Məhkəmə qərarları › İş №1(101)-810/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-810/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-810/2023 11.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 18:00 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsn, zərərçəkmiş şəxsin nümayəndəsi - “Sirius” Vəkil Bürosunun vəkili Ayşə X8, müdafiəçi - “Alyans” Vəkil Bürosunun vəkili X3, Azərbaycan-ingilis dilləri üzrə tərcüməçi X6 iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə zor tətbiq etməklə və köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmuş, yəni zorlamışdır. Belə ki, o, 08 oktyabr 2022-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 34 ünvanında yerləşən “Pasifico” adlı gecə klubuna gedib orada spirtli içki qəbul edib əyləndikdən sonra, saat 03:50 radələrində klubun həyətində telefonla danışıb yenidən həmin kluba qayıdan zaman pilləkənlərlə aşağı düşən Almaniya Federativ Respublikasının vətəndaşı 23 sentyabr 2002-ci il təvəllüdlü Tabea Kartheyə yaxınlaşaraq telefonundakı ingilis dilinə tərcümə funksiyasından istifadə etməklə sonuncu ilə ünsiyyət qurduqdan sonra qəbul etdiyi spirtli içkilərin təsirindən sərxoş vəziyyətdə olan Tabea Karthe ilə klubun yaxınlığında dayanmış Şahid5 idarə etdiyi, taksi fəaliyyəti ilə məşğul olduğu “Toyota Prius” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib saat 04 radələrində Zərərçəkmiş şəxs müvəqqəti yaşadığı ünvan 2 ünvanına gətirmiş, sonuncunun iradəsinə zidd olaraq dodaqlarından öpüb qollarından tutaraq evin yataq otağına gətirib çarpayıya uzandıraraq, öz əynindəki şalvar və tumanını çıxardıb Zərərçəkmiş şəxsn sərxoş vəziyyətdə olması səbəbindən fiziki imkanlarının məhdudlaşdığı və ona aktiv müqavimət göstərmək imkanına malik olmadığından onun köməksiz vəziyyətindən istifadə edib cinsi ehtirasını təmin etmək məqsədilə paltarlarını soyundurub sonuncunun ayaqlarını zorla aralayıb üstünə uzanaraq ona fiziki güc tətbiq etməklə cinsi əlaqə zamanı əmələ gəlmələri istisna edilməyən sağ və sol bazunun orta 1/3-nin iç səthinin, sol budun yuxarı 1/3-nin bayır səthinin qançırları kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirib zor tətbiq etməklə öz cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına daxil edərək qızlıq pərdəsinin tamlığını pozub onunla iradəsinə zidd olaraq cinsi əlaqədə olmaqla Tabea Kartheyə zor tətbiq edərək köməksiz vəziyyətindən istifadə etməklə zorlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 06 oktyabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən evi sahibi Səba adlı qadından kirayəyə götürüb 09 oktyabr 2022-ci il tarixədək orada tək yaşamışdır. 08 oktyabr 2022-ci il tarixə keçən gecə, saat 01 radələrində kirayədə yaşadığı evdən çıxıb taksi ilə metronun “Sahil” stansiyası yaxınlığında yerləşən “Pasifico” adlı gecə klubuna getmişdir. Kluba daxil olduqdan sonra 100 qram viski qəbul etmiş, bir qədər oynamış, təxminən saat 02:30 radələrində klubun giriş qapısının yanına düşüb orada xatırlamadığı şəxslə telefonla danışdıqdan sonra, 3-cü mərtəbəyə kluba qalxmaq istəyərkən bir qızın, yəni adını sonradan bildiyi Tabeanın pilləkənlə düşdüyünü görüb ona yaxınlaşmışdır. Əslində gecə klubunda rəqs edərkən oradakı xoşuna gələn ən qəşəng qız da elə Tabea idi. Əvvəlcə Tabeaya salam vermiş, Tabea ona başqa dildə cavab verdiyi üçün onun əcnəbi olduğunu güman etmiş, ingilis dilində haralı olduğunu soruşmuş, sonuncu ona “ay əm İnqland” dediyi üçün onun ingilis olduğunu düşünmüş, ingilis dilini yaxşı bilmədiyi üçün internetdən tərcümə proqramı vasitəsi ilə həmin xanımla ünsiyyət qurmuşdur. Təxminən 5-6 dəqiqə klubun həyətində tərcümə proqramı ilə həmin xanımla söhbət etmiş, telefona əylənmək istəyirsənmi yazıb tərcüməsini Tabeaya göstərmiş, sonuncu “okey” deyə cavab vermişdir. Bundan sonra o, telefona “harada əylənmək istəyirsən” yazmış, Tabea da onun telefonuna ingiliscə cümlə yazmış, o, telefonda tərcümə etdikdə “harada istəyirsən fərqi yoxdur” yazılmışdır. O, telefona “evdə tək qalıram, istəsən gedək bizə, bizdə oturaq tanış olaq və istəsən cinsi əlaqədə olarıq” yazıb proqramda ingilis dilinə tərcümə edib Tabeaya göstərmiş, Tabea də bunu oxuyub “Okey” demişdir. Bundan sonra o, klubun qarşısnıda dayanmış rəngini və nömrəsini xatırlamadığı “Toyota Prius” markalı avtomobilə yaxınlaşıb kirayədə yaşadığı mənzilə aparmasını xahiş etmiş, Tabea ilə ikisi də arxa oturacaqda oturmuş, təxminən 7-8 dəqiqə maşınla getmişlər. Yolda danışmamış, sakitcə getmiş, hər ikisi içkili olmuşlar. Hətta maşında Tabea ona “kiss you” yəni öpürəm səni demişdir. Onlar yolda mehriban getmiş, bir birinə söykənmiş, aralarında heç bir narazılıq olmamışdır. Onlar maşınla yaşadığı ünvanda blokun qarşısına gəlmiş, həmin vaxt şlaqbaum açıq olmuş, taksi blokun qarşısına kimi sürmüş, sonra o, taksi şoferini yola salmış, Tabea ilə bloka daxil olub liftlə 6-cı mərtəbəyə qalxmışlar. Blokda və liftdə onlardan başqa adam olmamış, Tabea ilə çox mehriban olmuşlar. O, özündə olan açarla evin qapısını açmış, əvvəlcə Tabea mənzilə daxil olmuş, sonra o, mənzilə girib qapını içəridən bağlamıdır. Bundan sonra mənzilin mətbəxinə keçib mətbəx stuluna əyləşmiş, mətbəx stolunun üzərində olan şərabı Tabea başına çəkib içmək istəyəndə o, şərabın şüşəsini alıb stəkanlara süzmüş, təxminən hərəsi bir qurtum içmişdir. Bundan sonra o, telefonda mahnı səsləndirmiş, əvvəlcə Tabea oynamağa başlamış, sonra o da qalxıb Tabea ilə qarşı-qarşıya oynamış, həmin vaxt Tabea onu qucaqlayıb dodağından öpmüş, o da Tabeanı dodağından öpməyə başlamış, təxminən 3-4 dəqiqə ayaq üstə öpüşmüşlər. Həmin vaxt Tabea onun şalvarının üstündən cinsiyyət orqanını sığallamış, onun da cinsi ehtirası oyanmış, onlar ayaqüstə öpüşə-öpüşə yataq otağına keçmişlər. Həmin vaxt onun əynində göy rəngli cins şalvar, uzunqol göy köynək, göy-qara-sarı rənli alt tumanı olmuş, Tabeanın əynində isə qara şalvar, qara rəngli qısa mayka olmuş, Tabea onun şalvarının düyməsini açmış, zamoku aşağı çəkmiş, o, şalvarı özü çıxarmış, tumanı da çıxarıb çarpayının yanına yerə qoymuş, sonra köynəyini çıxarıb həmin paltarların üstünə atmışdır. Sonra Tabea çarpayının üzərində oturmuş, onun cinsiyyət orqanını 5-10 saniyə ağzına salmış, sonra uzanmışdır. Sonra o, dizi üstə çarpayının üzərində Tabeanın şalvarının düyməsini və zamokunu açıb şalvarı onun əynindən çıxarmış, sonra Tabea özü qara rəngli alt tumanını çıxarıb, yerə atmış, ayaqlarını aralamış, o, Tabeanın üstünə uzanmış, öpüşmüş, maykasının üzərindən döşünü sığallamış, sonra cinsiyyət orqanını Tabeanın cinsiyyət orqanına sürtmüş, sonra yenidən öpüşmüş, sonra cinsi orqanını təxminən 1 santimetr Tabeanın vaginasına salmış, bu zaman Tabeanın cinsiyyət orqanından qan fışqırmış, qan həm çarpayıya həm də onun üzərinə tökülmüşdür. Qandan pis qoxu gəldiyi üçün o, Tabeanın aybaşı olduğunu fikirləşib cinsi əlaqəni dayandırmış, Tabea onunla öpüşmək istəmiş, o isə iyrəndiyi üçün Tabea ilə öpüşməyib ayağa durub paltarlarını yerdən götürüb mətbəxə keçmiş və paltarlarını geyinmişdir. 1-2 dəqiqə sonra Tabea şalvarını götürüb mətbəxə gəlmiş, sonuncu mətbəxdə şalvarını geyinib zamokunu bağlamış, stulda oturub şərabdan bir qurtum içmişdir. Bundan sonra ikisi də mənzilin çöl qapısının yanına gəlmiş, ayaqqabılarını geyinmiş, Tabeanın şalvarının düyməsinin açıq olduğunu görüb düyməni bağlamış, Tabea qapının yanında dayanmış, o da qapını çöldən bağlamaq üçün mətbəxə keçib açarı götürmüş, bundan sonra ikisi də çölə çıxıb qapını çöldən açarla bağlamışdır. O, mənzilə daxil olarkən qapını içəridən açarla bağlamamışdır. Onlar qapıdan çıxıb liftə minmiş, liftdə Tabea onun belindən mehribancasına tutmuş, Tabea gülə-gülə ona nəsə demiş, amma o, başa düşməmişdir. Liftdən çıxıb blokun qarşısından “Pasifico” kluba getmək üçün taksi sifariş etmiş, saat təxminən 04 radələri olmuşdur. Onlar Tabea ilə təxminən 1 saata yaxın evdə olmuşlar. Sonra “Prius” markalı taksi gəlib blokun qarşısında dayanmış, o,Tabea üçün maşının arxa qapısını açmış, Tabea özü maşına oturmuş, sonra o, qapını örtüb özü artıq iyrəndiyi üçün qabaq oturacaqda oturmuş, təxminən 7-8 dəqiqə ərzində “Pasifico” klubun qarşısına gəlmişlər. O, taksidən düşüb Tabeanın əyləşdiyi qapını açmış, Tabea maşından enmiş, sonra o, qapını bağlayıb taksi sürücüsünə təxminən 2-3 manat pul vermişdir. Taksi getdikdən sonra mənzildə Tabeadan gələn pis qoxulu qan onun gözünün qarşısına gəlmiş və o, klubun qarşısında qusmuş, həmin vaxt Tabea da ondan 5-6 metr aralıda dayanmışdır. O, Tabeanın yanına gəlmiş, ona əli ilə necə olduğunu soruşmuş, o da əli ilə yaxşı olduğunu bildirmişdir. Onlar birlikdə birinci mərtəbədə olan liftin yanına gəlmiş, birlikdə liftlə 3-cü mərtəbəyə qalxmış, liftdən çıxıb ikisi də kluba daxil olmuş, sonra Tabea ilə sağollaşmışdır. O, bara gedib qazlı su içmiş, təxminən 3-4 dəqiqə sonra klubun eyvanına çıxmış, Tabeanı klubun həyətindən çıxıb getdiyini görmüşdür. Təxminən 2-3 dəqiqə sonra o, klubdan çıxıb klubun qarşısında dayanan taksilərdən biri ilə evə getmişdir. Mənzilə daxil olanda qanın iyi evə çökdüyü üçün pəncərələri açmış, qanlı döşəkağını paltaryuyan maşına atıb yumuş, dəsmalla yerdə olan qanı silmiş, onu da paltaryuyan maşına atıb yumuş, matrasda isə qan qalmışdır. Sonra mənzilin digər yataq otağına keçib yatmışdır. Tabeadan telefon nömrəsi və sair məlumatlarını götürməmiş, ondan iyrəndiyi üçün gələcəkdə onunla əlaqə saxlamaq istəməmişdir. O, Tabea ilə cinsi əlaqədə olan zaman qoruyucu rezindən istifadə etməmişdir. O, Tabea ilə cinsi əlaqədə olan zaman cinsi akt başa çatmamışdır. O, Tabea ilə arxadan cinsi əlaqədə olmamışdır. Tabeanın qızlıq pərdəsinin pozulub-pozulmamasını bilməmişdir. O, həmin vaxt Tabeoya zor tətbiq etməmiş, onunla razılıqla cinsi əlaqədə olmuş, ona xəsarət yetirməmiş və Tabea ona müqavimət göstərməmişdir. Onun qarnında sıyrıq xəsarəti olmuş, 10 gün qabaq Yasamal rayonunda xatırlamadığı ünvanda çöl pişiyi ilə oynayarkən pişik caynağı ilə cızmış, cüzi cızıq olduğu üçün heç bir xəstəxanaya müraciət etməmiş, həmin cızığı heç kim görməmişdir. O, Tabeanın bədəninin gördüyü hissələrində heç bir xəsarət görməmiş, onunla işıqlı otaqda cinsi əlaqədə olmuş, mənzildə səs-küy olmamışdır. O, Tabea ilə cinsi əlaqədə olarkən sonuncu ona müqavimət göstərməmişdir. Tabea ingilis dilində cinsi əlaqədə olmaq istəmədiyini deməmiş, buna işarə etməmişdir. O, Tabea ilə qarşılıqlı istək əsasında öpüşmüş və cinsi əlaqədə olmuşlar. Tabea ilə evdən kluba birlikdə gəlmiş, ikisi də kluba daxil olmuş, Tabeanın üzərində pul, həmçinin telefon görməmiş, mənzildə onlardan başqa heç kim olmamışdır. Tabea Karthe ilə cinsi əlaqədə olarkən sonuncunun cinsiyyət orqanından qoxulu qan gələn zaman o, cinsi əlaqəni dayandırdığı üçün Tabeanın üz cizgilərindən incidiyi hiss olunmuş, amma ona heç nə deməmişdir. O, bu incikliyi aradan qaldırmaq üçün Tabeanın alnından öpüb, saçını oxşamışdır. Onun fikrincə klubun qarşısında qusarkən Tabea Karthe ondan iyrənib qusduğunu hiss etmiş, çünki qusanda üzünə baxmışdır. Evdən çıxıb Tabea Karthe ilə kluba gedərkən Tabea ona liftdə “drink” yəni içmək dediyi üçün o, Tabeanın yenə içmək istədiyini başa düşmüş, o, Tabeadan uzaqlaşmaq istədiyi üçün əli ilə yox deyə işarə etmişdir. O, Zərərçəkmiş şəxs kluba gətirdikdən sonra Tabea klubun içərisində onun gəlibgəlmədiyini bilmək üçün arxaya baxmışdır. O, 08 oktyabr 2022-ci il tarixdə Tabea Karthe ilə gecə klubuna təkrar qayıtdıqdan sonra klubdan çıxıb yenidən kirayədə yaşadığı evə qayıtmış, Leyla adlı tanış qıza zəng edib evə dəvət etmiş, evdə musiqiyə qulaq asıb, oynamış, sonra isə qarşılıqla razılıq əsasında cinsi əlaqədə olmuşlar. Baş vermiş hadisəyə görə Tabeadan üzr istəyir. Məhkəmədən cavan olmasının, əvvəllər məhkum edilməməsinin, faktiki olaraq zərərçəkmiş şəxsin hazırda ondan şikayətçi olmamasının nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Tabea Karthe göstərdi ki, Almaniyanın Flensburq şəhərində doğulmuş, Handwit şəhərində yaşayıb və təhsil almışdır. Almaniyada olarkən 2022-ci ilin əvvəllərində Azərbaycanda bir lahiyənin keçirilməsində iştirak etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən X11 təşkilatının Almaniyadakı tərəfdaş təşkilatına ərizə ilə müraciət etmiş, 01 fevral 2022-ci il tarixdə Azərbaycana gəlib Sumqayıt şəhərində X11 təşkilatında könüllü kimi işləməyə başlamışdır. Sumqayıt şəhərində 5-ci mikrorayonda yerləşən Gənclər Evində rəfiqəsi Laura ilə birlikdə yaşamışlar. 07 oktyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində dostları Maks, Vinsent, Laura ilə birlikdə Maksın evində toplaşıb yemək yeyib bir qədər vaxt keçirmiş, orada 3 stəkan şərab və 1 rumka 50 qram araq içmiş, dostları da içmişlər. Onlar orada yaxşı vaxt keçirmiş, heç kim bir-biri ilə mübahisə etməmişdir. Saat 24 radələrində hamısı Səbail rayonu ərazisində yerləşən “Crazzy Bear” gecə klubuna gedib içki içib rəqs etmişlər. O, orada da 1 stəkan alkoqollu kokteyl içmiş, heç kimlə mübahisələri olmamışdır. 08 oktyabr 2022-ci il tarixə keçən gecə təxminən saat 02 radələrində dostları ilə birlikdə “Pasifico” adlı gecə klubuna getmiş, orada da onlar spirtli içki içib rəqs etmişlər. O, orada təxmini bir neçə qədəh viski içmiş, sərxoş vəziyyətdə olmuşdur. Təxminən saat 4 radələrində tualetə getmək üçün dostlarından aralanmış, 10-15 dəqiqə keçdikdən sonra dostlarının dediyinə görə onun geri qayıtmadığından şübhələnib onu axtarmağa başlamışlar. O, tualetdən çıxıb dəqiq haraya getdiyini xatırlamadan yola düşmüş və bir də onda ayılmışdır ki, tanımadığı kişi cinsli 25-30 yaşlı bir şəxslə taksinin qarşında dayanmışdır. Onlar taksiyə minib naməlum istiqamətdə hərəkət etmiş, bir-birilərinə çox sıx oturmuş, nəsə danışıb-danışmamalarını xatırlamır, ancaq o, çox sərxoş olmuşdur. Həmin şəxs onu çoxmərtəbəli bir binanın içindəki mənzilə aparmışdır. Sonra isə nə olduğunu xatırlamadan baxıb görmüşdür ki, şalvarı əynində deyil, üst paltarı əynində olmuş, panikaya düşmüş, qapıya doğru qaçıb cəftəni sağa-sola buraraq açmaq istəmiş, amma aça bilməmiş, qapının üstündə açar olmuşdur. Qapının zamokla bağlı olub-olmamasını xatırlamır. Bu vaxt həmin oğlan onu arxadan qollarından bərk tutub özünə tərəf dartmış, onu iradəsinə zidd olaraq öpməyə başlamışdır. O, alman və ingilis dillərində “ich möchte nicht, i dont wont” yəni “istəmirəm” demiş və onu itələməyə çalışmış, amm spirtli içkinin təsirindən gücsüz və halsız olduğundan ona tam müqavimət göstərə bilməmişdir. Həmin şəxs onu dartıb aparıb sərt bir yerə yıxıb üstünə çıxmış, o, həmin şəxsi itələmək istəsə də gücü çatmamış, həmin şəxs zorla onun ayaqlarını aralayıb onunla cinsi əlaqədə olmuş, onu zorlamışdır. Bundan sonra huşu getdiyi üçün nə baş verdiyini xatırlamamış, ayılanda ayaqlarının yuxarıda olduğunu, tamamilə qana bulaşdığını, həmin oğlanın üzərində olduğunu görüb panikaya düşüb huşunu itirmiş və ayılanda özünü avtobus dayanacağında görmüşdür. Həmin mənzildən necə çıxmağını xatırlamır. Əynində şalvar olmuş, düyməsi, zamok hissəsi açıq olmuş, şalvarın altında qara şortiki olmuş, üst paltarı olmuş, lakin alt paltarı əynində olmamış, şalvarın astar hissində ilişib qalmış, ayaqları qan içində olmuş, ağ corabları da qana bulaşmışdır. O, dəfələrlə çox içki içsə də, içkiləri qarışdırmış olsa da, heç bir vaxt özünü bu qədər huşsuz hiss etməmişdir. Bu dəfə içki ona təsir etmiş, o, qusmağa məcbur olmuş və dayanacaqda qusmuşdur. Bu vaxt dostlarından biri onu görmüş və ona yaxınlaşmışdır. Bu vaxt təxminən səhər 5 radələri olmuşdur. Sonra dostlarının dediyinə görə o, sərxoş vəziyyətdə dostlarının klubda olduğunu bildirib həmin kluba yenidən daxil olmaq istəmiş, amma təhülkəsizlik xidməti onu içəri buraxmamış və o, avtobus dayanacağına getmişdir. O, həmin evdən necə gəlib avtobus dayanacağına çatdığını xatırlaya bilmir. Sanki hər şey yuxu kimi görsənmiş, onunla baş verməmişdir. Bu hiss ona tamamilə yad bir hiss olmuşdur. Piyada təxminən 10- 15 dəqiqə ərzində Maksın evinə getmiş, gecəni orada qalmışlar. Maksın evində Laura ilə birlikdə yatmış, saat 11:30 radələrində yuxudan oyanmış, soyunub bədəninə baxdıqda qolları və sol bud hissəsinin göyərdiyini görmüş, sonra onun istəyi ilə Laura tanışı Zərifə ilə əlaqə saxlayıb polisə necə müraciət edə biləcəklərini soruşmuş, Zərifə və Röya hər ikisi Maksın evinə gəlmişdir. Onlara nə baş verdiyini danışmış, Röya da zəng edib bu barədə polisə məlumat vermiş, bununla əlaqədar Polis İdarəsinə getmək lazım olduğunu bildirmiş və birlikdə oraya getmişlər. Günün sonuna kimi Polis İdarələrində olmuşlar, təxminən gecə saat 10 radələrində onlar Laura ilə birlikdə Sumqayıt şəhərinə yaşadıqları evə gedib saat 11 radələrində evə çatıb yatmışlar. Növbəti gün yəni 09 oktyabr 2022-ci il tarixdə, saat 08 radələrində yuxudan oyanmış, saat 10 radələrində Laura ilə birlikdə Bakı şəhərinə gəlmiş, nümayəndəsi Ayşə xanımla görüşüb, hadisə zamanı əynində olmuş paltarları polis əməkdaşlarına təhvil vermiş, sonra Laura ilə birlikdə Sumqayıt şəhərinə yaşadığı evə gəlmiş, bundan sonra zəng edib valideynlərinə baş vermiş hadisə barədə məlumat vermişdir. Saat 17 radələrində Laura ilə birlikdə evdən çıxıb Sumqayıt şəhərində yerləşən “Unibank”a aid bankomatdan pul çıxarıb evə qayıtmış, bu da təxminən 15 dəqiqə çəkmiş, bundan sonra Laura ilə birlikdə evdə olmuşlar. Saat 18 radələrində Lauranın telefonuna onun nömrəsindən zəng gəlmiş, Laura telefonu yaşadığı yerin mühafizəçisinə vermiş, mühafizəçi həmin şəxsə yaşadıqları ünvanı izah etmiş, təxminən gecə saat 11 radələrində yaşadığı yerin mühafizəçisi onun itmiş telefonunu və alman şəxsiyyət vəsiqəsini gətirib ona verib getmişdir. Həmin gün saat 12 radələrində yatmışlar, evdə Lauradan və ondan başqa heç kim olmamışdır. 10 oktyabr 2022-ci il tarixdə, saat 09 radələrində yuxudan oyanmış, Laura ilə birlikdə Bakı şəhərinə gələrək nümayəndəsi Ayşə xanımla görüşüb saat 16 radələrinə kimi müvafiq eskpertiza müayinələrindən keçmişlər. Bundan sonra yenidən Laura ilə birlikdə Sumqayıt şəhərinə qayıtmış, həmin gün də Laura ilə birlikdə evdə olmuşlar.O, əvvəllər heç kimlə cinsi əlaqədə olmamış, bakirə olmuş, qızlıq pərdəsi pozulmamışdır. 08 oktyabr 2022-ci il tarixə keçən gecə tanımadığı şəxs tərəfindən mənzildə zorlanmış və qızlıq pərdəsi pozulmuşdur, ona müqavimət göstərmək istəsə də bacarmamış, bundan sonra isə yenə də heç kimlə cinsi əlaqədə olmamışdır. Hadisə zamanı əynində qara rəngli şalvar, qara rəngli mayka, şalvarın altında qara rəngli şortik, onun altında isə tuman olmuş, ayağında ağ rəngli corablar olmuşdur. Həmin paltarları hadisədən sonra polisə təqdim etmişdir. Onda mensturasiya hadisədən 14 gün əvvəl olmuş, həmin vaxt mensturasiya dövrü olmamışdır. Faiq onunla zorla cinsi əlaqədə olarkən onu öldürməklə hədələməmiş, yaxud başqa formada hədə-qorxu gəlməmişdir. Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. O, Faiq adlı həmin şəxsi necə tanımağını, onunla şərab içməyini xatırlamır. O, Faiqə cinsi əlaqəyə girmək istəmədiyini demiş, Faiq zorla onunla cinsi əlaqədə olmuş, ondan sonra nə baş verdiyini xatırlamır. Faiq cinsiyyət orqanını onun ağzına salmamışdır. Faqiə evinə yəqin ki, spirtli içkinin təsirindən sərxoş olduğu üçün bilmədən getmişdir. Ona təqdim edilmiş videoda həmin vaxt nələr baş verdiyini, necə getdiyini, kiminləsə telefonla damşıb-danışmamasını xatırlamır. Onda belə bir xasiyyət var ki, özünü narahat hiss edəndə, heç kimlə danışmasa da telefonu qulağına tutur. Sonradan telefonuna baxanda görmüşdür ki, “WhatsApp proqramında Barry ləqəbli Baran adlı Almaniyada yaşayan dostuna alman dilində “haradasan” yazmış, sonrakı yazılar isə heç nə ifadə etmir. Həmçinin həmin gün saat 04:28-də Alinchen adlı Almaniyada yaşayan qız dostuna “giyt eeeeee get hind neir” kimi heç bir məna ifadə etməyən hərflər yazmışdır. Hazırda Faiqə ağır cəza təyin edilməsi ilə bağlı istəyi yoxdur. Məhkəmədən xahiş odur ki, ona qarşı belə hərəkət etmiş Faiq cəzasız qalmasın. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 2022-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini ingilis dilində bitirmiş, ingilis dilində sərbəst danışa bilir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla münasibəti olmamışdır. Tabeanm tanışı Lauranı əvvəllər gənclərlə bağlı keçirilən tədbirlərin birində görmüş, amma münasibəti olmamışdır. Zərifəni isə 6 aydan artıq müddətdir ki, tanıyır, onunla da gənclərlə bağlı keçirilən tədbirdə tanış olmuş, ona hüquqşünas olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi tanımır, onunla heç bir münasibəti olmamışdır. 08 oktaybr 2022-ci il tarixdə, səhər saatlarında Zərifə ona zəng edərək tanışı Tabea adlı alman vətəndaşının tanımadığı şəxs tərəfindən zorlandığını bildirmiş və hüquqşünas olduğu üçün ondan nə etmək lazım olduğunu soruşmuşdur. O, Zərifəyə telefonda polisə müraciət etmək lazım olduğunu, onların yanına gələcəyini bildirmişdir. Həmin gün günorta saatlarında Zərifə ona olduqları yerin ünvanını demiş, o, “Qış Parkı”nın yanında yerləşən həmin mənzilə getmiş, mənzildə Maks, Laura, Tabea və Zərifə olmuşlar. Tabeanın corabları və şalvarı qanlı olmuş, qollarının iç səthi isə göyərmişdir. O, Tabeadan ingilis dilində nə baş verdiyini soruşmuş, Tabea taqətsiz vəziyyətdə ona dostları Laura, Maks və Vinsentlə birlikdə 07 oktyabr 2022ci il tarixdə əvvəlcə evdə, sonra isə klubda spirtli içki qəbul etdiklərini, içkilərin ona çox pis təsir etdiyini, sərxoş vəziyyətdə olduğunu bildirmişdir. Sonra Laura bildirmişdir ki, “Pasifico” klubda olarkən Tabea ayaqyoluna gedəcəyini bildirib getmiş, təxminən 10-15 dəqiqə sonra gəlmədiyi üçün onu axtarmış, amma tapa bilməmişlər. Tabea demişdir ki, xatırladığna görə “Pasifico” klubdan çıxıb tanımadığı kişi cinsli bir şəxslə taksinin qarşında dayanmış, sonra taksiyə minib getmişlər. Həmin şəxs onu tanımadığı bir mənizlə aparmış, mənzildə olanları tam xatırlamır, mənzildə şalvarsız olduğunu görüb özünü itirib mənzilin qapısına doğru qaçıb qapını açmaq istəmiş, həmin vaxt tanımadığı həmin oğlan arxadan onun qollarından bərk tutub aparıb bərk bir yerə uzandırıb üstünə çıxmış, Tabea ona etiraz etsə də, əli ilə itələsədə də sərxoş olduğu üçün müqavimət göstərə bilməmiş, həmin şəxs onu zorlamışdır. Həmin vaxt huşu getmiş, ayılanda qana bulaşdığını, həmin oğlanın üzərində olduğunu görüb özündən getmiş, bir daha özünə gələndə artıq avtobus dayanacağında olmuş, sonra dostları ona yaxınlaşmış və evə getmişlər. Tabea demişri ki, dostları ona yaxınlaşdıqdan sonra onlara da zorlandığını demişdir. Həmçinin Tabea ona demişdir ki, o, bakirə olmuş, zorlama zamanı onun qızlıq pərdəsi də pozulmuşdur. O, bunları dinlədikdən sonra “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Tabea Karthe ona onu zorlayan şəxsdən başqa hər hansı şəxslə münaqişə etməsini, ona başqa şəxs tərəfindən zor tətbiq edilməsini, xəsarət yetirilməsini deməmişdir. O, mənzildə olarkən orada olan şəxslərin hamısı Zərərçəkmiş şəxsn qayğısına qalmış, ona xoş münasibət və qayğı göstərmişlər. Sonra onlar Səbail rayonu ərazisində yerləşən Polis Bölməsinə getmişlər, bundan sonra Səbail rayon Polis İdarəsinə gedib orada Tabeadan tərcüməçinin iştirakı ilə izahat alınmış, bundan sonra onları Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə göndərmişlər, sonra Zərifə ilə evə getmişlər. Sonradan o, 09 oktyabr 2022-ci il tarixdə Vinsent və Laura ilə əlaqə saxladıqda onlar Tabeanın gün ərzində ekspert müayinəsindən keçəcəyini bildirmişlər. Bundan sonra onlarla əlaqə saxlamamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, “189” taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olur. 08 oktyabr 2022-ci il tarixdə, saat 04 radələrində Neftçilər prospekti 34 ünvanında yerləşən “Pasifico” adlı klubun qarşısında idarə etdiyi “Toyota Prius” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə dayanarkən cavan oğlan və qız maşına yaxınlaşmış, oğlan ona Xətai prospekti 40 a ünvanına sürməyini bildirmiş, o da razılaşmışdır. Onların hər ikisi maşının araxa oturacağına əyləşmiş, hər ikisi sərxoş olmuş, bu onların yerişlərindən hiss olunmuşdur. Qız əcnəbi olmuş, çox sərxoş vəziyyətdə olmuş, sanki yuxulamış, başını oğlanın çiyninə qoymuşdur. Oğlan ondan ingilis dilində bilibbilmədiyini soruşmuş, qız da bilmədiyini demiş, sonra oğlan telefona nəsə yazıb, xarici dildə qıza oxumuş, qız isə heç bir reaksiya verməmişdir. Təxminən 5 dəqiqə ərzində o, Nəsimi rayonu, Xətai prospekti 40a ünvanın qarşısına çatıb maşını saxlamış, oğlan ona pulu sabah verəcəyini bildirmiş, o da heç nə deməmişdir. Əvvəlcə oğlan düşmüş, sonra oğlan qızın əlindən tutub onu düşürmüş, binaya doğru getmişlər, o da “Pasifico” adlı klubun qarşısına qayıdıb orada dayanmışdır. Təxminən saat 04:40 radələrində o, “Pasifico” klubun qarşısındakı yolda dayanarkən həmin qızla oğlanın klubun qarşısında “Prius” markalı başqa maşından düşdüklərini görmüş, qız yaxınlıqdakı ağaca yaxınlaşıb öyümüş, sonra oğlan onun əlindən tutub kluba doğru aparmışdır. Qız addımlarını düz atmadığından onun hələ də sərxoş olduğunu başa düşmüş, oğlan isə normal yerimişdir. Bundan sonra həmin qız klubdan tək çıxmış, sonra sağ tərəfə avtobus dayanacağına gedib orada oturmuş, bir qədər sonra iki nəfər oğlan və bir nəfər qız onu axtarmış, kimsə onlara istiqamət vermiş, onlar həmin qızın yanına getmişlər. Sonra həmin qızın yanında gələn oğlan ona yaxınlaşmış, onu maşınla gəldikləri ünvana aparıb düşürmüş, oğlan ona 10 manat pul vermiş, başqa da heç nə deməmişdir. Somu o, yenidən “Pasifico” adlı kluba qayıtmışdır. O, Faiq və Tabeanı əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. İlk dəfə Faiqlə 04 oktyabr 2022-ci il tarixdə telefonla danışmışdır. O, maddi ehtiyacı olduğu üçün ünvan 4 ünvanında yerləşən evini kirayə vermək üçün internetdə elan vermiş, 04 oktyabr 2022-ci il tarixdə Faiq ona zəng edərək həmin mənzili kirayə götürüb orada tək qalacağını bildirmiş, o da həmin gün onunla görüşə bilməyəcəyini bildirdiyindən 06 oktyabr 2022-ci il tarixdə görüşməyi planlaşdırmışlar. O, həmin gün Faiqlə görüşüb onunla bir aylığa 1000 manat müqabilində evi kirayə verməyə razılaşmış, Faiq həmin gün ona nağd olaraq 400 manat pul vermiş, səhəri gün onun kartına 300 manat pul göndərmiş, qalan 400 manat pulu isə 10 oktaybr 2022-ci il tarixdə müqavilə bağlandıqdan sonra verəcəyini demişdir. Müqavilənin ləngitməyinin səbəbi isə həyat yoldaşının sol ayağının amputasiya olunması ilə əlaqədar gəzə bilmədiyindən onun razılıq ərizəsini həmin vaxt ala bilməmiş, həftənin təxminən 1-ci günü ondan razılıq almışdır. 08 oktyabr 2022-ci il tarixdə saat təxminən 18- 19 radələrində binanın komendantı Zaur ona zəng edərək ona məxsus mənzildə kirayədə yaşayan Faiq adlı şəxsin polislər tərəfindən aparıldığını bildirmişdir. Həmin vaxt polis əməkdaşları ona zəng edərək ondan həmin ev sahibi olub-olmamağını soruşmuş, o da evin ona məxsus olduğunu bildirmiş, ona evdə heç nəyə əl vurmaması deyilmişdir. O, mənzilə gedib qapını öz açarı ilə açmış, mənzilə daxil olanda evin səliqəli vəziyyətdə olduğunu görmüşdür. Yataq otaqlarından birinin üzərində qan olmuş, o, heç nəyə əl vurmadan qapını bağlayıb evdən çıxmışdır. Sonradan polis əməkdaşlarından eşitmişdir ki, ona məxsus mənzildə Faiq tərəfindən alman vətəndaşı zorlanmışdır. Faiq ona evi kirayə götürəndə qız gətirəcəyini deməmiş, tək qalacağını bildirmişdir. Faiqdən əvvəl belarus vətəndandaşlarından ibarət ailə həmin mənzildə qalmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Kilian Laura göstərmişdir ki, Almaniyada olarkən əvvəlcə Hindistanda olan bir lahiyənin keçirilməsində iştirak etmək üçün Almaniyada olan təşkilata müraciət etmiş, bu müraciət təsdiq olunmadığı üçün yenidən Almaniyada Azərbaycan Respublikasına gəlmək üçün “İCJA” adlı təşkilata müraciət etmiş, müraciəti qəbul edildiyi üçün 28 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, həmin vaxtdan Sumqayıt şəhəri, S.Vurğun küçəsi 39, “Sumqayıt Gənclər evi”ndə yaşayaraq “X11 təşkilatı”nda könüllü kimi fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayında Azərbaycana gələndə tanımış, Tabea ilə qonşu otaqlarda qalmışlar. Onlar həftə sonları Tabea ilə istirahət etməyi xoşlamışlar. 07 oktyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində dostları Maks, Vinsent, Tabea ilə birlikdə Maksın evində toplaşıb yemək yeyib bir qədər vaxt keçirmişlər. Orada onlar hamısı şərab və araq içmiş, Tabea təxminən 3 stəkan şərab və 1 rumka araq içmiş, hərəkətlərindən onun sərxoş olması hiss olunmuşdur. Onlar orada dostları ilə mehriban söhbət etmiş, heç birisinin arasında mübahisə olmamışdır. Gecə saat 12 radələrində onlar dostlarla birlikdə Səbail rayonu ərazisində yerləşən “Crazzy Bear” adlı gecə klubuna getmiş, orada yenə spirtli içməyə davam etmiş və oynamışlar. Tabea orada 1 stəkan alkoqollu “moxito” adlı içki içmişdir. Klubda olarkən gecə saat 4-ə qalmış Tabea ona yaxınlaşıb tualetə gedəcəyini deyib onlardan aralanmış, onun hara getməyini görməmişdir. Təxminən 10 dəqiqə sonra Tabeaya zəng etmiş, Tabea cavab verməmiş, gedib tualetə baxdıqda Tabea orada olmamış, hərəsi klubun bir yerində Tabeanı axtarmaq qərarına gəlmişlər. Təxminən 04:05 radələrində ona Tabeanın telefonundan zəng gəlmiş, səs-küydən kimin olduğunu bilməmiş, sonra zəng kəsilmişdir. Onlar dostları ilə Tabeanı axtarmış, amma tapa bilməmiş, sonra klubdan çıxıb ətrafda axtarmağa başlamışlar. Təxminən saat 04:55-də Vinsent klubdan çıxıb Tabeanı axtarmış və Maksa zəng edib Tabeanı tapdığını bildirmiş, Maks ona Vinsentin Tabeanı avtobus dayanacağında tapdığını demiş, Maksla bilrikdə oraya getmişlər. Oraya çatanda Tabeanın özündə olmadığını görmüşdür. Onlar Tabeaya suallar vermiş, amma o, cavab verə bilməmişdir. Avtobus dayanacağının qarşısından çoxsaylı taksilər keçmiş, Tabea taksi ilə Sumqayıta evə getmək istədiyini demişdir. Sonra Tabea dayanacaqda oturub qusmuş, Vinsent kluba qayıdıb Tabeanın poluverini götürüb qayıtmışdır. Tabea birdən uzun yolda yenə qaytarar deyə onlar taksi ilə Sumqayıta getməyib avtobus dayanacağının arxasındakı skamyada oturmuşlar.Tabea skamyada da qaytarmış, Maks su almağa getmiş, o da Tabeanın qarşısında dayanmışdır. O, Vinsentlə fikir vermişdir ki, Tabeanın şalvarının düyməsi və zamoku açıq vəziyyətdədir. O, Tabeaya baxanda ağ corablarının qana bulaşdığını, onun şalvarını bir qədər yuxarı qaldırdıqda hər iki ayağında qan ləkələrinin yuxarıdan gəldiyini görmüşdür. Bir qədər sonra Maks da yanlarına gəlmiş, Tabeanın telefonunu axtarmışlar. Tabea aşağı əyiləndə onun şalvarının kəmər hissəsinin altında qara rəngli alt paltarı sallanmış, Vinsent Tabeadan nə baş verdiyini soruşduqda o, halsız şəkildə zorlandığını bildirmişdir. Tabeanın halı olmadığı üçün onlar uzun yol getməmiş, Maksın evində qalmağı planlaşdırmışlar və piyada təxminən 10 dəqiqə yol getdikdən sonra Maksın evinə çatmışlar. Tabeanı yataq otaqlarının birində uzandırmış, özü də Tabeanın yanında uzanmışdır. O, Tabeadan nə baş verdiyini soruşmuş, Tabea isə bir nəfər şəxsin onu zorladığını bildirmişdir. Tabea cinsi əlaqədə olmaq istəmədiyini, həmin şəxsin onu cinsi əlaqədə olmağa məcbur etdiyini bildirmişdir. Bundan sonra Tabea 1 stəkan su içib yatmış, o da Tabeanın yatdığı çarpayıda yatmışdır. Vinsent onları mənzilə qədər gətirib çıxıb getmiş, Maks isə öz yataq otağında yatmışdır. Saat 11:30 radələrində yuxudan oyanıb Tabeaya həmin gün nə baş verdiyini xatırlatmağa çalışmışdır. Tabea ona sual vermişdir ki, axşam xoşagəlməz hal haqqında danışıb, bu doğrudurmu, o da doğru olduğunu bildirmişdir. Bundan sonra Tabea ilə hamam otağına keçmişlər. Tabeanın bədəninə baxdıqda bədəninin və ayaqlarının qan olduğunu, qollarının içərisinin göyərdiyini görmüş, bədəninin başqa yerlərinə diqqətlə baxmamışdır. Tabeanın “İphone 8 Plus” markalı mobil telefonu, onun alman şəxsiyyət vəsiqəsi, habelə çantasındakı pul qabının içində olan 100 manat pulu itmişdir. Bundan sonra Tabea demişdir ki, dünən əvvəllər tanımadığı bir kişi ilə bilmədiyi bir mənzildə olmuş, həmin şəxs onu mənzildə zorlamışdır. Tabea polisə məlumat vermək istədiyini demiş, bundan sonra o, polisə necə müraciət etmək lazım olduğunu soruşmaq üçün tanışı Zərifə ilə əlaqə saxlamış, Zərifə və Röya hər ikisi Maksın evinə gəlmişdir. Onlara nə baş verdiyini danışdıqdan sonra Röya da zəng edib bu barədə polisə məlumat vermiş, bununla əlaqədar Polis İdarəsinə getmək lazım olduğunu demişdir. Onlar Polis İdarəsində Tabeanın izahatı alındıqdan sonra Sumqayıta evlərinə qayıtmışlar (cild 1, iş vərəqə 173-176). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 göstərmişdir ki, o, Almaniyanın Münster şəhərində doğulmuş, orada yaşamışdır. Təhsili ilə əlaqədar təcürbə keçmək üçün X9 Nazirliyinə müraciət etmiş, 2022-ci ilin mart ayında Bakı şəhərində olan alman idarəsində işləyə biləcəyi barədə xəbər gəlmiş, 2022-ci ilin sentyabr ayında Bakıya gəlmişdir. Almaniya səfirliyində hüquqşünas kimi təcrübə keçmişdir. 03 oktyabr 2022-ci il tarixdə “Almaniyanın birliyi günü” münasibəti ilə Bakıdakı alman səfirliyinin təşkil etdiyi ziyafətdə Laura və Tabea ilə tanış olmuş, Maks isə həm onu həm də qızları tanımışdır. 07 oktyabr 2022-ci il tarixdə, saat 21:30 radələrində o, Maksın yaşadığı evə gedəndə Maks, Laura, Tabea ilə birlikdə olmuşlar. O da onlara qoşulub yemək yeyib bir qədər vaxt keçirmişlər. Orada hamısı şərab və araq içmiş, Tabea da spirtli içki içmişdir. Hərəkətlərindən Tabeanın sərxoş olması hiss olunmuş, orada mehriban söhbət etmişlər, heç birinin arasında mübahisə olmamışdır. Gecə saat 12 radələrində onlar birlikdə “Crazzy Bear” adlı gecə klubuna getmişlər. Orada yenə spirtli içməyə davam edib oynamışlar. Klubda olarkən gecə saat 4-ə qalmış Tabea onlardan aralanmış, onun hara getməsini görməmişdir. Təxminən 10 dəqiqə sonra zəng etdikdə Tabea cavab verməmiş, əvvəlcə klubda, sonra klubdan kənara çıxıb Tabeanı axtarmışlar. O, iki dəfə klubdan çıxıb Tabeanı axtarmış, təxminən saat 04:55-də klubdan çıxıb bir daha Tabeanı axtaranda orada olan mühafizəçilərdən birinə əli ilə Tabeanı təsvir edib onu görüb-görmədiklərini soruşmuş, həmin şəxs də ona əli ilə işarə edib yolun kənarındakı dayanacağa gedən istiqaməti göstərmişdir. O, həmin yerə qaçıb Tabeanı görmüş, Tabeanın çiyninə toxunub ondan harada olduğunu soruşmuş, amma Tabea cavab verməmiş, huşu başında olmamışdır. Onlar avtobus dayanacağındakı skamyada oturmuşlar və Tabeaya harada olması barədə suallar verməyə davam etmişlər amma Tabea cavab verməmişdir. Sonra Maksa zəng edib Tabeanı tapdığını və avtobus dayanacağında olduğunu bildirmişdir. Maks və Laura onlara yaxınlaşadan sonra o, kluba qayıdıb özünün gödəkçəsini və Tabeanın poluverini götürüb qayıtmışdır. O, əlini Tabeanın çiyninə qoyaraq onu sakitləşdirməyə çalışmış, həmin vaxt Tabeanın sanki ruhu bədənindən çıxmış, heç nəyə reaksiya verməmişdir. Tabeanı sakitləşdirib onun harada olması, nə etməsi barədə məlumat almaq qərarına gəlmiş, amma Tabea suallara tam şəkildə cavab verməmişdir. Birdən Tabeanın şalvarının səliqəsiz olması diqqətini cəlb etmiş, əvvəlcə Laura sonra o, Tabeanın corablarının qana bulaşdığını görmüşdür. Sonra Maksın evinə getməyi qərarlaşdırmışlar, evə gedəndə yolda Tabea onun sualına cavab olaraq başına pis iş gəldiyini, zorlandığını bildirmişdir. O, Tabeanı Maksın evinə qoyduqdan sonra Tabea, Maks, Laura evdə qalmış, o isə Tabeanm telefonunu axtarmaq üçün gəldikləri yerə qayıtmışdır. Klubun təhlükəsizlik xidməti ilə danışmış, oraları axtarmış, telefonu tapa bilməmiş, sonra yaşadığı “Qoşa Qala” qapısının yaxınlığındakı evə qayıtmışdır.Tabeanın corablarının üzərində qan izləri görmüş, Tabea bükülüb oturduğu üçün onun bədənində hər-hansı xəsarət görməmişdir. O, yaxud digər dostları Zərərçəkmiş şəxsn qolundan tutub sıxmamış, ona heç bir xəsarət yetirməmiş, Tabea yerə yıxılmamışdır (cild 1, iş vərəqə 178-181). X7 Respublikasında yaşayan şahidlər Kilian Laura və Şahid1 məhkəmə araşdırmasının gedişində müvafiq yazılı müraciətlərini də göndərərək eyni məzmunlu ifadələrini təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid6 göstərmişdir ki, o, 3-4 aydır ki, özünə məxsus “Toyota Prius” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Bolt” proqramı vasitəsilə taksi fəaliyyəti göstərir. Hər gün müxtəlif vaxtlarda işləyir, konkret iş saatı yoxdur. Təqsirləndirilən şəxs adlı şəxsi tanımır. 07 oktyabr 2022-ci il tarixdə saat 19 radələrindən 08 oktyabr 2022-ci il tarixdə səhər saat 06 radələrinə kimi taksi faəliyyəti ilə məşğul olmuşdur. Həmin vaxtda bir çox şəxsləri müxtəlif ünvanlara aparmışdır. Avtomobildə videoregistrator yaxud kamera yoxdur. 08 oktyabr 2022-ci il tarixdə hansı ünvanlara getməyini xatırlamır, maşınında olan şəxsləri xatırlamır. 08 oktyabr 2022-ci il tarixdə davranışları ilə diqqətini çəkən, avtomobildə mübahisə edən yaxud sərxoş vəziyyətdə olan sərnişinlər barədə heç nə xatırlamır. Yaddaşı güclü deyil, videogörüntüdəki şəxsləri də xatırlaya bilmir (cild 1, iş vərəqə 191-193). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid10 göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Nəsimi rayon prokurorluğundan daxil olmuş məhkəmə-tibb ekspertizası haqqında qərarın icrası ilə əlaqədar Tabea Karthe 10 oktyabr 2022-ci il tarixdə tərəflərindən müayinə olunmuş və 10 oktyabr 2022-ci il tarixli, 838 saylı rəy tərtib edilmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxsn sağ və sol bazunun orta 1/3-nin iç səthinin, sol budun yuxan 1/3-nin bayır səthinin qançırları vardır, bu xəsarətlər küt yaranma mexanizmə malik, kənar şəxs tərəfindən fiziki güc tətbiq etməklə cinsi əlaqə zamanı əmələ gəlmələri istisna olunmur, müddətləri müayinədən 1-5 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxsn qızlıq pərdəsinin tamlığı pozulmuş, pozulma müddəti müayinə günündən 2 həftəyə qədər olmaqla, qərarda göstərilən tarixə uyğun gələ bilər. Tabea Karthedə arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir.Zərərçəkmiş şəxsn üzərində aşkar olunan sağ və sol bazunun orta 1/3-nin iç səthinin, sol budun yuxarı 1/3-nin bayır səthinin qançırları kimi dərəcəsi təyin edilməyən xəsarətlərin onun özü tərəfindən yetirilməsi inandırıcı deyil (cild 1, iş vərəqə 196-198). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid9 göstərmişdir ki, o, ünvan 7 ünvanında 6-cı mərtəbədə həyat yoldaşı ilə birlikdə yaşayır. Onların yaşadıqları mərtəbədə 5 mənzil vardır. Həmin mənzillərdə yaşayan şəxslərdən heç birini tanımır, münasibəti yoxdur. Yaşadığı mənzilə ümumiyyətlə qonşuların səsi gəlmir. 126 nömrəli mənzil sonradan eşitdiyinə görə Səba adlı qadına məxsusdur. Həmin mənzillə onların mənzili arasında iki mənzil vardır. 07 oktyabr 2022-ci il tarixdə yaşadıqları mənzildə olmuş, gecəni mənzildə qalmışdır. Həmin vaxt heç bir səs-küy eşitməmişdir. 08 oktyabr 2022-ci il tarixdə, səhər saat 08 radələrində evdən çıxıb öz işlərinin arxasınca getmiş, həmin gün saat 18-19 radələrində evə gələndə blokda səs-küy olduğunu eşitmiş, amma heç kimi görməmişdir. Həmin günün səhərisi qonşulardan eşitmişdir ki, 126 nömrəli mənzildə kirayədə yaşayan oğlanı cinayət törətdiyi üçün Polis Bölməsinə aparmışlar. Sonradan polis əməkdaşlarından eşitmişdir ki, həmin şəxs 08 oktyabr 2022-ci il tarixə keçən gecə qeyd olunan mənzildə xarici vətəndaşı zorlamışdır. 08 oktyabr 2022-ci il tarixə keçən gecə ünvan 12 ünvanına kiminsə girdiyini və çıxdığını görməmişdir. 07 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində yatmış, səhər saat 08 radələrində yuxudan oyanmışdır. Yaşadıqları mərtəbədə videomüşahidə kamerası yoxdur (cild 1, iş vərəqə 217-219). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid8 göstərmişdir ki, o, Nəsimi rayonu, Xətai prospekti 40A, mənzil 127 ünvanında 6-cı mərtəbədə tək yaşayır. Yaşadıqları mərtəbədə 5 mənzil vardır. Həmin mənzillərdə yaşayan şəxslərdən 126 nömrəli mənzilin sahibəsi Səba xanımı tanıyır. Yaşadıqları mənzilə qonşu olan mənzillərdən ümumiyyətlə qonşuların səsi gəlmir. 07 oktyabr 2022-ci il tarixdə gecə saat 18 radələrində yaşadığı mənzilə gəlmiş, həmin gün saat 23 radələrində yatmışdır. Həmin vaxt heç bir səs-küy eşitməmişdir. 08 oktyabr 2022ci il tarixdə, saat 10 radələrində yuxudan oyanıb evdən çıxıb işə getmiş, həmin gün evə gecə saat 12 radələrində gəlmişdir. Bir neçə gün sonra Səba ona demişdir ki, 08 oktyabr 2022-ci il tarixə keçən gecə onun evində kirayə verdiyi şəxs tərəfindən zorlama hadisəsi olmuşdur. O, bundan xəbərinin olmadığını bildirmişdir. Yaşadıqları mərtəbədə videomüşahidə kamerası yoxdur (cild 1, iş vərəqə 220-222). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi barədə 09 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 10 ünvandır. Baxış zamanı Təqsirləndirilən şəxs mənzilin yataq otağını göstərərək orada Tabea Karthe ilə cinsi əlaqədə olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi paltarlar, şalvar, köynək və çarpayının üzərində 2 ədəd qanabənzər ləkə tampon vasitəsi ilə götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 15-23). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs Tabea Karthe arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 112-116). Məhkəmə-tibb ekspertizasının 10 oktyabr 2022-ci il tarixli 838 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsn sağ və sol bazunun orta 1/3-nin iç səthinin, sol budun yuxarı 1/3-nin bayır səthinin qançırları müəyyən edildi. Bu xəsarətlər küt yaranma mexanizmə malikdirlər, kənar şəxs tərəfindən fiziki güc tətbiq etməklə cinsi əlaqə zamanı əmələ gəlmələri istisna olunmur, müddətləri müayinədən 1-5 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxsn qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinə günündən 2 həftəyə qədər olmaqla, qərarda göstərilən tarixə uyğun gələ bilər. Tabea Karthedə arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi (cild 1, iş vərəqə 124-127). Azərbaycan Respublikasının Daxili X1 Tədqiqatlar İdarəsinin 25 oktyabr 2022-ci il tarixli, 011-12559-1222 saylı məktubundan görünür ki, 09 oktyabr 2022-ci il tarixdə, ünvan 11 ünvanında hadisə yerinin müayinəsi zamanı götürülmüş 02 (iki) ədəd tamponda qanabənzər nümunələr, Nəsimi rayon Polis İdarəsinin 11 oktyabr 2022-ci il tarixli, 082- 37880-1222 nömrəli məktubu ilə tədqiqata təqdim edilmiş, aparılmış müqayisəli molekulyar- genetik tədqiqat nəticəsində təqdim edilmiş 02 (iki) ədəd tampon üzərində qan nümunələrinin qadın cinsindən olan eyni naməlum şəxsə məxsus olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 233). Məhkəmə-tibb ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, 840 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qarnın ön divarının sağ yarısında aşkar edilmiş piqmentasiya küt yaranma mexanizmə malik olan xəsarətin izidir, müddəti müayinədən 2-3 həftə əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi (cild 2, iş vərəqə 18-20). Məhkəmə-bioloji ekspertizasının 11 noyabr 2022-ci il tarixli, 675/2022-MTBŞ saylı rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi-O(H)alfabeta/İ/. X4 ABO sistemi üzrə qan qrupu-Balfa(H)/İİİ. Ekspertizaya təqdim olunan Karthe Tabeaya məxsus 01 ədəd şalvar, şortik, trusik və 01 cüt corab üzərində insan qanı qarışmış sperma ləkələri aşkar olundu. Bu ləkələrin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «B» və «H» antigenləri, bəzi ləkələrdə həmçinin «alfa» aqqlyutinini alındı. Bu antigenlərin ləkələrdə alınması Karthe Tabeanin qanı, uşaqlıq yolu ifrazatı hesabına və hissəvi olaraq sperma hesabına mümkündür. Bu halda ləkələrdə Balfa(H)/İİİ/ qruplu Karthe Tabeanın qanı və Oalfa,beta(İ) qruplu Təqsirləndirilən şəxs spermasının olması inkar olunmadı. Tədqiq olunan Karthe Tabeaya məxsus topik tipli mayka üzərində insan qanı aşkar olundu. Bu ləkənin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «B» və «H» antigenləri alındı. Bu qan ləkəsi Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən Karthe Tabeaya məxsus ola bilər. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus trusik üzərində sperma aşkar olundu.Bu spermanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yalnız «H» antigeni alındı. Bu sperma Oalfa,beta/İ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqdim olunan Karthe Tabeaya məxsus topik tipli mayka üzərindəki ləkədə spermatozoidlər, Təqsirləndirilən şəxs məxsus trusik üzərində isə qana şübhəli ləkələr, şalvar üzərindəki ləkələrdə isə qan aşkar olunmadı. Tədqiq olunan Təqsirləndirilən şəxs məxsus köynək üzərində qana və spermaya şübhəli ləkələr, şalvar üzərində isə spermaya şübhəli ləkələr aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərində aşkar olunan spermaya görə cinsi əlaqədə olma vaxtını təyin etmək mümkün deyil. Ekspertizaya təqdim edilmiş Karthe Tabeaya məxsus 01 ədəd şalvar, şortik, trusik və 01 cüt corab üzərində olan qan ləkəsi uşaqlıq yolundan axan qan hesabına yaranmışdır və bakirəliyin pozulması zamanı əmələ gəlməsi inkar olunmur, Karthe Tabeaya məxsus topik tipli mayka üzərindəki ləkənin intensivliyi və ölçüsü sitoloji tədqiqat üçün kifayət qədər olmadığı üçün onun tədqiqatı aparılmadı (cild 2, iş vərəqə 25-31). Məhkəmə-tibb ekspertizasının 24 noyabr 2022-ci il tarixli, 842 saylı rəyindən görünür ki, Bakı şəhər 1 saylı X10 tərəfindən Zərərçəkmiş şəxsn adına tərtib edilmiş 24 noyabr 2022-ci il tarixli, 732 saylı arayışa əsasən, onda zöhrəvi xəstəliklər aşkar edilmədi. Respublika QİÇS-lə Mübarizə Mərkəzində aparılmış müayinələrə əsasən Tabea Karthedə insan immunçatışmazlığı virusu (QİÇS) aşkar edilmədi (cild 2, iş vərəqə 83-85). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 2892 saylı rəyindən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisədən əvvəl, 08 oktyabr 2022-ci il tarixdə cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Şübhəli şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarmda olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 -ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ünsiyyətçillik, adaptivlik, situativlik və sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri nəzərə alınaraq, hadisədən az əvvəl və ya hadisə zamanı onun psixiemosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı onun hərəkətlərinə əhəmiyyətli dərəcədə təsir edə biləcək fərdi-psixi keyfiyyətləri müəyyən edilmədi (cild 2, iş vərəqə 86-90). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 28 oktyabr 2022-ci il tarixli, 2868 saylı rəyindən görünür ki, Tabea Karthe hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Tabea Karthedə həmçinin ona qarşı törədilən hərəkətlər dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Tabea Karthe ona qarşı cinayət törədilən zaman həmin hərəkətləri anlamaq iqtidarında olmuşdur. Cinayət törədilən zaman Zərərçəkmiş şəxsn psixi-emosional vəziyyətində həyəcan, qorxu, gərginlik yaranmışdır. Zərərçəkmiş şəxsn psixi-emosional vəziyyətində əmələ gələn həyəcan, qorxu, gərginlik kimi hallar Təqsirləndirilən şəxs ona qarşı etdiyi hərəkətlər nəticəsində yarana bilərdi. Zərərçəkmiş şəxsn fərdi-psixi xüsusiyyətlərinə görə hadisə zamanı müqavimət göstərə bilərdi. Tabea Karthedə yalan danışmağa meyillilik əlamətləri müəyyən olunmadı (cild 2, iş vərəqə 97-100). Məhkəmə-genetik ekspertizasının 23 dekabr 2022-ci il tarixli, 22/761R saylı rəyindən görünür ki, Tabea Kartheyə məxsus 01 (bir) ədəd şalvarın aralıq nahiyyəsində, 01 (bir) ədəd tumanın aralıq nahiyəsində və 02 (iki) ədəd corabın müxtəlif yerlərində aşkar edilmiş qanabənzər ləkələr insana məxsus qan nümunələridir. Həmin qan nümunələri, eləcə də, ünvan 12 ünvanına baxış keçirilərkən 02 (iki) ədəd çöplü pambıq tampon vasitəsi ilə götürülmüş qan nümunələri (Nəsimi rayon Polis İdarəsinin 11 oktyabr 2022-ci il tarixli, 082-37880-1222 nömrəli məktubu ilə) qadın cinsindən olan eyni naməlum şəxsə məxsusdur. Tabea Kartheyə məxsus 01 (bir) ədəd şortikin aralıq nahiyyəsində insan mənşəli sperma nümunəsi aşkar edildi və müqayisəli molekulyar-genetik tədqiqatı nəticəsində həmin sperma nümunəsinin Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edildi, (eyni yumurta əkizi istisna olmaqla). Tabea Kartheyə məxsus 01 (bir) ədəd tumanın aralıq nahiyyəsində və 02 (iki) ədəd corabın daban nahiyəsində 4ng/ml-dən daha az qatılıqda PSA antigeninin (Prostate-Spesifıc Antigen) aşkar olunması ilə əlaqədar həmin hissələrdə mövcud olan prostat şirəsinin mənsubiyyətini müəyyən etmək mümkün olmadı. Tabea Kartheyə məxsus 01 (bir) ədəd şalvarın üzərində prostat şirəsi izləri aşkar edilmədi. Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd tumanın daxili səthində sperma nümunəsi aşkar edildi və müqayisəli tədqiqat nəticəsində həmin sperma nümunəsinin şəxsin özünə məxsus olduğu müəyyən edildi (cild 2, iş vərəqə 114-128). Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 11 yanvar 2023-cü il tarixli, 3- 13-51-4/2-335/2023 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zərərçəkmiş şəxsn 08 oktyabr 2022-ci il tarixdə tarixdə “Pasifico” klubdan çıxdıqdan sonra 10 oktyabr 2022-ci il tarixdə tibbi müayinədən keçirilənədək olan müddət ərzində onun kiminləsə mübahisə etməsi, dalaşması, ona kənar şəxs tərəfindən xəsarət yetirilməsi halları müəyyən edilməmişdir. Səbail rayonu ərazisində yerləşən “Crazzy Bear” adlı gecə klubunda, həmçinin “Pasifico” adlı gecə klubunda Tabea Karthe dostları ilə birlikdə spirtli içki qəbul edib əylənmiş, həmin klublarda hər hansı şəxslə mübahisə etməsi, hər hansı şəxsin ona xəsarət yetirməsi halları müəyyən edilməmişdir (cild 2, iş vərəqə 133) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 15 noyabr 2022-ci il tarixli, 10813 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Tabea Karthe göstərilən xəstəxanada müalicədə olmamışlar (cild 2, iş vərəqə 21). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 19 noyabr 2022-ci il tarixli, xx/xx-14903 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Tabea Karthe göstərilən mərkəzdə müalicədə olmamışlar (cild 2, iş vərəqə 61). “Sağlam Düşüncə” Gənclər Təşkilatının 03 dekabr 2022-ci il tarixli, 46/22 nömrəli məktubundan görünür ki, Tabea Karthe 01 fevral 2022-ci il tarixdən 1 il müdətində həmin təşkilatda könüllü olaraq fəaliyyət göstərmiş, nizam-intizamlı davranışı ilə seçilmiş, ictimai işlərdə və könüllülükdə fəal iştiak etmiş, proqram müddətində məktəblilərə və gənclərə ekoloji mövzuda seminarlar, təlimlər keçmiş, yerli və beynəlxalq layihələrinin icrasında iştirak etmişdir. Onun barəsində nə yazılı, nə də şifahi şikayət daxil olmamışdır(cild 2, iş vərəqə 63). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli, 02-2022 nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (cild 2, iş vərəqə 78). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 41). Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs gənc olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə həm də Zərərçəkmiş şəxsn nümayəndəsinin məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs sanksiya həddində minimum cəza təyin edilməsinə etirazlarının olmaması ilə bağlı yazılı müraciətini də nəzərdə saxlayır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 10 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 57-58, 155-159). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan əşyalar məhv edilməlidir. Göstərilənə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübutlar - Bakı şəhəri Nəsimi rayon prokurorluğunda saxlanılan Tabea Kartheyə məxsus paltarlar (01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngli şortik, 01 ədəd tuman, 01 cüt ağ rəngli corab), Təqsirləndirilən şəxs məxsus paltarlar (01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd tuman) məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə o cümlədən itirilmiş mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Zərərçəkmiş şəxs Tabea Karthe və onun nümayəndəsi tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Tabea Karthe mülki iddia ərizəsində maddi ziyana görə 2200 manat, mənəvi ziyana görə 20000 manat və ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Tabea Karthe iddia tələbini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iştirak etmək üçün Bakıya gəlməyə təyyarə bileti almaq məcburiyyətində qalmış və buna görə də ona 2200 manat maddi ziyan dəymişdir. Bundan başqa Tabea Karthe mənəvi ziyana görə 20000 manat, həmçinin ödənilmiş dövlət rüsumunu tələb edir. Məhkəmə qeyd olunan mülki iddia ilə bağlı zəruri araşdırma aparıb bu qənaətə gəlir ki, Zərərçəkmiş şəxsn mülki iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbi ilə əlaqədar qeyd edir ki, iddia tələbində dəymiş mənəvi zərərin məbləği çox göstərildiyindən real qiymətləndirilmir, bu səbəbdən Zərərçəkmiş şəxsn iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Qeyd olunan Qərarda göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməli nəticəsində Almaniya Federativ Respublikasının vətəndaşı kimi Azərbaycan Respublikasında “Sağlam Düşüncə” Gənclər Təşkilatında könüllü olaraq fəaliyyət göstərərək ictimai işlərdə və könüllülükdə fəal iştiak etmiş, proqram müddətində məktəblilərə və gənclərə ekoloji mövzuda seminarlar, təlimlər keçmiş, yerli və beynəlxalq layihələrinin icrasında iştirak etmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxsn cinsi azadlığına qəsd edilməsinin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını - mənəvi sarsıntı keçirməsini müəyyən edilmiş hal kimi qəbul edərək iddiaçının mənəvi ziyan tələbini əsaslı hesab edir. Buna görə də iddiaçının xeyrinə vurulmuş mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutulmasını ağlabatan və ədalətli məbləğ hesab edib iddiaçının mənəvi ziyanla bağlı tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş cəmi 192 (bir yüz doxsan iki) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Tabea Kartheyə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 10 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Bakı şəhəri Nəsimi rayon prokurorluğunda saxlanılan Tabea Kartheyə məxsus paltarlar (01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngli şortik, 01 ədəd tuman, 01 cüt ağ rəngli corab), Təqsirləndirilən şəxs məxsus paltarlar (01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd tuman) məhv edilsin. Zərərçəkmiş şəxsn mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş maddi zərərlə bağlı 2200 (iki min iki yüz) manat, mənəvi zərərlə bağlı 3000 (üç min) manat, ödənilmiş dövlət rüsumu olan 192 (bir yüz doxsan iki) manat - cəmi 5392 (beş min üç yüz doxsan iki) manat tutularaq Tabea Kartheyə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar