Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-81/2024 22.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 və X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs2 Elburus qızı, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4 nümayəndəsi (order və etibarnamə əsasında) – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1971-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və üzərində ödənilməmiş məhkumluğu olan, Cəlilabad rayonu, Şabanlı kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, “AAF” yaşayış parkı, ev 2, mənzil 52-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə oğlu Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs4 külçə qızıl və zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs4 2019-cu ilin iyun ayının 29-dan 2020-ci ilin yanvar ayının 1-dək olan müddət ərzində Bakı şəhəri, Səbail və Nərimanov rayonları ərazisində hissəhissə olmaqla, vahid niyyətlə əhatə olunmuş qəsdlə cəmi 161.649 manat 16 qəpik məbləğində nağd pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə oğlu Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs9 külçə qızıl və zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla 2019-cu ilin oktyabr ayının 2-də Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən “Planet” tədris mərkəzində 17.000 manat məbləğində nağd pul almış, həmin pulun 5.000 manatını Zərərçəkmiş şəxs9 qaytarsa da, qalan 12.000 manat pulu ələ keçirməklə Zərərçəkmiş şəxs9 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə oğlu Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 külçə qızıl və zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla tanışı Zərərçəkmiş şəxs1 Binadar oğlunun vasitəsi ilə 2019-cu ilin noyabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa” şəhərciyində yerləşən yeni yaşayış massivindəki evdə 6.000 manat məbləğində nağd pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə oğlu Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 külçə qızıl və zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə 2019-cu ilin dekabr ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən “Planet” tədris mərkəzində 8.000 manat məbləğində nağd pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə oğlu Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 külçə qızıl və zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla 2019-cu ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, F.X.Xoyski küçəsində yerləşən “Gənclik” metro stansiyasının yaxınlığında 7.000 manat məbləğində nağd pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə oğlu Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 külçə qızıl və zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla 2019-cu ilin avqust-dekabr aylarında Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən “Planet” tədris mərkəzində hissə-hissə olmaqla, cəmi 52.000 manat məbləğində nağd pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə oğlu Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs10 külçə qızıl və zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla, hissə-hissə olmaqla, yəni 2020-ci ilin yanvar ayının 9-da 10.000 manat, 11 yanvar 2020-ci ildə 6.000 manat və 13 yanvar 2020-ci il tarixdə isə 1.000 manat, cəmi 17.000 manat məbləğində nağd pulu Bakı şəhəri, ünvan 4 ünvanının qarşısında aldıqdan sonra həmin məbləğin 10.000 manatını Zərərçəkmiş şəxs10 qaytarsa da, 7.000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs10 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə oğlu Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 Elburus qızına bank və lombardlardan ucuz qiymətə qızıl-zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla, 23 yanvar 2020-ci ildə ünvan 5 ünvanında yerləşən “X19” restoranında Zərərçəkmiş şəxs2 4.000 ABŞ dolları, milli pul vahidi ilə 6.280 manat məbləğində nağd pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 “İnvest Az” şirkətində işlədiyini, dünya maliyyə bazar və birjalarına pul vəsaiti yatıraraq hər ay əlavə əldə olunacaq qazancdan sonuncuya verəcəyinə dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs8 Abşeron rayonu, Xırdalan şəhəri, M.Rəsulzadə küçəsində yerləşən "xxxx" MTK-nın binasında icarəyə götürdüyü “Mira” gözəllik salonunda 12 noyabr 2021-ci il tarixdə 8.500 manat məbləğində nağd pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 “İnvest Az” şirkətində işlədiyini, dünya maliyyə bazar və birjalarına pul vəsaiti yatıraraq hər ay əlavə əldə ediləcək qazancdan ona verəcəyinə dair yalandan vəd verib aldatmaqla, sonuncudan Abşeron rayonu, Xırdalan şəhəri, M.Rəsulzadə küçəsində yerləşən "xxxx" MTK-nın binasında icarəyə götürdüyü “Mira” gözəllik salonunda hissə-hissə olmaqla, 25 oktyabr 2021-ci il tarixdə 1.000 manat, 27 oktyabr 2021-ci ildə 1.000 manat, 01 noyabr 2021-ci il tarixdə 2.500 manat, 04 noyabr 2021-ci il tarixdə 1.500 manat, 15 noyabr 2021-ci il tarixdə isə Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev 6A ünvanında yerləşən “Nərimanov” parkında 2.000 manat, 24 dekabr 2021-ci il tarixdə 2.500 manat, 25 dekabr 2021-ci il tarixdə 200 manat və 100 ABŞ dolları, milli pul vahidi ilə 170 manat, vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 10.870 manat məbləğində nağd pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər zərərçəkmiş şəxsləri ümumiyyətlə tanımamışdır. İbtidai istintaq zamanı onun oğlu Kəmaləddinin cinayət məsuliyyətinə cəlb edilməməsi üçün o, Kəmaləddinin törətdiyi bütün əməlləri öz üzərinə götürmüşdür. Belə ki, oğlu Kəmaləddin zərərçəkmiş şəxslərlə birlikdə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olsa da, onun bu məsələlərdən xəbəri olmamışdır. Bir müddət keçdikdən sonra oğlu Kəmaləddin ona mobil telefon vasitəsilə zəng edərək özünü öldürmək istədiyini ona bildirmişdir. O, bundan narahat olduğu üçün zərərçəkmiş şəxsləri icarəyə götürdüyü gözəllik salonuna dəvət etmişdir. O, zərərçəkmiş şəxslərlə söhbət edən zaman zərərçəkmiş şəxslər oğlu Kəmaləddin ilə birlikdə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduqlarını ona bildirmişlər. Bundan sona o, zərərçəkmiş şəxslərin onun oğlu Kəmaləddinə verdikləri pulu yavaş-yavaş zərərçəkmiş şəxslərə geri qaytaracağını bildirmişdir. Hətta o, bəzi zərərçəkmiş şəxslərin pulunun bir hissəsini də geri qaytarmışdır. Lakin o, heç bir zərərçəkmiş şəxsdən şəxsən pul almamış və zərərçəkmiş şəxslərə heç bir vəd verməmişdir. Onun qızıl-zinət əşyalarının alqı-satqısına heç bir aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə zərərçəkmiş şəxslərin və şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayətlərini törətməməsi, sonuncuların pullarını ələ keçirməməsi barədə vermiş olduğu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2012-ci ildə Təqsirləndirilən şəxs oğlu, yəni Kamal kimi tanıdığı şəxslə “Planet” tədris mərkəzinə gedərək orada ingilis dilini öyrənmişdir. Bir müddət sonra Kamal dərslərə gəlməməyə başlamışdır. Sonradan Kamal yenidən dərslərə qoşulduqda, dərsə gəlməməsini müxtəlif ölkələrdə olması ilə əlaqələndirmişdir. Kamalın hər gün müxtəlif bahalı restoranlarda olması, hərdən onu da həmin restoranlara dəvət etməsi onu şirnikləndirmiş və nəticədə Kamal onu aldatmışdır. O, müxtəlif vaxtlarda ümumilikdə 93.000 manat məbləğində pul vəsaitini Kamala və anası Telliyə vermişdir. Həmin pulu Telli və Kamal ondan birlikdə almışlar. O, Kamaldan və Tellidən öz pulunu istəmiş, əlavə xeyir istəməmişdir. O, pulunu tələb etdikdən sonra Telligil ona 21.000 manat məbləğində pul qaytarmışlar. Onun 73.000 manat məbləğində pul vəsaiti hələ də geri qaytarılmamışdır. Həmin 73.000 manat pulun 8.000 manatı Talehə, 7.000 manatı isə başqa bir tanışına məxsus olmuşdur. Telli və Kamal hazırda ona 52.000 manat məbləğində pul verməlidirlər. Ona görə də o, vurulmuş ziyanı, yəni ümumilikdə 52.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs və sonuncunun oğlu Kəmaləddindən tələb edir. Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq vurulmuş ziyan kimi 52.000 manat məbləğində pulun ona Təqsirləndirilən şəxs və Şahid6 tərəfindən qaytarılmasını və Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və sonuncunun oğlu Kəmaləddini digər Zərərçəkmiş şəxs4 vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs və oğlu Kəmaləddin ona qızıl alveri ilə məşğul olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs və oğlu Kəmaləddin onun və digər zərərçəkmiş şəxslərin qazanc əldə edəcəklərini bildirərək aldatmışlar. Belə ki, 24 noyabr 2019-cu ildə Kəmaləddin yanında Mehriban adlı xanımla ona yaxınlaşmışdır. O, həmin vaxt, yəni təxminən axşam saat 22:00 radələrində tanışları ilə birlikdə restoranda olmuşdur. Telli və bir nəfər kişi də, sonradan onun olduğu restorana gəlmişlər. O, Fərhad və Kəmaləddinlə birlikdə Tellinin oturduğu masaya yaxınlaşmış və Telligilə 60.000 manat pul vermişdir. Onlar həmin pulun bir ay sonra geri qaytarılması ilə bağlı razılığa gəlmişlər. Kəmaləddin və Telli 5.000 manat məbləğində pulu ondan əvvəlcədən istəmişlər. Telligil 60.000 manatın qarşılığında ona qazancla birlikdə 75.000 manat qaytarmalı olmuşlar. Telligillə müəyyən edilmiş müddət bitdiyi zaman ona “pulu götürməyin, əlavə qazancınız olacaq, 20 yanvar 2020-ci ildə sizin pulunuz qazancla bilikdə qayıdacaq” deyilmişdir. O, Kəmaləddinin ad günündə Kəmaləddinin yanındakı xanımın əlində qızıl külçə görmüşdür. Kəmaləddin hər bir cəhdlə onları inandırmağa çalışmışdır. O, 2020-ci ilin yanvar ayında Telligilə əlavə 4.000 ABŞ dolları vermişdir. Telligil onları yubadaraq, vaxt qazanmağa çalışdığından o, digər zərərçəkmiş şəxslərlə birlikdə Tellinin Nizami küçəsində icarəyə götürdüyü gözəllik salonuna getmişdir. Həmin gözəllik salonunda onlara hər gecikən günə görə əlavə olaraq 100 manat qazanacaqları bildirilmişdir. O, digər zərərçəkmiş şəxslərlə birlikdə narazılıq etdikdə, Telligilin polis kimi təqdim etdikləri bir nəfər şəxs onları qorxutmaq üçün Tellinin icarəyə götürdüyü gözəllik salonuna gəlmişdir. Bundan sonra onlar DİN-in 102 xidmətinə zəng edərək polis çağırmışlar. Ona vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq vurulmuş ziyan kimi 8.000 manat məbləğində pulun ona Təqsirləndirilən şəxs tərəfindən qaytarılmasını və Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs oğlu Kəmaləddini 2013-2014-cü illərdə “Planet” tədris mərkəzində ingilis dili və kompüter sahələri üzrə dərs aldığı zaman tanımışdır. Bundan sonra o, Kəmaləddini 2019-cu ildə görmüşdür. Kəmaləddin kursların fəaliyyət göstərdiyi binadakı otaqların birini icarəyə götürmüşdür. O, Kəmaləddinin xaraktercə ünsiyyətcil və insanlarla tez münasibət qurmağı bacaran insan olduğunu bildirmişdir. Kəmaləddin ona anası Telli ilə birlikdə Afrikadan və ərəb ölkələrindən qızılzinət əşyaları, qızıl külçə və qara brillyantı Azərbaycana gətirib satdıqlarını, bununla da yaxşı qazanc əldə etdiklərini demişdir. Kəmaləddin ona pul yatırım etməyi, yatırım etdiyi pula görə də qazanc əldə etməyi ona təklif etmişdir. O da, Kəmaləddinə fikirləşmək üçün vaxt istədiyini bildirmişdir. Bundan sonra o, Kəmaləddinə 02 oktyabr 2019-cu ildə 17.000 manat məbləğində pul vəsaiti vermişdir. Onunla Kəmaləddinin arasında olan razılaşmaya görə Kəmaləddinə verdiyi 17.000 manat məbləğində pul vəsaitinin üstündə, yəni əlavə olaraq Kəmaləddin ona 8.000 manat qazancı 20 yanvar 2020-ci il tarixdə verməli olmuşdur. Yəni həmin müddət başa çatdıqda, Kəmaləddin ona ümumilikdə 25.000 manat məbləğində pul verməli olmuşdur. Bu 25.000 manat məbləğində pul vəsaitinin 17.000 manatı əsas pul, 8.000 manatı isə qazanc olmalı idi. 2019-cu ilin dekabr ayında onun həyat yoldaşı Türkiyədə müalicə almalı olduğundan onun pula ehtiyacı yaranmışdır. O, Kəmaləddindən verdiyi 17.000 manat puldan 5.000 manat pulu geri istəmişdir. O, Kəmaləddindən istədiyi 5.000 manatı ona Təqsirləndirilən şəxs qaytarmışdır. Telli ona 5.000 manat pulu qaytardıqda, razılaşdıqları kimi yanvar ayının 20-də onun qalan pulunu, yəni 20.000 manat pulu qaytaracağını demişdir. Aralarında razılaşdırılmış müddət başa çatdıqda, o, Kəmaləddin və Tellidən pulunu tələb etməyə başlamışdır. Kəmaləddin ona problemləri həll edəcəyini, hər gecikən günə görə isə ona əlavə olaraq 100 manat verəcəyini demişdir. Sonradan Kəmaləddin onun telefon zənglərinə cavab verməmişdir. Bir dəfə də, Kəmaləddin anası Təqsirləndirilən şəxs ilə birlikdə onun yanına gələrək pulun özlərində olduğunu, pulun qazancla birlikdə geri qaytarılacağını demişdir. Sonradan Kəmaləddin və Telli nə pulu qaytarmışlar, nə qazanc vermişlər, nə də ki, onun zənglərinə cavab vermişlər. O da, məcbur olub 21 mart 2020-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı Polis bölməsinə Kəmaləddin və Tellinin barəsində şikayət edərək cinayət barədə məlumat vermişdir. Ona vurulmuş zərər hazıradək ödənilməmişdir. Zərərçəkmiş şəxs9 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq vurulmuş ziyan kimi 12.000 manat məbləğində pulun ona Təqsirləndirilən şəxs tərəfindən qaytarılmasını və Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, müəllimə işləyir. Yay aylarında isə tətil ilə əlaqədar müvəqqəti olaraq gözəllik salonunda işləyir. 2021-ci ilin iyul ayında müvəqqəti işləmək üçün Abşeron rayonu, Xırdalan şəhəri, M.Rəsulzadə küçəsində yerləşən «Mira» gözəllik salonuna işə düzəlmişdir. O, gözəllik salonunda işləyərkən Təqsirləndirilən şəxs qadın salonunun bir otağını icarəyə götürərək işləməyə başlamışdır. Salondakı iş yoldaşları Təqsirləndirilən şəxs pul vermişlər, Telli də, onun iş yoldaşlarına qazanc verəcəyini vəd etmişdir. Onun müdiri Səfurə xanım onlara bildirmişdir ki, “Telli neft-qaz alqı-satqısı ilə məşğul olur”. O, Tellini hər gün salonda görmüşdür. Buna görə də aralarında səmimi münasibət yaranmışdır. Tellinin oğlu Kəmaləddin də, hər axşam Tellinin yanına gələrək orada kompyuterdə işləmişdir. X24 xanıma 1.000 manat verərək bu pulun qazanc olduğunu bildirmişdir. O da, bunu görüb şirniklənmişdir. Bu məsələdən sonra o, Təqsirləndirilən şəxs inanmışdır. Telli onlara 1.000 manatın 10 gündən bir iki qat qazanc gətirəcəyini demişdir. O, Təqsirləndirilən şəxs ümumilikdə 8.000 manat vermişdir. O, həmin pulu hissə-hissə olmaqla, bir neçə dəfəyə Telliyə vermişdir. Sonradan o, Tellidən pulunu tələb etsə də, Telli müxtəlif bəhanələr gətirməyə başlamış, sonradan isə Telli onun pulunu qaytarmaqdan imtina etmişdir. O da, məcbur qalıb bu barədə polisə şikayət etmişdir. Hazıradək onun 8.000 manat pulu geri qaytarılmamışdır. Zərərçəkmiş şəxs7 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq vurulmuş ziyan kimi 8.000 manat məbləğində pulun ona Təqsirləndirilən şəxs tərəfindən qaytarılmasını və Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, əvvəlcə Təqsirləndirilən şəxs oğlu Kamalı tanımışdır. O, Kamalı tanışı Səbuhi vasitəsi ilə tanımışdır. Onlar Bakı Metropoliteninin “Gənclik” stansiyasının yaxınlığındakı ərazilərdə tez-tez görüşmüşlər. Həmin ərəfədə Səbuhi Kamal ilə birlikdə iş görmüşdür. O, Səbuhidən nə işi ilə məşğul olduğunu soruşduqda, Səbuhi ona Kamalın Afrikadan qızıl və zinət əşyalarını Azərbaycana gətirdiyini, həmin malları təkrar emal edib baha qiymətə satdığını demişdir. O, bunu eşidəndə Səbuhinin dediklərinə inanmamışdır. O, ixtisasca hüquqşünas olduğundan həmin şəxsin dələduz olduğunu düşünmüşdür. Lakin Səbuhi onunla razılaşmamışdır. X15 bir dəfə Səbuhinin pulunu artıqlaması ilə qaytardığını da bildirmişdir. Bir dəfə o, Səbuhidən xahiş etmişdir ki, Kamal və anası Telli ilə görüşən zaman onu da özü ilə aparsın. Yəni o, Kamal və Telli ilə görüşmək istəmişdir. Çünki o, Kamalgilin dələduz olduğunu düşünmüş və həmin şəxslərlə görüşərək buna əmin olmaq istəmişdir. Bir müddət sonra onda müəyyən miqdarda pul vəsaiti olmuşdur. Səbuhi ondan yığdığı pulu istəmiş və həmin pulu artıqlaması ilə ona qaytaracağına dair söz vermişdir. O da, bu söhbətə şirniklənmiş və 8.000 manat məbləğində pulu Telli, Kamal və Səbuhi ilə birlikdə görüşən zaman masanın üzərinə qoymuşdur. Həmin vaxt Kamal və anası Telli ona qızıl və brillyant gətirəcəklərini və daha sonra baha qiymətə sataraq onun pulunu əlavə pulla birlikdə geri qaytaracaqlarını vəd etmişlər. O, pulu masanın üstünə qoyduqdan sonra Kamal pulu götürmüşdür. Həmin vaxt Telli ona 1 aya 16.000 manat əldə edəcəyini demişdir. Bundan sonra o, Kamal və Tellini bir daha görməmişdir. Sonradan Telli onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq pulunu artıqlaması ilə geri qaytaracağını ona demişdir. O, həmçinin Tellinin evinə də getmişdur. Hər dəfə Tellinin qardaşı onları qarşılamış və ona narahatlığa heç bir əsas olmadığını bildirmişdir. Bir müddətdən sonra o, Səbuhi ilə birlikdə Kamal və Telli barədə şikayət etmişdir. Ona hazıradək 8.000 manat məbləğində pul qaytarılmamış və ona görə də o, həmin pulu Tellidən tələb edir. Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq vurulmuş ziyan kimi 8.000 manat məbləğində pulun ona Təqsirləndirilən şəxs tərəfindən qaytarılmasını və Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, onun gözəllik salonu olmuşdur. Həmin salonun bir otağı istifadədə olmadığından o, həmin otağı Təqsirləndirilən şəxs icarəyə vermişdir. Təqsirləndirilən şəxs bir müddət həmin otaqda işlədikdən sonra öz işlərini inkişaf etdirməsi üçün ondan borc istəmişdir. O da, Tellinin xahişi ilə sonuncuya 8.000 (səkkiz min) manat məbləğində pulu borc kimi vermişdir. Onun 8.000 manat pulu geri qaytarılmasa da, o, öz pulunu tələb etmir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs8 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq ona aid epizod üzrə Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs oğlu Kəmaləddin ilə 2019-cu ili iyun ayında iş yoldaşı DSMF-nin əməkdaşı olan X13 vasitəsi ilə tanış olmuşdur. Ona Telli və Kəmaləddinin qızıl biznesi ilə məşğul olduqlarını bildirmişlər. Kəmaləddinin əmisi və dayısı kimi qohumlarının da bu işlə məşğul olduqlarını bildirmişlər. O, Sadıqlı Elginə pul vermişdir. Ona Kəmaləddingilin “Moskva” Univermağında və “Mərkəzi” Univermaqda piştaxtaları, Heydər Əliyev prospekti 195 ünvanı ilə üzbəüz sexlərinin olduğu deyilmişdir. Həmçinin orada Kəmaləddingilin zərgərlərinin qızılı əridərək müəyyən formaya saldıqdan sonra həmin piştaxtalarında satdıqlarını da demişlər. Yəni ona yüksək gəlir təklif edilmiş və onun maaşı az olduğundan bu təklif onun diqqətini cəlb etmişdir. O, 29 iyunda Kəmaləddinə 10.000 ABŞ dolları, 05 iyulda 3.000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Ümumiyyətlə o, Kəmaləddinə 3 (üç) valyutada pul vermiş və həmin məbləğ ümumilikdə 203.000 manat təşkil etmişdir. O, 11.900 manatı “Milliön” ödəmə terminalı vasitəsilə Kəmaləddinin bank hesabına köçürmüşdür. 2.500 ABŞ dollarını da o, 30 iyulda Kəmaləddinin bank hesabına köçürmüşdür. 15.456 ABŞ dolları 53 senti 16 oktyabrda, 33.000 manatı isə o, 28 oktyabrda “Gənclik Mall” ticarət mərkəzində şəxsən Kəmaləddinə vermişdir. O, dəfələrlə öz kartını Kəmaləddinə vermiş, Kəmaləddin də, onun kartından pul çıxarmışdır. 18 noyabrda o, Kəmaləddinə 5.000 ABŞ dolları vermişdir. 24 noyabrda “Tbilisi” prospektində o, Kəmaləddin və Telli ilə görüşmüşdür. Həmin görüşə Telli başqa bir kişi ilə birlikdə gəlmişdir. Telli həmin kişinin öz qardaşı olduğunu bildirmişdir. Telli və həmin şəxs maşınla gəlmişlər və o, orada 55.000 manatı ağ rəngdə qablaşdırılmış bağlamada əlbəəl Telliyə vermişdir. 13 dekabrda saat 11:00 radələrində o, ayrı-ayrılıqda 2.000 manat, 200 manat, 700 manat, 4.035 avro məbləğində pul vəsaitini “Gənclik Mall” ticarət mərkəzində, “Bank Respublikanın” baş ofisində və “Caspian” ticarət mərkəzində ona məxsus bank kartından çəkmiş və bu barədə ona sms bildirişlər gəlmişdir. O, 17.000 manat məbləğində pul vəsaitini “X25” mərkəzinin girişində, 600 manat məbləğində pul vəsaitini bankın mobil tətbiqi vasitəsi ilə yeni il gecəsində vermişdir. Ona 10 oktyabrda 5.760 ABŞ dolları, 11 oktyabrda 8.810 ABŞ dolları, 15 oktyabrda 2.349,48 ABŞ dolları məbləğində pul vəsaiti gəlir kimi qaytarılmışdır. Kəmaləddin ona bu pul vəsaitlərini versə də, iki gün sonra həmin pulu yenidən geri almışdır. O, son məbləği 15 oktyabrda Kəmaləddinə vermiş və 16 oktyabrda, saat 16:45-də isə Kəmaləddin pulu geri götürmüşdür. Sonra onlar fevralın 5-də hesablaşmaq barədə razılığa gəlmişlər. Kəmaləddin ona yanvarda müştərilərin mal sifariş etdiklərini, lakin sonradan sifarişdən imtina etdiklərini demişdir. Onlar 04 fevralda “Kolorit” adlı kafedə, 05 fevralda isə Bakı Metropoliteninin “Sahil” stansiyasının çıxışında yerləşən “Boranı” restoranının ikinci mərtəbəsində görüşmüşlər. Kəmaləddin ona hər iki görüşdə narahat olmamağı, hər şeyin yaxşı olacağını demişdir. O və digər zərərçəkmiş şəxslər bezərək, Tellinin “Səməd Vurğun” küçəsində yerləşən gözəllik salonuna getmişlər və orada ilk dəfə Telligilin barəsində şikayət etmişlər. Ondan ümumilikdə 203.046,25 manat məbləğində pul alınmışdır. Həmin pulun bir hissəsi sonradan ona qaytarılsa da, hazırda ona qaytarılmalı olan pul vəsaiti 161.649,16 manat təşkil edir. Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq vurulmuş ziyan kimi 161.649,16 manat məbləğində pulun ona Təqsirləndirilən şəxs və sonncunun oğlu Şahid6 tərəfindən qaytarılmasını və hazırda təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, Kəmaləddini ilk dəfə Səbuhi adlı tanışının vasitəsilə tanımışdır. Lakin o, Kəmaləddini Kamal adı ilə tanımışdır. Kəmaləddin qızıl-zinət işi ilə məşğul olduğunu və pul yatırım edərək qızıl-zinət əşyalarından gəlir götürə biləcəyini ona demişdir. Bu səbəbdən də o, Kəmaləddinə 7.000 (yeddi min) manat vermişdir. Bir müddət onun Kəmaləddin ilə yaxşı münasibətləri olmuşdur. Onlar dəfələrlə tennis və futbol oynayaraq birlikdə vaxt keçirmişlər. Lakin müəyyən qədər vaxt keçdikdən sonra Kəmaləddin onun zənglərinə cavab verməməyə başlamışdır. Qısa müddət sonra isə Kəmaləddinin anası, yəni hazırda təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O da, Telli ilə razılaşaraq “Gənclik” metro stansiyasının yaxınlığında sonuncu ilə görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs yanında Kəmaləddinin 2 (iki) azyaşlı övladı da olmuşdur. Həmin görüşdə Təqsirləndirilən şəxs oğlu Kəmaləddinin ondan aldığı pulu özünün geri qaytaracağına dair söz vermişdir. Lakin Təqsirləndirilən şəxs görüşdən sonrakı 1 (bir) ay ərzində onun pulunu qaytarmamışdır. Bu səbəbdən o, Kəmaləddingilin yaşadığı Xırdalan şəhərindəki mənzilinə getmiş, lakin qapını açan olmamışdır. Daha sonra adını xatırlamadığı, özünü Təqsirləndirilən şəxs qohumu kimi təqdim edən şəxs də, ona pulu ödəyəcəyini bildirmiş, lakin ona heç bir ödəniş olunmamışdır. Bu səbəbdən də o, vurulmuş ziyanı, yəni 7.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs və sonuncunun oğlu Kəmaləddindən tələb edir. Zərərçəkmiş şəxs6 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq vurulmuş ziyan kimi 7.000 manat məbləğində pulun ona Təqsirləndirilən şəxs və sonncunun oğlu Şahid6 tərəfindən qaytarılmasını və hazırda təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Şahid6 və sonuncunun anası Tellini qohumu Səbuhi vasitəsi ilə 2019-cu ilin noyabr ayının ortalarında tanımışdır. Belə ki, yeznəsi Səbuhi ona 2019-cu ilin noyabr ayının ortalarında Kəmaləddin və Telli barədə məlumat verərək sonuncuların Afrikadan külçə qızıl külçə və qızıl əşyaları gətirərək Bakıda həmin əşyaların satışı ilə məşğul olduqlarını və bununla da yaxşı pul qazandıqlarını bildirmişdir. Səbuhi bu işə yatırım etmiş şəxslərə Kəmaləddingilin yüksək qazanc vəd etdiklərini ona demişdir. Bu məqsədlə Səbuhi ona Kəmaləddin və Telliyə 100.000 manat məbləğində pul vermək istədiyini, Telli və Kəmaləddinin də bu pula görə əlavə 50.000 manat qazanc verəcəklərini demişdir. Səbuhi bu barədə ona məlumat verərək onun da bu işə qoşula biləcəyini demişdir. O da, Səbuhin təklifini uğurlu təklif kimi qəbul edərək Səbuhiyə razılıq vermişdir. Bundan sonra o, özünə məxsus 6.000 manat məbləğində pul vəsaitini Səbuhinin evində Təqsirləndirilən şəxs yanında Səbuhiyə vermişdir. Səbuhi də, həmin pulu ondan alaraq Telliyə vermişdir. Telli oğlu Kəmaləddinlə birlikdə qızıl külçə gətirib Bakıda satacaqlarını və ona qazanc verəcəklərini bildirmişdir. O, Telli və Kəmaləddinə ümumilikdə 6.000 manat məbləğində pul versə də, sonradan ona nə pul qaytarılmış, nə də qazanc verilmişdir. Onun Səbuhiyə verdiyi pulu Səbuhi onun gözləri qarşısında şəxsən Təqsirləndirilən şəxs vermişdir. Telli pulu Səbuhidən götürərkən həmin pulun ona məxsus olduğunu bilmişdir. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəməmişdir. Bu səbəbdən də o, vurulmuş ziyanı, yəni 6.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs və sonuncunun oğlu Kəmaləddindən tələb edir. Zərərçəkmiş şəxs5 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq vurulmuş ziyan kimi 6.000 manat məbləğində pulun ona Təqsirləndirilən şəxs və sonncunun oğlu Şahid6 tərəfindən qaytarılmasını və hazırda təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və sonuncunun oğlu Kəmaləddini öz tanışı Gülnarənin ad günü mərasimində tanımışdır. O, Tellinin və Kəmaləddinin qızıl alveri ilə məşğul olmalarını Gülnarədən eşitmişdir. O, Telli ilə Kəmaləddinin “Mərkəzi” Univermaqda qızıl alış-verişi ilə məşğul olmaq üçün piştaxtalarının olduğunu və orada qızıl-zinət əşyaları satmaqla məşğul olduqlarını Gülnarədən öyrənmişdir. Gülnarə Təqsirləndirilən şəxs xarici dövlətdən brillyant və qızıl külçələri gətirdiyini, çoxlu sayda qızıl sexlərinin olduğunu bildirmişdir. Sonralar Telli və Kəmaləddin ona və Gülnarəyə “Mərkəzi” Univermaqdakı qızıl satdıqları piştaxtanı göstərərək orada kiçik qardaşı Təhmasib Adiyevin alver etdiyini bildirmişdir. Telli onlarla hər görüşəndə gəlirlərinin çox olduğunu və böyük işlərlə məşğul olduğunu, Telligillə işləmək istədiyi təqdirdə bu barədə Kəmaləddin və gəlini Mehriban ilə görüşüb danışmağı təklif etmişdir. Telli ona pul verməsini, həmin pulla xaricdən qızıl-zinət əşyaları gətirib satışını təşkil edəcəyini, əldə edilmiş qazancdan ona müəyyən miqdarda qazanc verəcəyini demişdir. O da, aldanaraq Telligilə pul vermək və bir müddətdən sonra qazanc əldə etmək qərarına gəlmişdir. Buna görə də o, 09 yanvar 2020-ci il tarixdə Kəmaləddinlə öz iş yerinin yaxınlığında görüşərək sonuncuya 10.000 manat vermişdir. Bundan sonra 11 yanvar 2022-ci il tarixdə o, iş yerində yenidən Kəmaləddinə 6.000 manat vermişdir. Yanvarın 13də isə o, iş yerində Kəmaləddinə yenidən 1.000 manat vermişdir. O, pulu verən zaman Telli orada iştirak etməmişdir. O, pulu Kəmaləddinə verdikdə, orada Tellinin iştirak etməsini istəmişdir. Telli isə hər dəfə başqa şəxslərlə görüşünün olduğunu bildirərək ora gəlməmişdir. Bu səbəbdən də o, pulları Kəmaləddinə verdikdə, Telli orada iştirak etməmişdir. Telli Aqşin adlı şəxsi qardaşı kimi təqdim etmiş və Aqşinin də bu işlə məşğul olduğunu bildirmişdir. Telli onun verdiyi 17.000 manat məbləğində pulun qarşılığında ona 1.000 manat qazanc verəcəyini demişdir. Lakin vəd verilmiş tarixdən xeyli müddət keçsə də, Telli ona hər hansı bir məbləğdə qazanc verməmişdir. Buna görə də o, qazancı düşünmədən Telli və Kəmaləddindən verdiyi pulu geri tələb etməyə başlamışdır. Lakin Telli və oğlu Kəmaləddin müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişlər. O, Tellinin onu aldatdığını başa düşmüşdür. Bu səbəbdən də o, tez-tez Telliyə zəng etməyə və pulunu Kəmaləddindən geri tələb etməyə başlamışdır. Telli ilə danışdığı zaman Telli ona Kəmaləddindən pul tələb etməməsini xahiş edərək bütün işlərlə özünün məşğul olduğunu, Kəmaləddinə verdiyi pulların Tellidə olduğunu demişdir. Buna görə də o, hər gün zəng edib pullarını Tellidən tələb etmişdir. Telli də, hər dəfə bir bəhanə gətirərək pulu verməkdən boyun qaçırmışdır. Telli gah hələ qızılların gəlmədiyini, gah qızılların yolda gecikdiyini, gah da bütün sifarişlərin eyni vaxtda gələcəyini deməklə hər dəfə işi yubatmışdır. Buna görə də o, Tellinin hərəkətlərindən şübhələnməyə başlamışdır. O, Telli ilə danışdıqda, artıq daha sərt formada Tellidən pullarını qaytarmasını tələb etmişdir. Hətta o, Telliyə sonuncu və oğlu Kəmaləddinin hərəkətlərindən polisə şikayət edəcəyini dedikdə, Telli ona demişdir ki, “get, hara şikayət edirsən et, sən onsuzda heç nə edə bilməyəcəksən, sənə pul qaytaran olmayacaq”. Xeyli səs-küydən sonra fevralın 5-də Telli oğlu Kəmaləddinlə birlikdə ona 10.000 manat qaytarmışdır. Lakin Telli və oğlu Kəmaləddin ona heç bir qazanc verməmişdir. Qazanc verməmələrini isə onun pulu tez geri tələb etməsi ilə əlaqələndirmişlər. Sonra isə Telli ona nəyinki qazanc vermiş, heç pulunun qalan hissəsini, yəni 7.000 manatı da geri qaytarmamışdır. O, xeyli müddət ərzində Telliyə zəng etsə də, Telli onun zənglərinə cavab verməmişdir. O da, məcbur olub Tellinin işlətməyə başladığı mağazasına getmişdir. 08 fevral 2020-ci il tarixdə Telli və oğlu Kəmaləddin yenə də pulu geri qaytarmaq üçün ondan vaxt istəmişlər. O, razı olmadıqda, Telli ona “get kimə istəyirsən şikayət et, pul yoxdur” demişdir. Bundan sonra o, Tellidən və sonuncunun gəlinindən polisə şikayət etmişdir. Kəmaləddin və Telli polisə onun verdiyi pulları “İnvest Az” və “Forex Az” birjasında oynamaq və bunun qarşılığında 30-40 faiz qazanc əldə etmək məqsədilə aldıqlarını bildirmişlər. Guya Telligil ondan aldıqları puldan qazanc əldə edəcəkləri halda həmin qazancın aralarında bölünəcəyi, əks halda isə pulun itirilməsinin məsuliyyətini onun daşıyacağına dair razılığa gəlmişlər. O, Telli və Kəmaləddin ilə belə bir razılığa gəlmədiklərini, bütün bunların yalan olduğunu bildirmişdir. O, pulu Telligilə qızılların sifariş edilməsi, həmin qızılların satışından əldə ediləcək gəlirdən müəyyən məbləğdə qazanc veriləcəyi üçün vermişdir. O, Təqsirləndirilən şəxs oğlu Kəmaləddinə ümumilikdə 17.000 manat pul vermiş, həmin pulun 10.000 manatı Telli tərəfindən ona geri qaytarılmışdır. Telli və Kəmaləddin hazıradək ona vurulmuş ziyanının 7.000 manat məbləğində olan hissəsini ödəməmişlər. Bu səbəbdən də o, vurulmuş ziyanı, yəni ümumilikdə 7.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs və sonuncunun oğlu Kəmaləddindən tələb edir. Zərərçəkmiş şəxs10 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq vurulmuş ziyan kimi 7.000 manat məbləğində pulun ona Təqsirləndirilən şəxs və sonncunun oğlu Şahid6 tərəfindən qaytarılmasını və hazırda təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı müstəntiqə vermiş olduğu ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs özünü ona və qardaşı Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan biri kimi təqdim etmişdir. X20 Telliyə müəyyən məbləğdə pul ödəmişdir. X20 Telliyə pul verərkən o, həmin vaxt orada olmadığı üçün pulun məbləğini bilmir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs və oğlu Kamal onun qardaşı Səbuhinin verdiyi pulu geri qaytarmamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs sonuncunun oğlu Kamal vasitəsilə tanımışdır. O, Xırdalan şəhərində yerləşən mağazada tikinti materiallarının satışı ilə məşğul olur. Həmçinin mağazanın yanında avtoyuma obyekti də var. O, Kamal ilə sonuncunun onun obyektinə gəlibgedərkən orada tanış olmuş və sonradan ünsiyyətləri yaranmışdır. Zərərçəkmiş şəxs4 ilə isə o, iş yoldaşı olduğu üçün uzun müddətdir ki, sonuncunu tanımışdır. Zərərçəkmiş şəxs4 qızıl-zinət əşyaları almaq istəmişdir. O da, Fərhada qızıl-zinət işi ilə məşğul olan bir tanışının olduğunu, həmin tanışı ilə əlaqə yaradaraq köməklik göstərə biləcəyini demişdir. O, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs oğlu Kamal arasında əlaqə saxlamaları üçün şərait yaratmışdır. Kamal ona bir neçə bizneslə məşğul olduğunu bildirmişdir. O özü də, Kamala bir neçə dəfə pul vermiş və Kamal onun verdiyi pulla iş görmüşdür. Lakin o, həmin işlərlə məşğul olmamış, sadəcə yatırım etmişdir. O, Kamala ödəniş etməsi üçün 2 (iki) dəfə Fərhaddan pul götürmüşdür. Lakin sonradan Fərhad ilə Kamal özləri bir-biriləri ilə əlaqə saxlayaraq görüşmüşlər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hazırda onun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar cinayət işinin istintaqı aparılır. Onun və anası Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Nərimanov Rayon Polis İdarəsində araşdırma başlamamışdan əvvəl 3 (üç) Polis bölməsində bununla bağlı araşdırma aparılmışdır. O, həmin Polis bölmələrində ifadə vermiş, orada şahidlər də dindirilmişlər. O, belə hesab edir ki, hər üç Polis bölməsində dələduzluqla bağlı düzgün araşdırma aparılmamışdır. Anası Təqsirləndirilən şəxs qeyd edilən ittihama heç bir aidiyyəti yoxdur. Belə ki, anasının barəsində olan cinayət işi üzrə bütün maliyyə əməliyyatlarını o, şəxsən aparmışdır. Bank hesabları və anten məlumatları təhlil edilsə, bütün maliyyə əməliyyatlarının onun tərəfindən aparıldığı məlum olacaq. Zərərçəkmiş şəxs4 onunla Elgin Sadıqlı tanış etmişdir. X22 Əhmədova onun “İnvest Az” elektron platforması vasitəsilə sərmayə yatırdığını söyləmişdir. Zərərçəkmiş şəxs4 isə öz növbəsində maliyyə dəstəyini təmin etmək məqsədilə sərmayə prosesinə müxtəlif insanları cəlb edəcəyini və əldə edəcəyi qazancdan faiz götürəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs4la onun arasında olan bütün yazışmalar, audioyazılar və sənədlər disk şəklində onun tərəfindən istintaq orqanına təqdim edilmişdir. Onunla Zərərçəkmiş şəxs4 arasında girova əsaslanan qeyri-rəsmi müqavilələr də imzalanmışdır. Sərmayə prosesinə cəlb edilmiş olan pul kütləsini dövriyyəyə Zərərçəkmiş şəxs4 buraxmışdır. Bu pullar isə Zərərçəkmiş şəxs4 prosesə cəlb etdiyi şəxslərə aid olan, yəni Fərhadın pul aldığı şəxslərdir. Həmin şəxslər də hazırkı iş zərərçəkmiş şəxs qismində çıxış edirlər. O, həmçinin bildirmişir ki, Zərərçəkmiş şəxs4 həmin zərərçəkmiş şəxslərdən pulları alaraq ona təhvil vermişdir. Fərhad ona həmin pulların dövriyyəsi nəticəsində Fərhada qazanc verilməsi, eyni zamanda digər şəxslərin də qazanclarından pay verilməsi şərtini qoymuşdur. Zərərçəkmiş şəxs4 ona pulları ancaq öz iş yerində vermişdir. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4 ona pul verməsinin və digər proseslərin şahidi olmuşdur. O, hətta istintaqa Zərərçəkmiş şəxs1la birgə pul saydığı anı özündə əks etdirən videoyazını da təqdim etmiş, lakin Zərərçəkmiş şəxs1 ifadəsində hər şeydən xəbərsiz olduğunu söyləmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs4 bank hesabında qeyd edilən məbləğlə onun istintaqa təqdim etmiş olduğu videoyazıda öz əksini tapmış olan pulların məbləği təxminən eyni olduğundan məhkəmədən Zərərçəkmiş şəxs4 bank hesablarından çıxarışı əldə edərək təhlil edilməsini xahiş etmişdir. O, pulları yatıranda konkret sahəyə deyil, 5-6 sahəyə birdən yatırmışdır. O, Zərərçəkmiş şəxs1 hətta Zərərçəkmiş şəxs4 da, əvvəl tanımışdır. Səbuhi onun bu qədər pulu dövriyyədə işlədib qazanc əldə etdiyini gördükdə, özünə məxsus olan 70.000 (yetmiş min) manatlıq evi 40.000 (qırx min) manata satmasını ona təklif etmişdir. Səbuhi ona həmin evin sənədlərinin olmadığını, üç aydan sonra bələdiyyə orqanlarının həmin evə dair sənəd verəcəyini bildirmişdir. Hətta Zərərçəkmiş şəxs1 ona həmin evə dair əlyazma ilə bir sənəd də yaza biləcəyini söyləmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 ona anasından ayrı bir evdə, kirayədə qaldığından bu qədər pulu və sənədi öz evində saxlamasını məsləhət görmüşdür. Beləliklə, o, kirayədə qaldığı evdəki bütün pulları və sənədləri saxlaması üçün Zərərçəkmiş şəxs1 vermişdir. O, Zərərçəkmiş şəxs1la şərik olmuşdur. Zərərçəkmiş şəxs1 məxsus obyektə sərmayə qoyaraq orada özünə bir-iki otaq icarəyə götürmüşdür. Həmin obyektin videomüşahidə kameralarının videoyazılarını da əldə etmək mümkündür. Onunla Zərərçəkmiş şəxs4 arasında olan əlyazma müqavilələrin bir nüsxəsi Zərərçəkmiş şəxs4, bir nüsxəsi isə onda olmaqla, iki nüsxədə olmuşdur. O da, həmin müqavilələri Zərərçəkmiş şəxs1 evində saxlamışdır. Səbuhi bir müddət sonra onun bu iş üzrə polisə düşdüyünü gördüyündən həmin şəxslərlə arasında mübahisə yaranmış və ona görə də onu icarəyə götürdüyü obyektə və evə buraxmamışdır. Həmçinin Səbuhi ona Səbuhinin evində saxladığı müqavilələrə dair sənədləri polisə təqdim etməyə imkan verməmişdir. O isə Zərərçəkmiş şəxs1 onu öz evinə buraxaraq evdəki sənədlərini götürməsi üçün şərait yaratmasını istəmişdir. Lakin Zərərçəkmiş şəxs1 onu öz evinə yenə buraxmamışdır. Həmin vaxt onun barəsində artıq Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılmışdır. Sonradan Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs4 arasında hansı məsələlərin olması barədə onun xəbəri yoxdur. O, bu işlərin sonunda hər kəsin onu sıxışdırmasına məruz qalmış, özünə qəsd etmə həddinə çatmışdır. Çünki o, bütün şəxslərə artıqlaması ilə qazanc vermidir. Fərhad isə onun verdiyi qazancı düzgün göstərmədiyinə görə iş bu həddə gəlmişdir. Çünki o, həmin pulları zərərçəkmiş şəxslərə verməsi üçün Fərhada vermişdir. Hətta o, həmin zərərçəkmiş şəxslərə sonunculara aid pulları onun Fərhada verdiyini, Fərhadın isə zərərçəkmiş şəxsləri aldatdığını və buna görə də pulları vermək istəmədiyini demişdir. Həmin zərərçəkmiş şəxslər ona “bizi Fərhad tanış edib, biz Fərhada inanırıq” demişlər. Anası Təqsirləndirilən şəxs bu işlərə heç vaxt aidiyyəti olmamışdır, anası Telli heç kəsdən pul almamış və heç kəslə iş görməmişdir. Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Ramana qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. 2019-cu ilin yay aylarında Səbuhinin tanışları Telli və Kəmaləddin adlı şəxslər onların yaşadığı mənzilə qonaq gəlmişlər və həmin vaxt onlara məxsus 3 (üç) otaqlı həyət evini almaq istədiklərini bildirmişlər. Lakin həmin ev üçün Telli və Kəmaləddin pulu bir müddət sonra verəcəklərini söyləsələr də, sonradan Səbuhini aldadaraq sonuncunun külli miqdarda pul vəsaitini ələ keçirmişlər və ev üçün razılığa gəlinən 60.000 manatı ödəməmişlər. Şahid X2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Ramana qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Vüqar və Səbuhi onun oğludur. 2019-cu ilin yay aylarında Telli və Kəmaləddin adlı şəxslər özlərini iş adamı kimi təqdim etmişlər və onun oğlu Səbuhi ilə iş gördüklərini, xarici ölkədən qızıl-zinət əşyalarının idxalı ilə məşğul olduqlarını və Səbuhini öz oğlu kimi istədiyini və Səbuhiyə yüksək gəlir vermək məqsədi olduğunu bildirərək onların ailəsi ilə yaxın münasibətlər qurmaq, bununla əlaqədar Ramanada ev almaq istədiklərini bildirmişlər. Həmin vaxt onlar 3 (üç) otaqlı evlərinin olduğunu və həmin evi Telliyə 60.000 manata sata biləcəkləri bildirmişlər. Telli evə baxdıqdan sonra razılıq verərək evi alacağını bildirmişdir. Lakin Telli evin pulunu sentyabr ayında verəcəyini bildirərək öz oğlu Kəmalddinin həmin vaxtadək evə daşınaraq orada qalmasını xahiş etmişdir. Bundan sonra Kəmaləddin 1 aya yaxın həmin evdə qalmışdır. Sonra isə ona Telli və Kəmaləddinin Səbuhini aldadaraq külli miqdarda pulunu ələ keçirdiklərini və pulu qaytarmaqdan yayınaraq gizləndikləri məlum olmuşdur. Telli və Kəmaləddin ev üçün onlara pul verməmiş, məqsədi ilk gündən görüntü yaratmaq və bununla da onları aldatmaq olmuşdur. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Ramana qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Şahid2 onun həyat yoldaşıdır. 2019-cu ilin yay aylarında qaynı Səbuhinin tanışları Telli və Kəmaləddin adlı şəxslər onların yaşadıqları mənzilə qonaq gəlmişlər və həmin vaxt onlara məxsus 3 otaqlı həyət evini almaq istədiklərini bildirmişlər. Telli və Kəmaləddin həmin ev üçün pulu bir müddət sonra verəcəklərini söyləsələr də, sonradan qaynı Səbuhini aldadaraq sonuncunun külli miqdarda pul vəsaitini ələ keçirmişlər və ev üçün razılaşdıqları 60.000 manatı ödəməmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, habelə istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli Şahid6 aid bank hesab nömrəsinə dair verilmiş çıxarışdan (cild 1, iş vərəqə 22-29) görünür ki, xx.xx.2019-cu il tarixdə “MilliÖn” ödəniş sistemi vasitəsi ilə 16.950 manat və 3.220,50 manat məbləğində pul vəsaiti onun bank hesabına mədaxil olunmuşdur. xx.xx.2020-ci il tarixli Təqsirləndirilən şəxs izahatından (cild 1, iş vərəqə 37) görünür ki, o, xx.xx.2019-cu il tarixdə, saat 23:00 radələrində oğlu Şahid6 və Zərərçəkmiş şəxs4 olduğu yerə gedərək Zərərçəkmiş şəxs4 Şahid6 verdiyi 55.000 manat məbləğində pul vəsaitini oğlu Kəmaləddindən götürdüyünü bildirmişdir. xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 38-41) görünür ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinin təhqiqatçısı Asif Qurbanov tərəfindən Şahid6 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 46-47) görünür ki, Nərimanov rayon prokuroru, baş ədliyyə müşaviri X21 Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinin təhqiqatçısı Asif Qurbanov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv etmiş və əlavə araşdırma aparılması üçün materialı 17-ci Polis şöbəsinə göndərmişdir. xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, i vərəqə 113- 114) görünür ki, Zərərçəkmiş şəxs1 pul vəsaitini Şahid6 və Təqsirləndirilən şəxs verdiyi yeri əyani şəkildə göstərmişdir. xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, i vərəqə 54-56) görünür ki, Zərərçəkmiş şəxs4 156.000 manat məbləğində pul vəsaitini hissə-hissə olmaqla, Şahid6 verdiyi yeri əyani şəkildə göstərmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 127-128) görünür ki, Şahid6 Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 223-231) görünür ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Rahib Əliyev tərəfindən Şahid6 və Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 243-244) görünür ki, Nərimanov rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri X11 Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Rahib Əliyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv etmiş və əlavə araşdırma aparılması üçün materialı Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərmişdir. 14 aprel 2021-ci il tarixli Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 97-101) görünür ki, Zərərçəkmiş şəxs1 2019-cu ilin iyun ayının əvvəllərindən 2019-cu ilin dekabr ayınadək olan müddət ərzində X5 və anası Təqsirləndirilən şəxs oğlunun ondan müxtəlif məbləğlərdə, onun özünə aid isə 52.000 manat məbləğində pul aldıqlarını, külçə qızıl və zinət əşyaları alıb satacaqlarına və əldə olunacaq qazanca şərik edəcəklərinə yalandan vəd verib aldatmaqla ona qarşı dələduzluq etdiklərini bildirmiş və pulları verdiyi yerləri əyani şəkildə göstərmişdir. 16 aprel 2021-ci il tarixli Zərərçəkmiş şəxs4 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 136-146) görünür ki, zərərçəkmiş şəxs Əhmədov X4 Adiyevə pulların Bakı şəhərində harada və kimin iştirakı ilə verdiyi yerləri tam dəqiqliyi ilə əyani şəkildə göstərmiş və bu barədə ətraflı ifadə vermişdir. 18 aprel 2021-ci il tarixli Zərərçəkmiş şəxs6 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 161-163) görünür ki, Zərərçəkmiş şəxs6 Bakı şəhəri, F.X.Xoyski küçəsində yerləşən “Gənclik” metro stansiyasının yaxınlığını göstərərək X6 tərəfindən ona külçə qızıl və zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla 2019-cu ilin dekabr ayının əvvəllərində 7.000 manat məbləğində nağd pulu alıb ələ keçirməsini bildirmişdir. xx.xx.2021-ci il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 170-171) görünür ki, Şahid6 ittiham elan etmək üçün tutulması və barəsində axtarış elan edilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 173-174) görünür ki, Təqsirləndirilən şəxs ittiham elan etmək üçün tutulması və barəsində axtarış elan edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 251-252) görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməklə göstərilən maddələr ilə ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 22 aprel 2022-ci il tarixli Zərərçəkmiş şəxs10 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 3, iş vərəqə 11-15) görünür ki, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs və Şahid6 ona qızı külçə və zinət əşyaları alıb satacaqlarına və əldə olunacaq qazanca şərik edəcəklərinə yalandan vəd verib aldatmaqla, hissə-hissə olmaqla, yəni 2020-ci ilin yanvar ayının 9-da 10.000 manat, 11-də 6.000 manat və 13-də isə 1.000 manat pulu, cəmi 17.000 manat məbləğində nağd pulu Bakı şəhəri, ünvan 4 ünvanının qarşısında almaları ilə bağlı ətraflı ifadə vermişdir. 22 aprel 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan (cild 3, iş vərəqə 17) görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs həmin gün saat 19:30-da saxlanılaraq 17-ci Polis şöbəsinə təhvil verilmişdir. 22 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 3, iş vərəqə 26) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 22 aprel 2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (cild 3, iş vərəqə 31-33) görünür ki, Təqsirləndirilən şəxs ayrı-ayrılıqda hissə-hissə, yəni 20.000 manat, 30.000, 40.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 aldığını, bu məsələlərə oğlu Şahid6 aidiyyətinin olmadığını, habelə 8.000 manat Zərərçəkmiş şəxs3, 6.000 manat Zərərçəkmiş şəxs5, 7.000 manat Zərərçəkmiş şəxs10, 4.000 ABŞ dollarının Zərərçəkmiş şəxs2 adığını, eləcə də göstərilən pul vəsaitlərini 100 faizlə aldığını və pul aldıqdan 15-20 gün sonra faizi ilə birlikdə həmin pulları sahiblərinə tam şəkildə qaytardığını, başqa sözlə, pul aldığı şəxslərə borcu qalmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan (cild 3, iş vərəqə 34-38) görünür ki, həmin gün Zərərçəkmiş şəxs4la Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 hissə-hissə pul aldığını, lakin həmin pul vəsaitinin 161.649 manatdan az olduğunu və sonradan Zərərçəkmiş şəxs4 aldığı pulu faizi ilə birlikdə tam şəkildə qaytardığını etiraf etmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan (cild 3, iş vərəqə 39-43) görünür ki, həmin gün Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 4.000 ABŞ dolları məbləğində pul vəsaitini aldığını, lakin sonradan 8.000 ABŞ dolları məbləğində pul vəsaitini faizi ilə birlikdə Zərərçəkmiş şəxs2 geri qaytardığını bildirmişdir. 24 aprel 2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 44-46) görünür ki, iş üzrə əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmişdir. 24 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 3, iş vərəqə 49-51) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-456/2022 saylı qərarından (cild 3, iş vərəqə 76-81) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanmışdır. 14 may 2022-ci il tarixli Zərərçəkmiş şəxs9 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkildən (cild 3, iş vərəqə 113-115) görünür ki, Zərərçəkmiş şəxs9 Şahid6 ümumilikdə 17.000 manat məbləğində pul vəsaitini verdiyi yeri əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli ərizədən (cild 3, iş vərəqə 116) görünür ki, X3 ərizə ilə polis orqanına müraciət edərək Şahid6 onu aldadaraq iş üzrə təhrif edilmiş məlumatların ibtidai istintaq orqanına verməsinə nail olmuş, o da, Şahid6 inanaraq iş üzrə Təqsirləndirilən şəxs 500 manat pul alıb, sonradan 800 manat qaytarması barədə həqiqi olmayan ifadə vermişdir. Nəticədə Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli xasiyyətnamədən (cild 4, iş vərəqə 33) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs7 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs aid şəxsiyyət vəsiqəsinin surətindən (cild 3, iş vərəqə 93) görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 10.870 manat pulun alınmasını təsdiq edən yazılı qeydlər aparmışdır. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 3, iş vərəqə 197-218) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan (cild 3, iş vərəqə 221-224) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işindən başqa cinayət işinin ayrılması haqqında qərardan (cild 4, iş vərəqə 3-6) görünür ki, Şahid6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. xx.xx.2015-ci il tarixli Bakı Ağır Cinayət Məhkəməsinin 1(101)-80/2015 saylı hökmündən (cild 2, iş vərəqə 234-243) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (ittiham - 5 (beş) epizod üzrə İran İslam Respublikasından qızılkəsən dəzgahların gətirilməsi ilə bağlıdır). xx.xx.2015-ci il tarixli Bakı Ağır Cinayət Məhkəməsinin 1(101)-1288/2015 saylı hökmündən (cild 1, iş vərəqə 216-222) görünür ki, Şahid6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-81/2018 saylı qərarından (cild 2, iş vərəqə 245-246) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixli Bakı Ağır Cinayət Məhkəməsinin 1(101)-80/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsi ilə bağlı əməlləri Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməklə həmin maddələr ilə ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında özünün seçdiyi müdafiəçi tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisi vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmiş, habelə müdafiə hüququnun realizə edilməsi məqsədi ilə müxtəlif xarakterli vəsatətlər vermişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçisi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş, habelə irəli sürülmüş ittihamı qəbul etməyərək oğlu Kəmaləddinin cinayət məsuliyyətinə cəlb edilməməsi üçün Kəmaləddinin törətdiyi bütün əməlləri öz üzərinə götürdüyünü iddia etməklə ittihamı bütovlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərinin törədilməsi ilə bağlı ittiham verilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərinin tövsifi ilə bağlı məsələlərə aydınlıq gətirilməsindən əvvəl məhkəmə cinayət işi üzrə bəzi məsələlərə aydınlıq gətirilməsini zəruri hesab edir. Belə ki, aşağıda qeyd edilən məsələlər bilavasitə cinayət işi və irəli sürülmüş ittihamla əlaqəli olan məsələlərdir: • Təqsirləndirilən şəxs məhkəmədə zərərçəkmiş şəxsləri əvvəllər tanımadığını, sonradan zərərçəkmiş şəxslərin onun oğlu Şahid6 qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı müxtəlif məbləğlərdə pul vəsaiti verdiklərini eşitdiyini, lakin sonradan həmin zərərçəkmiş şəxslərlə oğlu Şahid6 arasında problem yarandığını bildiyindən həmin problemlə bağlı məsuliyyəti öz üzərinə götürməsi və bununla da oğlu Şahid6 məsuliyyətdən yaxa qurtarması üçün zərərçəkmiş şəxslərlə görüşüb sonunculara pullarını qaytaracağını vəd etdiyini, zərərçəkmiş şəxslərə qarşı dələduzluq etmədiyini, heç vaxt zərərçəkmiş şəxslərlə görüşüb qızıl işinə sərmayə qoyulması ilə bağlı vəd vermədiyini, zərərçəkmiş şəxslərdən bu və ya digər ad ilə pul vəsaiti almadığını iddia etsə də, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslər ayrı-ayrılıqda ifadə verərək Təqsirləndirilən şəxs iddia etdiyi halları təkzib edərək bilavasitə Təqsirləndirilən şəxs onları aldatdığını və şəxsən Təqsirləndirilən şəxs pul vəsaiti verdiklərini bildirmişlər (zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs10), • İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq orqanından kifayət qədər uzun müddət ərzində yayınmış, onun barəsində axtarış elan edilmiş, tutulduqdan və barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Təqsirləndirilən şəxs dəfələrlə ibtidai istintaq orqanına qismən etirafedici ifadələr verərək faktiki olaraq qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq cinayətlərini törətdiyini ətraflı şəkildə bildirmişdir (məhkəmədə sərgilədiyi mövqedən fərqli olaraq ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs qismən etirafedici ifadə verərək zərərçəkmiş şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini şəxsən aldığını, bu pulları alarkən faizi ilə birlikdə sonradan geri qaytaracağına dair vəd verdiyini, pul aldıqdan sonra faizi ilə birlikdə aldığı pullları artıqlaması ilə zərərçəkmiş şəxslərə qaytardığını etiraf etmişdir), • Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərdən məhz müxtəlif adlarla (qızıl-zinət əşyalarının ucuz qiymətə alınıb sonradan baha satılması, internet vasitəsi ilə birjalarda maliyyə əməliyyatlarının keçirilməsi müqabilində qazanc əldə edilməsi və sair), yəni yalan vəd verməklə həm xeyli, həm də külli miqdarda pul vəsaitlərini almışdır, • Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vəd verdiyi andan həmin vədlər yalan vəd olmuşlar (Təqsirləndirilən şəxs və onunla əlbir olar bir qrup şəxs halında hərəkət etmiş şəxsin xarici ölkələrdən Azərbaycan Respublikasına qızıl-zinət əşyaları gətirmələri, onların Azərbaycan Respublikasının ərazisində qızıl-zinət əşyalarının emal olunması və internet vasitəsi ilə müxtəlif birja vasitələri ilə maliyyət əməliyyatları keçirərək qazanc əldə etmələri ilə bağlı heç bir sübut cinayət işində yoxdur, müdafiə tərəfi bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir). Yuxarıda göstərilənlər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 külçə qızıl və zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla, sonuncudan hissə-hissə olmaqla, vahid niyyətlə 161.649,16 manat məbləğində pulu alıb sonradan geri qaytarmayaraq, Zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs9 külçə qızıl və zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla, sonuncudan 17.000 manat məbləğində pul almış, həmin pulun 5.000 manatını sonradan Zərərçəkmiş şəxs9 qaytarsa da, qalan 12.000 manat pulu geri qaytarmayaraq, əksinə qanunsuz şəkildə ələ keçirməklə Zərərçəkmiş şəxs9 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 külçə qızıl və zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla, sonuncudan 6.000 manat məbləğində pulu alıb sonradan geri qaytarmayaraq, Zərərçəkmiş şəxs5 yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 külçə qızıl və zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla, sonuncudan 8.000 manat məbləğində pulu alıb sonradan geri qaytarmayaraq, Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 külçə qızıl və zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla, sonuncudan 7.000 manat məbləğində pulu alıb sonradan geri qaytarmayaraq, Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 külçə qızıl və zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla, sonuncudan 52.000 manat məbləğində pulu alıb geri qaytarmayaraq, Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs10 külçə qızıl və zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla, sonuncudan hissəhissə olmaqla, cəmi 17.000 manat məbləğində pul almış, sonradan həmin pulun 10.000 manatını Zərərçəkmiş şəxs10 geri qaytarsa da, 7.000 manat məbləğində pulu geri qaytarmayaraq, Zərərçəkmiş şəxs10 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakım etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 Elburus qızına bank və lombardlardan ucuz qiymətə qızıl-zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla, sonuncudan 4.000 ABŞ dolları, milli pul vahidi ilə isə 6.280 manat məbləğində pulu alıb geri qaytarmayaraq, zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 “İnvest Az” şirkətində işlədiyini, dünya maliyyə bazar və birjalarına pul vəsaiti yatıraraq hər ay əlavə əldə olunacaq qazancdan sonuncuya pul verəcəyinə dair yalandan vəd verib aldatmaqla, sonuncudan 8.500 manat məbləğində pul alıb geri qaytarmayaraq Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 “İnvest Az” şirkətində işlədiyini, dünya maliyyə bazar və birjalarına pul vəsaiti yatıraraq hər ay əlavə əldə ediləcək qazancdan ona pul verəcəyinə dair yalandan vəd verib aldatmaqla, sonuncudan hissə-hissə olmaqla, cəmi 10.870 manat pulu alıb geri qaytarmayaraq Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ayrı-ayrılıqda törətmiş olduğu dələduzluq cinayətlərinin təhlili onu göstərir ki, onun tərəfindən ayrı-ayrılıqda cəmi 10 (on) epizod üzrə cinayət əməli törədilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 aid epizodlar külli miqdar, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 aid epizodlar isə xeyli miqdarda ziyan vurmaqla cinayətlərin törədilməsindən ibarətdir, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs2 ilə bağlı epizodlar üzrə cinayət əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs halında, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 ilə bağlı epizodlar üzrə isə cinayət əməlləri Təqsirləndirilən şəxs tərəfindən təkbaşına törədilmişdir. Göstərilən cinayət əməlləri ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müdafiə tərəfi 1 (bir) diskdə olan görüntüləri və 1 (bir) ədəd diskdə olan səs yazılarını məhkəməyə təqdim edərək həmin disklərin cinayət işinə əlavə edilməklə disklərin sübut qismində qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyindən, onun məhkəmədə iddia etdiyi hallar ibtidai araşdırma zamanı bildirdiyi hallara nisbətdə kəskin ziddiyyət təşkil etdiyindən, ibtidai istintaq orqanı ittiham üzrə zərərçəkmiş şəxslərdən alınmış pul vəsaitlərinin sonradan qazanc ilə birlikdə geri qaytarılacağı adı ilə alınması nəticəsinə gəldiyindən, bu məsələlər isə irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına bilavasitə təsir etdiyindən, göstərilən halların aydınlaşdırılması və tərəflər arasında həqiqətən də işgüzar (biznes) münasibətlərin yaranıb-yaranmaması nəticəsinə gəlmək məqsədi ilə məhkəməyə təqdim edilmiş disklər cinayət işinə əlavə edilməklə məhkəmədə ətraflı şəkildə tədqiq edilmişdir. Müdafiə tərəfinin təqdim etdiyi 2 (iki) ədəd diskə məhkəmədə baxılarkən hər iki diskdə olan görüntü və səs yazılarının kimə məxsus olması, həmin görüntü və səs yazılarının hansı tarixdə, hansı şəraitdə, hansı üsulla, kimin tərəfindən qeydə alınması, görüntü və səs yazıları qeydə alınarkən əks tərəfin buna dair razılığının olub-olmaması (iradə ifadəsi, çəkiliş barədə xəbəri və bu qəbildən olan sair), həmin görüntü və səs yazılarında olan məlumatların hazırkı cinayət işi üzrə tərəflərə və ittihama aid olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi disklərdəki görüntü və səs yazıları qanunsuz şəkildə əldə edilmişlər və ona görə də mötəbər sübut kimi sayıla bilməzlər. Məhkəmə belə nəticəyə gələrkən ona istinad etmişdir ki, həmin görüntü və səs yazıları gizlin şəkildə çəkilmiş, habelə görüntü və səs yazılarının hansı tarixdə, hansı şəraitdə, hansı üsulla, kimin tərəfindən və kimlərin arasında olan münasibətlərə dair qeydə alınması məlum deyil. Başqa sözlə, göstərilən diskdəki görüntü və səs yazılarının əldə etmə mənbəyinə və həqiqiliyinə dair ciddi şübhələr var. Bu səbəbdən də göstərilən disklərdəki məlumatlar mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq cinayəti törədilməmiş, əksinə Təqsirləndirilən şəxs ondan borc pul istəmiş, o da, Təqsirləndirilən şəxs istədiyi məbləğdə sonuncuya borc pul vermişdir. Zərərçəkmiş şəxs8 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi arasında ziddiyyət olduğundan ondan ibtidai istintaq orqanına vermiş ifadəsi ilə bağlı mövqeyi aydınlaşdırılmışdır. Zərərçəkmiş şəxs8 məhkəmədə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən imtina edərək Təqsirləndirilən şəxs borc pul verdiyini israr etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs8 məhkəmədə ifadə verərkən Təqsirləndirilən şəxs verdiyi borc pulun sonuncu tərəfindən ona geri qaytarılmadığını, buna baxmayaraq, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmaması hissəsində məhkəmədə sərgilədiyi iradə ifadəsi əsas götürülməlidir. Lakin məhkəmə Zərərçəkmiş şəxs8 məhkəmədə Təqsirləndirilən şəxs borc pul verməsi hissəsində verdiyi ifadəsinə tənqidi yanaşaraq, hesab edir ki, Zərərçəkmiş şəxs8 məhkəmədə ifadə verərkən səmimi olmamış və Təqsirləndirilən şəxs məsuliyyətdən azad edilməsi məqsədi ilə həqiqi halları gizlətməklə məhkəməyə həqiqəti bildirməmişdir. Məhkəmə belə nəticəyə gələrkən ona istinad etmişdir ki, Zərərçəkmiş şəxs8 ibtidai araşdırma zamanı da tez-tez mövqeyini dəyişmişdir. Belə ki, Zərərçəkmiş şəxs8 əvvəlcə Təqsirləndirilən şəxs xeyrinə ifadə verərək sonuncuya verdiyi pul vəsaitinin ona geri qaytarılmasını bildirsə də, sonradan, yəni xx.xx.2022-ci il tarixdə ibtidai istintaq orqanına müraciət edərək Şahid6 onu aldadaraq iş üzrə təhrif edilmiş məlumatların ibtidai istintaq orqanına verməsinə nail olduğunu, nəticədə onun Şahid6 inanaraq Təqsirləndirilən şəxs 500 manat pul alıb, sonradan 800 manat qaytarması barədə həqiqi olmayan ifadə verdiyini qeyd etmişdir. Göstərilənlər ona dəlalət edir ki, Zərərçəkmiş şəxs8 məhkəməyə aydın olmayan səbəblərdən tez-tez mövqeyini dəyişərək iş üzrə həqiqi halları gizlətməklə Təqsirləndirilən şəxs xeyrinə ifadə vermişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs8 məhkəmədə Təqsirləndirilən şəxs ondan borc pul istəməsi və onun Təqsirləndirilən şəxs məhz borc kimi pul verməsi həqiqəti əks etdirmir və o, belə məzmunda ifadə verməklə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Odur ki, Zərərçəkmiş şəxs8 ilə bağlı epizod üzrə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 “İnvest Az” şirkətində işlədiyini, dünya maliyyə bazar və birjalarına pul vəsaiti yatıraraq hər ay əlavə əldə olunacaq qazancdan sonuncuya pul verəcəyinə dair yalandan vəd verib aldatmaqla, sonuncudan 8.500 manat məbləğində pul alıb geri qaytarmayaraq Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə yuxarıda göstərilən nəticəyə gələrkən onu da əsas tutmuşdur ki, Təqsirləndirilən şəxs nə ibtidai araşdırma, nədə ki, məhkəmədə işə baxılarkən səmimi olmamış, əksinə hər iki mərhələdə təhrif edilmiş məlumatları bildirməklə məsuliyyətdən azad olunmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı dəfələrlə qismən etirafedici ifadələr verərək və tarixləri, şəraiti, məbləğləri, pulların alınması ilə bağlı şərtləri dəqiq göstərməklə zərərçəkmiş şəxslərdən pul vəsaitlərini aldığını, sonradan isə faizləri ilə birlikdə zərərçəkmiş şəxslərdən aldığı pulları geri qaytardığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs məhkəmədə tamamilə başqa məzmunda ifadə verərək zərərçəkmiş şəxslərə heç bir vəd vermədiyini, heç bir zərərçəkmiş şəxsdən bu və ya digər adla pul vəsaiti almadığını bildirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı aldığı pulları tam şəkildə zərərçəkmiş şəxslərə geri qaytardığını bildirsə də, məhkəmədə ifadə verərək ümumiyyətlə zərərçəkmiş şəxslərdən pul almadığını iddia etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hər iki göstərilən məzmunda ifadə verərkən səmimi olmamış, əksinə tez-tez ittihamla bağlı mövqeyini dəyişərək özünü müdafiə etmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni mötəbər sübut hesab etmir və belə nəticəyə gəlir ki, o, göstərilən məzmunda ifadə verməklə qanunsuz əməllərinə haqq qazandırmaq istəmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayət Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(101)-80/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Maraqlısı odur ki, Təqsirləndirilən şəxs irəli sürülmüş əvvəlki ittiham da çoxsaylı epizodlar üzrə qızılkəsən dəzgahların ölkəyə gətirilməsi, yəni faktiki olaraq mövcud olmayan qızıl-zinət əşyaları ilə bağlı işlərlə əlaqəli olmuşdur. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu hazırkı iş üzrə ittihamın qiymətləndirilməsində rol oynamasa da, həmin məhkumluq onun şəxsiyyətini səciyyələndirən və xarakterizə edən hal qismində çıxış edir. Beləliklə, yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci ilə maddəsi tövsif edir və hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun hər bir əməli ayrıayrılıqda başa çatmış cinayətdir. Onun əməlləri nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun məsuliyyətdən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın 1.000 manat, Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın 4.000 manat, Zərərçəkmiş şəxs5 vurulmuş ziyanın 1.000 manat, Zərərçəkmiş şəxs9 vurulmuş ziyanın 1.000 manat hissəsinin ödənilməsini, eləcə də Zərərçəkmiş şəxs8 ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə Təqsirləndirilən şəxs əməllərində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin sadə residivi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə və xx.xx.2018-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməklə göstərilən maddələr ilə ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsə də, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunduqdan sonra qanunla müəyyən edilmiş 2 (iki) illik müddət ərzində, yəni məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən ağır cinayət törətdiyindən bu hal cinayətlərin sadə residivini təşkil edir. Bu səbəbdən də onun cəzasını ağırlaşdıran hal kimi cinayətlərin sadə residivi çıxış edir. Belə ki, Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar və cəzasını ağırlaşdıran hal həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Yuxarıda qeyd edilənləri, törədilmiş cinayət əməlləri ilə bağlı epizodların sayını, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməllərinin üsulunu və mexanizmini, vurulmuş ziyanın hazırda ödənilməmiş hissəsini, məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxlsərə ziyanın ödənilməsi ilə bağlı onun təşəbbüs belə göstərməməsini, ələlxüsus da göstərilən cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs rolunu və əvvəlki cinayətə görə təyin edilmiş cəzanın onu islah etməyə kifayət etməməsini məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin ediləcək cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə cavab verməlidir. Bu da ona dəlalət edir ki, o, cəmiyyət üçün təhlükəlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxil olsa da, onun əməlində ağırlaşdırıcı hal kimi cinayətlərin sadə residiv olduğundan o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli 22 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci (ekspertiza xərci) yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs2 Elburus qızı və Zərərçəkmiş şəxs7 cinayət mühakimə icraatı qaydasında mülki iddia vermədiklərindən mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı iddia qaldırmaq hüquqları izah olunmalıdır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli 22 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci (ekspertiza xərci) və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs2 Elburus qızı və Zərərçəkmiş şəxs7 cinayət mühakimə icraatı qaydasında mülki iddia vermədiklərindən mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı iddia qaldırmaq hüquqları izah olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Telman Hüseynov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-81/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-81/2024
22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver