Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-806/2022 19.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1957-ci il yanvarın 06-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməmiş, İ qrup əlil olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla üzərində daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci il avqustun 17də səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 23 ədəd bükümdə ümumi təmiz çəkisi 2,824 qram olan kustar üsulla hazırlanan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 2021-ci il avqustun 17-də saat 21:00-da Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2nın qarşısında saxlanaraq Bakı şəhərinin Yasamal Rayon Polis İdarəsinə gətirilib orada üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 23 ədəd bükümdə ümumi təmiz çəkisi 2,824 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanan narkotik vasitə heroin və bir ədəd qara rəngli elektron tərəzi aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik aludəçisi olsa da həmin maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Tutularkən üzərindən çıxan narkotik vasitə heroin ona məxsus olmuş, tərəzini isə aldığı narkotik maddələrin çəkilərini dəqiqləşdirmək üçün istifadə etmiş, ona qarşı heç bir zor tətbiq edilməmişdir. Əməlindən peşmandır. İstintaqdakı izahatı və ifadələri oxumadan imzalamışdır. Məhkəmədən birinci dərəcə əlil olmasının, yaşlı olmasının nəzərə alınıb narkotik istifadəçisi kimi cəzalandırılmağını xahiş edir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il avqustun 17-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün onun rəhbərliyi altında bölmənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 2021-ci il avqustun 17-də saat 21 radələrində onlar ünvan 4 ünvanın qarşısında zahiri görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq özlərini təqdim edib sonuncunun şəxsiyyətini dəqiqləşdirdikdən sonra adı çəkilən şəxsi saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirməklə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə dəvət etmişlər. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynində olan boz rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd göy və ağ rəngli «Prima» siqaretinin qutusunu və bir ədəd qara rəngli elektron tərəzini təqdim etmişdir. Siqaret qutusunun içərisindəki şəffaf rəngli sellofana bükülən 23 ədəd bükümə baxış zamanı qəhvəyi rəngli tozşəkilli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunduqda Təqsirləndirilən şəxs bükümlərdə «kokos» deyilən narkotik vasitə heroin olduğunu, bunları satış məqsədi ilə «Kubinka» adlanan ərazidə əvvəllər də narkotik vasitə aldığı, üzdən tanıdığı, lakin adının ona məlum olmadığı şəxsdən 100 manata əldə etdiyiniı bildirmişdir. Aşkarlanan 23 ədəd bükümdəki maddələr və elektron tərəzi zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, üzəri və hadisə ilə bağlı tərtib edilən protokolun düzgünlüyü bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanarkən və sonradan göstərilən şəxsə qarşı hər hansı bir fiziki zor tətbiq edilməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməliyyat müvəkkili işləmiş Şahid2 Şahid1 ilə analoji ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrində ittiham olunduğu əməlini etiraf edib təfsilatı ilə izah etmişdir (iş vərəqi 34-35, 52-55 və 66-69). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin 2021-ci il 17 avqust və 2021-ci il 18 avqust tarixli raportlarından, əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarından və 2021-ci il 18 avqust tarixli Ə26-094 №-li əməliyyat qrupunun yaradılması barədə əmrindən, 2021-ci il avqustun 17-də tərtib etdiyi protokoldan, habelə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2021-ci il 18 avqust tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, dövriyyəsi və satışı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, adı çəkilən şəxs 2021-ci il avqustun 17-də saat 21:00-da ünvan 4 ünvanın qarşısında saxlanmaqla idarəyə gətirildikdə üzərindən 23 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, məhkəmə qeyd olunan qərarı qanuni hesab etmişdir (iş vərəqi 3-8 və 50). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin 2021-ci il avqustun 17-də tərtib etdiyi protokoldan və eyni tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə sonuncunun övladı X3 məlumat verilmiş, protokola ərizə, əlavə qeyd daxil olmamışdır (iş vərəqi 21 və 23). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 17 avqust tarixli protokoldan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd «Prima» markalı siqaret qutusunu və bir ədəd qara rəngli elektron tərəzini çıxarıb təqdim etməklə siqaret qutusunun içərisindəki narkotik vasitə heroini satış məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə adını bilmədiyi, üzdən tanıdığı şəxsdən 100 manata aldığını, özünün narkotik aludəçisi olmadığını bildirmiş, aşkarlananlar zərfə qablaşdırılaraq götürülmüş, tərtib edilən protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmış, heç bir irad və əlavə daxil olmamış, bir ədəd CD-R diski cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 31-33). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 18 avqust tarixli 6/3559 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində «.Azərbaycan Respublikası DİN Zərflər üçün №167» dairəvi möhür əksi və imzalar olan zərfdəki 23 ədəd bükümdə ümumi təmiz çəkisi 2,824 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, tədqiqatdan sonrakı qalıq 2,694 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (iş vərəqi 44-47). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 19 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə sonuncuya qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 58-59). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2021-ci il 19 avqust tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il avqustun 17-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 78- 79). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 23 avqust tarixli protokoldan görünür ki, X2 razılığı ilə atası Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı ünvan 2nda aparılan axtarış zamanı heç bir qanunsuz predmet aşkarlanmamışdır (iş vərəqi 90-91). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il avqustun 23-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Xalq Məhkəməsinin 1982-ci il 21 sentyabr tarixli hökmü əsasında Azərbaycan SSR-in CM-nin 15, 83-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 02 il müddətinə azaqlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 1984-cü il iyulun 05-də cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqi 92-93). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 1 saylı Tibbi- Sosial Ekspert Komissiyasının 2016-cı il 25 iyul tarixli çıxarışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlildir (iş vərəqi 94). İş materiallarında olan «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 20 sentyabr tarixli 19593 №-li və «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 28 sentyabr tarixli AZF/LGL-25093/21 №-li məktublarından görünür ki, qeydiyyatda Təqsirləndirilən şəxs adına nömrə yoxdur (iş vərəqi 100 və 105). İş materiallarında olan «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 30 sentyabr tarixli BKC/LGL-16862/21 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına ***-***-**-** saylı nömrə qeydə alınmışdır (iş vərəqi 102-103). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 28 oktyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması görüntülərini əks etdirən bir ədəd CD-R diskinə baxış zamanı sonuncunun əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd «Prima» markalı siqaret qutusunu və bir ədəd qara rəngli elektron tərəzini çıxarıb təqdim etməklə siqaret qutusunun içərisindəki narkotik vasitə heroini satış məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə adını bilmədiyi, üzdən tanıdığı şəxsdən 100 manata aldığını, aşkarlananların zərfə qablaşdırılıb götürülməsi, üzərinin iştirakçılar tərəfindən imzalanması müşahidə olunmuşdur (106-107). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 13 oktyabr tarixli 3933 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmaqla sonuncunun birinci dərəcəli əlil olması səbəbindən ona məcburi müalicə tətbiq olunması mümkün deyildir, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 114-115). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəməpsixiatrik ekspertizasına dair 2021-ci il 08 oktyabr tarixli 2326 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamış, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 117-118). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 2021-ci il 29 dekabr tarixli 091-78851-1221 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satdığı şəxsləri, həmin şəxsləri müşahidə edən şahidləri, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan əraziyə aparan taksi sürücüsünün şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır (iş vərəqi 138). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 22 fevral tarixli sübutların qiymətləndirilməsi və ayrıca icraata cinayət işi ayrılması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan edilən ittiham qüvvəsində saxlanılmış, barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə hazırki cinayət işindən ayrıca icraata cinayət işi ayrılmış, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin təqdiqatdan sonrakı 2,694 qram çəkidə qalığı və bir ədəd qara rəngli elektron tərəzi saxlanılması üçün idarənin saxlama kamerasına təhvil verilmiş, bir ədəd CD-R diskinin cinayət işinin materillarına əlavə olunması nəzərə alınmışdır (iş vərəqi 182-192 və 194-195). Məhkəməyə təqdim olunan 2012-ci il 22 dekabr tarixli AZ-İ seriyalı 595150 №-li ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X4 həmin tarixdə beyin qan dövranının kəskin pozulması nəticəsində vəfat etmişdir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2018-ci il 25 oktyabr tarixli ambulator kitabçadan çıxarışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs «Açıq KB travması alın sümüyünün və alın ciblərinin qəlpəli sınıqları. Baş beynin əzilməsi» diaqnozu qoyulmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici və şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs izahatı, şübhəli və təqsirləndirilən şəxs qismindəki etirafedici ifadələri, maddi sübutun mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs yaşlı olmasını, İ qrup əlilliyini, ailə vəziyyətini işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 2,694 qram çəkidə qalığı və bir ədəd qara rəngli elektron tərəzi məhv edilməli, bir ədəd CD-R diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 180 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il avqustun 17-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il avqustun 17-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmasın və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 180 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 2,694 qram çəkidə qalığı və bir ədəd qara rəngli elektron tərəzi məhv edilsin, bir ədəd CD-R diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-806/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-806/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver