Məhkəmə qərarları › İş №1(101)-811/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-811/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-811/2023 30.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma niyyəti ilə 04 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində istintaqa şəxsiyyəti məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi ilə 4 ədəd sellofan paket bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,084 qram, 0,520 qram, 1,060 qram, 0,904 qram olmaqla, ümumi təmiz çəkisi 3,568 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,624 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək, üzərində saxlamaqla, daşımış və gəzdirmiş, həmin bükümlərdən 02 ədəd sellofan bükümündə, ayrı-ayrılıqda təmiz çəkisi 1,060 qram, 0,904 qram, ümumi təmiz çəkisi 1,964 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini ünvan 2 ünvanında yerləşən yaşadığı evinin yaxınlığında tanışı Şahid4 şəxsi istifadə etməsi üçün vermiş, digər qalan qanunsuz olaraq satış məqsədilə əldə etdiyi 02 ədəd sellofan paket bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,084 qram, 0,520 qram olmaqla, ümumi təmiz çəkisi 1,604 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,624 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək üzərində olan göy rəngli cins şalvarının sol yan cibində saxlamaqla daşımış, 04 oktyabr 2022-ci il tarixdə saat 12:00 dəqiqədə Bakı şəhəri Pirallahı RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində, Bakı şəhəri Pirallahı rayonu Əzizbəyov küçəsində yaşadığı evinin yaxınlığında piyada hərəkətdə olduğu vaxt saxlanılaraq, şöbənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən qanunsuz olaraq satış məqsədilə əldə etdiyi 02 ədəd sellofan paket bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,084 qram, 0,520 qram olmaqla, ümumi təmiz çəkisi 1,604 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,624 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, 4-5 ilə yaxındır ki, narkotikdən istifadə edir. Məhəllədən tanıdığı, birlikdə balıqçılıq etdiyi Anar adlı şəxslə Binə qəsəbəsinə narkotik almağa bərabər getmişlər. Həmin narkotiki şəxsi istifadələri üçün almışlar. Pul olmadığı üçün Anar “Redmi” markalı telefonunu vermiş, o da tanışı narkotik satan şəxsə narkotik əvəzində təklif etmiş, həmin şəxs razılaşmışdır. Həmin şəxslə Anarın telefonu vasitəsilə yazışaraq əlaqə saxlamışdır. 4 büküm heroin götürmüş, ikisi Anar üçün, iki büküm də öz istifadəsi üçün. Oradan qayıdanda maşından düşən kimi polislər onların ikisini də tutmuşlar. Heç kimə narkotik satmamışdır. İbtidai istintaq dövründə yazılanlar düzgün olmamışdır. Ona qarşı hər-hansı bir zorakılq olunmamışdır. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, himayəsində dörd azyaşlı uşağı vardır, heç bir yerdə işləmir, orta təhsillidir, əvvəllər 2021-ci ilin iyun ayında Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2022-ci ilin fevral ayında AR Milli Məclisinin Amnistiya qərarına əsasən cəzadan azad olunmuş, əvvəllər psixiatriya xəstəxanasında və narkoloji xəstəxanada müalicə almamış, həmin xəstəxanalarda qeydiyyatda deyil. Bakı şəhəri Pirallahı rayon sakini Şahid4 çoxdandır ki, rayon sakini kimi tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Anar da onun kimi narkotik vasitə qəbul edir. O, təxminən 02 ilə yaxındır ki, narkotik vasitə heroin və metamfetamin qəbul edir, narkotik vasitə heroini və metamfetamini ineksiya yolu ilə qəbul edir. Heroini və metamfetamini qəbul etməkdə məqsədi bədənində olan ağrılardır, narkotik vasitə heroini və metamfetamini Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda almış və qəbul etmişdir. Sonradan onun maddi vəziyyəti pisləşmiş, pul qazana bilməmiş, qərara gəlmişdir ki, hansı yolla olursa, olsun pul qazansın, aldığı narkotik vasitənin pulunu çıxartmaq üçün həm özü qəbul etsin, həm də başqasına satsın və narkotik vasitəyə vermiş olduğu pulu geri qazansın. xx.xx.2022-ci il tarixdə səhər saatlarında onun bədəni ağramış, istəmişdir ki, narkotik vasitə əldə etsin, bir hissəsini qəbul etsin, bir hissəsini də satıb narkotik vasitəyə sərf etdiyi pulu qazansın. Ona görə də həmin vaxt onun üzərində pulu olmamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, yaşadığı evində olmuş, həmin vaxt Anar onlara gəlmiş, onu küçəyə çağırmış, o, küçəyə çıxmış, Anarla görüşmüş, görüş zamanı Anar ona demişdir ki, “mənim bədənim ağrayır, səndə narkotik heroin varsa, mənə ver”. O da Anara demişdir ki, «mənim də bədənim ağrayır, sadəcə pulum yoxdur ki, narkotik vasitə alım». Anar ona demişdir ki, «mənim “Redmi” markalı mobil telefonum vardır, istəyirsənsə sən danış, telefonu verək, əvəzində bizə mal al, mən də qəbul edim, sən də qəbul et». O da Anarla razılaşmış, anar mobil telefonunu ona vermişdir. O, kərara çəkilmiş, Anarın mobil telefonu ilə əvvəlllərdə narkotik vasitə aldığı Binə qəsəbəsi sakini, adını və yaşadığı yerini bilmədiyi şəxslə danışmış, ona demişdir ki, «mənə təcili bir büküm metamfetamin, dörd büküm heroin lazımdır, lakin pulum yoxdur, əvəzində mobil telefonum vardır, istəyirəm ki, mobil telefonu sənə verim, qiymətləndir, əvəzində mənə narkotik vasitə ver». Həmin şəxs də ona demişdir ki, «narahatçılıq yoxdur, telefonu gətir baxım, yaxşı vəziyyətdə olsa alaram». O da telefonu götürüb Binə qəsəbəsində yerləşən dəmiryol xəttinin yanına getmiş, orada məhəllədə həmin şəxslə görüşmüş, mobil telefonu həmin şəxsə göstərmişdir, həmin şəxs telefona baxandan sonra, ona demişdir ki, «bu telefonu 70 manata hesablayaram, bunun əvəzinə də sənin istədiyin dörd bükümdə narkotik vasitə heroini və bir bükümdə metamfetamini verə bilərəm». Onun bədəni ağradığından məcbur qalıb həmin şəxslə razılaşmış, həmin şəxsdən sellofan paket bükümündə dörd bükümdə narkotik vasitə heroini və bir bükümdə metamfetamini alıb üzərində olan göy rəngli cins şalvarının sol yan cibində saxlamaqla, daşımış və Pirallahı rayonunda yerləşən yaşadığı evinə gəlmişdir. Anar da həmin vaxt onun yaşadığı evinə gəlmiş, o, əldə etdiyi narkotik vasitədən iki büküm narkotik vasitə heroini Anara vermişdir ki, qəbul etsin, çünki onun bədəni də ağramış, bir büküm metamfetamini, iki büküm narkotik vasitə heroini isə üzərində saxlamışdır ki, sakit bir yerdə qəbul etsin. xx.xx.2022-ci il tarixdə saat 12:00 dəqiqədə yaşadığı evin yaxınlığında, yəni Əzizbəyov küçəsində piyada hərəkətdə olduğu vaxt ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşmış, özlərini ona təqdim edəndən sonra, o, həmin şəxslərin polis əməkdaşları olmasını bilmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, onu Pirallahı RPŞ-nə dəvət etmişlər. O da onlara etiraz etməmiş, onlarla birlikdə Pirallahı RPŞ-nə gəlmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişdir ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin, o da polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində olan göy rəngli cins şalvarının sol yan cibində bir ədəd sellofan paket bükümündə metamfetamin və iki ədəd sellofan paket bükümündə narkotik vasitə heroin vardır, o, həmin bükümləri onlara təqdim edə bilər. Sonra o, əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı bir ədəd sellofan paket bükümündə metamfetamin və iki ədəd sellofan paket bükümündə narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etməklə, masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqdan sonra, iki ədəd bükümün içərisində qəhvəyi rəngli maddə və bir ədəd bükümün içərisində ağ rəngli kristallik şəkildə maddə aşkar edilmiş və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, 04 ədəd sellofan paket bükümündə narkotik vasitə el dilində kakos deyilən heroini və bir ədəd sellofan paket bükümündə metamfetamini xx.xx.2022- ci il tarixdə səhər saatlarında Binə qəsəbəsi ərazisində yerləşən dəmiryol xəttinin yaxınlığında məhəllədə tanımadığı şəxsdən 70 manata almış, həmin bükümləri Anarın ona verdiyi “Redmi” markalı mobil telefonu həmin şəxsə verməklə almış, əldə etdiyi bükümlərdən iki büküm narkotik vasitə heroini yaşadığı evin yaxınlığında Anara vermiş, digər iki büküm narkotik vasitə heroini və bir büküm metamfetamini üzərində olan göy rəngli cins şalvarının sol yan cibində saxlamışdır ki, qəbul etsin, lakin həmin tarixdə polis əməkdaşları onu saxlamışlar. O, həmin narkotik vasitə heroini və metamfetamini qəbul edə bilməmiş, üzərindən aşkar edilmiş narkotik vasitə heroini və metamfetamini şəxsi istifadəsi üçün və Anara vermək üçün əldə etmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz (İ cild, səh. 59-62, 89-91, 198-200). 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və satışı ilə məşğul olması ilə əlaqədar ona əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılıb, əməliyyat qrupuna o rəhbərlik etmişdir. Saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığında, yəni Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsində saxlamışlar. Saxladıqdan sonra özlərini təqdim edərək, Pirallahı RPŞ-nə dəvət etmişlər. Həmin şəxs müdafiəçi ilə təmin olunmuşdur. Xidməti otaqların birində Akifdən soruşduqda etiraf edib ki, 2 ildir narkotik maddə heroin və metamfetamindən istifadə edir. Daha sonra video çəkilişdə olduğu kimi özünü təqdim etmişdir. Şəxsin üzərində 4 büküm heroin və 1 büküm metamfetamin olmuşdur. Bildirib ki, Binədə tanımadığı şəxsdən 70 manat qarşılığında almışdır. Aldıqdan sonra 4 bükümdən 2 bükümünü Anara vermişdir. Qalan büküm də Akifdə idi. Hadisə bir il əvvəl olduğundan bəzi halları dəqiq xatırlamamışdır. O ancaq Akifin saxlanılmasında iştirak etmiş, saxlanılarkən Akif tək olmuşdur. Saxlanılan şəxsə qarşı heç bir təzyiq olmamışdır. 6.Məhkəmə iclasında X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Pirallahı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, evlidir, əvvəllər məhkum olunmamış, ali təhsillidir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən etibarən tanıyır, onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Pirallahı RPŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və satışı ilə məşğul olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur, həmin əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar şöbə rəhbərliyinə məruzə edildikdən sonra, əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş, əməliyyat qrupuna o, rəhbərlik etmiş, əməliyyat qrupuna əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi üçün tərəflərindən əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, əməliyyat - axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında, yəni Əzizbəyov küçəsində olduğu müəyyən edildikdən sonra, həmin ünvanda piyada hərəkətdə olduğu vaxt ona yaxınlaşmışlar, özlərini ona təqdim edəndən sonra, Təqsirləndirilən şəxs onların polis əməkdaşı olmalarını bilmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, onu Pirallahı RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlarla polis şöbəsinə gəlməyə etiraz etməmiş, onlarla birlikdə Pirallahı RPŞ-nə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmişdir, Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onlar Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin. Sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı bir ədəd sellofan paket bükümündə metamfetamin və iki ədəd sellofan paket bükümündə narkotik vasitə heroini çıxarıb onlara təqdim etməklə, masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqdan sonra, iki ədəd bükümün içərisində qəhvəyi rəngli maddə və bir ədəd bükümün içərisində ağ rəngli kristallik şəkildə maddə aşkar edilmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, 04 ədəd sellofan paket bükümündə narkotik vasitə el dilində kakos deyilən heroini və bir ədəd sellofan paket bükümündə metamfetamini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Binə qəsəbəsi ərazisində yerləşən dəmiryol xəttinin yaxınlığında məhəllədə tanımadığı şəxsdən 70 manata almış, həmin bükümləri Anarın ona verdiyi Redmi markalı mobil telefonu həmin şəxsə verməklə almış, əldə etdiyi bükümlərdən iki büküm narkotik vasitə heroini yaşadığı evin yaxınlığında Anara vermiş, digər iki büküm narkotik vasitə heroini və bir büküm metamfetamini üzərində olan göy rəngli cins şalvarının sol yan cibində saxlamışdır ki, qəbul etsin, lakin həmin tarixdə polis əməkdaşları onu saxlamışlar, o, həmin narkotik vasitə heroini və metamfetamini qəbul edə bilməmiş, üzərindən aşkar edilmiş narkotik vasitə heroini və metamfetamini şəxsi istifadəsi üçün və Anara vermək üçün əldə etmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz (İ cild, səh. 147-149). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 04 oktyabr 2022-ci il tarixdə Şahid4 barəsində narkotik vasitələrin qəbulu ilə bağlı əməliyyat məlumat daxil olmuş və həmin gün əməliyyat qrupu yaradılmış, Əzizbəyov küçəsində, yanacaq doldurma məntəqəsinin qarşısında Şahid4 tərəflərindən saxlanılmış, həmin vaxt Şahid4 tək olmuşdur. Şahid4 üzərinə şəxsi axtarış polis idarəsində keçirilmiş və üzərindən 2 büküm narkotik vasitə heroin aşkar olunmuş, Şahid4 həmin narkotik vasitəni Akifdən əldə etdiyini bildirmişdir. Şahid4 heç bir təzyiq göstərilməmişdir. 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Elbrus oğlu ifadəsində bildirmişdir ki, 04 oktyabr 2022-ci il tarixdə Pirallahı RPİ-yə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə bağlı məlumat daxil olmuş, əməliyyat qrupu yaradılmış və o da həmin qrupa daxil olmuşdur. Təqsirləndirilən şəxs hərəkətdə olduğu ərazi müəyyənləşdirilmiş, yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və üstündə narkotik vasitə olub-olmamasını soruşmuşlar, Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarəyə dəvət edilmiş, orada baxış keçirilmiş və üzərində narkotik vasitə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Binə qəsəbəsində tanımadığı adamdan aldığını bildirmişdir. Anarı daha öncə saxlamışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs tək olmuş, Təqsirləndirilən şəxs hər hansı zor və təzyiq göstərilməmişdir. 9.Məhkəmə iclasında Şahid2 Elbrus oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, Pirallahı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, evlidir, əvvəllər məhkum olunmamış, ali təhsillidir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən etibarən tanıyır, onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Pirallahı RPŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və satışı ilə məşğul olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur, həmin əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar şöbə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş, əməliyyat qrupuna o, daxil edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi üçün tərəflərindən əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, əməliyyat - axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığında, yəni Əzizbəyov küçəsində olduğu müəyyən edildikdən sonra, həmin ünvanda piyada hərəkətdə olduğu vaxt ona yaxınlaşmışlar, özlərini ona təqdim edəndən sonra, Təqsirləndirilən şəxs onların polis əməkdaşı olmalarını bilmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, onu Pirallahı RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlarla polis şöbəsinə gəlməyə etiraz etməmiş, onlarla birlikdə Pirallahı RPŞ-nə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmişdir, Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onlar Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin. Sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı bir ədəd sellofan paket bükümündə metamfetamin və iki ədəd sellofan paket bükümündə narkotik vasitə heroini çıxarıb onlara təqdim etməklə, masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqdan sonra, iki ədəd bükümün içərisində qəhvəyi rəngli maddə və bir ədəd bükümün içərisində ağ rəngli kristallik şəkildə maddə aşkar edilmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, 04 ədəd sellofan paket bükümündə narkotik vasitə el dilində kakos deyilən heroini və bir ədəd sellofan paket bükümündə metamfetamini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Binə qəsəbəsi ərazisində yerləşən dəmiryol xəttinin yaxınlığında məhəllədə tanımadığı şəxsdən 70 manata almış, həmin bükümləri Anarın ona verdiyi Redmi markalı mobil telefonu həmin şəxsə verməklə almış, əldə etdiyi bükümlərdən iki büküm narkotik vasitə heroini yaşadığı evin yaxınlığında Anara vermiş, digər iki büküm narkotik vasitə heroini və bir büküm metamfetamini üzərimdə olan göy rəngli cins şalvarının sol yan cibində saxlamışdır ki, qəbul etsin, lakin həmin tarixdə polis əməkdaşları onu saxlamışlar, o, həmin narkotik vasitə heroini və metamfetamini qəbul edə bilməmiş, üzərindən aşkar edilmiş narkotik vasitə heroini və metamfetamini şəxsi istifadəsi üçün və Anara vermək üçün əldə etmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz (İ cild, səh. 150-152). 10.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, ağrıya görə səhər yuxudan durmuş, yolda gələrkən Akiflə rastlaşmış, Akiflin də onun kimi narkotik vasitə qəbul etdiyini bildiyindən soruşmuşdur ki, “necə edək, ağrı dayansın”. Onun üstündə telefonu olmuş, onun telefonunu verib 6 büküm olmaqla ümumi 3 qram narkotik vasitə ilə dəyişmişlər, bir yarım onda, bir yarım da Akifdə olmuşdur. Onlar qayıdarkən “Socar” yanacaq doldurma məntəqəsinin yanında maşından düşəndə bir yerdə tutulmuşlar. Onda olan məlumat görə satan adam da tutulmuşdur. Həmin şəxs ikisinin də tanışı olmuş, lakin adı dəqiq yadında deyildir. Akif də, o da narkotik vasitə istifadə edir. Akifdən narkotik vasitə almamışdır. Onlar narkotik vasitəni telefonla dəyişmişlər, telefonu satıcıya verəndə bir yerdə olmuşlar, narkotik vasitəni isə bölüşmüşlər. 11.Daha sonra məhkəmə baxışında Şahid4 sualları cavablandırarkən həm ibtidai istintaqda, həm məhkəmədə bu şəkildə ifadə verdiyini lakin qeyd edilmədiyini, narkotik almağa birlikdə getdiklərini bildirmişdir. 12.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, ünvan 5 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, heç bir yerdə işləmir, orta təhsillidir, əvvəllər xx.xx.2020-ci ildə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hökmünə əsasən AR CM-nin 234.1, 177.2.1, 177.2.2, 177.2.3, 68.1.3, 66.2-ci maddələri ilə təqsirli bilinib 1 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, əvvəllər psixiatrİya xəstəxanasında və narkoloji xəstəxanada müalicə almamış, həmin xəstəxanalarda qeydiyyatda deyil. Bakı şəhəri Pirallahı rayon sakini Təqsirləndirilən şəxs çoxdandır ki, rayon sakini kimi tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Akif də onun kimi narkotik vasitə qəbul edir. O, təxminən 02 ilə yaxındır ki, narkotik vasitə heroin və metamfetamin qəbul edir, narkotik vasitə heroini və metamfetamini ineksiya yolu ilə qəbul edir. Heroini və metamfetamini qəbul etməkdə məqsədi bədənində olan ağrılardır, narkotik vasitə heroini və metamfetamini Bakı şəhəri ərazisində müxtəlif ünvanlardan almış və qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında onun bədəni ağramış, istəmişdir ki, narkotik vasitə əldə etsin. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, Akifin yaşadığı evinə getmiş, onu küçəyə çağırmış, Akiflə görüşmüş, görüş zamanı Akifə demişdir ki, «mənim bədənim ağrayır, səndə narkotik heroin varsa, mənə ver». Akif də ona demişdir ki, «mənim də bədənim ağrayır, sadəcə pulum yoxdur ki, narkotik vasitə alım». O, Akifə demişdir ki, «mənim Redmi markalı mobil telefonum vardır, istəyirsənsə sən danış, telefonu verək, əvəzində bizə mal al, mən də qəbul edim, sən də qəbul et». Akif də onunla razılaşmış, o, mobil telefonunu Akifə vermişdir. Akif kənara çəkilmiş, onun mobil telefonu ilə kiminləsə danışmış, sonra isə ona demişdir ki, «mən gedirəm, bir azdan gəlirəm, sənə xəbər edərəm, görüşərik». Bir müddət sonra o, Akifin evinə getmiş, Akif əldə etdiyi narkotik vasitədən iki büküm narkotik vasitə heroini ona vermişdir ki, qəbul etsin, çünki onun bədəni ağramışdır. xx.xx.2022-ci il tarixdə saat 11:45 dəqiqədə Pirallahı rayonu ərazisində fəaliyyət göstərən “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olduğu vaxt ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşmış, özlərini ona təqdim edəndən sonra, o, həmin şəxslərin polis əməkdaşları olmasını bilmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, onu Pirallahı RPŞ-nə dəvət etmişlər. O da onlara etiraz etməmiş, onlarla birlikdə Pirallahı RPŞ-nə gəlmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişdir ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin, o da polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində olan göy rəngli cins şalvarının sol yan cibində iki ədəd sellofan paket bükümündə narkotik vasitə heroin vardır, o, həmin bükümləri onlara təqdim edə bilər. Sonra o, əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı iki ədəd sellofan paket bükümündə narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etməklə, masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqdan sonra, iki ədəd bükümün içərisində qəhvəyi rəngli maddə aşkar edilmiş və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, iki ədəd sellofan paket bükümündə narkotik vasitə el dilində “kakos” deyilən heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Pirallahı rayon sakini Akif adlı şəxsdən ona məxsus “Redmi” markalı mobil telefonu satmaqla, əldə etmiş, lakin həmin tarixdə polis əməkdaşları onu saxlamışlar, o, həmin narkotik vasitə heroini qəbul edə bilməmişdir, üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. O, əldə etdiyi 02 ədəd sellofan paket bükümündə narkotik vasitə el dilində kakos deyilən heroindən heç kimə satmamış, üzərində saxlamışdır ki, qəbul etsin. O, Akifdən əvvəllər də narkotik tərkibli maddələr almış, onunla Pirallahı rayonu ərazisində rastlaşmışdır. O, Akifin narkotik vasitənin satışı ilə məşğul olmağı barədə məlumatı olmuşdur, bir neçə dəfə ona narkotik vasitə vermişdir, lakin Akifin narkotik vasitəni haradan və ya kimdən əldə etməyi barədə əvvəlcədən məlumatı olmamışdır (İ cild, səh. 67-69) 13.Məhkəmə iclasında Şahid4 iş materiallarına əlavə edilmiş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 1(094)-9/2023 saylı, 13 yanvar 2023-cü il tarixli hökmündə olan ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində yaşadığı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 21, mənzil 37-dən çıxıb narkotik vasitə olan heroin almaq məqsədi ilə tanışı Akifin yaşadığı Pirallahı rayonu, Pirallahı qəsəbəsi, M.Əzizbəyov küçəsində yerləşən mənzilinə getmiş, Akifdən heroini olub-olmadığını soruşmuş o, isə özündə olmadığını bu səbəbdən gedib almaq lazım olduğunu bildirmiş, Şahid4 isə üzərində pul olmadığını pulun əvəzində istifadəsində olan “Redmi” markalı telefonunu təklif etmiş, Akif isə razılaşaraq taksi ilə Binə qəsəbəsinə getmiş, bir necə saat keçdikdən sonra qayıtmış və ona aldığı heroindən iki büküm vermişdir. xx.xx.2022-ci il tarixdə saat 11:45 radələrində piyada hərəkətdə olan zaman “SOCAR” yanacaq doldurma məntəqəsinin yaxınlığında mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. O, razılaşıb Pirallahı RPŞ-nə gəlmişdir. Xidməti otaqların birində ona müdafiəçi seçmək hüququnun olduğu izah edildikdən sonra onun istəyi ilə dövlət hesabına X4 müdafiəçisi qismində dəvət olunmuşdur. Şübhəli şəxs qismində hüquq və vəzifələri ona izah olunmuşdur. Onun razılığı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O, cins şalvarın sol yan cibindəki ağ sellofana bükülmüş 02 ədəd bükümü masanın üzərinə qoymuşdur. Həmin büküm açılaraq içərisindəki kütlə bütün iştirakçılara göstərilmişdir. Sorğu zamanı bildirdmişdir ki, həmin kütlə heroindir və onu tanıdığı Akif adlı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Sonra həmin büküm qablaşdırılaraq götürülmüş, möhürlənmiş və imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. 14.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli, 6/5696 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Azərbaycan Respublikası DİN Zərflər üçün №237» dairəvi möhür əksi olan «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,084 qram, 0,520 qram, ümumi təmiz çəkisi 1,604 qram olan qəhvəyi rəngi maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,624 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (siyahı 1) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 41-46). 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli, 6/6967 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65» dairəvi möhür əksiləri olan «6/5696...5 oktyabr 2022-ci il...» sözləri soyad və imza qeyd edilmiş, «6/5697...5 oktyabr 2022-ci il ..» sözləri soyadlar və imzalar qeyd edilmiş iki ədəd kağız paketdə olan; - iki ədəd bükümdə ümumi təmiz çəkisi 1,504 qram olan heroinlər ilə iki ədəd bükümdə ümumi təmiz çəkisi 1,864 qram olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Metamfetamin və heroin kimyəvi tərkibinə görə fərqli olduğundan onlar arasında müqayisəli tədqiqat aparılmır (İ cild, səh. 178-182). 16.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli, 6/5697 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün 237” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Şahid4 üzərindən.../’ sözləri soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,060 qram, 0,904 qram, ümumi təmiz çəkisi 1,964 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-İn siyahısına (siyahı 1) daxildir (İ cild, səh. 123-128). 17.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 02 noyabr 2022-ci il tarixli, 6545 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 166-167). 18.«Şübhəli şəxsin üzərində şəxsi axtarış keçirilməsi və götürmə haqqında» 04 oktyabr 2022- ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunaraq üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoyması təklif olunmuş, saxlanılan şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibində kağıza bükülmüş üç ədəd bükümü masanın üzərinə qoymuş və üzərində başqa əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərindən hər hansı bir başqa əşya aşkar olunmamışdır. Bükümlər açılaraq iştirakçılara təqdim edildikdən sonra qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və 237 saylı möhürlə möhürlənmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd kağıza bükülmüş maddənin narkotik vasitə olan heroin olduğunu, bir ədəd sellofana bükülmüş bağlamanın isə metamfetamin olduğunu, həmin narkotik vasitəni tanımadığı şəxsdən Binə qəsəbəsindən xx.xx.2022-ci il tarixdə aldığını qeyd etmişdir (İ cild, səh. 32-33). 19.Məhkəmə iclasında məhkəməyədək icraat mərhələsində aparılmış şəxsi axtarış və götürülmə aparılmasını əks etdirən video görüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bundan sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibində kağıza bükülmüş üç ədəd bükümü masanın üzərinə qoymuş və üzərində başqa əşya olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərindən hər hansı bir başqa əşya aşkar olunmamışdır. Bükümlər açılaraq iştirakçılara təqdim edildikdən sonra qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və 237 saylı möhürlə möhürlənmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd kağıza bükülmüş maddənin “kakos” (narkotik vasitə olan heroin) olduğunu, bir ədəd sellofana bükülmüş bağlamanın isə metamfetamin olduğunu, xəstə olduğundan narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Binə qəsəbəsi ərazisində tanımadığı şəxsdən aldığını qeyd etmişdir. 20.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 467nömrəli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 221). 21.«Sübutların qiymətləndirilməsi haqqında» 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,084 qram, 0,520 qram, ümumi təmiz çəkisi 1,604 qram olan qəhvəyi rəngi maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,624 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin maddi sübut qismində tanınmış, bir ədəd bükümdə təmiz çəkisi 1,604 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 1,444 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,624 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 0,574 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin məhkəmənin yekun qərarınadək saxlanılmasından ötrü Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Yerinə təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan bir ədəd CD disk maddi sübut qismində tanınmış və məhkəmənin yekun qərarınadək cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (İ cild, səh. 222-237). 22.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 21). 23.Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 4(094)- 40/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 oktyabr 2022-ci il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 101-104). 24.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 1(094)-41/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 08 oktyabr 2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 aprel 2021-ci il tarixdən 29 aprel 2021-ci il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (İ cild, səh. 141-142, 173-177). 25.Elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il, xx.xx.2014-cü il və xx.xx.2015-ci iləvəllüdlü beş azyaşlı uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 26.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 27.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 28.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 29.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 30.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 31.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 32.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 33.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 34.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 35.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 36.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 5-ci bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Qeyd olunan siyahının 67-ci bəndinə əsasən 2 qram və yuxarı həddə pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 37.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 38.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 39.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 40.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 41.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 44.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 46.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşaqlarının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 47.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. 48.Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 1(094)-41/2021 saylı saylı, 08 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 aprel 2021-ci il tarixdən 29 aprel 2021-ci il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkumluğu götürülmədiyi və ya ödənilmədiyi dövrdə, yəni 04 oktyabr 2022-ci il tarixdə yenidən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş hazırki cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin residivi müəyyən olunmuşdur. 49.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 50.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 51.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 52.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 53.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin residivə görə cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 54.Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 56.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 57.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 58.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 59.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 60.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 04 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. 61.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 62.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 64.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,444 qram çəkidə narkotik vasitə heroin və 0,574 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd CD diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 65.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 66.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 67.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 68.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 69.Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 35 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 210 manat təşkil edir. 70.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 210 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 71.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 04 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 210 (iki yüz on) manat Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Yerində saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,444 qram çəkidə narkotik vasitə heroin və 0,574 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar