Məhkəmə qərarları › İş №1(101)-81/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-81/2021

18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-81/2021 18.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X11 və X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı3 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi4, nümayəndələr Nümayəndə1 və Nümayəndə3, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxxxx 1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 mənzil 698-də pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sistemində olan əlaqələrindən istifadə edərək, Zərərçəkmiş şəxs1 Sumqayıt şəhər Pİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilən qardaşı X6 əvvəlcə Bakı Ağır Cinayətlər Məhkəməsində yüngül cəza alınmasına, daha sonra isə Sumqayıt Apellyasiya Məhkəməsində azadlığa buraxılmasına nail olacağı və bundan ötrü 90000 (doxsan min) manata yaxın pul lazımı şəxslərə veriləcəyi barədə yalan məlumat verib aldadaraq, vahid qəsdlə 2016-cı ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsi, 26 nömrəli yaşayış binasının qarşısında, onların həmyerlisi və ailəvi yaxın münasibətlərdə olduqları Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs1 30000 (otuz min) manat pulunu, 2016-cı ilin iyun ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində, Səməd Vurğun küçəsində yerləşən «Zabitlər» parkının qarşısında Şahid4 vasitəsi ilə Zərərçəkmiş şəxs1 40000 (qırx min) manat pulunu, 2016-cı ilin iyul-avqust aylarında Bakı şəhəri, Yasamal rayonu ərazisində, Şəfayət Mehdiyev küçəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yanında olan 4 D nömrəli yaşayış binasının qarşısında Şahid2 və Şahid4 vasitəsi ilə Zərərçəkmiş şəxs1 5000 (beş min) manat pulunu, 2016-cı ilin noyabr ayının axırlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində, Səməd Vurğun küçəsində yerləşən «Göy Məsçidin» yanında Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs1 4500 (dörd min beş yüz) manat pulunu, 2016-cı ilin dekabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Qələbə» dairəsinin yanında olan «Baku Mall» Ticarət Mərkəzinin yanında Şahid2 və Şahid4 vasitəsi ilə Zərərçəkmiş şəxs1 5500 (beş min beş yüz) manat pulunu, 2016-cı ilin dekabr ayının axırlarında Bakı şəhəri, Səbail rayonu ərazisində, Əziz Əliyev küçəsində yerləşən «X21» adlanan yerdə Şahid2 və Şahid4 vasitəsi ilə Zərərçəkmiş şəxs1 3500 (üç min beş yüz) manat pulunu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda – 88500 (səksən səkkiz min beş yüz) manat ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2, əlaqələrindən istifadə edib, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 2 nömrəli Tərəvəzçilik Sovxozu ərazisində yerləşən, təsərrüfat təyinatlı, Dövlətin ehtiyat fondunun balansında olan və 99 il müddətinə Şahid10 icarəyə verilən 3 hektar torpaq sahəsini sonuncunun adından onun bacısı qızı Şahid8 adına keçirilməsi ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən məktub alacağı və bundan ötrü bu məsələni həll edən şəxslərin 8000 (səkkiz min) ABŞ dolları istədikləri barədə yalan məlumat verib aldadaraq, xx xxx 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 11 ünvanında yerləşən 18 saylı Notariat Ofisinin yaxınlığındakı «Zəka» kitab evinin qarşısında, həmin dövrün məzənnəsinə uyğun olaraq Zərərçəkmiş şəxs2 13620 (on üç min altı yüz iyirmi) manat 08 (səkkiz) qəpik təşkil edən 8000 (səkkiz min) ABŞ dollar pulunu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirirək, zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2, əlaqələrindən istifadə edib, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi barədə Əmlak komitəsinin xx xxxx 2017-ci il tarixli şəhadətnaməsinin ləğv olunması üçün Abşeron rayon İcra Hakimiyyətinin cavabdehlər Şahid10, Şahid8, Zərərçəkmiş şəxs2 və üçüncü şəxslər, Bakı şəhəri, 18 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 10 saylı ərazi idarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması barədə iddia tələbinin təmin edilməsi barədə həmin rayon məhkəməsinə verdiyi iddia tələbinə dair mülki işin sonuncunun xeyrinə həll edəcəyinə və həmin məsələnin həll edilməsi üçün 5000 (beş min) manat tələb olunduğu barədə yalan məlumat verib aldadaraq, xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 59 ünvanında yerləşən Dəniz Vağzalının qarşısında Zərərçəkmiş şəxs2 tanışı Şahid9 vasitəsi ilə 5000 (beş min) manat pulunu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirirək, zərərçəkmişə ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2, əlaqələrindən istifadə edib, Abşeron rayon Məhkəməsinin sözü gedən torpaq sahəsi ilə bağlı çıxardığı xx xxxxxx 2018-ci il tarixli qətnaməsini Sumqayıt Apellyasiya Məhkəməsində ləğv etdirəcəyinə və bundan ötrü məsləni həll edən şəxslərin əvvəl aldığı pullardan əlavə 2000 (iki min) manat tələb etdikləri barədə yalan məlumat verib aldadaraq, 2018-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 59 ünvanında yerləşən Dəniz Vağzalının qarşısındakı avtomobil dayanacağında sonuncunun tanışı Şahid9 vasitəsi ilə onun 2000 (iki min) manat pulunu alıb, aldatma və etibardan suiistifadə etməklə ələ keçirirək, zərərçəkmişə ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2, əlaqələrindən istifadə edib, «xxxx» ASC bankına ödəməli olduğu kreditin ödənmə müddətinin uzadılmasına dair Nərimanov rayon Məhkəməsinə verilən iddianı təmin etdirəcəyi və məsələnin həll edilməsi üçün 5000 (beş min) manat istənildiyi barədə yalan məlumat verib aldadaraq, 2018-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospekti, 13 ünvanında yerləşən «Lukoil» yanacaq doldurma məntəqəsinin ərazisində Zərərçəkmiş şəxs2 5000 (beş min) manat pulunu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirirək, zərərçəkmişə ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2, Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılması ilə əlaqdəar «xxxx» ASC bankında girovda olan evlərinin qiymətləndirilməsi üçün ekspertə verəcəyi və işin tam həll edilməsi üçün əlavə 1500 (bir min beş yüz) manat pul istənildiyi barədə yalan məlumat verib aldadaraq, vahid qəsdlə xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən Nəsimi rayon Polis İdarəsinin yaxınlığında Zərərçəkmiş şəxs2 3000 (üç min) manat pulunu, xx xxxx 2018-ci il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsi, 2-ci mikrorayon ərazisində yerləşən «EL Lombard» lombardının qarşısında Şahid9 vasitəsi ilə Zərərçəkmiş şəxs2 1500 (bir min beş yüz) manat pulunu alıb, aldatma və etibardan sui-istifadə etməklə, zərər çəkmişə ziyan vurmaqla, dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, xx xxxxxx 2001-ci il tarixdən, xx xxxxxx 2016-cı il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmış, son iş yeri isə Bakı Apellyasiya Məhkəməsinin İcra Şöbəsi olmaqla icra məmuru vəzifəsində işləmiş və öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, Şahid4 isə 2016-cı il iyun ayında onun qohumu Sahib Qasımovun vasitəsi ilə tanımışdır. Şahid2 2016-cı ilin iyun ayından, həmin vaxt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin ağır cinayətlərə dair işlər üzrə şöbəsinin baş müstəntiqi, vəzifəsində işləyən Şahid4 sürücüsü kimi tanımışdır. Şahid3 ilk dəfə 2016-cı ilin oktyabr ayında Şahid4 işlədiyi Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin qarşısında görmüşdür. xx xxxx 2016-cı il tarixdə Şahid4 onun mobil telefonuna zəng edərək, onunla Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Qış Parkında” görüş təyin etmişdir. Həmin vaxt Şahid4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin ağır cinayətlərə dair işlər üzrə şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı vəzifəsində işləmişdir. Görüş zamanı Anar ondan, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevin icraatında olan Nizaminin və Kamranın barələrində olan cinayət işi üzrə onların hər ikisinə köməklik göstərilməsini və onu hakim Rauf Əliyevlə görüşdürməyini xahiş etmişdir. Həmin axşam o, Bakı Ağır Cinayətlər Məhkəməsinə gedərək, orada vəkillə və məhkəmə iclas katibinin vasitəsi ilə adını xatırlamadığı dövlət ittihamçısı ilə görüşmüş və Nizami ilə Kamranın xahişçisinin Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi Şahid4 olduğunu bildirmişdir. Səhərisi gün Anarla dövlət ittihamçısı görüşmüş, onların nə barədə danışdıqlarından xəbərdar olmamışdır. Ancaq Anar görüşdən razı qalmışdır. Bundan bir neçə gün sonra, Nizami ilə Kamranın hər ikisinə 08 il azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Onların vəkilləri cəza ilə əlaqədar apellyasiya şikayəti vermiş və işə Sumqayıt Apellyasiya Məhkəməsində baxılmalı olmuşdur. Şahid4 onunla 2016-cı ilin iyun ayının sonlarında əlaqə saxlamış və həmin işə Sumqayıtda baxılacağından, ona kömək etməyini istəmişdir. Onlar birlikdə Sumqayıt məhkəməsinə getmişlər. İlk olaraq ittihamçı ilə görüşmüş, sonra Sumqayıtın prokurorunun köməkçisinin Şahid4 tələbə yoldaşı olduğunu öyrənmiş və onunla görüşmüşlər. Hakimlə Şahid4 özü görüşmüşdür. O, Sumqayıta Anarın sürücüsü kimi getmiş, çünki onun həmin vaxt maşını olmamışdır. 2017-ci ilin yanvar ayında Sumqayıt Apellyasiya Məhkəməsində hökm oxunmuş və Nizami ilə Kamranın cəzası 08 ildən 06 il azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Lakin bu işin təfərrüatları barədə məlumatı olmamışdır. Bir müddət sonra 2017-ci ilin iyun ayının əvvəllərində onu, Qaradağ rayonu Polis İdarəsinin işçiləri evinin yanından tutub istintaq şöbəsinə aparmışlar. O, tutulmasının səbəbini soruşanda, ondan şikayət olduğunu bildirmişlər. Amma onlardan ərizəni göstərmələrini istədikdə, onlar şikayətin başqa adamın adına verildiyini demişlər. 2017-ci ilin sentyabr ayında Şahid4 artıq Yasamal rayon Polis Şöbəsində baş müstəntiq vəzifəsində çalışmışdır. Onu polis şöbəsinə gətirəndə isə Şahid4 Qaradağ rayonu Polis İdarəsinin rəisi Həsən İsmayılovun köməkçisi idi. Sonra ona cinayət işinin başlanması haqda olan qərarın ləğv olunduğunu demişlər. 2018-ci ilin yanvar ayında ona Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsindən Elvin Cəfərov zəng vurmuş və polis bölməsinə çağırmışdır. O, polis bölməsinə gələndə Elvindən niyə belə oyun oynadıqlarını soruşmuş, o isə bu işə Həsənin baxdığını demişdir. Sonra onun haqqında axtarış qərarı çıxarmış, halbuki o, bölmədə izahat verəndə yaşadığı ünvanı və telefon nömrəsini qeyd etmişdi. Onu altı gün müvəqqəti saxlanma yerində saxladıqdan sonra ifadəsini alıb buraxmışlar. Orada qardaşından pul almışlar. Onlar dəfələrlə onun xəstə olmağı adı ilə istintaqı müvəqqəti dayandırmış, bu səbəbdən də onlar Bakı Şəhər Prokurorluğuna şikayət etmişlər. Sonra müstəntiq heç yerə şikayət etməməyi və işi həll edəcəyini demişdir. İşi Səbail rayon prokurorluğuna göndərəndə, oradakı müstəntiq niyə işi Səbailə göndərdiklərini ondan soruşmuşdur. Çünki bu işin nə Səbailin, nə də Qaradağın ərazisinə aidiyyəti yox idi. Onlar Şahid4 və Cavidan adlı şəxsi çağırmalı olduqlarından və bunu etmək istəmədiklərindən, işi Qaradağa geri qaytarmışlar. Cavidan adlı şəxsin qaynatasının vəzifəli şəxs olduğunu demiş və bundan başqa bir sıra şəxsin adlarını çəkmişlər. Bundan başqa onun barəsində Sumqayıt Şəhər Polis İdarəsinə bir qadın tərəfindən şikayət verilmişdi və həmin şikayət rədd edilmişdi. Buna baxmayaraq, Qaradağ rayon Polis İdarəsinin müstəntiqi Samir Ağayev ona qarşı istifadə etmək üçün həmin işi yenidən üzə çıxarmışdır. O, xx xxxxx 2017-ci il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etmişdir ki, onun işinə onlar baxsınlar. Çünki Qaradağ rayonunda işi aparan şəxslərin öz maraqları olduğundan, onlar nə Anarı, nə Cavidanı, nə də İlhamı dindirməyəcəkdilər. Onun bir neçə dəfə Bakı Şəhər Baş Polis İdarəsinə gedib-gəlməyinə baxmayaraq, onun axtarışda olduğu məlum olmuşdur. Onu bir də bu səbəbdən Qaradağ Rayon Polis İdarəsinə aparmışlar. Onun yaşadığı ünvana isə oradan heç məktub gəlməmişdir. 2019-cu ilin iyun ayının 08-də onun işini məktubla Sumqayıt Şəhər Polis İdarəsinə göndərmişlər. İşi icraatlarında 3 ay saxladıqdan sonra sentyabr ayının 27-də onu dindirmişlər. O, orada Zərərçəkmiş şəxs1la görüşmək istədiyini bildirmiş, cavab olaraq ona deyilmişdir ki, Zərərçəkmiş şəxs1 onu tanımır və onunla üzləşmək istəmir. Sonra Cavidanla üzləşdirmələrini tələb etmiş, amma Cavidanın xəstə olduğunu bildirmişlər. Şahid4 da ona bata bilməyəcəyini dediyindən, Bakı Şəhər Prokurorluğuna müstəntiqdən və prokurordan şikayət etmişdir ki, onlar işi düzgün aparmırlar. Sonra müəyyən olunmuşdur ki, 2015-ci ildə bu iş açılandan iki gün sonra onlardan pul alınmış və bir il keçəndən sonra hər şeyi qarışdırıb onun üstünə atmışlar. İndi isə onları yalnız şahid qismində məhkəməyə göndərmişlər. Onun verdiyi heç bir vəsatət qəbul olunmamışdır. O, Vüqar Sadıxovla bir dəfə Şahid4 vasitəsi ilə Yasamal Rayonu Polis idarəsinin qarşısında görüşmüşdür. Lakin Zərərçəkmiş şəxs1la pul məsələsi barədə görüşməmiş, həmçinin ona Şahid4 və Şahid2 vasitəsilə pul verilməmişdir. İttihamda göstərilən pulları almamış və heç kimə pul verməmişdir. Qaradağ rayon polis idarəsində müstəntiq ondan hədə-qorxu ilə 20 000 manat pul almışdır. Ümumilikdə isə ondan 73 500 manat məbləğində pul alınmışdır. Bundan başqa depozitə qoyulmaq üçün ondan 5000 manat alınmışdır. Zərərçəkmiş şəxs2 2017-ci ildən, Bakı şəhərində yerləşən «xxxx» ASC bankının keçmiş əməkdaşı olan Vasifin vasitəsi ilə tanımışdır. Belə ki, 2017-ci ildə Bakı şəhəri, “20 Yanvar” metro stansiyasının yanında təsadüfən mobil telefonların satışı mağazasında işləyən Vasiflə tanış olmuş və Vasif ona əvvəllər «xxxx» ASC bankında işlədiyini bildirmişdir. “20 Yanvar” metro stansiyasının yaxınlığında yerləşən çayxanada oturub söhbət edən zaman Vasif «xxxx»da işlədiyi vaxtdan tanıdığı Nailə adlı qadının əlində bir torpaq sahəsinin sənədinin olduğunu, torpaq sahəsinin sahibinin isə türmədə olduğunu və qadına torpaq sahəsinin satılmasında köməklik etmək lazım olduğunu bildirmişdir. Vasif də demişdir ki, qadının torpağı yaxşı yerdədir, sənədləri qaydasındadır, Abşeron rayonu ərazisində yerləşən notariat kontorların biri ilə danışmaq lazımdır ki, həmin torpaq sahəsini alqı-satqı etsinlər və torpağa müştərini də özləri tapsınlar. O, Vasifə həmin torpaq sahəsinin sənədlərinə baxmaq lazım olduğunu bildirmişdir. Bundan başqa, Vasif ona bildirmişdir ki, Nailə xanımın Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinə Ramin adlı türmədə olan şəxsin adından etibarnaməsi var, həmin torpaq sahəsini satmaq üçün, Nailə xanım öz adına keçirmək istəyir. O, Vasifə Nailə xanımla birlikdə gedib, onun satmaq istədiyi torpaq sahəsinə baxmağını bildirmişdir. Onun yanında Vasif Nailə xanıma zəng etmiş, ona, səhərisi gün onunla Abşeron rayonu, Mehdiabad qəsəbəsində görüş təyin etmişdir. Həmin günün səhərisi, təxminən 2017-ci ilin may ayında, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsinə gəlib, orada olan marketlərin birinin qarşısında Nailə xanımla görüşmüş və onlar birlikdə Mehdiabad qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə baxmağa getmişlər. Onlar ora çatanda, Nailə xanımın satmaq istədiyi torpaq sahəsinin boş olmadığını və orada ferma tikildiyini, fermanın qapısına yaxınlaşdıqda isə qapının üzərinə qıfıl vurulduğunu görmüşlər. Bu zaman həmin sahənin mühafizəçisi olan tanımadığı yaşlı bir kişi gələrək, onlara nə lazım olduğunu soruşmuş, o da bu sahənin sahibinin Nailə xanım olduğunu və torpaq sahəsinə sənədi olduğunu bildirmişdir. Həmin kişi Lətif adlı bir nəfərə zəng vurub, ona təcili torpaq sahəsinə gəlməyini bildirmiş və təxminən 10 dəqiqədən sonra, həmin adam öz avtomobilində onların yanına gəlmişdir. Həmin şəxs avtomobilindən torpaq sahəsinə Şahid10 adına olan sənədi və Raminin ona verdiyi etibarnaməni götürüb onlara göstərmiş və Nailə xanımdan, onda olan sənədin nə olduğunu soruşmuşdur. Nailə xanım özündə olan torpağın sənədinin kserosurətlərini göstərmiş və Lətif Raminin atası İdrisə zəng vuraraq, onu aldatdıqlarını, torpağı ona satdıqları halda torpağın sənədlərinin başqa adamda da olduğunu bildirmişdir. Orada torpaqla bağlı mübahisə yarandığından, o, Nailə xanımla birlikdə oradan çıxıb getmişdir. Bundan bir gün sonra, Nailə xanım onun mobil telefonuna zəng vuraraq, onunla görüşmək istədiyini bildirmiş və həmin gün onunla Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Space” televiziya kanalının yanında görüşmüşlər. Nailə xanım görüşə bacısı qızı Lalə ilə birlikdə gəlmiş, görüş zamanı Nailə xanım, türmədə cəzasını çəkən Raminin onun evlərini girov qoyaraq, «xxxx» bankından kredit götürdüyünü, krediti ödəyə bilmədiyi üçün, həmin torpaq sahəsini satmaq istədiyini bildirmiş və ondan bu məsələdə ona köməklik etməyini xahiş etmişdir. O, həmin torpaq sahəsini satmaq üçün, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron rayon şöbəsindən forma 1 saylı arayış almaq lazım olduğunu bildirmişdir. O Nailə xanımla, səhərisi gün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron rayon şöbəsinin qarşısında görüşməyini danışmış və həmin günün səhərisi, saat 12:00 radələrində danışılan yerdə görüşmüşlər. O, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron rayon şöbəsinə keçib, Nailə xanımın torpaq sahəsini alqı-satqı etmək üçün, oradan 1 saylı forma arayışını almağı danışmış və orada ona, günorta saat 15:00-da gəlib, həmin arayışı almağı bildirmişlər. Sonra isə oradan çıxıb getmiş və həmin gün saat 15:00 radələrində, Nailə xanım özü Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron rayon şöbəsinə gedib, forma 1 nömrəli arayışı götürmüşdür. O, Nailə xanımla birlikdə Abşeron rayonu ərazisində yerləşən notariuslarda torpağın alqı-satqısı ilə maraqlanmış və bu məsələdə onlara köməklik etməkdən imtina edilmişdir. Sonra onlar Bakı şəhəri, Əhmədli qəsəbəsi ərazisində yerləşən 18 nömrəli Notariat Kontoruna gəlmiş, orada torpağın sənədləşdirilməsi ilə bağlı söhbət etmiş, onlara bildirilmişdir ki, Şahid10 şəxsiyyət vəsiqəsi, arvadı ilə nigah şəhadətnaməsi və torpağın satılması ilə əlaqədar arvadının razılığı lazımdır. Nailə notariusla danışdığını və sabah bu işin həlli üçün gələcəyini bildirmişdir. Lakin sonradan o Nailə xanımla birlikdə bu işin dalınca getməmiş və bir gündən sonra, Nailə xanım ona, notariusda torpaq sahəsini bacısı qızı Lalənin adına keçirdiyini bildirmiş və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron rayon şöbəsindən Lalənin adına çıxarış almaqda ona köməklik etməyini xahiş etmişdir. O, halhazırda adını xatırlamadığı, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron rayon şöbəsində işləyən tanışından Nailənin torpaq sahəsinə tez bir zamanda çıxarış verməklərini xahiş edərək, Nailəni onun yanına göndərmiş və həmin şəxs Nailə xanıma bir neçə gün ərzində torpaq sahəsinə çıxarış almaqda köməklik etmişdir. O, həmin torpaq sahəsini sənədləşdirmək üçün Abşeron rayon İcra Hakimiyyətindən razılıq məktubu almaq adı ilə və ya başqa bir məqsədlə Nailə xanımdan pul almamışdır. Nailə ona həmin torpaq sahəsi satıldıqdan sonra 20000 manat məbləğində pul verəcəyini demişdir. Onun vəzifəsi yalnız maklerlikdən ibarət olmuşdur. O, alıcını tapıb, həmin torpaq sahəsinə baxması üçün gətirirmiş. Kamran adlı şəxsi də alıcı kimi torpaq sahəsinə aparmış və onlar Nailəylə qiymət barəsində də razılaşmışlar. Amma sonra Ramin şikayət etdiyindən satışı həyata keçirmək mümkün olmamışdır. Nailənin notariusa nə qədər pul verdiyi haqda məlumatı yoxdur. Nailə onun haqqında polis şöbəsinə şikayət verəndə yazmışdır ki, o, notariusa 8000 ABŞ dolları məbləğində pul ödəyib. Nailə məhkəmə xərclərini kiminsə üstünə atmaq üçün onun barəsində şikayət etdiyini bildirmişdir. Onun barəsində verilən şikayətdə Nailə ona 8000 manat məbləğində ziyan dəydiyini qeyd etmişdir. Ona bu pulu guya ki, torpağı özəlləşdirmək üçün verdiyini yazmışdır. Halbuki həmin torpaq sahəsi heç onun adına belə olmayıb, bu səbəbdən də burada özəlləşdirmə barədə söz ola bilməzdi. Onu polis bölməsinə çağıranda, verdiyi izahatda bu haqda bildirmiş və Nailənin özünün cinayət məsuliyyətinə cəlb oluna biləcəyini də qeyd etmişdir. Çünki o, başqasının adına olan torpaq sahəsini öz bacısı qızının adına keçirmişdir. Sonra polis şöbəsində bu şikayət rədd olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmədə zərər çəkmiş şəxs və şahid qismində dindirilən şəxslərin ifadələri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Eldar qızı ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2017-ci ilin may ayından, Bakı şəhəri, Nərimanov rayonu, «Gənclik» metro stansiyasının yaxınlığında yerləşən «xxxx» ASC bankında işləyən Vasif adlı şəxsin vasitəsi ilə tanımışdır. 2015-ci ildə öz adına olan, Bakı şəhərində yerləşən iki evini və Sumqayıt şəhərində yerləşən iki evini «xxxx» bankına girov qoyaraq, həmin bankdan ailəvi tanışları olan Şahid10 adına 200.000 manat pul ipoteka krediti götürüb, təsərrüfatla məşğul olmaq məqsədi ilə həmin pula Abşeron rayonu, Mehdiabad qəsəbəsində Raminin adına 03 ha torpaq sahəsi almışlar. Həmin torpaq sahəsini alandan sonra, Ramin onun adına torpağa baş etibarnamə vermiş və bankdan aldıqları ipoteka kreditinə görə onlar hər ay banka 3.500 manat pul ödəmişlər. 2017-ci ilin aprel ayından onlar «xxxx» bankından götürdükləri kreditin pulunu ödəməyə çətinlik çəkməyə başlamış və həmin bankda işləyən, kredit işlərinə baxan Vasif ona demişdir ki, aldığınız torpaq sahəsinə həbs qoyulmasın deyə, ya torpaq sahəsini satmalı, ya da ki, başqa adamın adına keçirməlisiniz. Abşeron rayonu, Mehdiabad qəsəbəsində aldıqları 3 ha torpaq sahəsinin təyinatı təsərüfat üçün nəzərdə tutulduğundan, ondan əvvəlki icarə sahibinə 99 il müddətinə icarəyə verilmişdir. Ona görə də, həmin torpaq sahəsini satmaqdan ötrü Abşeron rayon İcra Hakimiyyətindən ona razılıq məktubu verilməli imiş. Bank işçisi Vasif ona Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləyən Azər adlı tanışının Abşeron rayon İcra hakimiyyətindən icazə məktubu ala biləcəyini bildirmiş və Azərin mobil telefonuna zəng edərək, onu bankın yanına görüşə çağırmışdır. Təxminən 15 dəqiqədən sonra, sonradan Təqsirləndirilən şəxs kimi tanıdığı orta yaşlı kişi bankın yanına gəlmiş və onlar görüşmüşlər. Vasif özü də Azəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyində şöbə rəisi vəzifəsində işləyən şəxs kimi tanıyırmış və Vasif onu Azərlə tanış etmişdir. Vasif onu Azərə təqdim edərək, bildirmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində onun adına etibarnamə əsasında 03 ha torpaq sahəsi vardır, həmin torpaq sahəsini satmaq istəyir, lakin bunun üçün Abşeron rayon İcra Hakimiyyətindən icazə məktubu lazımdır və Azərdən, bu məsələdə ona köməklik edə bilib-bilməməsini soruşmuşdur. Azər bildirmişdir ki, torpaq sahəsini satmaq üçün, Abşeron rayon İcra Hakimiyyətindən məktub alınması məsələsində ona köməklik edəcəkdir və bunun müqabilində 3.000 ABŞ dollar məbləğində pul lazımdır. O Azərlə razılaşmış və onlar sabahısı gün Bakı şəhəri, Əhmədli qəsəbəsində görüşərək, orada yerləşən Notarial Kontoruna gedib, torpağı bacısı Sevilin qızı Şahid8 adına sənədləşdirməyi qərara almışlar. Həmin axşam Azər onun mobil telefonuna zəng edərək, səhər saat 11:00 radələrində Bakı şəhəri, Əhmədli qəsəbəsi ərazisində görüş təyin etmişdir. O, Bakı şəhərini yaxşı tanımadığı üçün, sabahısı gün, təxmin etdiyinə görə, xx xxx 2017-ci il tarixdə, saat 11:00 radələrində böyük oğlu Elnurla birlikdə Bakı şəhəri, Əhmədli qəsəbəsi ərazisinə gedib, orada Azərlə görüşərək, yaxınlıqda yerləşən 18 nömrəli Notarial Kontoruna getmişlər. Notarial Kontorunun qarşısında o Azərə 3.000 ABŞ dollar pul vermiş və o, Notaril Kontoruna daxil olmuşdur. Bir neçə dəqiqədən sonra, X9 çıxıb, ona demişdir ki, işi alınmır və onun ona verdiyi 3.000 ABŞ dollar pulu özünə qaytarıb, çıxıb getmişdir. Azər ondan ayrıldıqdan bir neçə dəqiqə sonra, mobil telefonuna zəng edərək, şəhərdə olmağını, onun işi ilə əlaqədar bir nəfərlə görüşə getdiyini və əgər işi alınsa, ona xəbər edəcəyini bildirmişdir. Ona görə də, o oğlu Elnurla birlikdə avtomobili Bakı şəhəri, Nizami rayonu ərazisində, «Neftçilər» metro stansiyasının yaxınlığında yerləşən «Laçın» univermağının yanında saxlayıb, orada Azərin zəngini gözləmişlər. Təxminən iki saatdan sonra, Azər onun mobil telefonuna zəng edərək, ona 8.000 ABŞ dollar pul düzəltməyini, Abşeron rayon İcra Hakimiyyətindən razılıq məktubunun alınmasını həll etdiyini və torpağın alqısatqısını həll edəcəyini bildirmişdir. xx xxx 2017-ci il tarixdə, saat 11:00 radələrində o böyük oğlu Elnurla və torpaq sahəsini adına keçirəcəyi bacısı qızı Lalə ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən 18 nömrəli Notarial Kontorunun qarşısına gəlmiş və həmin vaxt Azər idarə etdiyi avtomobilin içərisində oturub onu gözləmişdit. O, Lalə ilə birlikdə Azərin avtomobilinə əyləşmiş, avtomobilin içərisində Azərə 8.000 ABŞ dollar pul vermişdir. Azər ondan pulu alıb sayandan sonra, avtomobilinin saxlanc yerinə qoymuş və bildirmişdir ki, Notarial Kontorunda işləri həll edəndən sonra, Abşeron rayon İcra Hakimiyyətinə gedib, onun ona verdiyi 8.000 ABŞ dollar pulu ora verəcəkdir. Daha sonra, o, Azər və Lalə, 18 nömrəli Notarial Kontoruna daxil olmuş və orada o sözü gedən torpaq sahəsini Şahid8 bağışlamağı barədə ərizə yazmışdır. Bundan 21 gün sonra isə o Lalə ilə birlikdə Abşeron rayonunda yerləşən Əmlak Məsələləri Dövlət Komitəsinə gedib, oradan həmin torpağa Lalənin adına çıxarış almışlar. Bundan sonra, Azər ona bildirmişdir ki, həmin torpaq sahəsinin satılmasında da, yəni torpaq sahəsinə müştəri tapmağa da ona köməklik edər. Hətta, Azər bir neçə nəfər tanımadığı şəxsləri də satmaq istədiyi torpaq sahəsinə apardı. 2017-ci ilin sentyabr ayında Azər ona bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən «forma 1» arayışını alıb, torpaq sahəsinə müştəri tapıb, həmin müştəri torpaq sahəsini almaq istəyir. O da buna görə Abşeron rayon Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə getmiş, orada məlum olmuşdur ki, Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Məhkəməsinə onun satmaq istədiyi torpaq sahəsi ilə bağlı müraciət edib və Abşeron rayon Məhkəməsi həmin torpaq sahəsinə həbs qoyub. O, dərhal Azərlə telefon əlaqəsi saxlayıb, Abşeron rayon Məhkəməsinin torpaq sahəsinə həbs qoyduğunu bildirmişdir. Beləliklə, həmin torpaq sahəsinə görə Abşeron rayon Məhkəməsində proseslər davam etmişdir. Azər artıq onun etibarımı o qədər qazanmışdı ki, o Azərə təklif etmişdir ki, ona mülki etibarnamə versin və o, onun adından bütün işləri həll etsin. Hətta, 2017-ci ilin noyabr ayında Azər ona təklif etmişdir ki, Abşeron rayon Məhkəməsində iştirak etmək üçün vəkil tutmaq lazımdır, özü onu vəkil bürosuna aparmış və o vəkil X2 ilə müqavilə bağlamışdır. xx xxxxxx 2018-ci il tarixdə Azər onunla telefon əlaqəsi saxlayaraq, məhkəməyə torpaq məsələsinin həllinə görə təcili 5.000 manat pul vermək lazım olduğu üçün, həmin məbləği tapıb, ona çatdırmaq lazım olduğunu bildirmişdir. O da, pulu olmadığı üçün, məcbur olub, əri İlhaməyə məxsus, çəkisi 111 qram olan, 583 əyarlı bir ədəd kişi boyunbağısını və kiçik oğlu Elvinə məxsus, çəkisi 38 qram olan, 583 əyarlı bir ədəd kişi boyunbağısını Sumqayıt şəhəri, Sülh küçəsi, 2-ci mikrorayon ərazisində yerləşən «EL Lombarda» aparıb, girov qoyaraq, lombarddan 5.000 manat pul götürüb, xx xxxxxx 2018-ci il tarixdə ailə sürücüsü olan Şahid9 vermişdir ki, Təqsirləndirilən şəxs çatdırsın. Həmin gün sürücüsü Şahid9 onun ona verdiyi 5.000 manat pulu Bakı şəhərində, Dəniz vağzalının qarşısında Təqsirləndirilən şəxs çatdırmış və günortadan sonra, onun mobil telefonuna zəng edib, pulu Azərə çatdırdığını bildirmişdir. Bundan sonra, o, məhkəməyə getməmiş, Azər özü məhkəməyə gedib, onun işini danışmış, sonradan ona məlum olmuşdur ki, Abşeron rayon Məhkəməsində onun işi alınmamış və o, həmin işi uduzmuşdur. Azər ona narahat olmamağını, Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etməyini, orada bu işin həll olunacağını bildirmiş və onun adından Abşeron rayon Məhkəməsinin qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət vermişdir. 2018-ci ilin fevral ayının ortalarında Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq, Sumqayıt Apellyasiya Məhkəməsində torpaq məsələsini həll etmək üçün 2.000 manat pul vermək lazım olduğunu bildirmişdir. Həmin gün o ailə sürücüsü Şahid9 2.000 manat pul vermiş və həmin gün Şahid9 həmin məbləği Bakı şəhərində, Dəniz Vağzalının qarşısında Təqsirləndirilən şəxs çatdırmışdır. Həmin ərəfədə o, «xxxx» bankına kredit borcunu ödəyə bilmədiyi üçün, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir ki, «xxxx» bankına ödəməli olduğu kredit borcunun ödənilməsi üçün ona müəyyən vaxt verilsin. Bu məsələdə də Təqsirləndirilən şəxs ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra, 2018-ci ilin mart ayında, Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq, müraciət etdiyi məsələ ilə bağlı Bakı şəhəri, Nərimanov rayon Məhkəməsində danışdığını və Nərimanov rayon Məhkəməsinə 5.000 manat pul vermək lazım olduğunu bildirmişdir. O da Azərlə razılaşaraq, 2018-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, «Şamaxinka» adlanan ərazidə, «Lukoil» yanacaq doldurma məntəqəsinin içində Azərlə görüşüb, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət etdiyi məsələ ilə bağlı ona 5.000 manat pul vermişdir. Bundan təxminən 15-20 gün sonra, Azər onunla telefon əlaqəsi saxlayaraq, onun ona verdiyi 5.000 manat pulu Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə çatdırdığını, lakin girovda olan evinin qiymətləndirilməsi üçün ekspertə verməyə əlavə olaraq 3.000 manatda pul çatdırmaq lazım olduğunu bildirmişdir. Hətta, Azər ona evin şəkillərini çəkib, «vatsap» vasitəsi ilə ona göndərməyini demişdir. O da bankda girovda olan üç evinin şəkillərini çəkib, xx xxxx 2018-ci il tarixdə Azərin mobil telefonuna «vatsap» vasitəsi ilə göndərmiş və həmin gün Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Nəsimi rayon Polis İdarəsinin yaxınlığında ona 3.000 manat pulu vermişdir. xx xxxx 2018-ci il tarixdə, səhər radələrində, Azər onun mobil telefonuna zəng edərək, Sumqayıt Apellyasiya Məhkəməsində olan torpaq məsələsini tamamilə həll etmək üçün 2.000 manat pulun bəs eləmədiyini, bunun üçün ümumilikdə 5.000 manat pul verməli olduğunu və bununla da bütün məsələlərin həll olunacağını bildirmişdir. O, Azərə, həmin gün anasının cümə axşamı olduğu üçün, Sumqayıt şəhərindən çıxa bilməyəcəyini, Azər isə ona bu gün 5.000 manat çatdırmasa, bütün işlərin pozula biləcəyini bildirmişdir. Ona görə də, pulu olmadığından, o, məcburiyyət qarşısında qalıb, 585 əyarlı bir ədəd qızıl qadın boyunbağını və 585 əyarlı bir ədəd qızıl qadın bilərziyini ailə sürücüsü Şahid9 vermişdir ki, onları lombarda qoyaraq, pul götürüb, aparıb Azərə çatdırsın. Eyni zamanda, həmin vaxt anasının yas mərasimi olduğu üçün, lombarda qoyub, pul götürmək məqsədi ilə Nazirə verdiyi iki ədəd qızıl-zinət əşyalarının çəkisi və onlardan birinin ərinin, ya da özünün qızıl bilərziyi olduğu dəqiq yadında qalmamışdır. Həmin gün, yəni xx xxxx 2018-ci il tarixdə, sürücü Şahid9 onun ona verdiyi qızıl-zinət əşyalarını Sumqayıt şəhəri, Sülh küçəsi, 2-ci mikrorayon ərazisində yerləşən «EL Lombarda» aparıb qoyub, 1.600 manat pul götürərək, həmin məbləğin 1.500 manatını lombardın qarşısında Azərə çatdırmış və Azər Sumqayıt Apellyasiya Məhkəməsində olan torpaq işini həmin məbləğə həll etməyə razı olmuşdur. Bundan bir gün sonra, o, vəkil Zaur Niftəliyevlə telefon əlaqəsi saxlayaraq, məhkəməyə çatdırılmalı pulu Azərə verdiyini demiş, Zaur Niftəliyev isə hakimlə bu gün danışdığını və məhkəmənin bir ay təxirə salındığını bildirmişdir. Azər sonuncu dəfə 1.500 manat pulu alarkən iki gündən sonra məhkəmə prosesi olacağını və pulu təcili çatdırmaq lazım olduğunu dediyi üçün, o, Azərin ona qarşı dələduzluq etdiyini başa düşmüş, ona görə də, o, dərhal vəkil Zaur Niftəliyevin yanına gedib, onunla görüşmüş, Zaur onun yanında Sumqayıt Apellyasiya Məhkəməsinin hakiminin mobil telefonuna zəng edərək, telefonu diktafona qoyub, ondan, onun işi ilə əlaqədar ona kiminsə yaxınlaşıb-yaxınlaşmadığını, danışıb-danışmadığını soruşmuş və hakim istirahətdə olduğunu və onun işi ilə əlaqədar heç kimin maraqlanmadığını bildirmişdir. Vəkil Zaur Niftəliyevin hakimlə danışığından sonra, o, Azərin neçə müddətdir ki, ondan müxtəlif bəhanələrlə hər dəfə pul alaraq, onun pullarını ələ keçirdiyini başa düşmüş, ona görə də, o, Azərin mobil telefonuna zəng edərək, onun özünə qarşı dələduzluq etdiyini bildirmiş və ona verdiyi pulları geri tələb etmişdir. Azər isə ona bildirmişdir ki, ona verəcəyi bir manat da pulu yoxdur. O, dəfələrlə Azərin evinə getsə də, onu tapa bilməmiş, sonra ona sonuncu dəfə verdiyi 1.500 manat pulu ailə sürücüsü Şahid9 vasitəsi ilə ondan geri almışdır. 2018-ci ilin oktyabr ayında sürücü Şahid9 Azəri Bakı şəhərində görüb, ondan onun pullarını geri qaytarmasını tələb etmiş, Azər isə Nazirə, bu söhbətin onunla yox, Nailə ilə arasında olan söhbət olduğunu deyərək, bu məsələyə qarşışmamasını bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs sürücü Şahid9 savadsızlığından istifadə edərək, lombarddan aldıqları 1.600 manat pula görə lombarda ödədiyi puldan qalıq qalan 280 manat faiz pulunu Nazirə verib, Nazirə ağ vərəqədə ondan, ona borc verdiyi 1.500 manat və 280 manat faiz pullarını geri aldığını və Azərdən şikayəti olmadığını yazdırmışdır. Lakin bu belə olmamış, Azərə verilən pulların hamısı Nailəyə məxsus olmuş və Nazir onun pullarının geri qaytarılması üçün ona köməklik etmək məqsədi ilə Azərə belə bir ərizə yazıb vermişdir. Azər ona qarşı dələduzluq edərək, ondan aldığı ümumilikdə 32.000 manata yaxın pulun 1.780 manatını ondan geri qaytatsa da, yerdə qalan məbləği Azər ona ödəmədiyi üçün və ödəməkdən imtina etdiyi üçün, o, Azərin ona qarşı dələduzluq etməsi ilə əlaqədar Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət etmişdir. Beləliklə, Azər, məhkəmə məsələlərini həll edəcəyi adı ilə ümumilikdə ondan təxminən 30.600 manat pul almış və sonradan həmin pulları ona qaytarmışdır. Ona dəymiş maddi ziyan tam ödənildiyi üçün o, Təqsirləndirilən şəxsla barışmışdır. Onu bağışlamış, ondan şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8, Şahid9 və Şahid7 ifadələrində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar ifadələr verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 2008-ci ildən 2015-ci ilin avqust ayına kimi «xxxx» ASC-nin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov filialında mütəxəssis vəzifəsində işləmişdir. O, Zərərçəkmiş şəxs2 təxminən 2013-2014-cü illərdən, həmin vaxt işlədiyi «xxxx» ASC bankının Bakı şəhər Nərimanov filialının müştərisi kimi tanımışdır. Belə ki, təxminən 2013-2014-cü illərdə, Nailə xanım onun işlədiyi banka Bakı və Sumqayıt şəhərlərində yerləşən bir neçə evini girov qoyaraq, Ramin adlı yaxın tanışının adına bankdan 200.000 (iki yüz min) manat pul kredit götürmüşdür. Nailə xanım mütamadi olarxxxxdan götürdüyü kreditin faizini ödəmiş, lakin həmin ərəfədə baş vermiş dolların devalvasiyası ilə əlaqədar kreditin faizini ödəyə bilmədiyi üçün, onun işlədiyi banka gələrək, kreditin müddətinin uzadılmasında köməklik istəmişdir. O isə Nailə xanıma, ona bu məsələdə köməklik edə bilməyəcəyini bildirmişdir. Həmin ərəfələrdə Nailə xanım problemli kreditinə görə tez-tez banka gəlmiş və həmin vaxt təsadüfən banka gələn tanıdığı Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onlar hər ikisi onun yanında, iş otağında olan zaman Nailə xanım bildirmişdir ki, bankdan kreditə aldığı pul vəsaitinə torpaq sahəsi alıb və krediti ödəyə bilmədiyi üçün, torpağı satıb, krediti ödəmək istəyir. Nailə xanımın dediklərindən sonra, Azər söhbətə müdaxilə etmiş, Nailə xanıma torpağın satılmasında köməklik edə biləcəyini bildirmişdir. Nailə xanım Azərin təklifinə razı olmuş, bundan sonra, onlar çıxıb getmişlər. Ondan sonra, Azərlə Nailə xanımın aralarında nə baş verdiyi ona məlum olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2, işlədiyi 18 saylı Notariat Ofisinə 2017-ci ildə müraciət edən vətəndaş kimi tanımışdır. Onu bir dəfə həmin vaxt notariat ofisinə torpaq sahəsinin icarə hüququnun sənədləşdirilməsi üçün gələndə görmüş, başqa onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs, işlədiyi 18 saylı Notariat Ofisinə 2017-ci ildə müraciət edən Zərərçəkmiş şəxs2 ilə birlikdə gələn şəxs kimi tanımış, onu da bir dəfə həmin vaxt Nailə xanımla birlikdə notariat ofisinə, Nailə xanıma aid olan torpaq sahəsinin icarə hüququnun sənədləşdirilməsində ona köməklik etmək məqsədi ilə gələndə görmüş, onunla başqa heç bir münasibəti olmamışdır. xx xxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 öz bacısı qızı Şahid8, tanışları Təqsirləndirilən şəxs və bir neçə nəfər tanımadığı tanışları ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən və 99 il müddətinə icarəyə verilmiş 3 hektar təsərüfat təyinatlı torpaq sahəsinin Şahid10 adından Nailənin bacısı qızı Lalənin adına bağışlama müqaviləsi bağlanaraq, rəsmiləşdirilməsi ilə əlaqədar onun yanına gəlmişdir. Həmin vaxt Nailə xanım və onun tanışı olan Azər sözügedən torpaq sahəsinin sənədlərini ona vermiş və o həmin sənədlərlə tanış olub, onların içində Abşeron rayon İcra Hakimiyyətinin razılıq məktubunun olmadığını onlara bildirmişdir. Nailə xanım, həmin torpaq sahəsi ilə bağlı 4 mənzilini girov qoyaraq, bankdan böyük məbləğdə ipoteka krediti götürdüyünü, hal-hazırda həmin krediti ödəyə bilmədiyi üçün, ailəvi yaxın olduqları və hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Şahid10 razılığı ilə onun adından bacısı qızı Şahid8 adına bağışlama müqaviləsi bağlanılaraq, rəsmiləşdirilməsini xahiş etmişdir. Bundan başqa, Nailə xanım demişdir ki, həmin torpaq sahəsi onun özünə məxsusdur, əvvəllər o, öz ailəsi ilə birlikdə Rusiya Federasiyasına tez-tez gedib-gəldiyi üçün, həmin torpaq sahəsini ailəvi yaxını olan Şahid10 adına sənədləşdirmiş, həmin torpaq sahəsində özünə təsərüfat yaratmaq istəmiş, lakin bankın kreditini ödəyə bildmədiyindən, torpaq sahəsini yaxın adamı olan bacısı qızı Şahid8 adına bağışlama müqaviləsi əsasında keçirmək istəyir ki, bank həmin torpaq sahəsinə həbs qoymasın və sonra, torpaq sahəsini satıb, bankın kreditini bağlasın. Nailə xanım ağlayaraq, bu məsələdə ona köməklik göstərməyini xahiş etmiş və o götür-qoy edib, bu işdə heç bir qeyri-qanuni bir şey olmadığını görüb, ona öz razılığını bildirmiş, lakin Abşeron rayon İcra Hakimiyyətindən razılıq ərizəsi götürüb gətirməsini tapşırmışdır. Nailə xanım Abşeron rayon İcra Hakimiyyətindən razılıq məktubunu hal-hazırda alıb gətirə bilmədiyini, sonra alıb gətirəcəyini bildirmiş və o, ona və bacısı qızı Laləyə aid bəzi sənədlərin kserosurətlərini çıxarıb, onun özünə verməsini bildirmişdir. Nailə xanım Azərlə birlikdə notariat ofisindən çıxıb, bir müddətdən sonra qayıtmış və onun tapşırdığı sənədlərin kserosurətlərini ona təqdim etmişdir. O, bir daha, Nailə xanımın təqdim etdiyi sənədlərə baxıb, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən və 99 il müddətinə icarəyə verilmiş 3 hektar təsərüfat təyinatlı torpaq sahəsinin Şahid10 adından onun bacısı qızı Şahid8 adına bağışlama müqaviləsi bağlanmasını işçilərə tapşırmış və həmin gün həmin müqavilə bağlanmışdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhərində ailəsi ilə birlikdə yaşayır. xx xxx 2015-ci il tarixdə qardaşı Nizami Sadıqov həbs olunmuşdur. İstintaqı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə Sumqayıt Şəhəri Polis İdarəsində müstəntiq Fərid müəllim aparmışdır. Onlar iki ay müddətində qardaşının bəraət alması üçün vəkillər tutmuş, çox çalışmış, çox adamlardan xahişlər etmiş, amma bir nəticə əldə edə bilməmişlər. Həmin ərəfədə onun əmisi oğlu Şaiq Sadıqov hər dəfə ondan işin nə yerdə olduğunu soruşmuş, o isə ona hələ istintaqın davam etdiyini bildirmişdir. O, da ona hər dəfə, onun bir dostunun olduğunu və həmin şəxsin Şahid2 olduğunu demişdir. Şahid2 Lənkərandan Bakıya sərnişin daşıma ilə məşğul olmuşdur. Şahid2 Şaiqə öz köməyini təklif etmiş, o isə onun sürücü olduğundan və qardaşının vəkilləri olduğundan, İlhamın onlara kömək edə bilməyəcəyini düşünmüşdür. Dördüncü dəfə yenə bu söhbət açılanda, İlham Şaiqə onların çox gecikdiyini, qardaşı Nizaminin əslində günahı olmadığını və Nizami ilə bir yerdə tutulan adamın arxasında adamların dayandığından, bütün günahın onun qardaşının üstündə qalacağı haqda bildirmişdir. Bu sözlər onları çox narahat etmiş və onun bu məlumatları bildiyindən, həqiqətən onlara kömək edə biləcəyinə inanmış, sonra onunla görüşməyə razılıq vermişdir. İlhamla işlədiyi yerin həyətində görüşmüş, İlham ona tanışlarının olduğunu və bu işlə bağlı ona kömək edə biləcəyini demişdir. O, tanışının Baş Prokuroluqda olduğunu və vaxtında ona böyük hörmət etdiyi üçün, münasibətlərinin yaxşı olduğunu demiş və onlar həmin şəxslə görüşmək üçün Bakıya yollanmışlar. Yolun yarısında İlham həmin şəxsin telefonuna zəng edən zaman, telefonu onun yoldaşı götürmüş və İlhamın zəng etdiyi barədə həyat yoldaşına məlumat verəcəyini bildirmişdir. Onlar Bakıya gələndə İlham vaxt itirməmək üçün dostunun Sumqayıt Şəhər prokurorunun müavini ilə kömək etməsi üçün danışacağını bildirmişdir. Onlar Sumqayıt Şəhər Prokurorunun müavinin yanına getmişlər. İlham ondan adını xatırlamadığı şəxsin ona zəng edib-etməməsini soruşmuş, o isə yox cavabını vermişdir. Daha sonra İlham ona Nizami Sadıqov barəsində olan cinayət işi ilə bağlı gəldiyini demiş, o, onlara köməklik etməsinin mümkün olmadığını, onların məhkəməyə qardaşının ailə vəziyyəti ilə bağlı sənədləri aparmağını və bəlkə məhkəmənin bu halları nəzərə alaraq minimum cəza təyin edəcəyini demişdir. O, oradan çıxanda İlhamdan niyə onun dediyi şəxslə əlaqə saxlamadığını soruşmuş, o isə bunun onların arasında olan söhbət olduğunu demişdir. Onlar oradan Lənkərana gəlmiş, təxminən bir-iki gün keçdikdən sonra İlham onun işlədiyi bərbərxanaya gələrək, prokurorluqda işləyən tanışı ilə danışdığını və onun artıq yaşı ilə əlaqədar olaraq bu işlərlə məşğul olmadığından ona Cavidan adlı şəxslə əlaqə saxlamağı məsləhət gördüyünü, İlhamın nömrəsini Cavidana verdiyini və bir neçə gündən sonra Cavidanın ona zəng edəcəyini demişdir. X15 görüşdüyünü və sonuncu bu işlə maraqlanıb, məlumat verəcəyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra İlham Cavidanın ona “bu işi həll etmək üçün böyük məbləğdə pul lazımdı” dediyini ona bildirmiş, məbləği dəqiqləşdirmək istəyəndə, İlham ona təxminən 100000 manat lazım olduğunu demiş, o da bu məbləğin çox böyük məbləğ olduğundan, qohumları ilə danışıb pul yığmağa çalışacağını ona bildirmişdir. Sonra bu pulu düzəldə bilməyəcəyini anlamış və İlhama bir neçə ay ərzində yavaş-yavaş düzəldib verməyin mümkün olub-olmadığını soruşmuş, Cavidan isə məbləğin birdəfəlik lazım olmadığını, sadəcə indi 5000 manat məbləğində pulun Nizamini zaminliyə çıxartmaq üçün lazım olduğunu, sonra isə istintaq başa çatana qədər 60000 manat, məhkəmə dövründə isə 40000 manat verməli olduğunu demişdir. O, 5000 manatı İlhamla birlikdə Cavidanın dediyi vəkilə tanımadığı bir yerdə vermişdir. Həmin vəkil İlhamın maşına oturmasını, onun isə çöldə gözləməyini demişdir. İlham maşında həmin pulu vəkilə vermiş, o isə sayaraq pulu götürmüşdür. İlham ona həmin şəxsin vəkillərin böyüyü olduğunu və Nizaminin işi üzrə dörd vəkilin çalışıb, onu 20 gün müddətində zaminliklə çıxaracaqlarını demişdir. Sonra bir aydan çox müddət keçmiş və Nizami bu vaxt ərzində buraxılmamışdır. İlham onun yanına gələrək, Cavidanın ona zaminliyin mümkün olmadığını, yalnız cinayət işinin maddələrində dəyişikliklər etməklə, işi məhkəməyə göndərib, orada azadlığa buraxa biləcəklərini demiş, bunun üçün, o, 60000 manat məbləğində pulun lazım olduğunu bildirmişdir. Nizaminin ailəsi ilə danışdıqdan sonra, onlar evlərini satıb və borc alıb bu məbləği düzəltmişlər. O, həmin vaxtın məzənnəsinə uyğun olaraq 60.000 manat təşkil edən pulu 57.150 ABŞ dolları şəklində İlhama vermişdir. O, İlhama pulu Cavidana birlikdə verməyini demiş və onunla Cavidanla görüşməyə getmişdir. 2015-ci ilin avqust ayının axırlarında “20 yanvar” metrostansiyasının yaxınlığında İlham Cavidanla telefonla danışanda, Cavidan İlhamın görüşə tək gəlməsini demiş, İlham onu həmin ərazidə maşından düşürtmüş və özü Cavidanla görüşməyə getmişdir. Bir neçə dəqiqədən sonra o geri qayıtmış və pulu Cavidana verdiyini, əgər nəsə problem çıxsa onun bu işə cavabdeh olduğunu və pulu özünün qaytaracağını demişdir. Bir müddət sonra İlham istintaqın yubandığını və bu iş üçün İstintaq Şöbəsinin rəisinin 20.000 manat pul istədiyini söyləmiş, Vüqar isə belə danışmadıqlarını və ona narazılığını bildirmişdir. Amma yenə də həmin 20.000 manat pulu toplamış və 2015-ci ilin sentyabr ayının əvvəllərində onun işlədiyi bərbərxanada sayaraq İlhama vermişdir. Sonra o, əmisi oğlu Şaiqdən eşitmişdir ki, İlham 10.000 manatı Cavidandan şübhələndiyi üçün özündə saxlamış, qalan 10.000 manat hissəsini isə Cavidana vermişdir. İş məhkəməyə gələndə, ilk çıxışında ittihamçı təqsirləndirilən şəxslərin hüquqlarının düzgün müdafiə olunmadığını və işin daha ağır maddə ilə məhkəməyə göndərildiyini bildirmişdir. Cinayət işi yenidən araşdırılması üçün istintaqa geri qaytarılmışdır. Bu onun üçün sevindirici bir hal olmuşdur. Çünki, düşünmüşdür ki, iş daha yüngül maddə ilə gəlsə, minimum cəza təyin olunar. Daha sonra iş iki aydan sonra yenidən məhkəməyə qayıdanda, vəkil Sürət müəllim işin daha ağır maddə ilə gəldiyini demiş, bir müddət sonra isə İlham ona işdən imtina etdiklərini bildirmişdir. O isə belə olan təqdirdə onun verdiyi 80.000 manatın geri qaytarılmasını tələb etmişdir. İlham pulu Cavidandan aldığını və həmin məbləğin onun özündə olduğunu bildirmişdir. O, İlhamdan Cavidanın ona pulu hansı şəkildə qaytardığını soruşmuş, o isə telefonda belə söhbətlər etməməyini və pulu verdiyi şəkildə geri qaytardığını demişdir. Bir neçə gündən sonra İlhamın pulu gətirmədiyini görəndə, ona zəng vurmuş və niyə belə etdiyini soruşmuşdur. O isə Cavidanın başqa bir general tanışının olmasını və həmin şəxsin də başqa şəxslərdən xahiş edərək bu işi görə biləcəyini demişdir. Amma artıq bu iş üçün 100.000 manat yerinə, 100.000 ABŞ dolları istənildiyini bildirmişdir. O da İlhama ehtiyac olmadığını, borc aldığı adamların ondan həmin pulları istədiklərini və onun pulu qaytarmalı olduğunu demişdir. İlham isə pulu artıq Cavidana verdiyini və bu iş üçün Cavidanın çox vəzifəli şəxslərə ağız açdığını bildirmişdir. Daha sonra İlham Cavidana zəng edərək, onun pulu verə bilməyəcəyi haqda məlumat vermiş, Cavidan isə İlhama telefonu ona verməsini istəmişdir. O, Cavidanla İlhamın telefonu vasitəsilə danışmış, Cavidan hansı səbəbdən pulu verməkdən imtina etdiyini soruşmuşdur. O isə ona verdiyi sözlərin heç birini tutmadıqlarını və heç birinin nəticəsini görmədiyini demiş, əlavə olaraq da istədikləri pulu verməyə imkanının olmadığını bildirmişdir. Cavidan ona qardaşı barədə olan cinayət işinin maddələrinin dəyişildiyini, o pulu verməsə, ona 20 il iş düşəcəyini demiş, o isə ona “istəyirlər 30 il versinlər, mənə pulumu ver ki, camaatın pulunu qaytara bilim” demişdir. Cavidan ağsaqqal adamlardan xahiş etdiyini bildirmişdir. Onların Vüqardan istədikləri məbləğ artıq 100.000 ABŞ dollar yox, 120.000 ABŞ dolları idi. Cavidan 10.000 dolları Nizaminin xəstə övladına bağışladıqlarını, Cavidanın özünə çatacaq 10.000 ABŞ dollarını da Nizaminin övladına bağışladığını demişdir. Onun İlham və Cavidana verdiyi pulun 80.000 ABŞ dolları olmasına 4.000 ABŞ dolları çatışmırdı. Cavidan ona həmin 4.000 ABŞ dollarını İlhama verməyini, qalan 20.000 ABŞ dollarını isə məhkəmə prosesi vaxtında verə biləcəyini bildirmiş, o isə ona artıq bu işlə məşğul olmamasını demişdir. Bir az danışandan sonra, Cavidan ona başa düşdüyünü bildirmişdir. O, Cavidandan pulu İlhamın vasitəsilə ona göndərməsini xahiş etmiş və İlham təzədən Cavidanın nömrəsini yığıb ona onun pulu düzəldə bilməyəcəyini demişdir. Cavidan isə “mən Vüqarı tanımıram, ağsaqqallara ağız açmışam, mənim sözüm yerə düşə bilməz, həmin 4.000 ABŞ dolları sənin boğazından çıxardacam” demişdir. Həmin danışığı o öz qulağı ilə eşitmişdir. İlham isə ondan pulu çatdırmaq üçün üç gün vaxt istəmişdir. İlham ona Cavidanla bazarlıq etməməyini və pulu verməsə, onun başına oyun açacağını bildirmişdir. O, yenə İlhama pulu Cavidandan alıb ona çatdırmasını demiş və sonradan uzun müddət onların arxasına düşərək, həmin pulu geri almağa çalışmışdır. Sonra onun qohumları ona artıq o qədər pul verdikdən sonra, 4.000 ABŞ dolları da yığıb verməyi məsləhət görmüşlər. Həmin ərəfədə pulu verməmişdən əvvəl, o Cavidana ondan zaminlik üçün aldığı 5.000 manatı dollar edib verməsini demişdir. O vaxtın məzənnəsi ilə həmin pul 4.000 ABŞ dollarından çox olmuşdur. Cavidan isə ona həmin pulu generalların yeyib-içməklərinə xərclədiyini, qardaşının işinin alınması üçün onlara qızıl saat hədiyyə etdiyini demişdir. Bir neçə gündən sonra o evdə olan qızılları Lənkəran bazarında sataraq, 3.500 ABŞ dolları məbləğində pulu yığıb Şaiqə vermiş və o da həmin pulu İlhama göndərmişdir. Sonra İlham 500 ABŞ dollarını özü həmin pulun üstünə qoyduğunu və Cavidana cəmi 4.000 ABŞ dollar məbləğində pul verdiyini ona bildirmişdir. Onun onlara verdiyi pul ümumilikdə 80.000 ABŞ dolları və 5.000 manat təşkil etmişdir. Məhkəmə prosesi gedən zaman onlara şad xəbər vermişlər ki, lazımlı adamlar tapılmış və iş həll olunmuşdur. Hətta ağır cinayət olmasına baxmayaraq, qardaşının azadlığa buraxılacağı da deyilmişdir. Bir müddət sonra 2016-cı ilin mart ayının əvvəllərində məhkəmə üçün dedikləri 20.000 ABŞ dollarının, 10.000 ABŞ dollarını çatdırmağı bildirmiş və qalan 10.000 ABŞ dollarını isə Nizaminin azadlığa buraxıldığı gün onlara verməyini demişlər. O da həmin pulu düzəltmiş və İlhama yalnız Cavidanla görüşüb pulu özünün verəcəyini demişdir. İlham da Cavidanla telefon vasitəsilə danışmış, onun şərtini Cavidana bildirmişdir. Cavidan da onunla görüşməyə razı olmuşdur. Onlar Bakı şəhərinə gəlmiş, Cavidan onlara Bakı Dövlət Universitetinin qarşına gəlməklərini demiş, onlar ora gələrək Cavidanın “Lexus” markalı nömrəsinin sonu 008-lə bitən avtomobilinə əyləşmişlər. O, Cavidanın yanında, İlham isə Cavidanın arxasındaki oturacaqda əyləşmişdir. Cavidan güzgüdən İlhama baxaraq, pulun dollar və ya manat olduğunu soruşmuş, İlham Cavidana pulu onun saydığını və dollar olduğunu bildirmişdir. Cavidan pulda əksiklik olsa İlhamdan alacağını demişdir. Sonra ondan pulu avtomobilin bardaçokuna qoymağı tələb etmiş, o isə Cavidana gördüyü iş üçün ailəsinin adından ona minnətdar olduğunu demişdir. O, isə qalan 10000 ABŞ dollarını da düzəltməyini və narahat olmamağını demişdir. Sonra onlar avtomobildən düşmüş, Cavidanla İlham kənarda bir neçə dəqiqə söhbət etmişlər. Cavidan Bakı Dövlət Universitetinə girmiş, onlar isə İlhamın avtomobili ilə həmin yerdən uzaqlaşmışlar. Üstündən bir müddət keçəndən sonra, Cavidan İlhamın vasitəsi ilə ona xəbər göndərmişdir ki, qalan 10.000 ABŞ dollarını da ona çatdırmaq lazımdır. O, İlhama dolların bahalaşdığını və pulu indi hansı məzənnəyə əsasən tələb etdiklərini soruşmuş, Cavidan isə əvvəlcədən pulu dollarla danışdıqlarını və elə dollarla da verməli olduğunu demişdir. Onlar dollar tapa bilməmiş, Cavidan isə 16000 manat göndərməyi və onu özü dollara çevirib həmin adamlara verəcəyini demişdir. O həmin pulu taksi ilə Bakıda yaşayan Murad adlı dostuna göndərmiş, Murad isə pulu İlhama çatdırmışdır. Sonra İlham ona pulu Cavidana verdiyini bildirmiş, onlara Nizamini gözləməyini demişlər. Belə-belə bu iş uzanmış və sonra hakim Nizamiyə 2016-cı ilin iyun ayında səkkiz il müddətində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. O bunu eşidəndən sonra artıq İlhamdan yapışmışdır ki, ona bu qədər ümid verdikdən sonra, niyə dedikləri heç bir şey olmamışdır. İlham ona narahat olmamağını, Ədliyyə Nazirliyində sektor müdiri işləyən bir şəxsin, yəni Təqsirləndirilən şəxs məhkəmə sistemində böyük əlaqələri olduğunu, bu məsələni həll edəcəyini demişdir. O, 10 gün ac-susuz Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında qalmış, sonra isə artıq onların pul mübahisələri başlamışdır. Nizaminin vəkili apellyasiya şikayəti vermək istəyəndə onlar öyrənmişlər ki, artıq Nizaminin işi barədə apellyasiya şikayəti verilib. İlhamın ona dediyinə görə o, başqa bir vəkillə müqavilə bağlayıb, həmin şikayəti göndərmişdir. Sonra Cavidanla telefonla bir neçə dəfə danışmış, sonuncu ona bu işə onun dostu olan Yasamal Rayon Polis Şöbəsində müstəntiq vəzifəsində çalışan polkovnik-leytenant Şahid4 baxdığını və pulu ona verdiyini demişdir. Onlar qohumları ilə bir yerdə Cavidanın evinə gedib ondan pulu tələb etməyi düşünmüş, elə o vaxt Şahid4 ona zəng edərək belə hərəkət etməməyini, Cavidanın pulu ona verdiyini demişdir. Anar onları öz iş yerinə çağırmış, onlar da onun kabinetində olan zaman, o, Cavidanın ondan bu işi həll etməsini xahiş etdiyini və pulu da ona verdiyini bildirmişdir. Şahid4 isə həmin pulları Təqsirləndirilən şəxs verdiyini, bu işi həll etməyi onun öz üzərinə götürdüyünü demişdir. Anar Azərə zəng edərək, ondan gəlib məsələni necə həll edəcəyini danışmağını istəmiş, bir müddət keçəndən sonra, Azər Anara zəng edərək idarənin qarşısında olduğunu demişdir. O, Şaiq Sadıqov, İlham və Şahid4 idarənin qarşısında Təqsirləndirilən şəxs məxsus olan avtomobildə əyləşmiş, Azərlə Anar öz aralarında pul üstündə mübahisə etməyə başlamışlar. Sonra Anar ona Azərin dediyi ilə razı olub-olmadığını soruşmuş, o isə ondan nə təklif etdiyini soruşanda, o, Nizamini 4-5 il keçəndən sonra komendaturaya salıb çıxara biləcəklərini demişdir. O, razı olmamış və Şaiqə onunla bir yerdə avtomobildən düşməsini istəmişdir. Onlar düşəndən sonra İlham da onların yanına gəlmişdir. O, X17 nəyə görə indi onun pulunu qaytarmaq yerinə aralarında pul üstündə mübahisə etdiklərini soruşmuş, İlham isə ona narahat olmamağını, onlar pulu qaytarmasalar, pulu özünün ona qəpiyinə kimi qaytaracağını demişdir. Sonra onlar Lənkərana geri qayıtmış, bir müddət sonra o Sumqayıtda Nizamiyə Kərim adlı şəxsi vəkil kimi tutmuşdur. Kərim hər gün Sumqayıt Apellyasiya Məhkəməsinə getmiş və oradan ona hələ cinayət işinin daxil olmaması barədə məlumat bildirmişlər. Bir neçə aydan sonra Kərim ona zəng edərək, işin Bakı Apellyasiya Məhkəməsinə getdiyini demişdir. Kərim Bakı Apellyasiyaya Məhkəməsinə gedən zaman ona işin səhvən ora gəldiyini və aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılacağını demişlər. İş yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə qayıtmışdır. Ona işin artıq apellyasiyada həll olunduğunu, sadəcə bir az yubandığını demişlər. Onlar Sumqayıtda işə baxan hakimin yanında olmuş, o da onlara Baş Prokurorluğa gedib şikayət etməyini və Nizaminin buraxılma şansının olmadığını demişdir. O, İlhama zəng edərək, hakimin belə dediyini bildirmiş, İlham isə işi məhkəmənin sədrinin həll edəcəyini və hakimin orada bir rolu olmadığını demişdir. O, onlara pulu qaytarmasalar, onlar barədə şikayət edəcəyini demişdir. Sumqayıt Apellyasiya Məhkəməsində Nizamiyə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O isə bundan sonra gedib Qaradağ Rayon Prokurorluğuna şikayət etmişdir. O, Bakıdan Lənkərana getmək üçün Lökbatandan keçəndə, İlhamla telefonda danışmış, ona bir az ağır sözlər demiş və o, onun barəsində şikayət edəcəyini bildirmişdir. O, Bakıda olan, sonradan vəkil kimi də məhkəmədə iştirak etmiş dostu Ramidə zəng vuraraq, hadisəni danışmış, o da gedib prokurorluğa şikayət etməsini demişdir. O, elə oradan taksiyə minərək Qaradağ Rayon Prokurorluğuna gəlmişdir. Onu orada qəbul edib yazdığı ərizəni Qaradağ Rayon Polis İdarəsinə verməyini bildirmişlər. O da polisə gedərək, ərizəni təqdim etmişdir. Bir müddət keçəndən sonra İlham ona zəng edərək, Cavidanın “Vüqar ki bizdən şikayət edib, pulu da gedib polis idarəsindən alar” dediyini ona bildirmişdir. Bir neçə aydan sonra 2017-ci ilin dekabr ayında cinayət işi açılmış, ona cinayət işini Azər barəsində açdıqlarını və gedib onunla üzləşməyini demişlər. O isə Azərə pul vermədiyini, özünün İlham və Cavidanla üzləşdirməsini tələb etmişdir. Ona görə də telefonda müstəntiqə gəlməyəcəyini demişdir. Həmin iş iki il müddətində icraatda olmuş, altı müstəntiq tərəfindən baxılmış, hətta işi itirdikləri belə deyilmiş, sonra onlar işi Qaradağda tapmışlar. O, İlhamgilə onlar barəsində şikayət etdiyini demişdir. Bir müddət sonra Şahid4 5.000 manat məbləğində pulu Şaiq Sadıqova vermiş, o da pulu ona çatdırmışdır. Bir müddət keçəndən sonra Şahid4 Şaiqin yeznəsi Elşadın vasitəsilə ona 20 000 manat da pul qaytarmışdır. Sonra İlham dediyinə görə öz avtomobilini satıb, 8.500 manat məbləğində pulu ona qaytarmışdır. İftixar adlı müstəntiq isə istintaq vaxtı ona 40.000 manat pul vermiş və pulun Azərin qardaşından alındığını bildirmişdir. Onlar istintaq barəsində bir neçə dəfə fərqli yerlərə şikayət etmiş, Baş Prokurorluqda qəbulda da olmuşlar. O, digər üç şəxsin də cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişdir. İşdə polislərin adları hallandığı üçün işi Səbail rayonuna göndərdiklərini bildirmişlər. Ona həmin şəxslərin də günahı təsdiq olunsa, dörd nəfərin də həbs olunacağı deyilmişdir. Bir az vaxt keçəndən sonra ona məktub gəlmişdir ki, işi yenidən Qaradağa göndəriblər. Onlar yenə Baş Prokurorluğa getmiş, orada onlara Sumqayıt şəhər Polis İdarəsinə getməyi, üç nəfərin də cəlb olunmaları barəsində əmr veriləcəyini demişlər. Onlar Sumqayıta getmiş, müstəntiq İlqar müəllim onun ifadəsini əvvəl almışdır. Bir müddət sonra İlqar müəllim Şahid4 prokurorun müavini ilə dost olduğunu, bu səbəbdən də onu məsuliyyətə cəlb edə bilməyəcəyini demişdir. Beləliklə onlar çoxsaylı şikayətlər etmiş, sonda iş Təqsirləndirilən şəxs üstündə qalmış və belə də məhkəməyə göndərilmişdir. O, daha sonra bildirmişdir ki, əvvəlki danışıqlar zamanıAzərin adı çəkilməmiş, onun adını Sumqayıt Apellyasiya Məhkəməsindən sonra eşitmişdir. Təqsirləndirilən şəxs şəxsən tanımasa da, onu iki dəfə görmüşdür. Bir dəfə Təqsirləndirilən şəxs Qələbənin kruquna Şahid2lə birlikdə gəlmişdir. Həmin gün Təqsirləndirilən şəxs ona hakimin onun vəkilinə zəng edib hər şeyi danışacağını demişdir. İkinci dəfə isə Şahid4 işlədiyi Polis Şöbəsinin qarşısında Təqsirləndirilən şəxs şəxsi avtomobilində o, Şahid4, Şahid2, Şaiq Sadıqov və Təqsirləndirilən şəxsla birlikdə oturub söhbət etmişlər. Şahid2 ona pulu qaytarmağa şəxsən cavabdeh olduğunu, habelə Cavidan və Anar da pulu qaytaracaqlarını demişlər. Ona verilən puldan başqa Təqsirləndirilən şəxs ona 20000 manat pul vermək istəyəndə, o, pulu Azərə vermədiyini, verdiyi şəxslərin ona pulu qaytarmalı olduqlarını demişdir. Ondan qardaşının cəzadan azad olunması üçün ümumilikdə 5000 manat və 100 000 ABŞ dolları pul alınmış və ona cəmi 73.500 manat məbləğində pul qaytarılmışdır. Ona görə də ona vurulmuş ziyanın tam ödənilməsini və təqsirli şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və X10 onun əmisi oğlanlarıdır, Şahid2 isə onun dostu və həmyerlisidir. İlhamı təxminən on ildir ki, birlikdə işlədiyi «Azərlotoreya» şirkətinin Lənkəran filialından tanımışdır. Bundan başqa, İlham Nizaminin özünü də tanımış və Nizami ilə münasibətləri olmuşdur. 2015-ci ilin may ayında əmisi oğlu X10 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə tutulmuş və onun barəsində Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılaraq, istintaqı aparılmışdır. Nizami tutulandan sonra, o, Nizaminin kiçik qardaşı Vüqarla birlikdə ona köməklik etmək məqsədi ilə adam axtarmağa başlamışlar. Həmin vaxt tanıdığı Şahid2 «Azərlotoreya» şirkətinin Lənkəran filialında işlədiyindən başqa, özünə məxsus «Toyota» markalı avtomobilində Bakı- Lənkəran yolunda taksi kimi fəaliyyət göstərmişdir. Şahid2 Nizaminin həbs olunduğundan məlumatı olmuş və hər dəfə onunla rastlaşanda, Nizaminin barəsində ondan soruşmuşdur. Günlərin bir günündə İlhamla rastlaşdıqları zaman o, yenə də Nizami barədə soruşanda, ona Nizamiyə köməklik etmək üçün adam axtardıqlarını demişdir. İlham da ona belə bir tanış adamı olduğunu bildirmiş və demişdir ki, «istəyirsənsə, həmin adamla danışım» . O, isə İlhama demişdir ki, «həmin adamla danış və bizə xəbər ver». Bu söhbətdən təxminən bir həftə sonra, İlham evə lotoreya gətirərkən, Nizamiyə köməklik edə bilən adamın olduğunu, həmin adamla danışdığını bildirmiş və Vüqar onunla bir həyətdə yaşadığı üçün, o İlhamla birlikdə onun evinin həyətində yerləşən işlədiyi bərbərxanaya Vüqarın yanına keçmişlər. Bu görüşdən qabaq da İlham öz avtomobilində Vüqarı sərnişin kimi Sumqayıt şəhərinə aparıb-gətirmiş, ona görə də, onlar bir-birilərini qiyabi tanımışlar. O, onları daha yaxın tanış etmiş və onların üçü də oturub söhbət etmişlər. İlham Nizamiyə köməklik etmək üçün adam tapdığını, Nizamiyə köməklik etmək üçün həmin şəxsin 100.000 (yüz min) manat istədiyini, Nizaminin maddəsini dəyişdirmək üçün, bir həftə ərzində 60.000 (altmış min) manat, bir neçə aydan sonra isə məhkəmə zamanı yerdə qalan 40.000 (qırx min) manat pul vermək lazım olduğunu bildirmiş, lakin həmin vaxt İlham Nizaminin işini düzəldən adamın kim olduğunu deməmişdir. Vüqar İlhama, məsləhətləşib, ona xəbər verəcəyini demiş və onlar çıxıb getmişlər. Həmin ərəfədə Vüqar qardaşı Nizaminin həbsdə saxlanıldığı İstintaq Təcridxanasına gedib, onunla görüşüb məsləhətləşmiş və İlhamla aralarında olan söhbətdən təxminən üç gün sonra, 2015-ci ilin may ayının axırlarında, Vüqarla o, Vüqarın işlədiyi bərbərxanada İlhamla görüşmüşdür. Vüqarın qardaşı Nizaminin oğlu Mehdinin anadan gəlmə serebral iflic xəstəliyindən əziyyət çəkdiyindən və atasını istədiyindən, o, İlhama, onun dediklərinə razı olduğunu bildirmiş və onun yanında İlhama 60.000 (altmış min) manat pul vermişdir. İlham onun və Vüqarın iştirakı ilə Vüqarın ona verdiyi 60.000 (altmış min) manat pulu saymış, bir gün sonra İlham 60.000 (altmış min) manat pulu Cavidan adlı şəxsə verdiyini bildirmişdir. O, Vüqara, özünün Cavidanı görübgörmədiyini soruşduqda, Vüqar ona Cavidanı görmədiyini, Cavidanın İlhama pulu ona təklikdə verməsini dediyini, ona görə də, İlhamın Cavidana onun 60.000 (altmış min) manat pulunu təklikdə verdiyini bildirmişdir. Bu söhbətdən təxminən bir ay sonra, İlham Vüqarla və onunla Vüqarın işlədiyi bərbərxanada görüşüb, Nizaminin işinin həll olunması üçün, Cavidanın 20.000 (iyirmi min) manat da pul istədiyini bildirmişdir. Bundan bir neçə gün sonra, Vüqar 20.000 (iyirmi min) manat da pul düzəldib İlhama vermiş, lakin Vüqar 20.000 (iyirmi min) manat pulu İlhama verəndə, o iştirak etməmişdir. Bu söhbətdən təxminən bir həftə sonra, İlham ona demişdir ki, Cavidan Nizaminin işinin düzəlməsi üçün 4.000 (dörd min) ABŞ dolları da pul istəyir ki, Vüqarın bundan əvvəl verdiyi 57.150 (əlli yeddi min yüz əlli) ABŞ dollar və 20.000 (iyirmi min) manat pulla birlikdə bu 80000 (səksən min) ABŞ dollar pul təşkil etsin. Vüqar buna razı olmamış və İlhama, gedib, bunu Cavidana bildirməsini və verdiyi pulları geri götürməsini demişdir. Həmin gün İlham Bakı şəhərinə Cavidanla görüşə getmiş, həmin gün ona zəng edərək, Cavidanın, Vüqarın pullarını geri qaytardığını bildirmiş və o, İlhama pulları götürüb Lənkərana gəlməsini demişdir. Sabahısı gün İlham Lənkəran şəhərinə qayıtmış və Vüqarın yaşadığı evinin həyətindəki bərbərxanaya gəlib orada onlarla görüşmüşdür. Vüqar İlhamdan pullarını geri istəmiş, o isə pulları yenidən Cavidana verdiyini bildirmişdir. Bundan başqa, İlham onlara Cavidanın başqa bir yüksək vəzifəli şəxs tapdığını, Vüqarın qardaşı Nizaminin işini həmin adamın vasitəsi ilə həll edəcəyini, ona görə də, Vüqarın verdiyi pulları təzədən aparıb, Cavidana verdiyini demişdir. Vüqar İlhamdan, niyə ondan icazəsiz yenidən aparıb, pulları Cavidana verdiyini soruşmuş, İlham isə «sənə nə fərqi var, yaxın vaxtlarda qardaşının məsələsi həll olunacaqdır» demişdir. Lakin İlham, bu işin həll olunması üçün Cavidanın 120.000 (yüz iyirmi min) ABŞ dollar məbləğində pul istədiyini bildirmişdir. Onlar İlhama, Nizaminin işi ilə daha maraqlanmamasını, Bakı şəhərinə gedib, pulları Cavidandan alıb Vüqara verməsini bildirmişlər. Bundan sonra, o, bərbərxanadan çıxıb, öz evinə getmiş, səhərisi gün Vüqar ona demişdir ki, dünən o, onların yanından gedəndən sonra, özü də İlhamın mobil telefonu ilə Cavidanla danışmış, Cavidan ondan, niyə qardaşının işinin həll olunmasını istəmədiyini soruşmuş, o, da Cavidana, onun dediyi 120.000 (yüz iyirmi min) ABŞ dollar məbləğə gücü çatmadığını, bu işin neçə ay uzandığını, ona görə də, işin həll olunmasını istəmədiyini bildirmişdir. Cavidan isə ona, bu işi yüksək vəzifəli şəxsdən xahiş etdiyini, qardaşı Nizaminin övladının xəstəliyinə görə həmin şəxsin deyilən məbləğdən 10.000 (on min) ABŞ dollar keçdiyini, özünün də ona çatmalı olan 10.000 (on min) ABŞ dollardan keçdiyini və ümumilikdə bu işin həll olunması üçün 100.000 (yüz min) ABŞ dollar pul lazım olduğunu bildirmişdir. O, isə, bu məsələ neçə aydır ki, uzandığından və alınmadığından, həm də Cavidana inamı itdiyindən, Cavidandan öz pullarını geri istəmişdir. Bundan sonra, Vüqar İlhamdan pullarını geri tələb etməyə başlamış, İlham isə ona, artıq onun verdiyi pulları yenidən Cavidana verdiyini bildirirmişdir. Söhbətlərin birində Vüqar İlhamdan pullarını geri tələb edəndə, Nizaminin zaminliyi üçün verdiyi 5.000 (beş min) manat pulun 4.000 (dörd min) ABŞ dollarından çox məbləğ təşkil etdiyini demişdir. Həmin vaxt İlham Cavidanla mobil telefonla danışıb, Nizaminin zaminliyi üçün verdiyi 5.000 (beş min) manat barədə soruşmuş və Cavidanla danışıb qurtarandan sonra, Cavidanın, həmin 5.000 (beş min) manat pulu Vüqarın qardaşının işi ilə bağlı generallarla görüş zamanı yeyib-içməyə verdiyini söyləmişdir. Həmin vaxt Vüqar özü də İlhamın mobil telefonunu ondan götürüb, Cavidanla danışmış və ona 4.000 (dörd min) ABŞ dollarını düzəldə bilmədiyini demişdir. Cavidan isə ona demişdir ki, bir belə iş görülüb, 4.000 (dörd min) dollara görə işi pozmasın, hərəkət etsin, 4.000 (dörd min) dolları da düzəltsin. Vüqar yenə də Cavidana, həmin məbləği düzəldə bilmədiyini söyləmiş, o isə telefonu İlhama verməyini demişdir. İlhamın mobil telefonunu özünə qaytardıqdan sonra İlhamla Cavidan danışmağa başlamışlar. Cavidan İlhama demişdir ki, «mən Vüqarı tanımıram, 4.000 (dörd min) dollar pulu sənin boğazından üç günə çıxardacağam». İlham isə Cavidana demişdir ki, «sən mənə üç gün vaxt ver, mən sənə həmin pulu çatdıracağam». Onların söhbətlərindən sonra, Vüqar İlhamdan soruşdu ki, «mən sənə «hə» cavabı vermədiyim halda sən öz cibindən həmin pulu verəcəksən»? İlham isə Vüqara dedi ki, «mən həmin pulu tapmalıyam, Cavidan elə bir adamdır ki, onunla bazar açmaq olmur, o da kimdənsə xahiş edib, ona görə də, pulu tapıb, ona vermək lazımdır». Bu söhbətdən sonra, Vüqar məcbur olub, özünə məxsus bir neçə qızıl-zinət əşyalarını satıb, 3.500 (üç min beş yüz) ABŞ dollar pul düzəltmiş və həmin məbləği Cavidana çatdırmaq üçün, ona vermişdir ki, İlhama versin. Həmin vaxt İlham Bakı şəhərində olduğu üçün, o, Lənkəran şəhər avtovağzalında Bakı-Lənkəran istiqamətində sərnişin daşıyan bir nəfər tanımadığı taksi sürücüsündən xahiş etmişdir ki, 3.500 (üç min beş yüz) ABŞ dollar pulu Bakı şəhərində İlhama çatdırsın və İlhamın mobil telefon nömrəsini ona vermişdir. Sonradan İlham Bakı şəhərindən ona zəng edərək, taksi sürücüsünün ona 3.500 (üç min beş yüz) ABŞ dollar pulu çatdırdığını bildirmiş, daha sonra isə, İlhamın deməsinə görə, o özü də həmin pulun üstünə 500 (beş yüz) ABŞ dollar pul qoyub, 4000 (dörd min) ABŞ dollar pulu Cavidana çatdırmışdır. Beləliklə, Vüqarın qardaşı Nizaminin barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə gedəndən sonra, təxminən 2016-cı ilin mart ayının əvvəllərində, İlham Vüqarla Lənkəran şəhərində görüşərək, məhkəməyə verilməli olan 20.000 (iyirmi min) ABŞ dollar pulun 10.000 (on min) ABŞ dollarını indi, 10.000 (on min) ABŞ dollarını isə X12 qədər azadlığa çıxan günü Cavidana vermək lazım olduğunu bildirmişdir. Həmin vaxt Vüqar 10.000 (on min) manat pul düzəldib, İlhama, 10.000 (on min) manatdan artıq pul düzəldə bilmədiyini demiş, İlham isə mobil telefonla Cavidanla danışaraq, Cavidanın 10.000 (on min) ABŞ dollar pul istədiyini bildirmişdir. Vüqar məcbur olub, 10.000 (on min) ABŞ dollar pul düzəldib, həmin məbləği özünün Cavidana vermək istədiyini və Cavidandan işin gedişatı barədə məlumat almaq istədiyini bildirmişdir. İlham buna razı olmuş və onlar İlhamın avtomobilində birlikdə 10.000 (on min) ABŞ dollar pulu aparıb, Bakı şəhərində Cavidana onun avtomobilin içində vermişlər. Bundan sonra, Bakı Ağır Cinayətlər Məhkəməsindən Nizaminin və Kamranın barələrində olan cinayət işi əlavə istintaqa qaytarılmışdır. Onlar Vüqarla bunu bilib, İlhama demişlər ki, «diyəsən bizi aldadıblar» və ondan Vüqarın pullarını geri qaytarmasını tələb etmişlər. İlham onların yanında Cavidanın mobil telefonuna zəng edərək, cinayət işinin əlavə istintaqa qaytarıldığını və Vüqarın öz pullarını geri istədiyini bildirmişdir. İlham Cavidanla mobil telefonla danışdıqdan sonra, Cavidanın bu məsələdən xəbəri olduğunu, narahat olmamağı, əlavə istintaq aparılandan sonra, işin yüngül formada yenidən məhkəməyə göndəriləcəyini demişdir. Bu söhbətdən təxminən bir ay sonra, 2016-cı ilin aprel-may aylarında, Cavidan İlhamın vasitəsi ilə Vüqara xəbər göndərib yerdə qalan 10.000 (on min) ABŞ dollar pulu da istəmişdir. Artıq həmin vaxt 100 ABŞ dollar 160 (yüz altmış) manat təşkil edirdi. Həmin ərəfədə banklar dollar satmadığı üçün, Vüqar ABŞ dolları tapa bilmədiyindən, Cavidan İlhama, Vüqarın 10.000 (on min) ABŞ dollar əvəzinə 16.000 (on altı min) manat pul verməyini, həmin milli pulu özü dollar eləyəcəyini demişdir. Vüqar 16.000 (on altı min) manatda pul düzəldib, həmin məbləği tanımadığı taksi sürücüsünün vasitəsi ilə əslən Lənkəran rayonundan olan, Bakı şəhərində yaşayan dostu Murada göndərmiş, Murad həmin 16.000 (on altı min) manat pulu Bakı şəhərində taksi sürücüsündən götürüb, İlhama çatdırmış, İlham isə öz növbəsində həmin pulu Cavidana vermişdir. Beləliklə, Vüqar, qardaşı Nizamiyə bəraət alınıb, azadlığa buraxılması üçün, İlhamın vasitəsi ilə Cavidana ümumilikdə 41.000 (qırx bir min) manat və 70.650 (yetmiş min altı yüz əlli) ABŞ dollar məbləğində pul vermiş, lakin Cavidan Vüqara qarşı dələduzluq etmiş və Nizaminin işini həll etməmişdir. Belə ki, bütün bu proseslərdən sonra, Nizaminin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılmış və Nizamiyə səkkiz il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Nizaminin barəsində hökm çıxandan sonra, Vüqar daha da qətiyyətlə İlhamdan, ona verdiyi pulları istəməyə başlamış, İlham isə Vüqarın ona verdiyi pulları Cavidandan tələb etmişdir. Hətta, Vüqar özü də Cavidanla mobil telefonla danışaraq, ondan verdiyi pulları tələb etmiş, Cavidan isə Nizaminin işi ilə Şahid4 məşğul olduğunu bildirmişdir. Cavidanla danışandan sonra, Vüqar onunla və İlhamla birlikdə Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinə gedərək, orada Şahid4la onun kabinetində görüşüb, söhbət etmişlər. Anar Vüqarın qardaşı Nizaminin barəsində olan cinayət işinin Sumqayıt Apellyasiya Məhkəməsində getdiyini, bu məsələ ilə Azər adlı tanışının məşğul olduğunu, Vüqarın verdiyi pulları Azərə verdiyini və orada işin həll olunacağını demiş, buna baxmayaraq, Vüqar Anardan pulunu tələb etmiş və Anar mobil telefonu ilə Azər adlı bir nəfər tanışı ilə danışıb onu yanına çağırmışdır. Onlar Anarın iş kabinetində oturub, onun Azər adlı tanışını gözləmiş və bir neçə saatdan sonra Azər Anarın yanına Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin qarşısına gəlmişdir. Onlar hamısı aşağı düşüb, Azərlə görüşmüş, Azərin gəldiyi «Tuarek» markalı, nömrəsinin axırı «003»-lə olan avtomobilə əyləşmiş və Anar Azərdən işin nə yerdə olduğunu soruşmuşdur. Azər Anara, Vüqarın qardaşı Nizaminin məsələsini həll etmək istədiyini, Nizamiyə az iş kəsilməsini danışdığını demişdir. Vüqar isə qardaşı Nizamiyə az iş kəsilməsini danışmadıqlarını, buna görə pul vermədiyini, ona bəraət verilib, azadlığa buraxılmasına görə pul verdiyini bildirmişdir. Azər Vüqardan, qardaşının işinə görə nə qədər pul verdiyini soruşmuş, Vüqar da ona, ümumilikdə 100.000 (yüz min) ABŞ dollar pul verdiyini bildirdi. Azər, ona bu məbləğdə pul verilmədiyini bildirmiş, onunla Anar arasında pul mübahisəsi yaranmış, Vüqarla o və İlham avtomobildən düşmüş, Anarla Azər isə avtomobilin içində qalaraq mübahisələrini davam etdirmişlər. Bir neçə dəqiqə Anarla Azər avtomobilin içində oturub söhbət edəndən sonra, Anar avtomobildən düşüb, onlara yaxınlaşıb demişdir ki, narahat olmayın, Nizaminin işi düzəlməsə, pulu geri qaytaracaqdır. Sonra, onlar İlhamın avtomobilinə minib, Lənkəran şəhərinə qayıtmışlar. Bundan sonra Vüqarın qardaşı Nizaminin işi uzandığı üçün, Vüqar, o və İlham bir neçə dəfə Şahid4 yanına Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinə gedib, ondan Nizaminin işi ilə maraqlanmış və 2016-cı ilin sentyabr ayında Anarın yanında olarkən, Azərlə görüşməyi istəmişlər. Həmin vaxt Vüqarın dayısı Bəxtiyar da onların yanlarında olmuşdur. Anar Azərə zəng edib, ona hansısa çay evinin birində görüş təyin etmiş və onları da həmin tanımadığı çay evinə aparmışdır. Azər də çay evinin yanına gəlmiş, lakin çay evinə daxil olmayıb çöldə gözləmiş və Anar Vüqarın dayısı Bəxtiyarla birlikdə çölə çıxıb, Azərlə söhbət edəndən sonra, yenidən çay evinə daxil olmuşlar, Azər isə yenə də çöldə qalmışdır. Anar onların yanına qayıdıb Azərin ona Nizaminin Sumqayıt Apellyasiya Məhkəməsində azadlığa buraxılacağını dediyini bildirmiş və onlar sağollaşıb evə getmişlər. Anarın və Azərin dediklərinə inanmadıqları üçün səhərisi gün Vüqar, onun dayısı Bəxtiyar və o, Sumqayıt Apellyasiya Məhkəməsinə gedib, Nizaminin işinə baxan hakimdən Nizaminin işi ilə maraqlanmış və həmin hakim Nizaminin azadlığa buraxılmasının mümkün olmadığını onlara bildirmişdir. Bundan sonra, Vüqar aldandığını başa düşərək, yenə də İlhamdan pulunu tələb etmiş, Cavidanla Anarın mobil telefonlarına zəng edib onlardan şikayət edəcəyini bildirmiş, Azərin mobil telefonuna zəng etdikdə isə Azər Vüqarın zənglərinə cavab verməmişdir. Bundan sonra onlar, yəni o, İlham, Anar və Cavidan gecə kafedə Azərlə görüşəndə Azər bu işin alınmadığını və pulları kiməsə verdiyini, bu işlə bağlı ona 78.500 və ya 75.000 manat pul çatdığını, həmçinin pulu qaytaracağını və ya əvəzində ev də verə biləcəyini demişdir. O, bu barədə Vüqara demiş, Vüqar, razı olmuş, lakin səhər gedib evə baxmaq lazım gələndə məlum olmuşdur ki, ev yoxdur. O həmçinin göstərmişdir ki, Nizaminin zaminə çıxmağına görə 5.000 manat pulu da əvvəldən İlhama vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 1980-ci ildə Lənkəran şəhərində yerləşən 3 nömrəli orta məktəbi qurtarandan sonra tanımış, bundan başqa, təxminən 10 ildən artıq Şaiqlə birlikdə «Azərlotoreya» şirkətinin Lənkəran filialında işləmişdir. X7 Lənkəran şəhəri sakini kimi təxminən 20 il bundan əvvəl tanımış, sonradan Nizami ilə də aralarında münasibət yaranmışdır. Zərərçəkmiş şəxs1, onun böyük qardaşı X5 vasitəsi ilə qiyabi tanımışdır. Nizami narkotik vasitələrin dövriyyəsinə görə tutulduqdan sonra isə Vüqarı yaxından tanımışdır. Nizami həbs olunandan sonra hamı onun azad olunmasına kömək etmək üçün çalışımış, ona görə də Vüqarla birlikdə tez-tez Bakıya və Sumqayıta gəlib-getmişdir. Vüqardan çox onun qardaşının məhkəmələrində iştirak etmişdir. Sonra Cavidan ortaya çıxmış və demişdir ki, bizim vəkillər qrupu var və biz çalışıb Nizamini qurtaracağıq. Cavidanı onunla yaxın bir adamı tanış etmiş və bu işdə onlara kömək edə biləcəyini demişdir. Həmin vaxtdan sonra onlar Cavidanla görüşüb əlaqə saxlamışlar. Cavidan bu işlə maraqlanandan təxminən 20 gün sonra onlara demişdir ki, deyilən məbləği versəz, bu işi həll edəcəm. Vəkil xidməti üçün 5.000 manat və işin xitam verilməsi üçün 100.000 manat istəmişdir. İlk vaxtlar bu söhbətləri onunla aparmış, sonradan isə Vüqarın özü də Cavidanla görüşmüşdür. Cavidan söz vermişdir ki, bu iş həll olunacaq. Onlar tez-tez Sumqayıta müstəntiqin yanına gedibgəlmiş, hamıdan çox elə onun özü gedib-gəlmişdir. Bu iş istintaq qurtarandan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə gəlmiş, məhkəmə hazırlıq iclasında iş geri qayıtmışdır. Cavidan bu işi özü həll edəcəyini, narahat olmamağı, bu işin elə bu formada da geri qayıdacağını bildirmişdir. Onlar Cavidandan bu işi kiminlə həll etməsini soruşduqda, o, bildirmişdir ki, bu işi Şahid4la həll edəcək. Şahid4 nömrəsini ona vermiş, o da məhkəmədən çıxanda Anara zəng etmişdir. Həmin vaxta qədər onlar artıq Cavidana 57500 ABŞ dolları, yəni 60.000 manat pul vermişlər. Həmin pulu Vüqarla birlikdə gətirmiş və metronun 20 Yanvar stansiyasının yaxınlığında yerləşən «Ləvəngi» restoranının yanında Cavidanla görüşmüşlər. Cavidan maşında oturmuş və ona maşına tək gəlməyini, yəni Vüqarı özü ilə aparmamağını bildirmişdir. O da bildirmişdir ki, Vüqar səni görmək istəyir, lakin Cavidan ona tək gəlməyini demişdir. Onun sözlərini Vüqar özü də eşitmişdir. O, maşından düşmüş, Cavidanın maşınına yaxınlaşıb arxa oturacaqda əyləşmiş və pulu bağlı şəkildə Cavidana vermişdir. Həmin vaxt qabaq sağ oturacaqda bir nəfər tanımadığı şəxs də əyləşmişdir. Cavidan məbləği soruşmuş, o da 60.000 manat olmasını demişdir. Cavidan pulun qalanını nə vaxt verəcəklərini soruşduqda, onlar yaxın vaxtlarda tapıb verəcəklərini bildirmişlər. Bundan bir müddət sonra Cavidan zəng edib təcili 20.000 manat pul lazım olduğunu bildirmiş, o, ona bir-iki günə gələcəklərini demiş, lakin Cavidan razı olmamış və başqa maşınla göndərməyini tapşırmışdır. O isə ona 20.000 manat yox, 10.000 manat göndərmişdir. Çünki bu adam elə onlardan pul istəmiş, amma ortada bir nəticə olmamışdır. Taksi ilə göndərdiyi pulu Cavidan almış və onlara məlumat vermişdir. Cavidan qalan 10.000 manatı da iki gün sonra ondan almışdır. Həmin pulu özü şəxsən Cavidana vermişdir. 80.000 manatı Cavidana verəndən sonra o, onlara demişdir ki, iş alınmır, çünki Nizaminin günahı var. Cavidan pulu ona qaytarmış və bir gün sonra ona demişdir ki, başqa bir kanalla işi həll edəcək. O da Vüqar və Şaiqin yanında olanda Cavidan ona zəng eləmişdir ki, gəl Bakıya işi həll edəcəm. O da Bakıya gəlmiş və «Kral» restoranının yanında 80.000 manatı yenidən Cavidana vermişdir. Həmin vaxta qədər ona artıq məbləğ deməmişdi. İş məhkəməyə gəlmiş və həmin günü də geri qaytarılmışdır. O, Cavidandan niyə belə olduğunu soruşmuş, Cavidan demişdir ki, pulu vermişəm həll olunacaqdır. Sonra onlar Vüqarla Bakıya gəlmiş və ona 10.000 ABŞ dolları da vermişlər, çünki Cavidan məbləğin az olmasını bildirmişdi. Vüqar demişdir ki, mən özüm onu görməsəm pul verən deyiləm. Vüqarla bir yerdə gəlmiş və pulu vermişlər. Məsələnin həlli üçün Cavidan 80.000 manatdan əlavə 20 000 manat da pul lazım olacağını söyləmişdir. Həmin ərəfədə manatın kursu düşdüyünə görə onlardan pulu dollarla tələb etmişdir. Cavidan ondan cəmi 80.000 manat aldıqdan sonra 4.000 ABŞ dolları da almışdır ki, verilən məbləğ 80.000 ABŞ dolları olsun. Bir müddət sonra Vüqar Cavidanla telefonla danışmış, sonra isə 10.000 ABŞ dolları verəndə Vüqar özü gəlmiş və Bakı Dövlət Universitetinin yanında onun maşınında oturmuş, Vüqar pulu Cavidana vermiş, Cavidan da pulu maşının salonundakı saxlanc yerinə qoymağı demişdir. Sonra Bakı Ağır Cinayətlər Məhkəməsində gedən proseslər zamanı onlar hiss emişlər ki, heç nə yaxşıya doğru getmir. Bu barədə Cavidana dedikdə o, onlardan pulun qalanını tələb etmişdir. Yerdə qalan pulu isə Vüqar dollar əskinazı ilə tapa bilmədiyi üçün 16.000 manat vermişdir. Bundan başqa Cavidanın bir nəfər də vəkil adı ilə göndərdiyi adama 5.000 manat vermişlər. Ümumilikdə Vüqar onun vasitəsilə cavidana 5000 manat və 100 000 ABŞ dolları pul vermişdir. Bu iş alınmamış və sonradan Anar müəllim Təqsirləndirilən şəxs ortaya çıxarmışdır. İş alınmayanda Anar onları Azərlə tanış etmiş və Azər demişdir ki, o bu işi qurtaracaq. Cavidan çox vaxt Bakıda olmamış, ona görə onu Şahid4la tanış etmişdir ki, onlar bilsinlər ki, o kiminlə iş görür. Həmin vaxta qədər Vüqarın Anarla ünsiyyəti olmamışdır. Birinci dəfə Azər onun özündən 30.000 manat pul almış, həmin pulun 10.000 ABŞ dollarını Cavidan vermiş, 15.000 manatını isə Anar müəllimin adamı vermişdir. Anarla Azərin arası dəydiyinə görə Anar ona 5.000 manat da vermiş və o həmin pulu Azərə Baş prokurorluğun yaxınlığında vermişdir. Azər hər dəfə Ədliyyə Nazirliyində işlədiyini demiş və hər dəfə də görüşləri Ədliyyə Nazirliyi tərəfə təyin etmişdir. Sonra Azər bildirmişdir ki, 5.000 manat təcli çatmalıdır, çatmasa o, artıq bu işi həll etməyəcəkdir. O da demişdir ki, həll etmirsənsə pulları qaytar. Həmin 5.000 manat verilənə qədər o özü 5.000 manat pul tapıb Azərə vermişdir. Sonra isə 40.000 manatı X19 yaxınlığında almış, Azər həmin vaxt maşından düşməmiş, Anarla Ramiz yaxınlaşmış və pulu Azərə vermişlər. Apellyasiya məhkəməsi zamanı o 3.500 manat pulu da Azərə vermişdir. Hər dəfə Azərin kimlərəsə qonaqlıq verəcəyinə görə ona 200-300 manat pul vermişdir. Vüqarın verdiyi pullardan Azərə 30.000, 40.000, 5.000, 5.000 və 5.000 manat, onun özü isə 3500 manat, ümumilikdə Təqsirləndirilən şəxs 88.500 manat pul verilmişdir. Onun tərəfindən Şaiqin vasitəsilə Vüqara cəmi 33.500 manat pul qaytarılmışdır. Həmin pullardan 20.000 manatını Şahid4 faizlə götürüb ona vermiş, sonra 5.000 manatı da Anar vermişdir. Qalan 8.500 manatı isə öz maşınını satıb Vüqara vermişdir. Təqsirləndirilən şəxs isə iki dəfə 20.000 manat olmaqla, Vüqara 40.000 manat pul qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla ümumi tanışları vasitəsi ilə tanış olmuş, münasibətləri yaranmışdır. Şahid2 adlı şəxslə Şahid3 vasitəsi ilə tanış olmuş, İlhamla Azəri həmin ərəfədə tanış etmişdir. Şahid2 qohumu Vüqarın qardaşının Bakı Ağır Cinayətlər Məhkəməsində, sonra isə Sumqayıt Apellyasiya Məhkəməsində işi olmuşdur. Bu işlə bağlı ona Cavidan və İlham müraciət etmişlər. Həmin vaxt iş artıq Bakı Ağır Cinayətlər Məhkəməsində olmuşdur. O, onlara bildirmişdir ki, məhkəmədə olan işlə bağlı nə isə deməyə çətinlik çəkir, istintaq dövrü olsaydı hər hansısa bir məsləhət verərdi. Həmin dövrdə də «H.Cavid» adına parkda Azər və digər yoldaşlara gəzintidə olan vaxt o, Azərə məhkəmədə belə bir iş olduğunu demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyində İcra İdarəsində işləmişdir. Azərə deməkdə məqsəd Azərin bu işdə onlara bir yol göstərməsi olmuşdur. Həmin vaxt onun vəkil tanışı olmadığı üçün Azərə müraciət etmişdir. X20 tanış etmiş və İlham şəxsən özü bu işlə məşğul olmuşdur. Bu işlə bağlı heç bir istintaq və məhkəmə orqanlarında olmamış və heç kimdən pul almamışdır. 40.000 manat pulu İlham Azərə verəndə o, İlhamın yanında olmuş, həmin pulu İlham Azərə «Zabitlər» parkında vermişdir. 3.500 manat pulu ona İlham vermişdir ki, Azərə versin. Çünki həmin vaxt İlham maşını dayanacaqda saxlaya bilmədiyi üçün pulu ona vermiş ki, o versin. Həmin pulu verəndə İlhamın idarə etdiyi avtomaşınla «X21» adlanan yerə getmiş, şəhərdə sıxlıq olduğundan İlham maşını saxlamağa yer tapmamış, Azər də hər zaman olduğu kimi tələsdiyindən o maşından düşüb köhnə Zevin küçəsi ilə aşağı düşüb işıqforun yanınla pulu Azərə vermişdir. Sonra isə İlham Baş Prokurorluğun yanında görüşüb Azərə 30.000 manat və 5.000 manat da ayrıca Azərə pul vermişdir. Həmin pulların Azərə nə məqsədlə verilməsindən, yəni təyinatı barədə onun məlumatı olmamışdır. Ümumilikdə Azərə 88.500 manat pul verilmişdir. Son nəticədə isə o, Azərdən soruşmuşdur ki, bu qədər pul almısan, niyə bu işləri həll etməmisən. İlham hər dəfə gəlib ağlamışdır. O da onu Azərlə tanış etdiyi üçün özünü günahkar saymış və məhz ona görə də Azərdən bu işlə bağlı hesabat tələb etmişdir. Ona görə İlhamla bərabər Azərin izinə düşüb onu axtarmağa başlamışlar. İlham bu pulları Azərə niyə verməsini ona deməmişdir. Azər ona nə isə vəd etmiş, vəd Vüqarın qardaşının işində köməklikdən ibarət olmuşdur. İbtidai istintaq zamanı Qaradağ rayon Polis İdarəsində ilkin araşdırma zamanı Azər ilkin olaraq 20.000 manat pul qaytarmış, sonra isə yenidən 20.000 manat pul qaytarmış və 5.000 manat depozitə pul qoymuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 bir neçə ildir tanımışdır. Şahid2lə təxminən altı-yeddi il əvvəl hüzür məclisində tanış olmuşdur. İlham onun nömrəsini götürmüş, bunun üstündən təxminən bir müddət keçəndən sonra İlham ona zəng vurub görüşmək istədiyini bildirmişdir. Onlar görüşmüş və İlham bildirmişdir ki, yaxın qohumu var, onun günahı olmadan narkotik məsələsinə qarışıb tutulmuşdur, həmçinin bir xəstə uşağı olduğunu da söyləmişdir. Həmin şəxsə hüquqi yardım göstərməyin mümkün olub-olmadığını soruşmuşdur. O da demişdir ki, günahı yoxdursa olar, kömək edərik. İlham onun ətrafında xeyli sayda vəkillərin olmasını bilmişdir. İlham demişdir ki, həmin şəxslər bu işin həll olunması üçün 70.000 manat pul verə bilər. Bundan təxminən beş gün sonra İlham özü ilə 60.000 manat gətirib ona vermiş, sonradan isə həmin tutulan şəxsin qardaşı Zərərçəkmiş şəxs1 özü ona 10.000 manat pul gətirib vermişdir. Sonra onun Tahir adlı tanış bir vəkili Sumqayıt Polis İdarəsinə gedib öyrənmişdir ki, bu mümkün olan iş deyildir. O da İlhamı çağırıb verdikləri pulu İlhama qaytarmışdır. Üstündən bir müddət keçdikdən sonra, İlham zəng vurub demişdir ki, həmin işi Daxili İşlər Nazirliyinə veriblər, orada tanış adam varsa, məsləhətləşərdik. O, orada işləyən tanışı Şahid4 zəng vurmuş və onunla görüşmüş və İlham ilə Anarı tanış etmişdir. İlham məsələ barədə Anara məlumat vermişdir. O, bundan sonra onlarla görüşlərdə olmadığı üçün digər işlərdən xəbəri olmamışdır. Bir müddət sonra eşitmişdir ki, bu işlə bağlı Təqsirləndirilən şəxs pul veriblər, iş isə onları qane etməyən istiqamətə gedibdir. Anar, İlham və Azərin söhbətlərindən onun xəbəri olmamış, o onların iş görmələrini təxminən yeddi ay sonra bilmişdir. Pulun Təqsirləndirilən şəxs verilməsində iştirak etməmişdir. İlham ona zəng vurub demişdir ki, pulu Azərə vermişik, amma iş alınmır. O, Azəri həmin vaxt tanımamışdır və pulu qaytarandan bir il sonra Azəri tanımışdır. Sonra Şahid4, Azər, İlham və onun qohumu Yasamalda görüşmüşlər. Onu da hüquqşünas kimi oraya dəvət etmişlər. Həmin şəxslər Azərdən Nizaminin niyə buraxılmadığını soruşmuş, Azər isə onların danışıqlarının belə olmadığını bildirmişdir. Sonra həmin şəxslər Azərdən 80.000 manat pulun qaytarılmasını tələb etmişlər. Azər pulu aldığını etiraf etməyinə baxmayaraq, aldığı məbləği söyləməmiş və aldığı pulun bir hissəsini qaytardığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Nizami adlı şəxsin vəkili olmuşdur. Həmin şəxs Cinayət Məcəlləsinin 234.4.3 və s. maddələri ilə təqsirləndirilmişdir. Onunla Nizaminin qardaşı müqavilə bağlamış və həmin ərəfədə onun işi ilə bağlı bir neçə nəfər gəlib maraqlanmışlar. Lakin Təqsirləndirilən şəxs onun işi ilə bağlı heç vaxt maraqlanmayıbdır. Həmin şəxslərdən biri də mütəmadi olaraq məhkəmə proseslərində iştirak etmişdir. Sonra Nizamiyə cəza verilmiş və üstündən bir neçə il keçəndən sonra, ona Qaradağ rayon Polis İdarəsinin İstintaq şöbəsindən zəng olunmuş və bildirilmişdir ki, belə bir şikayət var, həmin izahat və ifadələrdə onunla da bağlı məqamlar var. O, oraya getmiş, ifadə vermiş və Azərlə orada görüşəndə müstəntiqə demişdir ki, o bu adamı indiyə qədər görməmiş və tanımamışdır. Onun digər qeyriprosessual işlərdən xəbəri olmamış, sadəcə təqsirləndirilən şəxsə vəkillik etmişdir. Bu işlə bağlı mütəmadi olaraq maraqlanan şəxs Şahid2 olmuşdur. Şahid4 da bu işlə maraqlanmışdır. İlham ona demişdir ki, bu prosess niyə belə uzanır. O isə ondan kim olduğunu soruşmuş və onunla müqavilə bağlayan adamın Nizaminin qardaşı olduğunu demişdir. Sonra o Vüqara zəng etmiş və demişdir ki, bu işlə bağlı gündə ona bir adam zəng edir. Vüqar isə həmin şəxslərin onların qohumları olduğunu və ona narahat olmamağını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1onun uşaqlıq dostudur. Bir neçə il bundan qabaq Vüqarın qardaşı həbs olunmuş, o, Bakı şəhərində yaşadığından Vüqar Bakıya gələndə onunla görüşmüş, tək bu məsələ ilə bağlı yox, digər məsələlərlə də bağlı Vüqar kiməsə pul verməli olduqda, dostu olduğundan o, Vüqara kömək etmişdir. Hətta Lənkərandan başqa tanışları da kiməsə pul verməli olanda ona pulu göndərmiş, o da onların dediyi adama və ya yerə çatdırmışdır. Bir dəfə Vüqar 16.000 manat pul göndərmiş və ona həmin pulu İlham adlı bir şəxsə verməsini bildirmişdir. Vüqar, ona deməsə də bilmişdir ki, həmin pul onun qardaşının buraxılması məsələsinə görədir. O, da pulu «Hilton» otelinin yanında şəxsən özü İlham adlı şəxsə vermişdir. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs pul verməmiş, onu ilk dəfə məhkəmədə görür. Pulu verdiyi həmin şəxsin adı İlhamdır, soyadının isə Mirzəyev olmasını sonradan bilmişdir. Ona İlhamın pulu kimə verəcəyi bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 03-cü cildinin, 253-260-cı vərəqlərində olan məhkəməfonoskopik ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 25422 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “HANSMANN” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş bir ədəd “HANSMANN” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1 məxsusdur. Ekspertizaya təqdim olunmuş bir ədəd “HANSMANN” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tdqiqi hissd veriln yazılı mətnlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid2 məxsusdur. Ekspertizaya təqdim olunmuş bir ədəd “HANSMANN” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K4» kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid4 məxsusdur. Ekspertizaya təqdim olunmuş bir ədəd “HANSMANN” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K5» kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid3 məxsusdur. Mübahisəli fonoqramın qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından, fonoqramda montaj əlamətlərinin olub-olmaması barədə tədqiqat aparılmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsə də, məhkəmə hesab edir ki, onun cinayət törətməsini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin 01-ci cildinin, 118-120-ci vərəqlərində olan, xx xxxxxx 2018-ci il tarixli, “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində, müdafiəçisi Kamran Kərimovun iştirakı ilə ifadə verərkən, Şahid4 tərəfindən ona verilmiş ümumilikdə 78.500 (yetmiş səkkiz min beş yüz) manat pulun tam şəkildə xərcləndiyini, Zərərçəkmiş şəxs1 məxsus həmin məbləği onun qardaşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən X6 yüngül cəza təyin edilməsində və sonra da azadlığa buraxılmasında köməklik etmək üçün hakimlərə və dövlət ittihamçılarına verildiyini göstərmişdir. Bundan başqa, cinayət işinin 03-cü cildinin, 263-cü vərəqində olan xx xxxxxxx 2019-cu il tarixli, “xxxx” protokoldan görünür ki, Azercell Telekom MMC-dən daxil olmuş diskə baxış zamanı müəyyən olunmuşdur ki, Şahid3 istifadəsində olan ***-***-**-** və ***- ***-**-** SİM, Şahid2 istifadəsində olan ***-***-**-** SİM, Şahid4 istifadəsində olan ***-***- **-** SİM, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** SİM, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** SİM, Şahid1 istifadəsində olan ***-***-**-** SİM, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** SİM, Şahid7 istifadəsində olan ***-***-**-** SİM və Şahid8 istifadəsində olan ***-***-**-** SİM nömrələri arasında 2016-cı ilin iyun ayının əvvəllərindən, 2016-cı ilin dekabr ayının axırlarına kimi olan müddət ərzində çoxsaylı əlaqələr saxlanılmış və Bakı şəhəri, Səbail rayonu, Nəsimi rayonu, Yasamal rayonu ərazilərində eyni anten dairələrində olmuşlar. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2, Şahid7 və Şahid8 2017-ci ilin may ayından, 2018-ci ilin iyun ayına kimi olan müddət ərzində həmin nömərələrlə bir-birləri ilə çoxsaylı əlaqələr saxlanılmış və Bakı şəhəri, Xətai rayonu, Səbail rayonu, Binəqədi rayonu, Nəsimi rayonu və Sumqayıt şəhəri, Sülh küçəsi, 2-ci mikrorayon ərazilərində eyni anten dairələrində olmuşlar. Həmçinin, cinayət işinin 03-cü cildinin, 239-cu vərəqində olan, xx xxxxxxx 2019-cu il tarixli, “xxxx” protokoldan görünür ki, Bakcell Telekom MMC-dən daxil olmuş diskə baxış zamanı müəyyən olunmuşdur ki, Şahid2 istifadəsində olan ***-***-**-** CİN, Şahid4 istifadəsində olan ***-***-**-** CİN, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** CİN və Şahid9 istifadəsində olan ***-***-**-** CİN nömrələri arasında 2016-cı ilin iyun ayının əvvəllərindən, 2016-cı ilin dekabr ayının axırlarına kimi olan müddət ərzində çoxsaylı əlaqələr saxlanılmış və Bakı şəhəri, Səbail rayonu, Nəsimi rayonu, Yasamal rayonu ərazilərində eyni anten dairələrində olmuşlar. Təqsirləndirilən şəxs və Şahid9 2017-ci ilin may ayından, 2018-ci ilin iyun ayına kimi olan müddət ərzində həmin nömərələrlə bir-birləri ilə çoxsaylı əlaqələr saxlamış və Bakı şəhəri, Xətai rayonu, Səbail rayonu, Binəqədi rayonu, Nəsimi rayonu və Sumqayıt şəhəri, Sülh küçəsi, 2-ci mikrorayon ərazilərində eyni anten dairələrində olmuşlar. Eləcə də, cinayət işinin 03-cü cildinin, 242-ci vərəqində olan, xx xxxxxxx 2019-cu il tarixli, “xxxx” protokoldan görünür ki, Azerfon Telekom MMC-dən daxil olmuş diskə baxış zamanı müəyyən olunmuşdur ki, Şahid2 istifadəsində olan ***-***-**-** NAR, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** SİM və ***-***-**-** CİN və Şahid1 istifadəsində olan ***-***-**-** NAR nömrələri arasında 2016-cı ilin iyun ayının əvvəllərindən, 2016-cı ilin dekabr ayının axırlarına kimi olan müddət ərzində çoxsaylı əlaqələr saxlanılmış və Bakı şəhəri, Səbail rayonu, Nəsimi rayonu, Yasamal rayonu ərazilərində eyni anten dairələrində olmuşlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurduğu ziyanı tamamilə, Zərərçəkmiş şəxs1 vurduğu ziyanın isə xeyli hissəsnin ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ibtidai istintaq dövründə şübhəli şəxs kimi tutulduğu xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək və xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək olan, ümumilikdə 04 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli hökmün çıxarıldığı tarixdən, yəni xx xxxx 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunmalı, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə qəbzlər təqdim edərək Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməsi məqsədilə Azərbaycan Respublika Baş X1 hesabına xx.xx.2021-ci il tarixdə 5.000 (beş min) manat və xx.xx.2021-ci il tarixdə 5.000 (beş min) manat depozitlər qoyduğunu bildirmişdir. Cinayət işinin 05-ci cildinin 396-397-ci vərəqində olan qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası X1 AZ31CTRE******************** hesab nömrəsinə xx.xx.2021-ci il tarixdə 5.000 (beş min) manat və xx.xx.2021-ci il tarixdə 5.000 (beş min) manat məbləğində pullar köçürülmüşdür. Bundan başqa iş materiallarından (cild 2, vərəq 281-283) görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ödənilməsi məqsədilə Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim etdiyi həmin dövrün məzənnəsi ilə cəmi 5 000 (beş min) manat təşkil edən 3.130 (üç min yüz otuz) manat və 1.100 (bir min yüz) ABŞ dolları xx.xx.2019-cu il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsinin depozit hesabına köçürülmüşdür. Məhkəmə hesab edir ki, qeyd olunan cəmi 15.000 manat məbləğində pul vurulmuş maddi ziyan hesabına zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur (maddə 179.1). Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır (maddə 181.1). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır (maddə 187.1). İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs 50.355 ABŞ dolları və 20.000 manat məbləğində maddi və mənəvi ziyan kimi pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edilən mülki iddianı və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 88.500 manat məbləğində maddi zərər dəyməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddiası qismən təmin edilməli və mülki cavabdeh Təqsirləndirilən şəxs 33.500 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Belə ki, iş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 40.000 manat məbləğində pul ödənilmiş, həmçinin ona ödənilməsi üçün Azərbaycan Respublikası Prokurorluğunun bank hesabına və Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsinin depozit hesabına ümumilikdə 15.000 manat pul ödənilmişdir. Məhkəmə depozit hesablarda olan cəmi 15 000 manat təşkil edən pulun da Zərərçəkmiş şəxs1 ödənilməsi qənaətinə gəldiyindən, Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmiş pulun 55 000 manat ( 40 000 +15 000) olduğunu qeyd edir. Ona görə də məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən, yəni 33.500 manat hissədə (88.500 – 55.000) təmin edilməlidir. Zərərçəkmiş şəxs1 mülki iddiasının qalan hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 310 (üç yüz on) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi cinayət işinə əlavə olunmuş cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 təqdim etdiyi və səs yazıları köçürüldüyü eyni məzmunlu 02 ədəd SD disklərdəki və 01 ədəd flaş kart cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutulduğu xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək və xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək olan, ümumilikdə 04 (dörd) gün ona təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublika Baş X1 AZ31CTRE******************** hesab nömrəsinə xx.xx.2021-ci il tarixdə köçürülmüş 5.000 (beş min) manat və xx.xx.2021-ci il tarixdə köçürülmüş 5.000 (beş min) manat, həmçinin Bakı şəhər Polis İdarəsinin Maliyyə-Plan Şöbəsinin depozit hesabına köçürülmüş 3.130 (üç min yüz otuz) manat və 1.100 (bir min yüz) ABŞ dolları vurulmuş maddi ziyan hesabına Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 33 500 (otuz üç min beş yüz) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs1 mülki iddiasının qalan hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 310 (üç yüz on) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə olunmuş cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 təqdim etdiyi və səs yazıları köçürüldüyü eyni məzmunlu 02 ədəd SD disklərdəki və 01 ədəd flaş kart cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar