Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-809/2023 24.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X1, Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhəri anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 07 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 oktyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 04 oktyabr 2022-ci il tarixdə, Bakı şəhərində «Sovetski» adlanan ərazidə naməlum şəxsdən 30 (otuz) manat müqabilində külli miqdarda, ümumi təmiz çəkisi 2,145 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 07 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin (bundan sonra: RPİ-nin, PŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, ev 8 ünvanın qarşısında saxlanılaraq ünvan 2v RPİ-nin 18-ci PŞ-nin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01(bir) ədəd bükümdə ümumi təmiz çəkisi 2,145 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib göstərdi ki, oktyabr ayının 7-si o, ona ana əvəzi olan, birlikdə yaşadığı yaşlı nənəsi ilə mənə evdə olmuş, həmin vaxt 18-ci polis bölməsindən qiyabi tanıdığı Babək adlı sahə müvəkkili şəxs gəlib onu çağırmış, o, əynini dəyişmiş və birlikdə həyətə düşmüşlər. O, tutulmazdan iki il əvvəl narkotiklərdən istifadəyə başlamış, nəşədən və koladan, yəni heroindən istifadə etmişdir. Birlikdə çay içmək istəmiş və evlərinin yanında çay içmək istəyən vaxt orada olan Post Patrul maşını onu çağırmış və onu maşına mindirib oradan polis bölməsinə getmişlər. X4 aparanların içərisində əməliyyat müvəkkili Şahid2 ümumiyyətlə olmamışdır. Polis bölməsinə daxil olan kimi ona bir kiloqram narkotiki üzərinə götürməsi üçün rəisin otağında ona qarşı bir az təzyiqlər olunmuş, ona xəsarətlər yetirilmiş, lakin o, bunu qəbul etməmişdir. Yıxılmış, polislər onun qarnının üstünə çıxıb hər yerindən ona xəsarətlər yetirmişlər. Onun üzərində axtarış aparılmış, lakin heç nə aşkar olunmamışdır. Rəsmi olaraq videoçəkilişlə onun üzərinə baxış keçirilərkən o, təklif olunan narkotik maddə ilə razılaşmamış, lakin ikinci dəfə məcburiyyət qarşısında çıxarıb təqdim etmiş və narkotik vasitənin onun özünə məxsus olduğunu etiraf etmişdir. Onun üzərinə baxış keçirilən zaman müdafiəçi də iştirak etmişdir. Polis İdarəsində narkotik vasitə onun sol cibinə qoyulmuş və oradan da çıxarıb təqdim etmişdir. Cəmi bir büküm narkotik vasitə olmuşdur. Üzərindən çıxan narkotik vasitə zərfə qoyulmuş, polis əməkdaşları və onun özü tərəfindən imzalanmışdır. Sənədlərə qol çəkən zaman isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə imza etdiyini bilmişdir. Təqsirləndirilən şəxs ittihamın mahiyyəti üzrə ifadəsinin davamında göstərdi ki, o, MSY-də müayinə olunan zaman xəsarətlə bağlı heç nə deməmiş, Bakı İstintaq Təcridxanasına yerləşdirilən zaman isə onun bədənində artıq heç bir xəsarət izi olmamışdır. O, təcridxanada tibbi müayinə olunmuş, bədənində xəsarət aşkar olunmamış, orada döyüldüyünü heç kimə deməmiş, ona qarşı qanunsuz hərəkətlər olması barədə heç bir orqana şikayət etməmişdir. O, ifadə verərkən müstəntiqə də məhkəmədə dediklərini demiş, döyüldüyünü bildirmiş, lakin müstəntiq dediklərini yazmamış, ondan etirafedici ifadə almışdır. Hansı ki, həmin ifadəni qəbul etmir. Bütün istintaq boyu tərtib olunan sənədlərə çəkilən imzalar və yazı-xətt onun özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, O, ilk dəfə məhkəmə prosesinə sanksiya üçün hakim qarşısına çıxarılmış, orada vəkil, müstəntin, təhqiqatçı iştirak etmişlər. Hakim cavan bir xanım olmuş, lakin adı yadında qalmamışdır. O, hakimə döyülməsi, narkotikin boynuna qoyulması barədə heç nə deməmiş, orada bu barədə ona sual verilməmişdir. Məhkəmədə yalnız əməlindən peşiman olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə sonuncunun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il əvvəl narkotik maddə olan “kakos” (burada: heroin narkotik vasitəsi) istifadə etmişdir. Tutulmazdan təxminən 3 gün əvvəl «Sovetski» adlanan ərazidə yerləşən “Elmar” marketin yaxınlığında adını Vüqar kimi bildiyi, lakin yaxından tanımadığı şəxsdən 30 manata narkotik maddə olan “kakos” almışdır. Həmin maddəni özü ilə götürüb bir hissəsini istifadə etmiş, yerdə qalanını isə daha sonra yavaş-yavaş istifadə etməsi üçün üzərində saxlamışdır. Aldığı vaxtdan gündəlik olaraq bir qismini istifadə etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, o, 07 oktyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 8 saylı evin qarşısında olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu 18-ci Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində üzərində “kakos” adlı narkotik maddənin olduğunu bildirmiş və bundan sonra xidməti otaqda, dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bundan sonra əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxladığı 01 ədəd gümüşü rəngli kağızda olan maddəni təqdim etmiş və təqdim etdiyi maddənin narkotik maddə olan “kakos” olduğunu səmimi olaraq etiraf etmişdir. Üzərindən aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən zərfdə qablaşdırılmış, möhürlənmiş, qablaşmanın üzəri onun özü və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü bir daha onun tərəfindən imzalanmışdır (iş vərəqə: səh. 61-66). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsini təsdiq etdiyini bildirib ifadəsində göstərdi ki, 07 oktyabr 2022-ci il tarixdə günün ikinci yarısında xidmət apardıqları inzibati ərazidə Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid1 ilə birlikdə xidmətdə olarkən ünvan 4 ünvanın qarşısında 1 nəfər şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli apardığını görmüş və bu səbəbdən ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsə özünü təqdim etməsini təklif ediblər. Hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs özünü təqdim edən zaman rabitəsiz danışmağa, suallardan yayınmağa və yanlarından getməyə çalışmışdır. Şəxs müvazinətini itirərək yerimiş, lakin ondan spirtli içki iyi gəlməmişdir. Həmin şəxsin rabitəsiz danışığından hiss olunub ki, o, narkotik vasitənin təsiri altındadır. Ona görə də, onun narkotik vasitənin təsiri altında olmasına tam əmin olub onu Nərimanov RPİ-nin 18-ci PŞnin 18-ci PŞ-nə dəvət edib özləri ilə birlikdə oraya aparıblar. Polis Şöbəsinə təqsirləndirilən şəxsi «Hyundai» markalı maşınla aparmış, avtomaşını Şahid1 idarə etmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1986-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olan və ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Bu barədə Nərimanov RPİnin 18-ci PŞ-nin polis sahə inspektoru, polis kapitanı Şahid1 və onun tərəfindən raport tərtib olunmuşdur. Şahid əməliyyat müvəkkili Şahid2 ifadəsinin davamında göstərdi ki, Polis Şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində sonuncuya təyinat üzrə təyin edilmiş müdafiəçinin və onların iştirakı ilə axtarış və götürmə aparılmış və proses zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol cibindən 01(bir) ədəd gümüşü kağızda, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddə olan bir ədəd bükümü təqdim etmiş, suallara cavab olaraq bükümin içərisində narkotik maddə hesab olunan «kakos» olduğunu, həmin maddəni 04 oktyabbr 2022-ci il tarixdə «Sovetski» adlanan ərazidə adını Vüqar kimi bildiyi, lakin yaxından tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Aşkar olunmuş büküm iştirakçıların və Təqsirləndirilən şəxs özünün iştirakı ilə qablaşdırılmış və möhürlə möhürlənmişdir. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edilmiş, hamı tərəfindən protokol imzalanmışdır. Şahid2 ifadəsinin yekununda Təqsirləndirilən şəxs evinin içindən saxlanılıb aparılması, ona işgəncə verilməsi, ondan narkotik vasitə aşkar edilib götürülməməsi barədə ifadəsində göstərdiyi xüsusatları inkar edərək qeyd olunanları Təqsirləndirilən şəxs müdafiə üsulu kimi qiymətləndirərək sonuncuya qarşı heç bir fiziki zor və ya sair təzyiq göstərilmədiyini bildirdi. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə müvəkkili Şahid1 şahid həmkarı Şahid2 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə götürmə aparılması haqqında» 07 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə 07 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd gümüşü kağızda olan büküm təqdim etmiş, həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 04 oktyabr 2022-ci il tarixdə «Sovetski» adlanan ərazidə yerləşən «Elmar» marketin yaxınlığında adını bilmədiyi, üzdən tanıdığı şəxsdən 30 manata aldığını, aldığı həmin narkotik vasitənin bir qismini istifadə etdiyini, bir qismini isə daha sonra istifadə etmək üçün özündə saxladığını bildirmiş, 07 oktyabr 2022-ci il tarixdə ünvan 8 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını göstərmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılmış, baxıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilli, heroin narkotik vasitəsinə şübhəli maddə aşkar edildiyi müəyyən edilmişdir. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü Təqsirləndirilən şəxs və prosesin digər iştirakçılarının iştirakı ilə qablaşdırılmış, zərfin üzəri 224 saylı möhürlə möhürlənmiş və bütün proses iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Keçirilmiş istintaq hərəkətinin videogörüntüləri yüklənmiş 01 ədəd DVD formatlı disk tədqiq olunan həmin protokola əlavə edilmişdir (iş vərəqə: səh. 103-108). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəməyədək icraat mərhələsində iş üzrə şəxsi axtarış və götürmə götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 07 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «şəxsi axtarış və götürmə götürmə aparılması haqqında» eyni tarixli protokolun məzmununa uyğundur və diskə baxış keçirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir (iş vərəqə: 93-94). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə götürmə aparılması haqqında» və “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokolların məzmunu ilə eynilik təşkil edir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesində qanun pozuntusuna yol verilməmişdir (məhkəmə iclasının 12 may 2023-cü il tarixli protokolu). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 08 oktyabr 2022-ci il tarixli, 6/5800 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ...” yazı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,145 qram, olan qəhvəyi rəngli, maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 2,145 qr., tədqiqta sərf edildi - 0,05 qr., qalıq - 2,095 qr. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: səh. 34-38). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 17 noyabr 2022-ci il tarixli, 6911 №-li nömrəli rəyindən görünür ki, təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 112-113). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə- psixiatrik ekspertizasının 15 oktyabr 2022-ci il tarixli, 2743 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətinə malik olmuş, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsir altına düşmür, hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükə kəsb etmir (iş vərəqə: səh. 109-111). Məhkəmə baxışı zamanı tədqiq olunan materiallarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 2,145 qram təşkil edən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,095 qram heroin narkotik vasitəsi və axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 (bir) ədəd «DVD» formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, qalıq çəkidə narkotik vasitə maddi sübut kimi saxlanması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, «DVD» formatlı bir ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 80-81). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, cinayət işinin ibtidai istintaqı mərhələsində Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitənin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən araşdırma aparılması üçün ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (iş vərəqə: 134-136). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 2,145 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı saxlanılarkən onda heç bir növdən olan narkotik vasitə olmaması, ona qarşı irpəli sürülmüş ittihamda göstərilən narkotik vasitənin polis tərəfindən məcburi qəbul etdirilməsi, döyülməsi, işgəncələrə məruz qalması nəticəsində narkotik vasitəni boynuna götürməsi və etirafedici ifadələr verməsi barədə verdiyi ifadələrini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı aravşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 90-91). Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiyanın aşağı həddində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 07 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 17 noyabr 2022-ci il tarixli, 6911 nömrəli rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması nəzərə alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,095 qram heroin narkotik vasitəsi məhv edilməlidir. - Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 65,0 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 07 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,095 qram heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65,0 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-809/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-809/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver