Məhkəmə qərarları › İş №1(101)-806/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-806/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-806/2024 06.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 182.3.2-ci maddəsi ilə təqsirli bilinib ona 07 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cinayət əməli CM-in 182.3.2-ci maddəsindən həmin Məcəllənin 182.2.4-cü maddəsinə tövsif edilərək hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, natamam orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz külli miqdarda – 5,818 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 67/3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdə, saat 20:10-da yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq ünvan 2 yerləşən BMCMİ-nin inzibati binasına gətirilmiş və orada həmin gün saat 21:50-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol iç cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 5,818 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2021ci ildə 6 saylı Cəzaçəkmə Müəssisəsindən çıxdıqdan sonra müəyyən yerlərdə işləmiş və ancaq idmanla məşğul olmuşdur. Moskva şəhərinə əmisinin yanına işləmə getmiş və alınmadığı üçün xx.xx.2023-cü il tarixində Bakı şəhərinə qayıtmışdır. 10 aprel 2023-cü il tarixdə Azərbaycan Poverliftinq Federasiyasında məşqə gedib sonra evə qayıtmışdır. 11 aprel 2023-cü il tarixdə Nizami rayonu, Ş.Mirzəyev küçəsində Dominas Pizza restoranın ikinci mərtəbəsində oranın işçiləri ilə futbol oyunu oynamışdır. Axşam saat 19:00-20:00 radələrində aşağı siqaret almaq üçün düşmüş və polis əməkdaşları onu saxlayıb maşına mindirib BMCMİ-yə aparmışlar. Polis əməkdaşları ilə avtomobildə gedərkən danışmamışlar. Yolda ona bir iki zərbə vurmuşlar, amma xəsarət sayılmadığı üçün deməmişdir. Polis əməkdaşları BMCMİ-də ona vəzifəli şəxsin onu şikayət etdiyini bildirmişlər. Kim olduğunu soruşduqda adını hallandıra bilmədiklərini bildirmişlər. Bunun bir göstəriş olduğunu və iki büküm narkotik maddəni üzərinə götürməli olduğu bildirilmişdir. Onu 3 gün BMCMİ-də saxlayıb sübutun olmadığı və məhkəmədə doğrunun ortaya çıxacağını bildirib iki büküm narkotik maddəni üzərinə götürməyini bildirmişlər. O, bununla razılaşmamış və belə olduqda gedib evində narkotik maddə aşkarlayacaqlarını və atası, qardaşını da onunla əlbir kimi işə cəlb edəcəklərini bildirmişlər. O da buna görə iki bükümlə deyil, yalnız bir bükümə razı olub qəbul etmiş və ibtidai istintaq dövründə etirafedici ifadə vermişdir. Qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılarkən ona aşkar olunan 5 qram narkotik maddəni metroda tanımadığı şəxsdən əldə etdiyini deməyi bildirilmişdir. Həmin məhkəmədə narkotik maddədən istifadə etmədiyini bildirsə də BMCMİ-nin əməkdaşları narkotik maddəni maraq üçün üzərində daşıdığını bildirməyini istəmişlər. O da məhkəmdə sonuncuların dedikləri kimi ifadə vermişdir. Evinə narkotik maddə atacaqlarından, atasını da, qardaşını da tutacaqlarından qorxduğu üçün sonuncuların dediklərini qəbul etmişdir. BİT-ə gətirildikdən sonra anası ilə əlaqə saxlayıb müvafiq qurumlara şikayət ərizələri ilə müraciət etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təzyiq olmamış, ancaq mənəvi, psixoloji təsir və təzyiq göstərilmişdir. Heç bir vəzifəli şəxslə münasibəti olmamış və ətrafında heç bir vəzifəli şəxs olmamışdır. Hədəqorxu ilə pul tələb etdiyinə görə 7 il 5 ay azadlıqdan məhrumetmə cəzasın çəkmişdir. Həmin məsələ ilə bağlı cəzamı çəkib qurtardıqdan sonra pul tələb etdiyi şəxslərlə heç bir əlaqəsi olmamışdır. Vəzifəli şəxsin onun haqqında şikayət etdiyini bildirən burada ilk şahid kimi dindirilən şəxs olmuşdur. Həmin polis əməkdaşı hədə-qorxudan başqa ona bir-iki yumruq zərbəsi də vurmuşdur. O, narkotik maddə istifadə etməmişdir. BMCMİ-nin əməkdaşları onu analiz verməyi üçün həkimin yanına aparmışlar. Analiz verdikdən sonra 3 gün əvvəl narkotik maddə istifadə etdiyini bildirmişlər. Halbuki, o, 3 gün əvvəl Moskva şəhərindən təyyarə ilə Azərbaycan Respublikasına gəlirdi. Analiz verməmişdən əvvəl burada ilk ifadə verən şahid ona süfrə açıb çay içirtdirmişdir. Daha sonra avtomobildə gedərkən elə bilmişdir ki, təyyarədə uçur. Moskva şəhərindən Azərbaycan Respublikasına 09 aprel 2023-cü il tarixdə gəlmişdir. Polis əməkdaşları ona yaxınlaşarkən özlərini təqdim etməmişlər. Onu Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında Rahat marketin qabağındakı avtobus dayanacağında saxlamışlar. Orada başqa adam olmaya bilməz. Polis əməkdaşları onu saxlayarkən yanında İlham adlı dostu da olmuş və o, saxlanılarkən onu görmüşdür. Polis əməkdaşları dediklərini qəbul etməyi, əks halda BMCMİ-də öləcəyini bildirmişlər. Hazırki cinayət işinə görə ilk dəfə qətimkan tədbiri üçün məhkəməyə çıxarılarkən polis əməkdaşlarının təzyiqi altında olduğuna görə narkotik maddə ilə bağlı etirafedici ifadə vermişdir. Polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 19:00-20:00 radələrində Nizami rayonu, Qara Qarayev prospekti, Şirin Mirzəyev küçəsində olan Rahat marketin qarşısında saxlanılmışdır. Onu 7 nəfər polis əməkdaşı saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı ərazidən BMCMİ-nin inzibati binasına aparılmışdır. O, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldikdən 1 gün sonra xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona narkotik vasitələrin satışı ilə ittiham elan olunub, amma nə narkotik vasitə almağı, nə narkotik vasitə satmağı, nə də ki tərəzi kimi sübutlar əldə olunmayıb. 5 ay şəxsi istifadəsində olan telefonu polis əməkdaşlarında olub, amma telefonundan heç bir sübut əldə olunmayıb. Ətrafında nəyinki narkotik vasitə satan, heç narkotik vasitə istifadəçisi belə yoxdur. O, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrində göstərmişdir ki, 11 aprel 2023-cü il tarixdə, günorta saatlarında yaşadığı evin yaxınlığında, Qara Qarayev küçəsində piyada gəzdiyi zaman əvvəllər görmədiyi bir nəfər şəxs ona yaxınlaşaraq, narkotik vasitə və ya psixotrop maddə istifadə edib-etmədiyini soruşmuşdur. O, narkotik vasitə istifadəçisi olmadığını ona dedikdə, həmin şəxs ona üzərində şüşə adı ilə ona bildirdiyi psixotrop maddə metamfetamin olduğunu, həmin maddənin insanın kefini artırdığını, istəsə ona verə biləcəyini bildirmişdir. Ona pulu olmadığını bildirdikdə, həmin şəxs ona ilk dəfə olduğu üçün psixotrop maddəni havayı verdiyini, gələcəkdə lazım olarsa yenə verə biləcəyini və növbəti dəfələrdə ondan pul alacağını bildirmişdir. Odur ki, bükümü götürüb gödəkçəsinin iç cibinə qoymuş və düşünmüşdür ki, həmin maddəni nə vaxtsa istifadə edər. Bir müddət sonra 11 aprel 2023-cü il tarixdə, saat 20:10-da ünvan 3 ünvanın yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirib ki, hazırda üstündə psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra video çəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üstündə “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə şəhərin Nizami rayonu ərazisində olduğu zaman tanımadığı şəxsin ona təklif etdiyini, lakin bunun müqabilində pul vermədiyini, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmədiyini, həmin maddəni şəxsi istifadə məqsədi ilə üstündə saxlayıb daşıdığını, həmin maddənin üstündə olmasından keç kimin məlumatının olmadığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuş, məlumatda sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin satışı, əldə olunması və daşınması göstərilmişdir. Daxil olmuş məlumatı BMCMİ-nin rəisinə məruzə etmişlər. Daxil olmuş məlumat əsasında Şahid3, Şahid1, Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxsin Bakı şəhəri, Nizami rayonunda olması barədə məlumat daxil olduqdan sonra əməliyyat qrupu olaraq qeyd olunan ünvana getmişlər. Bakı şəhəri, Nizami rayonu ərazisində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs BMCMİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən onlarla BMCMİyə getmişdir. BMCMİ-də təhqiqatçının xidməti otağında video çəkilişlə əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən bir büküm psixotrop maddə metamfetamin və özünə məxsus mobil telefon aşkar olunaraq tərəflərindən götürülmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs barəsində olan məlumat ona daxil olmuşdur. Daxil olmuş məlumatda əsasən təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması göstərilmişdir. Təqsirləndirilən şəxsin kiməsə narkotik vasitə satması barədə o, heç bir məlumat əldə edə bilməmiş, amma sonradan müstəntiq tərəfindən hər hansısa prosessual hərəkətlərin aparılıb-aparılmaması barədə məlumatı yoxdur. Səhv etmirsə, təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni öz istifadəsi üçün tapması və ya tanımadığı şəxsdən əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxsin üzərinə keçirilən şəxsi axtarış götürmə zamanı 3 nəfər əməliyyat qrupunun üzvləri, təhqiqatçı və müdafiəçi iştirak etmişlər. Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldığı vaxtdan, üzərindən narkotik vasitə aşkar olunandan heç bir etirazı, narazılığı olmamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiqlər göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsi Bakı şəhəri, Nizami rayonunda yerləşən Q.Qarayev metrostansiyasının ətrafında olan marketin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxsi 20:00-20:15 radələrində saxlamışlar. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Yollarda olan sıxlıqlarla əlaqədar təqsirləndirilən şəxsi saxladıqları yerdən BMCMİ-yə 30-40 dəq vaxtdan sonra çatmışlar. Təqsirləndirilən şəxsin üzərinə saxladıqları yerdə baxış keçirtmək mümkün deyildir, çünki sonuncunu saxladıqları yerdə kənar şəxslər çox olmuşdur. Təqsirləndirilən şəxsin müdafiəçisi ilə konfidensial söhbətdən sonra üzərində şəxsi axtarış aparmışlar. Təqsirləndirilən şəxsin saxladıqları yerdə üzərinə baxış keçirtməyə heç bir qadağa yoxdur, sadəcə şərait olmadığından BMCMİ-də baxış keçirtmişlər. Təqsirləndirilən şəxsin kimlərəsə narkotik vasitə satması, kimlərləsə yazışması ilə bağlı hal-hazırda heç bir məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxsin narkotik vasitəni kimdən əldə etdini bildirdiyi tanımadığı şəxs barəsində hazırki vəziyyətdə heç bir məlumat əldə olunmamışdır. Video çəkiliş zamanı Təqsirləndirilən şəxs özünü səmimi etiraf edərək narkotik vasitə metamfetamini öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç biri fiziki, psixolji təsir və ya təzyiqlər göstərilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayında BMCMİ-də əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonunda olması barədə məlumat daxil olduqdan sonra əməliyyat qrupu olaraq qeyd olunan ünvana getmişlər. Bakı şəhəri, Nizami rayonu ərazisində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs BMCMİ-yə dəvət etmişlər. BMCMİ-də video çəkilişlə təhqiqatçının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sonuncun üzərindən bir büküm psixotrop maddə aşkar olunaraq tərəflərindən götürülmüşdür. Həmin psixotrop maddə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Daha sonra aşkar olunan psixotrop maddə ilə bağlı protokol tərtib olunmuş və imzaları ilə təsdiq etmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdə, axşam saat 19:00-20:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs barəsində olan məlumat Şahid1 adına daxil olmuş və əməliyyatda o, ancaq köməkçi kimi iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan və BMCMİ-yə aparılan zaman narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs BMCMİ-yə Şahid1 avtomobili ilə aparmışlar. BMCMİ-yə qısa müddətdə çatmışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman vəkil də iştirak etmişdir. Təqsirləndirilən şəxs BMCMİ-də olarkən aşkar olunan narkotik maddənin ona aid olması və çəkisi ilə bağlı hər hansı narazılığını bildirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs saxlayarkən 3 nəfər polis əməkdaşı olmuşlar. Təqsirləndirilən şəxs saxlayarkən yanında başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxsi Nizami rayonu, Ş.Mirzəyev küçəsində, yaşayış binalarının olduğu yerdə saxlamışlar və ətrafda məşhur bir məkan olmamışdır. Təqsirləndirilən şəxs onunla birlikdə 3 nəfər polis əməkdaşı ilə saxlamışlar. Təqsirləndirilən şəxs barəsində daxil olan məlumat onun adına deyil, Şahid1 adına daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlayarkən yaxınlıqda başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxs BMCMİ-yə “Toyota Prado” markalı avtomobillə aparmışlar. Təqsirləndirilən şəxs saxlayarkən polisin xidməti formasında olmuşlar. Təqsirləndirilən şəxs haqqında məlumat 10 aprel 2023-cü il tarixində daxil olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metro stansiyası yaxınlığında tərəflərindən saxlanılaraq BMCMİ-yə gətirilmişdir. BMCMİ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən 1 büküm psixotrop maddə metamfetamin aşkar olunaraq tərəfimizdən götürülmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Q.Qarayev metrostansiyasının hansı istiqamətdəki çıxışı yaxınlığında saxlamaqları yadında deyil. Təqsirləndirilən şəxs saxladıqları vaxt 3 nəfər qrupun üzvləri olmuşlar. Təqsirləndirilən şəxsi saxladıqları vaxt heç bir narazılıq, etiraz bildirməmişdir. Təqsirləndirilən şəxsi saxladıqdan sonra bir başa BMCMİ-yə gətirmişlər. Yolda olan tıxaclarla əlaqədar BMCMİyə tez bir zamanda çatmamışlar. BMCMİ-yə çatdıqdan sonra uzun müddət gözləmədən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. BMCMİ-yə gətirdikləri şəxsə nəzarət olunması üçün hər cür şərait var. BMCMİ-də Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni tullamağa heç bir şərait yoxdur. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini video çəkiliş zamanı özü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə səhv etmirsə metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs barəsində məlumat qrup rəhbəri Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiqlər göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs özünü müdəfiə etmək üçün yalan ifadə verir. Təqsirləndirilən şəxs saxladıqları yerdə şərait olmadığından sonuncunun üzərinə saxladıqları yerdə baxış keçirtməmişlər. Təqsirləndirilən şəxs BMCMİ-yə gətirdikdən nə qədər vaxt sonra üzərində şəxsi axtarışın aparılması yadında deyil. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olub-olmaması, narkotik vasitə ilə bağlı kimlərləsə əlaqə saxlayıb-saxlamaması barədə məlumatları qrup rəhbəri Şahid1 daha ətraflı məlumatlı ola bilər. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 11 aprel 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik özünə həvalə edilmişdir. 11 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal olunan əraziyə, yəni Bakı şəhəri, Nizami rayonuna getmişlər. 11 aprel 2023-cü il tarixdə, saat 20:10-da ünvan 3 ünvanın yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmiş, onu yaxınlıqda yerləşən DİN-in BMCMİ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla DİN-in BMCMİnin inzibati binasına gəlmişdir. DİN-in BMCMİ-nin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin təhqiqatçısı Murad Azayev tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 11 aprel 2023-cü il tarixdə, axşam saatlarında Baş İdarənin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmiş, üzərində olan qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd sellofan bükümü çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümün içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni xx.xx.2023-cü il tarixdə şəhərin Nizami rayonu ərazisində olduğu zaman tanımadığı şəxsin ona təklif etdiyini, lakin bunun müqabilində pul vermədiyini, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmədiyini, həmin maddəni şəxsi istifadə məqsədi ilə üstündə saxlayıb daşıdığını, həmin maddənin onun üstündə olmasından keç kimin məlumatının olmadığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Rüstəm” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. (İ cild, i.v. 4) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə BMCMİ-yə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 5-6) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:17-də CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 20:10-dan tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 22) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan büküm açıldıqda bükümün içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni xx.xx.2023-cü il tarixdə şəhərin Nizami rayonu ərazisində olduğu zaman tanımadığı şəxsin ona təklif etdiyini, lakin bunun müqabilində pul vermədiyini, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmədiyini, həmin maddəni şəxsi istifadə məqsədi ilə üstündə saxlayıb daşıdığını, həmin maddənin onun üstündə olmasından keç kimin məlumatının olmadığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını bildirmişdir. (İ cild, i.v. 29-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2143 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,818 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (İ cild, i.v. 42-45) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 68-69) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(005)-515/2023 saylı və xx.xx.2023-cü il tarixli 4(005)-1189/2023 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin xx.xx.2023-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 03 ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İ cild, i.v. 100-104, 213-217) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 5(005)-694/2023 saylı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 5(007)-223/2023 saylı qərarlarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. (İ cild i.v. 107, 108-109) xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonun daxilində olan məlumatlara baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (İ cild, i.v. 110) xx.xx.2023-cü il tarixli maddi sübut hesab edilməsi haqqında və xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 5,768 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (İ cild, i.v. 112- 113, 165-177) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014cü il tarixli, 1(101)-211/2014 saylı hökmündən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 7(007)-493/2016 və xx.xx.2021-ci il tarixli, 7(007)-584/2021 saylı saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 182.3.2-ci maddəsi ilə təqsirli bilinib ona 07 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cinayət əməli CM-in 182.3.2-ci maddəsindən həmin Məcəllənin 182.2.4-cü maddəsinə tövsif edilərək hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından şöbə qeydiyyatından çıxarılmışdır. (İ cild, i.v. 121-136) Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (İ cild, i.v. 139) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X6 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 2118 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə etiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 153-154) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 1385/K saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edildi. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. (İ cild, i.v. 155-158) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 162/MEŞ saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. (İ cild, i.v. 159-161) xx.xx.2023-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (İ cild, i.v. 163) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (İ cild, i.v. 180-181) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə məlumat yoxlama zamanı öz təsdiqini tapmadığından və hər-hansı şəxsin əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (İ cild, i.v. 237-240) Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və 4045/2023 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamağa, daşımağa görə CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün vacib məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu halla əlaqədar ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut belə əldə olunmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. Lakin hazırkı iş üzrə istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş, qeyd edilmiş psixotrop maddənin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, psixotrop maddə bir bağlamada aşkar edilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə və xx.xx.2023-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokollardan görünür ki, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai araşdırma zamanı toplanmaqla mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq, külli miqdarda, 01 ədəd bükümdə olan təmiz çəkisi 5,818 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin satış olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddəninin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəninin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəməkimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, polis əməkdaşları dediklərini qəbul etməsə evinə gedib narkotik maddə aşkarlayacaqlarını və atası ilə qardaşını onunla cinayətdə əlbir kimi qeyd edəcəklərini bildirdikləri üçün ibtidai istintaq dövründə etirafedici ifadələr verməsi və s. ilə bağlı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin mərhələdə dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs polis əməkdaşının ona bir-iki yumruq zərbəsi vurmasını qeyd etsə də, məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş cavab məktubundan, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs heç bir xəsarət aşkar olunmamış, ona qarşı ibtidai araşdırma zamanı hər hansı fiziki zor tətbiq edilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrinə də tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59-cu maddəsinə maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla nəzərə alaraq Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:10-da azadlığı faktiki məhdudlaşdırılmış, həmin tarixdə, saat 21:17-də şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 81 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmaldır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 5,768 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 5,768 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar