Məhkəmə qərarları › İş №1(101)-807/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-807/2022

23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-807/2022 23.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 248, ev 37A, mənzil 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə İran İslam Respublikası vətəndaşı “Səid” adlı şəxs və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Səid” adlı şəxs və ya qeyrıləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda 2030 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 1425 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda 7007,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda 1555,124 qram çəkidə psixotrop maddə metamfetamini İran islam Respublikasından Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək Astara rayonu ərazisinə daşımaqla orada gizlətmiş, “Səid” adlı şəxsin verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq həmin narkotik vasitə və psixotrop maddələri əldə etdikdən sonra satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə əldə etdiyi narkotik vasitə heroinin külli miqdarda 645 qram hissəsini bölüb 01 ədəd bükümə və psixotrop maddə metamfetaminin külli miqdarda 125,124 qram hissəsini bölüb 01 ədəd bükümə yığmaqla qanunsuz olaraq üzərində saxlayaraq daşımış, narkotik vasitə və psixotrop maddələrin qalan hissəsini yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 248, ev 37A, mənzil 1 ünvanına daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs oğlu 30 oktyabr 2021-ci il tarixdə saat 01:20- da Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 248 ünvanının qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində saxladığı qırmızı rəngli sellefon torbanın içərisindən 01 ədəd bükümdə külli miqdarda 645 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda 125,124 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq 30 oktyabr 2021-ci il tarixdə saat 05:00-dan etibarən Təqsirləndirilən şəxs oğlunun özünün icazəsi və razılığı əsasında yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 248, ev 37A, mənzil 1 ünvanına baxış keçirilərkən yataq otağındakı masanın altından 01 ədəd göy rəngli sellefon torbanın içərisindən 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1035 qram və 350 qram olmaqla ümumilikdə külli miqdarda 1385 qram çəkidə narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 605 qram və 820 qram olmaqla ümumilikdə külli miqdarda 1425 qram çəkidə narkotik vasitə tiryək, 01 ədəd bağlama və 02 ədəd sellefon torbada olmaqla ayrı-ayrılıqda çəkiləri 5650 qram, 762,5 qram və 595,2 qram olan ümumilikdə külli miqdarda 7007,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 300 qram və 1130 qram olmaqla ümumilikdə külli miqdarda 1430 qram çəkidə psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə marixuana və heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, o, tutulduğu zaman üzərində hər hansı bir narkotik vasitə və ya psixotrop maddə aşkar olmamış, narkotik vasitə və psixotrop maddə onun yaşadığı evdən aşkar olunmuş, həmin narkotik vasitə və psixotrop maddənin yaşadığı evdə olması barədə özü könüllü olaraq polis əməkəkdaşlarına məlumat vermişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Onun heç bir günahı olmamış və ona verilmiş ittiham tamamilə əsassız olmuşdur. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatdadır, Bakı şəhəri, Yasamal rayonu. X3 küçəsi 248, ev 37A, mənzil 1 ünvanında yaşamışdır. Təxminən 3 ilə yaxındır ki, narkotik vasitə heroindən istifadə edir. Tanışı narkotik vasitə istifadəçisi olan Aqşinin vasitəsi ilə Səid adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Səid ilə watsapp proqramı vasitəsi ilə əlaqə saxlayıb ünsiyyət qurmuşdur. 2021-ci ilin oktyabr ayında Səid ilə watsapp proqramı vasitəsi ilə danışan zaman Səid ona narkotik vasitə və psixotrop maddənin satışında yaxşı qazanc olmasını və bir neçə tanışının Azərbaycan Respublikasına və qonşu ölkələrə İran İslam Respublikasından narkotik vasitə göndərib həmin ölkədəki tanışlarının vasitələri ilə qazanc əldə etdiklərini vurğulayıb bir-birlərini tanıdıqlarını və bu işi birlikdə həyata keçirib qazanc əldə etmələrini təklif etmişdir. O da bu işin riskli olmasını və hüquq mühafizə orqanları tərəfindən tutula biləcəklərini demişdir. Səid ona kiməsə əlbəəl narkotik vasitə və psixotrop maddə satmayacağını yalnız özü bildirdiyi halda onun dediyi yerdən qeyd olunan narkotik vasitələri götürüb başqa bir yerə atacağım söyləyib bu işdə tutulma riskinin az olduğunu və hər dəfə bu işi görəcəyi halda pul verəcəyini demişdir. O da Səidin təklifi ilə razılaşmışdır. Səid ona mal Azərbaycan Respublikası ərazisində olan zaman xəbər edəcəyini və ondan xəbər gözləməsini söyləmişdir. 25 oktyabr 2021-ci il tarixdə Səid onunla watsapp proqramı vasitəsi ilə əlaqə saxlayıb narkotik vasitə və psixotrop maddələrin həmin gün axşam saatlarında Astara rayonu ərazisində öz adamları tərəfindən gizlədiləcəyini bildirmişdir. Həmin gün axşam saatlarında yenidən watsapp proqramı vasitəsi ilə əlaqə saxlayıb narkotik vasitənin Astara rayonunda olduğunu və təcili Bakı şəhərindən çıxıb Astara rayonu istiqamətində hərəkət etməyini, Astara rayonuna çatdıqdan sonra narkotik vasitələrin olduğu yeri dəqiq bildirəcəyini söyləmişdir. O da idarə etdiyi avtomobil ilə Bakı şəhərindən çıxıb Astara rayonu istiqamətində hərəkət etmiş və yolboyu Səid ilə əlaqə saxlamışdır. Astara rayonuna çatdıqdan sonra Səid ona narkotik vasitənin olduğu yerin şəklini çəkib göndərmişdir. O, həmin yerə yaxınlaşıb göy rəngli sellefon torbanı götürüb avtomobilə qoymuş və birbaşa Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Həmin sellefon torbanı yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 248, ev 37A, mənzil 1 ünvanına gətirmişdir. 01 ədəd göy rəngli sellefon torbam açıb içərisində narkotik vasitə qurudulmuş marixuana, heroin, tiryək, psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzinin olmasını görmüşdür. Həmin gün sellefon torbam yataq otağında gizlətmişdir. Səhərisi gün Səid ona bildirdiyi ölçülərdə narkotik vasitə və psixotrop maddələri ayırıb axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansıyasmın yaxınlığında fəaliyyət göstərən “Asan Xidmət” in inzibatı binasının ətrafına atmış və həmin narkotik vasitələr Səidin digər adamları tərəfindən götürülmüşdür. 29 oktyabr 2021-ci il tarixdə Səid onunla əlaqə saxlayıb narkotik vasitə və psixotrop maddənin bir hissəsini hərəsindən 01 ədəd bükümdə olmaqla özünə uyğun olan yerə qoymağı bildirmişdir. O, 30 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində 01 ədəd bükümdə narkotik vasitə heroin, 01 ədəd bükümdə psixotrop maddə metamfetamini qırmızı rəngli sellefon paketə qoyub yaşadığı evdən çıxmışdır. Binanın qarşısı ilə hərəkət edən zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib saxlatmışlar. Onu əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib qeyd olunan idarəyə onlarla birlikdə getməyi təklif etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib dediklərini qəbul etmişdir. Baş İdarəyə gəldikdən sonra hüquqlarım müdafiə etmək məqsədilə müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Üzərində axtarış və götürmə aparılan zaman polis əməkdaşı ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişdir. O, sağ əlimdə saxladığı qırmızı rəngli, sellefon torbanı təqdim etmişdir. Həmin torbanın içindən 01 ədəd bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin, 01 ədəd bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Sonra üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 20 manat pul, 02 ədəd açar və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sonra heroin və psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş, həmin kütlələr qablaşdırılmış, tərəflərindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, 02 ədəd açar, 20 manat pul geri qaytarılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Səid” adlı şəxsin vasitəsi ilə beş gün əvvəl Astara rayonu ərazisində gizlədilən yerdən deyiləcək ünvanlara çatdırmaq məqsədi ilə əldə etmişdir. Həmin narkotik vasitələri Səidin bildirdiyi çəkilərdə ünvanlara qoyduqdan sonra Səid ona 4000 manat məbləğində pul verəcəkdir. Etiraf edib bildirmişdir ki, Səidin göndərdiyi narkotik vasitənin qalan hissəsi yaşadığı mənzildədir. Həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını söyləmiş və bununla bağlı ərizə yazmışdır. Şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 248, ev 37A, mənzil 1 ünvanına getmişlər. Mənzilin girişindən sol tərəfdə olan yataq otağındakı masanın altında gizlətdiyi 01 ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içindən 02 ədəd bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroin, 02 bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryək, 02 bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetamin və 03 ədəd torbada yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra narkotik vasitələr və psixotrop maddələr elektron tərəzidə çəkilmişdir. Daha sonra aşkar olunmuş maddələr qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Daha sonra mənzilin digər otaqlarına və hissələrinə baxış keçirilmişdir. Əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsini daşıyır. 29 oktyabr 2021-ci il tarixdə Baş İdarəyə Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 248, ev 37A, mənzil 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs oğlunun külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs oğlunun barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Özü əməliyyat qrupunun rəhbəri olmaqla idarənin əməkdaşları Şahid2 və Şahid3 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun üzvlərini təlimatlandırarkən Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 248, ev 37A, mənzil 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs oğlunun külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi İlə məşğul olması barədə məlumat daxil olmasını, həmçinin Təqsirləndirilən şəxs xarici əlamətlərini bildirmişdir. Bundan sonra gecə saatlarında birlikdə Baş idarədən çıxıb Bakı şəhəri, ünvan 6 ünvana çatıb bir qədər müşahidə aparmışlar. 30 oktyabr 2021-ci il tarixdə saat 01:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 248 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs oğlu olmasım bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs oğlunun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs oğluna hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs oğlunun barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs oğlu sağ əlində saxladığı qırmızı rəngli, sellefon torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən 01 ədəd bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər, 01 ədəd bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 ədəd ‘'Samsung” markalı mobil telefon, 20 azn pul, iki ədəd açar və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sonra heroinə və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. İştirakçılar tərəfindən üzəri imzalanmaqla götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, iki ədəd açar, 20 azn pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı ’‘Səid” adlı şəxsin vasitəsi ilə beş gün əvvəl Astara rayonu ərazisində gizlədilən yerdən deyiləcək ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, əlavə olaraq Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını söyləmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokol iştirakçılara oxunmaqla tərəflərindən imzalanmışdır. Keçirilmiş tədbirin davamı olaraq 30 oktyabr 2021-ci il tarixdə saat 05:00-dan etibarən Təqsirləndirilən şəxs oğlu, onun müdafiəçisi və qrup üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 248, ev 37A, mənzil 1 ünvanına Təqsirləndirilən şəxs özünün icazəsi ilə daxil olunmuş və baxış keçirilməyə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs oğluna sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs oğlu, həmin mənzilin girişindən sol tərəfdə olan yataq otağındakı taxta konustruksiyalı masanın altında gizlətdiyi 01 ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içərisindən 02 ədəd bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 02 ədəd bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər, 02 ədəd bükümdə, ağ rəngli, kristalşəkillh psixotrop maddə metamfetaminə bənzər və 03 ədəd torbada yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra mənzilin digər otağlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar olunmamışdır. Baxış və götürmə başa çatdıqdan sonra polis idarəsinə gəlmişlər və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs oğlunun yaşadığı evə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etdi. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 44-48-ci vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 30 oktyabr 2021-ci il tarixli, 7/1122 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunan...” sözləri yazılmış mavi rəngli sellefon torbada skoçla bağlanmış bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 5650 qram, 02 ədəd sellefon torbada ayrı-ayrılıqda təmiz çəkiləri: 595,2 qram və 762,5 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi-7007,7 qramdır. Tədqiqata təqdim olunmuş bir ədəd qara rəngli polietilen bağlamada və 02(iki) ədəd sellefon torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş bir ədəd “SF-400” markalı elektron tərəzinin üzərində cüzi miqdarda narkotik vasitə olan marixuananın hissəcikləri vardır. Həmin hissəciklər cüzi miqdarda olduğuna görə təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmadı.. Cinayət işinin 49-57-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 30 oktyabr 2021-ci il tarixli 6/4817 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs oğlunun üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 645 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 125,124 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs oğlunun yaşadığı...” sözləri yazılmış bağlamada 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1035 qram, 350 qram, ümumi təmiz çəkisi 1385 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 300 qram, 1130 qram ümumi təmiz çəkisi 1430 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-matemfetamindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 605 qram, 820 qram ümumi təmiz çəkisi 1425 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəkdir, bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparıİmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Kağız paketdəki və bağlamadakı metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 1555,124 qramdır, kağız paketdəki və bağlamadakı heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 2030 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri” in siyahısına(Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 147-148-ci vərəqlərində olan iş üzrə təyin olunmuş məhkəmə-narkolojı ekspertizasının 17.01.2022-ci il tarixli, 218 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda Opioidlərin və Kannabioidlərin birgə qəbulu nəticəsində Aslılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 30-32-ci vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması haqqında" 30 oktyabr 2021-ci il tarixli protokolda bildirilir ki, Təqsirləndirilən şəxs oğlunun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 30 oktyabr 2021-ci il tarixdə saat 01:20-də Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 248 saylı ünvanın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Baş İdarədə xidməti otaqların birində onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı qırmızı rəngli sellefon torbanın içərisindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 35-36-cı vərəqlərində olan “baxış və götürmə aparılması haqqında” 30 oktyabr 2021-ci il tarixli protokolda bildirilir ki, Təqsirləndirilən şəxs oğlunun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 248, ev 37A, mənzil 1 ünvanında baxış keçirilən zaman mənzilin giriş hissəsindən sol tərəfdə yerləşən yataq otağındakı taxta masanın altından 01 ədəd göy rəngli sellefon torbanın içərisindən 02 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər, 02 ədəd bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər, 02 ədəd bükümdə ağ rəngli, kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər və 03 ədəd torbada yaşıl rəngli narkotik vasitə qurudulmuş marixauanaya bənzər kütlə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş üzrə maddi subut olan DVD disklərə məhkəmə iclasında baxış keçirilmişdir. DVD disklərdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 132-134-cü vərəqlərində olan “baxış keçirilməsi haqqında” 15 yanvar 2022-ci il tarixli protokolda bildirilir ki, "xxxx" MMC-dən 13.01.2022-ci il tarixli, AZF/LGL- 44/22 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Sms tarixçəsinə baxış zamanı Təqsirləndirilən şəxs oğlunun istifadəsində olan ***-***-**-** saylı nömrəyə müxtəlif mobil operatorlara məxsus nömrələrdən “patı isdiyireme ozumcun alinar qaqa yarı”, “Qaqaw bugunde qaldiye eyneyi aidim pul qalmadi”, “Gor nisye sabaha kimi verse bidene derman yarimda kola gotur.sabah saat 6 ya kimi verem”, “Bidene prostaki yarım duz olsunda az olmasin”, “Qardawimsan yarimi az olure ele bil kecen sefer az idi oncun day sesimi cixarmadim”, “bax temiz qoysunda, qaqam lOonan lOda o birindən”, “Qaqaw saat nece olursa olsun menimcun birdene gotur veziyetim cox pisdi”, “sennen zeng Gozducem”, Kanalimda yoxduye qurtarib zakaz eliyib heleki yoxdu.umudum bidene qalib sene.inwallahki duzub qowarsan”, “Narahat olma seher yigacam seni goruwe bilmesey karta istesen ataram pulu”, “Derman nece?”, “Bugune onda hecbiri alinmir he?lomka basdiki meni”, “Qaradi bu qiymete?”, “Derman yoxdu?”, “Qaqaw gor ne direm derman varsa derman gotur yoxdusa qara gotur menede xeber eleki goturdun bilim”, “Gotur temiz ceki olsunda sene heyran gotur mutleq agriyiram”, “Qaqaw salam necesen?”, “Teker olsa mene xeber elede”, “O gunkinden tewkil elemek olar birdene?”, “Men cimirem”, “Cixanda xeber ederem sene gelersen”, “Gelib binanin heyetinde ya padyezde heder yere qalma”, “Xeber ederem gelersen”, “Ruslanada deki borcun versin”, “lOmanatdigda kola” “Niye alinmaz puluna minnet. Pulun versin her wey alinar”, “yaxsi yari kola neçəyə, yari pencere”, "Bu pencereden bakida yoxdu dehwet biweydi yari butov 70”, “Bütov kolani neceye tewkil ede bilersen.yeni temiz ves olsun, Qulaq as qiymeti day qaldir”, "Kolani 24 ya 25 e ver. Men 20 ye verecem sene. Az qalib day kolam vota votdur”, “Serf elemir bawa duwdun”, “Qaqaw salam.teker meselesi nece oldu.bir xeber ele”, “Denenki 100 millide awagi gelir terezide”, “Ya butov yada yari olacaq, Dedim yarimda gotur”, “Mene de gorum cekisi temizdi?”, “Butov 70 Yari 40”, “Qaqaw bidene nolar duz qow elede seher pulunu catdiram uzaqi saat bire kimin”, “Birdeki 3.4 tustuluy ag koyney varundusa mencin getirde”, “qaqa 2dene butov kola, qaqa 10 manatim var, bidenede mene falqa”, “10 manatdıq kola" məzmunda mesajların göndərilməsi aşkar olunur. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən müxtəlif mobil operatorlara məxsus nömrələrə “Qaqam alinmirsa mene denen men camahati gozdedmiyim diyim alinmir”, “meni fırladmada saat 6 di uje 5 de demişdin duzelecey”, “gelsin bidene verimde butov gozduyurem gelsin”, “Neyse lazimdi ama negd pula tez denen ama”, “sabah olacage qara, derman yoxduye ancag kola pencere”, “qaqa butov kola alinar ldene”, “10 manatdıq kola” mənzmunda mesajlar göndərilir. Bundan başqa qeyd olunan sms tarixçəsində gündəlik olaraq narkotik vasitə və psixotrop maddələrin Təqsirləndirilən şəxs tərəfindən satılmasım təsdiq edən mətnlər vardır. Cinayət işinin 152-166-cı vərəqlərində olan 01 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə keçirilən şəxsi axtarış və götürmə, yaşadığı mənzilə baxış və götürmə aparılması “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və 02 ədəd “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Həmin “DVD” disklərdə olan videoçəkilişdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 02 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. "xxxx" MMC-dən AZF/LGL-44/22 saylı məktubla daxil olmuş CD diskdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 01 ədəd CD disk 01 fevral 2022-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.. Cinayət işinin 97-99-cu vərəqlərində olan 31 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs oğlunun üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş 7007,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 2030 qram çəkidə narkotik vasitə heroin, 1425 qram çəkidə narkotik vasitə tiryək, 1555,124 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 7007,4 qram çəkidə qurudulmuş marixuana, 2029,8 qram çəkidə heroin, 1424,9 qram çəkidə tiryək, 1554,924 qram çəkidə metamfetamin və 01 ədəd elektron tərəzi Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyun 2016-cı il tarixli qərarında göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Həmin qərarın 19-cu bəndində göstərilir ki, bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. İttiham olunduğu cinayət əməllərinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi özün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında”, “baxış və götürmə aparılması haqqında” protokollar, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Həmin siyahının 19-cu bəndinə görə 50 qram və daha artıq narkotik vasitə olan tiryək külli miqdar hesab edilmişdir. Həmin siyahının 12-ci bəndinə görə 500 qram və daha artıq narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab edilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 21 və 88-90-cı vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 30 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 31 oktyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 123-124-cü vərəqlərində materillarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnumədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs oğlunun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs oğlunun cəza çəkməsinin başlanğıcı 30 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan 170 (yüz yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalan 7007,4 qram çəkidə qurudulmuş marixuana, 2029,8 qram çəkidə heroin, 1424,9 qram çəkidə tiryək, 1554,924 qram çəkidə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməli, məhv etmə «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Maddi sübut kimi tanınmış, istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun üzərinə keçirilən şəxsi axtarış və götürmənin, yaşadığı mənzilə keçirilən baxış və götürmənin əks olunduğu iki ədəd DVD disklərin, "xxxx" MMC-dən AZF/LGL-44/22 saylı məktubla daxil olmuş CD diskdin cinayət işinin istintaq materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 11 (on bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs oğluna qəti olaraq 14 (on dörd) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 30 oktyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğluna narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan 170 (yüz yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut - Maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalan 7007,4 qram çəkidə qurudulmuş marixuana, 2029,8 qram çəkidə heroin, 1424,9 qram çəkidə tiryək, 1554,924 qram çəkidə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin, məhv etmə «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Maddi sübut kimi tanınmış, istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun üzərinə keçirilən şəxsi axtarış və götürmənin, yaşadığı mənzilə keçirilən baxış və götürmənin əks olunduğu iki ədəd DVD disklərin, "xxxx" MMC-dən AZF/LGL-44/22 saylı məktubla daxil olmuş CD diskdin cinayət işinin istintaq materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar