Məhkəmə qərarları › İş №1(101)-811/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-811/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-811/2024 11.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X5 və X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı oğlunun, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Vəkillər Kollegiyasının “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Azərbaycan-rus dilində tərcüməçilər - X2 və X6 iştirakı ilə, 5 may 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, ev 34, mənzil 38 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin əldə edib saxlamış və daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə narkotik vasitə əldə edib sataraq mənfəət əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan Təqsirləndirilən şəxs1 və «Əli» adlı şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 18 aprel 2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAF Park” yaşayış kompleksinin ərazisində sonuncunun yerləşdirdiyi və Təqsirləndirilən şəxs1 tərəfindən istintaqa məlum olmayan ünvandan əldə edilmiş ümumi təmiz çəkisi 0,532 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,282 qramını 18 aprel 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, «Memar Əcəmi» metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs1 götürərək şəxsiyyəti istintaqa məlum olmayan «Mişa» adlı şəxsə çatdırmaq üçün üzərində saxlayaraq daşımış və həmin gün saat 19:40 radələrində Nərimanov rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X22 küçəsi 16 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib saxladığı 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,282 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin əldə edib saxlamış, daşımış və göndərmişdir. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə narkotik vasitə əldə edib sataraq mənfəət əldə etmək üçün Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan «Əli» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 18 aprel 2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAF Park” yaşayış kompleksinin ərazisində sonuncunun yerləşdirdiyi istintaqa məlum olmayan ünvandan ümumi təmiz çəkisi 0,532 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib saxlayaraq daşımaqla həmin narkotik vasitədən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,282 qram heroini 18 aprel 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, «Memar Əcəmi» metrostansiyasının yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 verərək sonuncunun vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan «Mişa» adlı digər tanışına göndərmiş və 18 aprel 2023-cü il tarixdə, saat 19:40 radələrində Nərimanov rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, X22 küçəsi 16 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib saxladığı bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,282 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan sonra, Nərimanov RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 18 aprel 2023-ci il tarixdə saat 22:30 radələrində ünvan 5 ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİnin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən həmin gün saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAF Park” yaşayış kompleksinin ərazisində istintaqa məlum olmayan ünvandan satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 2 (iki) ədəd sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkisi 0,108 qram, 0,142 qram, ümumi təmiz çəkisi 0,250 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,282 qram heroini 18 aprel 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, «Memar Əcəmi» metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs1 götürərək şəxsiyyəti istintaqa məlum olmayan «Mişa» adlı şəxsə çatdırmaq üçün üzərində saxlayaraq daşımış və həmin gün saat 19:40 radələrində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X22 küçəsi 16 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib saxladığı 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,282 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə narkotik vasitə əldə edib sataraq mənfəət əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq 18 aprel 2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAF Park” yaşayış kompleksinin ərazisində “Əli” adlı şəxsin yerləşdirdiyi istintaqa məlum olmayan ünvandan ümumi təmiz çəkisi 0,532 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib saxlayaraq daşımaqla həmin narkotik vasitədən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,282 qram heroini 18 aprel 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 verərək sonuncunun vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan “Mişa” adlı digər tanışına göndərmiş və 18 aprel 2023-ci il tarixdə saat 22:30 radələrində ünvan 5 ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİ-nin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən həmin gün saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAF Park” yaşayış kompleksinin ərazisində istintaqa məlum olmayan ünvandan satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 2 (iki) ədəd sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,108 qram, 0,142 qram olmaqla, ümumi təmiz çəkisi 0,250 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 aprel 2023-cü il tarixdə təxminən nahar fasiləsində köhnə çalışdığı “Paşa Dönər” adlanan və “Yeganə” şadlıq sarayının yaxınlığında olan restorana getmişdir. Əvvəllər həmin restoranda kuryer kimi çalışmış, lakin motosikleti xarab olduğundan işdən ayrılmaq məcburiyyətində olmuşdur. Həmin restorana çatdıqda orada iş olub-olmadığını soruşmuş, onlar isə hələki işçiyə ehtiyacları olmadığını bildirmişlər. Həmin restorandan çıxanda Təqsirləndirilən şəxs1 zəng edib harada olduğunu soruşmuş, Nurpaşaya “Memar Əcəmi” metrostansiyasının yaxınlığında olduğunu demişdir. Nurpaşa da ona yaxın olduğunu və görüşə biləcəklərini bildirmişdir. Beləliklə, onlar Yeganə şadlıq sarayının yaxınlığında görüşmüşlər. Nurpaşa onun hal əhvalını soruşduqda bədənində ağrılar olduğunu və birazdan yaşadığı əraziyə qayıdacağını bildirmişdir. Nurpaşa ona az miqdarda narkotik vasitə heroin vermiş və onlara yaxın ərazidə yaşayan “Mişa” adlı şəxslə birlikdə istifadə etməyini təklif etmişdir. Həmin zaman onun narkotik vasitə tapmağa imkanı olmamışdır. Öz-özünə fikirləşmişdir ki, bu ildə bir dəfə ona yaxşılıq edərək narkotik vasitə verir, amma “Mişa” ilə çəkməyini bildirir. Mişa ilə eyni ərazidə yaşadığından uşaqlığından bəri qiyabi olaraq tanımış, lakin onunla səmimi ünsiyyəti olmamışdır. Ağrıları olduğundan onun təklifini qəbul etmiş, lakin Mişa ilə narkotik vasitəni paylaşmamağı düşünmüşdür. Nurpaşadan narkotik vasitəni götürüb Nərimanov rayonuna doğru irəliləməyə başlamışdır. Mişanı sonuncu dəfə 2020-ci ildə hərbi xidməti başa vurub gəldikdə görmüşdür. Mişa ilə Nərimanov parkının yaxınlığında görüşməli olmuşlar. Mişanı uzun müddət görmədiyindən fikirləşmişdir ki, Nərimanov parkının yanından keçib gedər və narkotik vasitəni də tək istifadə edər. Motosikletlə gəlib parkın yanından keçmiş, parkı keçdikdən sonra siqaret almaq üçün marketin yanında motosikleti saxlamış, marketə girdikdə 4 nəfər mülki geyimli şəxs onu saxlamışlar və üzərində qanunsuz əşya olduğunu soruşduqda, üzərində heç nə olmadığını bildirmişdir. Onu Nərimanov RPİ-nə aparmışlar və şübhəli şəxs qismində saxlamışlar. Lakin idarədə üzərində 1 büküm heroin olduğunu bildirmişdir. Həmin 1 büküm heroini videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən təqdim etmişdir. Ondan narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda Təqsirləndirilən şəxs1 götürdüyünü bildirmişdir. Mütəmadi olaraq heroindən istifadə etmişdir. Onu avtomobilə əyləşdirib polis idarəsinə gətirmişlər, motosikletini isə həmin ərazidən iş yoldaşları götürüb evə gətirmişlər. Onu polis idarəsində 2-3 gün saxlayıb sonra azadlığa buraxmışlar. İbtidai istintaq zamanı sənədlər təqdim olunanda tərcüməçi olmadığından sənədlərin məzmununu bilmədən imza etmişdir. Məhkəməyə gələnə kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ilə ittiham olunduğunu zənn etmişdir. Ona ibtidai istintaq zamanı tərcüməçi təqdim olunmamışdır. Saxlanılmazdan əvvəl də Nurpaşa ilə bir-birilərinə hədiyyə etmişlər. Köhnə iş yerinə çatdıqda müdiriyyət orada olmamışdır. Nurpaşa ona zəng edən zaman narkotik vasitə ilə bağlı heç nə danışmamışlar. Nurpaşa ilə görüşənə qədər Nurpaşanın ona heroini başqa şəxsə çatdırmaq məqsədi ilə verməsindən xəbəri olmamışdır. Nurpaşanın heroini kimdən aldığını bilmir. Əli adlı şəxsi tanımır. Nurpaşa ona heroini verib Nərimanov parkına getməyini və orada Mişa ilə birlikdə istifadə etməyini bildirmişdir. Mişanı sonuncu dəfə 3 il əvvəl görmüşdür. Nurpaşa parkın yanından keçəndə Mişanın ona yaxınlaşacağını bildirmişdir. Mişanın mobil telefon nömrəsini, adını və ünvanını bilmir. Nurpaşa ona narkotik vasitə verdikdən sonra özündə narkotik vasitə qalıb-qalmadığını bilməmişdir. Nurpaşanın yanından ayrıldıqdan sonra onun hara gedəcəyini, kiminlə görüşəcəyini, üzərində narkotik vasitə olub-olmamasını bilməmişdir. Nurpaşanın ona Mişa ilə birlikdə narkotik vasitə istifadə etməyini bildirməsinin səbəbini bilməmişdir. Polis əməkdaşları onu saxladıqdan sonra ona narkotik vasitəni Nurpaşanın verdiyini bildirmişdir. Polis İdarəsində olanda polis əməkdaşları ona mobil telefonuyla Nurpaşaya zəng edərək onun Nərimanov parkına gəlməsini bildirməyi üçün təzyiq etmişlər. İbtidai istintaq zamanı müstəntiq dindirmə protokolunun sonunda “ifadəmi oxudum, öz sözlərimlə yazılıb” məzmunlu yazını ona hərfbəhərf deyərək o, yazmış, lakin dindirmə protokolunda nə yazıldığını oxumamışdır. Cinayət işinin materiallarında olan dindirmə protokolunu müstəntiq İsmayıl müəllim imza etməli olduğunu bildirmişdir. Müdafiəçini ümumilikdə 2 dəfə görmüş, birinci dəfə şəxsi axtarış zamanı, ikinci dəfə isə müvəqqəti saxlama yerində olan zaman görmüşdür. Şəxsi axtarış zamanı narkotik vasitəni təqdim edib Nurpaşanın Nərimanov parkında Mişa ilə birlikdə istifadə etmək üçün verdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğunu bildirdiklərindən ibtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, ev 34, mənzil 38-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Heç bir yerdə işləmir. Təxminən üç aydır ki, yandırıb nəfəs yolu ilə tüstüsünü udmaqla narkomanlar arasında “kakos” kimi tanınan narkotik vasitə heroin qəbulu ilə məşğul olur. Təqsirləndirilən şəxs1 uşaqlıq illərindən tanıyır, onunla qohumluğu yoxdur, aralarında ədavət və ziddiyyət olmamışdır. 18 aprel 2023-cü il tarixdə təxminən saat 18 radələrində şəxsi işi ilə əlaqədar “Memar Əcəmi” metrostansiyasının yaxınlığında olan zaman tanışı Nurpaşa ona zəng edib görüşmək istədiyini demişdir. Bir neçə dəqiqə sonra Nurpaşa ilə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında görüşmüşlər. Hal-əhval tutduqdan sonra Nurpaşa ona cibindən 1 ədəd sellofan bükümdə narkomanlar arasında «kakos» kimi tanınan narkotik vasitə heroin çıxarıb verərək Nərimanov parkında üzdən tanıdığı «Mişa» adlı şəxsə çatdırmasını xahiş etmişdir. Bunun müqabilində Nurpaşa ona öz istifadəsi üçün bir büküm heroin verəcəyinə söz vermişdir. Ağrıları olduğundan və heroin almağa pulu olmadığına görə məcburiyyət qarşısında qalıb Nurpaşanın bu təklifi ilə razılaşmışdır. Nurpaşanın verdiyi heroin bükümünü götürüb əynində olan cins şalvarının sağ yan cibinə qoyaraq Mişa ilə görüşüb birlikdə həmin heroini qəbul etmək üçün oradan Nərimanov rayonu, X22 küçəsinə gəlmişdir. Nurpaşa ilə sağollaşan zaman o, Mişa ilə zəngləşib danışacağını və Mişanın 1-2 saat sonra Nərimanov parkında onunla görüşəcəyini demişdir. Saat 19:40 radələrində X22 küçəsi ilə piyada hərəkət edən zaman 16 saylı ünvanın qarşısında 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onu Nərimanov rayon polis idarəsinə dəvət etmişlər. Həmin vaxt cibində heroin olduğu üçün həbs olunacağından qorxsa da, polis əməkdaşları onu diqqətlə izlədikləri üçün imkan tapıb cibindəki heroin bükümünü kənara tullaya bilməmişdir. Nərimanov rayon polis idarəsində təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Sonra həmin vəkilin, həmçinin polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üstündə axtarış aparılmışdır. Axtarış zamanı polis əməkdaşları ona üstündə qanunla qadağan edilmiş hər hansı əşya varsa, təqdim etməyi təklif etmişlər. Buna cavab olaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən tanışı Nurpaşadan alıb əldə etdiyi 1 ədəd sellofan bükümdəki heroini, şalvarının sol qabaq cibindən pulqabını və «iPhone X» markalı mobil telefonunu çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi sellofan büküm barədə ondan soruşduqda bükümdəki maddənin narkomanlar arasında «kakos» kimi tanınan narkotik vasitə heroin olduğunu söyləmiş, həmin narkotik vasitəni tanışı Nurpaşanın metronun «Memar Əcəmi» stansiyasının yaxınılğında Mişa adlı şəxsə çatdırmaq üçün ona verdiyini bildirmişdir. Mişanı bir müddətdir ki, narkoman kimi tanıyır, onu bir-iki dəfə görmüşdür. Mişanın yaşayış ünvanını, əsl adını və soyadını, habelə atasının adını və telefon nömrəsini bilmir. O, əvvəllər heç vaxt Nurpaşanın sifarişi ilə kiməsə narkotik vasitə çatdırmamış, 1-ci dəfə olmuş ki, belə bir iş baş vermişdir (cild 2, iş vərəqə 98-101). Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 uşaqlıqdan bəri tanıyır. 18 aprel 2023-cü il tarixdə günorta saatlarında öz şəxsi istifadəsi üçün “Memar Əcəmi” metrostansiyasının yaxınlığından narkotik vasitə götürməyə getmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs2 zəng edərək onun hal-əhvalını və harada olduğunu soruşmuş, İmran “Memar Əcəmi” metrostansiyasının yaxınlığında köhnə iş yerinə gəldiyini bildirmişdir. O da “Memar Əcəmi” metrostansiyasının yaxınlığında olduğunu bildirərək görüşməyi təklif etmişdir. İmranla görüşməyə gedərkən artıq narkotik vasitəni götürmüşdü. Bundan başqa, hadisədən bir gün əvvəl “Mişa” adlı tanışı ona zəng edərək ağrılarının olduğunu və ona narkotik vasitə tapmağını xahiş etmişdir. “Mişa” adlı tanışı mobil telefonunu satdığından ona “taksofon” vasitəsilə zəng edirdi. Narkotik vasitəni götürəndə “Mişanın ağrılarının azalması üçün” ona narkotik vasitə verməyi nəzərində saxlamışdır. Təqsirləndirilən şəxs2la görüşən zaman onun da ağrılarının olduğunu hiss etmiş, İmran özü də narkotik vasitəyə ehtiyacı olduğunu bildirmişdir. Öz istifadəsi üçün əldə etdiyi narkotik vasitədən çox az bir hissəsini İmrana verib Nərimanov ərazisində “Mişa ilə birlikdə” istifadə etməsini xahiş etmişdir. Öz istifadəsi üçün narkotik vasitə götürdüyündən həmin maddənin miqdarı az olmuş və buna görə də İmrana verdiyi narkotik vasitəni Mişa ilə birlikdə istifadə etməsini xahiş etmişdir. Mişa ona zəng edəndə İmran adlı tanışının Nərimanov rayon ərazisində yerləşən parka gələcəyini və birlikdə narkotik vasitə istifadə etmələrini bildirmişdir. Təqribən bir neçə saat sonra İmran ona zəng edərək harada olduğunu soruşmuş, o da Nərimanov rayonu ərazisində olduğunu bildirmişdir. Daha sonra İmran yenidən zəng etdikdə ona olduğu dəqiq ünvanı bildirmişdir. Bir neçə dəqiqə sonra Nərimanov RPİ-nin əməkdaşları yaxınlaşaraq şübhəli olduğunu bildirib Nərimanov RPİ-nə dəvət etmişlər. Onlara etiraz etməyərək polis idarəsinə getmişdir. Nərimanov rayon polis idarəsində polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üstündə axtarış aparılmışdır. Axtarış zamanı polis əməkdaşları ona əynində qanunla qadağan edilmiş hər hansı əşya varsa, təqdim etməyi təklif etmişlər. Buna cavab olaraq əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd «kakos» bükümünü çıxarıb masanın üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümlər barədə ondan soruşduqda səmimi etiraf edərək bükümlərin içərisində narkomanlar arasında «kakos» kimi tanınan heroin olduğunu, digər bir büküm «kakos»u isə Mişa adlı tanışıyla birlikdə istifadə etməsi üçün digər tanışı İmrana verdiyini bildirmişdir. İmran “Mişanı” qiyabi olaraq tanıyırdı, lakin aralarında münasibət olmamışdır. İmran tutulduqdan sonra saxlanılmışdır. Özünü qismən təqsirli bilir. İmrana narkotik vasitəni haradan almağı barədə heç bir söz deməmişdir. İmranın hər hansısa bir şəxsə narkotik vasitə satdığını görməmişdir. Mişanı tapması üçün İmrana Mişanın olacağı yeri bildirmişdir. İbtidai istintaq zamanı müdafiəçisi olmadan ifadə vermişdir. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı psixi və fiziki təsir olmamışdır. Narkotik vasitənin miqdarı az olduğundan İmrana Mişa ilə birlikdə istifadə etməsini bildirmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Qanunsuz saxlanılmağıyla bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 2-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Heç bir yerdə işləmir. 2021-ci ildən narkomanlar arasında «kakos» kimi tanınan narkotik vasitə heroin qəbulu ilə məşğul olur. Bir neçə ay bundan əvvəl «İnstagram» sosial şəbəkəsində Əli adlı şəxslə tanış olmuşdur. Ağrıları olanda Əlinin «WhatsApp» vasitəsilə ona göndərdiyi kart hesabına pul köçürdükdən sonra bir neçə dəfə onun yönləndirməsinə əsasən müxtəlif yerlərdən narkotik vasitə heroin əldə edib istifadə etmişdir. Sonuncu dəfə 18 aprel 2023-cü il tarixdə günorta saatlarında öz şəxsi istifadəsi üçün «WhatsApp» vasitəsilə Əli ilə əlaqə saxlayaraq 1 qrama yaxın narkomanlar arasında «kakos» kimi tanınan narkotik vasitə heroin sifariş vermişdir. Əlinin kart hesabına ödəmə terminalı vasitəsilə 50 manat pul köçürdükdən sonra onun dediyi ünvana, yəni Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «AAF Park» yaşayış kompleksinə gedib hazırda xatırlamadığı binanın blokunda gizlədilmiş kiçik sellofan bağlamanın içərisindən 3 ədəd bükümdə narkotik vasitə heroin aşkar edib götürərək şalvarının cibinə qoymuşdur. Bir müddət əvvəl Bakı şəhərində yaşayan «Mişa» ləqəbli narkoman tanışma bir büküm «kakos» vəd etdiyi üçün digər narkoman tanışı Təqsirləndirilən şəxs2 zəng edərək əlaqə saxlamış və haləhval tutduqdan sonra İmranla «Memar Əcəmi» metrostansiyasımn yaxınlığında görüşmək barədə razılaşmışlar. Təxminən saat 18 radələrində İmranla «Memar Əcəmi» metrostansiyasımn yaxınlığında görüşmüşlər. Söhbət əsnasında İmran ağrılarının olduğunu bildirib qəbul etmək üçün ona bir büküm «kakos» verməsini xahiş etmişdir. İmrana bir büküm «kakos» verib Nərimanov parkına gedərək həmin bükümü orada tanışı Mişaya çatdırmasını xahiş etmiş və bundan sonra ona öz istifadəsi üçün bir büküm «kakos» verəcəyini vəd etmişdir. İmran etiraz etməyib razılaşaraq verdiyi bir büküm «kakos»u götürüb cibinə qoymuş və Mişanı necə tapacağım soruşmuşdur. İmrana Mişa ilə zəngləşib bu barədə ona xəbər verəcəyini söyləmiş və Nərimanov parkına gedərək orada gözləməsini xahiş etmişdir. İmran daha bir söz deməyib Nərimanov rayonuna getmişdir. İki büküm «kakos»u isə öz istifadəsi üçün cibində saxlamışdır. İmran getdikdən sonra “WhatsApp” vasitəsilə Mişaya zəng edib İmranın əlamətlərini deyərək Nərimanov parkında İmranla görüşüb onun üçün göndərdiyi “kakos” bükümünü İmrandan götürməsini söyləmişdir. Həmin gün axşam saat 22:30 radələrində Bakı şəhəri, ünvan 8 ünvanının qarşısında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmiş və onu saxlayıb Nərimanov rayon polis idarəsinə aparmışlar. Həmin vaxt polis əməkdaşları onu diqqətlə müşahidə etdiklərindən imkan tapıb cibindəki «kakos» bükümlərini kənara tullaya bilməmişdir. Nərimanov rayon polis idarəsində təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Sonra həmin vəkilin, həmçinin polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üstündə axtarış aparılmışdır. Axtarış zamanı polis əməkdaşları ona üstündə qanunla qadağan edilmiş hər hansı əşya varsa, təqdim etməyi təklif etmişlər. Buna * cavab olaraq əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd «kakos» bükümünü, gödəkcəsinin sağ yan cibindən «Samsung J2» və «Samsung J7» markalı mobil telefonlarını, şalvarının sol yan cibindən isə «Leobank» plastik bank kartını və 1 (bir) manat məbləğində pulu çıxarıb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümlər barədə ondan soruşduqda başqa çıxış yolu görməyib səmimi etiraf edərək bükümlərin içərisində narkomanlar arasında «kakos» kimi tanınan heroin olduğunu, digər bir büküm «kakos»u isə Mişa adlı tanışma çatdınması üçün digər tanışı İmrana verdiyini, həmin heroin bükümlərini sosial şəbəkədə tanış olduğu Əli adlı şəxsin yönləndirməsinə əsasən Xırdalan şəhərində yerləşən «AAF Park» yaşayış kompleksindəki binanın blokundan götürüb əldə etdiyini və bunun müqabilində Əlinin bank kartına 50 (əlli) manat pul köçürdüyünü bildirmişdir. Polis əməkdaşları bükümlərə baxış keçirib üstündə axtarış aparılması ilə əlaqədar sənədləşdirmə apararaq protokol tərtib etmişlər və ondan aşkar olunmuş həmin heroin bükümlərini zərfə qoyub qablaşdırmışlar. Həmin protokolu və zərfi imzalamışdır. Əli adlı həmin şəxsin soyadını və atasının adını, yaşayış ünvanını bilmir. Əli Özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmişdir. Mişanı bir neçə ildir ki, narkoman kimi tanıyır. Əvvəllər bir neçə dəfə Mişa ilə birlikdə heroin qəbul etmişlər. Mişa bir müddət əvvəl ağrıları olduğunu bildirib xahiş etmişdir ki, heroin tapanda onun üçün də təşkil etsin. Bu səbəbdən Mişaya təmənnasız olaraq bir büküm heroin təşkil edəcəyini vəd etmişdir. Mişanın yaşayış ünvanını, əsl adını və soyadını, habelə atasının adını, eləcə də telefon nömrəsini bilmir. Mişa həmişə ona “WhatsApp” vasitəsilə zəng etmişdir (cild 2 iş vərəqə 75-79). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü il aprel ayında Bakı şəhəri, Nərimanov rayonu, X22 küçəsində Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət axtarış üzrə kiçik inspektoru Şahid2 ilə birlikdə xidmətdə olarkən X22 küçəsi, ev 16 ünvanının yaxınlığında 1 nəfər kişi cinsli şəxsin qeyri-adekvat hərəkətlər etdiyini və özünü şübhəli apardığını müşahidə etmişlər. Bununla əlaqədar narkotik vasitə istifadəçilərinə bənzəyən həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan ad və soyadını soruşmuşlar. Bu zaman həmin şəxs ona ünvanlanan suallara qeyri-müəyyən cavablar verməklə ərazidən uzaqlaşmağa çalışdığından üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələnərək müvafiq yoxlama aparılması üçün onu Nərimanov RPİ-yə dəvət edərək gətirmişlər. Nərimanov RPİ-də həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilərək onun Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Həmin şəxsin barəsində müvafiq araşdırma aparılması üçün idarə rəisinə raportla məruzə etmişlər. Nərimanov RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Nadir Rza-zadə tərəfindən müdafiə hüququ təmin edilməklə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra onun, 18-ci polis şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru Şahid2 və Təqsirləndirilən şəxs2 təqdim olunmuş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı Nadir Rza-zadə tərəfindən Təqsirləndirilən şəxs2, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan qeyriqanuni əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 buna cavab olaraq əynindəki şalvarının cibindən 1 ədəd sellofan bükümü çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümə baxış keçirilərkən içərisində narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs2 həmin maddə barədə soruşduqda mən həmin maddənin narkomanlar arasında «kakos» kimi tanınan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin maddəni haradan əldə etdiyini soruşduqda heroin istifadəçisi olduğunu və həmin bükümü «Memar Əcəmi» metrostansiyasının yaxınlığında Mişa adlı şəxsə çatdırmaq üçün tanışı Nurpaşadan alıb əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 başqa heç bir qanunsuz maddə və predmet aşkar olunmamışdır. Daha sonra Nurpaşa adlı şəxsin müəyyən edilərək Nərimanov RPİ-nin təhqiqat şöbəsinə gətirilməsinə dair təhqiqatçı Nadir Rza-zadənin əməliyyat tapşırığının icrası məqsədi ilə rəhbərliyi altında 17-ci polis şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru Şahid3 iştirakı ilə zəruri əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən şəxs Tomayev X3 rayonu, Təbriz küçəsi, 87 ünvanında müəyyən edilib saxlanılaraq Nərimanov RPİ-yə gətirilmişdir. Nərimanov RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Nadir Rzazadə tərəfindən müdafiə hüququ təmin edilməklə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra onun, Şahid3 və Təqsirləndirilən şəxs1 təqdim olunmuş vəkil X8 iştirakları ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı Nadir Rza-zadə tərəfindən Təqsirləndirilən şəxs1, eləcə də digər iştirakçılara hüquq və vəzifələri izah olunmuş. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman üzərində olan qeyri-qanuni əşyaları könüllü qaydada çıxarıb təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs1 buna cavab olaraq əynindəki şalvarının sağ yan cibindən 2 ədəd sellofan bükümü çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümlərə baxış keçirilərkən içərilərində narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs1 həmin maddə barədə soruşduqda o, həmin maddənin narkomanlar arasında «kakos» kimi tanınan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin maddəni necə əldə etdiyini soruşduqda o, Əli adlı İran vətəndaşından əldə edərək üç hissəyə böldüyünü, heroinin iki bükümünü öz istifadəsi üçün cibində saxladığını, bir bükümünü isə ağrıları olduğundan istifadə etməsi üçün dostu İmranın vasitəsilə Mişa adlı digər dostuna göndərdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 başqa heç bir qanunsuz maddə və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 Şahid2 ilə, Təqsirləndirilən şəxs1 isə Şahid3lə birgə saxlamışdır. Təqsirləndirilən şəxs1 2 nəfər saxlamışlar. Qeyri-adekvat hərəkətlər dedikdə, narkotik vasitə istifadəçilərinə xas hərəkətlər nəzərdə tutulur. Təqsirləndirilən şəxs2 küçədə dayanan zaman onlar ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 təhqiqatçı Nadir Rzazadənin əməliyyat tapşırığı əsasında saxlamışlar. Nadir Rzazadə onlara Təqsirləndirilən şəxs2 izahatı əsasında Təqsirləndirilən şəxs1 anket məlumatlarını vermişdir. Mişanın anket məlumatları onlara təqdim olunmamış, ona görə də həmin şəxs tərəflərindən saxlanılmamışdır. İmranın Mişaya nə vaxt narkotik vasitə verəcəyi barədə onlarda məlumat olmamışdır. “Memar Əcəmi” metrostansiyasının yaxınlığında Mişa adlı şəxsə çatdıracağını bildirmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 28-29). Cinayət işinin materiallarında olan “videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında 21 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı həmin diskdə Nərimanov RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Nadir Rzazadə tərəfindən 18 aprel 2023-cü il tarixdə saat 20:30-dan 20:50-dək Nərimanov RPİ-nin təhqiqat şöbəsində yerləşən xidməti otaqda Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili X11, Nərimanov RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid2 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılaraq nəticəsinin protokollaşdırılması və sonuncudan aşkar olunmuş 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli tozşəkilli maddənin götürülməsinə dair videogörüntünün mövcud olduğu müəyyən edilmişdir. Baxışın nəticələrinə dair müvafiq protokol cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 162-163). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 2 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 58-59). Cinayət işinin materiallarında olan “videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında 22 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı həmin diskdə Nərimanov RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Nadir Rza-zadə tərəfindən 18 aprel 2023-cü il tarixdə saat 23:20-dən 23:40-dək Nərimanov RPİ-nin təhqiqat şöbəsində yerləşən xidməti otaqda Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili X13, Nərimanov RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılaraq nəticəsinin protokollaşdırılması və sonuncudan aşkar olunmuş 2 ədəd sellofan bükümdə narkotik vasitə hcroiııə oxşar qəhvəyi rəngli tozşəkilli maddənin götürülməsinə dair videogörüııtünün mövcud olduğu müəyyən edilmişdir. Baxışın nəticələrinə dair müvafiq protokol cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 164-165). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 5 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə digər Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsi arasında 18 fevral 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhərində yerləşən müxtəlif anten dairələri üzrə müntəzəm xarakter daşıyan qarşılıqlı rabitə əlaqəsinin mövcud olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə digər Təqsirləndirilən şəxs1 məxsus ***-***- **-** mobil telefon nömrəsi arasında 20 fevral 2023-cü il tarixdən 17 aprel 2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhərində yerləşən müxtəlif anten dairələri üzrə müntəzəm xarakter daşıyan qarşılıqlı rabitə əlaqəsinin mövcud olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 241-246). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə digər təqsirləndirilən şəxs Bağırov tmran Nəriman oğluna məxsus ***-***-**-** mobil telefon nömrəsi arasında 18 fevral 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri və Abşeron rayonunda yerləşən müxtəlif anten dairələri üzrə müntəzəm xarakter daşıyan qarşılıqlı rabitə əlaqəsinin mövcud olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 249-257). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 aprel 2023-cü il tarixli 6/2307 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №44» dairəvi möhür əksi olan: Üzərində «Təqsirləndirilən şəxs2» sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə 2 ədəd bükümdə təmiz çəkisi 0,282 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Təqsirləndirilən şəxs1» sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə 1 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,108 qram, 0,142 qram, ümumi təmiz çəkisi 0,250 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 0,282 qram olan heroin ilə 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,250 qram heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 0,282 qram, tədqiqata sərf olundu 0,03 qram, qalıq 0,252 qram, heroinin ümumi təmiz çəkisi 0,250 qram, tədqiqata sərf edildi 0,06 qram qalıq 0,190 qram cild 1, iş vərəqə 69-73). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 15 may 2023-cü il tarixli 2907 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 231-232). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 15 may 2023-cü il tarixli 2906 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 233-234). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsinin 21 avqust 2023-cü il tarixli 2341 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 31-33). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsinin 21 avqust 2023-cü il tarixli 2342 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 28-30). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin əldə edib saxlamış və daşımışdır. Məhkəmə ilk öncə, iş materialları ilə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunun öz təsdiqini tapmadığı qənaətindədir. Belə ki, CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. CM-nin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 başqa şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi ilə bağlı ümumiyyətlə hər hansı bir sübut olmamış, bununla bağlı cinayət təqibi orqanı hər hansı sübut toplamamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli 2 saylı Qərarının 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs2 ilə bağlı məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, o, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə heroini şəxsiyyəti məlum olmayan «Mişa» adlı şəxsə çatdırmaq ilə bağlı hərəkətləri Təqsirləndirilən şəxs1 mənafeyinə xidmət etsə də, qeyd edilən daşımanın həyata keçirilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 maddi hər hansı bir mənfəət əldə edib etməyəcəyi barədə onda hər hansı bir informasiya olmamış, qeyd edilən fəaliyyətin satış məqsədilə həyata keçiriləcəyi ilə bağlı Təqsirləndirilən şəxs1lə hər hansı bir əvvəlcədən razılığa gəlmə ilə bağlı iradə ifadəsinin həyata keçirilməsi ilə bağlı hər hansı bir hərəkət edilməmiş, o cümlədən bu fəaliyyətdən Təqsirləndirilən şəxs2 hər hansı bir mənfəət, maddi nemət əldə etməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirimiş Təqsirləndirilən şəxs2 ifadəsində Təqsirləndirilən şəxs1 ona narkotik vasitəni “Mişa” adlı şəxslə birlikdə istifadə etmək məqsədilə verməsini, onun bu təklifini qəbul etməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 ona verdiyi narkotik vasitəni Mişa adlı şəxslə paylaşmağı düşünmədiyini qeyd etmişdir ki, bu hal, Təqsirləndirilən şəxs2 əldə etdiyi narkotik vasitəyə münasibətdə onun şəxsi istehlak edilməsi ilə bağlı mövqeyini ifadə etməməklə Təqsirləndirilən şəxs1 ona verdiyi narkotik vasitə ilə bağlı onun satış məqsədini ehtiva etmir. Həmin xüsusat Təqsirləndirilən şəxs2 niyyətinin Təqsirləndirilən şəxs1 narkotik vasitənin digər şəxslərə yayılması ilə bağlı niyyəti ilə üst-üstə düşməməsini təsdiq edir. Həmçinin qeyd edilməli olan haldır ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ifadəsində qeyd etdiyi kimi, ilkin olaraq Təqsirləndirilən şəxs1 Mişa adlı şəxslə birlikdə istifadə etmək məqsədilə narkotik vasitənin əldə edilməsi ilə bağlı hərəkətləri yuxarıda qeyd edilən Plenum qərarında ifadə edilən mövqeyə uyğun olaraq əldə edilmiş narkotik vasitəyə münasibətdə satış məqsədini istisna edir. Habelə, qeyd edilən xüsusat satış məqsədilə belə fəaliyyətin qabaqcadan əlbir olan bir qrup şəxs halında həyata keçirilməsini də ehtiva etmir. O cümlədən, tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs2 şəxsiyyəti məlum olmayan Əli adlı şəxslə hər hansı bir razılaşması, ümumiyyətlə belə bir şəxsi tanıyıbtanımaması müəyyən edilmir ki, qeyd edilən hal Təqsirləndirilən şəxs2 əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi ilə bağlı xüsusatı istisna edir. Xüsusilə vurğulanmalıdır ki, cinayət məsuliyyətinin ümumi şərtlərini müəyən edən CM-in 19-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir. CM-in 31-ci maddəsinə isə cinayətdə iştirakçılığa anlayış verilmiş və iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakının iştirakçılıq sayılması öz əksini tapmışdır. Yəni, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs kimi qiymətləndirilməsi üçün cinayətin hər bir iştirakçısının anlaqlı, CM ilə müəyyən edilmiş yaş həddinə çatması tələb edilir ki, hazırki iş materiallarında təqsirləndirilən şəxslərin əlbir olduğu Əli adlı şəxsin CMin 19-cu maddəsinə nəzərdə tutulmuş şərtlərə uyğunluğu, yəni onun anlaqlı olubolmaması, CM ilə müəyyən edilmiş yaş həddinə çatıb-çatmaması qeyri müəyyəndir. Belə olan halda təqsirləndirilən şəxslərə münasibətdə onların qabaqcadan əlbir olan bir qrup şəxs alında cinayət törətməsi ilə bağlı verilmiş ittiham əsaslı sayıla bilməz. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 24-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq ibtidai istintaq dövründə narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Habelə, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 15 may 2023-cü il tarixli rəyindən də göründüyü kimi, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkməsi ona istinad edilmiş əməl üzrə əldə etdiyi narkotik vasitəyə münasibətdə satış niyyətini istisna edir. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 üzərindən 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,282 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, yalnız öz-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də, onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq etmir. Halbuki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satışı məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin əldə edib saxlamış, daşımış və göndərmişdir. Məhkəmə iş materialları ilə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunun öz təsdiqini tapmadığı qənaətindədir. Belə ki, CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. CM-nin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Məhkəmə belə qənatə gəlir ki, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni «Əli» adlı şəxsdən satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapsa da, Təqsirləndirilən şəxs2 və «Əli» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında həmin cinayəi törətməsi sübuta yetirilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə, hərtərəfli, tam və obyektiv tədqiq edilmiş şahidlərin ifadələri, eləcə də işin bir-birini təsdiq edən digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 22 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,252 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 2 ədəd sellofan kəsiyi bükümündə ümumi təmiz çəkisi 0,190 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində şəxsi axtarış və götürmə prosesinin videogörüntüləri özündə saxlayan 2 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 34-52). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 209). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 210). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 18 aprel 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 18-19). Cinayət işinin materiallarında olan “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 157-159). Cinayət işinin materiallarında olan “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 18 aprel 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 48-49). Cinayət işinin materiallarında olan “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 152-154). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin tutulduğu müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına, həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 18 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixə kimi tutulduğu 2 (iki) gün müddət nəzərə alınaraq azadlığın məhdudlaşdırılması cəzasının iki günü həbsin bir gününə bərabər olmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün müddət çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 6:00dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 18 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixə kimi tutulduğu 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 11 iyun 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 65 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 32,5 manat tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,252 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 2 ədəd sellofan kəsiyi bükümündə ümumi təmiz çəkisi 0,190 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, -Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərində şəxsi axtarış və götürmə prosesinin videogörüntüləri özündə saxlayan 2 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 18 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixə kimi tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü həbsin bir gününə bərabər olmaqla 4 (dörd) gün olaraq hesablansın və ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvanı gecə saat 23:00-dan səhər saat 6:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 18 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixə kimi tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs1 tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 11 iyun 2024-cü il tarixdən hesablansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 65 manata görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 32,5 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,252 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 2 ədəd sellofan kəsiyi bükümündə ümumi təmiz çəkisi 0,190 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, -Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərində şəxsi axtarış və götürmə prosesinin videogörüntüləri özündə saxlayan 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək onlara narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsınlar. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar