Məhkəmə qərarları › İş №1(101)-811/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-811/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-811/2021 29.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi- X1, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1975-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, avtomobil ustası, məhkumluğu olmayan, himayəsində 4 azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək təkrarən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gətiriləcək külli miqdarda narkotik vasitələrin qanunsuz satışını təşkil edəcəyi barəsində qabaqcadan vəd etdikdən sonra, tamah niyyəti ilə qazanc əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək gömrük nəzarətindən kənar və ya ondan gizli yolla İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gətirilmiş külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq daşımaqla saxlamışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan Mehti adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək gömrük nəzarətindən kənar və ya ondan gizli yolla İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gətiriləcək külli miqdarda narkotik vasitələrin qanunsuz satışını təşkil edəcəyini qabaqcadan vəd etdikdən sonra sonuncu ilə narkotik vasitələrin qanunsuz olaraq satışı məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan razılaşmaya əsasən sonradan satıb pulunu vermək şərti ilə istintaqa dəqiq məlum olmayan tarixdə 3 ədəd torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 115,234 qram, 128,702 qram və 185,785 qram olan ümumilikdə çəkisi külli miqdarda hesab edilən 429,721 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 3 ədəd torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 45,249 qram, 58,937 qram və 376,254 qram olan ümumilikdə çəkisi külli miqdarda hesab edilən 480,440 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamini, 3 ədəd torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 33,973 qram, 4,601 qram və 57,988 qram olan ümumilikdə çəkisi külli miqdarda hesab edilən 96,562 qram olan narkotik tərkibli, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranını, ümumi sayı 44 ədəd olan külli miqdarda hesab edilən ümumi təmiz çəkisi 1,76 qram narkotik vasitə metadon həblərini Mehti adlı şəxsin məlumatı əsasında Bakı şəhərində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığında olan ağacın altından götürərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinə daşıyıb orada gizlətmiş, 13.08.2020-ci il tarixdə, saat 05 radələrində təkrarən şəxsiyyəti istintaqa məlum olmayan Mehti adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək gömrük nəzarətindən kənar və ya ondan gizli yolla İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gətiriləcək külli miqdarda narkotik vasitələrin qanunsuz satışını təşkil edəcəyi barəsində qabaqcadan vəd etdikdən sonra sonuncu ilə narkotik vasitələrin qanunsuz olaraq satışı məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib eyni qaydada razılaşaraq 4 ədəd paketlərdə ayrıayrılıqda təmiz çəkiləri 250,00 qram, 250,00 qram, 250,00 qram və 250,00 qram, əlavə olaraq 1 ədəd bükümdə təmiz çəkisi 5,269 qram olan ümumilikdə çəkisi külli miqdarda hesab edilən 1005,269 qram olan ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamini və 2 ədəd torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 500,00 qram və 500,00 qram olan ümumilikdə çəkisi külli miqdarda hesab edilən 1000,0 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini Mehti adlı şəxsin məlumatı əsasında Biləsuvar rayonunda yerləşən Gömrük xidmətinin yaxınlığında ağacın altından götürərək Masallı rayonu, Təzə Alvadı kəndinin yaxınlığında yerləşən meşə zolağına daşıyıb bir hissəsini orada gizlətmiş, 13 avqust 2020-ci il tarixdə saat 08 radələrində Masallı RPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbiri nəticəsində Masallı rayonu Təzə Alvadı kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda ümumi təmiz çəkisi 5,269 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamini, bundan əlavə həmin tarixdə Masallı rayonu Təzə Alvadı kəndinin yaxınlığında yerləşən meşə zolağında gizlətmiş olduğu özünə məxsus külli miqdarda ümumi təmiz çəkisi 1000,00 qram olan ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin və külli miqdarda ümumi təmiz çəkisi 1000,00 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də 14.08.2020-ci il tarixdə onun yaşadığı və narkotik vasitələri gizlətmiş olduğu Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış zamanı külli miqdarda ümumi təmiz çəkisi 429,721 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda hesab edilən ümumi təmiz çəkisi 480,440 qram olan ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamini, külli miqdarda hesab edilən ümumi təmiz çəkisi 96,562 qram olan narkotik tərkibli, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranını, ümumi sayı 44 ədəd olan külli miqdarda hesab edilən ümumi təmiz çəkisi 1,76 qram narkotik vasitə metadon həbləri aşkar edilib götürülənədək qanunsuz olaraq daşımaqla saxlamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitələrin aludəçisidir.7-8 ay bundan öncə bazarlıq etmək məqsədilə X7 getmişdir. Orada olan çayxananın yaxınlığında olan zaman adını sonradan Mehti kimi tanıdığı şəxslə tanış olmuşdur. Mehti ilə söhbət etdikdən sonra ona narkotik vasitələrin aludəçisi olduğunu demişdir. Mehti nə vaxt istəyirsə ona narkotik vasitələr təşkil edə biləcəyini demişdir. Respublika ərazisində tətbiq oluanan xüsusi karantin rejimi şəraitində maddi vəziyyətinin birazda pisləşdiyi vaxtda müəyyən əlaqələrindən istifadə edib narkotik vasitələrinin dövriyyəsi ilə maddi imkanını düzəltmək qərarına gəlmişdir. Bir neçə ay bundan öncə təqribən mart ayında qeydiyyatda olduğu Cəlilabad rayonunda olan zaman əvvəllər qiyabi olaraq tanıdığı və bir neçə dəfə istifadəsi üçün narkotik vasitələri aldığı Mehti adlı İran İslam Respublikasının vətəndaşı ilə görüşmüşdür. Mehti ilə söhbət edən zaman ona satmaq məqsədilə narkotik vasitələr təşkil etməsini istəmişdir. Mehti ona satmaq üçün narkotik vasitə təşkil edə biləcəyini, lakin həmin narkotik vasitəni yalnız İİRdan gətirə biləcəyini demişdir. O, Mehti ilə razılaşıb bu barədə mütləq ona xəbər etməsini xahiş etmişdir. Mehdi ondan mobil nömrəsini istəmişdir. O, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni ona vermişdir. Bu söhbətindən bir neçə ay keçdikdən sonra təqribən 06.08.2020-ci il tarixdə Bakı şəhərində olan zaman ona məxsus mobil nömrə ilə whatsapp sosial şəbəkəsində qeydiyyatdan keçdiyi nömrəyə hazırda xatırlamadığı nömrədən Mehti ona zəng edərək hazırda Bakı şəhərində olduğunu və razılaşdıqları kimi satmaq məqsədilə onun üçün narkotik vasitə, psixotrop maddə və həblər gətirdiyini bildirmişdir. O, Mehti ilə görüş yeri təyin etmişdir. Lakin Mehti görüşə gəlməyəcəyini bidlirib həmin narkotik vasitələri 20 yanvar adlanan yerdə müəyyənləşdirdikləri ağacın altına qoyacağını bildirmişdir. O, həmin narkotik vasitələrin çəkisi və qiyməti barədə ondan soruşan zaman Mehti 0.5 kq heroin, 0.5 kq metanfetamin və bir neçə paket narkotik tərkibli həblər olduğunu demişdir. Onların qiyməti barəsində isə onun həmin narkotik vasitələri satmağından qazanc əldə etdikdən sonra həmin qazancdan ona verəcəyini demişdir. O, bundan sonra həmin günü saat təqribən 15 radələrində 20 yanvar dairəsi adlanan ərazidə yerləşən ağacın altından bir paketdə Mehtinin ona dediyi narkotik vasitələri götdürmüşdür və Bakı şəhərində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən evində gizlətmişdir. O, həmin narkotik vasitələri götürdükdən sonra Mehti onunla bir daha əlaqə saxlayıb bu yaxınlarda yenidən İİR-dan narkotik vasitələr keçirəcəyini və bu barədə ona məlumat verəcəyini demişdir. O, növbəti gün Cəlilabad rayonuna getmişdir. Orada Mehti adlı şəxcslə əlaqə saxlayıb İİR-dan Mehtinin gətirəcəyi narkotik vasitələri hara qoyacağı barədə onunla məsləhətləşmişdir. Mehti narkotik vasitələri Biləsuvar rayonunda yerləşən Gömrük nəzarəti xidmətinə yaxın ərazidə yerləşən plakatın yaxınlığında yerləşən ağacın altında qoyacağını bildirmişdir. O, həmin yeri müəyyən etdikdən sonra geri qayıtmışdır. Bir gün Cəlilabad rayonunda qaldıqdan sonra yenidən Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində olduğu müddət ərzində Mehti adlı İİR-nın vətəndaşı ilə mütəmadi olaraq əlaqə saxlamışdır. 13.08.2020-ci il tarixdə saat təqribən 02 radələrində Mehti adlı şəxs onunla Cəlilabad rayonunda olan zaman ona məxsus mobil nömrə ilə whatsapp sosial şəbəkəsində qeydiyyatdan keçdiyi nömrəyə hazırda xatırlamadığı İİR-nın mobil operatorundan zəng etdiyini görmüşdür. Həmin vaxt ona zəng edən şəxsin İİR vətəndaşı olan Mehti adlı şəxs olmasını təxmin etdim. Mehdi onunla hal-əhval tutduqdan sonra satışını həyata keçirmək üçün xeyli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etdiyini İİR-dan gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirdiyini və ona həmin narkotik vasitə və psixotrop maddəni vermək istədiyini bildirmişdir. O, Mehdi ilə razılaşıb nə qədər pulun qarşılığında, nə qədər narkotik vasitə verə biləcəyini soruşmuşdur. Mehti Biləsuvar rayonunda Gömrük nəzarəti məntəqəsinin yaxınlığında olan əvvəlcədən yerini dediyi ağacın altında 1 kq heroin və 1 kq metanfetamin qoyacağını, əlavə olaraq 5 qram metanfetamin hədiyyə kimi onun üçün oraya qoyacağını, qaraşılığında 27000 manat pul alacağını bildirmişdir. O, qazanc barəsində onunla danışdıqda həmin narkotik vasitələrin satışından təqribən 10000 manata yaxın pul qazanacağını planlaşdırmışlar. O, 27000 manat pulu ilkin vəziyyətdə razılaşdığı kimi narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etdikdən sonra verəcəyini demişdir. Mehti onunla razılaşdıqdan sonra özünə məxsus “Mercedes C 180” markalı **-RL-*** d.q.n-lı avtomobil ilə Biləsuvar rayonuna getmişdir. Saat təqribən 05 radələrində Mehti adlı şəxslə qabaqcadan razılaşdıqları yerdə paketdə olan narkotik vasitə və psixotrop maddələri götürüb avtomobilin sağ ön sərnişin oturacağının altına qoymuşdur. Həmin vaxt üzərində külli miqdarda narkotik vasitələr gəzdirdiyindən qorxduğu üçün uzaqda gizlətmək qərarına gəlmişdir. Bu məqsədlə Masallı rayonu istiqamətində gəlmişdir. Masallı rayonu Təzə Alvadı kəndini keçdikdən sonra Karantin rejimi ilə bağlı polis postu olduğunu görmüşdür. Avtomobili arxa yol istiqamətində döndərmiş və Cəlilabad rayonuna gedən yolun üzərində Təzə Alvadı kəndininin yaxınlığında yerləşən meşə zolağının yaxınlığında saxlamışdır. Daha sonra meşə zolağına daxil olub orada olan ağaclardan birinin dibində götürdüyü narkotik vasitə heroin və psixotrop maddə metanfetamini gizlətmişdir. Lakin Mehtinin ona hədiyyə kimi verdiyi və üzərində saxladığı metanfetamin əynində olan şalvarının sağ yan cibində qalmışdır. 13.08.2020-ci il tarixdə saat təqribən 08 radələrində Masallı rayonu, Təzə Alvadı kəndi ərazisində olan meşə zolağınan çıxan zaman dörd nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim edib, onun qanunsuz olaraq narkotik vasitə istifadə etdiyini və dövriyyəsi ilə məşğul olub üzərimdə daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, həmin vaxt qorxduğundan heç bir cavab verməmişdir. Polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Masallı RPŞ-yə gəlməyini bildirmişlər. Polis şöbəsinə gəldikdən sonra həmin dörd nəfər polis əməkdaşı onu xidməti otağa gətirmişlər. Bundan əlavə onun idarə etdiyi “Mercedes C 180” markalı **-RL-*** d.q.n-lı avtomobil RPŞ-nin müvəqqəti duracağına yerləşdirilmişdir. Polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞ-in Təhqiqat Bölməsinin təhqiqatçısı Elvin Muradov kimi təqdim etmişdir. Təhqiqatçı E.Muradov qanunsuz olaraq üzərimdə narkotik vasitə saxlamaqda, satışı ilə məşğul olmaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində X9 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərinə aparılacaq şəxsi axtarış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə E.Muradov məlumat vermişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini istəməsi barədə təklif etmişdir. O da əynimdə olan qara rəngli cins şalvarının sağ yan cibindən psixotrop maddə olan metanfetamini çıxararaq təhvil vermişdir. O, polis əməkdaşlarına bildirmişdir ki, təqdim etdiyi maddəni Biləsuvar rayonunda İİR-nın vətəndaşı olan Mehti adlı şəxsdən almışdır. Bundan əlavə Mehdi adlı şəxsdən 1 kq metanfetamin və 1 kq heroin almışdır. Aldığı narkotik vasitələrin qarşılığında ona 27000 manat pul verəcəyini vəd etmişdir. Mehti hazırda üzərində olan metanfetamini hədiyyə kimi ona vermişdir. Mehti adlı şəxsdən satmaq məqsədilə əldə etmiş olduğu 1 kq metanfetamin və 1 kq heroini Masallı rayonu, Təzə Alvadı kəndinin yaxınlığında yerləşən meşə zolağında gizlətdiyini bildirmişdir. Sonradan üzərində axtarış davam etdirilmiş, lakin üstündən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunan psixotrop maddə metanfetamin elektron tərəzidə çəkilmiş və ümumi təmiz çəkisi 5 qram olduğu müəyyən olunmuşdur. Üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq DİN-in 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, baxış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra video çəkilişlə onun idarə etdiyi və Masallı RPŞ-nin müvəqqəti duracağına yerləşdirilmiş “Mercedes C 180” markalı **-RL-*** d.q.n-lı avtomobilə təhqiqatçının rəhbərliyi ilə baxış keçirilmişdir. Avtomobildən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra onun Masallı rayonu, Təzə Alvadı kəndinin yaxınlığında yerləşən meşə zolağında gizlətdiyini qeyd etdiyi narkotik vasitələrin yerinin bildirilməsi ona tklif olunmaqla həmin əraziyə baxış keçiriləcəyi ona bildirilmişdir. Polis əməkdaşlarının müşaiyyəti ilə həmin əraziyə getmişlər. Yenidən video-çəkiliş vasitəsi ilə qeyd etdiyi meşə zolağına baxış keçirilmişdir. O, narkotik vasitə və psixotrop maddəni gizlətmiş olduğu yeri təqdim etmişdir. Yenidən təhqiqatçı E.Muradovun rəhbərliyi və müdafiəçinin iştirakı ilə həmin yer qazılmış və onun gizlətmiş olduğu İİR-nın vətəndaşı Mehti adlı şəxsdən aldığı narkotik vasitə heroin və psixotrop maddə metanfetamin aşkar olunaraq götürülmüşdürdü. Aşkar olunaraq götürülmüş psixotrop maddə metanfetamin elektron tərəzidə çəkildi və ümumi təmiz çəkisi 1,14 kq olduğu müəyyən olunmuşdur. Narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və ümumi təmiz çəkisi 1,13 kq olduğu müəyyən olunmuşdur. Aşkar olunaraq götürülən narkotik vasitə və psixotrop maddələr zərfə qoyularaq DİN-in 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, baxış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçı tərəfindən izahatı alınan zaman onun müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən fərdi yaşayış evində narkotik vasitə, psixotrop maddə və bir neçə həblər saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçinin iştirakı ilə onun Bakı şəhərində yerləşən fərdi yaşayış evimə baxış keçirilmişdir. Baxış keçirilməzdən öncə o, ərizə ilə RPŞ-nin rəhbərliyinə müraciət edib ona məxsus fərdi yaşayış evində baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Video görüntünün müşaiyəti həyata keçirilən baxış zamanı ona məxsus fərdi yaşayış evindən Mehti adlı şəxsdən satış məqsədilə almış olduğu narkotik vasitə heroin, psixotrop maddə metanfetamin və narkotik tərkibli həblər, eləcə də bir ədə elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Aşkar olunaraq götürülmüş psixotrop maddə metanfetamin elektron tərəzidə çəkilmiş və ümumi təmiz çəkisi 482 qram olduğu müəyyən olunmuşdur. Narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və ümumi təmiz çəkisi 431 qram olduğu müəyyən olunmuşdur. 44 ədəd metodon həbləri elektron tərəzidə çəkildi və ümumi təmiz çəkisi 20,61 qram olduğu müəyyən olunmuşdur. Narkotik vasitə həşiş qətranı elektron tərəzidə çəkilmiş və ümumi təmiz çəkisi 98 qram olduğu müəyyən olunmuşdur Aşkar olunaraq götürülən narkotik vasitə və psixotrop maddələr zərfə qoyularaq DİN-in 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, baxış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olduğundan ona elektron tərəzi lazım olmuşdur. Belə ki, o, satacağı narkotik vasitələrin miqdarını həmin elektron tərəzi vasitəsi ilə müəyyən etmişdir. Məhkəmə eksperetiza rəyi ilə tanış olmuşdur. Mehti adlı şəxs narkotik vasitələrin miqdarını ona təqribi demişdi. Yəni ekspertizanın rəyini doğru kimi qəbul edir.O, saxlanılıb RPŞ-nə gələn zaman, üzərinə şəxsi axtarış aparılan zaman, eləcə də Bakı şəhəri,Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən fərdi yaşayış evində axtarış aparılan zaman polis əməkdaşları ona heç bir fiiziki zor tətbiq etməmişlər. Fərdi yaşayış evinə baxış keçirilməzdən öncə o, ərizə ilə müraciət edərək polis əməkdaşları tərəfindən onun yaşadığı fərdi yaşayış evində axtarış aparılmasına heç bir etirazının olamdığını bildirmişdir. **********95 saylı mobil nömrə Kürdəxanı qəsəbəsində yaşayan və taksi fəaliyyəti ilə məşğul olan X3 məxsusdur. Onun atası Adəməli çexol ustası olduğundan onunla tanışlığı olmuşdur. Adəməli də narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmuşdur. onun Adəməli ilə arasında ona narkotik vasitələr satdığından pul hesabları olmudur. O tutulduqdan sonra oğlu Fəridə onun atasına borclu olduğunu deyərərək ona sms yazıb pulu istəmişdir. Azərbaycan Respublikası Gömrük nəzarətindən kənar heç bir narkotik vasitə keçirməmişdir. Lakin İİR-da olan zaman Mehti adlı şəxslə Mehtinin Gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirəcəyi narkotik vasitə və psixotrop maddələri Azərvaycan Respublikası ərazisində satacağına və əldə etdiyi pulu bölüşdürəcəklərinə razılaşmışlar. O, İİR-nın vətəndaşı Mehti adlı şəxsin böyük miqdarda narkotik vasitə, psixotrop maddə və narkotik tərkibli həbləri Azərbaycan Respublikasına Gömrük nəzarətindən kənar keçirəcəyini bilmişdir. Arvadı Xəyalə və övladlarının narkotik vasitələrin satışında hər hansısa iştirakı olmamışdır. O, həqiqətəndə bir neçə dəfə Bakı şəhəri, Məhəmmədi qəsəbəsinə və Zabrat qəsəbəsinə gedərək orada İİR-nın vətəndaşı Mehti adlı şəxsin ona dediyi yerlərə narkotik vasitələri qoyaraq satışını həyata keçirmişdir. Ola bilsin ki, həmin vaxtı oğlu Elçin onun yanında olmuşdur. Lakin bu barədə ona hər hansı bir vəd verməmişdir. Çalışmışdır ki, azyaşlı oğlu Elçin çirkin işlərdən uzaq dursun. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs bildirmişdir ki, 7-8 ay bundan öncə bazarlıq etmək məqsədilə X7 getmiş, orada olan çayxananın yaxınlığında olan zaman adını sonradan Mehti kimi tanıdığı şəxslə tanış olmuşdur. Mehti ona təklif etmişdir ki, narkotik təşkil edə bilər. Onun da maddi vəziyyəti pis olduğu, borcu olduğu üçün həm də karantin müddətində işləyib, qazana bilmədiyi, 4 azyaşlı uşağı olduğu üçün razılaşmışdır. Cəlilabadda Mehdi ilə görüşmüşdür. Mehdinin telefon nömrəsini almış, bir neçə ay sonra 06.08.2020-ci il tarixdə Bakı olanda Mehdi whatsappla ona zəng etmişdir. Mehti demişdir ki, narkotik vasitələri 20 yanvarda bir ağacın altına qoyacağ. Qiymətini isə sonra danışacaqlar. O, saat 15 radələrində 20 yanvar dairəsinə gedib ağacın altından bir paketdə Mehtinin dediyi narkotikləri götürmüş və evində gizlətmişdir. Növbəti gün Cəlilabad rayonuna getmişdir. Orada Mehtiylə əlaqə saxlayaraq narkotik vasitələri hara qoyacağı barədə onunla məsləhətləşmişlər. Mehti demişdir ki, narkotik vasitələri Biləsuvarda Gömrük nəzarəti xidmətinə yanında plakatın yanındakı ağacın altında qoyacaq. 13.08.2020-ci il tarixdə saat təqribən 02 radələrində Mehti zəng etmişdir ki, Biləsuvar rayonunda Gömrük nəzarəti məntəqəsinin yaxınlığında olan əvvəlcədən yerini dediyi ağacın altında 1 kq heroin və 1 kq metanfetamin qoyacağ, 5 qram metanfetamin hədiyyə olacaq. Ona 27000 manata verdiyini, pulu qazanc əldə etdikdən sonra ödəməli olduğunu, 10000 manat qazanacağını bildirmişdir. O, öz maşını ilə Biləsuvara getmiş, təqribən 05 radələrində Mehtinin narkotiki qoyduğu yerdən götürüb avtomobilin sağ ön sərnişin oturacağının altına qoymuşdur. Narkotiki gizlətmək üçün Masallıya getmişdir. Masallı rayonu Təzə Alvadı kəndini keçdikdən sonra Karantin rejimi ilə bağlı polis postu olduğunu görmüş, avtomobili arxa yol istiqamətində döndərmiş və Cəlilabad rayonuna gedən yolun üzərində Təzə Alvadı kəndininin yaxınlığında yerləşən meşə zolağının yaxınlığında saxlamışdır. Meşəyə girərək narkotiki ağaclardan birinin dibində gizlətmişdir. Metanfetamin isə cibində qalmışdır. 13.08.2020-ci il tarixdə saat təqribən 08 radələrində Masallı rayonu, Təzə Alvadı kəndi ərazisində olan meşə zolağınan çıxan zaman dörd nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim edib, onda narkotik olması barədə şübhəli olduğunu bildirmişlər. Ondan üstündə narkotik olub olmamasını soruşduqda o, qorxduğundan heç bir cavab verməmişdir. Polislər onu Masallı RPŞ-nə aparmışlar. Şöbədə maşınını da gətirmiş, video-çəkilişlə təklif etmişlər ki, üstündə narkotik varsa özü təqdim etsin. O, da cins şalvarının sağ yan cibindən metanfetamini çıxarıb təhvil vermiş və bildirmişdir ki, maddəni Biləsuvar rayonunda İİR-nın vətəndaşı olan Mehti adlı şəxsdən almışdır. Sonra onu çox sıxmışlar. Oğlu da əllərində olduğuna görə məcbur olub əlavə Mehdidən 1 kq metanfetamin və 1 kq heroin götürdüyünü də boynuna almışdır. Mehti üstündəki 5 qram metanfetamini hədiyyə kimi vermişdi. O, 1 kq metanfetamin və 1 kq heroini Masallı rayonu, Təzə Alvadı kəndinin yaxınlığında yerləşən meşədə gizlətdiyini bildirmişdir. Üstündəki metafetamin 5 qram idi. Polislər onu meşəyə aparmışlar, meşədə ağacın dibində narkotikin yerini göstərmişdir. Göstərdiyi yerdən narkotiki çıxarmış, sonra onu məcbur etmişlər ki, Kürdəxanıda evində narkotik və həblər saxladığını da boununa alsın. Sonra birlikdə evə getmişlər, evindən Mehtidən aldığı heroin, metanfetamin və həblər, elektron tərəzi götürümüşldür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, Adəməli ilə tanışlığı olduğunu, gömrük nəzarətindən kənar heç bir narkotik vasitə keçirmədiyini, qaçaqmalçılığı onun boynuna qoyduqlarını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qaçaqmalçılıqla məşğul olmasını onun boynuna qoyulması barədə məhkəmədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir, digər mötəbər sübutlarla təkzib olunur və məhkəmə onun bu ifadələrini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 13.08.2020-ci il tarixdə Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələrin istifadəsi, üzərində gəzdirməsi və satışını həyata keçirməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri, narkotik vasitələri əldə etdiyi və satdığı mənbəni müəyyənləşdirmək məqsədilə “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Masallı RPŞ-in rəisinin əmri ilə TB-in təhqiqatçısı Elvin Muradovdan, CAB-in əməliyyat müvəkkilləri Şahid3, Şahid2, Şahid4 və qrup rəhbəri kimi onun iştirakından ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. 13.08.2020-ci il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu, Təzə Alvadı kəndi ərazisində idarə etdiyi “Mercedes” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman saxlayaraq, RPŞ-in polis əməkdaşları olduğuqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində, satışında və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə olub-olmamasını soruşan zaman o, heç bir cavab verməyərək davranışları ilə daha da şübhə yaratmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu rayon polis şöbəsinə dəvət etdikdən sonra birlikdə X10un xidməti otağına gəlmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Masallı rayon vəkillər bürosunun vəkili X9 dəvət olunduqdan sonra təhqiqatçı E.Muradov Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı video çəkilişdən istifadə olunacağı barədə xəbərdarlıq etmişdir. Bundan sonra X10 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının sualından sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanı təqdim edərək, həmin sellofanın içində psixotrop maddə olan metanfetamin olmasını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddənin nə olmasını və haradan əldə etməsini soruşmuşdur. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı Mehti adlı şəxsdən aldığını, həmin psixotrop maddə metanfetamindən əlavə Mehti adlı şəxsdən 1 kq çəkidə narkotik vasitə heroin və 1 kq çəkidə psixotrop maddə metanfetamin aldığını, üzırində gəzdirdiyi və təhqiqatçıya təqdim etdiyi metanfetamini istifadə məqsədilə, Masallı rayonunun Təzə Alvadı kəndində gizlətdiyi 1 kq çəkidə narkotik vasitə heroin və 1 kq çəkidə psixotrop maddə metanfetamini satmaq məqsədilə aldığını, həmin narkotik vasitə və psixotrop maddələrə ümumilikdə 27000 manat qarşılığında almaqda razılaşdığını, üzərində gəzdirdiyi psixotrop maddəni isə Mehti adlı şəxs tərəfindən ona pay verildiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs əynində olan digər paltarlarına şəxsi axtarış keçirsə də, hər hansı bir predmet aşkar etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlə elektron tərəzidə çəkilmişdir. Şəffaf sellofana bükülmüş psixotrop maddə olan metanfetaminə bənzər maddənin çəkisi 5 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən psixotrop kütlə zərfin içərisinə qoyularaq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçı E.Muradov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldıqdan sonra müvafiq protokol tərtib olunmuş və protokolu imzaları ilə təsdiq etmişlər. Bundan sonra təhqiqatçı E.Muradov Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçiriləcəyini və həmin axtarış zamanı video çəkilişdən istifadə olunacağı bildirmişdir. Bundan sonra X10 Təqsirləndirilən şəxs “Mercedes” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının sualından sonra “Mercedes” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı avtomobildə axtarış keçirsə də, hər hansı bir predmet aşkar etməmişdir. Təhqiqatçı bu barədə müvafiq protokol tərtib etmişdir. Həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisi və əməliyyat-təhqiqat qrupunun üzvləri birlikdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman gizlətdiyini bildirdiyi Masallı rayonu, Təzə Alvadı kəndi istiqamətinə getmişlər. Hərəkətdə olan zaman Təqsirləndirilən şəxs meşə zolağını təqdim edərək qeyd etdiyi narkotik vasitə və psixotrop maddələri həmin meşədə girişə yaxın yerləşən ağacın dibində gizlətdiyini bildirmişdir. Birlikdə meşə zolağına daxil olmuşlar. Təqsirləndirilən şəxs müdafiəçisinin də iştirakı ilə girişdə olan ağacı təqdim edib onun dibində narkotik vasitə və psixotrop maddələri gizlətdiyini bildirmişdir. X10 həmin ağacın dibində gizlədilmiş, ağ rəngli sellofanı çıxarmışdır. Ağ rəngli sellofan açıldıqdan sonra həmin sellofanın içində üzərinə “250” yazılmış 4 ədəd şəffaf paket və üzərinə “500” yazılmış 2 ədəd qara paket aşkar olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs aşkar olunanların nə olduğunu, haradan əldə etməsini və hansı məqsədlə orada gizlətməsini soruşmuşdur. Təqsirləndirilən şəxs üzərinə “250” yazılmış 4 ədəd şəffaf paketdə psixotrop maddə metanfetamin, üzərinə “500” yazılmış 2 ədəd qara paketdə isə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı Mehti adlı şxəsdən 27000 manat qarşılığında aldığını, satmaq məqsədilə Masallı rayonu ərazisinə gətirdiyini və qorxduğu üçün Masallı raonu Təzə Alvadı kəndində yerləşən Meşə zolağında gizlətdiyi bildirmişdir. Daha sonra X10 psixotrop maddə metanfetamin olan, üzərinə “250” yazılmış 4 ədəd şəffaf paketi elektron tərəzidə çəkdi və çəkisinin ümumilikdə 1,14 kq olması müəyyən edilmişdir. X10 üzərinə “500” yazılmış 2 ədəd qara paketdə isə narkotik vasitə heroini elektron tərəzidə çəkmiş və çəkisinin ümumilikdə 1,13 kq olması müəyyən edilmişdir. Aşkar olunaraq götürülən psixotrop kütlə və narkotik vasitə zərfin içərisinə qoyularaq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçı E.Muradov tərəfindən müvafiq protokol tərtib olunmuş və protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən və gizlətmiş olduğu Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən meşə zolağından aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddələrlə bağlı təhqiqatçı tərəfindən ondan izahat alınan zaman Təqsirləndirilən şəxs qeyd olunanlardan əlavə yaşadığı Bakı şəhəri, Kürdəxanı qəsəbəsində yerləşən fərdi yaşayış evində təqribi çəkisi 0,5 kq heroin, 0,5 kq metanfetamin və narkotik tərkibli həblər gizlətdiyini qeyd etmişdir. Bu səbəbdən əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Kürdəxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinə Təqsirləndirilən şəxs müdafiəçisi Tofiq Şahmarovun və əməliyyat təhqiqat qrupunun üzvləri tərəfindən keçirilmişdir. Baxış keçirilməzdən öncə Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra birlikdə fərdi yaşayış evinə baxış keçirməyə başlamışlar. Bundan sonra evin ümumi zalına daxil olmuşlar. Təhqiqatçı evin umumi zalında olan zaman Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə varsa təqdim etməsini xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs divanın üzərində olan örtüyü götürüb altında olan yastığın altında yerləşən şəffaf sellofanı təqdim etmişdir. Təhqiqatçı həmin şəffaf selofanı açdıqda həmin sellofandan 3 ədəd şəffaf sellofanda narkotik vasitə heroin, 3 ədəd şəffaf sellofanda psixotrop maddə metanfetamin, 3 ədəd şəffaf bükülüdə narkotik vasitə həşiş qətranı, 1 ədəd şəffaf bükülüdə üzərinə “M40” yazılan metodon həbləri və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təhqiqatçı tərəfindən 3 ədəd şəffaf sellofanda narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisinin 431 qram olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən 3 ədəd şəffaf sellofanda psixotrop maddə metanfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin 482 qram olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən 1 ədəd şəffaf sellofanda narkotik vasitə həşiş qətranı elektron tərəzidə çəkilmiş və çəkisinin 98 qram olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən üzərinə “M40” yazılan metodon həbləri sayıldıqdan sonra elektron tərəzidə çəkildi və sayının 44 ədəd, çəkisinin isə 20,61 qram olması müəyyən edilmişdir. Aşkar olunaraq götürülmüş narkotik vasitələr, psixtrop maddələr və narkotik tərkibli həblər qablaşdırılaraq zərfə qoyulmuşdur. Həmin zərflər möhürlənərək iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Daha sonra təhqiqatçı E.Muradov fərdi yaşayış evində aşkar olunan elektron tərəzinin hansı məqsədlə istifadə olunduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin elektron tərəzidən narkotik vasitələri satan zaman istifadə etdiyini bildirmişdir. Həmin elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılaraq zərfə qoyulmuşdur. Həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra fərdi yaşayış evinə baxış davam etdirilsə də, həmin yaşayış evindən başqa qanunla qadağan olunan hər hansı bir maddə, predmet və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs Masallı RPŞ-nə gətirilən zaman, eləcə də onun üzərinə və fərdi yaşayış evinə baxış keçirilən zaman ona heç bir fiziki zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid2 və Şahid4 şahid qismində ifadəsi alınmış Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid X4 ibtidai istintaq zaman ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs onun əridir. Onlar 07.07.2006-cı il tarixdə el dəbi ilə ailə həyatı qurmuşlar. Bu evlilikdən 4 övladları dünyaya gəlmişdir. Onlar ilk əvvəl mehriban yaşamışlar. Hətta əri Natiq 2009-2010-cu illərdə məşhəd ziyarətinə getmiş və ibadətləməşğul olmuşdur. Onun əri Təqsirləndirilən şəxs avtomobil təmir ustası olmuşdur. O, dəmirçi kimi fəaliyyət göstərmişdir. Natiqin xasiyyəti mürəkkəb olduğundan onun işlərinə qarışmamışdır. Lakin son dövrlərdə əri Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini bilmişdir. Bu barədə ona dəfələrlə irad bildirmişdir. Lakin Təqsirləndirilən şəxs öz hərəkətlərinə davam etdiyindən ondan inciyərək azyaşlı övladlarını götürüb atası Əlövsətə məxsus evə getmişdir. Birmüddət ayrı yaşadıqdan sonra atası Əlövsətində təkidi ilə yenidən Bakı şəhəri, Küürdəxanı qəsəbəsində yaşadıqları evinə qayıtmışdır. Son olaraq 12.08.2020-ci il tarixdə gecə saatlarında övladları və əri Natiqlə birlikdə Natiqə məxsus “Mercedes Benz C 180” **-RL-*** d.q.n-lı avtomobil ilə Cəlilabad rayonuna yola düşmüşlər. 13.08.2020-ci il tarixdə saat 01 radələrində Cəlilabad rayonuna çatmışlar. Bundan sonra Natiq işinin olduğunu bildirib biraz sonra gələcəyini demişdir. Lakin bir neçə müddət keçməsinə baxmayaraq Natiq geri qayıtmamışdır. Həmin gün saat 09 radələrində polis əməkdaşları onunla əlaqə saxlayan zaman Natiqin polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. Əri Təqsirləndirilən şəxs narkotik vasitələri satmasından onun məlumatı olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs oğlu Şahid5 narkotik vasitə satdırmamış və ona hər hansı bir təzyiq göstərilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 avqust 2020-ci il tarixli 19/390 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Masallı rayon, Təzə Alvadı kəndi yaxınlığında yerləşən meşə zolaqından aşkar edilərək götürülmüş, Vət.Təqsirləndirilən şəxs məxsus olan ümumi çəkisi 1 kq olan metamfetaminə bənzər və ümumi çəkisi 1 kq olan heroinə bənzər kütlələr........ ” sözlər və imzalar olan bir ədəd zərfdəki 2 ədəd torbada ayrı-ayrılıqda təmiz çəkiləri – 500,0 qram; -500,0 qram; ümumi təmiz çəkisi – 1000,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, onlar tərkiblərinə görə eynidirlər və həmin zərfin içərisindəki 4 ədəd paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -250,0 qram; -250,0 qram; -250,0 qram; 250,0 qram; ümumi təmiz çəkisi – 1000,0 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf sellofanda psixotrop maddə olan metamfetaminə bənzər maddə......”sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi -5,269 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 1 ədəd paketdəki və 1 ədəd zərfdəki matemafetaminlər xarici görünüşünə və kimyəvi tərkibinə görə bir-biriləri ilə eynidirlər. İş materiallarına əlavə edilmiş fiziki-kimyəvi ekspertizasının 15.08.2020-ci il tarixli, 19/392 saylı rəyinə əsasən “Təqsirləndirilən şəxs məxsus evindən aşkar edilmiş 3 ədəd şəffaf sellofanda narkotik vasitə heroinə bənzər maddə....” sözlər və imzalar olan bir ədəd zərfdəki 3 ədəd torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri -115,234 qram, -128,702 qram, 185,785 qram, ümumi təmiz çəkisi -429,721 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və onlar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus evindən aşkar edilmiş 3 ədəd şəffaf sellofanda psixotrop maddə metanfetaminə bənzər kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki 3 ədəd torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri -45,249 qram, -58,937 qram, -376,254 qram, ümumi təmiz çəkisi -480,440 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər və onlar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus evindən aşkar edilmiş narkotik vasitə həşiş qətranına bənzər maddə....” sözlər və imzalar olan bir ədəd zərfdəki 3 ədəd torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri -33,973 qram, -57,988 qram, -4,601 qram, ümumi təmiz çəkisi -96,562 qram olan maddələr (bitki mənşəli kütlə) narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranıdır və onlar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus evindən aşkar edilmiş narkotik vasitə həşiş qətranına bənzər maddə....” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükülüdə ümumi sayı 44 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metodon dərmanlarıdır. Həblərin təsiredici maddəsinin ümumi miqdarı -1,76 qramdır. ( bir həbdə 0,04 qr). İş materiallarına əlavə edilmiş əlavə məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 noyabr 2020-ci il tarixli 19/666 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus heroin və metanfetamin 2 ədəd zərfdə....” və “Təqsirləndirilən şəxs məxsus 4 ədəd zərflərdə heroin, metanfetaminlər, metadon, həşiş qətranı....” sözlər və imzalar olan 2 ədəd paketdəki, ümumi sayı 5 ədəd bükülülərdə olan heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər və həmin 2 ədəd paketdəki ümumi sayı 7 ədəd bükülülərdə olan metanfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. İş materiallarındakı məhkəmə-narkoloji ekspertizanın 17.08.2020-ci il tarixli, 603 nömrəli rəyinə əsasən – müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə üzərində narkotik vasitələr saxlaması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 13.08.2020-ci il tarixdə keçirilən təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən, gzilətmiş olduğu sahədən və fərdi yaşayış evindən narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satdığı şəxslərin dairəsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərində və gizlətmiş olduğu yerlərdən aşkar olunaraq götürülmüş ona məxsus külli miqdarda narkotik vasitələr və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxslə qabaqcadan aralarında olan razılıq əsasında İİR-dan Azərbaycan Respublikasına Gömrük nəzarətindən kənar keçirməsi müəyyən edilmişdir. Mehdi adlı İİR vətəndaşının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. İş materiallarından görünür ki, İş üzrə Təqsirləndirilən şəxs üzərindən və gizlətmiş olduğu Masallı rayonu, Təzə Alvadı kəndinin yaxınlığında yerləşən meşədən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildən sonra ümumi təmiz çəkisi 999,9 qram narkotik vasitə heroin və tədqiqata sərf edildən sonra ümumi təmiz çəkisi 1005,119 qram psixotrop maddə metanfetamin, sonuncuya məxsus Bakı şəhəri Kürdəxanı qəsəbəsində yerləşən fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildən sonra ümumi təmiz çəkisi 429,571 qram narkotik vasitə heroin və tədqiqata sərf edildən sonra ümumi təmiz çəkisi 480,290 qram psixotrop maddə metanfetamin, tədqiqata sərf edildən sonra ümumi təmiz çəkisi 96,502 qram narkotik vasitə həşiş qətranı, tədqiqata sərf edildən sonra ümumi sayı 40 ədəd, ümumi təmiz çəkisi 1,60 qram metadon həbləri eləcə də, bir ədəd Çin istehsalı olan elektron tərəzi 17.08.2020-ci il tarixdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək maddi sübut qismində tanınaraq saxlanması üçün Masallı RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, onun narkotik vasitə və psixotrop maddələri gizlətdiyi Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən meşə zolağında axtarış, eləcə də sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən fərdi yaşayış evində axtarış aparılan zaman qeydə alınmış video görüntüləri özündə əks etdirən 3 ədəd DVD diskin 03.10.2020-ci il tarixdə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş 19 vqust 2020-ci il tarixli tələbnaməsindən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Masallı rayon Polis Şöbəsinin 13 avqust 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Masallı rayon məhkəməsinin 15 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13 avqust 2020-ci il tarixdən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə özünün ilkin ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, məhkəmədə elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmada verdiyi etirafedici izahatı, şahid ifadələri, baxış, götürmə və sair kimi istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu, iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirənhal onun himayəsində 4 azyaşlı uşağının olmasıdır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin əməlində məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2 -ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış saxlanılmaq üçün Masallı RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonrakı ümumi təmiz çəkisi 999,9 qram narkotik vasitə heroin və tədqiqata sərf edildən sonra ümumi təmiz çəkisi 1005,119 qram psixotrop maddə metanfetamin, tədqiqata sərf edildən sonra ümumi təmiz çəkisi 429,571 qram narkotik vasitə heroin və tədqiqata sərf edildən sonra ümumi təmiz çəkisi 480,290 qram psixotrop maddə metanfetamin, tədqiqata sərf edildən sonra ümumi təmiz çəkisi 96,502 qram narkotik vasitə həşiş qətranı, tədqiqata sərf edildən sonra ümumi sayı 40 ədəd, ümumi təmiz çəkisi 1,60 qram metadon həbləri eləcə də, bir ədəd Çin istehsalı olan elektron tərəzi üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; Şəxsi axtarış və götürmə aparılması, mənzilə baxış keçirilməsi və götürmə aparılması proseslərinin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 03 ədəd DVD disklər, Bakcell LTD” MMC-dən daxil olmuş məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan disklər, cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 195 (bir yüz doxsan beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Masallı rayon Vəkillər Bürosunun vəkili X5 hesabına 120 manat, məhkəmədəki müdafiəçisi X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 240 manat manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 13 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.1, 32.5, 206.3.2-ci maddələri ilə 5(beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 13 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış saxlanılmaq üçün Masallı RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonrakı ümumi təmiz çəkisi 999,9 qram narkotik vasitə heroin və tədqiqata sərf edildən sonra ümumi təmiz çəkisi 1005,119 qram psixotrop maddə metanfetamin, tədqiqata sərf edildən sonra ümumi təmiz çəkisi 429,571 qram narkotik vasitə heroin və tədqiqata sərf edildən sonra ümumi təmiz çəkisi 480,290 qram psixotrop maddə metanfetamin, tədqiqata sərf edildən sonra ümumi təmiz çəkisi 96,502 qram narkotik vasitə həşiş qətranı, tədqiqata sərf edildən sonra ümumi sayı 40 ədəd, ümumi təmiz çəkisi 1,60 qram metadon həbləri eləcə də, bir ədəd Çin istehsalı olan elektron tərəzi üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə aparılması, mənzilə baxış keçirilməsi və götürmə aparılması proseslərinin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 03 ədəd DVD disklər, Bakcell LTD” MMC-dən daxil olmuş məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan disklər, cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs məxsus “Xiomi Redmi 6” markalı **********83052 və **********85053 imei kodlu mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə geri qayatrılsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 195 (bir yüz doxsan beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə Masallı rayon Vəkillər Bürosunun vəkili X6 120 manat, məhkəmədəki müdafiəçisi X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 240 manat köçürülsün. Hökm elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar