Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-808/2023 31.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6 və X1, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X7, X3 və Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Rusiya Federasiyası, Tambov vilayətində doğulmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 7 oktyabr 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində Bibiheybət adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən 10 (on) manat müqabilində külli miqdarda, ümumi təmiz çəkisi 2,635 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib, daşıyaraq üzərində saxlamış, 8 oktyabr 2022-ci il tarixdə saat 07:30 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3manov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd plastik qutuda təmiz çəkisi 2,635 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. İşin halları: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 7 oktyabr 2022-ci ildə axşam saat 1-ə işləmiş yaşadığı evin yanında avtomobildə olarkən post patrul xidmətinin Əlihüseyn adlı əməkdaşı tərəfindən saxlanılmışdır. Həmin vaxt dostu ilə birgə olmuş, dostu onun narkotik istifadə etdiyini bilməmiş, polis əməkdaşı yaxınlaşıb üzərinə baxış keçirmək istədikdə, dostu onun narkotik istifadəçisi olduğunu bilməsin deyə, özü könüllü olaraq cibindəki, içərisində metamfetaminin toz dənəcəkləri olan linza qabını polis əməkdaşına təqdim etdikdən sonra polis şöbəsinə aparılmış və orada Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə ona məlumat verilmişdir. Həmin ərəfədə yaşadığı ərazidə kimsə vəfat etdiyindən, 2 gün ərzində Cinayət Məcəlləsinin 234.4.3 və 234.1-1-ci maddələri ilə şübhəli bilinən bir neçə nəfər müvəqqəti saxlama yerinə gətirilmişdir. Cinayət işində şahid qismində olan polis əməkdaşı ona metamfetaminin miqdarı az olduğuna görə, inzibati məsuliyyətin yaranacağını demişdir. O, təxminən 0,1 və ya 0,2 qram çəkidə olan həmin metamfetamini tutulmazdan 5-6 gün əvvəl tanımadığı şəxsdən 10 manat müqabilində əldə edib istifadə etdikdən sonra linza qabında təxminən 0,1 qramdan da az miqdarda toz dənəciklərini saxlamışdır. Metamfetamini özü linza qabına qoymuş, aldığı zaman kütləsini çəkməmişdir. Qabda qalan metamfetaminin toz dənəciklərinin dəqiq kütləsini bilmir. Həmin dənəciklərin də bir dəfə üçün istifadəsi mümkündür. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmış, videoçəkiliş zamanı linza qabını özü açıb metamfetamini təqdim etmiş, orada da üzərində 0,1 qram psixotrop maddənin olduğunu bildirmiş, daha sonra həmin qabı ona məlum olmayan səbəbdən polis əməkdaşları başqa otağa aparıb, 10 dəqiqə sonra gətirmiş, videoçəkilişdə psixotrop maddənin miqdarını bildirdiyinə görə, içərisində psixotrop maddə olan zərf gətirildikdə etiraz etmədən əvvəlcə özü, daha sonra isə digər şəxslər imzalamış, həmin vaxt zərf möhürlənməmişdir. Proses zamanı etirazı olduğuna görə videoçəkiliş 2 dəfə aparılmışdır. Həmin qaba kiminsə əlavə psixotrop maddəni qoyduğu bilinsə də, bunu kimin etməsindən məlumatsız olmuşdur. Bildirmişdir ki, onu post patrul xidmətinin əməkdaşı saxlamış, Emin Abbasov və Şahid2 isə həmin zərf imzalandığı zaman iştirak etmişlər. İttiham aktında linza qabında olan psixotrop maddənin kütləsi 2,6 qram, linza qabının kütləsi isə 0,155 qram olaraq qeyd edilmişdir. O, həmçinin ekspert rəyləri ilə də tanış olmuş, orada da linza qabının çəkisi 0,150 qram, tozun təmiz çəkisi isə 2,5 qram qeyd edilmişdir. O, psixotrop maddə və linza qabının kütlələri ilə bağlı əks etdirilmiş göstəricilərlə razı deyil, hesab edir ki, həmin linza qabının kütləsi ən azı 2,5 qram olmalıdır. 10 manat müqabilində 3 qram metamfetaminin alınmasını mümkün hesab etmir. Belə olan halda həmin linza qabının içərisində ittiham aktında göstərilən miqdarda psixotrop maddənin mövcud olması qeyri-mümkündür. Sadaladığı xüsusatlar aparılmış videoçəkilişdən də görünür. Həmçinin bildirmişdir ki, o, axşam saatlarında saxlanılsa da, sənədləşmə səhər saatlarında aparılmışdır. O, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, müvafiq cəzaya məhkum edilməyi ilə əlaqədar, həmin maddə ilə deyil, əsassız olaraq Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona ittiham irəli sürülmüşdür. İbtidai araşdırma zamanı ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Bibiheybət adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pul qarşılığında psixotrop maddə olan “şüşə” əldə edib şəxsi istifadəsi üçün üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində ünvan 2 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onu Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə dəvət etmiş, Post Patrul Xidməti avtomobili çağrıldıqdan sonra həmin polis əməkdaşları ilə birgə Polis Şöbəsinə gələrək orada xidməti otaqda müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilən zaman üzərində olan qanunla qadağan olunmuş əşya olduğu təqdirdə, könüllü təqdim olunması təklif edildiyindən, əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 (bir) ədəd kiçik plastik qutunu təqdim etmiş, həmin qutunun içərisinə baxış keçirilərkən, içərisində ağ rəngli, kristal şəkilli maddə olan "şüşə” adlı psixotrop maddə aşkar olunaraq zərfə qoyulub qablaşdırılmış, möhürlənməklə, qablaşmanın üzəri o və iştirakçılar tərəfindən imzalanmış, habelə əynindəki şalvarın sağ yan cibində ona məxsus “Nokia” markalı mobil telefon da olmuş, aşkar edilənlər barədə protokol tərtib olunmaqla, həmin protokol onun tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs sahə müvəkkili kimi işlədiyi ərazinin sakini kimi tanımış, aralarında ədavət, düşmənçilik olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində ona sahə müvəkkili olduğu ünvan 5 ünvanında, yəni Azərbaycan Sənaye və Neft Akademiyasının idman zalı deyilən ərazidə narkotik vasitə istifadəçisi olan şəxsin olması barədə məlumat verildiyindən, həmin əraziyə Emin Abbasovla birgə təhkim edilmiş, bu barədə post patrul xidməti əməkdaşlarına da məlumat verilmişdir. Oraya getdikdə, “Qara” ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs saxlanılaraq Post Patrul Xidmətinin avtomobili ilə 18-ci Polis Şöbəsinə gətirilmiş, saxlanıldığı zaman üzərində nə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxsla birgə 2 nəfər də saxlanılsa da, həmin şəxslərdə aşkar edilən narkotik və ya psixotrop maddə şəxsi istehlak miqdarında olduğundan, inzibati qaydada tədbir görülməsi məqsədilə məhkəməyə müraciət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs cibindən plastik qabı çıxardaraq təqdim etmiş, qabın içərisində böyük kütlədə psixotrop maddə olan metamfetamin olmuş, onun üzərində ittihamda qeyd olunan miqdarda psixotrop maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni öz istifadəsi üçün aldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs götürülmüş maddi sübutun qablaşdırılmasında iştirak etmiş, üzərindən aşkar olunan qab zərfə qoyularaq özünün və şahidlərin iştirakı ilə imzalanmış, zərfin istintaq aparılan otaqdan aparılıb-gətirilməsi kimi halları olmamışdır. Saxlanıldığı zaman təqsirləndirilən şəxsə heç bir fiziki və psixi zorakılıq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadə doğrudur. 2022-ci ilin oktyabr ayında dəqiq xatırlamadığı tarixdə səhər vaxtı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyərkən, Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi üzrə sahə inspektoru Şahid2lə birgə həmin ərazidə xidmətdə olmuşlar. Xidmət zamanı Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb, yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişlər. Post Patrul Xidməti əməkdaşı da onlara köməklik etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirdikdən sonra sonuncunun qeyri-adekvat davrandığını, oradan getməyə çalışdığını görüb şübhələnərək, 18-ci Polis Şöbəsinə dəvət etmişlər. X13 Abbasovun üzərinə videoçəkilişlə baxış keçirilən zaman şalvarından çıxarıb təqdim etdiyi plastik qutuda içərisində şüşəyəbənzər ağ rəngli maddə olmuş, həmin maddə zərfə qoyulub möhürləndikdən sonra ekspertiza keçirilməsi üçün ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı üzərindən aşkarlanan həmin maddənin özünə məxsus olduğunu bildirmişdir. Maddənin çəkisi, bükümü yadında qalmamışdır. Saxlanıldığı zaman Təqsirləndirilən şəxs qarşı hər hansı zorakılıq edilməmiş, özü könüllü olaraq polis şöbəsinə gələrək üzərindəki həmin maddəni təqdim etmiş, Təqsirləndirilən şəxs özünə məxsus olduğunu deməsi üçün əlavə kütlədə psixotrop maddə verilməmiş, Təqsirləndirilən şəxs üzərində aşkarlanan plastik qabın içərisində toz qırıntıları yox, şüşəyə bənzər maddə olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, uzun müddət keçdiyindən, baş vermiş hadisənin təfərrüatlarını dəqiq xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsi doğrudur. Sahə müvəkkili Şahid2 8 oktyabr 2022-ci il tarixdə səhər saatlarında kömək üçün Bakı şəhəri, Ceyhun Hacıbəyli 26 ünvanına çağırdığından, oraya getmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs başqa şəxslər də olmuş, Şahid2 ilk olaraq yaxınlaşmış, daha sonra həmin şəxslər 18-ci Polis Şöbəsinə dəvət edilmiş, Təqsirləndirilən şəxs saxlayıb Şahid2 və Emin Abbasovla birgə 18-ci Polis şöbəsinə aparmışlar. Saxlanıldığı vaxt Təqsirləndirilən şəxs anlaqlı vəziyyətdə olmuşdur. Şəxsin üzərinə baxış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxsin üzərindən hansı maddənin aşkar olunduğu tam olaraq yadına düşməsə də, sağ yan cibindən qab çıxardaraq təqdim etdiyini xatırlayır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 07:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 28 ünvanında olarkən hərəkətləri, gözlərinin forması, bədən quruluşu və davranışları ilə narkotik vasitə aludəçisinə bənzədiyindən, polis əməkdaşları tərəfindən həmin rayon polis idarəsinin 18-ci Polis Şöbəsinə aparılmışdır. (Cild 1, iş vərəqə 6) xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində 2,635 qram psixotrop maddə olan metamfetaminin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (Cild 1, iş vərəqə 1) xx.xx.2022-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin qərar əsasında xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 15; 18-19) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti həyata keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şavarın sağ yan cibindən 1 ədəd plastik qutuda içərisində ağ rəngli, kristal şəklində olan maddəni könüllü olaraq təqdim edib həmin maddənin psixotrop maddə hesab edilən “şüşə” olduğunu, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində Bibiheybət adlanan ərazidə üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat qarşılığında aldığını bildirmişdir. Həmin psixotrop maddə qablaşdırılaraq “224” nömrəli möhürlə möhürlənmiş, bütün proses videoçəkiliş vasitəsilə qeydə alınmaqla, müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, 26-27) xx.xx.2022-ci il tarixli “DVD disk üzrə video yazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd edilənlər öz əksini tapmışdır. (Cild 1, iş vərəqə 140-145) Bakı şəhəri Nəsimi rayon MKTB-nin 16 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 566 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X4, övladları X9 və X2 ibarətdir. (Cild 1, iş vərəqə 116) AZ-İİ 500930 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. (Cild 1, iş vərəqə 119) AZ-İİ 899532 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2012ci il tarixdə doğulmuşdur. (Cild 1, iş vərəqə 120) Bakı şəhəri Nəsimi rayon MKTB-nin 16 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatsız yaşadığı dövrdə barəsində şikayət daxil olmamışdır. (Cild 1, iş vərəqə 117) Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5804 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən...“sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,635 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 2,635 qr., 0,100 qr tədqiqata sərf edilmiş, 2,535 qr. qalıq qalmışdır. (Cild 1, 39-41) “Əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 57) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 59-60) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-1091/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 81-85) xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-312/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi istintaq olunmuş, həmin cinayət işinə xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin müvafiq hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci il maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3cü maddəsinə əsasən, tutulduğu müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (Cild 1, iş vərəqə 102; 103-107) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-312/2022 nömrəli hökmü 19 oktyabr 2022-ci il tarixdə qanuni qüvvəsini almış və icra olunması üçün Bakı şəhəri Probasiya idarəsinə göndərilmişdir. Həmin hökmdən apelyasiya şikayəti və protesti verilməmişdir. Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 21-1/3-3635-2 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-312/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 081-10477 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 108) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2022-ci il tarixli 2742 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədən vaxt xroniki psixi xəstəlik, psixi fəaliyyətin pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs hal-hazırda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükəli deyil. (Cild 1, iş vərəqə 133-134) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X11 ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2022-ci il tarixli, 7613 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 146-147) xx.xx.2022-ci il tarixli “Maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,535 qram təşkil edən psixotrop maddə olan metamfetamin, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı tərtib edilən 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. (Cild 1, iş vərəqə 130-131) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, maddi sübutlar, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5804 nömrəli rəyi, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri, DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokol və fotocədvəl, şahid ifadələri, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6911 nömrəli, ambulator-məhkəməpsixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2743 nömrəli rəyləri, maddi sübutlar və digər prosessual sənədlər sübut növü kimi qəbul edilmişdir. (Cild 1, 154-164) “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini əldə etdiyi şəxsin yeri və şəxsiyyətinin müəyyən edilməsi məqsədilə başqa cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 166-167) Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olubolmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəbini onun özünü müdafiə etmək niyyəti ilə əlaqələndirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində gecə vaxtı post patrul xidməti əməkdaşı Şahid3 tərəfindən saxlanıldığını, Emin Abbasov və Şahid2 isə həmin zərf imzalandığı zaman iştirak etdiklərini bildirsə də, şahidlər Şahid2, Şahid3 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində saxlanıldığını bildirmişlər. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində hər üç polis əməkdaşı tərəfindən saxlanılması həmin tarixli, cinayət işinin 6-cı vərəqində olan raportdan da görünür. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin gecə vaxtı saxlanılması ilə bağlı hər hansı mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəllənin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Təqsirləndirilən şəxs gecə vaxtı yalnız post patrul xidməti əməkdaşı Şahid3 tərəfindən saxlandığını bildirməsi digər sübutlarla təkzib edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanıldıqdan sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı videoçəkiliş aparılarkən linza qabını özünün açıb metamfetamini təqdim etdiyini, orada da üzərində 0,1 qram psixotrop maddənin olduğunu söylədiyini, daha sonra həmin qabı ona məlum olmayan səbəbdən polis əməkdaşları başqa otağa aparıb, 10 dəqiqə sonra gətirdiyini, videoçəkilişdə psixotrop maddənin miqdarını bildirdiyinə görə, içərisində psixotrop maddə olan zərf gətirildikdə etiraz etmədən əvvəlcə özü, daha sonra isə digər şəxslər tərəfindən imzalandığını, həmin zərfin möhürlənmədiyini bildirsə də, şahidlər Şahid2, Şahid3 və Şahid1 ifadələrində şəxsi axtarış və götürmə zamanı videoçəkilişin 1 dəfə aparıldığını, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin zərfə qoyulub başqa otağa aparıldıqdan sonra gətirilmə kimi halın olmadığını, üzərindən aşkar olunmuş maddə zərfə qoyulub iştirakçılar tərəfindən imzalanaraq ekspertiza keçirilməsi üçün qablaşdırıldığını bildirmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı aşkar olunanlar Təqsirləndirilən şəxs və digərlərinin iştirakı ilə protokola yazılmış, qablaşdırıldıqdan sonra 224 nömrəli möhür ilə möhürlənmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmişdir. Habelə, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5804 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim olunmuş “...Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, imzalar, “Azərbaycan Respublikası DİN Zərflər üçün №224” dairəvi möhür əksləri olan bir ədəd zərfin tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamış, təqdim olunanlar əsasında ekspertiza aparılmışdır. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Şəxsi axtarış və götürmə Cinayət-Prossesual Məcəlləsinin tələblərinə uyğun şəkildə müdafiəçinin iştirakı ilə aparılmış, xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” və xx.xx.2022-ci il tarixli “DVD disk üzrə video yazı məlumatlarına baxış keçirilməsi barədə” protokolların məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Həmin videogörüntüdən də görünür ki, Təqsirləndirilən şəxs bildirdiyi kimi, yəni üzərindən aşkar olunan psixotrop maddənin polis əməkdaşı tərəfindən hansısa müddətə başqa otağa aparıb-gətirməsi, videoçəkilişdə üzərindən aşkar olunan psixotrop maddənin 0,1 qram olduğunu deməsi kimi hallar müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Bundan savayı, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanıldığı zaman üzərində ittihamda qeyd edilən miqdarda, yəni 2,635 qram metamfetaminin aşkar olunmadığını, metamfetamini alıb istifadə etdikdən sonra üzərindən aşkar edilmiş metamfetaminin qalıq miqdarının toz dənəcikləri şəklində təqribən 0,1 qram olmasını, ittiham aktında və ekspert rəyində linza qabında olan psixotrop maddənin kütləsinin 2,6 qram, linza qabının kütləsinin isə 0,155 qram olaraq qeyd edildiyini, lakin həmin linza qabının kütləsinin ən azı 2,5 qram olduğunu hesab etdiyini bildirsə də, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “DVD disk üzrə video yazı məlumatlarına baxış keçirilməsi barədə” protokola əlavə edilmiş fotoşəklə (cild 1, iş vərəqə 145) vizual baxış zamanı plastik qutunun içərisində olan maddənin kristal şəklində olduğu görünür, toz şəklində olması isə müəyyən edilmir. Habelə, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Məhkəmə-kimyəvi ekspertizasının təyin edilməsi haqqında” qərarda ekspertin qarşısına “Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd gümüşü kağıza bükülmüş maddə narkotik vasitə və ya psixotrop maddədirmi? Əgər narkotik vasitə və ya psixotrop maddədirsə, hansı növünə aiddir? Hansı üsulla hazırlanmışdır? Onun dəqiq çəkisi nə qədərdir?” sualları qoyulmuş, xx.xx.2022-ci il tarixli, 6/5804 nömrəli ekspert rəyində də qoyulmuş suallara cavab verilmiş, həmin suallardan kənara çıxılmamışdır. Göründüyü kimi, ekspertizanın təyin edilməsi qərarında linza qabının ayrıca çəkisi ilə bağlı sual qoyulmamış, ekspert rəyində də həmin qabın çəkisinə münasibət bildirilməmişdir. Təqsirləndirilən şəxs dediklərini təsdiqləyən sənəd iş materiallarında yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində linza qabının ən azı 2,5 qram olmasını, habelə ekspert rəyində linza qabının 0,155 qram kimi qeyd edildiyini bildirməsi hər hansı mötəbər sənədlə öz təsdiqini tapmamış, öz təxəyyülünün məhsulu kimi qiymətləndirilməklə, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs 10 manata təqribən 3 qram psixotrop maddənin satılmasının mümkünsüzlüyünü əsas gətirərək mövqe nümayiş etdirməyə çalışsa da, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə əldə etməsini aşkar etmək mümkün olmamış və təqsirləndirilən şəxsin özü də göstərdiyi həmin xüsusatı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “10 manata təqribən 3 qram psixotrop maddənin satılması mümkünsüzdür” ifadəsi yalnızca məhkəmənin mövqeyini yanlış istiqamətə yönəltmək məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı və məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyət yaradan hallara münasibət bildirərkən qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan halları məhkəmə istintaqında qəti şəkildə mübahisələndirsə də, iddia etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, habelə iddia etdiyi halların həqiqiliyini sübuta yetirə bilməmişdir. Bu kimi hallarla yanaşı Təqsirləndirilən şəxs məhkəmədə proses iştirakçılarının suallarına cavab verərkən polis şöbəsində ona qarşı hər hansı təzyiq və təsir olmamasını da bildirmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı öz imzası ilə təsdiq etdiyi ifadəsini heç bir kənar təsir və təzyiq olmadan verilmiş doğru ifadə kimi qəbul edir və bu ifadə ilə eyni məzmunlu ifadəni (özünü təqsirli bilməsi, əməlindən peşman olması) onun barəsində qətimkan tədbirinin seçilməsinə dair məsələyə baxan məhkəmədə də verməsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs iddia etdiyi halları əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən belə bu halları mübahisələndirməmişdir. Bu isə birbaşa olaraq ona dəlalət edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi həqiqətə uyğundur, həmin ifadə onun öz sərbəst iradəsinin nəticəsidir. Həmçinin, ibtidai istintaq zamanı verdiyi ifadələrin doğruluğu müdafiəçinin iştirakı ilə aparılmış şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişə baxış zamanı da tam şəkildə təsdiq edilir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Bu səbəbdən də, məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən hissələrdə irəli sürülmüş ittihamı mübahisələndirməsini uğursuz özünümüdafiə taktikası kimi qiymətləndirir və bu səbəbdən də, onun məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini və ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, daşıyaraq üzərində saxlamasına görə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda, 21.3-cü maddəsinə əsasən isə, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Cinayətin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın həmin cinayətin predmetini külli miqdarda əldə etməsi, daşıması və saxlaması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdəki psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 2,635 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə olan metamfetamin külli miqdar təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış metamfetaminin miqdarı külli miqdarda (təmiz halda qramlarla) istifadəsinin təmiz çəkisi üçün nəzərdə tutulmuş aşağı həddindən çoxdur. Həmçinin, məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 1 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmışdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məlumatlar, sənədlər və digər əşyalar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə şübhələr doğurmur, qanuni yolla əldə edilmiş, mötəbərdir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi psixotrop maddə olan metamfetaminin təmiz çəkisinin külli miqdarda olmasına, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici, məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələrinə əsasən, habelə şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsini cəzasını agırlaşdıran hal kimi müəyyən etsə də, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Belə ki, Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab olunur. Lakin Təqsirləndirilən şəxs ilk öncə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, daha sonra isə 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini, habelə cəzasını yüngülləşdirən hal kimi himayəsində 2 azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən, şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-312/2022 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci il maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, tutulduğu müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökm 19 oktyabr 2022-ci il tarixdə qanuni qüvvəsini almış və icra olunması üçün Bakı şəhəri Probasiya idarəsinə göndərilmişdir. Sözügedən hökmdən apelyasiya şikayəti və protesti verilməmiş, Təqsirləndirilən şəxs hökm ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Habelə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli qərarınıdan görünür ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəli hökümn çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdırlan hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən ona Cinayət Məcəlləsinin 66.5-ci maddəsi üzrə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə bu mövqeyini onunla əsaslandırır ki, cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi qaydalarına görə işə dair hökmü çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu məlum olarsa, ona yenə eyni qaydalarla cəza təyin edilir. Məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları əhatə etmə və ya toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Bu halda birinci hökmə əsasən tamamilə və ya qismən çəkilən cəza (Təqsirləndirilən şəxs birinci iş üzrə hökmlə ona təyin edilmiş cəzanın heç bir hissəsini çəkməmişdir) yeni cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin Plenumunun 22 fevral 2012-ci il tarixli qərarında deyilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayətlərin məcmusu qaydasında cəza o vaxt təyin edilir ki, şəxs məcmuya daxil olan cinayətlərin heç birinə görə əvvəllər məhkum olunmamış olsun. Şəxsə hökmün qanuni qüvvəyə mindiyi ana qədər törədilmiş cinayətə görə cinayətlərin məcmusu qaydasında deyil, ayrılıqda cəza təyin edilməsi cinayət qanununun cəza təyinetmə ilə bağlı qaydalarına zidd olmaqla yanaşı, həmçinin şəxsə daha ağır həddə cəza təyin edilməsi ilə nəticələnə bilər. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmalı, yəni onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)- 312/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hesablanmalı, təyin edilmiş cəzalar qismən toplanmaqla, ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-312/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən, tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-1091/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 08 oktyabr 2022ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 81 (səksən bir) manat manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,535 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışı əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99- 1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X11 ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2022-ci il tarixli, 7613 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-312/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,535 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürməni əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-808/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-808/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver