Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-812/2020 23.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçilər - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Faiq Nağıyev və Partnyorları» Vəkil Bürosununun vəkili X5 iştirakı ilə, xx xxxxxx 1993-cü ildə İsmayıllı rayonunda anadan olmuş, orta təhsilli, ailəli, işləməyən Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi, xx xxxx 1992-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Şamaxı rayon məhkəməsinin x xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasl Cinayət Məcəlləsinin 185.1, 221.3 və 315.2-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin 5 ay 24 gününü çəkməkdən vaxtından əvvəl azad olunmuş, cəzaçəkmə müddəti başa çatmış, ünvan 2 b ünvanında qeydiyyatda olan və yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsi olan avtomobili sürücülük hüququ olmadan idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, x xxxxxx 2019-cu il tarixdə saat 18:13-də «X8» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək nəqliyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «VAZ- 21103» markalı E652AM05 rus dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 129,3-cü kilometirliyində «X8» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 51-ci maddəsinin 2-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötməyə icazə verilən hal istisna olmaqla relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməli, yol örtüyü üzərində olan üfüqi nişanlama xəttini (bütov ağ xətti) kəsib keçməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək qarşısında eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsini sağ tərəfdən ötərək sola istiqamətlənib yolun ortasında olan bütöv xətti kəsməklə ötmə əməliyyatı aparmaq üçün avtomobili qarşı sol hərəkət zolağına çıxartmış, bu zaman arxadan eyni istiqamətdə hərəkətdə olub əks istiqamətli hərəkət zolağında ötmə əməliyyatı aparan Təqsirləndirilən şəxs1 80-90 km/saat sürətlə idarə etdiyi VAZ-21074 markalı **- NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qanad hissəsi onun idarə etdiyi VAZ-21103 markalı avtomobilin arxa sol yan hissəsi ilə Bakı istiqamətində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hərəkət zolağında toqquşmuş, zərbədən VAZ-21074 markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil kəskin şəkildə sola istiqamətlənib yolun hərəkət hissəsindən kənara çıxaraq çökəkliyə aşmış, nəticədə ehtiyatsızlıqdan VAZ-21074 markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla ölümünə, VAZ-21074 markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala düşərək Zərərçəkmiş şəxs3 7695 (yeddi min altı yüz doxsan beş) manat, «VAZ-21103» markalı E652AM05 rus dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs2 70 (yetmiş) manat məbləğində maddi ziyan yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 x xxxxxx 2019-cu il tarixdə saat 18:13-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «VAZ-21074» markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 129,3-cü kilometirliyində «X8» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yol örtüyü üzərində olan üfüqi nişanlama xəttini (bütov ağ xətti) kəsib keçməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək yolun ortasında olan bütöv xətti kəsərək qarşı sol hərəkət hissəsinə çıxıb ötmə əməliyyatı apararkən qarşısında eyni istiqamətdə hərəkətdə olub yolun ortasında olan bütöv xətti kəsməklə ötmə əməliyyatı aparmaq üçün qarşı sol hərəkət zolağına çıxan Təqsirləndirilən şəxs2 70-80 km/saat sürətlə idarə etdiyi «VAZ-21103» markalı E652AM05 rus dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan hissəsi VAZ-21074 markalı avtomobilin sağ qabaq qanad hissəsi ilə Bakı istiqamətində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hərəkət zolağında toqquşmuş, zərbədən VAZ-21074 markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil kəskin şəkildə sola istiqamətlənib yolun hərəkət hissəsindən kənara çıxaraq çökəkliyə aşmış, nəticədə ehtiyatsızlıqdan VAZ-21074 markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla ölümünə, VAZ-21074 markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala düşərək Zərərçəkmiş şəxs3 7695 (yeddi min altı yüz doxsan beş) manat, «VAZ-21103» markalı E652AM05 rus dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs2 70 (yetmiş) manat məbləğində maddi ziyan yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. İş üzrə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Şamaxı rayon sakini kimi tanımış, aralarında münasibət olmamış, x xxxxxx 2019-cu il tarixdə saat 17:30 radələrində evində olarkən tanışı Ağababa telefon vasitəsilə ona zəng edərək: «Gəl «Vegas» marketin qarşısına, gedək çörək yeməyə», -demiş, o, marketin qarşısına gəlmiş, orada tanışı Ağababanın idarə etdiyi VAZ-21103 markalı Rusiya Federasiyası qeydiyyat nişanlı avtomobillə dayandığını görmüş, Ağababa oraya tək gəlmiş, Ağababa ona «Ağsu aşırımı» deyilən yerə gedərək orada şam etmələrini təklif etmiş, o, razılaşmış, Ağababa ağrıdığı üçün ondan maşınını sürməsini xahiş etmiş, o razılaşaraq sükan arxasında, Abğababa qabaq sağ oturacaqda onun yanında əyləşmiş, o, idarə etdiyi avtomobillə Ağsu yoluna çıxmaq üçün hərəkətə başlamış, meşə idarəsinə çatanda Ağababa Eldənizgilin hansı istiqamətdə getdiklərini bilmək üçün avtomobili saxlamağını bildirmiş, o, avtomobili saxlamış, Eldənizin VAZ-21074 markalı avtomobilində Bilal, Pərvin, Ellər və Eldəniz olmuş, onlar «Ağsu perevalına» getmələrini bildirmişlər, Pərvin gəlib onun idarə etdiyi avtomobildə arzxa sağ oturacaqda əyləşmiş, o, idarə etdiyi avtomobillə yanacaqdoldurma məntəqəsinə gəlmiş, «Azpetrol» yanacaqdoldurma məntəqəsində Ağababa pul verib avtomobilə yanacaq vurmuş, bundan sonra o, idarə etdiyi VAZ- 21103 markalı Rusiya Federasiyası qeydiyyat nişanlı avtomobillə Ağsu yoluna çıxmış, arxadan Eldənizə məxsus avtomobillə Eldəniz, Bilal və Ellər gəlməli olmuş, o, qabaqda olduğu üçün Eldənizə məxsus avtomobilin kim tərəfindən idarə olunduğunu bilməmiş, Bakı-Şamaxı yolunun 129-cu kilometrində idarə etdiyi avtomobillə 70-80 km/saat sürətlə hərəkətdə olarkən qarşısında eyni istiqamətdə avtomobillər asta sürətlə hərəkət etdikləri üçün o, ötmə əməliyyatı keçirmiş, qarşıdan əks istiqamətdə gələn avtomobili buraxıb yenidən qabaqda eyni istiqamətdə hərəkət edən avtomobili ötərkən birdən arxadan Eldənizə məxsus avtomobil onun idarə etdiyi VAZ-21103 markalı avtomobilin arxa sol qanad, buferin solu və arxa sol fara hissəsi ilə VAZ-21074 markalı avtomobilin ön sağ qanad hissəsi toqquşmuş, zərbədən onun avtomobili sol ehtiyat hissədən sağa, VAZ-21074 markalı avtomobil sola istiqamətlənmiş, o, özünü pis hiss etmiş, irəliyə gedib Muğannı dairəsində avtomobili saxlamış, hər üçü avtomobilin əzildiyi yerə baxdıqdan sonra Ağababa Ellərə zəng vuraraq gəlməmələrinin səbəbini soruşmuş, sonuncu əyləşdiyi avtomobilin aşdığını bildirmiş, bundan sonra o, idarə etdiyi avtomobillə geriyə hadisə yerinə qayıtmış, orada Eldənizə məxsus avtomobilin arxası üstə aşdığını, Eldənizin aşmış avtomobilin yanında uzanmış vəziyyətdə olduğunu görmüş, hadisə yerində Ellər, Bilal və yol polisi əməkdaşları, tanımadığı şəxslər olmuş, hadisə yerinə təcili tibbi yardım maşını gəlmədiyi üçün DYP əməkdaşları Eldənizi öz maşınlarına qoyub aparmışlar, bundan sonra o və Bilal dostları ilə birgə xəstəxanaya getmiş, oraya gələn Zərərçəkmiş şəxs1 anasına və yaxın qohumlarına özlərini təqdim edib yol qəzası törətdiklərini etiraf etmiş, bir neçə saatdan sonra Eldəniz aldığı xəsarətlərdən xəstəxanada ölmüş, qaranlıq olduğu üçün VAZ-21103 markalı avtomobilin aşdığını görmədiyindən avtomobili hadisə yerində saxlamış, hadisə zamanı sərxoş olmamış, idarə etdiyi avtomobil VAZ-21103 markalı avtomobildən başqa digər avtomobillə toqquşmamışdır. İş üzrə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, x xxxxxx 2019-cu il tarixdə axşam vaxtı Şamaxı şəhərində dostu Zərərçəkmiş şəxs1 VAZ-21074 markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı ünvana gələrək onu çağırmış, o, Eldənizin avtomobilinə əyləşmiş və onlar avtomobillə şəhəri gəzmişlər, həmin günü saat 17 radələrində Şamaxı şəhərində Mədəni Maarif binasının yanında Eldəniz və tanışı olan Pərvin, Ağababa və Ellər ilə görüşmüş, orada Eldəniz Pərvingilə yeyib-içmək təklif etmiş, həmin vaxt Eldəniz narahat olduğunu bildirərək avtomobilini idarə etməsini ondan xahiş etmiş, o, sükan arxasında əyləşmiş, Ağababa oraya istifadəsində olan idarə etdiyi VAZ-21103 markalı rus qeydiyyat nişanlı avtomobillə gəlmiş, onlar digər tanışları Rəfaeli götürüb gələcəklərini bldirmiş, Şamaxı rayonunda Ağsu yoluna çıxan yerdə «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yanında yenidən görüşmüşlər, bu zaman orada Ellər kimi adlandırılan Rəfaelin dostu Ağababanın avtomobilindən düşüb onun idarə etdiyi Eldənizə məxsus avtomobildə qabaq sağ oturacaqda onun yanında oturmuş, Eldəniz arxa oturacaqda ortada əyləşmiş, Ağababanın avtomobilini Rəfael idarə etmiş, ondan əvvəl Rəfael idarə etdiyi avtomobillə Ağsu istiqamətində hərəkət etmiş, bundan bir neçə saniyə sonra o, idarə etdiyi Eldənizə məxsus VAZ-21074 markalı avtomobillə Rəfaelin arxasınca hərəkət etmiş, onun idarə etdiyi avtomobildə sərnişin qismində Eldəniz və Ellər, Rəfaelin idarə etdiyi avtomobildə sərnişin qismində Ağababa və Pərvin olmuş, o, «Bənövşə» restoranının qarşısından keçərkən Eldəniz ona Rəfaelin maşını saxladığını bildirmiş, o, Ağsu istiqamətinə hərəkətini davam etmiş, az sonra Rəfael idarə etdiyi avtomobillə onun yanından ötüb keçmiş, lakin Şamaxı yolunun 129-cu kilometrliyini keçdikdə o, qarşısında eyni istiqamətdə hərəkətdə olan avtomobillərin sürəti az olduğundan ötmə əməliyyatı keçirib təxminən 80-90 km/saat sürətlə əks hərəkət zolağında ötmədə olmuş, Rəfaelin qarşısında sağdan gedən avtomobilləri sağ tərəfdən keçib yenidən sola əks yola onun qarşısına çıxdığını görmüş, qarşıdan əks istiqamətdən bir minik avtomobilinin gəldiyini görüb sükanı sağa almış, qarşıdan gələn avtomobilə yol vermiş, Rəfael avtomobilini sağa istiqamtləndirib avtomobillərin arasına girmiş, bundan sonra o, yolun boş olduğunu görüb hərəkətini davam etdirmiş, həmin an Rəfael qəfil sola manevr edərək ondan bir qədər irəlidə əks hərəkət zolağında arxa sol qanadı ilə onun idarə etdiyi avtomobilin ön sağ qapı və qanadından vurmuş, o, idarə etməni itirdiyindən kəskin sola, çökəkliyə tərəf çıxıb 2-3 dəfə aşmış, Rəfael avtomobillə hərəkətini davam etdirmiş, o, avtomobildən çölə çıxmış, maşın damı üstə aşmış, Eldəniz yerdə maşının altında qalmış, qısa müddət sonra hadisə yerinə Rəfaelin idarə etdiyi avtomobillə qayıtdığını görmüş, o, Elləri avtomobildən çölə çıxartmış, oraya toplaşan şəxslərlə köməkləşərək Eldənizi maşının altından çıxartmışlar, hadisə yerinə yol polisi əməkdaşları gəlmiş, həmin polis əməkdaşları arasında Mahir adlı yol polisi əməkdaşı olmuş, təcili tibbi yardım maşını gec gəldiyindən Eldənizi yol polisi maşını ilə xəstəxanaya aparmışlar, o və Rəfael xəstəxanaya getmiş, Eldənizin anasına yol-qəzası törətdiklərini etiraf etmişlər, bir neçə saatdan sonra Eldəniz xəstəxanada vəfat etmiş, o, hadisədən əvvəl spirtli içki qəbul etməmiş, idarə etdiyi avtomobil saz və yüksüz olmuşdur. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə 2014-cü ildə ailə həyatı qurmuş, birgə nigahdan bir övladı olmuşdur; x xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Eldəniz qaynanası Pərvanəyə məxsus olan etibarnamə əsasında idarə etdiyi VAZ-21074 markalı avtomobillə şəhərə getmiş, həmin gün saat 20 radələrində evdə olarkən Eldənizin Bakı-Şamaxı yolunda yol qəzasına uğradığı barədə ona məlumat verilmiş, qaynanası Pərvanə dərhal xəstəxanaya getmiş, təxminən 2-3 saat sonra Eldənizin xəstəxanada öldüyünü eşitmiş, meyit müayinə olunduqdan sonra Şamaxı şəhəri Şeyx Xəndan qəbiristanlığında dəfn edilmiş, sonradan ona məlum olmuşdur ki, hadisə zamanı Eldənizin maşınını Eldənizin dostu Bilal idarə etmiş, Ağsu istiqamətində hərəkətdə olarkən yaxın tanışları olan Rəfaelin idarə etdiyi VAZ markalı avtomobillə toqquşmuş, Eldəniz ölümünə səbəb olan ağır xəsarət almışdır; ona vurulmuş ziyan ödənilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, onlara qarşı şikayəti, tələbi və iddiası yoxdur. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ona məxsus VAZ-21103 markalı E652AM05 rus qeydiyyat nişanlı avtomobili olmuş, Zərərçəkmiş şəxs1 uzun müddət ərzində tanımış, aralarında dostluq münasibətləri olmuş, Eldəniz özünə məxsus VAZ-21074 markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobildən Şamaxı rayonu ərazisində taksi kimi istifadə edərək çörəkpulu qazanmış,x xxxxxx 2019-cu il tarixdə axşam vaxtı Şamaxı rayonu ərazisində o, Eldənizlə görüşmüş, söhbət əsnasında Ağsu yolunun kənarındakı kafeyə gedib şam etmək qərarına gəlmişlər, Şamaxı şəhəri «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yanından ona məxsus VAZ-21103 markalı E652AM05 rus qeydiyyat nişanlı avtomobili həmyerlisi və tanışı Təqsirləndirilən şəxs2 idarə edərkən o, qabaq sağ oturacaqda, tanışı Pərvin arxa oturacaqda oturmuş, Eldənizin avtomobilini dostu Bilal idarə etmiş, həmin avtomobildə Eldənizdən başqa tanışı «Ellər» ləqəbli Ağacəfər Manafov oturmuş, Rəfael avtomobili sürətlə sürərək Bakı-Şamaxı yoluna çıxıb Ağsu istiqamətinə hərəkətə başlamış, Bilal idarə etdiyi avtomobillə arxadan gəlmiş, Rəfael idarə etdiyi avtomobillə Bakı-Şamaxı yolunun 129cu kilometrliyində qabaqda eyni istiqamətdə hərəkətdə olan avtomobilin sağından ötərək irəliyə gedib yenidən sola istiqamətlənərək qarşıda eyni istiqamətdə hərəkətdə olan avtomobilləri soldan ötüb əks hərəkət zolağında Ağsu istiqamətinə təxminən 70-80 km/saat sürətlə hərəkətini davam etdirmiş, birdən qarşıdan əks istiqamətdə avtomobil gəldiyindən Rəfael avtomobili bir qədər sağa vermiş, həmin avtomobil keçib getmiş, əyləşdiyi avtomobil azca sola istiqamətlənəndə arxadan əks istiqamət zolağı ilə gələn Bilalın idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə əyləşdiyi avtomobilin arxa sol tərəfi əks hərəkət zolağında toqquşmuş, toqquşma nəticəsində VAZ-21074 markalı avtomobil sola çökəkliyə istiqamətlənmiş, sağ tərəfdə avtomobillər hərəkət etdiyindən Rəfael avtomobili saxlaya bilməmiş, bir qədər getdikdən sonra Rəfael avtomobili saxlamış, düşüb avtomobilinə baxanda arxa sol işığın sındığını, sol qanad və buferin əzildiyini görmüş, o, telefon vasitəsilə Ellərə zəng vurmuş, Ellər əyləşdiyi avtomobilin aşdığını bildirmiş, onlar tez avtomobilə əyləşmiş, həmin günü xəstə olduğu üçün avtomobili yenədə Rəfael idarə etmiş və onlar geriyə hadisə yerinə qayıtmışlar, VAZ-21074 markalı avtomobili solda torpaqlıq sahədə əzilmiş vəziyyətdə görmüş, oraya toplaşan şəxslər avtomobili təkərləri üstə çevirmişlər, Eldəniz xəsarət almış və yerdə uzanıb zarımış, Bilalgil təcili tibbi yardıma zəng vurduqlarını bildirmiş, 1-2 dəqiqə gözləmiş, həmin vaxt yol polisi əməkdaşı Mahir adlı şəxs hadisə yerində olmuş, onlar: «Təcili tibbi yardımı gözləməyək, tez yaralı Eldənizi xəstəxanaya çatdıraq», - demiş, köməkləşib Eldənizi Mahirin idarə etdiyi yol polisi maşınına qoyub xəstəxanaya yola salmışlar, xəstəxanaya gedərkən «Bənövşə» restoranının yaxınlığında təcili tibbi yardım maşınının gəldiyini görmüşlər, Mahir avtomobili saxlayıb təcili tibbi yardım maşını ilə gələn həkimlərə Eldənizi təhvil vermiş, onlar xəstəxanaya getmiş, Bilal xəstəxanada olmuş, Bilal və Rəfaelgil xəstəxanaya gəlmiş, o, avtomobilini aparıb yaşadığı evin həyətində saxlamış və xəstəxanaya qayıtdıqdan sonra Eldənizin öldüyünü eşitmiş, yol-nəqliyyat hadisəsi zamanı yalnız Eldəniz xəsarət almış, ertəsi gün yas və dəfn mərasimində iştirak etmiş, hadisədən sonra Bilal ona hadisənin hansı şəraitdə baş verməsini Eldənizin ailəsinə bildirəcəyini demiş, hadisə nəticəsində ona məxsus avtomobildə əzik az olmuş, hadisədən əvvəl ona məxsus avtomobil texniki cəhətdən saz və yüksüz vəziyyətdə olmuş, hadisə zamanı ona məxsus avtomobili Rəfael idarə etmiş, avtomobildə üç nəfər olmuş, onlar spirtli içki qəbul etməmiş, VAZ-21103 markalı E652AM05 rus qeydiyyat nişanlı avtomobil ona məxsus olmuş, avtomobilin mühərrik hissəsinin təmir etdirib evinin həyətində saxlamış, maddi imkanı çatmadığına görə avtomobili öz adına sənədləşdirə bilməmiş, hadisə nəticəsində avtomobilinə 70 manat ziyan dəymiş, ona vurulmuş ziyan ödənilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, onlara qarşı şikayəti, tələbi və iddiası yoxdur. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, x xxxxxx 2019-cu il tarixdə Bakı-Şamaxı-Yevlax yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun adına olan «VAZ-21074» markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili oğlu Eldənizin dostu Təqsirləndirilən şəxs1 idarə etmiş və oğlunun başqa bir dostu Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-21103 markalı rus qeydiyyat nişanlı avtomobillə toqquşması zamanı Eldəniz aldığı xəsarətlərdən xəstəxanada ölmüş, hadisənin Bilal və Rəfael tərəfindən törənməsini özləri ona etiraf etmiş, hadisə yerində Bilal və Rafael xəsarət almış Eldənizi avtomobilin altından çıxarılmasına, sonuncunun xəstəxanaya aparılmasına köməklik göstərmiş, xəstəxanada olmuş, yas mərasimində iştirak etmişlər, hadisədən sonra Bilal və Rəfael onun avtombilinə dəymiş ziyanı ödəmədiklərindən o, əsəbi olduğu üçün onlardan şikayətçi olmuş, lakin ona və avtomobilə dəymiş ziyan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənildiyindən onlara qarşı şikayət, tələb və iddiası olmamış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə barışmış, onlara qarşı şikayəti, tələbi və iddiası yoxdur. İş üzrə şahid qismində dindirililmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 2009-cu ildən BDYPİ YPXA-nın 3-cü tağımında yol patrul xidməti inspektoru vəzifəsində işləmiş, x xxxxxx 2019cu il tarixdə 3-cü tağımın ərazisində Bakı-Şamaxı-Yevlax yolunun 114-cü km-dən 143-cu km-nə qədər dislokasiya üzrə **-YP-*** qeydiyyat nişanlı avtopatrul maşınında xidmətdə olmuş, həmin gün axşam yolun 129-cu kilometrliyinə yaxın ərazidə xidmətdə olarkən yoldan keçən avtomobil sürücülərindən biri ona Ağsu istiqamətində təxminən 3 km aralıda VAZ-21074 markalı avtomobilin aşdığını bildirmiş, o, tez həmin istiqamətə gedib Bakı istiqamətində olan hərəkət hissəsindən aralı torpaqlıq sahədə ağ rəngli VAZ-21074 markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili vətəndaşların təkərləri üstə qoyduqlarını, avtomobilin sol tərəfində torpaq hissədə: «Kömək edin, ölürəm», - deyən bir nəfər oğlanın uzanmış və xəsarət almış vəziyyətdə olduğunu görmüş, Şamaxı rayon sakinləri kimi tanıdığı Bilal, Ağababa, Rəfael hadisə yerində olmuş, təcili tibbi yardıma xəbər verildiyini bildirmişlər, o, xəsarət alan şəxsin vəziyyətini nəzərə alaraq özü təcili tibbi yardıma zəng vurub xəbər vermiş, xəsarət alan şəxsin qonşuluğunda yaşayan aşan maşının sahibi Eldəniz olduğunu görüb tanımış, o, Bilaldan hadisənin hansı şəraitdə baş verdiyini soruşmuş, Bilal ona avtomobilin aşdığını bildirmiş, Bilalgil həyəcanlı olmuş, ancaq xəstəyə su vermiş, xəstəyə kömək etdikləri üçün hadisə barədə Bilalı sorğu-sual etməmiş, Eldənizin vəziyyətinin daha da ağırlaşdığını görüb: “Kömək edin Eldənizi patrul maşınına qoyub xəstəxanaya çatdırım”, - demiş, onlar köməkləşərək Eldənizi patrul maşınının arxa oturacağına uzatmış, Bilal xəstəxnaya gələcəklərini bildirmiş, o, idarə etdiyi patrul avtomobili ilə Şamaxı istiqamətinə hərəkət etmiş, «Bənövşə» restoranının qarşısında təcili tibbi yardım maşınının sayrışan işıqlarını görüb işarə verərək saxlatmış, Eldənizi təcili tibbi yardım maşınına qoyub təhvil vermiş, yenidən hadisə yerinə qayıdıb müstəntiqə hadisə barədə məlumat vermiş, 2-3 saatdan sonra Eldənizin xəstəxanada öldüyünü eşitmiş, müstəntiq Elşən Məmmədov hadisə yerinə gəlmiş, hal şahidləri ilə birlikdə baxış keçirilmiş, bir neçə gündən sonra Şamaxı şəhərində Eldənizin qohumlarının hadisə vaxtı avtomobili Bilalın idarə etdiyini, Ağababanın VAZ-21103 markalı avtomobilini Rəfaelin idarə etdiyini, hər ikisi Ağsu istiqamətinə hərəkətdə olarkən bir-biri ilə toqquşduğunu danışdıqlarını eşitmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, x xxxxxx 2019-cu il tarixdə səhər vaxtı əmisi nəvəsi Eldənizlə Şamaxı şəhərində məhəllədə görüşmüş, həmin gün axşam vaxtı Eldənizin Şamaxı-Ağsu yolunda yol qəzasına uğradığını, avtomobil aşdığından Eldənizin ağır xəsarət aldığını və Şamaxı xəstəxanasında olduğunu eşitmiş, o, xəstəxanaya getmiş, orada Eldənizin sağ olduğunu görmüş, o, hadisənin hansı şəraitdə baş verdiyini soruşduqda Ağsu istiqamətində hərəkətdə olarkən ötüşdüklərindən avtomobilin aşdığını bildirmişlər, o, Eldənizin vəziyyətinin ağırlaşdığını görüb daha sual verməmiş, xəstəxanada dostu Elşənin oğlu Bilal və dostları Eldənizin yanında olmuş, Bilal ona yolda Ağababanın avtomobilini dostu Rəfaelin idarə etdiyini, təsadüfən bir-biri ilə toqquşduğunu, avtomobili sola çıxarıb aşırdığını, nəticədə Eldənizin maşının altında qaldığını və xəsarət aldığını bildirmiş, bir neçə saatdan sonra Eldəniz xəstəxanada ölmüş, səhəri gün dəfn və yas mərasimində Bilal, Rəfael və dostları iştirak etmişlər, şadisə nəticəsində Pərvanənin adına olan«VAZ-21074» markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yararsız vəziyyətə düşmüş maddi ziyan Rəfael və Bilal tərəfindən ödənilmiş, hadisədən bir neçə gün sonra o, Bilal və Rəfael ilə ayrı-ayrılıqda görüşmüş, sonuncular toqquşmadan sonra Eldənizi avtomobilin altından çıxarıb xəstəxanaya göndərdiklərini və xəstəxanada olduqlarını bildirmişlər. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 göstərmişdir ki, x xxxxxx 2019-cu il tarixdə axşam saatlarında evində olarkən ona məlum olmuşdur ki, Eldəniz Şamaxı-Ağsu yolunda yol qəzasına uğramış və xəstəxanadadır; o, xəstəxanaya getmiş, Eldənizin vəziyyəti ağır olmuş, səsi xırıldamışdır; o, xəstəxanaya gəldikdən təxminən 1-2 saat sonra ölmüşdür; o, xəstəxanada olduğu vaxt Eldənizin dostları xəstəxanada olmuşlar; sonradan adlarını bildiyi Bilal, Ağababa və Rəfaelin hadisədə olduqlarını bilmişdir; Bilal ona hadisə zamanı Eldənizin avtomobilini idarə edib Ağsu istiqasmətində hərəkətdə olduqları zaman dostları Ağababanın VAZ-21103 markalı avtomobili ilə toqquşduqlarını, zərbədən VAZ- 21074 markalı avtomobilin sola istiqamətlənərək aşarkən Eldənizin maşından yerə düşdüyünü və avtomobilin altında Eldənizi xəstəxanaya gətirdiklərini bildirmişdir; Eldəniz xəstəxanada öldüyündən fikri yasda olmuşdur; sonradan ona məlum olmuşdur ki, hadisə zamanı Ağababanın avtomobilini Rəfael idarə etmişdir; yol-nəqliyyat hadisəsi baş verən günün səhəri Bilal yas mağarasını həyətə gətirtmiş, Eldənizin anasının və qohumlarının yanında etiraf etmişdir ki, hadisə zamanı avtomobili özü idarə etmiş və lazımi maddi yardım göstərəcəkdir; sonradan eşitmişdir ki, Bilal dəymiş ziyanı ödəmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş X1 göstərmişdir ki, x xxxxxx 2019-cu il tarixdə saat 18:15 radələrində etibarnamə əsasında idarə etdiyi Ford Transit markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı şəhərindən Şəki şəhəri istiqamətində hərəkət etmiş, Şamaxı rayonu ərazisindən keçərkən qarşısında onunla eyni istiqamətdə başqa avtomobillər də hərəkət etmiş, eyni istiqamətdə, lakin əks hərəkət zolağı ilə daha iki avtomobil - VAZ-21103 markalı avtomobil arxasınca isə VAZ-2107 markalı avtomobil də hərəkət etmiş, hərəkətdə olduqları vaxt həmin avtomobillər toqquşmuş, arxada gedən VAZ-21074 markalı avtomobil qəflətən yolun sol tərəfində torpaq hissəyə aşmış, VAZ-21103 markalı avtomobil isə hərəkətini davam etmişdir, mikroavtobusu saxlayaraq düşüb sola aşmış ağ rəngli VAZ-2107 markalı avtomobilə yaxınlaşmış, avtomobilin damı üstə aşıb qaldığını görmüş, toplaşmış adamlara tanımadığı iki nəfərin avtomobildən çıxarılmasına köməklik etmişdir; onlardan biri xəsarət almamış, yerdə uzanmış digər şəxs isə ağır xəsarət almışdır, hadisə yerinə yol polisi əməkdaşları gəlmiş, idarə etdiyi avtomobilin qabaq şüşəsində quraşdırılmış avtoreqistratorun yaddaşındakı hadisənin görüntüsünü bir ədəd flaşkartın yaddaşına köçürüb istintaqa təqdim etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan hadisənin baş verməsini özündə əks etdirən görüntülərin saxlanıldığı flaşkarta baxış keçrilməsi haqda protokoldan görünür ki, x xxxxxx 2019-cu il tarixdə saat 18:13:11-də Ağsu istiqamətində sağ zolaqda hərəkətdə olarkən VAZ-21103 markalı avtomobil VAZ-2109 markalı avtomobili sağdan ötərək yenidən sola, yəni əks istiqamətli hərəkət zolağına çıxmış, sol zolaqda ötmədə olan ağ rəngli VAZ-21074 markalı avtomobilin arxasınca sol zolaqda hərəkət etmiş, irəlidən Bakı istiqamətində minik avtomobili gəldiyi üçün VAZ-21074 və VAZ-21103 markalı avtomobillər nisbətən sağa istiqamətlənərək həmin avtomobili soldan buraxaraq 2 saniyə ərzində VAZ-21074 markalı avtomobillə VAZ-21103 markalı avtomobil arasında sol zolaqda toqquşma baş vermişdir (1-ci cild iş vərəqi 83-86). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə xx xxxxxx 2019-cu il tarixli 18 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 bədəni üzərində alın nahiyəsinin hematoması, burun belinin sıyrığı, döş qəfəsinin sol yarısında İV-V qabırğaların sınıqları, sol bazunun aşağı 1/3-nin açıq, qəlpəli, yerini dəyişmiş sınığı və sıyrılmış yaraları, sol kürək sümüyünün sınığı, döş qəfəsinin sol yarısının əzilməsi və sol bel nahiyəsinin əzilməsi və sol qalça və sirkə kasasının sınıqları, sol diz nahiyəsinin yarası və sağ baldırın aşağı 1/3-nin sınığı xəsarətləri aşkar edilmişdir; qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, x xxxxxx 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sərnişin qismində əmələ gəlməsi mümkündür, həmin xəsarətlərdə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmanın əlamətləri vardır; ölümünə səbəb aldığı çoxsaylı travmalar kompleks nəticəsində travmatik şok olmuşdur; ölüm x xxxxxx 2019-cu il tarixdə Şamaxı rayon mərkəzi xəstəxanasında baş vermişdir; mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanın məhkəmə kimya tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar olunmamışdır (1-ci cild iş vərəqi 93-98). İşdə olan məhkəmə-bioloji ekspertizası üzrə xx xxxxxx 2019-cu il tarixli 888/2019-MTBŞ nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu: Balfa/H/İİİ/. Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qan qrupu: A-beta/H/İİ/. Ekspertizaya təqdim edilən «VAZ-21074 markalı ** NG *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun sağdan içəri örtüyü üzərindən götürülmüş» 6 ədəd material kəsiyi və «VAZ-21074 markalı ** NG *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanadı üzərindən götürülmüş» maddə hissəcikləri üzərində insan qan ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda 3,5,6 saylı material kəsikləri/tərəfimdən 1-6-ya qədər işarələnmişdir/ və maddə hissəcikləri üzərindəki ləkələrdə A,H antigenləri alındı; beləliklə, bu qan ləkələri A-beta/H/İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs1 məxsus ola bilər; ləkələrdə Zərərçəkmiş şəxs1 qanının olması ABO sistemi üzrə inkar olunur; 1,2,4 saylı material kəsikləri üzərindəki ləkələrdə qanın qrup göstəriciləri tədqiq olunduqda qrup antigenləri alınmadığı üçün bu qan ləkələrinin qrup mənsubiyyəti barədə fikir söyləmək mümkün deyil (1-ci cild iş vərəqi 114-117). İşdə olan kompleks məhkəmə kimyəvi-trasoloji ekspertiza üzrə xx xxxxxx 2019-cu il tarixli 28307/28308 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş «VAZ-21074» markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadında, qabaq sağ qapıda olan zədələr, izlər öz formasına, marfoloci quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontaktda olması, dəyməsi, o cümlədən digər nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində yaranmağa xarakterikdir; təqdim edilmiş «VAZ-21103» markalı E-652- AM-05 Rus dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol sahəsində (arxa sol qanadda, arxa bamperin sol sahəsində, arxa sol farada) təmir-bərpa işləri aparılmışdır; təqdim edilmiş «VAZ- 21074» markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadında, qabaq sağ qapısında olan zədə ilə «VAZ-21103» markalı E-652-AM-05 Rus dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol sahəsində (arxa sol qanadda, arxa bamperin sol sahəsində, arxa sol farada) aparılmış təmir-bərpa işlərinin yerləşdiyi yerinə və yer səthindən hündürlüyünə görə uyğunluq təşkil edirlər; təqdim edilmiş «VAZ-21103» markalı, E-652-AM-05 Rus dövlət qeydiyyat nişanlı avtomobildə təmir-bərpa işləri aparıldığından, «VAZ-21074» markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hansı bucaq altında toqquşmasını müəyyən etmək mümkün deyildir; təqdim edilmiş «VAZ-21074» markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sağ qanadda, qabaq sağ qapıda) olan zədələr, izlər arxadan qabağa doğru istiqamətlənmişdir; «VAZ- 21103» markalı E-652-AM-05 Rus dövlət qeydiyyat nişanlı avtomobildə təmir-bərpa işləri aparıldığından əvvəllər ola biləcək zədələrin istiqamətini müəyyən etmək mümkün deyildir; təqdim edilmiş plastmas, şüşə hissələri təqdim edilmiş «VAZ-21103» markalı E-652-AM-05 Rus dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olması istisna edilmir; qeyd edlir ki, nəqliyyat vasitələri arasında toqquşma olduğu halda, toqquşmadan sonra sürücünün hərəkətləri onun psixofizioloci hərəkətləri ilə əlaqədar olduğundan, avtomobillər arasında kontakt olduğu halda bunun «VAZ- 21074» markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşmasına səbəb olmasını yolnəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir; tədqiqata təqdim edilmiş ağ rəngli «VAZ-21074» markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısında və sağ qabaq qanadında boz rəngli 1 qatlı lak-boya sürtünməsi izləri vardır; həmin sürtünmələr boz rəngli «VAZ-21103» markalı E-652-AM-05 Rus dövlət qeydiyyat nişanlı avtomobilin və hadisə yerindən götürülməsi qeyd edilən boz rəngli boya örtüyü hissəciklərinin üst emal qatı ilə rənginə və tərkibinə görə eyni olub ümumi cins mənsubiyyətinə malikdir; «VAZ- 21103» markalı E-652-AM-05 Rus dövlət qeydiyyat nişanlı avtomobilin üzərində başqa avtomobilin boya örtüyünə məxsus rəng-boya sürtünməsi izləri yoxdur (1-ci cild iş vərəqi 118-124) Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası üzrə xx xxxxxx 2020-ci il tarixli 1782 nömrəli ekspert rəyindən məlum olur ki, VAZ-21074 minik markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «X8» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələlərin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; «VAZ-21103» markalı E-652-AM-05 Rus dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «X8» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələlərin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə: hadisədən əvvəl VAZ-21103 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 sağ tərəfdən ötmə əməliyyatı apardığından onun hərəkətlərində «X8» Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (1-ci cild iş vərəqi 154-158) Kompleks məhkəmə trasoloji-yol-nəqliyyat hadisələri ekspertizası üzrə xx xxxx 2020-ci il tarixli 8/230 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, fotoşəkillər nəqliyyat vasitəsinin xarici səthində olan zədələrin formasını, xarakterini və deformasiyaların istiqamətini dəqiq təyin etməyə imkan vermədiyindən fotoşəkllərə əsasən nəqliyyat vasitələri üzərində olan zədələrin hansı şəraitdə yaranmasını və onların xarakterinin ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir; qeyd olunan sualın həlli üçün hal-hazırlda işlənib hazırlanmış və yol-nəqliyyat hadisələri ekspertizası praktikasında istifadə olunması üçün tədqiq olunmuş metodik vəsait olmadığından həmin sual üzrə tədqiqat aparmaq mümkün deyildir; VAZ-21074 minik markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «X8» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələlərin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; «VAZ-21103» markalı E-652- AM-05 Rus dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «X8» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələlərin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisədən əvvəl VAZ-21103 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 sağ tərəfdən ötmə əməliyyatı apardığından onun hərəkətlərində «X8» Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (2-ci cild iş vərəqi 56-60). İşdə olan BDYPİ Qİİ-dən alınmış xx xxxxxx 2019-cu il tarixli 016-111279-1219 nömrəli məktubdan görünür ki, xx xxxxxx 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 sürücülük vəsiqəsi verilməmişdir (1-ci cild iş vərəqi 90). İşdə olan BDYPİ Qİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli 016-3114-1220 nömrəli məktubdan görünür ki, xx xxxx 1992-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs1 nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx xxxx 2011-ci il tarixində AB seriyalı 649827 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur (1-ci cild iş vərəqi 92). İşdə olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 99-100). İşdə olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı rayon məhkəməsinin x xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasl Cinayət Məcəlləsinin 185.1, 221.3 və 315.2-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) 2 (iki) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (2-ci cild iş vərəqi 72-80). İşdə olan Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini 5 ay 24 gününü çəkməkdən vaxtından əvvəl azad olunmuşdur. İşdə olan tutma haqqında x xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 x xxxxxx 2020-ci il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 193-194). İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs2 tutulduğu x xxxxxx 2020-cu il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 221-222). İşdə olan xx xxx 2020-ci il tarixli protokoldan və xx xxx 2020-ci il tarixli qətimkan tədbiri seçmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 könüllü olaraq istintaq orqanına gəldiyindən ona Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (2-ci cild iş vərəqi 81, 95-97). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 №-li xx xxxxxx 2013-cü il tarixli qərarının 21-ci maddəsinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz; törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır; Həmin Qərarın 23-cü maddəsinə əsasən məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-nin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir. (CİM-in 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən əsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 76.6.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq olunarkən məhkum ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur) İşdə olan Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 5 ay 24 gününü çəkməkdən vaxtından əvvəl azad olunmuş, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə cinayət əməlini isə x xxxxxx 2019-cu il tarixdə törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 hazırki iş üzrə cinayət əməlini Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunduğu müddətdə törətməmişdir, bu səbəbdən də məhkəmə hesab edir ki, Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi üçün və 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin olunması üçün əsaslar mövcud deyil. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddəti başa çatmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını, Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmamamasını və cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı x xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrin müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla), Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının x xxxx 2019-cu il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən cəzanı məntəqə tipli rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) və həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən cəzanı məntəqə tipli rejimli cəza çəkmə müəssisəsində çəkməsini və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin edilmiş sürücülük hüququndan məhrum etmə növündə əlavə cəza icra edilməsi üçün Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərilməsi cəzaçəkmə müəssisəsinin müdiriyyətinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - «VAZ-21103» markalı E-652-AM-05 Rus qeydiyyat nişanlı və VAZ- 21074 minik markalı ** NG *** dövlət qeydiyyat nişanlı avtomobillər, plastmas və şüşə hissələrinin sahiblərinə verilməsi nəzərə alınmalı, yol-nəqliyyat hadisəsini əks etdirən bir ədəd flaşkart cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası üzrə tədqiqatının dəyəri 478 (dörd yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: 1.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı x xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş əlavə cəza - 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququdan məhrum etmə cəzası icra edilməsi üçün Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətinin və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədin məhkumun yaşadığı yerin icra məmuruna göndərilməsi cəzaçəkmə müəssisəsinin müdiriyyətinə həvalə edilsin.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş əlavə cəza - 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququdan məhrum etmə cəzası icra edilməsi üçün Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətinin və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədin məhkumun yaşadığı yerin icra məmuruna göndərilməsi cəzaçəkmə müəssisəsinin müdiriyyətinə həvalə edilsin. İş üzrə maddi sübut «VAZ-21103» markalı E-652-AM-05 Rus qeydiyyat nişanlı və VAZ- 21074 minik markalı ** NG *** dövlət qeydiyyat nişanlı avtomobillər, plastmas və şüşə hissələrinin sahiblərinə verilməsi nəzərə alısın, yol-nəqliyyat hadisəsini əks etdirən bir ədəd flaşkart cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası üzrə tədqiqatın dəyəri 478 (dörd yüz yetmiş səkkiz manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.