Məhkəmə qərarları › İş №1(101)-811/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-811/2020

17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-811/2020 17.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, “Dream Park” şəhərciyi, Ə.Vahid küçəsi ev 162 ünvanında faktiki yaşamış hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib başqa şəxslərdən “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilmiş 1,745 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda 106,040 çəkidə narkotik vasitə heroini daşıyaraq Abşeron rayonu, Masazır qəsəbəsi, “Dream Park” şəhərciyi, Ə.Vahid küçəsi 162 saylı mənzildə və üzərində saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15:15-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən 13 saylı binanın qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda, yəni 106,040 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan torbada aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 19:00-da Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Dream Park” şəhərciyi, Ə.Vahid küçəsi 162 saylı mənzilə özünün icazəsi və iştirakı ilə keçirilən baxış zamanı qonaq otağında yerləşən televizorun yanından onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı bir ədəd sellofan torbanın içərisində və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 1,280 qram, 0,190 qram və 0,275 qram olmaqla, ümumi təmiz çəkisi 1,745 qram “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilmiş psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd “Pocket Scale” markalı elektron tərəzinin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, taksi kimi fəaliyyət göstərir. İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxi özünün müştərisi kimi tanıyır. Bir neçə dəfə Mehdini Bakıya gələndə gəzdirmişdir. Mehdi İranda olanda da bir neçə dəfə onunla əlaqə saxlamış, tanışlarının Bakıya gəldiyini, onları gəzdirmək lazım olduğunu demişdi. O da Mehdinin dediyi şəxsləri gəzdirmişdir. Mehdi ona heç vaxt narkotik vasitənin satışı ilə bağlı heç nə deməyib. O, narkotik vasitələrdən istifadə edir. Uzaq yol gedəndə “şüşə” çəkir. Tutulduğu gün müştərini düşürdükdən sonra maşında nəşə çəkmişdir. Nəşəni çəkdikdən sonra maşından düşüb mağazaya gedib maşına qayıtdıqda polis əməkdaşları ona yaxınlaşıb nəşənin onun olubolmadığını soruşdular. O da polislərə nəşənin onun olduğunu demişdir. Polis əməkdaşları onu banditizmə dəvət etdilər. Ora gedəndən sonra ona evinə də baxış keçiriləcəyini dedilər. O da razılaşmışdır. Evində televizorun yanında “şüşə” gizlətmişdir. Lakin heroin onun olmayıb. O, şüşəni Bakıdan əldə edirmiş. O, narkotik vasitələri satmaq məqsədi ilə deyil şəxsi istifadəsi üçün əldə edib. Banditizmdə onun üzərinə baxış keçirdilər, lakin heç nə çıxmadı. Onun nə üzərindən nə də maşınından narkotik vasitə çıxmayıb. O, narkotik vasitələri satışı ilə məşğul olmayıb. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri ilə istintaq zamanı verdiyi ifadələri arasında ziddiyətlər olduğundan onun istintaq zamanı verdiyi 08yanvar 2020-ci il tarixli ifadələri elan olunub araşdırıldı. Həmi ifadələrində o, göstərmişdir ki, qeydiyyatda olduğu ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Hazırda Abşeron rayonunda qeyri-rəsmi nikah münasibətində olduğu Şahid4 ilə yaşayır. Rəsmi olaraq ailəlidir və 10 yaşlı bir qız övladı var. Bakı şəhəri ərazisində özünə məxsus olan Tofaş markalı avtomobillə taksi kimi fəaliyyət göstərir. İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxsi təxminən bir neçə ildir ki, tanıyır. Mehdi adlı şəxs İran İslam Respublikası ərzisində “Azərbaycan” adlı restoran işlədir. Belə ki, o, İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına getdiyi zamanlar həmin restoranda yemək yemişdir. Mehdini də oradan tanımışdır. Mehdi ona bir neçə dəfə təklif etmişdir ki, ona narkotik vasitə versin, o da narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində satışı ilə məşğul olsun. Mehdi bildirmişdir ki, bu işdə yaxşı pullar var. O, Mehdinin bu təklifini rədd etmişdir. Lakin son zamanlar maddi sıxıntıları olduğu üçün fikirləşmişdir ki, Mehdinin bu təklifi ilə razılaşsın. Buna görə də Mehdinin istifadə etdiyi +98 905 *** **** nömrə ilə əlaqə saxlamışdır. Mehdiyə narkotik vasitələrin satışı ilə məşğul olmaq istədiyini bildirmişdir. Mehdi də ona İrandan narkotik vasitə göndərəcəyini və onun satışı ilə məşğul olub sonradan pulu ona verəcəyini bildirmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən 10 gün əvvəl Mehdi ona məxsus 070 *** ** ** saylı mobil telefona zəng vuraraq narkotik vasitəni Biləsuvar rayonu ərazisinə göndərdiyini və həmin narkotik vasitəni yol kənarında yerləşən işıq dirəklərinin birinin kənarına yerləşdirdiyini bildirmişdir. O, həmin günü günorta saatlarında gedib Mehdinin dediyi yerdən həmin narkotik vasitəni götürmüşdür. Mehdi ona təxminən 500 qram şüşə adlandırılan metamfetamin və 900 qram kokos adlandırılan heroin göndərmişdir. Mehdinin sözü ilə o, həmin maddələrdən bir miqdar götürüb müəyyən yerlərə yerləşdirmişdir. Sonra isə kimsə onları götürmüşdür. Həmin maddələri özündə olan elektron tərəzi vasitəsilə ölçürmüş. Həmin narkotik maddələri kimlərin götürməsini görməmişdir. Bundan sonra isə özünə təxminən 106 qram kokos və 2 qrama yaxın şüşə qalmışdır. Mehdi ilə aralarında olan razılaşmaya əsasən həmin maddələrin satışından 15.000-16.000 manat gəlir əldə etməli, həmin pulun 9.000 manatını isə Mehdiyə verməli imiş. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi 13 saylı binanın yaxınlığında olan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Onlar polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Onu özləri ilə birlikdə Baş İdarəyə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Baş İdarədə ona dövlət hesabına müdafiəçi dəvət edilmiş və hüquq-vəzifələri izah edilmişdir. Bundan sonra üzərinə baxış keçirilmişdir. Üzərinə baxış zamanı o, əynində olan gödəkçənin sol yan cibindən bir ədəd bükümdə təxminən 106 qram çəkidə narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra özünə məxsus olan bir ədəd Samsung markalı mobil telefon da polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilmiş digər əşyalar əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin və mobil telefon zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra zərfin üzərinə o və polis əməkdaşları imza etmişlər. Bundan sonra mənzildə də elektron tərəzi və şüşə adlandırılan metamfetamin olmasını bildirmişdir. Polis əməkdaşları üzərindən narkotik vasitənin aşkar olunması ilə bağlı protokol tərtib etdikdən sonra, ona məxsus olan ** BE *** dövlət qeydiyyat nişanlı Tofaş markalı avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobildən heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Daha sonra müvəqqəti olaraq yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Dream park şəhərciyi Əliağa Vahid küçəsi 162 saylı evə baxış keçirilmişdir. Baxışda qeyri-rəsmi nikah münasibətində olduğu X4 da iştirak etmişdir. O, qonaq otağında yerləşən televizorun yanından bir ədəd elektron tərəzini və 01 ədəd sellofan torbacığın içində olan 02 ədəd bükümdə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra baş verənlər barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş və doğru olduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi nikah münasibətləri var. Təqsirləndirilən şəxs birlikdə kirayədə yaşayırlar. xx xxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində evdə olan zaman qapı döyüldü. O, qapını açdıqdan sonra Ruslanın yanında bir neçə mülki geyimli şəxs görmüşdür. Onlardan biri evə baxış keçirilməli olduğunu dedi. O, etiraz etməmiş, həmin şəxslər mənzilə daxil olub, mənzilə baxış keçirdilər. Baxış zamanı Ruslandan evdə qanunsuz əşya olub-olmadığını soruşduqda Ruslan evdə narkotik vasitə gizlətdiyini deyib, qonaq otağında olan televizor şkafının üstündə televizorun sağ tərəfindən bir sellofan büküm və bir ədəd elektron tərəzini götürərək polis əməkdaşlarına verdi. Polis əməkdaşları onun iştirakı ilə həmin sellofana baxış keçirdilər. Sellofandan ayrı-ayrı bükümlər çıxdı. Onların içərisində isə kristal formalı maddələr var idi. Ruslan həmin maddələrin şüşə olduğunu dedi. Tərəzi və maddə zərfə qoyularaq qablaşdırıldı, həmin zərflərin üzərini imzalandı. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Aralarında ədavətləri və yaxınlıqları olmayıb. xx xxxxxx 2020-ci il Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumat əsasında Şahid1 rəhbərliyi ilə o və Şahid3 ibarət əməliyyat qrupu yaradıdı. Təqsirləndirilən şəxs Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində olması barədə məlumat əldə etmişlər xx xxxxxx 2020-ci il tarixdə saat 15:15 radələrində ağ rəngli **-BE-*** dövlət qeydiyyat nişanlı “Tofaş Şahin” markalı avtomobil 13 saylı binanın qarşısına dayandı, Təqsirləndirilən şəxs avtomobildən düşdü. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şübhəli olduğunu bildirib Baş İdarəyə gəlməsini təklif etmişlər. Ruslan da onlarla birlikdə polis idarəsinə gəldi. Baş İdarədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan torbanı, həmin gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, şalvarının cibindən 50 qəpik dəmir pulu və barmağındakı üzüyü təqdim etdi. Təqsirləndirilən şəxs sellofan torbanın içərisində heroin olmasını və həmin narkotik vasitəni iranlı Mehdi adlı şəxsdən satmaq niyyəti ilə aldığını dedi. Heroin və “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyətli olduğundan qablaşdırılaraq götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi **-BE-*** dövlət qeydiyyat nişanlı “Tofaş Şahin” markalı avtomobilə Baş İdarənin həyətində baxış keçirildi. Avtomobildən hər hansı dövriyyəsi qadağan olunmuş əşya aşkar edilmədi. Sorğu zamanı Təqsirləndirilən şəxs kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Dream Park” şəhərciyi, Ə.Vahid küçəsi, ev 162 ünvanında psixotrop maddə metamfetamin və elektron tərəzi olduğunu dedi. Ruslanın kirayə yaşadığı evə həmin evdə olan Şahid4 da iştirakı ilə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağında olan televizor şkafının üzərində televizorun yanında siqaret qutusunun sellofanına bükülmüş bükülünü təqdim edərək “şüşə” olduğunu dedi. Həmin sellofana baxış keçirilən zaman sellofanın içərisində biri gümüşü rəngli, digəri şəffaf olan iki sellofanın olması aşkar edildi. Həmin sellofanların içərisində psixotrop maddə metamfetaminə bənzər maddələr var idi. Təqsirləndirilən şəxs psixotrop maddələrin yanında olan elektron tərəzini təqdim edərək həmin tərəzidə narkotik vasitə və psixotrop maddə çəkdiyini dedi. Metamfetaminə bənzər maddələr və elektron tərəzi qablaşdırılaraq götürüldü və protokol tərtib edilib imzalandı. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumat əsasında onun rəhbərliyi ilə Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradıdı. Təqsirləndirilən şəxs Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində olması barədə məlumat əldə etmişlər xx xxxxxx 2020-ci il tarixdə saat 15:15 radələrində ağ rəngli **-BE-*** dövlət qeydiyyat nişanlı “Tofaş Şahin” markalı avtomobil 13 saylı binanın qarşısına dayandı, Təqsirləndirilən şəxs avtomobildən düşdü. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şübhəli olduğunu bildirib Baş İdarəyə gəlməsini təklif etmişlər. Ruslan da onlarla birlikdə polis idarəsinə gəldi. Baş İdarədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan torbanı, həmin gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, şalvarının cibindən 50 qəpik dəmir pulu və barmağındakı üzüyü təqdim etdi. Təqsirləndirilən şəxs sellofan torbanın içərisində heroin olmasını və həmin narkotik vasitəni iranlı Mehdi adlı şəxsdən satmaq niyyəti ilə aldığını dedi. Heroin və “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyətli olduğundan qablaşdırılaraq götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi **-BE-*** dövlət qeydiyyat nişanlı “Tofaş Şahin” markalı avtomobilə Baş İdarənin həyətində baxış keçirildi. Avtomobildən hər hansı bir dövriyyəsi qadağan olunmuş əşyalar aşkar edilmədi. Sorğu zamanı Təqsirləndirilən şəxs kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Dream Park” şəhərciyi, Ə.Vahid küçəsi, ev 162 ünvanında psixotrop maddə metamfetamin və elektron tərəzi olduğunu dedi. Ruslanın kirayə yaşadığı evə Şahid4 da iştirakı ilə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağında olan televizor şkafının üzərində televizorun yanında siqaret qutusunun sellofanına bükülmüş bükülünü təqdim edərək “şüşə” olduğunu dedi. Həmin sellofana baxış keçirilən zaman sellofanın içərisində biri gümüşü rəngli, digəri şəffaf olan iki sellofanın olması aşkar edildi. Həmin sellofanların içərisində psixotrop maddə metamfetaminə bənzər maddələr var idi. Təqsirləndirilən şəxs psixotrop maddələrin yanında olan elektron tərəzini təqdim edərək həmin tərəzidə narkotik vasitə və psixotrop maddə çəkdiyini dedi. Metamfetaminə bənzər maddələr və elektron tərəzi maddi qablaşdırılaraq götürüldü və protokol tərtib edilib imzalandı. Şahid3 ifadələrində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Aralarında ədavətləri və yaxınlıqları olmayıb. xx xxxxxx 2020-ci il il tarixdə səhər saatlarında Baş İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil oldu. Məlumat əsasında yardılan əməliyyat qrupunda o da iştirak etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi 13 saylı binanın yaxınlığını müşahidəyə götürmüşlər. Saat 15:15 radələrində ağ rəngli **-BE-*** dövlət qeydiyyat nişanlı “Tofaş Şahin” markalı avtomobil 13 saylı binanın qarşısında dayandı və avtomobildən Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs endi. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib şəxsiyyətini sorğu etmişlər. O, özünü Təqsirləndirilən şəxs kimi təqdim etdi. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli oluduğunu bildirib onu Baş İdarəyə dəvət etmişlər. O da etiraz etmədi və onlarla birlikdə idarəyə gəldi. Baş İdarədə Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə haqqında” qərarla tanış edib ona, üzərində narkotik vasitə, psixotrop maddə və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol cibindən bir ədəd şəffaf sellofan torbanı, həmin gödəkçənin sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, əynindəki şalvarın cibindən 50 qəpik dəmir pulu və barmağındakı üzüyü təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı və heçnə aşkar edilmədi. Təqsirləndirilən şəxs sol yan cibindən çıxarıb təqdim etdiyi şəffaf sellofan torbanın içərisində heroin olmasını və həmin narkotik vasitəni iranlı Mehdi adlı şəxsdən satmaq niyyəti ilə aldığını qeyd dedi. Heroin və “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyətli olduğundan qablaşdırılaraq götürüldü. Digər əşyalar isə Ruslanın özünə qaytarıldı. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi **-BE-*** dövlət qeydiyyat nişanlı “Tofaş Şahin” markalı avtomobilə Baş İdarənin həyətində baxış keçirildi. Avtomobildən dövriyyəsi qadağan olunmuş əşya aşkar edilmədi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmçinin, kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Dream Park” şəhərciyi, Ə.Vahid küçəsi, ev 162 ünvanında psixotrop maddə metamfetamin və elektron tərəzi olduğunu dedi. Təqsirləndirilən şəxs razılığı ilə saat 19:00 radələrində Ruslanın kirayə yaşadığı Masazır qəsəbəsində yerləşən evinə baxış keçirdilər. Baxışda evdə ola Şahid4 da iştirak etdi. Baxış zamanı Ruslan qonaq otağında olan televizor şkafının üzərində televizorun yanında siqaret qutusunun sellofanına bükülmüş bükülünü təqdim edib “şüşə” olduğunu dedi. Həmin sellofana baxış keçirilən zaman sellofanın içərisində biri gümüşü rəngli, digəri şəffaf olan iki sellofan var idi. Həmin sellofanların içərisində metamfetaminə bənzər maddələrin var idi. Təqsirləndirilən şəxs elektron tərəzini də təqdim etdi və həmin tərəzidə narkotik vasitə və psixotrop maddə çəkdiyini dedi. Həmin maddələr və elektron tərəzi maddi sübut qablaşdırılaraq götürüldü. Bundan sonra baş verənlər barədə protokol tərtib edildi və bütün iştirakçılar protokolu imzaladılar. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki,Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx xxxxxx 2020-ci il tarixdə saat 15:15-də o, saxlanılaraq Baş X2 İdarəsinin inzibati binasına gətirilmişdir. Orada xidməti otaqların birində onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan torbanı, həmin gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 50 qəpik dəmir pulu və barmağındakı gümüş üzüyü təqdim etmişdir. Təqdim olunan torbanın içərisindəki maddəyə baxış keçirən zaman müəyyən olunmuşdur ki, həmin maddə qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddədir. Həmin maddə və mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüş, 50 qəpik pul və üzük isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-ci il tarixli, “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Dream Park” şəhərciyi, Ə.Vahid küçəsi ev 162 saylı ünvana baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağındakı televizor şkafının üzərindəki televizorun yanında olan siqaret qutusunun sellofanına bükülmüş bükülünü və həmin bükülünün yanında olan “Pocket Scale” markalı elektron tərəzini təqdim etmişdir. Həmin bükülüyə baxış keçirən zaman orada biri şəffaf, digəri gümüşü rəngli olan iki bükülü aşkar edilmişdir. Həmin bükülülərin içərisində psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 71 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ... cibindən ...” yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 106,040 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs evinə baxış zamanı aşkar edilmiş ... metamfetaminə bənzər ...” yazıları olan zərfdəki 01 ədəd sellofan torbacığın içərisində və həmin torbacığın içərisindəki iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,280 qram, 0,190 qram, 0,275 qram ümumi təmiz çəkisi 1,745 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bu metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs evinə baxış zamanı aşkar edilmiş 01 ədəd “Pocket Scale” markalı tərəzi ...” yazıları olan zərfdəki bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər aşkar edildi. İz mikrohissəcikləri cüzi miqdar təşkil etdiyindən çəki və eynilik analizlərinin aparılması mümkün olmadı; Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narotik vasitələr” in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxx 2020-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy J5 Pro” markalı mobil telefona baxış keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, mobil telefonda olan “Whatsapp” mobil tətibiqinin “söhbətlər” bölməsində İran İslam Respublikasına məxsus +98-***-***-**-** GSM nömrənin istifadəçisi ilə səsli mesajların olması, həmçinin, “aramalar” bölməsində İran İslam Respublikasına məxsus +98-***-***-**-** GSM nömrənin istifadəçisi ilə müxtəlif vaxtlarda səsli və görüntülü zənglərin olması aşkar edildi. Bundan başqa “aramalar” bölməsində “Merefet İran” adlı mobil tətbiq istifadəçisi ilə xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, x xxxxxx 2020-ci il, x xxxxxx 2020-ci il və digər vaxtlarda səsli zənglərin olması müəyyən edilmiş, bundan başqa, telefonun “Galeri” bölməsindəki xx xxxxxx 2019cu il tarixli hissədə narkotik vasitə bağlamasına oxşar olan fotoşəkli aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış, xx xxxxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş məhkəmə-ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 1,685 qram qalığı, narkotik vasitə heroinin 105,99 qram qalığı, bir ədəd elektron tərəzi və “SamsungGalaxy J5 Pro” markalı mobil telefon maddi sübut kimi tanınıb, saxlanılmasından ötürü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, 03 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə,bu sübutları Təqsirləndirilən şəxs hərəkətlərini başqa şəxslərlə qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etmə, saxlama, daşıma və satma kimi qiymətləndirir. İstintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Mehdi” adlı şəxsin naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Biləsuvar rayonu ərazisinə daşıdığı “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilmiş 1,745 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda 106,040 çəkidə narkotik vasitə heroini naməlum vaxtda satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Dream Park” şəhərciyi, Ə.Vahid küçəsi 162 saylı mənzildə və üzərində saxlama kimi qiymətləndirmişdir. Məhkəmədə həmin hallar araşdırılarkən təqsirləndirilənlər şəxs Təqsirləndirilən şəxs psixotrop maddə və külli miqdarda narkotik vasitənin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək üçün digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib, həmin narkotik vasitələrin Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsində iştirakını təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmədə həmin hallar araşdırılarkən Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş psixotrop maddəni Bakıdan əldə etdiyini göstərdi. İbtdai istintaq zamanı verdiyi ifadələrində isə İran vətəndaşı Mehdiyə narkotik vasitələrin satışı ilə məşğul olmaq istədiyini bildirib Mehdinin də ona İrandan narkotik vasitə göndərəcəyini və onun satışı ilə məşğul olub sonradan pulu ona verəcəyini deməsini, tutulmamışdan təxminən 10 gün əvvəl Mehdi ona məxsus 070 *** ** ** saylı mobil telefona zəng vuraraq narkotik vasitəni Biləsuvar rayonu ərazisinə göndərdiyini və həmin narkotik vasitəni yol kənarında yerləşən işıq dirəklərinin birinin kənarına yerləşdirdiyini bildirdiyini, həmin günü günorta saatlarında gedib Mehdi dediyi yerdən həmin narkotik vasitəni götürdüyünü, Mehdinin ona təxminən 500 qram şüşə adlandırılan metamfetamin və 900 qram kokos adlandırılan heroin göndərdiyini,. Mehdinin sözü ilə o, həmin maddələrdən bir miqdar götürüb müəyyən yerlərə yerləşdirdiyini göstərmişdir. Məhkəmədə araşdırılan cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs telefonunda olan “Whatsapp” mobil tətibiqi ilə İran İslam Respublikasına məxsus +98-***-***-**-** GSM nömrənin istifadəçisi ilə səsli mesajlar vasitəsi ilə danışmış, həmçinin, İran İslam Respublikasına məxsus +98-***-***-**-** GSM nömrənin istifadəçisi ilə müxtəlif vaxtlarda səsli və görüntülü zənglərlə əlaqə saxlamış, “Merefet İran” adlı mobil tətbiq istifadəçisi ilə xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, x xxxxxx 2020-ci il, x xxxxxx 2020-ci il və digər vaxtlarda aralarında səsli zənglər olmuşdur. Telefonun “Galeri” bölməsindəki xx xxxxxx 2019-cu il tarixli hissədə narkotik vasitə bağlamasına oxşar olan fotoşəkli aşkar edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir narkotik vasitələrin əldə olunmasında razılığa gəlməməsi, həmin həmin narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsində iştirak etməməsi barədə ifadələrini həqiqətə uyğun ifadələr kimi qiymətləndirir. Çünki işdə araşdırılmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasına məxsus +98-***-***-**-** GSM nömrənin istifadəçisi ilə müxtəlif vaxtlarda səsli və görüntülü zənglərlə əlaqə saxlamışdır. Lakin həmin zənglərin məzmunun nədən ibarət olması, +98-***-***-**-** GSM nömrənin istifadəçisinin kim olması barədə heç bir məlumat müəyyən edilməmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən müddətlərdə İran İslam Respublikasına məxsus +98-***-***-**-** GSM nömrənin istifadəçisi ilə müxtəlif vaxtlarda əlaqə saxlaması sübuta yetirilsə də onun həmin və ya başqa şəxslərlə narkotik vasitələri əldə edib qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi barəsində qabaqcadan razılığa gəlməsini təsdiq edən özünün istintaq zamanı verdiyi ifadələrindən başqa əlavə sübut müəyyən olunmadı. O özü də həmin hallar barəsində istintaq zamanı verdiyi ifadələrini məhkəmədə inkar edib istintaq zamanı verdiyi ifadələrini şübhələndirdi. Məhkəmədə, onun istintaq zamanı verdiyi ifadələri iş üzrə məhkəməyə təqdim olunmuş sübutların məcmusu ilə müqayisəli təhlil edildikdə Təqsirləndirilən şəxs ifadələrini təsdiq edən başqa sübutun olması müəyyən olunmadı. Məhkəmənin bu qənaəti Təqsirləndirilən şəxs bu işin predmetini təşkil edən narkotik vasitə psixotrop maddə və narkotik vasitənin Azərbaycan Respublikasının dövlət sərhədindən kənar, gizli keçirməsinə xidmət edən əməlin obyektiv tərəfinə aid hərəkət və hərkətsizliyi, subyektiv tərəfinə aid olan qəsdə aid əqli iştirakçılığını, cinayət əməlinin törədilməsinin vaxtını, yerini və şəraitini təsdiq edən sübut müəyyən olunmaması baxımından da əsaslıdır. Çünki bu əlamətlər olmadan şəxsin əməlində cinayət olmasını ehtimal etmək hüquqi baxımdan istisna olunur. Məhkəmənin mövqeyinə görə, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən iki və daha çox şəxsin qabaqcadan razılaşması dedikdə, Azərbaycan Respublikası CMnin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılığa gəlmələri, yəni cinayət əməlinin iştirakçılarının birlikdə və ya fərdi qaydada qarşılıqlı razılaşma əsasında qaçaqmalçılıq əməlinin törədilməsinə yönələn dispozitiv hərəkətləri törətmələri başa düşülür. Bu mənada qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış qrupun üzvü cinayətin törədilməsi məqsədi ilə uğurlu şəraitin yaradılması və ya törədilməsi üçün hər hansı hərəkət etdikdə o, cinayətin iştirakçısı olur. Qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin əlamətlərinin dəqiq dairəsi də Azərbaycan Respublikası CMnin 206-cı maddəsinin dispozisiyasında göstərilmişdir. Həmin dispozisiyada nəzərdə tutulmuş bütün hərəkətlərin eyni şəxs tərəfindən törədilməsi digər şəxslərin həmin cinayətin törədilməsində iştirakını istisna edir. Qaçaqmalçılıq yolu ilə, yəni əşyanın gömrük sərhəddindən keçirilməsindən sonra həmin əmlakı qəbul etmiş şəxsin hərəkətlərində qaçaqmalçılığa görə cinayət məsuliyyəti nəzərdə tutan həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərdən hər hansı birinin olmaması şəxsin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin tərkibinin olmasını istisna edir. Çünki, məhkəmədə araşdırılan cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlinin predmetini təşkil psixotrop maddə və miqdarda narkotik vasitənin xarici ölkənin ərazisində əldə olunmasında, onun saxlanılmasında, daşınmasında, gömrük nəzarətindən Azərbaycan Respublikasının ərazisinə gizli keçirilməsində iştirak etməsini təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmədə həmçinin Təqsirləndirilən şəxs hazırkı cinayət işinin predmetini təşkil edən narkotik vasitələrin İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi üçün İranda olduqları iddia olunan başqa şəxslə cinayət əlaqəsinə girməsi sübuta yetirilmədi. Çünki istintaq orqanı bu qənaətə təqsirləndirilən şəxsin ifadələri əsasında gəlsə də, onun ifadələri Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinin tələbləri baxımından başqa sübutlarla təsdiq olunmaması nəzrə alınmamışdır. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qabaqcadan əlbir olan şəxslə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən gizli keçirmələri ilə bağlı hissəsinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Məhkəmə, yuxarıda müzakirə olunan halları və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin tərkibi istisna olunur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin xaric olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə gəldiyi bu nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarı baxımından da əsaslı sayır. Çünki həmin qərarda birbaşa göstərilmişdir ki, “əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CMnin 34.2-ci maddəsinin tələblərinə əsaslanılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir.” Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs aşkar olunan heroinin onun olmaması, narkotik vasitələri satmaq məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməsi, üzərinə baxış keçirildikdə, üzərindən heç bir qanunsuz predmetlərin aşkar olunmaması, onun nə üzərindən nə də maşınından narkotik vasitə çıxmamaması, narkotik vasitələri satışı ilə məşğul olmaması barədə ifadələrini özünün müdafiəsinə və məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirib həmin hissədə onun ibtidai istintaq zamanı verdiyi ifadələrinə istinad edilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə başqa şəxslərlə qabaqcadan razılaşıb əldə etməsi müəyyən olundu. Çünki məhkəmədə hazırkı işin predmetini təşkil edən psixotrop maddə və narkotik vasitənin ona kim tərəfində harada və hansı şəraitdə verilməsi müəyyən olunmadı. Məhkəmə, psixotrop maddə və narkotik vasitənin Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən xx xxxxxx 2020-ci il tarixdə aşkar edildiyini nəzərə alıb həmin tarixi Təqsirləndirilən şəxs tərəfindən əldə olunma tarixi kimi qəbul edir. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib başqa şəxslərdən “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilmiş 1,745 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda 106,040 çəkidə narkotik vasitə heroini daşıyaraq Abşeron rayonu, Masazır qəsəbəsi, “Dream Park” şəhərciyi, Ə.Vahid küçəsi 162 saylı mənzildə və üzərində saxlaması, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15:15-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən 13 saylı binanın qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda, yəni 106,040 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan torbada aşkar edilərək götürülməsi, əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 19:00-da Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Dream Park” şəhərciyi, Ə.Vahid küçəsi 162 saylı mənzilə özünün icazəsi və iştirakı ilə keçirilən baxış zamanı qonaq otağında yerləşən televizorun yanından onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı bir ədəd sellofan torbanın içərisində və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 1,280 qram, 0,190 qram və 0,275 qram olmaqla, ümumi təmiz çəkisi 1,745 qram “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilmiş psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd “Pocket Scale” markalı elektron tərəzinin aşkar edilərək götürülməsi sübuta yetirildi. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrinin tərkiblərinin əlamətlərinin olduğu qənaətinə gəlib onun əməllərinin həmin maddələrlə tövsif edilməli olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı məhkəmə ekspertizasının keçirilməsinə 109.90 (yüz doqquz manat doxsan qəpik) manat xərclənmişdir. Təqsirləndirilən şəxs məhkəmədə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) saat hüquqi yardım göstərilmişdir. Buna görə də ona 150 (yüz əlli) manat ödənilməlidir. Məhkəmə, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmədə elan edilib araşdırılmış, xx xxxxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş məhkəmə-ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 1,685 qram qalığı, narkotik vasitə heroinin 105,99 qram qalığı, bir ədəd elektron tərəzi və “SamsungGalaxy J5 Pro” markalı mobil telefon maddi sübut kimi tanınıb, saxlanılmasından ötürü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, 03 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş- Təqsirləndirilən şəxs götürülmüş məhkəmə-ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 1,685 qram qalığı, narkotik vasitə heroinin 105,99 qram qalığının dövriyyəsi qadağan edildiyi üçün məhv edilmələrini, bir ədəd “Pocket Scale” markalı elektron tərəzinin cinayətin predmetinin ölçülməsində istifadə edilən alət kimi məhv edilməsini, “SamsungGalaxy J5 Pro” markalı mobil telefonun onun şəxsi əşyaları ilə birlikdə saxlanılmasını, 03 ədəd diskin iş materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-ci il tarixli DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 515 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu - xx xxxxxx 2020-ci tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış AZ-İİ 340966 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var. Məhkəmə, həmin halı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 109.90 (yüz doqquz manat doxsan qəpik) manat vəsait Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 150 (yüz əlli) manat vəsait vəkil Müdafiəçi ödənilməsi üçün 18 Saylı Vəkil Bürosunun hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş- Təqsirləndirilən şəxs götürülmüş məhkəmə-ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 1,685 qram qalığı, narkotik vasitə heroinin 105,99 qram qalığı dövriyyəsi qadağan edildiyi üçün məhv edilsin, bir ədəd “Pocket Scale” markalı elektron tərəzi cinayətin predmetinin ölçülməsində istifadə edilən alət kimi məhv edilsin, “SamsungGalaxy J5 Pro” markalı mobil telefon onun şəxsi əşyaları ilə birlikdə saxlanılsın, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar