Məhkəmə qərarları › İş №1(101)-808/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-808/2020

11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-808/2020 11.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X4 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, x xxxxxxxx 1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş (BakıAğırCinayətlərMəhkəməsinin xx xxxx 2017-ciiltarixlihökmü iləAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 5 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) günmüddətəazadlıqdanməhrumetməcəzasınaməhkumedilmiş, BakışəhəriNizamirayonməhkəməsininxx xxxx 2018ciiltarixliqərarıiləAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-cimaddəsixaricedilərək əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-cimaddəsindənhəminMəcəllənin 180.1cimaddəsinətövsifedilərəkcəzası 1 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) günə endirilmiş, BakışəhəriNizamirayonməhkəməsininxx xxxx 2018ciiltarixliqərarıiləcəzadanşərtiolaraq vaxtındanəvvəl azadolunmuş) məhkumluğu ödənilməmiş, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə 4 radələrindəSumqayıtşəhəri, 12-ci mikrorayon ərazisində RzayevElvinNərimanoğlununtaksikimiidarəetdiyi “Mercedes-Benz E 190” markalı **-KL-*** dövlətqeydiyyatnişanlıavtomobiləmüştərikimiəyləşərəkSumqayıtşəhəri,Coratq əsəbəsinəgediborada avtomobili saxlatdıraraq üzərində olan bıçağı silah qismində istifadə etməklə sonuncunun bədəninə dirəyib hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib basqın edərək 30 manatməbləğində pulunu alıb ələ keçirərək quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə gecə saat 2:00 radələrində Sumqayıtşəhəri, 12-ci mikrorayon ərazisindəki avtobus dayanacağında “Mercedes-Benz E 190” markalı taksinin dayandığını görüb ona yaxınlaşaraq həminavtomobilinsürücüsündənSumqayıtşəhəri, Corat qəsəbəsinə hansı qiymətə aparacağını soruşduqda sonuncu ona 6 manata aparacağını demişdir.Onlar 5 manata razılaşmış və yola düşmüşlər.Sumqayıtşəhəri, Corat qəsəbəsinə çatdıqdan sonra taksi sürücüsünə pulu gətirməyi üçün gözləməsini deyib oradan uzaqlaşmışdır. Bir qədər sonra geri qayıdaraq taksi sürücüsünə 20 manat verəcəyini bildirib 15 manat xırda pul verməsini tələb etmişdir.Taksi sürücüsü də ona 15 manat vermiş və 20 manatı tələb etmişdir. Oda taksi sürücüsünə pulu gətirməyi üçün bir qədər gözləməsini deyib oradan uzaqlaşmış və geri qayıtmamışdır. Zərərçəkmiş şəxsi bıçaqla qorxudub ondan pul almamışdır. Hadisə zamanı üzərində deşici-kəsici alət olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş RzayevElvinNərimanoğlu ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Mercedes-Benz E 190” markalı avtomobili ilətaksi fəaliyyəti ilə məşğul olmuşdur. xx xxxx 2020-ci il tarixdə gecə saatlarında 12-ci mikrorayon ərazisində yerləşən avtobus dayanacağında müştəri gözləmişdir.Həmin vaxt 35-40 yaşlarında üzü saqqallı, lakin bığı qırxılmış, hündürboy və qarayanız bir şəxs ona yaxınlaşıb Corat qəsəbəsinə getmək istədiyini demiş,o da 5 manata aparacağınıhəmin şəxsə bildirdikdən sonra razılaşıb yola düşmüşlər. Yolda gedərkən həmin şəxs ona qazancı barədə suallar vermiş,o da bugünkü qazancının 30 manat olduğunu ona bildirmişdir.Sonra o, avtomobili Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu 63-73 yazılan küçədə saxladıqdan sonra qəflətən həmin şəxs cibindən bıçağı çıxarıb ucunu sağ yan qarın boşluğuna dirəmiş və ondan üstündə nə qədər pul varsa ona verməyini tələb etmişdir.O da bıçağın dirəndiyini hiss edib üzərində olan 30 manatı həmin şəxsə vermişdir.Bundan sonra həminşəxs bir əli ilə bıçağı ona dirəyib, digər əli ilə də qapını açıbqaçmışdır. O da dərhal DİN-nin“102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə zamanı heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu isə onun dediklərini qismən təsdiq etmişdir (cild 1, iş vərəqə 39-41). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs BakıAğırCinayətlərMəhkəməsinin xx xxxx 2017-ciiltarixlihökmü iləAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 5 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) günmüddətəazadlıqdanməhrumetməcəzasınaməhkumedilmiş, BakışəhəriNizamirayonməhkəməsinin xx xxxx 2018ciiltarixliqərarıiləAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1cimaddəsixaricedilərək əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-cimaddəsindənhəminMəcəllənin 180.1cimaddəsinətövsifedilərəkcəzası 1 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) günə endirilmiş, BakışəhəriNizamirayonməhkəməsinin xx xxxx 2018ciiltarixliqərarıiləcəzadanşərtiolaraq vaxtındanəvvəl azadolunmuş, xx xxxxxx 2018ciiltarixliməktubaəsasəncəzamüddətibitdiyiüçünqeydiyyatdançıxarılmışdır (cild 1, iş vərəqə 68-81). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 62-63). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi mövcud olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar