Məhkəmə qərarları › İş №1(101)-806/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-806/2023

14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-806/2023 14.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X5 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Ağdam rayonu, Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu park 1” yaşayış kompleksi, bina 1, blok 1, mənzil 23 ünvanında yaşamış, işləməyən, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 iyul 2023-cü il tarixdə, saat 15:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur.

2. Belə ki, Təqsirləndirilən şəxs 11 iyul 2022-ci il tarixdə, gecə saat 2 radələrində qardaşı Şahid idarə etdiyi “Chevrolet-Cobalt” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən keçməklə yaşadıqları “Qobu Park” yaşayış kompleksinə gedərkən eyni istiqamətdə “VAZ-2107” markalı, **-LN- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən Zərərçəkmiş şəxs2 onlara yol vermədiyini görüb işıq siqnalı verərək, əks hərəkət zolağına çıxmaqla Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobili ötüb-keçdikdən sonra “Qobu Park” yaşayış kompleksi ərazisində yerləşən “194 nömrəli” marşrut avtobuslarının sonuncu dayanacağına çataraq dayanan zaman Zərərçəkmiş şəxs2 avtomobili idarə edərək həmin yerə çatıb yolda etdiyi hərəkətinə görə irad bildirmişdir. Təqsirləndirilən şəxs ona irad bildirilməsini bəhanə edərək hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 və onun avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs1 nalayiq ifadələrlə təhqir edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək əvvəlcə Zərərçəkmiş şəxs1 yumruqla vurub sol qaşüstü nahiyənin səthi əzilmiş yarası ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan bıçağı götürüb silah qismində istifadə edib Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə bir dəfə qəsdən vuraraq ona qarının sol yarısının ön səthinin qabırğa qövsü səviyyəsindən qarın boşluğuna nüfuz edərək daxili qanaxma ilə müşayiət olunan mədənin hər iki divarının və on iki barmaq bağırsağın bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnməklə yetirildiyi anda Zərərçəkmiş şəxs2 həyatı üçün təhlükəli olan ağır dərəcəli xəsarət, daha sonra isə həmin bıçaqla Zərərçəkmiş şəxs1 baş və boyun nahiyəsinə vuraraq ona başın ənsə nahiyəsinin deşilmişkəsilmiş yarası, boynun sol arxa yan səthinin kəsilmiş yarası diaqnozu ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur.

3. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 Rövşən oğlunu və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onlarla hər hansı qohumluq münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. 11 iyul 2022-ci il tarixdə təxminən gecə saat 2 radələrində qardaşı Şahid idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhərinin mərkəzindən yaşadıqları evə doğru hərəkət etmişlər. O isə avtomobilin ön sərnişin oturacağında əyləşib yatmışdır. Təxminən gecə saat 2 radələrində yaşadıqları Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu park” yaşayış kompleksi, uşaq bağçasının yanında qardaşı Ayxanın avtomobili saxlayıb onların avtomobilinin yanında saxlayan ağ rəngli, “VAZ-2107” markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobilin sürücüsü, sonradan adlarını bildiyi Kamran və həmin vaxt həmin avtomobilin ön sərnişin oturacağında əyləşən Mənsurla sözlü mübahisə etdiyini eşidib ayılmışdır. Bundan sonra Kamranın qardaşı Ayxana “Korsan, maşın sürmə.” və “Maşından yerə düş, söhbət edək.” dediyini eşitmişdir. Ayxan 2022-ci ilin may ayının əvvəllərində yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığına görə çətinliklə hərəkət edərək dəmir çəliklə yeridiyinə görə avtomobildən düşməmişdir. O isə avtomobildən düşmüşdür. Kamranın idarə etdiyi avtomobildən ondan başqa, Mənsur və avtomobilin arxa sərnişin yerindən bir nəfər kişi cinsli tanımadığı şəxs də düşmüşdür. Onlar hamısı birlikdə iki avtomobilin arasında dayanmışlar. O, yuxulu olduğuna görə anlaqsız vəziyyətdə olmuş və Kamrandan nəyə görə mübahisə etməsini soruşmuşdur. Kamran isə ona qəfildən sağ əli ilə yumruqla bir dəfə sifətinin sol tərəfindən vuraraq “Sən nə deyirsən?” demişdir. O da Kamranın bu hərəkətindən əsəbiləşib Kamranın sifətinin sağ tərəfindən sol yumruğu ilə bir dəfə vurmuşdur. Bundan sonra Kamranla o, bir-birlərinin yaxasından tutub dartışmışlar. Kamranla Mənsurun qardaşının üzərinə hücum etməsini görüb həmin vaxt özünün əyləşdiyi avtomobilin ön sərnişin yerinin qapısı açıq olduğuna görə salona düşən işıqdan avtomobilin qapısının saxlanc yerində olduğunu gördüyü bıçağı götürüb bir dəfə Kamranın qarın nahiyəsindən vurmuşdur. Kamran xəsarət aldığını görüb onlardan aralanmışdır. Sərxoş vəziyyətdə olan Mənsur isə onu tutmaq istədiyindən Mənsuru itələmişdir. Mənsur sərxoş vəziyyətdə olduğundan orada olan qaz borusunun yaxınlığındakı dəmir torun üstünə yıxılaraq xəsarət almışdır. Mənsurun özünə məxsus olan avtomobili özünün deyil, Kamrana idarə etməyə verməsinə görə onun sərxoş olduğunu düşünür. Mənsur daha sonra ayağa qalxaraq Kamranın yanına getmişdir. Mənsura bıçaqla vurmamış və ümumiyyətlə ona hər hansı xəsarət yetirməmişdir. Kamranı bıçaqla vurduqdan sonra ona hər hansı köməklik göstərməmişdir. Daha sonra o və qardaşı Ayxan avtomobilə əyləşib oradan uzaqlaşmışlar.

4. İfadəsinə davam edərək Təqsirləndirilən şəxs göstərdi ki, hadisədən sonra tutulmaqdan qorxduğu üçün təxminən iki ay ərzində Bakı şəhərində müxtəlif tanışlarının evlərində qalmışdır. Bu müddət ərzində mobil telefon işlətməmiş, valideynləri ilə əlaqə saxlamamışdır. Valideynləri onun qaldığı yeri bilməmişlər. Qardaşı Ayxanın həmin hadisə ilə bağlı tutulmasını eşitsə də, qorxduğu üçün təslim olmamışdır. Təxminən iki aydan sonra isə yaşadığı binanın qarşısına gəldikdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Zərərçəkmiş şəxs2 Rövşən oğlunu bıçaqla vurduğunu təsdiq edir. Lakin Mənsura bıçaqla xəsarət yetirməmiş, sadəcə onu itələmiş və o, yıxılaraq xəsarət almışdır. Kamranla Mənsur onu cinayət törətməyə məcbur etməsinə görə hadisə baş vermişdir. Hadisədən sonra, yəni 2023-cü ilin yanvar ayında anası xəstəlikdən vəfat etmişdir. Zərərçəkmiş şəxslər onunla barışmaq üçün ailə üzvlərindən iyirmi min manat məbləğində pul tələb etdiklərindən və onun həmin məbləği vermək imkanı olmadığından barışıq əldə edilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir.

5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr də məhkəmədə elan edilərək tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, 11 iyul 2022-ci il tarixdə qardaşı Şahid idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhərinin mərkəzindən yaşadıqları evə gəlirmişlər. Həmin vaxt avtomobili qardaşı Ayxan idarə etmişdir. O isə avtomobilin ön sərnişin yerində əyləşib yatmışdır. Təxminən saat 2 radələrində Lökbatan qəsəbəsi, X12 kompleksi, uşaq bağçasının yanında qardaşı Ayxanın avtomobili saxlayıb yanında saxlayan ağ rəngli, “VAZ-2107” markalı avtomobilin sürücüsü Kamran və həmin vaxt həmin avtomobilin ön sərnişin yerində əyləşən Mənsurla sözlə mübahisə etdiyini eşitmiş və ayılmışdır. Bundan sonra Kamran qardaşı Ayxana “Korsan?” və “Maşından yerə düş, söhbət edək” demişdir. Ayxan 2022-ci ilin may ayının əvvəllərində yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığına görə dəmir çəliklə hərəkət etmişdir. Ayxan dəmir çəliklə avtomobildən düşmüşdür. Ayxandan sonra o da avtomobildən düşmüşdür. Kamranın idarə etdiyi avtomobildən ondan başqa, Mənsur və avtomobilin arxa sərnişin yerindən bir nəfər tanımadığı şəxs də düşmüşdür. Onlar hamısı birlikdə Ayxanın və Kamranın avtomobillərinin arasında dayanmışlar. O, Kamrana nəyə görə mübahisə etdiyini demiş, Kamran isə bu zaman onun sifətindən sağ əli yumruqla bir dəfə sifətinin sol tərəfindən vurmuşdur və “Sən nə deyirsən” deyə soruşmuşdur. O da Kamranın bu hərəkətindən əsəbiləşmiş və onun sifətinin sağ tərəfindən sol yumruğu ilə bir dəfə vurmuşdur. Bu zaman onların arasında dava-dalaş düşmüş, Mənsur və sonuncunun yanında olan şəxs onunla dartışmağa başlamışdır. O, yumruqla Mənsurun da baş nahiyyəsindən vurmuş və sonuncu müvazinətini itirib yerə yıxılmışdır. Bundan sonra Kamranla o, bir-birlərinin yaxasından tutub dartışmışlar. Həmin vaxt onun əyləşdiyi avtomobilin ön sərnişin yerinin qapısı açıq olduğuna görə avtomobilin qapısının cib yerindən, əvvəlcədən yerini bildiyinə görə bir ədəd dəstəyi tünd rəngli, tiyəsinin uzunluğunu dəqiq bilmədiyi bıçağı götürmüş bir dəfə Kamranın qarın nahiyəsindən vurmuşdur. Kamran xəsarət aldığını görüb onlardan aralaşmışdır. Mənsur və tanımadığı digər şəxs də Kamranın yanına getmişdir. O və Ayxan isə avtomobilə əyləşib oradan uzaqlaşıb şəhərə getmişlər. Yatdığına görə sonradan bilmişdir ki, hadisənin baş verməsinə qardaşı Ayxanın idarə etdiyi avtomobil ilə “Qobupark” yaşayış kompleksi istiqamətində hərəkətdə olarkən Kamranın idarə etdiyi avtomobilə uzaq işıq siqnalı verməsi səbəb olmuşdur. Hadisə zamanı o, Kamranı əvvəlcə yumruqla vurmuş, sonra isə avtomobildən götürdüyü bıçaqla qarın nahiyyəsindən vurmuşdur. Mənsuru isə yalnız yumruqla baş nahiyyəsindən vurmuşdur. Hadisə zamanı özü hər hansı xəsarət almamışdır. Dava-dalaş təxminən beş-yeddi dəqiqə davam etmişdir. Hadisədən sonra bıçağı tullamış, lakin bıçağı dəqiq olaraq hansı istiqamətdə tullamasını xatırlamır. (Cild 1, iş vərəqi 173-175; 186-188; Cild 2, iş vərəqi 106-108).

6. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edildikdən sonra o, ifadəsinə əlavə edərək göstərdi ki, həmin ifadələrdə guya bıçağın əvvəlcədən yerini bildiyi yerdən götürməsi ilə bağlı hissələr müstəntiq tərəfindən yazılmış, o isə ifadələrin həmin hissəsini oxumadan imzalamışdır. Həqiqətdə isə məhz məhkəmədə verdiyi ifadəsi doğrudur və o, salonun işığı düşdüyünə görə bıçağın avtomobilin qapısının cib yerində olduğunu görüb götürmüşdür.

İşin halları və dəlilləri:

7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

9. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs1 dostudur. O, qarmon musiqi alətində ifa etdiyinə görə Qaradağ və Abşeron rayonunda toy məclislərində musiqiçi kimi işləyir. Mənsur isə özünə məxsus ağ rəngli “VAZ 2107” markalı, ** LN *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 11 iyul 2022-ci il tarixdə o, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Dəniz Palace” şadlıq sarayında toy məclisində qarmon ifaçısı kimi iştirak etmiş, məclis yekunlaşdıqdan sonra Mənsur ona zəng edib evə gedib-getməyəcəyini soruşmuşdur. O da Mənsura evə gedəcəyini demişdir. Bu zaman təxminən gecə saat 1-2 radələrində Mənsur restoranın qarşısından onu götürmüş və birlikdə Lökbatan qəsəbəsində yerləşən “Xəyal kafenin kruqu” kimi deyilən yerə gəlmişlər. Mənsur orada üç nəfər Qobu qəsəbə sakinini də götürmüş və birlikdə Qobu qəsəbəsinə gəlmişlər. Həmin üç nəfər tanımadığı şəxsi düşürdükdən sonra qəsəbədən bir nəfər tanımadığı müştərini götürüb Lökbatan qəsəbəsində yerləşən bazarın qarşısında düşürmüşlər. O, məclisdən çıxdıqdan sonra boş vaxtı olduğuna görə, həm də həmsöhbət olmaqdan ötrü öz istəyi ilə Mənsurla qəsəbəyə gedib gəlmişdir. Bundan sonra bir daha “Xəyal kafenin kruqu” deyilən yerdən bir nəfər də Qobu qəsəbəsinə getmək istəyən tanımadığı şəxs müştəri kimi avtomobilə əyləşmiş və qəsəbəyə doğru getmişlər. Həmin vaxt avtomobili özü idarə etmiş, Mənsur isə onun yanında, ön sərnişin yerində əyləşmişdir. Mənsur taksi fəaliyyəti ilə məşğul olduğuna görə ümumiyyətlə spirtli içki içmir və hadisə vaxtı da spirtli içki qəbul etməmiş, sərxoş olmamışdır. O, avtomobili idarə edərək Qobu qəsəbəsi istiqamətində hərəkət etmişdir. Həmin yol birtərəfli olduğuna görə orada ötmə qadağan olunmuşdur. Bu zaman onların olduğu avtomobilin arxasında ağ rəngli, xarici markalı avtomobil arxadan uzaq işıqlarını dayanmadan yandırıb-söndürməklə və səs siqnalından istifadə etməklə yol istəmişdir. Yol birtərəfli olduğuna görə, eyni zamanda təhlükəli manevr olduğuna görə o, həmin avtomobilə bir müddət yol verə bilməmişdir. Təxminən iki-üç kilometr həmin avtomobil onun arxasınca bu qaydada idarə etmişdir. O imkan tapıb avtomobili sağa çəkərək həmin avtomobilin onu ötüb keçməsini istəmişdir. Bu vaxt həmin tanımadığı şəxs idarə etdiyi avtomobillə soldan ötmə edib əks yola çıxaraq onların avtomobili ilə yanbayan gəlib hərəkətini davam etdirərək, avtomobilin sağ sərnişin oturacağında əyləşmiş, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs isə şüşəni aşağı endirib onlara tərəf təhqiredici, nalayiq ifadələr işlətmiş, nəyə görə ona yol vermədiyini soruşmuşlar. O və Mənsur hərəkətdə ola-ola yol vermək mümkün olmadığını demişlər və həmin şəxslər bir daha valideynlərinin və onların ünvanına təhqiredici, nalayiq ifadələr işlədib hərəkətlərini sürətləndirib getmişlər. Onun yolu həmin istiqamətdə olduğundan o da avtomobili həmin şəxslərin idarə etdiyi avtomobilin arxası ilə sürməyə davam etmişdir. Təxminən 1-2 dəqiqədən sonra onlar X12 kompleksi istiqamətində gəlmiş və həmin şəxs idarə etdiyi avtomobili 194 nömrəli avtobusun sonuncu dayanacağında saxlamışdır. O da həmin avtomobilə çatıb, onunla yanbayan verib dayanmışdır. Hər ikisi şüşəni endirmişlər. O, həmin ağ rəngli, xarici markalı, nömrəsini xatırlamadığı avtomobilin sürücüsünə “Niyə belə avtomobil idarə etdiyini, Nəyə görə söyüş söydüklərini, işıqları gözünə vurduğunu?” soruşmuşdur. Sonradan adının Ayxan olduğunu bildiyi həmin sürücü ona “Bizə həkim deyib belə sür, yaxşı edirəm, zor edirəm. Biz Ağdamlıyıq.” demişdir. Həmin vaxt idarə etdiyi avtomobildə arxa oturacaqda bir nəfər sərnişin də olmuşdur. Həmçinin Ayxangilin avtomobilinin arxa oturacağında da bir nəfər sərnişin olmuşdur. Bu zaman mübahisə yarandığını görən hər iki sərnişin avtomobillərdən düşərək həmin yerdən uzaqlaşıb getmişlər. O, ilk öncə heç bir söz demədən avtomobili idarə edib getmək istəmiş, elə bu zaman həmin ağ rəngli avtomobilin ön sərnişin yerində oturan, sonradan adının Çingizxan olduğunu öyrəndiyi şəxs isə ona “Düş aşağı” deyərək avtomobildən düşməyini tələb etmişdir. O da avtomobildən düşmüş və avtomobilin arxa tərəfinə gəlmişdir. Çingizxan da avtomobilin arxasına tərəf keçmişdir. Bundan sonra Mənsur və Ayxan da avtomobillərdən düşərək onların yanına gəlmişlər. Ayxan əsa ilə yeriyirdi. Ayxan onun sol tərəfində dayanmışdır. O və Mənsur digər sürücü Ayxanla söhbət edib həmin şəxsə nəyə görə söyüş söydüyünü, belə avtomobil idarə etdiyini demişlər. Bu zaman digər avtomobildə olan sərnişin yerində əyləşən və onu söhbət etmək üçün avtomobildən düşməyi tələb edən şəxs, Çingizxan yumruqla qəfildən heç bir səbəb olmadan Mənsurun baş nahiyəsindən vurmuşdur. Mənsur üzünü tutub yerə oturmuşdur. O, sağ əli ilə Mənsuru vuran Çingizxanın sol qolundan tutub Mənsuru bir daha vurmaması üçün dartmışdır. Bu zaman həmin şəxs fırlanıb sağ əli ilə onun qarın nahiyəsindən vurmuşdur. Vurduqdan sonra o, həmin şəxsin sağ əlində qara dəstəkli xəncər olduğunu görmüş və həmin şəxsin xəncərlə onun qarın nahiyəsindən vuraraq xəsarət yetirdiyini bilmişdir. Xəncər təxminən 20 sm uzunluğunda olmuşdur. Həmin şəxs bir daha həmin xəncərlə onu vurmaq istəmiş və üzərinə gəlmişdir. O, əli ilə qarın nahiyəsini sıxmış və avtomobilin ön tərəfinə qaçmışdır, qarın nahiyəsindən qan axmışdır. Həmin şəxs onun qarın nahiyəsindən qan axdığını görüb dayanmış və Mənsura tərəf gedəndə o, Mənsura həmin şəxsin əlində xəncər olduğunu demiş və qaçmağını istəmişdir. Həmin vaxt Ayxanla Çingizxan və Mənsur çökəklik kimi yerdə mübahisələrinə davam etmişlər. Qan axmağa davam etdiyinə görə halı pisləşmiş, buna görə də tam özünü idarə edə bilməmişdir. Bundan sonra həmin şəxslər avtomobilə əyləşib oradan uzaqlaşıb getmişlər. Mənsur onu öz avtomobilinin sərnişin yerində əyləşdirmiş və özü avtomobilə əyləşib idarə edərək hər ikisini Lökbatan qəsəbəsində yerləşən xəstəxanaya gətirmişdir. Oradan isə onları X11 avtomobili ilə X9 aparmışlar.

10. Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə edərək göstərdi ki, Çingizxanın olduğu avtomobil onları ötüb keçərkən Çingizxan şüşəni endirərək əl-qol hərəkətləri etməklə yalnız onu deyil, ümumi olaraq, yəni valideynlərinin və onların ünvanına söyüş söyərək təhqir etmişdir. Daha sonra isə avtomobili idarə edərək getmiş və qarşıdakı avtobus dayanacağında dayanmışlar. Onun avtomobili Ayxanın idarə etdiyi avtomobilin yanında saxlamaqda məqsədi onları təhqir etmələrinin və təhlükəli avtomobil idarə etmələrinin səbəbini aydınlaşdırmaq olmuşdur. Onları tanımamalarına baxmayaraq, Çingizxanın onları söyməsinin səbəbini bilmək istəyirdi. Müştərini də həmin istiqamətdə ünvana çatdırmalı olduqları üçün Ayxanın idarə etdiyi avtomobilin arxasınca öz yolu ilə getmişdir. Onlar ümumiyyətlə Ayxanla Çingizxana qarşı hər hansı təhqir edici və ya nalayiq sözlər işlətməmiş, Çingizxanı yumruqla vurmamış, sonuncu da onu yumruqla deyil, yalnız xəncərlə vurmuşdur. Onlar oradan çıxıb getmək istəsə də, Çingizxan ondan avtomobildən düşməsini tələb etmişdir. İlk öncə Çingizxan avtomobildən düşmüş, daha sonra isə o, avtomobildən düşərək avtomobilin arxa hissəsinə keçmiş, sonra Ayxan da düşərək avtomobilin arxasına keçmişdir. Bir daha bildirir ki, əvvəlcə Çingizxan Mənsuru vurmuş, daha sonra xəncərlə onu vurmuşdur. Çingizxanın əlindəkinin qara dəstəkli 20 sm uzunluğunda xəncər olduğunu sonradan görmüşdür. Onu xəncərlə vurduqdan sonra Çingizxan qardaşı Ayxanla birlikdə avtomobilin qarşı hissəsində Mənsuru da döymüşlər. Çingizxanın ona yetirdiyi ağır xəsarətdən hazırkı dövrədək müalicə və müayinə olunur. Hazırda da səhhəti tam bərpa olunmamış və korset taxmaqla hərəkət edir. Çingizxan və onun ailə üzvləri tərəfindən hadisədən ötən dövr ərzində onun səhhəti ilə heç kim maraqlanmamış, ona hər hansı maddi yardım edilməmiş və ümumiyyətlə onunla barışıq əldə edilməmişdir. Bu səbəbdən də, məhkəmədən Təqsirləndirilən şəxs qanunvericiliyə uyğun olaraq ən ağır cəza verilməsini xahiş etdi.

11. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs2 dostudur və musiqiçi kimi işləmişdir. Onun etibarnamə əsasında idarə etdiyi özünə məxsus ağ rəngli “VAZ 2107” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin avtomobillə 12 iyul 2022-ci il tarixədək taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırmışdır. 11 iyul 2022-ci il tarixdə, təxminən saat 1 radələrində dostu Kamrana mobil telefonla zəng edib evə gedib-getməyəcəyini soruşmuşdur. Kamran musiqiçi olduğuna görə məclislərdə iştirak etmişdir. Kamran həmin vaxt ona gedəcəyini demiş, o, Kamranla danışıb onu Lökbatan qəsəbəsində yerləşən “Dəniz Palace” şadlıq sarayından götürmüş və birlikdə Lökbatan qəsəbəsində yerləşən “Xəyal kafenin kruqu” kimi deyilən yerə gəlmişlər. O, orada üç nəfər Qobu qəsəbə sakinini də müştəri kimi götürmüş və birlikdə Qobu qəsəbəsinə gəlmişlər. Həmin üç nəfər tanımadığı şəxsi düşürdükdən sonra qəsəbədən bir nəfər tanımadığı müştərini götürüb Lökbatan qəsəbəsində yerləşən bazarın qarşısında düşürmüşdür. Kamran öz istəyi ilə onunla qəsəbəyə gedib gəlmişdir. Bundan sonra bir daha “Xəyal kafenin kruqu” deyilən yerdən bir nəfər də Qobu qəsəbəsinə getmək istəyən tanımadığı şəxs müştəri kimi avtomobilə əyləşmiş və qəsəbəyə getmişlər. Həmin vaxt qəsəbəyə gedəndə avtomobili Kamran idarə etmişdir. O da Kamranın yanında, öndəki sərnişin oturacağında əyləşmişdir. Kamran avtomobili idarə edərək Qobu qəsəbəsi istiqamətində hərəkət etmişdir. Həmin yol birtərəfli olduğuna görə orada ötmə əməliyyatı etmək mümkün deyilmiş. Bu zaman onların olduğu avtomobilin arxasınca hərəkət edən ağ rəngli avtomobil arxadan uzaq işıqlarını dayanmadan yandırıb-söndürməklə yol istəmişdir. Yol birtərəfli olduğuna və təhlükəli manevr olduğuna görə Kamran həmin avtomobilə yol verə bilməmişdir. Bu zaman həmin tanımadığı şəxs idarə etdiyi avtomobillə soldan ötmə edib əks yola çıxaraq onların avtomobili ilə yanbayan gəlib hərəkətini davam etdirməklə şüşəni aşağı endirib həm sürücü, həm də ön oturacaqda sərnişin əl-qol hərəkətləri edərək və təhqiredici ifadələr işlədərək nəyə görə onlara yol vermədiklərini soruşmuşdur. Kamran da ona yol vermək mümkün olmadığını demiş və onlar bir daha Kamranın və onun ünvanına təhqiredici ifadələr işlədib hərəkətlərini sürətləndirib keçmişlər. Müştərinin getməli olduğu ünvan da həmin istiqamətdə olduğundan Kamran avtomobili onların idarə etdiyi avtomobilin arxası ilə sürməyə davam etmişdir. Onlar X12 kompleksi istiqamətində gəlmişlər və həmin şəxs idarə etdiyi avtomobili 194 nömrəli avtobusun sonuncu dayanacağında saxlamışdır. Kamran da avtomobili idarə edib onların avtomobilinin yanında saxlamışdır. Kamran və Ayxan şüşəni endirmişlər. Kamran Ayxana “Niyə belə avtomobil idarə etdiyini, Nəyə görə söyüş söydüklərini, işıqları gözünə vurduğunu?” soruşmuşdur. Ayxan isə “Bizə həkim deyib belə sür, yaxşı edirəm, zor edirəm. Biz Ağdamlıyıq.” demişdir. Həmin vaxt həm onların, həm də Ayxangilin avtomobilində arxa oturacaqda bir nəfər sərnişin də olmuşdur. Mübahisə yarandığını görən hər iki sərnişin avtomobillərdən düşərək həmin yerdən uzaqlaşıb getmişlər. Onlar heç bir söz demədən avtomobili idarə edib getmək istəyərkən, elə bu zaman həmin ağ rəngli avtomobilin ön sərnişin yerində oturan, sonradan adının Çingizxan olduğunu öyrəndiyi şəxs ona “Düşün aşağı, söhbəti aşağıda edək” deyərək avtomobildən onların düşməyini tələb etmişdir. Onlar avtomobildən düşmüş və hamısı avtomobilin arxa tərəfinə gəlmişdir. Ayxan da əsa ilə yeriyərək onların yanına gəlmişdir. O və Kamran digər sürücü Ayxanla söhbət edib həmin şəxsə nəyə görə söyüş söydüyünü, belə avtomobil idarə etdiyini demişlər. Bu zaman Çingizxan əlində olan bıçağın arxa tərəfi ilə qəfildən heç bir səbəb olmadan onun baş nahiyəsindən vurmuşdur. O, üzünü tutub yerə oturmuşdur. Kamran isə Çingizxanın sol qolundan tutub onu bir daha vurmaması üçün dartmışdır. Bu zaman Çingizxan fırlanıb sağ əli ilə Kamranın qarın nahiyəsindən bıçaqla vurmuşdur. Həmin şəxs bir daha həmin bıçaqla Kamranı vurmaq istəmiş və üzərinə gəlmişdir. Kamran isə əli ilə qarın nahiyəsini sıxmış və avtomobilin ön tərəfinə qaçmışdır, Kamranın qarın nahiyəsindən qan axmışdır. Çingizxan Kamranı vurduqdan sonra yenidən ona tərəf gedərək boyun nahiyyəsindən bıçaqla vuraraq əlavə xəsarətlər də yetirmişdir. Ayxan da əlindəki əsa ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Ayxanla Çingizxan onu birlikdə döymüşlər. Onun halı pisləşmiş, özünə gəldikdə Kamranın yerdə qarın nahiyəsindən xəsarət aldığını, üzərində qan ləkələri olduğunu görmüşdür. Daha sonra Çingizxanla Ayxan avtomobilə əyləşib oradan uzaqlaşıb getmişlər. O isə özünü toparlayıb Kamranı avtomobilin sərnişin yerində əyləşdirmiş və özü avtomobilə əyləşib idarə edərək Lökbatan qəsəbəsində yerləşən xəstəxanaya gətirmişdir. Oradan isə onları X11 avtomobili ilə X9 aparmışlar.

12. Zərərçəkmiş şəxs1 ifadəsinə davam edərək göstərdi ki, Çingizxanın əlindəki bıçaq böyük bıçaq olmuşdur. Çingizxanın mübahisə zamanı öz avtomobillərinə yaxınlaşıb avtomobildən bıçaq götürməsini görməmişdir. Çingizxan avtomobildən düşəndə bıçaq əlində olmuşdur. Ayxan avtomobillə onların yanından ötüb keçərkən Çingizxan oyaq olmuş, Çingizxan da onları əl-qol hərəkətləri və sözlərlə təhqir etmişdir. Avtomobildən düşmələrinə səbəb Çingizxanın təkidlə onların avtomobildən düşərək söhbət etmələrini tələb etməsi olmuşdur. Çingizxan əvvəlcə qəfildən əlindəki bıçağın küt tərəfi ilə onun qaş nahiyyəsindən vurmuş, daha sonra Kamrana bıçaqla vurduqdan sonra yenidən bıçağın iti tərəfi ilə boyun nahiyyəsindən vurmuşdur. Onlar Çingizxangilin avtomobilini təqib etməmiş, sonuncuların avtomobili saxlamaları üçün avtomobilin işıqlarını yandırıb-söndürməmişlər. Avtomobildə olan sərnişini X12 kompleksində düşürmüşlər.

13. Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr də məhkəmədə elan edilərək tədqiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 həmin ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 dostudur. onun özünə məxsus ağ rəngli “VAZ 2107” markalı, **-LN- *** dövlət qeydiyyat nişanlı minik avtomobilini baş etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobillə 12 iyul 2022-ci il tarixədək taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırmışdır. 11 iyul 2022-ci il tarixdə, saat təxminən 1 radələrində dostu Kamrana istifadə etdiyi mobil telefonu ilə zəng edib evə gedib-getməyəcəyini soruşmuşdur. Kamran musiqiçi olduğuna görə məclislərdə iştirak etmişdir. Kamran həmin vaxt ona gedəcəyini demişdir. O, Kamranla danışıb onu Lökbatan qəsəbəsində yerləşən “Dəniz Palace” şadlıq sarayından götürmüş və birlikdə Lökbatan qəsəbəsində yerləşən “Xəyal kafenin kruqu” kimi deyilən yerə gəlmişlər. O, orada üç nəfər Qobu qəsəbə sakinini də götürmüş və birlikdə Qobu qəsəbəsinə gəlmişlər. Həmin üç nəfər tanımadığı şəxsi düşürdükdən sonra qəsəbədən bir nəfər tanımadığı müştərini götürüb Lökbatan qəsəbəsində yerləşən bazarın qarşısında düşürmüşdür. Kamran öz istəyi ilə onunla qəsəbəyə gedib gəlmişdir. Bundan sonra bir daha “Xəyal kafenin kruqu” deyilən yerdən bir nəfər də Qobu qəsəbəsinə getmək istəyən tanımadığı şəxs müştəri kimi avtomobilə əyləşmiş və qəsəbəyə getmişlər. Həmin vaxt qəsəbəyə gedəndə avtomobili Kamran idarə edirmiş, o isə Kamranın yanında, ön sərnişin yerində əyləşmişdir. Kamran avtomobili idarə edərək Qobu qəsəbəsi istiqamətində hərəkət edirmiş. Həmin yol birtərəfli olduğuna görə orada ötmə mümkün deyil. Bu zaman onların olduğu avtomobilin arxasında ağ rəngli, xarici markalı avtomobil arxadan uzaq işıqlarını dayanmadan yandırıb-söndürməklə yol istəmişdir. Yol birtərəfli olduğuna və təhlükəli manevr olduğuna görə Kamran həmin avtomobilə yol verə bilməmişdir. Bu zaman həmin tanımadığı şəxs idarə etdiyi avtomobillə soldan ötmə edib əks yola çıxaraq onların avtomobili ilə yanbayan gəlib hərəkətini davam etdirməklə şüşəni aşağı endirib təhqiredici ifadələr işlədərək nəyə görə ona yol vermədiklərini soruşmuşdur. Kamran da ona yol vermək mümkün olmadığını demiş və onlar bir daha Kamranın və onun ünvanına təhqiredici ifadələr işlədib hərəkətlərini sürətləndirib keçmişlər. Kamran da avtomobili onların idarə etdiyi avtomobilin arxası ilə sürməyə və avtomobilin uzaq işıqlarını yandırıb-söndürməyə başlamışdır. Onlar X12 kompleksi istiqamətində gəlmişlər və həmin şəxs idarə etdiyi avtomobili 194 nömrəli avtobusun sonuncu dayanacağında saxlamışdır. Kamran birinci avtomobildən yerə düşmüşdür. Bu zaman həmin ağ rəngli, xarici markalı avtomobilin ön sərnişin yerindən bir nəfər tanımadığı şəxs yerə düşmüş və Kamranla sözlə mübahisə etməyə başlamışdır. Bu zaman o da avtomobildən yerə enib onların yanına gəlmişlər. Həmin vaxt onun avtomobilində olan sərnişin qorxduğu üçün qaçıb getmişdir. O çatan kimi qəfildən həmin tanımadığı şəxs yumruqla sifətinin sol nahiyəsinə vurmuşdur. Həmin şəxsin əlində hər hansı bir küt alət, bıçaq, yaxud da beşbarmaq olmuş, o, həmin aləti görməsə də onun dəmir, yaxud hər hansı bir küt əşya olduğunu hiss etmişdir. O, sifətini tutub yerə oturmuş, boyun nahiyəsindən də qan gəlməyə başladığını hiss etmişdir. Həmin tanımadığı şəxs əlində olan küt əşya ilə onun sifət və boyun nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt o, başının arxa hissəsindən də xəsarət almışdır. Bu zaman həmin ağ rəngli, xarici markalı avtomobilin sürücüsü yerindən bir nəfər əlində əsa ilə avtomobildən düşüb onun yanına gəlmişdir. Həmin şəxs də əlindəki əsa ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Onun halı pisləşmiş, özünə gəldikdə Kamranın yerdə qarın nahiyəsindən xəsarət aldığını, üzərində qan ləkələri olduğunu görmüşdür. Həmin şəxslər avtomobilə oturub getmişdilər. O, Kamranı öz avtomobilinin ön sərnişin yerində otuzdurmuş, özü də avtomobili idarə edib Lökbatan qəsəbəsində X11 stansiyasına gəlmişdir. Orada müayinə edilərək X11 avtomobili ilə onları 1 saylı şəhər Kliniki Xəstəxanasına aparmışlar. (cild 1, i.v.44-49, 189-191; cild 2, 24-27)

14. Zərərçəkmiş şəxs1 ifadəsinə əlavə edərək göstərdi ki, ibtidai istintaq zamanı danışdıqlarını müstəntiq yazmış və o, yazılanları oxumadan imzalamışdır. Yalnız məhkəmə vaxtı ittiham aktı ilə tanış olarkən ifadələrinin onun sözlərinə uyğun yazılmadığını və bəzi hissələrdə təhrif olunduğunu öyrənmişdir. İfadədə Kamranın avtomobildən birinci düşməsi, Ayxanın onu vurmaması, Ayxanın avtomobildən düşməməsi, guya Çingizxangili təqib edərək Kamranın avtomobili onların arxasınca idarə etməsi hissələri tamamilə yanlışdır. Həqiqətdə məhkəmədə verdiyi ifadələr tamamilə doğrudur. Çingizxan və onun ailə üzvləri tərəfindən hadisədən ötən dövr ərzində onunla heç kim maraqlanmamış və ümumiyyətlə onunla barışıq əldə edilməmişdir. Bu səbəbdən də, məhkəmədən Təqsirləndirilən şəxs qanunvericiliyə uyğun olaraq ən ağır cəza verilməsini xahiş etdi.

15. Məhkəmədə Şahid ifadə verərək göstərdi ki, 2022-ci ilin may ayında yol nəqliyyat hadisəsi baş verdiyinə görə sol ayağından və sağ çiynindən xəsarət almış və həmin vaxtdan çəliklə hərəkət etmişdir. 11 iyul 2022-ci il tarixdə, təxminən gecə saat 2 radələrində etibarnamə əsasında idarə etdiyi atasına məxsus olan “Chevrolet Cobalt” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Mərcan” adlı kafedə qardaşı və dostları ilə yemək yedikdən sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi X12 kompleksi istiqamətində hərəkət etmişlər. Avtomobili özü idarə etmiş, qardaşı Çingizxan da həmin vaxt avtomobildə ön sərnişin yerində oturacağı arxaya doğru uzadıb yatmışdır. Həmin vaxt onların ikisindən başqa avtomobildə heç kim olmamışdır. X12 kompleksi istiqamətində gedən zaman yolda onun idarə etdiyi avtomobilin qarşısında adını sonradan öyrəndiyi Kamran adlı şəxs ağ rəngli, “VAZ-2107” markalı minik avtomobilini idarə etmişdir. Həmin vaxt yol kəskin əyri olduğu üçün qarşıdan gələn avtomobilin diqqətli olması üçün avtomobilinin uzaq işıqlarını bir dəfə yandırıb söndürmüşdür. Həmin yolda təhlükəli dönmə yeri olduğuna görə və qarşıdan gələn nəqliyyat vasitəsini xəbərdarlıq etməkdən ötrü o, uzaq işıqları yandırmışdır. Bundan sonra Kamran idarə etdiyi avtomobillə X12 kompleksi istiqamətində gələn zaman 194 nömrəli avtobus dayanacağında tormoz edib dayanmışdır. O da evə getdiyi üçün X12 Kompleksi istiqamətində getmək üçün həmin avtomobilin sol tərəfindən keçərək hərəkətinə davam etdirmişdir. Həmin ərazidə onların evinin yaxınlığında bağça yerləşən ünvanda Kamranın arxadan gələrək işıq yandırıb söndürdüyünü görmüşdür. Buna görə avtomobili saxlamışdır. Kamran idarə etdiyi avtomobillə gəlib onların yanında dayanıb “nəyə görə dalnı-bliji edirsən” deyə soruşmuşdur. O da Kamrana döngə pis olduğuna görə və gözü zəif gördüyünə görə “dalni blijni” etdiyini demişdir. Kamran ona “korsan sürmə” demişdir. Həmin vaxt qardaşı Çingizxan da ona nə baş verdiyini demişdir. Elə bu səbəbdən aralarında ilk olaraq sözlə mübahisə yaranmışdır. Kamran Çingizxanın avtomobildən düşməyini istəmişdir. Həmin vaxt Çingizxan və Kamran, eyni zamanda Kamranın avtomobilində ön oturacaqda əyləşmiş bir nəfər əvvəllər tanımadığı, sonradan adının Mənsur olduğunu öyrəndiyi şəxs düşmüşdür. Onlar Kamranın idarə etdiyi avtomobilin arxasına keçmişlər. O isə avtomobildə oturub gözləmişdir. O, avtomobilin içərisindən baş verənləri izləmişdir. Bu zaman Kamran qardaşı Çingizxana bir dəfə sifət nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra Kamranın yanında olan Mənsur qardaşını qucaqlayıb yıxmaq istəmişdir. Çingizxan Mənsuru tutub özündən aralamaq üçün kənara itələmişdir. Kamran idarə etdiyi avtomobilə tərəf gedib qapısını açmaq istəyən zaman Çingizxan avtomobildən götürdüyü açılıb bağlanan bıçaqla bir dəfə Kamranın qarın nahiyəsindən vurmuşdur. Kamran həmin vaxt aralı qaçmışdır. Kamranın yanında olan Mənsur bir daha Çingizxanın üzərinə hücum çəkən zaman Çingizxan bir daha Mənsuru kənara itələmiş, həmin şəxs də arxaya gedib qaz boruları olan çökəkliyə gedib yıxılmışdır. O və qardaşı Çingizxan avtomobilə əyləşib oradan uzaqlaşıb şəhər istiqamətində getmişlər.

16. Şahid ifadəsinə davam edərək göstərdi ki, onun ayağı şiş və çiynində çat olduğu üçün avtomobildən düşməmiş, hər hansı şəxsə əsa və sairlə vurmamış, hər hansı şəxsə vurmağa fiziki imkanı da olmamış, qardaşı Çingizxan bıçağı dalaşma gedişində avtomobildən götürmüş, əvvəlcədən bıçaq onun əlində olmamış, bıçaq əvvəlcədən avtomobilin cib yerində olmuş, lakin həmin bıçağın orada olmasını qardaşı Çingizxan götürəndə görüb bilmişdir. Kamranla Mənsur qardaşına hücum edərək döydükləri üçün Çingizxan bıçağı götürərək onları vurmuşdur. Kamran yumruqla Çingizxanı vurmuş, sonra Mənsur da Çingizxanın üzərinə hücum etmişdir. Çingizxan isə bıçaqla Kamranı vurmuş, Mənsuru isə yalnız itələmiş və sonuncu isə dəmir torların üzərinə yıxılmışdır. X3 təqsiri ucbatından olmasına baxmayaraq, hadisədən sonra ehtiyac bilmədiklərindən hər hansı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Sonradan isə 2023-cü ilin yanvar ayında anaları vəfat etdiyindən zərərçəkmiş şəxslərlə maraqlana bilməmişlər.

17. Şahid məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr də məhkəmədə elan edilərək tədqiq edilmişdir. Belə ki, Şahid həmin ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. O, 2022-ci ilin may ayında yol nəqliyyat hadisəsi baş verdiyinə görə sol ayağından və sağ çiynindən xəsarət almış və çəliklə hərəkət etmişdir. 11 iyul 2022-ci il tarixdə, saat 2 radələrində etibarnamə əsasında idarə etdiyi atasına məxsus olan “Chevrolet Cobalt” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Mərcan” adlı kafedə qardaşı və dostları ilə yemək yedikdən sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi X12 kompleksi istiqamətində hərəkət etmişlər. Avtomobili özü idarə etmiş, qardaşı Çingizxan da həmin vaxt avtomobildə ön sərnişin yerində oturacağı arxaya doğru uzadıb yatmışdır. Həmin vaxt onlardan başqa avtomobildə heç kim olmamışdır. X12 kompleksi istiqamətinə gedən zaman yolda onun idarə etdiyi avtomobilin qarşısında adını sonradan öyrəndiyi Kamran adlı şəxs ağ rəngli, “VAZ-2107” markalı minik avtomobilini idarə etmişdir. Həmin vaxt yol kəskin əyri olduğundan qarşıdan gələn avtomobilin diqqətli olması üçün avtomobilinin uzaq işıqlarını bir dəfə yandırıb söndürmüşdür. Həmin yolda təhlükəli dönmə yeri olduğuna görə və qarşıdan gələn nəqliyyat vasitəsini xəbərdarlıq etməkdən ötrü o, uzaq işıqları yandırmışdır. Bundan sonra Kamran idarə etdiyi avtomobillə X12 kompleksi istiqamətində gələn zaman 194 nömrəli avtobus dayanacağında tormoz edib dayanmışdır. O da evə getdiyindən X12 Kompleksi istiqamətində getmək üçün həmin avtomobilin sol tərəfindən keçərək hərəkətini davam etdirmişdir. Həmin ərazidə onların evinin yaxınlığında bağçanın yerləşdiyi ünvanda Kamranın arxadan gələrək işıq yandırıb söndürdüyünü görmüşdür. Buna görə avtomobili saxlamışdır. Kamran idarə etdiyi avtomobillə gəlib onların yanında dayanıb “nəyə görə dalnı-bliji edirsən” deyə soruşmuşdur. O da Kamrana döngə pis olduğuna görə və gözü zəif gördüyünə görə “dalni blijni” etdiyini demişdir. Kamran ona “korsan sürmə” demişdir. Həmin vaxt qardaşı Çingizxan ona nə baş verdiyini demişdir. Elə bu səbəbdən aralarında ilk olaraq sözlə mübahisə yaranmışdır. Kamran Çingizxanın avtomobildən düşməyini istəmişdir. Həmin vaxt Çingizxan və Kamran, eyni zamanda Kamranın avtomobilində öndə oturan bir nəfər əvvəllər tanımadığı şəxs, adını sonradan öyrəndiyi Mənsur avtomobildən düşmüşdür. Onlar Kamranın idarə etdiyi avtomobilin arxasına keçmişlər. O, avtomobildə oturub gözləmişdir. O, avtomobildən yerə düşüb onların yanına getmək üçün qapını açıb çəliyi yerə dayamışdır. Bu zaman Kamran qardaşı Çingizxana bir dəfə sifət nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra Kamranın yanında olan Mənsur qardaşını qucaqlayıb yıxmaq istəmişdir. Çingizxan Mənsuru tutub özündən aralamaq üçün kənara itələmişdir. Kamran idarə etdiyi avtomobilə tərəf gedib qapısını açmaq istəyən zaman Çingizxan avtomobildən götürdüyü açılıb bağlanan bıçaqla bir dəfə Kamranın qarın nahiyəsindən vurmuşdur. Kamran həmin vaxt aralı qaçmışdır. Kamranın yanında olan Mənsur bir daha Çingizxanın üzərinə hücum çəkən zaman Çingizxan bir daha Mənsuru kənara itələmiş, həmin şəxs də arxaya gedib qaz boruları olan çökəkliyə yıxılmışdır. O və qardaşı Çingizxan avtomobilə əyləşib oradan uzaqlaşıb şəhər istiqamətində getmişlər (Cild 1, i.v. 119-121; 133-135).

18. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

19. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 11 iyul 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Fərid Seyfəlov tərəfindən həmin tarixdə təxminən saat 1 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kopleksində naməlum şəxslərin bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə müxtəlif bədən xəsarətləri yetirməklə xuliqanlıq etmələri faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır. (cild 1, i.v.1)

20. Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu polis bölməsinin məsul növbətçisi əvəzi, polis baş leytenantı Məhəmməd Tağızadənin 11 iyul 2022-ci il tarixli raportlarından görünür ki, 11 iyul 2022-ci il tarixdə, saat 2:20-də X7 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları, demələrinə görə bıçaqla vurulmaları barədə həmin polis bölməsinə məlumat daxil olmuşdur. (cild 1, i.v.3-4)

21. Zərərçəkmiş şəxs1 11 iyul 2022-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 naməlum şəxslər tərəfindən o və dostu Zərərçəkmiş şəxs2 xəsarət yetirilməsi ilə bağlı həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Bakı şəhəri, Qaradağ RPİnin 10-cu polis bölməsinin rəisinə ərizə ilə müraciət etmişdir. (cild 1, i.v.5)

22. “Baxış keçirilməsi haqqında” 11 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksində baş vermişdir. Hadisə yerinin ətrafındakı çoxmərtəbəli binalarda yaşayış vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 əyani olaraq hadisənin mezanizmini və baş verdiyi yeri göstərmişdir. Zərərçəkmiş şəxs1 naməlum avtomobilin onları ötüb keçərkən tanımadığı şəxslərin onları təhqir etdiyi yeri göstərmişdir. Qeyd edilən yer asfalt örtüklü olmaqla tək istiqamətli yoldur. Əlavə edilmiş fotoşəkillərlə hadisənin baş verdiyi yerin sağ tərəfində məktəbin yerləşməsi, sol tərəfdə Lökbatan istiqamətində isə yolun kənarındakı çökəklikdə sarı rənglə rənglənmiş dəmir boruların olması görünür. Hadisə yerindəki asfalt örtüyün və yolun kənarındakı beton daşın üzərində qana bənzər ləkələr aşkar edilmişdir. Hadisə yerinə baxış zamanı yaxınlıqdakı yolun kənarından, çökəklik sahədən boruların keçdiyi müəyyən edilsə də, orada hər hansı dəmir və ya sair torun, məftilin olması müəyyən edilməmişdir. (cild 1, i.v. 6-14)

23. Bakı şəhəri, Qaradağ RPİ-nin Əməliyyat İşləri üzrə rəis müavini, polis polkovniki Azər Mahmudovun 17 iyul 2022-ci il tarixli 069-3177-1222 saylı məktubundan görünür ki, 11 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 döyərək xəsarət yetirməkdə şübhəli olan şəxslərin Şahid və Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. (cild 1, i.v. 34).

24. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizası” 28 iyul 2022-ci il tarixli, 493 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində başın ənsə nahiyəsinin deşilmiş-kəsilmiş yarası, boynun sol arxa-yan səthinin kəsilmiş yarası, sol qaşüstü nahiyənin səthi əzilmiş yarası kimi xəsarətlər aşkar olunmuşdur. Qeyd olunan xəsarətlərdən başın ənsə nahiyəsinin deşilmiş-kəsilmiş yarası və boynun sol arxayan səthinin kəsilmiş yarası deşici-kəsici əşya (alət) (ola bilsin bıçaq) təsirindən, sol qaşüstü nahiyənin səthi əzilmiş yarası isə bərk küt əşya təsirindən, müayinədən 5-7 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X9 müraciət etdiyi 11 iyul 2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda başın ənsə nahiyəsinin deşilmiş-kəsilmiş yarası və boynun sol arxa-yan səthinin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, sol qaşüstü nahiyənin səthi əzilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, i.v.66-68).

25. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizası” 12 avqust 2022-ci il tarixli, 549 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - qarnın sol yarısının ön səthinin qabırğa qövsü səviyyəsindən qarın boşluğuna nüfuz edərək daxili qanaxma ilə müşayiət olunan mədənin hər iki divarının və 12 (on iki) barmaq bağırsağın 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət) (ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X9 müraciət etdiyi 11 iyul 2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vrumaya aiddir. (cild 1, i.v. 94-97)

26. “Zərərçəkmiş şəxs kimi tanıma haqqında” 19 iyul 2022-ci və 21 iyul 2022-ci il tarixli müvafiq qərarlardan görünür ki, müvafiq olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. (cild 1, i.v. 39-40; 51-52)

27. “Üzləşdirmədə dindirmə” 20 sentyabr 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 bir daha ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyərək Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onu və Zərərçəkmiş şəxs2 bıçaqla vurmasını, Şahid isə onu əlindəki əsa ilə vurmasını bildirib Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə yolda olan zaman yatmasını, Mənsur və Kamranı yolda olarkən söymədiyini, həmçinin hadisə zamanı ilkin olaraq Kamranın yumruqla onu vurduğunu, bundan sonra bıçaqla Kamranı qarın nahiyəsindən vurduğunu, Mənsuru isə yumruqla alın nahiyəsindən vurmasını bildirmişdir. (cild 1, i.v. 189-191)

28. “İfadənin yerində yoxlanılması haqqında” 3 noyabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani olaraq yerində göstərmişdir. Fotocədvəldən hadisə yerinin yaxınlığından boru kəmərlərinin keçməsi açıq-aşkar görünsə də, hər hansı dəmir və sair tor, məftillə əhatələnmiş sahənin olması müəyyən edilməmişdir. (cild 2, i.v. 17-18)

29. “Üzləşdirmədə dindirmə” 4 noyabr 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 bir daha ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyərək Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onu və Zərərçəkmiş şəxs1 xəncərlə vurmasını Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə yolda olan zaman yatmasını, Mənsur və Kamranı yolda olarkən söymədiyini, həmçinin hadisə zamanı ilkin olaraq Kamranın yumruqla onu vurduğunu, bundan sonra bıçaqla Kamranı qarın nahiyəsindən vurduğunu, Mənsuru isə yumruqla alın nahiyəsindən vurmasını, Ayxanın isə avtomobildən düşmədiyini bildirmişdir. (cild 2, i.v. 19-22)

30. “Üzləşdirmədə dindirmə” 5 noyabr 2022-ci il tarixli protokolundan görünür ki, Şahid ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı müdafiəçisinin iştirakı ilə Şahid qardaşı Çingizxanın avtomobildən düşən zaman bıçağı götürdüyünü göstərmişdir. (cild 2, i.v 24-27)

31. “Ambulator məhkəmə-psixiatrik ekspertizası”nın 31 oktyabr 2022-ci il tarixli, 2891 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddələrinin təsiri altına düşmür. Qeyd edilən rəyin tədqiqi hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barədə soruşduqda “Yol üstündə mübahisəmiz düşdü. Haqlı olduğuma baxmayaraq, mənə yol vermək istəmədi. Bu səbəbdən mübahisəmiz düşdü. Mənə nalayiq sözlər dedi və vurdu. Mən də əsəbiləşərək bu əməli törətdim. Əməlimdən peşmanam” demişdir. (cild 2, i.v. 28-30)

32. Maddi sübutların tədqiqinə dair 9 sentyabr 2022-ci il tarixli, 409/2022-MTKŞ saylı “Kompleks məhkəmə-tibbi, bioloji və kriminalistik ekspertiza” rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin və maykanın ön hissəsinin orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir. (cild 2, i.v. 31-33)

33. Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin rəisi vəzifəsini icra edən, polis kapitanı Nicat İslamlının 25 dekabr 2022-ci il tarixli, 070/1901-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçağın əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilməsi mümkün olmamışdır. (cild 2, i.v. 71)

34. “Sübutların qiymətləndirilməsi haqqında” 29 dekabr 2022-ci il tarixli qərardan və müvafiq raportdan görünür ki, Şahid barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə olan cinayət təqibinə xitam verilmiş, Zərərçəkmiş şəxs2 əynində olmuş 1 (bir) ədəd köynək və 1 (bir) ədəd mayka iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanması üçün Bakı şəhəri, Qaradağ RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (cild 2, i.v.76-90; 120)

35. İş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs qarşı 7800 (yeddi min səkkiz yüz) manat maddi ziyan, 2000 (iki min) manat mənəvi ziyan və ödənilmiş 118 (bir yüz on səkkiz) manat dövlət rüsumu olmaqla, cəmi 9918 (doqquz min doqquz yüz on səkkiz) manat məbləğində pulun tutulması və mülki iddiaçı qismində tanınması barədə 17 aprel 2023-cü il tarixdə mülki iddia verilmiş, 26 aprel 2023-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında Zərərçəkmiş şəxs2 mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh kimi tanınmaqla onlara hüquq və vəzifələri izah edilmişdir. 10 may 2023-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddianın qaytarılması barədə ərizə təqdim edərək verilmiş mülki iddianın baxılmamış saxlanılmasını xahiş etdiyindən və cavabdeh Təqsirləndirilən şəxs mülki iddianın mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, həmin tarixdə hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması qərara alınmışdır.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

36. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

37. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

38. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

39. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir.

40. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.

41. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı CM-in 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir.

42. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir.

43. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş CM-in 221.3-cü maddəsi ilə əhatə olunan ittihamını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları baxımından da şərh etməyi və həmin qərarlara əsasən hüquqi qiymətləndirməyi əsaslı hesab edir.

44. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında xuliqanlıq cinayətinin məzmunu və tətbiqi məsələləri ilə bağlı göstərilmişdir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi və şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi əlamətləri xuliqanlıq hadisəsini xarakterizə edir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir.

45. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud şəxslərin hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir.

46. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir.

47. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz.

48. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır.

49. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarında xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri ilə əlaqədar göstərilmişdir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır.

50. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.

51. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.

52. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır.

53. Məhkəmə istintaqı ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs qardaşı Şahid idarə etdiyi avtomobillə hərəkətdə olarkən zərərçəkmiş şəxslərin olduğu avtomobilin onlara yol verməməsinə görə həmin avtomobili ötüb keçdikləri zaman avtomobilin yan şüşələrini aşağı endirərək zərərçəkmiş şəxslərin və onların ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söymüş, yoluna davam edərək yaşayış kompleksindəki avtobus dayanacağında avtomobili saxlamışlar. Zərərçəkmiş şəxs2 avtomobili Təqsirləndirilən şəxs olduğu avtomobilin yanına yaxınlaşdırıb, onları söymələrinin səbəbini soruşduqda, Təqsirləndirilən şəxs və qardaşı Şahid onlara laqeyd cavablar vermişdir. Bu zaman özünü ətrafdakılara qarşı qoymaqla öz şəxsiyyətini digərlərinin fövqündə qoyan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin avtomobildən düşməsini tələb etmiş, müştəri kimi zərərçəkmiş şəxslərin avtomobilində olan sərnişin mübahisədən özünün də həyat və sağlamlığı üçün təhlükə hiss edərək həyəcanlanıb oradan uzaqlaşaraq getmiş, Təqsirləndirilən şəxs isə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək silah qismində istifadə etdiyi bıçaqla heç bir səbəb olmadan Zərərçəkmiş şəxs2, habelə həmin bıçaq və yumruqla Zərərçəkmiş şəxs1 zərbələr vuraraq onlara xəsarətlər yetirmişdir.

54. Azərbaycan Respublikasının CPM-in 10.3-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Buna görə də, məhkəmə CM-in 221.3-cü maddəsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin rəsmi təfsirlərində göstərilənləri rəhbər tutaraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 126.2.4 və 221.3-cü maddələrinin tərkib əlamətləri vardır.

55. Məhkəmə istintaqında da mübahisə və dalaşmanın Təqsirləndirilən şəxs cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik göstərməsi ilə müşayiət olunan əxlaqa və ya hüquqa zidd davranışı ilə başlaması, təqsirləndirən şəxsin zərərçəkmiş şəxsləri öz təşəbbüsü ilə münaqişəyə çəkməsinin müəyyən edilməsi, bir daha onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq onun əməli xuliqanlıq niyyəti kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşya tətbiq etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, sonuncuya yüngül dərəcəli və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etməsi və hər hansı əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs2 sağlamlığına ağır zərər vurması bir daha onu göstərir ki, onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmiş və bu tövsif vahid məhkəmə təcrübəsinə uyğundur.

56. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

57. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona və digər Zərərçəkmiş şəxs1 xəncərlə xəsarətlər yetirməsi barədə ifadəsində göstərdiyi xüsusatlar iş materiallarında digər sübutlarla təsdiq olunmadığından, habelə cinayət aləti aşkar edilmədiyindən həmin şübhələr onun xeyrinə həll olunmalıdır.

58. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

59. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

60. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının CM-in 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlər – az ağır, CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlər isə ağır cinayətlər kateqoriyasına aid edilir.

61. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

62. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

63. Azərbaycan Respublikasının CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

64. Azərbaycan Respublikasının CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

65. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

66. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ağır bədən xəsarəti yetirməsinə zərərçəkmiş şəxsin özünün səbəb olması, yəni zərərçəkmiş şəxslər tərəfindən ona və qardaşına hücum edilməsi, buna görə də özünü müdafiə üçün məcbur qalaraq bıçaqla Zərərçəkmiş şəxs2 xəsarət yetirməsi, digər Zərərçəkmiş şəxs1 isə ümumiyyətlə xəsarət yetirməməsi, sonuncunun aldığı xəsarətləri isə onun itələməsi nəticəsində yıxılaraq alması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün və qardaşı Şahid işin faktiki halları təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur.

67. Məhkəmə həmçinin Şahid da qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ağır bədən xəsarəti yetirməsinə sonuncunun özünün səbəb olması, yəni zərəçəkmiş şəxslər tərəfindən ona və qardaşına hücum edilməsi, qardaşının özünü müdafiə üçün məcbur qalaraq bıçaqla Zərərçəkmiş şəxs2 xəsarət yetirməsi, digər Zərərçəkmiş şəxs1 isə ümumiyyətlə xəsarət yetirilməməsi, sonuncunun aldığı xəsarətlərin isə qardaşı Təqsirləndirilən şəxs onu itələməsi nəticəsində yıxılaraq alması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi qardaşı Təqsirləndirilən şəxs müdafiə xarakteri daşımaqla sonuncunun cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün və qardaşı Təqsirləndirilən şəxs işin faktiki halları ilə təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur.

68. Müdafiə tərəfi məhkəmə istintaqı zamanı təkidlə hadisənin baş verməsinə guya zərərçəkmiş şəxslərin qanunsuz hərəkətlərinin səbəb olmasını, o cümlədən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 bədənindəki xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yumruq və bıçaqla vurulması nəticəsində deyil, sonuncunun Zərərçəkmiş şəxs1 itələməsinə görə onun hadisə yerinin yaxınlığındakı çökəkliyə yıxılaraq orada olan dəmir tora (çəpər və ya məftil) dəyərək xəsarət almasını qeyd etmişdir.

69. Halbuki, məhkəmə istintaqı zamanı iş materiallarında olan “Baxış keçirilməsi haqqında” 11 iyul 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllər elan edilərək tədqiq edilərkən müəyyən edilmişdir ki, hadisədən dərhal sonra Zərərçəkmiş şəxs1 iştirakı ilə müstəntiq Fərid Seyfəlov tərəfindən hadisə yerinin müayinəsi aparılmış və müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Həmin fotoşəkillərlə də hadisə yerinə baxış zamanı yaxınlıqdakı yolun kənarından, çökəklik sahədən boruların keçdiyi müəyyən edilsə də, orada hər hansı dəmir və ya sair torun (məftil) olması müəyyən edilməmişdir. Bundan sonra müdafiə tərəfi hadisənin baş verdiyi yerə aid olduğunu iddia etdiyi bir neçə yeni çəkilmiş fotoşəkilləri məhkəməyə təqdim edərək, həmin fotoşəkillərdən də hadisə baş verən vaxtı hadisə yerinin yaxınlığındakı çökəklikdə dəmir torla (məftil) örtülmüş sahələrin olmasını sübut etməyə çalışmışdır. Qeyd edilən fotoşəkillər məhkəmədə iş materiallarında olan digər sübutlarla müqayisəli tədqiq edilərək müəyyən edilmişdir ki, həmin fotoşəkillərdə göstərilən hallar hadisədən cəmi 6-7 saat sonra müstəntiq tərəfindən müəyyən edilmiş hallardan fərqlənməklə reallığı əks etdirmir. Məhkəmə qeyd edilən xüsusatla bağlı xüsusilə vurğulayır ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən şəraitdə yaranması iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş digər mötəbər sübutlarla da tam şəkildə təsdiq edilir.

70. Həmçinin hökmün 31-ci bəndində qeyd edilmiş “Ambulator məhkəmə-psixiatrik ekspertizası”nın 31 oktyabr 2022-ci il tarixli, 2891 saylı rəyi ilə də, hadisənin məhz Təqsirləndirilən şəxs təşəbbüsu ilə başlaması bir daha öz təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs tamamilə sərbəst olaraq üç nəfərdən ibarət ekspert komissiyasına hadisənin səbəbi barədə danışarkən özü də istəmədən əsl həqiqəti etiraf edərək göstərmişdir ki, “Yol üstündə mübahisəmiz düşdü. Haqlı olduğuma baxmayaraq, mənə yol vermək istəmədi. Bu səbəbdən mübahisəmiz düşdü. Mənə nalayiq sözlər dedi və vurdu. Mən də əsəbiləşərək bu əməli törətdim. Əməlimdən peşmanam” demişdir. Halbuki, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs ümumiyyətlə avtomobildə yatdığını, qardaşı Şahid ilə zərərçəkmiş şəxslər arasında sözlü mübahisənin hansı səbəbdən yarandığını bilmədiyini, səs-küy eşidib oyandığını, Zərərçəkmiş şəxs2 təkidlə qardaşı Şahid avtomobildən düşməsini tələb etdiyini və yuxulu olduğuna görə anlaqsız vəziyyətdə avtomobildən düşdükdən sonra Zərərçəkmiş şəxs2 heç bir söz demədən qəflətən ona yumruqla vurduğunu göstərmişdir. Lakin ekspert komissiyasına isə zərərçəkmiş şəxslərlə aralarında yol üstündə mübahisə olduğunu, zərərçəkmiş şəxslərin onlara yol vermədiyini, zərərçəkmiş şəxslərin onlara nalayiq sözlər deyərək vurmasını, nəticədə hadisənin baş verməsini bildirmişdir. Başqa sözlə, zərərçəkmiş şəxslərin işin faktiki hallarına uyğun gələn ifadələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla da öz təsdiqini tapır.

71. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Pelnumunun rəsmi təfsirlərini rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə olan əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

72. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

73. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

74. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Onun barəsində həmçinin Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq aparılır. (cild 1, i.v 152, 209-267)

75. Qaradağ rayon Lökbatan Mənzil-Kommunal İstismar Sahəsindən əldə edilmiş 1460 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında məcburi köçkün qəsəbəsində yaşamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məcburi köçkün ailəsində böyüməsini və anasının hadisədən sonra xəstəlikdən vəfat etməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

76. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

77. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

78. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar.

79. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 221.3-cü maddəsinin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

80. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq ağır və az ağır cinayətlər kimi təsnif edilmişdir.

81. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.

82. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

83. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

84. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

85. İşdə olan tutma protokolundan və müvafiq məhkəmə qərarlarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdə, saat 23:20-də şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən barəsində 21 sentyabr 2022-ci ildə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablanmış, həmin məhkəmənin 14 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 3 fevral 2023-cü il tarixədək uzadılmışdır. (cild 1, i.v. 155, 201-204; cild 2, i.v.142-146).

86. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutularaq saxlanıldığı 19 sentyabr 2022-ci tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.

87. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

88. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərcləri yoxdur.

89. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc anbarına verilməklə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 əynində olmuş 1 (bir) ədəd köynək və 1 (bir) ədəd mayka məhv edilməlidir.

90. İş üzrə mülki iddianın baxılmamış saxlanılması nəzərə alınmalıdır.

91. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmiş və 10 fevral 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs qohumları tərəfindən Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ilə müqavilə bağlandığından, Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 imtina etmiş, bu səbəbdən də həmin tarixli iclasda hazırki iş üzrə onun müdafiəçi qismində iştirakına xitam verilmişdir. Başqa sözlə, məhkəmə hazırlıq mərhələsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi həm də Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına əsasən müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq hər iş saatı üçün 6 (altı) manat miqdarında məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, həmin hesabla, məhkəmə hazırlıq mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 6 (altı) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülməlidir.

92. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

93. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

94. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 19 sentyabr 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd köynək və 1 (bir) ədəd mayka məhv edilsin. İş üzrə mülki iddianın baxılmamış saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, habelə Zərərçəkmiş şəxs2 nümayəndəsi - Nümayəndə1 mülki mühakimə icraatı qaydasında mülki iddia vermə hüquqları izah edilsin. İş üzrə xüsusi müsadirə edilməli əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Məhkəmənin hazırlıq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün Bakı şəhəri 18 saylı Vəkil Bürosuna 36 (otuz altı) manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar