Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-809/2024 03.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 3 aprel 2024-cü il tarixdə, saat 12:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və şəraitdə qanunsuz olaraq satış məqsədilə 7 (yeddi) ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 24,653 qram olan külli miqdarda ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 8 (səkkiz) ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 67,845 qram olan külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 11 may 2023-cü il tarixdə, saat 23 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X15 5-ci Patrul Bölüyünün (bundan sonra mətndə - ÇPA-nın 5-ci PB) əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanda yerləşən ünvan 5i Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə (bundan sonra mətndə - Nizami RPİ-nin 24-cü PŞ) gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli, qara naxışlı gödəkçənin sağ cibindən bir ədəd ağ rəngli sellofan torbada 7 (yeddi) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,615 qram, 3,771 qram, 2,822 qram, 1,901 qram, 2,932 qram, 1,729 qram və 1,883 qram olmaqla, ümumi təmiz çəkisi 24,653 qram külli miqdarda ağ rəngli kristalİik formada xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 8 (səkkiz) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,372 qram, 6,388 qram, 8,832 qram, 11,608 qram, 4,901 qram, 5,864 qram, 5,300 qram və 16,580 qram olmaqla, ümumi təmiz çəkisi 67,845 qram külli miqdarda qəhvəyi rəngli xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitə olan heroindən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl “Samsung S23” markalı mobil telefon almış, həmin telefona adapter almaq məqsədilə 11 may 2023-cü il tarixdə evdən çıxaraq yaxın qohumu Şahid1lə birgə müxtəlif mağazaları axtarmış, “şarj cihazını” aldıqdan sonra Bakı şəhəri, Suraxanı rayonuna doğru getmişlər. Axşam saat 23 radələrində Şahid1lə birgə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən körpünün altında olarkən ÇPA-nın əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin 24cü PŞ-yə aparılmışlar. Belə ki, gecə vaxtı olduğundan polis əməkdaşları onlardan hara getmələri və harada yaşamaları barədə suallar vermiş, daha sonra onları PŞ-yə dəvət etmişlər. PŞ-nin növbətçi hissəsində olarkən hər ikisinin üzərində şəxsi axtarış aparılmış, üzərlərindən qadağan edilmiş heç bir predmet aşkar edilməmişdir. Daha sonra videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən şəxsi axtarış keçirilən otağa daxil olmamışdan əvvəl polis əməkdaşlarından biri ona sellofan paketdə narkotik vasitə təqdim edərək cibinə qoymasını tələb etmiş, ona nəyi və necə deməsini izah etmiş və çəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirməsini tələb etmiş, o da məcbur qalaraq vəkilinin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarışda narkotik vasitəni təqdim edərək həmin predmetlərin ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində ittihamda göstərilmiş hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamış, həmin zaman narkotik vasitələrin təsiri altında olmuş, saxlanılmamışdan təxminən 5-6 saat əvvəl narkotik vasitə qəbul etmişdir. Polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və ya psixi təsir və ya təzyiq olmamış, pis rəftara məruz qalmamışdır. Ona məxsus mobil telefonda narkotik vasitə və ya psixotrop maddələrin alqı-satqısı ilə bağlı yazışmalar olmasından hər hansı məlumatı olmamışdır. Tibb kitabçasında göstərilmiş köhnə çapıq toxumaları əvvəllər özünə xəsarət yetirməsi ilə əlaqədər yaranmışdır. İbtidai araşdırma zamanı ilkin ifadələri verərkən narkotik vasitənin təsiri altında olduğundan oxumadan imzalamışdır. Sonradan istintaq təcridxanasında olarkən isə artıq narkotik vasitələrin təsiri keçdiyindən və özünü yaxşı hiss etdiyindən müstəntiq tərəfindən təqdim edilmiş sənədləri imzalamaqdan imtina etmişdir. Belə ki, vəkilinin iştirakı ilə ona təqdim edilmiş sənədləri oxuduqda həmin ifadələrdə yazılanlarla razılaşmadığına görə imzalamaqdan imtina etmişdir. Şahid1 onun narkotik vasitə istifadə etməsindən məlumatı olmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən də özünü yaxşı hiss etmədiyinə görə məhkəməyə üzərində hər hansı qanunsuz predmet olmaması barədə məlumat verməmişdir. İfadəsinin sonunda üzərində hər hnası narkotik vasitə və psixotrop maddə olmadığına görə ona bəraət verilməsini, narkomaniya xsətəliyindən əziyyət çəkməsi ilə əlaqədar müalicə olunmaq istədiyini göstərdi.
3. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, Bakı şəhəri, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, ünvan 5i Rayon Məhkəməsinin 27 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İki aya yaxındır narkotik vasitələrdən istifadə edir. Bir neçə müddət əvvəl adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı +**********00 mobil telefon nömrəsi ilə "Whatsapp" ani mesajlaşma proqramı vasitəsilə ona sonuncunun sifarişi ilə narkotik vasitələri dediyi yerdən götürməklə başqa bir yerə qoyub narkotik vasitələrin satışını həyata keçirməklə həm gəlir əldə etməyi, həm də bunun müqabilində istifadə etmək üçün ona narkotik vasitə verə biləcəyini təklif etmişdir. 11 may 2023-cü il tarixdə, saat 20:00 radələrində həmin adını bilmədiyi İran İslam Respublikası vətəndaşı olan şəxsin ona növbəti sifarişi daxil olmuş və sonuncunun dedikləri əsasında o, ünvan 8 ünvanında yerləşən Məzahir Rüstəmov adına Bakı şəhəri 32 №-li tam orta məktəbin yaxınlığında yerdən, yəni yolun kənarından içərisində narkotik vasitələr olan sellofan torbanı götürüb həmin şəxsdən sellofan torbanı qoyacağı yer barədə xəbər gözləmişdir. Bu müddət ərzində Qara Qarayev metrostansiyasının yaxınlığında piyada gəzişməyə başlamışdır. Saat 22 radələrində həmin İran İslam Respublikasının vətəndaşı “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə ona həmin narkotik vasitələr olan sellofan torbanı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 nömrəli binanın qarşısına aparmasını və orada ağacın dibində gizlətməsini, oradan da başqa birinin həmin narkotik vasitələri götürəcəyini bildirmişdir. O həmin ünvana gedərək şəffaf sellofanda olan 15 bükümdə narkotik vasitələri götürüb Qara Qarayev metrostansiyasının yaxınlığına gəlmişdir. Bu zaman uzun müddət tanıdığı Şahid1 təsadüfən görmüş və onlar görüşüb bir-birilərinin hal-əhvallarını soruşmuşlar. Bundan sonra Şahid1 ondan hara getməsini soruşduqda, o, Xalqlar dostluğu metrostansiyasının yaxınlığına getdiyini və şəxsi işinin olduğunu bildirdikdə, Şahid1 bekar olduğunu və onunla getmək istədiyini bildirmişdir. O, Etibara şəxsi işlərinin olduğunu, həmin yerdə onun heç bir işinin olmadığını bildirmişdir. Lakin Şahid1 israrla onunla birlikdə həmin ünvana getməyi təklif etmişdir. O, Şahid1 uşaqlıq dostu olduğundan, xətrinə dəyə bilmədiyindən razılaşmış və onunla birlikdə getməsinə icazə vermişdir. Lakin o, Etibara həmin ünvana çatdıqda biraz kənarda dayanmasını tapşırmışdır. Həmin vaxt Şahid1 onun gödəkçəsində narkotik vasitə saxladığından, daşıdığından və həmin ünvanda gizlədəcəyindən xəbəri olmamışdır. Bundan sonra onlar marşrut avtobusu ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 nömrəli binanın qarşısına gəlmişlər. O həmin ünvanda narkotik vasitəni gizlətmək məqsədi ilə ağacın yerini axtarmaq üçün ətrafa baxan zaman üç nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları onların ad-soyadını soruşub nə etdiklərini soruşduqda o, üzərində narkotik vasitələr olduğu üçün həyəcanlanmış və polislərin suallarına qeyri-adekvat cavablar vermişdir. Polis əməkdaşları onun özünü şübhəli apardığını, verdikləri suallara həyəcanlı cavablar verdiyini görüb narkotik vasitənin təsiri altında olduğundan şübhələnib onu Şahid1lə birlikdə Nizami RPİ-nin 24-cü PŞ-yə aparmışlar. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş əşya, maddə və ya narkotik vasitə varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan tünd boz rəngli şalvarın arxa sağ cibindən içərisində özünə məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, iki ədəd “X18”, bir ədəd "Azərbaycan Beynəlxalq Bank”ın və bir ədəd "Leobank”ın plastik kartları, bir ədəd on manatlıq və iki ədəd bir manatlıq pul əskinasları olan pul qabını və əynində olan həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung'' markalı mobil telefonu çıxarıb təqdim etdikdən sonra əynində olan boz rəngli və qara naxışları olan gödəkçənin sağ cibindən ağ rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofanın içərisinə baxış keçirilən zaman içərisində on beş ədəd sellofan bükülülər aşkar olunmuş və bükülülərə baxış keçirilən zaman yeddi ədəd sellofan bükülülərin içərisində ağ rəngli, kristal formalı spesifik iyə malik olan maddələr və səkkiz ədəd sellofan bükülülərin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, nəmli maddələr aşkar edilmişdir. O həmin maddələrin narkotik vasitələr olduğunu, həmin bükülüləri İran İslam respublikası vətəndaşı olan adını bilmədiyi şəxsin "Whatsapp” ani mesajiaşma proqramında verdiyi göstərişlə 11 may 2023-cü il tarixdə, saat 20 radələrində ünvan 8 ünvanında yerləşən Məzahir Rüstəmov adına Bakı şəhəri 32 №li tam orta məktəbin yaxınlığında yerdən, yəni yolun kənarından götürdüyünü, həmin narkotik maddələri İran İslam Respublikası vətəndaşının dediyi yerə, yəni Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 nömrəli binanın qarşısında yerləşən ağacın yanında gizlədəcəyi təqdirdə İran islam Respublikası vətəndaşının ona narkotik vasitə verəcəyini bildirmişdir. Onunla birlikdə polis şöbəsinə dəvət edilmiş Şahid1 ilə təsadüfən Qara Qarayev metrostansiyasının yaxınlığında rastlaşdığını və Şahid1 ona yol yoldaşı olduğunu, üzərində olan narkotik vasitələrdən sonuncunun məlumatının olmadığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman üzərindən əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmamışdır. Sonra aşkar edilmiş narkotik vasitə və psıxotrop maddələr içərisi boş olan, ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, o, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd "Samsung” markalı mobil telefon ona bu barədə izah verildikdən sonra götürülmüşdür. O, üzərindən çıxarıb təqdim etdiyi bükümlərin hamısının özünə məxsus olduğunu, həmin bükümləri adını bilmədiyi İran İslam Respublikası vətəndaşı vasitəsilə tutulduğu tarixdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 11 ünvanında yerləşən Məzahir Rüstəmov adına Bakı şəhəri 32 №-li tam orta məktəbin yaxınlığında yerdən, yəni yolun kənarından əvvəlcədən qoyulmuş yerdən satış məqsədi ilə götürdüyünü, narkotik vasitə aludəçisi olduğunu, verilən sualları tam aydın formada başa düşdüyünü, səmimi və doğru cavablar verdiyini bildirmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 32-33; 92-96; 105- 109).
4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
6. Məhkəmədə şahid qismində dindirilmiş ÇPA-nın 5-ci PB-nin polis nəfəri, polis serjantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid1 əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. 11 may 2023-cü il tarixdə, saat 23 radələrində xidmət yoldaşları, polis nəfərləri Şahid4 və Şahid3 ilə birgə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 nömrəli binanın yaxınlığında xidmətdə olan zaman binanın qarşısında iki nəfər şəxsin piyada hərəkət etdiklərini görüb onlara yaxınlaşaraq özlərini təqdim edib həmin şəxslərin şəxsiyyətləri barədə sorğu-sual etmişlər, sorğu-sual zamanı Təqsirləndirilən şəxs qeyriadekvat cavab verdiyindən, həmçinin sərxoş vəziyyətdə olan şəxslər kimi davransa da ondan içki qoxusu gəlmədiyi üçün sonuncunun narkotik vasitənin təsiri altında olmasından şübhələnərək onu və onun yanında olduğuna görə Şahid1 ərazi aidiyyəti üzrə Nizami RPİnin 24-cü PŞ-yə aparmışlar. PŞ-də hər iki şəxsin üzərinə təhqiqatçı tərəfindən video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Müdafiəçinin iştirakı ilə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan boz rəngli şalvarın arxa sağ cibindən içərisində özünə məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, 2 ədəd “Yapıkredi” banka məxsus, 1 ədəd “Beynəlxalq” banka məxsus, bir ədəd “Leobank”a məxsus plastik bank kartları, 1 ədəd 10 manatlıq və iki ədəd bir manatlıq pul əskinasları olan pul qabı və əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan boz rəngli və qara naxışları olan gödəkçənin sağ cibindən ağ rəngli torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofanın içərisinə baxış zamanı 7 ədəd sellofan bükülülərin içərisində ağ rəngli kristal formalı spesifik iyə malik olan maddələr və 8 ədəd sellofan bükülülərin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, nəmli maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitələr olduğunu, həmin bükülüləri İran İslam Respublikası vətəndaşı olan adını bilmədiyi şəxsin “Whatsapp” ani mesajlaşma proqramında verdiyi göstərişlə 11 may 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığında yerləşən 32 nömrəli məktəbin yaxınlığında yerdən götürdüyünü, həmin narkotik maddələri İran İslam Respublikası vətəndaşının deyəcəyi, yəni Bakı şəhəri, Nizami rayonu Bəbək prospekti 85 nömrəli binanın qarşısında yerləşən ağacın yanında gizlədəcəyi müqabilində həmin şəxsin ona narkotik vasitə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxslə birlikdə saxlanılmış Şahid1 ilə birlikdə anidən Qara Qarayev metrostansiyası yaxınlığında qarşılaşdığını və sonuncunun onun üzərində narkotik vasitə olduğundan xəbərinin olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən aşkar edilmiş 15 ədəd büküm qablaşdırılmaqla götürülmüş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Şahid1 üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı qadağan edilmiş predmet aşkar edilməmişdir, sual edildikdə Nizami rayonu ünvan 3 ünvanın qarşısına Zaurun xahişinə əsasən getdiyini, sonuncunun üzərində narkotik vasitələr olmasından xəbərsiz olduğunu bildirmişdir. Şəxsi axtarış bitdikdən sonra o, xidməti əraziyə qayıdaraq xidmətini davam etdirmişdir.
7. Məhkəmədə şahid qismində dindirilmiş ÇPA-nın polis nəfərləri, polis serjantı Şahid4 və polis serjantı Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə eyni məzmunlu və Şahid2la oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər.
8. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs 13-14 ildir tanıyır və sonuncu ilə əvvəllər qonşu olmuşlar. Zaur həmçinin onun bacısı ilə ciddi münasibət qurmaq istəmiş və onlar nişanlanmağa hazırlaşırdılar. 11 may 2023-cü il tarixdə, təxminən saat 22:00 radələrində Qara Qarayev metrosunun çıxışında dayanıb arvadının işdən qayıtmasını gözləyərkən təsadüfən Zaurla qarşılaşmış, onunla görüşmüş, Zaur ondan birlikdə Xalqlar Dostluğu metrostansiyasının yaxınlığına gedib-gedə bilməyəcəyini soruşduqda, o, etiraz etməyərək Zaurla birlikdə sonuncunun gedəcəyi yerə getməyə razılıq vermişdir. Zaur yolda olarkən ona Xalqlar Dostluğu metrsostansiyası yaxınlığında şəxsi işi olduğunu, işini bitirdikdən sonra geri qayıdacaqlarını demişdir. Zaur ona getdiyi ünvana çatdıqda bir az kənarda dayanmasını bildirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs gödəkçəsində narkotik vasitə saxladığından, daşıdığından və həmin ünvanda gizlədəcəyindən xəbərsiz olmuşdur. Bundan sonra onlar marşrut avtobusuna minərək Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 nömrəli binanın qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs nəsə axtarırmış kimi ətrafa baxmağa başlamış və bu zaman post patrul xidməti avtomobili onların yaxınlığında avtomobili saxlamış, həmin avtomobildən iki nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları onların ad-soyadlarını soruşub nə etmələri barədə sorğu-sual etdikdə, Təqsirləndirilən şəxs həyəcanlanmış və polis əməkdaşlarının suallarına qeyri-adekvat cavablar vermişdir. Polis əməkdaşları Zaurun özünü şübhəli apardığını, verdikləri suallara həyəcanlı cavablar verdiyini görüb onların narkotik vasitənin təsiri altında olduğundan şübhələnib onu Təqsirləndirilən şəxslə birlikdə 24-cu PŞ-yə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, “Rabitə Bank” və “Unibank” plastik kartlarını çıxarıb təqdim etmişdir. Daha sonra həmin şalvarın sağ yan cibindən bir ədəd ekran hissəsi zədəli olan "İphone 5” markalı mobil telefonunu çıxarıb təqdim etmiş və onunla birlikdə polis şöbəsinə dəvət edilmiş Təqsirləndirilən şəxs ilə birlikdə təsadüfən Qara Qarayev metrostansiyasının yaxınlığında rastlaşdığını və sonuncuya yol yoldaşı olduğunu, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələrdən məlumatının olmadığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman üzərindən əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmamışdır. Həmçinin təqdim etdiyi bir ədəd "İphone 5" markalı mobil telefon və plastik kartlar iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən ona bu barədə izah verildikdən sonra götürülmüşdür. Sonradan Təqsirləndirilən şəxs “Whatsapp" ani mesajlaşma proqramında adını bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə danışaraq onunla təsadüfən qarşılaşmamışdan əvvəl Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 11 ünvanında yerləşən Məzahir Rüstəmov adına Bakı şəhəri 32 nömrəli tam orta məktəbin yaxşılığında yerdən, yəni yolun kənarından içərisində narkotik vasitələr olan sellofan torbanı götürərək godəkçəsində saxladığını və Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 nömrəli binanın qarşısında yerləşən ağacın yanında gizlədəcəyini öyrənmişdir. O, Təqsirləndirilən şəxs gödəkçəsində narkotik vasitə saxladığından, daşıdığından və həmin ünvanda gizlədəcəyindən xəbərsiz olmuşdur. Polis əməkdaşları onları saxladıqları yerdə əlləri ilə paltarlarının üzərindən hər ikisinin üzərlərini yoxlamışlar. Belə ki, onların üzərində bıçaq və sair silah olub-olmamasını dəqiqləşdirmək istəmişlər. PB-də təhqiqatçıdan başqa onların üzərinə hər hansı şəxs baxış keçirməmişdir. Sonradan onun izahatı alınmış və iki gün sonra sərbəst buraxmışdır. Əvvəllər narkotik vasitə istifadə etməmiş, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, onun Xalqlar Dostluğu metrostansiyasının yaxınlığına niyə getdiyini bilməmişdir. O, Təqsirləndirilən şəxslə uşaqlıq dostu olmuş, onun nakrotik vasitə istifadə etməsindən xəbəri olmamışdır.
9. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
10. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli, qara naxışlı gödəkçənin sağ cibindən bir ədəd ağ rəngli sellofan torbada 7 (yeddi) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,615 qram, 3,771 qram, 2,822 qram, 1,901 qram, 2,932 qram, 1,729 qram və 1,883 qram olmaqla, ümumi təmiz çəkisi 24,653 qram külli miqdarda ağ rəngli kristallik formada xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 8 (səkkiz) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,372 qram, 6,388 qram, 8,832 qram, 11,608 qram, 4,901 qram, 5,864 qram, 5,300 qram və 16,580 qram olmaqla, ümumi təmiz çəkisi 67,845 qram külli miqdarda qəhvəyi rəngli xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktına görə Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
11. Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayevə ünvanlanmış raportdan görünür ki, 11 may 2023-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 nömrəli binanın yaxınlığında xidmətdə olan zaman binanın qarşısında iki nəfər şəxsin piyada hərəkət etdiklərini görüb onlara yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyətləri barədə sorğu-sual edən zaman onlardan bir nəfəri suallara qeyri-adekvat cavablar verdiyindən, narkotik vasitələrin təsiri altında olması şübhə yaratdığı üçün həmin şəxslə aparılan söhbətlər zamanı o, vaxtı ilə narkotik vasitələr qəbul etdiyini bildirmişdir. Bundan sonra həmin şəxslərin narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli bilindikləri üçün hər ikisini Nizami RPİ-nin 24-cü PŞ-yə gətirmişlər. PŞ-də həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid1 olması müəyyən olunmuşdur (Cild 1, i.v.3;).
12. “Şübhəli şəxsin tutulması haqqında” 11 may 2023-cü il tarixli qərar və 12 may 2023cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən 11 may 2023-cü il tarixdə, saat 23:30-da qəbul edilməklə ona müdafiəçisi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə elan edilmiş qərar əsasında sonuncunun iştirakı ilə 12 may 2023-cü il tarixdə, saat 00:10-da Azərbaycan Respubilkasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Protokola əsasən Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə, saat 23:00-dan saxlanılaraq saat 23:20-də 24-cü PŞ-yə gətirilmişdir (Cild 1, i.v. 11;19;).
13. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 may 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 00:40-dan 01:15-dək Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən həmin PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X7, ÇPA-nın 5-ci PB-nin polis nəfərləri, polis serjantı Şahid2, polis serjantı Şahid4 və polis serjantı Şahid3 iştirakı ilə 24-cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində tünd boz rəngli şalvarın arxa sağ cibindən içərisində özünə məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, 2 ədəd “Yapıkredi” banka məxsus, 1 ədəd “Beynəlxalq” banka məxsus, bir ədəd “Leobank”a məxsus plastik bank kartlarını, 1 ədəd 10 manatlıq və iki ədəd bir manatlıq pul əskinasları olan pul kisəsini və əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan boz rəngli, qara naxışları olan gödəkçənin sağ cibindən isə ağ rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torbanın içərisinə baxış keçirilən zaman 7 ədəd sellofan bükülülərin içərisində ağ rəngli kristal formalı spesifik iyə malik olan maddələr və 8 ədəd sellofan bükülülərin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, nəmli maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitələr olduğunu, həmin bükülüləri İran İslam Respublikası vətəndaşı olan adını bilmədiyi şəxsin “Whatsapp” ani mesajlaşma proqramında verdiyi göstərişlə 11 may 2023-cü il tarixdə, saat 20 radələrində Bakı səhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən 32 nömrəli məktəbin yaxınlığında yerdən götürdüyünü, həmin narkotik maddələri İran İslam Respublikası vətəndaşının deyəcəyi, yəni Bakı şəhəri, Nizami rayonu Babək prospekti 85 nömrəli binanın qarşısında yerləşən ağacın yanında gizlədəcəyini, bunun müqabilində həmin şəxsin ona narkotik vasitə verəcəyini bildirmişdir. Onunla birlikdə saxlanılmış Şahid1 ilə Qara Qarayev metrostansiyası yaxınlığında təsadüfən qarşılaşdığını, sonuncunun onun üzərində narkotik vasitə olduğundan xəbərinin olmadığını bildirmişdir. Aşkar edilmiş 15 ədəd sellofan bükümdəki narkotik vasitəyə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçısı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq 164 saylı möhürlə möhürlənərək götürülmüşdür. Baxış zamanı aşkar edilmiş bir ədəd “Samsung S23” markalı mobil telefon və içərisində Təqsirləndirilən şəxs məxsus sürücülük və şəxsiyyət vəsiqəsi, iki ədəd “Yapıkredi” banka məxsus, bir ədəd “Beynəlxalq” banka məxsus və bir ədəd “Leobanka” məxsis plastik kartlar, bir ədəd 10 manatlıq və iki ədəd bir manatlıq pul əskinasları olan pul kisəsi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İstintaq hərəkəti zamanı “İphone 13 Pro Max” markalı mobil telefonun videokamerasından istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 28; 30-31).
14. “Şübhəli şəxsin tutulması haqqında” 12 may 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Şahid1 Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən həmin tarixdə, saat 02:10-da müdafiəçinin iştirakı ilə Azərbaycan Respubilkasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Protokola əsasən Şahid1 11 may 2023-cü il tarixdə, saat 23:00-dan saxlanılaraq saat 23:20-də 24-cü PŞ-yə gətirilmişdir (Cild 1, i.v. 41; 45).
15. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 may 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X3 iştirakı ilə Şahid1 elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 02:40-dan 02:50dək Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən həmin PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X7, ÇPA-nın 5-ci PB-nin polis nəfərləri, polis serjantı Şahid2, polis serjantı Şahid4 və polis serjantı Şahid3 iştirakı ilə 24-cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Şahid1 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir. Şahid1 Təqsirləndirilən şəxslə birgə Nizami rayonu Babək prospekti 85 ünvanı yaxınlığına sonuncunun xahişi ilə getdiyini, sonuncunun üzərində hər hansı bir narkotik vasitə olmasından xəbərsiz olduğunu, onun ümumiyyətlə narkotik vasitələrdən istifadə etməsi barədə xəbərsiz olduğunu bildirmişdir. İstintaq hərəkəti zamanı “İphone 13 Pro Max” markalı mobil telefonun videokamerasından istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 52; 54-55).
16. “Mobil telefona baxış keçirilməsi haqqında” 12 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Samsung Duos” markalı mobil telefona baxış keçirilən zaman telefonun “Whatsapp” ani mesajlaşma proqramında +**********00 saylı nömrəni istifadə edən şəxsin sonuncuya narkotik vasitə və psixotrop maddələr barədə səs yazıları və fotoşəkillər göndərməsi müəyyən edilmişdir. Həmçinin mobil telefonun fotoşəkillər olan bölümündə elektron tərəzi üzərində çəkiləri əks edilmiş şəkildə müxtəlif sellofan bükümlərin və müxtəlif ünvanların şəkilləri aşkar olunmuşdur. Mobil telefondan aşkar edilərək götürülmüş fotoşəkillər 1 ədəd DVD diskə köçürülüb materiala əlavə edilmişdir (Cild 1, i.v. 62-71).
17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 may 2023-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 26 dəqiqə 47 saniyə və 6 dəqiqə 34 saniyə olan həmin videoçəkilişin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə baxış keçirilməsinə dair 20 iyul 2023-cü il tarixli protokollarla, habelə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 163-164;).
18. “Məhkəmə fiziki-kimyəvi” ekspertizasının 12 may 2023-cü il tarixli, 6/2753 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər uçun №164” dairəvi möhür əksi, “..(imza) Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 7(yeddi) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi: 9,615 qram; 3,771 qram; 2,822 qram; 1,901 qram; 2,932 qram; 1,729 qram; 1,883 qram, ümumi təmiz çəkisi 24,653 qram olan ağ rəngli kristallik formada maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 8 (səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi: 8,372 qram, 6,388 qram, 8,832 qram, 11,608 qram, 4,901 qram, 5,864 qram, 5,300 qram, 16,580 qram, ümumi təmiz çəkisi: 67,845 qram qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin və metamfetamin fərqli narkotik vasitə və psixotrop maddə olduğundan onlar arasında müqayisəli tədqiqat aparılmamışdır. Heroin 28 iyun 2005-cı ıt tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. Ümumi çəkisi 67,845 qram olan narkotik vasitə heroinin cəmi 0,240 qramı tədqiqata sərf edildikdən sonra 67,605 qram narkotik vasitə heroin, ümumi çəkisi 24,653 qram olan psixotrop maddə metamfetaminin cəmi 0,210 qramı tədqiqata sərf edildikdən sonra 24,443 qram psixotrop maddə metamfetamin qalıq qalmışdır. Aparılmış tədqiqatın dəyərinin 80 (səksən) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 73-78).
19. “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaq davam etdirilməsi üçün aidiyyəti üzrə Nizami RPİ-nin İŞ-yə göndərilmişdir (Cild 1, i.v. 81).
20. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 12 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Nizami RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru Kənan Rzayev tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 84).
21. “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” 13 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir (Cild 1, i.v. 97).
22. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (Cild 1, i.v. 98- 99).
23. ünvan 5i Rayon Məhkəməsinin 13 may 2023-cü il tarixli, 4(007)-227/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 12 may 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında Təqsirləndirilən şəxs izahat verərək bildirdi ki, əməlindən peşmandır, birinci dəfədir belə hərəkət edib. Anası ilə yaşayır, anası evdə təkdir. Bu səbəbdən barəsində təqdimatın və vəsatətin təmin edilməməsini, ev dustaqlığı seçilməsini xahiş etdi. Müdafiəçi X11 məhkəmə iclasında təqsirləndirilən şəxsin göstərdiklərini təsdiq edərək, əməlindən peşman olmasını, daimi yaşayış yerinin olmasını və yaşlı anasının olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini məhkəmədən xahiş etdi.”.
24. “Şübhəli şəxsin haqqında qətimkan tədbirinin seçilməsi haqqında” 13 may 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 126-127).
25. “Şəxsin şübhəli şəxs vəziyyətindən çıxarılması və barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi haqqında” 15 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər əsaslar olmadığından onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməklə şübhəli şəxs vəziyyətindən çıxmış hesab edilmişdir (Cild 1, i.v. 131-135).
26. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 10 iyun 2023-cü il tarixli cavabından və müvafiq hökmdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5i Rayon məhkəməsinin 27 noyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 1(bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir (Cild 1, i.v. 148;).
27. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Nizami RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı X2 tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 158;).
28. "xxxx" MMC-dən daxil olmuş mobil telefonla aparılan danışıqlara və ötürülən məlumatlara dair bir ədəd CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında 12 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlar və ötürülən məlumatlar müvafiq məhkəmə qərarı ilə əldə edilərək baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir (Cild 1, i.v 178-179).
29. “Ambulator məhkəmə-psixiatrik ekspertizasının” 10 iyun 2023-cü il tarixli, 1603 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs qərarda təsvir olunan əməli törətdiyi dövrdə hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə o, hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v. 185-186).
30. “Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının” 12 avqust 2023-cü il tarixli 5169 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlorin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v. 187-188).
31. “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 4 sentyabr 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, 12 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi 24,653 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 67,845 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin tarixdə Təqsirləndirilən şəxs və Şahid1 üzərlərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 2 ədəd disk maddi sübut kımı tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 67,605 qram olan heroin və 24,443 qram olan metamfetamin Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 2 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 199-208).
32. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 4 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq Şirxan Allahverdiyev tərəfindən ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmadığından naməlum mənbəyə dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4-cü maddələri ilə ayrıca icraatda cinayət işi ayrılmaqla ********* nömrə altında icraata qəbul edilməklə istintaqının davam etdirilməsi qərara alınmışdır (Cild 1, i.v.209- 210).
33. “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işi materialları ilə tanış etmə barədə” 6 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, müdafiəçi Adilə Məmmədov Təqsirləndirilən şəxs ilə birlikdə iş materialları ilə tanış odluqdan sonra birinci əlyazma ilə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsinə dair təqsirləndirilən şəxslə birgə vəsatət vermiş və həmin vəsatət ibtidai istintaq orqanı tərəfindən 7 sentyabr 2023-cü il tarixdə rədd edilmişdir (Cild 1, i.v.215-217).
34. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Ş.Allahverdiyev tərəfindən 9 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktı 11 sentyabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.220-230).
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 4764/2023 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs həmin təcridxanaya gətirildikdən sonra tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə almadığını bildirmişdir. Həmin kitabçanın 13 və 14-cü bəndlərində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs bədən səthində hər iki saidin və sol bazunun köhnə çapıq toxumaları kimi xəsarət izləri aşkar olunmuş, müayinə zamanı şikayəti olmadığını bildirmişdir (Cild 2).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
36. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
37. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
39. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
40. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
41. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.
42. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
43. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
44. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
45. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
46. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.
47. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
48. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
49. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edib satmaq məqsədi ilə əvvəllər tanıdığı, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq müəyyən miqdarda pul müqabilində şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşına məxsus külli miqdarda psixotrop maddə və narkotik vasitənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 11 may 2023cü il tarixdə, saat 20 radələrində sonuncunun tapşırığı ilə ünvan 14 ünvanda yerləşən 32 nömrəli tam orta məktəbin yaxınlığında yolun kənarında istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş bir ədəd ağ rəngli sellofan torbada 7 (yeddi) ədəd sellofan bükümdə təmiz çəkisi 24,653 qram külli miqdarda ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 8 (səkkiz) ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 67,845 qram külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə daşımış və üzərində saxlamış, 11 may 2023-cü il tarixdə, saat 23 radələrində ÇPA-nın 5-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 15 ünvanda yerləşən Nizami RPİ-nin 24-cü PŞyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli və qara naxışlı gödəkçənin sağ cibindən bir ədəd ağ rəngli sellofan torbada 7 (yeddi) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,615 qram, 3,771 qram, 2,822 qram, 1,901 qram, 2,932 qram, 1,729 qram, 1,883 qram, ümumi təmiz çəkisi 24,653 qram külli miqdarda ağ rəngli kristalİik formada xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamın və 8 (səkkiz) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,372 qram, 6,388 qram, 8,832 qram, 11,608 qram, 4,901 qram, 5,864 qram, 5,300 qram, 16,580 qram, ümumi təmiz çəkisi 67,845 qram külli miqdarda qəhvəyi rəngli xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
50. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edib satmaq məqsədi ilə əvvəllər tanıdığı, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq müəyyən miqdarda pul müqabilində şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşına məxsus külli miqdarda psixotrop maddə və narkotik vasitənin satışını həyata keçirəcəyi barədə razılığa gəlməsinə dair” verilmiş ittiham, yəni CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.
51. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
52. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
53. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-in 21.2-ci maddəsinin tələblərinə həmin məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
54. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.
55. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram, həmin Siyahıların İİ siyahısının 67-ci bəndində isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
56. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumilikdə 67,845 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 452 dəfə, külli miqdarından isə təxminən 34 dəfə artıq olması, ümumilikdə 24,653 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 164 dəfə, külli miqdarından isə təxminən 12 dəfə artıq olması, özünün narkotik vasitə və psixotrop maddələri qazanc əldə etmək məqsədilə üzərində saxlamasına dair istintaq dövründə verdiyi etirafedici ifadələri, o cümlədən üzərindən çoxsaylı bükümlərə bükülmüş halda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar edilməsi, habelə mobil telefonundan narkotik vasitə və psixotrop maddələr barədə səs yazıları və fotoşəkillərin, eləcə də mobil telefonun fotoşəkillər olan bölümündə elektron tərəzi üzərində çəkiləri əks edilmiş şəkildə müxtəlif sellofan bükümlərin və müxtəlif ünvanların şəkillərinin aşkar edilməsi onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
57. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
58. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
59. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
60. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin saxlanılarkən onun üzərində olmaması və sonradan polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması barədə verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
61. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
62. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hökmün 59-cu bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.
63. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edib satmaq məqsədi ilə əvvəllər tanıdığı, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq müəyyən miqdarda pul müqabilində şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşına məxsus külli miqdarda psixotrop maddə və narkotik vasitənin satışını həyata keçirəcəyi barədə razılığa gəlməsini” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur.
64. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
65. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
66. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
67. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
68. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
69. Məhkəmə, Təqsirləndirilən şəxs özünün məhkəmə iclasında təsdiq etdiyi kimi polis əməkdaşları tərəfindən hər hansı fiziki, psixi təzyiqə və ya pis rəftara məruz qalmamasına baxmayaraq, narkotik vasitələrin təsiri altında olduğundan polis əməkdaşları tərəfindən nəyi və necə tələb etmişlərsə şəxsi axtarışa məruz qalarkən elə də bildirməsini, üzərində hər hansı narkotik vasitə və psixotrop maddənin olmamasını, üzərindən aşkar edilmiş ittihamda göstərilmiş predmetlərin polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
70. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
71. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən, o cümlədən məhkəmə iclasında ifadə verərkən hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişdir. Eyni zamanda barəsində həbs qətimkan tədbiri seçilərkən və həmin qətimkan tədbiri uzadılarkən müdafiəçisinin iştirakı ilə törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını bildirmişdir. Hökmün 13; 17; 23; 33 və 35-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.
72. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
73. Beləliklə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edib satmaq məqsədi ilə əvvəllər tanıdığı, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq müəyyən miqdarda pul müqabilində şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşına məxsus külli miqdarda psixotrop maddə və narkotik vasitənin satışını həyata keçirəcəyi barədə razılığa gələrək külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək daşıayaraq saxlamasına dair” verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.
74. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
75. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır.
76. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
77. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
78. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
79. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
80. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
81. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən müalicə olunmaq istəməsini bildirməsini və məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
82. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.
83. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
84. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
85. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
86. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
87. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
88. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ünvan 5i rayon məhkəməsinin 13 may 2023-cü il tarixli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 11 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətinə uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 11, 120-125; 235-238;).
89. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 may 2023-cü il tarixdən hesablanmalıdır.
90. Məhkəmə hökmün 30-cu bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
91. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
92. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasında saxlanılan tədqiqatlardan sonra ümumi qalıq çəkisi 67,605 qram olan narkotik vasitə heroin və 24,443 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, “Şəxsi axtarış və götürmə” istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlər zamanı videogörüntülərin köçürüldüyü 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
93. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
94. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
95. İş üzrə mülki iddia yoxdur.
96. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
97. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
98. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 11 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ünvan 5i Rayon Polis İdarəsinin maddı sübutların saxlanc kamerasında saxlanılan tədqiqatlardan sonra ümumi qalıq çəkisi 67,605 qram olan narkotik vasitə heroin və 24,443 qram olan psixotrop maddə metamfetamın məhv edilsin, 2 (iki) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.