Zərərçəkmiş şəxs həmin vaxt orada dayanmış Şahid4la Şahid3 qarşı dəhşət saçması, yəni bıçaqla xəsarət yetirməsi üçün sonuncuları təqib etməsi məhkəmə istintaqında tam şəkildə təsdiq olunmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz halıdır. Zərərçəkmiş şəxs Şahid4la Şahid3 təqib etməsi, bıçaqla sonunculara xəsarət yetirməyə çalışması, yəni dəhşət saçması öz təsdiqini tapsa da, Zərərçəkmiş şəxs birbaşa Təqsirləndirilən şəxs təqib etməsi, ona qarşı real təhlükə yaratması, habelə Təqsirləndirilən şəxs hücum çəkməsi və ona qarşı sair zoraki hərəkətlər etməsi halları məhkəmə istintaqında müəyyən edilmədi. Məhkəmə istintaqında dindirilmiş şahidlər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tapıb əlindəki bıçaqla vurmaq istəməsini öz ifadələrində göstərsələr də, məhkəmə istintaqında bu hallar öz təsdiqini tapmadı. Zərərçəkmiş şəxs sərxoş halda əlində bıçaqla Şahid4 və Şahid3 arxasınca qaçması və sonuncuları təqib etməsi Təqsirləndirilən şəxs narahat etmiş və o, Şahid4 və Şahid3 müdafiə etmək, eləcə də Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs aqressiv və sərxoş olduğundan, eləcə də əlində bıçaq olduğundan Təqsirləndirilən şəxs ehtiyat tədbiri görərək özünə məxsus əl çantasından 1 (bir) ədəd xüsusi təyinatlı ov bıçağını götürüb Zərərçəkmiş şəxs arxasınca qaçaraq sonuncunun qanunsuz hərəkətlərinin qarşısını almaq istəmişdir. xx xxxxxxx 2019cu il tarixdə, saat 23:13-də Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 28 ünvanında yerləşən siqaret köşkünün qarşısında olan avtomobil yolunun kənarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hücum etmiş və sonuncunun qanunsuz hərəkətlərinə görə qisas almaq niyyətilə və qəsdən öldürmək məqsədilə çantasından götürdüyü, həmin vaxt əlində olan ov bıçağı ilə Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirərək qəsdən sonuncunu öldürmüş, yəni Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin deşilmiş-kəsilmiş yarası ilə əlaqədar kəskin qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs ölümü ilə Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmuşdur. Cinayət hadisəsi baş verməzdən əvvəl Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı birbaşa qəsd etməsi, sonuncuya hücum çəkməsi və sonuncuya qarşı sair zoraki hərəkətlər etməsi halları məhkəmə istintaqında sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxasınca gedərkən və ona bıçaqla xəsarət yetirərkən onun niyyəti və məqsədi məhz Zərərçəkmiş şəxs qisaq alaraq sonuncunu qəsdən həyatdan məhrum etmək olmuşdur. Əksini məhkəmə istintaqında müəyyən etmək mümkün olmadı. Belə ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında ifadə verərək və məhkəmə istintaqında cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək bildirmişdir ki, o, xx xxxxxxx 2019-cu il tarixdə, saat 23:00 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 45 ünvanına gedərkən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 28 ünvanında yerləşən “Laçın” kafesinin qarşısında Şahid1 X13 ilə qucaqlaşaraq öpüşdüklərini görmüşdür. Bu ona pis təsir etmiş və o, bununla bağlı həmin şəxslərə yaxınlaşaraq öz etirazını və iradını bildirmişdir. Onun iradı ilə bağlı Təqsirləndirilən şəxslə Şahid1 arasında sözlü mübahisə başlanmışdır. Lakin onların arasında real dava-dalaş olmamışdır. Daha sonra mərhum Zərərçəkmiş şəxs əlində bıçaqla və yüksəsk səslə qışqıraraq həmin vaxt orada dayanmış Şahid4 və Şahid3 arxasınca qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindəki bıçaqlaŞahid4 və Şahid3 arxasınca qaçdığını gördükdə, yerə atdığı çantasını götürmüş və çantanın içərisindən özünə məxsus 1 (bir) ədəd ov bıçağını çıxararaq Zərərçəkmiş şəxs arxasınca qaçmışdır. Zərərçəkmiş şəxs Şahid4 və Şahid3 təqib etsə də,sonuncular cəld tərpəndiklərindən Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərindən yayınmağı bacarmışlar. O, Zərərçəkmiş şəxs arxasınca qaçaraq dükanların arasına getsə də, orada Zərərçəkmiş şəxs tapa bilməmiş və geri qayıtmışdır. O, geri qayıtdıqda birdən Zərərçəkmiş şəxsla üz-üzə gəlmiş və sonuncudan cəld tərpənərək birinci olaraq bıçaq zərbəsi endirmişdir. O, bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirsə də, onun Hamleti öldürmək niyyəti olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən hissədə verdiyi ifadəsini təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək kimi niyyətinin olmaması ilə əlaqədar ifadə verərkən səmimi olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi baş verməzdən əvvəl həqiqətən də dəhşət saçsa da və həmin vaxt orada olan Şahid4la Şahid3 üçün təhlükə yaratsa da, o, Təqsirləndirilən şəxs Qəribağa və Sərfinaza irad bildirən şəxs olmasını bilməmiş, Təqsirləndirilən şəxs bilavasitə hücum etməmiş, başqa sözlə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üçün təhlükə yaratmamışdır. Belə olduğu halda Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs arxasınca qaçması, onu tapa bilmədikdən sonra onunla üz-üzə gələrkən və həmin anda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üçün təhlükə yaratmadığı halda onun Hamletin üzərinə aktiv şəkildə gedərək bir dəfə bıçaqla zərbə endirməsi, ikinci dəfə bıçaqla zərbə endirməyə cəhd etməsi və sonradan təpiklə vurması başa düşülən deyil. Eyni zamanda hadisələrin yuxarıda qeyd edilən şəkildə cərayan etməsi nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla həyat üçün təhlükəli yerdən xəsarət yetirməsi onun həmin vaxt niyyətinin məhz sonuncunu öldürmək olmasına dəlalət edir. Məhkəmə belə nəticəyə gələrkən cinayət işinin materiallarında olan və məhkəmə istintaqında obyektiv şəkildə tədqiq edilmiş videogörüntülərə də istinad etmişdir. Belə ki, cinayət işinə əlavə olunan çoxsaylı videogörüntülərin birində, yəni ch03_**********5000.avi adlı və nömrəli faylda olan görüntüdən açıq aşkar görünür ki, Zərərçəkmiş şəxs əlində bıçaqla Şahid4 və Şahid3 təqib edərək onlara xəsarət yetirmək istəmiş (0:14:08-ci dəqiqə), Zərərçəkmiş şəxs təqib etdiyi şəxslərə çata bilmədikdə, yenidən “Laçın” kafesinin qarşısına gəlmiş (0:14:30-cu dəqiqə), sonra o, əlində bıçaqla yolun kənarında dayanmış maşınların qabağına getmiş, orada əlindəki bıçağı belinə tərəf apararaq bıçağı gizlətmiş və bundan sonra onun əlində bıçaq olmamış (0:14:44-cü dəqiqə), sonra Təqsirləndirilən şəxs dükanların arasından çıxmış və Zərərçəkmiş şəxsla üz-üzə gəlmiş, onlar üz-üzə gələrkən Təqsirləndirilən şəxs əlində bıçaq olsa da, Zərərçəkmiş şəxs əlində bıçaq olmamış, bundan başqa, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs birdən gördükdə duruxmuş və hər hansı aktiv hərəkət etməmiş, əksinə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs gördükdə passiv mövqe tutmuş, Təqsirləndirilən şəxs isə əksinə Zərərçəkmiş şəxs üzərinə cumaraq bıçaqla xəsarət yetirmişdir (0:14:46-0:14:56-ci dəqiqələr). Qeyd edilən videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla üz-üzə gələrkən Zərərçəkmiş şəxs əlində bıçaq olmamış, sonuncu Təqsirləndirilən şəxs gördükdə duruxmuş və Təqsirləndirilən şəxs üçün hər hansı bir təhlükəli hərəkət etməmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs onun üçün həmin an təhlükəli olmamasına baxmayaraq, niyyətindən vaz keçməmiş və sonuncunun üzərinə cumaraq bıçaqla xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs niyyətinin məhz Zərərçəkmiş şəxs qəsdən öldürməkdən ibarət olması təsdiqini tapmışdır. Məhkəmə istintaqında dindirilmiş şahidlər öz ifadələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla üz-üzə gəldiyi zaman hər ikisinin əlində bıçağın olmasını bildirsələr də, yuxarıda göstərilən videogörüntüdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə qarşılaşdığı zaman əlində bıçağın olması müəyyən edilmədi. Məhkəmə belə nəticəyə gəlir ki, şahidlər məhkəmə istintaqında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə qarşılaşdığı zaman Hamletin əlində bıçağın olması məzmununda ifadə verməklə, tanışları olan Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Bu səbəbdən də məhkəmə şahidlərin qeyd edilən hissədə verdikləri ifadələrinə tənqidi yanaşır. Cinayət hüququ nəzəriyyəsinəgörə - qəsdən adam öldürmə cinayəti maddi tərkibli quruluşa malikdir. Cinayətin başa çatması üçün zərərçəkmiş şəxs həyatdan məhrum edilməlidir. Əgər cinayət nəticəsində zərərçəkmiş şəxs ölməmişdirsə, əməl cinayət etməyə cəhd kimi tövsif olunmalıdır. Qəsdən adam öldürmə cinayətinə görə məsuliyyətin yaranması üçün zərərçəkmiş şəxsin dərhal, yaxud müəyyən müddətdən sonra ölməsinin əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur. Qəsdən adam öldürmə cinayəti maddi tərkibli olduğu üçün törədilən əməllə baş verən nəticə arasında səbəbli əlaqə olmalıdır və bu səbəbli əlaqənin müəyyən edilməsi zəruridir. Əgər törədilmiş əməllə baş vermiş nəticə arasında səbəbli əlaqə müəyyən edilməzsə, təqsirkarın əməlinin qəsdən adam öldürmə cinayəti kimi tövsif edilməsi yolverilməzdir. Qəsdən adam öldürmə cinayət əməli həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Şəxs başqasını həyatdan məhrumetməyə yönələn əməlinin ictimai təhlükəli olduğunu qabaqcadan görür və bunları ya arzu edir, ya da arzu etmir, lakin belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir. Qəsdən adam öldürmə cinayətində qəsd qeyri-müəyyən də ola bilər. Qeyri-müəyyən qəsdlər cinayət törədən şəxsin qəsdi ilə müxtəlif kriminal nəticələr- ölüm, sağlamlığa ağır və ya az ağır zərər vurma və sairllə əhatə oluna bilər. Bu halda təqsirkanın əməli baş verən faktiki nəticələrə görə tövsif edilməlidir. Əgər ölüm baş vermişdirsə əməl qəsdən adam öldürmə kimi, sağlamlığa ağır zərər vurulmuşdursa o zaman əməl sağlamlığa qəsdən ağır zərər vurma kimi tövsif edilməlidir. Yuxarıda təhlil edilən işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat 23.13 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmiş və o, bıçaqla sonuncuya xəsarət yetirərkən, yəni Zərərçəkmiş şəxs həyatdan məhrumetməyə yönələn əməli törədərkən öz əməlinin ictimai təhlükəli olduğunu qabaqcadan dərk etmiş, əməlinin ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, həmin nəticələri arzu etməmiş, lakin nəticənin (zərərçəkmiş şəxsin ölümünü) baş verməsinə şüurlu surətdə yol vermişdir. Buna əyani şəkildə dəlalət edən hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdikdən sonra ona tibbi və digər yardım göstərməyə cəhd belə etməmişdir. Qeyd edilənlər onu göstərir ki, Təqsirləndirilən şəxs cinayət əməlini dolayı qəsdlə törətmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini məhz Zərərçəkmiş şəxs qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlardan, o cümlədən Zərərçəkmiş şəxs yaxın qohumu (qardaşı) olan zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsindən də Zərərçəkmiş şəxs spirtli içki alüdəçisi olması və sərxoş halda tez-tez zoraki cinayət törətməyə meyilli olması, habelə əsassız şəkildə dava-dalaş salması müəyyən edilmişdir. Hazırki işin hallarından da görünür ki, Zərərçəkmiş şəxs sərxoş olduğu halda heç bir əsas olmadan əlində bıçaqla küçədə qışqırmağa başlamış və kənar şəxslərin arxasınca qaçaraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Zərərçəkmiş şəxs qeyd edilən əməllərinə ibtidai istintaq orqanı tərəfindən hüquqi qiymət verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə baxmayaraq, onun ölməsi səbəbi ilə onun barəsində olan cinayət təqibinə xitam verilmişdir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı qəsdən adam öldürmə cinayətini məhz sonuncunun qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən zəruri müdafiə vəziyyətində olmamışdır. Əksinə Zərərçəkmiş şəxs bilavasitə Təqsirləndirilən şəxs üçün həmin an hər hansı bir təhlükə törətmədiyi halda, Təqsirləndirilən şəxs qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs bıçaqla vuraraq sonuncunu qəsdən öldürmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilənlər onu göstərir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməli həqiqətən törədildiyindən məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edir və hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməlidir. Tağıyev X21 Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən (dolayı qəsdlə) törətmiş və həmin cinayət əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 (doqquz) ildən 14 (on dörd) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayəti məhz Zərərçəkmiş şəxs qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onun yaşayış və təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8 və 59.1.12-ci maddələrinə əsasən - cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən - Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə təqsirləndirilən şəxsin əməlindəki cəzanı yüngülləşdirən bütün halların məcmusunu, ələlxüsus təqsirləndirilən şəxs tərəfindən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, zərərçəkmiş şəxsin hadisə baş verməzdən əvvəl ətrafdakılar üçün dəhşət saçmasını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə ibtidai araşdırmanın hələ ilkin mərhələsində barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin yaşadığı və təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin yaşadığı yer üzrə mənfi xarakterizə olunmasını, zərərçəkmiş şəxsin uzun müddət sərxoş halda zoraki cinayətlər törətməsinə görə məhkum olunmasını, zərərçəkmiş şəxsin əksər cinayətləri sərxoş halda və bıçaqdan istifadə etməklə törətməsinini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə qeyd edilən müstəsna halları məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və onun təqsirli bilindiyi maddənin sanskiyasında nəzərdə tutulmuş aşağı həddən də aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsini təqsirləndirilən şəxsə tətbiq edilməsinin məqbul sayarkən ilk növbədə onun əməlində çoxsaylı cəzanı yüngülləşdirən halların məcmusunu və onların hər birinin şəxsiyyətini, habelə cinayət hadisəsi baş verənədək onların yaşayış tərzini əsas tutmuşdur. Belə ki, təqsirləndirilən şəxs cəmiyyətdə müsbət xarakterizə olunduğu halda, zərərçəkmiş şəxs tüfeyli həyat tərzi keçirmiş, spirtli içki alüdəçisi olmuş, əvvəllər sərxoş halda özünü idarə edə bilməyərək dəfələrlə xuliqanlıq və sair zoraki cinayətlər, o cümlədən xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərini törətmiş, həmin cinayətlərə görə məhkum olunsa da, islah olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs sərxoş olduğu halda özünü cəmiyyətdə idarə edə bilməmiş və cəmiyyət üçün təhlükəli adam olmuşdur. Başqa sözlə, Zərərçəkmiş şəxs cinayət törətməyə meyilli şəxs kimi cəmiyyət üçün təhlükəli şəxs olmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən halların təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Buna isə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə nail olmaq olar. Odur ki, həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs ayrı-ayrılıqda şəxsiyyətləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və həmin maddənin tələbləri nəzərə alınmaqla ona ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində göstərilən cinayət əməli cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cinayət işi üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon prokurorluğunda saxlanılan və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd poliver (jaket), 1 (bir) ədəd ağ rəngli uzunqol köynək, 1 (bir) ədəd ağ rəngli mayka, 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd boz rəngli alt geyimi olan şalvar, 1 (bir) ədəd ağ rəngli tuman, 1 (bir) cüt qara rəngli corab və 1 (bir) cüt ağ rəngli ayaqqabı, zərərçəkmiş şəxsin meyitinin yanında aşkar edilmiş 1 (bir) ədəd qara rəngli gödəkçə, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd ağ rəngli uzunqol idman köynəyi, 1 (bir) ədəd göy rəngli gödəkçə, 1 (bir) ədəd göy rəngli cins şalvar və 1 (bir) cüt qara rəngli idman ayaqqabısı, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd ov bıçağı və həmin bıçağın qara rəngli qundağı, Zərərçəkmiş şəxs meyitinin yanında aşkar edilmiş mobil telefon naqili, Zərərçəkmiş şəxs qurudulmuş qan nümunəsi, hadisə yerindən götürülmüş qan nümunələri məhv edilməlidir. “xxxx” MMC-dən daxil olmuş 1 (bir) ədəd disk, Şahid5 işlədiyi mağazada quraşdırılmış müşahidə kamerasının çəkdiyi videogörüntünü əks etdirən 1 (bir) ədəd disk, Şahid7 işlədiyi mağazada quraşdırılmış müşahidə kamerasının çəkdiyi videogörüntünü əks etdirən 1 (bir) ədəd disk, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus videomüşahidə kamerası tərəfindən çəkilmiş görüntüləri özündə əks etdirən 4 (dörd) ədəd disk, ekspertiza rəyinə əlavə edilmiş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 125 (yüz iyirmi beş) manat 17 (on yeddi) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 125 (yüz iyirmi beş) manat 17 (on yeddi) qəpik manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən təqsirli bilindiyi maddə üzrə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhəri Xətai rayon prokurorluğunda saxlanılan və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd poliver (jaket), 1 (bir) ədəd ağ rəngli uzunqol köynək, 1 (bir) ədəd ağ rəngli mayka, 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd boz rəngli alt geyimi olan şalvar, 1 (bir) ədəd ağ rəngli tuman, 1 (bir) cüt qara rəngli corab və 1 (bir) cüt ağ rəngli ayaqqabı, zərərçəkmiş şəxsin meyitinin yanında aşkar edilmiş 1 (bir) ədəd qara rəngli gödəkçə, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd ağ rəngli uzunqol idman köynəyi, 1 (bir) ədəd göy rəngli gödəkçə, 1 (bir) ədəd göy rəngli cins şalvar və 1 (bir) cüt qara rəngli idman ayaqqabısı, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd ov bıçağı və həmin bıçağın qara rəngli qundağı, Zərərçəkmiş şəxs meyitinin yanında aşkar edilmiş mobil telefon naqili, Zərərçəkmiş şəxs qurudulmuş qan nümunəsi, hadisə yerindən götürülmüş qan nümunələri məhv edilsin. “xxxx” MMC-dən daxil olmuş 1 (bir) ədəd disk, Şahid5 işlədiyi mağazada quraşdırılmış müşahidə kamerasının çəkdiyi videogörüntünü əks etdirən 1 (bir) ədəd disk, Şahid7 işlədiyi mağazada quraşdırılmış müşahidə kamerasının çəkdiyi videogörüntünü əks etdirən 1 (bir) ədəd disk, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus videomüşahidə kamerası tərəfindən çəkilmiş görüntüləri özündə əks etdirən 4 (dörd) ədəd disk, ekspertiza rəyinə əlavə edilmiş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 125 (yüz iyirmi beş) manat 17 (on yeddi) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar