Məhkəmə qərarları › İş №1(101)-81/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-81/2022

17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-81/2022 17.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 1985-ci il mayın 16-da Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilmiş, avtomobil yuyucu sexində yuyucu işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2n X24 şagird yataqxanasında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2.-ci, 240.2.2.-ci və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz külli miqdarda, təkrarən qanunsuz əldə edib daşıyaraq üzərində saxlamış, habelə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci il martın 17-də Şabran şəhəri, Heydər Əliyev prospektindəki aptekdən satış məqsədi ilə qanunsuz külli miqdarda, yəni 13,5 qram çəkidə tərkibində güclü təsir edən maddələr olan «Tramadol Hydrochloride tablets 225 mg» həblərini əldə edib daşıyaraq üzərində saxlamış və həmin tarixdə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 63 ünvanında yerləşən şöbənin inzibati binasında onun üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkcənin sol iç cibində saxladığı dəri pul kisəsinin içərisindən altı ədəd konvalyutda olmaqla ümumilikdə 58 ədəd «Tramadol Hydrochloride tablets 225 mg» həbi aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən Şabran şəhəri, Heydər Əliyev prospektindəki aptekdən satış məqsədi ilə qanunsuz 1,35 qram çəkidə tərkibində güclü təsir edən maddələr olan altı ədəd «Tramadol Hydrochloride tablets 225 mg» həbini əldə edib daşımaqla üzərində saxlamış və 2020-ci il martın 23-də saat 16 radələrində Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən Heydər Əliyev adına parkda Şahid4 üç ədəd «Tramadol Hydrochloride tablets 225 mg» həbini altı manata sataraq qalan üç ədədini üstündə saxlamış, 2020-ci il martın 24-də Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinin baxış otağında onun üzərinə şəxsi axtarış aparılarkən əynindəki gödəkcənin sol yan cibində üç ədəd «Tramadol Hydrochloride tablets 225 mg» həbi aşkar edilib götürülmüşdür. Bundan savayı Təqsirləndirilən şəxs 2020-ci il aprelin 13-də saat 16 radələrində yaşadığı, ünvan 2n X24 şagird yataqxanasında arvadı Zərərçəkmiş şəxs tanışı Şahid10 avtomobili ilə Xaçmaz rayonunun Xudat şəhərinə getməsi ilə bağlı qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı döyərək qəsdən X14 alın, sol göz ətrafı nahiyələrinin qançırları, sol göz almasına qansızma ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 240.3.2.-ci, 240.2.2.-ci və 128-ci maddələri ilə ona elan edilən ittihamda özünü təqsirli bilməməklə ifadəsində göstərdi ki, o, heç vaxt tərkibində güclü təsiredici maddələr olan «Tramadol» həbləri və ya narkotik vasitələr satmamış, tanışlarının xahişi ilə onlara dərman alıb vermiş və heç bir gəlir əldə etməmişdir. Eyni zamanda o, Zərərçəkmiş şəxs qarşı heç bir cinayət törətməmiş, o cümlədən qəsdən sağlamlığa yüngül zərər vurmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Xaçmaz Rayon Polis X6 Qrupunun əməliyyat müvəkkili işləmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs başqa şəxslərə tərkibində güclü təsiredici maddələr olan «Tramadol» həbləri, yaxud narkotik vasitələr satıb-satmamasının müəyyən olunması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri nəticəsində sonuncunun 2020-ci il martın 23-də Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yerləşən Heydər Əliyev adına parkda tanışı Şahid4 üç ədəd «Tramadol» həbini altı manata satması məlum olmuş, göstərilən şəxs müəyyənləşdirilərək həmin tarixdə Xaçmaz Rayon Polis Şöbəsinə gətirildikdə üzərinə baxış keçirilərkən 2020-ci il martın 23-də Təqsirləndirilən şəxs üç ədəd «Tramadol» həbini altı manata aldığını etiraf edib könüllü təqdim etmişdir. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır, 2020-ci il martın 17-də günorta saatlarında Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yerləşən Heydər Əliyev adına parkın qarşısında dayanaraq sərnişin gözləyərkən ona yaxınlaşan X3 adlı şəxslə birlikdə 10 manat müqabilində Şabran şəhərinin Heydər Əliyev prospektindəki aptekə aparıb-gətirərək yolda polis tərəfindən yaxalananda Zaurun göstərilən yerdən tərkibində güclü təsiredici maddələr olan «Tramadol» həblərini aldığını bilmişdir. İş üzrə şahid qismində dindirilən Şahid8 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tərkibində güclü təsiredici maddələr olan «Tramadol» həblərini satmasını bildiyindən başındakı ağrılara görə 2020-ci il martın 17-də sonuncudan həmin dərmanı tapmasını xahiş etmiş, Zaur ona 40 manat müqabilində iki ədəd konvalyut «Tramadol» həblərini verəcəyini söylədikdə razılaşmışdır. 2020-ci il martın 18-də saat 12 radələrində Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində sonuncu ilə görüşdüyü vaxt Zaur Şabran şəhərindəki aptekdən dərman alıb qayıdarkən polis tərəfindən tutulduğunu, ona altı ədəd «Tramadol» həbini verərək qalan 14 həbi sonradan ötürəcəyini demiş, lakin vədinə əməl etməmişdir. İş üzrə şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, o, övladı Təqsirləndirilən şəxs və 2013-cü il təvəllüdlü nəvəsi X7 ilə ünvan 7 ünvanında qalmışdır. Zaurun qeyrirəsmi arvadı Zərərçəkmiş şəxs sonuncuya Şahid10 adlı şəxslə xəyanət etdiyindən oğlu 2020-ci il aprelin 13-də axşam saatlarında onların yaşadıqları evdə arvadını yumruq və təpiklə döymüş, o isə oxlovla Orucun müxtəlif nahiyələrinə bir neçə dəfə vurmuşdur. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrində ittiham olunduğu əməlləri etiraf etməklə əvvəllər bədənindəki ağrılara görə spirtli içki qəbul etsə də təxminən üç il əvvəl narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici dərmanlar, əsasən də «Tramadol» həblərini qəbul etməyə başladığını, göstərilən dərmanı həkim təyinatı olmadan qanunsuz şəkildə Xaçmaz şəhərində olan aptekdən, son zamanlar isə Şabran şəhəri, Heydər Əliyev prospektində yerləşən Rauf adlı şəxsə məxsus aptekdə işləyən X18 və X22 adlı şəxslərdən 15 manata almaqla həm özünün istifadə etdiyini, həm də tanışlarına satdığını, o cümlədən Şahid8 və Şahid4 adlı şəxslərə müvafiq qaydada altı və üç ədəd tramadol həblərinin hər birini iki manatdan satdığını, 2020-ci il martın 17-də günortadan sonra Şabran şəhərindəki aptekdən Fəriddən 90 manata altı konvalyut tramadol alıb qayıdarkən saat 17 radələrində polis tərəfindən saxlananda Xaçmaz Rayon Polis Şöbəsində iki nəfər hal şahidinin iştirakı ilə axtarış vaxtı üzərində 58 ədəd «Tramadol» və dörd ədəd «Baralgin» həblərinin aşkarlandığını, 2020-ci il aprelin 13də axşam saatlarında yaşadığı evdə qeyri-rəsmi arvadı Zərərçəkmiş şəxs döydüyünü və ona xəyanət etdiyi Şahid10la dalaşdığını göstərmişdir (1-ci cild, iş vərəqi 15, 54-56, 60, 85-87, 156-158 və 237-238; 2-ci cild, iş vərəqi 47-48, 52-55, 159-160, 188-189 və 240- 242). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş ibtidai araşdırmada zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs iş üzrə şahid X2 ilə uyğun ifadə vermişdir (2-ci cild, iş vərəqi 8-10). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid2 ibtidai araşdırmada şahid qismində dindirilərkən 2020-ci il martın 17-də saat 17-18 radələrində Xaçmaz Rayon X5 Mustafayev adlı şəxsin üzərinə aparılan şəxsi atarışda hal şahidi qismində iştirak etdiyini, sonuncunun əynində olan qara rəngli gödəkcənin sol iç cibindəki pul kisəsindən altı ədəd konvalyutda 58 ədəd «Tramadol», bir konvalyutda isə dörd ədəd «Baralgin» həblərinin aşkar olunduğunu, Təqsirləndirilən şəxs tramadolu Şabran şəhərində olan aptekdən aldığını bildirdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 165-166). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş ibtidai araşdırmada iş üzrə şahid qismində dindirilən Şahid3 2020-ci il martın 17-də saat 17-18 radələrində Xaçmaz Rayon X5 Mustafayev adlı şəxsin üzərinə aparılan şəxsi atarışda hal şahidi qismində iştirak etdiyini göstərməklə Şahid2 ilə analoji ifadə vermişdir (1-ci cild, iş vərəqi 171-172). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid9 ibtidai araşdırmada şahid qismində dindirilərkən iki ildir Təqsirləndirilən şəxs tərkibində güclü təsiredici maddələr olan «Tramadol» dərmanının satışı ilə məşğul olduğunu öyrəndiyindən arabir özü qəbul etmək üçün sonuncudan həmin həbləri aldığını, 2020-ci il martın 17-də səhər saatlarında Zaurla görüşüb sonuncudan öz istifadəsi üçün tramadol sifariş etdikdə Zaurun ona Şabran şəhərinə getməklə aptekdən bu dərmanı alacağını, daha sonra sonuncunun yoldan zəng vuraraq istədiyini alıb qayıtdığını dediyini, sonradan Zaurun polis tərəfindən saxlandığını eşitdiyini göstərmişdir (2-ci cild, iş vərəqi 155-156). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid4 ibtidai araşdırmada şahid qismində dindirilərkən Təqsirləndirilən şəxs adlı şəxslə heç bir şəxsi münasibəti olmamaqla salam-sağol etdiklərini, sonuncunun tərkibində güclü təsiredici maddələr olan «Tramadol» dərmanını satdığını eşitdiyindən və 2020-ci il martın 23-də onun bədənində ağrılar yarandığından göstərilən tərixdə saat 16 radələrində Zaura zəng vurub sonuncu ilə Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsindəki Heydər Əliyev adına parkda görüşməklə altı manat müqabilində üç ədəd «Tramadol» dərmanını aldıqdan sonra bazara tərəf gedəndə saxlanıb Xaçmaz Rayon Polis Şöbəsinə aparıldığını, orada baxış zamanı Zaurdan altı manat pul verərək üç ədəd «Tramadol» həbini aldığını bildirdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 179-180). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid5 ibtidai araşdırmada şahid qismində dindirilərkən 12-13 ildir əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün həkim tərəfindən yazılmış resept əsasında tramadol tərkibli «Royal» dərmanını qəbul etdiyini, bununla yanaşı Təqsirləndirilən şəxs iki-üç dəfə bir ədədini iki manata olmaqla «Tramadol» həbini aldığını göstərmişdir (1-ci cild, iş vərəqi 186-187). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş hadisə ərəfəsində polis baş leytenantı olmaqla Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat Bölməsinin polis sahə rəisi vəzifəsində işləmiş Şahid6 ibtidai araşdırmada şahid qismində dindirilərkən 2020-ci il martın 17-də «VAZ 21074» markalı **-BR-*** qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlatdırılması və salonundakı başqa şəxslərin polis əməkdaşı ilə mübahisə edib sürücü barəsində inzibati protokol tərtib edilməsinə mane olduqları üçün Xaçmaz Rayon Polis Şöbəsinə gətirildiklərini, bununla əlaqədar tərtib edilən raportun araşdırılması ona həvalə edildiyini, həmin şəxslərdən Təqsirləndirilən şəxs özünü əsəbi apararaq heç bir səbəb olmadan onunla və digər polis əməkdaşları ilə mübahisə etməklə tez-tez özünə xəsarət yetirəcəyini bildirdiyini, sonuncunun üzərinə iki nəfər hal şahidinin iştirakı ilə şəxsi axtarış aparıldıqda əynindəki qara rəngli gödəkcənin sol iç cibindən olan pul kisəsindən altı ədəd konvalyutda 58 ədəd «Tramadol», bir ədəd konvalyutda dörd ədəd «Baralqin» həblərinin aşkar edildiyini, Təqsirləndirilən şəxs tramadolu Şabran şəhərində yerləşən aptekdən aldığını dediyini, aşkarlanan həblərin qablaşdırılıb götürüldüyünü, tərtib edilən protokolun düzgünlüyünün bütün iştirakçıların imzaları ilə təsdiqləndiyini göstərmişdir (1-ci cild, iş vərəqi 179-180). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş ibtidai araşdırmada iş üzrə şahid qismində dindirilən Şahid10 iş üzə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə oxşar ifadə vermişdir (2-ci cild, iş vərəqi 21-23). İş materiallarındakı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat Bölməsinin tərtib etdiyi 2020-ci il 17 mart tarixli şəxs axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs gödəkcəsinin sol iç cibindən çıxarıb təqdim etdiyi pul kisəsinin içərisindən 58 ədəd «Tramadol Hydrochloride tablets 225 mg» həbi aşkar edilərək götürülmüş, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 8-10). İş materiallarındakı Xaçmaz Rayon Polis X6 Qrupunun tərtib etdiyi 2020-ci il 23 mart tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz dövriyyəsi qadağan olunmuş tərkibində güclü təsir edən maddələr olan dərmanları qəbul etməsi və satışı ilə məşğul olması barədə daxil olan məlumat yoxlanılarkən sonuncunun 2020-ci il martın 23-də Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən Heydər Əliyev adına parkda Şahid4 üç ədəd «Tramadol» həbini altı manata satması müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 23). İş materiallarındakı Xaçmaz Rayon Polis X9 tərtib etdiyi 2020-ci il 23 mart tarixli baxış protokolundan görünür ki, Şahid4 təqdim etdiyi iki ədəd konvalyut kəsiyindən birindəki üç ədəd dairəvi formalı, qırmızı rəngli həbin «Tramadol» həbi olmaqla həmin həbləri 2020-ci il martın 23-də Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən Heydər Əliyev adına parkda Təqsirləndirilən şəxs altı manata, digər konvalyut kəsiyindəki dörd ədəd həbin isə aspirin həbi olmaqla həmin həbləri Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsindəki aptekdən aldığını göstərmiş, qeyd olunan həblər qablaşdırılaraq götürülmüşdür (1-ci cild, iş vərəqi 26-27). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 18 mart tarixli 6/236 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Azərbaycan Respublikası Dİn Arayışlar üçün №58» dairəvi möhür ştampı və «Vətəndaş Təqsirləndirilən şəxs müxəkli rəngli dəri pul kisəsindən...» sözləri və imzalar olan kağız paketdə «Tramadol Hydrochloride tablets 225 mg» göstəricisi olan altı ədəd konvalyutda ümumilikdə 58 ədəd dərman həbində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 13,05 qramdır; üzərində «MEK Baralqin» sözləri yazılmış ağ rəngli dairəvi formalı dərman preparatları 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları»na və 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları»na daxil deyildir, tramadol və baralqin həblərinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 56 ədəd və üç ədəd təşkil edir, ekspertiza tədqiqatının dəyəri 65 manatdır (1-ci cild, iş vərəqi 32-35). İş materiallarındakı Xaçmaz Rayon Polis X9 tərtib etdiyi 2020-ci il 24 mart tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20-də Azərbaycan Respublikasının CM-nin 240.3.2.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 50-51). İş materiallarındakı Xaçmaz Rayon Polis Şöbəsinin tərtib etdiyi 2020-ci il 24 mart tarixli tam axtarış haqqında protokolun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol yan cibindən üç ədəd qırmızı rəngli dərman tableti aşkar edilmiş, sonuncu həmin dərmanları bədənindəki ağrıları sakitləşdirmək üçün qəbul etmək məqsədilə üzərində gəzdirdiyini və özünə məxsus olduğunu bildirmiş, qeyd olunan maddələr götürülmüşdür (1-ci cild, iş vərəqi 59). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 25 mart tarixli 6/291 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №59» dairəvi möhür əksi olan «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...» sözləri və imzalar olan zərfdəki üç ədəd qırmızı rəngli həbin tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0,675 qramdır; tramadol həbinin tədqiqatdan sonrakı qalığı iki ədəd təşkil edir, ekspertiza tədqiqatının dəyəri 65 manatdır (1-ci cild, iş vərəqi 70-72). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 25 mart tarixli 6/292 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Azərbaycan Respublikası Dİn Arayışlar üçün №59» dairəvi möhür əksi olan «Şahid4 əynində olan qara rəngli qısaqol gödəkcənin...» sözləri və imzalar olan zərfdəki üç ədəd qırmızı rəngli həbin tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0,675 qramdır, tramadol həbinin tədqiqatdan sonrakı qalığı iki ədəd təşkil edir, ekspertiza tədqiqatının dəyəri 65 manatdır (1-ci cild, iş vərəqi 74-77). İş materiallarında olan Xaçmaz Rayon Polis X10 2020-ci il 26 mart tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 240.3.2.-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 78-79). İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2020-ci il 26 mart tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 240.3.2.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina edilməklə sonuncu barəsində ev dustaqlığı qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 99-100). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il aprelin 01-də tərtib etdiyi tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 2011-ci il 24 fevral tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2019-cu il 27 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci və 177.2.3.-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (1-ci cild, iş vərəqi 102-104 və 106-138). İş materiallarında olan Xaçmaz Rayon Polis X10 2020-ci il 05 may tarixli qərarından görünür ki, maddi sübut kimi tanınıb Təqsirləndirilən şəxs üzərindən aşkarlanan 61 ədəd «Tramadol Hydrochloride tablets 225 mg» həbinin və dörd ədəd «MEK Baralqin» həbinin tədqiqatdan sonrakı müvafiq qaydada 58 ədəd və üç ədəd qalıqları, Şahid4 təqdim etdiyi üç ədəd «Tramadol Hydrochloride tablets 225 mg» həbinin və dörd ədəd «Asetilsalisilovaya 500 mq» həbinin tədqiqatdan sonrakı müvafiq qaydada iki ədəd və dörd ədəd qalıqları saxlanması üçün şöbəyə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 159-160). İş materiallarındakı Xaçmaz Rayon Polis X10 tərtib etdiyi 2020-ci il 16 may, 2020-ci il 04 iyun və 2020-ci il 15 iyun tarixli protokollardan görünür ki, iş üzrə şahidlər Şahid1, Şahid8 və Şahid5 ayrı-ayrılıqda Təqsirləndirilən şəxslə üzləşdirilərkən birincisi, ikincisi və üçüncüsü ifadələrini təsdiq etmişlər, sonuncu onların dedikləri ilə razılaşdığını bildirmişdir (1-ci cild, iş vərəqi 175-178, 202-204 və 210-211). İş materiallarında olan Xaçmaz Rayon Polis X10 2020-ci il 24 may tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 190-191). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 canlı şəxsin ekspertizasına dair 2020-ci il 14 aprel tarixli 207 nömrəli və eyni tarixli 208 nömrəli rəylərindən görünür ki, 1995-ci il təvəllüdlü Şahid10 bədən səthində aşkarlanan xəsarətlər sol alın-gicgah, alın, burun və sol tərəf sifət nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyalar) təsirindən törənməklə müddəti 2020-ci il aprelin 13-nə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilrmir; 1989cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkarlanan xəsarətlər alın, sol gözətrafı nahiyələrinin qançırları, sol göz almasına qansızma bərk küt əşyanın (əşyalar) təsirindən törənməklə müddəti 2020-ci il aprelin 13-nə uyğundur, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (1-ci cild, iş vərəqi 242- 244). İş materiallarındakı Xaçmaz Rayon Polis X10 tərtib etdiyi 2020-ci il 25 may tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncu onun dediklərinin bir qismini təsdiq etmişdir (2-ci cild, iş vərəqi 16-20). İş materiallarında olan Xaçmaz Rayon Polis X10 2020-ci il 21 iyun tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2020-ci il 22 iyun tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ittiham elan olunmuş, sonuncu və X2 barəsində Azərbaycan Respublikasının CM-nin 221.1.-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməklə sonuncunun əməlində barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün material ayrılmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla üstünə gedib sonuncunu öldürməklə hədələməsi sübuta yetmədiyindən həmin xüsusiyyət üzrə cinayət təqibinin başlanması rədd edilmişdir (2-ci cild, iş vərəqi 26-35 və 41). İş materiallarındakı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Peşə Təhsili üzrə X21 Peşə Liseyinin tərtib etdiyi xasiyyətnamədən, habelə 2020-ci il 14 iyul tarixli 162 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2n X24 şagird yataqxanasında müvəqqəti məskunlaşmaqla fəhlə işləyir, yataqxanada yaşadığı müddətdə intizamlı davranmış, qonşularla mehriban olunmuş, sonuncu barəsində heç bir şikayət daxil olmamışdır (2-ci cild, iş vərəqi 67-68). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Quba Rayon X1 2020-ci il 24 iyul tarixli 584 №-li və İcbari Tibbi Sığorta üzrə X23 Ərazi Bölmələrini İdarəetmə Birliyi «Xaçmaz Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsinin 2020-ci il 25 iyul tarixli 85 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan müəssisələrdə qeydiyyatda deyildir (2-ci cild, iş vərəqi 69-70). İş materiallarındakı «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 24 iyul tarixli AZF/LGL-7295/20 №-li məktubundan və Xaçmaz Rayon Polis X10 tərtib etdiyi 2020ci il 21 sentyabr tarixli protokoldan görünür ki, bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 2020-ci il fevralın 24-dən 2020-ci il martın 17-dək olan müddət ərzində Şabran rayonu ərazisində istifadə olunması müəyyən edilmişdir (2-ci cild, iş vərəqi 71-72 və 92-138). İş materiallarındakı Xaçmaz Rayonu İcra Hakimiyyəti başçısının Xaçmaz Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi xasiyyətnamədən, habelə 2020-ci il 03 sentyabr tarixli 3384 nömrəli arayışdan görünür ki, ünvan 9 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (2-ci cild, iş vərəqi 73-74). İş materiallarında olan AZE seriyalı AA783369 №-li şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2013-cü il 04 aprel təvəllüdlü Aytac adlı övladı vardır (2-ci cild, iş vərəqi 75). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2020-ci il 09 iyul tarixli 1905 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan tramadol hidroxloridlərindən sui-istifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild, iş vərəqi 76-77). İş materiallarındakı Xaçmaz Rayon Polis X10 tərtib etdiyi 2020-ci il 21 sentyabr və 2020-ci il 14 noyabr tarixli protokollardan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Şabran şəhəri, Heydər Əliyev prospektində yerləşən apteki göstərərək ifadəsini təsdiq etmiş, fotocədvəllər protokollara əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 87-91 və 185-187). İş materiallarında olan Xaçmaz Rayon Polis X10 2020-ci il 21 sentyabr tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 24 iyul tarixli AZF/LGL-7295/20 №-li məktubu ilə daxil olan bir ədəd CD diski maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmişdir (2-ci cild, iş vərəqi 139-140). İş materiallarındakı Xaçmaz Rayon Polis X10 tərtib etdiyi 2020-ci il 16 oktyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Şahid10 Şabran şəhəri, Heydər Əliyev prospektində yerləşən apteki göstərərək ifadəsini təsdiq etmiş, fotocədvəl protokola əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 171-174). İş materiallarındakı Xaçmaz Rayon Polis X10 tərtib etdiyi 2020-ci il 27 noyabr tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs təqdim olunan fotoşəkillərdən Şabran şəhəri, Heydər Əliyev prospektində yerləşən aptekdə işləyən və ona «Tramadol» həbi satmış X17 və X19 tanımış, fotocədvəllər protokollara əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 190-193). İş materiallarında olan Xaçmaz Rayon Polis X10 2020-ci il 12 dekabr tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında, habelə 2020-ci il 14 dekabr tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 240.3.2.-ci və 128-ci maddələrindən həmin Məcəllənin 240.2.2.-ci, 240.3.2.-ci və 128-ci maddələrinə tövsif olunaraq ona qeyd olunan maddələrlə yenidən ittiham elan olunmuş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 296-cı maddəsi, Şahid1 və Şahid10 barəsində Azərbaycan Respublikasının CM-nin 307-ci maddəsi, Şahid4 barəsində Azərbaycan Respublikasının CM-nin 240.1.-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs «Tramadol Hydrochloride tablets 225 mg» həblərini əldə etdiyi mənbəyə dair Azərbaycan Respublikasının CM-nin 240.3.2.-ci və 240.2.2.-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılmış, sonuncudan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonrakı 58 ədəd «Tramadol Hydrochloride tablets 225 mg» həbinin və üç ədəd «Baralqin» həbinin, Şahid4 təqdim etdiyi və ekspertiza tədqiqatından sonrakı iki ədəd «Tramadol Hydrochloride tablets 225 mg» həbinin və dörd ədəd «Aspirin» həbinin maddi sübut kimi tanınması nəzərə alınmışdır (2-ci cild, iş vərəqi 196-227 və 231- 232). İş materiallarında olan hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda hüquqlarının müdafiəsi Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 100 iş saatı müddətində müdafiə olunmuşdur (2-ci cild, iş vərəqi 249). Məhkəməyə təqdim olunan Xaçmaz Rayon Polis Şöbəsinin 2021-ci il 27 may tarixli 7/1***-******* №-li və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2021-ci il 03 iyun tarixli 17/38-3676 №-li məktublarından görünür ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 2021-ci il mayın 27-də tutulan Təqsirləndirilən şəxs 2021-ci il mayın 29-da təcridxanaya gətirilmişdir. Məhkəməyə təqdim olunan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 2021-ci il 03 noyabr tarixli 887 №-li məktubunun kserosurətindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2019-cu il 27 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci və 177.2.3.-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan Təqsirləndirilən şəxs 2020-ci il yanvarın 15-də qeydiyyata götürülməklə sonuncunun 02 ay 08 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası vardır. Məhkəməyə təqdim olunan Xaçmaz Rayon Məhkəməsinin 2022-ci il 07 yanvar tarixli qərarının surətindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2019-cu il 27 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci və 177.2.3.cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan Təqsirləndirilən şəxs «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 05 noyabr tarixli Qərarının 2.5.-ci bəndinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədilə külli miqdarda, təkrarən qanunsuz əldə edib daşımaqla saxlaması, habelə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayətlərini törətməsi sübuta yetirilir. Lakin Azərbaycan Respublikasının CM-nin 240.3.2.-ci maddəsi həmin Məcəllənin 240.2.2.-ci maddəsində nəzərdə tutulan əməlləri əhatə etdiyindən ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının CM-nin 240.3.2.-ci, 240.2.2.-ci və 128-ci maddələri ilə tövsif olunması yanlışdır. Bu əsasla, yəni Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 240.3.2.-ci və 128-ci maddələri ilə əhatə olunduğuna görə dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının CM-nin 240.2.2.-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etmişdir. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs irəli sürülən ittihamdan Azərbaycan Respublikasının CM-nin 240.2.2.-ci maddəsi xaric edilməklə əməli Azərbaycan Respublikasının CM-nin 240.3.2.-ci və 128-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə araşdırılmış sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 240.3.2.-ci və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələri, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə, yəni heç zaman tərkibində güclü təsiredici maddələr olan «Tramadol» həbi və başqa narkotik vasitələr satmaması, tanışlarının xahişi ilə onlara dərman almaqla verməsi və heç bir gəlir əldə etməməsi, X14 qarşı heç bir cinayət törətməməsi, o cümlədən qəsdən sağlamlığa yüngül zərər vurmaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanununun güclü təsir edən maddələr və onların külli miqdarının siyahısında tramadol hidroxloridin külli miqdar (qramlarla) daxil olmaqla aşağı həddi 6 qram müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olmasını nəzərə almaqla qeydiyyatda olduğu, habelə müvəqqəti məskunlaşdığı yer üzrə barəsində heç bir şikayət daxil olmamasını işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs onun 2020-ci il martın 26-dan 2020-ci il mayın 24-dək ev dustaqlığında saxlanıldığı 01 ay 28 gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 2019-cu il 27 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci və 177.2.3.cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan Təqsirləndirilən şəxs «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 05 noyabr tarixli Qərarının 2.5.-ci bəndinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Xaçmaz Rayon Polis Şöbəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən «Tramadol Hydrochloride tablets 225 mg» həbinin və «MEK Baralqin» həbinin tədqiqatdan sonrakı müvafiq qaydada 58 ədəd və üç ədəd həblərinin qalıqları, Şahid4 təqdim etdiyi «Tramadol Hydrochloride tablets 225 mg» həbinin və «Aspirin» həbinin ekspertiza tədqiqatından sonrakı müvafiq qaydada iki ədəd və dörd ədəd həblərinin qalıqları məhv edilməli, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 195 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 110 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Xaçmaz Rayon Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 600 manat, Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 660 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il mayın 27-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs elan olunan ittihamdan Azərbaycan Respublikasının CM-nin 240.2.2.-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 240.3.2.-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə o, qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, onun 2020-ci il martın 26-dan 2020-ci il mayın 24-dək ev dustaqlığında saxlanıldığı 01 ay 28 gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 04 (dörd) il 10 (on) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Xaçmaz Rayon Məhkəməsinin 2019-cu il 27 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci və 177.2.3.-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan Təqsirləndirilən şəxs «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 05 noyabr tarixli Qərarının 2.5.-ci bəndinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il mayın 27-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. 195 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Xaçmaz Rayon Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 600 manat, Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 660 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Xaçmaz Rayon Polis Şöbəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən «Tramadol Hydrochloride tablets 225 mg» həbinin və «MEK Baralqin» həbinin tədqiqatdan sonrakı müvafiq qaydada 58 ədəd və üç ədəd həblərinin qalıqları, Şahid4 təqdim etdiyi «Tramadol Hydrochloride tablets 225 mg» həbinin və «Aspirin» həbinin ekspertiza tədqiqatından sonrakı müvafiq qaydada iki ədəd və dörd ədəd həblərinin qalıqları məhv edilsin, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar