Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-810/2020 01.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Allahmanov Şöhrət Nəbi oğlunun iştirakları ilə xx xxxx 1986-cı il tarixdə Astara rayonunun Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Astara rayonunun Ərçivan kəndində qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Əliyev X5 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 05 il 06 aya endirilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi İlə külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən təmiz çəkisi 139,519 qram narkotik vasitə olan heroin, təmiz çəkisi 1,523 qram narkotik vasitə olan qurudulmuş marixuana və külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən təmiz çəkisi 31,849 qram psixotrop maddə olan metamfetamin əldə edib kirayə yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilə qanunsuz daşıyaraq bir ədəd əl çantasında gizlətməklə saxlamış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş birgə əməliyyat-axtarış tədbiri zamanı, həmin gün saat 11:15də ünvan 1 ünvanda yerləşən mənzilə baxış keçirilərkən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 139,519 qram narkotik vasitə olan heroin 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,523 qram narkotik vasitə olan qurudulmuş marixuana 01 (bir) ədəd polietilen paketdə, təmiz çəkisi 31,849 qram psixotrop maddə olan metamfetamin 01 (ədəd) bükümdə və üzərində narkotik vasitə heroİn izləri olan 01 (bir) ədəd elektron tərəzi mənzildəki otağın giriş qapısının arxasında asılqandan asılmış bir ədəd qara rəngli əl çantasının içərisindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxx 2019-cu il tarixdə Masallı rayonunda yerləşən 11 saylı X9 Müəssəsində cəzasını çəkməyə başlamışdır. Ondan bir müddət sonra, rəhmətlik qardaşı Ramiz xx xxxx 2019-cu il tarixdə cəzaçəkmə müəssəsindən azad olunmuşdur. Qardaşı Ramiz azadlığa buraxıldıqdan cəmi 19 gün sonra Ərçivan qəsəbəsinin Mədəniyyət Evinin arxasında narkotik vasitəni dozadan artıq qəbul etdiyinə görə rəhmətə getmişdir. Qardaşının cansız bədənini öldüyü yerdə aşkar etdikdən sonra təcili tibbi yardım avtomobili ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparanda yolda çiynindəki qara rəngli əl çantasını götürdükdən soma əl çantasının içərisində bir büküm, «kokos» kimi tanıdığı narkotik vasitə olan heroin, «nəşə» kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana, «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin və bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar etmişdir. Bundan sonra həm narkotik vasitə heroini, qurudulmuş marixuananı, həm də psixotrop maddə metamfetamini elektron tərəzi ilə birlikdə əl çantasında yaşadığı evə aparıb orada gizlətmişdir ki, sonradan özü yavaş-yavaş qəbul etsin. Qardaşının 40 mərasimini verdikdən sonra qurudulmuş marixuana və metamfetaminin cüzi bir hissəsini çəkmək yolu ilə qəbul etmişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində böyük qardaşının oğlu rəhmətə getmiş və bundan sonra qardaşı oğlunun yas mərasimlərinə başı qarışmışdır. 2020-ci ilin yanvar ayının əvvəllərində həmkəndlisi Şahid4 ona Nahid adlı digər həmkəndlisi İlə Abşeron rayonu, Xırdalan şəhərində köhnə yaşayış binalarının bloklarının təmirində fəhlə işləyərək, Xırdalan şəhərində kirayə ev tutaraq Nahidlə həmin evdə qaldığını bildirmişdir. Lakin sonradan Nahidin anasının rəhmətə getdiyinə görə rayona qayıtmalı olduqlarını, Nahidin yenidən geri qayıtmaq istəmədiyini bildirmişdir. Həmin vaxt maddi cəhətdən imkanı zəif olduğundan Nicata onu özü ilə aparmasını və Nahidin yerinə fəhlə kimi işləməsini təklif etmiş, Nicat da ona etiraz etməmişdir. Ona görə də xx xxxxxx 2020-ci il tarixdə Nicatla birlikdə avtobusla Abşeron rayonu, Xırdalan şəhərinə gəlmiş, təxminən 4 gün işlədikdən sonra iş qurtarmış və növbəti işin başlanmasını gözləməyə başlamışlar. İşi qurtarandan sonra o, paltarlarını yudurtmaq üçün rayona qayıtmış və paltarlarını evdə yudurdub hazırlatmışdır. Bundan sonra o, qara rəngli əl çantasını götürüb paltarlarının arasında gizlədib özü ilə Xırdalan şəhərində kirayə qaldığı mənzilə gətirmişdir. Həmin vaxtı Nicat evdə olsa da bundan xəbəri olmamış, sonra o, paltarlarını mənzildəki yatdıqları otağın giriş qapısının arxa hissəsindəki asılqana asmış və əl çantasını da həmin asılqanda paltarların arasında gizlətmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 11:15 radələrində Nicatla birlikdə evdə yatan zaman qapı döyülmüş, qapını açanda qapı qarşısında mülki geyimdə olan şəxsləri görmüşdür. Həmin şəxslər vəsiqələrini təqdim edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 polis əməkdaşları olduqlarını bildirib, onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli bildiklərini bildirmişlər. Bundan sonra onlar mənzilə baxış keçirmək istədiklərini və bununla bağlı razı olub-olmadığını ondan soruşmuşlar. O da onların təkliflərinə etiraz etməmiş və onun razılığından sonra polis əməkdaşları içəri daxil olmuşlar. Bu zaman polis əməkdaşları ona fiziki güc tətbiq edərək, video çəkilişlə yenidən içəri girəcəklərini və onların dediklərinə əməl etməli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu bir qərarla tanış edib nədə şübhəli bilindiyini izah etməyə başlamış, daha sonra polis əməkdaşları ondan mənzilində narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuşlar. O da artıq ifşa olunduğunu, özü təqdim etməyəcəyi təqdirdə onsuz da aşkar olunacağını görüb özünü səmimi göstərib qapı arxasındakı asılqandan asılmış paltarlarının arasında gizlətdiyi qara rəngli əl çantasını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları əl çantasına baxanda içərisindən ilk olaraq elektron tərəzini, daha sonra isə bir ədəd sellofan bükümə bükülmüş vəziyyətdə heroini, bir ədəd sellofan bükümə bükülmüş vəziyyətdə metamfetamini və bir ədəd sellofan bükümə bükülmüş vəziyyətdə qurudulmuş marixuananı aşkar edib götürmüşlər. Bütün bu proses polis əməkdaşları tərəfindən həyata keçirilərkən video çəkiliş aparılmışdır. Daha sonra baxış zamanı aşkar edilmiş narkotik vasitələr, psixotrop maddə və elektron tərəzi zərflərdə qablaşdırılmış, həm o, həm də Nicat zərfləri öz imzaları ilə təsdiq etmişlər. Bundan sonra onlara polis idarəsinə getməkləri təklif olunmuşdur. Həmin an o, yaşamaq istəməmiş və otaqda olan qayçı ilə özünə xəsarətlər yetirməyə başlamış, polis əməkdaşları əlindən həmin aləti alaraq, onu xəstəxanaya çatdırmışlar. Əməlindən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, əvvəllər Təqsirləndirilən şəxs böyük qardaşı Ramizi tanımış, sonuncu ilə həmkəndli kimi münasibəti olsa da Ramil cəzaçəkmə müəssisəsində olduğundan onunla münasibəti olmamışdır. Ramil təxminən 5 ay əvvəl cəzaçəkmə müəssisəsindən buraxılmış və bundan sonra Ramillə münasibətləri yaranmışdır. Təxminən 2019-cu ilin dekabr ayının əvvəllərindən etibarən Xırdalan şəhərindəki köhnə yaşayış binalarının İcra Hakimiyyəti tərəfindən təmir edildiyi işlərində fəhlə işləmişdir. Buna görə də Xırdalan şəhəri, Xırdalan dairəsi, H.Əliyev prospekti, dalan 1, ev 8A ünvanda yerləşən fərdi yaşayış evini 150 manata kirayə tutmuşdur. Həmin ərəfədə onunla birlikdə qardaşı Cavid və dostu Nihad fəhlə işlədiyindən onlar da onunla birlikdə həmin kirayə evdə qalırmış. 2019-cu ilin dekabrın sonunda dostu Nihadın anası rəhmətə getmiş və həmin vaxtdan hamısı, yəni Nihad, o və qardaşı Astara rayonuna qayıtmışlar. Rayona getsələr də kirayə evin vaxtına qaldığı üçün evi təhvil verməmişlər. Təxminən 10 gün əvvəl müdiri ona zəng edib işə çıxmalı olduğunu bildirmişdir. Həmin vaxt onun Bakıda işlədiyini bilən Təqsirləndirilən şəxs maddi imkanı olmadığını, özünün təmir işlərindən anlayışı olduğunu bildirib onu da özü ilə birlikdə Bakıya gətirməsini xahiş etmişdir. Həmin vaxt qardaşı rayonda qalmalı olduğundan o, Ramillə razılaşmış, buna görə də xx xxxxxx 2020-ci il tarixdə Ramillə birlikdə Astara rayonundan Bakıya gəlmiş və kirayə tutduğu evdə birlikdə yaşamağa başlamışlar. Təxminən bir həftə Ramillə birlikdə Xırdalan şəhərindəki köhnə bazarın yanındakı yaşayış binasının bloklarının təmirində işləmiş təxminən 7 gün əvvəldən işlərini qurtarmışlar. Onlar növbəti işin görüləcəyi günü gözləməyə başlamış, 3-4 gün Ramillə birlikdə heç bir İş görmədən birlikdə evdə qalmışlar. O, 4 gündən sonra Ramillə birlikdə Astara rayonuna getmiş və bir gün rayonda qalıb sonra geri qayıdıb 3 gün evdə olub işə çıxmamışlar. xx xxxxxx 2020-ci il tarixdə, saat 11:15 radələrində Ramillə birlikdə evdə yatan zaman qapı döyülmüş, Ramil yataqdan durub qapını açanda özlərini polis əməkdaşı olduğunu bildirən şəxslər vəsiqələrini göstərib özlərini təqdim etmiş və Ramilin icazəsi ilə evə daxil olmuşlar. Həmin vaxtı o, çarpayıda olmuş, polis əməkdaşları içəri daxil olandan sonra o, ayağa qalxmışdır. Ondan sonra polis əməkdaşlarından biri Ramilə qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və hazırda mənzildə narkotik vasitə saxlaması barədə məlumat əldə etdiklərini bildirmişlər. Onlar xəbərdarlıqdan sonra Ramili bir qərarla tanış etmiş, Ramil qərarla tanış olandan sonra özü könüllü olaraq narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları Ramildən saxladığı narkotik vasitəni təqdim etməsini istəyəndə Ramil otağın giriş qapısının arxasında asılqandan asılan paltarların arasından, asılqana asdığı qara rəngli kiçik əl çantasını otaqdakı masanın üzərinə qoymuşdur. Bundan sonra həmin əl çantası açıldıqda oradan ilk olaraq karton qutu qabında olan bir ədəd elektron tərəzi, daha sonra isə üç ədəd sellofan büküm aşkar olunmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs sellofan bükümlərdə nə olduğunu soruşanda sonuncu sellofan bükümün birində «kakos», digərində «şüşə», digərində isə «ot» olduğunu bildirmişdir. Həmin zaman polis əməkdaşlarından öyrənmişdir ki, Ramilin «kakos» dediyi narkotik vasitə olan heroin, «şüşə» dediyi psixotrop maddə metamfetamin, «ot» dediyi isə narkotik vasitə olan qurudulmuş marixuanadır. Daha sonra aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin elektron tərəzi ilə birlikdə bir zərfdə, narkotik vasitə olan qurudulmuş marixuana isə ayrı bir zərfdə polis əməkdaşları tərəfindən qablaşdırılmış, Ramil və o özü həmin zərfləri imzaları ilə təsdiq etmiş, sonra həmin zərflər möhürlənmişdir. Sonra polis əməkdaşları tərəfindən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri Astara rayonunda olarkən tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Baxış qurtarandan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs və onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmiş və orada baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, o, həmin protokolla tanış olduqdan sonra, protokolun düzgünlüyünü öz imzası İlə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş, hadisə zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 sabiq xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Astara rayonu, Ərçivan qəsəbə sakini, əvvəllər külli miqdarda narkotik vasitələrin satışına görə məhkum olunmuş və cəzasını X9 müəssəsində çəkən Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və Xırdalan şəhərində kirayə yaşadığı mənzildə həmin maddələri saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumat barədə raportla Baş İdarənin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs cinayət başında ifşa olunması istiqamətində Xırdalan şəhər ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Müvafiq qərara əsasən Baş İdarə əməkdaşlarından və Abşeron Rayon Polis İdarəsinin əməkdaşından ibarət əməliyyat qrupu yaradılmış və bundan sonra müvafiq tədbirin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzvləri birlikdə xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan kirayə yaşadığı ünvan 2 A ünvanının yaxınlığına yollanmış və ərazidə əməliyyat mövqeyi seçərək Təqsirləndirilən şəxs yaşadığı evin müşahidəsini aparılmışlar. Həmin gün saat 10:50-də tərəflərindən Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısı döyülmüş, qapını açan, xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsə özlərini təqdim etmiş və həmin şəxsdən şəxsiyyəti soruşulmuş sonuncu özünü Astara rayonu, Ərçivan qəsəbəsi sakini Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olmağa icazə verib-vermədiyi soruşulmuş, sonuncu da buna etiraz etməyərək onları içəri dəvət etmişdir. İçəri daxil olduqdan sonra yataq otağındakı çarpayıda başqa bir nəfər şəxsin olduğunu görüb həmin şəxsin şəxsiyyəti ilə maraqlanmış, həmin şəxs özünü Astara rayon sakini Şahid4 kimi təqdim edib Təqsirləndirilən şəxslə birlikdə fəhlə işlədiyini və birlikdə həmin mənzildə kirayə yaşadığım bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış edilmiş və ondan nəyə görə şübhələndikləri izah edilmişdir. Təqsirləndirilən şəxs qərarla tanış olandan sonra özü könüllü olaraq narkotik vasitə saxladığını etiraf etmiş, bundan sonra onlar sonuncudan saxladığı narkotik vasitəni təqdim etməsini təklif edəndə Təqsirləndirilən şəxs otağın giriş qapısının arxasında asılqandan asılan paltarların arasında asdığı qara rəngli kiçik əl çantasını otaqdakı masanın üzərinə qoymuşdur. Bundan sonra həmin əl çantası açıldıqda oradan ilk olaraq mavi rəngli, üzərində «Sdantart Fatures» sözləri yazılmış karton qutu qabında olan bir ədəd elektron tərəzi, daha sonra isə içərisində qəhvəyi rəngli maddə olan bir ədəd şəffaf sellofan büküm, içərisində ağ rəngli, kristal şəkilli maddə olan bir ədəd şəffaf sellofan büküm və içərisində yaşıl rəngli quru bitki kütləsi olan bir ədəd kiçik sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs sellofan bükümlərdə nə olduğu soruşduq da sonuncu bükümün birində «kakos», yəni heroin, digərində «şüşə», yəni psixotrop maddə metamfetamin, kiçik bükümdəkİnin isə «ot» («nəşə»), yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasında şübhələndikləri iki ədəd büküm elektron tərəzi ilə birlikdə bir zərfdə, narkotik vasitə olan qurudulmuş marixuana olmasına şübhələndikləri kiçik büküm isə ayrı bir zərfdə tərəflərindən qablaşdırılmış, həm Təqsirləndirilən şəxs, həm də Şahid4 və digər iştirakçılar həmin zərfləri imzaları ilə təsdiq etmiş, zərflər möhürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri Astara rayonunda olarkən tanımadığı şəxsdən istifadə etmək üçün aldığını bildirmişdir. Baxış qurtarandan sonra Təqsirləndirilən şəxs və Şahid4 Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər, yataq geyimində olduqları üçün həm Təqsirləndirilən şəxs, həm də Şahid4 hazırlaşmaqdan ötrü əyinlərini geyinməyə başlamış, Təqsirləndirilən şəxs şalvarını əyninə geyinəndən sonra otaqdakı televizorun yanında asdığı gödəkcəsini götürmüş və əyninə geyindikdən sonra cəld bir hərəkətlə, ani olaraq televizorun üzərinə qoyulmuş qayçını götürüb qarın nahiyəsindən ardıcıl zərbələrlə özünə xəsarət yetirməyə başlamışdır. Bunu görən kimi o, cəld Təqsirləndirilən şəxs tutub saxlamış və onu zərərsizləşdirərək əlindən qayçını almışdır Bundan sonra Təqsirləndirilən şəxs yaralandığını görüb onu dərhal öz avtomobilləri ilə ilk olaraq Abşeron rayonu. Xırdalan şəhərində yerləşən təcili tibbi yardım stansiyasına çatdırmışlar, oradan isə təcili tibbi yardım avtomaşını ilə Respublika Klinik Xəstəxanasının Cərrahiyyə Şöbəsinə apardıqdan sonra orada Təqsirləndirilən şəxs əməliyyata götürülüb ona lazımı olan tibbi yardım göstərilmişdir. Bundan sonra onlar Şahid4la birlikdə Abşeron Rayon Polis İdarəsinə getmiş və orada maddi sübutun götürülməsi barədə protokol tərtib etmiş, iştirakçılar həmin protokolla tanış olduqdan sonra orada qeyd edilənlərin düzgünlüyünü öz imzaları ilə təsdiq etmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nİn Baş X2 əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Həmçinin məhkəmədə şahid qismində ifadəsi elan olunmuş Abşeron rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid5 ibtidai istintaq zamanı Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 2586 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evdən aşkar olunmuş...» yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 139,519 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 31,849 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin zərfdə olan bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. (iş vərəqə 17-20) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 2587 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Vət. Təqsirləndirilən şəxs və Şahid4 evindən aşkar olunmuş narkotik vasitə marixuanaya oxşar maddə» yazılar və imzalar olan zərfdə, 1 (bir) ədəd polietilen paketdə qarışıq kütlənin tərkibində təmiz çəkisi 1,523 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (iş vərəqə 23-25) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 768 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 176-177) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X2 xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə olan heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və bu əsasla Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. (iş vərəqə 7) İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 5(012)-55/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş X2 XMİÜ baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» xx xxxxxx 2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. (iş vərəqə 155-157) Azərbaycan Respublikası DİN-nin Baş X2 XMİÜ baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş «əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adı çəkilən qərarla tanış olduqdan sonra polis əməkdaşlarının dövriyyəsi qadağan olunmuş maddələrin olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklifi ilə yaşadığı mənzilin ümumi zalının giriş qapısının arxa tərəfində asılan qara rəngli əl çantasının içərisində 01 ədəd bükümdə heroin, 01 ədəd bükümdə metamfetamin, 01 ədəd bükümdə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzini təqdim etdiyindən həmin əşya və maddələr götürülmüşdür. (iş vərəqə 10-12) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitəni əldə edib saxlaması barədə verdiyi ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, onun məhkəmədə verdiyi bu ifadəsi işin faktiki hallarına uyğun deyil, çünki onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş şahidlərin istər ibtidai istintaq dövrü, istərsə də məhkəmədə verdikləri ifadələri, eləcə də digər sübutlarla tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Təqsirləndirilən şəxs götürülmüş kütləsi 139,519 qram narkotik vasitə olan heroin, 31,849 qram psixotrop maddə olan metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması də təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitəni qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və X8 Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxs Əliyev X5 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 05 il 06 aya endirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 10 ay 6 gün müddətini çəkmək üçün X9 müəssisəsinə keçirilmişdir və onun cəzasının sonu xx.xx.2020-ci il tarixdə başa çatmalı idi. (iş vərəqə 127-128, 136-144, 178-193) İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-124/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 nömrəli qərarının 21-ci bəndinin 3-cü abzasına əsasən, azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxs tərəfindən yeni cinayət törədildikdə cəzanın çəkilməmiş hissəsi törədilmiş yeni cinayətə görə həbs qismində qətimkan tədbirinin seçilməsindən sonra qalmış müddət hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs X8 Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə onun cəzasının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddəti, yəni 01 (bir) ay hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, X8 Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın çəkilməmiş hissəsi yeni hökm üzrə təyin edilmiş cəza ilə tamamilə və ya qismən birləşdirilməlidir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmamış və məhkumluğu da ödənilməmişdir. Məhkəmə istinad olunan sənədlər və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsi əsasında Təqsirləndirilən şəxs əməlində hazırkı iş üzrə cinayətlərin təhlükəli residivi halını müəyyən edir. İş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı MTCM tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs müəssisədə cəza çəkdiyi, eləcə də istintaq təcridxanasında saxlanıldığı dövrdə heç bir rejim qaydalarını pozmamış və müsbət xarakterizə olunur. (iş vərəqə 182-183) İş materiallarında olan Astara rayon İHB-nın Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2004-cü il təvəllüdlü bir yetkinlik yaşına çatmayan və xx.xx.2010-cu il təvəllüdlü bir azyaşlı övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını, himayəsində 1 yetkinlik yaşına çatmayan və 1 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi, cinayətlərin təhlükəli residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin təhlükəli residivi halı müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında, yəni onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddinin üçdə ikisindən az olmamaqla təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 768 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən aşkar edilərək iki ədəd paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 139,419 qram olan narkotik vasitə heroin, 1,503 qram narkotik vasitə olan qurudulmuş marixuana, 31,749 qram psixotrop maddə olan metamfetamin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq iş üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 180,46 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-124/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun hesabına 300 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 18 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 108 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya X8 Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxsna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi, yəni 01 (bir) ay qismən birləşdirilsin və ona qəti olaraq 08 il 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində həbs qətimkan tədbirinin seçildiyi xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən aşkar edilərək iki ədəd paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 139,419 qram olan narkotik vasitə heroin, 1,503 qram narkotik vasitə olan qurudulmuş marixuana, 31,749 qram psixotrop maddə olan metamfetamin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 180,46 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun hesabına 300 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna təqsirləndirilən şəxsə göstərilmiş 18 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 108 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-810/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-810/2020
01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver