Məhkəmə qərarları › İş №1(101)-81/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-81/2023

18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-81/2023 18.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin nümayəndələri, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Nümayəndə1 və Xırdalan şəhər Vəkil bürosunun vəkili Nümayəndə2, zərərçəkmiş hüquqi şəxsin nümayəndələri X4 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, “Fides” Vəkil bürosunun vəkili X14 iştirakları ilə, xx xxxx 1981-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı övladı olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Yaşayış massivi, 50-ci küçə, sahə 1043 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 213.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək mənimsəmə və israf etməklə özgənin əmlakını xüsusilə külli miqdarda talama məqsədi ilə elektronika avadanlıqlarının alqı-satqısı ilə məşğul olacaqları barədə tanışı Zərərçəkmiş şəxs1 ilə razılaşıb bu məqsədlə 2017-ci ilin noyabr ayının sonunda onun dayısı X15 vasitəsi ilə Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanda icarəyə götürülmüş "xxxx" mağazasında 50.000 (əlli min) ABŞ dolları 85.000 (səksən beş min) AZN ekvivalentində pulu alaraq X5 adına açılan ********** nömrəli VÖEN əsasında icarəyə götürdükləri elektronika mallarının kredit yolu ilə satışı üçün "xxxx" mağazası fəaliyyətə başladıqdan sonra orada qeyri-rəsmi direktor vəzifəsində işləyərkən ona etibar olunmuş mağazanın kassasından xx.xx.2017-ci il 26.820,19 (iyirmi altı min səkkiz yüz iyirmi manat on doqquz qəpik) manat, xx.xx.2018-ci il 13.340,44 (on üç min üç yüz qırx manat qırx dörd qəpik) manat, xx.xx.2018-ci il 7116,17 (yeddi min yüz on altı manat on yeddi qəpik) manat, xx.xx.2018-ci il 47.205,80 (qırx yeddi min iki yüz beş manat səksən qəpik) manat, xx.xx.2018-ci il 56.386,59 (əlli altı min üç yüz səksən altı manat əlli doqquz qəpik) manat, xx.xx.2018-ci il 64.819,66 (altımış dörd min səkkiz yüz on doqquz manat altımış altı qəpik) manat və xx.xx.2018-ci il 92.055,58 (doxsan iki min əlli beş manat əlli qəpik) manat cəmi 307.744,43 (üç yüz yeddi min yeddi yüz qırx dörd manat qırx üç qəpik) manat pul vəsaitini talamaqla Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vuraraq mənimsəmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təsisçiliyi ilə elektronika avadanlıqların satışı üzrə fəaliyyət göstərən "xxxx" mağazasında qeyri-rəsmi direktor vəzifəsində işləyərkən Zərərçəkmiş şəxs1 çoxlu sayda müştərilərin olmasını və külli miqdarda gəlir əldə edəcəklərini yalandan bildirib satışın genişləndirilməsi üçün daha böyük sahəsi olan ünvan 3 ünvanında yaşayış binasının birinci mərtəbəsinə elektronika avadanlıqları daşınmaqla yerləşdikdən sonra Zərərçəkmiş şəxs1, X19 və onun iştirakı ilə 11 iyul 2018-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilərək o, həmin cəmiyyətin fəaliyyəti üçün heç bir pul vəsaiti qoymadan qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin olunaraq, öz qulluq mövqeyindən istifadə etməklə satışdan əldə edilmiş gəlirin təsisçilər arasında bərabər bölünməsinə dair aralarındakı razılaşmaya baxmayaraq, təsisçilər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəbərsiz, yuxarıda qeyd olunan həmin ünvanda o, "xxxx" mağazasının adını "xxxx" adına dəyişdirməklə xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-ni təsis edərək xx.xx.2017-ci iİ tarixdən xx.xx.2021-ci il tarixədək alqı-satqı məqsədi ilə qoyduqları və kreditlə satılmış malların müqabilində əldə edilmiş pul vəsaitindən 898.361,00 (səkkiz yüz doxsan səkkiz min üç yüz altmış bir) manat (mebel malları üzrə 175.010,00 (yüz yetmiş beş min on) manat, elektronika malları üzrə 723.351,00 (yeddi yüz iyirmi üç min üç yüz əlli bir) manat olan hissəsi "xxxx" MMC-nin hesabına köçürmüş, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ona məxsus olan, "xxxx" ASC-də olan hesablaşma hesabına mədaxil olunmuş 540.183,98 (beş yüz qırx min yüz səksən üç manat doxsan səkkiz qəpik) manat pulu israf etmiş, o cümlədən kassadan əldə edilmiş 307.744,43 (üç yüz yeddi min yeddi yüz qırx dörd manat qırx üç qəpik) manat pulu ələ keçirməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1.296.415,44 (bir milyon iki yüz doxsan altı min dörd yüz on beş manat qırx dörd qəpik) manat məbləğdən Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının nizamnəmə kapitalının üç bərabər pay bölgüsünə əsasən (1.296.415,44 - 427.816 - 855.632) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 düşən paydan 855.632 (səkkiz yüz əlli beş min altı yüz otuz iki) manat xüsusilə külli miqdarda ziyan vuraraq ona etibar edilmiş özgənin əmlakını israf etməklə talamışdır. Bundan başqa o, "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək alqı-satqı məqsədilə qoyduqları və götürdükləri pul vəsaiti üzrə mənimsəmə və israf etməklə əldə etdiyi ümumilikdə 1.296.415,44 (bir milyon iki yüz doxsan altı min dörd yüz on beş manat qırx dörd qəpik) manat puldan "xxxx" MMC üzrə 433.330,23 (dörd yüz otuz üç min üç yüz otuz manat iyirmi üç qəpik) manat, "xxxx" MMC üzrə 118.027,34 (yüz on səkkiz min iyirmi yeddi manat otuz dörd qəpik) manat ümumilikdə 551.135,57 (beş yüz əlli bir min yüz otuz beş manat əlli yeddi qəpik) manat xüsusilə külli miqdarda vergilər ödəməkdən yayınmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 213.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır. Zərərçəkmiş şəxs1 atası Ziyafət onun anasının ögey xalası oğludur. Zərərçəkmiş şəxs2 isə Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. Təxminən 10 il ərzində o, ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-nin elektronika və mebel şöbəsinin direktoru işləmişdir. 2017-ci ilin sonlarında xalası oğlu Məhəmməd ilə söhbət zamanı o, məişət əşyalarının satışı və mebel mağazası açmaq istədiyini demiş, daha sonra xalası oğlu Məhəmməd bu barədə dayısı X11 bildirmiş, sonra onlar dayısı Şahinlə görüşüb iş qurmaq barəsində danışmışlar. Amma dayısı Şahinin mağazanı açmaq üçün pulu olmamışdır. Sonra dayısı ona Zərərçəkmiş şəxs1 bu barədə dediyini, sonuncunun pul verə bilməsinin mümkünlüyünü bildirmişdir. O, ilkin olaraq etiraz etmiş, bu işdə 3 nəfər şəxsin çox olacağını demiş, lakin sonradan razılaşmışdır. 2017-ci ilin sentyabr ayında dayısı X15, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun iş yerinə gəlmişlər. O, Elgizi orada ilk dəfə görmüşdür. Həmin şəxslərlə söhbət edən zaman onlar məişət əşyalarının alqı-satqısı mağazası açmaları barədə razılaşmışlar. O, həmin şəxslərə iş bölgüsü etməyi təklif edərək bildirmişdir ki, onun marketinqdən başı çıxır, marketinqə onun, hesabat tərəfinə isə Elmar nəzarət etsin. O, həmçinin Elmara mağazaya girib-çıxan mallara nəzarət etmək üçün mağazaya bir adam qoymasını təklif etmişdir. Razılaşdıqdan sonra onlar çıxıb getmişlər. Daha sonra 2017-ci ilin noyabr ayının sonu Elmar “Neftçilər” metrostansiyasının ətrafında mağaza tapması üçün dayısı Şahinə 9 min manat civarında pul vermişdir. 2017-ci ilin sonlarından dayısı Şahin “Neftçilər” metrostansiyasından aralıda obyekt icarəyə götürmüş, lakin obyekt istifadəyə yararlı olmamışdır. Bunun üçün də onlar obyektin fəaliyyətə gəlməsi üçün müəyyən məbləğdə pul xərcləmişlər. 2017-ci ilin noyabr ayından mağaza "xxxx" adı ilə onun dayısı oğlu X5 VÖEN-i əsasında fiziki şəxs olaraq fəaliyyətə başlamışdır. Mağazanın aylıq icarə haqqı 5000 manat olmuşdur. Daha sonra həmin mağazadan 100 metr aralıda aylıq icarə haqqı 3500 manat olan mağazanı icarəyə götürmüşlər. Mağaza fəaliyyətə başladıqdan sonra Şahid4, Aynur adlı qadın və Turqut adlı şəxs orada işləməyə başlamışlar. Həmin şəxslər əmək müqaviləsi əsasında işə götürülmüşlər. Nurlana kredit mütəxəssisi, Turqut və Aynur isə satıcı kimi işə başlamışlar. Həmin vaxt o, "xxxx" MMC-də işləmişdir. Nurlan mağazanın bütün fəaliyyətinə, o isə mağazada satışa nəzarət etmişdir. Mağazaya malları “Baku Electronics”dən, az bir qismini Dubaydan və "xxxx" MMC-dən, “United Electronics”dən və “Sədərək” bazarından almışlar. Mağazaya sifariş verdiyi mallar gətirildikdən sonra onların kredit yolu ilə satışı başlamışdır. Danışıqlarına görə, mağaza tam tanındıqdan sonra onlar gəlir barədə danışacaqmışlar. İlkin olaraq satılan mallara görə ödənilən ödənişlərlə mağazaya mallar gətiriləcək və işçilərin əmək haqqı veriləcəkdi. Mağazadan mal alan müştərilərlə müqavilə bağlanaraq mağazaya ödənilən ödənişlər qəbz əsasında həyata keçirilmişdir. Müqavilə müştərilərlə "xxxx"in arasında bağlanmışdır. Zərərçəkmiş şəxs2 mağazaya gəlib-getmiş və Elmarın bütün işlərinə şərik olduğunu, bu işə də şərik olmaq istədiyini bildirmişdir. 2018-ci ilin əvvəllərində o, "xxxx" MMC-dən işdən çıxmışdır. 2018-ci ilin ortalarında onun təklifi ilə hər bir işin rəsmi olması üçün "xxxx" mağazası "xxxx" MMC adı ilə təsis edilmişdir. MMC-nin təsisçiləri o, Elgiz və Elmar olmuşdur. Elgiz və Elmarın təklifi ilə o, MMC-nin direktoru təyin olunmuşdur. O, Nurlana etibarnamə və asan imza vermişdir ki, sonuncu mühasib kimi maliyyə təşkilatlarında MMCni təmsil etsin. Bundan sonra mağazaya kredit mütəxəssisi kimi Şahid3 əmək müqaviləsi əsasında işə götürülmüşdür. Türkan adlı qadın isə satıcı kimi işə götürülmüşdür. Mağaza MMC olunana qədər oradan heç kim pul götürməmişdir. O, mağazanın hesabat işinə baxmamış, yalnız idarəçiliyi həyata keçirmişdir. İşlədikləri ərəfələrdə ona Türkiyə Cümhuriyyətindən mebelin alqı-satqısı barədə təklif gəlmişdir. O da bu barədə Elmara bildirmiş, Elmar da etiraz etməmişdir. Təklif əsasında o, Elmar, Elgiz və Elmarın müdiri X2 şəhərinə çatdıqda "xxxx" mağazasına gəlmişlər. Onlar orada mebel alqı-satqısı ilə də məşğul olma barədə razılaşmışlar. O, ünvan 3 ünvanda yerləşən hündür mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini 4000 manata icarəyə götürmüşdür. Həmin yeri sahibi təmir etdirmiş və mağazanın təmir xərci 90000 manat olmuşdur. Yer sahibi onlara yarı pulunu hər ay yavaş-yavaş vermələrini demişdir. Orada "xxxx" MMC-nin tərkibində "xxxx" açılmışdır. O, "xxxx" MMC-nin adından Türkiyə Cümhuriyyətindən mebel dəstləri sifariş etmişdir. Nurlan mebel dəstlərinə görə ödəniş etmişdir. Mallar gəldikdən sonra Nurlan tərəfindən qarşılanmış və gömrük rüsumlarını ödəmişdir. O, heç bir maliyyə işlərinə qarışmamışdır. 2019-cu ilin aprel ayından həmin ünvanda "xxxx" fəaliyyətə başlamışdır. Həmin ana qədər "xxxx" MMC-dən heç kim gəlir əldə etməmişdir. Onlar yeni açdıqları mağazaya pulu dövriyyədən qoymuş, qalan pulu isə Elmar tamamlamışdır. Elmarın qoyduğu məbləği dəqiq xatırlamır. "xxxx"da adlarını xatırlamadığı şəxslər satıcı kimi işə başlamışlar. MMC-nin pulla bağlı bütün fəaliyyəti Nurlan tərəfindən həyata keçirilmişdir. Elmar və Elgiz isə mütəmadi olaraq MMC-yə gəlibgetmişlər. MMC-nin heç bir kart hesabı olmamışdır. 2018-ci iliun sonlarında - 2019-cu ilin əvvəllərində hesabat olunduqdan sonra o, Elgiz və Elmar 2000-2500 manat civarında pulu əmək haqqı kimi götürmüşlər. 2019-cu ilin sonlarında "xxxx" MMC-nin yerləşdiyi obyektin sahibi icarə haqqını qaldırdığı üçün narazılıq yaranmışdır. Aralarında əldə edilmiş razılığa əsasən "xxxx" MMC-ni oradan M.Hadi küçəsində olan obyekti icarəyə götürüb oraya köçürmüşlər. Daha sonra onunla Nurlan arasında anbardakı malların sayımını aparmamağına görə söz-söhbətləri yaranmışdır. O, bunu bildikdən sonra Elmara öz narazılığını bildirmiş və işləməyəcəyini demişdir. Mübahisə yaranan günü Elmarın atası mağazaya gəlmiş və mübahisə daha da böyümüşdür. 2019-cu ilin sonlarında metronun “Neftçilər” stansiyası yaxınlığındandan elektronika əşyalarını M.Hadi küçəsində olan təmirsiz obyektə gətirmiş və “Neftçilər” stansiyası yaxınlığındanda olan "xxxx" MMC-nin fəaliyyətini müvəqqəti dayandırmışlar. O, yeni icarəyə götürdüyü obyekti nisyə təmir etdirmiş, sonradan həmin pulun bir qismini ödəmişdir. Həmin yer təmir olunmuş, lakin fəaliyyətə başlamamış onların mübahisələri başlamışdır. Mübahisənin başlamasına səbəb Nurlan olmuşdur. Belə ki, o, Nurlana kömək edib anbardan sayım eləməsini istəmişdir. Lakin Nurlan eləməyəcəyini bildirmişdir. Yeni icarəyə götürülmüş obyektdə təmir gedəgedə işçilər oraya gəlmişdir ki, heç bir satış olmasın, ancaq satılmış əşyaların kredit pulları yığılsın. Mübahisə başladıqdan sonra Elmar və Elgiz ondan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişlər. Orada o, Elmar və Elgizə 40000 manat pul ödəmişdir ki, Elgiz ayrılsın, Elmar və o isə işləsinlər. Eyni zamanda Elgizin qalıq pulunu kredit pulları ödənildikdə verəcəkmişlər. 2020-ci ilin əvvəllərində "xxxx" MMC-nin təsis etmişlər. "xxxx" MMC M.Hadi küçəsi 130 ünvanda fəaliyyətə başlamışdır. Bir müddət sonra o, Xətai rayon Polis İdarəsinə çağırılmış və bildirmişlər ki, onun 156 min manat kəsiri var və onu saxlamışlar. Tutulduğuna görə nə anbarı, nə də malları təhvil verə bilməmişdir. O, ümumilikdə bu işlərin qurulması üçün 51000 ABŞ dolları və ayrı-ayrı epizodlarda isə 19000 ABŞ dolları, Elgiz isə 131000 ABŞ dolları, qalan məbləği isə Elmar qoymuşdur, o, həmin məbləği dəqiq bilmir. İfadəsinə əlavə olaraq bildirmək istəyir ki, tərtib olunmuş audit rəyi ilə razı deyil. Onun rəydə göstərilən qədər vergi borcu olmamışdır, rəqəmlər şişirdilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs bildirdi ki, Elmarın qoyduğu məbləğ səhv etmirsə 800 min manat civarında olmuş, rəsmi işə 10-11 nəfər götürmüşdür. İşçilərin maaşı 300 manatdan 700 manata qədər olmuş, vergini Nurlan ödəmişdir. Birinci il onlar 200000 manat mənfəət götürmüşlər, pandemiyadan sonra mənfəət düşmüşdür. Vergi 14 faiz olmuşdur. Onun vergi ilə bağlı problemi olmamışdır. Elmar və Elgizlə "xxxx" açmağı birlikdə qərarlaşdırmışlar. "xxxx" adı dilə yatmadığı üçün onlar "xxxx" təsis etmişlər. Təqribən 750 min manata yaxın bir mağazanın kreditə verdiyi mallar, 150-160 min manat civarı isə o biri mağazanın kreditə verdiyi mallar olmuşdur. Mağazada 600 min manat dəyərindən bir az çox mal olmuşdur. Ona 1 milyon 200 min manatla verilən ittiham saxtadır. Şəxsi ehtiyacları üçün kartdan da pul çıxarmışdır, gəlib nə qədər pul çıxartdığını yazdırmışdır. O, maşın almamışdır, öz maşınını satıb, kreditlə lizinqdən maşın almışdır. Ondan sonra həyat yoldaşı idarəçiliyə keçməmişdr, o, saxlanılan zaman boş qalmasın deyə orada oturmuşdur. Birinci ildə nə o, nə də Elmar və Elgiz xeyir götürmüşdür. Onlar birinci ildən sonra pul götürməyə başlamışlar. Müştərilərdən kreditə görə gələn 150-200 min manat arası pul onun deyil, Nurlanın hesabına gəlmişdir. Şəxsi kart onun adına olsa da, amma ümumi kartı olmuşdur. Kart son vaxtlarda onda olmuşdur. Kartdan şəxsi ehtiyacları üçün pul çıxarmağı yalandır. Aldıqları yük maşını, aralarında problem olduğu üçün qaynanasının adına almışdır. O, hesabatların göndərilməsinin qarşısını almamışdır. Gəlirlə bağlı məlumatları Elmara Nurlan vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 20 il müddətdir ki, tanıyır. Belə ki, Turalla uzaq qohumluq əlaqələri vardır. Təqsirləndirilən şəxs dayısı Şahini də tanımışdır və sonuncu ilə mütəmadi olaraq görüşüb söhbət etmişdir. Şahin ilə sonuncu dəfə görüşən zaman sonuncu, Turalın ona təklifinin olduğunu demiş və gedib görüşməyi təklif etmiş, o da razılaşmış və Şahinlə birlikdə Tural ilə görüşmək üçün "xxxx" mağazasına getmişlər. Mağazada Turalla görüşmüşlər. Söhbət zamanı Tural ona bildirmişdir ki, çoxdandır burada işləyir, onun yaxşı müştəriləri var və özünə mağaza açmaq istəyir, lakin pulu yoxdur. Turala onun işinin olduğunu demişdir. Tural isə ona pul qoymağı təklif etmiş, mağazanı özünün işlədəcəyini, hər şeyi özünün edəcəyini, onun isə işi ilə məşğul olacağını, yalnız gəlir götürəcəyini bildirmişdir. O da Turalın dediklərinə inanmış və ağlına batdığı üçün etibar etmişdir. Həmçinin fikirləşmişdir ki, Tural onun uzaq qohumudur və dayısı Şahin də onlarla birlikdədir. O, Turaldan nə iş görəcəklərini soruşmuş, Tural mağaza açacaqlarını, orada məişət texnikaları satacaqlarını, külli miqdarda gəlir əldə edəcəklərini bildirmişdir. Tural ilkin olaraq 50000 ABŞ dolları lazım olduğunu, lakin özünün heç bir maddi imkanı olmadığı üçün pul qoya bilməyəcəyini demişdir. Tural dayısı Şahinə də təklif etmişdir ki, o da 50000 ABŞ dolları qoysun, lakin dayısı da pulunun olmadığını demişdir. O da Turala inandığını və pul qoyacağını demiş, bundan sonra onlar oradan çıxıb getmişlər. Sonra Tural və Şahinin onun iştirakı olmadan Bakı Metropolitenin “Neftçilər” stansiyası yaxınlığında icarəyə obyekt götürdüyü barədə ona məlumat vermişlər. O isə ona heç bir fərqi olmadığını, verdiyi pulun qaytarılmaq şərtilə iş qurulması və gəlir əldə etməyin maraqlı olmasını demişdir. O, Turalın icarəyə götürdüyü mağazanı fəaliyyətə gətirməsi üçün, yəni oraya məişət əşyalarının gətirilməsindən ötrü ilk dəfə 50000 ABŞ dolları pul vermişdir. Belə ki, pulu Turalın dayısı Şahinlə göndərmişdir. Şahin də pulu Turala vermişdir. Həmin vaxt onların yanında dayısı Şahin və Nurlan olmuşdur. Bundan sonra Tural mağazaya rəsmi olaraq işçilər götürmüşdür. 2017-ci ilin noyabr ayında mağaza fiziki şəxs olaraq Turalın xalası oğlu Turqut adlı şəxsin VÖEN-i əsasında açılmışdır. Beləliklə də "xxxx" mağazası təsis olunmuşdur. Mağazada yalnız məişət əşyaları satılacaqğı nəzərdə tutulmuşdur. Malları Tural onun verdiyi pulla alıb gətirmişdir. Mağazada mallar fiziki şəxs adından kredit və ya nağd yolla satılmalı imiş. Tural ilkin olaraq satılan mallara görə toplanılan pullarla mağazanın işçilərinin əmək haqqını verməli və mağazanın içərisini məişət əşyaları ilə doldurmalı imiş. Belə ki, onun üzərinə bu öhdəlik qoyulmuşdur. O, Turala tapşırmışdır ki, özünə hələ pul götürməsin. Tural mağazaya ona deməmiş mal gətirməməli idi. Turala bu barədə desə də Tural ona aldığı malların hamısının təhvil təslimi barədə sənədləri saxlamasını və yekunda hesabat aparacaqlarını demişdir. Belə ki, o, Turala inanmış və etibar etdiyinə görə Turalın yekunda ona mağazaya daxil olmuş bütün sənədləri təqdim edəcəyini gözləmişdir. O, mütəmadi olaraq mağazaya gedib gəlmişdir. Tural onu mağazada işləyən əməkdaşlarla da tanış etmişdir. Mağazada Nurlana, Azər və Turqut işləmişdr. Həmin şəxslər əmək müqaviləri əsasında işə qəbul edilmiş, Nurlana və Azər kredit üzrə mütəxəssis işləmişdir. Turqut isə sahibkar kimi iştirak etmişdir. O, mağazaya nəzarət edə bilmədiyi üçün tanıdığı Nurlan adlı şəxsi mağazada işlərə nəzarət üçün qoymuşdur. Çünki onun işləri olduğundan daima mağazaya gedə bilməmişdir və Nurlan Turalın gördükləri işlərin onun sözləri əsasında ona demişdir. Lakin Nurlan ona dolğun məlumat verə bilməmişdir, çünki Tural buna şərait yaratmamışdır. Satıcılar hesabatı təqdim etməkdən imtina etmişlər. 2018-ci ilin yanvar ayının əvvəllərində Tural ona zəng edərək bildirmişdir ki, dayısı Şahin onu bezdirib işləməyə qoymur. O da Şahinə zəng edərək ondan bu barədə soruşmuş, Şahin ona demişdir ki, mağazaya mal gələrkən Tural onu çölə çıxarır, mal gətirənlərin yanında onunla söhbət etmir, ondan nəyisə gizlədir, ona görə də onunla mübahisə etmişdir. Bundan sonra o, Turala zəng etmiş və dayısının ona dediklərini demişdir. Tural da etiraz etmiş və belə bir şeyin olmadığını demişdir. Tural ona mağazaya gətirdiyi malların qaimə fakturasını verməmişdir. O, mağazaya gəlib Turalla dayısı Şahinin arasında olan narazılığı aradan qaldırmşdır. 2018-ci ilin mart ayının sonunda Tural və dayısı Şahin yenə də mübahisə etmişlər. O, həmin şəxsləri barışdırmaq üçün çay evinə dəvət etmişdir. Çay evində söhbət edərkən Tural masanın üzərində olan çaydanı götürüb dayısı Şahini vurmaq istəmiş, lakin vurmamışdır. Belə ki, Şahin Turala “niyə malları mənim yanımda almırsan, qoymursan baxam, nəyi gizlədirsən” ifadələrini işlətdikdə Tural əsəbləşmiş və çıxıb getmişdir. O, Turalın hərəkətlərini başa düşməmişdir. Ancaq o, Turala inanmış və nə vaxtsa onu aldadacağını düşünməmişdir. Həmin vaxta qədər o, mağazaya 150000 ABŞ dolları pul qoymuşdur. Şahin mağazadan ayrılandan sonra o da Turala ayrılmaq istədiyini bildirmiş və vəsaitini qaytarmağı demişdir. Tural onu yenidən özünə inandırmış, bildirmişdir ki, dayısı ilə münasibətinin pozulması bu işlə əlaqədar deyil. Sonra Tural yeni mebel mağazası açmaq istədiyini, ona vəsait lazım olduğunu bildirmişdir. O, Turala, tanışı Elgiz adlı şəxs olduğunu, Elgizin evini satıb əlində pulu olduğunu, sonuncunun onlara şərik olmasını, ancaq Elgizə də gəlir vermək lazım olduğunu və il yarıma Elgizin vəsaitinin qaytarılmalı olduğunu bildirmişdir. Həmin vaxta qədər o, heç bir gəlir əldə etməmişdir. Belə ki, fikirləşmişdir ki, işlər tam qurulsun, mağazada mallar tam şəkildə doldurulsun, ondan sonra gəlir götürsünlər. O, tanışı Elgiz ilə görüşüb ona da bu barədə məlumat vermişdir. Elgiz onlarla razılaşmış və müəyyən vaxtlarda fərqli vəsaitlər qoymuşdur. Elgiz ümumilikdə 200 min ABŞ dolları vəsait qoymuşdur, onun müəyyən hissəsi qaytarılmışdır. Sonra Tural mebel mağazası açmağı təklif etmiş və o, yenə 120000 ABŞ dolları vəsait qoymuşdur. O, Tural və Elgiz Dubaya mal gətirmək üçün getmişlər. O, orada Turala 40000 ABŞ dolları pul vermişdir. Mebel mağazası açıldıqdan sonra Tural tamamilə dəyişmişdir. Tural onlarla mübahisələrə, davalara başlamışdır. O, artıq qoyduğu vəsaitləri geri istəməyə başlamış, Turala bildirmişdir ki, gəliri lazım deyil, qoyduğu vəsaiti geri qaytarsın. O, ümumilikdə 423000 ABŞ dolları və 40000 manat vəsait qoymuşdur və həmin pulları Turaldan tələb edir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirdi ki, ilkin olaraq "xxxx" şirkətini təsis etmişlər, həmin təsisçilər də o, Elgiz və Tural olmuşdur. Şirkətin fəaliyyəti məişət və elektronika avadanlıqlarının satışından ibarət olmuşdur. Nurlan onun mağazadakı nümayəndəsi olmuş, mağazada cavabdeh şəxs Tural olmuş, vergiləri və digər ödənişləri də Tural etmişdir. Danışmışlar ki, qoyduğu puldan əldə olunan gəliri təzədən dövriyyəyə buraxsınlar, 2 il ərzində dövriyyədən gələn gəliri yeni avadanlıqların alınmasına və mağazanı saxlamağa sərf etsinlər. İlkin gəlir daxil olanda Tural gəliri dövriyyəyə burmağı təklif etmiş və günlərin birində onların 100-150 min manat pul qazanacaqlarını bildirmişdir. Həqiqətən də Turalın dediyi kimi olmuş, amma Tural pulun bir hissəsini özü mənimsəmiş, qalanını da mağazaya mal almaq üçün və işçilərin əmək haqqısına vermişdir. Tural onlara 40000 manat pulu Korrupsiyaya qarşı Mübarizə İdarəsində barışıq olandan sonra vermişdir. Onlarla Tural arasında təhvil-təslim prosesi olmuşdur. Tural həmin sənədlərə prokurorluqda imza etmişdir. Auditdə Tural tərəfindən mağazanın işə götürülmüş nümayəndələri və onlar iştirak etmişlər. Mallar hal-hazırda mağazada, onların sərəncamındadır. Mallar onun və Elgizin qoyduğu vəsaitlərlə alınmışdır. Tural pul qoymamışdır. Turalın işi mağazanı idarə etmək və satışları təşkil etmək olmuşdur. Onların danışıqlarına görə paylar 33/33/33 kimi bölünməli imiş. Audit rəyində qeyd olunduğu kimi, ümumi qoyduqları vəsait və mənfəətlə birlikdə 2 milyon manat vəsait olmalı imiş. Həmin o, 2 milyon manatdan 360 min manatı mallara çıxılıb, qalan 1 milyon 700 min manatın 300 ya da 400 min manatı kreditdədir, qalan 1 milyon 200 min manatı isə onun fikrincə Tural mənimsəmişdir. Kredit müqavilələrində məbləğlər Tural tərəfindən saxtalaşdırılmışdır. O, Turala və ailəsinə hədə-qorxu gəlməmişdir. Tural və ailəsinin Daxili İşlər Nazirliyinə etdiyi müraciətdən xəbəri yoxdur. Kassa mədaxil orderlərinə neçə nəfərin imza etdiyini bilmir. İlk olaraq Turalın birinci ay 10 min manat, ikinci ay 15 min manat, üçüncü ay 20 min manat pul götürməsindən sonra şübhələnmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 3 ilə yaxındır ki, tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. Tanışı Zərərçəkmiş şəxs1 Bakı Metropolitenin “Neftçilər” stansiyası yaxınlığında "xxxx" adlı mağazası olmuş, həmin mağazanı Tural işlətmişdir. Belə ki, Elmarın işləri olduğu üçün mağazanın direktoru kimi Turalı qoymuşdur. Elmarla söhbət edərkən məlum olmuşdur ki, həmin mağazanın içərisində olan bütün məişət əşyalarını Elmar almışdır, Tural yalnız mağazanın direktorudur. Həmin mağazada müxtəlif növ elektronika məişət əşyaları satılmışdır. O, mütəmadi olaraq həmin mağazaya Elmar ilə gedib-gəlmişdir. Oraya gedib gələrkən orada Turalın dayısı Şahini, Turqut, Azər və Nurlana adlı şəxsləri görmüşdür. Mağazada kredit və nağd şəkildə məişət əşyaları satılmışdır. Nurlana və Azər kredit üzrə mütəxəssisi olmuş, Turqut isə sahibkar kimi mağazada işləmişdir. 2018-ci ilin mart ayında Elmar ilə söhbət edərkən sonuncu ona özünə şərik olmağı və mağazanı birlikdə işlətməyi təklif etmişdir. Həmin vaxt onun əlində pul olmuş, Elmar ona həmin təklifi edən zaman mağazadan indiyə qədər heç bir gəlir etmədiyini, yalnız mağazanın tanınmasını və içərisinin məişət əşyaları ilə doldurduğunu demişdir. Elmar artıq ona həmin təklifi edən zaman Təqsirləndirilən şəxs külli miqdarda pul vermişdir. Elmar mağazanı tam böyüdüb dolu vəziyyətə gətirmək niyyətində olmuş, o, Elmarla razılaşmışdır ki, mağaza tam böyüdükdən və içərisi məişət əşyaları ilə dolduqdan sonra onlar əldə olunan gəliri üç yerə aralarında bölsünlər. Onun, Turalın və Elmarın danışığı belə olmuşdur. 2018-ci il tarixdə Elmarın deməsi əsasında Bakı Metropolitenin “Neftçilər” stansiyası yaxınlığında Turala 18000 ABŞ dolları pul vermişdir. Bundan sonra onlar Turalın təklifi ilə mağazanı MMC etmişlər. Turala inandıqları üçün, həmçinin deməsinə və bu işləri bacardığına görə Turalı direktor təyin etmişlər. Belə ki, "xxxx" MMC təsis olunmuş və direktoru Tural olmuşdur. O, Turalın direktor olması ilə ona görə razılaşmışdır ki, Turalın bu işlərdə təcrübəsi olmuş, Elmarın uzaq qohumudur və Tural onları aldatmaz. Həmçinin həmin vaxta qədər o, Turalı kifayət qədər tanımışdır və o, hərəkətləri və danışıqları ilə özünə etibar yaratmışdır. 04 aprel 2018-ci il tarixdə o, elektronika malların alınması üçün Turala MMC-də 2000 ABŞ dolları, həmin ilin aprel ayının 11-də 20000 ABŞ dolları, həmin ilin aprel ayının 18-də 20000 ABŞ dolları, həmin ilin aprel ayının 30-da 22500 ABŞ dollari, həmin ilin may ayının 14-də 12540 ABŞ dolları, həmin ilin iyun ayının 02-də 2500 ABŞ dolları pul vermişdir. Onunla yanaşı Elmar da Turala pul vermişdir. Belə ki, Tural ona və Elmara zəng edərək pul istəmişdir. O, pulları Turala həmin MMC-dǝ vermişdir. Tural ondan pulu alan zaman orada Nurlan və MMC-nin işçiləri olmuşdur. O, Turala həmin ilin iyun ayının 08-də 4000 ABŞ dolları, həmin ilin iyun ayının 10-da 5000 ABŞ dolları, həmin ilin iyun ayının 12-də 3000 ABŞ dolları, həmin ilin iyun ayının 19-da 2000 ABŞ dolları və həmin ilin iyun ayının 30-da 10000 ABS dolları pul vermişdir. O və Elmar Turala pul versələr də Tural onlara hər hansı bir məbləğdə pul, yəni qazanc verməmişdir. Tural pulları dövriyyəyə buraxdığını, pullar kütləvi şəkildə ödənildiyi zaman qazanc əldə olunacağını demiş, o da Turala inanmışdır. Həmin ərəfələrdə Elmar əməliyyat olunmuş və bir müddət işlərlə maraqlana bilməmişdir. O isə mütəmadi olaraq mağazaya getmişdir. Söhbət zamanı Tural bildirmişdir ki, bu iş yaxşı işdir və başqa bir mağaza açıb mebel də gətirib satdıqda daha da yaxşı qazanc əldə etmək olar və qeyd etmişdir ki, mebelləri Türkiyədən gətirmək lazımdır. O və Elmar da buna çox şad olmuşlar ki, pul qazanacaqlar. Bundan sonra o, Elmar və Tural Turalın təklifi ilə Türkiyəyə getmişdir. Türkiyədə Tural onları mebel mağazasına aparmış və orada tanımadıqları şəxslərlə danışıqları olmuşdur. Belə ki, Tural orada olan şəxsə Bakı şəhərində mebel mağazası açmaq istədiyini və onlara nümayəndəlik verilməsinə kömək etmələrini demişdir. Türkiyədə mebel mağazasında olan şəxslər də razılıq vermişlər. Bundan sonra Tural bildirmişdr ki, 50000 ABŞ dolları pul lazım olacaq. Elmarla söhbət edən zaman sonuncu ona demişdir ki, artıq Turala külli miqdarda pul vermiş, həmin pulu da vermək lazım olacaqdır. ünvan 5 ünvanda yerləşən hündürmərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini icarəyə götürmüşlər. Elmar və o həmin yerin sahibi ilə görüşmüş və söhbət edib razılaşmışlar. Həmin yerin sahibi ilə "xxxx" MMC-nin arasında müqavilə bağlanılmışdır. Həmin mağazanın fəaliyyətə başlaması üçün Elmar Turala 2018-ci ilin iyul ayının 21-də 20000 ABŞ dolları pul vermişdir. Bundan sonra 2018-ci ilin avqust ayının 05-də 5000 ABŞ dolları, 2018-ci ilin oktyabr ayının 01-də X3 mebel gətirməsi üçün 10000 ABŞ dolları pul vermişdir. 04 dekabr 2018-ci il tarixdə o və Elmar hərəsi 5600 manat, 2019-cu ilin fevral ayının 20-də o, 10000 ABŞ dolları, həmin ilin fevral ayının 28-də 36000 ABŞ dolları pul vermişlər. Həmin pulu Turala mebel mağazasının fəaliyyətə başlaması üçün mebel mağazasında, yəni M.Hadi küçəsi 130 saylı ünvanda vermişlər. Pul verən zaman yanlarında satıcı Elza adlı qadın və Nurlan olmuşdur. Mebel mağazası fəaliyyətə başlamağa bir neçə gün qalmış Elmar artıq qazanc barədə danışmaq lazım olduğunu bildirmişdir. Bu səbəbdən Tural, Elmar və o öz aralarında danışıb aylıq olaraq hərəsinə 2500 manat pulu maaş kimi götürməyi razılaşmışlar. Belə ki, artıq uzun müddət keçirmiş, ancaq pul vermişlər, lakin heç bir qazanc götürülməmişdir. Həm də ki, onlar bilmişlər ki, Tural verdikləri pulun hamısına mal alır. Tural ona demişdir ki, malların çox hissəsini sifariş vermişdir, yoldadır. O və Elmar da Turala inanmışlar. MMC-nin müştərilər tərəfindən ödənilən pullar kredit şöbəsində toplanılmışdır və Turala bildirilmişdir. Belə ki, kassanın nəzarəti Turalda olmuş və kassaya yalnız Tural nəzarət etmişdir. Lakin Tural kassadan pulu qəbzlər əsasında çıxarmalı idi. O, kassada olan və onun verdiyi pulları hansı yolla istifadə etməsi barədə onlara hesabat verməli imiş. Yəni müştərilərin ödədikləri pulları hara və kimə nə üçün verdiyi barədə onlara rəsmi sənədlər təqdim etməli idi. Kassadan ancaq bu yolla pul çıxarma səlahiyyətinə malik imiş. Direktor kimi o, buna borclu idi, heç bir sənədləşmə aparılmadan mağazaya mal qəbul etməməli, mal satmamalı və almamalı imiş. Mebel mağazası fəaliyyətə başlamış o və Elmar "xxxx" MMC-dən 5000 manat pul götürmüşlər və yarı-yarıya bölmüşlər. Bu barədə qəbz tərtib olunmuş və Tural direktor kimi möhür vuraraq imzalamışdır. Həmin ərəfələrdə onlar müəyyən etmişlər ki, Tural tərəfindən onlardan xəbərsiz 2018-ci ilin noyabr ayında 10000 manat pul götürülmüşdür. Lakin Tural bu barədə ona heç nə deməmişdir. Tural özü onlara demişdir ki, kassadan götürdüyü bütün pulların, aldığı malların, satdığı malların, ödənilən ödənişlərin və mağazanın ümumi fəaliyyəti barədə onlara sənədlər təqdim edəcəkdir. Sonrakı aylarda da Turalın razılaşmadan artıq miqdarda pullar götürməsini müəyyən etmiş və ondan bu barədə soruşmuşdur. Tural da ona həmin pulla mal gətirdiyini demişdir. 2019-cu ilin yanvar ayında onunla Turalın mübahisəsi başlamışdır. Belə ki, o, Turaldan nəyə görə artıq pullar götürməsini soruşmuş, Tural da “narahat olma, pulların bir qismi özümdədir, bir qisminə mal almışam və yoldadır, heç bir problem yaranmayacaq” demişdir. O, tez-tez işlə maraqlanmışdır. Tural da bundan narahat olmuşdur. Bu isə onda şübhələr yaratmışdır ki, onun işlə maraqlanmağından niyə narahat olur. Elmar da ona demişdir ki, Tural ondan narazılıq edir. O, Turaldan israrla gördüyü işlərlə dair hesabat vǝ qəbzlər istəmişdir. 2019cu ilin mart ayının əvvəllərində M.Hadi küçəsi 130 saylı ünvanda "xxxx" MMC-nin tərkibində “İpək” mebel mağazası fəaliyyətə başlamışdır. Mebel mağazasında Elza adlı qadın və başqa tanımadığı şəxslər işləmişlər. Tural mebel mağazasında satılan mallara dair qəbzləri və ödənişləri Nurlandan gizlətmişdir. Bunu onlar sonradan bilmişlər. 2019-cu ilin mart ayının 14-də Elmar Turala 6000 manat pul vermişdir ki, gələn mallara görə gömrük rüsumlarını ödəsin. Tural özü demişdr ki, mal gəlib gömrük rüsumunu ödəmək lazımdır. Həmin günü Elmar Turala 35000 ABŞ dolları və 10000 ABŞ dolları pul vermişdir. Pulu Turala M.Hadi küçəsi 130 saylı ünvanda vermişdir. Sonra Tural ona və Elmara heç bir məlumat vermədən avtomobil almışdır. O, Turala nəyə görə Elmardan və ondan xəbərsiz avtomobil almasını soruşmuşdur, o da müxtəlif bəhanələr gətirmişdir. O, ilkin olaraq Turalın avtomobili şirkətin adına almasını fikirləşmiş, lakin sonradan müəyyən olunmuşdur ki, avtomobil tanımadığı başqa bir şəxsin adına alınmışdır. Ondan nəyə görə bunu etməsini soruşmuş, Tural da bildirmişdir ki, həmin şəxs şirkətin əməkdaşıdır, təzə işə götürüb, o da Turala inanmış və bununla maraqlanmamışdır. Belə ki, mebel mağazasının təzə açılmasını, ola bilsin ki, həmin şəxsi yeni işə qəbul etməsini fikirləşmişdir. 2019-cu ilin aprelin 05-də Tural Nurlanın vasitəsilə onlara demişdir ki, mallar gəlir, yeni sifarişdir, gömrük rüsumunu və malların pulunu ödəmək lazımdır. O və Elmar da etirazlarını bildirmişdir. Belə ki, onlara deməmiş nə səbəbə görə mal gətirdiyini soruşmuşlar. Elmar mebel mağazasında Turala məcbur olaraq 26000 ABŞ dolları pul vermişdir. Həmin ərəfələrdə sonuncu dəfə 12 iyun 2019-cu il tarixdə M.Hadi küçəsi 130 saylı ünvanda Turala Elmar 3830, o isə 3830 ABŞ dolları pul vermişdir. Qeyd etmək istəyir ki, Tural sonradan onlara bildirmişdir ki, "xxxx" MMC mebel mağazasından uzaqda yerləşmiş, ona görə də "xxxx" MMC-ni mebel mağazasının yanına köçürmək istəmişdir. Onlar da Turala inanıb razılaşmışlar. Bundan sonra Tural MMC-ni mebel mağazasının yanında olan qeyriyaşayış sahəsinə köçürmüş və işçilər də oraya gəlmişdir. O, Turaldan özünün və Elmarın verdiyi pullara dair qəbzlər verməsini israrla tələb etmişdir. Onunla yanaşı Elmar da tələb etmişdir. Tural da Elgizin ümumilikdə verdiyi pullara dair qəbzlər yazıb möhür vuraraq imzalamış və təqdim etmişdir. Sonrakı günlərdə o və Elmar Turaldan şübhələnməyə başlamışlar və Turaldan verdikləri pulların müqabilində nə iş görməsini və aldığı malların hamısının hesabatını təqdim etməsini istəmişlər. Lakin Tural onlara hesabat verməyərək MMC-də işləyən şəxslərə də tapşırmışdır ki, onlara hesabat verməsinlər. Onlar Turaldan ilk gündən bu günə qədər verdikləri pullara dair qəbzlər, mağazaya daxil olan və satılan mallar, ödənişlər və işçilərin əmək haqqı barədə bütün sənədləri tələb etmişlər. Lakin Tural onlara heç bir sənəd verməmişdir. Onlar da məcbur olub işçilərə zəng etmiş və onlardan hesabat istəmiş, lakin mağazada işləyən şəxslər onlara demişlər ki, Tural tapşırıb ki, onlara hesabat verilməsin. O və Elmar Turalın hərəkətlərini başa düşmüşlər. Onlar Turala mağazanın fəaliyyətini dayandırmasını, mağazanı bağlamasını və hesablaşdıqdan sonra mağazanın fəaliyyəti ilə bağlı söhbət edəcəklərini demişlər. Bir müddət keçdikdən sonra Tural Elmara zəng edərək onu işdən çıxardığını demişdir. Sonradan Tural mübahisə edərək Nurlanı da MMC-dən kənarlaşdırmışdır. Sonradan Tural onun və Elmarın xəbəri olmadan onun və Elmarın pulu ilə alınmış malları "xxxx" MMC-dən çıxarıb oğurlayaraq özünə açdığı "xxxx" mağazasına aparmış və oradan satışını həyata keçirmişdir. Bunu onlardan xəbərsiz etmiş və onlara əvvəlcədən heç nə deməmişdir. Həmçinin onların şirkətə daxil olmalı olan pulları öz şirkətinin adından qəbul edərək vətəndaşlara öz şirkətinin qəbzlərini vermişdir. Bundan əlavə öz adına kart açaraq müştərilərə həmin karta ödənişlər etdirmişdir. Həmin kartdan da Respublikanın ərazisində və hüdudlarından kənarda çıxarıb öz şəxsi ehtiyaclarına xərcləmişdir. Onlar əldə etdikləri sənədlərlə müəyyən etmişlər ki, Tural onların etibarından sui istifadə etmişdir. Onlardan aldığı pulların hamısı ilə MMC-yə elektronika və mebel dəstləri gətirməmiş və ələ keçirmişdir. Tural onları inandırmaq üçün MMC-nin açılmasını istəmişdir ki, oradan asanlıqla malları və pulu ələ keçirmiş, onun və Elmarın aldığı malları satıb pulunu ələ keçirərək onlara külli miqdarda ziyan vurmuşdur. Qeyd etmək istəyir ki, Turala pulları verdikdən sonra bu barədə rəsmiləşdirmə aparmaq istəmişlər ki, qanuni olsun. Onlar pulu verdikdən sonra Tural pulların verilməsi ilə bağlı onların israrlı tələblərinə görə qəbzlər yazmışdır. Onlar bunu ona görə etmişlər ki, gələcəkdə Tural bunu dana bilməsin. Sonradan ona məlum olmuşdur ki, onlar Turala MMC-nin fəaliyyətini dayandırmağı dedikdə Tural yalandan onlara söz vermiş, mağazada malların satışını həyata keçirmişdir. Tural öz şirkətini açdıqda onların pulları ilə alınmış malları orada satdığı zaman onların şirkətin adı ilə satmış və vətəndaşlara saxta qəbzlər vermişdir. Bəzi qəbzlərdə açdığı şirkətin möhürünü, bəzisində isə onların şirkətin möhürünü vurmuşdur. Alqı-satqı müqavilə şəxslərlə "xxxx" arasında bağlanılsa da "xxxx" MMC-yə aid kodlar və yazılar olmuşdur. Qeyd etmək istəyir ki, Tural öz başına "xxxx" MMC-nin fəaliyyətini sonradan dayandırmışdır. "xxxx" MMC-nin içərisində olan bütün həmin MMC-yə dair yazıları sənədləri dəyişərək "xxxx" MMC-ni təsis etmişdir. Qeyd etmək istəyir ki, sonradan Elmara "xxxx" MMC-dən Əli adlı şəxs zəng edərək bildirmişdir ki, Tural aldığı malın pulunu ödəməmişdir və buna görə 13000 ABŞ dolları borcu vardır. Aydın olmuşdur ki, Tural oradan mal almış və pulunu ödəməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, Zərərçəkmiş şəxs2 bildirdi ki, o, Turaldan şikayətçidir. O, şirkətin fəaliyyəti üçün Azərbaycan manatı ilə ifadə etsə, Turala 300000 manat pul vermişdir. Tural pulun müəyyən hissəsini qaytarsa da, ona hələ də 130000 manat borcu var. O, Turaldan 130000 manat pulunu tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs o, məktəb vaxtından tanıyır. Elmar və Elgizi isə "xxxx" MMC-də işlədikdən sonra tanımışdır. 2017-ci ilin sonlarında Tural ilə görüşmüşdür. Tural ona Elmar adlı şəxslə şərikli iş quracaqlarını demiş və onun da kömək etməsini təklif etmişdir. O da təklifi qəbul etmişdir. Sonradan Bakı Metropolitenin "Neftçilər" stansiyası yaxınlığında "xxxx" MMC təsis edilmiş, Tural həmin MMC-yə direktor təyin edilmişdir. Tural ona direktoru olduğu MMC-də kredit mütəxəsisi işləməsini təklif etmişdir. Turalın sözünə görə "xxxx" MMC Elmar adlı şəxs tərəfindən təsis edilmişdir. O, Turalın təklifini qəbul etmiş, buna görə də işlədiyi "xxxx" MMC-dən işdən çıxmış və Turala zəng edərək demişdir. 2017-ci ilin sonlarından "xxxx" mağazasına kredit mütəxəssisi kimi işə düzəlmişdir. Ondan başqa mağazada Azər adlı şəxs də kredit mütəxəssisi kimi işləmişdir. Mağazada Nurlan adlı şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi və mühasib kimi, Turalın dayısı Şahin adlı şəxs Turalın gördüyü işlərə nəzarətçi kimi, Turqut və Məhəmməd adlı şəxslər satıcı kimi işləmişdir. Mağazada müxtəlif növ elektronika malları kredit və ya nağd şəkildə satılmışdır. O, mağazaya əmək müqaviləsi əsasında işə götürülmüş və 500 manat əmək haqqı almışdır. O, kredit mütəxəssisi kimi işə götürülsə də əmək müqaviləsində satış meneceri kimi göstərilmişdir. Onun iş fəaliyyəti ondan ibarət olmuşdur ki, mağazada alınan elektronika mallarını hazır olan müqavilədə müştərinin adını, soyadını göstərib MMC ilə müştəri arasında müqavilə bağlamış və möhür vurmuşdur. Mağazadan elektronika mallarını alan şəxslər ödənişlərini mağazaya gələrək ödəmiş və qəbz tərtib olunmuşdur. “Neftçilər” stansiyası yaxınlığında olan "xxxx" mağazasında işlədiyi ərəfələrdə müştərilər mal aldıqda həmin MMC ilə müqavilə bağlamışlar. Müştərilər də ödənişləri həmin mağazaya gələrək ödəmiş və onlara həmin mağazanın qəbzi verilmişdir. Müştərilər tərəfindən ödənilən ödənişlər kredit mütəxəssisləri tərəfindən qəbz əsasında alınmış və axşam mağaza bağlanan ərəfələrdə mühasib tərəfindən götürülüb kassaya qoyulmuşdur. Tural mağazada görülən işlərə baxmış və öz tapşırıqlarını vermişdir. Mağazaya gələn elektronika mallarını direktor Təqsirləndirilən şəxs sifariş etmiş, o, elektronika əşyalarını haradan almasını, hansı şəraitdə almasını və başqa işlərə qarışmamışdır və bilməmişdir. Təqsirləndirilən şəxs gün ərzində onun topladığı ödənişlərdən avans kimi pul götürmüş və bunu yazmağı demişdir. Onlar da dəftərə yazmışlar. Mağazaya Elmar və Elgiz adlı şəxslərdə mütəmadi olaraq gəlib getmişlər. O, bilmişdir ki, mağazanı Elmar təsis etmiş və mağazada olan mallar da Elmar tərəfindən alınmışdır. Sonradan mağaza ünvan 3 ünvana köçürülmüşdür. Sonradan isə MMC-nin yaxınlığında "xxxx" mebel mağazası da açılmışdır. Mağazaya aid bütün əşyalar və işçilər həmin yerə gəlmişlər. Mağaza ilkin olaraq Turqut adlı şəxsin VÖEN-i əsasında fiziki şəxs olaraq, sonradan isə MMC kimi fəaliyyətə başlamışdır. O, həmin yerdə də ilkin olaraq olduğu kimi öz vəzifəsi və səlahiyyəti daxilində, yəni müştərilərlə müqavilə baglamaq və ödənişləri alıb qəbzlər tərtib etmişdir. M.Hadi küçəsi 130 ünvana gəldikdən sonra mağazanın öz şəxsi hesabı yaradılmış və müştərilərə verilmişdir ki, ödənişləri həmin hesaba da ödəsinlər. Lakin onun bu barədə heç bir məlumatı olmamışdır. Şahin adli şəxs mağaza M.Hadi küçəsi 130 saylı ünvana köçməmişdən əvvəl bilmədiyi səbəblərdən işdən çıxmış və oraya gəlməmişdir. Sonradan Tural ilə Elmarın və Elgizin arasında narazılıq yaranmışdır. Həmin vaxtdan da Tural özünə "xxxx" MMC təsis etmiş və "xxxx" MMC-ya aid olan malları "xxxx" MMC-yə köçürmüş, "xxxx" təsis olunduqdan sonra işçilər də "xxxx" MMC-dən çıxarılmış və "xxxx" MMC-yə qəbul edilmişlər. Əmək müqaviləsini Tural hazırlayıb ona vermişdir. Tural ilə Elmar və Elgizin arasında narazılıq pulla bağlı olmuşdur. Belə ki, bildiyinə görə səbəb Turalın MMC-dən pul götürməsi olmuş, Tural Elmarın və Elgizin xəbəri olmadan MMC-dən pul götürmüşdür. Onlar "xxxx" MMC-də işləməyə başladıqdan sonra Tural onlara bildirmişdir ki, "xxxx" MMC-dən alınan mallara görə müştərilər ödəniş etdikdə "xxxx" və "xxxx" MMC-yə aid qəbzlər versinlər. Onlar da Tural direktor olduğu üçün onun tapşırıqlarını yerinə yetirmişlər. O, çox sayda müştərilərə "xxxx" və "xxxx" MMC-nin qəbzlərini vermişdir. Turalın öz şəxsi kart hesabı da olmuşdur. Tural müştərilərə həmin hesaba da ödəniş etdirmişdir. Belə ki, “Kapital Banka” aid hesab nömrəsini onlara bildirib müştərilərə vermələrini tapşırmışdır. O və Azər də Turalın şəxsi kart hesabını müştərilərə demişdir. O, Turala bildirmişdir ki, "xxxx" MMC-dən alınan malların ödənişlərini "xxxx" MMC-yə və onun şəxsi kart hesabına etdirə bilməz. Tural da bildirmişdir ki, Elmar va Elgizlə danışıb razılaşmışdır, "xxxx" MMC bağlanmaq ərəfəsindədir, ona görə də ödənişləri "xxxx" MMC-yə və onun şəxsi kart hesabına etdirsin. O da Turala inanıb tapşırıqlarını yerinə yetirmişdir. O, müştərilərə "xxxx" qəbzlərini Turalın deməsi əsasında vermişdir. "xxxx" MMC-dən satılan mallara görə müştərilərə, tərəfindən qəbul edilən ödənişlərə görə verilən "xxxx" qəbzləri Turalın sözü əsasında olmuşdur və pullar "xxxx" MMC-yə köçürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, 2008-ci ildən 2017-ci ilin fevral ayına kimi "xxxx" MMC-də mühasib-satıcı kimi fəaliyyət göstərmiş, həmin MMC-də işlədiyi dövrdən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2018-ci ilin avqust ayından Təqsirləndirilən şəxs təklifi ilə metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən "xxxx" MMC-nin elektronika avadanlıqlarının satışı mağazasında satıcı kimi iş fəaliyyətinə başlamışdır. Bununla bağlı MMC ilə aralarında rəsmi müqavilə bağlanmışdır. Təqsirləndirilən şəxs həmin MMC-nin direktoru olmuşdur. "xxxx" MMC sonradan "xxxx" MMC kimi fəaliyyətini davam etdirməyə başlamışdır. Nə üçün MMC-nin adı dəyişildiyini deyə bilmir. Təqsirləndirilən şəxs onu şərikləri kimi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə tanış etmişdir. Onun işi elektronika avadanlıqlarının satışı, müştərilərə çatdırılması və yerində quraşdırılması, avadanlıqların mağazada düzülüşü və təcrübəsi olduğu üçün müxtəlif firmalardan avadanlıqların sifarişi olmuşdur. Qeyd edir ki, o, yalnız nağd olaraq avadanlıqların satışı və kreditlə alınmış malların yerinə çatdırılmasına nəzarət etmişdir. Nağd satış etdiyi zaman satış çekini o, tərtib etmiş və ödəniş üçün kassaya yönləndirirmişdir. Kassada Azər olmuş və nağd satış pullarını qəbul etmişdir. Mağazadan satılan elektronika avdanlıqların kredit satışı ilə Nurlana və Azər məşğul olmuşlar. Onların hər ikisi müqavilələr bağlamış və ödənişləri müştərilərdən qəbul etmişlər. Bu halda müştərilərə ödəniş çekləri təqdim edilərək tərəflərindən məlumatlar kompyuterin yaddaşına yazılmışdır. Həmçinin müştərilərlə ödəniş zamanı problemlər yarandıqda onlar bu işlə məşğul olurmuşlar. 2019-cu ilin payız aylarından Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında problemlərin olduğunu hiss etməyə başlamışlar. Bu problemlərin nədən yaranmasını isə bilməmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, yeni şirkət yaradır və ünvanları dəyişir. Ona görə də 2019-cu ilin əvvəllərində Təqsirləndirilən şəxs "xxxx" MMC-nin təsis etməsini bildirmiş və həmin MMC-nin Əhmədi qəsəbəsində M.Hadi küçəsi 130 saylı ünvanda icarəyə yer götürməklə "xxxx" MMC-nin elektronika avadanlıqlarını oraya yerləşdirmişlər. Bundan sonra kredit müqavilələri müştərilərlə "xxxx" MMC-nin adından bağlanmağa başlanılmış və ödənişə görə çeklər "xxxx" MMC-nin adından tərtib edilmişdir. "xxxx" MMCnin fəaliyyəti zamanı o, Nurlana və Azər əvvəl gördüyükləri işlərlə məşğul olmuşlar, lakin həmin işləri ilə bərabər o, Türkiyədən məişət və mətbəx əşyalarının sifarişini də etmişdir. Türkiyədə olan şirkətlərlə Təqsirləndirilən şəxs əlaqə yaratmışdır, ödənişlərə özü nəzarət etmişdir, o, yalnız çeşidləri seçmişdir. "xxxx" MMC-nin fəaliyyəti zamanı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mağazaya gəlmişlər, yenə də aralarında mübahisələr olmuşdur. Konkret olaraq bilmişlər ki, problem maliyyə ilə bağlıdır, lakin hansı maliyyə və nə səbəbdən məlum olmamışdır. Onların iş fəaliyyəti Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunanadək davam etmişdir. İbtidai istintaq vaxtı o, dindirilərkən müstəntiq tərəfindən ona təqdim edilmiş "xxxx" MMC-nin fəaliyyəti dövründə nağd pulların götürülməsinə dair qeyd olunan cədvəllərlə bağlı bildirir ki, həqiqətən həmin cədvəllər mağazanın kompyuterində olmuşdur və Zərərçəkmiş şəxs2 tərəfindən yaddaş kartına köçürülmüşdür. Həmin qeydlər kredit şöbəsində elektronika avadanlıqların satışı ilə bağlı Nurlana, Azər, mühasiblər Elçin, Murad, Şükufǝ, mebel mağazasında Zülfiyyə tərəfindən aparılmışdır. Təsdiq edir ki, həqiqətən Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 96715 manat 87 qəpik pul vəsaitinin şəxsi ehtiyaclarına sərf edilmişdir. Digər cədvəllərdə MMC-nin kassasından çıxarılmış nağd pul vəsaitləri Təqsirləndirilən şəxs tərəfindən götürülmüş şəxsi məsrəflərinə xərclənmişdir. Misal üçün evinin təmiri zamanı ustaya verilməsinə görə xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə evə pərdə alınmasına görə 1180 manat, yenə təmir üçün xx.xx.2021-ci il tarixdə 550 manat və sair nağd pul vəsaitləri götürülmüşdür. O, 2020-ci ilin sonlarında Təqsirləndirilən şəxs göstərişinə əsasən onun adına olan "xxxx" kartı ilə gün ərzində 3000 manatdan çox olmamaq şərti ilə nağd pul götürüb Turala təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin nağd pulları nə üçün hara xərclədiyi barədə onlara məlumat verməmişdir. Onun göstərişi ilə bu müddət ərzində 50000-60000 manat arası bankomatdan pul çıxarıb Turala vermişdir. Bu işi ondan başqa mühasib Elçin və ola bilər ki, digər işçilər tək hallarda etmişdir. Çox hallarda isə Təqsirləndirilən şəxs özü pulu yaşadığı Badamdar ǝrazisində yerləşən bankomatdan çıxarmışdır. Nə üçün məhz onu və ya digərlərini bu iş üçün göndərdiyini deyə bilmir. Bundan başqa 2019-cu ilin oktyabr və ya noyabr ayında Təqsirləndirilən şəxs NBS banka bağlı lizinqdən kreditlə “Kia Sorento” markalı Cip modelli avtomobil almış, təxminən hər ay üçün 1500 manata yaxın 3 ay nağd pulu şirkətin Babək prospektində olan ofisində o, ödəmişdir. Tural həmin məbləği bank kartından çıxarmaqla, ya da nağd formada cibindən verməklə ona ödətdirmişdir. Onlar bu barədə Təqsirləndirilən şəxs ilə söhbət edən zaman Tural bildirmişdir ki, "xxxx" MMC bağlanmışdır, "xxxx" MMC-ni təsis edib və satışda olan avadanlıqlar ona məxsusdur. Ona görə də satışdan əldə edilən nağd pul vəsaitləri təsis etdiyi "xxxx" MMC-nin hesabına köçürülməlidir. Onlar onun göstərişlərini yerinə yetirmişlər. Lakin sonradan məlum olmuşdur ki, onun heç bir sərmayə yatırımı olmayıb və onlara yalan məlumat verməklə satışdan əldə edilən məbləğ pulu istədiyi şəkildə xərcləmişdir. Qeyd edir ki, Turalın həyat yoldaşı Sevinc rəsmi olaraq "xxxx" MMC-nin satış meneceri işləməklə Təqsirləndirilən şəxs göstərişi ilə müxtəlif vaxtlarda müəyyən məbləğlərdə pul vəsaitlərini kassadan götürmüş və bu barədə kompyuterdə “Excel” proqramında mühasiblər, Azər, Nurlana tərəfindən qeydlər aparılaraq Təqsirləndirilən şəxs məlumat verilmişdir. Həqiqətən xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs göstərişi ilə mağazanın alqı satqısından əldə olunmuş gəlirdən 3000 manat nağd pulu sonradan vəkil kimi tanıdığı Fərid Həsənova metronun “Gənclik” stansiyası yaxınlığında vermişdir. Pul hansı məqsədlə nə üçün verilmişdir bilmir, bu barədə Təqsirləndirilən şəxs ona bir söz deməmişdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2, onun və Zeynalova Nurlanın iştirakı ilə bu barədə akt tərtib etmiş və həmin akta imza etmişdir. Əlavə olaraq bildirir ki, bir sıra müştərilərin müraciətlərindən onlara məlum olmuşdur ki, "xxxx" MMC ilə müqavilə bağlayıb kreditə elektronika avadanlıqları alanlar məhkəmələrin qərarları ilə "xxxx" MMC-nin bank hesablarına nağd pullar köçürmüş, lakin həmin pullar "xxxx" MMC-nin hesabına keçməmişdir. Bununla əlaqədar göstərmək istəyir ki, Təqsirləndirilən şəxs göstərişi ilə xx.xx.2020-ci il tarixdə 740 manat, 14.010.2020-ci il tarixdə 2000 manat, xx.xx.2020-ci il tarixdə 11500 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 20 manat, xx.xx.2020-ci il tarixdə 600 manat, xx.xx.2021-ci il tarixdə 700 manat cəmi 25860 manat, mühasib işləyən X24 tərəfindən xx.xx.2020 ci il tarixdə 8560 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat cəmi 10560 manat, digər mühasiblər tərəfindən xx.xx.2020-ci il tarixdə 1400 manat, xx.xx.2020-ci il tarixdə 645 manat, xx.xx.2020-ci il tarixdə 7850 manat, xx.xx.2020ci il tarixdə 4470 manat, xx.xx.2020-ci il tarixdə 70 manat, xx.xx.2020-ci il tarixdə 2500 manat, xx.xx.2020-ci il tarixdə 2340 manat, xx.xx.2020-ci il tarixdə 3357 manat 60 qəpik, xx.xx.2020-ci il tarixdə 1700 manat, xx.xx.2020 ci il tarixdə 8175 manat, xx.xx.2020-ci il tarixdə 7940 manat, xx.xx.2021-ci il tarixdə 16728 manat cəmi 57175 manat 60 qəpik, ümumilikdə qeyd olunan vaxtlar üçün 93595 manat 60 qəpik nağd pul vəsaiti "xxxx" MMCnin "xxxx" hesabına daxil edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-nin adına verilmiş etibarnamə əsasında “Asan imza” vasitəsi ilə çıxardığı bank hesablarında həmin məbləğlər öz əksini tapmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, 2021-ci ilin fevral ayının 14-dən ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-də mühasib kimi işə düzəlmişdir. Həmin MMC-də müxtəlif növ elektronika əşyalar, mebel, divan və yataq dəstləri satılmışdır. MMC üç tikilidə yerləşmişdir. Həmin tikililər biri-birlərinə yaxın olmuşdur. MMC-nin tərkibində "xxxx" da olmuşdur. MMC-də ondan başqa da şəxslər işləmişdir. MMC-nin direktoru Təqsirləndirilən şəxs olmuş, Təqsirləndirilən şəxs daima MMC-də olmuş və görülən işlərə nəzarət etmişdir. Təqsirləndirilən şəxs arvadı Sevinc Heydərli də MMC-də işləmişdir, lakin işə gəlməmişdir. MMC-dǝ Nurlan, Azər və Məhəmməd adlı şəxslər kredit mütəxəssisi işləmişlər. O, işə başladıqdan təxminən 5 gün sonra "xxxx"nın kredit mütəxəssisi işdən çıxdığı üçün ödənişləri o, toplamağa başlamışdır. Belə ki, müəyyən müddət ərzində "xxxx"dan alınan mallara görə ödənişləri qəbul etmiş və qəbz tərtib edib müştərilərə vermişdir. Müştərilərlə müqaviləni isə Nurlana tərtib etmişdir. O, MMC-də işləyən şəxslərin əmək haqqını və ödənişlərlə bağlı kompyuterdə ödəniş cədvəlində qeydiyyatını aparmışdır. O, gündəlik olaraq gördüyü işlərlə bağlı Turala məlumat vermişdir. 17 fevral 2021-ci il tarixdə öyrənmişdir ki, Təqsirləndirilən şəxs həbs olunub. Həmin günü Turalın arvadı Sevinc MMC-ə gələrək bildirmişdir ki, artıq Turalın yerində özü olacaq. Sevinc MMC-də olan kassanın və seyflərin açarlarını təhvil almış və müştərilər tərəfindən ödənilən ödənişləri qəbul etməyə başlamışdır. Sevinc Heydərli MMCdə olduğu müddətdə müştərilər tərəfindən ümumilikdə ödənilmiş 10261 manat pulu götürmüşdür. Lakin heç bir səbəb bildirməmiş və bununla bağlı heç bir qeydiyyat da aparmamışdır. Ona ibtidai istintaq zamanı nəzərdən keçirmək üçün "xxxx" MMC-nin fəaliyyəti dövründə nağd pulların götürülməsinə dair qeyd olunan cədvəllər təqdim edilmişdir. Deyə bilər ki, həqiqətən həmin cədvəllər mağazanın kompyuterində olmuşdur və Zərərçəkmiş şəxs2 tərəfindən onun iştirakı ilə yaddaş kartına köçürülmüşdür. Həmin siyahılar üzrə bildirir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi tərəfindən qeydlər aparılmışdır. Bunlardan xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, 23 manat, 13 manat, 300 manat, həmin ilin fevral ayının 21-də 100 manat, mart ayının 05-də 308 manat, mart ayının 7-də 300 manat, mart ayının 10-da 500 manat, mart ayının 11-də 300 manat, 14-də 245 manat, 16-da 1000 manat və 202 manat nağd pul vəsaitləri Təqsirləndirilən şəxs tərəfindən bilavasitə ondan alınmışdır. Həmçinin 2021-ci ilin mart ayının 17-də Təqsirləndirilən şəxs həyat yoldaşı Sevinc 5700 manat nağd pul götürmüşdür. Təqsirləndirilən şəxs qeyd etdiyi nağd pul vəsaitlərini nə məqsədlə götürdüyünü ona bildirməmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs həbs olunmuş, lakin həmin gün arvadı Sevinc ərinin adından 5700 manat götürmüş, lakin hansı məqsədlə götürdüyünü bildirməmişdir. Həmin cədvələr “Excel” proqramında tərtib edilmişdir. İşlədiyi dövr üçün cədvəllərdə olan digər məbləğlərdə Təqsirləndirilən şəxs tərəfindən götürülmüş, bu halda konkret olaraq hara ödənilməsi onun tərəfindən diqtə edilmişdir. Lakin həmin məbləğ nağd pulların diqtə etdiyi yerlərə ödəməsi bəzi hallarda ona məlum olsa da bəzi hallarda konkret bu barədə məlumatı olmamışdır. Onun işlədiyi müddətdə nə qədər nağd pul götürməsi barədə məlumatı yoxdur. "xxxx" bildirişləri ilə bağlı daxil olmuş məlumatlar Məhəmməd tərəfindən “Excel” proqramında qeydiyyatlar aparılmışdır və bu barədə Məhəmməd məlumat verə bilər. Ona görə də xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan məsrəflər barədə o, bir söz deyə bilmir. Mühasib kimi vəzifəsi elektronika avadanlıqları ilə mebel əşyalarının satışı zamanı daxil olmuş nağd pul vəsaitlərinə dair məlumatlar tərəfindən kompyuterdə “Excel” proqramına işlənilərək hər gün Təqsirləndirilən şəxs bu barədə məlumat verib siyahı göndərmişdir. Mühasibatlıqla bağlı işlər mağazada deyil, bilmǝdiyi yerdə aparılmışdır. Buna görə də sənədlər Məhəmməd tərəfindən “Mail.ru” vasitəsi ilə kiməsə göndərilmişdir. O, özü bununla məşğul olub sənədləri göndərmək istədikdə həmin sənədlərlə məşğul olan Aygün adlı xanım demişdir ki, yalnız Məhəmməd bu işləri görməlidir. İşlədiyi müddət üçün maaşı kart vasitəsi ilə deyil, alqı-satqıdan daxil olmuş nağd puldan götürmüşdür və bu barədə Təqsirləndirilən şəxs razılığı və göstərişi olmuşdur. O, işlədiyi müddətdə mağazalar "xxxx" MMC-yə aid olmuşdur. Bundan əvvəl "xxxx" MMC-nin fəaliyyət göstərməsi ilə bağlı onun heç bir məlumatı olmamışdır, lakin mühasibatlıqda həmin MMC-yə aid doldurulmamış ödəniş çeklərini görmüşdür. Onlara yalnız polis idarəsində məlum olmuşdur ki, satdıqları mallar "xxxx" MMC-nin malları olmuşdur. Bu iki MMC arasında nə kimi problemlər olduğunu o, bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, əvvəllər "xxxx" MMC-də satıcı işləmişdir, həmin MMC-də işlədiyi ərəfələrdə də Tural ilə tanış olmuşdur. Tural da "xxxx" MMC-də işləmişdir. Elmar və Elgizi isə "xxxx" MMC-də işlədikdən sonra tanımışdır. 2017-ci ilin sonlarında Tural ilə görüşdmüşdür. Tural ona demişdir ki, Bakı Metropolitenin “Neftçilər” stansiyası yaxınlığında "xxxx" MMC təsis etmişlər, həmin MMC-də direktor işləyir. Tural ona direktoru olduğu MMC-də kredit mütəxəsissi işləməyini təklif etmişdir. Turalın deməsinə görə "xxxx" MMC-ni Elmar və Elgiz adlı şəxslər təsis etmişlər. O, Turala bu barədə fikirləşib xəbər edəcəyini bildirmişdir. Bir neçə gün ərzində fikirləşdikdən sonra Turalın təklifini qəbul etmişdir. Buna görə də "xxxx" MMC-dən işdən çıxmış və Turala zəng edərək onun təklifini qəbul etdiyini demişdir. 2017-ci ilin sonlarından "xxxx" mağazasına kredit mütəxəssisi kimi işə düzəlmişdir. Ondan başqa mağazada Nurlana adlı qadın da kredit mütəxəssisi işləmişdir. Mağazada Nurlan adlı şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi və mühasib kimi, Turalın dayısı Şahin adlı şəxs Turalın gördüyü işlərə nəzarətçi kimi, Turqut və Məhəmməd adlı şəxslər satıcı kimi işləmişdir. Digər işçilərin adları isə yadında qalmamışdır. Mağazada müxtəlif növ elektronika malları satılmışdır. Mağazada olan elektronika malları kredit və ya nağd şəkildə satılmışdır. O, mağazaya əmək müqaviləsi əsasında işə götürülmüş və 500 manat əmək haqqı almışdır. O, əlavə olaraq satışdan faiz də almışdır. O, kredit mütəxəssisi kimi işə götürülsə də əmək müqaviləsində vəzifəsi satış meneceri kimi göstərilmişdir. Onun iş fəaliyyəti ondan ibarət olmuşdur ki, mağazada alınan elektronika mallarını hazır olan müqavilədə müştərinin adını soyadını göstərib MMC ilə müştəri arasında müqavilə bağlamış və möhür vurmuşdur. Mağazadan elektronika mallarını alan şəxslər ödənişlərini mağazaya gələrək ödəmiş və qəbz tərtib olunmuşdur. Müştərilər tərəfindən ödənilən ödənişlər kredit mütəxəssisləri tərəfindən qəbz əsasında alınmış və axşam mağaza bağlanan ǝrǝfələrdə mühasib Nurlan adlı şəxs tərəfindən götürülüb kassaya qoyulmuşdur. Tural mağazada görülən işlərə baxmış və öz tapşırıqlarını vermişdir. Mağazaya gələn elektronika mallarını direktor Təqsirləndirilən şəxs sifariş etmişdir. O, Turalın elektronika əşyalarını haradan almasını, hansı şəraitdə alması və sair işlərə qarışmamış və bilməmişdir. Təqsirləndirilən şəxs onun gün ərzində topladığı ödənişlərdən avans kimi 200-300 manat pul götürmüşdür və heç bir sənədləşmə aparmamışdır. Lakin o, bu barədə mağazada mühasib işləyən Nurlana demiş və sonuncu da komputerdə qeyd etmişdir. Mağazaya Elmar və Elgiz adlı şəxslər də mütəmadi olaraq gəlmiş və getmişdir. O, bildirmişdir ki, mağazanı Elgiz və Elmar təsis etmişdir. Mağazada olan mallar da Elmar və Elgiz adlı şəxslər tərəfindən alınmışdır. Sonradan mağaza ünvan 3 ünvana köçürülmüşdür. Mağazaya aid bütün əşyalar və işçilər həmin yerə gəlmişdir. Mağaza ilkin olaraq Turqut adlı şəxsin VÖEN-i əsasında fiziki şəxs olaraq, sonradan isə MMC kimi fəaliyyətə başlamışdır. O, həmin yerdə də ilkin olaraq olduğu kimi öz vəzifəsi və səlahiyyəti daxilində, yəni müştərilərlə müqavilə bağlamaq və ödənişləri alıb qəbzlər tərtib etmişdir. M.Hadi küçəsi 130 ünvana gəldikdən sonra mağazanın öz şəxsi hesabı yaradılmış və müştərilərə verilmişdir ki, ödənişləri həmin hesaba da ödəsinlər. Lakin onun bu barədə heç bir məlumatı olmamışdır. Şahin adlı şəxs mağaza M.Hadi küçəsi 130 saylı ünvana köçməmişdən əvvəl bilmədiyi səbəblərdən işdən çıxmış və oraya gəlməmişdir. Sonradan Tural ilə Elmarın və Elgizin arasında narazılıq yaranmışdır. Həmin vaxtdan da Tural özünə "xxxx" MMC təsis etmiş və "xxxx" MMC-yə aid olan malları "xxxx" MMC-yə köçürmüşdür. "xxxx" təsis olunduqdan sonra işçilər də "xxxx" MMC-dən çıxarılmış və əmək müqaviləsi əsasında "xxxx" MMC-yə qəbul edilmişdir. Tural ilə Elmar və Elgizin arasında narazılıq pulla bağlı olmuşdur. Belə ki, bildiyinə görə Turalın MMC-dən pul götürməsi və ələ keçirməsi olmuş, Tural Elmarın və Elgizin xəbəri olmadan MMC-dən pul götürmüşdür. Onlar "xxxx" MMC-də işləməyə başladıqdan sonra Tural onlara bildirmişdir ki, "xxxx" MMC-dən alınan mallara görə müştərilər ödəniş etdikdə "xxxx" və "xxxx" MMCyǝ aid qəbzlər versinlər. Onlar da Tural direktor olduğu üçün onun tapşırıqlarını yerinə yetirmişlər. O, çox sayda müştərilərə "xxxx" və "xxxx" MMC-nin qəbzlərini vermişdir. Turalın öz şəxsi kart hesabı da olmuşdur. Tural müştərilərə həmin hesaba da ödəniş etdirmişdir. Belə ki, "xxxx"a aid hesab nömrəsini onlara bildirib müştərilərə verməsini tapşırmışdır. O və Nurlana da onun şəxsi kart hesabını müştərilərə demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 10 ildən artıq ki, tanıyır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır, lakin sonradan Elmarın işlədiyi mağazada görüb tanımışdır. Zərərçəkmiş şəxs2 da Elmarın vasitəsilə, yəni onun yanında görüb tanımışdır. Qeyd edir ki, 2017-ci ilin dekabr ayında o, su şirkətində işləmişdir. Həmin ərəfələrdə Elmarla görüşüb söhbət edərkən Elmar ona bildirmişdir ki, mağaza açmaq istəyir, lakin işləri var, oraya hər gün gedə bilməyəcək onun nümayəndəsi kimi mağazada işləsin. O da Elmarın təklifini qəbul edib onunla razılaşmışdır. Elmarın açdığı mağazanın direktoru Təqsirləndirilən şəxs və sonuncunun dayısı Şahin adlı şəxs də onlara şərik olacaqmış. Belə ki, Elmarla onlar belə razılaşmış və ona bunu Elmar demişdir. Elmar Bakı Metropolitenin “Neftçilər” stansiyası yaxınlığında yerləşən obyekti Tural və Şahin adlı şəxslərin vasitəsilə icarəyə götürmüşdür. Mağazada yalnız elektronika malları satılacaqdı. Elmar mağazaya gətirilən mallara, mağazada malların satılması, əldə olunan pulların toplanılması, hara xərclənməsi, hansı malların satılmaması, mağazaya malların hansı formada gəlməsi və dəyəri barədə hesabatlar tərtib edilməsi Elmar tərəfindən ona həvalə olunmuşdur. Bir sözlə, mağazada görüləcək işlərin hamısına o, nəzarət edəcəkmiş. O, mağazada Elmarın nümayəndəsi kimi bütün işlərə nəzarət edəcəkdi və bu barədə hesabat tərtib edib Elmara atacaqdı. Turalla o, mağazada danışıb razılaşmışlar ki, mağazaya malları Tural gətirəcək, lakin onun iştirakı ilə sifariş veriləcəkdir. Mağazaya gətirilən pulların hamısı Elmar tərəfindən veriləcəkmiş, belə ki, Elmar, Tural və Şahin adlı şəxsin danışıqlarından ona məlum olmuşdur ki, Turalın və Şahinin pulu olmamışdır. Şahin adlı şəxs də mağazada Turalın gördüyü işlərə nəzarət edəcəkmiş. Onlar arasında danışığa əsasən Şahin də onların şəriki olmuşdur. Lakin pul yalnız Elmar tərəfindən qoyulacaqmış. Mağaza Turqut adlı şəxsin VÖEN-i əsasında fiziki şəxs kimi "xxxx" adı altında açılmışdır. O, mağazaya işə başladığı ilk gündə mağazanın içərisində az miqdarda elektronika malları olmuşdur. Mağazanın fəaliyyətə gəlməsi üçün məişət əşyalarının alınmasından ötrü Elmar tərəfindən Turala onun yanında hissə-hissə olmaqla külli miqdarda pullar verilmişdir. O, gündəlik olaraq mağaza açılmamış gəlmiş və axşam da bağlandıqdan sonra getmişdir. Mağazaya Tural tərəfindən işçilər əmək müqaviləsi əsasında işə götürülmüşdür. Mağazada nağd və ya kredit yolu ilə elektronika malları satılmışdır. Mağazanın kredit şöbəsində Azər və Nurlana adlı şəxslər işləmişdir. Həmin şəxslər satılan mallara görə ödənilən pulları toplamışdır. O, mağazada işə başladıqdan sonra onunla Turalın arasında narazılıqlar yaranmışdır. X17 də mübahisələri başlamışdır. Belə ki, Tural onlara demədən mağazaya elektronika malları sifariş etmiş, dəyərini, haradan almasını və nə qədər pul ödəməsini onlara deməmişdir və qəbzlərini təqdim etməmişdir. Onlar da Turala öz narazılıqlarını bildirmişlər. Tural mağazaya mal gətirən şəxslərlə özü tək söhbət etmiş və çalışmışdır ki, onu və Şahini işlərdən uzaq saxlasın. O da öz növbəsində bunları Elmara demişdir. O, hesabat aparmaq üçün Turaldan aldığı malların qəbzlərini, satılan malların müqavilələrini və ödənişlər barədə sənədlər istəmişdir. Tural da ona heç nə deməmişdir. Sonradan Turalın qeyd etdiyi hərəkətləri nəticəsində Şahin mağazadan çıxıb getmiş və bir daha gəlməmişdir. O, günün sonunda Turaldan hesabat aparmağı tələb etmişdir, lakin Tural ona heç bir sənəd təqdim etməmişdir. Elmarla Turalın razılaşmasına əsasən onlar ilkin olaraq mağazadan heç bir gəlir götürməyəcəkdilər, belə ki, mağaza tam şəkildə elektronika malları ilə doldurulacaq, sonradan gəlir barədə danışıqlar olacaqmış. Belə ki, ilkin olaraq yalnız işçilərin əmək haqqısı və malların pulları ödəniləcəkmiş. Onun əmək haqqı aylıq olaraq 600 manat təyin edilmiş və həmin pulu o, Zərərçəkmiş şəxs1 almışdır. Zərərçəkmiş şəxs1 həmin pulu mağazadan götürmüş və ona vermişdr. Elmar mağazadan pul götürən zaman bu barədə qəbzlər tərtib olunmuşdur. Elmar özü üçün və başqa məqsəd üçün mağazadan pul götürməmişdir. Yalnız Turala hissə-hissə olmaqla pullar vermişdir ki, o, mağazanı elektronika malları ilə doldursun. Qeyd etmək istəyir ki, mağazaya Elmarla birlikdə Elgiz adlı şəxs də gəlib getmişdir. Elmar Turala pul verdikdən sonra onun hərəkətlərindən şübhələnmişdir. Belə ki, Tural kənara çəkilib gizlin kimlərləsə danışmış və onu danışıqlardan kənar saxlamışdır. O da ondan onun yanında nə səbəbə görə danışmamasını soruşmuşdur, Tural da ona demişdir ki, mal sifariş edir. O da Turala əldə edilmiş razılaşmaya əsasən onun yanında danışmağı demişdir. Ancaq Tural yenə də öz bildiyini etmiş və onu işlərdən kənar saxlamışdır. O da Turalın Elmardan aldığı pulu nə etməsini bilməmişdir. Tural mağazaya müəyyən elektronika əşyaları gətirmiş və satışını təşkil etmişdir. X25 də şərik olmuşdur. Belə ki, Elgiz də mağazada onun yanında müxtəlif məbləğlərdə Turala pullar vermişdir. 2018-ci ilin iyun ayından həmin mağaza ünvan 3 ünvanda yerləşən hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə köçürülmüşdür. Belə ki, artıq "xxxx" MMC təsis olunmuşdur. MMC-nin təsisçiləri Elgiz və Elmar olmuş, Turalı isə direktor qoymuşlar. Mağazada da kredit şöbəsində Azər, Nurlana və Məhəmməd adlı şəxslər işləmişlər. Tural MMC-nin kassasından heç bir sənədləşmə aparmadan pullar götürmüş və nə etməsini deməmişdir. Tural özbaşına hərəkətlər etmişdir. Bundan isə o narahat olmuşdur. Tural ödənişlərin pulunu kassadan heç bir sənəd olmadan çıxarmışdır. Elmardan pul almış, mağazaya mal sifariş etmiş və onu bütün işlərdən kənar saxlamışlar. Turalın hesabatlar aparmaması onu narahat etmişdir. O, Turaldan hesabat istəmişdir, lakin sonuncu heç bir hesabat aparmamışdır. O da bu barədə Elmara demişdir. Sonradan MMC-nin nəzdində “İpek” mebel mağazası da açılmışdır. Elmar həmin mağazaya da nəzarəti ona həvalə etmişdir. Həmin mağazada Tural ona heç bir hesabat verməmişdir və öz bildiyini edərək onu işlərdən kənar saxlamışdır. Mağazada işləyən işçilərə isə ona hesabat verməmələrini və heç nə deməməyi tapşırmışdır. Belə ki, o, mağazada işləyən şəxslərdən hesabat istədikdə onlar ona Turalın tapşırığı olmasını və ona heç bir hesabat verməyəcəklərini demişdir. Bunu o, Elmara dedikdən sonra Tural ona məxsus bütün sənədləri öz otağına qoymuş və onu işə qoymamışdır. Bundan sonra da o, mağazaya bir daha getməmişdir. X26 və Elgizin pulunu ələ keçirmiş və onları işdən kənar saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır, belə ki, o, Turalın arvadı Sevinc ilə sinif yoldaşı olmuş və bu minvalla da Turalı tanımışdır. Elgiz və Elmar adlı şəxsləri isə tanımır. 2020-ci ilin yanvar ayından ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-nin "xxxx" mebel mağazasında inzibatçı kimi işə düzəlmişdir. Həmin mağazada müxtəlif növ mebel, divan və yataq dəstləri satılmışdır. MMC-nin direktoru Təqsirləndirilən şəxs olmuşdur. MMC-də ondan başqa şəxslər də işləmişdir. Təqsirləndirilən şəxs daima MMC-də olmuş və görülən işlərə nəzarət etmişdir. O, MMC-də işləyən Nurlan, Nurlana, Azər və Məhəmməd adlı şəxslər ötəri olaraq görmüş və tanımışdır. O, müəyyən müddət ərzində "xxxx"dan alınan mallara görə ödənişləri qəbul etmiş və qəbz tərtib edib müştərilərə vermişdir. O, qəbzləri komputer vasitəsilə printerdən çap etmiş, ödənişlər barədə yazmış və möhür vurub imza edərək müştəriyə vermişdir. Qəbzi 3 nüsxədə etmiş, bir nüsxəsini müştəriyə vermiş, iki nüsxəsini isə mağazada saxlamışdır. Ödənişlərlə bağlı komputerdə qeydlər etmişdir. O, ödənişləri qəbul etdikdən sonra Turala və mağazada mühasib işləyən şəxslərə vermişdir. Korona virus xəstəliyi ilə əlaqədar karantin rejimində mağazada müştərilərə qəbzləri əl yazması ilə tərtib edərək müştərilərə vermiş və komputerdə qeyd etmişdir. Müştərilər tərəfindən ödənişlər şəxsi kart hesabına da ödənilmiş, həmin kart hesabı Turala məxsus olmuşdur. Müştəri ödənişi kart hesabına ödədikdən sonra fotoşəkilini çəkərək mağazanın mobil telefonuna göndərmiş və o, əl yazması ilə qəbz yazaraq şəkilini çəkib müştəriyə göndərmişdir. Qeyd etdiklərini etməsini işə düzələn zaman ona Tural və mağazada işləyən şəxslər bildirmişdir. O, mağazada işləməyinə görə aylıq 350 manat əmək haqqı almış, bundan əlavə isə satılan mallara görə faiz almışdır. O, 2021-ci ilin yanvar ayında öz ərizəsi ilə işdən çıxmış, işlədiyi müddət ərzində mağazada ödənilən ödənişləri qəbz əsasında təhvil almış və pulu Turala və yaxud mühasibə vermişdir. Müştərilər pulu Turalın adına olan "xxxx" kart hesabına ödəmişlər. Onun mağazada yeyintilər barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, o, 2018-ci ilin əvvəllərinə kimi rəsmi olaraq “Optimal” elektron avadanlıqların satışı mağazaları şəbəkəsində, bundan əvvəl isə Təqsirləndirilən şəxs ilə "xxxx" mağazalar şəbəkəsində usta işləmişdir. 2018-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs ona telefonla bildirmişdir ki, metronun “Neftçilər” stansiyası yaxınlığında "xxxx" elektron avadanlıqların satışı mağazasında müdir işləyir, buna görə də onu yanında usta kimi işləməyə dəvət etmişdir. O, 2018-ci ilin əvvəllərində həmin mağazaya gəlmiş və heç bir müqavilə bağlamadan iş fəaliyyətinə başlamışdır. Danışıqları belə olmuşdur ki, alınan avadanlıqların yerində quraşdırılmasına görə Tural ona kondisioner üçün 50 manat, paltar yuyan maşına görə 10 manat verəcəkdir. O, 2020-ci ilin oktyabr ayına kimi işləmiş, Təqsirləndirilən şəxs 2020-ci ilin yay ayı üçün, daha sonra mağaza Əhmədli qəsəbəsinə köçürüldükdən sonra orada işlədiyinə görə zəhmət haqqını ödəməmişdir və bununla da 5000 manata kimi ona borcu toplanmışdır. O, pulu tələb etdikdə Tural bildirmişdir ki, pul yoxdur, şəriklərindən ayrılmışdır və həmin vaxt işləmiş mühasib getmişdir, ona görə də ona pul verə bilmir. Belə olan halda Turaldan xahiş etmişdir ki, ona elektron avadanlıqları versin və bununla da borcunu bağlasın. Təqsirləndirilən şəxs onunla razılaşmış və 2020-ci ilin yay mövsümündə bir ədəd 1000 manat dəyərində “ВОSH” kondisioneri, 1080 manat dəyərində “Samsung A70” markalı mobil telefonunu vermişdir. Həmin kondisionerlə bağlı onunla heç bir müqavilə bağlanmamışdır, lakin yalnış xatırlamırsa telefonla bağlı aralarında müqavilə olmuşdur. Bununla bağlı predmetləri necə sənədləşdirməsi barədə heç bir məlumatı olmamışdır. Bundan sonra dəfələrlə qalan borcun alınması üçün Təqsirləndirilən şəxs yanına getsə də, hər dəfə bir bəhanə ilə borcunu verməkdən yayınmışdır. 2020-ci ilin axırlarında ona məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən Ağsu Rayon Məhkəməsində ona qarşı iddia qaldırılıb. Bununla əlaqədar Ağsu Rayon Məhkəməsində olmuş və adını bilmədiyi icra məmuru ona bildirmişdir ki, məhkəmənin 11 dekabr 2020-ci il tarixli əmri vardır və buna görə "xxxx" MMC bir ədəd dəyəri 1600 manat olan “Gree” markalı kondisioneri, 1 ədəd dəyəri 1520 manat olan “BOSH” kondisionerinə görə cəmi 3120 manat pul ödəniş etməlidir. Lakin bununla bağlı məhkəmə tərəfindən ona MMC-yə məxsus heç bir sənəd təqdim olunmamışdır. Məhkəmənin bu əmri ilə bağlı Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, sonuncu isə bildirmişdir ki, borcludur, ona görə də ödəniş etməlidir. Yuxarıda qeyd etdiyi kimi o, Təqsirləndirilən şəxs 1 ədəd kondisioner və 1 ədəd mobil telefon almışdır və aralarında yalnız telefona görə rəsmi sənədləşmə aparılmışdır. Hətta Təqsirləndirilən şəxs problemin həll edilməsi üçün onlar tərəfindən nümayəndə olmuş vəkillə əlaqə saxlamağı məsləhət görmüşdür. O, vəkillə əlaqə saxlamamışdır və onun kim olması haqqında məlumatı yoxdur. Məhkəmə hansı səbəbdən və hansı sənədlər əsasında MMC-yə tərəfindən pul ödənilməsi üçün əmr verdiyini bilmir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Hüquq idarəsinin iddiaçı qismində məhkəmə işlərinin təşkili şöbəsinin baş hüquqşünası vəzifəsində işləyir. Xətai rayon prokurorluğu tərəfindən istintaqı aparılan cinayət işi üzrə Səyyar vergi yoxlamasının aparılması və yoxlamanının nəticəsinə dair **********149807 akt tərtib edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi ixtisaslaşdırılmış mağazalarda elektrik və mebel mallarının pərakəndə satışı ilə məşğul olmuşdur. Müəssisə tərəfindən mənfəət vergisi bəyannamələri təqdim olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104.1ci maddəsinə əsasən müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri və gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir və Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən müəssisənin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" MMC üzrə səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********149539 saylı qərarı əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********149807 saylı səyyar vergi yoxlaması aktı və "xxxx" MMC üzrə xx.xx.2021-ci il tarixli, **********149538 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli, **********149804 saylı səyyar vergi yoxlaması aktına əsasən "xxxx" MMC-yə mənfəət vergisi üzrə 5245 manat əsas vergi olmaqla 2622,85 manat maliyyə sanksiyası, sadələşdirilmiş vergi üzrə 1553,5 manat əsas vergi olmaqla 2100,26 manat maliyyə sanksiyası, ƏDV üzrə 112303,45 manat əsas vergi olmaqla 59858.31 manat maliyyə sanksiyası, hesabatları və arayışları vaxtında təqdim etmədiyinə görə 720 manat maliyyə sanksiyasının tətbiq edilməsi rəhbərliyə təklif olunmuşdur. "xxxx" MMC-yə mənfəət vergisi üzrə 79354,73 manat əsas vergi olmaqla 39677,37 manat maliyyə sanksiyası, sadələşdirilmiş vergi üzrə 1471.3 manat əsas vergi olmaqla 6170,92 manat maliyyə sanksiyası, ƏDV üzrə 352504,25 manat əsas vergi olmaqla 176252,13 manat maliyyə sanksiyası, hesabatları və arayışları vaxtında təqdim etmədiyinə görə 1080 manat maliyyə sanksiyasının tətbiq edilməsi rəhbərliyə təklif olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X10 bildirdi ki, işçilərlə bağlı hər hansı bir yayınma aşkar edilməmişdir, hətta 06 qəpik artıq hesablama aşkar edilmişdir. Ödənişin olub-olmaması barədə məlumatı yoxdur. Vergidən yayındırmanın ümumi məbləği 551135,57 manatdır. Bonuslar əmək haqqına daxildirsə, vergi nəzərdə tutulur. Səyyar vergi yoxlaması zamanı dövlət sosial sığorta ödənişləri və sair yayınmalar aşkar edilməmişdir. Səyyar vergi yoxlamasında təsisçi və direktor kimi Təqsirləndirilən şəxs iştirak etmişdir. 4 il müddətində səyyar vergi yoxlaması aparılmamışdır. "xxxx" MMC mənfəət vergisi üzrə 79354,73, "xxxx" MMC üzrə 5245 manat təşkil edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər görməmişdir və tanımır. X12 onun qohumudur. 07 iyul 2019-cu il tarixdə qohumu Nuran ona bildirmişdir ki, özünə telefon almaq istəyir. Bunun üçün onlar həmin günü birlikdə Bakı Metropolitenin “Neftçilər” stansiyası yaxınlığında olan "xxxx" adlı mağazaya gəlib mağazada satılan telefonlara baxıb bir ədəd “İphone” markalı, “X” modelli mobil telefonu görüb bəyənmişlər. Həmin telefon haqqında mağazada işləyən şəxsdən məlumat almışlar, telefonun dəyəri və şərtlərindən razı olduqları üçün almaq qərarına gəlmişlər. Mağazada işləyən satıcı kiçik kağızda qeydlər yazıb vermiş, həmin kağızı götürüb kredit şöbəsinə yaxınlaşmışlar. Orada işləyən şəxs telefonu kreditlə sənədləşdirməsini aparmış və onlar tanış olduqdan sonra Nuran tərəfindən imzalanmışdır. Belə ki, telefonun dəyəri 2368 manat qiymətləndirilmiş və aylıq 189 manat ödəməklə 12 aya bölünmüşdür. Həmin günü Nuranla mağaza arasında müqavilə bağlanılmışdır. Müqaviləni oxuduqda görmüşdür ki, mağazanın adı "xxxx" kimi göstərilmişdir. Həmin günü telefon üçün ilkin ödəniş olaraq 100 manat ödəmişdir. Belə ki, telefonu o, Nurana hədiyyə almış və aylıq ödənişləri də o ödəyəcəkmiş. Telefonu aldıqdan sonra aylıq ödənişlərin vaxtı çatdıqda həmin mağazaya gedərək kredit şöbəsində ödəmiş və ona kassadan qəbz verilmişdir. Qəbzlər kompüter vasitəsilə yazılmış, imza edilmiş və möhür vurulmuşdur. O, bir neçə ay mağazada ödənişləri etsə də, sonradan işdən çıxa bilmədiyi üçün oraya gedə bilməmişdir. Bunun üçün də mağazada işləyən qadından hesab kodu almışdır ki, ödənişləri həmin hesaba ödəsin. O, kredit ödəyib qurtaranadək “Milliön” vasitəsilə ödəmişdir. Ona verilmiş hesab "xxxx"ın Təqsirləndirilən şəxs olmuşdur. O, ödəniş edən zaman bunu görmüşdür. Ödənişləri etdikdə “Milliön”ün verdiyi qəbzləri saxlamış və telefonu ilə fotoşəkilini çəkərək telefonu aldığı mağazanın nömrəsinə “whatsapp” vasitəsilə göndərmişdir. Belə ki, ona bildirmişlər ki, ödənişləri etdikdə qəbzlərin fotoşəkilini çəkib atacaq, bundan sonra mağazanın ödənişlə bağlı öz qəbzi tərtib ediləcək və fotoşəkili ona atılacaq. O, ödənişlərin hamısını bu yolla etmişdir. Lakin ona "xxxx" deyil, "xxxx" qəbzləri göndərilmişdir. O, bunu başa düşməmiş və MMC ilə əlaqə saxlayaraq danışmışdır. Lakin ona bildirilmişdir ki, narahat olmasın. O, həmin şəxsə demişdir ki, o, müqaviləni "xxxx" mağazası ilə bağlamışdır, mağazanın adı da "xxxx" olmuşdursa, ona niyə "xxxx" deyil, "xxxx" adından qəbz verilir. Onunla danışan qadın demişdir ki, narahat olmasın, heç bir problem olmayacaq. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun əmisi oğludur, Elmar isə dostudur. Təqsirləndirilən şəxsı isə əvvəllər tanımamışdır. 2018-ci ilin sonlarında özünə telefon almaq qərarına gəlmiş, əmisi oğlu Elgiz bildirmişdir ki, onların mağazasından kreditlə ala bilər. Bunun üçün də Bakı Metropolitenin “Nefçilər” stansiyası yaxınlığına gəlmiş, "xxxx" adlı mağazada satılan telefonlar olan hissəyə yaxınlaşıb telefonlara baxmışdır. Mağazada işləyən satıcı ona yaxınlaşmış və onunla maraqlanmışdır. O, “Samsung” markalı mobil telefon aparatını görüb baxmış və bəyənmiş, həmin telefonu almaq fikrini satıcıya bildirmişdir. Həmin qadın telefon barədə kiçik kağızda qeydlər yazmış və ona vermişdir. O da həmin kağızı götürüb kredit şöbəsinə yaxınlaşmışdır. Orada telefonun kreditlə satılması barədə onunla müqavilə bağlanılmışdır. Telefonun dəyəri 432 manat olmuşdur. Telefona görə aylıq ödəniş olaraq 43 manatdan olmaqla, 12 ay müddətinə almışdır. O, mobil telefona görə ilkin ödəniş etməmişdir. O, müqaviləni oxuduqdan sonra imzalamışdır. Müqavilədə mağazanın adı “Fristep” kimi göstərilmişdir. O, bu barədə kredit mütəxəssisindən soruşduqda demişdir ki, mağazanın üzərində adı “Fristep” kimi göstərilsə də mağaza "xxxx" kimi fəaliyyət göstərir. O da heç nə deməmiş və müqaviləni imzalayıb telefonu almışdır. O, telefonu aldıqdan sonra aylıq ödənişləri həmin mağazaya gedərək kredit şöbəsində ödəmiş və ona qəbz verilmişdir. Həmin qəbzlər ona kassadan verilmişdir. Qəbzlər kompüter vasitəsilə yazılmış, imza edilmiş və möhür vurulmuşdur. O, kreditləri tam ödəyib qurtarmışdır. Son üç ay ona başqa qəbz verilmişdir. Belə ki, telefonu aldığı mağaza ünvan 3 ünvana köçürülmüş və adı "xxxx" olmuşdur. Belə ki, son üç ay qalmış mağazaya getdikdə mağaza bağlı olmuş və ona zəng olunmuşdur ki, mağaza M.Hadi küçəsi 130 saylı ünvana köçürülmüşdür. O da həmin yerə gedərək son üç ayın ödənişini orada ödəmişdir. Ona verilmiş son üç ayın qəbzləri də əvvəlki ayların qəbzləri ilə eyni olmuş, yalnız tək adı başqa olmuşdur. Belə ki, MMC-nin adı "xxxx" kimi göstərilmişdir. O da bundan narahat olmuşdur. Özündə bir anlıq fikirləşmişdir ki, necə ola bilər ki, MMC yerini dəyişib. Ona verilmiş son üç ayın qəbzləri "xxxx" kimi niyə göstərilir. O, bunu dəqiqləşdirmək üçün M.Hadi küçəsi 130 saylı ünvana getmiş və kredit şöbəsinə yaxınlaşmışdır. Kredit şöbəsindən ona bildirilmişdir ki, narahat olmasın, telefonu aldığı "xxxx" MMC-nin adı "xxxx" olmuşdur. O, həmin şəxsə demişdir ki, o, müqaviləni "xxxx" mağazası ilə bağlamışdır, həmin müqaviləni dəyişdirib "xxxx" MMC etsinlər. Həmin şəxs də ona narahat olmamağı, heç bir problemin olmayacağını demişdir. O, buna baxmayaraq çölə çıxıb sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zəng edib bu barədə demiş, onların danışıqlarından görmüşdür ki, onların da məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, o, təxminən 2015 və 2016-cı illərdə “Neptun” supermarketlər şəbəkəsində işlədiyi vaxtlarda "xxxx" məişət avadanlıqlarının satışı mağazasında işləyən Təqsirləndirilən şəxs və Nurlana ilə tanış olmuşdur. Belə ki, onlardan öz istifadəsi üçün mobil telefonlar almışdır. 2019-cu ilin əvvəllərində "xxxx" MMC-dən ona telefonla bildirilmişdir ki, açılışla bağlı endirim kompaniyası keçirilir və o, istədiyi elektronika mallarını ala bilər. Ona görə də o, metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən həmin elektronika mallarının satışı mağazasına getmişdir. Orada ona məlum olmuşdur ki, mağazanın direktoru Təqsirləndirilən şəxsdir. Onunla yanaşı Nurlana və adlarını bilmədiyi, lakin üzdən tanıdığı bir neçə şəxsin də orada işlədiyinin şahidi olmuşdur. Sonra Tural və digərləri ilə görüşmüş və orada işləyən qızlar ona kompaniya ilə bağlı məlumat vermişlər. Həmin gün heç bir alış-veriş etməmişdir. Qərara gəldikdən sonra 16 iyun 2019-cu il tarixdə "xxxx" MMC-yə gəlmiş və özü üçün “Samsung A30” markalı mobil telefonu seçmişdir. O, həmin telefonu 12 ay müddətinə hər ay üçün 60 manat ödəməklə, cəmi 720 manata alması ilə razılaşıb bu barədə müqavilə bağlamışdır. Müqavilə onun və oranın işçisi Azər adlı şəxs tərəfindən imzalanmışdır. Həmin gün Turalı və Nurlananı gördüyünü xatırlamır. İlkin heç bir ödəniş etməmişdir. Təxminən iki və ya üç dəfə metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən mağazaya ödəniş etmişdir və bu barədə ona "xxxx" MMC adından çeklər verilmişdir. Növbəti dəfə ödəniş üçün getdikdə mağazanın orada olmadığını müəyyən etmişdir və ona görə də şirkətin telefonuna zəng etmiş və məlum olmuşdur ki, mağaza Əhmədli qəsəbəsində Turalın əvvəllər işlədiyi "xxxx" mağazasının yanında yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində yeni mağaza açıb təmir işlərini aparmışlar. O, orada Turalı və Nurlananı digər işçilərlə görmüş və salamlaşdır. Sonra mağazada həmin gəldiyi gün 16 mart 2019-cu il tarixdə 60 manat ödəmiş və ona bilmədiyi səbəbdən "xxxx" MMC-nin ödəniş çeki təqdim olunmuşdur. Lakin orada işçilərin "xxxx" MMC-nin işçiləri olduğunu görüb bununla maraqlanmamışdır. Növbəti dəfə ödənişlərlə bağlı 17 aprel 2020-ci il tarixdə və 17 iyun 2020-ci il tarixdə çeklər "xxxx" MMC tərəfindən ona təqdim edilmişdir. Yenə də həmin şəxslərin orada işlədiyini görüb bunun səbəbini öyrənməmişdir. Pandemiya dövründə ödənişlərlə bağlı çətinliklər yarandığından mağazanın mobil telefon nömrəsindən Azər adlı şəxs ona “whatsapp” vasitəsi və Təqsirləndirilən şəxs adına "xxxx" kartının hesab nömrəsi verilmiş və o, “Milliön” vasitəsi ilə onun adına bir neçə ay ödəməklə 720 manat ödənişi tamamlamışdır. Həmin ödənişlər edildikdən sonra qəbzlərin şəklini çəkib həmin “whatsapp”a göndərmiş və mağazadan ona yenə də "xxxx" MMC-yə ödəniş etməsi barədə çeklərin şəkilləri göndərilmişdir. O, hal-hazırda "xxxx" MMC-yə cəmi nə qədər pul ödəməsi yadında deyildir. İstintaqa yuxarıda qeyd etdiyi "xxxx" MMC-yə məxsus 3 ədəd çeki və 16 iyun 2019-cu il tarixli, FSK 2782 nömrəli müqavilənin surətini təqdim etmişdir. Həmin müqaviləni o imzalamışdır və "xxxx" MMC-nin möhürü vardır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, o, təxminən 2006 və 2007-ci illərdə “Beko” elektron avadanlıqları mağazasında satıcı işlədiyi zamandan "xxxx" məişət avadanlıqlarının satışı mağazasında işləyən Təqsirləndirilən şəxs ilə, daha sonra isə kredit şöbəsində işləyən Nurlana ilə tanış olmuşdur. 2018-ci ilin dekabr ayında evi üçün kombi istilik sisteminin alınması zərurəti yaranmış və Təqsirləndirilən şəxs ilə əlaqə yaratmışdır. Söhbət zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs "xxxx" mağazalar şəbəkəsindən çıxıb və metronun “Neftçilər” stansiyası yaxınlığında "xxxx" MMC-nin elektron avadanlıqları mağazasında müdir işləyir və buna görə də onu həmin mağazaya dəvət etmişdir. xx.xx.2018-ci il tarixdə qeyd etdiyi mağazaya gəlmiş və Tural ilə görüşmüşdür. Tural həmin mağazanın müdiri olduğunu və kombi ala bilməsini ona bildirmişdir. O, xx.xx.2018-ci il tarixdə "xxxx" MMC ilə müqavilə bağlamış və 1360 manat dəyərində 6 ay müddətinə hər ay 210 manat ödəniş etmək şərti ilə “Kombi Termona 24” markalı aparatını almışdır. Müqavilənin kim tərəfindən hazırlanması yadında deyil. Ona ibtidai istintaq vaxtı nəzərdən keçirilməsi üçün təqdim edilmiş xx.xx.2018-ci il tarixdə "xxxx" MMC ilə bağlanmış FSK 1606 nömrəli müqavilə həqiqətən də ona verilmiş aparatla bağlıdır, lakin nə üçün satıcı kimi Təqsirləndirilən şəxs göstərilib və nə üçün müqavilədə onun imzası yoxdur deyə bilməz. Həmin müqavilə əsasında ilkin olaraq 100 manat ödəniş etmiş, bu barədə həmin tarixdə mənə ödəniş cədvəli verilmiş və qeydiyyat aparılmışdır. Daha sonra xx.xx.2019-cu il tarixdə 210 manat, xx.xx.2019-cu il tarixdə 210 manat mağazada ödəməklə müvafiq olaraq "xxxx" MMC-nin 006439 və 003302 nömrəli çəklərini almışdır. Həmin çeklərin surətlərini istintaqa təqdim etmişdir. 2019-cu ilin mart ayından işləmədiyindən ödəniş edə bilməmiş və bu barədə mağazadan ödəniş üçün zəng edən şəxslərə məlumat vermişdir. Lakin qeydiyyatı Yardımlı rayonunda olduğundan mağazanın onu məhkəməyə verməsi barədə məlumat almışdır. Pandemiya vaxtı rayona getməyə imkanı olmamış və 2020-ci ilin yay aylarında Yardımlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli Məhkəmə əmri rayonda yaxın qohumlarına təqdim edilmişdir. Həmin məhkəmə əmrinə əsasən o, "xxxx" MMC-nin xeyrinə 1280 manat ödəniş etməli imiş. Məhkəmə qərarına kimi 520 manat ödəniş etmiş, bundan sonra tərəfindən ödəniləcək məbləğ 840 manat təşkil etməli idi, lakin hansı səbəbdənsə borcu 1280 manat göstərilmişdir. Bununla bağlı Yardımlı rayonunda icra məmuru Vasif ilə görüşmüş və ona 520 manat ödəniş etməyi barədə "xxxx" MMC-nin cədvilini təqdim etmiş və məlum olmuşdur ki, həmin cədvəl məhkəməyə verilməmişdir. İcra məmuru ilə görüşməzdən əvvəl 300 manat pulu ödəmək üçün mağazanın işçilərinə zəng etmiş və məlum olmuşdur ki, onlar Əhmədli qəsəbəsində yeni tikilmiş binaya köçmüşlər. Ona görə də mağazanın işçilərinin dediyi ünvana getmiş və orada mebel satışı şöbəsində Azər adlı şəxslə görüşmüşdür. Pulu Azərə vermiş və Azər ona çeki təqdim etmişdir. Növbəti dəfə Yardımlı rayonunda icra məmuru Vasiflə görüşdükdən sonra 200 manat ödəmişdir. Belə ki, Vasif Nurlana ilə telefon əlaqəsi yaratmış və Nurlana ödənişin “Milliön” vasitəsi ilə kart nömrəsi göndərərək "xxxx"ın kartına keçirilməsini bildirmişdir. O, Yardımlı rayonunda olarkən Nurlanının dediyi kimi 200 manatı həmin hesaba köçürmüş və sonradan aydın olmuşdur ki, buna görə çek tərtib edilmişdir. Lakin ona həmin çek verilməmişdir. Çeklərin isə "xxxx" MMC-nə məxsus olmasını sonradan diqqət yetirdikdə Nurlana ilə əlaqə saxlamış və müqavilənin "xxxx" MMC ilə olduğunu hansı səbəbdən ödənişi digər MMC-yə keçirilməsini soruşduqda Nurlana bildirmişdir ki, heç bir şey bilmir. O da müqavilənin şərtlərini pozduqlarını və bundan sonra tərəfimdən ödəniş olmayacağını demişdir. Hazırda 340 manat borcu qalıb. Qeyd olunan məbləği "xxxx" MMC-yə ödəyəcək. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun əmisi oğludur. Əmisi oğlu Elmar, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxsla şərikli ticarətlə məşğul olmuş və məişət avadanlqıları mağazasını açıb işlətmişlər. Belə ki, mağazanı Elmar açmış və Turala elektronika əşyaları gətirməsi üçün külli miqdarda pul vermişdir. Sonradan isə Elgiz də onlara şərik olmuşdur. Tural həmin mağaza üçün heç bir pul vəsaiti xərcləməmişdir. Mağaza ilkin olaraq Bakı Metropolitenin "Neftçilər" stansiyası yaxınlığında fəaliyyət göstərmiş, sonradan isə Xətai rayonu, M.Hadi küçəsi 130 saylı ünvana köçürülmüşdür. Tural özü də dəfələrlə onun Elmarla qohum olduğu üçün bildirmişdir ki, mağazanı Elmar açmış və pulu sonuncu vermişdir. O, Elmarın xahişi ilə 2020-ci ilin yanvar ayından etibarən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən əvvəllər "xxxx" olan mağazada nəzarətçi kimi işə başlamışdır. İş fəaliyyəti kreditlə mağazadan mal alan şəxslərin ödədikləri kredit məbləğlərinə nəzarət etmək olmuşdur. Mağazanın direktoru Elmar və Elgizin razılığı ilə Tural təyin edilmişdir. Elmar və Elgiz də mağazaya mütəmadi olaraq gəlib-getmişlər. Sonradan Respublikanın ərazisində yayılmış “Covid-19” virus xəstəliyi ilə əlaqədar olaraq elan edilmiş karantin rejiminə görə mağaza fəaliyyətini dayandırmışdır. 27 aprel 2020-ci il tarixdə mağaza fəaliyyətə başlamışdır. Mağazanın açılması ilə bağlı Tural və mağazanın hər hansı işçisi ilə danışmadığı üçün mağazanın açılması barədə ümumi Respublika üzrə qərar olduğunu televizorda gördüyü üçün 27 aprel 2020-ci il tarixdə saat 11 radələrində mağazaya gəlmişdir. Mağazaya gəldikdə görmüşdür ki, Tural özünə həmin yerdə "xxxx" adlı mağaza açmışdır. O, bunu başa düşməmişdir. O, mağazada satılan mallara görə bağlanmış müqavilələrə və ödənişlərlə bağlı qəbzlərə baxmışdır. O, müqavilələrə və qəbzlərə baxdıqda görmüşdür ki, "xxxx" MMC ilə bağlanmış müqavilələrə görə ödənilən ödənişlər "xxxx" MMC-yə ödənilir və qəbzləri "xxxx" verir. O, bunun qanunsuz olduğunu bildiyi üçün Elmara zəng edərək xəbər vermişdir. Elmar da ona bildirmişdir ki, “sakit qal, məlumatımız var, bir neçə nəfər şəxs deyir ki, Tural bizdən xəbərsiz özbaşına işlər görür”. Sonradan bəlli olmuşdur ki, Tural "xxxx" MMC ilə bağlanmış müqavilələrə görə satılan malların ödənişlərini özü açdığı "xxxx" MMC ödətdirmiş və vətəndaşlara həmin MMC-nin qəbzlərini paylamışdır. Həmçinin Tural öz şəxsi kart hesabına ödənişlər etdirmiş və pulları öz şəxsi məqsədləri üçün xərcləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, o, 2015-ci ildən hazıradək valideyinləri ilə birlikdə Qobu qəsəbəsində yeni tikilmiş fərdi evdə yaşayır. 28 iyul 2018-ci il tarixdə metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən "xxxx" MMCnin elektronika avadanlıqlarının satışı mağazasında müqavilə bağlayaraq “Samsung” markalı J5 modelli mobil telefonunu 1 il müddətinə hər ay üçün 59 manat ödəniş etməklə cəmi 708 manata almışdır. 05 oktyabr 2018-ci il tarixdə orduya həqiqi hərbi xidmətə çağırılmışdır. Həmin telefonu dostu Nadim üçün götürmüşdür. Belə ki, həmin vaxt o, rəsmi olaraq işləmişdir, Nadimin isə daimi iş yeri olmamışdır. Ona görə də Nadimin xahişi ilə telefonu öz adına almışdır və "xxxx" müqaviləsi də onunla bağlanmışdır. O, xidmətdə olduğu zaman Nadim 7 ay ərzində cəmi 419 manat pul ödəmiş, lakin iş görərkən barmaqlarını kəsdiyindən daha sonra işləyə bilməmiş və kredit borcunu tam ödəməmişdir. O, xidmətdə olduğu zaman anasından öyrənmişdir ki, Nadim kredit borcunu ödəyə bilməmiş, buna görə də mağaza onu məhkəməyə vermişdir. 2020-ci aprel ayında ordu sıralarından tərxis olunmuş və həmin ilin may ayında Zərdab Rayon Məhkəməsinə çağırılmışdır. Lakin pandemiya ilə bağlı karantin rejimi olduğu üçün məhkəməyə gedə bilməmişdir. 2020-ci ilin noyabr ayında Zərdab rayon İcra şöbəsinin icra məmuru Azad adlı şəxsin yanında olmuşdur və Azad ona 15 may 2020-ci il tarixli Zərdab Rayon Məhkəməsinin əmrini təqdim etmişdir. Həmin əmrə əsasən tərəfindən 728 manat kreditor X7 ödənilməli idi. Turqut Qəhrəmanovun kim olduğunu o, bilməmişdir və onunla heç bir ünsiyyəti olmamışdır. X21 kredit aldığı mağazanı təmsil etmişdir. Bu zaman məhkəmə əmrində "xxxx" adı göstərilməmişdir. Zərdab Rayon Məhkəməsinin icra məmuru bildirmişdir ki, dekabr ayı üçün 200 manat "xxxx" MMC-yə ödəməlidir. O, həmin vaxta kimi bilməmişdir ki, Nadim nə qədər pul ödəyib. Çünki Nadimi tapa bilməmişdir. Belə olan halda qərara gəlmişdir ki, telefonla bağlı ödəniş etsin, ona görə də icra məmuru Azadın verdiyi kodla "xxxx"da "xxxx" MMC-nin hesabına 25 dekabr 2020-ci il tarixdə 100 manat, 30 dekabr 2020-ci il tarixdə 100 manat, "xxxx" ASC-də işləyərək maaşı “Xalq Bank”dan aldığı dövr üçün ödəniş tapşırığına əsasən xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 175 manat "xxxx" MMC-nin hesabına keçirilmiş və 11.06.201-ci il tarixdə yenə də "xxxx"da "xxxx" MMC-nin hesabına xx.xx.2021-ci il tarixdə nağd pul ödəməklə cəmi 728 manat pulu tam ödəmişdir. Lakin sonra ona kredit aldığı mağazadan məlumat vermişlər ki, telefona görə 419 manat bir və 296 manat pul bir hesaba keçmişdir. Bunun cəmi 715 manat pul təşkil edir. Sonradan ona məlum olmuşdur ki, Nadim 7 ay ərzində 419 manat pul ödəmiş və müqavilə bağladığı "xxxx" MMC-nin hesabına keçmişdir. Lakin onun "xxxx" MMC-nin hesabına keçirdiyi 728 manat puldan 296 manat hesabı keçmiş, lakin 432 manat keçməmişdir. Ona görə də o, qərara gəlmişdir ki, bu barədə Xətai rayon prokurorluğna yazılı müraciət etsin. "xxxx" MMC-nin hesabına köçürdüyü pulların hesabı və çeklərini istintaqa təqdim etmişdir. Həqiqətən də o, "xxxx" MMC ilǝ müqavilə bağlamışdır, lakin məhkəmə qərarından və icra məmuru Azaddan aldığı məlumatdan sonra pulu "xxxx" MMC-nin hesabına keçirmişdir. Elə bilmişdir ki, qanuni belə olmalıdır. Onun hər iki MMCnin əməkdaşları ilə heç bir əlaqəsi olmamışdır və onların heç birini xatırlamır. Nadimlə heç bir əlaqəsi yoxdur, onun harada olması barədə məlumatlı deyildir. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur, onun heç vaxt sonuncu və ailə üzvləri ilə aralarında narazılıq, ədavət və mübahisə olmamışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da tanıyır. O, Elmarın atası ilə qohumdur, lakin Elgiz ilə heç bir qohumluğu yoxdur, Elgizi Elmarın yanında görüb tanımışdır. Bacısı oğlu Tural əvvəllər "xxxx" MMC-də işləmiş, lakin sonradan işdən çıxmışdır. Təxminən 7-8 il müddət ərzində Turalla onun arasında sonuncunun etdiyi hərəkətlərə görə inciklik olmuş və onlar danışmamışlar. Lakin sonradan qohumları vasitəsilə o, Tural ilə barışmışdır. Turalla barışdıqdan sonra onunla söhbət edən zaman Tural ona iş qurmağı təklif etmiş, o, Turaldan nə iş quracağını soruşmuş, Tural hazırda işlədiyi işdən çıxacağını və elektronika malları alıb satacağını demişdir. O, Turala bunun üçün pul lazım olduğunu və pulunun olmadığını bildirmişdir. Tural da pulunun olmadığını demişdir. Həmin vaxt Tural ondan bir nəfər pulu olan şəxs olacağı halda iş qura biləcəklərini bildirmişdir. O, Turala Elmarla bu barədə söhbət edəcəyini bildirmişdir. Tural ilkin olaraq bu işin görülməsi üçün 50000 ABŞ dolları pul lazım olmasını demişdir. Hətta Tural onu Elmarla görüşdürməsini də xahiş etmişdir. Bundan sonra o, Elmarla görüşmüş və Elmara Turalın onunla görüşmək istəməsini demişdir. Xatırlamadığı tarixdə Elmar, Elgiz, Əsgər və o, Tural ilə görüşmək üçün onun işlədiyi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" mağazasına gəlmişdir. Onlar mağazanın mebel şöbəsinə qalxıb Turalla görüşmüşlər. Söhbət zamanı Tural çoxdandır burada işlədiyini, yaxşı müştərilərinin olduğunu, özünə mağaza açmaq istədiyini, lakin pulu olmadığını demişdir. Elmar Turala özünün işi olmasını demiş, Tural isə Elmara “sən pul qoy mən işlədəcəm, heç kim mənim ayağıma dolaşmasın, hər şeyi mən edəcəm, sən işinlə məşğul ol, yalnız gəlir götür” ifadələrini işlətmişdir. Elmar bir qədər fikirləşib Turaldan nə iş görəcəyini soruşmuş, Tural da mağaza açacağını, orada məişət texnikaları və mebel dəstləri satacağını, bunun nəticəsində külli miqdarda gəlir əldə edəcəyini vəd etmişdir. Tural Elmardan ilkin olaraq 50000 ABŞ dolları istəmiş, özünün isə heç bir maddi imkanı olmadığı üçün pul qoya bilməyəcəyini demişdir. Tural ona da 50000 ABŞ dolları qoymasını təklif etmiş, lakin o, pulunun olmadığını bir daha bildirmişdir. Orada Elmar bir daha təkidlə “mənim özümün işim var, qohum olduğumuza görə sənə inanıram, sonra aramızda narazılıq olmasın” deyə bildirmiş, Tural isə “ayıbdır Elmar, nə problem ola bilər, özüm hər şeyə təşkilatçılıq edəcəm, sən rahat işinlə məşğul ol, digər şeyləri fikirləşmə” cavabını vermişdir. Bundan sonra onlar oradan çıxıb getmişlər. Tural və o, Bakı Metropolitenin “Neftçilər” stansiyası yaxınlığında obyekt axtarmağa başlamışlar, metronun yaxınlığında bir mərtəbəli obyektin icarəyə verilməsini bildikdən sonra oraya baxmışlar və bəyəndikdən sonra oranı icarəyə götürmüşlər və sonra Elmara zəng edərək bu barədə demişlər. Onun bu işdə iştirak etməyinə səbəb Elmarın ondan xahiş etməsi olmuşdur. Belə ki, Elmar ona “dayı, sən ağsaqqalsan, işlərin üzərində nəzarəti saxla” demişdir. Mağazanın fəaliyyətə gəlməsi üçün məişət əşyalarının alınmasından ötrü 2017-ci ilin noyabr ayının sonlarında o, Elmardan 50000 ABŞ dolları alıb mağazada Turala vermişdir. Həmin günü Elmar özü də həmin mağazada Turala 20298 manat 40 qəpik pul vermişdir. Bundan sonra Tural mağazaya rəsmi olaraq işçilər götürməyə başlamışdır. 2017-ci ilin noyabr ayında mağaza fiziki şəxs olaraq onun qardaşı oğlu Turqutun VÖEN-i əsasında açılmışdır. Bununla da "xxxx" mağazası təsis olunmuşdur. Mağaza "xxxx" kimi təsis olunsa da, adı "xxxx" olaraq tanınmışdır. Mağazada hələ ki, yalnız məişət əşyaları satılmışdır. X29 verdiyi pulla alıb gətirirmiş, mağazada elektronika malları da olmuşdur. Belə ki, Tural Elmardan aldığı pulun hamısına elektronika əşyaları alacağını demişdir. Onların razılaşmasına əsasən mağazanın içərisi elektronika əşyaları ilə dolduruluna qədər heç kim pul götürməyəcəkdi. Qoyulan pulla və əldə olunan pulla mağazaya yalnız mallar alınacaq və işçilərin aylıq gəliri ödəniləcəkdi. O, mağazaya malların gətirilməsinə və digər görülən işlərə nəzarət etmişdir. Elmar və Tural mənim onun yanında danışmışlar ki, Tural mağazanın direktoru olsa da heç bir işə qarışmayacaq, yəni gördüyü işlərin hamısını qanuni olaraq aparacaq. Ödənilən ödənişlərə, yəni pul məsələrinə qarışmayacaq və yalnız MMC-nin qanuni şəkildə fəaliyyətini təşkil edəcəkdi. Direktoru olsa belə mağazadan sənədləşmə olmadan mal qəbul etməyəcək, mal sifariş etməyəcək, ödənilən ödənişlərin hamısı mağazanın hesabına köçürüləcək, kassadan pullar sənədləşmə əsasında aparılacaqdı. Turalın direktor kimi birbaşa vəzifəsi bu olmuşdur. Elmar ona mağazada hər bir işə nəzarət etməyi tapşırmışdır. Razılaşmaya əsasən ilkin olaraq ona də pul verilməyəcəkdi, lakin mağaza tam mallarla doldurulduqdan sonra onlar pulla bağlı söhbət edəcəkdilər. Elmar Turala pul verdikdən sonra o, Turalın hərəkətlərindən şübhələnmişdir. Belə ki, Tural kənara çəkilib gizlin kimlərləsə danışmış və onu danışıqlardan kənar saxlamışdır. O da Turaldan onun yanında nə səbəbə görə danışmamasını soruşmuş, Tural isə mal sifariş etdiyini demişdir. O da Turala onun yanında danışmağı bildirmişdir ki, nə iş görürdüyünü bilsin, çünki öz başına iş görmək barədə danışıq olmamışdır. Ancaq Tural yenə də öz bildiyini etmiş və onu işlərdən kənar saxlamışdır. O da Turalın Elmardan aldığı pulu nə etməsini bilməmişdir. Mağazada Azər və Nurlana adlı şəxslər kredit şöbəsində işləmişdir. Turqut isə sahibkar kimi iştirak etmişdir. 2018-ci ilin yanvar ayının əvvəllərində Elmar mağazada onun yanında Turala 9600 ABŞ dolları pul vermişdir. O, Turalın həmin pulu nə etməsini bilməmişdir. Belə ki, Tural yenə də gizlin işlər görərək özbaşına hərəkət etməkdə davam etmişdir. O da Turalın gizlin işlər görməsini görüb sonuncu ilə sözlə mübahisə etmişdir. Həmin günü Elmar ona zəng edərək Turalla mübahisə etdiyini soruşmuş, məlum olmuşdur ki, Tural Elmara nə isə demişdir. O, Elmara “mağazaya mal gəlir, Tural məni çölə çıxarır, mal gətirənlərin yanında mənimlə söhbət etmir, məndən nəyisə gizlədir, ona görə də onunla mübahisə etmişəm” deyə bildirmişdir. O, mağazada olduğu zaman mağazaya elektronika malları gəlmiş, o, yaxınlaşdıqda Tural da yanına gəlmiş və o, Turala nəyə görə onunla məsləhətləşməmiş mal sifariş verməsini irad tutmuşdur. Tural da onu vecinə almamışdır. Tural mal gətirən şəxslərlə kənara çəkilib söhbət etmiş, onu da kənar saxlamışdır. Həmin günü Elmar mağazaya gəlmiş və Turala onunla məsləhətləşməmiş heç bir bir iş görməməyi demişdir. Növbəti dəfə 2018-ci ilin yanvar ayının 13-də mağazada Elmar Turala 20000 ABŞ dolları pul vermişdir. X32 pul verməsinə baxmayaraq mağazaya az mal gətirmişdir. Elmar mütamadi olaraq mağazada Turala xatırlamadığı məbləğlərdə pullar vermişdir ki, mağazanın içərisini elektronika malları ilə doldursun. Lakin Tural həmin pulun hamısına mal almamışdır. 2018-ci ilin mart ayının sonunda Tural və o yenə də mübahisə etmişdir. Elmarın deməsi əsasında onlar çay evində görüşmüş və söhbət etmişlər. Söhbət edərkən Tural masanın üzərində olan çaydanı götürüb onu vurmaq istəmişdir. Belə ki, o, Turala “niyə malları mənim yanımda almıran, qoymursan baxam, nəyi gizlədirsən” ifadələrini işlətdikdə Tural əsəbləşmiş, sonra isə çıxıb getmişdir. Həmin vaxt o, Elmara Turalın mağazadan oğurluq etdiyini demişdir. Səhəri gün Elmar ona “Tural səninlə işləmək istəmir, külli miqdarda pul vermişəm, batmasın deyə gözlə, mağazaya getmə, görək nə olur” deyə bildirmişdir. O da razılaşmış və etiraz etməmişdir. Bundan sonra o, mağazaya getməmiş, lakin sonradan eşitmişdir ki, Elgiz də onlara şərik olmuş və külli miqdarda pul qoymuşdur. X34 və Elgizi aldadıb pulu ələ keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, o, 2011-ci ilin yanvar ayından Azərbaycan Respublikası İqtisadi Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin dövlət vergi müfəttişi vəzifəsində işləyir. Xətai rayon prokurorluğu tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Səyyar vergi yoxlamasının aparılması baş idarənin rəhbərliyi tərəfindən ona həvalə edilmiş və yoxlanın nəticəsinə dair **********149807 akt tərəfindən tərtib edilmişdir. Aktla bağlı göstərə bilər ki, "xxxx" MMC üzrə səyyar vergi yoxlaması ilə hesablanma mənfəət vergisi üzrə yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi ixtisaslaşdırılmış mağazalarda elektrik və mebel mallarının pərakəndə satışı ilə məşğul olmuşdur. Müəssisə tərəfindən mənfəət vergi bəyannamələri təqdim olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104.1 maddəsinə əsasən müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri və gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir və Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən müəssisənin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Bakı şəhər Xətai rayon Prokurorluğunda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair 21011604 nömrəli cinayət işinin istintaqı zamanı əldə edilmiş sənədlərə, həmçinin vergi ödəyicisinin təsərrüfat subyektindən (obyektindən) götürülmüş sənədlərə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/3854 nömrəli ekspert rəyinə əsasən yoxlanılan dövrdə vergi ödəyicisinin mənfəət vergisinə cəlb olunmalı dövriyyəsi 2018-ci il üzrə 539544,07 manat, 2019-cu il üzrə 1841098,05 manat olmuşdur. Vergi ödəyicisi tərəfində bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı xərclə təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədiyindən müəssisənin əldə etdiyi mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 67.14-ci və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına (əlavə və dəyişikliklər C aprel 2003-cü il tarixli 42 saylı) əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablanmışdır: G 472668,64 M = ------------- x R= ------------------- x 20 = 78778,11 manat 100+R 100+20 Burada: M-mənfəət G-gəlir R-rentabellik 2018-ci il üçün hesablanmış 89924,01 manat mənfəətdən 20% dərəcə ilə 17984,80 manat mənfəət vergisi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən hesablanmış mənfəət vergisi məbləğinin 50%-i həcmində, yəni 8992,40 manat (17984,80 x 50%) maliyyə sanksiyası tətbiq edilməsi rəhbərliyə təklif olunmuşdur. 2019-cu il üzrə: G 1841098,05 M= ---------------- x R = ---------------------- x 20 = 306849,68 manat 100+R 100+20 2019-cu il üçün hesablanmış 306849,68 manat mənfəətdən 20% dərəcə ilə 61369,94 man mənfəət vergisi hesablandı. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış mənfəət vergisi məbləğinin 50%-i həcmində, yəni 30684,97 manat (61369,94 x 50%) maliyyə sanksiyası tətbiq edilməsi rəhbərliyə təklif olunmuşdur. Sadələşdirilmiş vergi üzrə: Yoxlama ilə əhatə olunan dövrdə əldə edilmiş sənədlərə əsasən cəmiyyətin 2018-ci ilin 3 rübü üzrə dövriyyəsinin 308546,0 manat (avqust 158533,0+sentyabr 150013,0) olduğu və ödəyici tərəfində həmin dövr üzrə dövriyyə göstərilmədiyindən sadələşdirilmiş vergi üzrə yayındırılmış 12341,8 manat əsas vergi, 6170,92 manat maliyyə sanksiyası hesablanmalıdır. Eyni zamanda Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən ardıcıl 12 aylıq dövr ərzində müəssisə tərəfindən aparılan əməliyyatların həcmi 200000,0 manatdan artıq olduğu üçün cəmiyyətin xx.xx.2018-ci il tarixdən məcburi ƏDV qeydiyyatına alınmalı olduğunu nəzərə alaraq, vergi ödəyicisi tərəfindən hesablanmış 2018-ci ilin İV rüb üzrə 823,56 manat, 2019-cu il 1-ci rübü üzrə müvafiq olaraq 620,24 manat, 2-ci rübü üzrə 702,48 manat, 3-cü rübü üzrə 886,68 manat, 2020 ilin 1-ci rübü üzrə 41,92 manat, 2-ci rübü üzrə 17,17 manat və 4-cü rübü üzrə müvafiq olaraq 7778,49 manat sadələşdirilmiş vergi məbləğinin azaldılması təklif olunmuşdur. Əlavə dəyər üzrə; Müəssisə xx.xx.2021-ci il tarixdən məcburi ƏDV qeydiyyatına qoyulmuşdur. Lakin yoxlama zamanı müəssisənin xx.xx.2018-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata durmağa və həm tarixdən ƏDV-nin hesablanmasına dair öhdəliyin yaranması müəyyən edilmişdir. Bu səbəbdə yoxlama ilə ƏDV-si 2018-ci ilin oktyabr və 2019-cu ilin noyabr ayları üzrə hesablanmışdır. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən "Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 1 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200000 manatdan artıq olan (bu Məcəllənin 218.1.1.1-ci və 218.1.1.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur”. Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən aylında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200000 manatda artıq olduqda ƏDV məqsədləri üçün qeydiyyat növbəti ayın birinci günündən qüvvəyə minir. Belə ki, yoxlama ilə müəyyən edildiyi kimi, müəssisənin 2018-ci ilin avqust vǝ sentyabr aylarında dövriyyəsi 200000 manatdan artıq təşkil edildiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1-ci və 157.3.1-ci maddələrinə uyğun olaraq ƏDV məqsədləri üçün qeydiyyat xx.xx.2018-ci il tarixdən qüvvəyə minməli olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, hazırkı yoxlama ilə vergilər, o cümlədən əlavə dəyər vergisi müəssisədən götürülmüş malların təqdim edilməsini əks etdirən sənədlərə, həmçinin ekspertiza tərəfindən verilmiş rəyə əsasən hesablanmışdır. 2018-ci oktyabrdekabr ayları üzrə dövriyyənin 539544,07 manat (ƏDV-siz) olduğunu, ödəyici tərəfindən ƏDV bəyannamələrinin təqdim edilmədiyini nəzərə alaraq büdcəyə əlavə hesablanmalı olan ƏDV 97117,93 təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış əlavə dəyər vergisi məbləğinin 50%-i həcmində, yəni 48558,97 manat (97117,93 x 50%) maliyyə sanksiyası tətbiq edilməsi rəhbərliyə təklif olunmuşdur. 2019-cu il üzrə vergi tutulan dövriyyə 1841098,05 manat (ƏDV-siz) olduğu və 2019-cu il üzrə idxal olunmuş əməliyyatlara görə ödənilmiş 76011,32 manat əvəzləşdirilməli ƏDV nəzərə alınaraq büdcəyə ödənilməli ƏDV 255386,33 manat hesablanması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış əlavə dəyər vergisi məbləğinin 50% həcmində, yəni 127693,16 manat (255386,33 x 50%) maliyyə sanksiyası tətbiq edilməsi rəhbərliyə təklif olunmuşdur. "xxxx" MMC üzrə səyyar vergi yoxlaması ilə hesablanma mənfəət vergisi üzrə: Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi ixtisaslaşdırılmış mağazalarda elektronika və mebel mallarının pərakəndə satışı ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri və gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir və Məcəllənin 105.1 maddəsinə əsasən müəssisənin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Bakı şəhər Xətai rayon prokurorluğu tərəfindən xx.xx.2021-ci il tarixli **********108400 saylı məktubla vergi ödəyicisi obyektindən götürülmüş sənədlərə və məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021ci il tarixli, 9/3854 rəyinə əsasən hesablanmalı olan vergilərin hesablanması tələb edilmişdir. 2019-cu il vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olmasını və satış dövriyyəsindən səyyar yoxlama ilə sadələşdirilmiş verginin bəyannamələrində nəzərə alındığından ödəyici tərəfindən hesablanan 1075,13 manat mənfəət vergisinin azaldılmasını, təqdim olunmuş məlumatlara əsasən yoxlanılan dövrdə vergi ödəyicisinin mənfəət vergisinə cəlb olunmalı dövriyyəsinin 2020-ci il üzrə 472668,6 manat olmuş, lakin bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı xərcləri təsdiq edən rəsmi sənədlər yoxlamaya təqdim edilmədiyindən müəssisənin əldə etdiyi mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Yoxlama zamanı vergiyə cəlb edilən mənfəəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı Qərarlarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablanmışdır: G 472668,64 M= ------------ x R = ------------------ x 20 = 78778,11 manat 100+R 100+20 Burada: M - mənfəət, G - gəlir, R - rentabellik 2020-ci il üçün hesablanmış 78778,11 manat mənfəətdən 20% dərəcə ilə 15775,62 manat mənfəət vergisinin və ödəyici tərəfindən hesabalanmış 10509,92 manat mənfəət vergisi nəzərə alınmaqla 5245,7 manat (15775,62-10509,92) əsas vergi, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış məbləğin 50%-i həcmində, yəni 2622,85 manat (15775,62 x 50%) maliyyə sanksiya tətbiq edilməsi rəhbərliyə təklif olmuşdur. Əlavə dəyər vergisi üzrə: Yoxlama ilə əhatə olunan dövrdə təqdim olunmuş məlumatlara əsasən cəmiyyətin xx.xx.2020 ci il tarixdən məcburi ƏDV qeydiyyatına alınmalı olduğunu və 2020-ci fevraldekabr ayları üzrə dövriyyənin 472668,64 manat olduğunu, 2020-ci il üzrə ƏDV-si 27362,14 manat olan idxal əməliyyatlarının olduğunu və ödəyici tərəfindən ƏDV bəyannamələrinin təqdim edilmədiyini nəzə alaraq büdcəyə hesablanmalı olan 57718,23 manat əsas vergi, 32565,69 manat maliyyə sanksiyasının, 2021-ci il üzrə dövriyyənin 343207,63 manat olduğunu, 2021-ci il üzrə ƏDV 8688,43 manat olan idxal əməliyyatının olduğunu və ödəyici tərəfindən 1489,33 manat azalma hesablandığını nəzərə alaraq büdcəyə hesablanmalı olan 54585,22 manat əsas vergi, 27292,6 manat maliyyə sanksiyası olmaqla ümumilikdə ƏDV üzrə vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmalı vergi 112303,45 manat əsas vergi, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 59858,31 manat maliyyə sanksiyasının tətbiq edilməsi rəhbərliyə təklif olunmuşdur. Sadələşdirilmiş vergi üzrə: Yoxlama ilə əhatə olunan dövrdə təqdim olunmuş məlumatlara əsasən cəmiyyətin 2019-cu 4-cü rübü üzrə dövriyyəsinin 164008,0 manat (noyabr 61171,0+dekabr 102837,0) olduğu və ödəyici 3280,16 manat əsas vergi, 1640,08 manat maliyyə sanksiyasının, 2020ci 1-ci rübü üzrə dövriyyənin 68307 manat olduğunu ödəyici tərəfindən 445,78 manat əsas vergi hesablanmasını nəzərə alaraq sadələşdirilmiş vergi üzrə yayındırılmış 920,36 manat əsas vergi, 460,18 manat maliyyə sanksiyasının hesablanması və Vergi Məcəlləsinin 157.3.1- maddəsinə əsasən ardıcıl 12 aylıq dövr ərzində əməliyyatların həcminin 200000 manatdan artıq olduğundan cəmiyyətin xx.xx.2020-ci tarixdən məcburi ƏDV qeydiyyatına alınmalı olduğunu nəzərə alaraq ödəyici tərəfindən hesablanan 2020-ci il İV rüb üzrə 389,32 manat, 2021-ci il İ rüb üzrə 2257,7 manat sadələşdirilmiş vergi məbləğinin azaldılması təklif olunmuşdur. Beləliklə, "xxxx" MMC-yə mənfəət vergisi üzrə 4170,57 manat əsas vergi olmaqla 2622,85 manat maliyyə sanksiyası, sadələşdirilmiş vergi üzrə 1553,5 manat əsas vergi olmaqla 2100,26 manat maliyyə sanksiyası, ƏDV üzrə 112303,45 manat əsas vergi olmaqla 59858,31 manat maliyyə sanksiyası, hesabatları və arayışları vaxtında təqdim etmədiyinə görə 720 manat maliyyə sanksiyasının tətbiq edilməsi rəhbərliyə təklif olunmuşdur. Beləliklə, "xxxx" MMC-yə mənfəət vergisi üzrə 79354,73 manat əsas vergi olmaqla 39677,37 manat maliyyə sanksiyası, sadələşdirilmiş vergi üzrə 1471.3 manat əsas vergi olmaq 6170.92 manat maliyyə sanksiyası, ƏDV üzrə 352504,25 manat əsas vergi olmaqla 176252,1 manat maliyyə sanksiyası, hesabatları və arayışları vaxtında təqdim etmədiyinə görə 1080 manat maliyyə sanksiyasının tətbiq edilməsi rəhbərliyə təklif olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid18 bildirdi ki, o, onlara daxil olmuş məktubların əsasında həmin məktuba əlavə edilmiş sənədlər-qəbzlər əsasında hesablama aparmışdır. "xxxx" mağazasından 118 min manat kənarlaşma aşkar etmişlər. "xxxx" mağazası üzrə 657,590 manat 64 qəpik vergi yayınması müəyyən edilmiş, "xxxx" mağazası üzrə isə 148,254 manat 77 qəpik vergi yayınması aşkar olunmuşdur. Konkret olaraq ümumi vergi yayınması maliyyə sanksiyaları ilə birlikdə 804,555 min manat təşkil edir. Təqsirləndirilən şəxs tərtib etdikləri aktla razılaşmamış, akta imza etməkdən imtina etmişdir. Onlar "xxxx" və "xxxx" MMC üzrə hesablama aparmışlar. "xxxx" üzrə 2020-ci il üzrə dövriyyə 472,668 manat 64 qəpik, "xxxx" üzrə 2021-ci ilin mart ayı üçün dövriyyəsi 308,938 manat 98 qəpik olmuşdur, 2021-ci ilin yanvar ayı üzrə 10,305 manat 58 qəpik olmuşdur, 2021-ci ilin fevral ayında isə dövriyyə 23,963 manat 53 qəpik olmuşdur. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid9 göstərmişdir ki, 2020-ci ilin may ayından ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-nin "xxxx" mebel mağazasına satıcı kimi işə düzəlmişdir. Həmin MMC-nin direktoru Təqsirləndirilən şəxs olmuş, mağazada müxtəlif növ mebel, divan və yataq dəstləri satılmışdır. MMC-nin elektronika malları satılan mağazası da olmuşdur. MMC-də ondan başqa da şəxslər işləmişdir. Təqsirləndirilən şəxs daima MMC-də olmuş və görülən işlərə nəzarət etmişdir. Bildiyinə görə, Tural Heydəriinin arvadı Sevinc Heydərli mütəmadi olaraq mağazaya gəlib-getmişdir. Ondan başqa MMC-də işləyən şəxslərdən Zülfüyyə, Nurlana və Məhəmməd adlı şəxsləri tanımış, digər əməkdaşları isə tanımarmışdır. Onun iş fəaliyyəti mağazaya gələn müştəriləri qarşılayıb sifarişləri qəbul etmək, müştəriləri mağazada gəzdirmək, satılan əmlaklar barədə məlumat vermək olmuşdur. Müştəri alacağı malı seçdikdən sonra o, müştərini kredit şöbəsinə göndərmiş, kredit şöbəsində də Zülfüyyə adlı qadın oturmuşdur. O, mağazada işləyən müddətdə öyrənmişdir ki, Turalın iki nəfər şəriki olmuş, lakin problemləri yaranmışdır. 2020-ci ilin noyabr-dekabr ayında tanıdığı Nigar adlı qadın işlədiyi MMC-dən kreditlə mebel dəsti almış, Nigar mebel aldıqdan sonra ödənişləri MMC-yə gələrək etmişdir. 2021ci ilin fevral ayının 24-də o, işdən çıxmışdır. O, işdən çıxdıqdan sonra Nigar onun xəbəri olmadan və ona demədən, onun şəxsi kart hesabına 600 manat pul köşürüb pulu çıxarıb kreditini ödəməyi ona bildirmişdir. Bu zaman o, Nigara özünün artıq həmin mağazadan çıxdığını bildirmişdirdir. Sonra o, pulu çıxarıb Nigar ilə görüşüb qaytarmışdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanımır və görməmişdir. Tural ona ancaq aylıq əmək haqqı və satışlardan olan mükafat vermişdir. O, "xxxx" MMC-də işləməmişdir. İşlədiyi "xxxx" MMCdə satılan mallara görə müştərilərə "xxxx" MMC-nin adından qəbzlər verilməsindən heç bir məlumatı yoxdur, o, "xxxx" MMC-nin əməkdaşı olmuş, ödənişlər və müqavilərin onun iş fəaliyyətinə aidiyyəti olmamışdır (cild 4, iş vərəqi 49-51). İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid10 göstərmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. Lakin sonradan həmin şəxsləri özünə kreditlə telefon alan zaman tanımışdır. 2019-cu ilin yanvar ayında özünə telefon almaq üçün metronun “Neftçilər” stansiyası yaxınlığında olan "xxxx" adlı mağazaya daxil olmuş, burada satılan telefonlara baxıb bir ədəd “Samsung” markalı, “A50” modelli mobil telefonu görüb bəyənmiş, həmin telefon haqqında mağazada işləyən şəxsə yaxınlaşıb demiş, satıcı ona kiçik kağızda qeydlər yazıb vermiş, o da həmin kağızı götürüb kredit şöbəsinə yaxınlaşmış, orada Nurlana adlı qadın telefonun kreditlə sənədləşməsini aparmış və o, tanış olduqdan sonra müqaviləni imzalamışdır. Telefonun dəyəri 1188 manat qiymətləndirilmiş və aylıq 99 manat ödəməklə məbləğ 12 aya bölünmüşdür. Müqaviləni oxuduqda mağazanın adının "xxxx" kimi göstərildiyini görmüş, bu barədə soruşduqda ona aydın olmuşdur ki, mağazanın adı "xxxx" olsa da "xxxx"dir. O, telefonu aldıqdan sonra aylıq ödənişlərin vaxtı çatdıqda həmin mağazaya gedərək kredit şöbəsində pulu ödəmiş və kassadan ona qəbz verilmişdir. Son bir neçə ay qalmış telefonun aylıq ödənişini etmək üçün mağazaya getmiş, lakin mağazanın bağlı olmasını görmüş, ona görə də ödənişi həmin günü edə bilməmişdir. Sonradan ona zəng olunmuş, artıq mağazanın ünvan 3 ünvanda "xxxx" MMC olaraq fəaliyyət göstərdiyi bildirilmişdir. Ona zəng edən şəxs özünü kredit mütəxəssisi kimi təqdim etmişdir. Bundan sonra o, yeni ünvana getmiş və krediti ödəmişdir. Ona yenə də qəbz verilmişdir. Lakin verilmiş qəbzdə mağazanın adı "xxxx" kimi göstərilmiş, o da bundan şübhələnmişdir. Telefonu aldığı mağaza yerini dəyişib adının "xxxx" olunmasına baxmayaraq ona verilmiş qəbz "xxxx" kimi göstərilmişdir. O, kredit şöbəsinə yaxınlaşmış və orada işləyən şəxsə müqaviləni "xxxx" mağazası ilə bağladığını, nə səbəbə "xxxx" deyil, "xxxx" adından qəbz verildiyini soruşmuş, kredit şöbəsində işləyən qadın da narahat olmamağı, heç bir problemin olmayacağını bildirmişdir. O, son iki ayı qalmış telefonun pulunu ödəyə bilməmişdir. Telefonun pulunu ödəmədiyindən yaşadığı evə məhkəmə tərəfindən bildiriş gəlmişdir. O, məhkəməyə getdikdə məlum olmuşdur ki, telefona görə olan borcu üçün "xxxx" MMC onu məhkəməyə vermişdir. Məhkəmənin qətnaməsinə görə MMC-yə 250 manat ödəməli olmuşdur. O, həmin pulu ödəmək üçün M.Hadi küçəsi 130 saylı ünvada yerləşən "xxxx" MMC-yə gələrək 250 manat pulu ödəmişdir. Lakin ona bu dəfə verilmiş qəbzdə "xxxx" MMC-nin adı qeyd olunmuşdur. O, bunu başa düşə bilməmiş və nəyinsə saxta olmasını fikirləşmişdir. Çünki ona ilkin olaraq "xxxx" adından, sonradan isə "xxxx" MMC adından qəbz verilmişdir. O, krediti tam ödəyib qurtardığı üçün bundan sonra bir daha həmin mağazaya getməmişdir (cild 3, iş vərəqi 31- 34). İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid15 göstərmişdir ki, 10 ilə yaxındır ki, Nurlana adlı xanımı "xxxx" mağaza şəbəkəsindən tanıyır, oradan kredit ilə məişət əşyalarını almışdır. Təxminən 4 il bundan əvvəl elektronika mallarını almaq qərarına gəlmiş və buna görə də tanışı Nurlana ilə telefon əlaqəsi yaratmışdır. Nurlana artıq "xxxx" mağazalar şəbəkəsindən çıxdığını və metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən "xxxx" elektronika malları mağazasında işlədiyini və buna görə də həmin mağazaya gəlib istədiyi malları ala bilməsini bildirmişdir. Səhv etmirsə ilk dəfə Nurlananın köməkliyi ilə mobil telefonu kreditə götürmüş və həmin mağazaya pulunu ödəmişdir. Növbəti dəfə xx.xx.2019-cu il tarixində "xxxx" mağazasına müraciət etmiş və Nurlananın köməkliyi ilə “Samsung Galaxy” J2 markalı mobil telefonunu 12 ay müddətinə hər ay üçün 65 manat ödəmək şərti ilə cəmi 684 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, xx.xx.2019-cu ildə ödədiyi aylıq 57 manat "xxxx" MMC-nin hesabına keçməsi ilə bağlı ödəmə çeki ona təqdim olunmuşdur. Bundan başqa xx.xx.2019-cu ildə xalası qızı X8 ilə Əhmədli qəsəbəsində yerləşən "xxxx" MMC-nin mağazasına gəlmiş və bir sıra məişət avadanılqalırını görüb kredit ilə almaq qərarına gəlmişdir. Lakin onun şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün xalası qızının razılığı və Nurlananın məsləhəti ilə həmin tarixdə 3251 nömrəli müqavilə Məmmədova Rəqsanənin adı ilə bağlanmışdır. Müqavilə əsasında soyuducu “DAEWOO”, “SAMSUNG” paltaryuyan, televizor “DAEWOO” 18 ay müddətinə hər ay üçün 223 manat ödəmək şərti ilə 4014 manat ödəmək öhdəliyini götürmüş, müqaviləyə xalası qızı imza etmişdir. Həmin məbləğ pulu tam ödəmişdir. Lakin, müqavilə "xxxx" MMC ilə olmasına baxmayaraq xx.xx.2020-ci idən xx.xx.2021-ci ilədək hər ay üçün 223-225 manat pulu "xxxx" MMC-nin hesabına pul ödəmiş, lakin həmin məbləğ pulu pandemiya vaxtına düşdüyündən Nurlananın və digər tanımadığı işçinin məsləhəti ilə şirkət tərəfindən “Whatsapp” vasitəsi ilə göndərilmiş Təqsirləndirilən şəxs adına olan "xxxx"a məxsus karta “Milliön” pul ödəmə terminalı vasitəsi ilə köçürmüşdür. Buna görə də "xxxx" MMC-nin adından ödədiyi məbləğə uyğun çeklər “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə ona göndərilmiş və bu barədə mobil telefonunda məlumatlar vardır. Həmin məlumatları istintaqa təqdim edir. O, "xxxx" MMC və "xxxx" MMC-nin Təqsirləndirilən şəxs tərəfindən idarə olunmasını sonradan bilmişdir. Təqsirləndirilən şəxs ilə heç bir kontaktı olmamışdır və onu tanımır. Sonradan ona məlum olmuşdur ki, ödədiyi pul "xxxx" MMC-yə deyil, "xxxx" MMC-yə keçmişdir. Onun "xxxx" MMC ilə heç bir müqaviləsi olmamışdır, bu barədə Nurlana ilə aralarında heç bir söhbət olmamışdır. Bundan sonra da 3784 və 3888 nömrəsi altında "xxxx" MMC-ilə elektronika mallarının alınması ilə bağlı müqaviləsi olmuşdur. xx.xx.2020-ci ildə həmin mağazadan kondisioner, soba və toster almaq qərarına gəlmiş, bununla bağlı Nurlanaya müraciət etmişdir. Həmin vaxt mağazanın adı "xxxx" olmuşdur. O, Nurlanadan mağazanın adının nə üçün dəyişdiyini soruşmuş, Nurlana artıq geniş yerə keçdiklərini, mağazanın həmin mağaza olduğunu, sadəcə adının dəyişdiyini bildirmişdir. Həmin gün Nurlananın iştirakı ilə "xxxx" ilə 3888 nömrəli müqavilə bağlamış və 12 ay müddətinə 1936 manat dəyərində kondisioner, soba və toster götürmüş, vaxtında pulu "xxxx" MMC-yə ödəmişdir. Bununla yanaşı, xx.xx.2020-ci ildə 3784 müqavilə əsasında 6 ay müddətinə ödəmək şərti ilə 192 manat dəyərində "xxxx"dan fırın götürmüş və pulu "xxxx" MMC-yə ödəmişdir (cild 5, iş vərəqi 33-36). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2019-cu il tarixli təsdiq etmə bildirişindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin (VÖEN:**********) dövlət qeydiyyatına alınmasına dair sistemdə **********315800 kargüzarlıq nömrəsi ilə qeydiyyata alınmasına dair məlumat verilmişdir (cild 1, iş vərəqi 143). İşdə olan "xxxx" MMC-nin Nizamnaməsindən görünür ki, təsisiçiləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs olan "xxxx" MMC Vergilər Nazirliyi yanında Milli Gəlirləri Depertamentinin X22 Qeydiyyatı İdarəsi tərəfindən 16 iyul 2018-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır (cild 1, iş vərəqi 154). İşdə olan və məhkəmədə tədqiq edilmiş Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2021ci il tarixli 010-803-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı Aeroportundan İstanbul məntəqəsinə giriş etmişdir (cild 3, iş vərəqi 42-43). İşdə olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, iş vərəqi 69). İşdə olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, iş vərəqi 83). İşdə olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 12, iş vərəqi 48-50). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş, üzləşdirmə zamanı Əliyev X13 icarəyə götürdüyü mağazanı fəaliyyətə gətirməsi üçün, yəni ora məişət əşyalarının gətirilməsindən ötrü ilk dəfə 2017-ci ilin noyabr ayının sonlarında 50000 ABŞ dolları pulu Şahin vasitəsi ilə verməsini, özünün şəxsən həmin mağazada Turala 20298 manat 40 qəpik, 2018-ci ilin yanvar ayının əvəllərində mağazada Turala 9600 ABŞ dolları, 2018-ci ilin yanvar ayının 13-də mağazada 20000 ABŞ dolları, 2018-ci ilin yanvar ayının 17-də mağazada 17800 ABŞ dolları, 2018-ci ilin yanvar ayının 19-da mağazada 8000 ABŞ dolları, yanvar ayının 27-də 29000 ABŞ dolları, 2018-ci ilin fevral ayının 15-də mağazada 30000 ABŞ dolları, fevral ayının 24-də mağazada 30000 ABŞ dolları, fevral ayının 28-də mağazada 39473 ABŞ dolları, 2018-ci ilin mart ayının 24-də mağazada 40000 ABŞ dolları pul verməsini, Elgizin 03 aprel 2018-ci ildə mağazada Turala 18000 ABŞ dolları, 04 aprel 2018-ci ildə MMC-də Turala 2000 ABŞ dolları, 11 aprel 2018ci ildə Turala 20000 ABŞ dolları, 18 aprel 2018-ci ildə Turala 20000 ABŞ dolları, 30 aprel 2018-ci ildə Turala 22500 ABŞ dolları, 14 may 2018-ci ildə Turala 12540 ABŞ dolları, 02 iyun 2018-ci ildə Turala 2500 ABŞ dolları pul verməsini, 02 iyun 2018-ci ildə özünün Turala 500 manat pul verməsini, Elgizin 08 iyun 2018-ci ildə Turala 4000 ABŞ dolları, 10 iyun 2018-ci ildə Turala 5000 ABŞ dolları, 12 iyun 2018-ci ildə Turala 3000 ABŞ dolları, 19 iyun 2018-ci ildə Turala 2000 ABŞ dolları, 30 iyun 2018-ci ildə Turala 10000 ABŞ dolları pul verməsini, 27 iyun 2018-ci ildə özünün Turala 2500 ABŞ dolları pul verməsini, "xxxx" MMC-nin fəaliyyətə başlaması üçün Turala 2018-ci ilin iyul ayının 21-də 20000 ABŞ dolları, 2018-ci ilin avqust ayının 5-də Turala 5000 ABŞ dolları, 2018-ci ilin oktyabr ayının 1-də Turala Türkiyədən mebel gətirməsi üçün 10000 ABŞ dolları verməsini, 04 oktyabrda Elgiz və onun hərəsinin Turala 5600 manat, 2019-cu ilin fevral ayının 20-də onun 10000 dollar, həmin ilin fevralın 28-də 36000 dollar verməsi, daha sonra müxtəlif məbləğlərdə pullar verməsi, daha sonra aralarında mübahisə düşməsi, sonra isə Turalın pulları müxtəlif üsullarla mənimsəməsini Təqsirləndirilən şəxs üzünə deməklə ifadələrini bir daha təsdiq etmişdir (cild 3, iş vərəqi 118-125). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığını, Zərərçəkmiş şəxs1 Bakı Metropoliteninin “Neftçilər” stansiyası yaxınlığında "xxxx" adlı mağazası olduğunu, həmin mağazanı Turalın işlətdiyini söhbət zamanı Elmarın ona həmin mağazanın içərisində olan bütün məişət əşyalarını özünün aldığını, Turalın yalnız mağazanın direktoru olduğunu, mağazada müxtəlif növ elektronika məişət əşyaları satıldığını, 2018-ci ilin mart ayında Elmar ilə söhbət edərkən Elmar ona “gəl səni də özümə şərik edim və mağazanı birlikdə işlədək” deməsini, onun Elmarla razılaşmasını, onun 03 aprel 2018-ci il tarixdə Elmarın deməsi əsasında Bakı Metropolitenin “Neftçilər” stansiyası yaxınlığında Turala 18000 ABŞ dolları pul verməsini, bundan sonra "xxxx" MMC təsis etmələrini, 04 aprel 2018-ci il tarixdə o, elektronika mallarının alınması üçün Turala MMC-də 2000 ABŞ dolları, həmin ilin aprel ayının 11-də 20000 ABŞ dolları, həmin ilin aprel ayının 18-də 20000 ABŞ dolları, həmin ilin aprel ayının 30-da 22500 ABŞ dolları, həmin ilin may ayının 14-də 12540 ABŞ dolları, həmin ilin iyun ayının 2-də 2500 ABŞ dolları pul verməsini, qeyd olunanlardan başqa Turala həmin ilin iyun ayının 8-də 4000 ABŞ dolları, həmin ilin iyun ayının 10-da 5000 ABŞ dolları, həmin ilin iyun ayının 12-də 3000 ABŞ dolları, həmin ilin iyun ayının 19-da 2000 ABŞ dolları və həmin ilin iyun ayının 30-da 10000 ABŞ dolları pul verməsini, onun və Elmarın Turala pulları versələr də, Turalın onlara hər hansı bir məbləğdə pul, yəni qazanc verməməsini, mebel mağazası açmaq üçün Turalın M.Hadi küçəsi 130 saylı ünvanda yerləşən hündürmərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini icarəyə götürməsini, həmin mağazanın fəaliyyətə başlaması üçün Elmarın Turala 2018-ci ilin iyul ayının 21-də 20000 ABŞ dolları, bundan sonra Elmarın 2018-ci ilin avqust ayının 5-də 5000 ABŞ dolları, 2018-ci ilin oktyabr ayının 1-də Türkiyə Cümhuriyyətindən mebel gətirməsi üçün 10000 ABŞ dolları, 4 dekabr 2018-ci il tarixdə onun və Elmarın hər birinin 5600 manat, 2019-cu ilin fevral ayının 20-də onun 10000 ABŞ dolları, həmin ilin fevral ayının 28-də 36000 ABŞ dolları pulu Turala vermələrini, Tural, Elmar və onun öz aralarında danışıb aylıq olaraq hər birinə 2500 manat maaş kimi götürməyə razılaşmaları, uzun müddət keçməsinə baxmayaraq heç bir qazanc götürməmələri, 2019-cu ilin mart ayının 14-də onun Elmarla birlikdə Turala 6000 manat pul vermələri, həmin günü Elmarın Turala M.Hadi küçəsi 130 saylı ünvanda 35000 ABŞ dolları və 10000 ABŞ dolları pul verməsi, sonra Turalın ona və Elmara heç bir məlumat vermədən avtomobil alması, daha sonra Elmarın mebel mağazasında Turala məcbur olaraq 26000 ABŞ dolları pul verməsi, həmin ərəfələrdə sonuncu dəfə 12 iyun 2019-cu il tarixdə M.Hadi küçəsi 130 saylı ünvanda Turala Elmarın 3830, onun özünün də 3830 ABŞ dolları pul verməsini, sonrakı günlərdə onun və Elmarın Turaldan şübhələnməyə başlamaları və Turaldan verdikləri pulların müqabilində nə iş görməsini və aldığı malların hamısının hesabatını təqdim etməsini istəmələri, lakin Turalın onlara hesabat verməyərək MMC-də işləyən şəxslərə onlara hesabat verməməyi tapşırmasını, onlar Turaldan ilk gündən bu günə qədər verdikləri pullara dair qəbzlər, mağazaya daxil olan və satılan, ödənişlər, işçilərin əmək haqqı barədə bütün sənədləri tələb etmələri, lakin Turalın heç bir sənəd verməməsi və Turalın sonda onları aldadaraq pulları mənimsəməsi barədə Təqsirləndirilən şəxs üzünə demişdir (cild 3, iş vərəqi 191-198). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli baxış protokolundan və fotocədvəldən görünür ki, "xxxx" MMC-nin elektronika avadanlıqlarının və mebel dəstlərinin satışı üzrə fəaliyyət göstərən mağazalar ünvan 6 ünvanda yerləşir (cild 3, iş vərəqi 211-230). İşdə olan və məhkəmədə tədqiq edilmiş Xətai Rayon Məhkəməsinuin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş “Ford Tranzit yük” markalı, **-TS-*** qeydiyyat nişanlı avtomobilin, "xxxx" MMC və "xxxx" MMC-də olan mebel, divan və elektronika əşyalarının üzərinə həbs qoyulmuşdur (cild 3, iş vərəqi 237-239). İşdə olan və məhkəmədə tədqiq edilmiş mülki iddiaçı qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində tanınmışdır (cild 4, iş vərəqi 29-31). İşdə olan və məhkəmədə tədqiq edilmiş mülki iddiaçı qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə mülki cavabdeh qismində tanınmışdır (cild 4, iş vərəqi 129-130). İşdə olan və məhkəmədə tədqiq edilmiş mülki cavabdeh qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində tanınmışdır (cild 4, iş vərəqi 36-39). İşdə olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək alqı-satqı məqsədilə qoyduqları və götürdükləri pul vəsaitinin, faktiki olaraq hər bir təsisçiyə düşməli olan pul vəsaitinin hansı hissəsinin Təqsirləndirilən şəxs şəxsi hesabına və özünə məxsus olan "xxxx" MMC şirkətinə köçürülməsinin müəyyən edilməsinə dair "xxxx" MMC-nin iş üzrə verdiyi xx.xx.2021-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki:

1. Audit yoxlaması nəticəsində "xxxx" MMC elektronika üzrə 1 044 181,84 manat, mebel üzrə isə 248 894,10 manat ümumillikdə 1 293 075,94 manat kənarlaşma aşkar olunmuşdur.

2. Bundan əlavə təqdim edilmiş sənədlərdən müəyyən edildi ki, qeyd edilən dövrdə ümumillikdə kənarlaşdırılmış 1 293 075,94 manat məbləğin "xxxx" MMC-yə məxsus müqavilə ilə bağlanmış və kreditlə satılmış mebel malları üzrə 175 010,00 manat, elektronika malları üzrə 723 351,00 manat məbləğində olan hissəsi sonradan Təqsirləndirilən şəxs tərəfindən yaradılan "xxxx" MMC adlı şirkətin qəbzləri ilə mədaxil olunmuşdur. Ödəniş çekləri ilə uyğunsuzluq öz təstiqini tapmışdır. İstintaq zamanı araşdırıla bilər.

3. Audit yoxlaması nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC-nin anbar qalığı elektronika malları üzrə 51 151,02 AZN, mebel üzrə isə 168 432 AZN cəmi 219 583,02 AZN təşkil edir. Bundan əlavə yoxlama nəticəsində müəyyən olmuşdur ki, "xxxx" MMC tərəfindən əldə olunmuş malların ümumi anbar qalığı 157 574 AZN təşkil edir.

4. Audit yoxlaması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə müştərilər arasında imzalanmış müqavilələr üzrə dövr ərzində 540 138,98 manat Təqsirləndirilən şəxs tərəfindən açılmış **********951405 nömrəli şəxsi bank kartı hesabına mədaxil olunmuşdur. Qeyd olunanların hüquq mühafizə orqanı tərəfindən araşdırılması məqsədə uyğundur (cild 4, iş vərəqi 60-74). İşdə olan və məhkəmədə tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi müdafiəçisinin iştirakı ilə yerində yoxlanılmış, Təqsirləndirilən şəxs göstərdiyi ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-nin qarşısına gəlinmişdir. Burada Təqsirləndirilən şəxs ifadəsində göstərdiyinin bir qismini təkzib edərək bildirmişdir ki, "xxxx" MMC-dən alınan elektronika əşyalarının və mebel dəstlərinin ödənişlərini həmin MMC-nin qəbzləri quratardığı üçün deyil, səhvən "xxxx" MMC-yə ödətdirmiş və "xxxx" MMC-nin qəbzlərini paylamışdır. Bundan əlavə "xxxx" MMC-dən aşkar edilmiş çox sayda içərisi yazılmayan qəbzlər masanın üzərinə qoyulmuş və sonuncuya ifadəsində "xxxx" MMC-nin qəbzləri qurtardığı üçün "xxxx" MMC-nin qəbzlərini paylamasını qeyd etməsi barədə sual verilmiş, o, qəbzləri əli ilə göstərib bildirmişdir ki, aşkar olunmuş və ona təqdim edilmiş çoxsaylı "xxxx" MMC-nin qəbzlərini o, həbs edilməmişdən əvvəl sifariş etmişdir. Təqsirləndirilən şəxs bir daha bildirmişdir ki, etdiyi əməlindən peşmandır və müştərilərə "xxxx" MMC-nin qəbzləri qurtardığı üçün deyil, səhvən "xxxx" MMC-nin qəbzlərini paylamışdır. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, əli ilə "xxxx" MMC-nin qəbzlərini göstərmiş və "SONY" markalı fotoaparat ilə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 4, iş vərəqi 78-81). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/2131 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş "xxxx" MMC-və "xxxx" MMC-də təzə vəziyyətdə olan malların 2021-ci ilin martaprel ayına olan orta bazar alış qiyməti və ümumi dəyəri təxminən 377.157,02 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat təşkil edir (cild 4 iş vərəqi 86-116). İşdə olan və məhkəmədə tədqiq edilmiş əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməsi haqqında Xətai rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, “Ford Tranzit yük” markalı, **-TS-*** qeydiyyat nişanlı avtomobilin, "xxxx" MMC-və "xxxx" MMC-də olan mebel, divan və elektronika əşyalarının üzərinə Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qoyulmuş həbs ləğv edilmişdir (cild 5, iş vərəqi 21- 23). İşdə olan və məhkəmədə tədqiq edilmiş CD-RV diskə baxış keçirilməsi barədə xx.xx.2021-ci il tartixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ona məxsus "xxxx" ASC-də olan hesablaşma hesabına 540.183,98 manat pulun köçürülməsi ilə bağlı əməliyyatların aparılması barədə cədvəllər üzrə çıxarışa CD diskdə baxış keçirilmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən onun adına olan "xxxx" ASC-də olan hesablaşma hesabına xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə "xxxx" və "xxxx" mağazalarından kredit yolu ilə satılan mallara görə daxil olmuş pul vəsaitlərinin onun tərəfindən həmin kartdan çıxarılmış, habelə müxtəlif mağaza və ticarət, eləcə də xidmət göstərilən obyektlərdə ödənişləri aparılmışdır. Nəticədə Təqsirləndirilən şəxs 540.183,98 manat pulu israf etmişdir. CD diskdə olan bank əməliyyatlarına dair cədvəllər A4 formatına köçürülməklə disklə birlikdə cinayət işinə əlavə edilmişdir (cild 5, iş vərəqi 153-302; cild 6, iş vərəqi 1-144). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/3854 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-nin təsisçilərınin xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək alqı-satqı məqsədilə qoyduqları və götürdükləri pul vəsaiti üzrə kənarlaşma ümumilikdə 1.296.415,44 manat (1.047.521,34+252.233,60-3339,50) müəyyən edilir. Həmçinin təqdim olunmuş hesabdan çıxarışa əsasən müəyyən olunmuş 1.296.415,44 manat kənarlaşmanın 540.183,98 manat olan hissəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə "xxxx" ASC tərəfindən tərtib edilmiş Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan hesablaşma hesabında öz əksini tapmış və həmin pul vəsaiti təyinatı üzrə deyil, digər məqsədlərə xərclənmişdir. Aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat təşkil edir (cild 5, iş vərəqi 145-152). İşdə olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-nin təsis edilməsi haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, qeyd edilən MMC Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən həmin tarixdə təsis edilmişdir (cild 6, iş vərəqi 229). İşdə olan və məhkəmədə tədqiq edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/5541 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək alqı-satqı məqsədilə qoyduqları və götürdükləri pul vəsaiti üzrə kənarlaşma ümumilikdə 1.296.415,44 manat (1.047.521,34+252.233,60-3339,50) müəyyən edilir. Həmçinin təqdim olunmuş hesabdan çıxarışa əsasən müəyyən olunmuş 1.296.415,44 manat kənarlaşmanın 540.183,98 manat olan hissəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə "xxxx" ASC tərəfindən tərtib edilmiş Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan hesablaşma hesabında öz əksini tapmış və həmin göstərilən pul vəsaiti təyinatı üzrə deyil digər məqsədlərə xərclənmişdir. Bundan başqa iş materiallarında olan kassa mədaxil sənədlərinə əsasən müəyyən olunmuş 1.296.415,44 manat kənarlaşmanın 898.361,00 manat (mebel malları üzrə 175.010,00 manat, elektronika malları üzrə 723.351,00 manat) olan hissəsi "xxxx" MMCnin hesabına köçürülməsi müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat təşkil edir (cild 6, iş vərəqi 257-267). İşdə olan sənədlərin surətindən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Heydərova Aylin, xx.xx.2014cü il təvəllüdlü Heydərova Ayan adlı övladları vardır. ünvan 7 ünvanında yaşayır. Həmin ünvanda yaşadığı müddət ərzində sakinlərlə yaxşı münasibətdə olmuş, nümayəndəliyə onun haqqında sakinlər tərəfindən yazılı və şifahi heç bir şikayət daxil olmamışdır (cild 6, iş vərəqi 273-274; cild 12, iş vərəqi 1-2). İşdə olan və məhkəmədə tədqiq edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/7553 nömrəli rəyindən görünür ki, elektronika malları üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövründə "xxxx" MMC tərəfindən alıcılıra satış dəyəri 5.005.570 manat dəyərində mallar təqdim olunmuşdur. Təqdim olunan malların maya dəyəri müəssisənin daxili sənədləri əsasında 3.201.377,49 manat müəyyən edilmişdir. Fəaliyyət dövrü ərzində müəssisənin müxtəlif xərcləri olmuşdur. Bu xərclər əmək haqqı, icarə və inzibati xərclərdən ibarət olmaqla xərclərin ümumi dəyəri 637.506,13 manat olmuşdur. Nəticədə müəssisənin gəlir və xərclərinin təhlil edilməsi nəticəsində 1.166.686,78 manat (5.005.570,40-3.201.377,49- 637.506,13=1.166.686,78) mənfəət yaranmışdır. Təqsirləndirilən şəxs tərəfindən metronun “Neftçilər” stansiyası yaxınlığında icarəyə götürülmüş elektronika mallarının kredit yolu ilə satışı üçün "xxxx" mağazasından xx.xx.2017-ci il tarixdən 11 iyul 2018-ci il tarixədək olan müddət ərzində 307.744,43 manat məbləğində pul vəsaitinin kənarlaşdırılması müəyyən olunur. O cümlədən: xx.xx.2017-ci il---------------- 26.820,19 manat; xx.xx.2018-ci il---------------- 13.340,44 manat; xx.xx.2018-ci il---------------- 7116,17 manat; xx.xx.2018-ci il---------------- 47.205,80 manat; xx.xx.2018-ci il---------------- 56.386,59 manat; xx.xx.2018-ci il---------------- 64.819,66 manat; 01.06,2018-ci il--------------- 92.055,58 manat; Cəmi: 307.744,43 manat Yuxarıda qeyd olunan dövrlərdə kassa məxaric sənədlərinə əsasən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən mənfəətdən götürülən pul vəsaiti 0,00 manat təşkidl edir. Yəni, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən, əldə olunmuş mənfəətdən heç bir pul vəsaiti götürülməmişdir. Aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat təşkil edir (cild 11 iş vərəqi 189-195). İşdə olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs təsis etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilmiş 1.296.415,44 manat hissəsindən və həmin məbləğdən Tural Heydəliyə məxsus "xxxx" ASC-nin “X35” kartına köçürülmüş pul məbləğindən verginin ödənillib-ödənilməməsinin yoxlanılmasından ötrü Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən keçirilmiş Səyyar vergi yoxlamasının "xxxx" MMC üzrə **********149804 və "xxxx" MMC üzrə **********149804 nömrəli aktlarından görünür ki: "xxxx" MMC üzrə səyyar vergi yoxlaması ilə hesablanma Mənfəət vergisi üzrə: Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi ixtisaslaşdırılmış mağazalarda elektrik və mebel mallarının pərakəndə satışı ilə məşğul olmuşdur. Müəssisə tərəfindən mənfəət vergisi bəyannamələri təqdim olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri və gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir və Vergi Məcəllsinin 105.1-ci maddəsinə əsasən müəssisənin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Bakı şəhər Xətai rayon prokurorluğunda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin istintaqı zamanı əldə edilmiş sənədlərə, həmçinin vergi ödəyicisin təsərrüfat subyektindən (obyektindən) götürülmüş sənədlərə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/3854 nömrəli ekspert rəyinə əsasən yoxlanılan dövrdə vergi ödəyicisinin mənfəət vergisinə cəlb olunmalı dövriyyəsi 2018-ci il üzrə 539544,07 manat, 2019-cu il üzrə 1841098,05 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədiyindən müəssisənin əldə etdiyi mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 67.14-ci və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) əsasən şərti rentabellik səviyyəsi 20 faiz götürülərək hesablanmışdır. 2018-ci il üçün hesablanmış 89924,01 manat mənfəətdən 20% dərəcə ilə 17984,80 manat mənfəət vergisi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən hesablanmış mənfəət vergisi məbləğinin 50%-i həcmində, yəni 8992,40 manat (17984,80 x 50%) maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. 2019-cu il üçün hesablanmış 306849,68 manat mənfəətdən 20% dərəcə ilə 61369,94 manat mənfəət vergisi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış mənfəət vergisi məbləğinin 50%-i həcmində, yəni 30684,97 manat (61369,94 x 50%) maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Beləliklə, yoxlama ilə əhatə olunan dövr üzrə ümumilikdə vergi ödəyicisi tərəfindən mənfəət vergisi üzrə büdcəyə ödənilməli olan vergi 79354,74 manat azaldılmışdır. 2021-ci ilin yanvar-iyul ayları üzrə əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyü yoxlanılarkən kənarlaşma aşkar olunmamışdır. Sadələşdirilmiş vergi üzrə: Yoxlama ilə əhatə olunan dövrdə əldə edilmiş sənədlərə əsasən cəmiyyətin 2018-ci ilin 3 rübü üzrə dövriyyəsinin 308546,0 manat (avqust 158533,0+sentyabr 150013,0) olduğu və ödəyici tərəfindən həmin dövr üzrə dövriyyə göstərilmədiyindən sadələşdirilmiş vergi üzrə yayındırılmış 12341,84 manat əsas vergi, 6170,92 manat maliyyə sanksiyası hesablanmalıdır. Eyni zamanda Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən ardıcıl 12 aylıq dövr ərzində müəssisə tərəfindən aparılan əməliyyatların həcmi 200000 manatdan artıq olduğu üçün cəmiyyətin xx.xx.2018-ci il tarixdən məcburi ƏDV qeydiyyatına alınmalı oldğunu nəzərə alaraq, vergi ödəyicisi tərəfindən hesablanmış 2018-ci ilin İV rübü üzrə 823,56 manat, 2019-cu il 1-ci rübü üzrə müvafiq olaraq 620,24 manat, 2-ci rübü üzrə 702,48 manat, 3-cü rübü üzrə 886,68 manat, 2020-ci ilin 1-ci rübü üzrə 41,92 manat, 2-ci rübü üzrə 17,17 manat və 4-cü rübü üzrə müvafiq olaraq 7778,49 manat sadələşdirilmiş vergi məbləğinin azaldılması təklif olunmuşdur. Əlavə dəyər vergisi üzrə; Müəssisə xx.xx.2021-ci il tarixdən məcburi ƏDV qeydiyyatına qoyulmuşdur. Lakin yoxlama zamanı müəssisənin xx.xx.2018-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata durmağa və həmin tarixdən ƏDV-nin hesablanmasına dair öhdəliyin yaranması müəyyən edilmişdir. Bu səbəbdən yoxlama ilə ƏDV-si 2018-ci ilin oktyabr və 2019-cu ilin noyabr ayları üzrə hesablanmışdır. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən “Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200000 manatdan artıq olan (bu Məcəllənin 218.1.1.1-ci və 218.1.1.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur”. Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200000 manatdan artıq olduqda ƏDV məqsədləri üçün qeydiyyat növbəti ayın birinci qünündən qüvvəyə minir. Belə ki, yoxlama ilə müəyyən edildiyi kimi, müəssisənin 2018-ci ilin avqust və sentyabr aylarında dövriyyə 200000 manatdan artıq təşkil edildiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1-ci və 157.3.1-ci maddələrinə uyğun olaraq ƏDV məqsədləri üçün qeydiyyatı xx.xx.2018-ci il tarixdən qüvvəyə minməli olduğu müəyyən edilmişdir. Yuxanda qeyd edildiyi kimi, hazırkı yoxlama ilə vergilər, o cümlədən əlavə dəyər vergisi müəssisədən götürülmüş malların təqdim edilməsini əks etdirən sənədlərə, həmçinin ekspert tərəfindən verilmiş rəyə əsasən hesablanmışdır. 2018-ci oktyabr-dekabr ayları üzrə dövriyyənin 539544,07 manat (ƏDV-siz) olduğunu və ödəyici tərəfindən ƏDV bəyannamələrinin təqdim edilmədiyini nəzərə alaraq büdcəyə əlavə hesablanmalı olan ƏDV 97117,93 manat təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmı əlavə dəyər vergisi məbləğinin 50%-i həcmində, yəni 48558,97 manat (97117,93 x 50%) maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. 2019-cu il üzrə vergi tutulan dövriyyə 1841098,05 manat (ƏDV-siz) olduğu və 2019cu il üzrə idxal olunmuş əməliyyatlara görə ödənilmiş 76011,32 manat əvəzləşdirilməli ƏDV nəzərə alınaraq büdcəyə əlavə olaraq 255386,33 manat ƏDV hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış əlavə dəyər vergisi məbləğinin 50%-i həcmində, yəni 127693,16 manat (255386,33 x 50%) maliyyə sanksiyası tətbiq edilməsi təklif təklif olunmuşdur. "xxxx" MMC üzrə səyyar vergi yoxlaması ilə hesablanma Mənfəət vergisi üzrə; Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi ixtisaslaşdırılmış mağazalarda elektrik və mebel mallarının pərakəndə satışı ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri və gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir və Məcəllənin 105.1-ci maddəsinə əsasən müəssisənin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Bakı şəhər Xətai rayon prokurorluğu tərəfindən xx.xx.2021-ci il tarixli, **********108400 saylı məktubla vergi ödəyicisin obyektindən götürülmüş sənədlərə və məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021ci il tarixli 9/3854 rəyinə əsasən hesablanmalı olan vergilərin hesablanmasını tələb edilmişdir. 2019-cu il vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olmasını və satış dövriyyəsindən səyyar yoxlama ilə sadələşdirilmiş verginin bəyannamələrində nəzərə alındığından ödəyici tərəfindən hesablanmış 1075,13 manat mənfəət vergisinin azaldılmasını, təqdim olunmuş məlumatlara əsasən yoxlanılan dövrdə vergi ödəyicisinin mənfəət vergisinə cəlb olunmalı dövriyyəsinin 2020-ci il üzrə 472668,64 manat olmuş, lakin bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı xərcləri təsdiq edən rəsmi sənədlər yoxlamaya təqdim edilmədiyindən müəssisənin əldə etdiyi mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Yoxlama zamanı vergiyə cəlb edilən mənfəəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-cİ il tarixli, 55 saylı və xx.xx.2003-cü il tarixli, 42 saylı Qərarlarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır: 2020-ci il üçün hesablanmış 78778,11 manat mənfəətdən 20% dərəcə ilə 15775,62 manat mənfəət vergisinin və ödəyici tərəfindən hesabalanmış 10509,92 manat mənfəət vergisi nəzərə alınmaqla, 5245,7 manat (15775,62-10509,92) əsas vergi, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış məbləğin 50%-i həcmində, yəni 2622,85 manat (15775,62 x 50%) maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Əlavə dəyər vergisi üzrə; Yoxlama ilə əhatə olunan dövrdə təqdim olunmuş məlumatlara əsasən cəmiyyətin xx.xx.2020-ci il tarixdən məcburi ƏDV qeydiyyatına alınmalı olduğunu və 2020-ci fevraldekabr ayları üzrə dövriyyənin 472668,64 manat olduğunu, 2020-ci il üzrə ƏDV-si 27362,14 manat olan idxal əməliyyatlarının olduğunu və ödəyici tərəfindən ƏDV bəyannamələrinin təqdim edilmədiyini nəzərə alaraq büdcəyə hesablanmalı olan 57718,23 manat əsas vergi, 32565,69 manat maliyyə sanksiyasının, 2021-ci il üzrə dövriyyənin 343207,63 manat olduğunu, 2021-ci il üzrə ƏDV-si 8688,43 manat olan idxal əməliyyatının olduğunu və ödəyici tərəfindən 1489,33 manat azalma hesablandığını nəzərə alaraq büdcəyə hesablanmalı olan 54585,22 manat əsas vergi, 27292,62 manat maliyyə sanksiyası olmaqla ümumilikdə ƏDV üzrə vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmalı vergi 112303,45 manat əsas vergi, Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 59858,31 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Sadələşdirilmiş vergi üzrə: Yoxlama ilə əhatə olunan dövrdə təqdim olunmuş məlumatlara əsasən cəmiyyətin 2019-cu il 4-cü rübü üzrə dövriyyəsinin 164008,0 manat (noyabr 61171,0+dekabr 102837,0) olduğu və ödəyici tərəfindən həmin dövr üzrə dövriyyə göstərilmədiyindən sadələşdirilmiş vergi üzrə yayındırılmış 3280,16 manat əsas vergi, 1640,08 manat maliyyə sanksiyasının, 2020-ci 1-ci rübü üzrə dövriyyənin 68307 manat olduğunu ödəyici tərəfindən 445,78 manat əsas vergi hesablanmasını nəzərə alaraq sadələşdirilmiş vergi üzrə yayındırılmış 920,36 manat əsas vergi, 460,18 manat maliyyə sanksiyasının hesablanması və Vergi Məcəlləsinin 157.3.1-maddəsinə əsasən ardıcıl 12 aylıq dövr ərzində əməliyyatların həcminin 200000 manatdan artıq olduğundan cəmiyyətin xx.xx.2020-ci il tarixdən məcburi ƏDV qeydiyyatına alınmalı olğunu nəzərə alaraq ödəyici tərəfindən hesablanmış 2020-ci il İV rüb üzrə 389,32 manat, 2021-ci il İ rüb üzrə 2257,7 manat sadələşdirilmiş vergi məbləğinin azaldılması təklif olunmuşdur. Beləliklə, "xxxx" MMC-yə mənfəət vergisi üzrə 4170,57 manat əsas vergi olmaqla 2622,85 manat maliyyə sanksiyası, sadələşdirilmiş vergi üzrə 1553,5 manat əsas vergi olmaqla 2100,26 manat maliyyə sanksiyası, ƏDV üzrə 112303,45 manat əsas vergi olmaqla 59858,31 manat maliyyə sanksiyası, hesabatları və arayışları vaxtında təqdim etmədiyinə görə 720 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Beləliklə, "xxxx" MMC-yə mənfəət vergisi üzrə 79354,73 manat əsas vergi olmaqla 39677,37 manat maliyyə sanksiyası, sadələşdirilmiş vergi üzrə 1471,3 manat əsas vergi olmaqla 6170,92 manat maliyyə sanksiyası, ƏDV üzrə 352504,25 manat əsas vergi olmaqla 176252.13 manat maliyyə sanksiyası, hesabatları və arayışları vaxtında təqdim etmədiyinə görə 1080 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur (cild 11, iş vərəqi 128-173). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/7746 nömrəli rəyindən görünür ki, "xxxx" MMC üzrə 25 oktyabr 2021-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə hesablanmış, 2018-2019-cu illər üzrə 79.354,74 manat məbləğində (17.984,80+61.369,94) mənfəət vergisinin, 2018-ci il üzrə 12.341,84 manat məbləğində sadələşdirilmiş verginin, 2018-2019-cu illər üzrə 352.504,25 manat məbləğində əlavə dəyər vergisinin (qeydiyyatsız) az hesablanması, 2018-2020-ci illər üzrə 10.870,54 (823,56+2209,40+7837,58) manat məbləğində sadələşdirilmiş verginin artıq hesablanması, MÖMV, MDSS və İSİTSH-in 0,06 manat məbləğində artıq hesablanması müəyyən olmaqla, ümumilikdə 433.330,23 manat məbləğində borcunun ödənilmədiyi müəyyən olunur. "xxxx" MMC üzrə 25 oktyabr 2021-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə hesablanmış, 2020-ci il üzrə 5245,70 manat məbləğində mənfəət vergisinin, 1553,50 manat məbləğində sadələşdirilmiş verginin, 112,303,45 manat məbləğində əlavə dəyər vergisinin az hesablanması, 2019-cu il üzrə mənfəət vergisinirn 1075,13 manat məbləğində, MÖMV, MDSS və İSİTSH-in 0,18 manat məbləğində artıq hesablanması müəyyən olmaqla, ümumilikdə 118.027,34 manat məbləğində borcunun ödənilmədiyi müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat təşkil edir (cild 11, iş vərəqi 198-202). İşdə olan notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın bir qismi, yəni 150.000 AZN ona Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir (cild 12, iş vərəqi 64). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-də olan hesablaşma hesabında olan 540.183,98 manat pulu israf etməsi barədə bank çıxarışları, "xxxx" MMC-nin mağazasında ümumi istifadədə olmuş telefon SMS-nə əsasən müxtəlif alış-veriş mərkəzlərində, eləcə də xarici ölkələrdə bank kartından müştərilərin ödədikləri pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən xərcləməsinə dair bank çıxarışları, Təqsirləndirilən şəxs tərəfindən təsis edilmiş "xxxx" MMC-nin hesabına "xxxx" MMC ilə bağlanmış müqavilələr əsasında müştərilər tərəfindən pul vəsaitlərinin ödənilməsinə dair çeklərin çıxarışları və "xxxx" MMC və "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı xərc sənədləri maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi qərara alınmışdır (cild 11, iş vərəqi 203-264).

Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş zərərçəkmiş şəxslərə və şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi, o cümlədən ona verilmiş ittihamı mübahiələndirdiyi hallarla bağlı qeyd etdiyi xüsusatlar məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsərin, şahidlərin ifadələri, eləcə də iş üzrə keçirilmiş çoxsaylı ekspertiza rəyləri, audit rəyi, vergi yoxlaması aktı və işin digər materialları ilə tam təkzib olunduğu üçün məhkəmə təqsirləndirilən şəxsin ifadəsini ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda göstərilən sübutları geniş şəkildə təhlil edib birbiri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd edilən cinayət əməllərini törətməsi cinayət işi üzə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 213.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli, ona həmin maddələrlə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsinin “Qeyd” hissəsinə görə, bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcələsinin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İşdə olan DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Cinayət Məcələsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək, hər ay qazancının iyirmi faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir (cild 4, iş vərəqi 14; cild 6, iş vərəqi 230- 239). Məhkəmənin sorğusuna əsasən Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 21-1/3-9131 saylı məktubdan görünür ki, Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndi Təqsirləndirilən şəxs barədə tətbiq olunmuş və o, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzadan azad edildiyi vaxtdan bir ildən çox vaxt keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növü təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, ailə vəziyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 179.4 və 213.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 179.4-cü maddəsinin sanksiyasında on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 213.3cü maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq xüsusilə ağır və az ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 46.1-ci maddəsində deyilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi bir ildən üç ilədək müddətə təyin edilir. Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər vəzifə cinayətləri ilə bağlı olduğundan məhkəmə hesab edir ki, ona müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəza növü əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan, məhkəmənin və prokurorun qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən barəsində 18 mart 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 mart 2021-ci il tarixdən hesablanmış, 10 noyabr 2021-ci il tarixdə Xətai rayon prokurorunun müavini tərəfindən qəbul edilmiş qərara əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanması müddətinin uzadılmasına dair müstəntiq tərəfindən vəsatət verilmədiyinə görə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarına əsasən 06 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 3, iş vərəqi 135, 185-187; cild 6, iş vərəqi 154-159; cild 11, iş vərəqi 112-118; cild 12, iş vərəqi 66-71). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə saxlandığı 6 (altı) ay 23 (iyirmi üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı 06 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-də olan hesablaşma hesabında olan 540.183,98 manat pulu israf etməsi barədə bank çıxarışları, "xxxx" MMCnin mağazasında ümumi istifadədə olmuş telefon SMS-nə əsasən müxtəlif alış-veriş mərkəzlərində, eləcə də xarici ölkələrdə bank kartından müştərilərin ödədikləri pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən xərcləməsinə dair bank çıxarışları, Təqsirləndirilən şəxs tərəfindən təsis edilmiş "xxxx" MMC-nin hesabına "xxxx" MMC ilə bağlanmış müqavilələr əsasında müştərilər tərəfindən pul vəsaitlərinin ödənilməsinə dair çeklərin çıxarışları və "xxxx" MMC və "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı xərc sənədləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 800 (səkkiz yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmədək icraat zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 20 aprel 2021-ci il tarixdə, Zərərçəkmiş şəxs1 isə 21 aprel 2021-ci il tarixdə ibtidai istintaq orqanına ərizə təqdim edərək onların mülki iddiaçı qismində tanınmaları barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə verilmiş tarixlərdə həmin zərərçəkmiş şəxslər müstəntiqin qərarları ilə mülki iddiaçı qismində tanınmışlar. Məhkəmənin 23 dekabr 2021-ci ildə baş tutmuş hazırlıq iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi məhkəməyə mülki iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 551.357,57 (beş yüz əlli bir min üç yüz əlli yeddi manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, hazırlıq iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilən mülki iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsini müzakirə edərək onu icraata qəbul etmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185 və 354-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməli, hökmdə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi və ya iddianın rədd edilməsi, yaxud iddianın baxılmamış saxlanması barədə qərarlardan birini qəbul etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 20 və 21 aprel 2021-ci il tarixli ərizələrini nəzərdən keçirərək müəyyən edir ki, həmin ərizələrdə zərərçəkmiş şəxslərin tələblərinin nədən ibarət olduğu və kimə yöləldiyi konkret olaraq göstərilməmişdir. Bundan başqa dövlət rüsumunun ödənilməsi barədə qəbzlər həmin zərərçəkmiş şəxslərin ərizələrinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd mülki iddia ərizəsinə əlavə edilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185ci maddəsinə əsasən mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iddia ərizələri mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyinə, habelə dövlət rüsumunun ödənilməsi barədə qəbzlər ərizələrə əlavə edilmədiyinə görə onların tələbləri baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Ona görə də, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 оğluna mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, eləcə də zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək bu hissədə də yekun hüquqi nətiəcəyə gəlmişdir. Qeyd olunan mülki iddia ilə bağlı məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 551.357,57 (beş yüz əlli bir min üç yüz əlli yeddi manat əlli yeddi qəpik) manat məbləğində maddi zərər vurması işin mübahisəsiz halıdır və bu, məhkəmə istintaqı zamanı da tam sübuta yetirilmişdir. Ona görə də zərərçəkmiş hüquqi şəxsin maddi ziyan tələbini əsaslı hesab edir. Bu səbəbdən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maddi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı mülki iddiası təmin edilməli və Təqsirləndirilən şəxs 551.357,57 (beş yüz əlli bir min üç yüz əlli yeddi manat əlli yeddi qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 213.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 179.4-cü maddəsilə Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 213.3-cü maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq və toplanmış əlavə cəzanı toplanmış əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 6 (altı) ay 23 (iyirmi üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 10 (on) il 5 (beş) ay 7 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mülki iddiası təmin edilsin. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 551.357,57 (beş yüz əlli bir min üç yüz əlli yeddi manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 vermiş olduğu mülki iddia tələbi baxılmamış saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 vermiş olduğu mülki iddia tələbi baxılmamış saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 оğluna mülki mühakimə icraatı qaydasında sonradan mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə maddi sübutlar - xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-də olan hesablaşma hesabında olan 540.183,98 manat pulu israf etməsi barədə bank çıxarışları, "xxxx" MMC-nin mağazasında ümumi istifadədə olmuş telefon SMS-nə əsasən müxtəlif alış-veriş mərkəzlərində, eləcə də xarici ölkələrdə bank kartından müştərilərin ödədikləri pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən xərcləməsinə dair bank çıxarışları, Təqsirləndirilən şəxs tərəfindən təsis edilmiş "xxxx" MMC-nin hesabına "xxxx" MMC ilə bağlanmış müqavilələr əsasında müştərilər tərəfindən pul vəsaitlərinin ödənilməsinə dair çeklərin çıxarışları və "xxxx" MMC və "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı xərc sənədləri cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 800 (səkkiz yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar