Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-807/2021 31.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi- X4 və X6 qızı Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X8 və Dövlət ittihamçısı Müdafiəçlər- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, məhkumluğu olunmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1960-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 2 ünvanda qeydiyyatda olmaqla, Sumqayət şəhəri, 1-ci məhəllə, ev 40, mənzil 13 ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs1 öz tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib özündə saxlayaraq daşımış və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışlar. Belə ki, Təqsirləndirilən şəxs1 öz tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı «Sabir» adlı şəxslə əvvəlcədən razılaşdığı qaydada, 27 avqust 2020-ci il tarixdə saat 21-20 radələrində istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş şəxs tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 59 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən keçidin yanına qoyulmuş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1700 (bir min yeddi yüz) qram çəkidə açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1300 (bir min üç yüz) qram çəkidə tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki əldə edərək üzərində gəzdirməklə Təqsirləndirilən şəxs2 təhvil vermək üçün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai və Azadlıq küçələrinin kəsişməsində yerləşən yolun kənarınadək daşımışdır. Öz növbəsində cinayət əməlinin digər iştirakçısı Təqsirləndirilən şəxs2 həmin məqsədlə qeyd edilən ünvana getmiş, həmin gün, yəni 27 avqust 2020-ci il tarixdə saat 23-20 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri Təqsirləndirilən şəxs2 qızma təhvil verən zaman hər ikisi həmin ünvanda saxlanılaraq həmin İdarənin inzibati binasına aparılmışlar. 28 avqust 2020-ci il tarixdə saat 01-20 radələrində həmin idarədə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun sağ əlində olmuş şəffaf sellofan paketin içərisindən həmin 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1700 (bir min yeddi yüz) qram açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1300 (bir min üç yüz) qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək Təqsirləndirilən şəxs2 aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaq zamanı müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd kağız bükümdə narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini şəxsi istehlak miqdarından artıq miqdarda 0,493 (sıfır tam, mində dörd yüz doxsan üç) qram əldə edərək, yaşadığı ünvan 3 ünvanda yerləşən evinə daşıyıb apararaq gələcəkdə istifadə etməsi üçün “Argo” markalı siqaret qutusunun alt tərəfində gizlədib saxlamışdır. 27 avqust 2020-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq, 29 avqust 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasma köçürüldükdən sonra arvadı X1 içində narkotik vasitə gizlədilməsindən məlumatı olmamasından istifadə edərək, ondan sovqat və siqaret gətirilməsini xahiş etmişdir. 10 oktyabr 2020-ci il tarixdə Şəbinə Quliyevanın istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş taksi sürücüsünün vasitəsilə göndərdiyi sovqata qoyulmuş siqaretə Bakı İstintaq Təcridxanasmda baxış keçirilərkən siqarektin alt hissəsində gizlədilmiş həmin 0,493 (sıfır tam, mində dörd yüz doxsan üç) qram narkotik vasitə heroin aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri Pirallahı qəsəbəsində öz həyat yoldaşı Şəbinə Quliyeva və iki azyaşlı övladı ilə birlikdə yaşayır. Onun rəsmi iş yeri olmasa da, balıqçılıqla məşğul olmaqla ailəsini dolandırmışdır. İş üzrə Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır və onunla həmişə yaxşı münasibətlərdə olmuş və hal-hazırda da aralarında heç bir ədavət yoxdur. Belə ki, Təqsirləndirilən şəxs2 mərhum oğlu Talehlə o, uzun illər dostluq etmiş və bu səbəbdən də sonuncunun anası Təqsirləndirilən şəxs2 tanımış və onunla da yaxşı münasibətləri yaranmışdır. Onu da bildirmək istiəyir ki, dostu Taleh onlar həbs olunmazdan bir neçə gün əvvəl, yəni 17 avqust 2020-ci il tarixdə avtoqəza nəticəsində vəfat etmişdir. Mərhum dostu Talehin vasitəsi ilə sonuncunun anası Təqsirləndirilən şəxs2 ilə tanış olduqdan sonra sonuncu ona İranda yaşayan Sabir adlı qohumu olmasını demiş və Nisənin vasitəsi ilə o, həmin Sabir adlı şəxslə tanış olmuşdur. Sabirlə «whatsapp» vasitəsi ilə, bəzi hallarda telefonla zəng vurmaqla əlaqə saxlamış və balıqçılıqla məşğul olduğu üçün İrandan ucuz qiymətə satılan balıq torların İran İR-dan alıb ona göndərməsini Sabirdən xahiş etmiş və Sabir də ona tor göndərəcəyini bildirmişdir. Hadisə ilə bağlı bildirmək istəyir ki, hadisə günü, yəni 27 avqust 2020-ci il tarixdə saat təxminən 19 radələrində Pirallahı qəsəbəsində yaşadığı evin həyətində işləyərkən, Təqsirləndirilən şəxs2 öz istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək qohumu Sabirin ona sellofan torbada narkotik vasitə göndərdiyini və həmin narkotik maddə olan torbanı Bakı şəhəri Xətai rayonu ərazisindəki Zığ avtomobil yolunda yerləşən 59 nömrəli tam orta məktəbin yaxınlığında olan keçidin yanında bir nəfər qadının verəcəyini və həmin torbanı aldıqdan sonra onun yaşadığı Sumqayıt şəhəri Tağıyev qəsəbəsində aparıb ona çatdıramasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 mərhum oğlu Talehlə dost olduğuna görə o buna etiraz etməmiş və həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs2 dediyi yerə, yəni Bakı şəhəri Xətai rayonu ərazisindəki Zığ avtomobil yolunda yerləşən 59 nömrəli orta məktəbin yaxınlığında olan keçidin yanına getmişdir. Oradan telefonla Təqsirləndirilən şəxs2 zəng vuraraq dediyi qadını harada gözləyəcəyini soruşmuş və Nisə qadının Sabirin göndərdiyi şəxs olduğu üçün bu barədə Sabirlə əlaqə saxlamasını istəmişdir. O, Sabirə zəng vuraraq özü dayandığı yeri ona demişdir. Bundan təxminən iki-üç dəqiqə sonra əlində sellofan torba olan əvvəllər tanımadığı bir nəfər qadın ona yaxınlaşmış və ondan bir qədər aralıda əlindəki torbanı yerə qoyaraq ona heç nə deməyib oradan uzaqlaşıb çıxıb getmişdir. Bundan sonra o, həmin sellofan torbanı götürüb içinə baxmadan Təqsirləndirilən şəxs2 zəng vuraraq həmin sellofan torbanı götürdüyünü bildirmişdir. Nisə onu Sumqayıt şəhəri Tağıyev qəsəbəsində yerləşən Xətai və Azadlıq küçələrinin kəsişməsində yolda onu gözlədiyini və tez bir zamanda oraya gəlməsini demişdir. Buna görə də o, tanımadığı bir taksi maşınına minərək həmin yerə getmiş və taksidən düşdükdən sonra Nisənin onu gözlədiyi yerə getmişdir. Həmin yerə getdikdən sonra isə Nisə ilə görüşdən əvvəl o, həmin sellofan torbanı Nisənin olduğu yerin yaxınlığında yerləşən məscidin kənarına tullamış, sonra isə Nisəyə zəng vuraraq torbanı atdığı yeri ona demişdir. Nisə isə ona zəng vuraraq içində narkotik vasitə olan sellofan torbanın atdığı yeri tapa bilmədiyini ona bildirmişdir. Buna görə də o, gedib həmin torbanı atdığı yerdən götürmüş və Nisəyə yaxınlaşaraq narkotik vasitə olan sellofan torbanı Nisəyə vermişdir. Bundan iki-üç dəqiqə sonra əvvəllər tanımadığı mülki geyimli dörd nəfər şəxs onlara yaxınlaşaraq polis işçiləri olduqlarını onlara bildirmişlər və onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada onlara vəkil təqdim olunmuş, sonra isə videoçəkiliş aparılmaqla onların üzərilərinə şəxsi axtarış keçirilmişdir. Üzərlərinə baxış keçirilən zaman polis işçiləri içərisində narkotik vasitə olan sellofan torbanı Təqsirləndirilən şəxs2 əlindən götürmüş və sonra isə onların yanında həmin sellofan torbaya açıb baxmışlar. Həmin torbanın içərisində iki ədəd iri büküm olduğu, həmin bükümlərin birinin içərisində təxminən bir kiloqramdan çox çəkidə narkotik maddə heroin olduğu, digər bükümün içərisində isə təxminən bir kiloqram çəkidə olan narkotik maddə tiryək olduğunu görmüşlər. Sonra isə həmin narkotik maddələr onların yanında qablaşdırılıb götürülmüşdür. O, polis işçilərinə həmin narkotiklərlə bağlı heç bir iştirakı olmadığını, tanışı Təqsirləndirilən şəxs2in xahişi ilə tanımadığı bir qadından həmin sellofan torbanı Nisəyə vermək üçün götürdüyünü bildirmişdir. Onun özü heç vaxt hərhansı bir narkotik maddənin satışı ilə məşğul olmamışdır və həmin narkotik maddələri kiməsə satmaq üçün götürməmişdir. O, özünü içində narkotik maddələr olan həmin torbanı götrüb tanışı Təqsirləndirilən şəxs2 verməkdə özünü təqsirli hesab edir, lakin özünü narkotik maddələrin satışı ilə bağlı təqsirli hesab etmir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, İran İslam Respublikasında yaşayan «Sabir» adlı şəxsə onun özü heç vaxt hər-hansı bir narkotik maddə sifariş etməmiş və ondan heç vaxt hər-hansı bir narkotik maddə qəbul etməmişdir. Yuxarıda göstərdiyi kimi, onun özü balıq ovu ilə məşğul olduğuna görə əvvəllər bir neçə dəfə həmin «Sabir» adlı şəxslə «whatsapp» şəbəkəsi ilə əlaqə saxlayaraq yalnız balıq torları göndərməsini xahiş etmişdir. Hadisə günü, yəni 27 avqust 2020-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 özü onun mobil telefon nömrəsinə zəng edərək İranda yaşayan qohumu Sabirin ona sellofan torbada narkotik maddə göndərdiyini və həmin torbanı haradan götürməli olmasını demişdir. Təqsirləndirilən şəxs2 ona həmin torbanı Zığ avtomobil yolunda yerləşən 59 nömrəli orta məktəbin yaxınlığındakı keçidin yanına getməsini və orada bir nəfər qadının həmin torbanı ona verəcəyini, sonra isə həmin torbanı aparıb ona verməsini demiş və o, elə də etmişdir. Polis işçiləri tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldığı və orada olduqları vaxt ərzində hər-hansı bir polis əməkdaşı ona və ya Təqsirləndirilən şəxs2 heç bir təzyiq göstərilməmiş və o, hadisə necə olmuşdursa, elə də bildirmişdir. İş üzrə istintaq zamanı müstəntiq tərəfindən dindirilən zaman bir nəfər vəkil onun müdafiəçisi qismində iştirak etmiş və o, hadisənin yuxarıda göstərdiyi şəraitdə baş verdiyini bildirmişdir. Tanışı Təqsirləndirilən şəxs2 ona qohumu Sabirin yolladığı sellofan torbada narkotik maddə olmasını demiş, lakin həmin torbanın içərisində nə qədər və hansı narkotik maddə olması barədə ona bir söz deməmişdir. O, hər-hansı bir narkotik vasitəni kimdənsə qəbul edib harasa aparmağın cinayət olduğunu bilir. Lakin, Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə həmişə yaxşı münasibətlərdə olduğuna görə onun xahişini yerinə yetirərək içində narkotik maddə olan həmin sellofan torbanı tanımadığı bir qadından qəbul edib Sumqayıt şəhəri Tağıyev qəsəbəsinə aparıb ona vermişdir. Onun özü həmin iş üzrə həbs olunmazdan əvvəl, yəni 2020-ci ilin avqust ayının ortalarında öz şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə heroin almış, sonra isə həmin heroini istifadə etdiyi «Argo» markalı siqaretin alt hissəsində gizlətmişdir ki, gələcəkdə özü üçün istifadə etsin. Həmin siqaret qutusunu Pirallahı qəsəbsinə yaşadığı evdə rəfin içində saxlamış və həmin qutunun içərisində narkotik saxladığı barədə ailə üzvülərinin məlumatı olmamışdır. Həmin iş üzrə həbs edilib Bakı İstintaq Təcridxanasına aparılıb orada saxlanılan zaman o, icazəli qaydada öz həyat yoldaşı Şəbinə Quliyeva ilə telefon əlaqəsi saxlayan zaman özünə bir qədər yemək gətirməsini və həmçinin evdə saxladığı siqaretini də ona gətirilməsini demişdir. Həmin hadisə günü, yəni 10 oktyabr 2020-ci il tarixdə o, həmin İstintaq təcridxanasında olan zaman ona məlum olmuşdur ki, arvadı Şəbinənin Pirallahı qəsəbəsində taksi sürücüsü işləyən Cahangir adlı şəxs vasitəsi ilə ona göndərdiyi ərzaq yoxlanan zaman onun özü istifadə etdiyi «Argo» markalı siqaret qutusunin içərisindən onun gizlətdiyi, həmin təxminən yarım qram çəkidə olan heroin aşkar olunmuşdur. O, bu barədə izahat verərək həmin narkotik maddəni arvadından xəbərsiz həmin siqaret qutusunun içərisində gizlətdiyini etiraf etmişdir. Həmin narkotik maddəni qanunsuz olaraq öz istifadəsi üçün alıb saxladığına görə özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam təqsirli hesab edir. Lakin, özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni narkotik maddələrin satışı ilə bağlı özünü təqsirli hesab etmir. Onunla Təqsirləndirilən şəxs2 arasında və həmçinin İranda yaşayan Sabir adlı şəxsin arasında sonuncunun onlara hər-hansı bir narkotik vasitə göndərməsi barədə qabaqcadan heç bir razılaşma olmamışdır. Həmin Sabir adlı Təqsirləndirilən şəxs2 narkotik maddə göndərməsini hadisə günü Nisənin deməsindən sonra bilmişdir. Təqsirləndirilən şəxs2 ondan təkidlə xahiş etdiyinə görə onun sözünü yerə sala bilməmişdir. Buna görə də o, Nisənin dediyi yerə, yəni Bakı şəhəri Zığ yolunda yerləşən 59 nömrəli orta məktəbin yaxınlığındakı keçidin yanına gedərək tanımadığı və kimliyi barədə heç bir məlumatı olmadığı bir qadından həmin sellofan torbanı qəbul edib Sumqayıt şəhəri Tağıyev qəsəbəsinə aparıb Nisəyə vermişdir. Bununla bağlı onun özünün heç bir şəxsi marağı olmamışdır. Həmin narkotik maddəni götürüb aparıb ona verməsi üçün Təqsirləndirilən şəxs2 ona hər-hansı bir məbləğdə pul verməmiş və yaxud vəd etməmişdir. Onun özü əvvəllər bir dəfə məhkum olunmuşdur. Belə ki, 2013-cü ilin noyabr ayında o, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə iki il müddətinə islah işləri cəzasına məhkum olunmuş və həmin cəzanı çəkib qurtarmışdır. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 56-58-ci vərəqlərində olmaqla «Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 avqust 2020-ci il tarixli protokol ona tanışdır və protokolda «Təqsirləndirilən şəxs1» qeydləri qarşısında imzalar onun özünə məxsusdur. Həqiqətən həmin tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Sumqayıt şəhəri Tağıyev qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldıqdan sonra, onların müdafiəçiləri qismində dəvət edilmiş vəkillərin iştirakı ilə videoçəkiliş aparılmaqla onların üzərilərinə şəxsi axtarış keçirilmişdir. Üzərilərinə şəxsi axtarış keçirilən zaman onun özünün və Təqsirləndirilən şəxs2 üstündən heç bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Lakin, o zaman Təqsirləndirilən şəxs2 əlində olan sellofan torba onların yanında açılıb yoxlanılan zaman həmin torbanın içərisindən bir ədəd iri bükümdə narkotik maddə heroin, digər iri bükümün içərisində narkotik maddə tiryək aşkar olunaraq onların yanında qablaşdırılıb möhürlənib götürülmüşdür. Üzərlərinə şəxsi axtarış keçirilən zaman göstərdikləri, yəni 27 avqust 2020-ci il tarixdə t axşam saatlarında Nisənin ona zəng edərək Sabirin narkotik vasitə göndərdiyini, həmin narkotik vasitəni bakı şəhəri, Xətai rayonu ərazisində Zığ avtomobil yolunda yerləşən 59 nömrəli orta məktəbinin yaxınlığında olan keçidin yanına götürərək ona verməyini xahiş etdiyi, Nisəyə bu barədə etiraz etməyərək bir taksi maşınında həmin orta məktəbin yaxınlığında olan keçidin yanına gedərək orada iranlı Sabirlə əlaqə saxladığı və bundan sonra tanımadığı bir qadının bir ədəd sellofan torbanı onun yanına qoyaraq uzaqlaşdığı, həmin torbanın içində narkotik vasitə olduğunu bilsə də, onun içərisinə baxmadığı, sonra isə Nisəyə zəng etdiyi və sonuncunun ona Sumqayıt şəhəri Tağıyev qəsəbəsində yol kəsişməsinin yaxınlığında olduğunu və taksi ilə narkotik vasitələri ona çatdırmağını ondan xahiş etdiyi və bna görə həmin yerə getdiyi barədə göstərdiklərini tam təsdiq edir. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin birinci cildinin 85-87-ci vərəqlərində olmaqla onun iş üzrə təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında 29 avqust 2020-ci il tarixli protokol ona tanışdır və həmin protokolda «Təqsirləndirilən şəxs1» qeydləri qarşısında imzalar onun özünə məxsusdur. Həmin tarixdə müstəntiq tərəfindən dindirilən zaman bir nəfər vəkil onun müdafiəçisi kimi iştirak etmiş və onunla birlikdə həmin protokolu imzalamışdır. Müstəntiq tərəfindən dindirilən zaman da o, hadisənin yuxarıda göstərdiyi şəraitdə baş verdiyini, yəni tanışı Təqsirləndirilən şəxs2 xahişi ilə Bakı şəhəri Zığ yolunda yerləşən 59 nömrəli orta məktəbinin yaxınlığında olan keçidin yanına gedərək orada iranlı Sabir adlı şəxslə telefon əlaqəsi saxladıqdan sonra tanımadığı bir qadından içərisində narkotik maddə olan bir ədəd sellofan torbanı qəbul etdiyini, sonra isə Təqsirləndirilən şəxs2 xahişi ilə həmin sellofan torbanı Sumqayıt şəhəri Tağıyev qəsəbəsinə aparıb orda Təqsirləndirilən şəxs2 verdiyi və bundan dərhal sonra polis işçiləri tərəfindən saxlanıldıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 öz istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək qohumu Sabirin ona sellofan torbada narkotik vasitə göndərdiyini və həmin narkotik maddə olan torbanı Bakı şəhəri Xətai rayonu ərazisindəki Zığ avtomobil yolunda yerləşən 59 nömrəli tam orta məktəbin yaxınlığında olan keçidin yanında bir nəfər qadının verəcəyini və həmin torbanı aldıqdan sonra onun yaşadığı Sumqayıt şəhəri Tağıyev qəsəbəsində aparıb ona çatdıramasını xahiş etmişdir. Onun özü əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Lakin, mərhum dostu Talehə heç vaxt hər-hansı bir narkotik vasitə satmamış, Talehin ona heç bir borcu olmamış və sonuncunun anası Təqsirləndirilən şəxs2 güya ki, oğlu Talehin borcuna görə ona 250 manat pul verdiyi barədə dediklərini təsdiq etmir. Hadisə günü, yəni 27 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 özü zəng edərək İrandan Sabirin ona narkotik vasitə göndərdiyini demiş və Bakı şəhəri Zığ avtomobil yolunda yerləşən 59 nömrəli orta məktəbin yaxınlığında olan keçidin yanına gedərək orada bir nəfər qadından narkotiki qəbul edib Nasosnu qəsəbəsinə aparıb ona çatdırmasını demişdir. Buna görə də o, bir ədəd sellofan torbada olan həmin narkotik vasitəni tanımadığı qadın qəbul edi Nasosnu qəsəbəsində Təqsirləndirilən şəxs2 çatdırmış və həmin vaxt polis işəiləri onları saxlamışlar. Son olaraq bildirmişdir ki, onun özü heç vaxt narkotik maddələrin maddələrin satışı ilə məşğul olmamışdır. Əvvəllər yalnız öz şəxsi istifadəsi üçün az miqdarda narkotik vasitə heroin əldə etmiş və istifadə etmişdir. İranlı Sabir adlı şəxsin göndərdiyi narkotik maddələr onun özünə məxsus olmamışdır. Sadəcə olaraq Təqsirləndirilən şəxs2 xahişi ilə İranlı Sabirin göndərdiyi narkotik maddələri onun mərhum oğlu Talehlə dostluq etdiklərinə görə Nasosnu qəsəbəsinə aparıb Təqsirləndirilən şəxs2 vermişdir və həmin vaxt polis işçiləri onları tutmuşlar. Baş vermiş həmin hadisəyə görə çox peşmandır. Himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, iş üzrə Təqsirləndirilən şəxs1ı uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs1la onun özü və ailə üzvüləri həmişə yaxşı munasibətlərdə olmuşlar və hal-hazırda münasibətləri yaxşıdır. Belə ki, 17 avqust 2020-ci il tarixdə, yəni onun hazırki iş üzrə həbsindən bir neçə gün əvvəl avtomaşın qəzası nəticəsində həlak olmuş mərhum oğlu Taleh və Təqsirləndirilən şəxs1 dostluq münasibətlərində olmuşlar. Onlar ailəvi olaraq Sumqayıt şəhəri keçmiş Nasosnu, hazırki Z.Tağıyev qəsəbəsində yaşamışlar. Oğlu Taleh 18 yaşında hərbi xidmətə getmiş, lakin hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra bildirmişdir ki, oğlu Taleh narkotik maddədən istifadə edir. Həyat yoldaşı Hacı DİN-nin əməkdaşı olmuşdur. Onlar çox çalışsa da, oğlu Taleni bu yoldan qaytara bilməmişlər. Narkotik satanlardan onu nə qədər qorusa da, yenə də ya nisyə, ya da pulla narkotik əldə etmişdir. Onu da bildirmək istəyir ki, oğlu Talehi İranda, Türkiyədə, Rusiyada və həmçinin Bakı şəhərində narkoloji xəstəxanada müalicə etdirmişlər. Onun özü şirniyyat ustası olmuş, əri və özü qazandıqları vəsaitin hamısını yeganə oğlulları Talenin müalicəsinə sərf etmişlər, lakin nəticəsi olmamışdır. Oğlu Taleh xəstə olduğundan heç yerdə işləməmiş və onlar, narkotikdən istifadə etməməsi üçün ona pul verməmişlər. Oğlu Taleh isə bəzən narkotik almaq üçün, telefon oğurlayıb satmış, ya da narkotik maddəni nisyə almışdır. Narkotik almaq üçün telefon oğurladığına görə əvvəllər oğlu Taleni həbs etmişlər. Oğlu Taleh həbsdən çıxdıqdan sonra ona məlum oluşdur ki, oğlu həbsdə olan zaman Murad adlı şəxsə tanış olmuş, sonra isə sonuncunun vasitəsi ilə Təqsirləndirilən şəxs1 ilə tanış olaraq onunla dostluq etmişdir. Sonradan ona məlums oluşdur ki, Təqsirləndirilən şəxs1 özü də narkotik vasitədən istifadə edir və onun oğlu Talehə nisyə olaraq narkotik verdiyini bilmişdir. Belə ki, dəqiq xatırlamadığv tarixdə Təqsirləndirilən şəxs1 ona telefonuna messaj göndərərək narkotikə görə oğlu Talehin ona 250 manat pul borclu olmasını demişdir. Buna görə də o, Təqsirləndirilən şəxs1la Nasosnu qşəsəbəsində məscidin yanında görüşərək həmin pulu ona vermiş və oğlu Talehə bir daha narkotik verməməsini demişdir. Onu da bildirmək istəyir ki, Təqsirləndirilən şəxs1la tanış olan zaman sonuncu özünü balıqçı kimi təqdim etmişdir. O isə ona demişdir ki, gedib balıqçılıqla məşğul olsun, ailəsini saxlasın, narkotik onu məhv edəcəkdir. Həmin söhbət zamanı Təqsirləndirilən şəxs1 ona balıq toru alveri ilə məşğul olmaq istədiyini amma pulu olmadığını demişdir. O isə X17 adlı öz qohumu olmasını, həmin şəxsin və digər qohumlarının balıq toru satışı ilə məşğul olduqlarını və Sabirə zəng edib özu üçün tor sifariş etməsini, pulunu isə sonra göndərə bilcəyini demiş və İranda yaşayan qohumu Sabirin telefon nömrəsini ona vermişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs1ı növbəti görə görən zaman işlərinin necə getdiyini soruşmuş, Elmar isə Sabirlə əlaqə saxladığını və sonuncunun ona balıq toru göndərcəyini və ona işlərində köməklik edəcəyini söz verdiyini demişdir. Onu da bildirmək istəyir ki, Elmarı Sabirlə tanış etməkdə onun heç bir şəxsi marağı olmamış və istəmişdir ki, Təqsirləndirilən şəxs1 onun oğlu Talehdən uzaq olsun. Bundan bir müddət sonra yən, 2020-ci ilin avqust ayının 17-də oğlu Taleh avtomobil qəzasına düşərək vəfat etmişdir və bununla da onun özünün yeganə həyata bağlılığı bitmişdir. 20 avqust 2020-ci il tarixdə, yəni mərhum oğlu Talehin 3-cü günü, oğlunun tanışlarından və o cümlədən Təqsirləndirilən şəxs1 ona mesaj gəlmiş və sonuncu ona yasa gəlmək istədiyini, amma evlərinin yerini tanımadığını bildirmişdir. O isə Elmara cavab verməmişdir. Bundan sonra Elmardan ikinci dəfə mesaj gəlmiş və Elmar ona elərinin yerini demədiyinə görə ondan incidiyini bildirmişdir. O isə Elmara cavab mesajı yazaraq yasda olmasını və ona bəhanə etməməsini, yaşadıqları Nasosnu qəsəbəsində mərhum oğlu Talehi və ərini hamının tanıdığını və evlərinin yerini soruşub gələ biləcəyini demişdir. Lakin, Təqsirləndirilən şəxs1 o zaman yasa gəlməmişdir. İkinci cüməaxşamından bir gün qabaq Təqsirləndirilən şəxs1 ona zəng edərək sabahı gün cüməaxşamına gələcəyini demişdir. Növbəti cüməaxşamı verilən gün, yəni 27 avqust 2020-ci il tarixdə təxminən 15 radələrində Elmar ona zəng edərək onlara gələcəyini demişdir. Bundan bir qədər sonra özü ona zəng edərək nə vaxt gələcəyini soruşmuş və bundan bir neçə saat sonra axşam saatlarında Elmar özü ona zəng edərək Sabirin ona bir iş tapşırdığını, onda olan əmanəti bir nəfərə çatdırmalı olmasını, həmin əmanəti Sumqayıtda bir nəfərə verib onlara gələcəyini demişdir. Az sonra Elmar yenə ona zəng edərək taksi maşınında Nasosnuya gəldiyini, əmanəti orada dediyi adamlara çatdırmalı olduğunu, artıq gec olduğuna görə onlarda gecələməli olmasını və onun əri Hacı ilə görüşüb başsağlığı vermək istədiyini demişdir. Elmar Pirallahı qəsəbəsində yaşamaqla yol uzaq olduğu və Elmar onlarda gecəçləmək istədiyini bildirdiyinə görə o, Elmara Nasosnu qəsəbəsinə məsçidin yanına gəlməsini ora onların yaxın olmasını demişdir. Həm vaxt artıq gecə saat 22 radələri olduğuna görə o, Elmarı qarşılamaq üçün ərinin mobil telefonunu götürmüş və cüməaxşamına yığışmaş qohum və qonşuları evdə ərinin yanında qoyaraq məscidin yanına getmişdir. O, məscidə yaxınlaşanda məscidin yanında bir ədəd maşın dayandığını görmüş və o, Elmara zəng edərək məscidin qarşısı işıqlı olmasını və orada onu gözlədiyini demişdir. Bu zaman o, tanımadığı bir maşının qabağa tərəf getdiyini və Elmarın qucağında bir ədəd bağlama olaqla işıqlı olan yerə tərəf gedərək əlində olan bağlamanı oradakı küknar ağacının dibinə qoyduğunu görmüşdür. Həmin Elmar ona zəng edərək orada olmasını ona demişdir. Bu zaman orada olan maşın Elmara tərəf hərəkət etmiş və tanımadığı iki nəfər şəxs həmin maşından düşərək Təqsirləndirilən şəxs1 tərəf getmişlər. Elmar isə həmin şəxslərə müraciət edərək «bağlamanız buradadadır götürün” demişdir. Həmin adamlar isə Elmara həmin bağlamanı açıb onlara göstərməsini demişdir. Həmin vaxt Elmar bağlamanı götürərək oradakı kükünar ağacının budaqlarının üstünə atmağa çalımş, lakin həmin aadamlar buna imkan verməmişlər. Bü zaman onun özünə bir nəfər yaxınlaşaraq onun əlində olan mobil telefonu götürərək onu həmin maşını əyləşdirmişdir. Sonra Təqsirləndirilən şəxs1ı da həmin maşına əyləşdirib onları Narkotiklərlə mübarizə idarəsinə aparmışlar. Orada polis işçiləri həmin sellofan torbanı onların yanında açıb yoxlanyanda onün içərisində iki ədəd iri bağlamalarda narkotik maddələrin olmasını görmüşdür. O zaman orada olan tanımadığı polis işçiləri ona təzyiq göstərdiklərinə görə o, Elmarın Nasosnuya gətirdiyi həmin sellofan bağlamanın içində narkotik maddə olmasını bildiyini, həmin narkotik vasitəni ona İrandan Sabir adlı qohumunun ona göndərdiyini, oğlunun dostu Elmarın isə həmin narkotiki Zığ yolunda olan 50 nömrəli orta məktəbin yanında bir nəfər qadından götrüb Nasosnu qəsəbəsinə ona gətirdiyini demişdir. Əslində isə İranda yaşayan Sabir adlı qohumu ona hər-hansı bir narkotik vasitə göndərməmiş və həmin həmin narkotik vasitəyə onun özünün heç bir aidiyyəti yoxdur. Tanımadığı polis işçiləri onun 62 yaşı olmasına baxmayaraq onu döyüb təzyiq etmiş və buna görə də o, məcburiyyət qarşısında qalaraq həmin narkotiki öz üzərinə götürmüşdür. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun özü və tanışı Təqsirləndirilən şəxs1 27 avqust 2020-ci il tarixdə saat 23-20 radələrində polis işçiləri tərəfindən yaşadığı Z.Tağıyev qəsəbəsində saxlanılıb DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinə aparıldıqdan sonra onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl bir nəfər vəkil onun müdafiəçisi qismində dəvət edilib ona təqdim edilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəsisi də iştirak etmişdir. Polis əməkdaşları tərəfindən ona təsir və təzyiq göstərildiyi barədə o. müdafiəçiyə bildirməmişdir. İş üzrə istintaq zamanı müstəntiq tərəfindən dindirilən zaman müstəntiq tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş və müstəntiq tərəfindən dindirilən zaman müdafiəçisi də iştirak etmişdir. İran İslam Respublikasında yaşayan Sabir adlı qohumuna onun özü heç vaxt hər-hansı bir narkotik vasitə sifariş etməmiş və Sabir ona heç bir narkotik maddə göndərməmişdir. Güya ki, ona İranda yaşayan qohumu Sabirin narkotik maddə göndərdiyi və Zığ yolunda yerləşən 59 nömrəli orta məktəbin yanına gedib orada bir nəfər qadından həmin narkotiki götürüb Nasosnu qəsəbəsinə gətirib ona çatdırmasını deməsi barədə Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmir. Polis işçiləri onları Nasosnu qəsəbsində saxlayan zaman Elmarın əlində bir ədəd sellofan bağlama olmuşdur və sonra isə polis işçiləri həmin bağlamanı ona vermişlər. Onları DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinə apardıqdan sonra polis işçiləri həmin bağlamanı açıb yoxlayan zaman o, həmin bağlamanın içərisində iki ədəd bükümlərdə narkotikə oxşar maddənin olmasını görmüşdür. Onun özünün həmin narkotik maddələrlə heç bir aidiyyəti yoxdur və Təqsirləndirilən şəxs1 həmin narkotiki harada və necə əldə etdiyi barədə heç bir məlumatı yoxdur. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 29-31-ci vərəqlərində olmaqla «Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 avqust 2020-ci il tarixli protokol ona tanışdır və həmin protokolda «şübhəli şəxs Təqsirləndirilən şəxs2» qeydləri qarşısında imzalar onun özünə məxsusdur. Həmin protokolda yazılanları, yəni 27 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə Z.Tağıyev qəsəbəsində saxlanılıb DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinə apardıqdan sonra videoçəkiliş aparılmaqla müdafiəçinin işğtirakı ilə onun üzərinə şəxsi axtarış keçirildiyini təsdiq edir. Polis işçiləri tərəfindən o zaman onun əlində olmuş bir ədəd sellofan torbaya baxış keçirilən zaman, həmin torbanın içərisindən iki ədəd büküm aşkar olunduğu, həmin bükümlərin birinin içərisində açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər maddənin, digər bükümün içərisində isə qara rəngli, kəskin iyli narkotik vasitə tiryəkə bənzər maddənin aşkar olunduğu, həmin maddələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götrüldüyü barədə həmin protokolda göstərilənləri təsdiq edir. Həmçinin üzərinə baxış keçirilən zaman onun üzərindən bir ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürüldüyü, üzərindən aşkar olunmuş əlli manat məbləğdə pulun isə onun özünə qaytarıldığı barədə göstərilənləri təsdiq edir. Həmin sellofan bağlamanın içərisindən aşkar olunmuş həmin narkotik vasitələri İran İslam Respublikasından Sabir adlı şəxs tərəfindən onun özünə göndərildiyi, 27 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhəri ərazisində yerləşən 59 saylı orta məktəbin qarşısında olan piyada keçidinin yaxınlığına getməsini və orada bir nəfər qadının ona narkotik vasitə verəcəyini bildirərək, həmin narkotik vasitəni götürüb ona çatdırmasını xahiş etdiyi, daha sonra Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayaranq taksi maşınında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə onun yanına gələrək həmin narkotik vasitəni ona təqdim etdikdən sonra hər ikisinin polis əməkdaşları tərəfindən saxlanıldıqları barədə göstərilənləri təsdiq etmir. İranda yaşayan qohumu Sabir ona heç bir narkotik vasitə gönədərməmiş və o, Təqsirləndirilən şəxs1 həmin narkotiki gətirib ona verməsini xahiş etməmişdir. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin birinci cildinin 114-115-ci vərəqlərində olmaqla onun barəsində «həbs» qətimakn tədbiri seçilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2020-ci il tarixli qərarı ona tanışdır. Həqiqətən həmin tarixdə barəsində «həbs» qətimkan tədbiri seçilçn zaman o, həmin məhkəməyə aparılmış və müdafiəsisi də iştirak etmişdir. Barəsində «həbs» qətimkan tədbiri seçilən zaman ona qarşı irəli sürülmüş ittihamla bağlı özünü təqsirli bilərək, pula ehtiyacı olduğundan Sabir adlı İran İslam Respublikasının vətəndaşı olan qohumundan pul istədiyi, sonuncunun isə Bakı şəhərinə ona bağlama göstərəcəyini və bağlamanı götürəndə pulun ona çatacağını bildirdiyi, öz oğlunun yas mərasimi olduğu üçün göndərildən bağlamanı götürməyə gedə bilmədiyi, buna görə də mərhum oğlunun dostu Təqsirləndirilən şəxs1 həmin bağlamanı götürüb ona çatdırmasını xahiş etdiyi, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhərindəki məsçidin yanına gələrək bağlamanı ona verəndə onların polis əməkdaşları tərəfindən saxlanıldıqları, qohumu Sabir ona çantanı götürəndə pul verəcəyini bildirəndə, çantanın içərisində narkotik olmasından şübhələndiyi, sadə ona pul lazım oldğundan onun təklifi ilə razılaşdığı barədə məhkəmədə söylədiklərini təsdiq edir. O, həmin çantada narkotik maddə olmasından şübhələnmişdir. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin birinci cildinin 98-100-cu vərəqlərində olmaqla onun iş üzrə təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında 29 avqust 2020-ci il tarixli protokol ona tanışdır və həmin protokolda «Təqsirləndirilən şəxs2» qeydləri qarşısında imzalar onun özünə məxsusdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən zaman bir nəfər vəkil onun müdafiəçisi qismində iştirak etmiş və onunla birlikdə həmin protokolu imzalamışdır. Hadisə ilə bağlı həmin ifadələrində göstərdiklərini, yəni pula ehtiyacı olduğuna görə 27 avqust 2020-ci il tarixdə İranda yaşayan qohumu Sabirlə telefonun «whatsapp» proqramı vasitəsi ilə əlaqə saxlayaraq ondan borca pul istədiyi, Sabirin etiraz etmədiyi və ona maddi köməklik göstərəcəyini bildirərək, bir nəfər vasitəsi ilə paketdə narkotik vasitəni ona göndərəcəyini, həmin şəxsdən narkotik vasitəni götürən şəxsin ona ehtiyacı olan məbləği verəcəyini bildirdiyi, buna etiraz etməyərək razılaşdığı, sonra isə Sabirin ona Bakı şəhəri Xətai rayonu ərazisindəki Zığ avtomobil yolunda yerləşən 59 saylı məktəbin yaxınlığına gedərək bir nəfər qadının paketdə verəcəyi narkotik vasitə olan heroin və tiryəki götürərək özündə saxlamağını, bir nəfər şəxsin ondan gəlib həmin narkotik vasitəni götürəcəyini bildirdiyi, həmin vaxt Sumqayıt şəhərində olduğundan, Təqsirləndirilən şəxs1la telefon əlaqəsi saxlayaraq sonuncuya Sabirin bir qadın vasitəsi ilə onun özünə sellofan torbada narkotik vasitə göndərəcəyini, həmin torbanı təxminən saat 21 radələrində gedib Bakı şəhəri Xətai rayonu ərazisindəki Zığ avtomobil yolunda yerləşən 59 saylı məktəbin yaxınlığında bir nəfər qadından götürmək lazım olduğunu dediyi, Təqsirləndirilən şəxs1 buna etiraz etməyərək həmin sellofan torbanı götürəcəyini ona bildirdiyi, daha sonra isə Təqsirləndirilən şəxs1 Sabirlə telefon əlaqəsi saxlayaraq həmin yerə gedərək tanımadığı bir qadından içərisində narkotik vasitə olan sellofan torbanı götürərək, həmin gün saat təxminən 23 radələrində onun xahişi ilə onun yaşadığı Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə gedərək onunla görüşüb həmin sellofan torbanı ona verdiyi, bu zaman onlara dörd nəfər mülki formada olmuş şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək vəsiqələrini təqdim etdikdən sonra onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə apardıqları, orada vəkil dəvət olunduqdapn sonra videoçəkiliş aparılmaqla onların üzərinə şəxsi axtarış keçirildiyi və içərisində narkotik vasitə olan həmin sellofan torbanın polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürüldüyü, Sabir adlı şəxsin onadan həmin narkotik vasitəni götürəcək şəxsin kim olduğu barədə ona bir söz demədiyi, yalnız bir nəfər şəxsin gəlib ondan narkotik olan həmin sellofan torbanı ondan götürəcəyini dediyi barədə verdiyi ifadələri təsdiq etmir. İranda yaşayan qohumu Sabir ona hər hansı bir narkotik vasitə göndərəcəyini deməmiş və o, Təqsirləndirilən şəxs1 Sabirin ona narkotik maddə olan sellofan torba göndərdiyi və həmin narkotik maddəni Zığ yolunda olan məktəbin yanıfndan bir qadından götrüb ona verməsini xahiş etməmişdir. Hadisə günü polis işçiləri ona təzyiq göstərdiklərinə görə o, iş üzrə istintaq zamanı həmin narkotik maddələri qohumu Sabirin ona göndərdiyini və Elmarın həmin narkotiki ona vermək üçün yaşadığı Nasosnu qəsəbəsinə gəldiyini bildirmişdir. Əslinldə isə onun özünün həmin narkotik maddəyə heç bir adiyyəti yoxdur və Təqsirləndirilən şəxs1 həmin narkotik maddələri haradan əldə etdiyini bilmir. Məhkəmədə verdiyi ifadələri daha doğrudur. İş üzrə istintaq zamanı müstəntiq tərəfəindən dindirilən zaman müdafiəçisi də iştirak etmişdir və müstəntiq ona heç bir təsir və ya təzyiq göstərməmişdir. Son olaraq bildirmişdir ki, İranda yaşayan Sabir adlı qohumu ona hərhansı bir narkotik vasitə göndərməmiş və polis əməkdaşları onları yaşadığı keçmiş Nasosnu, hazırki Z.Tağıyev qəsəbəsində saxladıqları vaxta qədər mərhum oğlu Talehin dostu Təqsirləndirilən şəxs1 narkotik maddə olması barədə onun özünün heç bir məlumatı olmamışdır. Onun özü qadın olmaqla altmış yuxarı yaşı olması, ərinin uzun müddət ərzində DİO-da çalışmaqla hal-hazırda təqaüddə olduğu və muxtəlif xəstəliklərdən əziyyət çəkdiyi və yeganə oğlu Talehin həmin hadisədən bir neçə gün əvvəl yol qəzası nəticəsində vəfat etdiyini nəzərə alıb işə düzgün baxılıb ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsinə baxmayaraq, iş üzrə təqsirləndiriolən şəxs Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadələri, həmçinin Təqsirləndirilən şəxs2 hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olmaqla öz mahiyyəti üzrə qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dtindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Azərbaycan Respubltkası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və onlarla heç bir münasibəti olmamışdır. Həmin şəxsləri əməliyyat tədbiri keçirib onları yaxaladıqları vaxt ilk dəfə görmüşdür. Belə ki, həmin şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsinə aidiyyətləri olması barədə alınmış əməliyyat məlumatı ilə bağlı, 27 avqust 2020-ci il tarixdə saat 23-30 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində onun özü, həmçinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tabeçiliyində olan X9 şöbəsinin işçiləri Şahid2 və Şahid3 iştirakı ilə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 H.Z.Tağıyev qəsəbəsində onlar tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. Bu barədə idarə rəhzbərliyinə məruzə edildikdən sonra həmin faktla bağlı araşdırmanın aparılması həmin idarənin təhqiqatçısı Şahid1 həvalə olunmuşdur. Sonra isə təhqiqatçı Şahid1 tərəfindən müdafiəçilər dəvət edilərək həmin şəxslərə təqdim olunmuşdur. Sonra həmin idarədə texniki işdə çalışan bir nəfər qadın dəvət edilərək əvvəlcə Təqsirləndirilən şəxs2 üzərinə videolçəkiliş aparılmaqla şəxsi axtrış keçirilmiş, daha sonra isə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olan əşyalar varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 isə o zaman əlində saxladığı bir ədəd sellofan torbanı təqdim edərək həmin torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin torbaya baxış keçirilən zaman onun içərisindən iki ədəd büküm aşkar edilmişdir. Həmin bükümlər açılıb yoxlanılan zaman onlardan birinin içində kəskin iyli, narkotik vasitə heroinə bənzər maddənin, digər bükümün içərisində isə qara rəngli, narkotik vasitə tiryəkə bənzər maddənin olduğu aşkar olunmuşdur. Sonra həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Onların dəqiq çəkilərini xatırlamır, lakin həmin bükümlərin hər birinin içərisində təxminən bil kiloqramdan artıq çəkidə həmin narkotik vasitələrin olması aşkar olunmuşdur. Daha sonra həmin narkotik vasitələr qablaşdırılıb möhürlənib götürülmüşdür. Həmin narkotik vasitələrin haradan əldə olunması barədə suallara cavab olaraq, Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri ona İran İslam Respublikasında yaşayan Sabir adlı şəxsin göndərdiyini, tanışı Təqsirləndirilən şəxs1 isə onun xahişi ilə həmin gün Bakı şəhəri Zığ yolunda yerləşən 59 saylı orta məktəbin yanında olan piyada keçidinin yanına gedərək orada tanımadığı bir nəfər qadından içində narkotik vasitələr olan həmin sellofan torbanı götürüb Sumqayıt şəhərinə H.Z.Tağıyev qəsəbəsinə gətirərək ona təqdim etdiyini, lakin bundan sonra hər ikisin saxlanıldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmadığını, İranda yaşayan Sabir adlı şəxsin göstərişinə əsasən həmin narkotik vasitələri özü tanımadığı bir şəxsə çatdırmalı olduğunu bildirmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq onlara ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs2 və müdafiəçisi heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Bundan sonra isə təhqiqatçı Şahid1 tərəfindən müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs1 da üzərinə videçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs1 üzərindən heç bir qanusuz əşya və o cümlədən hər-hansı bir narkoğtik vasitə aşkar olunmamışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin gün, yəni 27 avqust 2020-ci il tarixdə axşam satlarında tanışı Təqsirləndirilən şəxs2 ona zəng edərək İranda yaşayan Sabir adlı şəxsin ona narkotik vasitə göndərdiyini və həmin narkotik vasitəni Xətai rayonu Zığ avtomobil yolunda yerləşən 59 nömrəli orta məktəbin yaxınlığında keçidin yanında götürərək ona çatdırmasını xahiş etmişdir. Buna görə də o, həmin yerə gedərək özü həmin Sabir adlı şəxslə telefon əlaqəsi saxlayaraq olduğu yeri demiş və bundan sonra tanımadığı bir qadın bir ədəd sellofan torbanı onun yanına qoyub oradan çıxıb getmişdir. Bundan sonra isə o, Təqsirləndirilən şəxs2 zəng edərək bu barədə demiş, Təqsirləndirilən şəxs2 isə Sumqayıt şəhəri Tağıyev qəsəbəsində yol kəsişməsinin yaxınlığında olduğunu və taksi ilə narkotik vasitələri ona çatdırmağını xahiş etmiş, o isə tanımadığı taksi maşınında həmin yerə gedərək həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 vermiş və bundan dərhal sonra onlar tərəfindən saxlamışlar. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq onlara ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs1 və sonuncunun müdafiəçisi də heç bir et iraz bildirmədən həmin protokolu imzalamışlar. Onu da bildirmək istəyir ki, həmin narkotik vasitələrin dəqiq mənbəyinin müəyyən edilməsi üçün onlar tərəfindən müvafiq əməliyyat tədbirləri keçirilmişdir. Lakin, həmin Sabir adlı şəxsin dəqiq şəxsiyyəti və həmçinin hadisə günü Bakı şəhəri Xətai rayonu Zığ avtomobil yolunda yerləşən 59 nömrəli orta məktəbin yaxınlığında həmin narkotik vasitələri Təqsirləndirilən şəxs1 çatdırmış şəxsin şəxsiyyətini hal-hazırki vaxta qədər müəyyən etmək mümkün olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlar tərəfindən Sumiqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində onlar tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldığı və orada onların üzərlərinə şəxsi axtarış keçirilən zaman şəxsi onun özü və ya digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 və yaxud Təqsirləndirilən şəxs1 qarşı heç bir təsir və zorakılıq göstərilməmişdir. Yuxarıda göstərdiyi kimi, həmin şəxslər onlar tərəfindən saxlanılıb Baş idarəyə aparıldıqdan sonra ilkin araşdırma təhqiqatçısı Şahid1 tərəfindən aparılaraq onların və müdafiəçilərinin iştirakı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə ayrı-ayrılaqda şəxsi axtarış keçirilmişdir. Yuxarıda göstərdiyi kimi üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 içərisində narkotik vasitələr olan həmin sellofan torbanı ona İran İslam Respublikasında yaşayan Sabir adlı şəxsin göndərdiyini, Təqsirləndirilən şəxs1 isə onun xahişi ilə həmin narkotik vasitəni Xətai rayonu Zığ yolunda yerləşən 59 saylı orta məktəbin yaxınlığında tanımadığı bir nəfər qadından qəbul edərək Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsində ona çatdırdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 da Nisə Vəlizədanin dediklərini təsdiq edərək, içində narkotik vasitələr olan həmin sellofan torbanı Xətai rayonu Zığ yolunda yerləşən 59 saylı orta məktəbin yanında olan piyada keçidin yaxınlığında tanımadığı bir nəfər qadından götürüb Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə aparıb Təqsirləndirilən şəxs2 verdiyini və bundan dərhal sonra hər ikisinin onlar tərəfindən saxlınıldıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, o, Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasında işləyir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçiliyi olmamışdır. 10 oktyabr 2020-ci il tarixində saat təxminən 12:10 radələrində Bakı İstintaq Təcridxanasının 01 saylı rejim korpusunun 58-ci kamerasında saxlanılan, həbs olunmuş şəxs Təqsirləndirilən şəxs1 yanına vətəndaş Şahid7 sovqat gətirmişdir. Şübhə olduğundan Təqsirləndirilən şəxs1 gətirilmiş sovqata onun, müəssisə işçilərinin və dəvət olunmuş hal şahidlərinin iştirakları ilə xüsusi ayrılmış otaqda baxış keçirilmişdir. Baxış zamanı sovqatın içərisindəki «Argo» sözləri yazılmış siqaret qutusunun alt hissəsində gizlədilmiş qəhvəyi rəngli, xüsusi iyə malik, narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu-suala cavab olaraq Şahid7 bildirmişdir ki, 10 oktyabr 2020-ci il tarixdə saat təxminən 10:23 radələrində sovqatı Elmarın arvadı Şahid8 vermişdir ki, aparıb Elmara çatdırsın. Cahangir adlı şəxs sovqatın içərisindən xəbəri olmadığını bildirmişdir. Götürülmüş qəhvəyi rəngli xüsusi iyə malik olan maddənin narkotik vasitəyə aid olub-olmaması, tərkibi və çəkisini müəyyən etmək məqsədi ilə kimyəvi tədqiqat keçirilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinə göndərilməsi məqsədilə hal şahidlərinin və Şahid7 iştirakı ilə həmin maddə xüsusi zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, protokol tərtib olunmuş, ucadan oxunmuş, Şahid7, hal şahidləri və əməkdaşlar tərəfindən imzalanmışdır. Bütün proses zamanı şikayət və təkliflər daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 Şahid12 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək, ifadəsində 10 oktyabr 2020-ci il tarixində saat təxminən 12:10 radələrində Bakı İstintaq Təcridxanasının 01 saylı rejim korpusunun 58-ci kamerasında saxlanılan, həbs olunmuş şəxs Təqsirləndirilən şəxs1 yanına vətəndaş Şahid7 gətirdiyi sovqata baxış keçirildiyini, baxış zamanı sovqatın içərisindəki «Argo» sözləri yazılmış siqaret qutusunun alt hissəsində gizlədilmiş qəhvəyi rəngli, xüsusi iyə malik, narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürüldüyünü, Şahid7 həmin sovqatı Elmarın arvadı Şahid8 əri Elmara çatdırması üçün verdiyini, Cahangir adlı şəxs sovqatın içərisindən xəbəri olmadığını bildirdiyini və götürülmüş qəhvəyi rəngli xüsusi iyə malik olan maddənin hal şahidlərinin və Şahid7 iştirakı ilə zərfə qoyularaq qablaşdırılıb möhürləndiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, ƏN PX-nin Bakı İstintaq Təcridxanasının Rejim-nəzarət şöbəsinin böyük nəzarətçisi vəzifəsində çalışır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçiliyi olmamışdır. 10 oktyabr 2020-ci il tarixində təxminən saat 12:10 radələrində Bakı İstintaq Təcridxanasının 01 saylı rejim korpusunun 58-ci kamerasında saxlanılan, həbs olunmuş Təqsirləndirilən şəxs1 yanına vətəndaş Şahid7 gətirdiyi sovqata hal şahidlərinin və müəsissə əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı sovqatın içində olan üzərində «Argo» yazısı olan siqaret qutusunun alt hissəsində gizlədilmiş qəhvəyi rəngli, xüsusi iyə malik, narkotik vəsitəyə oxşar maddə aşkar edilərək götürülmüşdür. Sorğu-suala cavab olaraq Şahid7 bildirmişdir ki, 10 oktyabr 2020-ci il tarixdə saat təxminən 10:23 radələrində sovqatı Elmarın yoldaşı Şahid8 vermişdir ki, aparıb Elmara çatdırsın, onun sovqatın içərisindən xəbəri olmamışdır. Aşkar olunaraq götürülmüş qəhvəyi rəngli, xüsusi iyə malik olan maddə narkotik vasitə olub-olmaması, tərkibi və çəkisinin müəyyən edilməsi məqsədi ilə kimyəvi tədqiqat keçirilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinə göndərilməsi məqsədi ilə hal şahidlərinin və Şahid7 iştirakı ilə xüsusi zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Protokol tərtib olunmuş, ucadan oxunulmuş, Şahid7, hal şahidləri və əməkdaşlar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏN PX-nin Bakı İstintaq Təcridxanasının Rejim-nəzarət şöbəsinin böyük nəzarətçisi, ədliyyə giziri Şahid11 Şahid10 ilə eyni məzmunlu ifadə verərək, ifadəsində 10 oktyabr 2020-ci il tarixində saat təxminən 12:10 radələrində Bakı İstintaq Təcridxanasının 01 saylı rejim korpusunun 58-ci kamerasında saxlanılan, həbs olunmuş şəxs Təqsirləndirilən şəxs1 yanına vətəndaş Şahid7 gətirdiyi sovqata baxış keçirildiyini, baxış zamanı sovqatın içərisindəki «Argo» sözləri yazılmış siqaret qutusunun alt hissəsində gizlədilmiş qəhvəyi rəngli, xüsusi iyə malik, narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürüldüyünü, Şahid7 həmin sovqatı Elmarın arvadı Şahid8 əri Elmara çatdırması üçün verdiyini, Cahangir adlı şəxs sovqatın içərisindən xəbəri olmadığını bildirdiyini və götürülmüş qəhvəyi rəngli xüsusi iyə malik olan maddənin hal şahidlərinin və Şahid7 iştirakı ilə zərfə qoyularaq qablaşdırılıb möhürləndiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır, aralarında yaxın dost münasibətlər olmuşdur. Onun bildiyinə görə Təqsirləndirilən şəxs1 narkotik vasitə qəbul etmiş, lakin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 gəldikdə isə onun oğlu Talehi tanımış, Taleh də narkotik vasitələrin istifadəçisi olmuşdur. Təqsirləndirilən şəxs1 Nisə ilə onun vasitəsilə tanış olmuşdur. 28 avqust 2020-ci ildə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olduqları üçün tutulduqlarını eşitmişdir. Nisə isə narkotik vasitələrin satışı ilə məşğul olmuş, Nisə bir neçə dəfə ona zəng edərək Təqsirləndirilən şəxs1la əlaqə saxlamasını xahiş etmiş, o da, hər dəfə Elmarın evinə gedərək onu yuxudan oyatmış və Nisə Elmardan müxtəlif ünvanlara gedib narkotik vasitələri götürüb ona verməsini xahiş etmiş, hətta bir dəfə Elmarın vaxtı olmadıqda Nisə onun özündən narkotik vasitələri götürüb aparıb Elmara verməsini xahiş etmiş, lakin o, bundan imtina etmişdir. O, özü narkotik vasitədən istifadə etdiyi üçün Elmar bir neçə dəfə də ona narkotik vasitə vermiş və həmin narkotikin bir hissəsini Elmarla birlikdə istifadə etmiş, qalan hissəsini isə özündə saxlamış, o, Nisədən narkotik vasitə almamış, lakin Elmarın narkotik vasitələri Nisədən aldığını bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİN-in BNMİ-yə bilavasitə tabe olan X9 Şöbəsinin sürücü polis nəfəri olaraq xidmət aparır. Keçirilmiş əməliyyat tədbiri əsasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 27 avqust 2020-ci il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində İdarənin əməkdaşları tərəfindən tutulmuş, hər ikisi İdarənin inzibati binasına aparıldıqdan sonra qanunsuz əşyaların və ya narkotik vasitələrin istifadəsi, satışı ilə məşğul olması ilə bağlı üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmış, saxlanılan şəxslərdən biri olan Təqsirləndirilən şəxs2 əməliyat tədbirinin keçirilməsi ilə bağlı qərar və protokollarla tanış olduqdan sonra sonuncuya üzərində qanunsuz olaraq əşyalar varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 sağ əlində olan şəffaf rəngli sellofan torbanı təqdim edərək, həmin torbanın içərisində narkotik vasitə olduğunu bildirmiş, təqdim edilən torbaya baxış zamanı sellofan torbanın içərisindən iki ədəd büküm aşkar edilmiş, aşkar edilən bükümlərə baxış keçirilən zamanı onlardan birinin açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər, digərinin isə qara rəngli, kəskin iyli narkotik vasitə tiryəkə bənzər maddələr olması müəyyən edilmiş, həmin kütlələr ayrı-ayrılıqda çəkilmiş, bundan sonra aşkar edilmiş iki büküm sellofan torbanın içərisinə qoyularaq elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 3010 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 əynində olan qara-ağ rəngli donun sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefon və əlli manatlıq pul əskinazı aşkar edilmiş, aşkar edilmiş mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüş, 50 manatlıq pul əskinazları isə Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs2 üzərindən isə narkotik və psixotrop maddə aşkar edilməmiş, daha sonra aşkar edilmiş kütlələr ağ kağız paketin üzərinə yazılmış, ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edimiş kütlələrin narkotik vasitə olduğunu, tran İslam Respublikası vətəndaşı “Sabir” adlı şəxs tərəfindən göndərildiyini, Sabir adlı şəxslə «whatsapp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığım, 27.08.2020-ci ildə Sabirlə əlaqə saxladıqdan sonra mərhum oğlunun dostu Təqsirləndirilən şəxs1 xahişi ilə Bakı şəhəri 59 saylı tam orta məktəbin qarşısında piyada keçidinin yaxınlığında getdiyini, həmin ərazidə Elmarla Sabirin telefon əlaqəsi saxladığım, Sabirin Elmara qadın yaxınlaşacağını, narkotik vasitə verəcəyini bildirdiyini, həmin qadın Elmara yaxınlaşan zaman Elmarın qadın tərəfindən yerə qoyulmuş narkotik vasitəni götürüb onunla əlaqə saxladığını, sonra taksi ilə Sumqayıt şəhərinə H.Z.Tağıyev qəsəbəsinə onun yanma getdiyini, narkotik vasitəni ona təqdim etdikdən sonra polis əməkdaşları tərəfindən hər ikisinin saxlanıldığım bildirmişdir. Qeyd etmişdir ki, həmin gün saxlanılmış digər şəxs Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşyalar varsa, təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olan hər hansı bir əşya olmadığını demiş, daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd '‘Samsung” markalı mobil telefon, bir ədəd qırmızı parçaya bükülmüş dua və bir ədəd 05 manatlıq pul əskinazı aşkar edilmiş, mobil telefon sübut əhəmiyyəti kəsb edəcəyi baxımından təhqiqatçı tərəfindən götürülmüş, pul əskinazı və dua Elmarın özünə qaytarılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunsuz əşya narkotik vasitə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 qeyd etmişdir ki, 27.08.2020-ci il tarixdə axşam saatlarında Nisə, Təqsirləndirilən şəxs1 zəng edərək Sabirin narkotik vasitə göndərdiyini, həmin narkotik vasitəni Bakı şəhəri Xətai rayonu Zığ avtomobil yolunda yerləşən 59 nömrəli tam orta məktəbin yaxınlığında keçidin yanında götürərək Nisəyə verməyini xahiş etmiş, o, Nisəyə etiraz etməyərək, taksi ilə 59 saylı tam orta məktəbin yaxınlığında yerləşən keçidin yanma getmiş, keçidin yanında tanımadığı Sabir adlı şəxslə əlaqə saxlamış, bu vaxt gələn tanımadığı qadın sellofan torbanı onun yanına qoyub uzaqlaşmış, qadın uzaqlaşandan sonra özü həmin sellofan torbanı götürərək torbada narkotik vasitə olmasını bilsə də, açıb içinə baxmamış və sonra özü Nisəyə zəng etmiş, Nisə Sumqayıt şəhəri Tağıyev qəsəbəsində yol kəsişməsinin yaxınlığında olduğunu və taksi ilə narkotik vasitələri ona çatdırmağını xahiş etmiş, o da, tanımadığı taksi ilə Nisənin olduğu yerə getmiş, Nisəyə narkotik vasitəni verdikdən bir neçə dəqiqə sonra polis əməkdaşları onları saxlamışdır. Şahid2 bildirmişdir ki, hər iki şəxsin üzərinə şəxsi axtarışla bağlı videoçəkiliş onun tərəfindən Samsung markalı telefon vasitəsi ilə aparılmış, hər iki baxışla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmaqla iştirakçılar və şəxsi axtarışda iştirak edən müdafiəçilər tərəfindən imzalanmışdır. (cild 2, iş vər. 69-71). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, DİN-in BNMİ-in bilavasitə tabe olan X9 Şöbəsinin sürücü polis nəfəri olaraq xidmət aparır. Keçirilmiş əməliyyat tədbiri əsasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 27 avqust 2020-ci il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur, onlar hər ikisi idarənin inzibati binasına gətirildikdən sonra qanunsuz əşyaları və ya narkotik vasitələrin istifadəsi, satışı ilə məşğul olması ilə bağlı üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Saxlanılan şəxslərdən Təqsirləndirilən şəxs2 əməliyat tədbirinin keçirilməsi ilə bağlı qərar və protokollarla tanış olduqdan sonra ona təklif edilmişdir ki, üzərində qanunsuz olaraq əşyalar varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 sağ əlində olan şəffav rəngli sellofan torbanı təqdim edərək həmin torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqdim edilən torbaya baxış zamanı sellofan torbanın içərisindən iki ədəd büküm aşkar edilmişdir. Aşkar edilən bükümlərə baxış keçirilən zamanı onlardan birinin açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər, digərinin isə qara rəngli, kəskin iyli narkotik vasitə tiryəkə bənzər maddələr olması müəyyən edilmişdir. Həmin kütlələr ayrı-ayrılıqda çəkilmişdir. Bundan sonra aşkar edilmiş iki büküm sellofan torbanın içərisinə qoyularaq elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 3010 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 əynində olan qara-ağ rəngli donun sağ yan cibindən bir ədəd Samsunq markalı mobil telefon və əlli manatlıq pul maddi sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüş və 50 manatlıq əskinazlar isə Təqsirləndirilən şəxs2tt özünə qaytarılmışdır. Nisənin üzərindən isə narkotik və psixotrop maddə aşkar edilməmişdir. Daha sonra aşkar edilmiş kütlələr ağ kağız paketin üzərinə yazıldı ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, üzərindən aşkar edimiş kütlələr narkotik vasitədir, iran islam Respublikası vətəndaşı Sabir adlı şəxs tərfindən ona göndərilmişdir. Həmçinin bildirmişdir ki, Sabir adlı şəxslə vatsap vasitəsi ilə əlaqə saxlayır. Nisə bildirmişdir ki, 27.08.20-də Sabirlə əlaqə saxladıqdan sonra mərhum oğlunun dostu Təqsirləndirilən şəxs1 xahişi ilə Bakı şəhəri 59 saylı tam orta məktəbin qarşısında piyada keçidinin yaxınlığında getmişdir. Həmin ərazidə Elmarla Sabir telefon əlaqəsi saxlamış Sabir Elmara qadın yaxınlaşacağını narkotik vasitə verəcəyini bildirmişdir. Həmin qadın Elmara yaxınlaşan zamanı Elmarda qadın tərəfindən yerə qoyulmuş narkotik vasitəni götürüb onunla əlaqə saxlamışdır. Elmar taksi ilə Sumqayıt şəhərinə H.Z.Tağıyev qəsəbəsinə onun yanma getmişdir. Elmar narkotik vasitəni ona təqdim etdikdən sonra polis əməkdaşları tərəfindən hər ikisi saxlanmışdır. Həmçinin həmin gün saxlanılmış digər şəxs Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşyalar varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərində qanunsuz olan hər hansı bir əşya yoxdur. Daha sonra onun üzərinə şəxsi axtarış və baxış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd Samsung markalı mobil telefon, bir ədəd qırmızı parçaya bükülmüş dua, bir ədəd 5 manatlıq pul əskinazı aşkar edilmişdir. Mobil telefon sübut əhəmiyyəti kəsb edəcəyi baxımından təhqiqatçı tərəfindən götürülmüş, pul əskinazı və dua Elmarın özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunsuz əşya narkotik vasitə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 27.08.20-ci il tarixdə axşam satlarında Nisənin ona zəng edərək Sabirin narkotik vasitə göndərdiyini həmin narkotik vasitəni Bakı şəhəri Xətai rayonu Zığ avtomobil yolunda yerləşən 59 nömrəli tam orta məktəbin yaxınlığında keçidin yanında götürərək ona verməyini xahiş etmişdir. O, Nisəyə bu barədə etiraz etməyərək və taksi ilə 59 saylı tam orta məktəbin yaxınlığında yerləşən keçidin yanma getmiş, keçidin yanında tanımadığı Sabir adlı şəxslə əlaqə saxlamışdır. Bu vaxt gələn tanımadığı qadın sellofan torbanı onun yanına qoyub uzaqlaşmışdır. Qadın uzaqlaşandan sonra özü həmin sellofan torbanı götürərək torbada narkotik vasitə olmasını bilsədə açıb içinə baxmamış və sonra özü Nisəyə zəng etmişdir. Nisə isə Sumqayıt şəhəri Tağıyev qəsəbəsində yol kəsişməsinin yaxınlığında olduğunu və taksi ilə narkotik vasitələri ona çatdırmağını xahiş etmişdir. Oda tanımadığı taksi ilə Nisənin olduğu yerə getmiş Nisəyə narkotik vasitəni verdikdən bir neçə dəqiqə sonra polis əməkdaşları onları saxlamışdır. Hər iki şəxsin üzərinə baxışla bağlı videoçəkiliş onun tərəfindən «Samsung» telefon vasitəsi ilə aparılmışdır. Hər iki baxışla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmaqla iştirakçılar tərəfindən və baxışda iştirak edən müdafiəçilər tərəfindən imzalanmışdır. (cild 2, iş vər. 73- 75). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin may ayından etibarən Baş Narkotiklərlə mübarizə idarəsində xadimə işləyir. 28 avqust 2020-ci il tarixdə saat 01 radələrində İdarədə aparılan təmir işləri ilə bağlı təmizlik işləri aparmış, ona bildirilmişdir ki, narkotiklə bağlı bir qadın saxlanılmış və qadının üzərinə axtarış keçirilməsi üçün onun iştirakı laz ımdır. O, etiraz et məmişdir. İdarənin otaqlarının birində bir nəfər qadm və bir nəfər də kişi olmuş, o, həmin şəxslərin adlarını xatırlamamışdır. Qadınm əlində sellofan torba olmuş, qadma üzərində nə varsa, təqdim etməsi bildirilmiş, qadm əlindəki sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Sonra ona təklif olunmuşdur ki, o, həmin qadınm üzərinə şəxsi axtarış keçirsin. O, şəxsi axtarış apardığı zaman qadının əynində olmuş ağ-qara rəngli donun yan cibindən bir ədəd “Samsung” markalı telefon və 50 manat pul çıxmış, ciblərində başqa heç nə olmamışdır, telefonunu saxlamışlar, 50 manat pulu isə qadının özünə qaytarmışlar. (cild 2, iş vər. 29- 30). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Fərzulla qızı yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə, həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, həmin ********* nömrəli cinayət işi 28 avqust 2020-ci il tarixdə Bakı şəhəri Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Pərviz Cəfərov tərəfindən, 27 avqust 2020-ciil tarixdə saat 23-20 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsində yerləşən Xətai və Azadlıq küçələrinin kəsişməsində saxlanılaraq DİN-in BNMİ-də üzərilərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 olmuş sellofan torbanın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 1700 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroiııi və bir ədəd bükümdə təmiz çəkisi 1300 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək aşkar olunaraq götürülməsi faktı əsasında toplanmış ilkin materiallar əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4,3cümaddələri ilə başlanılaraq icraatına qəbul edilməklə iş üzrə ibtidai istintaq aparılmışdır. (cild 1, iş vər. 1). İşdə olmaqla “Şübhəli şəxsin ttulması haqqında» 28 avqust 2020-ci il tarixli protokoldan görnür ki, həmin tarixdə saat 01-00 radələrində Təqsirləndirilən şəxs2 DİN-in BNMİ-yə bilavasitə tabe olan X9 şöbəsinin təhqiqatçısı polis kapitanı Şahid1 tərəfindən müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vər: 20). Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan X9 şöbəsinin təhqiqatçısı polis kapitanı Şahid1 tərəfindən tərtib edilmiş 28 avqust 2020-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 01:45-dən 01:55-dək olan müddət ərzində üzərinə şəxs axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində qanunla dövriyyəsi qadağan olunmuş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri könüllü verməsi təklif olunmuş, Təqsirləndirilən şəxs2 sağ əlində olan şəffaf sellofan torbanı təqdim edərək, həmin torbanın içərisində narkotik vasitə olduğunu bildirmiş, sellofan torbaya və içərisindən çıxarılmış iki ədəd bükümə baxış keçirilərkən, onlardan birinin açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər, digər bükümün içərisində isə qara rəngli, kəskin iyli narkotik vasitə tiryəkə bənzər maddə olmaları müəyyən edilmişdir. Həmin maddələr elektron tərəzidə çəkildikdə narkotik vasitə heroin bənzər kütlənin ümumi çəkisinin 1705 qram olması, narkotik vasitə tiryəkə bənzər bükümün ümumi çəkisinin 1285 qram olması müəyyən edilmişdir. Sonra isə Şahid6 tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman onun əynində olmuş qara-ağ rəngli donun sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. 50 (əlli) manat məbləğdə nağd pul şəxsi vəsaiti olduğuna görə Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Sabir adlı şəxs tərəfindən ona göndərilmişdir. 27.08.2020-ci il tarixdə o Sabirlə əlaqə saxladıqdan sonra məhrum oğlunun dostu, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 onun xahişi ilə Bakı şəhəri ərazisində yerləşən 59 saylı tam orta məktəbin qarşısından keçən piyada keçidinin yaxınlığına getmişdir. Sabir Elmara ona qadının yaxınlaşaraq narkotik vasitəni verəcəyini bildirmişdir. Həmin qadın Elmara yaxınlaşan zaman narkotik vasitəni yerə qoymuş, Elmar isə həmin narkotik vasitəni götürüb onunla əlaqə saxlamışdır. Sonra isə Elmar taksi ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə onun yanına gəlmiş və Elmar həmin narkotik vasitəni ona təqdim etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanlmışlar. Həmin narkotik vasitəni Sabirin göstərişi ilə pul müqabilində tanmadığı adama çatdırmalı idi. Şəxsi axtarış və götürmə hərəkətininin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk həmin protokola əlavə olunmuşdur. (cild 1, iş vər. 29-31, 32). İşdə olan “Şübhəli şəxsin tutulması haqqında” 28.08.2020-ci il tarixli protokoldan görünür ki, 27.08.2020-ci il tarixdə, saat 23-20 radələrində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə tutulmuşdur. (cild 1, iş vər. 46). Azərbaycan Respublikası DİN-in BNMİ-nə bilavasitə tabe olan X9 şöbəsinin təhqiqatçısı polis kapitanı Şahid1 tərəfindən tərtib edilmiş 28 avqust 2020-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 02:50-dən 03:00-dək olan müddət ərzində üzərinə şəxs axtarış keçirilmiş, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində qanunla dövriyyəsi qadağan olunmuş və ya sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri könüllü verməsi təklif olunmuş, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirmiş, sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş bu zaman onun üzərindən bir ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüş, 05 manat məbləğdə nağd pul və qırmızı rəngli parçaya bükülü dua şəxsi vəsaiti olduğuna görə Təqsirləndirilən şəxs1 özünə qaytarılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 27 avqust 2020-ci il tarixdə təxminən axşam saatlarında Nisənin ona zəng edərək Sabirin narkotik vasitə göndərdiyini, həmin narkotik vasitəni bakı şəhəri, Xətai rayonu ərazisində Zığ avtomobil yolunda yerləşən 59 nömrəli Tam orta məktəbinin yaxınlığında olan keçidin yanına götürərək ona verməyini xahiş etmişdir. O da, Nisəyə bu barədə etiraz etməmiş və taksi ilə 59 saylı Tam orta məktəbinin yaxınlığında yerləşən keçidin yanına gedərək oradan Sabirlə əlaqə saxlamış və tanımadığı qadın sellofan torbanı onun yanına qoyaraq uzaqlaşmışdır. Həmin torbanın içində narkotik vasitə olduğunu bilsə də, onun içərisinə baxmamış və sonra Nisəyə zəng etmişdir. Nİsə ona Sumqayıt şəhəri Tağıyev qəsəbəsində yol kəsişməsinin yaxınlığında olduğunu və taksi ilə narkotik vasitələri ona çatdırmağını ondan xahiş etmişdir. O da tanımadığı taksi ilə Nisənin olduğu yerə getmişdir. Şəxsi axtarış və götürmə hərəkətininin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk həmin protokola əlavə olunmuşdur. (cild 1, iş vər. 56-58, 59). İş üzrə təyin edilməklə keçirilmiş məhkəmə-kimyəvi ekspertizanın 28 avqust 2020-ci il tarixli, 6/1694 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs2 götürülmüş...” yazısı olan paketdəki, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1700 qr açıq qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1300 qr tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə kütləsi xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir. Heroin və tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Heroinin təmiz çəkisi - 1700 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq 1699,8 qram qalmışdır. Tiryəkin təmiz çəkisi -1300 qram, tədqiqata sərf edildi - 0,3 qram, qalıq 1299,7 qram qalmışdır. (cild 1, iş vər. 71-73). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-430/2020 saylı 29 avqust 2020-ci il tarixli qərarında görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 27 avqust 2020-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vər. 114-115). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-431/2020 saylı 29 avqust 2020-ci il tarixli qərarında görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 27 avqust 2020-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vər. 116-117). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 07 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür kİ, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vər. 181). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 07 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.11.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20% tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunmuş və Xəzər Rİ və PŞnin 29.04.2016-cı il tarixli arayışına əsasən təyin edilmiş cəzasını çəkib qurtarmışdır. (cild
1. İş vər. 182-183). Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizanın 28 sentyabr 2020-ci il tarixli, 2671 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2., iş vər. 14-15). İş üzrə təyin edilməklə keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 09 sentyabr 2020-ci il tarixli, 1765 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikasının CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2, iş vər. 17-18). İş üzrə təyin edilməklə keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 09 sentyabr 2020-ci il tarixli, 1764 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikasının CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2, iş vər. 19-20). Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş 12 noyabr 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanda qeydiyyatsız yaşayıb. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 2 iş vər. 31). İşdə olan “Ailə tərkibi haqqında” 12 noyabr 2020-ci il tarixli arayış və ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu X3 17.08.2020-ci ildə vəfat etmişdir. (cild 2, iş vər. 32, 49). İşdə olan Doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 iki azyaşlı uşağı vardır. (cild 2, iş vər. 32, 49). İşdə olan “DVD diskə baxış keçirilməsi barədə” 08 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Səbail RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılması barədə kamera vasitəsi ilə qeydə alınmış bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs2 qızmın üzərinə BNMİ-yə bilavasitə tabe olan X9 şöbənin və BNMİ-nin əməkdaşlarının, müdafiəçisinin və Şahid6 iştirakı ilə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitə olub-olmaması soruşulmuş, sorğuya cavab olaraq Təqsirləndirilən şəxs2 əlində olan 01 ədəd sellofan torbanın içində narkotik vasitə olduğunu bildirmiş, lakin həmin narkotik vasitənin hansı növdə olduğunu bilmədiyini, İran İslam Respublikasının vətəndaşının ona göndərdiyini, əvəzində ona pul verməli olduğunu, həmin narkotik vasitəni ona Təqsirləndirilən şəxs1 vasitəsilə çatdırdığını bildirmiş, içində narkotik vasitələr olan həmin sellofan torbanı könüllü şəkildə təqdim etmiş, sellofan torba açılarkən içində narkotik vasitə olan heroin və tiryəkə bənzər maddələr aşkarlanmış, daha sonra Şahid6 tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən başqa hər hansı qanunsuz əşya və narkotik vasitə aşkarlanmamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitə bükümləri qablaşdırılmış, şəxsi axtarış və götürmə aparılmanın nəticəsi barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. (cild 2, iş vər. 56). İşdə olan “DVD diskə baxış keçirilməsi barədə” 08 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Səbail RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən cinayət işinin istintaqı zamanı 28 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərinə BNMİ-yə bilavasitə tabe olan X9 şöbənin və BNMİ-nin əməkdaşları və hüquqlarının müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən iş üzrə əhəmiyyət kəsb edən hər hansı qanunsuz əşya və narkotik vasitə aşkar olunmamış, şəxsi axtarışın nəticələri barədə protokol tərtib olunmuş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. (cild 2. iş vər. 57). Cinayət işi üzrə 10 oktyabr 2020-ci il tarixdə saat 12:10-dan 12:55-dək olan müddət ərzində Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmın əməliyyat şöbəsinin inspektoru ədliyyə baş leytenantı X5 tərəfindən tərtib olunmuş protokoldan görünür ki, həmin tarixdə saat təxminən 12:10 radələrində əvvəlcədən alınmış əməliyyat məlumatı əsasında Penitensial xidmətin Əməliyyat-Rejim İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasmın 1 saylı Korpusunun 58-ci kamerasında saxlanılanTəqsirləndirilən şəxs1 yanına sovqat aparmış tanışı Şahid7 apardığı sovqata baxış keçirilən zaman, sovqatın içərisində olan üzərində “Argo” sözü yazılmış siqaret qutusunun alt tərəfində gizlədilmiş 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli xüsusi ilə malik, narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüş, Şahid7 bildirmişdir ki, 10 oktyabr 2020-ci il tarixdə saat təxminən 12:10 radələrində Bakı İstintaq Təcridxanasında saxlanılan tanışı Təqsirləndirilən şəxs1 yanma apardığı sovqatı həmin tarixdə saat 10:23 radələrində Təqsirləndirilən şəxs1 arvadı Şahid8 xahişi ilə BİT-na aparmış, sovqatın içərisində narkotik vasitə olmasından xəbəri olmamışdır. (cild 2, iş vər. 133). İş üzrə təyin edilməklə keçirilmiş məhkəmə-kimyəvi ekspertizanın 6/2123 saylı, 10 oktyabr 2020- ci il tarixli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərndə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası” dairəvi möhür əksi olan, “10.10.2020-i il tarixdə saat 12:10 radələrində..Şahid7 .” adlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,493 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. Heroin 20Ö5-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi -0,493 qram, tədqiqata sərf edildi - 0,5 qram, qalıq 0,443 qram qalmışdır. (cild 2, iş vər. 150-151). İş üzrə təyin edilməklə keçirilmiş məhkəmə-kimyəvi ekspertizanın 6/2221 saylı, 13 noyabr 2020- ci il tarixli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərndə “... Şahid7 ... ” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,443 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Müqayisəli tədqiqat üçün nümunə təqdim olunmadığından eyniliklə bağlı qoyulmuş sual cavablandırılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi -0,443 qram, tədqiqata sərf edildi – 0,5 qram, qalıq 0,393 qram qalmışdır. (cild 2, iş vər. 184-186). İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizanın 11 yanvar 2021-ci il tarixli, 41 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman preparatı olan tramadoldan periodik istifadə etmə halları olub. Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vər. 243-244). “Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması haqqında” 29 yanvar 2021-ci il tarixli qərardan görünür ki, həmin qərarla iş üzrə şahidlər X7 və Şahid7 barəsində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1699,8 qram heroin və 1299,7 qram tiryək, o cümlədən 20050549 nömrəli cinayət işi üzrə tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,393 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürməni özündə əks etdirən 02 ədəd DVD disk və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil operatorlarından çıxarışlıarı özündə əks etdirən 02 ədəd CD disklər iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. (cild 2, iş vər. 253-279). 29 yanvar 2021-ci il tarixdə ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs1 narkotik vasitələri gətirmiş şəxsiyyəti istintaqa məlum olmayan qadının müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. (cild 2, iş vər. 282-284). Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında heroinin xalis çəkisi 2 qram və tiryəkin xalis çəkisi isə 50 qramdan yuxarı aşkar olunması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslərin yuxarıda qeyd olunan cinayət əməllərini törətmələrində təqsirli olmaları, Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadələori, həmçinin hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığı ilə bağlı Təqsirləndirilən şəxs2 özünün işin faktiki hallarına uğün qarşılıqlı ziddiyətli ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmaqla həmin təqsirləndirilən şəxslərin iş üzrə ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakları ilə verdikləri tam etirafedici izahat və ifadələri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, həmin protokolları əyani əks etdirildiyi DVD diskə köçürülməklə iş materillarına əlavə edilmiş video görüntülər və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini təqsirli bilməyərək, mahiyyət etibarı ilə birbiriləri ilə qabaqcadan əlbir olaraq cinayət törətməmələri, yəni Təqsirləndirilən şəxs1 narkotik vasitələrinin satışı ilə məşğul olmadığını və Təqsirləndirilən şəxs2 onun üzərindən aşkar edilmiş narkotik vasitələrə heç bir aidiyyəti olmadığı barədə məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmişdir və onların yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməasi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələri, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını qarşılıqlı şəkildə tədqiq və təhlil edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməlini yəni, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib özündə saxlayaraq daşımaqda, bundan başqa Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamaqda təqsirli olmaları iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri isə Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə tövsif edilmiş və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrinin sanksiyaları həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.11.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20% tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunduğu və Xəzər rayon İcra və Probasiya şöbəsinin 29.04.2016-cı il tarixli arayışına əsasən təyin edilmiş cəzasını çəkib qurtardığını və həmin vaxtdan müvafiq vaxt keçdiyinə görə Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin müddəalarına əsasən o, məhkumluğu olmayan şəxs hesab olunmalı, onun ağır cinayət törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq CMnin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman preparatı olan tramadoldan periodik istifadə etmə halları, həmçinin Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmədiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən olunmuşdur. Lakin ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 ağır cinayət törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq CMnin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 64-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduqları cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı iki uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmadığını, yaşlı qadın olmaqla tutulmamışdan bir müddət əvvəl oğlunun vəfat etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi tədbiq edilməklə iş üzrə maddi sübutlar: Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerində saxlanılmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1699,8 qram heroin və 1299,7 qram tiryək, o cümlədən sərf edildikdən sonra qalıq qalmış 0,393 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürməni özündə əks etdirən 02 ədəd DVD disk və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil operatorlarından çıxarışları özündə əks etdirən 02 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci cəmi 260,82 (iki yüz altmış manat səksən iki qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CMnin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerində saxlanılmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1699,8 qram heroin və 1299,7 qram tiryək, o cümlədən tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,393 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürməni özündə əks etdirən 02 ədəd DVD disk və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil operatorlarından çıxarışları özündə əks etdirən 02 ədəd CD disklər cinayət işinin materiallarında saxlansın. İş üzrə ekspertiza xərci cəmi 260,82 (iki yüz altmış manat səksən iki qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkumlara isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Siyavuş Hacıyev Mahmud Ağalarov