Məhkəmə qərarları › İş №1(101)-810/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-810/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-810/2022 18.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1991-ci ildə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi 2-ci sahə ev 121-də qeydiyyada olmaqla yaşamış, barəsində «polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsloərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs5 su filtirlərinin satışı ilə məşğul olduğunu, ticarətində nağd vəsaitə ehtiyacı olduğunu bildirib, nağd pul versə qısa müddət ərzində ona yaxşı qazanc verəcəyinə dair yalan vədlər verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq 2019-cu ilin aprel ayının əvvəllərindən 2019-cu ilin dekabr ayının əvvəllərinədək olan müddət ərzində Bakı şəhəri Nərimanov rayonu, X14 küçəsində yerləşən «For you» çay evində, Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Kompyuter» ofisində, Bakı şəhəri Sabunçu rayonu, Aeroport yolunda olan keçidin yanında, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsinin girəcəyində, Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən «HST Kablo» zavodunda 109.200 manat və sonuncu dəfə 2019-cu ilin dekabr ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Kompyuter» ofisində 5.000 manat, ümumilikdə 114.200 manat məbləğində pulunu alıb ələ keçirmiş, həmin puldan 53.000 manatını qaytarmış, qalan 61.200 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs5 həmin məbləğdə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətiilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 metal və su filtirlərinin satışı ilə məşğul olduğunu, ticarətində nağd vəsaitə ehtiyacı olduğunu bildirib, nağd pul versə qısa müddət ərzində ona yaxşı qazanc verəcəyinə dair yalan vədlər verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq 2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayınadək olan müddət ərzində sonuncunun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə 18 saylı yataqxananın həyətiendə nağd şəkildə və şəxsi bank hesabına hissə-hissə köçürülmüş pulları, sonuncu dəfə isə 06 feral 2020-ci il tarixdə 3.000 manat məbləğində pulu Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 41 ünvanda yerləşən "xxxx" ASC-nə məxsus terminaldan çıxararaq ümumilikdə Zərərçəkmiş şəxs7 sonuncunun dostu Zərərçəkmiş şəxs3 məxsus 69.750 manat məbləğdə pulu alıb ələ keçirmiş, həmin puldan 6.750 manatını qaytarmış, qalan 63.000 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs3 həmin məbləğdə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətiilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 metal və su filtirlərinin satışı ilə məşğul olduğunu, ticarətində nağd vəsaitə ehtiyacı olduğunu bildirib, nağd pul versə qısa müddət ərzində ona yaxşı qazanc verəcəyinə dair yalan vədlər verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq 2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayınadək olan müddət ərzində Bakışəhəri Sabunçu qəsəbəsinin mərkəzində yerləşən çayxanada hissə-hissə 27.000 manat, sonuncu dəfə isə 2020-ciilin fevral ayının əvvəllərində Bakışəhəri Nərimanov rayonu Atatürk prospektiilə Məmməd Araz küçəsinin kəsişməsində 3.000 manat məbləğindəpulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətiilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə keçmiş iş yoldaşı Zərərçəkmiş şəxs1 işlədiyi zavoddan kabel çıxarıb sataraq yaxşı qazanc əldə etdiyini, ticarətində nağd vəsaitə ehtiyacı olduğunu bildirib, nağd pul versə qısa müddət ərzində ona yaxşı qazanc verəcəyinə dair yalan vədlər verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq ilk dəfə sonuncunun mobil telefon vasitəsilə onun Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 41 ünvanda yerləşən "xxxx" ASC-də olan bank hesabına xx.xx.2020-ci il tarixdə köçürdüyü 1.000 manat, daha sonra müxtəlif vaxtlarda həmin hesaba köçürdüyü 6.000 manat, bir neçə gün sonra 2.500 manat və sonuncu dəfə xx.xx.2020-ciil tarixdə köçürdüyü 6.200 manat, ümumilikdə 15.700 manat məbləğində pulu həmin banka məxsus tepminaldan çıxararaq ələ keçirmiş, həmin puldan 9.670 manatını qaytarmış, qalan 6.030 manat məbləğində pulu ələ keçirərək zərərçəkmiş şəxs Əfqan Əliyeyə həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 internet üzərindən «Amazon şirkəti ilə virtual ticarətlə məşğul olaraq yaxşı qazanc əldə etdiyini, ticarətində nağd vəsaitə ehtiyacı olduğunu bildirib, nağd pul versə qısa müddət ərzində ona yaxşı qazanc verəcəyinə dair yalan vədlər verib aldadaraq 2021-ci ilin mart ayında 3.100 manat məbləğində pulun sonuncunun yaşadığı Qazax rayonundakı«Million» elektron ödəmə terminalı vasitəsi ilə onun Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 41 ünvanda yerləşən "xxxx" ASC-də olan bank hesabınaköçürülməsinə nail olmuş, həmin puldan 1.500 manatını qaytarmış, qalan 1600 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətiilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 özünü elektrik naqillərinin ticarəti sahəsində bacarıqlı iş adamı kimi təqdim edərək fəaliyyətini genişləndirib mənfəətini artırmaq üçün daha böyük məbləğdə maliyyə resurslarının lazım olduğunu bildirməklə öz biznesinə sərmayə yatırmaqla mənfəət əldə etmək təkelif edərək üzərində qazancla birlikdə 18.000 manat məbləğində pul qaytaracağı barədə yalan vədlər verib aldadaraq xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Bülbül prospekti 10 ünvanda yerləşən Sahil parkında 15.600 manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 tanıyır, onunla birlikdə Maştağa qəsəbəsinin girəcəyində yerləşən «HST Kablo» zavodunda işləmişdir. Həmin zavod dostunun dayısına məxsus olduğu üçün orada gecə növbəsi üzrə növbə rəisi işləmiş, Zərərçəkmiş şəxs5 isə həmin zavodda gündüz növbəsində növbə rəisi işləmişdir. Aralarında dostluq münasibətləri vardır. Misirə müraciət etmişdir ki, əlində pul varsa, versin ona ki, o, işlədiyi su filtirləri zavodundan və su filtirlərin satışı ilə məşğul olan digər şirkətlərdən filtirləri əldə edib gəlirlə sataraq Misirə verdiyi məbləğin 10%i həcmində gəlir verəcəkdir. Aralarında dostluq və etibar münasibətləri olduğu üçün Misir davamlı olaraq 2019-cu ilin aprel ayının əvvəllərindən 2019-cu ilin dekabr ayının əvvəllərinədək olan müddət ərzində Bakı şəhəri Nərimanov rayonu, X14 küçəsində yerləşən «For you» çay evində, Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Kompyuter» ofisində, Bakı şəhəri, Sabunçu rayonu, Aeroport yolunda olan keçidin yanında, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsinin girəcəyində, Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən «HST Kablo» zavodunda, yəni hissə-hissə 109.200 manat və sonuncu dəfə 2019-cu ilin dekabr ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Kompyuter» ofisində 5.000 manat, ümumilikdə 114.200 manat məbləğində pulunu alıb ələ keçirmiş, həmin puldan 53.000 manatını qaytarmış, qalan 61.200 manat məbləğində borcu qalmışdır. O, Misirdən ilk dəfə səhv etmirsə 20.000 manat pul alıb əvəzində gəlirlə birlikdə 22.000 manat qaytarmış, sonrakı dəfələr də müxtəlif məbləğlərdə vəsaitlər almışdır. Misir öz növbəsində həmin pulun bir qismini, yəni 18-20.000 manat pulu dostu Fəriddən almış, hansı ki, Fərid öz növbəsində həmin pulu faizlə götürmüş, ona görə o, Misirə söz vermişdir ki, Fəridin həm verdiyi pulu, həm də faizini ödəyəcəkdir. Bundan başqa o, dostu Cavidin vasitəsi ilə Zərərçəkmiş şəxs7la tanış olmuş, ona da əlində vəsait olduğu halda ona verə biləcəyini, həmin vəsaiti su filtirlərinin satışına sərf edərək borcu gəlirlə birlikdə qaytara biləcəyini demişdir. O, həmin epizod üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs3 tanımamışdır. Sonradan İsmayıldan bilmişdir ki, o, ona verdiyi pulların əsas hissəsini Vasifdən almışdır. Zərərçəkmiş şəxs7 metal satışı ilə məşğul olması barədə heç nə deməmişdir, ona yalnız su filtirlərinin satışı ilə məşğul olmasını demişdir. İsmayıl onunla razılaşaraq davamlı olaraq 2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayınadək olan müddət ərzində onun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə 18 saylı yataqxananın həyətində ilk vaxtlar nağd şəkildə, sonra isə onun şəxsi bank hesabına hissəhissə pul köçürmüş, sonuncu dəfə isə İsmayıl onun kartına 06 feral 2020-ci il tarixdə 3.000 manat məbləğində pulu Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 41 ünvanda yerləşən "xxxx" ASC-nə məxsus terminaldan köçürmüşdür. Ümumilikdə Zərərçəkmiş şəxs7 69.750 manat məbləğdə pulu alıb həmin puldan 18.500 manat borcu qalmış, İsmayıla 51.000 manatdan artıq məbləğdə pul ödəmişdir. O, ödənişlərin xeyli hissəsini "xxxx" ASC bankında Zərərçəkmiş şəxs7 hesabına köçürməklə ödəmişdir. Əgər həmin bank vasitəsi ilə İsmayıl ona təxminən 40.000 manat pul köçürmüşdürsə, o, İsmayılın bankdakı hesabına 67.000 manat pul ödəmişdir. Fərq isə aldığı pulun faizi hesabına yaranmışdır. Ona görə bu epizod üzrə İsmayıla ödənilməyən pulun məbləği ilə razı deyildir. İsmayıla da aldığı hər məbləğə görə təxminən 10 % və ondan yuxarı məbləğlərdə gəlir vermişdir. İsmayılla aralarında bank köçürmələri vasitəsiilə aparılmış hesab çıxarışlarını "xxxx" MM-də çıxarıb istintaq orqanına təqdim etmişdir. İsmayıl Cavidə əlbəəl 40.000 (qırx min) manat pul verərək ona göndərməmiş, belə bir hal baş verməmişdir. Zərərçəkmiş şəxs7 istintaq orqanına təqdim etdiyi pul mübahisəsinə dair söhbətin səs yazısı ilə tanışdır, həmin səsyazmada İsmayıla verəcəyi pulun məbləğinin 65000 manat olmasını təsdiqləsə də sonradan telefonunda olan pul dövriyyəsi ilə bağlı yazışmalara baxaraq müəyyən etmişdir ki, həmin məbləğ İsmayıl tərəfindən şişildirilmiş məbləğdir, onların aralarında bir dəfəyə toplam şəkildə 40000 manat məbləğində pul alış-verişi olmayıb. Bundan başqa o, su filtirləri istehsalı ilə məşğul olmuş "xxxx" şirkətində birgə işlədiyi Zərərçəkmiş şəxs1 işlədiyi «HST Kablo» zavoddan kabel çıxarıb sataraq yaxşı qazanc əldə edəcəyini, ona Əfqan nağd pul versə qısa müddət ərzində ona yaxşı qazanc verəcəyini bildirərək davamlı olaraq ilk dəfə sonuncunun mobil telefon vasitəsilə onun Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 41 ünvanda yerləşən "xxxx" ASC-də olan bank hesabına xx.xx.2020-ci il tarixdə 1.000 manat, daha sonra müxtəlif vaxtlarda həmin hesaba 6.000 manat, bir neçə gün sonra 2.500 manat və sonuncu dəfə xx.xx.2020-ciil tarixdə 6.200 manat, ümumilikdə 15.700 manat məbləğində pulun köçürülməsi hesabına işlərini görmüş, həmin puldan 9.670 manatını Zərərçəkmiş şəxs1 qaytarmış, qalan 6.030 manat məbləğində pulu isə ödəyə bilməmişdir. Bundan başqa o, bir tanışının vasitəsi ilə tanıdığı Bayramova Fatiməyə internet üzərindən “Amazon” şirkəti ilə virtual ticarətlə məşğul olaraq yaxşı qazanc əldə edəcəyini, ticarətində nağd vəsaitə ehtiyacı olduğunu bildirib, nağd pul versə qısa müddət ərzində ona yaxşı qazanc verəcəyini bildirib razılaşaraq sonuncunun anası Zərərçəkmiş şəxs6 2021-ci ilin mart ayında sonuncunun yaşadığı Qazax rayonundakı «Million» elektron ödəmə terminalı vasitəsi ilə onun Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 41 ünvanda yerləşən "xxxx" ASC-də olan bank hesabına köçürdüyü 3.100 manatı dövriyəyə buraxmış, həmin puldan 1.500 manatını Arzu xanıma qaytarmış, qalan 1600 manat məbləğində pulu isə ödəyə bilməmişdir. Bundan başqa o,tanışı Aslan Aslanovun vasitəsi ilə sonuncunun qardaşı Zərərçəkmiş şəxs2la tanış olmuş, onunla elektrik naqillərinin satışından əldə etdiyi gəlirin hesabına ona xeyir verməsi barədə söhbəti olmamışdır. Onunla da Fatimə Bayramovanın epizoduna uyğun olaraq internet üzərindən “Amazon” şirkəti ilə virtual ticarətlə məşğul olaraq yaxşı qazanc əldə edəcəyini, ticarətində nağd vəsaitə ehtiyacı olduğunu bildirib, nağd pul versə qısa müddət ərzində ona yaxşı qazanc verəcəyini bildirib razılaşaraq xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Bülbül prospekti 10 ünvanda yerləşən Sahil parkında 15.600 manat məbləğində pulunu alıb dövriyyə etmiş, ilk dəfə ondan 1.000 manat alaraq 1.200 manat qaytarmış, sonra 6.000 manat alaraq 6.6000 manat qaytarmış, Zərərçəkmiş şəxs2 15.600 manat yox, cəmi 12.000 manat almış, həmin pulu xx.xx.2021-ci il tarixdə istintaq orqanı tərəfindən tutulduğundan Asimə ödəyə bilməmişdir. Məhkəməyə bildirir ki, zərərçəkmiş şəxslərə yaxın vaxtlarda ziyanın ödənilməsinə dair razılığa gəlmişdir. Lakin Zərərçəkmiş şəxs3 epizodu üzrə sonuncunun ondan tələb etdiyi məbləğlə razı deyildir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. 2021-ci ilin yanvar ayının əvvəllərində «Faberlic» şirkəti ilə əməkdaşlıq edən qızı Fatimə bildirmişdir ki, onun Vüsalə adlı iş yoldaşı bir nəfər, Bakı şəhərində yaşayan, internetlə «Amazon şirkətiilə virtual ticarətlə məşğul olan Təqsirləndirilən şəxs ilə əməkdaşlıq edir, yəni özündə olan pullar ilə həmin şəxsin məşğul olduğu ticarətə sərmayə yatırır, əvəzində də Sahil ona özü qazandığı pullardan xeyir verir. Vüsalə Fatiməyə təklif etmişdir ki, o da həmin işə qoşulsun. Fatimə razı olduqdan sonra Vüsalə onu da Sahilin işinə cəlb etmiş, razılıq əldə olunmuşdur ki, Fatimə Sahilin kartına 3.100 manat köçürsün, Sahil də həmin vəsaiti dövriyəyə buraxıb bir həftədən sonra həmin pulu və qazanc olaraq 450 manat pulu ona qaytarsın. Qızında pul vəsaiti olmadığı üçün o, yaşadığı Qazax şəhərindən terminal vasitəsi ilə Sahilin kartına 3.100 manat pul köçürmüşdür. Lakin bir həftədən sonra Sahil qızına nə həmin pulu, nə də ki, faizi ödəmədiyi üçün pullarını ondan tələb etmişlər. Sahil çox uzun çəkişmələrdən və təkidlərindən sonra 2021-ci ilin mart-aprel ayları ərzində ona aldığı puldan cəmi 1500 manat məbləğində pul qaytarmışdır. Qalan 1600 manat məbləğində pulunu isə bu günədək də qaytarmamışdır. Həmin məbləği ondan tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ildən etibarən tanımış və aralarında həmişə normal münasibətləri olmuşdur. Belə ki, Sahillə birlikdə Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən və elektrik naqillərinin istehsalı ilə məşğul olan «HST Kablo» zavodunda sahə rəisi işləmiş, həmin zavodda Təqsirləndirilən şəxs gecə növbəsi üzrə sahə rəisi işləmişdir. Lakin o, həmin zavodda rəsmi qaydada işlədiyi halda, Sahil həmin zavodda qeyri-rəsmi işləmişdir. Belə ki, zavod müdiriyyəti ilə Sahilin qohumluq əlaqələri olmuşdur. Zavoddan işdən Sahil təxminən 2019-cu ildə çıxaraq "xxxx" su filtrlərinin satışı şirkətində işləmişdir. Sahil istər kabel zavodunda, istərsə də "xxxx" su filtrlərinin satışı şirkətində geniş müştəri və istehsalçılar əlaqələrinə malik idi. Sahil bildirmişdi ki, Azərbaycanda satışa çıxarılan filtrləri xarici dövlətlərdən uguz qiymətə almaqla üzərinə real maya dəyərindən qat-qat çox qiymət qoymaqla sataraq yaxşı gəlir əldə edir, lakin əlində kifayət qədər pul olmadığı üçün böyük həcmdə ticarət edə bilmir. Sahil ona bu biznesə vəsait yatırmağı təklif etmiş, o da razı olaraq qazanc əldə etmək üçün deyil, borc olaraq 2019-cu ilin yaz aylarında Sahilə 3000 manat pul vermişdi. Bir müddətdən sonra qısa zaman ərzində maşınında nasazlıq yarandığı üçün Sahilə müraciət edərək borc verdiyi pulun 2000 manatını almışdı. Həmin vaxt onda Sahilə qarşı inam yaranmışdı ki, Sahil həqiqətən də ticarətlə məşğul olur. Bundan sonra Sahillə danışıb gördüyü işə pul yatırmaq barədə razılığını vermiş və ilkin olaraq 2019-cu ilin aprel ayının əvvəllərində Nərimanov rayonu, X14 küçəsində yerləşən «For you» çay evində Sahilə 7000 manat pul vermişdi. Bundan sonra Sahil biznesi genişləndirmək məqsədi ilə yenə də pul lazım olduğunu bildirdikdə o, tanışlarından borc almaqla qardaşına məxsus Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Kompyuter» ofsində 3000 manat, bir müddət sonra Sabunçu rayonu, Aeroport yolunda olan keçidin yanında 4000 manat, dostu Fəridin vasitəsi ilə Maştağa qəsəbəsinin girəcəyində 14000 manat, daha sonra yenə də dostu Fəridin vasitəsi ilə həmin ünvanda 6000 manat pul vermişdi. Artıq 2019-cu ilin sentyabr ayının oratalarında Sahil ona müraciət edərək gün ərzində qazancı ilə birlikdə qaytarmaqla ondan 27000 manat pul istəmiş və o, həmin pulu günorta saatlarında verdikdən sonra axşam saatlarında Sahil ona 29000 manat pul qaytarmış və bununla da Sahilə olan inam və etibarı daha da artmışdı. Bundan sonra yenə də müntəzəm olaraq Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən «HST Kablo» zavodunda 3000 manat, qardaşına məxsus Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Kompyuter» ofsində 4000 manat, Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən «HST Kablo» zavodunda 4000 manat, yenə də Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Kompyuter» ofsində 4000 manat, Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən «HST Kablo» zavodunda 4000 manat, bir neçə gündən sonra 4200 manat, yenə də həmin ünvanda 3000 manat, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Kompyuter» ofsində 4000 manat, Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən «HST Kablo» zavodunda 4000 manat, həmin ünvanda 6000 manat, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Kompyuter» ofsində 7000 manat, Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən «HST Kablo» zavodunda 4000 manat və sonuncu dəfə 2019-cu ilin dekabr ayının əvvəllərində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Kompyuter» ofsində 5000 manat pul vermişdir. O, hər dəfə Sahildən əvvəllər verdiyi pulları və qazancını istədikdə sonuncu hər dəfə işində krizis olduğunu və biznesi dirçəltdikdən sonra ümumi qazanc verəcəyini bildirmiş, o isə Sahilə inandığı üçün sonuncunu çox sıxmamış və nəticədə çox gec anlamışdır ki, Sahil onu aldadıb. Belə ki, Sahil 22 dekabr 2019-cu il tarixə qədər ona hissəhissə pul qaytarmaqla sonuncu dəfə həmin tarixdə 3.100 manat, dekabrın 28-i 500 manat vermiş sonra qalan 61200 manat puldan 2021-ci ilin fevral-mart aylarında daha 1000 manatını qaytarmış, bu günə Sahilin ona 60.200 manat borcu qalmışdır. Sahili dindar və ibadət edən şəxs kimi tanımış, ondan yalnız pulunun qaytarılmasını istəyir. Belə ki, o, öz növbəsində digər şəxslərdən borc olaraq aldığı pulları Sahilə vermişdir. Özü də həmin şəxslərə pulları qismən ödəmiş, lakin bir hissəsinə bu günə qədər borc ödəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, onunla 2018-ci ildən birlikdə su filtrlərinin istehsalı ilə məşğul olan "xxxx" MMC-də işləmişlər. 2019-cu ildə Sahil şirkətdən çıxaraq Kürdəxanı qəsəbəsində yerləşən Kabel zavoduna işə düzəlmişdir. Buna baxmayaraq aralarında dostluq münasibətləri olduğu üçün görüşüb söhbətləşmişlər. 2020ci ilin yay aylarında növbəti görüşlərdən birində Sahil öz işindən danışıb razılığını bildirərək qeyd etmişdir ki, əlində bir qədər nağd pul vəsaiti olsa zavoddan maya dəyərinə kabel çıxarıb öz müştərilərinə sataraq yaxşı qazanc əldə edə bilər, Sahil həmin işin mexanizmini ona belə izah etmişdir ki, guya o, kabel almaq istəyən, lakin əlində tam vəsait olmayan müştərilərdən sifariş qəbul edərək onların bəri başdan təqdim etdiyi pul vəsaitlərinin üzərini öz vəsaiti hesabına tamlaşdıraraq zavodun hesabına köçürüb əmtəəni sifariş edir, artıq sifarişi hazır olduqdan sonra malı zavoddan çıxarıb müştərilərinə dükan qiymətlərindən bir qədər aşağı qiymətə satır, nəticədə o da pul qazanır, müştəriləri də razı qalırlar. Bu təkliflə Sahil ona və digər iş yoldaşı Şahid1 da müraciət etmişdi. O, Sahilin təklifi ilə razılaşmış, lakin ilk dəfə xx.xx.2020-ciil tarixdə öz bank hesabından Sahilin "xxxx" ASC-yə məxsus bank hesabına 1000 manat məbləğində pul köçürmüş, təxminən 2-3 gündən sonra Sahil həmin pulu ona üzərində 150 manat qazancla qaytarmış və bununla da etibarını qazanmışdı. Sonradan o, Sahilə əlavə 6000 manat məbləğində pul vermiş, bir neçə gündən sonra üzərində 1200 manat qazancla Sahil pulu ona qaytarmış, sonra əlavə 2500 manat məbləğində pul vermiş, lakin həmin pulu ziyan etdiyini bildirərək 400 manat kəsrlə ona qaytarmışdı. xx.xx.2020-ciil tarixdə Sahilə əlavə 6200 manat məbləğində pul vermiş, həmin pulu da Sahil ziyana düşdüyünü bildirərək artıq qaytarmaqdan yayınmağa başlamış, müxtəlif yalançı bəhanələr gətirməklə vaxt udmağa çalışmışdır. Buna baxmayaraq güc bəla ilə qalıq pulunun 1500 manat məbləğində hissəsini ala bilmiş, lakin pulun qalan hissəsini, yəni 6030 manatı ala bilməmişdir. Həmin məbləği tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 01 aprel 2021-ci il tarixdə tanışı Vüsalənin vasitəsi ilə tanımışdır. Vüsalə Təqsirləndirilən şəxs iş adamı olduğunu ona demiş, sonuncu ilə iş qurmaqda yaxşı gəlir əldə etmək müqabilində iş görməsini təklif etmişdir. O da Vüsaləyə inanaraq 08 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə “Sahil” bağında görüşmüş, orada Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, 15.600 manat məbləğdə pul versin və 40 gün müddətində ona 18.000 manat məbləğdə pul qaytaracağına söz vermişdir. Sahil 40 gün müddətində xaricdən su filtirləri gətirdəcəyin, satış edəcəyini, satışdan 5 % qazanc əldə edəcəyini və ona da 15.600 manata görə 2.400 manat xeyir verəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla müqavilə bağlayacağını, şəxsiyyət vəsiqəini və evinin ünvanını göstərəcəyini demişdir. O, Təqsirləndirilən şəxs sözlərinə inanmış, qardaşından, qardaşının dostundan pul, bankdan isə kredit götürüb 08 aprel 2021ci il tarixdə axşam saatlarında “Sahil” bağında Təqsirləndirilən şəxs 15.600 manat məbləğində pul vermişdir. Həmin puldan Sahil ona 600 manat qaytarmış, 15.000 manat isə bu günədək qaytarmamışdır. Həmin vaxtı öz aralarında müqavilə bağlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs nə vəd verdiyi xeyir pulu, nə də ondan aldığı pulun mayasını qaytarmamışdır. Sonralar ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər də eyni üsulla onun kimi vətəndaşları aldadaraq, külli miqdarda pulunu ələ keçirmişdir. Həmin məbləği Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sinif yoldaşı Şahid5 vasitəsi ilə tanımışdır. 2019-cu ilin yay aylarında Şahid5lə söhbət edərkən sonuncu bildirmişdi ki, bir nəfər Təqsirləndirilən şəxs adlı iş yoldaşı var, bacarıqlı iş adamıdır, su və hava filtrlərinin alqısatqısı ilə məşğul olur, həmin sahədə xarici dövlətlərdə geniş əlaqələrə malikdir, həmin əlaqələri vasitəsi ilə xaricdən ucuz qiymətə ölkəyə filtirlər gətirir və baha qiymətə sataraq yaxşı pul qazanır. Kamran demişdir ki, Sahilin bu işə daha böyük sərmayə yatırmaq üçün nağd vəsaitə ehtiyacı var, tanışlarını və dostlarını, həmçinin də onun özünü bu işə cəlb edərək müxtəlif məbləğlərdə pullarını alaraq qısa müddətə həmin pulları üzərində yaxşı qazancla qaytarır. Kamranın danışdıqları onda maraq oyatmış, düşünmüşdü ki, o da həmin ərəfədə avtomobilinin satışından əlində qalan pulu dövriyyəyə buraxaraq bir qədər pul qazanar, lakin ilk olaraq çox məbləğdə pul verməyə risk etməmiş, ilk dəfə ona Sabunçu qəsəbəsində çayxanalardan birində görüşərək 500 manat məbləğində pul vermişdi. Təxminən bir həftədən sonra Sahil onunla görüşərək pulun üzərində 100 manat qazancla ona 600 manat qaytarmışdır. Bu minvalla o, Təqsirləndirilən şəxs 3-4 ay ərzində müxtəlif məbləğlərdə pullar vermiş, hətta o dərəcədə Sahilə inanmışdır ki, özündə pul olmadıqda qohum-əqrəbasından, dost-tanışlarından da pul üzərində qazanc vəd verməklə alaraq Sahilə verməyə başlamışdır. Yekunda Sahilə verdiyi pulların ümumi məbləği 30000 manata çatdıqda, Sahil müxtəlif bəhanələr gətirməklə nə pulun qazancını, nə də ki, öz məbləğini verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Sahil onun kimi 20-yə yaxın şəxsi də eyni qaydada aldadaraq, yəni üzərində yaxşı qazanc vədi ilə külli miqdarda pulları ələ keçirmişdir. Təqsirləndirilən şəxslə aralarındakı pul dövriyyəsi həm nağd şəkildə, həm də "xxxx" ASC-dəki bank hesabı vasitəsiilə həyata keçirilmişdir. Sonuncu dəfə o, Sahilə 2020ciilin fevral ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində yolun kənarında 3000 manat məbləğində pul vermişdir. Sahilə o qədər inanmışdır ki, sonuncu ona ödəniş etmədiyi aylarda da Sahilə əlavə pullar verirdi ki, guya o, işin dövriyyəsini dirçəldərək böhrandan çıxıb işləri qaydasına qoyacaqdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 30000 manat məbləğində zərər dəymiş və həmin məbləği o, Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs tanışları Şahid2 və Zərərçəkmiş şəxs7 vasitəsi ilə tanımış, bununla belə onunla yaxın münasibətləri olmamışdır. Cavid Təqsirləndirilən şəxs yaxın dostu olmuşdur. 2019-cu ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs7 ona bildirmişdir ki, Cavidin şəriki Təqsirləndirilən şəxs metal və su filtirlərinin satışı ilə məşğul olur, ticarətləri yaxşı gedir, yaxşı pul qazanırlar. Lakin Sahilgilə nağd vəsait lazımdır ki, həmin pul ilə dövriyyələrini artırıb qısa müddət ərzində pul verən şəxslərə də yaxşı qazanc verə bilərlər. Həmin ərəfədə o, özünə məxsus mənzili satdığı üçün əlində nağd pul olmuş, İsmayılı və onun böyük qardaşı Rüfəti yaxşı tanıdığından və onlara etibar etdiyindən Zərərçəkmiş şəxs7 pul verməyə razı olmuşdur. O, ilk dəfə 2019-cu ilin sentyabr ayının əvvəllərində İsmayıla 10000 manat məbləğdə pul vermiş, növbəti gün İsmayıl ona 10.500 manat qaytarmışdır. İsmayıldan bilmişdir ki, Təqsirləndirilən şəxs ona 11.000 vermiş, həmin puldan vasitəçiliyə görə o özünə 500 manat götürmüş, qalan pulu isə ona vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs7 müxtəlif vaxtlarda ondan pul götürüb 2019-cu ilin dekabr ayınadək olan müddət ərzində gəlirlə birlikdə ona vermiş, hər dəfə gəlirin yarısını özünə götürmüşdür. 2019-cu ilin dekabr ayının əvvəllərində İsmayıl ona bildirmişdir ki, Sahilə 40.000 manat məbləğdə pul lazımdır, Sahil bir ay müddətinə 42.000 manat qaytaracaqdır. O da bu vaxta qədər Sahilin onu aldatmadığını, hər dəfə verilən pulu qazancla qaytardığını görərək arxayın olub heç bir tərəddüd etmədən 40.000 manat pulu Sahilə çatdırmaq üçün İsmayıla vermişdir. Vaxt tamam olduqda İsmayıldan heç bir xəbər çıxmamışdır. İsmayıl ona bildirmişdir ki, Sahilgilin sifarişləri uzanır, pulun qaytarılması üçün bir ay da əlavə vaxt istəyirlər, əlavə vaxta görə əlavə olaraq 2.000 manat da artıq, yəni ümumilikdə 44000 manat qaytaracaqlar.O, İsmayıla heç bir etiraz etmədən gözləməyə başlamışdır. Həmin ərəfədə ayrı-ayrı vaxtlarda İsmayıl ondan Sahil üçün hissə-hissə yenə də pullar almışdır. Həmin əlavə pullardan yekunda İsmayılgilin ona 23.000 manat məbləğdə verəcəkləri qalmışdır. Beləliklə də, İsmayılın ona 63.000 manat məbləğdə verəcəyi qalmışdır. Bu məbləğə İsmayılın ona verdiyi gəlir məbləğləri daxil deyildir. İsmayılla Sahilin aralarında olan hesablaşmalardan, bir-birinin kartlarına pul köçürüb-almaqlarından xəbəri yoxdur. X12 öz aralarında həll etməlidir. O, İsmayıla 63.000 manat pul vermiş, həmin pulu da tələb edir. Qeyd etmək istəyir ki, əslində verdiyi məbləğ 65.000 manat olmuş, həmin puldan 2000 manatını İsmayıl ona qaytardığı üçün qalan məbləğ 63.000 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Şahid2 vasitəsi ilə tanımışdır. Belə ki, 2015-ci ildə Cavid tələbə yoldaşı və dostu kimi təqdim etdiyi Təqsirləndirilən şəxs ilə onu tanış etmişdir. Normal münasibətləri yaranmışdır. 2019-cu ilin avqust ayında Cavidlə Sumqayıt şəhərində görüşən zaman sonuncu söhbət əsnasında Sahil ilə birlikdə metal və su filtirlərinin satışı ilə məşğul olduğunu, bu işdən yaxşı pul qazandıqlarını bildirmişdir. Növbəti görüşlərin birində Cavid ona Sahilin nağd vəsaitə ehtiyacı olduğunu deyərək Sahilə nağd pul verən olsa, həmin pul ilə dövriyyəsini artırıb qısa müddət ərzində pul verən şəxsə də yaxşı qazanc verə bilər. Cavidin təklifi onu şirnikləşdirmiş, lakin pulu olmadığı üçün Cavidin bu xahişini rədd etmişdir. Bundan bir müddət sonra Cavid Sumqayıt şəhərində onu Sahillə görüşdürmüş, orada Cavid və Sahil yenə öz əlverişli ticarətlərindən ona danışaraq, pul istəməyə başlamışlar, hətta onu maraqlandırmaq üçün vəd vermişlər ki, pul sahibinə verəcəkləri gəlirdən əlavə, vasitəçiliyinə görə onun özünə xeyir verəcəklər. Həmin ərəfədə iş yoldaşı və dostu Zərərçəkmiş şəxs3 özünə məxsus mənzili satdığını, əlində nağd pul vəsaitinin olmasını bildiyi üçün Sahilgilin təklifi barədə Vasifə danışmışdır. Vasif ona etibar etdiyi üçün onun vasitəsi ilə pul verməyə razılaşmışdır. Növbəti dəfə Cavid ona zəng edib 10000 manat məbləğdə pul istədikdə o, həmin pulu Vasifdən götürüb 2019-cu ilin sentyabr ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə axşam saatlarında yaşadığı ünvanın həyətində onun evinə tək gəlmiş Cavidə əlbəəl vermişdir. Ertəsi gün axşam saatlarında Cavid yenə tək qapısına gələrək aldığı həmin 10000 manat məbləğdə pulu üzərində 300 manat gəliri ilə birlikdə ona verərək bildirmişdir ki, həmin pulun hesabına bir günə 1.000 manat pul qazanmışlar, həmin qazancdan 700 manatını Sahillə ikisinə götürmüş, qalan 300 manatı da Vasif üçün ayırmışlar. Bu minvalla Vasifə məxsus həmin 10.000 manat məbləğdə pulu Cavidlə Sahil 2019-cu ilin dekabr ayınadək olan müddət ərzində demək olar ki, bir gündən bir, iki gündən bir onun vasitəsi ilə əlbəəl və yaxud da ki, bank köçürməsi vasitəsi ilə Vasifdən alaraq dövriyyə etmişlər, hər dəfə dedikləri vaxt tamam olduqda üzərində qazancla birlikdə heç bir problem yaşatmadan, ona qaytarmışlar. Lakin 2019-cu ilin dekabr ayının əvvəllərində Cavidlə Sahil onunla Sumqayıt şəhərində görüşərək, yaxşı bahalı sifariş qəbul etdiklərini bildirib, həmin sifarişi yerinə yetirmək üçün 40.000 manat məbləğdə pula ehtiyacları olduğunu demişlər. Bir ay müddətə həmin pulu üzərində 2.000 manat məbləğdə qazancla ona qaytaracaqlarını bildirərək xahiş etmişlər ki, həmin məbləğdə pulu həmişəki qaydada Vasifdən götürsün. O, Sahil və Cavidin bu təklifi barədə Vasifə dedikdə, Vasif razılaşmış və 40.000 manat məbləğdə pulu ona vermiş, o isə həmin pulu 05 dekabr 2019cu il tarixdə axşam saatlarında yaşadığı ünvanın həyətində ümumi dostları Seymurun yanında Cavidə vermişdir. Bir ay tamam olduqda Cavid və Sahildən heç bir xəbər çıxmamış, hər ikisi görüş və telefon zənglərindən yayınmışlar. Cavid anasının xəstə olması ilə əlaqədar rayonda olduğunu bəhanə etmiş, Sahil isə sifarişlərinin uzandığı üçün pulun qaytarılması üçün bir ay da əlavə vaxt istəyərək, əlavə vaxta görə 2.000 manat da artıq, yəni ümumilikdə 44.000 manat qaytaracağını vəd vermişdir. O, Vasifi razı salaraq bir ay da gözləməyə başlamışdır. Həmin ərəfədə Cavid Sahildən xəbərsiz ondan özü üçün əlavə 5.000 manat məbləğdə pul alaraq, aldığı günün axşamı qaytarmışdır. Bundan başqa, Sahilin özü yenə onun vasitəsi ilə Vasifdən həmin ərəfədə ayrı-ayrı vaxtlarda hissə-hissə pullar alıb qaytarmaqda davam etmiş, həmin əlavə dövriyyələrdən də yekunda ona 23.000 (iyirmi üç min) manat məbləğdə verəcəyi qalmışdır. Beləliklə, Sahilin ona 65.000 manat məbləğdə verəcəyi qalmışdır. Sonrakı dövrdə Sahil ona 2.000 manat pul qaytarmış, borcun məbləği 63.000-ə enmişdir. Bu 63.000 manat ana məbləğdir, həmin pulun faizləri 85.000 manat təşkil edir. Lakin o, Sahil və Caviddən yalnız ana məbləği olan 63.000 manatını istəyir. Sonra Cavidin deməsindən, ona məlum olmuşdur ki, Sahil internet üzərində virtual ticarətlə məşğul olmuş, həmin oyunlarda da onların pullarını uduzmuşdur. Cavid və Sahilin hərəkətləri barədə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Faktiki olaraq Sahil və Cavidin əməlləri nəticəsində maddi zərər Zərərçəkmiş şəxs3 dəymiş, lakin arada o, vasitəçilik edərək zamin durduğu üçün Vasif pullarını ondan tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi "xxxx" MMC-dən tanıyır, əvvəllər iş yoldaşı olmuşlar. Həmin MMC su filtirlərinin istehsalı ilə məşğul idi. Təxminən 2018-ci ildə Sahil şirkətdən çıxaraq deməsinə görə, Kürdəxanı qəsəbəsində yerləşən Kabel Zavoduna işə düzəlmişdir. 2020-ci ilin yay aylarında Sahil ilə görüşmüş, sonuncu öz işindən razılıqla danışaraq əlində bir qədər nağd pul vəsaiti olsa zavoddan maya dəyərinə kabel çıxarıb öz müştərilərinə sataraq yaxşı qazanc əldə edə biləcəyini demiş, ona bu işə qoşulmasını təklif etmişdir. O, özü də ticarətlə məşğul olduğu üçün və Sahili tanıdığı üçün onun sözlərinə inanmamış, ona pul verməmişdir. Lakin Sahil ondan israrla SMS-lər göndərərək guya tanışları Zərərçəkmiş şəxs1 ona artıq pul vermiş, o da Əfqan kimi pul versə işləri yaxşı gedər. Sahilə inanmamış və ona pul verməmişdir. Bundan sonra Sahil bir neçə dəfə ona yaxınlaşaraq ondan gah 5000, gah da 12 min manat məbləğində pullar istəmişdir. Sahil deyirdi ki, guya işinə 12 min manat məbləğində sərmayə qoysa, uzağı 10 gün müddətinə 25 min manat pul qazanar. Sahilin danışıqları ona inandırıcı gəlməmişdir. Belə ki, ticarət aləmində nəinki Azərbaycanda, heç dünyada belə bir ticarət sahəsi yoxdur ki, qoyduğun sərmayə 10 gün ərzində 100 faiz qazanc verə bilsin. Sahilin onu aldadaraq pullarını ələ keçirmək niyyətində olduğunu anlayaraq sonuncu ilə ünsiyyəti tamamilə kəsmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs "xxxx" MMC-də digər iş yoldaşı olmuşdur. X9 hansı məbləğdə pul almasından məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2012-ci ildən tanıyır, onunla bir müddət "xxxx" şirkətində və Kabel zavodunda işləmişdir. Aralarında yaxın dostluq münasibətləri olmuşdur. Bu iş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 dostu Zərərçəkmiş şəxs7 vasitəsilə tanımışdır. Digər zərərçəkmiş şəxsləri tanımır. Sahil "xxxx" şirkətində və kabel zavodunda işlədiyi üçün həmin sahələrdə əlaqələri olduğundan su təmizləyici qurğuları və kabel istəyən müştəriləri taparaq, onları satıb, qazanc əldə edirdi. Təxminən 2019-cu ilin avqust ayının sonunda Sahil su təmizləyici qurğuların və kabel satışı ilə bağlı pula ehtiyacı olduğundan ona müraciət edərək, bu işin görülməsi üçün borc pul lazım olduğunu bildirmişdir. O da Sahilə kömək etmək üçün həmçinin özünə də xeyir götürmək üçün bu məsələ ilə əlaqədar dostu Zərərçəkmiş şəxs7 müraciət etmişdir. Bilirdi ki, İsmayıl qardaşı Rüfətlə sahibkarlıq fəaliyyəti ilə məşğul idilər və imkanlı dostları da vardır. İsmayılla yaşadığı Sumqayıt şəhərində görüşərək məsələni ona danışmış, İsmayıl da onda pul olmadığını, lakin tanışlarından bu məsələ ilə maraqlanacağını bildirmişdir. Bundan bir neçə gün sonra, təxminən 2019-cu ilin sentyabr ayının əvvəllərində İsmayıl ona, Nicat adlı iş yoldaşından borc pul istədiyini, Nicatın borc pul verməyə razı olduğunu, lakin birlikdə görüşüb, bu barədə ətraflı söhbət etməli olduqlarını bildirmişdir. O, İsmayılın dediklərini Sahilə demiş və həmin vaxt o, Sahil və İsmayıl Sumqayıt şəhərində yerləşən kafelərin birində görüşüb söhbət etmişlər. Sahil İsmayıla kabel satışıilə bağlı borc pul lazım olduğunu, hər ay borc aldığı məbləğin 10 faizini qazanc kimi ödəyəcəyini bildirmişdi. Bundan bir neçə gün sonra onlar yenə də həmin kafedə görüşmüş və onların dördü də kabelin satışı ilə əlaqədar lazım olan pul barədə söhbət etmişlər. Nicat, hansısa dostundan aylıq 10 faizə 6000 manat borc pul alıb Sahilə verə biləcəyini demiş, Sahil də Nicatın dediyi ilə razılaşmışdır. Növbəti görüş zamanı Sumqayıt şəhərində yerləşən İsmayılın yaşadığı yataqxananın qarşısında onunla görüşərək ondan Nicatın ona, aylıq 10 faizlə borc verdiyi 6000 manat pulu vermişdir. Sahilin əvvəlcədən İsmayılla danışıqları olduğu üçün İsmayılın tapdığı pulun müqabilində Sahil onun da hörmətini etməli idi. Belə ki, Sahil İsmayıla demişdir ki, bir aydan sonra həmin 6000 manat pulu qaytaranda, üstündə 10 faiz olmaqla yanaşı 200 manat da ona verəcəkdir. Həmin ayın sonunda Bundan bir ay sonra, yəni 2019-cu ilin oktyabr ayının əvvəllərində Sahil İsmayılın yaşadığı yataqxananın qarşısında 6000 manatı və əlavə olaraq 800 manat qazancı İsmayıla onun yanında vermişdir. O, öz avtomobili ilə taksi kimi fəaliyyət göstərdiyi üçün Sahili harasa aparmaq lazım olanda və onun sifarişlərini yerinə yetirmək lazım olanda bunları edirdi. Ona görə də, İsmayılla Sahilin aralarında olan söhbətləri və İsmayılın Sahilə hansı şərtlərlə, hansı məbləğlərdə borc pul verdiyini və sonradan Sahilin İsmayıla nə qaytardığını bilirdi. Həmin bir ay ərzində İsmayıl Sahilə dostu olan Vasifdən də 10.000 manat pul borc götürüb, həmin 10000 manat pulu gündəlik 10 faizlə Sahilə verə biləcəyini bildirmişdi. Həmin ərəfədə Sahil həm su fıltrlərınin, həm də kabellərin sifarişləri çox olduğu üçün, onlardan yaxşı gəlir əldə edəcəyini güman edib, İsmayılla razılaşmış və demişdir ki, vasitəçiliyə görə onun da hörmətini edəcəkdir. Həmin günün səhərisi, yəni 2019-cu ilin sentyabr ayının ortalarında İsmayıl dostu Vasifdən 10000 manat borc pul alıb İsmayılın Sumqayıt şəhərində yaşadığı yataqxananın qarşısında ondan həmin 10000 manatı götürüb aparıb Sahilə vermişdir. Sahil, İsmayıldan borc götürdüyü həmin 10000 manat pulun qarşılığında iş görə-görə, həmin pulun gündəlik 10 faizini, yəni, 1000 manatını, hər gün İsmayıla ödəmiş, pulun ana məbləği isə, yəni 10000 manat pulun özü Sahildə qalmış və Sahil iş görüb qurtarana qədər həmin məbləğin faizini İsmayıla ödəmişdir. Həmin 10000 manatı Sahil İsmayıla bir neçə gündən sonra üstündə, hər gün 1000 manat faiz olmaqla qaytarmışdır. Bu minvanla, 2019-cu ilin sentyabr ayından 08 noyabr 2019-cu il tarixə qədər olan müddət ərzində Sahil onunla birlikdə ona məxsus avtomobildə Sumqayıt şəhəri, 41-ci məhəlləərazisində yerləşən İsmayılın yaşadığı 18 nömrəli yataqxananın qarşısına gedərək, orada Sahil İsmayıldan iş görmək üçün, gündəlik 10 faiz olmaqla, müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə ümumilikdə təxminən 50000 - 60000 manat borc pul götürmüşdür. Bütün bu məbləğin gündəlik 10 faizini Sahil mütamadi olaraq İsmayıla ödəmiş, bəzi hallarda ödəmələrində gecikmələr olduqda İsmayıl Sahildən, gündəlik alacağı 10 faizin də 10 faizini istəyərək, bu pulları onun dostu Vasifin hansısa zavodun kassasından aldığını və təcili olaraq həmin pulları yerinə qoymaq lazım olduğunu demişdi. Lakin həmin ərəfədə “Covid- 19” virusu ilə əlaqədar ölkədə lokdaun elan olunduğu üçün Sahilin işi bir müddət dayanmış və o, aldığı ümumi məbləğin gündəlik 10 faizini ödəyə bilməmiş, Sahil müflisləşmiş və əlində olan bütün pulları toplayıb, bir az da borc götürüb üstünə qoyaraq 08 noyabr 2019-cu il tarixinə qədər bütün əsas borcunu və üstündə olan faizini tam şəkildə İsmayıla onun yaşadığı yataqxananın qarşısında qaytarmışdır. Lakin, İsmayıl 2019-cu ilin oktyabr ayının axırlarında Sahilin ondan gündəlik 10 faizə borc götürdüyü 28000 manat pulun üstünə faiz gələrək 21 noyabr 2019-cu il tarixədək ona ümumilikdə 40000 manat pul ödəməli olduğunu bildirmişdir. Əlavə etmək istəyir ki, əvvəllər İsmayıl Sahilə onun iştirakı ilə əlbəəl pul verdiyi təqdirdə sonrakı vaxtlarda pulu Sahilə bank kartı vasitəsilə köçürmüş, Sahil də bank kartı vasitəsilə İsmayıla pulu qaytarmışdır. 2019-cu ilin noyabr ayının axırlarında Sahil, İsmayılın dediyi 40.000 manat məbləği ödəyə bilməmiş, həmin puldan yalnız 3000 manat pulu ödəmişdir. Bundan sonra İsmayıl Sahilin göndərdiyi 3000 manat pulu 33190 manatdan çıxaraq və üstünə əvvəlki 40000 manatı gələrək, ümumilikdə Sahilin ona 70000 manat borcu olduğunu bildirmişdir. Bundan sonra 05 dekabr 2019-cu il tarixdə Sahil, İsmayılın "xxxx" ASC-nin Albalı-debet kartına 10000 manat pul köçürmüş və sonuncuya 60.000 manat pul borclu qalmışdır. Lakin İsmayıl 05 yanvar 2020-ci il tarixdə Sahilə faizi ilə birlikdə ona 80000 manat pulu ödəməli olduğunu bildirmişdir. Bildiyi qədər İsmayıl Sahilə cəm şəkildə 40.000 manat pul verməmiş, belə bir hal olmamışdır. Sahilin apardığı hesablamalara əsasən İsmayılın, kart vasitəsiilə göndərdiyi yuxarıda qeyd olunan məbləğlərin qalıqları hesablansa, Sahilin İsmayıla təxminən 18500 manat pul borcu qalmışdır. Lakin Sahil sonuncuların tələb etdikləri 63000 manat pulu qaytara bilmədiyi üçün İsmayıl onlardan Sumqayıt şəhər prokurorluğuna şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayının əvvəllərində dostu Zərərçəkmiş şəxs7 vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxslərdən isə yalnız Zərərçəkmiş şəxs3 tanıyır. İsmayıl ona bildirmişdir ki, dostu Cavid özünün şəriki Təqsirləndirilən şəxslə birlikdə metal və su filtirlərinin satışı ilə məşğul olurlar, ticarətləri yaxşı gedir, nağd pul verən olsa, həmin pul ilə dövriyyələrini artırıb qısa müddət ərzində pul verən şəxsə də yaxşı qazanc verə bilərlər. İsmayıl bu işi ona da təklif etmişdir. Bundan sonra o, bir neçə dəfə İsmayılla birlikdə Cavid və Sahil ilə görüşmüş, onların təklifini müzakirə etmişdir. Həmin ərəfədə onun evində 6.000 manat pulu olmuş, bu səbəbdən İsmayıl və İsmayılın böyük qardaşı Rüfəti yaxşı tanıdığından, onların sahibkarlıqla məşğul olduqlarını, Sahilə və Cavidə vermək istədiyi pulun təminatçıları olduqlarından, İsmayılın şəxsən bu işdə vasitəçilik edərək zamin durmasına arxayınlaşaraq, sonuncunun vasitəsi ilə tanışlarına pul verməyə qərara almışdır. O, həmin pulu İsmayılın iştirakı ilə Sahillə Cavidə birlikdə vermiş, həmin şəxslər pulu təxminən 10 gündən sonra İsmayıla qaytararaq, üzərində İsmayılla ikisinə 300 (üç yüz) manat məbləğdə qazanc vermişlər və onlar da həmin pulu öz aralarında iki yerə bölmüşlər. Sonradan Sahil və Cavid ondan daha artıq məbləğdə pul istəmiş, lakin vəd verdikləri qazancdan ona daha az xeyir verdikləri üçün o, Cavidlə Sahilə pul verməkdən imtina etmişdir. Lakin İsmayıl digər ümumi tanışları və iş yoldaşları olan Zərərçəkmiş şəxs3 10.000 (on min) manat məbləğdə pul alaraq, Cavid və Sahil ilə işləməyi davam etdirmiş, çox vaxt bir yerdə olduqlarından, onun məlumatı olmuşdur ki, İsmayıl Cavid və Sahillə Vasifin pulunu 2019-cu ilin sentyabr ayından dekabr ayınadək dövr etdirmişlər. 2019-cu ilin dekabr ayının əvvəllərində isə İsmayıl “UNİ BANK” vasitəsi ilə Vasifdən 40.000 manat məbləğdə pul alaraq Sahilin kartına köçürmüşdür. İsmayıl həmin pulu köçürən zaman o, İsmayılın yanında olmuşdur. Ümumiyyətlə, İsmayılla Sahilin arasında pul alış-verişi bank kartları vasitəsi ilə həyata keçirilmişdir. X4 İsmayıla 63.000 manat məbləğdə pul borcu yaranmış, həmin pulu bu günədək Vasifə verməmişlər. İsmayıl dəfələrlə onun iştirakı ilə Cavid və Sahillə görüşüb verməli olduqları pullar barədə mübahisələr etmiş, hər dəfə Cavid və Sahil pulu qaytaracaqlarına vəd versələr də, müxtəlif bəhanələrlə bundan yayınmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 4-5 dəfə görmüş, ancaq Zərərçəkmiş şəxs7 və Şahid2 tanıyır.xx.xx.2019-cu ildə Cavid və İsmayıl Sumqayıta gəlmiş və zəng edərək onunla görüşmüşlər. Onlar öz iş birlikləri barədə danışdıqda o, etika xətrinə bir qədər kənara çəkilmiş, ona görə də konkret olaraq nə danışdıqlarını bilməmişdir. amma söhbətlərinin sonunda İsmayılın evə qalxaraq əlində təxminən iki bağlama pul ilə aşağı enmiş, bağlamalarda 20, 50 və 100 manatlıq əskinaslar var idi, məbləği 10-12 min manatdan çox olmazdı. Cavidlə İsmayılın söhbətindən başa düşmüşdür ki, həmin məbləğ Təqsirləndirilən şəxs çatdırmalıdılar ki, sonuncu iş görüb onlara faiz versin, hətta İsmayıl Cavidə irad tutmuşdur ki, onları Təqsirləndirilən şəxs aldıqları 40 faiz gəlir həddindən artıq böyük rəqəmdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs7 böyük qardaşı Rüfət onun dostudur. 2020-ci ilin təxminən fevral ayında axşam saatlarında Rüfətlə birlikdə olarkən kiçik qardaşıİsmayıl Rüfətə zəng vuraraq, sonuncunu Sumqayıt şəhərində dənizkənarı parkda yerləşən kafelərdən birinə dəvət etmiş, o da, Rüfətlə birlikdə oraya getdikdə görmüşdü ki, İsmayıl otaqlardan birində bir neçə nəfər cavan oğlanlarla oturub söhbət edir. Rüfət həmin şəxslərin söhbətinə müdaxilə etdikdən sonra ona məlum olmuşdur ki, həmin Sahil və Cavid adlı tanışlarıİsmayıl vasitəsi ilə bir neçə ay ərzində İsmayılın dostu Vasifdən müxtəlif məbləğlərdə pullar alaraq özlərinin hansısa ticarətlərinə sərmayə qoyaraq dövr etdirmişlər, bir müddət həmin pulları stabil qaydada qazancı ilə birlikdə qaytarsalar da, son vaxtlar artıq qaytarmamışlar və 63.000 (altmışüç min) manat məbləğdə verəcəkləri yaranmış, bu səbəbdən, aralarında pul mübahisəsi gedir. Həmin görüş zamanı Sahil adlı cavan oğlan həqiqətən dəİsmayıl ilə Vasifə 63000 (altmışüç min) manat məbləğdə pul verəcəyi olduğunu, artıq faiz hesablanmadığını bildirərək, həmin pulu hissə-hissə qaytarmaq üçün vaxt almışdır. O da, aralarında olan yaşca böyük bir yaxınları kimi hər ikisinə məsləhət görmüşdür ki, yoldaşdırlar, birlikdə çörək yeyib pul qazanıblar, yaranmış pul mübahisələrini öz aralarında sülh yolu ilə həll etsinlər. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 Bakı şəhəri Binəqədi RPİ-nin rəisinə ünvanlanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona özünü bacaraqlı iş adamı və virtual ticarətin təcrübəli mütəxəsisi kimi təqdim edərək, birgə iş qurmağı və onun məşğul olduğu ticarətə sərmayə qoyaraq yaxşı qazanc əldə etməyi vəd verib, onu aldadaraq 15.600 manat pulunu alaraq, 40 gün müddətində ona 18.000 manat qaytarmağını vəd etmiş, lakin sonradan onun verdiyi pulun nə mayasını, nə də gəlirini qaytarmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs7 Sumqayıt şəhər prokurorğuluna ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, dostu Şahid2 Təqsirləndirilən şəxs mis-dəmir zavodunda işlədiyni, həmin zavoda dəmir sataraq biznes qurmaq istədiyini, lakin əlində müəyyən məblğdə pul olmadığına görə ona onlarla birgə pul qoyaraq birlikdə biznes fəaliyyəti ilə məşğul olmağı və həmin işdən əldə olunan gəlirdən ona pul veriləcəyini vəd etmiş, ilkin olaraq ona 40.000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Sahillə aralarnda bir-iki dəfə iş görmək məqsədi ilə pul məsələsi olmuş, Təqsirləndirilən şəxs vaxtlı-vaxtında pulu qaytardığına görə ona güvənərək xx.xx.2019-cu il tarixdə yaşadığı ünvanda ona pulun bir qismini vermiş, qalan 25.000 manatı Cavid özü onunla əlaqə saxlayaraq onun vasitəsi ilə ayrı-ayrı vaxtlarda yarısını bank yolu ilə, yarısını əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Verdiyi 65.000 manat puldan 2000 manatı kart vasitəsi ilə ona ödənilmiş, Təqsirləndirilən şəxs və Şahid2 pullarını geri qaytarılması ilə bağlı müraciət etsə də müraciəti cavabsız qalmışdır. Məhkəmədə elan edilib araşdırılmış “flaş karta baxış keçirilməsi barədə” 21 may 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs7 tərəfindən istintaqa təqdim olunmuş 01 ədəd flaş karta baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, flaş kartda Zərərçəkmiş şəxs7, X7 və Təqsirləndirilən şəxs arasında Zərərçəkmiş şəxs7 və X10 Tağıyevə verdikləri müxtəlif məbləğlərdə pulla əlaqədar həmin pulları geri istəmələri, Sahil Tağyev isə bəhanələr gətirməklə pulların ödənilməsindən yayınması barədə səs yazıları əks edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2021-ci il tarixli müqavilədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 15.600 manat məbləğində pulu borc vermişdir. Məhkəmədə elan edilib araşdırılmış “Azərfon” və "xxxx" MMC-lərdən daxil olmuş telefon danışıq və ismarıc cədvəllərindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə pulların verilməsi, alınması və tələb edilməsi barədə çoxsaylı söhbətlər aparımış, bu mövzuda bir-birlərinə ismarıclar göndərmişdir. Həmin danışıq və ismarıclarda müəyyən olunur ki, Təqsirləndirilən şəxs dəfələrlə vətəndaşlara vurduğu zərəri ödəyəcəyini bildirsədə bu zərəri ödəməmişdir. Məhkəmədə elan edilib araşdırılmış bank köçürmələri və bank sənədlərindən müəıyyən olunur ki, 2020-ci ilin yanvar-fevral aylarında Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs 20.000 manat pul, sonuncu isə Zərərçəkmiş şəxs7 6.750 manat pul ödəmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs6 Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, “Faberlik” şirkəti ilə əməkdaşlıq edən qızı Fatimə Təqsirləndirilən şəxs iş yoldaşı Vüsalə adlı şəxsin vasitəsi ilə internet üzərindən ticarətlə məşğul olub yaxşı qazanc əldə etdiyini, onun biznesinə sərmayə qoyan olsa həmin şəxsi də qazanc verməsi barədə təklifinə əsasən Təqsirləndirilən şəxs pul vermək qərarına gəlmişlər, qızının pulu olmadığından özü 2021-ci il yanvar ayında yaşadığı Qazax rayondan ödəmə terminalı vasitəsi ilə Sahilin kartına 3100 manat pul köçürmüş, Sahil onu aldaraq pulunu ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 Bakı şəhəri BPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs birgə iş görüb qazanc əldə etmək məqsədilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində bank hesabına köçürmə yolu ilə hissə-hissə 15700 manat pul köçürmüş, həmin pulun bir hissəsi ona qaytarılmış, 6030 manat isə ona qaytarılmamışdır. Bütün köçürmələrin hamısı UNİBANK vasitəsi ilə həyata keçirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs4 Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs birgə iş görüb qazanc əldə etmək məqsədilə 30000 manat məbləğində pulunu ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs5 Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs su filtirləri biznesinə sərmayə yatırıb qazanc əldə etmək vədi ilə 2019-cu ilin fevraldekabr ayları ərzində ümumilikdə 61200 manat məbləğində pulunu ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən BKC/LGL-3781/21 saylı xx.xx.2021-ci il tarixli məktubla daxil olmuş, telefon danışıqlarına dair məlumatlar əks olunmuş CD diskə baxış zanamı müəyyən olunur ki, SMS-lərə Təqsirləndirilən şəxs və müdafiəçisi X3 iştirakları ilə baxış keçirilmiş, baxış zamanı, iş üzrəşübhəli şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı telefonlara xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı telefon istifadəçiləri tərəfindən müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul tələbi və aldadılmalarına görə Təqsirləndirilən şəxs bildirdikləri irad məzmunlu çoxsaylı mesajlar göndərilməsi müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 may 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 27 avqust 2021-ci il tarixli “təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılmasına dair vəsatətin təmin edilməməsi barədə” qərarından müəyyən olunur ki, Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs müddətinin uzadılması barədə vəsatət təmrn edilməmiş, 04 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəməyədək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək-03 ay 25 gün həbsdə saxlanılmışdır. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvələr məhkum olunmamışdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərinin törədilməsi məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayından 2021-ci ilin aprel ayınadək ayrı-ayrı zərərçəkmiş şəxslərə özünü su filtirləri, kabel və internet üzrə onlayn ticarətlə məşğul olan uğurlu iş adamı kimi təqdim edərək, zərərçəkmiş şəxslərə gündəlik yüksək gəlir verəcəyi barədə qeyri-real vədlər verərək, bu vədlərin icra edilməsinin mümkün olmadığını anlayaraq zərərçəkmiş şəxslərə külli və xeyli miqdarda zərər vurmuşdur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyandan qismən ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək - 03 ay 25 gün ərzində, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci tarixədək həbsdə saxlanıldığı müddət ona təyin olunan cəza müddətindən çıxılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd flaş kart cinayət işinin materiallarında saxlanılamlıdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 dəymiş ziyanla bağlı mülki mühakimə qaydasında yerli məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı-03 ay 25 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 06 (altı) il 08 (səkkiz) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbsə alınsın. Cəza çəkmə müddətinin əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 dəymiş ziyanla bağlı mülki mühakimə qaydasında yerli məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar