Məhkəmə qərarları › İş №1(101)-807/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-807/2020

19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-807/2020 19.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X36 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 (xx.xx.1977-ci ildə Naxçıvan MR Şərur rayonu, Şəhid Məmməd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Naxçıvan MR Şərur rayonu, Danyeri kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, X34 küçəsi ev 10, mənzil 132 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan) və Təqsirləndirilən şəxs2 (xx.xx.1966-cı ildə Qazax rayonu Məzəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax şəhəri, ünvan 2 mənzil 2 ünvanında qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirini seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq vahid niyyətlə hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə saxta rəsmi sənədlərdən təkrarən istifadə etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində digər şəxsləri təkrarən təhrik etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq, 2018-ci ilin noyabr ayında sonuncuya X17 Tədris Universitetində təhsil almasına dair diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınması və ona təhsilin növbəti pilləsinə qəbul olunması hüququ verən şəhadətnamənin alınmasında köməklik göstərilməsi üçün müraciət edən Şahid8 Təqsirləndirilən şəxs2 vasitəsilə özünün həmin Nazirlikdə yüksək vəzifədə işləyən tanışının olması və həmin tanışı vasitəsilə qeyd edilən tanınmanın həyata keçirilməklə şəhadətnamənin alınmasında köməklik göstərmək imkanında olmasını yalandan bildirib Şahid8 aldadaraq, onda özləri barəsində yaratdığı inam və etibardan sui-istifadə edib qeyd edilən məsələnin müsbət həlli üçün həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 3.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Təqsirləndirilən şəxs2 vasitəsilə yalandan bildirib, Şahid8 razılığını almaqla onunla sövdələşib, həmin adla 2018-ci ilin noyabr ayında sonuncunun adına olan həmin diplomu, attestatını, həmçinin şəxsiyyət vəsiqəsi, xarici pasportunun surətlərini və 3.000 manat pulu sonuncunun atası Şahid6 Təqsirləndirilən şəxs2 vasitəsilə sonuncunun yaşadığı Qazax şəhəri, Səməd Vurğun küçəsi, döngə 6, ev 2-də alıb, Şahid8 saxta rəsmi sənədləri hazırlayıb təqdim etməyə dair Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, inandırmaq üçün istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 018805 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid8 adına xx xxxx 2017-ci il tarixdə “X20 Tədris Universiteti” tərəfindən verilmiş mütəxəssis diplomu TOTU N000103 nömrəli” yazıları yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplomun Azərbaycan Respublikasında tanınması, həmçinin, eyni qaydada əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 018944 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid8 adına xx xxxx 2017-ci il tarixdə “X20 Tədris Universiteti” tərəfindən verilmiş TOTU N000103 seriyalı diplom üzrə HS 080105-İqtisadiyyat, İqtisadçı” yazıları yazıb surət çıxaran qurğuda surətini çıxarmaqla həmin diplom əsasında iqtisadçı ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması görüntüsü yaradan saxta rəsmi sənədləri bilə-bilə yalan məlumatlar daxil etməklə hazırlayıb bilə-bilə həmin saxta rəsmi sənədlərdən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində istifadə edərək 2019-cu ilin yanvar ayında sonuncu vasitəsilə həmin sənədləri Şahid8 təqdim etməklə, əldə etdikləri 3.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi məqsədlərinə sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid6 məxsus 3.000 manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq vahid niyyətlə hazırlamış, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə saxta rəsmi sənədlərdən istifadə etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid8 və Şahid6 təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq, 2018-ci ilin noyabr ayında sonuncuya Gürcüstan Dövlət X3 təhsil almasına dair diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınması və ona təhsilin növbəti pilləsinə qəbul olunması hüququ verən şəhadətnamənin alınmasında köməklik göstərilməsi üçün müraciət edən Şahid5 Təqsirləndirilən şəxs2 vasitəsilə özünün həmin Nazirlikdə yüksək vəzifədə işləyən tanışının olması və həmin tanışı vasitəsilə qeyd edilən tanınmanın həyata keçirilməklə şəhadətnamənin alınmasında köməklik göstərmək imkanında olmasını yalandan bildirib Şahid5 aldadaraq, onda özləri barəsində yaratdığı inam və etibardan sui-istifadə edib qeyd edilən məsələnin müsbət həlli üçün həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 3.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Təqsirləndirilən şəxs2 vasitəsilə yalandan bildirib, Şahid5 razılığını almaqla onunla sövdələşib, həmin adla 2018-ci ilin noyabr ayında sonuncunun adına olan həmin diplomu, attestatını, həmçinin şəxsiyyət vəsiqəsi, xarici pasportunun surətlərini və Şahid5 məxsus 3.000 manat pulu sonuncunun tanışı cinayətdən xəbərsiz olan Şahid4 Təqsirləndirilən şəxs2 vasitəsilə sonuncunun yaşadığı Qazax şəhəri, Səməd Vurğun küçəsi, döngə 6, ev 2-də alıb, Şahid5 saxta rəsmi sənədləri hazırlayıb təqdim etməyə dair Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, inandırmaq üçün istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 018806 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid5 adına xx xxxxxx 2007-ci il tarixdə “Gürcüstan Dövlət X5” tərəfindən verilmiş mütəxəssis diplomu SSSSU N000647 nömrəli” yazıları yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplomun Azərbaycan Respublikasında tanınması, həmçinin, eyni qaydada əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 018947 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid5 adına xx xxxxxx 2007-ci il tarixdə “Gürcüstan Dövlət X5” tərəfindən verilmiş SSSSU N000647 seriyalı diplom üzrə 070101 - Hüquqşünaslıq” yazıları yazıb surət çıxaran qurğuda surətini çıxarmaqla həmin diplom əsasında hüquqşünas ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması görüntüsü yaradan saxta rəsmi sənədləri bilə-bilə yalan məlumatlar daxil etməklə hazırlayıb bilə-bilə həmin saxta rəsmi sənədlərdən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində istifadə edərək 2019-cu ilin yanvar ayında sonuncu vasitəsilə verdiyi Şahid4 vasitəsilə həmin sənədləri Şahid5 təqdim etməklə, əldə etdikləri 3.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi məqsədlərinə sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid5 məxsus 3.000 manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq vahid niyyətlə hazırlamış, təkrarən sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə saxta rəsmi sənədlərdən istifadə etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid5 təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq, 2019-cu ilin yanvar ayında sonuncuya X20 Tədris Universitetində təhsil almasına dair diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınması və ona təhsilin növbəti pilləsinə qəbul olunması hüququ verən şəhadətnamənin alınmasında köməklik göstərilməsi üçün müraciət edən Şahid1 Təqsirləndirilən şəxs2 vasitəsilə özünün həmin Nazirlikdə yüksək vəzifədə işləyən tanışının olması və həmin tanışı vasitəsilə qeyd edilən tanınmanın həyata keçirilməklə şəhadətnamənin alınmasında köməklik göstərmək imkanında olmasını yalandan bildirib Şahid1 aldadaraq, onda özləri barəsində yaratdığı inam və etibardan sui-istifadə edib qeyd edilən məsələnin müsbət həlli üçün həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 3.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Təqsirləndirilən şəxs2 vasitəsilə yalandan bildirib, Şahid1 razılığını almaqla onunla sövdələşib, həmin adla 2019-cu ilin yanvar ayında sonuncunun adına olan həmin diplomu, attestatını, həmçinin şəxsiyyət vəsiqəsi, xarici pasportunun surətlərini və 3.000 manat pulu sonuncunun anası Şahid9 Təqsirləndirilən şəxs2 vasitəsilə sonuncunun yaşadığı Qazax şəhəri, Səməd Vurğun küçəsi, döngə 6, ev 2-də alıb, Şahid1 saxta rəsmi sənədləri hazırlayıb təqdim etməyə dair Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, inandırmaq üçün istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 018806 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid1 adına xx xxxx 2017-ci il tarixdə “X20 Tədris Universiteti” tərəfindən verilmiş mütəxəssis diplomu TOTU N000061 nömrəli” yazıları yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplomun Azərbaycan Respublikasında tanınması, həmçinin, eyni qaydada əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 018945 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid1 adına xx xxxx 2017-ci il tarixdə “X20 Tədris Universiteti” tərəfindən verilmiş TOTU N000061 seriyalı diplom üzrə HS 080105 - İqtisadiyyat” yazıları yazıb surət çıxaran qurğuda surətini çıxarmaqla həmin diplom əsasında iqtisadçı ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması görüntüsü yaradan saxta rəsmi sənədləri bilə-bilə yalan məlumatlar daxil etməklə hazırlayıb bilə-bilə həmin saxta rəsmi sənədlərdən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində istifadə edərək 2019-cu ilin mart ayında sonuncu vasitəsilə həmin sənədləri Şahid9 təqdim etməklə, əldə etdikləri 3.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi məqsədlərinə sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid9 məxsus 3.000 manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq vahid niyyətlə hazırlamış, təkrarən sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə saxta rəsmi sənədlərdən istifadə etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid1 və Şahid9 təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq, 2019-cu ilin yanvar ayında sonuncuya X21 Universitetində təhsil almasına dair diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınması və ona təhsilin növbəti pilləsinə qəbul olunması hüququ verən şəhadətnamənin alınmasında köməklik göstərilməsi üçün müraciət edən Şahid2 Təqsirləndirilən şəxs2 vasitəsilə özünün həmin Nazirlikdə yüksək vəzifədə işləyən tanışının olması və həmin tanışı vasitəsilə qeyd edilən tanınmanın həyata keçirilməklə şəhadətnamənin alınmasında köməklik göstərmək imkanında olmasını yalandan bildirib Şahid2 aldadaraq, onda özləri barəsində yaratdığı inam və etibardan sui-istifadə edib qeyd edilən məsələnin müsbət həlli üçün həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 3.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Təqsirləndirilən şəxs2 vasitəsilə yalandan bildirib, Şahid2 razılığını almaqla onunla sövdələşib, həmin adla 2019-cu ilin yanvar ayında sonuncunun adına olan həmin diplomu, attestatını, həmçinin şəxsiyyət vəsiqəsi, xarici pasportunun surətlərini və 3.000 manat pulu sonuncunun anası Şahid7 Təqsirləndirilən şəxs2 vasitəsilə sonuncunun yaşadığı Qazax şəhəri, Səməd Vurğun küçəsi, döngə 6, ev 2-də alıb, Şahid2 saxta rəsmi sənədləri hazırlayıb təqdim etməyə dair Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, inandırmaq üçün istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 018807 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid2 adına xx xxxx 2017-ci il tarixdə “X21 Universiteti” tərəfindən verilmiş mütəxəssis diplomu TOTU N000119 nömrəli” yazıları yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplomun Azərbaycan Respublikasında tanınması, həmçinin, eyni qaydada əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 018946 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid2 adına xx xxxx 2017-ci il tarixdə “X21 Universiteti” tərəfindən verilmiş TOTU N000119 seriyalı diplom üzrə 070101 – İqtisadi sosial elmlər” yazıları yazıb surət çıxaran qurğuda surətini çıxarmaqla həmin diplom əsasında iqtisadçı ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması görüntüsü yaradan saxta rəsmi sənədləri bilə-bilə yalan məlumatlar daxil etməklə hazırlayıb bilə-bilə həmin saxta rəsmi sənədlərdən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində istifadə edərək 2019-cu ilin mart ayında sonuncu vasitəsilə Şahid7 təqdim etməklə, əldə etdikləri 3.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi məqsədlərinə sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid7 məxsus 3.000 manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq vahid niyyətlə hazırlamış, təkrarən sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə saxta rəsmi sənədlərdən istifadə etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid2 və Şahid7 təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2019-cu ilin mart ayında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində oğlu Şahid8 işə düzəldilməsində köməklik göstərilməsi üçün özünə müraciət edən Şahid6 özünün həmin Nazirlikdə yüksək vəzifədə işləyən tanışının olması və həmin tanışı vasitəsilə Şahid8 işə düzəldə biləcəyini yalandan bildirib Şahid6 aldadaraq, onda özü barəsində yaratdığı inam və etibardan suiistifadə edib qeyd edilən məsələnin müsbət həlli üçün həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 4.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən yalandan bildirib, Şahid6 razılığını almaqla onunla sövdələşib, həmin adla 2019-cu ilin mart ayında Şahid6 Bakı şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən «Qəbələ» restoranında 4.000 manat pul vəsaitini alıb şəxsi məqsədlərinə sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid6 məxsus 4.000 manat pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid6 təhrik etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq vahid niyyətlə hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə saxta rəsmi sənədlərdən təkrarən istifadə etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla qeyrisi vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində digər şəxsləri təhrik etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq, X17 Tədris Universitetində təhsil almasına dair diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınması və təhsilin növbəti pilləsinə qəbul olunması hüququ verən şəhadətnamənin alınmasında köməklik göstərilməsi üçün 2018-ci ilin noyabr ayında özünə müraciət edən Şahid8 aralarındakı cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 həmin Nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olması və həmin tanışı vasitəsilə qeyd edilən tanınmanın həyata keçirilməklə şəhadətnamənin alınmasında köməklik göstərmək imkanında olmasını yalandan bildirib Şahid8 aldadaraq, onda özü və Təqsirləndirilən şəxs1 barəsində yaratdığı inam və etibardan sui-istifadə edib qeyd edilən məsələnin müsbət həlli üçün həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemət olan 3.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən yalandan bildirib, Şahid8 razılığını almaqla onunla sövdələşib, həmin adla 2018-ci ilin noyabr ayında sonuncunun adına olan X17 Tədris Universitetində təhsil almasına dair diplomu, attestatını, həmçinin şəxsiyyət vəsiqəsi, xarici pasportunun surətlərini və 3.000 manat pulu sonuncunun atası Şahid6 yaşadığı Qazax şəhəri, Səməd Vurğun küçəsi, döngə 6, ev 2-də şəxsən alıb, Şahid8 saxta rəsmi sənədləri hazırlayıb təqdim etməyə dair Təqsirləndirilən şəxs1lə aralarındakı cinayətkar niyyətə uyğun olaraq sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, inandırmaq üçün Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 018805 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid8 adına xx xxxx 2017-ci il tarixdə “X20 Tədris Universiteti” tərəfindən verilmiş mütəxəssis diplomu TOTU N000103 nömrəli” yazıları yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplomun Azərbaycan Respublikasında tanınması, həmçinin, eyni qaydada əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 018944 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid8 adına xx xxxx 2017-ci il tarixdə “X20 Tədris Universiteti” tərəfindən verilmiş TOTU N000103 seriyalı diplom üzrə HS 080105-İqtisadiyyat, İqtisadçı” yazıları yazıb surət çıxaran qurğuda surətini çıxarmaqla həmin diplom əsasında iqtisadçı ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması görüntüsü yaradan saxta rəsmi sənədləri bilə-bilə yalan məlumatlar daxil etməklə hazırladıqdan sonra bilə-bilə həmin saxta rəsmi sənədlərdən Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində istifadə edərək 2019-cu ilin yanvar ayında şəxsən həmin sənədləri Şahid8 təqdim etməklə, əldə etdikləri 3.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs1lə aralarında bölüb şəxsi məqsədlərinə sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid6 məxsus 3.000 manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq vahid niyyətlə hazırlamış, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində biləbilə saxta rəsmi sənədlərdən istifadə etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid8 və Şahid6 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq, 2018-ci ilin noyabr ayında Gürcüstan Dövlət X3 təhsil almasına dair diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınması və ona təhsilin növbəti pilləsinə qəbul olunması hüququ verən şəhadətnamənin alınmasında köməklik göstərilməsi üçün özünə müraciət edən Şahid5 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 həmin Nazirlikdə yüksək vəzifədə işləyən tanışının olması və həmin tanışı vasitəsilə qeyd edilən tanınmanın həyata keçirilməklə şəhadətnamənin alınmasında köməklik göstərmək imkanında olmasını yalandan bildirib Şahid5 aldadaraq, onda özləri barəsində yaratdığı inam və etibardan sui-istifadə edib qeyd edilən məsələnin müsbət həlli üçün həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemət olan 3.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən yalandan bildirib, Şahid5 razılığını almaqla onunla sövdələşib, həmin adla 2018-ci ilin noyabr ayında sonuncunun adına olan həmin diplomu, attestatını, həmçinin şəxsiyyət vəsiqəsi, xarici pasportunun surətlərini və Şahid5 məxsus 3.000 manat pulu sonuncunun cinayətdən xəbərsiz tanışı olan Şahid4 yaşadığı Qazax şəhəri, Səməd Vurğun küçəsi, döngə 6, ev 2-də şəxsən alıb, Şahid5 saxta rəsmi sənədləri hazırlayıb təqdim etməyə dair Təqsirləndirilən şəxs1lə aralarındakı cinayətkar niyyətə uyğun olaraq sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, inandırmaq üçün Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 018806 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid5 adına xx xxxxxx 2007-ci il tarixdə “Gürcüstan Dövlət X5” tərəfindən verilmiş mütəxəssis diplomu SSSSU N000647 nömrəli” yazıları yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplomun Azərbaycan Respublikasında tanınması, həmçinin, eyni qaydada əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 018947 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid5 adına xx xxxxxx 2007-ci il tarixdə “Gürcüstan Dövlət X5” tərəfindən verilmiş SSSSU N000647 seriyalı diplom üzrə 070101 - Hüquqşünaslıq” yazıları yazıb surət çıxaran qurğuda surətini çıxarmaqla həmin diplom əsasında hüquqşünas ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması görüntüsü yaradan saxta rəsmi sənədləri bilə-bilə yalan məlumatlar daxil etməklə hazırladıqdan sonra bilə-bilə həmin saxta rəsmi sənədlərdən Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində istifadə edərək 2019-cu ilin yanvar ayında Şahid4 vasitəsilə həmin sənədləri Şahid5 şəxsən təqdim etməklə, əldə etdikləri 3.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi məqsədlərinə sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid5 məxsus 3.000 manat pul vəsaitini aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq vahid niyyətlə hazırlamış, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə saxta rəsmi sənədlərdən təkrarən istifadə etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid5 təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq, 2019-cu ilin yanvar ayında X20 Tədris Universitetində təhsil almasına dair diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınması və ona təhsilin növbəti pilləsinə qəbul olunması hüququ verən şəhadətnamənin alınmasında köməklik göstərilməsi üçün özünə müraciət edən Şahid1 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 həmin Nazirlikdə yüksək vəzifədə işləyən tanışının olması və həmin tanışı vasitəsilə qeyd edilən tanınmanın həyata keçirilməklə şəhadətnamənin alınmasında köməklik göstərmək imkanında olmasını yalandan bildirib Şahid1 aldadaraq, onda özləri barəsində yaratdığı inam və etibardan sui-istifadə edib qeyd edilən məsələnin müsbət həlli üçün həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemət olan 3.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən yalandan bildirib, Şahid1 razılığını almaqla onunla sövdələşib, həmin adla 2019-cu ilin yanvar ayında sonuncunun adına olan həmin diplomu, attestatını, həmçinin şəxsiyyət vəsiqəsi, xarici pasportunun surətlərini və 3.000 manat pulu sonuncunun anası Şahid9 yaşadığı Qazax şəhəri, Səməd Vurğun küçəsi, döngə 6, ev 2də şəxsən alıb, Şahid1 saxta rəsmi sənədləri hazırlayıb təqdim etməyə dair Təqsirləndirilən şəxs1lə aralarındakı cinayətkar niyyətə uyğun olaraq sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, inandırmaq üçün Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 018806 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid1 adına xx xxxx 2017-ci il tarixdə “X20 Tədris Universiteti” tərəfindən verilmiş mütəxəssis diplomu TOTU N000061 nömrəli” yazıları yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplomun Azərbaycan Respublikasında tanınması, həmçinin, eyni qaydada əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 018945 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid1 adına xx xxxx 2017-ci il tarixdə “X20 Tədris Universiteti” tərəfindən verilmiş TOTU N000061 seriyalı diplom üzrə HS 080105 - İqtisadiyyat” yazıları yazıb surət çıxaran qurğuda surətini çıxarmaqla həmin diplom əsasında iqtisadçı ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması görüntüsü yaradan saxta rəsmi sənədləri bilə-bilə yalan məlumatlar daxil etməklə hazırladıqdan sonra bilə-bilə həmin saxta rəsmi sənədlərdən Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində istifadə edərək 2019-cu ilin mart ayında həmin sənədləri Şahid9 təqdim etməklə, əldə etdikləri 3.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi məqsədlərinə sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid9 məxsus 3.000 manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq vahid niyyətlə hazırlamış, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə saxta rəsmi sənədlərdən təkrarən istifadə etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid1 və Şahid9 təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq, 2019-cu ilin yanvar ayında X21 Universitetində təhsil almasına dair diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınması və ona təhsilin növbəti pilləsinə qəbul olunması hüququ verən şəhadətnamənin alınmasında köməklik göstərilməsi üçün özünə müraciət edən Şahid2 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 həmin Nazirlikdə yüksək vəzifədə işləyən tanışının olması və həmin tanışı vasitəsilə qeyd edilən tanınmanın həyata keçirilməklə şəhadətnamənin alınmasında köməklik göstərmək imkanında olmasını yalandan bildirib Şahid2 aldadaraq, onda özləri barəsində yaratdığı inam və etibardan sui-istifadə edib qeyd edilən məsələnin müsbət həlli üçün həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemət olan 3.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən yalandan bildirib, Şahid2 razılığını almaqla onunla sövdələşib, həmin adla 2019-cu ilin yanvar ayında sonuncunun adına olan həmin diplomu, attestatını, həmçinin şəxsiyyət vəsiqəsi, xarici pasportunun surətlərini və 3.000 manat pulu sonuncunun anası Şahid7 yaşadığı Qazax şəhəri, Səməd Vurğun küçəsi, döngə 6, ev 2də şəxsən alıb, Şahid2 saxta rəsmi sənədləri hazırlayıb təqdim etməyə dair Təqsirləndirilən şəxs1lə aralarındakı cinayətkar niyyətə uyğun olaraq sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, inandırmaq üçün Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 018807 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid2 adına xx xxxx 2017-ci il tarixdə “X21 Universiteti” tərəfindən verilmiş mütəxəssis diplomu TOTU N000119 nömrəli” yazıları yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplomun Azərbaycan Respublikasında tanınması, həmçinin, eyni qaydada əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 018946 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid2 adına xx xxxx 2017-ci il tarixdə “X21 Universiteti” tərəfindən verilmiş TOTU N000119 seriyalı diplom üzrə 070101 – İqtisadi sosial elmlər” yazıları yazıb surət çıxaran qurğuda surətini çıxarmaqla həmin diplom əsasında iqtisadçı ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması görüntüsü yaradan saxta rəsmi sənədləri bilə-bilə yalan məlumatlar daxil etməklə hazırladıqdan sonra bilə-bilə həmin saxta rəsmi sənədlərdən Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində istifadə edərək 2019-cu ilin mart ayında həmin sənədləri Şahid7 təqdim etməklə, əldə etdikləri 3.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi məqsədlərinə sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid7 məxsus 3.000 manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq vahid niyyətlə hazırlamış, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə saxta rəsmi sənədlərdən təkrarən istifadə etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid2 və Şahid7 təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 2 il əvvəl tanıdığı, Bakı Dövlət Universitetinin Qazax rayon filialında Azərbaycan dili və Ədəbiyyat müəllimi işləyən Qiymət Məmmədovanın sayəsində tanımışdır. 2018-ci ilin payız aylarında Qiymət Məmmədovanın yaşadığı Qazax şəhərindəki evlərinə getmiş, sonradan məlum olmuşdur ki, qonaq gəldiyi evin sahibi Təqsirləndirilən şəxs2dır, Qiymət həmin evdə kirayədə yaşayır. O, Qiymət Məmmədova üçün vaxtı ilə qanuni yolla xarici ölkələrdə fəaliyyət göstərən təhsil müəssisələrini bitirən bir neçə tələbəyə onların diplomlarının tanınması və təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verən şəhadətnamələrin verilməsində köməklik etmiş, yəni həmin işlərdə heç bir saxtakarlığa yol verməmiş, təmənnasız olaraq həmin şəxslərə qanuni yolunu izah etməklə köməklik etmişdir. Qiymət də ona bildirmişdir ki, hazırda yaşadığı evin sahibi Kəkliyin tanıdığı bir neçə tələbə var ki, xaricdə təhsil alıblar, lakin diplomlarını təsdiq etdirə bilmirlər, ona görə Kəklik ilə tanış edəcəyini demişdir. Qiymətdən Kəkliyin nömrəsini öyrənib Bakıya gəldikdə onunla əlaqə saxlayıb Qara Qarayev metrostansiyasının yaxınlığında görüş təyin etmiş, görüşdükdə söhbət zamanı xarici ölkələrdə fəaliyyət göstərən təhsil müəssisələrini bitirən tələbələrə onların diplomlarının tanıması və təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verən şəhadətnamələri saxta yollarla hazırlaya bildiyini, həmin sənədin heç bir hüquqi əsası olmayacağını, odur ki, tanıdığı şəxslər üçün həmin saxta sənədlərdən düzəldib pulun müqabilində verməyi təklif etmişdir. Hazırda ölmüş olan X2 müəllim işləmiş Gəncə şəhər sakini X19 2017-ci ilin qış aylarında Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən ofisində olarkən sonuncu ona 10 ədəd xarici ölkələrdə fəaliyyət göstərən təhsil müəssisələrini bitirmələrinə dair diplomlarının Azərbaycan Respublikası Təhsil Nazırliyi tərəfindən tanıması və təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verən şəhadətnamələr vermişdir. Həmin şəhadətnamələrdə «adı, atasının adı, soyadı», «verildiyi tarix», «haqqında sənədi verilmiş müəssisənin adı», «sənədin adı, seriyası və nömrəsi», «ixtisas» və «şəhadətnamənin verildiyi tarix» qrafalarında heç nə yazılmamışdır. Həmin şəhadətnamədə yalnız Azərbaycan Respublikası Təhsil Nazirliyinin möhürü vurulmuş və «Nazir» qrafasında imza icra edilmişdir. Həmin möhürün kim tərəfindən vurulduğunu və imzanın kim tərəfindən icra olunduğunu bilməmişdir. Akif özü etiraf etmişdir ki, həmin möhür və imzalar saxtadırlar. Eyni zamanda hər bir şəhadətnamədə «Qeydiyyat №» qrafalarında fərqli rəqəmlər yazılmışdır. O, hər bir şahədətnamə üçün Akifə 50 manat pul vermişdir. Həmin şəhadətnamələri almaqda məqsədi onlardan gələcəkdə istifadə edib pul qazanmaq olmuşdur. Akif Rzayev xx.xx.1949-cu il təvəllüdlü olmuş, 2018-ci ildə ölmüşdür. 2018-ci ilin axırlarından etibarən 2019-cu ilin mart ayına kimi Kəklik ona adlarını və soyadlarını xatırlamadığı 4 nəfər tələbənin yalnız diplomlarını və şəxsiyyət vəsiqələrini ona göndərmişdir. Həmin sənədləri aldıqdan sonra həmin boş şəhadətnamələri götürüb Nərimanov rayon ərazisində fəaliyyət göstərən kompyuter salonlarının birində tanımadığı şəxslər tərəfindən boş qrafalarda onun diqtəsi ilə məlumatları kompyuter vasitəsi ilə yazdırmış, həmin şəhadətnamələrdə diplomda yazılan məlumatları, yəni, tələbənin adını, soyadını, atasının adını, bitirdiyi universitetin adını, diplomun verildiyi tarixi, ixtisasını və şəhadətnaməni hazırladığı tarixi də tarix üçün nəzərdə tutulmuş boş qrafaya yazdırmışdır. O, qeyd olunan məlumatları yazan şəxsləri həmin sənədlərin qanuni olduğunu, həmin yazıların yazılmasında heç bir qanuna zidd hərəkətin olmadığını inandırmağa nail olmuşdur. Yazılar dərc olunduqdan sonra laminasiya ilə üzlətdirmişdir. Şəhadətnamələr hazır olduqdan əsasən yol maşını ilə Qazağa, yəni Kəkliyə göndərmişdir. O, Kəklikdən hər bir tələbə üçün verdiyi iki ədəd şəhadətnaməyə görə təxminən 500 manat, ümumilikdə 2000 manat pul almışdır. Həmin pulları Kəklikdən Bakı şəhərində hissə-hissə Koroğlu və Qara Qarayev metrostansiyalarının yaxınlığında almışdır. 2019-cu ilin aprel ayında Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanıdığı Şahid8 guya Turizm Nazirliyinə işə düzəltmək adı ilə sonuncunun atası Şahid6 Bakı şəhəri, 9-cu mikrorayonda yerləşən Tərlan Şadlıq sarayının yaxınlığında 4000 manat pul almış, lakin verdiyi vədə əməl edə bilməmiş, xəstəsi olduğu üçün o işlə maraqlana bilməmişdir. Hazırda isə Namiqdən aldığı 4000 manat pulu ona ödəmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2018-ci ilin payız aylarından tanıyır. Qəşəmlə Bakı Dövlət Universitetinin Qazax rayon filialının Azərbaycan dili və Ədəbiyyat müəllimi işləyən Qiymət müəllimə vasitəsi ilə tanış olmüşdür. Qiymət müəllimədən eşitmişdir ki, Qəşəm bir neçə şəxsə vaxtı ilə qanuni yolla xarici ölkələrdə fəaliyyət göstərən təhsil müəssisələrini bitirən bir neçə tələbəyə onların diplomlarının tanınması və təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verən şəhadətnamələrin verilməsində köməklik etmişdir. Qəşəmlə söhbət əsnasında diplomlarını təsdiq etdirmək istəyən tanışlarının olduğunu, bu işdə ona köməklik etməsini xahiş etmişdir. Qəşəm də bildirmişdir ki, bu işlə bağlı maraqlanıb ona yekun cavab verəcək, müsbət cavab olduğu təqdirdə hər bir şəxs üçün ayrılıqda 3000 manat pul alacaqdır. Təxminən 1 həftədən sonra Qəşəm ona zəng edib heç bir problem olmadığını, həmin sənədin 90 gün ərzində düzələcəyini bildirmiş, həmin sənədin təsdiq olunması üçün lazım olan sənədləri (diplom, həmin diplomun azərbaycan dilinə tərcüməsinin notarial qaydada təsdiq olunmuş forması, şəxsiyyət vəsiqəsi, hərbi bilet, attestat) və hər bir şəxs üçün 3000 manatı hazırlamağı tapşırmışdır. O, bu barədə ilkin olaraq yaxın tanışı Şahid6la elə həmin ərəfələrdə, yəni 2018-ci ilin noyabr ayında danışmış, əvvəldən məlumatı olmuşdur ki, sonuncunun oğlu Şahid8 Gürcüstan Respublikasında univesitetlərin birində ali təhsil alıb, lakin bu günə kimi diplomunu təsdiq elətdirə bilməmişdir. Namiqlə danışdıqdan sonra sonuncu deyilən şərtlərlə dərhal razılaşmış, az müddətə Namiq arvadı Hicranla birlikdə hazırda Qazax şəhərində yaşadığı evə gəlib 3000 manatı və tələb olunan sənədləri ona vermişdir. Bundan sonra o, elə onların yanındaca Qəşəmə zəng edib dediyi kimi bütün sənədləri və pulu alması barədə məlumat vermişdir. Namiq Kəklikdən oğlunun diplomu təsdiq olunduqdan sonra onu işə düzəltməyə Qəşəmin köməklik edə bilib-bilməməsini sonuncudan zəng edib soruşmağı xahiş etmişdir. O, Namiqin xahişi ilə növbəti dəfə Qəşəmlə əlaqə saxlayıb Namiqin sözlərini ona çatdırdıqda sonuncu heç bir problem olmadığını, övladını diplomu hazır olandan sonra Turizm Nazirliyinə işə düzəltməkdə köməklik edəcəyini vəd vermişdir. Qəşəm Namiqin nömrəsini ondan öyrənib bu məsələ ilə bağlı özü ilə əlaqə saxlayacağını demişdir. Namiqdən pulu və sənədləri aldıqdan sonra Bakıya gəlib Təhsil Nazirliyinin yanında Qəşəmlə görüşüb Namiqdən aldığı 3000 manat pulu və sənədləri Qəşəmə vermişdir. 2018-ci ilin noyabr ayında Ağstafa rayon Təhsil şöbəsində şöbə müdiri işləyən tanıdığı Leyla xanımla əlaqə saxlayıb bu məsələ ilə bağlı ona da məlumat vermiş, o da bildirmişdir ki, tanışı Müseyib adlı şəxsin qeyd olunan məsələ ilə bağlı problem yaşadığını, ona da köməklik etməyi ondan xahiş etmişdir. Leyla ilə söhbətindən 1-2 gün sonra sonuncunun özü ilə yaşadığı evin yaxınlığında görüşmüş, o da tələb olunan sənədləri, bundan başqa Müseyibdən aldığı 3000 manat pulu ona vermişdir. Leyladan pulu və sənədləri aldıqdan sonra Qəşəmlə əlaqə saxlayıb pulu yol maşını ilə göndərəcəyini bildirmişdir. Müseyibə və diplomunun təsdiqi üçün tələb olunan sənədləri Bakı-Qazax marşurutunda işləyən təsadüfən rastlaşdığı «DAEWO» markalı (dövlət nömrə nişanını xatırlamır) avtobusun sürücüsünün vasitəsi ilə Qəşəmə göndərmişdir. Həmin ərəfələrdə, yəni, 2019-cu ilin yanvar ayında Ülvinin qrup yoldaşları Şahid2 və Şahid1 özləri və valideynləri bir-birinin ardınca onunla əlaqə saxlayıb Şahid8 diplomunun təsdiqi üçün ona köməklik etdiyini sonuncudan eşitdiklərini, eyni ilə onlara da bu məsələ ilə bağlı köməklik etməyini xahiş etmişlər. Belə ki, ilk növbədə Şahid2 və sonuncunun anası Təranə onunla əlaqə saxlayıb Əlinin də Ülvi kimi Gürcüstanda yerləşən eyni univesiteti bitirdiyini, lakin bu günə kimi diplomunu təsdiq etdirə bilmədiyini, Ülvidən diplomun təsdiq olunması üçün bütün şərtlər barədə xəbəri olduğunu və razılaşdığını bildirmişlər. Elə həmin günü Təranə oğlu Əli ilə Qazax şəhərində hazırda yaşadığı evə gəlib tələb olunan sənədləri, həmçinin diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınması üçün 3000 manat pulu ona vermişlər. Həmin hadisədən 2 gün sonra əvvəllər tanımadığı Şahid1 anası Yasəmən ilə yaşadığı evə gəlib digərləri kimi eyni qaydada diplomun təsdiqi üçün lazım olan sənədləri və 3000 manat pulu ona vermişlər. O, Anara və Əliyə aid sənədləri, eyni zamanda toplam 6000 manat pulu götürüb Bakıya gəlmiş, Koroğlu metrostansiyanın yaxınlığında Qəşəmlə görüşüb Anar və Əlidən diplomu təsdiq etdirmək üçün aldığı 6000 manat pulu və tələb olunan sənədləri Qəşəmə vermişdir. Beləliklə, 2018-ci ilin oktyabr-noyabr aylarında və 2019-cu ilin yanvar ayında adlarını çəkdiyi 4 nəfər şəxsin diplomlarını təsdiq etdirmək üçün aldığı ümumilikdə 12000 manat pulu Qəşəmə çatdırmışdır. Qəşəm pulları və sənədləri aldıqdan sonra 90 gün ərzində onu narahat etməməyi, 90 gündən sonra sənədləri düzəldəcəyini bildirmişdir. 2019-ci ilin əvvəllərində Qəşəm yuxarıda adlarını çəkdiyi şəxslərin hər birinin adına xarici ölkələrdə fəaliyyət göstərən təhsil müəsisələrini bitirmələrinə dair diplomlarının tanıması və təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verən şəhadətnamələri hazır edib şəxsən onun özünə çatdırmışdır. 2019-cu ilin avqust ayında aydın olmuşdur ki, Qəşəmin verdiyi şahədətnamələrin hamısı saxtadır, heç bir hüquqi əsası yoxdur. Bunu bilib pulları geri istədikdə o yalnız Müseyibin pulunu qaytarmışdır. Müseyibin pulunu qaytaranda sonuncunun adına tərtib olunmuş saxta şəhadətnamənin əslini də Qəşəmə vermişdir. Əli və Anarın pulunu verdikdən sonra əvəzində zəhmət haqqı kimi Qəşəm ona ümumilikdə 300 manat pul vermişdir. Onun sənədlərin saxta olmasından əvvəlcədən məlumatı olmamışdır. 2019-cu ilin mart ayında Namiqdən eşitmişdir ki, Bakıda Qəşəmlə görüşüb oğlunu Turizm Nazirliyinə işə düzəltmək üçün Namiq Qəşəmə 4000 manat pul vermiş və pulu aldıqdan sonra Qəşəm vəd vermiş ki, oğlu Ülvi təxminən 2 aydan sonra işə çıxacaqdır. Sonradan da bilmişdir ki, Qəşəm bu vədinə də əməl etməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində bildirmişdir ki, o, əvvəllər Ağstafa şəhər İcra Hakimiyyətində sektor müdiri vəzifəsində işləmişdir. Şahid5 həyat yoldaşı İlqar Əzimovla dost olduğu üçün tanımışdır. Əri İlqar ona bir neçə il əvvəl Müseyibi Təhsil şöbəsində işə düzəltməkdə köməklik göstərməsini xahiş etmişdir, lakin Müseyib xaricdə təhsil aldığından və diplomunun Azərbaycanda tanınmadığı üçün ona işə götürmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs2 isə 2018-ci ildən tanımış və aralarında normal münasibət olmuşdur. 2018-ci ilin noyabr ayında o, Müseyib üçün Kəklik ilə əlaqə saxlayıb Gürcüstan Dövlət Universitetinin verdiyi diplomun Azərbaycanda tanınmasına köməklik etməsini xahiş etmiş, Kəklik isə heç bir problem olmadığını, diplomun Azərbaycanda tanınması üçün ondan bir sıra sənədləri yəni, diplomu, qiymət vərəqəsini, attestatı, xarici pasportunu, şəxsiyyət vəsiqəsini, eyni zamanda bu işin müqabilində ondan əvvəlcədən 3000 manat pul istəmişdir. Kəklik adını və kimliyi barədə demədiyi tanışının vasitəsi ilə bu işləri gördüyünü demişdir. O, bu barədə Müseyiblə söhbət etmiş, sonuncu da razılaşmışdır. xx xxxxxx 2018-ci il tarixdə Müseyibdən qeyd olunan sənədləri və 3000 manat pulu Kəkliyin yaşadığı mənzilində ona vermişdir. Kəklik sənədləri və pulu ondan götürdükdən sonra bildirmişdir ki, 3 aydan sonra diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınması və təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verən 2 ədəd şəhadətnaməni verəcəkdir. Təxminən 3 ay sonra, yəni, 2019-cu ilin yanvar ayında Kəklik onunla əlaqə saxlayıb sənədlərin hazır olduğunu və onunla yaşadığı evin yaxınlığında görüşüb iki ədəd 018806 və 018947 №-li şəhadətnamələri götürüb Müseyibə çatdırmışdır. Bir müddət sonra Müseyib ona verilən şəhadətnamələrin saxta, heç bir hüquqi əsası olmadığını bildirmişdir. O da Kəkliyə sənədlərin saxta olduğunu deyib təcili olaraq ona verdiyi 3000 manat pulu qaytarmasını tələb etmiş, əks halda onun barəsində şikayət edəcəyini demişdir. Bir neçə gün sonra Kəklik onunla görüşüb aldığı 3000 manat pulun hamısını qaytarmışdır. Kəkliyin verdiyi şəhadətnamələrin saxta olmasından əvvəldən xəbəri olmamış, həmin şəhadətnamələrdən ümumiyyətlə istifadə olunmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində Şahid4 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində bildirmişdir ki, oğlu Şahid8 2002-ci ildə Qazax şəhəri 1 saylı tam orta məktəbdə orta təhsil almış, 2013-cü ildə orta təhsilini başa vurduqdan sonra X31 Dövlət Komissiyasının xətti ilə ali məktəbə qəbul olunmaq üçün test imtahanı vermiş, lakin kifayət qədər bal toplaya bilmədiyinə görə ali məktəbə qəbul ola bilməmişdir. Həmin ildə Gürcüstan Respublikasında yerləşən X27 Universitetinə şifahi müsabiqə yolu həmin universitetin iqtisadiyyat fakültəsinə qəbul olunmuş və 2017-ci ilin iyul ayında ali təhsilini bitirib dövlət imtihanında iştirak etmiş və imtahanı uğurla keçdikdən sonra universitetdən diplomu almışdır. Azərbaycana qayıtdıqdan sonra həmin diplomu Gəncə Asan Xidmət mərkəzində azərbaycan dilinə tərcümə elətdirib notarial qaydada təsdiq etdirməklə diplomun Azərbaycan Respublikasında tanınması üçün diplomu Təhsil Nazirliyinə göndərmişdir. Təxminən 1 ildən sonra diplomun Azərbaycanda tanınmasından imtina olunması barədə Təhsil Nazirliyindən cavab gəlmişdir. 2018-ci ilin noyabr ayında qonşulardan eşitmişdir ki, Qazax şəhər sakini olan Kəklik adlı qadın tanışının vasitəsi ilə onun diplomunun Azərbaycanda tanınmasına köməklik edə bilər. O, Kəklik ilə əlaqə saxladıqdan sonra həyat yoldaşı Hicran ilə bir yerdə həmin günü Kəkliyin Qazax şəhər, 2 saylı orta məktəbin arxasında yerləşən evinə getmişlər, Kəklik söhbət zamanı adını və kimliyi barədə demədiyi tanışının vasitəsi ilə bu işləri gördüyünü bildirmişdir. Kəklik söz vermişdir ki, Ülviyə kömək edəcək, diplomun tanınması üçün onlardan 3000 manat pul və bir sıra sənədləri istəmişdir. O da deyilənlər ilə razılaşmış və 2018-ci ilin noyabr ayının axırlarında Kəkliyin yaşadığı mənzilə yenə də həyat yoldaşı ilə birlikdə gedib diplomun tanınması üçün Kəkliyə Ülvünün diplomunu, qiymət vərəqəsini, attestatı, xarici pasportunu, şəxsiyyət vəsiqəsini və 3000 manat pulu vermişdir. Bundan sonra Kəklik Bakıya gedib pulu və sənədləri adı və kimliyi onlara məlum olmayan tanışına çatdıracağını və 2-3 ay ərzində sənədlərin hazır olacağını demişdir. 2019-cu ilin yanvar ayında Kəklikdən şəhadətnamələrin hazır olduğunu öyrənib həmin günü onunla görüşərək diplomun Azərbaycan Respublikasında tanınması və təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verən 2 ədəd 018944 və 018805 №-li şəhadətnamələri götürmüşdür. Şəhadətnaməni götürdükdən sonra ondan oğlunu işə düzəltməyə də köməklik etməsini xahiş etmişdir. Kəklik şəhadətnamələri verən şəxsin adının Qəşəm olduğunu, onun nömrəsini verib özü ilə əlaqə saxlamağı məsləhət bilmişdir. O, Qəşəmlə əlaqə saxlayıb söhbət etmiş, sonuncu oğlunu işə düzəltməyə görə 4000 manat pul istəmişdir. 2019-cu ilin mart ayında 4000 manat pulu götürüb Bakı şəhərində, 9cu mikrorayonda yerləşən «Qəbələ» kafesində arvadı və oğlu Ülvi ilə birlikdə Qəşəmlə görüşmüşlər. Qəşəm bildirmişdir ki, oğlu Ülvini Turizm Nazirliyinə işə düzəltməkdə kömək edəcəkdir, təxminən 15 günə, uzağı 1 aya Ülvinin iş məsələsi həll olunacaqdır. Bu sözdən sonra o, arvadı və oğlunun yanında Qəşəmə 4000 manat pul vermişdir. Qəşəm həmin pulu kimə verəcəyini, kimin köməkliyi ilə işi həll edəcəyini deməmişdir. Qəşəm pulu alsa da verdiyi vədə əməl etməmiş, hətta 2019-cu ilin avqust ayında məlum olmuşdur ki, həmin şəhadətnamələr saxtadır. Şəhadətnamələrin saxta olmasından əvvəldən xəbəri olmamış, həmin şəhadətnamələrdən ümumiyyətlə istifadə olunmamışdır. Məhkəmədə şahidlər Şahid8 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. Onlar həmin ifadələrində Şahid6 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, 2019-cu ilin yanvar ayının əvvəllərində qrup yoldaşı olmuş Şahid8 bildirmişdir ki, qonşusu Təqsirləndirilən şəxs2 öz tanışının vasitəsi ilə onun diplomunun Azərbaycanda tanınmasına köməklik etmişdir. Eyni zamanda təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verən şəhadətnamə də vermişdir. O da anası Şahid7 ilə həmin günü Kəkliyin Qazax şəhər, 2 saylı orta məktəbin arxasında yerləşən evinə gettmişlər. Kəklik etiraf etmişdir ki, həqiqətən də Ülvinin diplomunun Azərbaycanda tanınmasına köməklik etmişdir. Kəklik adını və kimliyi barədə demədiyi tanışının vasitəsi ilə bu işləri gördüyünü demişdir. Anası Şahid7 Kəklikdən xahiş etmişdir ki, onlara da bu işdə köməklik etsin. Kəklik söz vermişdir ki, həmin işdə onlara köməklik edəcəkdir. Kəklik diplomun tanınması üçün onlardan 3000 manat pul və bir sıra sənədlər istəmişdir. Onlar da Kəkliyin dedikləri ilə razılaşmış, 2019-cu ilin yanvar ayının 25-də Kəkliyin yaşadığı mənzilə anası ilə birlikdə gedərək diplomun tanınması üçün Kəkliyə diplomunu, qiymət vərəqəsini, attestatı, xarici pasportunu, şəxsiyyət vəsiqəsini və 3000 manat pul vermişlər. Sonra Kəklik Bakıya gedib pulu və sənədləri adı və kimliyi onlara məlum olmayan tanışına verəcəyini və 2-3 ay ərzində sənədlərin hazır olacağını demişdir. 2019-cu ilin mart ayının 8-də Kəklik ona zəng edərək sənədlərin hazır olduğunu demiş və həmin günü Qazaxda, Səməd Vurğun parkının yaxınlığında onunla görüşüb sonuncu ona diplomun Azərbaycan Respublikasında tanınması və təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verən 2 ədəd şəhadətnamə vermişdir. O da həmin şəhadətnamələrdən heç vaxt istifadə etməmişdir. 2019-cu ilin avqust ayında məlum olmüşdür ki, həmin şəhadətnamələr saxtadır. Sonralar ona məlum olumuşdur ki, Kəklik onun kimi bir neçə nəfərə saxta formada şəhadətnamələr vermişdir. Kəklikdən sənədlərin saxta olması barədə soruşanda sənədin saxta olmasından xəbərsiz olduğunu, pulu və sənədləri əslən Naxçıvandan olan bir nəfərə verdiyini, həmin şəxsi tapa bilmədiyini, tapıb pulu ondan geri alacağını bildirdi. Sonralar isə 3000 manat pulu kəklik onlara qaytarmışdır. Məhkəmədə Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində Şahid2 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri üzrə təqsirli olmaları özlərinin qismən etirafedici ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cü il tarixli, 4(001)-972/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında qərardan məlum olur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin müstəntiqi Sərxan Bəxtiyarovun xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyindən göndərilmiş xx.xx.2019-cu il tarixli, xx-xx-1138/16 saylı müşayət məktubuna əlavə edilmiş cədvəldən görünür ki, 018806 №-li «Ekvivalentlik haqqında» şəhadətnamə X4, 018806 №-li «Təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verən» şəhadətnamə X13, 018945 №-li «Ekvivalentlik haqqında» şəhadətnamə X11, 018945 №-li «Təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verən» şəhadətnamə X7, 018947 №-li «Ekvivalentlik haqqında» şəhadətnamə X8 və 018947 №-li «Təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verən» şəhadətnamə X1 adlarına qeydiyyata alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyindən göndərilmiş xx.xx.2019-cu il tarixli, xx-xx-1858/16 saylı müşayət məktubuna əlavə edilmiş cədvəldən görünür ki, 018946 №-li «Ekvivalentlik haqqında» şəhadətnamə X6, 018946 №-li «Təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verən» şəhadətnamə X12, 018807 №-li «Ekvivalentlik haqqında» şəhadətnamə X14 və 018807 №-li «Təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verən» şəhadətnamə X9 adlarına qeydiyyata alınmışdır. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında aparılmış telefon danışıqlarının qeyd alındığı 01 ədəd CD disk iş materiallarına əlavə edilmişdir. Həmin diskə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, həmin telefon danışıqlarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında Şahid6 3500 manat pul almaları barədə danışıqlar mövcuddur. Cinayət işinin materiallarında olan məhkəmə-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3106 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Şahid8 adına olan 018944, 018805 nömrəli, Şahid2 adına olan 018946, 018807 nömrəli, Şahid1 adına olan 018945, 018806 nömrəli «Şəhadətnamələr»in üzərlərindəki möhür əksləri və «Nazir» qrafalarındakı imzalar hər hansı bir texniki qurğu «skayner, fotoaparat və s.) vasitəsi ilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdir. Şahid8 adına olan 018944, 018805 nömrəli, Şahid2 adına olan 018946, 018807 nömrəli, Şahid1 adına olan 018945, 018806 nömrəli «Şəhadətnamələr»in üzərlərindəki «Azərbaycan Respublikası Təhsil Nazirliyi» məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-551/14 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 7 il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 2 il sınaq müddəti ilə şərti tətbiq edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Şərti məhkum edilmiş şəxslər sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmiş hesab olunur. Cinayət işinin materiallarında olan Şahid2, Şahid6 və Şahid5 notariat qeydiyyatından keçmiş ərizələrindən məlum olur ki, Təqsirləndirilən şəxs1 tərəfindən onlara dəymiş ziyan tam ödənilmişdir və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid6, X15 və Şahid2 məhkəməyə ünvanladığı teleqramlardan məlum olur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat tarvmatologiya və Ortapediya inistutunun arayışından məlum olur ki, Təqsirləndirilən şəxs2 onurğanın yayılmış ostrenxondrozu, at quyruğu sindromu və digər xəstəlikdən əziyyət çəkir. Cinayət işinin materiallarına əlavə edilmiş əlillik haqqında vəsiqənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs2 2-ci qrup əlildir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 32.4, 312.2, 320.1 və 320.2-ci, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirlərini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əvvəldən şəhadətnamələrin saxta olmasından xəbərsiz olması, Şahid2, Şahid5, Şahid1 və Şahid8 üçün hazırlanmış şəhadətnamələr üçün Qəşəmə verdiyi ümumilikdə 12000 manatdan puldan Qəşəmin ona zəhmət haqqı kimi 300 manat verməsi, Təqsirləndirilən şəxs1 saxta şəhadətnamələrin pul müqabilində hazırda vəfat etmiş şəxsdən X18 aldığı, Kəklikdən hər bir tələbə üçün verdiyi iki ədəd şəhadətnaməyə görə təxminən 500 manat, ümumilikdə 2000 manat pul alması kimi ifadələrini işin faktiki hallarına uyğun olmayan, özlərini müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal zərərçəkmiş şəxslərlə razılıq əldə etməsi, dəymiş zərər aradan qaldırmasıdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal zərərçəkmiş şəxslərlə razılıq əldə etməsi, dəymiş zərər aradan qaldırması, 2-ci qrup əlil olmasıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şahid1 adına “X20 Tədris Universiteti” tərəfindən verilmiş TOTU № 000061 saylı bakalavr diplomunun təsdiq olunmasına dair 018945 və 018806 saylı şəhadətnamələr, Şahid8 adına “X20 Tədris Universiteti” tərəfindən verilmiş TOTU № 000103 saylı bakalavr diplomunun təsdiq olunmasına dair 018944 və 018805 saylı şəhadətnamələr, Şahid2 adına “X20 Tədris Universiteti” tərəfindən verilmiş TOTU № 000119 saylı bakalavr diplomunun təsdiq olunmasına dair 018946 və 018807 saylı şəhadətnamələr və Şahid5 adına “X20 Tədris Universiteti” tərəfindən verilmiş TOTU № 000647 saylı bakalavr diplomunun təsdiq olunmasına dair 018947 və 018806 saylı şəhadətnamələr, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında danışıqları lentə alındığı 1 ədəd CD diskin xx.xx.2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun, bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan məsuliyyətini yüngülləşdirən halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun islah olunması cəza çəkmədən mümkündür və barəsində cəza təyin edilərək həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət, onun daimi yaşayış yeri üzrə Qazax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun, bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan məsuliyyətini yüngülləşdirən halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun islah olunması cəza çəkmədən mümkündür və barəsində cəza təyin edilərək həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət, onun daimi yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov İcra və Probasiya Şöbəsinə həvalə edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm çıxarıldığı bu günədək Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-ci il tarixdən həbsdə saxlandığı 10 (on) ay 13 (on üç) gün nəzərə alınıb təyin edilən cəzadan çıxılmaqla ona cəza təyin edilməlidir. Həbsdə olan Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi ilə bağlı onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə xüsusi müsadirəsi tətbiq oluna bilməz. İş üzrə maddi sübut olan Şahid1 adına “X20 Tədris Universiteti” tərəfindən verilmiş TOTU № 000061 saylı bakalavr diplomunun təsdiq olunmasına dair 018945 və 018806 saylı şəhadətnamələr, Şahid8 adına “X20 Tədris Universiteti” tərəfindən verilmiş TOTU № 000103 saylı bakalavr diplomunun təsdiq olunmasına dair 018944 və 018805 saylı şəhadətnamələr, Şahid2 adına “X20 Tədris Universiteti” tərəfindən verilmiş TOTU № 000119 saylı bakalavr diplomunun təsdiq olunmasına dair 018946 və 018807 saylı şəhadətnamələr və Şahid5 adına “X20 Tədris Universiteti” tərəfindən verilmiş TOTU № 000647 saylı bakalavr diplomunun təsdiq olunmasına dair 018947 və 018806 saylı şəhadətnamələr, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında danışıqları lentə alındığı 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 61,52 manat təşkil edir və həmin məbləğdə pul təqsirləndirilən şəxslərdən tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. İbtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X16 180 (yüz səksən) manat, məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 178.2.1, 178.2.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin və 320.2-ci maddəsi 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hökm çıxarıldığı bu günədək həbsdə saxlanıldığı 10 (on) ay 13 (on üç) gün cəza müddətinə hesablanıb çıxılaraq onun üzərində 4 (dörd) il 1 (bir) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 4 (dörd) il 1 (bir) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Sınaq müddəti ərzində davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Nərimanov rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclasının zalında həbsdən dərhal azad edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin və 320.2-ci maddəsi 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Sınaq müddəti ərzində davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qazax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan Şahid1 adına “X20 Tədris Universiteti” tərəfindən verilmiş TOTU № 000061 saylı bakalavr diplomunun təsdiq olunmasına dair 018945 və 018806 saylı şəhadətnamələr, Şahid8 adına “X20 Tədris Universiteti” tərəfindən verilmiş TOTU № 000103 saylı bakalavr diplomunun təsdiq olunmasına dair 018944 və 018805 saylı şəhadətnamələr, Şahid2 adına “X20 Tədris Universiteti” tərəfindən verilmiş TOTU № 000119 saylı bakalavr diplomunun təsdiq olunmasına dair 018946 və 018807 saylı şəhadətnamələr və Şahid5 adına “X20 Tədris Universiteti” tərəfindən verilmiş TOTU № 000647 saylı bakalavr diplomunun təsdiq olunmasına dair 018947 və 018806 saylı şəhadətnamələr, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında danışıqları lentə alındığı 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 61,52 manat məbləğdə pul təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə ödənilsin. Göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X16 180 (yüz səksən) manat, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar