Məhkəmə qərarları › İş №1(101)-807/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-807/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-807/2023 07.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 18 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Abdullayev küçəsi, dalan 1, ev 1-də qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 01 avqust 2022-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan qanunsuz daxil olub həyətyanı sahədən 50 manat dəyərində 1 ədəd arabanı, 100 manat dəyərində 1 ədəd “Markos” markalı hirdroforlu su matorunu, 40 manat dəyərində 1 ədəd manqalı, həyətdəki saxlanc yeri hesab edilən dəmir torla hasarlanmış anbarın dəmir torunu özü ilə gətirdiyi, istintaq zamanı müəyyən edilməyən kəlbətinlə kəsərək oradan 150 manat dəyərində 1 ədəd laqondanı, 150 manat dəyərində 1 ədəd perfaratoru, 300 manat dəyərində 1 ədəd künclük kəsmək üçün lazer perfaratorunu, hər bir topunun dəyəri 90 manat olan 6 top 540 manat dəyərində elektrik naqillərini, hər birinin dəyəri 20 manat olan 5 ədəd 100 manat dəyərində qazanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1430 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq kustar üsulla hazırlanmış külli miqdarda təmiz çəkisi 2,601 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 20 oktyabr 2022ci il tarixdə saat 19 radələrində özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanda saxlanılaraq 13-cü Polis bölməsinə gətirilmiş, onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 2,601 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Bakıxanov qəsəbəsi ərazisində küçə ilə gedərkən bir fərdi yaşayış qapısı bağlı olan həyət evi görmüş, hasardan tullanıb həyətə daxil olmuşdur. Həmin vaxt evdə heç kəs olmamışdır. İttiham aktında qeyd olunan əşyaları evdən oğurlamışdır. Pula ehtiyacı olduğu üçün bu əməli törətmişdir. Etdiyi əməldən peşmandır. Oğurladığı əşyaları satmışdır. Saxlanılan vaxt üzərində narkotik vasitə də olmuşdur. Özünü şübhəli apardığı üçün polis əməkdaşları onu yaxalamışlar. İttham aktında yazılan hər şey doğrudur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, oğurladığı laqonda, perferator, kabel və qazanlar həyətdə yerləşən anbarda olmuş, həmin əşyaları anbardan götürmüşdür. Anbar torla hasarlanmış, o da üzərində olan kəlbətinlə hasarı kəsib anbara daxil olmuşdur. Törətdiyi əməli əvvəldən planlaşdırmış, ona görə özü ilə kəlbətin də götürmüşdür. Törətdiyi əməli özü polislərə etiraf etmişdir. Oğurladığı əşyaları Sabunçu rayonunda olan rus bazarında ucuz qiymətə satmışdır. Zərərçəkmişə dəymiş ziyanı ödəməmişdir. Üzərində olan narkotik vasitə “kakos”u təxminən 30-40 manata almışdır. Narkotikə verdiyi pulu həmin oğurladığı əşyaları sataraq əldə etmişdir. İbtidai istintaq zamanı verdiyi və Azərbaycan Respublikasının ərazisində olmadığından məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. Dolanışıq məqsədi ilə fərdi olaraq fəhləlik etməklə məşğuldur. Sabunçu rayonu ünvan 4 ünvanında yerləşən fərdi ev də ona məxsusdur. Həmin evdə adətən heç kim olmur. Bəzi hallarda anası tək yaşayır. Özü isə arabir həmin evinə gəlib baş çəkir. 01 avqust 2022-ci il tarixdə saat 16 radələrində Sabunçu rayonu, ünvan 5 ünvanında yerləşən fərdi evinə gələrkən görmüşdür ki, həyətində olan araba yerində yoxdur. Sonra həyətdə və evdə olan başqa əşyalarının yerində olub-olmamasını yoxlamış, müəyyən etmişdir ki, həyətində anbar kimi istifadə etdiyi dəmir torla hasarlanmış kilidi olan saxlanc yerinin dəmir toru kəsilmiş və oradan 1 ədəd laqonda, 1 ədəd perfarator, 1 ədəd künclük kəsmək üçün istifadə olunan lazer perfarator, 6 top kabel, 5 ədəd qazan oğurlanmışdır. Bundan başqa evin həyətindən bir ədəd manqal, bir ədəd araba və həyətdə evin küncündə su xəttinə qoşduğu "Markos” markalı hirdroforlu su matoru oğurlanmışdır. İlk əvvəl fikirləşmişdir ki, qeyd olunan əşyaları bəlkə yaxın adamları və ya ailə üzvləri kiməsə müvəqqəti olaraq istifadə üçün vermişdir. Bu səbəbdən də oğurluq barədə heç bir hüquq-mühafizə orqanına məlumat verməmişdir. Sonradan müəyyən etmişdir ki, qeyd etdiyi əşyaları yaxın adamları və ya ailə üzvləri heç kimə verməmişlər. Vaxtı olmadığından oğurluq hadisəsi barədə hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. 10 avqust 2022-ci il tarixdə saat 08 radələrində yaşadığı Sabunçu rayonu, ünvan 5 ünvanında yerləşən fərdi evində olmuşdur. Həmin vaxt evin həyətində səs eşidib həyətyanı sahəyə çıxmışdır. Həmin vaxt görmüşdür ki, sonradan şəxsiyyətinin Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs həyətyanı sahəyə girmişdir. Həmin şəxs onu görən kimi qaçıb getmək istəsə də o, Anarı saxlamışdır. Həmin şəxsi sorğu-sual edərkən Anar etiraf etmişdir ki, onun fərdi evinə özü girmiş və evindən qeyd etdiyi əşyalarını oğurlamışdır. Təqsirləndirilən şəxs nə məqsədlə ikinci dəfə evinə daxil olmasını soruşduqda sonuncu bildirmişdir ki, maddi imkanı olmadığına görə ikinci dəfə də evinin həyətyanı sahəsində olan dəmir əşyaları oğurlamaq üçün evinə gəlmişdir. O, DİN-in 102 xidmətinə zəng etmək istədikdə Anar qəflətən əlindən dartınaraq çıxmış və cəld hasarı aşaraq həyətindən çıxıb qaçmışdır. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng etmiş və 13-cü PB-nə gedərək evindən oğurluq olması ilə bağlı ərizə və izahat yazmışdır. 13-cü PB-nin əməkdaşları gələrək evinə baxış keçirmişlər. Bildirir ki, oğurlanmış 1 ədəd laqondanın qiyməti 150 manat, bir ədəd prefaratorun qiyməti 150 manat, 1 ədəd künclük kəsmək üçün istifadə olunan lazer perefaratorun qiyməti 300 manatdır, kabelin ölçüsünü, tərkibini və uzunluğunu hazırda dəqiq xatırlamır. Həmin kabeli top olaraq almışdır. 1 topunun qiyməti 90 manat olmuşdur. 6 topunun oğurlanması nəticəsində 540 manat ziyan dəymişdir. 1 ədəd “Markos” markalı hirdroforlu su matorunun dəyəri 100 manat, 1 ədəd manqalın dəyəri 40 manat olmuşdur. 5 ədəd qazanın hər birinin dəyəri 20 manat olmaqla 5 ədəd qazanın oğurlanması nəticəsində 100 manat ziyan dəymişdir. 1 ədəd arabanın dəyəri 50 manat olmuşdur. Oğurluq nəticəsində ümumilikdə ona 1430 manat ziyan dəymişdir. Dəymiş ziyanı tələb edir (cild 1, iş vərəqi 140-142). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, ötən ilin oktyabr ayında axşam saatlarında radələrində iş yoldaşı Şahid1lə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını, müşahidə edib ona yaxınlaşıb özlərini təqdim edib, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi istəmiş, adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxs onlardan yayınmaq istədikdə həmin şəxsi saxlayıb 13-cü Polis bölməsinə gətirmişlər. Üzərinə videoçəkilişlə baxış zamanı Təqsirləndirilən şəxs adlı şəxs heroini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiklərini tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 075-12261 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Sabunçu rayonu, Y.Əliyev 1 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli aparması ilə əlaqədar 13-cü Polis bölməsinə gətirilməsi, bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olmasının müəyyən edildiyi bildirilir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və diskdən görünür ki, həmin gün Təqsirləndirilən şəxsun üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli "Samsung" markalı mobil telefonu və həmin şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bir ədəd sellofan bükümün içərisində olan maddənin narkotik vasitə “kakos” olduğunu bildirib həmin vasitəni xx.xx.2022-ci il tarixdə Bülbülə qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 45 (qırx beş) manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 27-29). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6108 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, vət. Təqsirləndirilən şəxs üzərindən....» və s. yazılar, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,601 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində döyriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (cild 1, iş vərəqi 33-37). İşdə olan maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 2,601 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs şəxsi axtarış və götümə aparılması zamanı aparılmış videçəkilişin yazıldığı 1 (bir) ədəd disk müddi sübut kimi tanınmış, disk cinayət işinin materiallarına əlavə edilmiş, tədqiqata sərf edildikdən sonra qalıq qalan 2,501 qram çəkidə narkotik vasitə heroin Bakı şəhəri sabunçu rayon Polis İdarəsində saxlanılması qərara alınmışdır (cild 1, iş vərəqi 72, 79). İşdə olan Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin xx.xx.2022-ci il tarixli, 075-13301 saylı məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etiyi mənbəni müəyyən etmək mümkün olmamışdir. Həmçinin keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmadığı müəyyən edilmişdir (cild 1, iş vərəqi 91). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 1771 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 08:09 radələrində 13-cü Polis bölməsinə DİN-in 102 Xidmətindən vətəndaş Zərərçəkmiş şəxs Bakıxanov qəsəbəsində yerləşən evinə oğurluğa daxil olan şəxsi tutub saxlaması barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 97). İşdə olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi 41 ünvanıdır. Ünvanda Zərərçəkmiş şəxs məxsus daş hasarla əhatələnmiş fərdi yaşayış evi yerləşir. Zərərçəkmiş şəxs naməlum şəxsin hasardan aşmaqla evinə daxil olaraq oğurluq etmək istədiyini bildirmişdir (cild 1, iş vərəqi 98-100). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 8898 nömrəli raportdan görünür ki, Zərərçəkmiş şəxs məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi 41 ünvanıda yerləşən evə daxil olan şəxsin 18 avqust 1991-ci ildə anadan olmuş, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsi, dalan 1, ev 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 107). İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 134). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6741 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 177- 178). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2972 №-li nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 180-182). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə hazırkı cinayət işindən material ayrılaraq 13-cü Polis bölməsinə göndərilmişdir (cild 1, iş vərəqi 205-211). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 84). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 1-ci, 7-ci, 19 və 20-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Məhkəmə hazırkı iş üzrə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarındakı müddəaları nəzərə alır. Məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan çoxsaylı sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq az ağır və ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmanlığını, cavan olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbs qətimkan tədbiri seçilməsi haqqında müstəntiqin vəsatəti və prokurorun təqdimatı təmin edilməmiş, o, məhkəmə iclas zalından azad edilmiş, ondan istintaqın bütün çağırışlarına gedəcəyi barədə iltizam alnmış, Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 22 oktyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 15, 65-68, 121, 163-166, 167). Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs həbsdə saxlandığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı və cəza çəkməsinin başlanğıcı onun təkrarən tutulduğu 20 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,501 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 177.2.3-cü maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1- 1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs həbsdə saxlandığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 4 (dörd) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,501 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar