Məhkəmə qərarları › İş №1(101)-805/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-805/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-805/2024 28.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X4, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2,, Müdafiəçi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Kəlbəcər şəhərində anadan olmuş, orta təhsilli, subay, azyaşlı 1 uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə mobil telefon aparatlarının və onların aksesuarlarının ölkəyə idxal etməklə satışıni təşkil edib birgə qazanc əldə edəcəkləri barədə yalan vəd verib tanışı Zərərçəkmiş şəxs aldadaraq bu adla Zərərçəkmiş şəxs 2020-ci ilin iyun ayından dekabr ayınadək olan müddət ərzində ünvan 3 ünvanında hissə-hissə olmaqla ümumilikdə həmin dövrün məzənnəsi ilə 68425 manat təşkil edən 40250 ABŞ dolları pulunu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, ona verilən ittihamla razı deyil, o xanıma hər hansı iş görəcəyi barədə vədlər verməmişdir. Xanımla onların tanışlıq münasibəti 2020-ci ilin fevral ayından başlamışdır. O, tikinti işilə məşğul olmuş, pandemiya dövrü olmuşdur. Həmin vaxt onlar bir evdə qalmışlar. Bir şəxsdən o lazım olanda bir iki günlük pul alırmış. Həmin vaxtlar həmin şəxs Gürcüstanda olmuşdur. Xanım da bu danışıqların hamısını eşitmiş, ona təklif etmişdir ki, onun xalası oğlu faizə pul verir. Xanım ondan neçə faizə pul götürdüyünü soruşmuş, o da demişdir ki, həmin adam ona girov qoymadan 12 faizə verir. Xanım ona demişdir ki, o 10 faizə pul tapar. 2 gündən sonra ona 8000 dollar pul gətirmiş, üstündən 5-6 gün keçəndən sonra onun öz pulu gəlmiş, xanımın 8000 dollarını faizi ilə bir yerdə qaytarmışdır. Bir müddət sonra 5000 dollar bir, 6000 dollar da bir götürmüşdür. Hamsının da vaxtı-vaxtında faizi verilmiş, bu barədə yazışmaları da olmuşdur. O, hər ay 1100 dollar faizə pul ödəmişdir. O, əslində 11000 dolları üç aylıq götürmüş, pandemiya ilə əlaqədar işi pis getdiyinə görə vaxt bir az uzanmışdır. 2021-ci ilin yanvar ayında o xanımın xalası oğlu ilə görüşmüş, adı Simnar olmuş, demişdir ki, həmin adama faizi dayandırmasını söyləsin. Hansı ki, Simnar ona demişdir ki, guya o da pulu başqasından almışdır. Simnar danışıb ona məlumat verəcəyini demişdir. Sonra Sevda onu yığmışdır ki, xalam oğluna belə demisən, əvvəl belə demirdin. O da demişdir ki, onun bu dəqiqə maddi vəziyyəti yaxşı deyil. Xanıma demişdir ki, o demir ki, pulu ödəmir, ödədiyi pulu əsas məbləğdən çıxsın. Yanvar və fevral aylarının faizlərini ödəmişdir. Mart ayında artıq sıxıntıları başlamışdır. Simnara demişdir ki, bundan sonra ödəyəcəyi məbləğlər ana məbləğ olacaq. Simnara ona inanmağı üçün gedib maşınını onun adına keçirəcəyini, pulu qaytaran kimi, maşınını qaytarmasını söyləmişdir. Onun maşını dostunun adına, **-NN-*** Mitsubişi Pajero olmuşdur. Dostundan xahiş etmiş, gedib Simnara baş etibarnamə vermiş, etibarnaməni Simnara verdiyi üçün maşın öz adına yox, üçüncü adamın adına keçirilməli olmuşdur. Növbəti gün QAİ-ə getmiş, maşını həmin adamın adına keçirmiş, ona etibarnamə vermişlər, sürmüşdür. Pul da bağlanandan sonra maşını həmin adamın adından çıxarmışdır. Dostunun adı Yusifdir. Zərərçəkmiş şəxs 2020ci ilin fevralın 28-dən tanıyır. Həmin vaxt o bizneslə məşğul olmuş, həm də istilik sistemlərinin quraşdırılması ilə bağlı şirkətin ortağı olmuşdur. Qarado MMC-nin təsisiçisi olmuşdur. Zaur adlı tələbə yoldaşı olmamışdır. Tural onun mühasibi olmuşdur. Tural vasitəsilə zərər çəkmiş şəxsdən pul almamışdır. Fuad adında general rütbəsində yox, iş gördüyü adam tanıyır, hansı ki, xanım onunla əlaqə saxlamışdır. Zərərçəkmiş şəxs ümumilikdə 11.500 dollar pul almışdır. Onunla iş birliyi haqqında heç bir danışıqları olmamış, onun buna ehtiyacı da olmamışdır. Aylıq faizləri bir müddət Sevdaya vermiş, sonra özü xalası oğluna vermişdir. Sevdadan pul alanda yanlarında heç kim olmamışdır. Zərərçəkmiş şəxs pul almağı barədə qəbz yazmağı yadında deyil. Videogörüntülər olmuş, onu şantaj etmişdir ki, valideyninə yığacaq. Ondan şikayət etmə səbəbi odur ki, ayrılmışlar, şəxsi münasibətlərdə problem olmuşdur. İttiham aktında qeyd olunuan adlar Zərərçəkmiş şəxs tərəfindən uydurma adlardır. Orada Rauf, Zaur adları uydurmadır. Tural onun işçisi, Fuad isə makler olmuşdur. Aylıq qazancı stabil olmamış, elə ay var ki 5000 olmuş, 200.000, 50.000 olan vaxtlar da olmuşdur. Müxtəlif dükanlardan geyinir, bu günki gün brend dükanlardan geyinməyə imkanı yoxdur. Əlavə olaraq bildirmişdir ki, Sevda xanımla tanış olanda rəsmi olaraq, "xxxx" orqanizasyon MMC-nin direktor müvani olmuşdur. Sonrakı vaxtlarda isə "xxxx" MMC-nin təsisçisi olub. Sevda xanımdan pulları iyul-avqust aylarında alıb. Elə ay olurdu ki, qazanc olmurdu, elə ay olurdu ki, gördükləri işlərin pulları köçürülürdü. Aylıq orta gəlir 10-15000 manat olub. Sevda xanıma bir qəpik də borcu qalmayıb və mülki iddianı qəbul etmir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ilin fevral ayının 28-dən etibarən tanıyır. Həmin ərəfədə o, qeyri-rəsmi olaraq ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-də işləmişdir. 28 fevral 2020-ci il tarixdə axşam saatlarında işdən çıxıb özünə məxsus Range Rover markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nobel prospektindəki yola daxil olub yaşadığı ünvana getmək üçün Nargilə dairəsi istiqamətində hərəkətini davam etdirərkən yolda ona zəng gəldiyindən evə deyil, görüşmək üçün Həzi Aslanov metrostansiyası istiqamətində hərəkətini davam etdirmişdir. Təxminən Neyrocərrahiyyə xəstəxanasının qarşısında, işıqfor önündə dayanarkən yanında dayanmış ağ rəngli Hyundai Santafe markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən bir xanımın sükan arxasında əyləşib ağladığını görmüşdür. Həzi Aslanov metrostansiyasının yaxınlığında həmin avtomobil dayandıqda, o da yanında saxlayaraq sükan arxasında əyləşmiş, adını sonradan bildiyi Zərərçəkmiş şəxs vaxtı varsa onunla oturmaq istədiyini bildirmişdir. Sonra hərə öz maşını ilə Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığındakı çay evinə gedərək əyləşib çay içmişlər. Tanışlıqları da orada baş tutmuşdur. Sonra münasibətləri yaranmışdır. 2020-ci ilin iyun və ya iyul ayında artıq sevgili münasibətində olmuşlar, hətta birlikdə Sevdanın evində qalmışlar. Həmin ərəfədə, 2020-ci ilin iyun və ya iyul aylarında Sevdanın evində olarkən ona nağd pul lazım olanda daimi müraciət etdiyi şəxsə zəng vurub pul lazım olduğunu, öz pulunun yatırımda olduğunu və nağd pulu olmadığından ona 9000 ABŞ dolları pul verməsini xahiş edəndə bilmişdir ki, həmin şəxs Gürcüstandadır və pandemiya ilə əlaqədar Azərbaycana hələ qayıda bilmir. Sevda onun bu danışığını eşitmiş və bir neçə gün keçmişdir. Özü ona bildirmişdir ki, ona-buna ağız açmasın, nağd pula ehtiyacı varsa özü təşkil edə bilər. Sevdaya bildirmişdir ki, hazırda pula ehtiyacı yoxdur, lakin maraqlanıb hansı faizlə verildiyini ona desin, ehtiyac olarsa Sevdanın dediyi adamdan götürər. 2 gün sonra Sevda ondan pul tapa bilib-bilmədiyini soruşanda, demişdir ki, 3000 ABŞ dolları pul tapmışdır, qalan məbləği də axşama kimi verməlidirlər, axşama kimi həmin məbləğdə pul ona verilməsə Sevdanın dediyi adamdan götürər. Sevda bildirmişdir ki, pul sahibi pulunu aylıq 8 faizlə verir, ortada olan vasitəçi isə aylıq 2 faiz pul istəyir, beləliklə, aylıq 10 faizlə pul verilir. Həmin gün, axşam vaxtı, pul gözlədiyi insandan pul ala bilmədiyi üçün Sevdaya bildirmişdir ki, dediyi adamdan 6000 ABŞ dolları pul götürmək istəyir. Sevda həmin vaxt işdə olduğundan ona bildirmişdir ki, işdən çıxıb Əhmədli qəsəbəsinə gedib pulu götürərək evə gəlib ona verəcəkdir. Sonra Sevda evə gələrək 6000 ABŞ dolları pulu aylıq 10 faizlə ona vermişdir. Pulu götürüb öz işlərini həll etmişdir. Həmin ərəfədə o, iki işlə məşğul idi. Belə ki, havalandırma sistemləri üçün boruları Bakı şəhərindəki sexlərdə sifariş edib alırdı, eyni zamanda daş karxanalarında tullantı torpaq və daş kütləsini “Norm” sement zavoduna təhvil verirdi ki, sonradan sement istehsalında istifadə olunurdu. Sement zavodundan ona pul malı təhvil verdiyi gündən 45 gün sonra nağdsız hesablaşma yolu ilə köçürüldüyündən, həmin müddətdə isə malı daşıyan avtomobilləri istifadə etmək üçün yanacaq, təmir və sair işlər üçün nağd pul lazım olduğundan bəzən maddi sıxıntı çəkirdi və buna görə faizə nağd pul götürürdü. Sevdadan götürdüyü 6000 ABŞ dolları pulu da işi ilə bağlı sərf etmiş, yük avtomobillərinin sıradan çıxmış təkərlərinin əvəz edilməsinə, yanacaq məsrəflərinə ve sair xərcləmişdir. Təxminən 2 həftə sonra ona yenidən nağd pul lazım olmuşdur. Belə ki, buna qədər 3000 ABŞ dollar pulu aldığı şəxsin ona pul verəcəyi olmuşdur və həmin şəxs ona 3000 ABŞ dolları pulu verəndə qalan məbləği 2 həftə sonra verəcəyini bildirmişdir. Məhz buna görə Sevdaya müraciət edib faizə pul tapmasını demişdir. Həmin şəxs 2 həftə sonra da onun pulunu vermədiyinden, vaxtı uzatdığından, işləri ilə bağlı yenidən nağd pul lazım olduğundan Sevdaya bildirmişdir ki, buna qədər onun üçün faizə pul götürdüyü şəxsdən əlavə olaraq 5500 ABŞ dolları pul götürsün, Sevda da razılaşmışdır. Sevda eyni qaydada işdən çıxandan sonra həmin pulu götürüb evə gəlmiş və evdə 5500 ABŞ dolları pulu aylıq 10 faizlə ona vermişdir. Həmin pulu yenə öz işlərinə sərf etmişdir. Pulu götürəndə də öz işləri ilə bağlı götürmüşdür və Sevda ilə heç bir birgə ticarət və sair birgə işlə bağlı aralarında danışıq və ya razılaşma olmamışdır. Növbəti ayın ilk günündən faizləri Sevdaya ödəməyə başlamışdır. Sevdadan 2 dəfəyə olmaqla cəmi 11500 ABŞ dolları pul götürmüşdür. Həmin pulun 9 ay ərzində faizini Sevdaya ödəmişdir. Sonradan hissə-hissə faiz puldan əlavə ana məbləğdən Sevdaya 15000 manat pul ödəmişdir. ABŞ dolları ilə nisbətdə təxminən 9000 ABŞ dolları pul ödəmiş və Sevdaya heç bir borcu yoxdur. Belə ki, Sevda pulu guya kimdənsə kredit kimi götürüb və bununla da onun yerinə faiz ödəmişdir. O Sevdanın külli miqdarda pulunu ələ keçirməmiş, aralarında istənilən birgə ticarətlə bağlı hər hansı bir danışıq və ya razılaşma olmamışdır, bunlar Sevdanın uydurmalarıdır. O, Sevdadan faizə pul götürmüş, öz işləri üçün və pulu da öz işləri ilə bağlı xərcləmişdir. Sonrakı dövrdə Sevdaya faiz pul vermiş və ana məbləğdən ödənişlər aparmışdır. Zərərçəkmiş şəxs onu iş gördüyü adamlara və anasına zəng vurub onu rüsvay edəcəyi ilə, iş yerinə gəlib səs-küy salacağı ilə hədələyib pul almasına dair əlyazmanı yazmağı məcbur etmişdir, o da Sevdadan ehtiyat etdiyi üçün, həmçinin anasının ağır insult xəstəsi olmaqla narahat edilməməsi üçün məcbur olub Sevdanın diqtəsi ilə borclu olduğunu etiraf edilməsi ilə bağlı qəbz yazmış və videoçəkilişdə də Sevdanın dedikləri sözləri təkrar etmişdir. Lakin o, bunların yalan olduğunu, həqiqətə uyğun olmadığını bildirmişdir. Onun Sevdaya heç bir məbləğdə borcu yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ildən etibarən tanıyır, onunla təsadüfən tanış olmuşdur. Həmin vaxt həyat yoldaşından boşandığı üçün Həzi Aslanov metrostansiyasının yaxınlığında öz adına olan Hyundai Santafe markalı avtomobilində qaranlıq vaxtı tək əyləşib ağlayarkən yanında Range Rover markalı avtomobil dayanmış və sürücü oturacağından Təqsirləndirilən şəxs düşüb ona yaxınlaşaraq nədən ağladığını soruşmuşdur. O, isə ailə məsələsi ilə bağlı problem səbəbindən ağladığını deyəndən sonra Əli ona ürək-dirək verib xoş sözlər bildirmiş və tanışlıqları yaranmışdır. Əli ona ilk görüşdən diqqət göstərmişdir. Əli ilk tanış olduqları gündən özünü varlı iş adamı kimi təqdim etmişdir. Əli ona deyirmiş ki, çox imkanlı şəxsdir "xxxx" MMC-nin təsisçisidir və həmin şirkət ona məxsusdur. Bundan başqa müxtəlif bizneslərlə məşqul olur. Bundan başqa o, həmçinin özünü ölkənin sayılıb seçilmiş bir generalının adamı kimi təqdim etmişdir. Əli ilk tanışlıqlarında özünün lyuks həyat yaşadığını, yalnız “Brioni”, “Cavali” kimi bahalı brend dükanlardan geyim aldığını və geyindiyini demişdir. Həqiqətən də geyindiyi paltarların üzərində qeyd etdiyi brendlərin tanınma nişanları olurmuş və o, Əlinin varlı bir insan olduğuna inanmışdır. Sonradan isə aralarında pulla bağlı problem çıxanda bilmişdir ki, Əlinin geyindiyi paltarlar saxta etiketli ucuzlu paltarlar olmuşdur. Əli ona ölkənin sayılıb seçilmiş bır generalının adamı olduğunu deyəndə sübüt kimi “Getcontact” programında öz mobil telefon nömrəsinin istifadəçisinin adının “Generalın adamı", “General dediyi adam" və s. başqa adlarla yazıldığını ona göstərmişdir. Bundan əlavə bir neçə dəfə Əli ona dollar paçkası göstərmiş və mən ondan bu pulun haradan gəldiyini soruşanda, ona bu pulun generaldan gəldiyini, əslində özünün böyük bir iş adamı olduğunu söyləmişdir. Bundan başqa Əli ona qardaşının sağalması üçün Almaniyadan xüsusi təyyarədə 30 nəfər həkim heyyəti gətizdirdiyini, bir günün içində özünə məxsus Galenvagen, Bentley markalı avtomobilləri, evləri sataraq 600000 manat pulu həkimlərə xərclədiyini danışmışdır. Sonradan o, Əlinin anası ilə danışanda bunların hamısının yalan olduğunu, Əlinin heç zaman bahalı maşını, evi, pulu olmadığını anası ona bildirmişdir. Əli ona tanışıqlıqlarının 2ci ayında yəni, 8 mart 2020-ci İl tarixdə İphone 11 pro modelli mobil telefon hədiyyə etmiş, lakin 3 gün sonra 1 pillə aşağı olan İphone 10 pro telefonunu götürmüşdür ki, satsın. Ona demişdir ki, 2 telefon onun nəyinə lazımdır. Əli onun güvənini qazandıqdan sonra ondan aldığı pulun miqdarını yavaş-yavaş artırmağa başlamışdır. Onun xalası oğlunun dostunda nağd pul olduğunu biləndə, Əli ona vacib bir işi üçün ona təcili 8000 manat pul lazım olduğunu və pulu 10 günə qaytaracağını bildirmişdir. 2020-ci ilin may ayında o, xalası oğlundan borca aldığı 8000 manat pulu borc olaraq Əliyə vermiş və həqiqətəndə, 7 gündən sonra, söz verdiyi kimi 10 gündən də tez pulu ona qaytarmış və üstündə 200 manat da ona vermişdir. 2020-ci ilin iyun ayının ortalarında Əli ona demişdir ki, əlində nağd pul varsa versin taxta biznesi ilə məşqul olsunlar, özünün də əlavə olaraq bu işlə məşğul olduğunu bildirmişdir. Həmin biznesdən özünün pul qazandığını onun da gəlir əldə etmək üçün həmin biznesə qoşmaq istədiyini və pulunun yatmaqdansa gəlir qazandıracağını demişdir. Əli hətta ona bir topa pulu göstərərək həmin biznesdən qazandığını bildirmişdir. O, bu biznesin necə işlədiyini Əlidən soruşanda ona bildirmişdir ki, taxta materiallarını nağd qiymətə alaraq digər şəxslərə kreditlə, yəni hər ay bir hissəsini ödəmək şərti ilə satır, taxtanın dəyərini aylara böləndə əlavə pul da hesablayır, beləliklə kreditlə satdığı taxtadan qazandığı pul nağd şəkildə satıldığından daha çox olur. Həmin vaxt özündə 2600 ABŞ dolları pul olmuşdur. Əli isə ona demişdir ki, 5000 manat pulu da özündən qoyacaq və onun verəcəyi 2600 ABŞ dolları ilə birgə bu işə yeni yatırım edəcəkdir. O, da razılaşmışdır. 18 iyun 2020-ci il tarixdə yaşadığı mənzildə Əliyə taxta biznesinə yatırım edib hər ay ən azı 10 faiz gəlir qazandırmaq və həmin ilin noyabr ayında verdiyi pulu tam şəkildə özünə qaytarmaq şərti ilə 2600 ABŞ dolları pul vermişdir. Bir ay sonra, 18 iyul 2020-ci il tarixdə Əİi ilk qazancını, 250 ABŞ dollarını ona gətirəndə çox sevinmiş və Əliyə inanaraq ona bank kartını vermişdir. Əli yenə taxta biznesi üçün ondan 5000 ABŞ dolları pul götürmüşdür. O, isə həmin pulu Əliyə verəndə demişdir ki, ona da harada iş gördüyünü göstərsin, işin nədən ibarət olduğunu canlı görsün. Əli isə bunun “kişi işi” olduğunu və Rauf adlı şəxslə bu işi gördüyünü söyləmişdir. 30 iyul 2020-ci il tarixdə Əli ona bildirmişdir ki, yeni biznesə qatılmaq olar, belə ki, qrup yoldaşı Zaur adlı şəxs Dubay şəhərindən Azərbaycana əsasən İphone markalı mobil telefon aparatlarını gətirib tanışı Rasim adlı şəxsin 28 May metrostansiyası yaxınlığındakı mobil telefonların alqı-satqı dükanında satışını həyata keçirir, Zaur yeni mal gətirməlidir, bunun üçün 30000 ABŞ dolları pul lazımdır, özündə 15000 ABŞ dolları pul var və əgər 15000 ABŞ dolları pul yatırım edə bilsələr Zaur ümumilikdə 30000 ABŞ dolları pulla yeni mal gətizdirib tanışı Rasimin dükanında satışını təşkil edərək ən geci 2-3 aya ikiqat pulunu onlara qaytaracaqdır. Əli ona demişdir ki, Zaurun və Rasimin qurduğu iş yaxşı pul qazandıran işdir və biz də 15000 ABŞ dolları pul qoyduğumuz halda bu işə şərik kimi daxil olub yaxşı qazanc, yəni ikiqat qazanc əldə edə bilərik. Hətta Əli “gördün aylıq qazancın vaxtında gəldi", “mənə güvən, uzağı maşınlarımdan birini satıb o pulu qaytararam”, “o pul mənim üçün nə puldu ki” tipli cümlələrdən istifadə edərək, ona xalası oğlunun dostundan pul almağı təklif etmişdir. O, Əliyə həmin məbləğdə pulunun olmadığını və yüksək məbləğ olduğunu söyləyəndə, Əli "ona güvənmirsənki?”, “indiyədək hansı pulun qayıtmayıbki?” “qazancıvı da aylıq vaxtında verirəm”, “sənə aylıq o qədər qazanc verəcəm ki, pul götürdüyün adama da hörmət edə biləcəksən” tipli cümlələrlə onu inandırmış və mən əlavə qazanca şirnikləşərək 2020-ci ilin 30 iyul tarixində xalası oğlu Simrandan 15000 ABŞ dolları pul alıb yaşadığı ünvanda mobil telefon biznesinə yatırım edib ikiqat qazanc əldə edilməsi üçün Əliyə vermişdir. 20 gün sonra Əli əlavə 10000 ABŞ dolları pulun təcili lazım olduğunu deyərək malın gətirilməsində xırda bir problem çıxdığını bildirməklə həmin pulun bizim tərəfimizdən verilməli olduğunu, ümumi 25000 ABŞ dolları pul ikiqat gəliri ilə ona dediyi müddətdə, yəni 2-3 aya qaytaracağına söz vermişdir. O da Əliyə inanıb 2020-ci ilin 20 avqust tarixində xalası oğlu Simrandan əlavə 10000 ABŞ dolları pulu alıb eyni ilə yaşadığı ünvanda mobil telefon biznesinə yatırım etmək üçün Əliyə vermişdir. Xalası oğlu pulu ona verəndə həmin şəxsə nə üçün pul aldığını və hansı iş görəcəyini demişdir. 2020-ci ilin noyabr ayında Əli ilə danışdıqları kimi taxta biznesinə görə ondan aldığı əsas məbləği, yəni toplam 7600 ABŞ dolları və ya manatla hesablayanda 12920 manat pulu ona qaytarmalı olduğunu bildirəndə, Əli dekabr ayında qaytaracağına söz vermişdir. Beləliklə Əli, onun inamımın sarsıldığını hiss edərək, tez bir zamanda plan qurub 01 dekabr 2020-ci il tarixində ona İphone 11 pro max model telefon göstərərək, bu telefonun guya qurduqları telefon biznesindən xeyir kimi Zaur tərəfindən ona verildiyini demiş və telefonu özü işlətmişdir. 2020-ci ilin dekabr ayının ortalarına yaxın Əli bildirmişdir ki, telefon biznesi üçün əlavə 5000 ABŞ dolları pul lazımdır, əlavə mal gətirilir, o, da 15 dekabr 2020-ci il tarixdə Rusiyada yaşayan xalası qızından 5000 ABŞ dollar pulu Zolotaya Korona sürətli köçürmə ilə alıb yaşadığı mənzildə Əliyə vermişdir. Əlavə olaraq Əli ilə münasibətdə olduğu müddətdə, Əli iş görmək adı ilə ondan 2650 ABŞ dolları pul almışdır. Həmin ilin dekabr ayının sonlarından etibarən Əli böyük problemlərə düşdüyünü deyib 2021-ci ilin fevral ayınadək vaxt istəmişdir. O, isə Əliyə güvənərək, hər ay verdiyi vədlərə inanaraq, hər gələn ayın sonu və ya əvvəlinə andlar içib, vədlər verərək heç bir problemi dilə gətirməyərək qazanc adıyla aldığı maaşını xalası oğlu vasitəsilə dostuna göndərmişdir. 2021-ci ilin yanvar, fevral, mart, aprel, may aylarını da o, öz aylıq maaşını ilə övladının boğazından kəsərək, heç bir əlavə xərc etmədən pul toplayıb xalası oğluna verirmişdir. Eyni zamanda Əlinin ondan aldığı pulları sahiblərinə qaytarmaq üçün, 06 mart 2021-ci il tarixində 36 ay müddətinə illik faiz dərəcəsi 21% olmaqla 10.000 manat məbləğində “Bank of Baku”dan kredit götürmüş, nəticədə faiz dərəcəsi olaraq 3534.93 manat əlavə ödəmişdir. 16 iyun 2020-ci il tarixdə xalası oğlundan aldığı pulu qaytarmaq üçün tələb qarşısında məcbur qalıb yenidən 11000 manat məbləğində “Bank Respublika”dan kredit götürmüşdür. Əlavə olaraq bildirmişdir ki, Əlidən nəvaxt şikayət etdiyi yadında deyil. Əli ondan həmin pulları faizə götürməyib. 2600 dolları, 5000 dolları,10000 və 15000 dolları qızların, yəni rəfiqələri Gülnar və Günayın yanında Əliyə vermişdir. Əli götürdüyü pullarla bağlı ona sənəd verib, nə vaxt ondan nə qədər pul götürüb, hamısı sənədlə təsdiq olunur. Həmçinin pulları ondan almasını videoya da çəkib, Əli öz təşəbbüsü ilə. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayından etibarən tanıyır, onunla tanışlığı təsadüfən baş vermişdir. Belə ki, həmin ərəfədə həyat yoldaşından boşandığı üçün Həzi Aslanov metrostansiyasının yaxınlığında öz adına olmaqla mülkiyyətində olan Hyundai Santafe markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilində qaranlıq vaxtı tək əyləşib ağlayarkən yanında Range Rover markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış və sürücü oturacağından Təqsirləndirilən şəxs düşüb ona yaxınlaşaraq niyə ağladığını soruşmuşdur. O, ailə məsələsi ilə bağlı problem səbəbindən ağladığını deyəndən sonra Əli ona ürək-dirək verib xoş sözlər bildirmiş və tanışlıqları yaranmışdır. Bu insan ilk görüşdən çox diqqət göstərərək, ona qarşı ciddi münasibət qurmaq fikri ilə yaxınlaşdığını söyləmiş və ona ilk görüşdən aşiq olduğunu demişdir. Əli ilk tanışlıqdan özünü varlı iş adamı kimi təqdim etmişdir. Sonrakı müddətdə X11 markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobildən başqa “gündəlik maşın” dediyi Mitsubishi Pajero markalı ** NN *** dövlət qeydiyyat nişanlı və Mercedes markalı 10 00 066 dövlət qeydiyyat nişanlı avtomobilləri idarə etmişdir. Əli ona bildirmişdir ki, çox imkanlı şəxsdir, "xxxx" MMC-nin təsisçisi və həmin şirkətin ona məxsus olduğunu, bundan başqa müxtəlif bizneslərlə məşğul olduğunu, ən əsası ölkənin sayılıb seçilmiş bir generalının adamı kimi özünü təqdim etmişdir. Əli inandırmaq üçün ona əmrdən çıxarışı göstərmiş, oxuyub görmüşdür ki, həqiqətən də "xxxx" MMC-nin təsisçisidir. Əli ilk tanışlıqda luks həyat yaşadığını, yalnız “Brioni”, “Cavali” kimi bahalı brend dükanlardan geyim aldığını və geyindiyini, dayısı ilə dəfələrlə nazirlər üçün ayrılmış Bilgəhdəki 2-ci bağ evində istirahətdə olduqlarını söyləmişdir. Həqiqətən də geyindiyi paltarların üzərində qeyd etdiyi brendlərin tanınma nişanları olmuşdur və o, Əlinin varlı bir insan olduğuna aldanmışdır. Sonradan, aralarında pulla bağlı problem çıxanda bilmişdir ki, Əlinin geyindiyi paltarlar saxta etiketli ucuzlu paltarlar olmuş və ona danışıb özünü varlı insan kimi təqdim etməsi ilə bağlı dedikləri tamamilə yalan olmaqla onu inandırmaq üçün edilmişdir. İlk mərhələdə isə o, aldanıb Əliyə tam güvənməyə başlamışdır. Hətta Əli ona ölkənin sayılıb seçilmiş bır generalının adamı olduğunu deyəndə sübüt kimi “Getcontact” programında öz mobil telefon nömrəsinin istifadəçisinin adının “Generalın adamı", “General dediyi adam" və s. başqa adlarla yazıldığını ona göstərib özünə inandırmışdır. Bundan əlavə bir neçə dəfə Əli ona dollar paçkası göstərəndə və ondan bu pulun haradan gəldiyini soruşanda, ona bu pulun generaldan gəldiyini, əslində özünün böyük bir iş adamı olduğunu söyləmişdir. Əli, mərhum qardaşının sağalması üçün Almaniyadan xüsusi təyyarədə 30 nəfər həkim heyyəti gətirtdirdiyini, bir günün içində özünə məxsus Gelenvagen, Bentley markalı avtomobilləri, evləri sataraq 600000 manat pulu həkimlərə xərclədiyini, əvvəllər daha da varlı olmasından hər gün nağıllar danışmışdır. Sonradan Əlinin anası ilə danışanda bunların hamısının yalan olduğunu, Əlinin heç zaman bahalı maşını, evi, pulu olmadığını bilmişdir. Əli onun güvən və inamını qazanmaq üçün, anası və bacısı ilə onu tanış etmiş, ailə həyatı quracağını ona demişdir. Ailə həyatı qurduqdan sonra harada yaşayacayıq sualına o, 300000 dollar pulunun biznesində olduğunu və istədiyi vaxt bu puldan götürüb ev alacağını demişdir. Ayrıca, Əli ona Sabunçu rayonu Mənzil Kommunal İstismar Sahəsindən arayış təqdim edərək ünvan 5 ünvanında müvəqqəti qeydiyyatda olduğunu, həmin mənzilin ona məxsus olduğunu və istənilən vaxt satıb aldığı pul ilə başqa yerdə də ev ala biləcəyini deyərək onu inandırmışdır. O, həmin vaxtlarda SAB şirkətində işləyib yaxşı maaş almışdır. Əli tanışlıqlarının 2-ci ayında yəni, 8 mart 2020-ci İl tarixdə ona yeni İphone 11 pro modelli mobil telefon hədiyyə etmiş, lakin 3 gün sonra 1 pillə aşağı olan onun İphone 10 pro telefonunu götürmüşdür ki, satsın. Demişdir ki, 2 telefon ona lazım deyil, o da razılaşıb öz İphone 10 pro markalı mobil telefonunu Əliyə vermiş, satıbsatmadığını və pulu nə etdiyini soruşmamışdır. Ona güvənini artırmaq üçün, fərqli vaxtlarda maaş aldığı gün ondan 300-500 manat alıb, 3 gün sonra geri qaytarırdı. Belə ki, Əli gah pulunun evdə qaldığını, gah nağd pulunun olmadığını və pulunun kartında olduğunu, digər bu kimi bəhanələr gətirib ona təcili nağd pul lazım olduğundan göstərdiyi məbləğdə pul verməyini istədiyindən verirdi, Əli də həmin pulu qaytarırdı, bununla onun etibarını tam qazanırdı. O Əlidən pulu geri götürmək istəmədiyini bildirəndə isə, Əli ona hər zaman kişinin qadından necə pul ala biləcəyini ağlına sığışdırmadığını deyərək, həmin kişiləri tənqid edirdi. Zamanında pulu qaytardığını görərək, o, bu insana daha da güvənməyə başlamışdır. Əli onun güvənini qazandığını görərək, ondan aldığı pulun miqdarını artırmağa başlamışdır. Onun xalası oğlunun dostunda nağd pul olduğunu biləndə, Əli ona vacib bir işi üçün ona təcili 8000 manat pul lazım olduğunu və pulu 10 günə qaytaracağını bildirmişdir. Tanışlıqlarının 4-cü ayı, yəni 2020-ci ilin may ayında o, xalası oğlundan borca aldığı 8000 manat pulu borc olaraq Əliyə vermiş və həqiqətəndə, 7 gündən sonra, söz verdiyi 10 gündən də tez pulu ona qaytarmış və üstündə 200 manat pul verib "bu da halalın” deyərək güvənini tam qazanmışdır. Əli onun bankda 6500 manat və 2600 dolları pulunun olduğunu, aylıq normal maaş aldığını onun sözlərindən bilirdi. 2020-ci ilin iyun ayının ortalarında yaşadığı Xətai rayonu, Xudu Məmmədov küçəsindəki mənzildə olan zaman Əli ona bildirmişdir ki, əlində nağd pulu varsa ona versin, taxta biznesinə yatıracaqdır, özünün də əlavə olaraq bu işlə məşğul olub pul qazandığını, onu da gəlir əldə etmək üçün həmin biznesə qoşmaq istədiyini və pulunun yatmaqdansa ona gəlir qazandıracağını söyləmişdir. Əli hətta ona bir topa pulu göstərərək həmin biznesdən qazandığını bildirmişdir. O, bu biznesin necə işlədiyini Əlidən soruşanda sonuncu bildirmişdir ki, taxta materiallarını nağd qiymətə alaraq digər şəxslərə kreditlə, yəni hər ay bir hissəsini ödəmək şərti ilə satır, taxtanın dəyərini aylara böləndə əlavə pul da hesablayır, beləliklə kreditlə satdığı taxtadan qazandığı pul nağd şəkildə satıldığından daha çox olur. Əli bildirmişdir ki, bu işə pul yatırım etdiyi halda ən geci 2020-ci ilin noyabr ayında verdiyi məbləği özünə qaytaracaq, bu vaxta kimi isə hər ay ona gəlir kimi əlavə pul ödəyəcəkdir, həmin pul onun verdiyi məbləğin ən azı 10 faizini təşkil edəcəkdir. Həmin vaxt onda 2600 ABŞ dolları pul olmuşdur. Əli demişdir ki, 5000 manat pulu da özündən qoyacaq və onun verəcəyi 2600 ABŞ dolları ilə birgə bu işə yeni yatırım edəcəkdir. O da razılaşmışdır. 18 iyun 2020-ci il tarixdə yaşadığı Xətai rayonu, Xudu Məmmədov küçəsindəki mənzildə Əliyə taxta biznesinə yatırım edib hər ay ən azı 10 faiz gəlir qazandırmaq və həmin ilin noyabr ayında verdiyi pulu tam şəkildə özünə qaytarmaq şərti ilə 2600 ABŞ dolları pul vermişdir. Bir ay sonra, 18 iyul 2020-ci il tarixdə Əİi ilk qazancını, 250 ABŞ dollarını ona gətirəndə çox sevinmişdir və daha da həvəslənib Əlinin “gəl yenə pul qoy daha da çox qazan”, “pislik eləmirəmki, sənə pul qazandırıram” tipli cümlələrinə inanaraq, Əliyə bank kartını vermişdir. Əli yenə taxta biznesi üçün həmin gün ona məxsus Nikoil bank kartından 6500 manat pulu Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığındakı bankomatdan çıxararaq dollara çevirib, onun mənzilinə qayıdıb aldığı maaşını və əlindəki bütün pulları, toplam olaraq 5.000 ABŞ dolları pulu ondan götürmüşdür ki, biznesinə yatırım edəcəkdir. Həmin pulu Əliyə verəndə demişdir ki, ona da harada iş gördüyünü göstərsin, işin nədən ibarət olduğunu canlı görsün, Əli isə bunun “kişi işi” olduğunu və Rauf adlı şəxslə bu işi gördüyünü söyləmişdir. 30 iyul 2020-ci il tarixdə Əli ona bildirmişdir ki, yeni biznesə qatılmaq olar, belə ki, qrup yoldaşı Zaur adlı şəxs Dubay şəhərindən Azərbaycana əsasən İphone markalı mobil telefon aparatlarını gətirib tanışı Rasim adlı şəxsin 28 May metrostansiyası yaxınlığındakı mobil telefonların alqı-satqı dükanında satışını həyata keçirir, Zaur yeni mal gətirməlidir, bunun üçün 30000 ABŞ dolları pul lazımdır, özündə 15000 ABŞ dolları pul vardır və əgər onlar 15000 ABŞ dolları pul yatırım edə bilsələr Zaur ümumilikdə 30000 ABŞ dolları pulla yeni mal gətizdirib tanışı Rasimin dükanında satışını təşkil edərək ən geci 2-3 aya ikiqat pulunu onlara qaytaracaqdır. Əli ona demişdir ki, Zaurun və Rasimin qurduğu iş yaxşı pul qazandıran işdir və onlar da 15.000 ABŞ dolları pul qoyduqları halda bu işə şərik kimi daxil olub yaxşı qazanc, yəni ikiqat qazanc əldə edə bilərlər. Hətta Əli “gördün aylıq qazancın vaxtında gəldi", “mənə güvən, uzağı maşınlarımdan birini satıb o pulu qaytararam”, “o pul mənim üçün nə puldu ki” tipli cümlələrdən istifadə edərək, ona xalası oğlunun dostundan pul almağı təklif etmişdir. O Əliyə həmin məbləğdə pulunun olmadığını və yüksək məbləğ olduğunu söyləyəndə, Əli "mənə güvənmirsənki?”, “indiyədək hansı pulun qayıtmayıbki?” “qazancıvı da aylıq vaxtında verirəm”, “sənə aylıq o qədər qazanc verəcəm ki, pul götürdüyün adama da hörmət edə biləcəksən” tipli cümlələrlə onu inandırmış və o, əlavə qazanca şirnikləşərək 2020-ci ilin 30 iyul tarixində xalası oğlu Simrandan 15000 ABŞ dolları pul alıb yaşadığı ünvanda mobil telefon biznesinə yatırım edib ikiqat qazanc əldə edilməsi üçün Əliyə vermişdir. 20 gün sonra Əli əlavə 10000 ABŞ dolları pulun təcili lazım olduğunu deyərək malın gətirilməsində xırda bir problem çıxdığını bildirməklə həmin pulun onlar tərəfindən verilməli olduğunu, ümumi 25000 ABŞ dolları pul ikiqat gəliri ilə ona dediyi müddətdə, yəni 2-3 aya qaytaracağına söz vermişdir. O da Əliyə inanıb 2020-ci ilin 20 avqust tarixində xalası oğlu Simrandan əlavə 10000 ABŞ dolları pulu alıb eyni ilə yaşadığı ünvanda mobil telefon biznesinə yatırım etmək üçün Əliyə vermişdir. Xalası oğlu pulu ona verəndə həmin şəxsə nə üçün pul aldığını və hansı iş görəcəyini demişdir, bunları təsdiq edə bilər. 2020-ci ilin noyabr ayında Əli ilə danışdıqları kimi taxta biznesinə görə ondan aldığı əsas məbləği, yəni toplam 7600 ABŞ dolları və ya manatla hesablayanda 12920 manat pulu ona qaytarmalı olduğunu bildirəndə, Əli dekabr ayında qaytaracağına söz vermiş və beləliklə, yenə də dekabr ayına bir plan qurub ondan pul almalıydı ki, onun öz pullarından ona çox xırda bir məbləğ qazanc adıyla qaytara bilsin. Beləliklə Əli, onun inamının sarsıldığını hiss edərək, tez bir zamanda plan qurub 01 dekabr 2020-ci il tarixində ona İphone 11 pro max model telefon göstərərək, bu telefonun guya qurduqları telefon biznesindən xeyir kimi Zaur tərəfindən ona verildiyini demiş və telefonu özü işlətmişdir. Daha sonra araşdırmışdır ki, telefon 01 dekabr 2020-ci il tarixdə “World Telecom”dan kreditə götürülüb. Bunu təsdiq edən zəmanət talonunun surətini izahatına əlavə etmişdir. 2020-ci ilin dekabr ayının ortalarına yaxın Əli bildirmişdir ki, telefon biznesi üçün əlavə 5000 ABŞ dolları pul lazımdır, əlavə mal gətirilir, o da 15 dekabr 2020-ci il tarixdə Rusiyada yaşayan xalası qızından 5000 ABŞ dolları pulu Zolotaya Korona sürətli köçürmə ilə alıb yaşadığı mənzildə Əliyə vermişdir. Əlavə olaraq Əli ilə münasibətdə olduğu müddətdə, Əli iş görmək adı ilə ondan 2650 ABŞ dolları pul almışdır. Həmin ilin dekabr ayının sonlarından etibarən Əli böyük problemlərə düşdüyünü deyib 2021-ci ilin fevral ayınadək vaxt istəmişdir. O, Əliyə güvənərək, hər ay verdiyi vədlərə inanaraq, hər gələn ayın sonu və ya əvvəlinə andlar içib, vədlər verərək heç bir problemi dilə gətirməyərək qazanc adıyla aldığı maaşını xalası oğlu vasitəsilə dostuna göndərmişdir. 2021-ci ilin yanvar, fevral, mart, aprel, may aylarını da o, öz aylıq maaşı ilə övladının boğazından kəsərək, heç bir əlavə xərc etmədən pul toplayıb xalası oğluna verirdi. Eyni zamanda Əlinin ondan aldıqları pulları sahiblərinə qaytarmaq üçün, 06 mart 2021-ci il tarixində 36 ay müddətinə illik faiz dərəcəsi 21% olmaqla 10000 manat məbləğində “Bank of Baku”dan kredit götürmüş, nəticədə faiz dərəcəsi olaraq 3534.93 manat əlavə ödəmişdir. 16 iyun 2021-ci il tarixdə xalası oğlundan aldığı pulu qaytarmaq üçün tələb qarşısında məcbur qalıb yenidən 11000 manat məbləğində “Bank Respublika”dan kredit götürmüşdür. Buna qədər, 2021-ci ilin mart ayında Əlidən yenə də pulu tələb edəndə, bank kreditlərini, bank faizlərini ödəyə bilməyəcəyini bildirəndə sonuncu kövrələrək bildirmişdir ki, telefon biznesinə qoyduğu pulları Rasim adlı tanışına verib və həmin tanışı da tutulduğu üçün pullar batıbdır. Sonradan araşdırmışdır ki, elə bir şəxs yoxdur. Şübhələnib öncə Əlinin atasına zəng etmiş və adını deyən zaman sonuncu ona “səhv düşmüsüz xanım” deyib onu bloka atmışdır. O, aylarla gecə gündüz ağlayıb həm maddi, həm də mənəvi iztirablar çəkərək, borcu necə ödəyəcəyi barədə stress yaşamışdır. Əlinin anasına bu barədə danışdıqda isə sonuncu “oğlum heç nə edə bilməz, bizim pulumuz yoxdur get başıva çarə qıl” deyərək, həmçinin Əlinin heç vaxt varlı həyat yaşamadığını, hər zaman onların dəstəyi ilə yaşadığını bildirmişdir. O, artıq Əlinin yalançı və dələduz olduğunu anlayaraq çarəsiz qalıb son ümid kimi general kimi təqdim etdiyi Fuad adlı şəxsə zəng etmişdir. Həmin şəxs Əlini birbaşa deyil, dolayısı ilə tanıdığını və onun yanına adam göndərəcəyini demişdir. Onunla görüşə Tural adlı şəxs gəlmişdir. Turalı qiyabi olaraq Əlinin “əl altısı” kimi tanımışdır. Turala olanları danışdıqda sonuncu şokda olduğunu, Əlinin yalan danışdığını, əslində Əlinin heç bir ciddi işə sahib olmadığını, ortalıqda sürücü kimi “apar gətir” işləri ilə məşğul olduğunu, ona tabe olmasını və Əlinin ona dediyinə əsasən guya onun Əliyə 30000 dollardan artıq borclu olduğunu söyləmişdir. Mart ayında bütün Əlinin fırıldaqlarını aşkara çıxartdığı üçün, aprelə qədər yenidən ona vaxt vermişdir. 01 aprel tarixində Əli ona qaytarmalı olan külli məbləğdən cəmi 3000 ABŞ dolları pul vermişdir. Qalan məbləğin nə zaman ödəyəcəyini soruşanda Əli onu sakitləşdirmək üçün 13 aprel tarixində öz əlyazması ilə götürdüyü pulları xronologiya ilə yazdığı bir vərəqi vermiş, həmin vərəqin əslini izahatına əlavə etmişdir. Əli onun bu mövzularda yetərsiz biliyi olduğunu görüb, dəftər vərəqində yalnız “borcum var” kəlməsini istifadə etmişdir. Təbii ki, sözün mənasının fərqinə varmayaraq, o bu pulu Əlinin onun borcu var deyə başa düşmüşdür. Düşünür heç kəs “aylıq qazanc söz verərək biznes üçün məndən aldığın pulun əsas məbləği” sözünü işlətməz və qısaca olaraq “borc” kimi deyər. Aprel ayının 15-nə verdiyi sözü yenə də tutmayaraq, onun xalası oğlu ilə təkbətək görüşüb, onu balalarının canına and verərək 1 həftə vaxt istəməklə Əlinin ona yalan danışaraq, bütün pulları ödədiyini deməsini xahiş etmişdir. Həmin vaxt Əli dostu Loğmanla ölkəni tərk etmək kimi planlar qururdu. Xalası oğlu Əlinin yalan danışdığını hiss edərək 21 apreldə ona olanları danışmış və Əlinin pulu qaytarmadığını bildirmişdir. O, həmin gün Əliyə yığaraq onu polisə verəcəyini bildirmiş, Əli isə “gəl görüşək danışaq” demişdir. Həmin gün görüşəndə Əli ona “polisə verəcəksən mən də polisə pul verib çıxacam elə o pulu sənə verimdə” kimi sözlər işlədirdi. O, yenə polisə gedəcəyini, ölkə rəhbərliyinə müraciət edəcəyini bildirəndə Əli ona “gəl sənə video çəkim ürəyin sakitləşsin” demişdir. O da hüquqi cəhətdən terminlərin fərqinə varmayaraq, borca xərcə girərək əlavə qazanc qazanmaq məqsədilə Əliyə verdiyi pulu istəyəndə “borcuvu qaytar” cümləsi ilə ifadə etmişdir və Əli onun bu mövzuda başı çıxmadığını görüb, öz şəxsi istəyi ilə video çəkərək videoda yalnız “borcum var” kəlməsini istifadə etmişdir. Əslində bu “borc” kəlmələrini tez-tez işlətmək Əlinin özünü müdafiə mövqeyində dayanmasına işarədir. Bu mövzuda yetərsiz biliyi olmadığı üçün bu videonun əsaslı arqument olduğunu düşünmüşdür. Həmin videonu bir ədəd diskdə izahatına əlavə etmişdir. Belə çıxır ki, qabaqcadan düşünülmüş şəkildə onun pulunu ələ keçirmək məqsədilə dələduzluq etmiş Əli tez-tez borc kəlməsini işlətməkdə xüsusi diqqət cəlb etmişdir. Belə ki, Əli düşünərək “borc” kəlməsini dəfələrlə təkrarlayaraq işin cinayət deyil, mülki tərəfini qabartmışdır. Bu isə o demək deyil ki, Əli bir kəlmə sözlə cinayət məsuliyyətindən azad olunmalıdır. Əslində, Əli tərəfindən ona qarşı törədilən hərəkətin özü tam cinayət tərkibindən ibarətdir. Çünki, Əlinin ondan aldadaraq aldığı pullar heç bir biznes üçün sərf edilməmişdir, sadəcə onun tərəfindən ələ keçirilmişdir. Sonradan Əli ona əlavə olaraq 3500 ABŞ dolları da pul qaytarmış, beləliklə ona cəmi 6500 ABŞ dolları pul qaytarmışdır. Əli bu günə ona 33750 ABŞ dolları pul verməlidir. Onu da bildirmək istəyir ki, xalası oğlundan aldığı 25000 ABŞ dolları və xalası qızından aldığı 5000 ABŞ dolları pulu o, sonradan banklardan və qızıllarını girov qoyub lombardlardan kredit götürərək, həmçinin aylıq maaşını verməklə onlara ödəmişdir. Təqsirləndirilən şəxs onun 40250 ABŞ dolları pulunu ələ keçirmiş, bir hissəsini qaytarsa da, hazırda 33750 ABŞ dolları pulu indiyədək ödəməkdən boyun qaçırmışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, hadisə 2020-ci ildə baş verib. Əli və Sevda iş qurmaq fikrinə gəlmişlər, bunu isə ona Sevda xanım demişdir. O, Sevda ilə qonşudur. Sevda onun yanında Əliyə bir dəfə 15000 dollar, avqust ayında yenə 10 min verib. O, Sevdadan pulu niyə verməsini soruşduqda ona demişdir ki, telefon aksesuarları gəldiyini və gömrükdə problemlər olduğu üçün bu pul əlavə verdiyini demişdir. Həmçinin Əli ilə brgə telefon aksesuarları işə ilə deyil taxta alveri və sair işlərlə məşğul olduğunu da demişdir. Əlinin isə mart-aprel aylarında Əlinin yalanları üzə çıxmış, Əli pulları qaytarmamağa başlamışdır. Əlavə olaraq bildirmişdir ki, Sevdanın Əli ilə hansı şəraitdə tanış olmalarını bilmir. 15000 və 10000 pulun Sevdanın Əliyə verməsinin şəxsən şahidi olub. Bundan əlavə də, bir dəfə də Sevda həyətdə Əliyə pul verib məbləği isə bilmir, bir dəfə özü Əliyə Neptun marketin yanında Sevdanın verdiyi pulu verib. O, Əliyə verdiyi pulun məbləğini bilmirəm, pul klyokda olmuşdur, rezinlə bağlı. Sevdanın qonağı olduğu üçün ondan xahiş etmişdir ki, həmin pulu Əliyə versin. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, rəfiqədirlər. Zərərçəkmiş şəxs ilə həmişə normal münasibətləri olmuşdur. Demək olar ki, yaşadıqları ünvanlar yaxın olduğu üçün bütün günü Sevdanın yaşadığı mənzildə olurlar və adətən həftənin 4-5 günü görüşüb birlikdə şəhərin müxtəlif obyektlərində oturur, yemək yeyir və istirahət edirlər. 2020-ci ilin təxminən mart aprel aylarından Sevdanın Əli adlı oğlanla iş prosesində tanış olduğunu bilmişdir. Həmin ərəfədə Sevda ilə görüşən zaman sonuncu görüşlərə Əli ilə gəlirdi. Əli həmişə müxtəlif növ ticarət qolları ilə məşğul olduğunu bildirirdi. Bir dəfə yəni 2020-ci ilin iyul ayının əvvələrində Sevda ilə söhbət zamanı o Əlinin ondan telefon və telefon aksesuarlarını xaricdən gətirib sataraq pul qazanmağı təklif etdiyini bildirmişdir. Sevda bu işlə bağlı onunla məsləhətləşən zaman Əlini onun daha yaxşı tanıdığını, bu barədə özünün dəqiq qərar verə biləcəyini söyləmişdir. 2020-ci ilin iyul ayının 30-da ünvan 3-də Sevdanın yaşadığı mənzildə olan zaman Sevda onun və digər rəfiqələri Günayın yanında Əliyə xaricdən telefon və telefon aksesuarları gətirmək adı ilə 15000 ABŞ dolları vermişdir. Bundan sonra yenə 2020-ci ilin avqust ayının 20-də yuxarıda da qeyd etdiyi ünvanda evdə Əliyə xaricdən telefon və telefon aksesaurları gətirməsi üçün digər rəfiqəsi Günayın yanında yenidən 10000 ABŞ dolları vermişdir. Sonradan ona məlum olmuşdur ki, Sevda ümumilikdə Əliyə 40.250 ABŞ dolları vermişdir. Onların ortaq görüşləri zamanı Sevda gördükləri işlə bağlı Əliyə suallar verirdi. Əli də öz növbəsində narahat olmamağını, artıq ilkin sifariş əsasında olan malların xaricdən çıxdığını, Bakı şəhərinə doğru yola düşdüyünü bildirmişdir. Daha sonra görüşlərinin birində Sevda Əli ilə ortaq gördükləri iş barəsində soruşan zaman Əli malların artıq gəldiyini, lakin ölkədə tətbiq edilmiş karantin rejimi ilə malların gömrük rəsmiləşdirilməsi zamanı problemlərin yaşandığını bildirmişdir. Sonradan məlum olmuşdur ki, Əli Sevdaya vədlər verə-verə aldatmış və Sevdadan aldığı pulları guya bir nəfərə verdiyini, həmin şəxs də tutulduğundan verdiyi pulların batdığını demişdir. Lakin pulların batmasına baxmayaraq Əli həmin pulu Sevdadan özünün aldığını və həmin pulları da özünün qaytaracağını bildirmişdir. Əli ilkin vaxtlarda Sevdaya ondan aldığı pulları qaytaracağını inandırsa da, sonradan verdiyi vədə əməl etməyib pulları geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, Əli Sevdaya iş təklif etmişdir ki, telefon və telefon aksesuarları gətirib, üstünə pul qoyub satacaqlar. Bu işə pul qoymaq üçün Sevda otaqdan pul gətirib Əliyə onun yanında vermişdir. Hətta Sevda bir dəfə onları çağırmışdır ki,Əli gəlir, ona pul verəcək. Əli gündə bir maşınla gəlirdi, özünün varlı biznesmen kimi tanıtmışdı, bir dəfə Sevda Əlinin anasını yığdı, sonra məlum oldu ki,Əli yalançıdı, heç də göründüyü kimi pulu yoxdu. Əlavə olaraq bildirmişdir ki, Sevda Əliyə bir dəfə 15000, bir dəfə də 10.000 dollar verib. Bu pulları Sevda iş qurmaq məqsədilə Əliyə verib.Əliyə 2 dəfə pul verəndə şəxsən şahid olub. Belə ki, Sevda birinci dəfə pul verəndə o, təsadüfən orada olmuş, ikinci dəfə pul verəndə isə Sevda çağırmışdır ki, pulu verəndə Sevdanın yanında olsun. Şahid2 ibtidai araşdırma zamanı Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, bir gün xalası qızı Sevda ona zəng vurub demişdir ki, ona müəyyən bir məbləğ lazımdı. Soruşduqda ki, bu pulu nə edəcək, Sevda demişdir ki, iş yoldaşı var Əli adında onunla iş quracaq, telefon və aksesuarla bağlı iş olacaqdır. Sevda ondan 15000 dollar istəmiş və o, həmin pulu Sevdaya vermişdir. Bir qədər sonra o, Əli ilə tanış olmuş. Sonra isə Sevda ondan Əli ilə iş görəcəyi üçün 10000 dollar da istəmiş və o, da Sevdaya, həmin məbləği də vermişdir. Əlavə olaraq bildirmişdir ki, Əli ilə onun heç bir problemi olmayıb. Sonradan isə Sevda onun pullarını qaytarıb. Onun Əli ilə başqa bir pul məsələsi olub, lakin bu məsələnin Sevda ilə bağlı olan pul məsələlərinə heç bir aidiyyatı olmayıb. İbtidai araşdırma zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalasının qızıdır, Sevda İlə normal münasibəti vardır, ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs 2020-ci ilin sonu, 2021-ci ilin əvvəllərindən etibarən tanımış, xalası qızı Sevdaya görə tanışlıqları baş vermişdir. Əli ilə onun ədavəti və yaxud düşmənçiliyi olmamışdır. 2020-ci ilin iyul ayının sonlarında xalası qızı Zərərçəkmiş şəxs ona zəng vuraraq bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxsla birlikdə mobil telefon ve telefon aksessuarlarının ticarəti işini görmək istəyir, Əlinin bildirdiyinə görə yaxşı gəlirli işdir, bundan ötrü ona 15000 ABŞ dolları pul lazım olduğunu söyləmiş ve ondan həmin məbləğdə pulu bir neçə aya qaytarmaq şərti ilə verməyini xahiş etmişdir. Sevda bildirmişdir ki, gəlirdən asılı olaraq ondan götürdüyü pul məbləğinin üstündə ona qazanc da verəcəkdir. Həmin danışıq zamanı Sevda həmçinin bildirmişdir ki, tanışı Əlinin dostu bu işlə məşğul olur və Bakı şəhərində mağazası da vardır, mobil telefonlar xarici ölkədən Azərbaycana gətirilib burada satışı həyata keçiriləcəkdir, qeyd etdiyi bu işin artıq ona qədər də görüldüyünü, sadəcə artıq görülən işə şərik kimi daxil olmaq istəyir. O da xalası qızının xahişini yerə salmayıb razılaşmışdır. 30 iyul 2020-ci il tarixdə özü ilə 15000 ABŞ dolları pul götürüb Xalqlar Dostluğu metrostansiyasının qarşısına gəlmiş və X5 markalı avtomobilinə əyləşib pulu Sevdaya vermişdir. Həmin vaxt Sevda tək gəlmişdir, pulu ona verəndə avtomobildə ikisindən başqa heç kim olmamışdır. Təxminən 1 ay keçməmiş, 2020-ci ilin avqust ayının ortalarından sonra Sevda ona zəng vuraraq buna qədər ona dediyi telefon biznesinə əlavə yatırım etmək üçün 10000 ABŞ dolları pulun da lazım olduğunu və həmin məbləğdə pulu əlavə olaraq ona verməyini, ona dediyi işə yatırım edəcəyini və qazancdan ona da verəcəyini bildirmişdir. O, Sevdanın bu xahişini də yerə salmamış və razılaşıb səhv etmirsə 20 avqust 2020-ci il tarixdə özü ilə 10000 ABŞ dollan pul götürüb Həzi Aslanov metrostansiyasının qarşısına gəlmiş və X5 markalı avtomobilinə əyləşib pulu vermişdir. Həmin vaxt Sevda tək gəlmişdir, pulu ona verəndə avtomobildə ikisindən başqa heç kim olmamışdır. Beləliklə onun iki dəfəyə Sevdaya verdiyi pulun məbləği ümumilikdə 25000 ABŞ dollan təşkil etmişdir. Pulu verəndən sonra Sevda gəlir şəklində ona sonrakı 7-8 ay ərzində hər ay 300-500 manat arası pul vermişdir. 2021-ci ilin mart-aprel aylarında Sevda ona bildirmişdir ki, tanışı və iş gördüyü Əlidən şübhələnir, Əli hər dəfə bir bəhanə gətirib onun 25000 ABŞ dolları pulunu qaytarmaqdan boyun qaçırır. Buna görə həmin ərəfələrdə özü Əli ilə Xətai rayonu ərazisində, 34-cü Polis Bölməsinin yaxınlığında görüşmüşdür. Onun Əli ilə ilk görüşü məhz orada baş vermişdir. O, Əlidən pulu, yəni Sevdaya verdiyi 25000 ABŞ dolları pulu nə səbəbdən qaytarmadığını soruşanda Əli ona bildirmişdir ki, atası ürəyindən əməliyyat olunmuşdur, buna görə bir müddətdir ki, işi ilə məşğul olmur, atasının səhhəti ilə məşğuldur, yaxın müddətdə pulu qaytaracağını vəd etmişdir. Sonrakı müddətdə də onun Əli ilə bir neçə dəfə görüşü olmuşdur, bütün görüşləri onun pulunun nə zaman qaytarılması ilə bağlı olmuşdur, Əli isə hər dəfə bir bəhanə gətirib pulu verəcəyini söyləmişdir. Son görüşdə isə Əli idarə etdiyi Toyota Prius markalı avtomobillə gəlib ona bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur və qaytarmaq üçün pulu yoxdur, pulu olanda qaytaracaqdır. Heç vaxt Əli ilə danışıqlarında onun verdiyi pulu hara yatırım etməsi, harada olması ilə bağlı aralarında heç bir danışıq olmamışdır, bu söhbətləri o, yalnız xalası qızı Sevda ilə aparmış və Əli ilə görüşlərində yalnız pulun qaytarılması ilə bağlı danışıqlar aparmışdır. Sonradan xalası qızı Sevda ondan götürdüyü pulu özü banklardan kredit götürərək qaytarmış, hazırda ona pul verəcəyi qalmamışdır, lakin Əlidən də pulunu ala bilməmişdir. Hazırda Sevdaya maddi ziyan vurulduğundan cinayət işi üzrə Sevdanın zərərçəkmiş şəxs qismində tanınması məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələrdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs polis orqanına müraciət edərək Təqsirləndirilən şəxs şikayəti olduğunu və ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs adından yazılmış xx.xx.2021-ci il tarixli əlyazmadan (əqddən) görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs pul vəsaitini aldığını təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan (protokola əlavə olunmuş bir ədəd “DVD” diskdən) görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul aldığını təsdiq etmişdir. Qeyd olunan görüntüləri özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə görə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - dələduzluq cinayətini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə;

1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.

3. Bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli özünün ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar və sənədlər vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar və sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2014-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1-ci (CM-62) maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixli Amnistiya qərarına əsasən isə həmin cəzadan azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Bununla yanaşı, cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin azyaşlı bir uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin azyaşlı bir uşağının olmasını, məcburi köçkün həyatı yaşamış olmasını və vurulmuş maddi ziyanın qismən ödənilməsini (geri qaytarılmasını) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan əlavə, məhkəmə iş üzrə verilmiş mülki iddianı müzakirə edərək hesab edir ki, mülki iddia təmin edilməlidir. Belə ki, mülki iddia onunla əsaslandırılmışdır ki, baş vermiş hadisə nəticəsində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsın - mülki iddiaçının 40250 ABŞ dolları pulunu ələ keçirmiş, həmin pulun bir hissəsini sonradan qaytarsa da, Təqsirləndirilən şəxs 33750 ABŞ dollar pulu qaytarmaqdan - ödəməkdən boyun qaçırmışdır. Zərərçəkmiş şəxs - mülki iddiaçı məhkəmə baxışı zamanı mülki iddianı müdafiə edərək mülki iddianın təmin olunmamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs - mülki cavabdeh məhkəmə baxışı zamanı mülki iddianı qəbul etməyərək, zərərçəkmiş şəxsə heç bir ödəniş etməli olmadığını bildirərək mülki iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə hazırkı iş üzrə verilmiş mülki iddia ila bağlı aşağıda sadalanan işin faktiki hallarını və həmin hallara uyğun olan müvafiq hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət işinin materialarında olan Təqsirləndirilən şəxs adından yazılmış xx.xx.2021-ci il tarixli əqddən (əlyazmadan) görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs pul vəsaiti aldığını təsdiq etmişdir. Cinayət işinin materialarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan (protokola əlavə olunmuş bir ədəd “DVD” diskdən) görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul vəsaiti aldığını təsdiq etmişdir. Bununla yanaşı, iş materiallarından və zərərçəkmiş şəxsin ifadəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ümumilikdə zərərçəkmiş şəxsin 40250 ABŞ dolları pulunu ələ keçirmiş, sonradan həmin pulun bir hissəsini, yəni 6500 ABŞ dollarlıq hissəni qaytarsa da, Təqsirləndirilən şəxs 33750 ABŞ dolları pulunu ödəməkdən boyun qaçıraraq hazıradək ödəməmişdir. Bundan əlavə, hazırkı cinayət işinin məhkəmə istintaqı dövründə də, cinayət hadisə nəticəsində vurulmuş maddi ziyandan zərərçəkmiş şəxsə - mülki iddiaçıya 33750 ABŞ dolları məbləğində pulun ödənilməmiş qaldığı müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarını nəzərə alaraq və həmin hallara uyğun olan müvafiq hüquq normalarını əsas götürərək hesab edir ki, mülki iddia təmin edilməlidir. Belə ki, məhkəmələr cinayət mühakimə icraatı qaydasında mülki iddialara baxdıqda Azərbaycan Respublikası CPM-nin 179-191-ci maddələrində müəyyən olunmuş qaydaları nəzərə almalıdırlar. Azərbaycan Respublikasınınnın Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasınınnın Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasınınnın Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikasınınnın Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikasınınnın Cinayət Prosessual Məcəlləsinin 187.1-ci maddəsinə görə mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Azərbaycan Respublikasınınnın Cinayət Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. 354.2. Mülki iddia təmin edildiyi halda hökm qanuni qüvvəyə minənədək iddianın təmin edilməsi üzrə tədbirlər görülməmişdirsə, məhkəmə həmin tədbirləri görmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs adından yazılmış əqd (əlyazma) və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul aldığını təsdiq etməsini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin digər müdafiəçisinin (Müdafiəçi2 ) iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 05 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə həmin müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak müəyyən olunmamışdİr. İş üzrə ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-191, 344-347, 349, 351-353, 354, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs 33750 ABŞ dolları məbləğində pul hökmün mülki iddiaya aid hissəsi icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 262 manat 12 qəpik məbləğində pul tutularaq zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs adından yazılmış əqd (əlyazma) və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul aldığını bildirməsini (təsdiq etməsini) özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə ekspertiza xərcinin və xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar